Məhkəmə qərarları › İş №1(099)-104/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-104/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-104/2022 28.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3 və onun nümayəndəsi Bakı şəhər 30 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 İxtiyar oğlu, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1, müdafiəçi Bakı şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə 05 avqust 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə rəsmi və faktiki olaraq heç bir işlə məşğul olmadığı halda tanışlarına ölkə ərazisində fəaliyyət göstərən banklardan götürülmüş kreditin təminatı olaraq girova qoyulmuş avtomobillərin yaranmış kredit problemləri ilə bağlı açıq hərraca çıxarılmış avtomobilləri nisbətən ucuz qiymətə əldə etməkdə köməklik edə biləcəyini bildirib özünü bacarıqlı iş adamı kimi təqdim edib etibarlarını qazandıqdan sonra ona “Hyundai” markalı “Sonata” modelli avtomobil almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs2 həmin markalı və modelli avtomobili sata biləcəyini bildirib "xxxx" MMC-dən kirayə götürdüyü “Hyundai” markalı “Sonata” modelli avtomobili 17 mart 2018-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən telefon aksessuarları mağazasına gətirib sonuncuya verib inamını qazanaraq orada ilkin ödəniş kimi 10.000 manat pulu Cəmil Həsənlidən alıb ələ keçirdikdən sonra, 2018-ci ilin təqribən may ayında Cəmil Həsənli ilə görüşüb vermiş olduğu “Hyundai” markalı “Sonata” modelli avtomobilin kredit borcu çox olacağını bildirib, ona başqa avtomobil satacağını vəd edib həmin avtomobili götürüb aparmış, bir neçə gün sonra "xxxx" MMC-dən kirayə götürdüyü “Hyundai” markalı “Elantra” modelli avtomobili C.Həsənliyə təqdim edərək bu avtomobili onun adına rəsmiləşdiriləcəyini vəd edib sənədləşmə işlərini həyata keçirmək üçün 2018-ci ilin təqribən avqust ayında sonuncudan Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən telefon aksessuarları mağazasında bir neçə dəfəyə daha 3.000 manat pulu alıb vədlərinə əməl etməyərək aldadıb vahid niyyətlə əhatə edən qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə Cəmil Həsənliyə məxsus 13.000 (on üç min) manat məbləğində pul vəsaitini ələ keçirib öz ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs2 xeyli miqdar təşkil edən 13.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə rəsmi və faktiki olaraq heç bir işlə məşğul olmadığı halda tanışlarına ölkə ərazisində fəaliyyət göstərən banklardan götürülmüş kreditin təminatı olaraq girova qoyulmuş avtomobillərin yaranmış kredit problemləri ilə bağlı açıq hərraca çıxarılmış avtomobilləri nisbətən ucuz qiymətə əldə etməkdə köməklik edə biləcəyini bildirib özünü bacarıqlı iş adamı kimi təqdim edib Şahid3 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs3 bütün sənədləşmə işləri aparılmaqla “Hyundai” markalı “Sonata” modelli avtomobil satıb etibarını qazandıqdan sonra sonuncuya hərraca çıxarılmış 4 ədəd “Hyundai” markalı “Sonata” modelli, “Kia” markalı “Cerato” modelli, “Toyota” markalı “Corolla” modelli və “Mercedes Benz E 220” markalı avtomobili ucuz qiymətə satmaq imkanının olmasını bildirib inandıraraq 2018-ci ilin yay ayında Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mkr ərazisində yerləşən “Nevv Life” kafesində görüşüb "xxxx" MMCdən kirayə götürdüyü “Hyundai” markalı “Sonata” modelli, “Kia” markalı “Cerato” modelli avtomobillər Zərərçəkmiş şəxs3 təqdim edərək ilkin ödəniş kimi 31.500 manat məbləğində pulu ondan aldıqdan bir neçə gün sonra təmir sexində olan “Mercedes Benz E 220” markalı, duracaqda olan “Toyota” markalı “Corolla” modelli avtomobilləri göstərib yenə də ilkin ödəniş kimi daha 25.700 manat məbləğində pulu “Nevv Life” kafesində, sənədləşmə işlərini sona çatdırmaq üçün isə 1.300 manat pul vəsaitini Aşıq adlı şəxs vasitəsi ilə, 2.500 manat məbləğində pul vəsaitini isə «Nəsimi» metro stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 alıb, vədlərinə əməl etməyərək, aldadıb vahid niyyətlə əhatə edən qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 məxsus külli miqdar təşkil edən 61.000 (altmış bir min) manat məbləğində pul vəsatini ələ keçirib öz ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs3 külli miqdar təşkil edən 61.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə rəsmi və faktiki olaraq heç bir işlə məşğul olmadığı halda tanışlarına ölkə ərazisində fəaliyyət göstərən banklardan götürülmüş kreditin təminatı olaraq girova qoyulmuş avtomobillərin yaranmış kredit problemləri ilə bağlı açıq hərraca çıxarılmış avtomobilləri nisbətən ucuz qiymətə əldə etməkdə köməklik edə biləcəyini bildirib özünü bacarıqlı iş adamı kimi təqdim edib etibarlarını qazandıqdan sonra ona “Hyundai” markalı “Sonata” modelli avtomobil almaq üçün müraciət etmiş tanışı Zərərçəkmiş şəxs1 “Kia” markalı “Cerato” modelli avtomobili ilkin ödəniş 5.000 manat olmaqla sata biləcəyini bildirib inandırıb razılığını aldıqdan sonra 2018ci ilin avqust ayının əvvəllərində Siyəzən rayonu ərazisində yerləşən «Beş barmaq» pirinin qarşısında görüşüb Zərərçəkmiş şəxs1 2.500 manat məbləğində pulu almış, bir neçə gün sora Bakı şəhəri «Şamaxinka» deyilən ərazidə yerləşən çayxanada görüşüb daha 1.500 manat məbləğində pulu alıb, planların dəyişdiyini “Kia” markalı “Cerato” modelli avtomobili sata bilməyəcəyini, əvəzinə “Hyundai” markalı “Sonata” modelli avtomobili ilkin ödəniş kimi 10.000 manat olmaqla sata biləcəyini, avtomobili gətirdiyini bildirib Zərərçəkmiş şəxs1 razılığını aldıqdan sonra "xxxx" MMC-dən kirayə götürdüyü “Hyundai” markalı “Sonata” modelli avtomobili, qeydiyyat şəhadətnaməsinin surəti ilə birlikdə Zərərçəkmiş şəxs1 təqdim etdikdən sonra 2018-ci ilin təqribən avqust ayının ortalarında Zərərçəkmiş şəxs1la Bakı şəhəri «Şamaxinka» deyilən ərazidə yerləşən «Alov» zavodunun qarşısında görüşüb məzənnə ilə 3.060 manat təşkil edən 1.800 ABŞ dolları məbləğində pulu, Zərərçəkmiş şəxs1 məxsus 4.000 manat pul vəsaitini isə 2018-ci ilin sentyabr ayının əvvəllərində sonuncunun tanışı Şahid2 vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, «Mirace» çayxanasının qarşısında görüşüb alıb vədlərinə əməl etməyərək, aldadıb, vahid niyyətlə əhatə edən qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 11.060 (on bir min altmış) manat məbləğində pul vəsatini ələ keçirib öz ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən 11.060 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək, bu məqsədlə hər hansı bir qurumda satış meneceri kimi rəsmi fəaliyyət göstrmədiyi halda Şahid9 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs4 Bakı şəhərində mənzil almaq niyyətində olduğunu bilib özünü satış meneceri kimi təqdim edib "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 2 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasında 3-cü blok 9-cu mərtəbədə yerləşən 78 kvadrat metr sahəsi olan mənzili ona göstərib, həmin məzili ona kreditlə ilkin ödəniş 15.000 manat, aylıq ödənişi 500 manatdan olmaq şərtilə ümumilikdə 50.000 manat məbləğində pul vəsaitinə sata biləcəyini bildirib, inandıraraq Zahirə Heydarovanın etibarından sui-istifadə edərək 30 yanvar 2020-ci il tarixdə ünvan 2 ünvanında sonuncudan 2.000 manat məbləğində, niyyətinin ciddi olmasını təsdiq etmək üçün «İnam Əmlak»a məxsus blankın kserosurəti istifadə edilməklə tərtib edilmiş 08 fevral 2020-ci il tarixli beh müqaviləsinin surətini 08 fevral 2020-ci il tarixdə Bakı-Qazax avtomagistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən körpünün üstündə isə Zərərçəkmiş şəxs4 əri Camalzadə Şahid5 təqdim edib sonuncunun vasitəsilə Zərərçəkmiş şəxs4 məxsus 13.000 manat pul vəsaitini alıb ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib öz ehtiyacları üçün xərcləyərək Zərərçəkmiş şəxs4 xeyli miqdar təşkil edən 15.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 9000 manat pulu ona aylıq 10 faizlə vermişdir. Həmin pulu o, avtomobil alqı-satqısında istifadə etmişdir. Sonradan pulun müəyyən hissəsini qaytarmış, hazırda onun Murada borcu qalmamışdır. Onun Cəmilə heç bir məbləğdə pul verəcəyi yoxdur. Zərərçəkmiş şəxs2la birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmuşlar. Bu işlə bağlı onun Cəmilə 15.000 manat borcu olmuşdur. Cəmilə borclu olduğu məbləğdə ona tamamilə ödənilmişdir. Onun Zərərçəkmiş şəxs3 61.000 manat deyil 41.000 manat borcu olmuşdur. O, Zərərçəkmiş şəxs3 2017-ci ildən Hikmətin vasitəsilə tanımışdır. 2016-cı ildə Hikmətin gətirdiyi müştərilərə bank girovluğunda olan hərrac vasitəsilə əldə etdiyi bir neçə avtomobil sataraq qazanc əldə etmişdir. Hikmətə makler kimi ödəniş etmişdir. Aralarında etibar yaranmışdır. Bundan sonra Hikmət Rəşadəti onunla tanış edərək birlikdə avtomobil alqı-satqısı ilə məşğul olmalarını təklif etmişdir. Həmin vaxt Rəşadətə bank girovluğunda olan avtomobilləri tanışı X1 ilə hərrac vasitəsilə əldə edə biləcəyini bildirmiş və Rəşadətə 4 ədəd 18000 manat dəyərində 2011-ci il buraxılışlı, “Hyundai Sonata” markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı, 12000 manat dəyərində 2004-cü il buraxılışlı, dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes ponarama” markalı, 18000 manat dəyərində dövlət qeydiyyat nişanını xatırlamadığı 2013-cü il buraxılışlı, “Toyota Corolla” markalı, 13.000 manat dəyərində 2013-cü il buraxılışlı, dövlət qeydiyyat nişanını xatırlamadığı “Kia-Cerato” markalı avtomobillərin maya dəyərinin olduğunu demişdir. Bundan sonra Rəşadət həmin avtomobillərin hər birinin üzərində 3000- 4000 manat qazanc əldə edəcəklərini və həmin qazancı bərabar böləcəklərini demişdir. Onlar bu barədə razılaşdıqdan sonra Rəşadət ona hissə-hissə olmaqla ümumilikdə 61.000 manat Hikmətin vasitəsilə pul göndərmişdir. O, Hikmətdən pulu aldıqdan sonra zəng edərək Hikmətin ona verdiyi pulun miqdarı barədə məlumat vermişdir. O, hərrac qiyməti 18000 manat dəyərində olan “Hyundai” markalı avtomobili Rəşadətə vermişdir. Bundan sonra Rəşadətlə aralarında həmin avtomobili 20.000 manat qiymətləndirdikdən sonra Rəşadətə olan 61.000 manat borcunun 20.000 manat hissəsi silinməklə, ona 41.000 manat borcunun qalması barədə razılaşmışlar. İstintaq dövründə 3700 manat, 3000 manat, 4800 manat, 1800 manat, 5000 manat, 10000 manat dəyərində Niva Urban markalı, **-XL- *** dövlət qeydiyyat nişanlı avtomobil, 5000 manat pul olmaqla ümumilikdə Rəşadətə 33300 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, o Rəşadətə borclu oladuğu 7.700 manat pulu da məhkəmə baxışı zamanı ödəmişdir. Ona da heç bir borcu qalmamışdır. Zərərçəkmiş şəxs4 30.000 manat ilkin ödəniş istəmişdir. Onlar ilkin ödənişə görə 15.000 manat ödəniş etmişlər, qalan 15.000 manatı ödəməmişlər. Ona görə o da onlara mənzili verməmişdir.Məhkəmə baxışı zamanı da Zahirəyə vurduğu ziyanı tamamilə ödəmişdir. Əməllərindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş zianı tamamilə ödəmişdir. Onlarla barışmışdır. Himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Ailədə tək qazanc gətirən odur. Ona görə də onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi onun özünün ifadəsindən başqa, dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri istintaq hərəkəti protokolları, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o idarə etdiyi özünə məxsus Mersedes markalı avtomobil köhnə olduğundan 2018-ci ilin avqust ayının əvvəllərində həmin avtomobili satıb özünə nisbətən yeni avtomobil almaq istəmişdir. Bu məqsədlə avtomobil alverçisi kimi tanıdığı Təqsirləndirilən şəxs zəng edib ona sərfəli qiymətə avtomobil tapmasını xahiş etmişdir. Rafiq ona hərracda 2010-cu il buraxılışlı «Kia Serato» markalı avtomobili olduğunu, həmin avtomobilə görə hərracda 5000 manat ödəsə qalan pulu aylıq ödənişlərə keçirtməyin mümkün olduğunu demiş o da Rafiqlə razılaşmış və avtomobilə görə 2500 manat həmin vaxt, qalan 2500 manatı isə avtomobil hərracdan çıxarıldıqdan sonra ona verəcəyini demişdir. İki gün sonra Rafiqlə Siyəzən rayonu ərazisində yerləşən Beş barmaq adlanan pirin qarşısında görüşərək 2500 manat pulu ona vermiş, Rafiq ondan pulu alıb uzağı iki günə məsələni həll edəcəyini bildirmişdir. Bundan iki-üç gün sonra, yəni təxminən avqust ayının 10-da Rafiqə zəng edib məsələnin nə yerdə olduğunu soruşanda Rafiq ona qalan 2500 manatı da götürüb Bakı şəhəri Şamaxinka adlanan yerə gəlməsini demiş, o da üstündə cəmi 1500 manat pulu olduğunu bildirmiş. Sonra da o 1500 pulu götürüb Bakı şəhərinə gəlmiş və Rafiqlə Şamaxinka ərazisində çayxanada görüşüb, hələlik 1500 manat pul düzəltdiyini bildirmiş, Rafiqdə 1-2 günə 1000 manatı da gətirərməsini deyib, ona «Kia Serato» deyil, 2010-cu il buraxılışlı Hyundai Sonata markalı avtomobil verəcəyini bildirib, həmin avtomobili də özü ilə gətirdiyini demişdir. O Hyundai Sonata markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin neçəyə başa gələcəyini soruşmuş, Rafiq avtomobilin ümumi qiymətinin 18000 manat olduğunu, 10000 manat verdikdən sonra qalan hissəsini aylığa salacağını bildirmiş və avtomobilin açarını ona verib bir neçə günə qalan pulu da düzəltməyini tapşırmışdır. O, da avtomobilin açarını Rafiqdən götürüb, avtomobilin qeydiyyat şəhadətnaməsini istəmiş, Rafiq avtomobilin qeydiyyat şəhadətnaməsinin kserosurətini ona vermişdir. Sənədin əslinin harada olduğunu soruşanda Rafiq hərrac məsələləri tamamlandıqdan sonra sənədin əslin alıb ona verəcəyini bildirmişdir. O da Rafiqə inanmış və avtomobili götürüb Xaçmaz şəhərinə qayıtmışdır. Bundan 4-5 gün sonra, təxminən avqust ayının ortalarında Rafiq ona zəng edərək təcili olaraq avtomobilin qalan pulunu da çatdırmağını xahiş etmişdir. O, özündə yalnız 1800 ABŞ dolları olduğunu bildirəndə, Rafiq pulu təcili çatdırmasını demiş, o da həmin gün axşamüstü Bakı şəhərinə getmiş və Alov zavodunun qarşısında görüşüb 3060 manat pulu ona vermişdir. Rafiq bir neçə gün ərzində pulun qalan hissəsini də düzəltdikdən sonra, avtomobilin qeydiyyat şəhadətnaməsini hərracdan götürə biləcəyini bildirmişdir. Bundan təxminən 20 gün sonra yəni sentyabr ayının əvvəllərində Rafiq ona zəng edərək təcili olaraq 4000 manat pulu çatdırmalı olduğunu, əks halda avtomobilin ondan geri alınacağını bildirmiş, o Rafiqə 3000 manat borclu qaldığı halda nə üçün 4000 manat pul verməli olduğunu soruşmuş, Rafiq verilən pulun avtomobilin ümumi qiymətindən çıxılacağını və yerdə qalan 7000 manatı ona aylıq kredit kimi sənədləşdirəcəyini bildirmişdir. Rafiq ona zəng vurarkən özündə pul olmadığından və Rafiqin isə onu tələsdirdiyindən o Xaçmaz şəhərində yaşayan sinif yoldaşı Rövşən Məmmədovdan bir neçə günlüyə 4000 manat borc istəmiş, Rövşəndə pul olmadığından o Bakı şəhərində yaşayan Nəsimi adlı dostuna zəng edib Rafiqə təcili 4000 manat pul verməsini xahiş etmişdir. Nəsimi də elə həmin gün Bakı şəhəri Xətai metrostansiyasının yaxınlığında yerləşən çayxananın qarşısında Rafiqlə görüşüb ona 4000 manat pulu vermiş və ona zəng edərək pulu artıq Rafiqə çatdırdığını demiş, Rafiq də Nəsiminin yanında olduğundan 4000 manat almasını təsdiqləmiş və 3-4 gün ərzində avtomobilin onun adına sənədləşdirməsini başa çatdırıb qeydiyyat şəhadətnaməsini də ona verəcəyini vəd etmişdir. O, yenə Rafiqə inanmışdır. Bundan iki gün sonra Rövşənə olan 4000 manat borcunu qaytarmışdır. Təxminən 2-3 gün sonra Bakı şəhərində yerləşən «Rent A Car» şirkətlərindən birinin əməkdaşları ona zəng edərək onların şirkətinə məxsus və Rafiqə 1 aylıq icarəyə verilmiş avtomobilin onda olduğunu və avtomobili qaytarmasını tələb etmişlər. O həmin avtomobili nəğd pul verərək aldığını bildirmiş, onlar isə Bakı şəhərində görüşüb, sənədləri ona göstərmək istədiklərini dediklərindən, o, avtomobillə Bakı şəhərinə gəlmiş və həmin şirkətin əməkdaşları ilə görüşəndə ona həqiqətən də Rafiqin «Rent A Car» şirkətindən Hyundai Sonata markalı avtomobili 1 aylıq icarəyə götürməsi, onu aldadaraq həmin avtomobili ona satmaq adı ilə 11060 manat pulunu ələ keçirməsi ona aydın olmuşdur. O avtomobili «Rent A Car» şirkətinə qaytarmış, özü isə Rafiqə zəng edib onunla görüşmək istəsə də, Rafiq onunla görüşməkdən imtina etmiş, sonradan isə telefon zənglərinə cavab verməmişdir. Bu barədə anası Rəna İsgəndərova da Rafiqin onu aldatması barədə Respublikanın hüquq mühafizə orqanlarına şikayət ərizəsi yazmışdır. Lakin sonradan Təqsirləndirilən şəxs onun 11060 manat pulunu tam şəkildə qaytarmışdır. Hazırda Rafiqdən heç bir şikayət və tələbi yoxdur. İşdə olan zərəçəkmiş Zərərçəkmiş şəxs1 notariatda təsdiq olunmuş 29 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, o həmin ərizəsində Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödədiyini, ondan heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Dindirilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Şahid3 görə tanımışdır. O işdən kənar vaxtlarda avtomobil alqısatqısı ilə məşqul olmuşdur. 2018-ci ilin yay aylarında Hikmət onu Heybət adlı şəxslə tanış etmiş və Heybətgildə bankda girovda olan hərraca çıxarılmış ucuz qiymətə avtomobillər olduğunu demişdir. Sonra Heybət onu Rafiqlə tanış etmiş, onlarda olan avtomobillə maraqlanan zaman Rafiq ona qara rəngli Hyundai Sonata markalı avtomobil təklif etmişdir. Rafiq avtomobili 15000 manata satdıqlarını bildirmiş, o da razılaşmış, elə həmin vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu, 9-cu mikrorayonda yerləşən «Nevv Layf» adlı kafedə pulu Rafiqə vermişdir. Aralarında olan razılaşmaya əsasən10 gün müddətində hərrac məsələsi başa çatandan sonra sənədi ona vermək şərti ilə avtomobili götürmüşdür. O da Rafiqə inanmış, həmin vaxt avtomobili götürmüş, təxminən 4-5 gün özündə saxlayandan sonra onu Etibar adlı dəllal vasitəsilə 18000 manata satmışdır. Ancaq həmin vaxt Rafiq avtomobilin sənədini vermədiyi üçün Etibar ona beh vermiş, sənəd düzələndən sonra pulu tam şəkildə verməyi öhtəsinə götürmüşdür. Bir neçə gündən sonra Rafiq zəng edərək sənədlərin gətirmiş və notariat kontorunda həmin şəxsə etibarnamə vermişdir. Bu işdə Heybət deyil, danışıqların hamısını şəxsən Rafiq etmiş, o 15000 manat pulu Rafiqə vermişdir. Həmin avtomobili Rafiq ona satandan sonra artıq aralarında inam yaranmışdır. Təxminən 2-3 gün sonra Hikmət onunla əlaqə saxlayaraq Rafiqdə 2014-cü il buraxılışlı ağ rəngli Kia Cerato markalı avtomobil olduğunu və satma istədiyini demiş, ona görə də Hikmət, Heybət və Rafiq həmin kafedə görüşmüşlər. Rafiq yenə də avtomobilin sahibi kimi özünü təqdim etmiş və avtomobilin 15500 manata satdığını bildirmişdir. O da artıq Rafiqə inandığından, avtomobili almaq qərarına gəlmişdir. Söhbət əsnasında Rafiq 3 ədəd 2011-ci il buraxılışlı qiyməti 16000 manat olan Hyundai Sonata markalı **-MA-*** nömrəli, qiyməti 12000 manat olan panarama Mersedes markalı və qiyməti 18000 manat olan 2013-cü il buraxılışlı Toyota Corolla markalı avtomobilləri olduğunu da boldirmişdir. O həmin avtomobilləri almaq istədiyini Rafiqə bildirmişdir. Bundan təxminən 2 gün sonra o Rafiqə 15500 manat pulu Kia Cerato markalı avtomobili almaqdan ötrü vermiş, həmin vaxt X8 markalı avtomobili də gətirmiş, o 16000 manat pulu verib həmin avtomobili götürmüşdür. Təxminən iki gün sonra Rafiq ona zəng edərək Mersedes Panorama dediyi avtomobilin Babək prospektində avtomobil təmiri sexində olduğunu dediyindən o Hikmətlə birlikdə Rafiqin dediyi Təkər bazarı adlanan yerdə yerləşən avtomobil təmiri sexinə gedib, orada qara rəngli üzərində nömrəsi olmayan Mersedes Panorama markalı avtomobilə baxmışlar. Həmin gün axşam Rafiq dördüncü avtomobilin Aşıq adlı şəxsin işlətdiyi Bakı şəhəri Tbilisi prospektindən Yasamal Polis idarəsinə tərəf dönən kimi yerləşən avtomobil duracağı məntəqəsində olduğunu bildirmiş, o dənizə işə getdiyi üçün Hikmət gedib, avtomobilə baxmış və ona avtomobilin üzərində nömrəsi olmadığını və yaxşı avtomobil olduğunu ona zəng eədərək demişdir. O işdən qayıdandan sonra Rafiq ona zəng edərək Carolla avtomobilinə görə duracağın müdiri Aşıqa 1300 manat pul verməsini və həmin pulu verməzsə avtomobilin əldən çıxacağını bildirdiyindən, o 1300 manat pulu aparıb həmin duracaqda Aşıqa vermişdir. Ancaq pulun hansı məqsədlə Rafiq tərəfindən onlara göndərilməsi barədə heç bir söz deməmiş, onlarda bu barədə heç bir söz soruşmamışlar. O ümumilikdə Rafiqə 4 ədəd avtomobilə görə hissə-hissə 58500 manat pul vermiş, həmin pulun 1300 manatını Aşığa, qalan pulu isə 9-cu mikrorayonda yerləşən «Nevv Layf» adlı kafedə Rafiqə vermişdir. Təxminən bir neçə gün sonra Rafiq ona artıq sənədləşmə başa çatmaq üzrə olduğunu və sənədləşməni başa çatdırıb avtomobillərin sənədlərini ona verməsi üçün qalan 2500 manat pulu da verməsini demiş o da Rafiqlə həmin gün Nəsimi metrostansiyasının yanında görüşərək, 2500 manat pulu ona vermişdir. X9, o isə Sonata avtomobilini idarə etmişlər. Sonra Biləcəri qəsəbəsinin girəcəyində onu, 4-cü mikrorayon dairəsində Hikməti saxlayaraq, avtomobillərin "xxxx" şirkətinə məxsus olduğunu bildirib, avtomobilləri onlardan tələb etmişlər, o, isə avtomobilləri verməkdən imtina edərək , Rafiqlə danışmış, Rafiq isə avtomobilləri onlara təhvil verməsini, sonra onunla əlaqə saxlamasını dediyindən, o Hikmətlə avtomobili həmin şəxslərə vermişlər. Sonradan isə duracağa getdikdə Corolla markalı avtomobilində orada olmadığını görmüşdür. Sonra da avtomobil təmiri sexinə getdikdə Mersedes Panorama deyilən avtomobili də orada tapmamışlar. Bundan sonra o, Rafiqə verdiyi 61000 manat pulu geri tələb etmiş, lakin pulu ala bilmədiyindən, polisə şikayət ərizəsi vermişdir. O ifadəsində daha sonra göstərmişdir ki, o avtomobillərə görə Rafiqə 2018-ci ilin iyun və iyul aylarında pul vermişdir. Rafiq ona dəyən ziyanı tamamilə ödəmişdir. Ondan heç bir tələb və şikayəti yoxdur. İşdə olan Zərərçəkmiş şəxs3 notariat qaydasında təstiq edilmiş 29 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, o həminə ərizəsində Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödədiyini və ondan heç bir iddia və tələbinin olmadığını göstərmişdir. İşdə olan onun məhkəmə baxışına gələ bilməməsi və onun iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsi haqqında teleqramda da bu xüsusat öz təstiqini tapır. Dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs3 göstərdiyi xüsusatları təstiq etməklə eyni məzmunlu ifadə verdi. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən "xxxx" avtomobil kirayə verilməsi fəaliyyəti ilə məşğul olan Məhdud Məsuliyyətli Cəmiyyətinin həm təsisçisi həm də ki, direktorudur. O, özünə məxsus olan həmçinin başqa vətəndaşlardan etibarnamə əsasında götürdüyü avtomobillərin günlük, həftəlik və aylıq kirayəsi ilə məşğul olur. Müştəri onun ofisinə müraciət edərək sürücülük vəsiqəsini təqdim edir və sürücülük vəsiqəsi əsasında müştəri üçün yol vərəqi yazıb verir, bundan başqa avtomobilin icarə verilməsi haqqında müqavilə tərtib edirlər, avtomobil necə təhvil verilirdisə elə də geri götürülür. Yol vərəqində müştəri avtomobili neçə günlük kirayə götürəcəyi də qeyd edilir. Təqsirləndirilən şəxs bir müştəri kimi təxminən 2015-ci ildən tanımışdır. Rafiq bir neçə dəfə ondan avtomobil kirayə götürmüş və hər dəfədə vaxtında pulunu ödəmişdir. Rafiq özündən başqa hətta bir neçə dəfə atası üçün də kirayə avtomobil götürüb sonradan qaytarmışdır. 2018-ci ilin yay aylarında Rafiq ona xaricdən qonaqları gəldiyini və bunun üçün avtomobil lazım olduğunu bildirib, 3 və ya 4 avtomobil kirayə götürmüş və kirayə haqqını vaxtında ödəmişdir. 2018-ci ilin may ayının 25-də Rafiq ondan KİA Cerato markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili kirayə götürmüşdür. Həmin avtomobil üçün gündəlik 50 manatdan pul ödəməli olmuşdur. Ümumiyyətlə onlar avtomobili kirayə verən zaman texniki pasportu müştəriyə təqdim etmirlər, ona yalnız yol vərəqi və icarə müqaviləsini verirlər. Həmin avtomobilə görə sonuncu dəfə 25 iyul 2018-ci il tarixdə bir ay müddətində Təqsirləndirilən şəxs icarəyə verilməsi haqqında yol vərəqi verilmişdir. Bundan başqa 2018-ci ilin iyul ayının 5-də Rafiq ondan Hyundai Sonata markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili də 1 ay müddətində kirayə götürmüş, həmin avtomobili də Rafiqə gündəlik 50 manatdan kirayəyə vermişdir. Onlar kirayə verdikləri avtomobillərə GPS deyilən cihaz yerləşdirirlər ki, həmin cihazla avtomobillərin harada olmasını müəyyən edə bilsinlər. Təqsirləndirilən şəxs ondan Hyundai Sonata və Kia Cerato markalı avtomobilləri götürən ərəfədə həmçinin dövlət qeydiyat nişanlı yadında olmayan Hyundai İX 35 markalı avtomobili də kirayə götürmüşdür. Təxminən bir neçə gün sonra ona bir tanışı zəng vuraraq onun Rafiqə kirayəyə verdiyi Hyundai İX 35 markalı avtomobili başqa bir adama satdığını dediyindən, o, GPS-lə həmin avtomobili maraqlanıb tapıb, qaytarmışdır. Həmin şəxs isə Rafiqə avtomobilə görə ödədiyi pulu geri almışdır. O, belə olduqda Rafiqə verdiyi digər Hyundai Sonata markalı ** MA *** dövlət qeydiyyat nişanlı və Kia Cerato markalı ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilləri də götürmək qərarına gəlmişdir. Sonra GPS-lə axtaran zaman Kia Cerato markalı avtomobili 4-cü mkr ərazisində taparaq sürücünün əlindən almış, digər Hyundai Sonata markalı ** MA *** dövlət qeydiyyat nişanlı avtomobili də Biləcəri qəsəbəsində saxlatdırmışlar və avtomobili idarə edən sonradan adının Rəşadət olduğunu bildiyi şəxsdən təhvil alan zaman sonuncu səs küy salaraq, hər iki avtomobilə görə Təqsirləndirilən şəxs pul ödəyib aldığını, avtomobillərin ona məxsus olduğunu demiş, o isə avtomobillərin Rent A Car avtomobilləri olduğunu, Rafiqin həmin avtobilləri satmaq hüququ olmadığını bildirmişdir. Həmin vaxt Rafiq ona zəng vuraraq telefonda ona yalvarmışdır ki, onu zibilə salmasın, avtomobili geri götürməsin, onun kirayə pulunu həmişə ödəyəcəkdir. O da Rafiqə avtomobilləri satmasına görə iradını bildirmiş və avtomobili Rəşadətdən götürərək hər iki avtomobili öz ofisinin qarşısına gətirmişdir. Həmin avtomobilləri hazırda sahibləri ondan təhvil götürmüşlər. Dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Rafiqi 4 ildir ki, tanıyır, onunla yaxın münasibətləri olmuşdur. Rafiq maşın alqı-satqısı ilə məşğul olmuşdur. İlk tanış olduqları vaxtlarda Rafiq ona ilkin ödəniş kimi 3000 manat verməklə kreditlə «Mersedes» markalı avtomobil satmışdır. Daha sonra 2018-ci ilin mart ayının 17-də Rafiq ona hazır bank kreditində olan «Hyundai Sonata» markalı avtomobili ilkin ödəniş 10000 manat olmaqla satmışdır.Rafiq avtomobili sürmək üçün etibarnamə ilə ona vermişdir. Bundan 2 ay sonra Rafiq kreditin qalan məbləğinin çox olmasını bildirib, onları aldatdıqlarını, bunun sərf etməməsini deyərək, avtomobili geri qaytarmışdır. O Rafiqə sürmək üçün avtomobil lazım olduğunu demiş, Rafiq də əvvəlcə özünün idarə etdiyi «Kia» markalı avtomobili bir neçə günlüyə heç bir sənədləşmə aparmadan, daha sonra isə Hyundai Elantra markalı avtomobili sonradan onun adına keçirəcəyini bildirib, avtomobil icarəsi ilə məşğul olan «rent a car»ın yol vərəqəsi ilə ona vermişdir. O Elantra markalı avtomobili 4 aya yaxın hər ay yol vərəqəsi yenilənməklə idarə etmişdir. 2018-ci ilin təxminən avqust ayında həmin avtomobili onun adına sənədləşməsi üçün Rafiqə 1500 manat pul versə də, avtomobili onun adına keçirməmişdir. Bu hadisədən 10 gün sonra Rafiq ondan borc olaraq 1700 manat pul istəmiş, bu zaman onun özünün pulu olmadığını, lakin mağazasında olan kommunal ödənişlər üçün nəzərdə tutulmuş sistemə vurulmuş puldan verə biləcəyini, pulu bir neçə gün sonra şirkətə verməli olduğu üçün geri qaytarmaq çərti ilə ona vermiş, lakin Rafiq ondan aldığı bu pulu geri qaytarmamışdır. Daha sonra Rafiq Qurban bayramı ərəfəsində kimdənsə faizə götürdüyü pulu bağlamaq üçün əlavə ondan 1000 manat pulu borc almışdır. 2018-ci ilin avqust ayının axırlarında Elantra markalı avtomobilin məxsus olduğu icarə şirkətinin sahibi Elşən adlı şəxs avtomobili ondan almışdır. Daha sonra Rafiq ondan «Mersedes C» klas markalı avtomobilin təmir etdirib, ona vermək üçün ondan 600 manat əlavə olaraq 100-200 manat pullar alaraq ona 15000 manatdan çox maddi ziyan vurmuşdur. Rafiqə verdiyi 2700 manat pul borc olmuşdur. Rafiqlə dost münasibətlərində olduqlarından onun mağazasında olan kommunal xərclərin pulundan Rafiqə borc olaraq vermiş, yerdə qalan 13000 manat pulu ona hərracda ucuz qiymətə “Hyundai Sonata” markalı avtomobili almaq üçün Rafiqə vermişdir. Lakin Rafiq ona avtomobili verməmişdir. Rafiqin onu aldadaraq avtomobili adına sənədləşməsi üçün aldğı pul ümumilikdə 13000 manat olmuşdur. O da həmin borcu dəfələrlə Rafiqdən tələb etmişdir. Hazırda Rafiq ona vurduğu ziyanı tam bərpa etmişdir. Ona görə də onunla barışmışdır. Bu barədə notarusda təstiq edilmiş ərizə də vermişdir. Ondan heç bir tələb və şikayəti yoxdur. Xahiş edir ki, ona həbslə əlaqədar olmayan cəza verilsin. Cinayət işinin materiallarında olan notariat qaydasında təstiq olunmuş, Zərərçəkmiş şəxs2 17 yanvar 2022-ci il tarixli ərizəsindən görünür ki, o həmin ərizəsində Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini və ondan heç bir iddia və tələbinin olmadığını göstərmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, qohumu Şahid9 2020-ci ilin yanvar ayında onlara Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində tikilən yeni binadan ilkin ödəniş 20000 manat verməklə 2 otaqlı 78 kvadrat metr ölçüsü olan mənzil aldığını, həmin mənzilə görə aylıq 500 manat ödəniş etdiyini dediyindən, o evləri olmadığı üçü həmin qaydada mənzil almaq qərarına gəlmiş və Vahiddən bununla əlaqədar soruşduqda o tanışı Təqsirləndirilən şəxs həmin binada satış meneceri işlədiyini və Rafiqin vasitəsilə həmin mənzili aldığını bildirmişdir. Bundan bir neçə gün sonra Vahid onlara zəng vurub, Rafiqlə danışdığını, 78 kv. metr sahəsi olan mənzili eyni qaydada onlara sata biləcəyini demişdir. Onlar da razılaşaraq, 2020-ci ilin yanvar ayının 30-da Vahidlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən yeni tikilən binaya getmişlər. Vahid onlara təklif olunan 3 blokdan ibarət olan binada, 3-cü blok 9-cu mərtəbədə yerləşən 78 kvadrat metr ölçüdə mənzil olacağını demiş və onlarda razılaşaraq, mənzili satan ofisə getmək istədiklərini demişlər. Lakin Vahid istirahət günü olduğu üçün ofisin bağlı olduğunu, Təqsirləndirilən şəxs özünü həmin yerə çağıracağını deyib, telefonla zəng edərək Rafiqi çağırmışdır.Vahid telefonla danışandan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs göy rəngli Niva markalı avtomobillə həmin yerə gəlmişdir. Söhbət zamanı Rafiq Vahidin onlara dediklərini bir daha təsdiq edərək onlara həmin binada 3-cü blok 9-cu mərtəbədə yerləşən 78 kvadrat metr ölçüdə mənzili ilkin ödəniş olaraq 18000 manat ödəmək şərtilə satacağını, həmin mənzilə görə hər ay 500 manat olmaqla ümumilikdə 60 ay kredit ödəyəcəklərini, beh olaraq da hazırda 2000 manat pul verməli olduqlarını demişdir. Ona görə də həmin vaxt əri Şahid5 2000 manat pulu çıxarıb Rafiqə vermişdir. Söhbət zamanı Rafiq 2020-ci ilin mart ayına kimi, ilkin ödənişin qalan 16000 manatını ödəmələri üçün vaxt vermişdir. Bundan sonra bir həftə ərzində 13000 manat pul düzəltmişlər. Həmin ərəfədə Vahidin vasitəsilə Rafiq pulu düzəldiblərsə, guya Gürcüstan sərhədindən gömrükdən tikinti materiallarının pulunu ödəmək üçün pul lazım olduğundan pulu göndərmələrini dediyindən, düzəldikləri 13000 manat pulu əri Şahid5 qardaşı Həsrətlə birlikdə 08 fevral 2020-ci il tarixdə Hacıqabul körpüsü adlanan yerdə Rafiqlə görüşərək ona vermişlər. Həmin vaxt Rafiq də özü ilə onun arasında 50000 manat dəyəri olan mənzilin satılması ilə bağlı beh müqaviləsinin bağlanması haqqında müqavilənin əslini imzalayaraq əri Şahid5 vermiş, Şahid5 də onun adının qarşısına imza edərək müqavilənin əslini götürmüşdür. Bundan sonra onlar ilkin ödənişin qalan 3000 manatını da düzəltməyə başlamışlar. Bir müddət Rafiqlə əlaqə saxlamaq mümkün olmamış, Rafiqin telefonuna zəng çatmamış, lakin Vhatsapp proqramı açıq olmuş, ona SMS yazan zaman hər dəfə bir yaxın qohumunun vəfat etdiyini bu səbəbdən başının qarışıq olduğunu bildirmişdir. Sonra onlar qalan 3000 manatı da düzəldib əri Şahid5 ilə birlikdə Bakı şəhərinə getmişlər. Onlar həmin vaxt Rafiqlə Bakı şəhərində görüşmək barədə razılaşsalarda Rafiq axşama kimi onları gözlətmiş, lakin görüşə gəlməmişdir. Ona görə də Vahid onlara beh müqaviləsinin əslini istəmişdir ki, beh müqaviləsində qeyd olunan İnam Əmlakın kimə məxsus olmasını öyrənsin. Onlar da beh müqaviləsinin əslini Vahidə verərək, surətini özlərində saxlamışlar. Onunla bağlanan beh müqaviləsində yuxarıda «İnam Əmlak» qeyd olunmuş, möhürün içərisində isə Şahid7 adı yzılmaqla, VÖEN ********** qeyd olunmuşdur. Sonradan artıq onlar Rafiq tərəfindən aldadıldıqlarını başa düşmüşlər, ona SMS yazan zaman hər dəfə bir bəhanə edərək pulu qaytaracağını desədə, onları aldadaraq pullarını qaytarmamışdır. Zərərçəkmiş şəxs4 ifadəsində daha sonra göstərmişdir ki, Rafiq onlara vurduğu ziyandan 4850 manat hissəsini istintaq vaxtı, qalan hissəni isə məhkəmə baxışı zamanı ödəmişdir. Pulun ödənməsi barədə notariat qaydasında tərtib etdiyi ərizəsi düzdür. Hazırda Rafiqdən heç bir iddia və tələbi yoxdur. Rafiqin himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Ona görə də ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə dindirilmiş şahid Camalzadə Şahid5 Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları təstiq etməklə eyni məzmunlu ifadə verdi. Dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, özü hazırda heç bir fəaliyyət növü ilə məşğul olmasa da əvvəllər Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 2 nömrəli tibb texnikomunun arxa hissəsində yerləşən 9 mərtəbəli yaşayış binasının altında yerləşən «İnam Əmlak» daşınmaz əmlakın alqı satqı ofisini işlətmişdir. Həmin fəaliyyət məşğul olmaq üçün Vergi orqanlarında qeydiyyata düşmüş və ona ********** nömrəli VÖEN verilmiş və o, həmin VÖEN əsasında fəaliyyət göstərmişdir. Sonradan 2020-ci ilin fevral ayının 20-də VÖEN-ini ləğv etdirmiş və ofisi təhvil verərək fəaliyyətini dayandırmışdır. Onun rəhəbri olduğu İnam Əmlak daşınmaz əmlakın alqı satqısı ofisinin yerləşdiyi məkanı Emin adlı şəxsdən aylıq icarə haqqı 550 manat ödəmək şərtilə götürmüşdür. Onun ofisi evlərin alqı satqısı və kirayə götürülməsində vasitəçilik edir və bunun müqabilində həm alıcı həm də satıcı tərəfindən onlara xidmət haqqı ödənilmişdir. Onun istifadəsində ***-***-**-** nömrəsini istifadə edir, həmin nömrə onun anası X4 adınadır, əvvəllər isə ***-***-**-** və ***-***-**-** nömrələrini istifadə etmiş, hər iki nömrə onun öz adına olmuşdur. "xxxx" MMC ilə onun heç bir əlaqəsi yoxdur, sadəcə olaraq vasitəçi olduğu üçün internet vasitəsilə satılan mənzillərin yerləşdirildiyi elan saytlarına baxan zaman orada ünvan 2 ünvanında yerləşən binadan ucuz qiymətə mənzil satılması elanını götürmüşdür. Həmin elanda qeyd olunan nömrə ilə əlaqə saxlanıldıqda Təqsirləndirilən şəxs ilə tanış olmuş, Rafiq ona həmin yaşayış binasında müəyyən işlər görmüş, bunun müqabilində ona bir neçə mənzil verilmiş, həmin mənzilləri şirkət qiymətindən ucuz qiymətə satdığını bildirmişdir. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs onun ofisinə gəlmiş və aralarında münasibət yaranmışdır. Onların işlərinin qaydası ondan ibarətdirki, əgər müştərini onlar tapdıqda satıcı ilə alıcı arasında ilkin olaraq beh müqaviləsi onların iştirakı ilə bağlanır ki, gələcəkdə hər hansı bir problem yaranmasın, daha sonra pul tam şəkildə alıcı tərəfindən satıcıya ödənildikdə onlar birlikdə notariat ofisinə gedib alqı satqı müqaviləsi bağlayırlar. Onlar sadəcə olaraq vasitəçi olduqları üçün behi rəsmiləşdirmək məqsədilə heç bir hüquqi qüvvəsi olmayan beh müqaviləsini hazırlayıb imzalarla təsdiq edirlər. Həmin beh müqaviləsində 3 tərəf iştirak edir, onlardan biri alıcı, biri satıcı və biri də o, vasitəçi kimi iştirak edərək təsdiq edir, hər üçü imzalarla təsdiq edirlər. Onlar ofisdə beh müqaviləsinin blankını hazırlayıb VÖEN-im əsasında açdığı möhürlə təsdiq edir ki, hazır vəziyyətdə olsun və müştəri olduqda qələm vasitəsilə həmin beh müqaviləsi doldurularaq imzalarla təsdiqlənir. Özü özlüyündə heç bir hüquqi sənəd sayılmır, yəni hər hansı bir əmlakın alqı satqısını rəsmiləşdirən sənəd deyildir. Onun bildikləri bunlardan ibarətdir. Zərərçəkmiş şəxs4 tanımamışdır. Həmin beh müqaviləsinin blankı onun rəhbəri olduğu alqı-satqı ofisinə məxsus olsa da blank ofislərində tərtib edilməmiş, oradakı yazılar onun və ya onunla birlikdə ofisdə işləyən şəxslər tərəfindən yazılmamışdır, çünki onların tərəfindən yazılmış olsaydı blankı o imzalayardı. Bundan başqa Zərərçəkmiş şəxs4 ümumiyyətlə ofislərində olmamışdır. Ola bilsin ki, Rafiq onun ofisinə gəlib gedən zaman onun və işçilərin xəbəri olmadan hazır blankdan gizli götürmüş və ya başı qarışıq olan vaxt blankı götürüb, möhürləyib aparmış və sonradan həmin blankdan istifadə etmişdir. Həm də o möhürü blanka heç vaxt kənardan vurmur, blankın mərkəz hissəsindən vurur, bundan əlavə beh müqaviləsini təsdiq edən zaman ödənilib ştampı da vurur ki, həqiqətəndə pul alıcı tərəfindən ödənilmişdir. Onun və ofisdə işləyən digər şəxslərin həmin blankla heç bir əlaqəsi yoxdur. Məhkəmədə ittiham və müdafiə tərəfin razılığı ilə ifadəsi elan olunmaqla tədqiq edilmiş gəlməyən Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda "xxxx" MMC-nin baş direktorun müavini vəzifəsində işləyir. Onların MMC Bakı şəhərinin müxtəlif ərazilərində çoxmənzilli binaların tikintisi ilə məşğul olur. Həmin binalardan biri də ünvan 2 ünvanında yerləşir. Binadan mənzil alan zaman satış üçün tikilən binanın ikinci mərtəbəsində yerləşən ofisə yaxınlaşır, mənzilin pulunu ödəyəndən sonra pul kassaya mədaxil edilir və müştəri ilə mənzilin satılması ilə bağlı müqavilə imzalanır. Şirkətləri tərəfindən inşa edilən binalardan mənzil satışlarını müxtəlif ev alqı satqısı ilə məşğul olan dəllallar da həyata keçirir. Onlar müştəriyə mənzil satacaqları təqdirdə həmin dəllala da mənzilin dəyərinin 2 faizi qədərində pul verirlər. Bu səbəbdən həmin dəllaların müştərisi olduqda onlar müştərini sərbəst şəkildə gətirib binada mənzili göstərirlər, ilkin qiyməti öz aralarında razılaşırlar və sonra əgər müştəri bəyəndiyi halda yəni almaq istəyəndə ofisə gətirirlər, onlarla müqavilə imzalanır. Əks halda yəni müştəri sadəcə mənzilə baxanda isə ümumiyyətlə onlara xəbər vermirlər. Belə dəllallıqla məşğul olan şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Rafiq Yasamal rayonu ərazisində ev alqı satqısı ilə məşğul olmuş və onların ünvan 2 ünvanında yerləşən binadan mənzil satılmasında köməklik etmişdir. Bir neçə dəfə Rafiqin gətirdiyi müştəriyə mənzil satılmış və ona da dəllal pulu verilmişdir. Təxminən Rafiq 8 və ya 9 mənzilin satılmasında köməklik etmişdir və hər bir mənzil satılanda da Rafiqə pul verilmişdir. Lakin Təqsirləndirilən şəxs dəllal olaraq satdığı mənzillərin heç biri ilə bağlı müqavilə bağlamaq səlahiyyəti olmamışdır, Rafiq tapdığı müştərini gətirməli olmuş ofisə, ofisdə həmin şəxs pulunu ödəməli olmuş və bunun müqabilində həmin müştəri ilə aralarında müqavilə bağlanılmalı olmuşdur. Təqsirləndirilən şəxs sonradan «İnam Əmlak» adlı ev alqı satqı ofisinə gedib gəlmişdir. Həmin ev alqı satqı ofisinin rəhbərinin kim olması, onunla Təqsirləndirilən şəxs arasında nə kimi münasibətin olmasından məlumatı olmamışdır. Zərərçəkmiş şəxs4 əvvəllər tanımamışdır. Şirkətləri tərəfindən ünvan 2 ünvanında yerləşən binadan Zahirəyə heç bir mənzil satılmamış, Zahirə mənzil alqı satqısı ilə bağlı ofislərinə müraciət etməmiş, nə də ki, onun adından Təqsirləndirilən şəxs şirkətin ofisinə müraciət etməmişdir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 aldadaraq ona ünvan 2 ünvanında inşa ediləcək binadan 78 kvadrat metr mənzil satacağını deyərək 15000 manat pulunu almasını bilmişdir. Onların inşa edilən binalarında Təqsirləndirilən şəxs məxsus mənzil olmamışdır. Şirkətləri tərəfindən inşa edilən binaya quraşdırılmış plastik qapı və pəncərələri binanın birinci mərtəbəsində yerləşən özlərinə məxsus olan sexdə hazırlatdırırlar.İbtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, təstiq edir. Məhkəmədə ifadəsi elan olunmaqla tədqiq edilmiş üzürlü səbəbdən gəlməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2018-ci ilin sentyabr ayının əvvəlində Xaçmaz şəhərində yaşayan dostu Rövşən ona zəng edərək Murad adlı sinif yoldaşının təcili olaraq bir nəfərə 4000 manat pul verməli olduğunu bildirib, Muradın dediyi şəxslə görüşüb 4000 manat poulu həmin şəxsə verməsini xahiş etmiş, ona aldığı borcu bir gündən sonra ona göndərəcəyini vəd etmişdir. Bundan sonra Muradla danışmış və Murad Rafiq adlı şəxsdən avtomobil aldığını və həmin avtomobilin pulundan 4000 manatı təcili Rafiqlə görüşüb ona çatdırmasını xahiş etmişdir. Muraddan Rafiqin telefon nömrəsini alıb ona zəng etmiş və həmin gün saat 14 radələrində Xətai metrostansiyasının yaxınlığında yerləşən Mirage adlı çayxananın qarşısında ilk dəfə gördüyü, özünü Rafiq kimi təqdim edən şəxslə görüşüb ona Muradın adından 4000 manat pul vermiş və elə yanındaca Murada zəng edib bu haqda məlumat vermişdir. Rafiq də Muradla danışaraq ondan 4000 manat pul almasını təsdiq etmişdir. Növbəti gün Rövşən onun 4000 manatını göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin Rafiq adlı şəxs Rövşənin sinif yoldaşı Muradı aldadıb ona «Rent A Car» şirkətinə məxsus olan avtomobili öz avtomobili kimi təqdim edib satmaq adı ilə Muradın 11000 manat pulunu ələ keçirmiş və onun Rafiqə verdiyi pul da həmin pulun bir hissəsi olmuşdur. İşdə olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. İşdə olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Camalzadə Şahid5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. İşdə olan üzləşdirmədə istintaq hərəkəti protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı tam təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş 24 iyul 2018-ci il tarixli 1850 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış müqaviləyə əsasən «Hyundai Sonata» markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 ay müddətinə Təqsirləndirilən şəxs icarəyə verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək ifadəsində Murad İsgəndərovdan faizə 9000 manat pul aldığını, ona avtomobil satmadığını, Murad İsgəndərovun sürücülük vəsiqəsi olmadığından Hyundai markalı avtomobili öz adına icarəyə götürüb sürmək üçün ona verdiyini, Zərərçəkmiş şəxs3 borcu qalmadığını, Zərərçəkmiş şəxs3 aldığı pulların hamısını X5 adlı şəxsə verdiyini, Zərərçəkmiş şəxs2 qarşı dələduzluq etmədiyini, Cəmillə birlikdə avtomobil alqı-satqısı ilə məşğul olduqlarını, bununla bağlı onun Cəmilə 15.000 manat borcu qaldığını, "xxxx" MMC tərəfindən inşa edilən binada fərdi qaydada rəsmi müqavilə olmadan qapı pəncərə işini görərək onun müqabilində ona həmin binadan 1 ədəd mənzil verildiyini, bundan başqa ona həmin şirkət tərəfindən inşa edilən digər binalardan da əlavə olaraq 4 ədəd mənzil verildiyini, ünvan 2 ünvanında yerləşən binada verilmiş mənzili Zərərçəkmiş şəxs4 55000 manata satdığını, Zahirənin 15000 manat ilkin ödəniş etdiyini, qalan 40000 manatı ödəmədiyinə görə ona mənzilin verilməsi mümükün olmadığı barədə ifadələri vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs ayrı-ayrı epizodlar üzrə verdiyi qeyd edilən ifadələri, ziddiyyətli, özünü müdafiə məqsədi daşıyan, məhkəmədə heç bir sübutla təsdiq edilməyən və işin faktiki hallarına uyğun gəlməyən, habelə məhkəmədə dindirilmiş zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, məhkəmədə tədqiq edilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları, işdə olan icarə müqavilələri və sənədlərlə təkzib edildiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CMnin 178.3.2-maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 1991-ci ildə Bakı şəhərində anadan olması, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz olması, əvvəllər məhkum olunmaması, ünvan 1 ünvanda yaşaması və yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Öhtəsində 5 nəfər ailə üzvü olmaqla onlardan iki nəfəri azyaşlıdır. İşdə olan Xətai Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixdə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan ibtidai istintaq orqanının 08 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə barəsində axtarış elan edilmişdir. İşdə olan Yasamal Rayon Polis Şöbəsinin 13 aprel 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ərizələrindən görünür ki, onlara vurulmuş ziyan tam şəkildə bərpa edilmişdir, onların Təqsirləndirilən şəxs heç bir iddia və tələbləri yoxdur. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10–59.1-13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam aradan qaldırmasını, zərərçəkmiş şəxslərin ondan heç bir iddia və tələblərinin olmamasını, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və öhtəsində 5 nəfər ailə üzvü olmaqla, ailədə yeganə qazanc gətirən olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərər alır. Məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 61-ci madəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmədə müəyyən edilmiş yuxarıda sadalanan hallar Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 70-ci maddəsinin mahiyyəti ondan ibarətdir ki, şəxsiyyəti buna imkan verən təqsirləndirilən şəxsə təyin olunacaq cəzanı çəkmədən islah olunması mümkündürsə, həmin şəxsə cinayət qanunvericiliyinin ədalət və humanizm prinsipindən yanaşmaq olar və onun cəza çəkməsinə lüzum yoxdur. Məhkəmə qanunun yuxarıda qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətdiyi cinayətinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı kifayət qədər yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən islah edilməsi mümkündür. Ona görə də onun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. CM-nin 70.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs şərti məhkum edilərkən sınaq müddəti təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə bu barədə onun davranışına nəzarət edən orqanlara məlumat vermək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 05 sentyabr 2020-ci il tarixdən başlayaraq 08 noyabr 2020-ci il tarixədək və 06 aprel 2022-ci il tarixdən başlayaraq 28 aprel 2022-ci il tarixədək, yəni 2 ay 20 gün ev dustaqlığında və həbsdə qalmışdır. Lakin məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 22 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinin 5-ci abzasına olunan əlavədə göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, CM-in 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilmiş cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında qaldığı yuxarıda qeyd edilən müddət ona təyin edilmiş cəzaya hesablanmamalı, şərti tətbiq etmə barədə qərar təyin edilmiş cəzaya tətbiq edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, ona qarşı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 132, 346, 351-353, 356-358, 383-385-cı maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-in 70-ci maddəsi tətbiq edilərək, Təqsirləndirilən şəxs təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini dəyişdikdə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilsin, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar