Məhkəmə qərarları › İş №1(099)-104/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-104/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-104/2024 22.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1991-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Astara rayonu Balaca Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş X11 03 avqust 1992-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Astara şəhəri Səməd Vurğun küçəsi ev 26da qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 03 aprel 2023-cü il tarixdə Astara rayon sakini olan tanışı Təqsirləndirilən şəxs1 öz istifadələri üçün birlikdə psixotrop maddə olan metamfetamin almağı təklif edib, onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək birgə vəsaitləri hesabına satış məqsədi olmadan qanunsuz olaraq Lənkəran şəhərindən psixotrop maddə olan metamfetamin əldə etmək qərarına gəlib, bu məqsədlə Təqsirləndirilən şəxs1la birlikdə həmin gün saat 17 radələrində Lənkəran şəhəri, Z.Əliyeva küçəsinə gələrək, orada hərəsi 15 manat pul qoyduqdan sonra əvvəlcədən razılaşdıqları kimi, Təqsirləndirilən şəxs1 Lənkəran şəhəri, “Böyük bazar” ərazisinə gedərək digər şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qr, 0,375 qr, 0,288 qr, 0,249 qr, 0,262 qr, 0,168 qr və 0,689 qr olmaqla, ümumi təmiz çəkisi 2,294 qram olub külli miqdar təşkil edən ağ rəngli kristal formada eyni tərkibli psixotrop maddə metamfetamini 30 manat pul müqabilində almaqla əldə edərək, həmin maddələri üzərində saxlayıb daşıyaraq onun yanına qayıtmış, aralarında olan ümumi niyyətə uyğun olaraq orada Təqsirləndirilən şəxs1 üzərindəki külli miqdarda psixotrop maddə metamfetaminin 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qr, 0,375 qr və 0,288 qr olmaqla, cəmi təmiz çəkisi 0,926 qram olan hissəsini özündə saxlayıb, qalan 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,249 qr, 0,262 qr, 0,168 qr və 0,689 qr, olmaqla, cəmi təmiz çəkisi 1,368 qram olan hissəsini ona verdikdən sonra həmin bükümləri qəbul etməklə əldə edib, hər ikisi qeyd olunan çəkilərdə və bükümlərdə psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq üzərlərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həmin gün saat 18 radələrində keçirdikləri əməliyyat tədbirləri zamanı Əhmədov X9 şəhəri, Z.Əliyeva küçəsində piyada hərəkət edərkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən rayon polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış apararkən digər şəxsdən pul müqabilində əldə etdikləri külli miqdarda psixotrop maddə metamfetamin 3 ədəd bükümdə, cəmi 0,926 qram çəkidə olan hissəsi əynində olmuş gödəkçəsinin sağ yan cibindən sellofan kəsiklərinə bükülmüş halda aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 də həmin gün saat 19 radələrində Lənkəran şəhəri, Ə.Məmmədov küçəsində piyada hərəkət edərkən saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən qalan 4 ədəd bükümdə, cəmi 1,368 qram çəkidə psixotrop maddə metamfetamin əynində olmuş şalvarının sağ yan cibindən sellofan kəsiklərinə bükülmüş halda aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən “kakos” yəni heroindən istifadə edir. Təqsirləndirilən şəxs2 tanıyır, o da narkotik vasitə xəstəsidir, birlikdə narkotik vasitə istifadə etmişlər. 03 aprel 2023-cü ildə saat 12-1 arası onları birlikdə Lənkəran şəhərində yerləşən polis şöbəsinin arxasındakı köhnə idman məktəbinin həyətində saxlamışlar. Həmin vaxt orada birlikdə narkotik vasitə istifadə edib, artıq çıxıb getmək istəyirlərmiş. Görmüş ki, üç nəfər mülki geyimdə olan şəxslər yaxınlaşır. Onlara demişlər ki, “burada flankəsin evi haradadır, demişlər ki, tanımırıq”. Bundan sonra görmüş ki, həmin şəxslər üstünə gəlir, özü qorxub qaçmaq istəmiş, lakin onu saxlamışlar. Daha sonra məktəbin əsas girişindən çıxarıb, Chevrolet Niva markalı maşına mindirib, gətirmişlər şöbəyə. Şöbəyə gəlib ikinci mərtəbəyə çıxarmışlar. Otaqda soruşmuşlar ki, üstünüzdə nə var. O isə üstündə heçnəyin olmadığını bildirmişdir. Sonra soruşmuşlar ki, narkotiki kimdən haradan almısız. Onlar isə bu barədə heçnə deməmişlər. Elə bundan sonra başlamışlar onları döyməyə. Polis əməkdaşları onları döyüb demişlər ki, çıxış yolunuz bir dənədi, bunu götürüsüz üstünüzə, yoxsa üstünüzə külli miqdarda qoyacayıq. Hüseyn isə onlarla razılaşmadığından Hüseyni daha möhkəm döymüşlər. Döyüldükdən sonra polislərlə razılaşmışlar. Bundan sonra polislər yeddi büküm “patı” gətirib, demişlər ki, bunu öz aranızda bölüşdürün. Üç bükümün özü, qalan dörd bükümü də Hüseyn götürmüşdür. Daha sonra video-çəkilişə aparmışlar. Video-çəkilişdə demişlər ki, sizə qarşı qeyri-qanuni nəsə olub-olmayıb, özləri isə heçnə deyə bilməmişlər, vəkilləri də orada olmuşdur. Çəkiliş zamanı polis əməkdaşları necə deyib elə də danışmışlar. Özü demişdir ki, İmran adlı şəxsdən öz istifadəsi üçün almışdır. Çünki bir kişi gətirmişdilər ki, guya ki, ondan alıb narkotiki, Hüseynlə birlikdə çəkəcəklərmiş. Tutulmamışdan qabaq isə Lənkəranda böyük bazardan üç çet narkotik vasitə heroin alıb, Hüseynlə birlikdə istifadə etmişdir. Həmin narkotikin pulunun beş manatını özü, on manatını isə Hüseyn qoymuşdur. Narkotiki özü tək gedib almışdır. Saxlanılanda isə həmin narkotikin hamısını artıq istifadə etmişlər, üzərlərində heç bir narkotik olmamışdır. İşinə ədalətli baxılmasını, imkan varsa kömək edilməsini, xəstə anasının olduğunu, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2 ilə yaxın bir müddətdir ki, psixotrop maddə metamfetamindən tüstünü çəkmək yolu ilə qəbul edir. Psixotrop maddəni çox zaman Lənkəran şəhərinə üzdən tanıdığı şəxslərdən alır. Təqsirləndirilən şəxs2 son bir–iki ay olar ki tanıyır. Onunla Lənkəran şəhərində tanış olmuşdur. 03 aprel 2023-cü il tarixdə, təxminən saat 16 radələrində Hüseynlə Astara şəhərində təsədüfən rastlaşmışdır. Onunla birlikdə söhbətləşən zaman ondan istifadə etmək üçün psixotrop maddə olub-olmadığını soruşmuşdur, olduğu halda ona verməyini, ya da satmağını istəmişdir. O da Hüseynə üzərində olmadığını, lakin Lənkəran şəhərində satan tanışı olduğunu, özünədə qəbul etmək üçün psixotrop maddə lazım olduğunu deyərək, birlikdə pul qoyub almasını təklif etmişdir. Hüseyndə onunla razılaşaraq tanış taksi sürücüsü olduğunu və onları Lənkərana aparıb gətirəcəyini demişdir. Sonra Hüseyn tanışına zəng vurmuş həmin şəxs onları Astaradan Lənkərana gətirmişdir. Onlar təxminən 17 radələrində Lənkərana çatmışlar. Taksi sürücüsü onları Lənkəran şəhərində Z.Əliyeva küçəsində düşürtmüşdür. Hüseyn ona 15 manat vermişdir. O Hüseynə özündə də 15 manat olduğunu, onu Lənkəran şəhərində Əli Məmmədov küçəsində yerləşən idman meydançasının yanında gözləməsini demişdir. Özü isə Lənkəran mərkəzi bazara piyada gəlmişdir. Lənkəran şəhəri mərkəzi bazarına çatmağına az qalmış bir neçə aydır tanıdığı İmran adlı şəxsi görmüşdür. Ona yaxınlaşıb hal-əhval etdikdən sonra onun üçün psixotrop maddə almasını xahiş etmişdir. O da ala biləciyini demişdi. Ondan büküm istədiyini soruşduqda, 7 büküm istədiyini demişdir. İmrana Hüseynin ona verdiyi pulu və özündə olan pulun üzərinə qoyub ümumilikdə 30 manat pul vermişdir. İmran ona Lənkəran şəhəri mərkəzi bazarın yaxınlarında gözləməyini demişdir, özü isə bazara tərəf getmişdir. Bir qədər sonra İmran qayıdaraq ona psixotrop madə aldığını demişdir. İmran ona 7 bükümü verdikdən sonra onunla sağollaşıb ayrılmışdır. O Hüseynin yanına Əli Məmmədov küçəsinə gəlmişdir. O yeddi ədəd bükümdən dördünü Hüseynə vermiş, qalan üç bükümü isə öz istifadəsi üçün saxlamışdır. O Hüseynlə əvvəlcə Astaraya qayıtmağı düşünsə də sonradan işi olduğunu deyib Hüseyndən ayrılmışdır. Hüseyndən ayrıldıqdan sonra Lənkəran şəhəri Z.Əliyeva küçəsində piyada gedərkən mülki geyimdə 3 nəfər şəxs ona yaxınlaşmışdır. Onlar ona özlərini təqdim etdikdən sonra onların polis əməkdaşları olduğunu bilmişdir. Polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyərək polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçinin iştirakı ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində saxladığı 3 bükümdə psixotrop maddəni polis əməkdaşlarının üzərinə axtarış keçirtdiklərində aşkar ediləcəyini bildiyi üçün əynində olan gödəkcəsinin sağ yan cibindən içərisində metamfetamin 3 bükümü çıxardıb təqdim edərək, təhqiqatçıya bükümlərin içərisində metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı ondan təqdim edilən bükümlər barədə soruşduqda ona təqdim etdiyi bükümlərin metamfetamin olduğunu, tanışı Hüseynlə birlikdə pul qoyub 30 manata Lənkəran şəhərində İmran adlı şəxdən aldığını, 4 bükümü Hüseynə verib 3 bükümü qəbul etmək üçün üzərində saxladığını demişdir. Təqdim etdiyi 3 bükümdə metamfetamin ekspertizaya təqdim olunması məqsədilə kağız paketə qoyub bağlanılarq möhürlənmişdir. Sonra həmin gün Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutularaq onun üzərindən 4 bükümdə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ifadələrinin özü tərəfindən verilmədiyini, polis əməkdaşları nə yazıblarsa onu imzaladığını, ona CM-nin 234.1-ci maddəsi ilə barəsində qolbağ cəzası veriləcəyini bildirdiklərini, həmin ifadələrini təsdiq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü narkotiklərdən “kakos” heroindən istifadə edir, gəmidə kursda oxuyur. Elvini tanıyır, narkotik istifadə etməyə təzə başlamışdır. Elvinlə tanış olanda demişdir ki, “narkotik istifadə etmək istəyirsənsə tapa bilərəm”. Bundan sonra Elvinin nömrəsini götürüb, üç-dörd gün sonra onu yığımışdır. Elvin ona bazarın yanına gəlməyini demişdir. Gedib Elvinlə görüşmüş, ona on manat pul verərək narkotik vasitə almağını istəmişdir, Elvin isə əlavə beş manat da verməsini həmin pula da öz istifadəsi üçün narkotik alacağını bildirmişdir. Hər dəfə Elvinlə görüşüb bazarda gözləyib, Elvinə on beş manat pul verib, Elvin isə on manatlıq onun üçün, beş manatlıq da özü üçün narkotik alıb gətirmiş, birlikdə istifadə etmişlər. Axırıncı dəfə də 3 aprel 2023-cü ildə Elvinə sms yazaraq harada olduğunu soruşmuş, Elvin isə evdə ağırda olduğunu demişdir. Elvinə iyirmi beş manat pulunun olduğunu deyib, on manat taksi pulu, on manatlıq ona, beş manatlıq da özü üçün narkotik götürə biləcəyini soruşmuşdur. Elvin razılaşmış, bundan sonra bazara gedib Qafar adlı taksi sürücüsü tanışına onu Lənkərana apara biləcəyi ilə maraqlanmış, sonuncu Lənkərana bir azdan xəstə aparacağını, onları da beş manata apara biləcəyini demişdir. Bundan sonra Qafar adlı tanışı onları Lənkəran şəhərinə gətirmiş, polis şöbəsinin qabağına çatdıqda Elvin saxlamasını istəmiş, maşından düşmüşlər. Elvin düşdükdən sonra ondan on beş manat pulu alıb ara yolla getmiş, o isə gözləmişdir. Elvin gedərkən orada gözləməyini on beş dəqiqəyə gələcəyini demişdir. Elvinin isə hara getdiyini bilməmiş, daha sonra Elvin gəlmiş, birlikdə köhnə məktəbin həyətinə keçmişlər. Orada balaca bir yer olmuş, içərisində isə üç-dörd nəfər olmuşdur. Həmin şəxslərdə orda narkotik istifadə edirlərmiş. Elvin iki çet narkotik vasitə kakos gətirmiş, büküb siqaretin falqasına çəkmişlər. Daha sonra ordan çölə çıxmışlar. Elvin həmin vaxt orada olan uşaqlarla söhbət etmişdir. Özü isə çölə çıxmış, bir də görmüş ki, Elvin üç nəfər şəxslə danışır. Görmüş ki, həmin şəxslər Elvini aparır, Elvin isə qışqırır, elə bilmiş ki, şəhər uşaqlarıdı Elvinin telefonunu alırlar. Bu səbəbdən onlara yaxınlaşıb, demişdir ki kimsiz siz. Olar isə ondan kim olduğunu soruşmuş, bu zaman Elvinin dostu olduğunu demişdir. Bunu deyən kimi özünü də tutub gətirmişlər şöbəyə. Şöbədə ondan həmin yerdə neynədiyini soruşmuşlar. O isə nakotik xəstəsi olduğunu, Elvinlə birlikdə narkotik alıb çəkdiyini demişdir. Bundan sonra polislər demişlər ki, izahat verməlisən. Girmiş otağa həmin vaxt dörd büküm qoyub demişlər ki, “götür üstünə de Elvindən almışam, səni işin yüngüldü, iki günə buraxacayıq get”. Bununla razılaşmamış, ona görə də polislər onu döymüşlər, o qədər döymüşlər ki, ürəyi də getmişdir. Əlvan adlı polis isə gəlib yanına demişdir ki, “özünü öldürmə, götür boynuna”. Lakin boynuna götürməmişdir. Bu zaman da bir yekə sarı büküm gətirib demişlər ki, “bunu aparıb evindən çıxaracayıq”. Saat birdə isə demişlər ki, yığ atanı gəlsin bura. O da atasına zəng etmiş, atası şöbəyə gəlib qayıtmışdır. Atası qayıtdıqdan sonra isə daha da möhkəm döyülmüşdür. Əlvan isə demişdir ki, “yazıqsan bu çeti götür boynuna”. Bundan sonra məcbur olub həmin narkotiki boynuna götürmüşdür. Sonra isə çəkilişə aparmışlar. Orada vəkili görüb, demişdir ki, “mənim deyil”. Bu zaman çəkilişi dayandırıb, vəkili çıxarıb çölə onu yenə döymüşlər. Lakin yenə də sənədlərə qol çəkməmişdir. Sonra MSY-nə aparmışlar. Təhqiqatçı gəlib demişdir ki, sənədlərə qol çək, lakin imtina etmişdir. Bir gün sonra isə müstəntiq gəlmiş demişdir ki, “səni 234.1-lə sənədləşdirmişik, özünə də göstərmiş, o da sənədlərə qol çəkmişdir. Prokurorun yanına gedəndə isə bilmiş ki, onu 234.1-1-lə rəsmiləşdirmişlər. Prokurora xəsarətlərini də göstərmişdir. Daha sonra sanksiyada bu barədə hakimə demişdir. Lakin hakim gəlib ona dörd ay həbs vermişdir. Bundan sonra iyun ayında da MSY-nə gəlmiş, müstəntiq demişdir ki, sənədlərə qol çək, özü isə heçnəyə qol çəkməmişdir. Polis şöbəsinə aparılarkən üzərində metamfetamin olmamış, həmin bükümlər üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Üzərinə metamfetamin bükümlərini qoyarkən demişlər ki, “etiraf etməsən, aparıb evindən 10-15 kq çıxaracayıq”. Polislər döyərkən dizlərinə və qabırğasına xəsarətlər yetirmişlər. Həmin xəsarətləri barəsində sanksiya seçən hakimə də zalda göstərmişdir. Polis şöbəsində döyülərkən stəkanı götürüb sındırıb, özünü doğrayaraq xəsərətlər yetirmişdir. Üzərində dörd büküm psixotrop maddə olmayıb, onun balasına görə bağışlanmağını, özünü 234.1-lə təqsirli bildiyini, işinə ədalətlə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir rayon sakini kimi tanıyır. Onun da narkotik vasitə qəbul etdiyini bilir. xx.xx.2023cü il tarixdə gündüz saatlarında Elvinlə Astara şəhərində görüşmüşdür. Ondan metamfetamini haradan əldə edə bilərik dedikdə Elvin ona həmçinin özüdə metamfetamin qəbul etmək istədiyini və birlikdə pul qoyub Lənkərandan əldə edə biləcəyini təklif etmişdir. O da Elvinə tanıdığı taksi sürücüsü onları aparıb gətirə biləcəyini, taksi pulunuda özü verəcəyini deyib aralarında razılaşmışlar. Buna görə tanışı taksi fəaliyyəti ilə məşqul olan Qafara zəng etmiş, ondan Lənkərana aparmağını xahiş etmişdir. Qafarda onunla 25 manata Lənkərana aparıb gətirəcəyi barədə razılaşmışdır. O həmin gün saat təxminən 17 radələrində Lənkərana gəlmişlər. Qafar onları gözləməsini 1 saata yaxın işləri olduğunu deyib ondan ayrılmışdır. O Elvinə 15 manat vermiş, Elvində ona gözləməsini deyib ondan ayrılmışdır. Elvin getdikdən 15-20 dəqiqə sonra yanına gəlmişdir. Elvin ona 15 manatda özü qoyub cəmi 7 büküm metamfetamin aldığını demişdir. Elvin ona 4 bükümünü vermişdir, çünki taksinin pulunu o verəcəkmiş. Elvin ona işi olduğunu hələlik burda onu gözləməyini gəlib birlikdə Astaraya qayıdacağını deyib getmişdir. O da metamfetamini qəbul etmək üçün yer axtarsada, lakin sonradan fikri dəyişmişdir. Rayona gedib evdə qəbul etmək qərarın gəlmişdir. Həmin gün saat 19 radələrində Qafara zəng edib harada olduğunu soruşduqda ona yaxınlıqda olduğunu demişdir. O Qafarın olduğu yerə tərəf getmişdir. Qafarın olduğu yerə 100-150 metr qalmış 3 nəfər polis əməkdaşları ona yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra onların polis əməkdaşı olduğunu bildirmişdir. Onlardan biri üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu deyib polis şöbəsinə gətirilmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən Qafarda yanına gəldiyi üçün onuda da polis şöbəsinə gətirmişlər. Polis şöbəsində xidməti otağa əvvəllər tanımadığı hal şahidi qismində iki nəfər şəxs dəvət olunmuşdur. Təhqiqatçı tərəfindən polis əməkdaşlarının və müdafiəçisini və həmin iki nəfər tanımadığı şəxslərin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı üzərində heç bir qanunla qadağan edilmiş əşya olmadığını demişdir. Sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara şalvarının sol yan cibindən 4 ədəd şəffaf sellofan bükümü aşkar edilmişdir. Təhqiqatçı üzərindən aşkar edilmiş büküm baxış keçirəndə bükümün içərisində metamfetaminə bənzər maddə aşkar edilmişdir. Təhqiqatçı tərəfindən ondan bükümün içərisində nə olduğu soruşduqda təhqiqatçıya həmin bükümün içərisində metamfetamin olduğunu, onları tanışı Elvindən aldığını bildirmişdir. Bildirir ki, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tutulduğu gün tanışı Elvinlə qabaqcadan razılaşdıqları kimi hərəyə 15 manat pul qoyub 30 manata əldə etmişlər. Həmin metamfetamini Elvin öz tanışından almışdır. O ümumlikdə 7 büküm almışdır. Onun 4 bükümü ona verib 3 bükümü isə özünə götürmüşdür. O heç kəsə narkotik vasitə satmamışdır. Heç kəsədə istifadə etmək üçün verməmişdir. O narkotik vasitələrin satışı ilə heç vaxt məşqul olmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələrinin yalan olduğunu, həmin ifadələri təsdiq etmədiyini, məhkəmədə necə ifadə verirsə, müstəntiqə də eyni sözləri dediyini, özünün isə heç vaxt metamfetamin istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumat rəhbərliyə məruzə edilib, müvafiq razılıq alındıqdan sonra, əməliyyat qrupu yaradılaraq, onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Elə həmin gündə saat 18 radələrində Təqsirləndirilən şəxs1 tərəflərindən Lənkəran şəhəri, Z.Əliyeva küçəsində saxlanılıb, polis şöbəsinə dəvət edilmişdir. Şöbədə müdafiəçinin iştirakı ilə video-çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmiş, həmin bükümə təhqiqatçı tərəfindən baxış keçirilərkən içərisində 3 ədəd bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələri tanışı Hüseynlə birlikdə hərəyə 15 manat pul qoymaqla Lənkəran şəhəri ərazisində İmran adlı şəxsdən 7 ədəd bükümdə aldığını, 3 ədədini istifadə etmək məqsədilə üzərində saxladığını 4 ədəd bükümü isə Hüseynə verdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan sonra isə Təqsirləndirilən şəxs1 birlikdə olduğu Hüseyn adlı şəxs saxlanılmışdır. Həmin tədbirdə isə özü şəxsən iştirak etməmişdir. Təqsirləndirilən şəxs1 Hüseyn adlı şəxsdən ayrı saxlanılmışdır. Onun barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs1 tərəfindən saxlanılarkən tək olmuş, onun yanında kimsə olmamışdır. Təqsirləndirilən şəxs1 saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir təsir və ya təzyiq edilməmiş, üzərinə psixotrop maddə qoyulmamışdır. Məlumat isə yalnız Elvin barəsində daxil olmuş, Hüseyn isə Elvinin verdiyi məlumat əsasında sonradan saxlanılmışdır. Məhkəmə iclasında Şahid2 Baləddin oğlu Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olan əməliyyat məlumatı əsasında keçirilmiş tədbirdə iştirak etmişdir. Məlumat əsasında şübhəli şəxslərin şəxsiyyətləri müəyyən edilmiş, Təqsirləndirilən şəxs2 özünün, Fuad və Rəvan adlı polis əməkdaşlarının iştirakı ilə Lənkəran şəhəri, Məmmədov küçəsində saxlanılmışdır. Hüseyn tərəflərindən axşam saatlarında təxminən 18:00-19:00 radələrində saxlanılmışdır. Saxlanılarkən ona özlərini təqdim etmiş və şöbəyə dəvət etmişlər. Şöbədə isə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən üzərindən xatırladığı qədər üç büküm metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümləri Elvinlə birlikdə pul qoyub aldıqlarını bildirmişdir. Elvinin nə vaxt saxlanılmasını isə dəqiq xatırlamır, onun saxlanılmasında iştirak etməmişdir. Hüseyn şöbədə əməlini səmimi etiraf etmişdir. Hüseynə qarşı nə özü nədə ki, digər polis əməkdaşları tərəfindən təsir, təzyiq edilməmiş, belə bir halın şahidi olmamışdır. Hüseyn tərəflərindən saxlanılarkən isə Elvini görməmişdir. Hüseyn oradakı idman məktəbinin yaxınlığında saxlanılıb. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, aprelin əvvəlləri 2023cü il tarixdə axşam tərəfi Lənkəran ŞRPŞ-nin qarşısında çayxanada olakrən, polis əməkdaşlarından biri ona yaxınlaşaraq narkotik vasitələrin üstündə gəzdirməsində şübhəli olan bir şəxsi polis şöbəsinə gətirdiklərini və həmin şəxsin üstünə baxış keçirilməsində iştirak etməyi, onlara köməklik etməyi təklif etmişdir. O da razılıq verərək polis əməkdaşı ilə birlikdə şöbənin inzibati binasına gəlmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə onların, polis əməkdaşların və Hüseynin vəkilinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən üç büküm aşkar edilmiş, metamfetamin olduğunu bildirmişlər. Şəxsi axtarışda özündən başqa bir nəfər də hal şahidi kimi iştirak etmişdir. Hüseyn bükümləri stolun üstünə qoymuş, həmin bükümləri tərəzidə çəkmişlər. Üzərindən isə başqa heçnə aşkar edilməmişdir. Ona qarşı təsir, təzyiq edilməsinin isə şahidi olmamışdır. İşdə olan, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olmaqda şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 18:10-dan tutulmuş hesab edilmişdir. (c İ, i.v 21) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd sellofan büküm təqdim edir, həmin sellofan bükümün içərisində olan 3 ədəd bükümdə olan psixotrop maddə metamfetamin özünə məxsus olduğunu, həmçinin həmin narkotik vasitəni tanışı Hüseynlə birlikdə pul qoyub əldə etdiklərini təsdiq edir. (c İ, i.v 30-32) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 19/405 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş 3 büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 3 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri -0,263 qram, 0,375 qram, 0,288 qram ümumi təmiz çəkisi -0,926 ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata sərf edildi-0,15 qram, qalıq- 0,776 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c İ, i.v 44-46) İşdə olan, Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 xx.xx.2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satışı ilə məşğul olmaqda şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 49) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 50-51) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:10-dan tutulmuş hesab edilmişdir. (c İ, i.v 66) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən 4 ədəd sellofan bükümdə psixotrop maddə metamfetain aşkar olunaraq götürülür. Təqsirləndirilən şəxs2 həmin metmafetaminin özünə məxsus olduğunu və tanışı Elvindən aldığını təsdiq edir. (c İ, i.v 75-79) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 19/406 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş 4 büküm.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri -0,249 qram, -0,262 qram, -0,168 qram, -0,689 qram ümumi təmiz çəkisi -1,368 ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata sərf edildi-0,2 qram, qalıq-1,168 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c İ, i.v 98-100) İşdə olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 aprel 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 151-155) İşdə olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 aprel 2023-cü ildən hesablanmışdır. (c İ, i.v 156-160) İşdə olan, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli, 388 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Opiodilərin qəbulundan yaranan ASİLİLİQ sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 161) İşdə olan, ambulator məhkəmə-narkoloji ekspertizasının 06 aprel 2023-cü il tarixli, 389 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 stimulyatorların qəbulundan yaranan ASİLİLİQ sindiromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 162) İşdə olan, xx.xx.2023-cü il tarixli, 331 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 163-164) İşdə olan, xx.xx.2023-cü il tarixli, 332 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 165-166) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X5 həmin tarixdə saat 17:05-dan tutulmuş hesab edilmişdir. (c İ, i.v 182) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və fotoşəkillərdən görünür ki, X3 əynində olan gödəkçənin sol yan cibindən 4 ədəd sellofan bükümdə psixotrop maddə metamfetain aşkar olunaraq götürülür. İmran Mirzəyev həmin metmafetaminin özünə məxsus olduğunu və Elvin adlı şəxsə verdiyini təsdiq edir. (c İ, i.v 183-184) İşdə olan, xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 198) İşdə olan, xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 199) İşdə olan, xx.xx.2023-cü il tarixli Astara rayon İHB-nın Astara şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası, anası, arvadından, xx.xx.2022-ci il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə heç bir şikayət xarakterli materiallar daxil olmamışdır. (c İ, i.v 200-201) İşdə olan, 26 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı hər hansı cinayət hadisəsinin olması faktı öz təsdiqini tapmadığından toplanmış 110c-23 saylı material üzrə cinayət işinin başlanması Lənkəran rayon prokurorunun köməkçi Sadiq Bədəlli tərəfindən rədd edilmişdir. (c İ, i.v 218-222) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 19/593 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərin də “X4 üzərindən aşkar edilərək götürülmüş 4 büküm Metamfetamin Rəy №19/404...”, “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 3 büküm Metamfetamin Rəy №19/405...” və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 4 büküm Metamfetamin Rəy №19/406...” sözlər və imzalar 3 ədəd zərflərdə ki ümumi sayı 11 büküm olan maddələr metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Metamfetaminin ümumi təmiz çəkisi 0,776 qr, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,726 qram. Metamfetaminin ümumi təmiz çəkisi 1,168 qr, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,118 qram. (c İ, i.v 229-230) İşdə olan, xx.xx.2023-cü il tarixli Astara rayon İHB-nın Kakalos kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadından, xx.xx.2014-cü il təvəllüdlü və xx.xx.2016-cı il təvəllüdlü uşaqlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 231- 232) İşdə olan, 27 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilməsi barədə bildirdikləri üzrə 135C-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması Lənkəran rayon prokurorluğunun müstəntiqi Emin Pənahlı tərəfindən rədd edilmişdir. (c İ, i.v 233- 234) İşdə olan, 04 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibi rədd edilmiş, ekspertiza tətqiqatı nəticəsində qalıq qalmış yeddi ədəd bükümdə psixotrop maddə metamfetamin və içərisində şəxsi axtarış zamanı aparılmış video-çəkilişin görüntüləri olan 1 ədəd DVD disk maddi sübut qismində tanınmışdır. (c İ, i.v 242-251) İşdə olan, Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu və ona əlavə edilmiş tibbi kitabçaların surətlərindən görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı xəsarət aşkar olunmamışdır. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sağ saidin ön səthində çox saylı kəsilmiş yaralar, qarının ön-sol nahiyəsində üç ədəd sıyrılmış üzəri qərtməkli yaralar müşahidə olunmuşdur. Xəsarəti həbs olunan zaman özü-özünə yetirdiyini bildirmişdir. (c İİ, i.v 71-80) İşdə olan, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubu və ona əlavə edilmiş qeydiyyat kitabının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Lənkəran ŞRPŞ-nin X10 tibbi və həkim müayinəsindən keçərkən və həmçinin saxlanıldığı dövrdə bədənləri üzərində hər hansı bir xəsarətləri aşkar edilməmişdir. İşdə olan, Astara Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli sorğuya cavab məktubundan və xx.xx.2023-cü il tarixli, 1(018)-135/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib üzərində 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm 08 sentyabr 2023-cü ildə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərlərində heç bir psixotrop maddə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, onları polis əməkdaşları birlikdə narkotik vasitə heroin istifadə etdikdən sonra saxlayaraq polis şöbəsinə gətirmiş, orada üzərlərinə psixotrop maddə qoyulmuş, polis əməkdaşları tərəfindən onlara fiziki təzyiqlər, pis rəftar, təhdidlər edildiyi üçün həmin psixotrop maddənin özlərinə məxsus olmasını etiraf etmişlər. Təqsirləndirilən şəxslərin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmaları ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxslər işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə onlardan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki və psixoloji təzyiqinə məruz qaldıqlarını bildirmişlər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslərin iddia etdiyi halla razılaşmır və hesab edir ki, onlar belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişlər. Belə ki, təqsirləndirilən şəxslərin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onların iddia etdiyi halların baş verməsi mümkün olsa da, onların əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdikləri hallarla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq 26 may 2023cü il tarixli (cild İ, i.v 218-222) və 27 iyun 2023-cü il tarixli (cild İ, i.v 233-234) qərarlarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarların surəti təqsirləndirilən şəxslərə göndərilsə də, nə sonuncular, nə də ki, onların müdafiəçisi tərəfindən həmin qərarlar mübahisələndirilməmişdir. X15 Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutları CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxslərə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlnıldıqdan sonra tibbi müayinədən keçirilmiş və yuxarıda qeyd edilmiş ekspert rəyləri ilə onların üzərində hər hansı bir xəsarətin aşkar edilmədiyi müəyyən edilmişdir. Bu hal məhkəmə tərəfindən verilmiş müvafiq sorğular əsasında məhkəməyə təqdim edilmiş həm X10 tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı, həm də istintaq təcridxanasına qəbul edilərkən ilkin tibbi müayinədən keçirilərək adlarına açılmış tibbi kitabçalarda olan məlumatlarla da öz təsdiqini tapmışdır. Qeyd edilən sənədlərdə də Təqsirləndirilən şəxs1 bədəni üzərinə heç bir xəsarətin aşkar edilməməsi qeyd edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 istintaq təcridxanasına qəbul edilərkən ilkin tibbi müayinədən keçirilərkən aşkar edilmiş xəsarətləri ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı həmin xəsarətlərin polis əməkdaşları tərəfindən deyil Təqsirləndirilən şəxs2 özü-özünə yetirməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçisi tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün aldığını, həmin üç ədəd bükümün üzərinə polis əməkdaşları tərəfindən zorla qoyulmadığını, hamısının özünə məxsus olduğunu, şəxsi axtarışda iştirak edən və ya etməyən polis əməkdaşları tərəfindən yolda saxlanılarkən, şöbəyə gətirilərkən və polis şöbəsində ona qarşı zor tətbiq edilmədiyini, qeyri-qanuni hərəkətlərə yol verilmədiyini, narazılığının, şikayətinin olmadığını, digər iştirakçılar tərəfindən verilmiş suallara cavab olaraq isə Hüseyn adlı şəxslə birlikdə pul qoyaraq istifadələri üçün metamfetamin aldığını, digər bükümləri isə Hüseyn adlı şəxsə verdiyini bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 də müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərində aşkar edilmiş kütlələrin metamfetamin olduğunu, həmin bükümü tanışı Elvindən aldığını bildirmişdir. Bu hal məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 ifadələri ilə öz təsdiqini tapmışdır. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiqlər, təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaqla üzərlərinə psixotrop maddə qoyulması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdikləri ifadələrində göstərilən xüsusatlar, üzərlərindən aşkar edilmiş psixotrop maddənin onlara aidiyyətinin olmaması, həmin predmetlərin üzərlərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özlərinin ibtidai araşdırma zamanı vermiş olduqları izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 104-106) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 123-125) şəxs qismində verdiyi, Təqsirləndirilən şəxs2 də müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 108-110) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 137-139) şəxs qismində verdiyi ifadələrində, eləcə də Təqsirləndirilən şəxs1 üzərinə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən, Təqsirləndirilən şəxs2 isə hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişlər. Həmin ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxslər üzərlərindən çıxan psixotrop maddəni birlikdə pul qoyub 30 manata Təqsirləndirilən şəxs1 tərəfindən Lənkəran şəhərində digər şəxsdən alındığını, 4 bükümü Elvinin Hüseynə verib, qalan 3 bükümü isə Elvinin özünə götürdüyünü, istifadə etmək üçün üzərlərində saxladıqlarını, daha sonra ayrı-ayrılıqda polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bilvasitə öz seçimləri əsasında cəlb edilmiş peşəkar vəkillərinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişlər. Lənkəran Şəhər Rayon Polis Şöbəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərində şəxsi axtarış keçirilməmişdən əvvəl onların müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçilər dəvət edilmiş, təqsirləndirilən şəxslərin müdafiəçilərinin iştirakı ilə videoçəkilişdən və hal şahidlərindən istifadə edilməklə onların üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 3 (üç) ədəd bükümdə psixotrop maddəni çıxararaq polis əməkdaşlarına təqdim etmiş, Təqsirləndirilən şəxs2 isə əynindəki qara rəngli şalvarın sağ yan cibindən 4 (dörd) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şəxsi axtarışın nəticəsinə dair protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxslər və onların müdafiəçiləri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Ümumiyyətlə onlar məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründəki ifadələrindən fərqli ifadə vermələrini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə, pis rəftara və hədə-qorxuya məruz qalmalarını bildirməklə özlərinə qarşı verdikləri həmin ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdikləri ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan ifadələrində üzərlərindən aşkar edilmiş psixotrop maddənin onlara aid olduğunu, həmin maddələri birlikdə pul qoyub 30 manata Təqsirləndirilən şəxs1 tərəfindən Lənkəran şəhərində digər şəxsdən alındığını, 4 bükümü Elvinin Hüseynə verib, qalan 3 bükümü isə Elvinin özünə götürdüyünü, istifadə etmək üçün üzərlərində saxladıqlarını bildirmişlər. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında aşkarlanmış psixotrop maddə ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşlər. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçirilən zaman birlikdə pul qoyub psixotrop maddə metamfetamin əldə etmələrini, saxlamalarını və üzərlərində gəzdirmələrini, həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onların bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməlini törətmələrinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 03 aprel 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokollar, həmçinin bu protokolların tərkib hissəsi olan videogörüntülər, fotoşəkillər və maddi sübutlar, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 03 aprel 2023cü il tarixdə cinayət işinin başlanmasından əvvəl təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmaları haqqında və onlara dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Təqsirləndirilən şəxs1, İntiqam Hüseynov isə Təqsirləndirilən şəxs2 təqdim olunmuş, sonuncular isə həmin vəkillərin onları müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolları vəkillə birlikdə imzalamışlar. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 03 aprel 2023cü il tarixli protokollardan və ona əlavə edilmiş video-görüntülərdən və fotoşəkillərdən görünür ki, müdafiəçilərinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsi axtarış həyata keçirilmiş və Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 3 (üç) ədəd bükümdə, Təqsirləndirilən şəxs2 isə əynindəki qara rəngli şalvarın sağ yan cibindən 4 (dörd) ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, fotoşəkillərdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onların özü tərəfindən video-görüntüdə, fotoşəkillərdə və protokollarda onlara qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişlər. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə onlara işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqda onların bütün hüquqları, o cümlədən müdafiəçilərin iştirakı təmin edilməklə tutulmalarına dair protokollar tərtib olunduqdan sonra şəxsi axtarışları həyata keçirilmiş, şəxsi axtarışların keçirilməsində hərhansı qanun pozuntusu müşahidə olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Astara Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(018)-135/2023 saylı hökmü ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökm 08 sentyabr 2023-cü ildə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırki cinayət işi üzrə verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə təqsirli bilindiyi ağır cinayət olan Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini onun barəsində Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Astara Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(018)-135/2023 saylı hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırki hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onların faktiki həbsə alındığı andan, 03 aprel 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəylərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və hər iki təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Rayon-Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,726 qram və 1,118 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 65 manat olmaqla) tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Astara Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 1(018)-135/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 0,726 qram və 1,118 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 65 manat olmaqla) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Xamməd Nuriyev Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar