Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-105/2025 08.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, XX katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxx 1986-cı ildə Salyan rayonunun Noxudlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, taksi fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan mənbədən, tarixdə və vaxtda qanunsuz olaraq külli miqdarda satış məqsədi ilə ümumi təmiz çəkisi 8,845 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı Salyan rayonunun Noxudlu kəndindəki evində saxlamış, həmin psixotrop maddə metamfetamindən altı ədəd bükümdə eyni tərkibli külli miqdarda, yəni 8,218 qramını əvvəlcədən aralarında olan razılıq əsasında 13 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Salyan rayonu ərazisində tanışı Şirvan şəhər sakini Şahid1 40 (qırx) manat pul müqabilində qanunsuz olaraq satmış, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 20 oktyabr 2023-cü il tarixdə, saat 02:35-dən 03:40-dək olan müddət ərzində yaşadığı Salyan rayonunun Noxudlu kəndində yerləşən fərdi yaşayış evində aparılmış axtarış zamanı evin girişindən sol tərəfdə yerdə olan adyalın altından bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,627 qram kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin və evin yataq otağındakı çarpayının üzərində olan döşəyin altından üzərində psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi və dolabın üzərindən bir ədəd şüşə lampa aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şirvan əməliyyatçıları tərəfindən müvəqqəti saxlama yerində döyülən şəxsin videosunu telefon vasitəsilə ona atmışlar, həmin şəxs ölmüş və bundan sonra üç dəfə telefonu istənilmiş, lakin aparmamış, sonradan telefonu göndərmək istədiyini deyəndə artıq istəməmiş və onu tutmuşlar. Hadisə baş verən gün, yəni 19 oktyabr 2023-cü il tarixdə axşam azandan sonra altı nəfər polis əməkdaşı (adlarını xatırladığı İsmayıl Babayev, Təbriz, Ayxan, Fuad, Fərman, Şahmar) basqın edərək qapını sındırıb onu evdən tutub polis şöbəsinə aparmış, şöbədə səhərə kimi döyərək külli miqdarda narkotik vasitə ilə əlaqədar videoçəkilişə çıxacağını bildirmişlər, o isə bununla razılaşmamışdır. Onu ailəsi ilə hədələmiş, büküm, tərəzi, lampa təqdim edərək Şirvanda küçədə tutulmasını deməyi bildirmişlər. Razılaşmayaraq, Salyanda videoçəkilişə girəcəyini bildirmişdir, çünki oradakı evi yoxlanılakən orada psixotrop maddə olmamış, evin altını üstünə çevirmişlər. Polislər güya evdə qapının girişindən adyalın altında psixotrop maddə tapmışlar və onun döyülməsi də videoçəkilişə düşmüşdür. Bacanaq kimi sayıldığı Şahid1 maşınının motoru söküləndən sonra ona borc pul vermiş və aralarında olan telefon danışıqları, pul barədə söhbətlər də bu barədə olmuş, Ruslana psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 2022-ci ildə avtomobilini satandan sonra icarəyə avtomobil götürmüş və taksi kimi fəaliyyət göstərmişdir. Ailəlidir, birinci nikahdan olan iki uşağı onun himayəsindədir, ikinci nikahdan isə bir azyaşlı uşağı vardır. Əvvəllər marixuana ilə tutulmuşdur və özü narkotik istifadəçisidir. 050 266-69-50 saylı mobil nömrəni həbs olunan kirvəsi Fəqan işlətmiş, öz istifadəsində 055 266-69-50 saylı mobil nömrə olmuşdur. Ümumiyyətlə, həmin nömrənin hər üç mobil operatorda- sim, cin, nar qeydi onun adınadır. Adı Qara deyil, Qədirdir. Fəqanı “Qara” ləqəbi ilə tanıyırlar və o da Salyan rayonunun Noxudlu kəndindədir. Hazırki cinayət işi ilə bağlı tutulmamışdan hardasa iki ay əvvəl polislər müxtəlif nömrələrdən onun nömrəsinə mesaj yazmış, onların nömrəsini bloka atsa da, yenə də fərqli-fərqli nömrələrdən yazmışlar, hətta yazanlardan birini söymüşdür. Tutulmamışdan hardasa yarım saat əvvəl də polislərlə danışmışdır. Polis Şöbəsində döyülmüş şəxsin ölümü nəticəsində yaranmış prinsip əsasında tutulmuşdur. Şahid1 əmisi oğlu Ramal Ruslana “Samsung” markalı mobil telefon verir, Ukrayna vətəndaşı olan Xaçmaz sakini düşür müvəqqəti saxlama yerinə, qanaxmadan dünyasını dəyişir, Ruslan da əmisi oğlu ilə yazışır ki, pul məsələsi necə oldu, ona pul verməli imiş, o da deyir ki, əməliyyatçılar ona pul verməli imiş, amma hələ verməyiblər və bu məzmunda olan yazışmalar telefonda qalmışdır. Həmin yazışmanı bir nəfərə göstərmiş, sonuncu da əməliyyatçılara bildirmişdir. Əməliyyatçılar ondan üç dəfə telefonu gətirməsini istəmişlər, o da məlumatları sildiyini bildirmişdir və nəticədə ona bu oyunu qurmuşlar. Birlikdə yaşadığı Şahid6, əmisinin arvadı Gülnaz Nuriyeva, əmisi Əliqardaş Quliyev əməliyyatçıların onu şöbəyə alt paltarında apardıqlarını, hətta avtomobilə mindiriləndə qonşuları Təranə və sonuncunun oğlu Orxan da görmüşlər. Həmin gün hava yağışlı olduğu üçün başqa şəxslər bu mənzərəni görməmişlər. Adətən saat 18-19 radələrində yatırmış. Əməliyyatçılar Cəmaləyə “pozğun” deyə müraciət edərək, narkotik vasitənin harda olmasını soruşmuşlar, Cəmalə də evdə heç nə olmadığını, onun bu cür işlərlə məşğul olmamasını bildirmişdir. Onu şöbədə rəis müavini Fərid müəllimin otağına aparmışlar və Fərid onu boğmuşdur. Adlarını xatırladığı İsmayıl Babayev, Təbriz, Ayxan, Fuad, Şahlar onu döyəndən sonra Şirvan Şəhər Polis Şöbəsinə təcili tibbi yardım gəlmiş və ona sistem qoşmuşlar. Ürəyində problem olduğu üçün tibb işçisi polislərə ona vurmamalarını demişdir. Həmin gün səhərə yaxın onu Salyandakı evinə gətirib, evə baxış keçirmişlər. Polislər evini alt-üst etdikdən üçdörd saat sonra evə gəlib, güya oradan psixotrop maddə tapmışlar. Evində işləməyən tərəzi olmuşdur. Evə baxışda vəkil iştirak etmiş, tutulanda isə olmamışdır. Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında videoçəkilişlə üzərində baxış keçirilməmişdir. Evində palazın altından çıxan bükümü polislər oraya qoymuşlar. Polislər evə icazəsiz baxış keçirmişlər. Evdən aşkarlanan tərəzi də ona məxsus olmamışdır. Polislər evdə onu döyməmiş, qandal vurub, metalik rəngdə “Chevrolet Niva”ya mindirib aparmışlar. Barəsində qətimkan tədbiri seçilərkən ondan özünə qarşı təzyiq və ya təsir barədə heç nə soruşulmamış və səhəri gün, yəni 21 oktyabr 2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına etap olunmuşdur. Şahid1 onun üzünə durdurmaq istəyəndə boğazını kəsmişdir. Özünə xəsarət yetirəndən hardasa on gün və daha artıq müddət sonra prokurorluğun əməkdaşı gəlmiş və özünə xəsarət yetirməsi barədə 06 fevral 2024-cü il tarixdə ərizə yazmışdır. Polislər tərəfindən döyülməsi nəticəsində iki dəfə infarkt keçirmişdir. Sanksiyası məhkəmə tərəfindən ləğv ediləndə xəstəxanadan gətirilmiş, altıyeddi gün imiş ki, infarktla bağlı xəstəxanada imiş və buraxılanda da həmin xəstəxanaya qayıtmışdır. Şahid2, həmçinin Namiq Qurbanov adlı şəxsi tanımamışdır. Ona mesajları bəlkə də Fəqan yazmışdır. “Qara Yusif” iranlıdır. Əmisi ona narkotik vasitə ilə bağlı öz iradını bildirmiş, evinə elə də çox gedib-gəlməmişdir. Əmisi ilə tutulandan sonra əlaqəsi olmuşdur. Şahid1 özü psixotrop maddə satışı ilə məşğul olmuş, 2022-ci ildə narkotik vasitəni istifadə üçün Ruslandan almışdır. Ruslan ona narkotiki 50 (əlli) manata satmış, onda olmayanda isə özü ona pulsuz narkotik vermişdir. Bundan başqa kəndçisi Fəqan və tanışı Elnur da Ruslandan narkotik vasitə almışlar. Adətən atışıb Ruslandan narkotik vasitə alırmışlar. Ruslan Aslandüzdə yaşayan “Qara Yusif” adlı iranlı şəxsdən narkotik vasitəni alıb Şirvanda 60 (altmış) manata, ona isə 50 (əlli) manata satmışdır. Ruslan hətta onları aldatmış, pullarını kazinoda uduzmuşdur. Polislər Ruslandakı narkotik vasitədən götürüb onun evinə qoymuşlar. Uşağı xəstə olanda Ruslandan pul istəmiş, ard-arda onu yığmış və dostu Cəbidən Ruslanın tutulduğunu öyrənmişdir. Ruslan tutulubsa, onun evdə qalmağı, həmçinin, evdə psixotrop maddə saxlamağı məntiqsizdir. Tutulmamışdan üç gün qabaq narkotik vasitə qəbul etmişdir. Vəkili Ulduzə xanımın yanında müavin onu təpiklə vurmuş, buna görə ondan imtina etmişdir. Salyandakı vəkilini görməmişdir. Cinayət işinin materialları ilə tanış olmada vəkili X50 Həccə getmiş, onun yanında olmamış, vəkilin yerinə imza etmişlər. Vəkillərindən Ulduzə Əhmədova və Elman Hənifəlini görmüş, digər vəkili Rəsul Mənsimovu isə görməmişdir. Tutulduğu gün onda üç ədəd mobil telefon olmuş, həmin telefonlar polis əməkdaşları tərəfindən götürülmüş, yalnız bir telefonu qeydiyyata alınmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu 02 fevral 2024-cü il tarixli ifadəsi arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən, ziddiyyət yaranan hissələrdə elan edilmişdir. O, həmin ifadəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməmiş və göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə şüşədən nəfəs yolu ilə çəkməklə istifadə edir. 18 oktyabr 2023-cü il tarixdə yaşadığı Salyan rayonunun Noxudlu kəndində piyada evinə tərəf gedərkən yerdə bir ədəd sellofan büküm görmüş, diqqətini çəkdiyi üçün götürmüş, açıb içərisinə baxanda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüş və həmin bükümü şəxsi istifadəsi üçün özü ilə götürüb evinin giriş qapısından içəridə sol tərəfdə yerə sərilmiş adyalın altına qoymuşdur. 19 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində evinin küçəsində olarkən mülki geyimli əməkdaşlar yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını, üzərində narkotik vasitələri qanunsuz gəzdirməkdə şübhəli olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Etiraz etmədən onlarla birlikdə Şirvan Şəhər Polis Şöbəsinə getmiş, şöbədə ona hüquqlarının müdafiəsi üçün təyin olunmuş vəkilin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə təqdim etməsi təklif olunmuş, üzərində heç birinin olmadığını bildirmiş, bundan sonra üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra əynində olan göy rəngli gödəkçənin sol yan cibindən bir ədəd mobil telefon, bir qutu siqaret təqdim etmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç bir qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, özü həmin pratokolu imza etməsə də, vəkil və polis əməkdaşları imzalamışlar. Daha sonra özünün, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə 20 oktyabr 2023-cü il tarixdə, gecə saat 02 radələrində yaşadığı Salyan rayonu, Noxudlu kəndində yerləşən birmərtəbəli fərdi yaşayış evində axtarış aparılmış, bu zaman evinin girişindən sol tərəfdə yerləşən yerə sərilmiş adyalın altından bir ədəd sellofan bükümdə ağ rəngli kütlə, yataq otağında olan çarpayının üzərindəki matrasın altından bir ədəd elektron tərəzi və yataq otağındakı dolabın üzərindən bir ədəd şüşə lampa aşkar edilmişdir. Həmin bükümdə olan psixotrop maddənin metamfetamin olduğunu və özünün istifadə etdiyini, elektron tərəzinin özünə məxsus olmasını, gümüş satışı ilə məşğul olan zaman istifadə etdiyini və əvvəldən onda qalmasını, bir ədəd lampanın isə başına kağız büküm quraşdırmaqla psixatrop maddə qəbul etdiyini bildirmişdir. Axtarış zamanı evindən digər qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Bundan sonra aşkar edilmiş predmetlər qablaşdırılaraq götürülmüş və bu barədə tərtib olunuş protokol müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanmış, özü isə imzalamaqdan imtina etmişdir. Şirvan Şəhər Polis Şöbəsində ona heç bir fiziki və mənəvi təzyiq olunmamışdır (cild 01, i.v. 224-226). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş fiziki (döyülməsi), psixoloji (ailəsi ilə hədələnməsi) təzyiq və təsirlə əlaqələndirmiş, məhkəmədə verdiyi ifadəsinin doğru olduğunu bildirmişdir. Son sözündə narkotik vasitə istifadəçisi olduğunu səmimi etiraf etmiş, saxlanıldığı zaman videoçəkiliş aparılmadığını, üzərində və evində narkotik vasitə olmadığını, Şahid1 şəxsi istifadəsi üçün narkotik vasitə alsa da, ona narkotik satmadığını bildirmiş və məhkəmədən səhhətini, himayəsində üç uşağının olmasını nəzərə almaqla, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (təqsirləndirilən şəxs və şahidlər) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində bildirmişdir ki, 14 oktyabr 2023-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Şahid1 Şirvan şəhəri ərazisində üzərində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla əlaqədar Şahid1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. 14 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmişlər və orada əməliyyat tədbiri zamanı Şahid1 görüb yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu vaxt Ruslan polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq, yayınıb getmək istəmiş, buna baxmayaraq, onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Ruslana hüquqlarını müdafiə etmək üçün öz seçimi əsasında dəvət olunmuş vəkil gəldikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa, onları könüllü təqdim etsin. Ruslan əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş və həmin sellofan bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğulara cavab olaraq Ruslan bildirmişdir ki, həmin sellofan bükümdə olan kütlə psixotrop maddə metamfetamindir, Salyan rayon sakini “Qara” ləqəbli şəxsdən almış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa, Ruslan onu da bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə və psixotrop maddə vardır. Həmin vaxt Ruslanın üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Ruslanın təqdim etdiyi kütlə qablaşdırılaraq möhürlənmiş, protokol tərtib olunmuş və iştirakçıların hamısı tərəfindən imzalanmışdır. 14 oktyabr 2023-cü il tarixdə onların, şübhəli şəxs Şahid1 və sonuncunun müdafiəçisinin iştirakı ilə yaşadığı Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1, ev 50-də yerləşən mənzilə baxış keçirilmişdir. Baxış zamanı Ruslan yaşadığı mənzilin giriş qapısından sağ tərəfdə yerləşən yataq otağındakı çarpayının altından bir ədəd kağız qutuda beş ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni, iki ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, bir ədəd elektron tərəzini və bir ədəd şüşə materialdan olan lampanı təqdim etmişdir. Təqdim edilmiş kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və qablaşdırılmışdır. Baxış zamanı Ruslan tərəfindən başqa heç bir qanunsuz əşya, predmet və ya narkotik vasitə və ya psixotrop maddə təqdim edilməmişdir. Aşkar edilmiş kütlələr, elektron tərəzi və bir ədəd şüşə materialdan olan lampa qablaşdırılaraq götürülmüş, protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün tərəflərindən imzalanmışdır. Bundan sonra 19 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə istintaq bölməsindən daxil olmuş əməliyyat tapşırığı əsasında qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərara əsasən Salyan rayonunun Noxudlu kəndində getmişlər. Həmin kənddə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüş və onun barəsində verilmiş əməliyyat tapşırığına əsasən yaxınlaşaraq Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib, özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların təklifini qəbul etmiş və birlikdə şöbəyə gəlmişlər. Şöbənin İstintaq Bölməsində Təqsirləndirilən şəxs ona təqdim olunmuş vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün birini seçmiş, vəkil gəldikdən sonra isə Qədirə üzərində videokamera vasitəsi ilə şəxsi axtarış aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Qədir üzərində heç bir qanunsuz əşya və ya başqa vasitə olmadığını deyib, üzərindən bir ədəd mobil telefonu və bir ədəd siqaret qutusunu təqdim etmişdir. Bundan sonra Qədirin üzərində şəxsi axtarış aparılmış, lakin heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamış, protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün müdafiəçi və onlar tərəfindən imzalanmış, Qədir isə imza etməkdən imtina etmiş və bu barədə protokolda qeyd aparılmışdır. 20 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində onların, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçinin iştirakı ilə Qədirin yaşadığı Salyan rayonunun Noxudlu kəndində yerləşən evində axtarış aparılmış, birmərtəbəli yaşayış evinin giriş hissəsindən sol tərəfdə yerdə yerləşən xalçanın altından bir ədəd sellofan bükümdə olan kütlə, evin yataq otağında olan çarpayının üzərində olan döşəyin altından bir ədəd elektron tərəzi və otaqda olan dolabın üzərindən bir ədəd şüşə lampa aşkar edilmişdir. Qədir bildirmişdir ki, aşkar edilmiş kütlə psixotrop maddə metamfetamindir, elektron tərəzi ona məxsusdur, bir ədəd şüşə lampanı da psixotrop maddə çəkmək üçün istifadə edir. Bundan sonra fərdi yaşayış evində axtarış aparılmış, lakin heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün müdafiəçi və onlar tərəfindən imzalanmış, lakin Qədir protokola imza etməkdən imtina etmiş və bu barədə protokolda qeyd aparılmışdır. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Şahid1 polis əməkdaşları tərəfindən saxlanılması ilə Təqsirləndirilən şəxs saxlanılması tarixinədək keçən altı gün müddət araşdırma zərurəti ilə əlaqədar yaranmışdır. Şirvan şəhərində “Qara” ləqəbli şəxslər çoxdur, lakin Ruslan metamfetamin aldığı şəxsin Salyan rayonundan olmasını, hətta “Qara” ləqəbli həmin şəxsin mobil nömrəsini də bildirmişdir. Qədirin Şirvan ərazisində olan yataqxanada yaşadığı xanımın vasitəsilə narkotik vasitə satması barədə əməkdaşda məlumat olmuşdur. Qədirin konkret kimə narkotik vasitə satmasını, daşımasını bilməmiş, Qədirlə bağlı icraatında əməliyyat işi və ya əlavə məlumat olmamışdır. Məlumat əsasında istintaq orqanı əməliyyat tapşırığı vermişdir. Əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi (Şirvan şəhəri ərazisində istifadə, satış və üzərində gəzdirmə) barədə olmuş, konkret kimə satılması müəyyən olunmamışdır. Adətən əməliyyat məlumatı daxil olanda əməliyyat qeydiyyat işi açılmır. Qədirin yaşadığı yerlə saxlanıldığı yer arasında məsafə çox yaxın, bəlkə 100-200 metr olmuşdur. Təqsirləndirilən şəxsin saxlanıldığı yerlə Şirvan və Salyan polis şöbələrinin arasındakı məsafəni bilməmişdir. Qədirin saxlanıldığı kəndi yaxşı tanımamış, ilk dəfə idi ki, orada olmuşdur. Təqsirləndirilən şəxsi Şirvan şəhərinin ərazisində saxladıqları və həmin ərazinin polis şöbəsinin əməkdaşları olduqları üçün onu Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Tədbir vaxtı üzərində mobil telefon olub-olmamasını dəqiq bilmir, tez-tez nömrə dəyişən biridir. Qədiri saxladıqdan nə qədər sonra üzərinə şəxsi axtarış keçirdiklərini xatırlamamışdır, lakin qeyd etmişdir ki, sözügedən istintaq hərəkəti axşam saat 11-12-yə qədər artıq keçirilmişdir. Qədirin evinə baxış keçirilməsində iştirak etmiş, həmin vaxt Qədiri heç kim döyməmişdir. Evdə aparılan axtarışda müstəntiq Əhməd müəllim, vəkil Ulduzə xanım və əməliyyat müvəkkili Fərman iştirak etmişlər. Fərid müəllim evə baxışda olmamış, lakin tədbirə ümumi rəhbərliyi həyata keçirmişdir. Qədirlə bağlı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmaması barədə Salyan Rayon Polis Şöbəsinə sorğu vermək onun səlahiyyətində olan məsələ deyildir. Qədir özünə xəsarət yetirən şəxs olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi ilə bağlı tanıyır, onunla qohumluğu, ədavət və ya düşmənçiliyi yoxdur. 19 oktyabr 2023-cü il tarixdə icraatına xidmət etdiyi polis şöbəsinin istintaq bölməsindən əməliyyat tapşırığı daxil olmuşdur. Daxil olmuş əməliyyat tapşırığında həmin istintaq bölməsində təqsirləndirilən şəxs qismində cəlb edilmiş Şahid1 üzərindən və yaşadığı ünvandan aşkar edilmiş psixotrop maddə metamfetamini Salyan rayon sakini “Qara” ləqəbli şəxsdən alması göstərilmiş, bu xüsusatla bağlı tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməklə həmin “Qara” adlı şəxsin Salyan rayonunun Noxudlu kəndində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul etmiş və 19 oktyabr 2023-cü il tarixdə axşam saatlarında baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Salyan rayonunun Noxudlu kəndində getmişlər. Orada əməliyyat tədbiri keçirərkən Təqsirləndirilən şəxs görmüş və onun barəsində verilmiş əməliyyat tapşırığına əsasən yaxınlaşaraq özlərini təqdim etmiş və onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etmişlər. Qədir onların təklifini qəbul etmiş, birlikdə polis şöbəsinə getmişlər. Şöbənin İstintaq Bölməsində Qədirə vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün həmin vəkillərdən birini seçmiş, vəkil gəldikdən sonra Qədirə üzərində videokamera vasitəsi ilə şəxsi axtarış aparılacağı bildirilmiş və təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Qədir üzərində heç bir qanunsuz əşya və ya başqa vasitə olmadığını bildirib, bir ədəd mobil telefon təqdim etmişdir. Bundan sonra Qədirin üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamış, protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün müdafiəçi və onlar tərəfindən imzalanmış, lakin Qədir protokola imza etməkdən imtina etmiş və bu barədə protokolda qeyd aparılmışdır. Bundan sonra 20 oktyabr 2023-cü il tarixdə, saat 02 radələrində onların, şübhəli şəxsin və sonuncunun müdafiəçisinin iştirakı ilə Qədirin yaşadığı Salyan rayonunun Noxudlu kəndində yerləşən evində axtarış aparılmışdır. Axtarış zamanı Qədirin yaşadığı birmərtəbəli yaşayış evinin giriş hissəsindən sol tərəfdə yerdə yerləşən xalçanın altından bir ədəd sellofan bükümdə olan kütlə, evin yataq otağında olan çarpayının üzərindəki döşəyin altından bir ədəd elektron tərəzi, otaqda olan dolabın üzərindən bir ədəd şüşə lampa aşkar edilmişdir. Axtarış zamanı Qədir bildirmişdir ki, aşkar edilmiş kütlə psixotrop maddə metamfetamindir, elektron tərəzi ona məxsusdur, bir ədəd şüşə lampanı isə psixotrop maddə çəkmək üçün istifadə edirmiş. Daha sonra həmin evdə axtarış aparılmış, lakin heç bir qanunsuz əşya, predmet və ya başqa vasitə aşkar edilməmişdir. Protokol tərtib olunmuş, müdafiəçi və onlar tərəfindən imzalanmış, lakin Qədir protokola imza etməkdən imtina etmiş və bu barədə protokolda qeyd aparılmışdır. Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış və onun Şirvan şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmuş, əvvəllər də bu məzmunda əməliyyat məlumatları daxil olmuş, lakin həmin məlumatları realizə etmək mümkün olmamışdır. Şahid3 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən, habelə evinə baxış zamanı ona qarşı hər-hansı təzyiq və ya təsir göstərilməmişdir. Həmin vaxt heç bir etiraz olmamışdır. Təqsirləndirilən şəxs düzgün danışmır. Şəxsi istifadəsində 055 ***-**-** saylı mobil nömrə var. Həmin vaxt bu nömrə xidməti avtomobilində və ya üzərində ola bilərdi. Qədirin əynindəki paltar və onu saxladıqları yerin tam təsviri yadında qalmamışdır, çünki hadisənin üzərində az qala iki il keçmişdir. Qədiri saxladıqları yerlə evinin arasında beş dəqiqilik məsafə olarmış. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 14 oktyabr 2023-cü ildə tutularaq müvəqqəti saxlama yerinə aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs barəsində heç nə deməmişdir. Bundan bir ay sonra onu prokurorluğa çağırmışlar. Prokurorluqda izahat verərkən, üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirməsi tapşırılmış, lakin narkotik vasitəni “Qara” ləqəbli İran vətəndaşından aldığını, Qədirə borcu olduğunu və sonuncudan narkotik vasitə almadığını bildirmişdir. Qədirlə aralarında olan sms mətnləri əsasında beş gündən sonra Qədiri həbs etmişlər. Prokurorluqda və Salyan Rayon Polis Şöbəsində iki dəfə ərizə verərək Qədirdən narkotik vasitə almadığını bildirmişdir. Telefon yazışmalarında elə vaxt olub ki, Qədir həmin vaxt yanında olub, amma yazaraq narkotik vasitə istəyib. Sual yaranır ki, Qədir yanında ola-ola ona necə mesaj yaza bilərdi. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, müvəqqəti saxlama yerində polislər ona “Qara” ləqəbli şəxsin Təqsirləndirilən şəxs olmasını deməsini bildirmişlər. İzahat və ifadələrini müstəntiq yazmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsində barəsində olan cinayət işinin məhkəmə iclasında narkotik aldığı “Qara” ləqəbli şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirməmişdir. Müstəntiq ona məhkəmədə Qədirin “Qara” ləqəbli şəxs olduğunu desə, ona kömək edəcəyini bildirmiş, Qədirin də dəri rəngi qara rəng olduğu üçün adını “Qara” kimi yazmışdır. Qədirə 3.200 (üç min iki yüz) manat pul borcu olmuşdur, pulu hissə-hissə ona atmış, hətta borcu ola-ola ondan yenə pul istəmiş, mesajlardakı oyun məsələsi isə meyvə oyunu ilə bağlı olmuşdur. Maşınının motoru xarab olanda Qədir ona borc pul vermişdir. Tutulana kimi Qədirlə görüşmüş, bir-birilərinə pul vemişlər. Qədirdən nə narkotik vasitə almış, nə də ona narkotik satmışdır. Qədir doğru danışır, belə ki, müvəqqəti saxlama yerində Fərid adlı polis əməkdaşı ona Qədirin üzünə durmağı, səhv adam tutduqlarını, əks-halda onları işdən çıxarılacaqlarını bildirmişdir. Qədirin evdən aparılması barədə məlumatı vardır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur, aralarında ədavət və ya düşmənçilik yoxdur. Qardaşı vəfat etmişdir. Müəllim işləmişdir, hazırda isə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Qədir əvvəl onun yanında işləmiş, taksi fəaliyyəti ilə məşğul olmuş, lakin onu çox yaxına buraxmamışdır. Qədirin öz avtomobili olmuşdur. Qədirə maddi dəstək olmuş, ailəsinə evində bişəndən ona da verməyi tapşırmış, hətta onun evini təmir etdirmişdir. Qədir əvvəl Hacıqabulda narkotik vasitə ilə bağlı tutulmuş, ona narkotikdən uzağ olmağı tapşırmış, həmişə iradını bildirmişdir. Bundan sonra Qədir narkotik vasitələrlə bağlı işlərlə məşğul olmadığını bildirmişdir. Qədirin Bakıda polisin üzərinə maşın sürdüyünü eşitmiş və ondan incimişdir. Qədirin ləqəbi olmasını bilməmiş, ətrafını tanımamışdır. Qədir uzun müddət Bakıda qalmış, Salyanda az yaşamışdır. Qədiri ondan soruşan olmamış, onun yanına kimlərin gəldiyini görməmişdir. Qədir barədə ətrafdan mənfi söz eşitməmişdir. Qədirlə evləri yanaşıdır, aralarındakı məsafə 30 metr olar. Onun evi ikimərtəbə, Qədirin evi isə birmərtəbəli köhnə bir ev olmuşdur. Qədir tutulan vaxt payız ayları imiş, tarixini dəqiq xatırlamır. Həmin vaxt həyətində olan it hürməyə başlamış, axşam saat 11-12-də beş-altı nəfər polis əməkdaşının Qədirin həyətində gəzişdiklərini, daha sonra isə üç-dörd nəfər polis əməkdaşının Qədiri qolundan tutub apardıqlarını görmüşdür. Polislərin Qədiri avtomobilə mindirmələrini görməmişdir. Narahat yatmış, nəsə baş verdiyini düşünmüşdür. Gecə saat 04-05 radələrində həyətindəki it yenidən hürməyə başlamış, çölə çıxıb Qədirin həyətinə tərəf baxanda beş-altı polis əməkdaşı və bir vəkil qadın görmüşdür. Həmin şəxslər az sonra çıxıb getmişlər. Hadisə vaxtı acığa, həm də polisin işinə qarışmamaq üçün oraya yaxınlaşmamışdır. Qədirə irad bildirdikdən sonra onun narkotiklə məşğul olub-olmadığını bilməmişdir. Səhəri gün hadisəni öyrənmişdir. Bundan qabaq Qədirə dinc olmasını, insan kimi yaşamalı, işləməli olduğunu, əks-halda onunla salaməleyki qurtaracağını bildirmişdir. Hadisə günü evində arvadı Şahid5, Qədirin evində isə qeyri-rəsmi münasibətdə olduğu Şahid6 olmuşdur. Polislərin birinci dəfə gələndə evə baxış keçirmələrini görməmişdir. Həmin vaxt polislər hardasa on beş-iyirmi dəqiqə evdə qalmışlar. Evin çölünü görmüşdür. İkinci dəfə gələndə isə polislər evə daxil olmuşdurlar. Qədir tutulandan sonra evindən aşkarlanan narkotik vasitənin özünə məxsus olmadığını, tərəzinin isə atasından qaldığını, qanunsuz tutulduğunu, etirafedici ifadə almaq məqsədilə dişinin polislər tərəfindən sındırıldığını, ona xəsarətlər yetirildiyini telefonda bildirmişdir. Bunların canlı şahidi olmamışdır. Qədir tutulandan sonra onun evinə getməmiş, onunla yalnız telefon əlaqəsi saxlamışdır. Qədirin tutulduğu gün birinci dəfə aparılandan sonra Şirvanda döyüldüyünü eşitmişdir. Qədirə qarşı irəli sürülmüş ittiham barədə heç bir fikiri yoxdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun ərinin qardaşı oğludur, aralarında ədavət və ya düşmənçilik olmamış, Qədir onun əlində böyümüşdür. 19 oktyabr 2023-cü il tarixdə, axşam saat 08-09 radələrində evdə olduqları vaxt yağış yağırmış, Qədirgillə onların evinin arasında it dayanmadan hürməyə başlamış, nəvəsi çölə çıxıb qayıdaraq Qədiri apardıqlarını bildirmişdir. Həmin vaxt Qədirgilə getmiş, Qədirin artıq maşına mindirilməsini, həyətdə isə polis əməkdaşlarının gəzdiklərini görmüşdür. Polis əməkdaşlarından evdəki sobanı söndürüb-söndürmədiklərini soruşmuş, onlar da evdə adam olduğunu bildirmişlər. Polislər getdikdən sonra evə daxil olduqda evdəki əşyaların dağılmış vəziyyətdə olmasını, Şahid6 körpə uşaqla ağladığını görmüşdür. Cəmalə yemək yedikləri vaxt polislərin evə daxil olub ərini apardıqlarını demiş, taksi çağırmağı xahiş etmiş, artıq evdə qala bilməyəcəyini bildirmişdir. Taksi çağırmış və Cəmalə lazım olar deyə Qədirin paltarlarından da götürüb getmişdir. Taksinin pulunu özü ödəmişdir. Gecə saat 02-03-də Qədiri bir xeyli polis əməkdaşının evə gətirdiklərini, onlardan birinin qadın olduğunu, Qədirin əynində isə başqa şəxsin paltarının olduğunu görmüşdür. Belə ki, Qədir evdən aparılanda maykada olmuşdur. Həmin vaxt oraya getməmiş, Qədiri evə aparmış, bir saata yaxın evdə olmuş, sonra da qaytarıb aparmışlar. Qonşusu olan tibbi bacısı Qədirin Salyanda xəstəxanada olduğunu bildirmiş və həmin vaxt Qədiri buraxmışlar. Qədir xəstə vəziyyətdə evdə olanda ona yardım etmək üçün yanına getmiş, Qədir hadisəni ona danışmış, həmin vaxt onun dişlərinin sındığını görmüşdür. Qədir polislərin onu döydüklərini və boynuna narkotik vasitə qoymaq istədiklərini bildirmişdir. Cəmalə ona Qədirə qarşı zorakılıq edildiyini bildirmişdir. Cəmaləni ilk dəfə hadisə günü görmüşdür. Hadisə barədə sonradan ərinə bildirmişdir. Hadisə baş verən gün əri Qədirgilə getməmişdir. Hadisənin birbaşa şahidi olmamış, Qədirə qarşı təzyiq edildiyini, birinci dəfə gələndə polislərin evə girdiklərini görməmişdir. Cəmalə ilə uşağını yola salandan sonra həyətdə heç kimi görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid6 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs beş ildir tanıyır, onunla qeyri-rəsmi nikahda yaşamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Qədirin narkotik vasitə istifadə etməsini görməmişdir. 19 oktyabr 2023-cü il tarixdə Salyan rayonunun Noxudlu kəndindəki köhnə ikiotaqlı evlərində olduqları vaxt, axşam azan təzə verilmişdi ki, mülki geyimdə olan çox sayda polis əməkdaşı qapını sındırıb evə daxil olmuşlar. Həmin vaxt özü yuxudan durub çay qoymağa getmiş, uşağı ilə əri yatmışlar. Evə daxil olanların üzlərindən polis olduqları hiss olunmamış, sonradan onların Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları olduqlarını bilmişdir. Qədiri alt paltarında qolundan tutub sıxmağa başlamış, əllərindəki taxta ilə vuravura yağışlı havada maşına mindirib aparmışlar. Buna etiraz etmişdir. Polislər ona qarşı nalayiq ifadələr işlətmiş, onun, uşağının üzərini yoxlamış, həmçinin, evin hər tərəfini (taxt, yorğanlar, xalça) axtarmışlar. Evdən qanunsuz heç nə aşkar edilməmişdir. Ağlamağa başlamış, qonşular da gəlmişlər. Polislərin içərisində qadın olmamışdır. Evə baxış hardasa beş-on dəqiqə davam etmişdir. Qədirin aparılmasını tanımadığı qonşuları və Qədirin qohumları (əmisinin arvadı və oğlu) görmüşlər. Həmin vaxt çox həyəcanlı olmuşdur. Polislərin ikinci dəfə gəldiklərini görməmiş, Qədirə paltar aparmaq üçün Şirvana getmişdir. Polis əməkdaşı İsmayıl Babayev evə daxil olmaları barədə kiməsə deməməyi ona bildirmiş, onu hədələmiş, Qədirin telefonunun kodunu açmasını bildirmiş, ona qarşı pis sözlər işlətmişdir. Evdə qanunsuz heç nə olmamış, Qədir də narkotik işi məşğul olan biri olmamışdır. Qədirə məxsus olan mobil telefon aparatlarını İsmayıl adlı polis əməkdaşı götürmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 01, i.v. 01-02). Şirvan Şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Şahid1 təqdim etdiyi sellefan bükümdəki psixotrop maddə metamfetaminə bənzər maddənin mənbəyi soruşulmuş, cavabında həmin kütləni 13 oktyabr 2023-cü il tarixdə, günorta saatlarında Salyan rayon sakini “Qara” ləqəbli şəxsdən aldığını, bir bükümünü üzərində gəzdirdiyini, qalan hissəsini isə yaşadığı ünvanda saxladığını bildirmişdir (cild 01, i.v. 34-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/991-992 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şahid1 üzərindən ...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,305 qram olan maddə psixotrop maddə metamfetamindir; üzərində “... Şahid1 evindən ... metamfetaminə bənzər ...” sözləri yazılmış kağız paketdə beş ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,318 qr, 0,340 qr, 0,332 qr, 0,350qr, 6,510 qr, ümumi çəkisi 7,850 qram olan maddələr psixotrop maddə metamfetamindir; üzərində: “... Şahid1 evindən bir ədəd elektron tərəzi və bir ədəd ...” sözləri yazılmış kağız paketdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin, psixotrop maddə metamfetaminin izləri vardır. Bir ədəd şüşə ampulanın içərisində təmiz çəkisi 0,063 qram olan maddə psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş altı ədəd bükümdə və bir ədəd şüşə ampulada olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir (cild 01, i.v. 43-47). Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Şahid1 ifadəsində yaşadığı ünvandan aşkar edilmiş psixotrop maddə metamfetamini Salyan rayon sakini “Qara” ləqəbli şəxsdən aldığını bildirməsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “Qara” ləqəbli şəxsin Salyan rayonu Aşağı Noxudlu kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 01, i.v. 58). Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı, eyni tarixli əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (cild 01, i.v. 59-63). Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:35 radələrində Salyan rayonunun Noxudlu kəndində saxlanılaraq şöbəyə aparılmışdır (cild 01, i.v. 64). Şirvan Şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə, saat 21:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v. 66; 78). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı və “şəxsi axtarış və götürmə barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu və siqaret qutusunu təqdim etmiş, Şahid1 onunla ədavətinin olmasını, Ruslanın tanışı olan İran vətəndaşı Yusiflə narkotik vasitə almaq üçün əlaqə yaratdığını, tərəflər arasında pulla bağlı borc məsələsi yarandığından Ruslanın onun barəsində yalan dediyini bildirmişdir. Həmin bir ədəd mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, bir ədəd siqaret qutusu isə Təqsirləndirilən şəxs qaytarılmış və bu barədə videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (cild 01, i.v. 79, 81-83). Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, onun həmin tarixdə, yaşadığı Salyan rayonu Noxudlu kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmasına heç bir etirazı olmamışdır (cild 01, i.v. 89). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2023-cü il tarixli qərarı və “axtarış aparılması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonunun Noxudlu kəndində yaşadığı evdə keçirilmiş axtarış zamanı yaşadığı ünvanda bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, evinin girişində yerləşən adyalın altından bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə, evin yataq otağında çarpayının üzərində olan matrasın altından bir ədəd elektron tərəzi və bir ədəd şüşə lampa aşkar olunaraq götürülmüş, bu barədə videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (cild 01, i.v. 86; 90-92). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/1001 nömrəli, xx.xx.2023-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ... giriş qapısından içəridə ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,627 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ... yataq otağındakı çarpayının ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir; üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ... yataq otağındakı stolun ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd şüşə lampadan düzəldilmiş “qəlyan”ın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) onun miqdarını və digər maddələrlə eyniliyini müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən götürülmüş metamfetamin ilə Şahid1 üzərindən və evindən götürülmüş metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqatdan sonra psixotrop maddə metamfetaminin 7,868 qramı və 0,597 qramı istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik müəyyən edilmişdir (cild 01, i.v. 99-102). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (cild 01, i.v. 106). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 108- 109). Şirvan Şəhər Məhkəməsinin 4(032)-287/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19 oktyabr 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 127-129). Salyan Rayon Məhkəməsinin 5(057)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2023-cü il, həmçinin, onun evində axtarış aparılması barədə Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2023-cü il tarixli qərarları qanuni və əsaslı hesab edilmişdir (cild 01, i.v. 151-153; 155-157). Azərbaycan Respublikası Baş Prokurorluğu Şirvan Şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 01, i.v. 179-182). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həmin Məcəllənin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 3 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş; Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 01, i.v. 183- 185; 153-189). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən, məhkumluq az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 18.4 və 18.4.3-cü maddələrdə isə qeyd olunur ki, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs adına olan 070 266-69-50 saylı nömrənin sorğulanan müddət ərzində həmin şəbəkədə istifadə olunmaması qeyd olunmuşdur (cild 01, i.v. 186; cild 02, i.v. 78). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Salyan Rayon Mərkəzi Xəstəxanasını” Publik Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada “2016-cı ildən çətənə” ilə narkoloji qeydiyyatdadır, psixonevroloji qeydiyyatda deyildir (cild 01, i.v. 187). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2023-cü il tarixli, 7246 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, i.v. 198-199). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 560 nömrəli, xx.xx.2023-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthidə aşkar olunan xəsarətlər- boyunun sol və sağ yan səthlərində qançır, sol çiyinüstü, sağ baldırın ön səthində və sol bayır topuqda sıyrıqlar küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 19 oktyabr 2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğuna görə dərəcələri təyin edilmir. Həmin xəsarətlər müxtəlif şəraitlərdə, eləcə də müayinə olunanın özü tərəfindən də yetirilə bilərdi və bu xüsusatların dəqiqləşdirilməsində araşdırma materialları əhəmiyyət kəsb edə bilər (cild 01, i.v. 200-201). Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 5/1709 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android10” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung GalaxyJ6” markalı, arxa markalanma göstəricisinə görə “SM-J600F/DS" modelli, “3564xx/xx/049659/5, 3564xx/xx/049659/3” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Həmin smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş qrafik təsvir ilə (parol-password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Sözügedən mobil smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp (azeplus2)”, “WhatsApp Business” proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar, müəyyən olundu (bax rəyə əlavə olunmuş iki ədəd DVD-R diskə). “Samsung GalaxyJ6” markalı, “SM-J600F/DS” modelli mobil smartfonun yaddaşından 2023-cü ilin yanvar ayının 01-dən oktyabr ayının 07-dək olan müddət ərzində pozulmuş (“SMS” mesaj, foto, video fayllar, “WhatsApp (azeplus2)”, “WhatsApp Business” proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) məlumatların olub-olmaması barədə rəyə əlavə olunmuş DVD-R disklərə köçürülmüş “7.65.0.247 versiyalı UFED 4PC” proqram təminatı vasitəsi ilə əldə olunmuş hesabatda qeyd olunmuşdur (bax: iki ədəd DVD-R diskə). Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manat müəyyən olunmuşdur (cild 01, i.v. 202-206). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 01, i.v. 218-219). Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin Salyan Rayon Polis Şöbəsinə göndərilməsi üçün Şirvan Şəhər Prokurorluğuna göndərilməsi qərara alınmış və Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iş icraata qəbul edilmişdir (cild 01, i.v. 242-243; cild 02, i.v. 02-03). Salyan Rayon Məhkəməsinin 4(057)-27/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs həbsdə saxlanılması barədə təqdimat təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir (cild 02, i.v. 26-32). Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsinin məzmununda barəsində Şirvan Şəhər Polis Şöbəsində açılan cinayət işinin düzgün aparılmaması səbəbindən özünə qəsd etmək qərarına gəldiyini, bu məqsədlə həmin şöbənin müvəqqəti saxlama yerində tapdığı ülgüc qırığı ilə özünə qəsd etdiyini, boğazını kəsdiyini, qarnını küt alətlə deşdiyini, Şirvan Rayon Xəstəxanasında boğazına səkkiz, qarnına üç tikiş qoyulmasını qeyd etmişdir (cild 02, i.v. 42). Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-47/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, axtarışı elan olunmuş və həbsdə saxlanılma müddəti uzadılmışdır (cild 02, 64-70). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs axtarışda olması ilə əlaqədar iş üzrə icraat dayandırılmışdır (cild 02, i.v. 71-72). Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportu və “axtarışda olan şəxsin tutulması barədə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:30-da Şirvan şəhəri, H.Əliyev küçəsində yerləşən “Neptun” marketin qarşısında saxlanılaraq, saat 14:00-da şöbəyə aparılmışdır (cild 02, i.v. 83-84). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir (cild 02, i.v. 87-88). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-yə məxsus (050) ***-**-** saylı mobil nömrə xx xxxx 1986-cı il təvəllüdlü, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adına, (050) ***-**-** saylı mobil nömrə isə xx xxxx 1995-ci il təvəllüdlü, Şirvan şəhəri, F.Cavadov küçəsi ev 26-da qeydiyyatda olan Şahid1 adına rəsmiləşdirilmişdir. Diskdə olan “sms” faylına baxış zamanı müəyyən olunmuşdur ki, 04 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə narkotik vasitələrin alış-satışı ilə əlaqədar “Nömrəni koddan çıxart, yığ məni”, “Ruslan məni yığ”, Şahid1 isə istifadəsində olan "xxxx" MMC-yə məxsus (055) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil nömrəyə “Qara sən öl pulu xərcləməmişəm səbirli ol atıram” məzmunlarda sms-lər yazmışlar. Daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan həmin mobil nömrə ilə Şahid1 “Ruslan məni yığ görürsən sözdeyim söndürürəm”, Şahid1 isə istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs “sən öl bang goturəcəm sabah günortaya kimi 300 atacam” yazmışlar. Təqsirləndirilən şəxs isə mesajında “Ay Ruslan bang nədi günortadan məni gözləyir o kişi səndə deyirsən indi atıram bəs hanı pul məni gözləyir mən nə deyim necə edim bəs” deyə cavab sms-i yazmışdır. Təqsirləndirilən şəxs Şahid1 növbəti mesajlarında “söyüş söydün axı oyun oynamıyacam bu qədər də olmaz də mən hey istədim sənə əl tutum sən özünü fikirləşib məni qoydun pis vəziyyətdə kişiyə yaraşar bu etdiyin mənim yerimdə olsan edərdin sən” yazmış, Şahid1 isə mesajında “sən ol cəmi 60 m aynon vermişəm aynonu satıb oyun oynamamışam var yoxuna nəhlət onunda 30 manatın (söyüş var.....) atıram atıram deyib təzənə saxladı” yazmışdır. Təqsirləndirilən şəxs növbəti mesajında “30 at qoyum 100 atım buna” yazmışdır. Diskdə olan sms-lər faylına baxış zamanı müəyyən olunmuşdur ki, 01 oktyabr 2023-cü il tarixdə Şahid1 istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə narkotik vasitələrin alış-satışı ilə əlaqədar “Qara sən öl özüm ölüm həqi çatdırmalıyam sənə ağız aça bildim çalış həll elə qurban olum sən öl özüm ölüm ən gec sabah bu vaxda səndədi”, “Qara başına dönüm tez alındır getməlidi gecikir çox pis vəziyətdəyəm bu dəqə”, “Qara bidə söz de alınırsa rahat olum yoxsa pul verməliyəm buna”, “Qara bir söz de atdırırsan ya yox”; 04 oktyabr 2023-cü il tarixdə “Mənən əlaqə saxla vacibdi Qara”, “Yıgarsan cin nömrəmi imkan eliyən kimi” məzmunda smslər yazmışdır. Həmçinin, diskdə olan sms-lər faylına baxış zamanı müəyyən olunmuşdur ki, başqa bir şəxs Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəyə narkotik vasitələrin alış-satışı ilə əlaqədar “Qara salam elnurdu qaqa Lal pulun verəcək canımçın zaura pulu men vermişəm amanatı verdir qaqa Lalın varyoxun (söyüş var.....) pulun catacaq qaqa narahat olma”, digər bir şəxs “Qara hardasan, Yerini de mənə”, “Soxum o patıya”, “Nə anqırırsan hardasan sən”, digər bir şəxs “Qaqa hazır 1 qr bağladığını 08 qoy olsun 5 kisə 08 birdə yarım 05”, “ 4.5 qr elə 5.5 buketləri 4 dənəni 5 elə”, “ Gəlib pul”, “Bugün gələsən ya yo gözdəyən var”, “Torpağ gözdiyir daşı tez ver gedim gəlim” məzmunda mesajlar yazmışlar, habelə, ayrı-ayrı şəxslərlə Təqsirləndirilən şəxs arasında narkotik vasitələrin alqı-satqısı ilə əlaqədar çoxsaylı mesajlar yazılmışdır. Diskdə olan zənglər siyahısına və anten dairəsinə baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə 13 oktyabr 2023-cü il tarixdə Salyan rayonu Noxudlu kəndində yerləşən anten dairəsində qeydə alınmışdır (cild 02, i.v. 74-75; 92-93). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-yə məxsus (055) ***-**-** saylı mobil nömrə Şirvan şəhəri, F.Cavadov küçəsi, ev 26-da qeydiyyatda olan Xəyalə Ələsgərovanın adına rəsmiləşdirilmişdir. Diskdə olan zənglər siyahısına və anten dairəsinə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 20:20 radələrində Şahid1 istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (055) ***-**-** saylı mobil nömrə ilə telefon əlaqəsi saxlamış və həmin vaxt Təqsirləndirilən şəxs Salyan rayonu Çuxanlı kəndində yerləşən anten dairəsində qeydə alınmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadısində olan (055) ***-**-** saylı mobil nömrə 13 oktyabr 2023-cü il tarixdə Salyan rayonu Aşağı Noxudlu və Çuxanlı kəndlərində yerləşən anten dairələrində qeydə alınmışdır (cild 02, i.v. 81-82; 94). Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Ruslan Əsgərov şüşə adlanan psixotrop maddə metamfetamini arıqlamaq məqsədi ilə istifadə etmək üçün Salyan Rayon sakini “Qara” ləqəbli Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Belə ki, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxslə “WhatsApp” vasitəsilə danışmış və ondan pul müqabilində psixotrop maddə almaq istədiyini, Qədir də pul qarşılığında psixotrop maddə metamfetamin verə biləcəyini bildirmiş, onunla Salyan rayonunda görüşmüş və 40 (qırx) manat pul müqabilində altı ədəd bükümdə psixitrop maddə metamfetamin alaraq oradan Şirvan şəhərinə gəlmişdir. Sözü gedən hökmdə həmçinin, Şahid1 aşkarlanaraq götürülmüş və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan eskpert tədqiqatından sonra ümumi qalıq çəkisi 7,938 qram olan psixotrop maddə metamfetaminin məhv edilməsi qərara alınmışdır (cild 02, i.v. 95-107). Bundan başqa, Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sənədlərin cinayət işinə əlavə edilməsi barədə” xx.xx.2024-cü il, “sənədlərə baxış keçirilməsi haqqında” 06.08. 2024-cü il tarixli protokollarından görünür ki, sorğu əsasında əldə edilmiş Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsində xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında Şahid1 sərbəst ifadəsində yuxarıdakı, yəni barəsində olan cinayət işi üzrə hökmdəki məzmunda ifadə vermiş, dövlət ittihamçısının sualına cavab olaraq “Qara”nın Salyanda yaşadığını bilməsini, müdafiəçinin sualını cavab olaraq Qədirdən narkotiki bükümlərdə almasını, sonradan özünün də narkotiki bükümlərə bölməsini, sədrlik edənin sualına cavab olaraq isə Salyan rayonuna gedib mütəmadi “Qara” ləqəbli şəxsdən, yəni Qədirdən narkotik vasitə aldığını, (050) ***-**-** saylı mobil nömrənin Qədirin nömrəsi olduğunu bildirmişdir (cild 02, 137-150). Salyan Rayon Məhkəməsinin 4(057)-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır (cild 02, i.v. 129-135). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, Şahid1 üzərindən və yaşadığı evdən, habelə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 7,868 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq şöbənin maddi sübutları saxlama otağına təhvil verilmiş; şəxsi axtarış keçirilməsi, evdə axtarış aparılması protokollarına əlavə edilmiş iki ədəd DVD diskin, eləcə də "xxxx", "xxxx" MMC-dən daxil olmuş CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış; psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (cild 02, i.v. 221-237; 241-242). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 10:00-dan 12:40-dək vəkili X50, saat 14:30-dan 15:50-dək isə digər vəkili Rəsul Mənsimovla birlikdə cinayət işinin iki cilddən ibarət olan materialları, həmçinin maddi sübutlarla tanış olmuşlar, hər iki müdafiəçi ayrı-ayrılıqda bu barədə protokolları imzalasalar da, təqsirləndirilən şəxs imzalamaqdan imtina etmişdir (258-258A). Cinayət işinin məhkəmə istintaqı zamanı məhkəmənin sorğusu əsasında daxil olmuş və məhkəmə iclaslarında elan olunmaqla tədqiq edilmiş; Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanaya 2024-cü ilin 19 oktyabr tarixindən 20 oktyabr tarixinədək müraciəti olmamış, xx.xx.2023-cü il tarixdə E-48.8 (digər dəqiqləşdirilməmiş nevrotik pozuntular), xx.xx.2024-cü il tarixdə R52.0-kəskin ağrı, S01.4 (yanıq və gicgahçənə nahiyəsinin açıq yarası, S21.1-döş qəfəsinin ön divarının açıq yarası diaqnozu ilə müraciəti qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə narkotik vasitələrin satışında şübhəli bilindiyindən istintaq orqanı tərəfindən təqdim olunmuş raport və xx.xx.2023-cü il tarixli təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar əsasında saxlanıldığından, barəsində əməliyyat-qeydiyyat işi açılaraq daha əvvəl əməliyyat müşahidəsinə götürülməmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş tibbi kartaların surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:51-də “beyin qan dövranı pozğunluğu” (xəstəlik) diaqnozu ilə həmin xəstəxanaya müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından təcili qaydada “işemik insult” diaqnozu ilə müalicə müəssisəsinə köçürülmüş, onda “baş beyin qan dövranın pozulması, sol tərəfli hemiparez” diaqnozu müəyyən edilmiş, müavfiq müalicədən sonra xx.xx.2025-ci il tarixdə saxlandığı müəssisəyə göndərilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş Tibb Baş İdarəsinin 5297/2024 nömrəli “Məhkumun tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tibbi müayinə zamanı zədə almadığını bildirmiş, çənə altında, hər iki saidin və qarının ön səthində, belin sol hissəsində, sol budun arxa səthində köhnə çapıqlar aşkar olunmuşdur. Şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il, xx.xx.2012-ci il və xx.xx.2023-cü il təvəllüdlü iki azyaşlı, bir yetkinlik yaşına çatmayan olmaqla, üç övladı vardır. Şirvan Şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş “Şəhər, Rayon, Xətt Polis Orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı” və “Tibbi müayinənin keçirilməsi və Tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitablarından çıxarışların surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:45-də şöbəyə gətirilmiş, tibbi müayinədən keçirilmiş və onda heç bir xəsarət aşkar edilməmişdir. “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, həmin mərkəzdə, həmçinin onun Şirvan bölməsində 2023-cü ilin 19-20 oktyabr dövrü üçün “Çağırışlar qeydiyyatı jurnalı”-da Təqsirləndirilən şəxs adına çağırış qeydiyyata alınmamış, lakin sözügedən dövr üçün Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə çağırışlar haqqında qeydiyyat mövcuddur. Məlumat üçün Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerinə verilən çağırışlar haqqında ətraflı məlumatın yalnız həmin şöbənin qeydiyyat jurnalında aparıldığı bildirilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş CD diskdəki məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, iş üzrə şahid qismində keçən Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 hazırki cinayət işi üzrə keçirilmiş əməliyyat tədbirləri zamanı istifadəsində olduğunu bildirdiyi 055 ***-**-** saylı mobil nömrənin anten dairəsi xx.xx.2023-cü il tarixdə, saat 19:33:06-da Salyan rayonu Çuxanlı kəndi; saat 19:42:54-də Salyan rayonu, Pambıqkənd kəndi, saat 19:44:11-də Salyan rayonu Çuxanlı kəndi; saat 22:21:58-də və 22:23:40-da Şirvan şəhəri, H.Z.Tağıyev, ev 58, mənzil 1, Şirvan Şəhər Polis Şöbəsinin yanında; xx.xx.2023-cü il tarixdə, saat 02:48:46-da Salyan rayonu Pambıqkənd kəndi; saat 02:50:18-də Salyan rayonu Çuxanlı kəndi, saat 02:55:46-da Salyan rayonu Pambıqkənd kəndi; saat 03:13:51-də Salyan rayonu Yuxarı Noxudlu kəndi, saat 03:17:01; 03:19:39-da Salyan rayonu Çuxanlı kəndi, saat 03:23:40-da Salyan rayonu Pambıqkənd kəndi, saat 03:34:07; 03:38:19-da Salyan rayonu Çuxanlı kəndində qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş CD diskdəki məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, iş üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili X13 istifadəsində olmuş 051 740-03-33 saylı mobil nömrənin anten dairəsi xx.xx.2024-cü il tarixdə, saat 11:18; 11:37; 12:24; 13:31-də ünvan 5 ünvanlarda; xx.xx.2024-cü il tarixdə, saat 10:41; 11:24 və 12:50-də Salyan şəhəri, E.Zeynalov küçəsi, ev 3 ünvanda qeydə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsi, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmaması, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırki cinayət işi üzrə tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa, müdafiə tərəfi məhkəmənin böyük əksər hissəsini təmin etdiyi iyirmiyə yaxın müxtəlif məzmunlu vəsatət vermiş və bununla da təqsirləndirilənə qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Barəsində bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, Şirvan Şəhər Polis Şöbəsinin əməliyyatçıları tərəfindən müvəqqəti saxlama yerində döyülən şəxsin videosunun telefon vasitəsilə ona atılması, həmin şəxs öldükdən sonra dəfələrlə mobil telefonun istənilməsi, aparmaması nəticəsində bütün bunların baş verməsi, yəni qanunsuz olaraq tutulması, 19 oktyabr 2023-cü il tarixində axşam azandan sonra altı nəfər polis əməkdaşının basqın edərək qapını sındırıb onu evdən tutub polis şöbəsinə aparmaları, şöbədə səhərə kimi döyülərək külli miqdarda narkotik vasitə ilə əlaqədar videoçəkilişə çıxacağının bildirilməsi, bundan başqa, ailəsi ilə hədələndiyi üçün ona təqdim olunmuş büküm, tərəzi və lampanı qəbul etməsi, Şahid1la aralarında pulla əlaqəli söhbətlərin ona borca verdiyi pulun qaytarılması ilə əlaqədar olması, Ruslana psixotrop maddə satmaması, “Qara” ləqəbinin ona məxsus olmaması, tutulmamışdan hardasa iki ay əvvəl polislərin müxtəlif nömrələrdən onun nömrəsinə mesaj yazmaları, onların nömrəsini bloka atmasına baxmayaraq, yenə də fərqli-fərqli nömrələrdən ona yazmaları, əməliyyatçıların onu şöbəyə alt paltarında apardıqları, şöbədə rəis müavini Fərid müəllimin onu boğması, adlarını xatırladığı İsmayıl Babayev, Təbriz, Ayxan, Fuad, Şahlar onu döyəndən sonra Şirvan Şəhər Polis Şöbəsinə təcili tibbi yardım gəlməsi, orada ona sistem qoşulması, ürəyində problem olduğu üçün tibb işçisinin polislərə ona vurmamalarını deməsi, polislər tərəfindən döyülməsi nəticəsində iki dəfə infarkt keçirməsi, həmin gün səhərə yaxın onu Salyandakı evinə gətirib, evə baxış keçirilməsi, polislərin evi alt-üst etdikdən üç-dörd saat sonra evə gəlib, güya oradan psixotrop maddə tapmaları, şübhəli şəxs qismində tutulanda vəkilinin olmaması, Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında videoçəkilişlə üzərində baxış keçirilməməsi, evində palazın altından çıxan bükümü polislərin oraya qoyması, evinə icazəsiz baxış keçirilməsi, evdən aşkarlanan tərəzinin ona məxsus olmaması, cinayət işinin materialları ilə tanış olmada vəkili X50in Həcc ziyarətində olması, vəkilinin yerinə başqasının imza etməsi, digər vəkili Rəsul Mənsimovu görməməsi, tutulduğu gün üzərində olan üç ədəd mobil telefonun polis əməkdaşları tərəfindən götürülməsi, lakin bir telefonunun qeydiyyata alınması, üzərində və evində narkotik vasitə olmaması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2023-cü il tarixli raportu, qərarı, protokollarında Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:35 radələrində Salyan rayonunun Noxudlu kəndində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə aparılması, orada hüquqlarının müdafiəsi üçün təqdim olunmuş siyahıdan özünün seçdiyi vəkillə təmin olunandan sonra saat 21:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması və üzərində videoçəkiliş vasitəsilə axtarış aparılması göstərilmiş, həmin videoçəkilişin köçürüldüyü DVD diskə məhkəmə iclasında baxılmışdır (cild 01, i.v. 64; 66; 70; 74; 78; 79; 81-83). Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində onun həmin tarixdə, yaşadığı Salyan rayonunun Noxudlu kəndində yerləşən fərdi yaşayış evində axtarış aparılmasına dair heç bir etirazının olmamasını qeyd etməsi müəyyən olunmuşdur. Eyni zamanda, həmin tarixdə, gecə saat 02:35-dən 03:40-dək Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonunun Noxudlu kəndində yerləşən evində videoçəkilişlə aparılmış axtarış zamanı Təqsirləndirilən şəxs evində axtarış aparılmasına etiraz etməmiş və evində psixotrop maddə metamfetamin olmasını səsli şəkildə bildirmişdir. Məhkəmə iclasında nümayiş etdirilmiş həmin videogörüntüdə Təqsirləndirilən şəxs vəkili ilə birlikdə iştirak etməsi məlum olmuş, videogörüntünün 0:01:44 dəqiqəsində evin giriş qapısının açıq olması mübahisələndirilmiş, müstəntiq qapının heç bir vasitə ilə bağlanmadığını, qapının dəstəyinin olmamasını, kilidin köhnə olmasını, çöl tərəfdə olan dəmirin qarşı hissəyə heç nə ilə bağlanmadığını bildirmiş; 0:02:55-də evin girişindən sol tərəfdə yerə sərilmiş adyalın altından bir ədəd sellofana bükülü psixotrop maddə, 0:04:21də evin yataq otağındakı dolabın üzərindən şüşə lampa, 0:05:36-da isə yataq otağındakı çarpayının üstündəki döşəyin altından elektron tərəzi aşkar olunmuş və Təqsirləndirilən şəxs həmin psixotrop maddənin və predmetlərin özünə məxsus olduğunu, şüşə lampadan psixotrop maddə qəbulunda istifadə etdiyini, tərəzinin isə gümüş alveri ilə məşğul olduğu vaxtdan özündə qaldığını bildirmişdir (cild 01, i.v. 89; 92). Məhkəmə eyni zamanda onu da qeyd edir ki, 20 oktyabr 2023-cü ildə Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonunun Noxudlu kəndində yerləşən evindəki axtarış zamanı aşkarlanmış elektron tərəzi ilə bağlı həmin vaxt, habelə ibtidai istintaq ifadələrində həmin tərəzinin özünə məxsus olması, məhkəmədə isə gah özünə məxsus olması, gah da ümumiyyətlə ona aidiyyətinin olmaması kimi fərqli fikirlər səsləndirməsi məhkəmə tərkibində onun ifadələrində nə qədər dürüst və səmimi olması sualını yaratmışdır. Bundan əlavə, cinayət işinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs 19-20 oktyabr 2023-cü il tarixlərdə ətrafında aparılmış əməliyyat tədbirlərində iştirak etmiş Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 istifadəsində olmuş 055 ***-**-** saylı mobil nömrənin anten dairəsi məlumatlarından onun həqiqətən də, xx.xx.2023-cü il tarixdə, saat 19:33:06dan 19:44:11-dək Salyan rayonunun, saat 22:21:58-də və 22:23:40-da Şirvan şəhəri, H.Z.Tağıyev, ev 58, mənzil 1, Şirvan Şəhər Polis Şöbəsinin yanında; xx.xx.2023-cü il tarixdə, saat 02:48:46-dan 03:38:19-dək Salyan rayonunun ərazisində olması məlum olmuş və beləliklə də, Təqsirləndirilən şəxs məhz saxlanılma raportunda qeyd olunduğu tarixdə və vaxtda saxlanılması, şəxsi axtarış və evində axtarış hərəkətlərinin “şəxsi axtarış və götürmə”, “axtarış aparılması” protokollarında qeyd olunmuş tarixdə və vaxtda baş tutması, habelə sözügedən əməliyyatçının onun saxlanılmasında və onunla aparılmış yuxarıda qeyd olunan əməliyyat hərəkətlərində iştirakı öz təsdiqini tapmışdır. Bundan başqa, iş materiallarında olan Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin “şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il, “axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı üzərindən bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar olunmuş, evinə axtarış zamanı isə hər hansı bir mobil telefon aparatı aşkar olunmamışdır (cild 01, i.v. 81-83; 90-92). Bundan əlavə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə 19 və 20 oktyabr 2023-cü il, xx.xx.2024-cü il tarixlərində şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi ifadələrində ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, 18 oktyabr 2023-cü il tarixdə yaşadığı Salyan rayonunun Noxudlu kəndi ilə piyada evinə tərəf gedərkən yerdə bir ədəd sellofan büküm gördüyünü, həmin büküm diqqətini çəkdiyindən yerdən götürüb açıb içərisinə baxdıqda içərisində psixotrop maddə metamfetamin olmasını gördüyünü, istifadə etmək üçün özü ilə gətirib yaşadığı evinin giriş qapısından içəridə sol tərəfdə yerə sərilmiş adyalın altına qoymasını, 19 oktyabr 2023-cü il tarixdə, saat 20 radələrində yaşadığı Noxudlu kəndindəki evinin küçəsində olarkən mülki geyimli əməkdaşlar tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmasını, orada vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən üzərindən bir ədəd mobil telefon və bir qutu siqaret aşkarlanmasını, qanunla qadağan olunmuş əlavə əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkarlanmadığını, bundan sonra polis əməkdaşlarının iştirakı ilə 20 oktyabr 2023-cü il tarixdə, gecə saat 02 radələrində yaşadığı Noxudlu kəndində yerləşən evində aparılan axtarış zamanı evinin girişindən sol tərəfdə yerə sərilmiş adyalın altından bir ədəd sellefan bükümdə ağ rəngli kütlə, yataq otağında olan çarpayının üzərindəki matrasın altından bir ədəd elektron tərəzi və yataq otağındakı dolabın üzərindən bir ədəd şüşə lampa aşkar edilməsini, şifahi suallara cavabında həmin bükümdəki kütlənin psixotrop maddə metamfetamin olmaqla şəxsi istifadəsi üçün olduğunu, elektron tərəzinin əvvəldən onda qaldığını, həmin tərəzidən gümüş satan zaman istifadə etdiyini, şüşə lampanı isə başına kağız büküm quraşdırmaqla psixotrop maddə çəkdiyini bildirməklə eyni məzmunlu ifadələr vermişdir (cild 01, i.v. 84-85; 115-117; 224-226). Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi psixotrop maddə metamfetaminlə bağlı materialların məhkəmə ekspertizasının rəyi ilə tanış olarkən bu barədə protokolu imzalamaqdan imtina etsə də, rəyə dair etirazının olmadığını qeyd etmişdir (cild 01, i.v. 103). Bundan başqa, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar məhkəmə nəzarəti qaydasında keçirilmiş xx.xx.2023-cü il tarixli qapalı məhkəmə iclasının qərarında qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək, yalnız psixotrop maddə olan metamfetaminin ondan aşkarlanması hissəsi ilə razılaşmış, həmin psixotrop maddəni Yusif adlı İran vətəndaşından aldığını və şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir (cild 01, i.v. 127-129). Bundan əlavə, "xxxx" MMC-nin müşayiət məktubu ilə daxil olmuş CD diskdəki məlumatlara baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə xeyli sayda ayrı-ayrı şəxslər, habelə Şahid1 arasında narkotik vasitələr və psixotrop maddələrin alqı-satqısına dair çoxsaylı yazışmalar olmuş və həmin mobil nömrə 13 oktyabr 2023-cü il tarixdə Salyan rayonu Noxudlu kəndində yerləşən anten dairəsində qeydə alınmışdır (cild 02, i.v. 74-75; 92- 93). Təqsirləndirilən şəxs heç kəsə, xüsusilə Şahid1 narkotik satmaması, Ruslanın özünün də bu barədə ifadə verməməsi barədə dedikləri ilə əlaqədar məhkəmə bu qənaətə gəlmişdir ki, Şahid1 özünün barəsində olan cinayət işi üzrə ibtidai istintaq zamanı bu barədə ilkin izahat və ifadələrində, habelə məhkəmə istintaqı dövründə psixatrop maddəni “Qara” ləqəbli şəxsdən almasını və həmin şəxsin də Salyan rayon sakini Təqsirləndirilən şəxs olmasını bildirdiyi halda, barəsində xx.xx.2024-cü il tarixdə yekun qərar (hökm) çıxdıqdan sonra hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şahid qismində verdiyi ifadəsində, Təqsirləndirilən şəxslə üzləşdirməsində və məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrində əksini, yəni, “Qara” ləqəbli şəxsin Təqsirləndirilən şəxs deyil İran vətəndaşı olması barədə deməsi, məhkəmə tərkibində onun ifadələrinin doğruluğunu şübhə altına almış və məhkəmə onun bu cür ifadə verməsini yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs məsuliyyətdən yayındırmaq istəməsinə hesablamışdır (cild 01, i.v. 36-37; 54-56; cild 02, i.v. 58-63, 95-107; 13-147). Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunması barədə 1(099)- 412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü Şirvan Apellyasiya Məhkəməsinin 1(106)- 701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə əməlin tövsifi hissəsində dəyişdirilmiş, yəni onun əməli həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş, cəzası həmin maddənin sanksiyasına uyğun təyin olunmuş, qalan hissədə isə qüvvədə saxlanılmışdır. Bundan başqa, məhkəmənin sorğu əsasında əldə etdiyi Şahid1 istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsi ilə bağlı "xxxx" MMC-nin müşayiət məktubuna əlavə edilmiş CD diskdəki məlumatlarda onunla Təqsirləndirilən şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə arasında nəinki 04 oktyabr 2023-cü il tarixinədək, hətta, xx.xx.2023-cü il tarixdə, saat 10:38:41-də, 10:58:47-də telefon əlaqəsinin olması müəyyən olunmuşdur. Bundan başqa, Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/1001 nömrəli, xx.xx.2023-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyində tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs evindən götürülmüş metamfetamin ilə Şahid1 üzərindən və evindən götürülmüş metamfetaminlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olması qeyd olunmuşdur. Bundan əlavə, "xxxx" MMC-nin müşayiət məktubu ilə məhkəməyə daxil olmuş CD diskdəki məlumatlara baxış zamanı Salyan Rayon Vəkil Bürosunun vəkili X13 istifadəsində olmuş 051 740-03-33 saylı mobil nömrənin anten dairəsinin xx.xx.2024cü il tarixdə, saat 11:18; 11:37; 12:24; 13:31-də ünvan 5 ünvanlarda; xx.xx.2024-cü il tarixdə, saat 10:41; 11:24 və 12:50-də Salyan şəhəri, E.Zeynalov küçəsi, ev 3 ünvanda qeydə alınması onu deməyə əsas vermişdir ki, vəkil X50 həqiqətən də həmin tarixlərdə müvəkkili Təqsirləndirilən şəxslə bağlı iştirakı qeyd olunan bütün istintaq hərəkətlərində (təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsində, dindirilməsində, cinayət işinin materialları ilə tanış etmədə) iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə təqsirləndirilən kimi xx.xx.2024-cü il tarixinədək verdiyi ilkin ifadələrində polis əməkdaşları tərəfindən fiziki və mənəvi təzyiqə məruz qalmadığını bildirmişdir (cild 01, i.v. 115-117, 224-226). Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Bundan başqa, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 560 nömrəli, xx.xx.2023-ci il tarixli ekspert rəyində Təqsirləndirilən şəxs bədən səthidə aşkar olunan xəsarətlər- boyunun sol və sağ yan səthlərində qançır, sol çiyinüstü, sağ baldırın ön səthində və sol bayır topuqda sıyrıqların küt əşya təsirindən törənməsi, 19 oktyabr 2023-cü il tarixdə əmələ gələ bilməsi, xəsarətlərin müxtəlif şəraitlərdə, eləcə də, müayinə olunanın özü tərəfindən də yetirilə bilməsi qeyd olunmuşdur (cild 01, i.v. 200-201). Bununla əlaqədar məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ərizəsində özünə qəsd etmək qərarına gəldiyini, bu məqsədlə Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində tapdığı ülgüc qırığı ilə özünə qəsd etdiyini, boğazını kəsdiyini, qarnını küt alətlə deşdiyini, Şirvan Rayon Xəstəxanasında boğazına səkkiz, qarnına üç tikiş qoyulmasını qeyd etmişdir (cild 02, i.v. 42). Bundan əlavə, Şirvan Şəhər Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 01, i.v. 179-182). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs həmin xəstəxanaya xx.xx.2024-cü il tarixdə R52.0-kəskin ağrı, S01.4 (yanıq və gicgah-çənə nahiyəsinin açıq yarası, S21.1-döş qəfəsinin ön divarının açıq yarası diaqnozu; “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:51-də “beyin qan dövranı pozğunluğu” (xəstəlik) diaqnozu ilə müraciətinin qeydə alınması; Müalicə Müəssisəsinin xx.xx.2025-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasından təcili qaydada “işemik insult” diaqnozu ilə müalicə müəssisəsinə köçürülməsi, onda “baş beyin qan dövranın pozulması, sol tərəfli hemiparez” diaqnozunun müəyyən edilməsi və müavfiq müalicədən sonra xx.xx.2025-ci il tarixdə saxlandığı müəssisəyə göndərilməsi qeyd olunmuşdur. Göründüyü ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ayrı-ayrı xəstəxanalara müraciəti onda olan ümumi ağrılarla bağlı olmuş, döyülməsi nəticəsində əmələ gəlməsi ehtimalını sıfıra endirmişdir. Bundan başqa, Bakı İstintaq Təcridxanası Tibb Baş İdarəsinin 5297/2024 nömrəli “məhkumun tibbi kitabçası”nın surətində Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarətlərin köhnə çapıq toxumaları olması və onun tibbi müayinə zamanı zədə almadığını bildirməsi qeyd olunmuşdur. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiq və təsirlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin saxlanılarkən və ibtidai istintaqın sonrakı mərhələlərində polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və xx.xx.2024-cü il tarixinədək verdiyi ilkin ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və xx.xx.2024-cü il tarixinədək verdiyi ilkin ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə müdafiə tərəfinin Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Şirvan Şəhər Polis Şöbəsində əməliyyat-qeydiyyat işinin açılmamasını mübahisələndirməsi hissəsində qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından, habelə məhkəmədə şahid qismində dindirilmiş Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şahid1 Şirvan şəhəri ərazisində üzərində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılarkən üzərindən aşkar olunan sellofan bükümdəki psixotrop maddə metamfetamini Salyan rayon sakini “Qara” ləqəbli şəxsdən almasını bildirdikdən və həmin şəxsin Təqsirləndirilən şəxs olmasının müəyyənləşdirilməsindən sonra istintaq bölməsindən daxil olmuş əməliyyat tapşırığı əsasında qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərara əsasən 19 oktyabr 2023-cü il tarixdə, saat 19 radələrində tərəflərindən Salyan rayonunun Noxudlu kəndində saxlanılmışdır və adətən əməliyyat məlumatı daxil olanda əməliyyat qeydiyyat işi açılmır. Bundan başqa, Şirvan Şəhər Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə narkotik vasitələrin satışında şübhəli bilindiyindən istintaq orqanı tərəfindən təqdim olunmuş raport və xx.xx.2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar əsasında saxlanıldığından, barəsində əməliyyat-qeydiyyat işi açılmamış və daha əvvəl əməliyyat müşahidəsinə götürülməmişdir. Məhkəmə heyəti müdafiə tərəfinin qeyd olunan konteksdə mübahisələndirməsini qanuni və əsaslı hesab etməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Eyni müddəa “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində də göstərilmişdir və hər iki norma dispozitiv xarakterlidir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində deyilir ki, əməliyyat-axtarış fəaliyyəti müvafiq dövlət orqanları tərəfindən aşkar və qeyri-aşkar üsullarla bu qanunla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsidir və bu fəaliyyət insan həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini, dövlət sirrini, habelə milli təhlükəsizliyi cinayətkar qəsdlərdən müdafiə etmək məqsədi ilə həyata keçirilir. Sözü gedən Qanununun 11-ci maddəsinə əsasən, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün səbəblər və əsaslar olmalıdır. Həmin səbəblərdən biri əməliyyataxtarış fəaliyyəti subyektlərinin bilavasitə əldə etdikləri məlumatlar, əsaslar isə istintaq orqanları, əməliyyat-axtarış fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarlarıdır. Həmin maddənin 4-cü hissəsində göstərilir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə istintaq orqanı və əməliyyat-axtarış fəaliyyəti subyektinin qərarı cinayəti hazırlayan, törədən və ya törətmiş şəxs barəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olduqda qəbul oluna bilər. Barəsində bəhs olunan Qanunun 10-cu maddəsinin 5-ci hissəsindəki (əməliyyataxtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər) tələb isə, bu maddənin 4-cü hissəsində (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:- şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər) nəzərdə tutulmuş hallara aiddir. Belə olan halda, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə polis şöbəsində əməliyyat-qeydiyyat işinin açılmaması qanunazidd hesab olunmamalıdır. Məhkəmə cinayət işi üzrə müdafiə tərəfinin iş materiallarının birinci cildinin 78-ci səhifəsindəki “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokolda müdafiəçinin imzasının olmaması, bununla da Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmasının qanunazidd qaydada həyata keçirilməsi səbəbindən həmin protokolun, eyni tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarın, “şəxsi axtarış və götürmə barədə”, “şübhəli şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il, “axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokolların, habelə şübhəli şəxsə hüquq və vəzifələrinin, etiraz edilə bilən şəxslərin dairəsinin izah olunması barədə sənədlərin etibarsız olduğu və sübut kimi qəbul edilə bilmədiklərindən sübutlar siyahısından çıxarılması barədə vəsatətini təhlil edib hüquqi qiymətləndirmişdir. Həqiqətən də, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokolda müdafiəçinin imzası olmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.3-cü maddəsinə əsasən, cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətlərin qanuni və vaxtında aparılmasına görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 147.6-cı maddəsində qeyd olunur ki, tutulma haqqında protokol onu tərtib edən vəzifəli şəxs, tutulan şəxs və tutulma haqqında protokolun imzalanması üçün tutulan şəxsə təqdim edilməsində iştirak etmiş müdafiəçi qismində dəvət edilmiş vəkil tərəfindən imzalanır. 148.2.1-ci maddəsi isə onu nəzərdə tutur ki, şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədərkən, yaxud bilavasitə bundan sonra cinayət başında yaxalandıqda təhqiqatçı, təhqiqat orqanının digər əməkdaşı, müstəntiq və ya prokuror onun tutulmasını tətbiq edir. Məhkəmə onu da xüsusilə vurğulayır ki, cinayət işinin materiallarında olan “vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol, “şəxsi axtarış və götürmə aparılması haqqında” eyni tarixli, “axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokollar və həmin protokollara əlavə edilmiş DVD diskdəki videogörüntülərdən Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saxlanılıb həmin şöbəyə gətiriləndən sonra ona, öz seçimi əsasında dəvət olunmuş Şirvan Şəhər Vəkil Bürosunun vəkili Ulduzə Əhmədovanın təqdim edilməsi, hansı ki, bu barədə protokolu Təqsirləndirilən şəxs özü də imzalamışdır, videogörüntülərdə vəkilin iştirakının müşahidə olunması onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxslə bağlı qeyd olunan əməliyyat və istintaq hərəkətləri onun vəkilinin iştirakı ilə aparılmışdır. Həmçinin, Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2023-cü il tarixli məktublarından daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupunun yaradılması və bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilməsi müəyyən olunmuşdur. Bundan başqa, Salyan Rayon Məhkəməsinin 5(057)-195/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Şirvan Şəhər Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2023-cü il, həmçinin, onun evində axtarış aparılması barədə Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2023-cü il tarixli qərarları qanuni və əsaslı hesab edilmişdir. Belə olan halda, müdafiə tərəfinin qeyd etdiyi sənədlərin sübutlar siyahısından çıxarılmasına hər hansı bir əsas müəyyən olunmamışdır. Bununla belə, məhkəmə heyəti gələcəkdə bu cür halların təkrar olunmaması üçün Şirvan Şəhər Polis Şöbəsi İstintaq Bölməsinin məsul şəxsi barəsində təsir tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə Şirvan Şəhər Polis Şöbəsinə məlumat göndərilməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə müdafiə tərəfinin irəli sürdüyü sənədlərin sübutlar siyahısından çıxarılmasına səbəb kimi göstərdiyi halı qanuni və əsaslı hesab etmir. Məhkəmə cinayət işi üzrə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara verdiyi Təqsirləndirilən şəxs tutulduğu gün axşam saat 11-12-də beş-altı nəfər polis əməkdaşının Qədirin həyətində gəzişdiklərini, daha sonra isə üç-dörd nəfər polis əməkdaşının Qədiri qolundan tutub apardıqlarını görməsi, gecə saat 04-05 radələrində Qədirin həyətinə tərəf baxanda beş-altı polis əməkdaşı və bir vəkil qadının orada olmasını görməsi, həmin şəxslərin az sonra çıxıb getmələri, Qədirin tutulduğu gün birinci dəfə aparılandan sonra Şirvan Şəhər Polis İdarəsində döyüldüyünü eşitməsi; Şahid5 Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə, axşam saat 08-09 radələrində polis əməkdaşları tərəfindən aparılandan sonra evə daxil olduqda evdəki əşyaların dağılmış vəziyyətdə olması, Şahid6 körpə uşaqla ağladığını görməsi, Cəmalənin yemək yedikləri vaxt polislərin evə daxil olub ərini apardıqlarını deməsi, gecə saat 02-03 radələrində Qədir evə gətiriləndə əynində başqa şəxsin paltarlarının olması, Qədir evdən aparılanda maykada olması; Şahid6 Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini görməməsi, 19 oktyabr 2023-cü il tarixdə Salyan rayonunun Noxudlu kəndindəki köhnə ikiotaqlı evlərində olduqları vaxt, axşam azan yenicə veriləndə mülki geyimdə olan çox sayda polis əməkdaşının qapını sındırıb evə daxil olmaları, Qədiri alt paltarında qolundan tutub sıxmaları, əllərindəki taxta ilə vura-vura yağışlı havada maşına mindirib aparmaları, bütün bunlara etirazını bildirdikdə polislərin ona qarşı nalayiq ifadələr işlətməsi, onun, uşağının üzərini yoxlamaları, həmçinin, evin hər tərəfini (taxt, yorğanlar, xalça) axtarmaları, polis əməkdaşı İsmayıl Babayevin ona evə daxil olmaları barədə kiməsə deməməyi tapşırması, onu hədələməsi, Qədirə məxsus olan mobil telefon aparatlarını da İsmayıl adlı polis əməkdaşının götürməsi kimi cavablarını məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunduğundan, eləcə də, onların təqsirləndirilən şəxsin əmisi, əmisi arvadı və qeyrirəmi münasibətdə olduğu qadın olması, bununla da təqsirləndirilənin cinayət məsuliyyətindən azad edilməsi məqsədi güdmələri ilə əlaqələndirərək, sübut kimi qəbul etmir və bu ifadələri təqsirləndirilən şəxsin müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İİ Siyahısı”nın 67ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir (qanunun təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədildiyi zaman qüvvədə olan redaksiyasında). Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə bu mənada Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda, ayrı-ayrı məhkəmələrin yekun qərarı (hökmü) əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif, o cümlədən 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini təqdirəlayiq hesab etmir və onun islah olunmaması qənaətindədir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmayan olmaqla, ümumilikdə üç uşağının olmasını, xəstə olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 2023-cü ilin oktyabrın 19-dan (saat 21:55-dən) həbsdə saxlanıldığı tarixədək, yəni 2024-cü ilin aprel ayının 09-na kimi 5 (beş) ay 21 (iyirmi bir) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri ilə əlaqədar tutulduğu və həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanaraq ona, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti cəza müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə cinayət işi üzrə maddi sübutların aqibəti barədə qərar vermədən əvvəl onu qeyd edir ki, cinayət işinin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/1001 nömrəli, xx.xx.2023-cü il tarixli materialların məhkəmə ekspertizasının rəyində tədqiqata təqdim olunmuş, üzərində “... Təqsirləndirilən şəxs yaşadığı ... giriş qapısından içəridə ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,627 qram olan maddənin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs evindən götürülmüş metamfetamin ilə Şahid1 üzərindən və evindən götürülmüş metamfetaminlərin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli olması; tədqiqatdan sonra psixotrop maddə metamfetaminin 7,868 qramı və 0,597 qramının istintaq orqanına qaytarılması; Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında isə Şahid1 üzərindən və yaşadığı evdən, habelə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 7,868 qram psixotrop maddə metamfetaminin maddi sübutları saxlama otağına təhvil verilməsi qeyd olunmuş; Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmündə isə Şahid1 aşkarlanaraq götürülmüş və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan eskpert tədqiqatından sonra ümumi qalıq çəkisi 7,938 qram olan psixotrop maddə metamfetaminin məhv edilməsi qərara alınmışdır Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş təmiz çəkisi 0,627 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra yerdə qalan 0,597 qramını Şahid1 aşkar olunmuş psixotrop maddə metamfetaminlə doğru cəmləməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,597 qram psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilməli; Şahid1 üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 7,938 qram psixotrop maddə metamfetaminin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınmalı; şəxsi axtarış keçirilməsi, evdə axtarış aparılması protokollarına əlavə edilmiş iki ədəd DVD diskin, eləcə də "xxxx", "xxxx" MMC-dən daxil olmuş CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmaqla, həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 129 (yüz iyirmi doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 18 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayının 19-dan 2024-cü ilin aprel ayının 09-na kimi həbsdə saxlanıldığı 5 (beş) ay 21 (iyirmi bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 5 (beş) il 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 18 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 129 (bir yüz iyirmi doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,597 qram psixotrop maddə metamfetamin və elektron tərəzi məhv edilsin; Şahid1 üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 7,938 qram psixotrop maddə metamfetaminin Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-412/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü ilə məhv edilməsi nəzərə alınsın; şəxsi axtarış keçirilməsi, evdə axtarış aparılması protokollarına əlavə edilmiş iki ədəd DVD diskin, eləcə də "xxxx", "xxxx" MMC-dən daxil olmuş CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-105/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-105/2025
08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver