Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-103/2025 31.07.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, hakim köməkçisi Şərifov Elgün Ağayar oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1999-cu ildə ildə Rusiya Federasiyasında anadan olmuş, vətəndaşlığı olmayan, subay, məhkumluğu olan, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 177.2.3 və 234.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 05 may 2024-cü il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs məxsus yaşayış sahəsi sayılan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinə darvazanı aşmaqla daxil olduqdan sonra nərdivanla evin qonaq otağının pəncərəsinə qalxıb, pəncərəni açaraq həmin otağa qanunsuz daxil olub dolabın içərisindən 960 manat məbləğində pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 25 may 2024-cü il tarixdə saat 1-2 radələrində Astara RPŞ-nin əməliyyatçısı, əvvəldən tanışlığı olduğu Şahid4 onlara gələrək rəisin onu çağırdığını bildirmiş, səbəbini soruşduqda kimdənsə pul tələb edildiyini, onun da pul tələb edilən yerdə olduğu deyilmişdir. Etiraz etmədən Həsənin maşınına oturaraq onunla şöbəyə getmiş, Həsənin otağında oğurluq barədə sorğu-sual edilmiş, oğurluq etdiyini ona etiraf etmişdir. Ona 1000 manat oğurlandığı bildirildikdə, 1000 manat yox, cəmi 460 manat pul olduğunu, həmin pulu da oğurladığını bildirmişdir. Oğurlanmış pulun 1000 manat olduğunu etiraf etmədikdən sonra keçmiş əməliyyat üzrə rəis müavini Orxan Novruzov qarşısına 1 qara büküm və 5 qram metamfetamin qoyaraq birini götürməli olduğunu demişdir. Razılaşmadığı üçün müavin onu hədələmiş, evindən narkotik vasitə çıxaracağını, ailəsini də şöbəyə gətirəcəyini bildirmiş, bundan sonra 5 qram metamfetamini götürməyə razılaşmışdır. Məhkəmə istintaqı dövründə hər iki qulağını, qarnını kəsməyinin və özünə digər xəsarət yetirməyinin səbəbi narkotik vasitənin ona aid olmadığı, ibtidai istintaqın aparılmasına etiraz məqsədli olmuşdur. Üzərinə baxış zamanı vəkil olmuşdur, hazırda bildirdiklərini nə vəkilə, nə də qətimkan tədbiri seçilən zaman hakimə bildirməmişdir, Həsən təxminən saat 12:00-13:00 aralığında onlara gəlmişdir, gəlməzdən təxminən 15 dəqiqə əvvəl evə, yəni, bibisinə zəng etmişdir, həmin vaxt evdə babası, nənəsi, bibisi və qızı olmuşdur, təxmini 5-10 dəqiqə söhbət etmişlər, evdəkilər Həsənin onu şöbəyə nə üçün apardığını bilməmişlər, onların evi Ərçivan qəsəbəsindədir, evləri ilə polis şöbəsi arasında təxminən 7-8 kilometr məsafə olmuşdur, Həsən ağ VAZ 2106 markalı maşınla gəlmişdir, maşına oturan kimi telefonunu pilot rejiminə qoymuşdur, bunun səbəbi evdəkilərin zəng etməsinin və ya mesaj yazmasının polislər tərəfindən görünməsini istəməməsi olmuşdur, anten dairəsi yoxlanılsa onun dediyi vaxtda şöbəyə aparıldığı və bir daha qayıtmadığı aydın görünər, şöbə rəisi onu qəbul etməmişdir, o gündən sonra evə buraxılmamışdır, evlə əlaqə saxlamağa ona imkan verilməmişdir, şöbədə onu Həsən və digər polis əməkdaşları döymüşlər, Fuad adlı polis əməkdaşı ona hədə-qorxu gəlmişdir, onu saat 16 radələrində Ərçivanda saxlamamışlar, həmin ittiham qurmadır, o, Elsevər və Fəqan adlı əməliyyatçıları şöbədə görmüşdür, onlar onu tutmamışlar, onu şöbəyə Şahid4 gətirmişdir, şöbədə 5 gün qalmışdır, şöbədə olduğu müddətdə onu həkimə və ya xəstəxanaya aparmamışlar, təcridxanaya daxil olanda onu müayinə etmişlər, xəsarət barədə həkimə bildirməmişdir, bildirsəydi də, üstündən artıq 5 gün keçmişdi, üstünə şəxsi axtarış təxmini saat 7-8 radələrində olmuşdur, o vaxta kimi onu şöbədə döymüşlər. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “...Zərərçəkmiş şəxs evindən oğurladığı 960 manat pulu siqaret, yemək və digər ehtiyaclarını qarşılamaq üçün istifadə etmiş, həmin pulun 100 manatını isə daha sonra istifadə etmək məqsədilə evin yataq otağında yastığın altında gizlətmiş, Zərərçəkmiş şəxs evindən oğurladığı 960 manat puldan 100 manatını xərcləməmiş, həmin pul yaşadığı evdə yataq otağında, yastığın altındadır və onu istintaqa təqdim edə bilər, bundan əlavə təxminən 5 il müddətdir ki, psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə etmiş, təxminən tutulmazdan 7 gün əvvəl günorta radələrində Astara rayonu Ərçivan qəsəbəsində yerləşən yaşadığı evdən çıxaraq gəzmək məqsədilə Lənkəran şəhərinə avtobus vasitəsilə getmiş, Lənkəran şəhərinə çatdıqdan sonra əvvəllər psixotrop maddə olan metamfetamini aldığı, adını bilmədiyi yalnız üzdən tanıdığı şəxsə psixotrop maddə olan metamfetamin almaq istədiyini demiş, həmin şəxs ona 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini verdikdən sonra 140 manat pul ödəyib əldə etdiyi bükümü götürərək Astara rayonu Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə qayıtmış, 25 may 2024-cü il tarixdə saat 16 radələrində öz istifadəsi üçün götürdüyü psixotrop maddə olan metamfetamini əynində olan şalvarın cibinə qoyub evi tərk etmiş, Astara rayonu Ərçivan qəsəbəsində küçədə hərəkətdə olduğu zaman bir neçə nəfər mülki geyimli şəxs yaxınlaşaraq, onu saxlayıb, özlərini təqdim edərək polis əməkdaşı olduqlarını demiş, saxlanıldıqdan sonra polis şöbəsində müdafiəçi Umud Cəfərovun iştirakıyla videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümündə psixotrop maddə olan metamfetamini masanın üzərində qoymuş, daha sonra təhqiqatçı tərəfindən 1 (bir) ədəd sellofan bükümünə baxış keçirilən zaman həmin bükümün içərisindən psixotrop maddə olan metamfetamin aşkar edilmiş, daha sonra təhqiqatçı üzərində şəxsi axtarış keçirmiş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya aşkar etməmiş, masanın üzərinə qoyduğu 1 (bir) ədəd sellofan bükümü elektron tərəzidə çəkilmiş və çəkisinin 4,1 qram olması müəyyən edilmişdir.” Təqsirləndirilən şəxs ibtidai istintaqdan fərqli ifadə verməsinin səbəbini polis əməkdaşlarının ona fiziki və psixi təzyiq göstərməsi ilə əsaslandırmış, ibtidai istintaqın gedişinə etiraz əlaməti olaraq məhkəmə istintaqı dövründə özünə çoxsaylı xəsarətlər yetirmişdir. Belə ki, təqsirləndirilən şəxs həmçinin, onunla ittiham olunmuşdur ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən külli miqdarda, 3,895 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, 25 may 2024-cü il tarixdə, saat 16:00-da Astara RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümündə, təmiz çəkisi 3,895 qram olan psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də tədqiq edilərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. İş üzrə ifadəsi elan edilməklə tədqiq edilmiş mərhum Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1931-ci ildə Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, evlidir, həyat yoldaşı X4 ilə birgə Astara rayonu Ərçivan qəsəbəsində yaşayır, yaşadığı evdə oğurluq hadisəsinin baş verməsi barədə nəvəsi Şahid1 Astara RPŞ-yə ərizə ilə müraciət etmiş, çünki hadisə baş verən gün axşam saatları olmuş və ahıl şəxs olduğu üçün polis şöbəsinə nəvəsi Şahid1 izahat vermək üçün getmiş, Şahid1 mütəmadi olaraq onların yaşadığı evə gəlmiş və onlarla vaxt keçirmiş, 10 may 2024-cü il tarixdə həyat yoldaşı Gülənbər və nəvəsi Ramin ilə birgə yaşadığı evdə olduğu zaman təxminən saat 22 radələrində Ramin digər otaqdan səs gəldiyini deyib həmin otağa getmiş, bir neçə dəqiqə sonra otağın pəncərəsinin şüşəsinin olmadığını deyərək cəld həyətə düşmüş, həyətdə düşdükdən sonra evin pəncərəsinin şüşəsinin yerdə otların üzərinə düşdüyünü bildirmiş, daha sonra evə qayıdıb onunla birgə evdəki əşyaların yerində olub-olmadığını yoxlamış, evdə olan bütün əşyalar yerində olmuş, hər hansı bir əşya oğurlanmamış, bundan sonra evə oğurluq üçün kiminsə girmək istədiyindən şübhələnib bu barədə Astara RPŞ-yə müraciət etmiş, bundan əlavə təxminən 05-06 may 2024-cü il tarixlərdə yaşadığı evdə aylardır yığdığı pul vəsaitini yoxlamaq üçün evdəki otaqda olan dolabın içərisinə baxmış, həmin dolabda olan 960 manat pul vəsaitinin orada olmadığını aşkar etmiş, bu barədə həyat yoldaşı Gülənbərə və telefon vasitəsilə nəvəsi Raminə məlumat vermiş, Ramin evə gəldikdən sonra onunla birgə evin hər tərəfini pulu tapmaq üçün axtarmış, lakin hər hansı bir müsbət nəticə əldə etməmiş, həmin pulu digər hər hansı bir yerə qoymuş, daha sonra isə həmin pulu gizlətdiyi yeri unutmuş, ona görə də bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmiş, 960 manat pulun itdiyi otaqla, 10 may 2024-cü il tarixdə pəncərəsinin şüşəsi yerə düşən otaq eynidir, ona görə də hər ehtimala qarşı həmin gündən bəri sözügedən otaqda hər hansı bir dəyərli əşyasını yerləşdirməmiş, çünki həmin otaq yatdıqları otaqdan bir qədər aralı yerləşir, o və həyat yoldaşı ahıl şəxslər olduğuna görə həmin digər otaqlarda olan səsi zəif eşidir, 10 may 2024-cü il tarixdə evin pəncərə şüşəsinin yerdə olduğunu gördüyü vaxt evdə olan əşyaları yoxlamış, həmin gün evdən hər hansı bir əşya oğurlanmamış, lakin təxminən 05-06 may 2024-cü il tarixlərdə evin həmin otağında dolabın içərisində gizlətdiyi 960 manat pulun oğurlandığını düşünmüş, yaşadığı evin otağında - dolabda gizlətdiyi 960 manat pulu ən son təxminən 5-6 gün əvvəl, yəni 04-05 may 2024-cü il tarixdə görmüş, oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 960 manat maddi ziyan vurulmuşdur. (i.v.:133-136) İş üzrə Şahid1 ifadəsində bildirmiş və verilən suallara cavab olaraq qeyd etmişdir ki, zərərçəkmiş şəxsin nəvəsidir, 2024-cü il may ayının 1-də evdə oğurluq olmuşdur, sonra mayın 7-də oğurluğa cəhd edilmişdir. Bundan sonra, polisə məlumat vermişlər. May ayının 25-də polis əməkdaşları zəng edərək şəxsin tutulması barədə onlara məlumat vermişlər. Oğurlanan pulun 1000 manat olduğunu babası demişdir, ilk oğurluqda evdə olmamış, ikinci dəfə evdə olmuşdur, ikinci dəfə də birinci dəfədəki kimi eyni qaydada evə girilmişdir, oğurlanan pul 960 manat məbləğində olmuş, belə ki, evdə babasının 1000 manatı olmuş, 40 manatını ərzağa xərcləmişlər, 960 manatdan 100 manat pul onlara qaytarılmışdır, babasının pensiyasının məbləği 460 manatdır, mayın 7-sindən sonra evlərində oğurluq olmamışdır. İş üzrə Şahid3 ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2024-cü il may ayının 25-də Şahid2 əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və daşınmasında şübhəli olması barədə olmuşdur, Şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində o və Şahid2 olmuşdur. Şəxsin yaşadığı kənddə küçədə ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərinə şəxsi axtarış keçirmək üçün Astara Rayon Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən şəxsin üzərinə baxış zamanı 1 büküm narkotik vasitəni özü təqdim etmişdir, Rubçovu şöbəyə gətirən kimi təhqiqatçıya təhvil vermişlər, özü onu sorğu-sual etməmişdir, narkotik barədə nə deməsini bilmir, ona qarşı zor tətbiq etməmişdir, Fuad Kərimov adlı polis əməkdaşı post patrul əməkdaşı, Şahid4 isə əməliyyat müvəkkilidir, həmin şəxslər əməliyyatda iştirak etməmişlər, Erikin həyətinə daxil olmamışlar, onları görəndə qaçmamışdır, üzərində narkotik vasitə olması barədə onlara bildirməmişdir, onlar Rubçova yaxınlaşdığından, qaçmaq istəsə də qaça bilməzdi, Rubçovun saxlanıldığı yerlə Astara RPŞ arasındakı məsafə təxminən 20 dəqiqəlik yoldur, 10-15 kilometrlik məsafə olar, onu şöbəyə gətirəndə Həsən və Fuad orada olmamışdır, 16:00 radələrində Rubçovu Ərçican kəndində, küçədə saxlayıblar, şöbədən çıxıb birbaşa həmin yerə getmişlər, Fuad ona hədə-qorxu gəlməmişdir, istifadəsində ***-***-**-** mobil nömrəsi olmuşdur. İş üzrə Şahid2 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, 2024-cü il may ayının 25-də ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və daşınmasında şübhəli olması barədə olmuşdur. Şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun tərkibində o və Şahid3 olmuşdur. Təxmini saat 16:00 radələrində Astara rayonu Ərçivan qəsəbəsində Erikin yaşadığı ünvana yaxın əraziyə getmişlər, bir müddət sonra Erikin piyada gəldiyini görmüşlər, ona yaxınlaşıb özlərini təqdim etmişlər və rayon polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən şəxsin üzərinə baxış zamanı 1 büküm narkotik vasitəni özü təqdim etmiş və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir, Erikin üzərindən metamfetamin aşkar edilmişdir, onun üzərinə narkotik qoyulmamışdır, ona qarşı zor tətbiq edilməmişdir, əməliyyat məlumatı narkotik vasitələrin əldə edilməsi və üzərində gəzdirməsi barədə olmuşdur, Ərçivan qəsəbəsi onun xidməti ərazisi deyil, Eriki Bakcell mağazasının yanında saxlamışlar, Rubçovu Şahid4 saxlamasından xəbəri yoxdur, həmin gün Həsənin işdə olubolmamasını bilmir, şəxsi saxladıqları yerlə polis şöbəsi arasındakı məsafə maşınla təxmini 10-15 dəqiqəlik yoldur, Eriki saxlamağa eyni maşında Şahid3 ilə getmişlər, şəxsin üzərində axtarış 16:30 radələrində keçirilmişdir. Müdafiə tərəfinin vəsatətinə əsasən dindirilimiş əlavə Şahid4 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs evinə gedib onu şöbəyə dəvət etmişdir, həmin vaxt Erikin bibisi də evdə olmuşdur, Erikin özü ilə bu barədə söhbət etmiş, sonra vacib işi olduğundan oradan çıxmışdır, Erikin evinə tək getmişdir, Erik onunla şöbəyə getməmişdir, oğurluq hadisəsi olan yer onun xidməti ərazisidir, oğurluq edilən evdən Erikin barmaq izləri aşkar edilmişdi, getməzdən əvvəl ola bilər ki, Erikin ailə üzvlərindən kiminləsə əlaqə saxlamışdır, Eriki şöbəyə dəvət etmişdir, onun maşını ilə yolda söhbət edə-edə getmişlər, yolda olarkən ona zəng gəlmiş, o, başqa yerə gedəsi olmuşdur, Ərçivanın çıxışında, Qazandaş ərazisində o, düşüb getmişdir, mobil nömrəsi ***-***-**-**-dur, istifadəsində cəmi bir nömrəsi var, Erikin evinə təxminə səhər saat 9-10 radələrində getmişdir, gedərkən ola bilər ki, telefonunu şöbədə qoymuşdur. Müdafiə tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilimiş X3 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Erikin bibisidir, onlar birlikdə yaşayırlar, xx.xx.2024-cü il tarixdə Şahid4 Erik gündüz təxminən 11 radələrində onlara gəlmiş, gəlməmişdən əvvəl ona zəng edib Erikin evdə olub-olmadığını soruşmuşdur. Belə ki, Həsən onların ailəsini tanımışdır. Həsən özü ilə Eriki oğurluq hadisəsi ilə əlaqədar şöbəyə aparmış, sonradan o, Həsənə zəng etmiş, Həsən ona Erikin oğurluq cinayəti törətməsi ilə əlaqədar saxlanıldığını bildirmişdir, Həsən onların ailəsini 8 ildir tanıyır. Məhkəmə tərkibi aşağıda qeyd edilən sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ARCM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, özünün ibtidai istintaqdakı tam, məhkəmə istintaqındakı qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları ilə tam təsdiq olunmuş, təqsirləndirilən şəxsə elan edilmiş ARCM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham sübuta yetirilməmişdir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıdakı ilkin araşdırma materiallarında qeyd olunmuşdur: - «Şübhəli şəxsin tutulması haqqında» 25 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə saat 16:45-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.12) - «Şəxsi axtarış keçirilməsi haqqında» 25 may 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, 2 ədəd 1 manatlıq pul əskinazı, sol yan cibindən bir ədəd çəkisi 4,1 qram olan şəffaf sellofan bükümdə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 26-27) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 27 may 2024-cü il tarixli, 067/61 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu ARCM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 61-62) - Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli, 4(018)-35/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.80-83) - «Təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında» 28 may 2024-cü il tarixli, 067/144 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs edilmiş ittihamda əlavə edilərək ona həmin Məcəllənin 177.2.3 və 234.1-1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir.(i.v. 144-145) - «Zərərçəkmiş şəxs qismində tanıma haqqında» 28 may 2024-cü il tarixli, 067/127 nömrəli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. ( i.v. 127-128) - «Əşyanın maddi sübut hesab edilməsi haqqında» 30 iyun 2024-cü il tarixli, 67/164 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs evindən oğurlanmış 2 ədəd 50 manatlıq pul əskinazı, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş qalıq çəkisi 3,795 qram olan psixotrop maddə metamfetamin, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 3- 13-11/2-6660/2024 saylı məktubu və ona əlavə edilmiş 01 ədəd içərisində əl izləri olan möhürlənmiş zərf maddi sübut hesab edilmişdir. (i.v.164-165) - “Məhkəmə-kimyəvi ekspertiza”-nın 26 may 2024-cü il tarixli, 19/450 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz təmiz çəkisi: -3,895 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Rəyin qeyd hissəsində göstərilmişdir ki, metamfetaminin təmiz çəkisi: - 3,895 qram olmaqla tədqiqata -0,1 qram sərf edilmiş, 3,795 qram metamfetamin qalıq qalmışdır. (i.v. 38) - məhkəmə-tibbi ekspertizasının 01 mart 2024-cü il tarixli, 236 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir.(i.v.81-82) - “Məhkəmə-narkoloji ekspertiza”-nın 30 may 2024-cü il tarixli, 490 saylı rəyin nəticə hissəsində qeyd olunur ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (i.v. 100) - «Telefona baxış keçirilməsi haqqında» 12 iyul 2024-cü il tarixli, 067/180 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs Natikoviçə məxsus 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilən zaman cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edəcək hər hansı bir xüsusat aşkar olunmamışdır.( i.v. 180) - «Sübutların qiymətləndirilməsi haqqında» 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 3,795 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq saxlanılması üçün Astara RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 209-221). - İşdə olan "xxxx" MMC-dən daxil olmuş 21 iyun 2024-cü il tarixli məktuba əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi tutulana qədər aktiv istifadədə olmuş, sonuncu dəfə xx.xx.2024-cü il tarix, saat 12:39 da istifadə edilmiş, olduğu sonuncu anten dairəsi Astara rayonu, Ərçivan-Şüvi yolu olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmədə əldə edilmiş aşağıdakı sübutlarla müəyyən edilmişdir ki: - Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bibisi X1 şikayəti əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının yaşadığı evə gələrək Astara RPŞ-yə apardığını, orada üzərinə narkotik vasitə qoyulduğunu, orada döyüldüyünü bildirmiş, material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Məhkumun tibbi kitabçasının surətindən görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş, həbs olunmazdan əvvəl zədə aldığını bildirməmiş, həmin tarixlərə aid xəsarət izi aşkar edilməmiş, Təcridxanada saxlanıldığı dövrdə, yəni, daxil olduqdan 3 gün sonra, xx.xx.2024-cü il tarixdə qarının sol tərəfinin göbəkdən aşağı nahiyəsində təxminən 7 sm ölçüdə kəsilmiş yarası, sol qulaq seyvanının yuxarı hissəsində kəsilmiş yarası, xx.xx.2024-cü il tarixdə sol qulaq seyvanının hissəvi amputasiyası, xx.xx.2024-cü il tarixdə sağ qulaq seyvanının hissəvi amputasiyası, xx.xx.2025-ci il tarixdə rengen müayinədə həzm traktın metal yad cisimlərinin udulması (batareykanın iç hissəsi salfetkaya bükülmüş) diaqnozu qeyd edilmişdir. Sorğu zamanı həmin xəsarətləri istintaqın gedişinə etiraz əlaməti olaraq özü-özünə yetirdiyini bildirmişdir. - Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş "xxxx" MMC-dən daxil olmuş 04 aprel 2025-ci il tarixli məktuba əlavə edilmiş CD diskdən görünür ki, Şahid3 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2024-cü il tarixdə aktiv istifadədə olmuş, belə ki, günün birinci yarısı Astara rayonu, Rinə kəndi, Pensar kəndi, Astara rayonu, Təngərud kəndi, Dəniz kənarı Mayak ərazisi, Pensar kəndi və təkrar Astara rayonu ərazisində olmuş, günün ikinci yarısı günün sonuna qədər, o cümlədən saat 14:54, 15:56 və 16:20-də Astara rayonu ərazisində olmuşdur. Şahid3 məxsus nömrənin anten dairəsinin təhlilindən onun həmin gün, saat 16:00 radələrində Astara rayonu, Ərçivan kəndi və yaxın ətraf ərazilərdə olmadığı görünür. - Müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş "xxxx" MMC-dən daxil olmuş 27 may 2025-ci il tarixli məktuba əlavə edilmiş CD diskdən görünür ki, Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2024-cü il tarixdə aktiv istifadədə olmuş, həmin tarixdə müxtəlif saatlarda Astara rayonu və Astara rayonu, Dənizkənarı Mayak ərazisində olmuşdur. Şahid2 məxsus nömrənin anten dairəsinin təhlilindən onun həmin gün saat 16:00 radələrində Astara rayonu, Ərçivan kəndi və yaxın ətraf ərazilərdə olmadığı görünür. - Məhkəmənin öz təşəbbüsü ilə əldə edilmiş Astara RPŞ-nin rəisinin imzası ilə göndərilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının xx.xx.2024-cü il tarixə aid olan surətindən görünür ki, kitabın 500-cü sətirində adı qeyd edilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarix, saat 16:25-də Şahid2 və Şahid4 tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntusuna görə Astara RPŞ-ə gətirildiyi, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına göndərildiyi qeyd edilmişdir. Lakin, həmin səhifədə olan kitabın 499-cu sətirində adı qeyd edilmiş X11 adında şəxsin xx.xx.2024-cü il tarix, saat 16:05-də Şahid2 və Şahid3 tərəfindən Astara RPŞ-ə gətirildiyi qeyd edilmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini (Şahid2 və Şahid3 ifadələri bütünlükdə, Şahid4 ifadəsi yalnız Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsi, Qızıldaş ərazisində düşürdüb, özünün başqa yerə getməsi, sonuncunun narkotik vasitə ilə bağlı saxlanılmağından məlumatının olmamasına dair hissədə etibarsız olmaqla), məhkəmə istintaqı dövründə əldə edilmiş yazılı sübutları, digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan yekdil ittiham sübutlarının məcmusu ilə sübuta yetirilmiş, 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmamış, toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında məhdudlaşdırmaqla əldə olunduqda cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq məhkəməyədək icraat zamanı toplanılmış aşağıdakı sübutları və aşağıda qeyd edilənlərə əsasən onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olduğundan mötəbər sübut kimi qəbul etmir və hesab edir ki, həmin sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirliliyi ilə bağlı istintaq orqanının gəldiyi nəticələr əsassızdır.
1. İşdə olan raportda və əməliyyat tədbirinə rəhbərlik etmiş Şahid2 və qrup üzvü Şahid3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verilmiş ifadələrində qeyd olunmuşdur ki, onlar Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:00 radələrində Astara rayonu, Ərçivan qəsəbəsində piyada hərəkətdə olarkən saxlamışlar. Lakin, iş üzrə məhkəmə sorğusuna əsasən əldə edilmiş anten məlumatlarından görünür ki, Şahid3 və Şahid2 xx.xx.2025-ci il tarixdə müxtəlif ünvanlarda aktiv hərəkətdə olmuş, saat 16:00 radələrində isə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində deyil, Astara rayonu ərazisində olmuşlar, Təqsirləndirilən şəxs həmin gün saat 12:39-dək Astara rayonu, Ərçivan-Şüvi yolu anten dairəsində olmuş, həmin vaxtdan sonra telefonundan siqnal alınmamışdır. Məhkəmə istintaqında Şahid2 istifadəsində olan telefon nömrəsini məhkəməyə bildirməkdən imtina etmiş, məhkəmə qərarı əsasında ona aid telefon nömrələri müəyyən edilmiş, adına olan telefon nömrələrindən yalnız biri-***-***-**-** saylı mobil nömrəsi aktiv olmuşdur. Həmçinin, Şahid2 və Şahid3 16:00 radələrində Astara RPŞ ərazisində olduğu elə Astara RPŞ-nin rəisinin imzasıyla məhkəməyə daxil olmuş “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının xx.xx.2024-cü il tarixə aid olan çıxarışı ilə təsdiq olunmuşdur. Belə ki, həmin kitabdan çıxarışdan görünür ki, Şahid2 və Şahid3 xx.xx.2024-cü il tarix, saat 16:05-də X11 adlı şəxsi Astara RPŞ-yə gətirmişlər. Göründüyü kimi, Şahid3 və Şahid2 xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində olmamış, tamamilə başqa bir tədbirdə olmuş, tədbirin nəticəsi olaraq saat 16:05-də Qiyas Ağayev adlı şəxsi növbətçi hissəyə təqdim etmişlər. Yuxarıda qeyd olunan sübutların təhlilindən görünür ki, Şahid2 və Şahid3 nə 16:00-dan əvvəl, nə də 16:00-dan sonra Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsi ərazisindən gedib-götürməsi mümkün deyildir. Belə ki, adları qeyd olunan şahidlərin özlərinin məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, Astara RPŞ ilə Ərçivan qəsəbəsi arasındakı məsafə maşınla təxminən 15-20 dəqiqə olmuş, əgər polislərin ifadəsi həqiqət hesab olunarsa belə əməliyyat məlumatı daxil olması, şahidlərin ifadələrində bildirildiyi kimi, rəhbərliyə məruzə olunması, müvafiq qərar qəbul olunması, əməliyyat qrupu yaradılması, 15-20 dəqiqəlik məsafə qət edilməsi, şəxsin müşahidəyə götürülməsi, onun orada saxlanılıb həmin 15-20 dəqiqəlik məsafəni geriyə qət edilməsi üçün ümumilikdə ən azı bir saat vaxt lazımdır. Sadalalan şəraitdə hər iki şəxsin saat 16:05-də Astara RPŞ ərazisində olub, əməliyyat tədbiri təşkil edərək Ərçivan qəsəbəsinə gedib Təqsirləndirilən şəxs 16:25-də Astara RPŞ-yə gətirməsi isə nəzəri və praktiki cəhətdən mümkün deyildir. Göründüyü kimi, sadalanan sübutlara və ağlabatan mühakiməyə əsasən demək mümkündür ki, Şahid3 və Şahid2 xx.xx.2024-cü il tarixdə, saat 16:00 radələrində Ərçivan qəsəbəsində olub, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri təşkil edib onu 16:25 radələrində Astara RPŞ-yə gətirmələri iş materialları ilə tam təkzib olunur. Odur ki, məhkəmə tərkibi məhkəmədə müəyyən edilmiş işin faktiki hallarına əsasən hesab edir ki, əməliyyat üzrə rəis müavini Orxan Novruzov tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar obyektiv həqiqətdən tamamilə kənar olduğundan, qanunsuz hesab edilməli, həmçinin, xx.xx.2025-ci ul tarixli Astara RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş raportlar qeyd olunan qərarla birlikdə müvafiq işin qiymətləndirilməsində sübut kimi nəzərə alınmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, müvafiq qərarın qanuniliyini yoxlayan məhkəməyə işin həqiqi halları barədə məlumat verilməmiş, həqiqəti təhrif etmiş raportlar qərara əlavə edilmiş, 11 gündən sonra məhkəmənin əməliyyat tədbirinin qanuniliyini yoxlamağa real imkanı olmamışdır. Bundan əlavə, əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında müvafiq qərarda qanuniliyi yoxlanılması tələb olunan heç bir tədbir qeyd olunmamış, beləliklə də, əslində qərarın qanuniliyinin yoxlanılmasının heç bir maddi əsası olmamışdır. Belə ki, müvafiq qərarda göstərilən tədbirlərin heç biri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsində qeyd olunmuş, məhkəmə tərəfindən qanuniliyi yoxlanılması tələb olunan heç bir tədbir növünə aid olmamışdır. Odur ki, Astara Rayon Məhkəməsinin həmin qərarı iş üzrə ittiham sübutlarının qiymətləndirilməsində heç bir preyudisial əhəmiyyət daşımır. Beləliklə, məhkəmə tərkibi bir daha vurğulayır ki, əməliyyat üzrə rəis müavini Orxan Novruzov tərəfindən qəbul edilmiş 25 may 2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar, həmin tarixli raportlar və müvafiq qərarın qanuniliyinin yoxlanılmasına dair Astara Rayon Məhkəməsinin 06 iyun 2024-cü il tarixli qərar təqsirləndirilən şəxsə elan edilmiş ittihamın qiymətləndirilməsində sübut kimi nəzərə alına bilməz.
2. İş üzrə əlavə şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs evinə getdiyini, onu Astara RPŞ-yə aparmaq məqsədilə maşınına qoyub apardığını qəbul etmiş, bundan sonra ona zəng gəlməsi ilə əlaqədar başqa bir tədbirə gedəcəyi üçün Təqsirləndirilən şəxs yolda düşürtdüyünü qeyd etmişdir. Məhkəmə polis əməkdaşı Şahid4 ifadəsinə tənqidi yanaşır. Belə ki, oğurluq cinayəti törədildiyinə şübhə edilən, üstəlik əvvəllər də məhkum edilmiş və məhkumluğu olan şəxsin təqsirini etiraf etməsi nəticəsində cinayətin onun tərəfindən törədilməsinə dair ilkin məlumatı olan peşəkar polis əməkdaşının cəmi 15-20 dəqiqəlik məsafəlik yolda şübhəli şəxsi “maşından düşürtməsi” qətiyyən ağlabatan olmamaqla, işin faktiki halları ilə uzlaşmır. Əgər Şahid4 Təqsirləndirilən şəxs polis şöbəsinə aparmaq məqsədilə gəlmişdisə (bu məqəsədlə gəldiyini özü eturaf etmişdir), şübhələrinə əmin olduğu halda mütləq şəxsin məsuliyyət məsələsinin həll edilməsi üçün onu aidiyyəti orqana təhvil verməli idi. Həmçinin, təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrəsinin anten məlumatlarından görünür ki, şəxs saxlanıldığı vaxta qədər mütəmadi olaraq ay ərzində telefonu aktiv istifadədə olmuş, xx.xx.2024-cü il tarix, saat 12:39-dan sonra telefonundan siqnal alınmamışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən Şahid4 Təqsirləndirilən şəxs yolda maşından düşürtdüyünə dair ifadəsini səmimi hesab etmir. Həmçinin, qeyd edilməlidir ki, Şahid4 suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə əlaqədar Astara RPŞ-yə gətirilməsindən məlumatının olmadığını bildirsə də, yuxarıda qeyd edilən “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinməsi ilə əlaqədar Astara RPŞ-yə gətirmiş şəxslərdən biri kimi məhz Şahid4 adı qeyd edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin gətirilməsini təşkil etmiş şəxs kimi Şahid4 adının qeyd edilməsində şübhəli məqam yoxdur, çünki, bu fakt reallığı əks etdirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə əlavə Şahid4 Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsi, Qazandaş ərazisində ona zəng gəlməsi ilə əlaqədar maşından düşürdüb getdiyi, şəxsin bir neçə saat sonra narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilinərək polis şöbəsinə gətirilməsindən məlumatının olmamasına dair ifadəsini işin faktiki halları ilə uzlaşmayan, qeyri-mötəbər ifadə kimi qəbul edir, onun Təqsirləndirilən şəxs evinə getməsi, oğurluqda şübhəli bilinməsi ilə əlaqədar polis şöbəsinə apramaq üçün maşınına dəvət etməsi, birlikdə maşında hərəkətdə olmalarına dair ifadəsini iş materialalrı ilə uzlaşan, mötəbər sübut kimi qəbul edir.
3. Məhkəmə “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 16:25-də Astara RPŞ-yə gətirilməsinin yazılması ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunanların əlaqəli təhlilindən aydın görünür ki, onun guya saxlanılmasını təşkil etmiş Şahid3 və Şahid2 16:05-də başqa bir şəxsi gətirdikdən sonra əməliyyat məlumatı daxil olması, şahidlərin ifadələrində bildirildiyi kimi, rəhbərliyə məruzə olunması, müvafiq qərar qəbul olunması, əməliyyat qrupu yaradılması, təkcə gedib-qayıtması 30-40 dəqiqəlik yol olan məsafəni qət edib 16:25-də yenidən Astara RPŞ-də olması faktiki mümkün deyildir. Həmçinin, heç onu gətirənlər arasında Şahid3 yox, təqsirləndirilən şəxsin saxlanılmasına “aidiyyəti olmayan” Şahid4 adı qeyd edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs saat 16:25-də Astara RPŞ-yə gətirilməsinə dair qeydi iş materialları ilə uzlaşmadığından həqiqətə uyğun hesab etmir. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv həqiqət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən verilmiş ittihamda qeyd edilən vaxtda, yerdə və formada saxlanılmamış, sonuncu ətrafında narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı əməliyyat tədbirləri keçirilmədən, saat 16:00-dan bir neçə saat əvvəl oğurluq hadisəsi ilə əlaqədar Astara RPŞ-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən Astara RPŞ-yə gətirilmiş, orada 4 saat qanunsuz saxlanıldıqdan sonra evindən daha artıq miqdarda narkotik vasitə çıxarılacağı hədəsi ilə üzərinə narkotik vasitə qoyulmuş, özünün əleyhinə ifadə verməyə məcbur edildikdən sonra saat 16:25-də onun polis şöbəsinə gətirilməsinə dair təhrif olunmuş qeydiyyat aparılmış, saat 17:00-da “üzərində şəxsi axtarış aparılmışdır.” Bu halları araşdırmaqda istintaq orqanı maraqlı olmamış, çünki həmin hallar reallağı aşkara çıxarmış, Təqsirləndirilən şəxs ittiham olduğu narkotik vasitəni qansuz əldə edib daşıma, gəzdirmə, saxlama ilə bağlı cinayət əməlini törətməməsini sübut edən baza faktlar kimi çıxış etmişdir. Bundan başqa, polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə iş üzrə dindirilmiş şahidlər Şahid2, Şahid3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə göstərilən şahid ifadələri onların sübut kimi qəbul edilməsinin mümkünlüyünü istisna edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsində sadalanan hallar olduğundan sübut kimi qəbul edilə və Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edə bilməz.
4. Yuxarıda qeyd edilənlərlə əlaqədar məhkəmə tərkibi həm də qeyd etməyi zəruri hesab edir ki, şəxsin ətrafında əməliyyat axtarış tədbirləri keçirilmədən, ittihamda qeyd olunan şəraitdə, saatda və yerdə polis şöbəsinə gətirilmədiyi tam təsdiq olunmasına əsasən, həmçinin, əgər hesab etsək ki, o, Şahid4 tərəfindən polis şöbəsinə gətirilməmiş olsa belə, onun polis orqanı tərəfindən axtarıldığını bildikdən bir neçə saat sonra üzərində şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda psixotrop maddəni qoyub küçədə gəzməsinin heç bir ağlabatan məntiqi izahı yoxdur. Yaranmış şəraitdə, əgər həqiqətən də Təqsirləndirilən şəxs həmin miqdarda narkotik vasitəni əldə etmiş olsaydı belə Şahid4 ifadəsində qeyd etdiyi kimi “maşından düşdükdən sonra” əgər həmin qanunsuz predmet üzərində olmuş olsaydı ilk olaraq onu üzərindən uzaqlaşdırar, və ya evində olmuş olsaydı onu polislərin tapa bilmıyəcəyi məkana yerləşdirərdi. Hər bir halda, yaranmış şəraitdə ittihamın həqiqətə uyğunsuzluğu təkzibedilməz sübutlar və ağlabatan mühakimə əsasında aşkardır.
5. Məhkəmə “şəxsi axtarış və götürmə” aparılması haqqında protokol və ona əlavə edilmiş videoçəkilişin sübuti əhəmiyyətliliyi ilə bağlı aşağıldakıları qeyd etməyi zəruri hesab edir: Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olubolmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv hallardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarix, saat 13 radələrində Astara RPŞ-nin əməliyyat müvəkkili Şahid4 tərəfindən yaşadığı evdən öz iradəsilə maşına mindirilərək Astara RPŞyə aparılmış, orada 4 saat qanunsuz saxlanıldıqdan sonra pis rəftara məruz qalmış, psixi zorakılıq altında özünün əleyhinə ifadə verməyə məcbur edilərək ona aidiyyəti olmayan psixotrop maddəni qəbul etmişdir. Bundan başqa, gətirilərkən əlinə heç bir qandal vurulmamış, yəni, üzərində aşkar olunması qeyd edilən psixotrop maddə metamfetamin olmuş olsaydı belə onu atmaq üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Məhkəmə tərkibi həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs Şahid4 tərəfindən polis şöbəsinə gətirilərkən üzərində qanunla qadağan olunmuş hər hansı maddə olsaydı, onun üzərində 4 saat sonra şəxsi axtarış aparılmasına ehtiyac qalmaz, gətirildikdən dərhal sonra sənədləşdirilərdi. Bu, özü bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs Şahid4 tərəfindən polis şöbəsinə gətirilərkən üzərində heç bir qanunsuz əşya olmamışdır. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən təxminən ən azı 4 saat sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddə metamfetaminin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddə metamfetaminin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “əynindəki şalvarın sol yan cibindən” psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə şəxsin üzərində aparılmış “şəxsin axtarış və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokolu obyektiv həqiqəti əks etdirmədiyindən, mötəbərliliyi şübhə altına alınan hallar olduğundan, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut növü kimi qəbul oluna bilmədiyindən, həmin sənədi etibarsız hesab edərək, sübut növü kimi qəbul etmir.
6. Məhkəmə tərkibi həmçinin, vurğulayır ki, yuxarıda qeyd olunan əsaslarla psixoloji hədənin davamı olaraq məhkəməyə qədər icraat dövründə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi “etirafedici” ifadələrin mötəbərliliyi şübhə altına alındığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin ifadələrlə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.2, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; hədə-qorxu, aldatma yolu ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həmçinin bu əsasa görədə mötəbər sübut kimi qəbul etmir, həmçinin, qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin döyülmə, hədə-qorxu, aldatma tətbiq edilməsi ilə alınmasını təsdiq olunur.
7. Məhkəmə həmçinin, işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın preyudisial əhəmiyyəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Bundan başqa, Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, birbiri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən əldə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bibisi X1 şikayəti əsasında aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə polis əməkdaşlarının yaşadığı evə gələrək Astara RPŞ-yə apardığını, orada üzərinə narkotik vasitə qoyulduğunu, orada döyüldüyünü bildirmiş, həmçinin, material üzrə izahatı alınmış Təqsirləndirilən şəxs bibisi G.Həmidova bildirmişdir ki, qonşuluqda oğurluq hadisəsi olduğuna görə RPŞ-də aparılmış araşdırma ilə bağlı Təqsirləndirilən şəxs rayon prokurorluğuna çağırılmış və onu orada saxlamışlar. Bir müddət sonra polis əməkdaşları çəkilişlə evə daxil olmuş və onu itələmiş, çəkilişdən sonra evdən çıxıb getmişlər. Təqsirləndirilən şəxs evdən çıxıb getmək istəyəndə ona söz demək istəmiş, lakin, polis əməkdaşları ona imkan verməmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona “Gülayim bibi, məni bu zibillərdən qurtar” demiş, bundan sonra onu Astara RPŞ-yə aparmışlar. Bir müddət sonra Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından onunla əlaqə saxlayanda üzərinə narkotik vasitələr qoyulduğunu, oğurluqla bağlı tutulmadığını demiş, həmçinin, Təqsirləndirilən şəxs telefonla danışanda ona fiziki təzyiq də göstərildiyini demişdir. Material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şərh edilən hallardan göründüyü kimi prokurorluq əməkdaşı tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı ətraflı yoxlama aparılmamışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə belə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bundan əlavə, bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Təhlil olunan cinayət işindən görünür ki, araşdırmanın gedişində yalnız “tədbiri həyata keçirən” əməliyyatçıların formal izahatı alınmaqla kifayətlənilmiş, müraciət müəllifinin qeyd etdiyi evə gələn polis əməkdaşının kimliyi müəyyən edilməmiş, və ya edilsə də adı qərara daxil edilməmiş, izahatı alınmamış, onun həqiqətən də Təqsirləndirilən şəxs evinə gedib-getmədiyi araşdırılmamışdır. Məhkəmə hesab edir ki, araşdırmanın olduqca səthiliyi əsassız ittihamın məhkəməyə göndərilməsinə zəmin yaratmışdır. Belə ki, Şahid4 əlavə şahid qismində məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs evinə getdiyini, onu Astara RPŞ-yə dəvət etdiyini, aparmaq üçün maşınına mindirdiyini inkar etməmişdir. Belə olan halda, görünür ki, şəxs xidməti yoxlama aparılan dövrdə dəvət edilib izahatı alınsaydı, həmçinin, ibtidai istintaq dövründə şahid qismində dindirilsəydi də bunu inkar etməyəcəkdi. Bununla da, xidməti araşdırma hərtərəfli aparılaraq, obyektiv həqiqətin müəyyən olunmasına nail oluna bilinərdi. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işfəncə və pis rəftar barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır.
8. Sadalananlardan əlavə, həm məhkəmənin sorğusuna əsasən əldə edilmiş qeydiyyat kitabından çıxarışdan, həm də tibbi kitabçanın surətindən görünür ki, şəxs 25.xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə təcridxanaya köçürülmüşdür. Cinayət-Prosessual Məcəlləsinin 157.3-cü maddəsində göstərilmişdir ki, məhkəmə qərarına əsasən həbs olunmuş şəxs X7 24 saatdan artıq saxlanıla bilməz və bu müddət keçənədək istintaq təcridxanasına keçirilməlidir (həmin müddət istintaq təcridxanasına nəqliyyat vasitələri ilə daşınması müddətinə aid deyil). Təqsirləndirilən şəxs barəsində Astara Rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq onun 24 saatdan artıq X7 saxlanıla bilmədiyi halda 3 gün müddətində saxlanılması cinayət işinin materiallarına əsasən qaranlıq olaraq qalır, polis orqanı tərəfindən bununla bağlı hər hansı bir arqument irəli sürülməmişdir. Məhkəmə tərkibi polis orqanının Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan 5 gün, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi gündən 3 gün sonra istintaq təcridxanasına aparılmasını sonuncunun polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində bədəni üzərində yaranmış xəsarətlərin üzərindən günlərin keçməsinə, vaxtında polis şöbəsi ilə əlaqəsi və ya hər hansı asılılığı olmayan həkim müayinəsindən vaxtında keçməsinin qarşısının alınmasına şərait yaradan hal kimi qiymətləndirir.
9. Məhkəmə ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X12 hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, müdafiəçi Umud Cəfərovun Təqsirləndirilən şəxsla gizli ünsiyyəti olmamış, müdafiəçinin həmin hüquqları məhdudlaşdırılmamışdır.
10. Bundan başqa, cinayət işinin materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetamin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür.
11. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, evindən daha çox miqdarda narkotik vasitə çıxaracaqları ilə bağlı hədə-qorxu gəlməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham edərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahid ifadəsi, istintaq və məhkəmə hərəkətinin protokolları, eləcə də sənədlərlə tam sübuta yetirilmiş, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri yuxarıda qeyd edilənlərə əsasən sübuta yetirilməmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci və 145.3-cü maddələrinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübutlardan, həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ARCM-in 234.1-1-ci maddəsinə dair ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsasına görə ona bəraət verilməsini əsaslı və qanuni hesab edir. Bundan başqa, yuxarıda qeyd olunanlara əsasən məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham hökmü çıxarmağı əsaslı hesab edir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cəza təyin edilməsi ilə zamanı aşağıdakıları nəzərə alır: - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş 10 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 26 gün müddətində hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmişdir. ( i.v. 177-179) - Astara rayonu Ərçivan dairəsi İƏDN-dən verilmiş 25 iyun 2024-cü il tarixli, 82 saylı arayış və 24 may 2024-cü il tarixli xasiyyətnamədən görününr ki, Təqsirləndirilən şəxs Astara rayonu Ərçivan qəsəbəsində anadan olmuş, Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdadır, orta təhsilli, subaydır əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuşdur Ərçivan İƏDN-də yaşadığı müddətdə özünü nümunəvi davranışla aparmağa səy göstərmişdir. ( i.v.48-50) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olması cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında daha ciddi cəza növü kimi 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs residivə görə 2 il 6 aydan aşağı həddə cəza təyin edilə bilməz. Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Natiqoiçə təqsirli bilindiyi maddənin sanksiyası həddində qanunun tələblərinə uyğun ədalətli cəza təyin edilməli, Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv edilməli və Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmüylə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 ay 26 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun tutulduğu və həbsdə saxlanıldığı müdət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 25 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Həmçinin, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, iş üzrə maddi sübut kimi tanınaraq Astara Şəhər Rayon Polis Şöbəsində saxlanılan, 01(bir) ədəd bükümdə ümumi təmiz çəkisi: -3,895 qram olan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,795 qram olan psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs oğlunun üzərində aparılmış «şəxsi axtarış keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, üzərindən aşkar edilərək götürülmüş və cinayət işi üçün sübut əhəmiyyəti kəsb etməyən bir ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsi ailə üzvlərinə qaytarılmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmadığından həmin məbləğ təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad edilməli, həmin məbləğ dövlətə aid edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 42.1.4, 51-2, 76.6.3, 344-349, 350.4, 352-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə,
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsiri sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara ŞRPŞ-də saxlanılan, qalıq çəkisi 3,795 qram təşkil edən metamfetamin materiala əlavə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə ləğv edilsin və Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmüylə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 2 ay 26 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 1(bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 may 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və cinayət işi üçün sübut əhəmiyyəti kəsb etməyən bir ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsi ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə 65 (altmış beş) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Cavid Səfərli Aqil Nuriyev