Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-107/2025 16.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X18 və X10, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - 24 fevral 1982-ci ildə Lənkəran rayonunun Mamusta kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan olmaqla üç uşağı olan, işləməmiş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Mamusta kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda altı ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,146 qram, 2010,0 qram, 2780,0 qram, 2270,0 qram, 2120,0 qram, 1580,0 qram, ümumi təmiz çəkisi 10760,146 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükülüdə təmiz çəkisi 635,0 qram olan narkotik vasitə tiryək, bir ədəd bükülüdə təmiz çəkisi 103,143 qram olan psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram olan yüz ədəd “Mehtadane 40” həbini və xüsusilə külli miqdarda iki ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi 2170,0 qram, 1080,0 qram olmaqla, ümumi təmiz çəkisi 3250,0 qram olan narkotik vasitə heroini əldə edib saxlamaqla daşımış, 26 iyun 2024-cü il tarixdə, saat 18 radələrində Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının Cəlilabad rayonunun Alar kəndi ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib, həmin kəndin ərazisində saxlanılıb polis şöbəsinə gətirilərək, şöbənin inzibati binasında xidməti iş otağında üzərində şəxsi axtarış aparılarkən sağ əlindəki ağ rəngli kisənin içərisindən həmin beş ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, iki ədəd bükümdə narkotik vasitə olan heroin, bir ədəd bükümdə narkotik vasitə olan tiryək, bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin və on ədəd listdə “Metadon” həbləri aşkar edilərək götürülmüş, daha sonra onun idarə etdiyi “Mercedes-Benz” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman orada olan sürücü tərəfdəki günlükdən “A4” kağızına bükülmüş halda bir ədəd bükülüdə az miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşamışdır. Hafiz adlı İran İslam Respublikasının vətəndaşı ilə sosial şəbəkə vasitəsilə tanış olmuş və onunla danışmışdır. Əvvəllər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş, sonra Lənkəran rayonuna qayıtmış və işsiz olmuşdur. İranlı Hafiz ona zəng edərək narkotik vasitə olan qurudulmuş marixuananı onun üçün qoydura biləcəyini demiş, bununla əlaqədar Hafizin kart hesabına 150 (bir yüz əlli) manat pul yükləmişdir. Bundan on gün sonra Hafiz ona zəng vurmuş, narkotikin Cəlilabad rayonunda olduğunu, oraya gedib çatdıqdan sonra ona “konum” atacağını demiş, o da Cəlilabad rayonuna getmiş və Hafiz ona “konum” atmışdır. Narkotikin qoyulduğu yerə çatıb, oradakı yarımtikiliyə daxil olmuşdur. Bu vaxt polislər gəlib həmin yerə girmiş və oradakı kisəni götürüb ona məxsus avtomobilə qoymuşlar. Həmin kisənin içərisində nə olduğunu bilməmişdir. Polis əməkdaşları onu Cəlilabad Rayon Polis Şöbəsinə aparmış, orada Aqil adlı şəxsi tanıyıb-tanımadığı soruşulmuş, tanıdığını deyəndən sonra, “ona zəng vuraq, çıxıb gələcək bura” deyə bildirmişlər. Ailə üzvləri onun tutulmasından iki gün sonra bu barədə xəbər tutmuşlar. Onu polis şöbəsindəki xidməti otaqların birində üç-dörd saat ərzində saxlamışlar. Polislər ona kisənin avtomobildən götürülməsini deməsini bildirmişlər, çünki videoçəkiliş aparılacaqmış. Həmin vaxt orada səkkiz-doqquz nəfər adam olmuş, müdafiəçisi olmamışdır. Polislərlə razı olmadığını bildirmiş, bu vaxt videoçəkiliş dayandırılmış və ona həmin kisədən birini də evindən çıxaracaqlarını demişlər. Polis yalandan telefonu götürüb zəng edirmiş ki, guya evini yoxlamağa gedirlər. Tutulduqdan sonrakı gün Cəlilabad Rayon Məhkəməsinə aparılmış və orada vəkilinin kim olduğunu bilmişdir. Bundan sonra iki gün müvəqqəti saxlama yerində qalmışdır. Vəkilinin gəlməsini istəmiş, səhəri gün Polad adlı rəis başqa bir vəkillə yanına gəlmiş və videoçəkiliş aparılmağa başlanmışdır. Öz sözlərini deyəndə çəkiliş saxlanılmış, sonra yenidən başlanılmışdır. Həmin çəkilişi özləri üçün saxlayacaqlarını bildirsələr də, Bakı İstintaq Təcridxanasında olarkən bilmişdir ki, onu televiziyada göstərmişlər. On beş-on altı il Rusiyada yaşamış, özünə demişdir ki, Allah ona qız övladı versə, Rusiyada böyütməyəcək və Allah ona üç qız övladı bağışlamış, bundan sonra Azərbaycana gəlmişdir. Hamı ona cənnətlik olduğunu deyirmiş, lakin polislər onu cəhənnəmə salmışlar. 43 yaşına keçmişdir və indiyə kimi narkotik satışı ilə məşğul olmamışdır. Ömründə birinci dəfə həmin narkotik vasitələri saxlanıldıqdan sonra görmüşdür. Özü sadəcə marixuana istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, arabir marixuanadan istifadə etmişdir. Ondan aşkar olunmuş kisənin polis əməkdaşlarının özləri tərəfindən qoyulduğunu düşünür. İkinci dəfə imiş ki, İran vətəndaşından narkotik alırmış. İranlıya pulu “M10” vasitəsilə göndərmişdir. İranlı ona, “bu gün, sabah” deyə-deyə bir həftə narkotiki gecikdirmiş, sonda Cəlilabada getməsini, 20 qramdan başqa iki kiloqram da marixuana olacağını, həmin kütləni Bakıya aparmasını bildirmişdir. 20 qram marixuana əldə etmək üçün Cəlilabad rayonuna getmişdir. Narkotikin yerləşdirildiyi ünvana getmiş, lakin heç nə götürməmişdir. Həmin yerə özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə getmişdir. Həmin ərazidə başqa tikililər də olmuş, narkotiki tapmaq üçün başqa tikililərə də baxmışdır. Yoldan qıraqda köhnə bir tikili olmuşdur. Həmin tikilinin küçəyə baxan bir pəncərəsi varmış. İçəri girməmişdən qabaq pəncərədən boylanıb baxmış, daha sonra içəri girmiş, bir az getdikdən sonra “dayan, polisdir” deyə səs gəlmişdir. Arxaya çevriləndə üçdörd nəfər polis əməkdaşını görmüşdür. Polislər gizlənib onu gözləyirmişlər. Tikilinin daxilində olarkən kisənin yalnız yuxarı hissəsini görə bilmişdir. Polislər onu saat 17-18 radələrində saxlamışlar. Polislərə bir kisə narkotikə görə gəlmədiyini bildirmiş, lakin ifadəsində bunu qeyd etməmişlər. İbtidai istintaq zamanı ona təyin olunmuş müdafiəçidən və işini aparan müstəntiqdən narazıdır. Üzərində və avtomobilində axtarış aparılarkən, habelə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisi yanında olmamışdır. Ondan ifadə alınıb kompüterdə çap ediləndə yanında sadəcə əməliyyatçı olmuşdur. Müstəntiqdən soruşanda ona ifadəsinin alınmasında vəkilin iştirak etməməsinin problem olmadığı bildirilmişdir. Ona icazə verilmədiyi üçün baş verən qanunsuzluqlar barədə heç bir orqana şikayət etməmişdir. Avtomobilinin günlüyündən aşkar olunan qurudulmuş marixuanadan başqa, digər narkotik vasitə və psixotrop maddələr ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona fiziki təsir göstərilməmiş, yalnız psixoloji təsir olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan olunmuşdur. O, həmin ifadəsində bildirmişdir ki, özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş ittihamla qismən təqsirli bilir. Altı ildən artıq müddətdir narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. Uzun müddətdir ki, özünə məxsus “Mercedes” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərində fərdi qaydada “Uber” şirkətində taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Lakin yeni qəbul edilmiş qərara əsasən istehsal ili on beş ildən yuxarı olan avtomobillərin taksi kimi işləməyinə icazə verilmədiyi üçün son üç aydır işsizdir. Lənkəran rayonu, Mamusta kəndində həyat yoldaşı və üç azyaşlı qızıyla yaşayır. Son vaxtlar ailəsinin dolanışığını təmin edə bilməmişdir. Təxminən üç ay bundan əvvəl “Tik-tok” sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, bir müddət sosial şəbəkədə danışdıqdan sonra həmin şəxs ona mobil telefon nömrəsini verərək, ona “WhatsApp” sosial mesajlaşma proqramında yazmağını istəmiş, həmin nömrəyə yazmış və onunla video görüntü ilə danışmağa başlamışdır. Həmin şəxs adının Hafiz olduğunu bildirmişdir. Ondan narkotik vasitə çəkib-çəkmədiyini soruşduqda, ona narkotik vasitə olan qurudulmuş marixuananı bəzən çəkdiyini bildirmişdir. Hafiz ona 150 (bir yüz əlli) manat müqabilində on qram qurudulmuş marixuana verə biləcəyini demiş, o da Hafizlə razılaşmışdır. Elə həmin gün Hafiz ona əvvəlcədən 150 (bir yüz əlli) manatı onun göndərdiyi kart hesabına “M10” vasitəsi ilə göndərməyi tapşırmış, Hafizin dediyi kimi dərhal həmin pulu onun verdiyi hesaba atmışdır. Təxminən beş dəqiqə sonra Hafiz ona həmin bükümün Bakı şəhərində yerləşən avtovağzal ərazisinin yaxınlığında olduğunu və həmin yerin şəkilləri ilə yerləşdiyi yerin kordinatlarını əks etdirən konumu “WhatsApp”-na göndərmişdir. Hafizin ona dediyi yerə gedib bükümü götürərək yavaş-yavaş çəkməyə başlamış, qalan hissəsini isə avtomobilinin günlük hissəsində saxlamışdır. Onunla həmin vaxtdan əlaqəni kəsməmişdir. 26 iyun 2024-cü il tarixdə, saat 15 radələrində iranlı ilə söhbət edən zaman ona Azərbaycan Respublikası ərazisində gizlətdiyi narkotik bağlamasını dediyi yerdən götürüb Bakı şəhərinə aparmağı və bunun müqabilində 1.500 (bir min beş yüz) manat pul təklif etmiş, o da razılaşmışdır. Bundan sonra Hafiz “WhatsApp”-da bağlamanın içərisində iki kiloqram narkotik vasitə qurudulmuş marixuananın Cəlilabad rayonunun Alar kəndində olduğunu bildirmiş, daha sonra həmin yerin şəkil və “konumu”nu göndərmiş, o da özünə məxsus bank kartının hesab nömrəsini ona göndərmişdir. Həmin vaxt dərhal özünə məxsus “Mercedes” markalı avtomobillə Cəlilabad rayonuna doğru yola düşmüş, təxminən saat 17-də Cəlilabad rayonu, Alar kəndi ərazisində yerləşən üzü Biləsuvar rayonu istiqamətdində yolun sağında avtomobili ona atdığı konumda saxlamışdır. Daha sonra yoldan təxminən 100-150 metr aralıda yerləşən bir mərtəbədən ibarət sahibsiz yarımtikiliyə daxil olub, Hafizin oraya yerləşdirdiyi kisəni götürüb, avtomobilə yaxınlaşmış və həmin kisəni avtomobilin qabaq sağ tərəfinə ataraq avtomobilə əyləşən zaman dörd nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmadığını soruşmuşlar. Həmin vaxt Hafizin ona göndərdiyi kisədə olan narkotik vasitə əlində olduğuna görə onlara əlində olan kisədə narkotik vasitə olduğunu demişdir. Bundan sonra onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər, etiraz etməyərək onlarla birlikdə şöbəyə getmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş əşya olub-olmamasını soruşmuşlar. Əlində olan ağ rəngli kisəni polis əməkdaşlarına təhvil vermişdir. Həmin kisənin içərisində beş ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, iki ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədəd bükümdə narkotik vasitə olan tiryəkə bənzər kütlə, bir ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və on ədəd listdə metadon həblərinə bənzər dərmanlar olması müəyyən edilmişdir. Daha sonra həmin bağlamalardan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr polis əməkdaşları tərəfindən tərəzidə çəkilən zaman çəkilərinin 3075 qram, 2235 qram, 1835 qram, 2345 qram, 2530 qram, heroinə bənzər bağlamaların 1270 qram, 2435 qram, bir ədəd bükümdə tiryəkə bənzər kütlənin 845 qram, metamfetaminə bənzər kütlənin isə 116 qram olduğu müəyyən edilmişdir. Həmin bağlamalar kisəyə qoyulmuş və üzəri möhürlənərək qablaşdırılmış, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokola və zərfin üzərinə imza etmişdir. Daha sonra iştirakı və razılığı əsasında ona məxsus “Mercedes” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman orada olan günlükdən bir ədəd “A4” kağızına bükülmüş halda qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin büküm polis əməkdaşı tərəfindən tərəzidə çəkilən zaman çəkisinin 0,61 qram olması müəyyən edilmiş və polis əməkdaşları tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş, daha sonra baxış keçirilməsi barədə protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Əlavə suallara cavab olaraq bildirmişdir ki, İran vətəndaşı olan Hafiz ona iki kiloqram marixuana göndərəciyini demiş, torbada bu qədər narkotik vasitə və psixotrop maddə olacağından xəbəri olmamışdır. Hafizin həmin bağlamaları Azərbaycan Respublikasının ərazisinə hansı yollarla, necə, nəyin və kimin vasitəsi ilə keçirməsi barədə məlumatı olmamışdır. Narkotik vasitəni Hafizin ona verəcəyi 1.500 (bir min beş yüz) manat pulun qarşılığında Cəlilabad rayonu ərazisindən götürüb onun dediyi yerə qoyacaq, sonra ona bu barədə məlumat verəcək, sonuncu da həmin bağlamanı kimlərəsə oradan götürdəcəkmiş. Həmin narkotik vasitəni Cəlilabad rayonunun Alar kəndinə kimin, nə vaxt qoymasını bilmir. Sadəcə olaraq Hafiz ona Cəlilabad rayonu, Alar kəndində narkotik vasitə olduğunu və onu oradan götürməyini demişdir. Həmin narkotik vasitəni satmaq niyyəti olmamışdır (iş vərəqi 72-76). Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunan ifadəsini təsdiq etmədiyini, ifadəsində yazılanların böhtan olduğunu, ibtidai istintaq zamanı müdafiəçisinin onun yanında olmadığını, məhkəmə iclasında verdiyi ifadənin doğru olduğunu bildirmiş, ifadələri arasındakı ziddiyyəti ibtidai istintaq zamanı ona göstərilmiş psixoloji təsirlə əlaqələndirmiş və son sözündə barəsində olan cinayət işinin istintaqının düzgün aparılmadığını bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesinin iştirakçılarını (şahidləri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əməliyyat tədbiri ilə əlaqədar tanımış, onunla qohumluq əlaqəsi, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 26 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Cəlilabad Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, bununla əlaqədar şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmış, saat 18 radələrində Xalidin Cəlilabad rayonu, Alar kəndi ərazisində olduğunu müəyyən etmişlər. On beş-iyirmi dəqiqədən sonra Təqsirləndirilən şəxs Alar-Biləsuvar yolunun kənarında yerləşən sahibsiz yarım tikilidən əlində kisə ilə çıxıb avtomobilinə doğru gəlmiş, bu zaman ona yaxınlaşaraq özlərini təqdim edib, ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs əlində olan kisədə narkotik vasitə olduğunu bildirmiş, onu avtomobilə əyləşdirib Cəlilabad Rayon Polis Şöbəsində təhqiqatçının otağına aparmışlar. Xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs təqdim etdiyi kisəyə baxış keçirilmişdir. Baxış zamanı kisədən üzəri sarı rəngli yapışqan lentlə bağlanmış beş ədəd narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, iki ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə, bir ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və on ədəd listdə metadon həblərinə bənzər dərmanlar olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş və avtomobilin içərisindən marixuana aşkar olunmuşdur. Təqsirləndirilən şəxs avtomobilindən aşkarlanan narkotiki şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitələrin hamısı qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid1 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs avtomobili saxladığı yolu bir dəfə gedib qayıdan zaman onun tikilidən çıxıb avtomobilə yaxınlaşdığını görmüşlər. Xalid kisəni götürüb avtomobilin qapısına yaxınlaşan vaxt saxlanılmışdır. Xaliddən əvvəl həmin yarımtikiliyə daxil olmamışlar. Xalid suala cavab olaraq əlindəki kisənin içində müxtəlif növ narkotik vasitələr olduğunu, həmin narkotiki iranlı tanışından əldə etdiyini və pul müqabilində Bakı şəhərinə çatdıracağını bildirmişdir. İranlının kimliyini müəyyən edə bilməmişlər, bununla əlaqədar əməliyyat tədbiri keçirilməmişdir. Həmin şəxs İrandadır və onların İranla əlaqələri yoxdur. Xalidin üzərində şəxsi axtarışın keçirilmə vaxtını xatırlamasa da, videoçəkiliş zamanı özü də iştirak etmişdir. Xalidə məxsus avtomobildən az miqdarda marixuana aşkar olunmuş və sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi ilə danışmağa şərait yaradılmış, ona özü və başqa şəxslər tərəfindən təsir və ya təzyiq göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Cəlilabad Rayon Polis Şöbəsi Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5 və Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadələr vermişlər. Şahid5 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saat 18 radələrində müşahidəyə götürmüşlər və təqribən on beş dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşmışlar. Belə ki, təqsirləndirilən şəxsin avtomobilini müəyyən edib, yarımtikilinin olduğu yerə yeddi-səkkiz kilometr qalmış avtomobili müşahidəyə götürmüşlər. Xalid yarımtikilinin yaxınlığında avtomobili saxlamış və həmin tikiliyə daxil olduqdan bir müddət sonra əlində kisə ilə oradan çıxmışdır. Təqsirləndirilən şəxs öz avtomobilinə əyləşdirilmiş, kisə də yanına yerləşdirilməklə polis şöbəsinə aparılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis X9 xx.xx.2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (iş vərəqi 01-02). Cəlilabad Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və dövriyyəsini həyata keçirəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur (iş vərəqi 04). Cəlilabad Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı, məktubları və əmrindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (iş vərəqi 05-09). Cəlilabad Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli protokol və aktından görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Alar kəndinin ətrafında müşahidəyə götürülmüş, saat 18 radələrində Alar kəndində “Mercedes Benz” markalı, **-LA-*** dövlət nömrə nişanlı avtomobildə hərəkət edərkən görülmüş və 10-15 dəqiqə müşahidə edildikdən sonra avtomobili yolun kənarında saxlayıb avtomobildən düşdükdən sonra yoldan bir qədər kənarda yerləşən sahibsiz yarımtikiliyə doğru hərəkət etməyə başlamış, oraya daxil olub əlində ağ rəngli kisə ilə çıxıb avtomobilinə doğru gəlmiş və avtomobilə əyləşmək üçün qapısını açmış, saxlanıldıqdan sonra əlində olan kisədə narkotik vasitə olmasını bildirmiş və idarə etdiyi avtomobili ilə birlikdə şöbəyə aparılmışdır (iş vərəqi 10-11). Cəlilabad Rayon Polis X8 xx.xx.2024-cü il tarixli qərar, protokol və məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna (arvadı Leyla Şükürovaya) bu barədə məlumat verilməsi təmin olunmuşdur (iş vərəqi 12-14). Cəlilabad Rayon Polis X8 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kisəyə baxış keçirilən zaman orada üzəri sarı rəngli yapışqan lentlə bağlanmış beş ədəd spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr, iki ədəd bükümdə spesifik iyə malik, qəhvəyi rəngli, yaş halda narkotik vasitə heroinə bənzər kütlələr, bir ədəd narkotik vasitə tiryəkə bənzər kütlə və on ədəd listdə metadon həblərinə bənzər dərmanlar olması müəyyən edilmişdir. Narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilən zaman sarı rəngli yapışqan lentlə bağlanmış olanların 3075 qram, 2235 qram, 1835 qram, qara rəngli yapışqan lentlə bağlanmış kütlələrin 2345 qram, 2530 qram, iki ədəd bükümdə sarı rəngli yapışqan lentlə bağlanmış narkotik vasitə heroinə bənzər kütlələrin 1270 qram, 2435 qram, qara rəngli yapışqan lentlə bağlanmış narkotik vasitə tiryəkə bənzər kütlənin 845 qram, hər birinin içərisində on ədəd həb olmaqla on list metadon həblərinə bənzər dərman vasitələrinin olması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd mexaniki avtomobil açarı, sağ yan cibindən həmin avtomobilin pultu, üç ədəd 1 (bir) manatlıq nağd pul, ağ rəngli istifadə olunmamış “X7” markalı siqaret qutusu, sol arxa cibindən qara rəngli “Samsung” və göy rəngli “Honor” markalı mobil telefonlar aşkar olunmuşdur. Mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş, avtomobilin açarları və pullar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmış, videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 31-32). Təqsirləndirilən şəxs tərəfindən Cəlilabad Rayon Polis X5 ünvanlanmış xx.xx.2024cü il tarixli ərizədən görünür ki, idarə etdiyi “Mercedes” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olmamışdır (iş vərəqi 33). Cəlilabad Rayon Polis X8 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı oradan sürücü tərəfdə olan günlükdən bir ədəd ağ kağıza bükülmüş halda narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuş, elektron tərəzidə çəkilən zaman kütləsinin 0,61 qram olması müəyyən edilmiş və videogörüntüləri özündə əks etdirən protokola əlavə olunmuş DVD diskə məhkəmə iclasında baxılmışdır (iş vərəqi 35-36). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 19/521 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-kimyəvi və bioloji ekspertizasının rəyi, habelə ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr (beş büküm marixuana, iki büküm heroin, bir büküm tiryək, bir büküm metamfetamin.....” sözlər və imzalar olan kisədəki, iki ədəd bükülüdə təmiz çəkisi 2170,0 qram, 1080,0 qram, ümumi təmiz çəkisi 3250,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin olmaqla, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birlərindən fərqlidirlər; bir ədəd bükümdə təmiz çəkisi 635,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; bir ədəd bükülüdə təmiz çəkisi 103,143 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir; beş ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 2010,0 qram, 2780,0 qram, 2270,0 qram, 2120,0 qram, 1580,0 qram, ümumi təmiz çəkisi 10760,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlannmış narkotik vasitə qurudulmuş marixuanadırlar və orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə birbirləri ilə eynidirlər; üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bir bükümdə marixuanaya bənzər kütlə .....” sözlər və imzalar olan olan zərfdəki bir ədəd bükülüdə təmiz çəkisi 0,146 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlannmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bir bükümdə marixuanaya bənzər kütlə .....” sözlər və imzalar olan zərfdəki bir ədəd bükülü marixuana, üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr (beş büküm marixuana, iki büküm heroin, bir büküm tiryək, bir büküm metamfetamin.....” sözlər və imzalar olan kisədəki beş bükülü marixuanalardan orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə fərqlidir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Metadon-40” həbləri.....” sözlər və imzalar olan zərfdəki on ədəd konvalyutda ümumi sayı yüz ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadon həbləridir və onlar təsiredici məddələrinin miqdarına görə bir-birləri ilə eynidirlər. Həblərin təsiredici maddəsinin ümumi miqdarı 4,0 qramdır (bir həbdə 0,04 qram). Ekspertiza tədqiqatına sərf edildikdən sonra psixotrop maddə olan metamfetaminin 103,043 qram, narkotik vasitələr olan heroinin 3249,8 qram, tiryəkin 634,9 qram, qurudulmuş marixuananın 10759,596 qram, doxsan ədəd metadon həbi istintaq orqanına geri qaytarılmış, aparılmış tədqiqatın dəyəri 130 (bir yüz otuz) manat müəyyən edilmişdir (iş vərəqi 43-47). Cəlilabad Rayon Polis X9 xx.xx.2024-cü il tarixli protokolu və eyni tarixli, habelə xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” və “Honor” markalı mobil telefonlara baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilmədiyindən həmin mobil telefonlar və “Mercedes Benz” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Amid Şükürova təhvil verilmişdir (iş vərəqi 64-65; 97). Cəlilabad Rayon Polis X9 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (iş vərəqi 66-67). Cəlilabad Rayon Məhkəməsinin 4(073)-67/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 26 iyun 2024cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqi 89-92). Cəlilabad Rayon Məhkəməsinin 5(073)-152/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında Cəlilabad Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 93). Cəlilabad Rayon Polis X9 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz qalıq çəkisi 10759,596 qram narkotik vasitə qurudulmuş marixuana, təmiz qalıq çəkisi 3249,8 qram narkotik vasitə heroin, təmiz qalıq çəkisi 634,9 qram narkotik vasitə tiryək, təmiz qalıq çəkisi 103,043 qram psixotrop maddə metamfetamin, təmiz qalıq sayı 90 ədəd metadon həbi maddi sübut kimi tanınaraq şöbənin saxlancına təhvil verilmiş; “şəxsi axtarış keçirilməsi və götürmə”, “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş DVD disklər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqi 117-118). Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının X15 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı, xasiyyətnaməsi və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Mamusta kəndində qeydiyyatda olmaqla orada yaşamış, ailə tərkibi arvadı, xx.xx.2008-ci il, xx.xx.2010-cu il, xx.xx.2013-cü il təvəllüdlü qızlarından ibarətdir, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (iş vərəqi 121-126). Cəlilabad Rayon Polis X9 xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadə etdiyi 050 518-32-33, 050 ***-**-** və 050 ***-**-** saylı mobil nömrələrlə müxtəlif nömrələr arasında telefon və sms danışıqlarının olması müəyyən olunmuşdur (iş vərəqi 128- 129). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 132). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X12 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 589 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub, lakin asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur, məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 160). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2032 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, xasiyyətin psixopatik cizgiləri müəyyən edilir, həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edir, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacı yoxdur, hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi qeyd olunmur (iş vərəqi 161-164). Cəlilabad Rayon Polis X9 xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, narkotik vasitələrin və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (iş vərəqi 169-170; 173-199). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli müayinə məlumatlarından çıxarışdan görünür ki, Xalid Şürovun yetkinlik yaşına çatmayan qızı Rəsmiyyə Şükürova “əsas diaqnoz G83.2 Yuxarı ətrafların monoplegiyası, sağ yuxarı ətrafın monoplegiyası- Doğuş travmasının səbəbli pleksopatiyasının qalıqları” üzrə üçüncü dərəcəli əlilliyi olan şəxsdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(099)-696/2024 nömrəli qərarı əsasında Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X4 istifadəsində olmuş 055 992-26-96 saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış 27 iyun 2024-cü il, saat 00:00-dan 29 iyun 2024-cü il saat 00:00-dək olan müddətdə anten dairəsi məlumatları barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2024-cü il tarixdə daxil olmuş CD disk məhkəmədə tədqiq edilərkən, sözügedən mobil telefon nömrəsinin anten dairəsinin xx.xx.2024-cü il tarixdə, saat 11:13:31-də ULNK4415A/ULNK4415 Jalilabad_Avtopark/Cəlilabad şəhəri, Bakı-Astara avtomobil yolu, “Cəlilabad Avtovağzal”/Jalilabad/(39.212xx/xx.52384); xx.xx.2024-cü il tarixdə, saat 11:38:10-da ULNK4415D/ULNK4415 Jalilabad_Avtopark/Cəlilabad şəhəri, Bakı-Astara avtomobil yolu, “Cəlilabad Avtovağzal”/Jalilabad/(39.212xx/xx.52384); xx.xx.2024-cü il tarixdə, saat 11:40:10-da ULNK4415D/ULNK4415 Jalilabad_Avtopark/Cəlilabad şəhəri, Bakı-Astara avtomobil yolu, “Cəlilabad Avtovağzal”/Jalilabad/(39.212xx/xx.52384) ünvanlarda olması müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş sənəddə Cəlilabad şəhəri, H.Əliyev küçəsi 164 ünvanına xidmət göstərən "xxxx" MMC-yə aid baza stansiyalarının siyahısı əks olunmuşdur. Siyahıya əsasən həmin baza stansiyaları aşağıdakılardır:- JalilabadATS (ünvan və kordinat: X1, Heydər Əliyev, 150; 39.21044 48.5027); Jalilabad_Avtopark (ünvan və kordinat: Cəlilabad şəhəri, Bakı-Astara avtomobil yolu, “Cəlilabad Avtovagzal”; 39.212551 48.523842); Celilabad_KC (ünvan və kordinat: Cəlilabad şəhəri, M.Məhəmməd xiyabanı 198; 39.202566 48.493408); X19 (ünvan və kordinat: ünvan 79.21556 48.48297); Jalilabad 20 Yanvar (ünvan və kordinat: Cəlilabad şəhəri, Heydər Əliyev pr 87; 39.208086 48.511761). Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 19 (on doqquz) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və 125-ci maddəsinin 7-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsi, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmaması, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı hazırki cinayət işi üzrə məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, vəsatətlər verilmiş və beləliklə də irəli sürülmüş ittiham mübahisələndirilmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, arabir marixuanadan istifadə etsə də, saxlanılarkən avtomobilindən aşkar olunan qurudulmuş marixuanadan başqa, digər narkotik vasitələr və psixotrop maddələrin ona məxsus olmaması, İranlı Hafiz adlı şəxsin ona kisədə 20 qramdan başqa iki kiloqram da marixuana olacağı, həmin kütləni Bakıya aparmasını bildirməsi, 20 qram marixuana əldə etmək üçün Cəlilabad rayonuna getməsi, narkotikin yerləşdirildiyi ünvana getsə də, heç nə götürməməsi, belə ki, həmin ərazidə yoldan qıraqda köhnə bir tikilidən içəri girib bir az getdikdən sonra narkotiki götürməmiş polislər tərəfindən saxlanılması, yarımtikilidəki kisənin polislər tərəfindən götürülüb onun idarə etdiyi avtomobilə qoyulması, polislərin ona kisənin avtomobildən götürülməsini deməsini, əks halda həmin kisədən birini də evindən çıxaracaqlarını bildirmələri və bununla da polis əməkdaşları tərəfindən psixoloji təsirə məruz qalması, tutulandan iki gün sonra ailəsinə bu barədə məlumat verilməsi, ibtidai istintaq zamanı aparılmış istintaq hərəkətlərində müdafiəçisinin yanında olmaması barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə üzərində videoçəkilişlə aparılmış şəxsi axtarış və götürmə, habelə həmin binanın həyətində olan avtomobilinə keçirilmiş baxış və götürmə zamanı (həmin istintaq hərəkətlərinin videogörüntüsünü özündə əks etdirən DVD disklərdən görünür) əlində olan ağ rəngli kisəni təqdim edərək, içərisində narkotik vasitənin olduğunu bildirmiş, şifahi sorğu zamanı əlində olan kisədəki narkotik vasitə və psixotrop maddələri sosial şəbəkədə tanış olduğu Hafiz adlı İran İslam Respublikasının vətəndaşının tapşırığı ilə Cəlilabad rayonu ərazisindən telefonuna göndərilən geolokasiya (konum) üzrə götürüb idarə etdiyi avtomobilə əyləşmək istəyən zaman polis əməkdaşları tərəfindən yaxalandığını, avtomobilindən aşkar olunmuş bükümün içərisində olan narkotik vasitə qurudulmuş marixuananı iki ay əvvəl Hafizin Bakı şəhərində bildirdiyi yerdən götürdüyünü və həmin günədək istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində polis əməkdaşları tərəfindən saxlanılması hissədə eyni məzmunda danışmış, əlavə olaraq saxlanılarkən və üzərində şəxsi axtarış keçirilən zaman hər hansı fiziki təzyiqə məruz qalmadığını bildirmişdir. Bundan başqa, o, Cəlilabad Rayon Məhkəməsində barəsində qətimkan tədbiri seçilərkən məhkəmədə ona hər hansı psixoloji, fiziki təsir və ya təzyiq göstərilməsinə dair bir söz deməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlində olan kisənin içərisindən və idarə etdiyi avtomobildən aşkar olunmuş psixotrop maddə və narkotik vasitələr barədə məhkəmə bioloji və məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə tanış olarkən hər hansı bir vəsatətinin olmadığını qeyd etmişdir. Bundan başqa, iş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:35-də şübhəli şəxs qismində tutulmuş və bu barədə yaxın qohumu, yəni arvadı Leyla Şükürovaya eyni tarixli məktub ünvanlanmışdır. Məhkəmə təqsirlənirilən şəxsin ibtidai istintaq zamanı üzərinə və idarə etdiyi avtomobilinə baxış keçirilərkən, habelə təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisinin yanında olmaması ilə bağlı müəyyən etmişdir ki, onun üzərində şəxsi axtarış və götürmə, habelə avtomobilinə keçirilmiş baxış və götürmə istintaq hərəkətləri videoçəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən DVD disklərə baxış zamanı hər iki istintaq hərəkəti zamanı müdafiəçinin iştirak etməsi aydın görünmüşdür. Bundan başqa, məhkəmə ibtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş Cəlilabad Rayon Vəkil Bürosunun vəkili X4 istifadəsində olan 055 992-26-96 saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış 27 iyun 2024cü il, saat 00:00-dan 29 iyun 2024-cü il saat 00:00-dək olan müddətdə anten dairəsi məlumatlarını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürmüş, bundan başqa ünvan 9 ünvanının ətrafında "xxxx" şəbəkəsinə aid baza stansiyalarının adı, yerləşmə ünvanı və kordinatları barədə məlumatlar əldə olunmuş və vəkilin istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatlarının Cəlilabad Rayon Polis Şöbəsinin ərazisində olan baza stansiyasının əhatə dairəsində olması məlum olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Sözügedən Qərarın 26-cı bəndinə görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllənin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona göstərilmiş psixoloji təsirlə əlaqələndirmiş, bununla əlaqədar şikayətlə hüquq-mühafizə orqanlarına, habelə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmək səlahiyyətinin olmasına baxmayaraq, bu hüququndan istifadə etməmiş, əksinə, ibtidai istintaq zamanı ifadələrində polislər tərəfindən zorakılığa məruz qalmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən psixi təsirlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə tərkibi münasibət bildirərək qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxsin özü, istərsə də vəkili ibtidai istintaq dövründə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda özü bu halı hər hansı dəlillə əsaslandırmamış və izah etməmişdir. Məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz təsir və ya təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təzyiq və təsirlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiqlərə məruz qalmamasını bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, yuxarıda qeyd olunanlardan başqa ondan aşkar olunan narkotik vasitələrin qurudulmuş marixuana, heroin, tiryək, metadon kimi müxtəlif növdə olmaları, psixotrop maddə metamfetaminin çəkiləri narkotik vasitələrə və psixotrop maddəyə münasibətdə satış niyyətinin olmasını təsdiq edir. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində həmin Məcəllənin 234.1-234.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin xüsusilə külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum Qərarının 16-cı bəndinin 3-cü yarımbaşlığına əsasən, bir neçə növ narkotik vasitə və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli və əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı müvafiq siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Cinayət Məcəlləsinin 234.4.3-cü, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 1-ci hissəsinin 49, 102 və 146-cı bəndlərinə əsasən heroin, tiryək, marixuana (kannabis) dövriyyəsi qadağan olunmuş narkotik vasitələr, 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddə və İİ Siyahısının 1-ci hissəsinin 6-cı bəndinə əsasən metadon dövriyyəsi məhdudlaşdırılmış narkotik vasitədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İ Siyahısı”nın 83-cü bəndinə əsasən təmiz halda 800 qramdan yuxarı heroin xüsusilə külli miqdar, 109.1-ci bəndinə əsasən təmiz halda 500 qramdan 50.000 qramadək çəkidə qurudulmuş marixuana (kannabis) külli miqdar; 111-ci bəndinə əsasən təmiz halda 1,6 qramdan 160 qramadək çəkidə metadon külli miqdar; 182-ci bəndinə əsasən təmiz halda 50 qramdan 5000 qramadək tiryək külli miqdar; İİ Siyahının 118-ci bəndinə əsasən təmiz halda 2 qramdan 400 qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 7.1, 8.1 və 9.2-ci maddələrinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan olmaqla üç qızının, habelə onlaran birinin üçüncü dərəcəli əlilliyinin olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09.0.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və ya şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunduğundan və 56.1.3-cü maddəyə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr- təmiz qalıq çəkisi 10759,596 qram qurudulmuş marixuana, təmiz qalıq çəkisi 3249,8 qram heroin, təmiz qalıq çəkisi 634,9 qram tiryək, təmiz qalıq sayı 90 ədəd metadon həbi, psixotrop maddə- təmiz qalıq çəkisi 103,043 qram metamfetamin məhv edilməli; “şəxsi axtarış keçirilməsi və götürmə”, “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş DVD və anten dairəsi məlumatlarının əks olunduğu CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, onun məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 26 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 130 (bir yüz otuz) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr- təmiz qalıq çəkisi 10759,596 qram qurudulmuş marixuana, təmiz qalıq çəkisi 3249,8 qram heroin, təmiz qalıq çəkisi 634,9 qram tiryək, təmiz qalıq sayı 90 ədəd metadon həbi, psixotrop maddə- təmiz qalıq çəkisi 103,043 qram metamfetamin məhv edilsin; “şəxsi axtarış keçirilməsi və götürmə”, “nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş DVD və anten dairəsi məlumatlarının əks olunduğu CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsınlar. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-107/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-107/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver