Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-105/2023 31.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X3 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1977-ci ildə Lerik rayonunun Livədirgə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Lerik rayonunun, Livədirgə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) CM-nin 149.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin İnzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında, istintaqla müəyyən edilməsi mümkün olmayan günlərin birində, gecə saat təxminən 02 radələrində Bakı şəhərindən mütəmadi getdiyi Lerik rayonunun Livədirqə kəndində yerləşən, valideynləri və İİ Qarabağ müharibəsi zamanı şəhid olmuş qardaşı Davud Şirvanovun həyat yoldaşı, xx xxxxxx 1999cu il təvəllüdlü Zərərçəkmiş şəxs, həmçinin 2 azyaşlı uşaqların yaşadıqları evə gəlmiş, Zərərçəkmiş şəxs qapını açıb onu evə buraxdıqdan sonra Təqsirləndirilən şəxs evin dəhlizində ona yaxınlaşaraq cinsi ehtirasını təmin etmək məqsədi ilə qolundan tutub dartaraq azyaşlı uşaqların yatdığı otağa saldıqdan sonra qapını bağlayaraq ayaq üstə onu qucaqlayıb dodağından və boynundan öpmüş, hərəkətləri Zərərçəkmiş şəxs pis təsir göstərdiyindən qışqırmaq istəmiş, Təqsirləndirilən şəxs ona qarşı zor tətbiq edib əli ilə ağzını qapayaraq qışqırmasına imkan verməyib başındakı hicabı açaraq arxası üstə yerə uzadıb əynində olan paltarları çıxarmış, Zərərçəkmiş şəxs ona müqavimət göstərmək istəsə də özündən fiziki cəhətdən güclü olan Təqsirləndirilən şəxs qollarını tutub əynində olan şalvarı və tumanı çıxarıb üstünə uzanaraq təbii yolla zorla onunla cinsi əlaqəyə girmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında, istintaqla müəyyən edilməsi mümkün olmayan günlərin birində Lerik rayonunun Livədirqə kədində yerləşən Zərərçəkmiş şəxs, həmçinin 2 azyaşlı uşaqların yaşadıqları evə gələrək evdə olduğu vaxt, saat təxminən 22 radələrində təkrar cinsi ehtirasını təmin etmək məqsədi ilə Zərərçəkmiş şəxs yataq otağına daxil olmuş, sonuncu otaqdan çıxmaq istədikdə qolundan tutub özünə tərəf dartaraq üzərində döşəklər olan çarpayıya söykəyib dodağından və boynundan öpərək şalvarını bir qədər aşağı çəkib ona «yerə çök» dedikdən sonra Zərərçəkmiş şəxs ona müqavimət göstərsə də gücü çatmadığına görə Təqsirləndirilən şəxs ona qarşı zor tətdiq edib onun əynində olan şalvarı və tumanını çıxararaq gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə təbii yolla zorla onunla cinsi əlaqəyə girmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında, istintaqla müəyyən edilməsi mümkün olmayan günlərin birində, saat təxminən 17 radələrində Zərərçəkmiş şəxs yaşadığı evində olduğu vaxt təkrar cinsi ehtirasını təmin etmək məqsədilə onunla cinsi əlaqəyə girmək istədiyini Zərərçəkmiş şəxs bildirmiş, sonuncu onunla razılaşmayaraq mübahisə edib yataq otağına getmiş, Təqsirləndirilən şəxs sonuncunun yataq otağına daxil olduqdan sonra ona qarşı zor tətbiq edib qolundan tutaraq özünə tərəf dartmaqla əynində olan qısaqol koftasının yaxasını cırmış və onu yerə uzadıb şalvarını əynindən çıxartmaq üçün yan ciblərindən tutaraq dartmaqla ciblərini cıraraq kofta və şalvarını əynindən çıxardıqdan sonra ona qarşı zor tətbiq edərək onunla cinsi əlaqəyə girmişdir. Daha sonra Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayında, istintaqla müəyyən edilməsi mümkün olmayan günlərin birində, Zərərçəkmiş şəxs yaşadığı evində olduğu zaman, gecə saat 24 radələrində təkrar cinsi ehtirasını təmin etmək məqsədilə evin dəhlizində Zərərçəkmiş şəxs qarşı zor tətbiq edib qolundan tutub dartaraq öz yataq otağına aparıb çarpayısına uzatmış, üst və alt paltarlarını çıxararaq üzü üstə çarpayıya yıxdıqdan sonra gərilmiş cinsiyyət orqanını arxadan uşaqlıq yoluna daxil edib zorla onunla cinsi əlaqəyə girmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 oktyabr 2020-ci il tarixdə qardaşı Davud Şirvanov İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Qardaşı şəhid olduqdan sonra atası Xeyrulla mobil telefonuna zəng edərək tək qaldıqlarını deyib, narazılıq etmişdir. Ona görə də o şənbə və bazar günləri kəndə gəlib-getmişdir. Sonra o ford markalı avtomobil alıb Bakı-Lerik marşrutu üzrə sərnişin daşımışdır. Qardaşının ili tamam olduqdan sonra atası Xeyrulla Nuranə ilə evlənməsini ona məsləhət görmüş, o bununla razılaşmasa da atasının təkid etməsinə görə bu işə razılaşmışdır. Hər dəfə Bakı şəhərindən sərnişin gətirdikdən sonra Nuranənin yaşadığı evə gedərək Nuranə olan otaqda yaşamışdır, onun razılığı ilə hər dəfə onunla cinsi əlaqədə olmuşdur. 2021-ci ilin noyabr ayından başlayaraq Nuranə ilə ər-arvad kimi yaşamışdır. O ifadəsində daha sonra göstərmişdir ki, Nuranə ona əvvəlcə 1000 manat borc olaraq pul vermiş, o həmin pulu Nuranəyə qaytarmışdır. Sonra da o qızına toy edərkən onun arvadı Nuranədən 7000 manat borc almışdır. Toyda pul yığılmadığından borcu qaytara bilməmişlər. Nuranə ona həmişə yemək hazırlamış və ona qulluq etmişdir. Bir dəfə də hamilə qaldığından test və uşağa qalmamaq üçün dərman almasını ona demiş, o da dərman alaraq ona gətirmişdir. Nuranə onun arvadı ilə qızına cehiz alarkən də iştirak etmişdir. O Nuranə ilə zorla cinsi əlaqədə olmamışdır. İstintaq zamanı onu Nuranə ilə üzləşdirmişlər. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün qismən ifadəsi, dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilimiş şahid Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Davud Şirvanov 03 oktyabr 2020-ci il tarixdə İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Bundan sonra qaynı Hafiz Lerikdən Bakıya sərnişin daşımaqla məşğul olmuş, Lerik rayonunun ərazisinə gəldiyi günlərdə yaşadığı evdə, yəni atasının evində gecələmişdir. 2022-ci ilin təxminən fevral ayının xatırlamadığı gündə, saat 2 radələrində Hafiz zəng edib ona qapını açmasını demiş, o da qapını açmışdır. Həmin vaxt Hafiz onu yataq otağına apararaq orada onunla zorla cinsi əlaqədə olmuşdur. 2022-ci ilin mart ayında hamilə olduğu üçün Hafizə hamiləlik testi almasını demiş, o da hamiləlik testi və tabletlər alıb ona vermiş, o həmin tabletlərdən istifadə etmiş və hamilələliyi pozulmuşdur. Sonra Hafiz 2022-ci ilin aprel, may və iyul ayında xatılamadığı günlərdə onun yanına gəlib hər dəfə uşaqlara telefon verərək otaqdan çıxarıb, onunla zorla cinsi əlaqədə olmuşdur. Hətta may ayında Hafiz onunla zorla cinsi əlaqədə olarkən o müqavimət göstərdiyindən Hafiz onun əynində olan koftanı dartıb cırmışdır. O üzləşmə zamanı bu dediklərini Hafizin üzünə qarşı da demişdir. O Hafizlə barışmamışdır. Ona ağır cəza verilməsini tələb edir. Cinayət işini materiallarında olan üzləşdirmədə dindirmədə istintaq hərəkəti protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 avqust 2022-ci il tarixdə axşam üstü arvadı ona Hafizin Nuranəni zorlaması və ona qarşı iyrənc hərəkətlər etdiyini demiş, bunu eşidəndən dərhal sonra o bu barədə polisə məlumat vermişdir. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, Nuranənin əri şəhid olduqdan sonra onlar Nuranəni onun evinə buraxmamışlar. Bir dəfə Nuranə onun evinə gəlmiş, həmin vaxt Xeyrulla əlində olan çubuqla gəlib onu aparmışdır. Onlar Nuranəyə dövlət tərəfindən verilən pulla əlaqədar onunla münaqişə etmişlər. Nuranənin adına bankda olan pulu çıxarıb almışlar. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, oğlu Davud şəhid olduqdan sonra o digər oğlu Şirvana Nuranə ilə evlənməsini təklif etmiş, lakin Şirvan razılşmamışdır. Sonra da Hafizə onunla evlənməsini demiş, əvvəlcə Hafiz razılaşmamış, ona görə də o Hafizə narazılıq etmiş, sonra da Nuranənin razılığı ilə onlar ər-arvad kimi onun evində yaşamışlar. Hafizin Nuranə ilə zorla cinsi əlaqədə olmasını bilmir. Dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Davud şəhid olduqdan sonra onun arvadı Nuranə uşaqları ilə birlikdə Livədirqə kəndində onun evində yaşamışlar. Atası əvvəlcə Nuranə ilə evlənməyi ona təklif etmiş, lakin o razılıq verməmişdir. Lakin qardaşı Hafiz atasının sözündən çıxmayıb Nuranə ilə evlənmişdir. Sonra isə Nuranəni Hafizdən şikayət etməsini eşidib, Nuranəyə zəng etmiş, Nuranə də ona Allaha and olsun Hafizin onunla razılıqla olduğunu və atasının bilməməsi üçün Hafizə verdiyi 7000 manat pulu qaytarmasını ona demişdir. Dindirilmiş Şahid4 Hüsəynəli qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binə südçülük sovxozunda yaşayırlar. Nuranə isə şəhid qayını Davudun həyat yoldaşıdır. Əri Hafiz idarə etdiyi avtomaşınla Bakıdan Lerik rayonunun Livədirqə kəndinə sərnişin daşımaqla məşğul olmuş, Livədirqə kəndinə getdiyi vaxtlarda 2022-ci ilin yay aylarında şəxsi ehtiyaclarına görə Nuranədən qaytarmaq şərti ilə borca 7000 manat pul almışdır. 10 avqust 2022-ci il tarixdə, saat təxminən 17-18 radələrində Nuranə ona zəng edib Hafizin onu zorladığını bildirmişdir. Həmin vaxta kimi Hafizin Nuranə ilə yaxın əlaqədə olduğunu və yaxud da onu zorladığını bilməmiş və məlumatı olmamışdır. Dindirilmiş şahid Əliyev Hicran Mirbəfa qızı Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdi. Məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 13 avqust 2022-ci il tarixli 112 saylı rəyindən görünür ki, məhkəmə-tibb ekspertizası müayinəsindən keçirilmiş Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs düz bağırsağının arxa keçəcəyin ətrafında qeyri-təbii yolla cinsi əlaqədə olmaya xas ola bilən hər hansı bir xəsarət və əlamət aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının 02 noyabr 2022-ci il tarixli, 2908 saylı saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xəstəlikdən əzab çəkməmiş və cinayət hadisəsini törədən zaman onda psixikanın pozulması baş verməmişdir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, dərk edib onları idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 24 oktyabr 2022-ci il tarixli, 28458 saylı saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər hər hansı bir psixi xəstəlikdən əzab çəkməmiş, həmçinin hazırda hər hansı bir psixi xəstəlikdən əzab çəkmir. Zərərçəkmiş şəxs ona qarşı cinayət hadisəsi törədilərkən hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müqaviməti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs istintaq zamanı psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb biçmək, idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı normaya uyğun olmaqla gerililik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs qeyri əqli-intelektual imkanları normaya uyğundur. Həssaslıq, şəraitə qane olmaq, emosional sabitlik, tələbkar olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər, təlqinə qapalmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müəyyən edilməmiş. baş vermiş hadisəni özündən uydurub danışması müşahidə olunmamış, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətləri, intellektual imkanları, həmçinin emosional halından asılı olaraq ona qarşı göstərilən hərəkətlər zamanı müqavimət göstərmək qabiliyətinə malik olmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə-trasoloji ekspertizasının 05 noyabr 2022-ci il tarixli, 3/1464 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş koftanın və qara rəngli şalvarın üzərində olan zədələr fiziki qüvvənin təsirindən yarana bilən sökülmə, cırılma zədəsidir. Qeyd olunan zədələrin cinayət hadisəsinin təsvirində göstərilən şəraitdə yaranması mümkündür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək, ifadəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə atası Şahid3 deməsinə görə evləndiklərini və 2021-ci ilin noyabr ayından başlayaraq onun razılığı ilə onunla cinsi əlaqədə olduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olmaqla zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə verdiyi davamlı və sərbəst ifadələri, məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolu, Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolu, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə 2022-ci ilin may ayında zorla cinsi əlaqədə olmaq istəyərkən onun əynindəki kofta və şalvarın dartıb əynindən çıxararkən onları zədələnməsini təsdiq edən məhkəmə kriminalistik ekspertizasının rəyi ilə və əldə olunmuş maddi sübutlarla tam təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Ona görə də onun əməli CM-in 149.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildyi maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, təqsirləndirilən şəxs xx xxxxx 1977-ci ildə Lerik rayonu, Livədirgə kəndində anadan olmuşdur. Lerik rayonu, Livədirgə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X2 yaşamışdır. Qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilir. İşdə olan Lerik Rayon Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarının surətindən görünür ki, həbsetmənin əvvəli 11 avqust 2022-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin məlumatından və Tərtər Qarnizonu Hərbi Tribunalının 01 iyun 1998-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin könnə redaksiyada 241-ci maddəsinin “B” bəndi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 20 fevral 1999-cu il tarixli qərarla Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1998-ci il tarixli amnistiya qərarının 3-cü maddəsinin 3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. Göründüyü kimi onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. CM-nin 83-cü maddəsinin tələbinə əsasən o məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsərinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmamaqla yüngülləşdirən halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 11 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Cinayət işi üzrə maddi sübut olan və Lerik Rayon Prokurorluğunda saxlanılan 1 ədəd kofta və 1 ədəd şalvar Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi 110 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 132, 51-2, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 149.2.5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 11 avqust 2022-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan və Yardımlı Rayon Prokurorluğunda saxlanılan bir ədəd kofta və bir ədəd şalvar Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə məhkəmə məsrəfi 110 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçrilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-105/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-105/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver