Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-106/2022 29.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1984-cü ildə Yardımlı rayonunun Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 29 may 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma, eləcə də qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə barədə İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən bıçağı İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar- gizli yolla keçirdikləri külli miqdarda, ümumi təmiz çəkisi 9062,206 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və qanunsuz olaraq bir ədəd soyuq silah hesab edilən bıçağı Yardımlı rayonu ərazisində yerləşdirib bu barədə ona məlumat verdikdən sonra sonuncu deyilən yerə gedərək oradan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və bir ədəd soyuq silah hesab edilən bıçağı götürüb yaşadığı Yardımlı rayonunun Şıxlar kəndindəki yaşayış evinin həyətinə daşımaqla orada mal tövləsinin arxasına yığılmış odunların alt hissəsində saxlamış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub və X8 Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 28 may 2021-ci ildə saat 23:05-də yaşadığı evin yaxınlığında saxlanılaraq BNMİ-nin X6 Şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə tiryəkin 22,206 qramı bir ədəd sellofan bükümdə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, yəni üzərində, narkotik vasitə tiryəkin qalan 9040 qramı 04 ədəd bağlamada və bir ədəd soyuq silah hesab edilən bıçaq isə evin həyətyanı sahəsində yığılmış odunların alt hissəsində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 may 2021-ci ildə saat 22 radələrində BNMİ-nin X8 Şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək onu evindən götürüb şöbəyə aparmış, şöbədə üzərinə baxış keçirilərkən üzərində narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməsə də gecəni şöbədə saxlanılmış, səhərisi gün, yəni 29 may 2021-ci ildə saat 16 radələrində polis əməkdaşları onu yaşadığı kəndə aparmış, orada ona hədə-qorxu gələrək narkotik vasitənin onların dediyi yerdə olduğunu deməsə atasını narkotiklə tutacaqlarını bildirmiş, o da məcbur qalıb videoçəkiliş aparılarkən narkotik vasitəni polis əməkdaşının deməsinə görə həyətində olan tövlənin arxasında odunluğun altında olduğunu, həmin narkotik vasitəni iranlı Məhərrəm adlı şəxsdən aldığını demiş, sonra polis əməkdaşları onu avtomobilə mindirərək gecə saat 03 radələrində Lənkəran şəhərində BNMİ-nin şöbəsinə gətirmiş, şəxsi axtarışdan əvvəl şöbədə olan polis əməkdaşlarından biri stolun üzərindəki bir ədəd bükümdə narkotik vasitə tiryəki onun cibinə qoymuş, videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını bildirmiş, lakin üzərindən və evin həyətindən heç bir narkotik vasitə aşkar edilməmiş, polis əməkdaşlarının hədə-qorxusu nəticəsində ilkin izahat və ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Özünü CM-in 234.1.-ci maddəsi ilə təqsirli bilməsini, himayəsində üç azyaşlı uşaqlarının və heç bir yerdə işləməyən arvadının olmasını nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittihamlar üzrə, özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, sosial şəbəkə vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Məhərrəm adlı şəxs 13 may 2021-ci ildə Yardımlı rayonunun Ərsilə kəndi ərazisində yerləşən plakatın yaxınlığına narkotik vasitə tiryək qoyduğunu bildirmiş, narkotik vasitəni həmin yerdən götürüb meşədə gizlətmiş, narkotik vasitəni evə gətirmək qərarına gəlib 26 may 2021-ci ildə içərisində narkotik vasitə tiryək olan bir ədəd kisəni meşədən götürüb yaşadığı evin həyətinə gətirib həyətdəki mal tövləsinin arxasına yığılmış odunların alt hissəsində gizlətmiş, 28 may 2021-ci ildə saat 23 radələrində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 şöbəsinə aparmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzrində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuş, bükümdə olan kütlənin narkotik vasitə tiryək olduğunu bildirmiş, sonra özünün, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən mal tövləsinin arxa tərəfində yığılmış odunların altında kisədə gizlətdiyini narkotik vasitə tiryək və 01 ədəd qara rəngli qabı olan bıçaq aşkar edilərək elektron tərəzidə çəkildikdən sonra üzəri möhürlənməklə götürülmüş, sonra keçirilən baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onun bu əməllərin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 28 may 2021-ci ildə şöbəyə Yardımlı rayonunun Şıxlar kənd sakini Rövşən adlı şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə edib yaşadığı ünvanda saxlaması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı kənddə evin yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparpılmaqla üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülünü masanın üzərinə qoyaraq bükülüdə narkotik vasitə tiryək olduğunu bildirmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs sosial şəbəkədə Məhərəm adlı İran islam Respublikasının vətəndaşı ilə tanış olduğunu, təxminən 15 gün əvvəl həmin şəxslə vatsapla əlaqə saxlayarkən sonuncu ona Yardımlı rayonunun Ərsilə kəndində yerləşən plakatın yaxınlığına 9-10 kq narkotik vasitə tiryək qoydurduğunu, həmin narkotok vasitəni oradan götürərək meşədə gizlətdiyini, 2 gün əvvəl isə içərisində narkotik vasitə olan kisəni oradan götürüb yaşadığı evin həyətində odunların altında gizlətdiyini bildirmiş, sonuncunun yaşadığı Yardımlı rayonunun Şıxlar kəndindəki yaşayış evinin həyətinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı evin həyətyanı sahəsində mal tövləsinin arxa tərəfində torpağın üzərinə yığılmış odunları əli ilə göstərərək narkotik vasitə tiryəki həmin odunların altında gizlətdiyini, göstərilən yerə baxış keçirilərkən həmin yerdən 01 ədəd kisə aşkar edilmiş, həmin kisəyə baxış zamanı kisənin içərisindən 04 ədəd büküm, bir ədəd bıçaq aşkar edilmiş, bükümülərin içərisindən narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilərək tərəzidə çəkildikdən sonra üzəri möhürlənməklə götürülmüş, sonra keçirilən baxışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə aparılarkən, polis şöbəsində üzərinə baxış keçirilərkən, və izahatı alınarkən ona polis əməkdaşları tərəfindən heç bir təsir və ya təzyiq, eləcə də hədə-qorxu olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 və Şahid4 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 27 may 2021-ci ildə saat 21 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları onun evinə gələrək oğlu Rövşəni soruşmuş, həmin vaxt Rövşən evdə olmamış, polis əməkdaşları saat 22:30-dək evdə oğlunu gözləmiş, Rövşən saat 23:30 radələrində evə gəlmiş, həmin vaxt polis əməkdaşları artıq evdə olmamış, səhərisi gün yəni 28 may 2021-ci ildə polis əməkdaşları yenidən evinə gələrək Rövşənlə 15 dəqiqə söhbət etmiş, sonuncular Rövşənin şöbəyə getməli olduğunu bildirərək onu aparmış, 29 may 2021-ci ildə gecə saat 22:30 radələrində 20 nəfərə yaxın polis əməkdaşları yenidən evinə gələrək Rövşənin narkotik vasitələrlə məşğul olduğunu bildirərək videoçəkiliş aparılmaqla həyətə baxış keçirilmiş, 2-3 gündən sonra iş üzrə ifadə vermək üçün Bakı şəhərinə gedərəkən yolda radio vasitəsilə evindən 9 kiloqram narkotik vasitə aşkar olunduğunu eşitmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs kürəkənidir. 29 may 2021-ci ildə gecə vaxtı polis əməkdaşları Rövşəngilin evinə gəlmiş, Sərxan Zaidovdan yaşadığı evə baxış keçirilməsi ilə bağlı ərizə alınmış, videoçəkilişdən istifadə edilməklə həyətinə baxış keçirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli, 18/593 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi -22,206 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tirəykdir.- Tədqiqata təqdim edilmiş üzərində: Təqsirləndirilən şəxs yaşayış evinin həyətindən...” sözləri yazılmış sintetik torbanı açdıqda sarı rəngli sintetik torbada 04 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 2800 qram, 1730 qram, 2760 qram və 1750 qram, ümumi təmiz çəkisi 9040 qram olan maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tirəykdir. -Tədqiqata tədqim edilmiş 01 ədəd bükümdə və 04 ədəd bağlamada olan tiryək xarici əlamətlərinə və tərkibindəki kompnentlərinə görə eynidir. Qeyd: Tiryəkin ümumi çəkisi 9062,206 qr, tədqiqata sərf edildi 0,5 qram (hər ob – 0,1 qram) qalıq çəkisi 9061,706 qram təşkil edir. İş materiallarında olan 01 iyun 2021-ci il tarixli, 18/594 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 3403 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə əvvəllər, arabir, düşüncə cəmi bir neçə dəfə olub ki, narkotik vasitə olan tiryəkdən istifadə etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması, mənzilə baxış və götürmə haqqında 29 may 2021-ci il tarixli protokollardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin və X6 Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 28 may 2021-ci ildə saat 23:05-də Yardımlı rayonunun Şıxlar kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq BNMİ-nin CBRŞ-nə dəvət olunub şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq 29 may 2021-ci ildə saat 03:30-dan etibarən Təqsirləndirilən şəxs yaşadığı Yardımlı rayonunun Şıxlar kəndində yaşadığı fərdi yaşayış evinə və evin həyətinə baxış keçirilən zaman yaşayış evinin həyətindəki mal tövləsinin arxasında torpaq səthinin üzərinə yığılmış odunların alt hissəsidə saxladığı bir ədəd sarı rəngli sintetik torbanın içərisində 04 ədəd bağlamada narkotik vasitə tiryəkə bənzər maddə və bir ədəd soyuq silaha bənzər bıçaq aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə, baxış və götürmə zamanı videoçəkiliş aparılmış və hər biri ayrı-ayrılıqda diskə köçürülmüşdür. Şəxsi axtarış və götürmə və baxış və götürmə aparılmasını özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli, 7(1)-7-205-2769-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Şıxlar kənd sakini Təqsirləndirilən şəxs İran İslam Respublikasının Germi vilayətində yaşayan Məhərrəm adlı şəxslə cinayət əlaqəsinə girərək gizli yolla külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə gətirilməsini təşkil etməklə Azərbaycan Respublikasının ərazisində həmin narkotik vasitəni Məhərrəm adlı şəxsin sifarişi ilə lazım olan yerlərə çatdırılmasını təmin edir. İş materiallarında olan 13 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin Təqsirləndirilən şəxs adına olması müəyyən edilmişdir. ***-***-**-** saylı mobil nömrədən bir sıra mobil nömrələrə zənglər edilmiş və sms mətnləri göndərilmiş, eyni zamanda zənglər və sms mətnləri qəbul edilmişdir. Həmin mobil nömrədən **********44 saylı İran İslam Respublikasına məxsus mobil nömrəyə xx.xx.2021-ci ildə saat 13:10-da “Qardas men burdayam”, xx/xx/2021-ci ildə saat 13:41-də İran İslam Respublikasına məxsus **********44 saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “mene vatsapdan zeng ele”, xx/xx/2021-ci ildə saat 13:43-də ********** saylı nömrədən **********44 saylı nöömrəyə “Vatcap tutmur set yoxdur amma men tepadayam”, xx/xx/2021-ci ildə saat 13:44-də **********44 saylı nömrədən ********** saylı nömrəyə “hansi tepedesen” xx/xx/2021-ci ildə saat 13:53-də ********** saylı nömrədən **********44 saylı nömrəyə “Das olan tepada mirimun ustunda”, xx/xx/2021-ci ildə saat 13:59-da ********** saylı nömrədən **********44 saylı nömrəyə “Ucaqac uzba uz”, xx/xx/2021-ci ildə saat 17:52-də **********44 saylı nömrədən ********** saylı nömrəyə “vatsapa gir mennen elaqe saxla”, xx/xx/2021-ci ildə saat 19:18-də **********44 saylı nömrədən ********** saylı nömrəyə “mene zeng ele telfuni ac”, xx/xx/2021-ci ildə saat 00:20-də ********** saylı nömrədən ********** saylı nömrəyə “indi sen mene daqiq de menimla gedacaysan ya yox. Bax bu basdan deyiram getson 100 dana torpaq veracam. Ozda qorxu zarra qadarda qorxusu yoxdu”, xx/xx/2021-ci ildə saat 00:20-də ********** saylı nömrədən ********** saylı nömrəyə “arxayin ol 100 fayiz . Men diyam 100 dana torpaqi ozga yeyinca hela ozumki yesin neqadar olmasa 100 dana torpaq 2000 elayir hec olmasa senda vaziyatdan cixarsan yene diyam sene macbur deyil urayin istasa gedariy bir yerda getmason mene de men isimi bilim basqa adam tapim men”, xx/xx/2021-ci ildə saat 00:20-də ********** saylı nömrədən ********** saylı nömrəyə “yatdan cixarsan yene diyam sene macbur deyil urayin istasa gedariy bir yerda getmason mene de men isimi bilim basqa adam tapim men”, xx/xx/2021-ci ildə saat 22:03-da **********29 saylı mobil nömrədən **********05saylı mobil nömrəyə “Gozdayiram mene zay vurarsa diyacam 2 dana yada 3 torpaq goturarsan zay vur basa salim ok gozdayiram zay vur yadindan cixmasin” mesajları yazılmışdır. Narkotik istifadəçiləri arasında torpaq narkotik vasitə heroin mənasını verir. Digər mesajlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitənin göndərilməsi ilə bağlı İran İslam Respublikasına məxsus mobil nömrə ilə yazışaraq təpənin üzərində olduğunu və əlaqə yaradılmasını, bununla da narkotik vasitə göndərilməsini xahiş edir. Həmin mobil telefon danışıqları əlavə edilmiş 01 ədəd disk maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Yardımlı rayon məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş 28 may 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-in 206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və ümumi qalıq çəkisi 9061,706 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd soyuq silah hesab edilən bıçaq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılır, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasını və yaşadığı evə, həyətyanı sahəyə baxış keçirilməsini videogörüntülərini özündə əsk etdirən 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Samsunq» və «Nokia» markalı mobil telefon aparatları cinayət işi üzrə əhəmiyyət kəsb etmədiyindən ayrılmış cinayət işində Təqsirləndirilən şəxs yaxın qohumlarına və ya müdafiəçisinə qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində “üzərindən və evin həyətindən heç bir narkotik vasitə aşkar edilməməsi, ancaq polis əməkdaşlarının hədə-qorxusu nəticəsində ilkin izahat və ifadələrində narkotik vasitələrin ona məxsus olduğunu bildirməsi” kimi göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə şahid qismində dindirilmiş X3 məhkəmə istintaqında verdiyi ifadəsinin oğlu Təqsirləndirilən şəxsla bağlı hissəsini isə səmimi ifadə kimi qəbul etmir və həmin ifadənin işin faktiki hallarına uyğun gəlmədiyi qənaətinə gəlməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən kənarda qoymaq cəhdi kimi qiymətləndirir. Məhkəmə, iş üzrə obyektiv həqiqəti müəyyən edərkən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrinə tənqidi yanaşaraq həmin ifadələri daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir və həmin ifadələrin işin faktiki halların uyğun gəldiyi qənaətinə gəlir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə tiryəki satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan tiryək miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə düzgün tövsif edilsə də, onun CM-in 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir”. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə baxışı zamanı “Məhərrəm” adlı şəxsin Azərbaycan Respublikasının gömrük sərhəddindən narkotik vasitə nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyi ilə keçirməsi halı müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində də, «Məhərrəm» adlı şəxsin qeyd olunan narkotik vasitəni Azərbaycan Respublikasına hansı qaydada gətirməsindən xəbərsiz olduğunu bildirmiş, həmin narkotik vasitəni «Məhərrəm» adlı şəxsin əvvəlcədən dediyi yerdən götürüb onun dediyi yerə qoyacağını qeyd etmişdir. O, həmin narkotik vasitənin göndərilməsi ilə bağlı “Məhərrəm” adlı şəxsdən başqa kiminləsə danışıq aparmamışdır. Məhkəmə baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini “Məhərrəm” adlı şəxs təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs isə həmin hərəkətləri «Məhərrəm» adlı şəxslə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaları gömrük sərhədindən keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra yaşadığı kəndin ərazisində əldə edib, gizlədib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz “Məhərrəm” adlı şəxs tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs (lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunun qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz “Məhərrəm”ə kömək etmişdir. Buna görə də, təqsirləndirilən şəxsin həmin cinayətdə köməkçiliyi “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil, yalnız bir şəxsə –“Məhərrəm”ə yönəlmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətində əməli Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32,5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və bundan sonra Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 28 may 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 30 may 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 28 may 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində məhkum olunmamış və cəza çəkməmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 16 iyun 2021-ci il tarixli il tarixli 593\2 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Zaidov X4 rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və üç azyaşlı uşağı ilə birlikdə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsində qanunda nəzərdə tutulmuş qaydada, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq 9061,706 qram çəkidə narkotik vasitə tiryək və bir ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasını və yaşadığı evə baxış keçirilməsini videogörüntülərini özündə əsk etdirən 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Samsunq» və «Nokia» markalı mobil telefon aparatlarının onun yaxın qohumuna və ya müdafiəçisinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat 35 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 28 may 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq 9061,706 qram çəkidə narkotik vasitə tiryək və bir ədəd soyuq silah hesab edilən bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasını və yaşadığı evə baxış keçirilməsini videogörüntülərini özündə əsk etdirən 02 ədəd DVD və 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş «Samsunq» və «Nokia» markalı mobil telefon aparatlarının onun yaxın qohumuna və ya müdafiəçisinə qaytarılması nəzərə alınsın. İş üzrə 89 (səksən doqquz) manat 35 qəpik məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov