Məhkəmə qərarları › İş №1(099)-106/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-106/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-106/2025 17.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X13, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X17, müdafiəçilər – fərdi qaydada fəaliyyət göstərən vəkil X18, təqsirləndirilən şəxslər (videokonfrans vasitəsilə) – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, döngə 6, ev 7A-da qeydiyyatda olmaqla Şirvan şəhəri, M.Ə.Rəsulzadə küşəsi, ev 3 mənzil 42-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1998-ci il tarixdə Hacıqabul rayonu, Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində qeydiyyatda olmaqla Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 17 sentyabr 2025-ci il tarixdə, saat 17:30-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən və “AzFemida” proqram təminatından istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs1 psixotrop maddənin satışını həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, məlum olmayan yerdə və vaxtda, məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 4,798 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib, həmin psixotrop maddə metamfetaminin 2,445 qramını tarixi məlum olmayan vaxtda satış məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vermiş, qalan 2,353 qram çəkidə psixotrop maddə metamfetamini isə üzərində daşıyaraq saxlamışdır.

2. Təqsirləndirilən şəxs2 psixotrop maddələrin satışını həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 və qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən, məlum olmayan vaxtda və yerdə əldə etdiyi 4,798 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 2,445 qramını sonuncudan satış məqsədi ilə əldə edib, yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yerləşən evində saxlamış, Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilən zaman evin qonaq otağındakı masanın üzərindən 01 ədəd bükümdə 2,445 qram olmaqla külli miqdar təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, qalan 2,353 qram çəkidə psixotrop maddə metamfetamini isə Təqsirləndirilən şəxs1 üzərində daşıyaraq saxlamışdır. Bundan başqa, o, təkrarən narkotik vasitələrin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışını həyata keçirmək məqsədilə qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən 1,29 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, tərkibində 0,3 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəyə aid qabapentin dərman həbini əldə edib, elektron tərəzi vasitəsilə narkotik vasitə qurudulmuş marixuananı 0,14 qram, 0,13 qram, 0,10 qram, 0,14 qram, 0,34 qram və 0,16 qram olmaqla 06 ədəd bükümlərə, 0,28 qram olmaqla 01 ədəd siqaret dənəsinə ayıraraq, yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yerləşən evində saxlamış, yaşadığı ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməklə, digər şəxslərin (Şahid5 və Şahid7) yaşadığı evdə narkotik vasitə və psixotrop maddə qəbul etmələrinə şərait yaradıb, bunun üçün lazım olan lampa və başqa avadanlıqları evində saxlamış, Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilən zaman evin qonaq otağındakı masanın üzərindən 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,14 qram, 0,13 qram, 0,10 qram, 0,14 qram, 0,34 qram və 0,16 qram olmaqla, ümumi təmiz çəkisi 1,01 qram və 01 ədəd siqaret dənəsində təmiz çəkisi 0,28 qram olmaqla çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, tərkibində 0,3 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəyə aid qabapentin dərman həbi, içərisində psixotrop maddə metamfetaminin izləri olan və ayrı-ayrı şəxslərin yaşadığı ünvanda psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş 04 ədəd lampa, narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə olunan üzərində narkotik vasitənin və psixotrop maddənin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür.

3. Təqsirləndirilən şəxs3 psixotrop maddələrin satışını həyata keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 və qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs1 məlum olmayan mənbədən, məlum olmayan vaxtda və yerdə əldə etdiyi 4,798 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin 2,445 qramını sonuncudan satış məqsədi ilə əldə edib, yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yerləşən evində saxlamış, Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilən zaman evin qonaq otağındakı masanın üzərindən 01 ədəd bükümdə 2,445 qram olmaqla külli miqdar təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, qalan 2,353 qram çəkidə psixotrop maddə metamfetamini isə Təqsirləndirilən şəxs1 üzərində daşıyaraq saxlamışdır. Bundan başqa, o, təkrarən narkotik vasitələrin və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışını həyata keçirmək məqsədilə qeyri-rəsmi yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, məlum olmayan vaxtda və yerdə, məlum olmayan mənbədən 1,29 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, tərkibində 0,3 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəyə aid qabapentin dərman həbini əldə edib, elektron tərəzi vasitəsilə narkotik vasitə qurudulmuş marixuananı 0,14 qram, 0,13 qram, 0,10 qram, 0,14 qram, 0,34 qram və 0,16 qram olmaqla 06 ədəd bükümlərə, 0,28 qram olmaqla 01 ədəd siqaret dənəsinə ayıraraq, yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yerləşən evində saxlamış, yaşadığı ünvanda narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməklə, digər şəxslərin (Şahid5 və Şahid7) yaşadığı evdə narkotik vasitə və psixotrop maddə qəbul etmələrinə şərait yaradıb, bunun üçün lazım olan lampa və başqa avadanlıqları evində saxlamış, Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilən zaman evin qonaq otağındakı masanın üzərindən 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,14 qram, 0,13 qram, 0,10 qram, 0,14 qram, 0,34 qram və 0,16 qram olmaqla, ümumi təmiz çəkisi 1,01 qram və 01 ədəd siqaret dənəsində təmiz çəkisi 0,28 qram olmaqla çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana, tərkibində 0,3 qram narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəyə aid qabapentin dərman həbi, içərisində psixotrop maddə metamfetaminin izləri olan və ayrı-ayrı şəxslərin yaşadığı ünvanda psixotrop maddə istifadə etmək üçün nəzərdə tutulmuş 04 ədəd lampa, narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə olunan üzərində narkotik vasitənin və psixotrop maddənin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür.

İşin halları və dəlilləri:

4. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, təxminən yeddi-səkkiz ildir ki, Təqsirləndirilən şəxs2 ilə qeyrirəsmi birlikdə yaşayır və onunla birlikdə narkotik vasitələrdən istifadə etmişdir. Lakin o, nə Ramiləyə, nə də Ramilə ona satış məqsədilə narkotik vasitə verməmişdir. Həmçinin, digər Təqsirləndirilən şəxs3la da birgə narkotikdən istifadə etdiklərini, lakin ona da narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 23 aprel 2024-cü il tarixində, saat 10-11 radələrində Şirvan şəhərində Heydər adlı şəxsin idarə etdiyi avtomobildə Heydər və İsmayıl adlı şəxslə birlikdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Saxlanılma zamanı üzərində heç bir qanunsuz maddə olmadığını, lakin avtomobildə Heydərə məxsus olan 0,7 qram "patı" olduğunu qeyd etmişdir. O, ifadəsində bildirmişdir ki, istifadəçi olduğu üçün polislərin təzyiqi ilə avtomobildən aşkar edilən narkotik vasitəni öz üzərinə götürmüşdür. Deməsinə görə polis şöbəsinə aparıldıqdan sonra ona qarşı fiziki təzyiq göstərilmiş və döyülmüşdür. Polislərin, iz qalmaması üçün kitab qoyub üzərindən "dubinka" ilə vurduqlarını bildirmişdir. Təzyiqlərin məqsədi, onun Ramiləyə və Əlicana narkotik satmasını boynuna alması olmuşdur. Polislər onu, ittihamı qəbul etməyəcəyi təqdirdə evinə gedib külli miqdarda narkotik vasitə aşkarlayacaqları ilə hədələmişlər. Məhz bu təzyiqlər və hədələr nəticəsində sənədlərə qol çəkməyə məcbur olduğunu və ibtidai istintaqa verdiyi ifadələrin təzyiq altında alındığını bildirmişdir. O, istintaq zamanı müstəntiqin də ona təsir etdiyini, ifadəsini oxumasına icazə verilmədiyini, lakin istifadəçi kimi sərbəst buraxılacağını vəd etdiyi üçün məhkəmədə təzyiq olmadığını dediyini əlavə etmişdir.

5. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə satmamış, lakin Ramiləyə ağrıkəsici kimi bir ədəd dərman həbi vermişdir. Həmçinin, təqsirləndirilən şəxs evindən aşkar edilən narkotik vasitələrin ona məxsus olduğunu təsdiqləmişdir. Ramilənin kirayədə yaşadığı evə qoyulduğu iddia edilən tərəzidən xəbəri olmadığını və həmin tərəzinin polis şöbəsindən gətirildiyini bildirmişdir.

6. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

7. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək müdafiəsi üçün hər hansı bir dəlil gətirmədən ifadələrində (şübhəli, c.İ.i.v. 45-46 və təqsirləndirilən şəxs qismində, c.İ.i.v. 56-57) göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı ünvandan həyətə düşən zaman blokun çıxışında yerdə bir ədəd sellofan bükümü diqqətini cəlb etmiş və onu yerdən götürüb açıb içinə baxdıqda içində əvvəllər istifadə etdiyi psixotrop maddə metamfetaminin olmasını görmüş və yenidən həmin bükümün ağzını bağlayıb əynində olan göy rəngli cins şalvarının sol yan cibinə qoymuşdur ki, sonra istifadə edər. Bundan sonra o, bir neçə işini görmək üçün Şirvan şəhər ərazisində müxtəlif yerlərə getmiş və xx.xx.2024-cü il tarixdə, saat 23:25 radələrində Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsində hərəkətdə olarkən Şirvan ŞPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılması üçün onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin İstintaq bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir qədər keçdikdən sonra vəkil İlqar Tapdıqov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə onu təqdim etməyi təklif edilmişdir. Bu zaman o, üzərində 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirib əynində göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan bükülüdə olan psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş və üzərindən yəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd “İnfinix” markalı mobil telefon aşkar edilərək götürüldükdən sonra üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra müstəntiq Faiq İmanov tərəfindən verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, 24 mart 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 60 manat dəyərində pxisotrop maddə metamfetamin və 24 martdan əvvəlki tarixdədə Təqsirləndirilən şəxs2 60 manat dəyərində psixotrop maddə metamfetamin satmışdır. Bundan sonra təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzi vasitəsi ilə çəkildikdə 2.56 qram olması müəyyən edilmişdir. Daha sonra təqdim etdiyi bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin müstəntiq tərəfindən qablaşdırıldıqdan sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, üzərindən aşkar edilərək götürülən psixotrop maddə metamfetamin ona məxsusdur. Həmin psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə yaşadığı binanın çıxışında yerdən tapmışdır. O, əvvəllər psixotrop maddə metamfetamini tapdıqda istifadə etmişdir. Onun üzərində psixotrop maddə metamfetamin olmasından heçkəsin məlumatı olmamışdır. O, psixotrop maddə metamfetamin qəbul etsə də alqı-satqısı ilə məşğul olmur. O, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə 60 manat dəyərində və ondan qabaqkı tarixlərdə də psixotrop maddə metamfetamin satmış, ondan başqa şəxsə satmamışdır. Psixotrop maddə satdığı şəxs Təqsirləndirilən şəxs2dır, sonuncunun istifadəsində olan nömrə ***- ***-**-** saylı mobil nömrədir. Ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zorakılıq edilməmişdir. Törətdiyi cinayət əməlindən peşmandır.

8. Təqsirləndirilən şəxs1 16 avqust 2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilərkən özünü həmin ittiham üzrə qismən təqsirli bilərək əvvəlki ifadəsi ilə eyni məzmunlu ifadə vermiş və ifadəsinin sonunda (təqsirləndirilən şəxs qismində, c.İİ.i.v. 314-315) göstərmişdir ki, O, ilkin ifadəsində Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə 60 manat dəyərində və ondan qabaqkı tarixlərdə də psixotrop maddə metamfetamin satdığını, ondan başqa şəxsə satmadığını bildirmiş, lakin həmin ifadəsini təzyiq altında vermiş, polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları ona təzyiq göstərərək məcbur etmişlər ki, çəkilişdə deməlidir ki, guya yuxarıda qeyd etdiyi tarixlərdə tanışı Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetamin satmışdır. Əks halda ona hədəqorxu gəlmişlər ki, onların dediyini deməsə evindən külli miqdarda narkotik vasitə aşkar edəcəklər. O da evindən narkotik vasitə aşkar etməsinlər deyə onlarla razılaşaraq belə bir ifadə vermiş və çəkilişdə onların dediyi kimi danışmışdır. Törətdiyi cinayət əməlindən peşmandır.

9. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1, həmin ifadələrini təsdiq etmədiyini, qeyd edilən ifadələri təzyiq altında verdiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadələri təsdiq etdiyini bildirmişdir.

10. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt onların satışı ilə məşğul olmamışdır. xx.xx.2024-cü ildə axşam saat on bir radələrində bacısı ilə birlikdə Əlicana məxsus evə getmişlər. Həmin vaxt onlar evi təmizləmiş, Əlican isə aşağı düşüb, dostu ilə görüşüb qayıtmışdır. Əlican qayıdıb evə girən vaxt onunla eyni vaxtda polislər də evə girmişlər. Polislər evdə axtarış edən zaman evdə yarım qram metamfetamin, 3-4, ya da 5 büküm marixuana və 1 ədəd dərman çıxmışdır. Dərman onun özünə aid olmuşdur. Həmin dərmanı o özü evə qoymuşdur. Əlicanla danışandan sonra polis onu otağa salıb demişdir ki, "Əlicanın işinin yüngül olması üçün, deməlisən Cəfərdən almışam, marixuanalar Əlicanın, metamfetaminlə tərəzi mənimdir, Cəfərdən götürmüşəm", ondan bu formada bildirməsini istəmişlər. Evdə tapılan dərman həbi isə onsuz da onun özünə məxsus olmuşdur. Polislərə inanaraq onların dediyi formada ifadə vermişdir. Həmçinin, əlavə olaraq bildirmişdir ki, mütəmadi olaraq Əlicanın yanına, həmin evə gedib-gəlmişdir, qeyri-rəsmi birlikdə yaşamışlar. Dərmanı isə ona Cəfər vermişdir, ifadələri bu hissədə düzdür. Cəfər də həmin dərmanı ağrıkəsici adı ilə dostundan alıb ona vermişdir.

11. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Cəfər onlara psixotrop maddə verməmişdir. Evdən həqiqətən metamfetamin aşkar edilmişdir, lakin çəkisi az olmuşdur. Tərəzi evdə olmamış, polislər tərəfindən gətirilmişdir. Həmçinin, aşkar edilən marixuana həqiqətən evdən aşkar olunmuşdur. Həmin marixuana Əlicana məxsus olmuşdur. Evdən aşkar edilən markotik vasitə və psixotrop maddənin ona aidiyyatı olmamışdır. Əlicanin evində olarkən orada dəfələrlə narkotik istifadə etmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, ***-***-**-** saylı mobil nömrə ona məxsus olmuşdur. Həmin nömrəyə daxil olan "Bir dene lami gotr gel bizim bloka 2 denu verim ged", "Rasota qalsa sen cox vereceyun var basa dusdun ramile", "Efqan bide 04 isdir 35 e atirim pil?", "Gir bizim bloka cx 2 ye saqda usdeki socikkin ici", "Terezi gonder bizim bloka" kimi Cəfərlə aralarında olan smslər Əlicanın telefonu olmadığından, onun telefonundan Əlican istifadə edib yazmışdır. Həmçinin, təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, “Ramile” olaraq müraciət edilən smsler ona yazılıb, lakin o cavab olaraq bildirib ki, "yoxdu". Həmçinin təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları onu döyməmiş, ona qarşı təzyiq etməmişlər. Salman və Heydər adlı şəxslər həmin evə gəlib narkotik istifadə etmələrini görməmişdir. Polislər evdən 0,5 qram metamfetamin, təxminən üç-dörd büküm marixuana tapmışlar. Təqsirləndirilən şəxs ifadəsinin sonunda heç bir narkotikin satışıyla məşğul olmadığını, lakin istifadə etdiyini bildirmiş, əməlindən peşman olduğunu bildirmişdir.

12. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

13. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 27 mart 2024-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, və 234.4.3-cü maddələri ilə ittiham elan edilərkən özünü həmin ittiham üzrə qismən təqsirli bilərək ifadəsində (təqsirləndirilən şəxs qismində, c.İ.i.v. 264-266, c İİ. i.v. 302-304) göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə edir. Yaşadığı evdə ondan başqa bacısı Şahid6 və qeyri-rəsmi birlikdə yaşadığı Təqsirləndirilən şəxs3 yaşayır. Əlicanı təxminən 2023-cü ilin dekabr ayından tanıyır, sonuncu da onun kimi narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Təxminən 2 ilə yaxındır ki, o, həftədə bir dəfə narkotik vasitə və psixotrop maddələri Şirvan şəhəri ərazisindən müxtəlif şəxslərdən pul müqabilində almışdır. Hazırda həmin şəxslərin adlarını xatırlamır. 2024-cü ilin mart ayının əvvəlində əvvəl qeyri-rəsmi birlikdə yaşadığı Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 1 qram metamfetamini 80 manat pulun müqabilində almışdır. O, Cəfərdən demək olar ki, hər həftə 1-2 qram psixotrop maddə metamfetamin almışdır. Əvvəl Samirənin onun narkotik vasitələrdən istifadə etməyindən xəbəri olmamış, ona görə də, hər dəfə Cəfərdən narkotik vasitə və psixotrop maddə alarkən onunla əvvəldən istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Cəfərin istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edib neçə qram lazımdırsa demiş, Cəfər pul müqabilində ona narkotik vasitə və psixotrop maddə təşkil etmişdir. xx.xx.2024-cü il tarixdə Cəfər ilə gecə təxminən saat 04-05 radələrində mobil telefonda danışıb 2 qram metamfetamin istəmiş, az sonra Cəfər yaşadığı ünvanın yaxınlığına ona 2 qram metamfetamin gətirib zəng etmiş, o, küçəyə çıxıb 90 manat pulu Cəfərə vermiş və Cəfər də ona 2 qram metamfetamin vermişdir. Bundan başqa onda əlavə metamfetamin olmuş, Əlican ilə belə qərarlaşdırmışlar ki, onda olan metafetamindən kiməsə versinlər, qarşılığında qurudulmuş marixuana əldə etsinlər və birlikdə istifadə etsinlər. Cəfər ona metamfetamin satdıqdan bir neçə saat sonra Əlicana təxminən 1 qrama yaxın metamfetamini kiminləsə dəyişməsindən ötrü vermiş, Əlican mobil telefonda kiminləsə danışıb gedib metamfetamini verib əvəzində 1 ədəd kibrit qutusunda qurudulmuş marixuana almış və evə gətirmişdir. 2024-cü ilin mart ayının əvvəlində Cəfər ilə birlikdə görüşüb sonuncudan metamfetamin alarkən ona 1 ədəd elektron tərəzi vermişdir. O, həmin elektron tərəzini də evdə saxlamışdır. Lazım gəldikdə isə Əlican ilə birlikdə aldıqları narkotik vasitə və psixotrop maddələri ayrı-ayrı bükümlərə ayırıb elektron tərəzidə çəkib özləri üçün istifadə etmişlər və yaxın bildikləri şəxslərə pul müqabilində satmışlar. Şirvan şəhər sakini Şahid5 Əlicanın və Cəfərin vasitəsi ilə tanımışdır. xx.xx.2024-cü il tarixdə Əlican ilə birlikdə yaşadığı evdə olarkən Salman ona zəng edib ondan bir bükümdə metamfetamin istəmiş, o, bunu Əlicana demişdir. Əlican bir bükümdə elektron tərəzi vasitəsi ilə Salmana metamfetamin hazırlamış, Əlican Salmana evə gəlməmişdən öncə mağazadan ərzaq almağını demişdir, bundan başqa isə Salmana düzəltdikləri metamfetamini 20 manata verəcəkdilər. Salman axşam saatlarında evlərinə tək gəlmiş, Əlican bir bükümdə metamfetamini evdə Salmana vermişdir. Salman evlərində əyləşmiş və Əlican ilə birlikdə 1 kibrit qutusunda dəyişdiyi qurudulmuş marixuananı ayrı-ayrı bükümlərə ayırmışlar. Bundan başqa isə evdə Əlicanla birlikdə metamfetamindən 4 ədəd özləri istifadə etmək məqsədi ilə kiçik lampada hazırlamışlar. Bundan əlavə evdə Cəfərin ona verdiyi 1 ədəd dərman həbi olmuş, həmin dərmanı o, ağrıları olanda qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 01:00-da evdə o, Samirə, Əlican və Salman olarkən qapı döyülmüş, qapını açdıqda Şirvan şəhər polis şöbəsinin işçiləri olduqlarını görmüşdür. Həmin şəxslər özlərini təqdim etmişlər, əməliyyat məlumatı daxil olduğunu və yaşadığı evdə baxış aparacaqlarını demişlər. O, etiraz etməmiş və bu barədə ərizə yazıb polis əməkdaşına təqdim etmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, baxış keçirilərkən qonaq otağında olan masanın üzərində 1 ədəd elektron tərəzi, 4 ədəd metamfetamindən Əlican ilə birlikdə hazırladıqları kiçik lampada olan metamfetamin, 1 bükümdə Cəfərdən aldığı metamfetamin, 6 bükümdə qurudulmuş marixuana, 1 ədəd siqaretin içərisində hazır vəziyyətdə doldurduqları marixuana və 1 ədəd dərman həbini polis əməkdaşına təqdim etmişdir. O, səmimi olaraq etdiyi cinayət əməlini etiraf etmişdir. Orada videoçəkiliş zamanı Əlican da törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Polis əməkdaşı tərəfindən baxış zamanı aşkar edilib götürülmüş qeyd etdiyi narkotik vasitə və psixotrop maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən olunduqdan sonra ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, zərfin üzərində o, Əlican, Samirə, Salman və digər polis əməkdaşları imza etmişlər. Sonda bu barədə protokol tərtib edilmiş, doğru yazıldığı üçün o, protokolda imza etmişdir. Bundan sonra polis əməkdaşları onları Şirvan polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən hüquqlarının müdafiə olunması üçün vəkil ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona heç bir təsir və təzyiq göstərilməmişdir. Yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddələri saxlamaqda məqsədi Əlican ilə birlikdə istifadə etmək olmuşdur, satmaq niyyəti olmamışdır. Cəfər onunla birlikdə qeyri rəsmi yaşayıb, onunla istifadəsində olan mobil nömrə ilə Cəfərin istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Soyadı Məmmədovdur, başqa heç bir məlumatı yoxdur. O, başqa heç kimdən narkotik vasitə və psixotrop maddə almamışdır.

14. Təqsirləndirilən şəxs2 16 avqust 2024-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilərkən özünü həmin ittiham üzrə qismən təqsirli bilərək əvvəlki ifadəsi ilə eyni məzmunlu ifadə (təqsirləndirilən şəxs qismində, c İİ. i.v. 302-304) vermişdir.

15. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2, həmin ifadələrini qismən təsdiq etdiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə tam təsdiq etdiyini bildirmişdir.

16. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmayıb, yalnız istifadəçidir. Cəfərlə dörd-beş ildir dostluq edir və onunla birlikdə narkotik istifadə edir, lakin heç vaxt satışla məşğul olmamışlarıqlarını. Bəzən özündə, bəzən isə Cəfərdə olan narkotiki birlikdə istifadə etmişlər. O, Ramilə ilə kirayə evdə yaşadığını qeyd etmişdir. Hadisə günü Ramilə evə gəldikdən sonra polislər evə basqın etmişlər, həmin vaxt evdə altı "baş" nəşə və təxminən 0,4-0,5 qram metamfetamin olmuşdur. Həmçinin, vazanın içində bir ədəd dərman olub ki, onu da Ramilə evi təmizləyərkən tapıb ora qoymuşdu. Bundan başqa evdə narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polislər evə baxış keçirərkən o, "hamısı mənimdir, qızın heç nəyi yoxdur" deyərək hər şeyi öz üzərinə götürüb və polislər də qızı buraxacaqlarına söz veriblər. O da Ramiləyə deyib ki, hər şeyi üzərinə götürür və nə versələr qol çəkib getsin. Çəkilişdə hər şeyi boynuna götürdükdən sonra onları şöbəyə aparıblar. Şöbədə Ramilədən izahat almadan sənədlərə qol çəkdirib buraxıblar, daha sonra özü də qol çəkib. Lakin sanksiyada hər ikisinə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verildiyini görüb. Vəkil də ona Ramilənin 234.1, özünün isə 234.4.3-cü maddəsi ilə ittiham olunduğunu bildirib. Onun sözlərinə görə, dərman sonradan işə əlavə edilib və Ramilənin apellyasiyadan sonra buraxılacağını dedikləri üçün dərmana da qol çəkib.

17. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, heç vaxt narkotik satmamışdır və Cəfərdən narkotik almamışdır. Evdə tapılan metamfetaminin Cəfərlə əlaqəsi olmadığını, başqa yerdən aldığını, lakin çəkilişdə polislərin təlimatı ilə Cəfərlə birlikdə istifadə etdiyini demişdir. O, Ramilənin evdə daimi qalmadığını, sadəcə evi təmizləməyə və yemək bişirməyə gəldiyini bildirmişdir. Şahid5ı 5-6 ildir ki tanıyır, qonşusudur, qapıdan onu Salman çölə çıxarmışdır, daha sonra isə polislər tərəfindən tutulmuşdur. Heydəri isə 2-3 ildir ki, tanıyır, evdə Salmana və Heydərə narkotikdən istifadə etmələri üçün şərait yaratmamışdır. Polislərin ona qarşı heç bir fiziki təzyiq göstərmədiyini, sadəcə Ramilənin azadlığa çıxması üçün razılaşdıqlarını və hər şeyi öz üzərinə götürdüyünü bildirmişdir. Telefonunun qeydiyyatı olmadığı üçün Cəfərlə Ramilənin telefonundan yazışdığını qeyd etmişdir. İfadəsinin sonunda o, özünü yalnız istifadəçi olduğu üçün qismən təqsirli bildiyini, satış və ya külli miqdar ittihamlarını qəbul etmədiyini, narkotik istifadə etdiyi üçün peşman olduğunu bildirmişdir.

18. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

19. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələri ilə ittiham elan edilərkən özünü həmin ittiham üzrə qismən təqsirli bilərək ifadəsində (təqsirləndirilən şəxs qismində, c.İ.i.v. 264-266, c İİ. i.v. 302-304) göstərmişdir ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə metamfetamindən istifadə edir. 2024-cü ilin fevral ayından Təqsirləndirilən şəxs2 ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. Onlardan başqa evdə Ramilənin bacısı Samirə də yaşayır. Ramiləni təxminən 3 aya yaxındır ki, tanıyır, sonuncu da onun kimi narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Günaşırı narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, əsasən narkotik vasitə və psixotrop maddələri Şirvan şəhər sakini Cəfərin tanışı Kamrandan alır. Kamrandan başqa Cəfərdən də o, narkotik vasitə və psixotrop maddəni pul müqabilində alır, dost tanış istəsə isə satır. Onları təxminən 1 ilə yaxındır ki, tanıyır. O, narkotiki Ramilə ilə birlikdə istifadə edir, onunla birlikdə alır və satır. Sonuncu dəfə Ramilə 2024-cü ilin mart ayının əvvəlində Cəfərdən bir neçə qram metamfetamin almış, yaşadığı evdə Cəfərin elektron tərəzisi qalmışdır. O, həmin tərəzi ilə Ramilə ilə birlikdə aldıqları narkotikləri çəkmişlər və ayrıca bükümlərə ayırmışlar. xx.xx.2024-cü il tarixdə Ramilə gedib Cəfərdən 90 manat pulun müqabilində 2 qram metamfetamin almışdır. Bundan başqa evdə əlavə metamfetamin olmuş, Ramilə ilə qərarlaşdırmışlar ki, gedib metamfetamindən kiməsə versinlər və qarşılığında qurudulmuş marixuana əldə etsinlər və birlikdə istifadə etsinlər. O, istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Cəfərin vasitəsi ilə Kamranla əlaqə saxlamış, gedib metamfetamin qarşılığında 1 kibrit qutusunda qurudulmuş marixuananı Kamranla dəyişmişdir. Fikirləri də o olmuşdur ki, narkotik vasitələri ayrı-ayrı bükümlərə ayırıb elektron tərəzidə çəkib özləri üçün istifadə etsinlər, lazım gəldikdə isə Ramilə ilə birlikdə həmin narkotik vasitə və psixotrop maddələrdən yaxın bildikləri şəxslərə pul müqabilində satsınlar. xx.xx.2024-cü il tarixdə o, Salmanın ağrıdan çıxmağı üçün bir bükümdə metamfetamin vermiş, lakin Salmandan pul almamışdır. xx.xx.2024-cü il tarixdə Salmana zəng edib ərzaq mağazasında ərzaq almağını xahiş etmiş, bir qədər sonra Salman gəlmiş, birlikdə evdə əyləşib söhbət etmişlər. O, 1 kibrit qutusunda dəyişdiyi narkotik vasitə qurudulmuş marixuananı ayrı-ayrı bükümlərə ayırmışdır. Bundan başqa isə evdə Ramilə ilə birlikdə metamfetamindən 4 ədəd özləri istifadə etmək məqsədi ilə lampada hazırlamışlar. Əlavə evdə Cəfərin Ramiləyə verdiyi 1 ədəd ağrıkəsici dərman həbi olmuşdur. xx.xx.2024-cü il tarixdə evdə o, Samirə, Salman və Ramilə olarkən qapı döyülmüşdür. Ramilə qapını açdıqda Şirvan şəhər polis şöbəsinin işçiləri olduqlarını görmüşdür. Həmin şəxslər özlərini təqdim etmişlər, əməliyyat məlumatı daxil olduğunu və yaşadıqları evə baxış aparacaqlarını demişlər. Ramilə etiraz etməmiş və bu barədə ərizə yazıb polis əməkdaşına təqdim etmişdir. Həmin vaxt evlərində o, Ramilənin bacısı Samirə, uşaqlıqdan tanıdığı Salman və Ramilə olmuşdur. Bundan sonra yaşadıqları evə baxış keçirilmiş, baxış keçirilərkən qonaq otağında olan masanın üzərində 1 ədəd elektron tərəzi, 4 ədəd kiçik lampada olan metamfetamin, bir bükümdə metamfetamin, 6 bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd siqaret dənəsinin içərisində hazır vəziyyətdə doldurduqları marixuana, 1 ədəd dərman həbini polis əməkdaşına təqdim etmişlər. O, səmimi olaraq etdiyi cinayət əməlini etiraf etmişdir. Orada videoçəkiliş zamanı Ramilə də törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Polis əməkdaşı tərəfindən baxış zamanı aşkar edilib götürülmüş qeyd etdiyi narkotik vasitə və psixotrop maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən olunduqdan sonra ağ zərfdə qablaşdırılmış, üzəri möhürlənmiş, zərfin üzərində o, Ramilə, Samirə, Salman və digər polis əməkdaşları imza etmişlər. Sonda bu barədə protokol tərtib edilmiş, doğru yazıldığı üçün o, protokolda imza etmişdir. Təqsirləndirilən şəxs3 ifadəsində həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən ona heç bir təsir və təzyiq göstərilməmişdir. Yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitə və psixotrop maddələri saxlamaqda məqsədi Ramilə və özü üçün istifadə etmək olmuşdur, satmaq niyyətləri olmamışdır. Cəfəri Ramilənin vasitəsi ilə tanımış, Ramilə ilə birlikdə yaşayıb, Şirvan şəhər sakinidir, Kamranı da Cəfərin vasitəsi ilə tanımışdır. Kamran da Şirvan şəhər sakinidir, onunla istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamış, Cəfər ilə də həmin mobil nömrə ilə əlaqə saxlamışdır.

20. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 həmin ifadələrin müəyyən hissələrini təsdiq etmədiyini, məhkəmə istintaqı zamanı verdiyi ifadələri isə tam təsdiq etdiyini bildirmiş, istintaq zamanı verdiyi ifadələri Ramiləyə kömək etmək üçün həmin formada verdiyini bildirmişdir.

21. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli ilə bağlı hazırki halda etiraflarını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.

22. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

23. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin (CAB) baş əməliyyat müvəkkili vəzifəsində işləyir. O, göstərmişdir ki, 26 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları evdə qanunsuz yolla əldə etdikləri narkotik vasitəni saxladıqları, istifadə etdikləri və satışı ilə məşğul olmaları barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədilə müvafiq qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid4, Şirvan ŞPŞ-nin Mühafizə Xidmətinin polis nəfəri Şahid2 və İstintaq Bölməsinin müstəntiqi X9 ibarət əməliyyat qrupu yaratmışdır. Əməliyyat qrupu 26 mart 2024-cü il tarixdə, saat 01 radələrində Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanına getmişdir. Baxışdan əvvəl qapını Təqsirləndirilən şəxs2 açmış, ona yaşadığı evdə baxış keçirilməsinin zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs2 baxışa etirazının olmadığını və razı olduğunu bildirərək ərizə yazmışdır. Evə daxil olduqdan sonra onlar girişdən sola, sonra yenə sola keçərək qonaq otağına daxil olmuş və narkotik vasitə və psixotrop maddələrin stolun üzərində olduğunu görmüşlər. Stolun üzərindən 6 bükümdə marixuanaya bənzər kütlə, 1 ədəd siqaret kağızına doldurulmuş marixuanaya bənzər kütlə, içərisində metamfetaminə bənzər izlər olan 4 ədəd şüşə lampa, 1 bükümdə metamfetaminə bənzər kütlə, 1 ədəd dərman həbi və 1 ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 6 bükümdəki və siqaret kağızındakı marixuanaya bənzər kütlələrin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 isə metamfetaminə bənzər izləri olan 4 şüşə lampanın, sellofan bükümdəki metamfetaminə bənzər kütlənin və dərman həbinin özünə məxsus olduğunu, onları tanışı Təqsirləndirilən şəxs1 adlı şəxsdən aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 həmçinin aşkar olunmuş elektron tərəzinin də Cəfərə məxsus olduğunu, ondan götürdüyünü, Cəfərin Bakıya gedib qayıtdıqdan sonra götürəcəyini və onun mobil nömrəsini də bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr çəkilərək qablaşdırılmış və onlar şöbəyə gətirilmişlər. Şahid əlavə olaraq bildirmişdir ki, Cəfərin saxlanılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxslərlə saxlanılarkən heç bir razılığa gəlinməmiş, onlara qarşı hər hansı təzyiq və ya təsir göstərilməmişdir. O, qeyd etmişdir ki, evə daxil olduqları zaman Təqsirləndirilən şəxs3 evdə olmuşdur. O, Təqsirləndirilən şəxs2 polislərin evə gecə saat 11:00-da gəldikləri barədə dediklərini yalan adlandırmışdır. Əməliyyat tədbiri zamanı Şahmar adlı kənar şəxsin iştirak etmədiyini və həmin şəxsi tanımadığını bildirmişdir.

24. Məhkəmə iclasında dindirilmiş digər Şahid1 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir.

25. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Ramilə və Əlicanın yaşadıqları Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında olub və həmin evdə on-iyirmi manat pul qarşılığında marixuana və metamfetamin istifadə edib. O, Cəfəri bu hadisədən səkkiz-doqquz ay əvvəl tanıdığını, Ramiləni isə Cəfərin sevgilisi kimi tanıdığını qeyd etmişdir. Şahid ifadəsində Əlican və Ramilənin narkotikləri satdığını, lakin onlardan aldıqda çölə çıxarmağa icazə vermədiklərini bildirmişdir. Buna görə də o, narkotiki həmin evdə çəkib, sonra getdiyini söyləmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq, o, narkotik istifadəsindən sonra halının pisləşmədiyini və həmin evdə çox olduğunu bildirmişdir. Verilən suallara cavab verərək, o, Əlicanı uzun müddətdir ki, tanıdığını qeyd etmişdir. Şahid, ***-***-**-** saylı mobil nömrənin ona məxsus olduğunu və bu nömrəni doqquz aydır istifadə etdiyini bildirmişdir. O, Ramilə və Əlicana telefonda zəng vurduğunu, onlardan "gəlmək olar" deyə soruşduğunu və onların "gəl" dediklərini söyləmişdir. Həmin evə həm gündüz, həm də gecə getdiyini əlavə etmişdir. Bu işlə bağlı telefonda SMS-lər çıxdığına görə polis şöbəsinə çağırıldığını bildirmişdir. O, həmin evdə sonuncu dəfə bir il bundan qabaq olduğunu, evdə Ramilənin bacısı Samirənin də olduğunu qeyd etmişdir. Şahid orada polis görmədiyini, amma təqsirləndirilən şəxslərlə oturub narkotik çəkdiyini təsdiqləmişdir. Həmin evin yaşadığı yerdən iki kilometr uzaqda olduğunu və oraya öz maşını ilə bəzən Salmanla birlikdə, bəzən də tək getdiyini söyləmişdir. Onun sözlərinə görə, həmin evi Əlicanla Ramilə kirayə tutmuşdu və o, bir ay ərzində oraya 10-12 dəfə getmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni oxuduğunu, oxumağı və yazmağı bacardığını təsdiq etmişdir. Verilən suallara cavab olaraq, o, sonuncu dəfə həmin evdə bir il əvvəl olduğunu və təqsirləndirilən şəxslərin tutulduğunu bildikdən sonra SMS-lər çıxdığına görə polis şöbəsinə çağırılıb ifadəsinin alındığını bildirmişdir. Verilən suallarına cavab verərək, Əlicanla sonuncu dəfə bir il əvvəl, onun tutulmasından bir həftə əvvəl görüşdüyünü və onu həmin evdə gördüyünü demişdir. Hadisə günü polislə həmin evə getmədiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq, o, Cəfərin tutulmasını gördüyünü, Cəfərin onu taksi kimi çağırdığını, lakin onun tutulmasını kənardan gördüyünü söyləmişdir. Təqsirləndirilən şəxs1 sualına cavab verərək, öz maşınında narkotik olmadığını bildirmişdir.

26. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, təxminən bir neçə müddətdir ki, narkotik vasitə olan metamfetamin istifadə edir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 sayəsində təxminən 2 ilə yaxın müddətdir ki, tanıyır. 2024-cü ilin mart ayının əvvələrində Ramiləni kirayə qaldığı ünvanda Ramilədən və Əlicandan psixotrop maddə metamfetamin almış və Ramilə və Əlican onlardan aldığı psixotrop maddəni kənara aparmağına icazə verməmişlər və şərait yaratmışlar ki, onların yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti ev 1B, mənzil 53 ünvanında istifadə etsin. O da onlarla razı olub aldığı psixotrop maddə metamfetamini istifadə etmiş və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Ramilə və Əlicanın yaşadığı evdə olarkən qapı döyülmüş, Şirvan polis şöbəsinin işçiləri olduğunu demişlər və baxış aparacaqlarını bildirmişlər. Bundan sonra evin faktiki sahibi Təqsirləndirilən şəxs2 ərizə almışlar. Sonra evə baxış zamanı polis əməkdaşları qonaq otağında olan stolun üzərindən Ramilə və Əlicana məxsus bir neçə bükümlərdə narkotik, bir bükümdə psixotrop maddə, 1 ədəd elektron tərəzi, 4 ədəd lampada olan narkotik dənəcikləri və 1 ədəd dərman həbini baxış zamanı aşkar edib götürmüşlər. Ramilə və Əlicanın yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti ev 1B, mənzil 53 ünvanında külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olmasından məlumatı olmamışdır. Polis əməkdaşları gəlib müəyyən edən zaman ona da məlum olmuşdur ki, həmin ünvanda psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana vardır.

27. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.

Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

28. «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 24 aprel 2025-ci il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)

29. Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 3)

30. «Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 23 aprel 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 4-5)

31. «Vəkilin şübhəli şəxsə təqdim edilməsi haqqında» 24 aprel 2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 14-20)

32. «Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq 23 aprel 2024cü il tarixdə, saat 23:25-dən məhdudlaşdırılmış və o, 24 aprel 2024-cü il tarixdə, saat 00:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 21-22)

33. «Şəxsi axtarış və götürmə aparılması haqqında» 24 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetaminəbənzər maddə və həmin şalvarın sağ yan cibindən 01 ədəd «İnfinix» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 28-29)

34. Şəxsi axtarış və götürmə tədbirinin əks olunduğu bir ədəd DVD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və hökmün 33-cü bəndində qeyd olunmuş protokolda yazılanların doğruluğu müəyyən edilmişdir. (c İ, i.v. 30)

35. «Məhkəmə-kimyəvi ekspertizası»nın 24 aprel 2024-cü il tarixli, 18/429 nömrəli rəyində müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs1 üzərindən..» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,353 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (c İ, i.v 41)

36. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı)

37. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 40)

38. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 25 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (c İ, i.v 47-48)

39. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-98/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş, psixotrop maddə metamfetamindən istifadə etdiyini, üzərində aşkar olunmuş psixotrop maddəni yerdən tapdığını, istifadə etmək məqsədilə götürdüyünü bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir və ya təzyiq olunmadığını bildirmiş, onun barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 aprel 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 76-80)

40. «Vəsatətə baxılması haqqında» 26 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını göstərmiş, həmin xüsusat iş materialları ilə tam təkzib olunduğundan və özünü müdafiə xarakteri daşıdığından vəsatət kimi qəbul edilərək rədd edilmişdir. (c İ, i.v 85-86)

41. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 108-109)

42. «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X27 07 may 2024-cü il tarixli, 18-1-35/2- 732/2024 nömrəli məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Şirvan ŞMX-nın PHŞ-nin poliklinika şöbəsinin narkoloji ruhi-əsəb kabinetində qeydiyyatda deyil. (c İ, i.v 110)

43. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(106)-44/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Şirvan Şəhər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli qərarı təqsirləndirilən şəxsin müdafiəçisi X20 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (c İ, i.v 112-116)

44. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, № 3277 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də ünvan 6 ünvanında qeydiyyatsız yaşayır. Həmin arayışda Təqsirləndirilən şəxs1 ailə tərkibi haqqında heç bir məlumat yoxdur. (c İ, i.v. 126)

45. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, № 271 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. (c İ, i.v. 147)

46. «Məhkəmə Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 207 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 131-132)

47. «Məhkəmə narkoloji ekspertizası»nın 17 may 2024-cü il tarixli, 3410 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 133-134)

48. «Ambulator məhkəmə psixiatrik ekspertizası»nın 10 may 2024-cü il tarixli, 1320 nömrəli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs1 yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl qeyd olunmur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 özünü müdafiə məqsədi ilə yalan danışa və hadisələri təhrif edə bilər. (c İ, i.v 136-137)

49. «Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında» 26 mart 2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 146, 170-171)

50. «Kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizası»nın 26 mart 2024-cü il tarixli, 18/331-332 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 yaşadığı evdən..marxuanaya bənzər kütlələr...” sözləri yazılmış kağız paketdə 06 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,14 qram, 0,13 qram, 0,10 qram, 0,14 qram, 0,34 qram, 0,16 qram, ümumi çəkisi -1,01 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd siqaret dənəsində təmiz çəkisi - 0,28 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 yaşadığı evdən..04 ədəd lampa...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 2,445 qram ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 04 ədəd şüşə lampanın içərisində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Bölmədə mövcud texniki avadanlıq olmadığına görə cəmi 01 ədəd dərman kapsulunun tədqiqatı aparılmadı və suallar cavablandırılmadı. Tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs2 yaşadığı evə..01 ədəd elektron tərəzi...” sözləri yazılmış kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. (c İ, i.v 147-148, 236- 242)

51. «Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında» 06 iyul 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Fizuli oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı aşağıdakı məzmunda SMS-lər göndərilmişdir: «Yetim men qayıdaram rayona gelende mencun 1 2 Sot torpaq nezereal çat yaz», «Cefer Camahat biyaq dan lomkada seni gözduyur gelmirdin diyerdin Camahat işin gorerdide qaqaş neyse», «Qaqa 24 m bide mene 2 dene lami al ge bizim bloka», «Qaqa ged ramilegilin mehlesine teref yazram yerin yanmda adam var Qaqa gir ramile gilin blokina 2 ci mertebe sociklerin altinda yerde goy cekin icinde gotr yaz». (c İ, i.v 160)

52. "xxxx" MMC tərəfindən təqdim edilmiş həmin məlumatların əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və hökmün 51-ci bəndində göstərilmiş protokolda yazılanların düzgünlüyü müəyyən edilmişdir. (c İ, i.v 158-159)

53. «Məhkəmə-kimyəvi ekspertizası»nın 08 iyul 2024-cü il tarixli, 18/638 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvandan aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Aparılmış ekspertizanın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beç) qəpik təşkil etmişdir. (c İ, i.v 162-164)

54. «Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında» 08 iyul 2024-cü il tarixli, 452 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (c İ, i.v 166-168)

55. Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, Şahid7 prospekti, ev 1 B, mənzil 53 ünvanında yaşadıqları evdə narkotik vasitələr saxlamaqda, istifadə etməkdə və satışı ilə məşğul olmaqda şübhəli olmaları barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onların ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 173)

56. «Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» 26 mart 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 174-175)

57. «Baxış keçirilməsi və götürmə haqqında» 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı Şirvan şəhəri, Şahid7 prospekti, ev1B, mənzil 53 ünvanına baxış keçirilən zaman evin qonaq otağındakı masanın üzərindən 06 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlə, 01 ədəd siqaret kağızına doldurulmuş vəziyyətdə narkotik vasitə qurudulmuş marixuanayabənzər kütlə, psixotrop maddə metamfetaminəbənzər izlərin olduğu 04 ədəd şüşə lampa, 01 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminəbənzər kütlə, 01 ədəd dərman həbi, 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 180-183)

58. «Cinayət törətməkdə şübhəli şəxsə vəkilin təqdim edilməsi haqqında» 26 mart 2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 189-196)

59. «Şübhəli olan şəxsin tutulması haqqında» 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26 mart 2024-cü il tarixdə, saat 03:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 200)

60. «Cinayət törətməkdə şübhəli şəxsə vəkilin təqdim edilməsi haqqında» 26 mart 2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi məqsədi ilə ona dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 209-216)

61. «Şübhəli olan şəxsin tutulması haqqında» 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 26 mart 2024-cü il tarixdə, saat 04:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 220)

62. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 27 mart 2024-cü il tarixli, 3057 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (c İ, i.v 256-257)

63. «Müdafiəçi təyin edilməsi haqqında» 27 mart 2024-cü il tarixli, 3062 nömrəli qərardan və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 ona dövlət hesabına təyin edilmiş vəkil X2 hüquqi yardımından imtina etmiş və onun hüquqlarının müdafiəsi üçün yenidən dövlət hesabına vəkil təyin edilmişdir. (c İ, i.v 267- 273)

64. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 27 mart 2024-cü il tarixli, 3065 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (c İ, i.v 275-276)

65. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-80/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 mart 2024-cü ildən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir: «təxminən 4-5 aydır ki, narkotik vasitələrdən istifadə edir. Aşkar olunmuş psixotrop maddəni və narkotik vasitəni birgə yaşadığı, faktiki nikah münasibətlərində olduğu Təqsirləndirilən şəxs3la istifadə etmək üçün saxlamışlar, o, narkotik vasitələrin satışı ilə məşğul deyil. Elektron tərəzi ona məxsus olmamış, ona psixotrop maddə metamfetamini satan şəxs Təqsirləndirilən şəxs1 məxsus olmuş. Təqsirləndirilən şəxs1 Bakı şəhərinə getdiyindən üzərində tərəzini aparmamaq üçün saxlaması üçün ona vermişdir. O, həmçinin bildirmişdir ki, Şirvan Şəhər Polis şöbəsində ona qarşı fiziki və psixi zorakılıq olmamışdır». (c İİ, i.v 06-11)

66. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-81/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 mart 2024-cü ildən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir: «narkotik vasitələr və psixotrop maddələr aşkar olunan ev qeyri-rəsmi yaşadığı Ramilə adlı qadına məxsusdur. Narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul deyil, təxminən dörd ay olar istifadə edir. Narkotik vasitələri şəxsi istifadəsi üçün bükümlərə ayırmışdır. Barəsində verilmiş vəsatət və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir». (c İİ, i.v 17-20)

67. «Vəsatətə baxılması haqqında» 28 mart 2024-cü il tarixli, 3084 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin, güclü təsir edən dərmanların satışı ilə məşğul olmadığını, evində tiryəkxana təşkil etmədiyini göstərmiş, həmin xüsusat iş materialları ilə tam təkzib olunduğundan və özünü müdafiə xarakteri daşıdığından vəsatət kimi qəbul edilərək rədd edilmişdir. (c İİ, i.v 36-37)

68. «Vəsatətə baxılması haqqında» 28 mart 2024-cü il tarixli, 3085 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində narkotik vasitələrin və psixotrop maddələrin, güclü təsir edən dərmanların satışı ilə məşğul olmadığını, evində tiryəkxana təşkil etmədiyini göstərmiş, həmin xüsusat iş materialları ilə tam təkzib olunduğundan və özünü müdafiə xarakteri daşıdığından vəsatət kimi qəbul edilərək rədd edilmişdir. (c İİ, i.v 42)

69. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (c İİ, i.v. 73)

70. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs3 Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-39/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan Şəhəri üzrə İcra və Probasiya şöbəsindən sorğu edilərək alınmış 17 sentyabr 2025-ci il tarixli, 178-13121 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzası 07 mart 2024-cü il tarixdə başa çatmışdır. Təqsirləndirilən şəxs3 hazırda məhkumluğu olan şəxs qismində tanınır. (c İİ, i.v. 74-75)

71. «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X27 16 aprel 2024-cü il tarixli, 18-1-35/2- 597/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 Şirvan ŞMX-nin PHŞnin poliklinika şöbəsinin ruhi-əsəb narkoloji və nevroloji kabinetlərində qeydiyyatda yoxdur. (c İİ, i.v. 77)

72. «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X27 16 aprel 2024-cü il tarixli, 18-1-35/2- 586/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şirvan ŞMX-nin PHŞnin poliklinika şöbəsinin ruhi-əsəb narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (c İİ, i.v. 78)

73. «Hacıqabul rayon Mərkəzi Xəstəxanası» X27 13 may 2024-cü il tarixli, 18-1-41/2- 395/2024 nömrəli məktubundan görünür ki, Dadaşova X10 RMX-nın PHŞ-nin konsultativ poliklinika şöbəsində narkoloji, ruhi-əsəb, alkoqol istifadəçisi kimi qeydiyyatda deyildir. (c İİ, i.v. 102)

74. Şirvan Şəhər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 1(032)-39/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, CM-in 69.3-cü maddəsi tətbiq edilməklə, təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (c İİ, i.v. 79-80)

75. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, № 2527 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də Şirvan şəhərinin Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvanında qeydiyyatsız yaşayır. Həmin arayışda Təqsirləndirilən şəxs2 ailə tərkibi haqqında heç bir məlumat yoxdur. (c İİ, i.v. 89)

76. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, №201 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. (c İİ, i.v. 90)

77. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, № 2528 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən də ünvan 10 ünvanında qeydiyyatdadır. Həmin arayışda Təqsirləndirilən şəxs3 ailə tərkibi haqqında heç bir məlumat yoxdur. (c İİ, i.v. 91)

78. Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2024-cü il tarixli, №202 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində nümayəndəliyə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır. (c İİ, i.v. 92)

79. «Məhkəmə-kimyəvi ekspertizası»nın 29 aprel 2024-cü il tarixli, 6/1764 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Təqsirləndirilən şəxs2 məxsus...» qeydli kağız paketdəki 01 ədəd dərman kapsulunun tərkibində 0,3 qram qabapentin təsiredici maddəsi müəyyən edilmişdir. (c İİ, i.v. 99-101)

80. «Məhkəmə Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsi tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli, 155 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. (c İİ, i.v 110-111)

81. «Məhkəmə Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsi tərəfindən verilmiş 19 aprel 2024-cü il tarixli, 157 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. (c İİ, i.v 112-113)

82. «Məhkəmə-narkoloji ekspertizası»nın 29 aprel 2024-cü il tarixli, 2788 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 114-115)

83. «Məhkəmə-narkoloji ekspertizası»nın 24 may 2024-cü il tarixli, 3680 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 136-137)

84. «Ambulator məhkəmə psixiatrik ekspertizası»nın 06 may 2024-cü il tarixli, 1262 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə düzgün ifadə vermək iqtidarındadır. Onun hadisəni düzgün qavrayıb, yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli olub-olmaması barəsində qoyulmuş sual ekspert psixoloqun səlahiyyətinə aiddir. (c İİ, i.v 139-140)

85. «Ambulator məhkəmə psixiatrik ekspertizası»nın 10 may 2024-cü il tarixli, 1324 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs3 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 əvvəllər hər hansı psixi xəstəlik keçirməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs3 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs3 yalan danışmağa və özündən qondarma fikirlər söyləməyə patoloji meyl yaradan hər hansı psixi xəstəlik müəyyən olunmamışdır. (c İİ, i.v 142-143)

86. 28.06.2024-cü il tarixli qəbzlə müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs2 məxsus «Samsung» markalı mobil telefon bacısı Şahid6 təhvil verilmişdir. (c İİ, i.v 159)

87. 29.06.2024-cü il tarixli qəbzlə müəyyən olunur ki, iş üzrə Təqsirləndirilən şəxs3 məxsus «Redmi» markalı mobil telefon dostu X14 təhvil verilmişdir. (c İİ, i.v 164)

88. «Məhkəmə-kimyəvi ekspertizası»nın 08 iyul 2024-cü il tarixli, 18/638 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə Şirvan şəhəri, Şahid7 prospekti, ev 1B, mənzil 53 ünvandan aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. (c İİ, i.v 183-184)

89. «Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında» xx.xx.2024cü il tarixli, 593 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı aşağıdakı məzmunda SMS-lər göndərilmişdir: (Aşağıda göstərilən SMS mətnlərinin məzmunu olduğu kimi saxlanılsa da, qeyri-etik ifadələr ulduz işarəsi (***) ilə əvəz olunmuşdur) «Satma.cekmeke gönderdim.senin mene verdiyin 15.manatdig», «Elcan oz xeyalun da mene *** gelirsende hee *** 1,2 i salafann qoyulubb», «Balam)bide kart at 24 atım 20liy duz qışda nolar balam», «Bide para em40 verim )atarsan senol eli Sali cani» Təqsirləndirilən şəxs3 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı aşağıdakı məzmunda SMS-lər göndərilmişdir: «Bawuva donerem qaqam gor ne derem birazdan torpag goturende senen bidenede qewey tebiyi verecem sene dincelersen». Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı aşağıdakı məzmunda SMS-lər göndərilmişdir: «Blokda 2 ci mertebe 36 ci su sociki ld karopqasi», «Senen vara cindiri yoxdu yer uzunde rahat ol sene gore torpaqada oturmusam bedbexd eledin meni ***liklerunen elebilme uzun gulecek», «Ramile men gedirem gel blokmiza atim gitur ged pili atarsan hemselik gedrem soz Verem» Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə Təqsirləndirilən şəxs1 Fizuli oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı aşağıdakı məzmunda SMS-lər göndərilmişdir: «1 dene lami gotr gel bizim bloka 2 denu verim ged», «Rasota qalsa sen cox vereceyun var basa dusdun ramile sen kayf elemekden basun gedib az gedib apsalda otr kimins *** usdunde kakos ele ssmorde pati bundada kakos sadece sene yaziqim gelir a bedbexd kul mem basmaki gece sene gore gore men gedib gul gotrmusem neyse men cxdm gedirem isdemirsen isdeme», «Efqan bide 04 isdir 35 e atirim pil?», «Gir bizim bloka cx 2 ye saqda usdeki socikkin ici», «Terezi gonder bizim bloka», «Heyvan olmaa oyaq ol canmcin elave 20 manat wtmisamki sirf qember das qoysin», «Esdrsen sen meniyun olsaydi o varyoxun *** yaninda otrub ele dansmazdin menen soyusnen ne herirsene ramile amanatun oz qiymetune elunde indi ged cek *** o peyselee amma ona deki allaha an olsun on boyu supriz gozdirr sende a serefsiz beyax melirdin telde men getrib veredim ondi mene dirsen yoxdu ne direm yadunda saxla yadunan cxbe deyesen qurban olum dirdune verirdim satib pilin verirdin» Bundan başqa, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 Fizuli oğlunun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 2024-cü ilin yanvar ayından başlayaraq 2024-cü ilin mart ayının sonuna kimi müxtəlif vaxtlarda telefon danışıqlarının aparılması müəyyən olunmuşdur. (c İİ, i.v 189)

90. "xxxx" MMC tərəfindən təqdim edilmiş həmin məlumatların əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı baxılaraq tədqiq edilmiş və hökmün 89-сu bəndində göstərilmiş protokolda yazılanların düzgünlüyü müəyyən edilmişdir. (c İİ, i.v 187-188)

91. «Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında» 15 avqust 2024-cü il tarixli, 561 nömrəli qərarın nəticə hissəsindən görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələrinə tövsif edilmişdir, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda dəyişiklik olduğundan həmin ittiham dəyişdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda dəyişiklik olduğundan həmin ittiham dəyişdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda dəyişiklik olduğundan həmin ittiham dəyişdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (c İİ, i.v 244-266)

92. «Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında» 15 avqust 2024-cü il tarixli, 561 nömrəli qərarın nəticə hissəsinin 10-cu bəndindən görünür ki, hazırki cinayət işinin materiallarından Təqsirləndirilən şəxs1 psixotrop maddə metamfetamini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddəni əldə etdikləri naməlum şəxs və “Kamran” adlı şəxs barəsində ayrıca icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (c İİ, i.v. 266)

93. «Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında» 15 avqust 2024-cü il tarixli, 561 nömrəli qərarın nəticə hissəsinin 15-ci bəndindən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 2,245 qram qalığı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları evdən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 2.203 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 1.15 qram qalığı, qabapentin dərman həbinin ekspertiza tədqiqatından sonrakı 0,5 kapsul qalığı, 04 ədəd lampa, 01 ədəd elektron tərəzinin Şirvan şəhər polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilməli olması qeyd edilmişdir. (c İİ, i.v. 266)

94. «Müdafiəçinin təqsirləndirilən şəxsə təqdim edilməsi barədə» 16 avqust 2024-cü il tarixli, 655 nömrəli protokoldan və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 ona dövlət hesabına təyin edilmiş müdafiəçi X3 hüquqi yardımından könüllü olaraq imtina etmiş və hüquqlarının müqavilə bağladığı X5 tərəfindən müdafiə olunması təmin edilmişdir. (c İİ, i.v. 283-286)

95. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 16 avqust 2024-cü il tarixli, 563 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (c İİ, i.v. 292-294)

96. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 16 avqust 2024-cü il tarixli, 671 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (c İİ, i.v. 305-306)

97. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 17 avqust 2024-cü il tarixli, 575 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. (c İİ, i.v. 316-318)

98. «Məhkəmə-tibbi ekspertizası»nın 19 aprel 2024-cü il tarixli, 155 nömrəli rəyinə əsasən müəyyən edilir ki, X6 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. «Məhkəmə-tibbi ekspertizası»nın 19 aprel 2024-cü il tarixli, 157 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. «Məhkəmə-tibbi ekspertizası»nın 13 may 2024-cü il tarixli, 207 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır.

99. Məhkəmə tərəfindən sorğu edilərək əldə edilmiş təqsirləndirilən şəxslərin tibbi kitabçalarının surətləri və Bakı İstintaq Təcridxanasından daxil olmuş məktub elan edilərək, tədqiq edilmişdir. Həmin sənədlərə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Bakı İstintaq təcridxanasına daxil olarkən tibbi müayinələrdən keçirilmişdirlər. Təqsirləndirilən şəxs1 sorğu zamanı zədə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman yeni xəsarət izi aşkarlanmamış, sol said nahiyəsində çapıq toxuması, sol dirsək nahiyəsində çapıq toxuma aşkar edilmişdir. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs3 sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman xəsarət izi aşkarlanmamışdır. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs2 sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ qalça çuxuru nahiyyəsində cərrahı eməliyyatdan sonraki köhnə çapıq aşkar edilmişdir. Sorğu zamanı Bakı İstintaq təcridxanasında saxlandığı dövrdə xx.xx.2024-cü il tarixdə saxlandığı kamerada çarpayıdan yıxılaraq zadə aldığını bildirmişdir. Bədəninə baxış keçirən zaman sağ ayağın İİ barmağının orta falanqasının çıxığı və tünd bənövşəyi rəngli qançırı aşkar edilmişdir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

100. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

101. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

102. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

103. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

104. «X11 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

105. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdirlər.

106. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

107. CPM-in 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

108. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

109. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

110. Məhkəmə tərkibi məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur.

111. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

112. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdikləri hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir, tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir.

113. Məhkəmə baxışı iclaslarında, təqsirləndirilən şəxslər özlərini onlara elan edilmiş ittihamla təqsirli bilməmiş, narkotik vasitənin satışı ilə məşğul olmadıqlarını, yalnız istifadə etdiklərini qeyd etmişlər.

114. Məhkəmə, təqsirləndirilən şəxslərin müdafiələri üçün gətirdikləri aşağıdakı dəlillərə münasibət bildirməyi mütləq və zəruri hesab edir:

115. Belə ki, Təqsirləndirilən şəxs1 qeyd etdiyi dəlillər aşağıdakı kimidir: - O, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmayıb. O, nə Təqsirləndirilən şəxs2, nə də Təqsirləndirilən şəxs3 satış məqsədilə narkotik vasitə verməyib. Ramiləyə yalnız bir dəfə ağrıkəsici dərman verib, lakin həmin dərmanın nə olduğunu bilməyib. - 23 aprel 2024-cü il tarixdə saxlanılarkən üzərində heç bir qanunsuz maddə olmayıb; avtomobildə aşkar edilən 0,7 qram narkotik vasitə isə sürücü Heydərə məxsus olub. - Polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalıb. Məhz bu təzyiqlər nəticəsində ibtidai istintaqa ifadələr vermiş və sənədlərə qol çəkmişdir. İbtidai istintaq zamanı müstəntiq ifadəsini oxumasına imkan verməyib və onu istifadəçi kimi sərbəst buraxacağını vəd etdiyi üçün məhkəmədə təzyiq olmadığını bildirib. Təqsirləndirilən şəxs2 müdafiə dəlilləri: - O, narkotik vasitə istifadəçisi olsa da, heç vaxt satışı ilə məşğul olmayıb. Təqsirləndirilən şəxs1 ona heç vaxt psixotrop maddə verməyib. - Polis əməkdaşları onu aldadıblar. 24 mart 2024-cü ildə polislər onun yaşadığı evə daxil olarkən Təqsirləndirilən şəxs3 işinin yüngül olması üçün ondan Cəfərdən narkotik almasını, tərəzinin və metamfetaminin ona məxsus olmasını, marixuanaların isə Əlicana məxsus olduğunu deməsini tələb ediblər. O da polislərə inanaraq onların dediyi kimi ifadə verib. - Evdən aşkar edilən tərəzi ona məxsus olmayıb, polislər tərəfindən gətirilib. - Aşkar edilən metamfetaminin miqdarı az olsa da, çəkiliş zamanı miqdar çox göstərilib. - Təqsirləndirilən şəxs1la aralarında olan bəzi SMS yazışmaları Təqsirləndirilən şəxs3 telefonu olmadığı üçün onun telefonundan Əlican tərəfindən yazılıb. Təqsirləndirilən şəxs3 müdafiə dəlilləri: - O, narkotik vasitələrin satışı ilə deyil, yalnız istifadəsi ilə məşğul olub. Təqsirləndirilən şəxs1la dostluq etsə də, ondan heç vaxt narkotik vasitə almayıb. - Polislərlə razılaşma əsasında Təqsirləndirilən şəxs2 qorumaq məqsədilə hər şeyi öz üzərinə götürüb. Polislər ona "qızı buraxacağıq, sən hər şeyi boynuna götür" deyə söz veriblər. Bu səbəbdən o, çəkilişdə və sonrakı sənədlərdə hər şeyi öz üzərinə götürüb. - Evə baxış zamanı polislər tərəfindən tərəzi gətirilib və aşkar edilmiş narkotiklərin miqdarı süni şəkildə artırılıb. - Dərman həbi sonradan iş materiallarına əlavə edilib və o, Ramilənin apellyasiyadan sonra buraxılacağı vədi ilə həmin dərmana görə də sənədlərə qol çəkib. - Təqsirləndirilən şəxs1la olan yazışmaları öz telefonunun qeydiyyatı olmadığı üçün Ramilənin telefonundan aparıb.

116. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 144-cü və 145-ci maddələrini rəhbər tutaraq, təqsirləndirilən şəxslərin müdafiələri üçün irəli sürdükləri dəlilləri, habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutları (şahid ifadələri, ekspertiza rəyləri, sənədlər və s.) tam, hərtərəfli və obyektiv araşdıraraq qiymətləndirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə irəli sürdükləri müdafiə dəlilləri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və iş üzrə toplanmış sübutların məcmusu ilə tam təkzib olunur.

117. Təqsirləndirilən şəxs1 dəlillərinə məhkəmənin mövqeyi: Polis tərəfindən fiziki və psixi təzyiqə məruz qalması barədə dəlil: - Təqsirləndirilən şəxsin bu iddiası onun şifahi ifadəsindən başqa heç bir dəlil ilə öz təsdiqini tapmır. - Məhkəmə-tibbi ekspertizanın 13 may 2024-cü il tarixli rəyinə görə, Təqsirləndirilən şəxs1 bədənində heç bir xəsarət aşkar edilməmişdir. - O, Bakı İstintaq Təcridxanasına daxil olarkən aparılan müayinə zamanı da bədənində xəsarət izi qeydə alınmamışdır. - Bundan əlavə, o, Şirvan Şəhər Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilərkən polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını şəxsən bildirmişdir. - O, həmçinin ibtidai istintaq zamanı müdafiəçi ilə təmin olunmuş, ilkin ifadələrini vəkilin iştirakı ilə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs və ya müdafiəçisi məhkəməyədək icraat zamanı təzyiq iddiaları ilə bağlı məhkəmə nəzarəti qaydasında şikayət etməmişlər. - 23 aprel 2024-cü il tarixdə saxlanılarkən üzərində heç bir qanunsuz maddə olmaması, avtomobildə aşkar edilən 0,7 qram narkotik vasitə isə sürücü Heydərə məxsus olmasını, sonradan həmin maddəni öz üzərinə götürməsi ilə bağlı dediklərinə münasibətdə məhkəmə qeyd edir ki, şahid qismində ifadə verən Şahid7 bu halı təkzib etmişdir. Bu səbəbdən, məhkəmə bu iddianı cinayət məsuliyyətindən yayınmaq cəhdi kimi qiymətləndirir. Narkotik vasitə satmaması, yalnız istifadəçi olması barədə dəlil: - Bu iddia şahid ifadələri, telefon yazışmaları və ekspertiza rəyləri ilə təkzib olunur. - Məhkəmə-kimyəvi ekspertizanın 08 iyul 2024-cü il tarixli rəyinə əsasən, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş metamfetamin ilə Təqsirləndirilən şəxs2 evindən götürülmüş metamfetaminin eyni tərkibli olması müəyyən edilmişdir. Bu, narkotik vasitənin eyni mənbədən gəldiyini və təqsirləndirilən şəxslər arasında əlaqəni sübut edir. - Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə ilə Təqsirləndirilən şəxs2 nömrəsi arasında narkotik vasitələrin alqı-satqısına birbaşa dəlalət edən çoxsaylı SMS yazışmaları (“Bir dene lami gotr gel bizim bloka 2 denu verim ged”, “Rasota qalsa sen cox vereceyun var basa dusdun ramile”, “Efqan bide 04 isdir 35 e atirim pil?”, “Terezi gonder bizim bloka”) aşkar edilmişdir. Qeyd edilən SMS yazışmalarının məzmunundan aydın olur ki, yazışmaların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. - Şahid7 ifadəsində Cəfəri Ramilənin sevgilisi kimi tanıdığını və onların birlikdə narkotik satdıqlarını bildirmişdir.

118. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dəlillərinə məhkəmənin mövqeyi: Polislərin təzyiqi və ya aldatması ilə ifadə vermələri barədə dəlil: - Hər iki təqsirləndirilən şəxs məhkəmədə ibtidai istintaqa verdikləri etirafedici ifadələri polis əməkdaşlarının təzyiqi və ya onları aldatması nəticəsində verdiklərini iddia etsələr də, bu dəlillər təqsirləndirilən şəxsin şifahi ifadələrindən başqa digər hər hansı dəlil və ya sübut ilə öz təsdiqini tapmır. - Məhkəmə-tibbi ekspertizalarının rəylərinə görə, onların bədənində heç bir xəsarət aşkar edilməmişdir. - Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilən məktub və tibbi kitabçanın surətlərinə əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin bədənlərində xəsarət müəyyən edilməmişdir. - Onlar ibtidai istintaqın bütün mərhələlərində, o cümlədən barələrində həbs qətimkan tədbiri seçilərkən məhkəmə qarşısında hər hansı təzyiqə məruz qalmaları barədə şikayət etməmişlər. - Məhkəmədə dindirilmiş polis əməkdaşları da onlara qarşı hər hansı təzyiq və ya razılaşma faktını inkar etmişlər. Yalnız istifadəçi olmaları və satışla məşğul olmamaları barədə dəlil: Bu iddia aşağıdakı sübutların məcmusu ilə tam təkzib olunur: - Onların yaşadıqları evə baxış zamanı külli miqdarda psixotrop maddə olan metamfetaminlə yanaşı, satış üçün hazırlanmış 6 ədəd bükümdə marixuana, 1 ədəd siqaretə doldurulmuş marixuana və elektron tərəzi aşkar edilmişdir. Hər iki təqsirləndirilən şəxs Ramilə və Əlican polis əməkdaşları tərəfindən evə baxış zamanı evdə altı "baş" nəşə, təxminən 0,4-0,5 qram metamfetamin və bir ədəd dərman həbinin olduğunu özləri səmimi etiraf etmişdir. - Şahid7 ifadəsində Ramilə və Əlicanın narkotik satdıqlarını, onlardan dəfələrlə pul müqabilində narkotik aldığını və həmin evdə istifadə etdiyini bildirmişdir. - Şahid5 da ifadəsində Ramilə və Əlicandan psixotrop maddə aldığını, onların yaşadığı evdə narkotik qəbul etməyə şərait yaradıldığını təsdiq etmişdir. - İş materiallarında olan telefon danışıqları və SMS yazışmaları təqsirləndirilən şəxslərin narkotik vasitələrin dövriyyəsi ilə intensiv məşğul olduqlarını tam sübut edir. Bundan əlavə, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 dərman həbi almasını inkar etsə də, Təqsirləndirilən şəxs1 öz ifadəsində ona dərman verdiyini etiraf etmişdir.

119. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxslərin müdafiələri üçün gətirdikləri bütün dəlilləri əsassız hesab edir və onların hər birinə elan olunmuş ittiham maddələri üzrə təqsirliliyinin tam sübuta yetirildiyini qəbul edir.

120. Məhkəmə, tədqiq edilmiş sübutların məcmusuna əsasən, hər bir təqsirləndirilən şəxsə elan olunmuş ittiham maddələri üzrə onların əməllərində Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu qənaətinə gəlir: Təqsirləndirilən şəxs1 münasibətdə CM-in 234.4.1 və 234.4.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda satış məqsədilə psixotrop maddələri qanunsuz əldə etmə, saxlama, daşıma və satma): Onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la cinayət əlaqəsinə girərək külli miqdarda (ümumi 4,798 qram) metamfetamini satış məqsədilə əldə etməsi, bir hissəsini (2,353 qram) üzərində saxlayıb daşıması, digər hissəsini (2,445 qram) isə satış üçün digər iştirakçılara verməsi faktları şahid ifadələri, telefon yazışmaları və ekspertiza rəyləri ilə sübuta yetirilmişdir.

121. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda satış məqsədilə narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə etmə, saxlama, daşıma): Onların Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girərək külli miqdarda (2,445 qram) metamfetamini ondan satış məqsədilə əldə edib yaşadıqları evdə saxlamaları, həmçinin başqa mənbədən satış məqsədilə 1,29 qram marixuana əldə edib saxlamaları faktı evə baxış protokolu, ekspertiza rəyi, şahid ifadələri və telefon yazışmaları ilə təsdiqini tapmışdır. CM-in 238.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama) ittihamı üzrə onların yaşadıqları mənzildə digər şəxslərin (Şahid5 və Şahid7) narkotik vasitə və psixotrop maddə qəbul etmələrinə mütəmadi olaraq şərait yaratmaları, bunun üçün lampa və digər avadanlıqları saxlamaları şahid ifadələri ilə sübuta yetirilmişdir. CM-in 240.2.1-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən güclü təsir edən maddələri satış məqsədilə qanunsuz əldə etmə, saxlama) ittihamı üzrə onların satış məqsədilə tərkibində güclü təsir edən maddə olan qabapentin dərman həbini əldə edib evlərində saxlamaları faktı evə baxış protokolu və ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu əsasında təqsirləndirilən şəxslərin əməllərində onlara elan olunmuş ittiham maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin bütün zəruri elementlərinin (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) mövcudluğu tam və birmənalı şəkildə sübuta yetirilmişdir.

122. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

123. Beləliklə, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməllərinin CM-in 234.4.1 və 234.4.3-cü maddələrinə, Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələrinə, Təqsirləndirilən şəxs3 oğlunun əməllərinin CM-in 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələrinə tövsif edilməsi düzgün hesab edilməlidir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 238.2.1-ci maddələrində nəzərdə tutulan əməllər ağır, CM-in 240.2.1-ci maddəsində nəzərdə tutulan əməllər az ağır cinayətlərdir.

124. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

125. CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

126. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

127. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq metamfetamin külli miqdar təşkil edir.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

128. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

129. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

130. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur.

131. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri).

132. Məhkəmədə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir.

133. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

134. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1, 234.4.2, 234.4.3, 238.2.1 və 240.2.1-ci maddələrin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

135. Məhkəmə həmçinin təqsirləndirilən şəxslərin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

136. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

137. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər.

138. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

139. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onların faktiki həbsə alındığı andan, Təqsirləndirilən şəxs1 münasibətdə xx.xx.2024-cü il tarixdən, Təqsirləndirilən şəxs3 münasibətdə xx.xx.2024-cü il tarixdən və Təqsirləndirilən şəxs2 münasibətdə xx.xx.2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

140. Məhkəmə hökmün 47-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.

141. Məhkəmə hökmün 82-ci bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.

142. Məhkəmə hökmün 83-cü bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.

143. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 2,245 qram qalığı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları evdən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 2.203 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 1.15 qram qalığı, qabapentin dərman həbinin ekspertiza tədqiqatından sonrakı 0,5 kapsul qalığı, 04 ədəd lampa, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.

144. "xxxx" MMC-nin məktubuna əlavə edilmiş 02 ədəd disk və şəxsi axtarış və baxış keçirilərkən videogörüntünü özündə əks etdirən 02 ədəd disk olmaqla, ümumilikdə 04 (dörd) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.

145. Azərbaycan Respublikası CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

146. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan – 255 (iki yüz əlli beş) manat 59 (əlli doqquz) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə tutulub Ədliyyə Nazirliyinin Məhkəmə X8 Xəzinədarlığı Agentliyinin 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTRE AZ 22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN**********, hesab AZ34 CTRE ******************** dövlət büdcəsinə ödənilməlidir.

147. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

148. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.

149. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

150. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 4 mart 2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3cü, 238.2.1 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 238.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 240.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3cü, 238.2.1 və 240.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 238.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası və CM-in 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 2,245 qram qalığı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları evdən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonrakı 2.203 qram qalığı, narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 1.15 qram qalığı, qabapentin dərman həbinin ekspertiza tədqiqatından sonrakı 0,5 kapsul qalığı, 04 ədəd lampa, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 04 (dörd) ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 255 (iki yüz əlli beş) manat 59 (əlli doqquz) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər şəkildə (hərəsindən 85 (səksən beş) manat 20 (iyirmi) qəpik) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar