Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-108/2025 18.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 20 avqust 2003-cü ildə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 12 A-da qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 152.4.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 12 A-da yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tikilidə tanışı xx xxx 2009-cu il təvəllüdlü, 16 yaşına çatmayan Zərərçəkmiş şəxs əynində olan şalvarını və alt paltarını aşağı salaraq, cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs cinsiyyət orqanına və anus dəliyinə sürtüb cinsi ehtirasını təmin etməklə sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən 18 mart 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 12 A-da yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tikilidə tanışı xx xxx 2009-cu il təvəllüdlü, 16 yaşına çatmayan Zərərçəkmiş şəxs əynində olan şalvarını və alt paltarını aşağı salaraq, cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs əlinə və cinsiyyət orqanına sürtükdən sonra, anus dəliyi vasitəsi ilə qeyri təbii yolla cinsi əlaqədə olmuş və cinsi ehtirasını təmin etməklə sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən 20 mart 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 12 A-da yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tikilidə tanışı xx xxx 2009-cu il təvəllüdlü, 16 yaşına çatmayan Zərərçəkmiş şəxs əynində olan şalvarını və alt paltarını aşağı salaraq, əlləri ilə sonuncunun cinsiyyət orqanına və arxa nahiyyəsinə toxunmuş, cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs cinsiyyət orqanına sürtükdən sonra, anus dəliyi vasitəsi ilə qeyri təbii yolla cinsi əlaqədə olmuş və cinsi ehtirasını təmin etməklə sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa o, təkrarən 22 mart 2024-cü il tarixdə saat 16 radələrində yaşadığı Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ev 12 A-da yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tikilidə tanışı xx xxx 2009-cu il təvəllüdlü, 16 yaşına çatmayan Zərərçəkmiş şəxs əynində olan şalvarını və alt paltarını aşağı salaraq cinsiyyət orqanını çıxarıb Zərərçəkmiş şəxs anus dəliyi vasitəsi ilə qeyri təbii yolla cinsi əlaqədə olmuş və cinsi ehtirasını təmin etməklə sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən yəni CM-nin 152.4.1-ci maddəsi ilə deyil, özünü CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilmiş, lakin ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilmiş, həmin ifadədə o göstərmişdir ki, hadisədən təxminən 9 ay əvvəl Biləsuvar rayon sakini Zərərçəkmiş şəxs ilə sevgili olmuşdur. Zərərçəkmiş şəxs ilə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən İcra Hakimiyyətinin qarşısında olan parkda tanış olmuş və daha sonra instagram sosial şəbəkəsi vasitəsi ilə mesajlaşaraq əlaqə saxlamışdır. Tünzalə bu hazırlıq məşğələlərinə gedən zaman, o da hər dəfə Tünzalə ilə küçədə yan-yana hərəkət etmişdir. 15 mart 2024cü il tarixdə 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən hazırlıq məşğələsinə getmək üçün çıxmışdır. Zərərçəkmiş şəxs yolda hərəkətdə olan zaman yaxınlaşmış və onu hazırlıq məşğələsinə aparmışdır. Təxminən bir saat sonra Tünzalə hazırlıq məşğələsindən çıxmış və onunla Biləsuvar şəhəri, Ş.Kəlbiyev küçəsi ilə piyada hərəkətdə olan zaman Tünzaləyə onunla birlikdə yaşadığı evə getməsini təklif etmişdir. Tünzalə də onunla razılaşmış və onun yaşadığı evə getmişlər. Onlar yaşadığı evin arxa tərəfində olan bir ədəd dəmir şiferdən hazırlanmış qapıdan bir ədəd anbar kimi istifadə olunan tikiliyə daxil olmuşlar. Tikilinin içərisində olan zaman Tünzalə ilə söhbət edərək “biz onsuz gələcəkdə evlənəcəyik, gəl indidən cinsi əlaqədə olaq” sözlərini deyərək təklif etmişdir. Zərərçəkmiş şəxs də onunla cinsi əlaqədə olmağa razılaşmışdır. Bundan sonra Tünzaləyə yaxınlaşmış, əynində olan şalvarını və alt paltarını dizinə qədər aşağı salmışdır. Daha sonra isə öz şalvarını və alt paltarını dizinə qədər aşağı salmışdır. Bundan sonra öz cinsiyyət orqanını Tünzalənin cinsiyyət orqanına toxundurmuş, lakin içəri daxil etməmişdir. Bundan sonra o, öz cinsiyyət orqanını Tünzalənin arxa nahiyyəsinə də toxundurmuş, lakin içəri daxil etməmişdir. Həmin proseslər olan zaman Tünzalənin boyun, üz və dodaq nahiyələrindən öpmüşdür. Daha sorna cinsiyyət orqanından maye çıxmışdır. Bundan sonra onlar oradan çıxmışlar və Tünzaləni yaşadığı evə kimi ötürmüşdür. 18 mart 2024-cü il tarixdə yenidən həmin tikiliyə Zərərçəkmiş şəxs aparmış və həmin vaxt Tünzaləyə arxa nahiyyəsindən cinsi əlaqədə olmağı təklif etmişdir. Tünzalə də onunla razılaşmışdır və bundan sonra Tünzaləyə yaxınlaşmış, sonuncunun əynində olan şalvarını və alt paltarını dizinə qədər aşağı çəkmişdir. Daha sonra isə öz şalvarını və alt paltarını dizinə qədər aşağı çəkmişdir. Bundan sonra o, öz cinsiyyət orqanını Tünzalənin arxa nahiyyəsinə də toxundurmuş və içəri daxil etmişdir. Həmin proseslər olan zaman Tünzalənin boyun, üz və dodaq nahiyələrindən öpmüşdür. Tünzalənin arxa nahiyəsində öz cinsi orqanını saldıqdan sorna cinsiyyət orqanından maye çıxmışdır. Onun Zərərçəkmiş şəxs ilə arxa nahiyədən cinsi əlaqədə olmağı təxminən 5 dəqiqə davam etmişdir. Bundan sonra onlar oradan çıxmışlar və Tünzaləni yaşadığı evə kimi ötürmüşdür. 20 mart 2024-cü il tarixdə yenidən həmin tikiliyə Tünzaləni aparmış və həmin vaxt Tünzaləyə arxa nahiyyəsindən cinsi əlaqədə olmağı təklif etmişdir. Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. Tünzaləyə yaxınlaşmış, əynində olan şalvarını və alt paltarını dizinə qədər aşağı çəkmişdir. Daha sonra isə öz şalvarını və alt paltarını dizinə qədər aşağı çəkərək cinsiyyət orqanını çölə çıxartmışdır. Bundan sonra öz cinsiyyət orqanını Tünzalənin arxa nahiyyəsinə toxundurmuş və içəri daxil etmişdir. Həmin proseslər olan zaman Tünzalənin boyun, üz və dodaq nahiyələrindən öpmüşdür. Tünzalənin arxa nahiyəsində cinsiyyət orqanını saldıqdan sonra cinsiyyət orqanından maye çıxmışdır. Bundan sonra onlar əynini geyinmişlər və oradan çıxmışlar. Bundan sonra Tünzaləni yaşadığı evə kimi ötürmüşdür. 22 mart 2024-cü il tarixdə yenidən Zərərçəkmiş şəxs ilə rayon ərazisində görüşmüşlər və sonuncunu həmin tikiliyə aparmışdır. O, həmin yerə Tünzaləni arxa nahiyyəsindən qeyri təbii yolla cinsi əlaqədə olmaq üçün aparmışdır. Orada Tünzaləni öpə-öpə əynində olan şalvarını və alt paltarını dizinə qədər aşağı çəkmişdir. Daha sonra isə öz şalvarını və alt paltarını dizinə qədər aşağı çəkərək cinsiyyət orqanını çölə çıxartmışdır. Bundan sonra cinsiyyət orqanını Tünzalənin arxa nahiyyəsinə toxundurmuş və içəri daxil etmişdir. Tünzalənin arxa nahiyəsinə cinsiyyət orqanını saldıqdan sonra maye çıxmışdır. Bundan sonra onlar oradan çıxmışlar və Tünzaləni yaşadığı evə kimi ötürmüşdür. Tünzalənin hazırlıq məşğələləri dayandığı üçün evdən çölə çıxa bilməmiş və buna görə də onunla görüşə bilməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə axşam saat 02 radələrində Tünzalə ilə mesajlaşmış və sonuncunun dəvəti yaşadığı evə getmişdir. Həmin vaxt onlar söhbət edən zaman Tünzalənin anası Qanuni nümayəndə içəri daxil olmuşdur. O da pəncərədən qaçaraq getmişdir. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olan zaman sonuncuya qarşı hər hansı bir zor tətbiq etməmiş, əvvəlcədən Tünzalə ilə arasında razılıq olmuşdur. 08 iyun 2024-cü il tarixdə saat 01 radələrində yaşadığı evdə olan zaman Tünzalə ona instagram sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq hazırda olduğu babasının evinə çağırmış və ünvanı ona demişdir. O da əvvəlcə getmək istəməmiş və qolunun sınmasını deyərək bəhanə etmişdir. Lakin Tünzalə ondan əl çəkməmiş və təkidlə evə dəvət etmişdir. O da buna görə evdən çıxmış və Tünzalənin evinə getmişdir. O, evə çatan zaman Tünzalə qapını açmış və həyətə dəvət etmişdir. Daha sonra onlar birlikdə həyətdə olan iki evdən birinə daxil olmuşlar. Evin içərisində heç kim olmamış və onlar işıqları yandırmamışlar. Həmin evin içərisində təxminən bir saata yaxın söhbət etdikdən sonra otağın işığı yanmış və Tünzalənin anası Xəyalə əlində telefonla içəri daxil olmuşdur. O, qapıdan çıxıb getmək istəmiş, lakin Qanuni nümayəndə imkan verməmişdir və onun şəkillərini telefonla çəkməyə başlamışdır. O da buna görə otağın pəncərəsindən qaçaraq getmişdir. Evin içərisində olan zaman Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə Biləsuvar şəhəri, Ş.Kəlbiyev küçəsində piyada hərəkətdə olan zaman ona yaxınlaşmış və tanış olmaq istədiyini bildirmişdir. O, da Orxan ilə tanış olmuş və istifadəsində olan İnstaqram sosial şəbəkədə açdığı “Kraliça” səhifəsini Orxana demişdir. Bundan sonra onlar həmin səhifə ilə mesajlaşaraq danışmağa başlamışlar. Orxana hazırlıq məşğələlərinin saatları barədə məlumat vermişdir. Buna görə də Orxan hər dəfə onunla birlikdə hazırlıq məşğələlərinə getmişdir. Orxanla onu sevdiyini və gələcəkdə valideynlərindən istəyib, ailə quracağını demişdir. O, da Orxanın bu sözlərinə inanmışdır. 15 mart 2024-cü il tarixdə 14 radələrində yaşadığı evdən hazırlıq məşğələsinə getmək üçün çıxmışdır. Yolda hərəkətdə olan zaman Orxan yaxınlaşmış və “hazırlıq məşğələsinə getmə, bizim evə gedək” sözlərini demişdir. O, da Orxanla razılaşmış və Orxanın yaşadığı evə getmişdir. Orxan onun evinin arxa tərəfindən olan bir ədəd dəmir şiferdən hazırlanmış qapıdan həyətə salmışdır. Onlar həmin tikiliyə daxil olmuşlar. Tikilinin içərisində olan zaman Orxan onunla söhbət edərək “biz onsuz gələcəkdə evlənəcəyik, indidən cinsi əlaqədə olaq” sözlərini deyərək ona cinsi əlaqədə olmağı təklif etmişdir. O da Orxanla razılaşmışdır. Bundan sonra Orxan ona yaxınlaşmış, əynində olan şalvarını və alt paltarını dizinə qədər aşağı çəkmişdir. Daha sonra isə Orxan öz şalvarını və alt paltarını dizinə qədər aşağı çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını çölə çıxartmış və onun cinsiyyət orqanına toxundurmuş, lakin içəri daxil etməmişdir. Daha sonra Orxan öz cinsiyyət orqanın onun arxa nahiyyəsinə də toxundurmuş, lakin içəri daxil edib-etməməsini bilməmiş, həmin vaxt heç bir ağrı hiss etməmişdir. Həmin proseslər olan zaman Orxan onun boyun, üz və dodaq nahiyələrindən öpmüşdür. Orxan onun cinsiyyət orqanına öz cinsiyyət orqanını toxundurduqdan sonra Orxanın cinsiyyət orqanından maye çıxmışdır. Bundan sonra onlar paltarlarını geyinmişlər və oradan çıxmışlar. Daha sonra o, yaşadığı evə gəlmişdir. 18 mart 2024-cü il tarixdə saat 16 radələrində Orxan onu yenidən həmin tikiliyə aparmışdır. Tikilinin içərisində olan zaman Orxan ona arxa nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, o, da Orxanla razılaşmışdır. Orxan öz cinsiyyət orqanını onun arxa nahiyyəsinə toxundurmuş və içəri daxil etmişdir. 20 mart 2024-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs onu yenidən həmin tikiliyə aparmış və tikilinin içərisində olan zaman Orxan ona arxa nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Orxan öz cinsiyyət orqanını onun arxa nahiyyəsinə toxundurmuş və içəri daxil etmişdir. 22 mart 2024-cü il tarixdə saat 16 radələrində yenidən həmin tikiliyə Orxan onu aparmış və tikilinin içərisində olan zaman ona arxa nahiyəsindən qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. O da Orxanla razılaşmışdır. Orxan öz cinsiyyət orqanını çölə çıxarmış və onun arxa nahiyyəsinə daxil etmişdir. Biraz sonra Orxanın cinsiyyət orqanından maye çıxmışdır. Hazırlıq məşğələləri dayandığı üçün evdən çölə çıxa bilməmiş və buna görə də Orxanla görüşə bilməmişdir. Sonuncu dəfə 08 iyun 2024-cü il tarixdə saat 02 radələrində Orxan onun yaşadığı evə gəlmişdir. Onlar söhbət edən zaman anası Qanuni nümayəndə içəri daxil olmuş, buna görə də Orxan pəncərədən qaçaraq getmişdir. Təqsirləndirilən şəxs ilə o, ümumilikdə 4 dəfə həmin tikiliyə getmiş və hər dəfə Orxan ona qarşı əxlaqsız hərəkətlər etmiş və 3 dəfə arxa nahiyyəsinə cinsiyyət orqanını daxil etmişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, onun yetkinlik yaşına çatmayan xx xxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs adında qızı vardır. Zərərçəkmiş şəxs məktəblidir, əlavə olaraq rayon ərazisində hazırlıq məşğələlərinə də gedir. Tünzalə 2023-cü ilin dekabr ayında ona bir nəfər rayon sakinin yaxınlaşaraq sevgi elan etməsini və gələcəkdə ailə qurmaq istəməsi barədə məlumat vermişdir. O, həmin şəxsin kim olmasını soruşan zaman qızı Zərərçəkmiş şəxs ona həmin şəxsin rayon sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. O da Təqsirləndirilən şəxs ilə Biləsuvar şəhəri, K.Əbilhəsənli küçəsində rastlaşmış və irad bildirərək az yaşlı qızı Zərərçəkmiş şəxs uzaq durmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs onun sözünə əhəmiyyət verməmişdir. Belə ki, daha sonra da qızı Tünzaləni hazırlıq məşğələsinə özü aparan zaman məşğələ olan evin yaxınlığında Orxanı görmüş və yenedə irad bildirmişdir. Bir dəfə də Təqsirləndirilən şəxs evinə getmiş və bu barədə ailə üzvlərinə də məlumat vermişdir. 07 iyun 2024-cü il tarixdə o, atası Ayətin evində olmuşdur. Atasının həyətində iki ev vardır, biri köhnə evdir və istifadə olunmur, digəri isə yaşayış olan evidir. 08 iyun 2024-cü il tarixdə gecə saat 01 radələrində atası evində olan zaman digər evdən səslər gəlməsini eşitmişdir. O, həmin evə daxil olmuş və işıqların sönülü olmuş, lakin içəridə danışıq eşitmiş, səs gələn otağa daxil olmuş və otağın işığını yandırmışdır. Həmin vaxt otaqda Orxan ilə Tünzalə oturub söhbət etməsinin şahidi olmuşdur. Orxan onu görən kimi otaqdan getmək istəmiş, lakin o, maneə olmuşdur. Buna görə də Orxan otağın pencərəsindən qaçaraq getmişdir. O da az yaşlı qızı Zərərçəkmiş şəxs ilə söhbət etmiş və bütün məlumatları almışdır. Tünzalə ona Təqsirləndirilən şəxs ilə qeyri təbii yolla cinsi əlaqədə olmasını demişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cimayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 259 nömrəli rəyində göstərilir ki, 1.Azyaşlı Zərərçəkmiş şəxs pərdəsinin anatomik tamlığı pozulmamışdır. 2. Azyaşlı Zərərçəkmiş şəxs onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlər (düz bağırsaq girəcəyində cırılmış səthi yara, şüavari büküşlərin bir qədər hamarlaşması, düz bağırsağın sfinktorunun tonusunun azalması) aşkar olundu. 3.Azyaşlı Zərərçəkmiş şəxs sol bazu, sol bud və sol diz oynağı nahiyəsində qançırlar müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan məhkəmə ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2023 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, Təqsirləndirilən şəxs aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu evinin arxa tərəfindən olan bir ədəd dəmir şiferdən hazırlanmış tikilini əyani olaraq göstərmişdir. İş materiallarında olan 02 iyul 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 04 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 02 iyul 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyindən ünvanlanmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Biləsuvar şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, İbrahimli X2 şəhəri, S.Vurğun küçəsi yaşayır, subaydır, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir təqsirləndirci materiallar daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş 01 aprel 2023-cü il tarixli N nömrəli hərbi hissənin komandiri tərəfindən təqdim olunmuş təşəkkür məktubundan görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi dövlərdə özünü nümunəvi, vicdanlı və intizamlı əsgər kimi göstərmiş, müsbət xarakterizə olmuşdur. İş materiallarında olan 23 avqust 2025-ci il tarixli «sübutların qiymmətləndirilməsi haqqında» qərarla Təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı qeydə alınmış videoçəkilişdə olan bir ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 152.4.1-ci maddəsi ilə düzgün tövsif edilərək ittiham edilmişdir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən, etiraf etməsini, ilk məhkumluğunu, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-nin 152.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı qeydə alınmış videoçəkilişdə olan bir ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəlini 02 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs CM-in 152.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 2 (iki) ilədək müddətə yetkinlik yaşına çatmayanlarla bağlı müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı qeydə alınmış videoçəkilişdə olan bir ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Cavid Səfərli Hakimlər: Esmira Məmmədova Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-108/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-108/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver