Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-107/2023 13.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 26 avqust 1992-cı il tarixdə Masallı rayonu Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Masallı rayonun Şıxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, işləməyən, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə bir ədəd sellofan torbada külli miqdarda 150,582 qram çəkidə narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib Masallı rayonu Şıxlar kəndində yerləşən yaşadığı evə gətirərək orada satış məqsədilə hissələrə bölüb həmin narkotik vasitənin bir hissəsini yaşadığı evdə, digər hissəsini isə üzərində saxlamaqla daşımış, həmin narkotik vasitənin bir bükümünü 12 oktyabr 2022-ci il tarixdə Masallı rayonu Şıxlar kəndində həmkəndlisi Şahid1 30 manat qarşılığında satmış, Masallı RPŞnin əməkdaşları tərəfindən həmin gün keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirlilib üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun üzərindən 0,856 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Masallı RPŞ-nin əməkdaşları 12 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində onun Masallı rayonu Şıxlar kəndi ərazisində yerləşən yaşadığı evə baxış keçirərkən həmin evin ikinci mərtəbəsindəki yataq otağında olan pəncərənin qarşısından 01 ədəd, sellofan torbada təmiz çəkisi 147,080 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan QCPASS markalı elektron tərəzi aşkar edilərək götürülmüş, həmin tarixdə saat 23 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 04 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,828 qram, 0,775 qram, 0,503 qram, 0,540 qram, ümumi təmiz çəkisi 2,646 qram təşkil edən yaşadığı evdən və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə xarici görünüşlərinə və kimyəvi komponet tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edən külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulandan iki gün əvvəl həmkəndlisi Şahid1 ona bir bağlamada heroin və tərəzi verərək saxlamasını xahiş etmişdir. O həmin bağlamada olan heroindən 2 qrama yaxın ayırıb üzərində saxlamışdır. Qalan heroini və tərəzini evində gizlətmişdir.12 oktyabr 2022-ci il tarixdə Masallı rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb, sonra da videoçəkilişlə evinə baxış keçirmişlər.Baxış zamanı o yataq otağındakı pəncərənin qarşısında içərisində heroin və tərəzi olan bağlamanı onlara təqdim etmişdir. Sonra da onu Masallı Rayon Polis Şöbəsinə aparıb üzərinə axtarış keçirmişlər. Axtarış zamanı üzərindən öz istifadəsi üçün saxladığı 2 qrama yaxın heroin ondan götürülmüşdür. 4 bükümdə göstərilən heroin ona aid deyil. O Elçinə heroin satmamşıdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Elçini ondan əvvəl tutmuşlar. İstintaq vaxtı onu Elçinlə üzləşdirmişlər. Üzləşmə zamanı Elçin ona narkotik satmasını üzünə qarşı da təsdiq etmişdir. Özünü narkotik saxlamaqda təqsirli bilir. Himayəsində iki nəfər azyaşlı uşağı, heç bir yerdə işləməyən arvadı və qoca anası vardır. Xahiş edir ki, cəza təyin edilərkən bunlar nəzərə alınsın. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində 150 qram narkotik vasitəni Şahid1 ona saxlamaq üçün verdiyini, Elçindən aldığı heroindən 4 büküm ayıraraq özü istifadə etmək üçün üzərində saxladığını,12 oktyabr 2022-ci il tarixdə saat təxminən 21 radələrində yaşadığı evdə olarkən, polis əməkdaşları onun yaşadığı evə gələrək onun razılığı əsasında evinə videoçəkilişlə baxış keçirdiklərini, yaşadığı evdə özünə məxsus yataq otağında olan çarpayının yanındakı pəncərənin qarşısından bir ədəd sellofan torbanı götürüb içərisində olan bir ədəd sellofan bükülünü çıxardıb təqdim edərək, bükülünün içində narkotik vasitə heroin olduğunu və həmin heroini tanışı Elçin adlı şəxsin saxlamaq üçün ona verməsini bildirdiyini, bükülü təhqiqatçı Samir Məmmədov tərəfindən açıldıqda içərisində heroinin olduğunu, həmin heroin təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 150 qram olduğunu, sonra da qablaşdırıldığını baxış zamanı evindən bir ədəd elektron tərəzi də aşkar olunaraq götürüldüyünü təsdiq etmişdir. Sonra da vəkilinin iştirakı ilə videoçəkilişlə onun üzərində axtarış keçirildiyini, axtarış zamanı təhqiqatçı tərəfindən ona üzərində hər hansı qanunla saxlanılması və gəzdirilməsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi bildirilərkən o, əynində olan qara rəngli şalvarının sol yan cibində dörd ədəd şəffaf sellofana bükülmüş bükümləri və sağ yan cibindən bir ovuc pulu çıxardıb təqdim edərək təqdim etdiyi həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin heroinləri tanışı Elçinin ona evdə saxlamaq üçün verdiyi heroindən götürüb, 4 yerə bölərək şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyini, 4 büküm heroin ayrı-ayrılıqda sellofanla birlikdə elektron tərəzidə çəkilərək qablaşdırılaraq, sonra da bu barədə protokol tərtib edildiyini, həmin vaxt ona hər hansı təsir və ya təzyiq olunmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamailə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Masallı rayonu Şıxlar kəndində həmkəndlisi Təqsirləndirilən şəxs öz istifadəsi üçün 30 manat verməklə bir bükümdə heroin almışdır. Həmin gün saat təxminən 19 radələrində Masallı şəhərində polis əməkdaşları onu saxlayıb, polis şöbəsinə apararaq orada üzərində axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs 30 manata şəxsi istifadə məqsədilə alıb üzərində saxladığı bir bükümdə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlamaq üçün narkotik vasitə heroin verməmişdir. İstintaq vaxtı onu Zahidlə üzləşdirmişlər və o üzləşdirmə zamanı Zahiddən narkotik vasitə aldığını onun üzünə qarşı da təsdiq etmişdir. Onun barəsində olan cinayət işinə Masallı Rayon Məhkəməsində baxılarkən bu məzmunda ifadə vermişdir. Dindirilmiş Şahid2 Mahiyəddin oğlu ifadəsində göstərmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə Masallı rayonu Şıxlar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməkdə, yaşadığı evdə və üzərində saxlamaqda, eyni zamanda satışında şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 12 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu Şıxlar kəndində yerləşən yaşadığı evə gedərək onun razılığı ilə evinə videoçəkilişlə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl evində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməsi təklif edilmiş, o da yaşadığı evin ikinci mərtəbəsində yerləşən ona məxsus yataq otağında narkotik vasitə heroin saxladığını bildirib, sonra da yataq otağındakı pəncərənin qarşısından bir ədəd sellofan torbanı götürüb içərisində olan sellofan bükülünü çıxardıb təqdim edərək, bükülünün içərisində narkotik vasitə heroin olduğunu və həmin heroini tanışı Elçin adlı şəxsin saxlamaq üçün ona verdiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. Sonra təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə ona üzərində hər hansı qanunla saxlanılması və gəzdirilməsi qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibində dörd ədəd şəffaf sellofan bükümləri çıxardıb təqdim edərək, həmin bükümlərin içərisində narkotik vasitə heroin olduğunu, həmin heroinləri tanışı Elçinin ona evdə saxlamaq üçün verdiyi, heroindən götürüb 4 yerə bölərək şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Sonra da dörd ədəd bükümlər təhqiqatçı tərəfindən açıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən edilmiş, bükümlər də elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Dindirilmiş Şahid3 Şahid2 Mahiyəddin oğlu ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işinin materiallarında olan üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığına cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş külli miqdarda, təmiz çəkisi 149,726 qram narkotik vasitə heroini o, satış məqsədilə əldə edib yaşadığı evdə və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə heroini, nə vaxtı, haradan və kimdən əldə etməsini hələki müəyyən etmək mümkün olmamışdır. Bundan başqa keçirilmiş tədbirlər zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Şıxlar kəndində həmin kənd sakini Şahid1 bir bükümdə təmiz çəkisi 0,856 qram narkotik vasitə heroini 30 manat pulun müqabilində satmışdır. Həmçinin Təqsirləndirilən şəxs əvvəllərdə narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 10 oktyabr 2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs təmiz çəkisi 149,726 qram narkotik vasitə heroini saxlaması üçün verməsi keçirilmiş tədbirlərlə öz təsdiqini tapmamışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 19/1083 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş dörd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi: -0,828 qr, -0,775 qr, -0,503 qr, -0,540 qram: ümumi təmiz çəkisi: -2,646 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs Masallı rayonu Şıxlar kəndindəki evindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd zərfi açdıqda, 01 ədəd bükülüdə təmiz çəkisi: -147,080 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunan ümumilikdə 5 ədəd bükümdə ümumi təmiz çəkisi: -149,726 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd elektron tərəzi ” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli təqdiqat (eynilik) aparmaq mümkün olmamışdır. Təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş dörd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə”, “Təqsirləndirilən şəxs Masallı rayonu Şıxlar kəndindəki evindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə” və “Şahid1 məxsus 1 büküm heroin rəy №19/1082” sözlər və imzalar olan üç ədəd zərfdəki, ümumilikdə 6 ədəd bükümdə olan heroinlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 oktyabr 2022-ci il tarixli 1077 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, 12 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 149,476 qram qalmış narkotik vasitə olan heroin və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron tərəzi Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə keçirilmiş baxış və şəxsi axtarışın videogörüntüsünün əks olunduğu 2 ədəd CD disk maddi sübut kimi tanınmışdır. İşdə olan Masallı rayon məhkəməsinin 28 dekabr 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Şahid1 12 oktyabr 2022-ci il tarixdə Masallı rayonu Şıxlar kəndində saxlanılaraq Masallı Rayon Polis Şöbəsində aparılıb, üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən bir ədəd bükümdə 0,856 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. O, məhkəmədə verdiyi ifadəsində həmin narkotik vasitə heroini 12 oktyabr 2022-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs 30 manat verməklə öz istifadəsi üçün aldığını bildirmişdir. Ona görə də o CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək müvafiq cəzaya məhkum olunmuşdur. İşdə olan Masallı Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən iş üzrə təhqiqat orqanının əməliyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair 12 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində evindən aşkar edilərək götürülmüş 150 qram çəkidə heroinin ona aid olmadığını, həmin narkotik vasitəni Şahid1 ona saxlamaq üçün verdiyini və üzərindən aşkar edilmiş 4 ədəd bükümdə olan heroinlərin ona aid olmadığını, onun üzərində öz istifadəsi üçün saxladığı 2 qrama yaxın heroin olduğunu, özünü narkotik vasitə saxlamaqda təqsirli bildiyini göstərmişdir. Məhkəmə onun bu ziddiyyətli ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olmaqla məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla təkzib edildiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan həmin ifadəyə tənqidi yanaşır və sübur kimi qəbul etmir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə Masallı rayonu Şıxlar kəndində Şahid1 saxlanılaraq Masallı Rayon Polis Şöbəsində aparılıb üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən 0,856 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, o həmin heroini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs evinə baxış və üzərinə axtarış keçirilmişdir. Evə baxış keçirilərkən 1 ədəd, sellofan torbada təmiz çəkisi 147,080 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan “QCPASS” markalı elektron tərəzi aşkar edilərək götürülmüş, həmin tarixdə saat 23 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Masallı Rayon Polis Şöbəsinə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 4 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,828 qram, 0,775 qram, 0,503 qram, 0,540 qram, ümumi təmiz çəkisi 2,646 qram təşkil edən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi fadəsində o evindən aşkar edilərək götürülmüş bir büküm heroini ona Şahid1 saxlamaq üçün verdiyini göstərsə də üzərindən götürülmüş 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,828 qram, 0,775 qram, 0,503 qram, 0,540 qram, ümumi təmiz çəkisi 2,646 qram heroinin Şahid1 ona verdiyi bir bükümdə olan heroindən götürüb tərəzidə çəkərək, bükümlərə ayırıb,üzərində saxladığını bildirmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı olduğu kimi məhkəmədə də ifadəsində üzərindən aşkar edilərək götürülmüş 0,856 qram heroini Təqsirləndirilən şəxs 30 manat verməklə öz istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki kimyəvi ekspertizasının rəyi ilə təsdiq edilmişdir ki, Şahid1 üzərindən və Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilmiş narkotik vasitə heroinlər xarici görünüşlərinə və kimyəvi komponet tərkiblərinə görə bir-biriləri ilə eynilik təşkil edir. İbtidai araşdırma zamanı o Təqsirləndirilən şəxsla üzləşdirilərkən də ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı bir daha təsdiq etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 1992-cı il tarixdə Masallı rayonu Şıxlar kəndində anadan olmuş, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olmaqla orada yaşamışdır, himayəsində iki nəfər azyaşlı uşaqları vardır. Atası 08 may 2007-ci il tarixdə ölmüşdür. Öhtəsində “sağtərəfli qonartroz” diaqnozu ilə xəstə olan anası vardır. İşdə olan Masallı Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini öhdəsində işləməyən arvadı və xəstə anasının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 12 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 149,476 qram narkotik vasitə heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə keçirilmiş baxış və şəxsi axtarışın videogörüntüsünün əks olunduğu 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 52-1, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-in 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 149,476 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi məhv edilsin. 2 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-107/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-107/2023
13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver