Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-107/2024 10.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, onun qanuni nümayəndəsi X1 və nümayəndəsi Nümayəndə və digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxx 2000-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Biləsuvar rayonunun Nəsimi kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 16 mart 2023-cü il tarixli qərarla həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, bundan əlavə zərər çəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid cinayət əməllərini törətmişdir. Belə ki, o, 04 mart 2023-cü ildə, saat 17 radələrində Biləsuvar rayonunun Nəsimikənd kəndi ərazisində yerləşən, Mübariz Məmmədova məxsus fermada, yardımçı tikilidə xx xxxx 2007-ci il təvəllüdlü, 14 yaşı tamam olmuş Zərərçəkmiş şəxs1 ilə Nəsimikənd kənd sakini Şahid1 qeyri-təbii yolla cinsi əlaqədə olmasını özünə məxsus olan mobil telefonla videogörüntüsünü qeydə almış, daha sonra həmin videogörüntünü Zərərçəkmiş şəxs1 göstərib, yaxın qohumlarına göndərməklə hədələyərək onunla qeyritəbii yolla cinsi əlaqədə olmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla cinsi əlaqədə olmağa etiraz etdiyi üçün zor tətbiq etməklə həmin yerdə cinsi ehtirasını təmin etmək məqsədi ilə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə bir dəfə qeyri-təbii yolla, düz bağırsaqdan cinsi əlaqədə olmaqla sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. Bundan başqa o, 10 mart 2023-cü ildə, saat 22 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunun Nəsimi kənd ərazisindən keçən hissəsində yolun sağ tərəfində yerləşən «Nicat» şadlıq evinin yaxınlığında, tanışı Zərərçəkmiş şəxs2 ona 16 yaşına çatmayan əmisi qızı Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqədə olması ilə bağlı irad bildirməklə onu yumruqla vurmaq istəyərkən, o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd qara rəngli bıçağı çıxarıb Zərərçəkmiş şəxs2 sağ və sol bud nahiyəsinə vuraraq hər iki bud nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirərək qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 150.2-1.1 və 128-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 128-ci maddə ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 9 mart 2023-cü ildə babasının evində olmuş, sonra oradan çıxıb əkin öz sahələrinə baxıb geri qayıdarkən Şahid1 avtomobilini fermanın qarşısında olduğunu görüb avtomobili tərəf getmiş, həmin vaxt Məhəmmədlə Zərərçəkmiş şəxs1 bir yerdə oturduqlarını görmüş, onların bir yerdə cinsi əlaqədə olmalarını görməmişdir. Zərərçəkmiş şəxs1 qarşı qeyri seksual xarakterli hərəkətlər etməmiş, ona toxunmamışdır. Martın 10-da Zərərçəkmiş şəxs2 ilə Şahid5 dostu Şahid1 döyərkən onları arıymağa çalışmış, sonra Zərərçəkmiş şəxs2 onu yumruqla vurduğundan müvazinətini saxlaya bilməyib yıxılmış, sonra bir nəfər şəxsin çiynindən yapışdığını görüb onu döymək istədiyi fikirləşib özünü müdafiə məqsədi ilə cibindən bıçağı çıxarıb Məhəmmədi sağ və sol qıçından vurmuşdur. Polis şöbəsində olarkən müstəntiq tərəfindən yazılmış ifadələrinə polis əməkdaşlarından qorxduğu üçün imza etmişdir. “Vətən müharibəsi iştirakçısı” olmaqla Qarabağ uğrunda gedən müharibədə fəal iştirak etməsini, atasının İ qrup əlil olmasını, o, həbs olunduqdan sonra anasının özünü yandırmasını və nəticədə ağır yanıq xəsarətləri alaraq yataq xəstəsi olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələrini və digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 150.2-1.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittihamlar üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində qanuni nümayəndəsi və nümayəndəsinin iştirakı ilə dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, həmkəndlisi X3 ilə bir-birini sevmiş, onlar sevgili kimi telefonla və birlikdə görüşüb danışmış, lakin evlənmək barədə heç bir söhbətləri olmamışdır. 4 mart 2023-cü ildə Məhəmmədin idarə etdiyi ağ rəngli Niva markalı avtomobillə sonuncunun babasının fermasına getmiş, Məhəmməd avtomobili fermanın ərazisində olan binanın qarşısında saxlayıb düşərək ətrafa baxdıqdan sonra kimsənin olmadığını görüb ona avtomobildən düşməsini demiş, onlar hər ikisi avtomobildən düşüb binanın içərisinə daxil olmuş, sonra Məhəmməd çölə çıxmış, o isə otaqda tək qalmış, otaqda bir ədəd bir nəfərlik çarpayı və bir ədəd taxtadan oturacaq olmuş, Məhəmməd geri qayıdaraq çarpayıda uzanmış, o isə oturacağın üstündə oturmuş, onunla söhbətdən sonra sonuncu onu yanına çağırmış, o, çarpayıda onun yanında əyləşmiş, həmin vaxt Məhəmməd şalvarını və alt paltarının çıxarıb ona yaxınlaşıb arxadan onu qucaqlayıb boynundan öpüb, sonra onun şalvarını və alt paltarını aşağı çəkib öz cinsiyyət orqanını onun arxasına sürtmüşdür. Onlar paltarını geyinəndə Təqsirləndirilən şəxs əlində mobil telefon və bir ədəd bıçaqla içəri daxil olub ona “Məhəmmədin səninlə cinsi əlaqədə olmasını çəkmişəm və əgər sən mənimlə cinsi əlaqədə olmasan, videonu əvvəlcə valideynlərinə sonra kənd sakinlərinə göstərəcəm” demiş. Babəkə sən deyənləri etməyəcəm, lakin Babək əlindəki bıçaqla onu divara söykəyərək ölümlə hədələmiş, sonuncudan qorxduğu üçün onunla razılaşmış. həmin vaxt Babək Məhəmmədlə çölə çıxarkən ona “hazırlaş gəlirəm, səninlə cinsi əlaqədə olmağa” demiş, az sonra Babək içəri tək daxil olub üzərinə gəlmiş, əynində olan boz rəngli şalvarını və ağ rəngli alt paltarını dizinə qədər aşağı çəkərək onu çarpayının üstünə uzatdıqdan sonra öz cinsi orqanını onun arxa nahiyəsinə salıb çıxarmış, Babək təxminən onunla 5 dəqiqə arxa nahiyəsindən cinsi əlaqədə olmuşdur. Bundan sonra Babək çölə çıxmış və Məhəmmədlə içəri qayıdan zaman onun huşu getmiş və özünə gələn zaman Məhəmmədin başı üzərində dayanmasını görmüş, Məhəmməd onu qucaqlayıb öpmüş və “hər şey yaxşı olacaq” sözlərini demişdir. İş materiallarında olan protokollardan görünür ki, məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş Şahid1 arasında qanuni nümayəndəsi və nümayəndənin, həmçinin müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzləşdirmə istintaq hərəkəti aparılmış və ifadənin yerində yoxlanılması keçirilmiş, üzləşdirmə zamanı zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs və Şahid1n ona qarşı qeyri əxlaqi hərəkətlər etdiyiklərini sonuncuların üzünə demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü ildə saat 12 radələrində dostu Şahid3 ona zəng vuruaraq “sənin qohumun Zərərçəkmiş şəxs1 ilə kənd sakini Şahid1 videosunu” həmkəndlisi Təqsirləndirilən şəxs ona göstərdiyi demiş, Yaşardan videoda nə olmasını soruşarkən Yaşar ona videoda Məleykənin şalvarının dizinə qədər aşağı çəkilmiş, Məhəmmədin isə şalvarının qabağını bağlaması vəziyyətində olduğunu gördüyünü bildirmiş, həmin gün saat 20 radələrində həmkəndliləri Sadiq, Yaşar, əmisi Zahid, Şahid1 və Babəklə “Nicat” şadlıq sarayının yaxınlığında görüşmüş, həmin vaxt Şahid1 kənara çəkib ondan Yaşarın dediklərinin doğru olub-olmamasını soruşmuş, Məhəmməd ona “Yaşar yalan deyir, elə bir söhbət olmayıb” demiş, bu söhbətdən sonra əsəbləşib yumruqla Məhəmmədin sifətindən vurmuş, zərbə nəticəsində Şahid1 yerə yıxılmış, sonra Məhəmməd hər şeyi etiraf etdi və Məleykə ilə cinsi əlaqədə olduğunu, Babəkin də Məleykə ilə cinsi əlaqədə olmasını və Babəkin videoçəkiliş etməsini bildirmiş, sonra Babək ona “Məhəmməd yalan deyir və sadəcə videoçəkiliş etmişəm, ancaq Məleykə ilə cinsi əlaqədə olmamışam” demiş, orada onlar əlbəyaxa olarkən Babək yerə yıxılmış, o da Babəkin üstünə yıxılarkən hər iki bud nahiyəsində ağrı hiss etdiyindən Babəkin onu bıçaqla vurduğunu bilmiş, sonra Babək oradan qaçaraq uzaqlaşmışdır. Hazırda Babəkə qarşı heç bir şikayəti olmadığını bildirmiş və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi X1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü ildə, saat 23 radələrində yaşadığı evdə olarkən qohumu Şahid4 onlara evinə gəlmiş, “kənd sakini Samirin oğlu Məhəmməd qızınız Məleykəyə qarşı əxlaqsız hərəkətlər” etmişdir sözlərini demiş, az sonra Zahid həmin şəxsi onların yaşadığı evə gətirmiş, Məhəmməddən nə üçün onun qızı Məleykəyə qarşı əxlaqsız hərəkətlər etməsini soruşarkən Məhəmməd qızını sevdiyini və buna görə elə hərəkətlər etməsini bildirmişdir. Səhəri gün hadisə barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Şahid1 məhkəmə baxışında şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının 9-da saat 16-17 radələrində Zərərçəkmiş şəxs1 ilə dayısına məxsus fermada olarkən həmin vaxt həmkəndlisi və dostu Babək onun avtomobilini fermanın həyətində görüb oraya gəlib onlarla birlikdə kəndə getmək istədiyini bildirmiş, sonra onlar onun idarə etdiyi avtomobillə birgə kəndə getmişlər. Şahid1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Şahid1 istintaqda verdiyi ifadələri məhkəmədə tədqiq olunarkən müəyyən olunur ki, Şahid1 heç bir təsir-təzyiq göstərilmədən sərbəst şəkildə şahid qismində (üzləşmələr zamanı) dindirilərkən və ifadəsi yerində yoxlanılarkən ətraflı ifadələr verərək ifadəsində göstərmişdir ki, 04 mart 2023-cü ildə səhər saatlarında sevgi münasibətində olduğu həmkəndlisi Zərərçəkmiş şəxs1 ona mesaj yazaraq onunla görüşmək istədiyi bildirmiş, həmin gün saat 15:30 radələrində Məleykə ilə görüşüb onu atasına məxsus Niva markalı avtomobilə mindirib atasının dayısı Mübariz Məmmədovun fermasına aparmış, onlar fermanın həyətində olan bir mərtəbəli daşdan tikilmiş binanın sonuncu otağına daxil olmuş, Məleykə ilə müəyyən söhbətdən sonra o, çarpayıda uzanmış, Məleykə isə stulda əyləşmiş, sonra o, Məleykəni onu yanına çağırıb ona “səninlə cinsi əlaqədə olmaq istəyirəm” sözlərini demiş, ancaq Məleykə onunla cinsi əlaqədə olmaq istəmədiyini bildirmiş, yenidən Məleykəyə “icazə versən, mən öz cinsi orqanımı sənin cinsi orqanına sürtərək öz etirasımı təmin edim” sözlərini deyərkən Məleykə onun təklifi ilə razılaşdığından o, öz şalvarını və alt paltarını dizə qədər aşağı salmış, sonuncu da özü şalvarını və alt paltarını aşağı saldıqdan sonra o, çarpayının üzərində cinsi orqanını, Məleykənin cinsi orqanına sürtərək etirasını təmin etmiş, onlar geyinmək istəyən zaman həmkəndlisi Təqsirləndirilən şəxs əlində telefon və digər əlində isə bir ədəd qara rəngli bıçaqla içəri daxil olaraq onlara etdikləri hərəkətləri videoyaya çəkdiyini demiş, o, Babəkə iradını bildirib onu otaqdan çölə çıxarmış, ondan videonu nə üçün çəkdiyini soruşmuş, Babək ona “mən sizi çoxdandı izləyirəm” sözlərini demişdir. Daha sonra onlar ikisidə otağa daxil olmuşlar. Babək Məleykəyə “bu nə hərəkətdi edirsən” sözlərini deyərkən sonuncu Babəkə “Məhəmməd mənim sevgilimdi, ona görə də etmişəm” sözlərini deyərək cavab vermişdir. Babək “sizin videonuzu çəkmişəm və bu görüntüləri Məleykənin qohumlarına göstərəcəm” sözlərini deyərkən o, Babəki otaqdan çölə çıxartmış, çöldə olarkən Babəkdən telefonu alıb oradan videonu silmiş, sonra o, Babəkin fermaya kiminlə gəlməsini bilmək üçün ətrafa baxarkən Babək bundan istifadə edərək içəri daxil olub qapını sütununda olan mismarla bağlamış, həmin vaxt o, çöldə qalmış, pəncərədən içəri baxarkən Babəkin əlində bıçaqla Məleykəyə hədə-qorxu gəlməsini görmüş, lakin Babəklə Məleykənin nə danışdıqlarını eşitməmiş, Babək otaqda təxminən 6-7 dəqiqə qalmış, həmin vaxt o, qapını açmağa çox cəhd etmiş, nəhayət qapını çiyni ilə vuraraq açıb içəri daxil olarkən Məleykə qorxduğu üçün halsız vəziyətdə olmuş, həmin vaxt Babəkin əlində bıçaq olduğu üçün o, qorxmuş və Babəkə müqavimət göstərə bilməmişdir. Sonra hər üçü avtomobilə əyləşib kəndə tərəf yola düşmüş, yolda gedərkən Babək yenidən onu və Məleykəni hədələyərək “bu haqda heç kimə deməyin, mən də sizin barənizdə heç kimə deməyəcəm” sözlərini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun əmisi oğlu Namiqin qızıdır. 10 mart 2023-cü ildə saat 20 radələrində həmkəndlisi Şahid3 ona zəng edərək onunla görüşmək istədiyini demiş, onlar yaşadığı evin yanında, küçədə görüşmüş, söhbət zamanı Yaşar ona 1-2 saat qabaq kənd sakini Təqsirləndirilən şəxs onun əmisi qızının videosunu göstərdiyini demiş, bu söhbətdən sonra Babəkə zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o, qardaşı oğlu Sadiq və Yaşarla birlikdə Babəklə görüşmüş, onlar birlikdə Biləsuvar-Bəhrəmtəpə yolunun sağ kənarında yerləşən “Nicat” şadlıq sarayının yaxınlığına getmiş, həmin vaxt orada Şahid1 və Babəkdən Məleykənin paltarsız olduğu videosu barədə maraqlanarkən onlar heç bir videoçəkiliş etmədiklərini bildirmişlər. Lakin söhbət zamanı Şahid1 ona “səhv etmişəm, Məleykəni fermaya aparmışam” sözlərini demiş, Məhəmməddən Babəkin fermaya necə getməsini soruşarkən sonuncu “Babəki mən öz avtomobilimlə aparmışam” cavabını vermiş, bu zaman Zərərçəkmiş şəxs2 əsəbləşərək Şahid1 sifətindən yumruqla vurmuş, o, Yaşarla birlikdə dalaşan şəxsləri ayırmağa çalışan zaman Babək qaçıb getmək istəyərkən Zərərçəkmiş şəxs2 onu tutub saxlayıb yumruqla vuraraq yerə yıxmış, hər ikisi əlbəyaxa olduqdan sonra onlar Zərərçəkmiş şəxs2 Babək tərəfindən bıçaqlandığını bilmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 10 mart 2023-cü ildə saat 19 radələrində o, sinif yoldaşı Zərərçəkmiş şəxs2, həmkəndliləri Zahid, Sadiq, Babək və Şahid1 ilə birlikdə Sadiqin idarə etdiyi KHAZAR markalı avtomobilə əyləşib “Nicat” şadlıq sarayının yaxınlığına getmiş, orada X6 Şahbazlıdan əmisi qızı Məleykə ilə nə münasibətinin olmasını soruşarkən aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs2 onunla dalaşan Şahid1 sifətindən bir neçə dəfə yumruqla vuraraq onu yerə yıxılmış, Şahbazlının burnundan xəsarət alaraq qan gəldiyini görüb onu su arxına aparıb üzünü yumağa köməklik etmiş, geri qayıdarkən Babəkin Məhəmmədi bıçaqla vuraraq xəsarət yetirdiyini və hadisə yerindən qaçmasını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, martın 10-da həmkəndliləri Məhəmməd və Yaşarla görüşərkən sonuncular ondan Zərərçəkmiş şəxs1 barəsində hər hansı bir hadisənin olub-olmamasını eşitməsi barədə soruşarkən o, heç bir şey eşitmədiyini bildirmiş, sonra həmkəndliləri Kamran, Zahid və Namiqlə birlikdə avtomobildə “Nicat” restoranının qabağına getmiş, orada Zərərçəkmiş şəxs2 həmkəndlisi Şahid1 “bu nə video məsələsidir” deyə soruşarkən sonuncu onda heç bir video olmadığını, bu söhbəti Babəkin yaydığını bildirmiş, sonra Məhəmmədlə Babək kənara çəkilmiş, sonradan Babəkin Məhəmmədi bıçaqla vurduğunu eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, əkin sahəsinə getməmişdən əvvəl kənddəki dükana girmiş, Babək onu görüb hara getdiyini soruşarkən ona əkin sahəsinə getdiyini demiş, sonuncu onu da aparmasını xahiş etdiyindən onu da avtomobilə götürmüş, yolda Babəkin avtomobildən düşüb hara getdiyini bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, zərər çəkmiş şəxslərin və onun qanuni nümayəndənin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 16 mart 2023-cü il tarixli, 110 nömrəli rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş a) sifətin sağ yarısının qançırı, b) sol said, sol diz oynağı, sol oturaq nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilər, əmələ gəlmə müddəti a) bəndindəki xəsarətin xx.xx.2023-cü il tarixə, b) bəndindəki xəsarətlərin xx.xx.2023-cü il tarixə uyğun gəlir, əllə, təpiklə və s. vurulma nəticəsində törənə bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azyaşlı Zərərçəkmiş şəxs1 pərdəsinin tamlığının pozulması aşkar olunmadı. Onunla qeyri-təbii yolla, yəni düz bağırsaqdan cinsi əlaqədə olmaya dair əlamətlər vardır. Azyaşlı Zərərçəkmiş şəxs1 hamiləlik aşkar olunmadı. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 15 mart 2023-cü il tarixli 111 nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Əlkbər oğlunda hər iki bud nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, iti kənarlı uclu alətin (ola bilsin bıçağın və ya eyni konstuksiyaya malik digər alətin) təsirindən əmələ gələrək, yetirilmə müddəti xx.xx.2023cü il tarixə uyğun gəlir və qərarda qeyd olunan şəraitdə törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasın səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş üzrə materiallarının məhkəmə-lifli ekspertizasının 18 aprel 2021-ci il tarixli 6/2091 nömrəli rəyindən görünür ki; tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Niva markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən götürüldüyü qeyd edilən bir ədəd rezin əşyanın səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının 30 mart 2023-cü il tarixli 821 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən gürünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafi normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Adaptiv və ünsiyyətçildir.Emosional-iradi sferasında, fərdi psixi xüsusiyyətlərində, hərəkət və davranışı iradi olaraq tənzimlənməsində hər hansı bir dəyişilik aşkar olunmur. Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyillik əlamətləri müəyyən edilmədi. Zərərçəkmiş şəxs1 başqalarının təsiri altında uydurmağa eyillilik əlamətləri aşkar olunmadı. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 11 aprel 2023cü il tarixli 980 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan məhkəmə ballistik-trasoloji ekspertizasının 03 may 2023-ü il tarixli 3/612,3\619 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş, bir ədəd şalvarın ön hissəsinin yuxarı tərəfində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş iki ədəd zədə vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən bir ədəd şalvarın səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) da təsirindən yaranması mümkündür. Həmin zədələrdə zədə yaranan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin konkret olaraq hansı bıçağın tiyəsi ilə təsir nəticəsində yaranmasını müəyyən etmək mümkün deyil. Təqdim edilmiş bir ədəd şalvarın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə sağ istiqamətdə olmaqla yetirilmişdir. Təqdim edilmiş bir ədəd şalvarın səthində olan zədələr müxtəlif qarşılıqlı vəziyyətlərdə yetirilə bilər. İş materiallarında olan protokoldan görünür ki, "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli 8166 nömrəli məktubla göndərilmiş bir ədəd CD diskinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və ***-***-**-** mobil nömrələr ilə digər nömrələr arasında çoxsaylı qarşılıqlı zənglər olunaraq danışıqlar aparılmışdır. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** və ***-***-**-** nömrələrlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** nömrə arasında heç bir zəng qeydə alınmamışdır. İş materiallarında olan protokoldan görünür ki, Şahid1 götürülmüş bir ədəd mobil telefona baxış zamanı telefonun şəkillər bölməsində Şahid1 ilə Zərərçəkmiş şəxs1 bir ədəd fotoşəkli olması müəyyən edilmiş, həmin şəkilə baxış zamanı müəyyən olunur ki, Şahid1 əynində olan cins şalvarın kəmərini bağlayır, Zərərçəkmiş şəxs1 isə əynində olan şalvar diz nahiyəsinə qədər aşağı çəkilmiş vəziyyətdədir. Şəkilin kənar şəxs tərəfindən çəkilməsi müəyyən edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində qismən etirafedici, zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin, eləcə də şahidlərin isə təsdiqedici) ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 150.2-1.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin «Zərərçəkmiş şəxs1 qarşı qeyri seksual xarakterli hərəkətlər etmədiyi və ona toxunmadığı» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Eyni zamanda məhkəmə Şahid1 məhkəmədə şahid qismində verdiyi ifadəsinə münasibət olaraq bildirir ki, sonuncunun Təqsirləndirilən şəxslə bağlı ifadəsi həqiqəti əks etdirmir, həmin ifadə həmkəndlisi və dostu Təqsirləndirilən şəxs müdafiə etmək, başqa sözlə Təqsirləndirilən şəxs törətdiyi cinayət məsuliyyətindən kənarda qalması məqsədini daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi məsələsini müzakirə edərək onun əməllərini Azərbaycan Respublikası CM-in 150.2.1-1 və 128-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 150.2-1.1 və 128-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışının çıxışlar mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərkən bildirmişdir ki, iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını nəzərə alaraq Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə olan əməlinə xitam verilməsini məhkəməyə təklif etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası CPM-in 40.2.2-ci maddəsində təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışması cinayət təqibinin həyata keçirilməsinə imkan verən hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq belə qənaətə gəlir ki, onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan əməlinə xitam verilməlidir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah edilməsi və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi və ya onun şərti məhkum olunması üçün əsaslar müəyyən olunmadı. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Babayev X5 rayonunun Nəsimi kəndində qeydiyyatda olmaqla valideynləri və qardaşı ilə birgə həmin kənddə yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materillarına əlavə olunmuş 27 aprel 2023-cü il tarixli xasiyyətnamədə görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısıdır, Biləsuvar rayonunun Nəsimi kəndində yaşadığı müddətdə ailəsi ilə səmimi və mehriban olmuş, valideynlərinə hörmətlə yanaşmışdır. İş materiallarına əlavə edilmiş və 08 dekabr 2023-cü ildə notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi X1 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayətçi olmadığını, ona qarşı heç bir iddia və yaxud tələbi olmadığını bildirmiş, Təqsirləndirilən şəxs maddənin sanksiyası həddində yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və 08 dekabr 2023-cü ildə notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayətçi olmadığını, ona qarşı heç bir iddia və yaxud tələbi olmadığını bildirmiş, Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs Babayev X9 uğrunda gedən müharibədə fəal iştirak etdiyindən Dövlət tərəfindən mükafatlandırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli, 2353 və 2364 nömrəli Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” ”İ-2566 nömrəli, İ-1733 nömrəli “Cəsur döyüşçü” medalları, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-cil tarixli, 250s nömrəli Qərarı ilə təsdiq olunmuş İ-7664 nömrəli “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş Qazax Rayon Mərkəzi Xəstəxanasının “Ambulator və stasionar xəstəlik tarixindən çıxarış”dan görünür ki, Təqsirləndirilən şəxs müharibə zamanı döyüşlərdə iştirak edərkən partlayış nəticəsində bədənin müxtəlif nahiyələrindən xəsarətlər almışdır. İş materiallarına əlavə edilmiş 041756 nömrəli əlillik Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 ömürlük İ qrup əlil kimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Ambulator kitabçadan çıxarış”dan görünür ki, Təqsirləndirilən şəxs anası X8 özünü yandırması səbəbi ilə ağır dərəcəliı yanıq xəsarətləri almışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslərlə barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də zərər çəkmiş şəxslərinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, təqsirini qismən etiraf etməsini, himayəsində heç bir yerdə işləməyən xəstə valideynlərinin olmasını, onun gəncliyini, eyni zamanda Qarabağ uğrunda gedən müraribədə fəal iştirak etməsini, cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində də nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Lakin Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən isə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda CM-in xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini rəhbər tutaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, onun zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cəza təyini zamanı təqsirləndirilən şəxsə köməklik göstərillməsini xahiş etməsini, onun Qarabağ uğrunda gedən müraribədə fəal iştirak etməsini, müharibə zamanı döyüşlərdə iştirak edərkən partlayış nəticəsində bədənin müxtəlif nahiyələrindən xəsarətlər almasını, atasının İ qrup əlil olmasını, anasının isə (anası oğlu həbs olunduqdan sonra özünü yandırmışdır) ağır dərəcəliı yanıq xəsarətləri almasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakterizə olunmasını və gənc nəzərə alaraq həmin halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə ittiham olunduğu CM-in 150.2-1.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasınının aşağı həddindən də az cəza təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 14 mart 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, Biləsuvar rayon məhkəməsinin 16 mart 2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 14 mart 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 56.1, 56.1.3-cü maddələrinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 314 (üç yüz on dörd ) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə olan əməlinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Barəsində CM-in 62-ci maddəsi tətbiq olunsun və o, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 314 (üç yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq Dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-107/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-107/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver