Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-107/2022 11.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və X4 iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Neftçala rayonu, Həsənabad kəndində qeydiyyatda olmaqla yaşayan, 13 aprel 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx xxxx 1986-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, 13 aprel 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair və xx xxxx 1982-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli,əvvəllər məhkum olunmamış, işsiz, Sabirabad rayonu, Güdəcühür kəndində qeydiyyatda olmaqla orada yaşamış, 13 aprel 2021-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfarns əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası vətəndaşları olan tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram heroini və təmiz halda çəkisi 1010 qram marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, cinayətkar qrupun üzvü, istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı 06 aprel 2021-ci il tarixdə bu barədə ona məlumat verdikdən sonra, o, cinayətkar qrupun digər üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi “Hundai ix 35” markalı, AZ **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Füzuli rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 11-ci sahənin arxa tərəfində, Füzuli rayonunun Arayatlı kəndi istiqamətində əkin sahəsindən bir ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram heroini və təmiz halda çəkisi 1010 qram marixuananı 07 aprel 2021-ci il tarixdə, saat 02 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası vətəndaşları olan tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, şəxsiyyəti istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram heroini və təmiz halda çəkisi 1010 qram marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, cinayətkar qrupun üzvü, istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı 06 aprel 2021-ci il tarixdə bu barədə Təqsirləndirilən şəxs3 məlumat verdikdən sonra, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi “Hundai ix 35” markalı, AZ **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Füzuli rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 11-ci sahəsinin arxa tərəfində, Füzuli rayonunun Arayatlı kəndi istiqamətində əkin sahəsindən bir ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram heroini və təmiz halda çəkisi 1010 qram marixuananı 07 aprel 2021-ci il tarixdə saat 02 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 satış məqsəi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə, təmiz halda çəkisi 0,832 qram metafetamini istintaqa məlum olmayan şəxsdən, istintaqa məlum olmayan vaxtda və məkanda əldə etmiş, özündə saxlayaraq, 06 aprel 2021-ci il tarixdə özünün idarə etdiyi “Hundai ix 35” markalı, AZ **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Füzuli rayonu ərazisinə gedərkən əynində olan gödəkçəsində və şalvarında gizlədərək daşımış, Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq şəxsi axtarış keçirilən zaman onun üzərindən, yəni gödəkçəsindən və şalvarından iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,567 qram və 0,265 qram, ümumi təmiz halda çəkisi 0,832 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası vətəndaşları olan tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, şəxsiyyəti istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram heroini və təmiz halda çəkisi 1010 qram marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, cinayətkar qrupun üzvü, istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı 06 aprel 2021-ci il tarixdə bu barədə Təqsirləndirilən şəxs3 məlumat verdikdən sonra, o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun idarə etdiyi “Hundai ix 35” markalı, AZ **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Füzuli rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 11-ci sahəsinin arxa tərəfində, Füzuli rayonunun Arayatlı kəndi istiqamətində əkin sahəsindən bir ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram heroini və təmiz halda çəkisi 1010 qram marixuananı 07 aprel 2021-ci il tarixdə saat 02 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o tutulandan bir il əvvəl Samirə adlı qadın vasitəsi ilə İranlı Dadaşla tanış olmuşdur. Tutulandan bir ay əvvəl Dadaş ona narkotik vasitə göndərdiyini və onu götürməsini dediyindən o Həsənlə birlkdə Dadaşın Füzuli rayonunda dediyi yerə getsələr də Dadaş narkotiki göndərə bilmədiyini dediyindən onlar geri qayıtmışlar. Həsəni o İranlı Dadaşla tanış etmişdir. Sonra Dadaş ona zəng edib Füzuli rayonu ərazisində narkotik vasitə qoyduğu yeri ona bildirmiş o da Həsənə Füzuli rayonuna getməli olduğunu demiş və Həsən Rentakardan maşın götürmüşdür. Sevda da onlarla getmişdir. Lakin onlara Füzulu rayonuna bacısının göndərdiyi şampun və sair əşyaları götürmək üçün getdiyini demişdir. O Həsənə 1 qram iki papirosluq pati (metafetamin) vermişdir. 07 aprel 2021-ci ildə onlar Füzuli rayonun Arayatılı kəndinə gedərək o Dadaşın dediyi işıq dirəyinin yaxınlığında maşından düşüb, işıq dirəyinə yaxınlaşmaq istəyərkən sərhədçilər onu saxlamışlar. O narkotik vasitə olan bağlamanı götürə bilməmişdir. Sərhədçilər işıq dirəyinin yaxınlığından Dadaşın ona göndərdiyi bağlamanı götürmüşlər. Sonra da onların iştirakı ilə bağlamaya baxış keçirilmişdir. Bağlamada heroin, tiryək və marixuana olmuşdur. O ifadəsində əlavə olaraq göstərmişdir ki, Həsənin və Sevdanın həmin bağlamada narkotik olmasından məlumatları olmamışdır. Narkotiki o götürməyə cəhd edərkən onu tutmuşlar. Sürəyya Dadaşın arvadıdır. Saxlanılarkən onlara heç bir təsir və təzyiq olunmamışdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs İxtiyar Dadşovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə dindirilərkən özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il əvvəl Samirə adlı qadın tanışı vasitəsi ilə Dadaş adlı iranlı ilə tanış olmuşdur. Dadaş adlı şəxslə mütəmadi olaraq “WhatsApp” mobil tətbiqi üzərindən əlaqə saxladıqları zaman, Dadaş ona özünün İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaq yolla narkotik vasitələr göndərdiyini bildirmişdir. Onun həmin narkotik vasitələri qoyulduğu yerdən götürüb deyəcəyi şəxsə və yaxud da yerə qoymasını təklif etdiyində hər dəfə Dadaşın təkliflərini rədd etmişdir. xx.xx.2021-ci il tarixdə saxlanılmasından təxminən 1 ay əvvəl Dadaş ona, İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaq yolla narkotik vasitə göndərdiyini bildirmiş, ondan həmin narkotik vasitəni olduğu yerdən götürüb deyəcəyi yerə apara bilib-bilməyəcəyini maraqlanmışdır. O, Dadaşın bu təklifi ilə razılaşmış, bu işi görməsinin qarşılığında Dadaş ona pul veriləcəyini desə də həmin pulun miqdarı barədə hansısa bir razılaşma əldə etməmişlər. Dadaş narkotik vasitənin Beyləqan rayonu, Daşburun qəsəbəsi istiqamətində olduğunu demişdir. Dadaşın dediyi yerdən narkotik vasitələri əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs2la birlikdə qeyd olunan yerə doğru hərəkət etmişlər. Lakin Həsəni aldadaraq bacısının İran İslam Respublikasından çanta göndərdiyini, həmin çantanı götürəcəklərini demişdir. Dadaşın dediyi ünvana çatdıqda sonuncu onunla əlaqə saxlayaraq geri qayıtmalarını demiş, həmin vaxt Dadaşdan bunun səbəbini soruşduqda, sonuncu ona narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirəcək şəxsin yas mərasiminin olduğunu bildirmişdir. Beləliklə də, Həsənlə birlikdə geriyə, yəni Bakı şəhərinə qayıtmışlar. 06 aprel 2021-ci il tarixdə Dadaş “WhatsApp” mobil tətbiqi üzərindən əlaqə saxlayaraq qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına narkotik vasitələr göndərdiyini, həmin narkotik vasitələrin Beyləqan rayonu, Daşburun qəsəbəsində olduğunu demişdir. Narkotik vasitələri olduğu yerdən götürüb deyəcəyi yerə aparmasını, Bakı şəhərində onu qarşılıyıb içərisində narkotik vasitələr olan bağlamanı götürücəklərini bildirmişdir. Dadaşla razılaşdıqdan bir qədər sonra tanışı Təqsirləndirilən şəxs2 qaldığı evə gedib sonuncudan özü ilə birlikdə Beyləqan rayonu, Daşburun qəsəbəsinə getməsini istəmiş və bacısının İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaq yolla aksiz markası olmayan siqaretlər göndərdiyini demişdir. Həmin vaxt Həsənin qeyri-rəsmi nigahda olduğu Sevda adlı qadın onların başqa qadının yanına getdiklərini düşünüb Həsəni qısqandığından onlarla birlikdə rayona gedəcəyini bildirmişdir. Bundan sonra birlikdə Beyləqan rayonu, Daşburun qəsəbəsinə getmək üçün avtomaşın icarəyə verilən yerə gedib “Hundaı” markalı avtomaşın kirayələyərək 06 aprel 2021-ci il tarixdə yola düşmüşlər. 07 aprel 2021-ci il tarixdə saat 01 radələrində Beyləqan rayonu, Daşburun qəsəbəsinə çatmış, avtomaşından düşüb Dadaşla əlaqə saxlayıb sonuncuya dediyi əraziyə çatdığını bildirdikdə Dadaş ona Füzuli rayonu, Arayatlı kəndi istiqamətində getməsini demiş və “WhatsApp”-la fotoşəkil göndərərək narkotik vasitələrin həmin yerdə olduğunu bildirmişdir. Bundan sonra avtomaşına əyləşib Həsənə Füzuli rayonu, Arayatlı kəndinə getməli olduqlarını demiş, Həsən həmin yeri tanımadığını demiş, o, naviqator vasitəsi ilə qeyd olunan yeri taparaq Füzuli rayonu, Arayatlı kəndi istiqamətində hərəkət etmişlər. Füzuli rayonu, Arayatlı kəndində təbii ehtiyacını ödəmək istədiyi üçün Həsənə avtomaşını “Arayatlı kəndi” yazısı olan yerə çatdıqdan sonra 4-cü işıq dirəyinin yaxınlığında saxlamasını demiş, Həsən avtomaşını qeyd olunan yerdə saxladıqdan sonra avtomaşından düşərək yaxınlıqda olan əkin sahəsinə doğru hərəkət etmişdir. Dadaşın dediyi, içərisində narkotik vasitələr olan bağlamanı axtarıb tapdıqdan sonra həmin bağlamanı götürüb avtomaşına doğru getmək istədikdə kimsə uca səslə “Dayan” deyə qışqırmışdır. Bu vaxt qorxusundan əlində olan bağlamanı yerə tullayıb ərazidən qaçmaq istədikdə sərhədçilər tərəfindən saxlanılmışdır. Saxlanıldığı yerin yaxınlığından əlindən tulladığı bir ədəd bağlama aşkar edilmişdir. Bundan sonra onunla birlikdə saxlanıldığı əraziyə gələn Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da saxlanılmışdır. Sonradan saxlanıldığı ərazidə aşkar edilmiş, “Dayan” çağırış komandası verilən zaman qorxduğu üçün əlindən tulladığı bağlamanın içərisinə iştirakı ilə baxış keçirilərkən həmin bağlamanın içərisindən müxtəlif növlü narkotik vasitələr aşkar edilmişdir. X17 Respublikası vətəndaşı Dadaşın göndərdiyi narkotik vasitələrdən, digər vaxtlarda isə adını bilmədiyi şəxslərdən əldə etdiyi narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Dadaş onun əldə edib saxladığı içərisində narkotik vasitələr olan bağlamanı kiməsə vermək barədə nəsə bir söz deməmiş, həmin bağlamanı Bakı şəhərinə gətirdikdən sonra Dadaşın sonradan deyəcəyi adamlar ondan həmin bağlamanı götürəcəkmişlər. Saxlanılmalarından təxminən 01 ay əvvəl Təqsirləndirilən şəxs2la birlikdə Beyləqan rayonuna narkotik vasitə götürmək üçün getsələr də, Həsənə yalandan bacısının İran İslam Respublikasından göndərəcəyi sumkanı götürəcəyini demişdir. Əslində isə İran İslam Respublikasında bacısı olmamışdır. İran İslam Respublikası vətəndaşı Dadaş adlı şəxsin müxtəlif vaxtlarda göndərdiyi narkotik vasitələri Bakı şəhərində sonuncunun dediyi yerdən əldə edib xatırlamadığı şəxslərə satmışdır. Dadaşın narkotik vasitələri hansı yolla Bakı şəhərinə göndərdiyindən məlumatı olmamış, sadəcə olaraq narkotik vasitələrin olduğu yerin şəkli ona göndərildikdən sonra şəkildə göstərilən yerdən narkotik vasitəni əldə etmişdir. Təqsirləndirilən şəxs2 istifadə etməsi üçün 3 dəfə psixotrop maddə olan metamfetamin vermiş, lakin sonuncunun həmin metamfetamini satdığından, yaxud istifadə etdiyindən məlumatı olmamışdır. Ola bilsin ki, Həsən ondan əldə etdiyi həmin metamfetamini satmışdır. Həsənin üzərindən aşkar edilmiş metamfetamini də ona istifadə etməsi üçün özü vermişdir. Həmin metamfetamini də saxlaılmalarından təxminən 01 ay əvvəl Dadaş göndərdiyi şəkildəki yerdən əldə etmişdir. Təqsirləndirilən şəxs2 Dadaş adlı İran İslam Respublikası vətəndaşı ilə özü tanış etmiş, onların bir-biriləri ilə danışıqlarını təşkil etmişdir. Həmin danışıqlarda Həsənin Dadaşla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar danışmasını Həsəndən istəmiş və sonuncuya bununla bağlı səs yazısını Dadaş adlı iranlıya göndərməsini bildirmişdir. Dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o İxtiyardan bir iki bükümdə pati almışdır.İxtiyar ona Füzulu rayonuna bacısının irandan pampers göndərməsini və onu götürmək üçün getməsini demişdir. Ona görə də o Rentakardan maşın götürmüş və maşına 100 manat vermişdir. Sevda da onlarla getmişdir. Füzuli rayonunda İxtiyar bir işıq dirəyinin yanında maşını saxlatdırıb ayaqyouna getmək istədiyini demiş və o işıq dirəyinə yaxınlaşarkən polislər onları saxlamışlar. O fadəsində əlavə olaraq göstəmişdir ki, o əvvəllər İxtiyarla narkotik satışı ilə əlaqədar olaraq danışmışdır. Bakı şəhərində Naximov adlanan ərazidə İxtiyardan 5-6 parirosluq marixuana almışdır. Həmin marixuanadan uşaqlarada vermişdir. O hadisədən əvvəl bir dəfə də İxtiyarla Füzuli rayonuna bacısının göndərdiyi əşyaları (pampersi) götürmək üçün getmişdir. Həmin vaxt o Rentakardan avtomobil götürmüş və ona görə İxtiyar ona 100 manat ödəmişdir. 1000 manat pulun ödənməsi ilə əlaqədar olaraq Dadaşa o çeki atmışdır. Sevda 1000 manat barədə bilirdi. Lakin bu iş (narkotik) barədə bilmirdi.Saxlanılarkən onun üstündən metafitamin aşkar olunub. Lakin onlar Füzuliyə gedərkən Həsəndən alıb geydiyi gödəkçənin cibindən aşkar olunub. Həmin narkotik İuxtiyara məxsusdur. Saxlanılarkən onlara heş bir təsir və təzyiq olunmaışdır. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və hazırki məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə dindirilərkən verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxlanılmasından təxminən 1 ay əvvəl Təqsirləndirilən şəxs3 adlı tanışı əlaqə saxlayıb onunla birlikdə Beyləqan rayonu Daşburun qəsəbəsinə getməsini istəmişdir. Bacısının ona İran İslam Respublikasından siqaret, şirniyyat göndərdiyini, həmin əşyaların içərisində olduğu bağlamanı Beyləqan rayonundan götürmək lazım olduğunu demişdir. İxtiyarla razılaşaraq həmin yerə getmək üçün avtomaşın icarəyə verilən yerə gedib bir ədəd hazırda xatırlamadığı bir avtomaşın kirayələyib Beyləqan rayonu Daşburun qəsəbəsi istiqamətində hərəkət etmişlər. Qeyd olunan ünvana çatdıqda İxtiyar kiminləsə mobil telefonla əlaqə saxladıqdan sonra geriyə qayıtmalarını demişdir. Bundan sonra geriyə, Bakı şəhərinə qayıtmışlar. 06 aprel 2021-ci il tarixdə Sevda ilə birlikdə evdə olduqları zaman İxtiyar onların yanına gəlib ona yenidən Beyləqan rayonu Daşburun qəsəbəsinə getmək lazım olduğunu dedikdə onunla razılaşmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs1 təkidlə onlarla birlikdə getmək istədiyini bildirdiyi üçün Sevda ilə razılaşmışlar. Birlikdə Beyləqan rayonu, Daşburun qəsəbəsinə getmək üçün avtomaşın icarəyə verilən yerə gedib bir ədəd “Hyundaı” markalı avtomaşın kirayələyərək birlikdə 06 aprel 2021-ci il tarixdə yola düşmüşlər. 07 aprel 2021-ci il tarixdə saat 01 radələrində Beyləqan rayonu, Daşburun qəsəbəsinə çatdıqda İxtiyar avtomaşından düşüb kiminləsə telefonla danışmışdır. Avtomaşına mindikdə Füzuli rayonu, Arayatlı kəndi istiqamətində getmək lazım olduğunu demişdir. Həmin vaxt İxtiyara qeyd olunan ərazini tanımadığını demiş, İxtiyar naviqator vasitəsi ilə həmin ərazini tapa biləcəklərini bildirmişdir. Naviqatorun köməkliyi ilə Füzuli rayonu, Arayatlı kəndi ərazisinə çatdıqlarında İxtiyarın dediyi kimi 4-cü işıq dirəyinin yaxınlığında avtomaşını saxlamış, İxtiyar avtomaşından düşüb yaxınlıqda olan əkin sahələrinə doğru hərəkət etmişdir. Avtomaşının qapısını açaraq bir ayağı çöldə olmaqla siqaret çəkməyə başlamışdır. Bir qədər sonra ərazidən səs-küy gəldiyini eşidərək avtomaşından düşüb “İxtiyar” deyə səslənmiş, qarşılıq ala bilmədiyindən avtomaşına əyləşib ərazidən uzaqlaşmaq istəyərkən sərhədçilər tərəfindən saxlanılmışdır. Sonradan ona məlum olmuşdur ki, tanışı İxtiyar əkin sahələrinə doğru hərəkət edib saxlanıldığı ərazidən içərisində narkotik vasitələr olan bağlamanı əldə etikdən sonra sərhədçilər tərəfindən saxlanılıb. Saxlanıldıqdan sonra İxtiyarın narkotik vasitə əldə etmək üçün saxlanıldığı yerə getdiyini bilmiş, Sevda ilə birlikdə yalnız İxtiyara yol yoldaşı olmuşlar. Həm onun, həm də Sevdanın Təqsirləndirilən şəxs3 narkotik vasitə əldə etmək üçün saxlanıldıqları əraziyə getdiyindən məlumatları olmamış, Dadaş adlı iranlının İxtiyara içərisində narkotik vasitələr aşkar edilmiş bağlamanı nə edəcəyi barədə nə dediyindən məlumatları olmamışdır. Üzərinə baxış keçirilən zaman əynində olan isti gödəkçədən və şalvardan narkotik vasitələr aşkar edilmiş, əynində olan gödəkçədən aşkar edilmiş narkotik vasitələr ona aid olmamış, belə ki, həmin gödəkçə İxtiyara məxsus olmuş, həmin gödəkçənin içində nə olduğundan məlumatsız olmuşdur. Yolda olduqları zaman üşüdüyündən İxtiyardan həmin gödəkçəni götürüb geyinmişdir. Şalvarının cibindən aşkar edilmiş narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirmişdir. Saxlanılmalarından təxminən 01 ay əvvəl Beyləqan rayonuna İxtiyarla birlikdə getdiklərində sonuncu ona, bacısının İran İslam Respublikasından göndərəcəyi sumkanı götürəcəyini demişdir. Əvvəllər Dadaş adlı iranlı dəfələrlə qaçaq yolla narkotik vasitələr göndərmiş və o, həmin narkotik vasitələri İxtiyarın vasitəsi ilə əldə edib satmışdır. İxtiyarın həmin narkotik vasitəni iranlı Dadaşdan necə, hansı yolla əldə etməsindən məlumatsızdır. İxtiyar ona istifadə etməsi üçün metamfetamin versə də o, həmin metamfetamini satmışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılandan təxminən iki il əvvəl Həsənlə tanış olaraq onunla ər-arvad kimi yaşamışlar.06 aprel 2021-ci il tarixdə Həsən İxtiyarla rayona getmək istəmişlər . O da Həsəni qısqanaraq şübhələndiyindən onlarla birlikdə getmişdir. Yolda olarkən İxtiyar bir-iki dəfə kiminləsə danışmışdır. Onlar Füzulu rayonuda olarkən İxtiyar maşından düşmüş həmin vaxt onları saxlamışlar. O İranlının arvadı Sürəyya ilə telefonla danışmışdır. Sürəyya ona zəng edərək İxtiyarın telefonu açmadığını demişdir. Onun telefonunda İxtirarın adının 2111 yazmasının səbəbini deyə bilmir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunan cinayət əməllərini törətmələri məhkəmədə elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkillərinin iştirakları ilə vermiş olduqları ifadələri, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları , maddi sübutlar, sənədlər və işin faktiki halları ilə onlara tamamilə sübutdur. Belə ki, dindirilmiş şahid N nömrəli hərbi hissənin çevik hərəkət taborunun 2-ci çevik hərəkət bölüyünün baş texnik sürücüsü, kiçik gizir Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında 06 aprel 2021-ci il tarixdə saat 22:00-dan 07 aprel 2021-ci il saat 03:00-dək N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 11-ci sahəsinin arxa istiqamətində baş leytenant Şahid2 ilə birlikdə “Pusqu” xidmətinə təyin edilmişlər. Xidmətdə olduqları zaman 07 aprel 2021-ci il tarixdə saat 02:30-da Füzuli rayonu, Arayatlı kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin kəndə çatdıqda yolun kənarında dayandığını və oradan bir nəfərin düşərək əkin sahələrinə doğru hərəkət etdiyini görüb bu barədə dərhal aidiyyatı üzrə məruzə etmişlər. Həmin şəxsin əkin sahəsinin kənarında nə isə axtardığını və orada olan suvarma kanalının içərisindən bir ədəd bağlamanı götürüb avtomobilə doğru hərəkət etdiyini görmüşlər. Bu vaxt Şahid2 tərəfindən “Dayan” çağırış komandası verilmiş, həmin şəxs əlində olan bağlamanı yerə ataraq oradan avtomobilə doğru qaçmaq istədikdə o, həmin şəxsi , Şahid2 isə avtomaşında olan iki nəfər şəxsi saxlamışlar. Onların Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmaları müəyyən edilmişdir. Sonra da Təqsirləndirilən şəxs3 götürdüyü bağlamaya baxış keçirildikdə içərisindən müxtəlif növlü narkotik vasitələr və psixotrop maddə aşkar edilmişdir. Dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verdi. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 aprel 2021-ci il tarixdə onu və Şahid4 16-cı sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər.Orada hadisə yerinə və hadisə yerindən aşkar edilərək götürülmüş bağlamaya baxış keciriləcəyini bildirmişlər. Bundan sonra hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 saxlanıldığı yeri əli ilə göstərmişdir. Həmin yer Füzuli rayonu, Arayatlı kəndi yaxınlığında olan əkin sahəsi olmuşdur. Təqsirləndirilən şəxs3 saxlanıldığı yerdən aşkar edilərək götürülmüş bağlamaya baxış keçirilərkən bağlamanın içərisindən 5 ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman heroin, marexuana və tiryəkə bənzər maddələr aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarışı keçirilən zaman onun gödəkçəsinin cibindən bir ədəd siqaretə doldurulmuş vəziyyətdə marixuanaya , Təqsirləndirilən şəxs2 şəxsi axtarışı keçirilən zaman isə gödəkçəsinin və şalvarının cibindən beş ədəd xırda ölçülü bükümlərdə marixuana, bir ədəd xırda bükümdə ağ rəngli maddə və bir ədəd xırda bükümdə açıq qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Sonra da həmin bükümlər qablaşdırılmışdır. Bundan başqa “Hundaı İX 35” markalı, “**-VS-***” seriya nömrəli avtomaşına baxış keçirilmiş , lakin baxış zaman həmin avtomaşından hansısa qanunsuz əşya və predmet aşkar edilməmiş, bütün bu barədə protokollar tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə ittiham və müdafiə tərəfin razılığı gəlməyən Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, 07 aprel 2021-ci il tarixdə onu və Şahid4 16-cı sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Xidməti otaqda onlara bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitələr, psixotrop maddə olan bağlamanı götürdüyü hadisə yerinə, hadisə yerindən aşkar edilərək götürülmüş qeyd olunan bağlamaya, Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə hadisə yerinə gəldiyi avtomaşına, həmçinin qeyd olunan şəxslərin üzərilərinə baxış keçiriləcəkdir. Bundan sonra onlara hüquq və vəzifələri izah olunmuş və razılıqları olduqdan sonra baxış başlanılmışdır. Bundan sonra hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs3 saxlanıldığı yeri əli ilə göstərmişdir. Həmin yer Füzuli rayonu, Arayatlı kəndi yaxınlığında olan əkin sahəsi olmuş, həmin yerə baxış zamanı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 saxlanıldığı yerdən 4 metr aralıda bir ədəd politilen bağlama aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs3 həmin, aşkar edilmiş bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmiş, bununla da baxış başa çatmışdır. Bundan başqa Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs3 saxlanıldığı yerdən aşkar edilərək götürülmüş bağlamaya baxış keçirilərkən bağlamanın içərisindən sıx yapışqan lentlə sarılmış 5 (beş) ədəd bükümlər aşkar edilmişdir. Həmin bükümlərə baxış keçirilən zaman tünd rəngli, kəskin qoxulu, heroinə bənzər maddə, kəskin qoxulu, ot şəkilli marexuanaya bənzər maddə və tünd qəhvəyi rəngli, kəskin qoxulu, tiryəkə bənzər maddə aşkar edilmişdir. Qeyd olunan maddələr çəkilmiş, tiryəkə bənzər maddənin qablaşma ilə birlikdə çəkisi 4774 qram, heroinə bənzər maddənin qablaşma ilə birlikdə çəkisi 1018 qram, marexuanaya bənzər maddənin çəkisi isə 1020 qram təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 şəxsi axtarışı keçirilən zaman gödəkçəsinin cibindən bir ədəd siqaretə doldurulmuş vəziyyətdə kəskin qoxulu, ot şəkilli marexuanaya bənzər maddə, Təqsirləndirilən şəxs2 şəxsi axtarışı keçirilən zaman isə gödəkçəsinin və şalvarının cibindən beş ədəd xırda ölçülü bükümlərdə kəskin qoxulu, ot şəkilli marexuanaya bənzər maddə, bir ədəd xırda ölçülü bükümdə ağ rəngli, kristallik, kəskin qoxulu maddə və bir ədəd xırda ölçülü bükümdə açıq qəhvəyi rəngli kəskin qoxulu maddə olmaqla ümumilikdə 7 ədəd büküm aşkar edilmiş, həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanıldığı əraziyə gəldikləri “Hundaı İX 35” markalı, “**-VS-***” seriya nömrəli avtomaşına baxış keçirilən zaman həmin avtomaşından hansısa qanunsuz əşya və predmet aşkar edilməmiş, bütün bu hallar barədə müvafiq rəsmiləşdirmə işləri aparılaraq tərtib edilmiş protokollar iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissənin komandiri polkovnikleytenant Zəfər Bayramovun 12 aprel 2021-ci il tarixli 16/856 nömrəli məktubundan görünür ki, 08 aprel 2021-ci il tarixdə saat 02:30-da 16-cı sərhəd zastavasının 11-ci sahəsinin arxa istiqamətində “Pusqu” xidmətinə təyin edilmiş sərhəd naryadları Füzuli rayonu, Arayatlı kəndi istiqamətində bir avtomobilin hərəkət etdiyini, həmin avtomobilin qeyd olunan kənddə olan əkin sahələrinin yaxınlığında dayandığını, içərisindən bir nəfər şəxsin düşərək əkin sahələrinə doğru hərəkət etdiyini, oradan bir ədəd torbanı götürüb ərazidən uzaqlaşdığını görmüş, bundan sonra həmin şəxs saxlanılmış, saxlanıldığı ərazidən bir ədəd torba aşkar edilərək götürülmüşdür. Bundan sonra saxlanılmış şəxsi qeyd olunan hadisə yerinə gətirmiş avtomobilə sərhəd naryadı yaxınlaşmış, orada daha iki nəfər şəxsin olduğunu aşkar etmişdir. Cinayət işinin materiallarında olan 07 aprel 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer N nömrəli hərbi hissənin 16-cı sərhəd zastavasının 11-ci sahəsidir. Həmin istiqamətdə Füzuli rayonu, Arayatlı kəndi yaxınlığında əkin sahəsində saxlanılmış Təqsirləndirilən şəxs3 saxlanıldığı yerdən bir ədəd bağlama aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 həmin bağlamanı götürmək üçün əraziyə gəldiyini bildirmişdir. Cinayət işinin materiallarında olan 07 aprel 2021-ci il tarixli aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 saxlanıldığı ərazidən aşkar olunaraq götürülmüş olan bağlamaya baxış keçirilən zaman içərisindən bükümlə birlikdə çəkisi 1018 qram olan tünd rəngli, kəskin qoxulu, heroinə bənzər maddə, bükümlə birlikdə çəkisi 4774 qram olan tünd qəhvəyi rəngli, kəskin qoxulu, tiryəkə bənzər maddə və bükümlə birlikdə çəkisi 1020 qram olan kəskin qoxulu, ot şəkilli, marixuanaya bənzər maddə aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan 07 aprel 2021-ci il tarixli aşkar olunmuş predmetlərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman əynində olan gödəkçəsinin cibindən 1 ədəd siqaretə doldurulmuş narkotik vasitə olan marixuanaya bənzər maddə, Təqsirləndirilən şəxs2 üzərinə baış keçirilən zaman isə əynində olan gödəkçəsinin və şalvarının ciblərindən ümumilikdə 7 ədəd xırda ölçülü bükümlər aşkar olunmuşdur. Həmin bükümlərdən 5 ədədinin daxillərində narkotik vasitə olan marixuanaya bənzər maddə, 1 ədədinin daxilində ağ rəngli kütlə, 1 ədədinin daxilində isə açıq qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 12 aprel 2021-ci il tarixli 6/1430 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış zərfdəki 2 ədəd bükümdə ümümi təmiz çəkisi 0,832 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 1000 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 5 ədəd bükümlərdə ümumi təmiz çəkisi 4745 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının 12 aprel 2021-ci il tarixli 7/340 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış zərfdəki 1 ədəd şəffaf sellofan bükümdə və 4 ədəd kağız bükümlərdə ümümi təmiz çəkisi 2,014 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, üzərində “vətəndaş Təqsirləndirilən şəxs3 üzərindən...” sözləri yazılmış zərfdəki 1 ədəd papirosun içərisində tütünlə qarışıq kütlədə təmiz çəkisi 0,329 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bağlamada təmiz çəkisi 1010 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. İşdə olan ibtidai istintaq orqanının 13 aprel 2021-ci il tarixli qərarındadan və rapotdan görünür ki, 4744,85 qram narkotik vasitə olan tiryək qalığı, 999,9 qram narkotik vasitə olan heroin qalığı, 1009,9 qram narkotik vasitə olan qurudulmuş marixuana qalığı, Təqsirləndirilən şəxs2 aşkar edilmiş 0,732 qram metamfetamin qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İşdə olan Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində şəxsiyyəti istintaqa Dadaş adı ilə məlum olan şəxsin İran İslam Respublikasının Germi şəhər sakini 1971-ci il təvəllüdlü X9 olması müəyyənləşdirilmişdir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 09 avqust 2021-ci il tarixli 2766 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 09 avqust 2021-ci il tarixli 2764 nömrəli rəyindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs X2 çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, X7 narkomaniya xəstəliyindən əzab çəkmir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 12 aprel 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus «Sumsung Galaxy J3» markalı qızılı rəngdə mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dür. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə mobil telefonun yaddaşında adı “WWWWWWWW” kimi qeyd edilmiş şəxsin “+98-***-***-**-**” saylı nömrəsi arasında “salam axşamınız xeyir İxtiyarın yoldaşıdı”, “Salam sənin də axşamı xeyir, oldu bacı nömrəniz düşdü, neynək, sayv elərəm qalsın, işim olanda səni yığaram, özüvüzdən muğayət olun, adınızı deyərsən seyv eliyim, mənim adım Surəyyədi, sən də adıvı deyərsən seyv eliyim”, “Dünya, bacı”, xx.xx.2021-ci il tarixdə “ay bacı mənnən bir əlaqəyə çıx, vacibdi”, “Salam bacı nətərsiz, mənə zəng eləmisiz eee, mən yatmışam o vaxtı, üzürlü hesab eliyin”, xx.xx.2021-ci il tarixdə “Salam bacı, evdə yoxam ee, ona görə görməmişəm, bir azdan qayıdacam evə, sənnən danışaram”, “Oldu bacı neynək, elə özüm vurmuşdum ee, dedim İxtiyar qardargilə əmanətləri çatdı, ona görə zəng vurmuşdum, özündən muğayət ol”, “Sağ ol Allah köməyin olsun, çatdı, götürdülər, evdə yoxam, rayondayam, inşallah qayıdım mamamgilə getmişəm, sənə yığacam”, “Neynək canın sağ olsun, özündən muğayət ol, mamangilə də salam yetir”, xx.xx.2021-ci il tarixdə “Ay bacı nə var, nə yox, nə yox, nağayrırsız, neynirsiz, balam yoxsuz setdə, İxtiyar qardaş zad da yoxdu, heç birviz setdə yoxsuz, neynirsiz, nigarançılıq yoxdu, xx.xx.2021-ci il tarixdə “Sağol bacı, sen nətərsən, yaxışıyıq, nə bilim, 1-2 gün idi hamımız xəsdəyik, atam xəsdə idi, başım ona qarışıq idi, sən neynirsən nətərsən?”, “inşallah yaxşı olar, sağalar atan da, Dadaş deyir İxtiyargil də setdən çıxıb, nə xəbər, deyirdi, vəsail satım pul vuracam nə xəbər deyir, nə Həsən setdə olur, nə İxtiyar deyir, İxtiyar qardaşım evdədi? Mən onnan danışım”, “yox indi evdə yoxdu İxtiyar gəlsin inşallah deyərəm səni yığsın, narahat olma mən çatdıraram İxtiyara, dünən İxtiyarın başı qarışıq idi, ona görə telefonu açmır, rayona getmişdi, indi gəlsin inşallah mən deyəcəm sənə yığacaq narahat olma”, “Oldu, neynək bacı, öpürəm, özündən muğayət olun, mənə gəlcək denən əlaqəyə çıxsın”, xx.xx.2021-ci il tarixdə “ay bacı neynirsən, nətərsən, bir zəng vur tez mənə, ya İxtiyara denən, ya özün tez mənnən əlaqəyə çıx, Dadaş vəsail yolluyub, deyirdi əmanət istəmişdi”, “Hə bacı bağışda, üzürlü hesab elə, telefon yanımda deyildi deyə telefona baxmamışam, hə yaxşı indi xəbər eliyirəm, narahat olma”, “Neynək bacı, neynirsiz, nağayrırsız, zəng vurdum İxtiyar qardaşa, dedən Dadaş diyir tez mənnən əlaqəyə çıxsın, tez vacibdi, vəsail gəlib deyirdi”, xx.xx.2021-ci il tarixdə “Nətəsən bacı, nə var nə yox, bayramı da təbrik eliyirəm, bu gün çərşəmbə bayramıdı”, “Salam bacı, sən nətərsən, nağayrırsan, sənin də bayramıvı təbrik eliyirəm, Allah gələn günlərivi xeyir eləsin balannan, ərinnən bir yerdə, bahəm bir yerdə yaşıyasız” məzmununda audio və SMS yazışmalar, xx.xx.2021-ci il tarixdə qeyd olunan İran operatoruna məxsus mobil nömrədən yığılmış, lakin cavablandırılmamış bir neçə audio və video zənglərin olması aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə mobil telefonda adı “Aa” kimi qeyd edilmiş digər Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə 2 ədəd 1000 (min) və 500 (beş) yüz AZN “paypoint” vasitə ilə ödənilmiş qəbzlərin şəkilləri, “Sevda 1000-ə razılaşmadı, 500 manat da day gücnən bəlaynan ordan burdan tapdım, cibimdə indi 1 manat pul var, 200 manata yaxın da borc elədim ordan burdan ki, 500 manat da atım ki 1500 olsun” səs yazısı, daha sonra xx.xx.2021-ci il tarixdə adı “Aa” kimi qeyd edilmiş şəxsin yönləndirdiyi “qaqaş zakazıvı vermişəm, ünvandadılar, dərhal qayıdır evə, deyirəm səninkini hazırlıyar, sənnən əlaqəyə çıxıram” məzmununda səs yazısı, xx.xx.2021-ci il tarixdə “Sevda indi gələcəm o tərəfə, sənin yanıva gələcəm”, xx.xx.2021-ci il tarixdə “Ay Sevda ona iki xətt olmasa, mən oynan danışmasam, heç yerə çıxa bilmərəm başa düşmürsən, o deyəcək ki, atdım vso götürmədin, 700 manat eləçinə it-bat oldu, mən ona ikixətt olmasa, onnan danışmasam, heç yerə tərpənə bilmərəm”, “Getsəydik uje qayıdırdıq ee, səni mən yuxudan durğuzanda saat 3 idi, indiyə getsəydik gəlirdik uje”, xx.xx.2021-ci il tarixdə “Həsən mən də getsəm, sənə birdən pul lazım oldu, mən pul var axı, onu götürəcəm axı, dedim 11-də zadda gedib götürüb verərəm sənə, neynirsən nağayrdın?”, “Ay Həsən noldu mənə bir cavab yazmırsan ki”, “Sevda gəlib yatmışam ee, inanırsan indi durmuşam, heç gözümü aça bilmirəm, danışarıq” məzmununda audio və SMS yazışmalar olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 mobil nömrəsi ilə mobil telefonda adı “2111” kimi qeyd edilmiş digər Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında danışıqların olması müəyyən edilmişdir. Cinayət işinin materiallaqrında olan 12 aprel 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 məxsus «Sumsung Galaxy A41» markalı qara rəngdə mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dır. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə mobil telefonun yaddaşında adı “Dadaw” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrəsi arasında müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq yazışmalar, narkotik vasitə bağlamalarının şəkilləri, həmin narkotik vasitəyə görə ödənilən pula dair qəbz çek şəkilləri olması aşkar olundu. Bundan başqa qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə mobil telefonun yaddaşında adı “İran” kimi qeyd edilmiş, şəxsiyyəti istintaqa Dadaş adı ilə məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrəsi arasında müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq yazışmalar olması, həmin Dadaş adlı şəxsin İxtiyarı tanıması və sonuncuya görə 4000 AZN borca pul götürüb İxtiyarın adına göndərməsi müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 mobil nömrəsi ilə mobil telefonda adı “Sevda İko” kimi qeyd edilmiş digər Təqsirləndirilən şəxs1 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə 2 ədəd 1000 (min) və 500 (beş) yüz AZN “paypoint” vasitə ilə ödənilmiş qəbzlərin şəkilləri, “Sevda 1000-ə razılaşmadı, 500 manat da day gücnən bəlaynan ordan burdan tapdım, cibimdə indi 1 manat pul var, 200 manata yaxın da borc elədim ordan burdan ki, 500 manat da atım ki 1500 olsun” səs yazısı, daha sonra xx.xx.2021-ci il tarixdə adı istintaqa adı “Dadaş” kimi məlum olan şəxsin Təqsirləndirilən şəxs2 göndərdiyi səs yazısının sonuncu tərəfindən Təqsirləndirilən şəxs1 yönləndirildiyi və həmin səs yazısında “qaqaş zakazıvı vermişəm, ünvandadılar, dərhal qayıdır evə, deyirəm səninkini hazırlıyar, sənnən əlaqəyə çıxıram” məzmununda səs yazısı, xx.xx.2021-ci il tarixdə “Sevda indi gələcəm o tərəfə, sənin yanıva gələcəm”, xx.xx.2021-ci il tarixdə “Ay Sevda ona iki xətt olmasa, mən oynan danışmasam, heç yerə çıxa bilmərəm başa düşmürsən, o deyəcək ki, atdım vso götürmədin, 700 manat eləçinə itbat oldu, mən ona ikixətt olmasa, onnan danışmasam, heç yerə tərpənə bilmərəm”, “Getsəydik uje qayıdırdıq ee, səni mən yuxudan durğuzanda saat 3 idi, indiyə getsəydik gəlirdik uje”, xx.xx.2021-ci il tarixdə “Həsən mən də getsəm, sənə birdən pul lazım oldu, mən pul var axı, onu götürəcəm axı, dedim 11-də zadda gedib götürüb verərəm sənə, neynirsən nağayrdın?”, “Ay Həsən noldu mənə bir cavab yazmırsan ki”, “Sevda gəlib yatmışam ee, inanırsan indi durmuşam, heç gözümü aça bilmirəm, danışarıq” məzmununda audio və SMS yazışmalar olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 mobil nömrəsi ilə mobil telefonda adı “İkoo” kimi qeyd edilmiş digər Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq yazışmalar olması, narkotik vasitəyə görə ödənilən pula dair qəbz-çek şəkilləri olması aşkar olundu. Belə ki, həmin yazışmalarda “sən setivi aç aa, setivi aç, hər dəqiqə iranlı zəng eliyə bilər”, “Ay Həsən iranlı zəng eliyib, diyir pul lazımdı mənə, nə qədər pulun varsa gətir, gətir yolluyaq, görək məndə də nə qədərdi, tez pul yükləmək lazımdı iranlıya”, “Hardasan ay həsən tez gəl bura iranlı zəng eliyib”, “Həsən Naximovda birinci NBM var ee, birinci NBM-in yanında 3 nəfər səni gözdüyür, birinə 3 dənə əmanət verəssən, birinə 2 dənə əmanət verəssən, birinə də 1 dənə amanət verəssən, 6 dənə opşi, səndə var da 6 dənə qalmışdı ee, bir dənə yarımı da apar ora”, “Qaqa qapının ağzında maşının yanıda bir dənə oğlan gözdüyür, ona yarım karopka şey ver də, bir dənə də dənə vso pulu karta oturub, ver onu orda gözdüyür”, “Min manatı yüklə də iranlının kartına” məzmununda danışıqlar aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 mobil nömrəsi ilə mobil telefonda adı “İko” kimi qeyd edilmiş digər Təqsirləndirilən şəxs3 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə arasında müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq yazışmalar olması, narkotik vasitəyə bənzər maddənin şəkli və bununla bağlı danışıqların olması aşkar olundu. Belə ki, həmin yazışmalarda “Həsən indi mənə səs yolluyub bu, deyir hələ sabah yolluyacam, deyib hələ bir az baha olacaq ee, həmin qiymətə olmuyacaq, gör öz iranlınnan danış, gör ucuz verirsə qaqa onnan işdiyə bilirsənsə onnan işdə, bu diyir baha olacaq, nə bilim ee”, “Həsən indi zəng eləmişdi iranlı, sənin başıva dönüm sən ya 500, ya 600 düzəldə bilirsənsə sabah allahqoysa at onun kartına, onnan əlaqə saxla, onun kartına at, 500-60 at gəlib sabah atçot eliyərik də, oldu başıva dönüm, mən dedim sabah ötürəcəm 100 faiz, nə qədər imkan var, nə qədər çox ötürə bilirsən ötür də camaat pulunu istiyir başıva dönüm” məzmununda danışıqlar aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 mobil nömrəsi ilə mobil telefonda adı qeyd edilməmiş, Dadaş adlı iranlının həyat yoldaşı, istintaqa adı Surəyya kimi məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında müxtəlif vaxtlarda danışıqların olması aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan 12 aprel 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus «Sumsung Galaxy A10» markalı qara rəngdə mobil telefonda “WhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dır. Qeyd olunan “WhatsApp” proqramında olan mobil nömrə ilə mobil telefonun yaddaşında adı “KAMİ 14” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “***-***-**-**” saylı nömrəsi arasında müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq yazışmalar olması aşkar olundu. Bundan başqa Təqsirləndirilən şəxs3 mobil nömrəsi ilə mobil telefonda adı qeyd edilməmiş, Dadaş adlı iranlının həyat yoldaşı, istintaqa adı Surəyya kimi məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında audio danışığın olması aşkar olunmuşdur. Bundan başqa, qeyd olunan mobil telefonda “FMWhatsApp” proqramı mövcuddur və həmin proqram üçün istifadə olunan mobil nömrə “***-***-**-**”-dır. Qeyd olunan “FMWhatsApp” proqramında olan mobil nömrə ilə mobil telefonun yaddaşında adı “RUA” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “***-***-**-**” saylı və mobil telefonda adı yaddaşa yazılmamış şəxsin istifadəsində olan “***-***-**-**” saylı nömrələr arasında müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq yazışmalar olması aşkar olundu. Bundan başqa Təqsirləndirilən şəxs3 mobil nömrəsi ilə mobil telefonda adı “İNAD 30” kimi qeyd edilmiş, şəxsiyyəti istintaqa Dadaş kimi məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə “Sənin başıva dönərəm elə, yol gedirəm, həmin yerə gedirik də ora, o dəfə getmişdik ee həmin yerə?, sən mənə de də hara gedəcəyik”, “Nə qədər yolun qalır onu mənə de ginən, 1 saata yetişərsən Bəhramtəpənin kruquna?”, “Hə Dadaş mən Səlyandayam, 1 saata çataram ora”, “Dədə keçən reys gəlibsəndə bilirsən haradı, Bəhramtəpə kruqundan dönəcəksən Daşburuna, keçən reys qaqaş Həsənnən gəlmişdin də, Bəhramtəpə kruqu, gəl Bəhramtəpə kruqunda mənə zəng elə”, “Dadaş, çatmışam, burdayam, Daşburunun kruqundayam, Dadaş bizim son nöqtəmiz haradı, hara gedəciyik, bir dənə adresi de də bizə, ancaq biz gedirik elə, bizdən başqa heç zad yoxdu, at, at, at başıva dönərəm elə, Füzulidəyəm” məzmununda audio danışıqların olması aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 mobil nömrəsi ilə mobil telefonda adı qeyd edilməmiş, lakin şəxsiyyəti istintaqa Dadaş kimi məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında xx.xx.2021-ci il tarixdə Dadaş tərəfindən narkotik vasitənin olduğu yerin fotoşəkillərin göndərilməsi, daha sonra “Yeri atda, bura haradı”, “Bu plakatdan dönsün 4-cü işıq dirəyinin dibində”, “Hara dönüb, biz buda qəribəyiy, konum atsında, hansı yoldu, bura, mən bəlkə keçmişəm buranı, Dadaş adresi atsın da başıva dönüm, gedirik ee biz, tapa bilmirik, bir dənə adresi at” məzmununda yazışmalar, daha sonra Dadaş tərəfindən göndərilmiş üzərində “Füzuli rayonu Arayatlı kəndi” yazısı olan lövhə şəkli və “Ay İxtiyar bə noldu, səndən xəbər çıxmadı, niyə zəng vurmadın, poxu götürdün mənə deə götürdüm dənə, necə oldun, itdin batdın, getdin yetişdin?, bir az istirahət elə ginən hə, təbiətdən özün çəkməyə götürərsən, bir də ki özün 1 kilo qaranı götürərsən, klentlərivə verərsən, o birilərini də ünvan qoyacaqsan da, sənə demişəm də özün bilirsən nə cür yaxşı?, Uşaq deyirdi kənardan baxırdım, götürdü çıxdı getdi, bə götürübsən mənə niyə cavab vermirsən, bir dənə mənə cavab ver, bir dənə mənə arxayınçılıq elə ki, sağ salamat gedib çatdın, səhər deyəciyəm kimlərə ver, bir dənə ok yaz, sən bir dənə iki dənədən artıq məndən indiyənəcən mal götürməyibsən ki, sənin birinci barındı ki, məndən bu boyda mal götürürsən, mənə atmaq isdiyirsən?, telefona cavab ver kişisən, özünkünü götür, apar camaatın da malını qoy, qoy götürsün, ebi yox səndə günah yoxdu, sən 1 ildir mənnən işdiyirsən, sənin bir dəfə mənə qucaqlıq pul verəndə görmədim, sən məni aldatdın ki, əmanəti götürüb cavab vermiyəsən əəə, noldu İxtiyar Həsən kimi telefona cavab vermirsən, yavaş yavaş Həsənin yolunu gedirsən, Həsən apardı deyirdi işdədiyi yerdə verdi pulunu vermədilər, həm sənin, həm də Həsənin var yoxunu (nəlayiq ifadə), elə alınır ki, bəri bax Həsən səni də qurub ki, sən də oyundan çıxasan hə?, elə hey deyirdin Həsəndədi pul, qurumsağ o biri partiyanı apardın dağıtdın, o boyda pul qazandın, mənim sənə zərərim dəyib, nolub bu partiya sənə göz dəydi?, Peymanın pulunu yedin ağzında şirə qaldı deyəsən həə?, Peymanın pulunu yedin telefonunu bloka qoydun ağzında şirə qaldı həə?” məzmununda audio danışıqların olması aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs3 mobil nömrəsi ilə mobil telefonda adı qeyd edilməmiş, Dadaş adlı iranlının həyat yoldaşı, istintaqa adı Surəyya kimi məlum olan şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı mobil nömrə arasında danışığın olması aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan 15 sentyabr 2021-ci il tarixli baxış protokolundan görünür ki, “Samsung GSM_SM-J320F Galaxy J3 2016” adlı qovluğa daxil olduqdan sonra həmin qovluqda olan “WhatsApp” qovluğunun içərisində “chats” bölmələrinə baxış keçirilən zaman həmin yerdə mobil telefonun yaddaşında adı “WWWWWWWW” kimi qeyd edilmiş şəxsin istifadəsində olan “+98-***-***-**-**” saylı nömrə ilə “Audio” yazıların olması, həmin yazılardakı danışıqların mobil telefona baxış keçirilən zaman aşkar edilmiş danışıqlarla eynilik təşkil etməsi müəyyən edilmişdir. Bundan başqa mobil telefonda adı “Aa” kimi qeyd edilmiş digər Təqsirləndirilən şəxs2 istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə xx.xx.2021-ci il tarixdə 2 ədəd 1000 (min) və 500 (beş) yüz AZN “paypoint” vasitə ilə ödənilmiş qəbzlərin şəkilləri, “Sevda 1000-ə razılaşmadı, 500 manat da day gücnən bəlaynan ordan burdan tapdım, cibimdə indi 1 manat pul var, 200 manata yaxın da borc elədim ordan burdan ki, 500 manat da atım ki 1500 olsun” səs yazısı, daha sonra xx.xx.2021-ci il tarixdə adı “Aa” kimi qeyd edilmiş şəxsin yönləndirdiyi “qaqaş zakazıvı vermişəm, ünvandadılar, dərhal qayıdır evə, deyirəm səninkini hazırlıyar, sənnən əlaqəyə çıxıram” məzmununda səs yazısı, xx.xx.2021-ci il tarixdə “Sevda indi gələcəm o tərəfə, sənin yanıva gələcəm”, xx.xx.2021-ci il tarixdə “Ay Sevda ona iki xətt olmasa, mən oynan danışmasam, heç yerə çıxa bilmərəm başa düşmürsən, o deyəcək ki, atdım vso götürmədin, 700 manat eləçinə it-bat oldu, mən ona ikixətt olmasa, onnan danışmasam, heç yerə tərpənə bilmərəm”, “Getsəydik uje qayıdırdıq ee, səni mən yuxudan durğuzanda saat 3 idi, indiyə getsəydik gəlirdik uje”, xx.xx.2021-ci il tarixdə “Həsən mən də getsəm, sənə birdən pul lazım oldu, mən pul var axı, onu götürəcəm axı, dedim 11-də zadda gedib götürüb verərəm sənə, neynirsən nağayrdın?”, “Ay Həsən noldu mənə bir cavab yazmırsan ki”, “Sevda gəlib yatmışam ee, inanırsan indi durmuşam, heç gözümü aça bilmirəm, danışarıq” məzmununda audio və SMS yazışmalar olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə texniki ekspertizasının 27 may 2021-ci il tarixli 5/432 nömrəli rəyinin nəticə hisəsində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “ Android 10 “əməliyyat sistemi ilə təchiz olunmuş “ Samsunq Galxy A10S “markalı “SM-A107 F” modelli **********08238, **********08236 imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 5.1.1” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsunq Galxy J3 “markalı “SM- J320 F” modelli **********96876, **********96873 imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsuna Salaxy J3” markalı SMJ320F modelli mobil smartfonun yaddaşında(kontaklar,zənglər, SMS mesajlar,audio, foto,video fayllar, “Vhatsap “ proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu(bax rəyə əlavə olunmuş DVD-R diskə) Rəyin tədqiqi hissəsinin üçüncü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsunq Galxy A10S “markalı “SM-A107 F” modelli modelli smartfonun yaddaşından hər hansı bir məlimatın (“Vhatsap“ proqram təminatı vasitəsi ilə aparılmışməlumat (çat seansı) mübadiləsi ,foto,video,audio və sairə fayllar) poulub pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. İşdə olan ibtidai istintaq orqanının 04 noyabr 2021-ci il tarixli qərarından və raportdan görünür ki,Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung Galaxy A10» markalı qara rəngli mobil telefon, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung Galaxy A41» markalı qara rəngli mobil telefon, həmçinin Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung Galaxy J3» markalı qızılı rəngli və 1 ədəd «Sumsung Galaxy A10s» markalı mavi rəngli mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. Maddi sübut olan Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung Galaxy A10» markalı qara rəngli mobil telefon, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung Galaxy A41» markalı qara rəngli mobil telefon, həmçinin Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 1 ədəd «Sumsung Galaxy J3» markalı qızılı rəngli və 1 ədəd «Sumsung Galaxy A10s» markalı mavi rəngli mobil telefon DSX-nin İstintaq və Təhqiqat İdarəsinin saxlanc yerində saxlanılır. Məhkəmədə tədqiq edilmiş Ambulator məhkəmə psixiatirik ekspertizasının 28 iyul 2021-ci il tarixli 1627,1628 və 1629 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən onlarda hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməmişdir. Onlar öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar və əməlləri barəsində anlaqlı hesab olunurlar, əməlləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür və barələrində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan ibtidai istintaq orqanının qərarından gprünür ki, həmin qərara əsasən hazırki cinayət işindən cinayətin digər iştirkçıçılarının barələrində CM-in 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa bir cinayət işi ayrılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək İranlı Dadaşın göndərdiyi Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş narkotik vasitədən məlumatı olmadığını, onun üzərinə baxış keçirilərkən əynində olan gödəkçəsinin cibindən aşkar edilək götürülmüş bükümlərdə olan narkotikin də onun olmadığını, gödəkçənin Təqsirləndirilən şəxs3 olmaqla narkotik vasitələrin də ona aid olduğunu, Təqsirləndirilən şəxs1 da dindirilərkən X11 Mahmudovla narkotik vasitələri götürmək üçün gedərkən şübhələndiyi üçün onlarla birlikdə getdiyini və onların narkotik vasitə götürmək üçün getmələri barədə heç bir məlumatı olmadığını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin bu ifadələrini özlərini və biri-digərini müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadələr olduğundan habelə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləki, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 vəkilin iştirakı ilə ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, dindirilmiş şahidlərin ifadələri, baxış və götürmə haqqında istintaq hərəkəti protokolları, cinayət işini materiallarında olan təqsirləndirilən şəxslərdən götürülmüş işlək vəziyyətə olan təqsirləndirilən şəxslərin onlardan aşkar edilərək götürülmüş müxtəlif növdə narkotik vasitələrin əldə olunub, Azərbaycan Respublikasına keçirməklə satışının təşkil edilməsini, habelə onların əvvəllərdə belə əməlləri törətmələrini təstiq edən SMS-lər və telefon danışıqlarının qeydə alınması barədə məlumatlarların aşkar edildiyi mobil telefonlara baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar və sənədlərlə Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlləri öz təsdiqini tapır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs3 məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi işin hallarına uyğun gələn ifadəsini sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 , Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onların tərəfindən törədilməsi və təqsirli olmaları tam sübuta yetirilmişdir. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi tiryəkin 0,5 qramdan artıq hissəsi və qurudulmiş marixuananın isə 5 qramdan artıq hissəsi (təmiz halda qramlarla) şəxsi istehlak miqdardarından artıq miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 götürülmüş 1018 qram heroin, 4774 qram tiryək, 1020 qram marixuana istehlak miqdarından əhəmiyyətli dərəcədə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişlər. Təqsirləndirilən şəxslərin həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində icraçı kimi deyil, bu cinayətin digər bir şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakları təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onların qeyd olunan əməlləri CM-in 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onların əməlləri CM-in 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Plenumunun 02 iyun 2016-cı il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 19-cu bəndinin 3-cü hissəsində göstərilir ki, CM-nin 206.3.2ci madəsi ilə olan cinayət əməlinin törədilməsində iştirak edən şəxslərdən yalnız bir (bir neçəsi) malları və digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhəddindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri isə bu əməllərini törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icrasını təhrik etdikdə, yaxudda CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2 yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə digər iştirakçıların əməlləri isə(onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3,32.4 və 32.5-ci maddələrinə istinad etməklə CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü ilə maddələri ilə tövsif edilir. Şərh olunanalara əsasən Təqsirləndirilən şəxs3 , Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 206.3.2-ci maddəsi ilə olan hissədə onların əməlləri CM-nin 33.3-cü maddəsinin tələbinə əsasən CM-in 32.5,206.3.2-ci maddəsinə tövsif edilməlidir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-in 32.5,206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxx 1989-cu il tarixdə Neftçala rayonunda anadan olmuşdur.Neftçala rayonu, Həsənabad kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Təqsirləndirilən şəxs2 xx xxxx 1986-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır. Himayəsində 3 nəfər azyaşlı uşaqları vardır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Təqsirləndirilən şəxs1 xx xxxx 1982-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. Sabirabad rayonu, Güdəcühür kəndində qeydiyyatda olmaqla orada yaşamışdır, öhtəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. İşdə olan Bakı şəhəri Səbail Rayon məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, həmin qərarlara əsasən Təqsirləndirilən şəxs3 , Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs etmənin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-in məlumatından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 himayələrində azyaşlı uşaqlarının, CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Bundan başqa məhkəmədə müəyyən edilmişdir ki, ibtidai istintaq orqanı əsassız olaraq təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi halının olmasını onun cəzasının ağırlaşdıran hal kimi qiymətləndirmişdir. Lakin iş materiallarında olduğu kimi, məhkəmədə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Ona görə də bu hal onun cəzasının ağırlaşdran hal kimi qiymətləndirilə bilməz. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir neçə cinayətdə təqsirli bilindiyindən onlara təyin olunacaq cəzalar CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 07 aprel 2021-ci il tarixdə inzibati qaydada tutularaq, 12 aprel 2021-ci il tarixədək müddətdə COVİD-19 infeksiyasına yoluxubyoluxmamalarının müəyyən edilməsi məqsədi ilə N nömrəli hərbi hissədə karantin rejimində saxlanılmışlar. İbtidai istintaq orqanının 12 aprel 2021-ci il tarixli qərarına əsasən onlar cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşlar. Bakı şəhəri Səbail rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli qərarına əsasən həbs müddətinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Ona gərə də Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbs müddətinin əvvəli 07 aprel 2021-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onların inzibati qaydada tutulduqları vaxtdan, 07 aprel 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs3 barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs2 isə ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə məhkəmə xərci 220,64 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 73 manat 55 qəpik alınmaqla dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlan qalıq çəkiləri 4744,85 qram tiryək, 999,9 qram heroin, 1009,9 qram qurudulmuş marixuana, 0,732 qram metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs3 götürülmüş 1 ədəd «Sumsung Galaxy A10» markalı qara rəngdə mobil telefon anası X5, Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd «Sumsung Galaxy A41» markalı qara rəngdə mobil telefon atası X3, Təqsirləndirilən şəxs1 götürülmüş bir «Sumsung Galaxy J3» markalı qızılı rəngdə mobil telefon və bir ədəd «Sumsung Galaxy A10s» markalı mavi rəngdə mobil telefon aparatları qızı X6 qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: İ. Təqsirləndirilən şəxs3 CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 CM-nin 32.5,206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. 3.Təqsirləndirilən şəxs1 CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə xərci 220,64 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 73 manat 55 qəpik alınmaqla dövlət büdcəsinə kieçirilsin. İş üzrə maddi sübutlar DSX-nin İstintaq və Təhqiqat İdarəsində saxlan qalıq çəkiləri 4744,85 qram tiryək, 999,9 qram heroin, 1009,9 qram qurudulmuş marixuana, 0,732 qram metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs3 götürülmüş 1 ədəd «Sumsung Galaxy A10» markalı qara rəngdə mobil telefon anası X5, Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd «Sumsung Galaxy A41» markalı qara rəngdə mobil telefon atası X3, Təqsirləndirilən şəxs1 götürülmüş bir «Sumsung Galaxy J3» markalı qızılı rəngdə mobil telefon və bir ədəd «Sumsung Galaxy A10s» markalı mavi rəngdə mobil telefon aparatları qızı X6 qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.