Məhkəmə qərarları › İş №1(099)-108/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-108/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-108/2023 25.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü,Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Salyan rayonunun Yenikənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşbul olmuş, məhkumluğu olmayan, həmin ünvanda yaşamış, barəsində 27 sentyabr 2022-ci ildə həbs qətimkan tədbiri seçilən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin mart ayında Salyan rayonunun Yenikənd kəndində yaşadığı evin həyətyanı ərazisinin bağ sahəsində yerləşən üzüm kollarının arasında torpaq sahəsində qanunsuz olaraq əkməklə külli miqdar hesab edilən 138 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumata əsasən 2022-ci ilin sentyabr ayının 27-də səhər saat 07:15 radələrində idarənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdar hesab edilən 138 ədəd yaş vəziyyətdə, kök üstə olmaqla ümumi çəkisi 178 kq 400 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri, həmçinin həmin bitkilərə aid 25 ədəd ümumi çəkisi 29 kq 600 qram olan budaqlar çətənə (kannabis) bitkilərinin hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı evə baxış keçirilərkən o, qanunsuz olaraq həyətyanı sahəsində əkib becərdiyi çətənə (kannabis) bitkilərindən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 85 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb əldə etdiyi, təmiz çəkisi 70,30 qram olan hissəsini və üzərində narkotik vasitə qurudulmuş marixuananın mikrohissəcikləri olan 01 ədəd elektron tərəzini qanunsuz olaraq evində saxlamış, polis əməkdaşları tərəfindən saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,30 qram, 8,40 qram, ümumi çəkisi 14,70 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, uzun müddətdir “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana istifadə etmiş, istifadə etdiyi qurudulmuş marixuananın toxumlarını yaşadığı evdə saxlamış, şəxsi istifadəsi üçün 2022-ci il mart ayında toxumlardan həyətyanı ərazidə 140 ədəd çətənə bitkisi əkib becərmiş, 2022-ci ilin sentyabr ayının 27-də səhər saatlarında polis əməkdaşları həyətinə gələrək həyətyanı sahəsinə və evinə aqronomun iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirərkən 138 ədəd yaş vəziyyətdə bitki kolları aşkar edilmiş, eləcə də evindən qurudulmuş marixuana və bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən Salyan rayon polis şöbəsinə aparılaraq orada üzərinə şəxsi axtarış zamanı üzərində də qurudulmuş marixuana aşkar edilmiş və sənədləşdirilərək götürülmüş, sonra yazılan protokollara o da imza etmişdir. Hazırda əməlindən peşmanlıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadının, biri azyaşlı olmaqla iki uşağının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Salyan rayonunun Yenikənd kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda bitkiləri kultivasiya edərək Salyan rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı əsasında 27 sentyabr 2022-ci ildə səhər saatlarında sonuncunun yaşadığı evin həyətyanı sahəsinə, evinə və üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı sonuncunun həyətyanı sahəsindən 138 ədəd yaş vəziyyətdə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin kolları, evindən isə qurudulmuş marixuana və bir ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Salyan rayon polis şöbəsinə aparılaraq orada üzərinə şəxsi baxış zamanı əynində olan şalvarın cibindən qurudulmuş marixuana aşkar edilmiş, sonra keçirilən baxışla və axtarışla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 i fadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsində üzüm kollarının arasından 163 ədəd yaş halda, kök üstə, yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkisinə oxşar bitkilər, yaşadığı evin qonaq otağında karton qutunun içərisindən isə 01 ədəd sellofan torbada olan narkotik maddə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 27 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümdə olan narkotik maddə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 18/1073 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,30 qram, 8,40 qram, ümumi çəkisi 14,70 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs evindən” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen torbada təmiz çəkisi 70,30 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə qurudulmuş marixuananın mikrohissəcikləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını və təqdim edilən kütlələr ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş cəmi 3 ədəd bükülüdə ümumi çəkisi 85,0 qram olan marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri və imzalar olan 9 ədəd müxtəlif bağlamada cəmi 138 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 178400,0 qram (178 kq 400 qram) bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir, bağlamaların birinin içərisində 25 ədəd ümumi çəkisi 29600,0 qram (29 kq 600 qram) olan budaqlar çətənə (kannabis) bitkilərinin hissələridir.Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03 oktyabr 2022-ci il tarixli, 1033 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Salyan RMX-nin 05 oktyabr 2022-ci il tarixli 2537 saylı arayışından görünür ki, Salyan rayonunun Yenikənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 2012-ci ildən “Həşiş narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyada olsa da, psixonevroloji kabinetdə qeydiyyatda olmamışdır. İş materiallarında olan Salyan Rayon Polis Şöbəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Salyan rayonunun Yenikənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkisinin toxumlarını 2022-ci ilin mart ayında əvvəlki müddətdən saxladığı çətənə bitkisinin toxumlarını yaşadığı evin həyətyanı ərazisinin bağ sahəsində yerləşən üzüm kollarının arasında torpaqda əkibbecərmişdir. Təqsirləndirilən şəxs əkib-becərdiyi çətənə bitkilərinin toxumlarını əvvəlki müddətdə istifadə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan yığıb saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs bağ sahəsində əkmiş olduğu tərkibində narkotik maddələr olan çətənə bitkilərinin yarpaqlarından yığaraq qurudub yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini tək halda törətmiş və hər hansı şəxsin köməyindən istifadə etməmişdir. Təqsirləndirilən şəxs ailə üzvlərinin onun törətdiyi cinayət əməlindən məlumatlarının olması barədə məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı kənddə sakinlər arasında müsbət xarakterizə olunmuş, hər hansı cinayət əlaqəsinin olması yaxud başqa cinayətin törədilməsində iştirakı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən hər hansı şəxsin məlumatının olması barədə məlumat əldə edilməmişdir. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı ərazisinin bağ sahəsində yerləşən üzüm kollarının arasından aşkar olunaraq götürülmüş budaqlarının ekspert tədqiqatı nəticəsində qalıq qalmış çətənə (kannabis) bitkilərinin 207999,35 qramı, Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 84,94 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi Salyan rayon polis şöbəsində saxlanılır. İş materiallırnda olan 03 oktyabr 2022-ci il tarixli qəbzdən görünür ki, X2 məxsus ümum vətəndaşlıq paçportu, 01 ədəd «Samsunq» və 01 ədəd «KGTEL» markalı mobil telefonlar qohumu Elvin Ağamaliyevə təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici və şahidlərin isə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir və onun həmin maddələrlə təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun izah və tələbləri baxımından da əsaslı hesab edir. “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair 3 saylı siyahı”ya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan “çətənə” növlü bitkilərin ölçü vahidləri 15 ədəddən yuxarıdırsa, onlar “külli miqdar” hesab olunur. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli qanuna müvafiq cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddələrinin tətbiqinə heç bir əsas görmür və ona təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 27 sentyabr 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Salyan rayon məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 27 sentyabr 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən, hökmdən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 08 yanvar 2013cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2013-cü il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, hazırda Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 03 oktyabr 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı, biri yazyaşlı olmaqla iki uşağı ilə birgə həmin kənddə yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 207999,35 qram çətənə (kannabis) bitkiləri, Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 84,94 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus ümum vətəndaşlıq pasportu, 01 ədəd «Samsunq» və 01 ədəd «KGTEL» markalı mobil telefonların qohumu Elvin Ağamaliyevə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 237.2.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə X3 qəti cəza 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 27 sentyabr 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs “Həşiş narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 207999,35 qram çətənə (kannabis) bitkiləri, Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 84,94 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, X2 məxsus ümum vətəndaşlıq pasportu, 01 ədəd «Samsunq» və 01 ədəd «KGTEL» markalı mobil telefonların qohumu Elvin Ağamaliyevə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar