Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-108/2022 25.01.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Cəlilabad rayonu Məmmədrzalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Cəlilabad rayonu Məmmədrzalı kəndində qeydiyyatda olan və yaşayan, iş üzrə 11 avqust 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- 3,635 qram narkotik vasitə olan heroini bir ədəd bükümdə əldə edib üzərində saxlayaraq daşımış, 11 avqust 2021-ci il tarixdə saat 17 radələrində polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, Qurtuluş küçəsində saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış aparılan zaman həmin heroin əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, təxminən 2 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. O, əsasən narkotik vasitə olan heroin tüstüsünü udaraq istifadə edir. Tutulmasından İki ay əvvəl İran İslam Respublikasının vətəndaşı ilə “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Bir neçə dəfə istifadə etmək üçün onlayn şəkildə narkotik maddə olan heroin əldə etmişdir. 10 avqust 2021-ci il tarixdə saat 23 radələrində İran İslam Respublikasının vətəndaşı ilə “WhatsAap” proqramı vasitəsilə əlaqə saxlamış və “Million” vasitəsilə onun hesabına 125 manat pul göndərmişdir. xx.xx.2021-ci il tarixə keçən gecə saat 03 radələrində həmin şəxs narkotik vasitəni Bakı şəhəri, 9-cu mikrorayonda “Tərlan” şadlıq sarayının yaxınlığında nömrəsini və markasını bilmədiyi avtomobilin təkərinin altına qoyduğunu bildirmişdir. O da həmin saatda qeyd edilən ünvana gedib həmin narkotik maddəni götürmüşdür. Bundan sonra narkotik vasitəni əynindəki şalvarının arxa cibinə qoyaraq Cəlilabad rayonuna qayıtmışdır. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri, Qurtuluş küçəsində piyada hərəkət edən zaman polis işçiləri onu saxlamışlar. Ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da üzərində narkotik vasitə olduğunu demişdir. Onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onun üzərinə vəkilinin və polis əməkdaşlarının iştrakları ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarının arxa cibindən çıxardaraq bir ədəd bükümdə şəffaf sellofona bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Üzərindən aşkar edilən heroini satmaq məqsədi olmamışdır, öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Cəlilabad Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 avqust 2021-ci il tarixdə Cəlilabad rayon polis şöbəsinə Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17 radələrində Cəlilabad şəhəri Qurtuluş küçəsində saxlanılmışdır. Ondan üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini 11 avqust 2021-ci il tarixdə Bakı şəhərində İran İslam Respublikası vətəndaşından öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilərək qablaşdırılmış və götürülmüşdür. Onda Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəçisi olmasına dair məlumat olmuş, satışı ilə məşğul olmasına dair məlumat olmamışdır. Şahid2 da məhkəmədə Şahid1lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 11 avqust 2021-ci il tarixli protokoldan və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə heroini öz şəzsi istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 19/769 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 3,635 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 3,585 qram olmuşdur. xx.xx.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış 3,585 qram heroin Cəlilabad RPŞ-nin saxlama kamerasına təhvil verilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 860 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Telefon danışıqlarına baxış keçirilməsi haqqında 18 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə iş üçün əhəmiyyət kəsb edən danışıqlar aparılmamışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda- 3,635 qram narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 3,635 qram miqdarda, külli miqdarda heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham vverilsə də, onun həmin miqdarda narkotik vasitə olan heroini satış mıqsədi ilə əldə etməsi həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı toplanmış sübutlarla təsdiq olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolan görünür ki, o, üzərində bir bükümdə heroin aşkar olunduğu zaman həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda ibtidai istintaqda verdiyi ifadələrində də narkotik vasitəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Bundan əlavə məhkəmə istintaqında şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələrindən məlum olur ki, Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisi olması barədə əməliyyat məlumatı olmuş, narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən məlumatlar olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünün narkomaniya xəstəsi olması, narkotik vasitənin miqdarı (3,635 qram) və bir bükümdə olması, xırda bükümlərə ayrılmaması da onun narkotik vasitəni satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etməklə yanaşı onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsiən dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiq edilmədiyindən və onun narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirildiyindən əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 3,585 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 65 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 3,585 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respaublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-108/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-108/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver