Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-109/2022 23.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə,
1. xx xxxxxx 1991-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, İmişli rayon Yalavac kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə;
2. xx xxxxxxxx 1990-cı ildə İmişli rayon Göbəktala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu Göbəktala kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ:
Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq 0,516 qram narkotik vasitə heroini və 6,68 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış, saxlamış, qurudulmuş marixuananın 0,23 qramını 5 avqust 2021-ci il tarixdə saat 21 radələrində İmişli şəhəri, A.Şadlinski küçəsində tanışları Şahid4 5 manat pula satmışlar. Şahid4 həmin gün saat 21 radələrində İmişli şəhəri, A.Şadlinski küçəsində yerləşən məktəbin həyətyanı sahəsində narkotik vasitə olan qurudulmuş marixuananı tanışları Şahid2 və Şahid1 ilə birlikdə istifadə edərkən, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid1 saxlanılmasına nail olunaraq, sonuncu İmişli Rayon Polis Şöbəsinə gətirildikdən sonra saat 21:40 radələrində üzərində şəxsi axtarış aparılan zaman Şahid1 əynindəki qara rəngli şalvarın sol yan cibindən siqaret dənəsinin içərisində 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Daha sonra İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilərək 5 avqust 2021-ci il tarixdə saat 23 radələrində Ağsu-Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun İmişli şəhəri 28 May küçəsi ilə kəsişməsində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar-Lada” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobildə Təqsirləndirilən şəxs2 ilə birlikdə 2,62 qram, 1,62 qram və 2,21 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuananı və 0,516 qram heroini birlikdə saxlamaqla daşıdıqları zaman avtomaşın polis əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs2 avtomobilin ön sərnişin oturacağından düşüb qaçarkən əlində olan, bir ədəd corabın içərisindəki bir ədəd kibrit qutusunda qablaşdırılmış, 2,62 qram narkotik vasitə qurudulmuş marixuananı hadisə yerində atmış, həmin narkotik vasitə baxış zamanı hadisə yerindən götürülmüş, Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobil İmişli Rayon Polis Şöbəsinin duracağına gətirilməklə, 6 avqust 2021-ci il tarixdə saat 01 radələrində orada avtomobilə keçirilən baxış zamanı avtomobilin salonunda ön sərnişin oturacağının alt hissəsindən iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri - 1,62 qram və 2,21 qram olmaqla, 3,83 qram narkotik vasitə qurudulmuş marixuana və kibrit qutularının birinin içərisindən bir ədəd polietilen kəsiyi bükümündə 0,516 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə İmişli rayonu Yalavac kəndində yaşayır. Özünə məxsus «Khazar Lada» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. İmişli rayonu Göbəktala kənd sakini Təqsirləndirilən şəxs2 5 aydır tanıyır. Aqşinlə tez-tez mobil telefon vasitəsi ilə zəngləşmiş, Aqşini avtomobilində sərnişin kimi müxtəlif yerlərə aparmışdır. Özü nəşədən istifadə edir. Şahid4 onun qonşusudur. Şahid4lə 5 avqust 2021-ci il tarixdə görüşmüş, birlikdə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişlər, marixuana onda olmuşdur. Lakin həmin gün Şahid4 narkotik satmamışdır. 05 avqust 2021-ci il tarixdə saat 22 radələrində evində ev əşyalarını daşımaqla məşğul olduğu zaman Aqşin 050 454-16- 17 telefon nömrəsi ilə ona məxsus 050 678-73-28 telefon nömrəsinə zəng edib onu yaşadığı İmişli rayon Göbəktala kəndinə çağırmışdır. Göbəktala kəndinə gedib Aqşini evlərindən götürmüş, qayıdarkən Aqşin avtomobildə qabaqda, tanıdığı Zülfiqar və başqa bir nəfər sərnişin isə arxada oturmuşlar. Həmin vaxt ona məxsus avtomobildə hər hansı narkotik vasitə olmamışdır. Aqşini avtomobilə götürdükdən təxminən yarım saat sonra, saat 23 radələrində İmişli şəhəri Rəsullu kənd qəbirstanlığının yanından keçib qaçqınlar yaşayan məhəllənin yanına çatanda İmişli Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin avtomobili onu saxlatmışdır. Polisin onu saxladığı yerdə yol kəsişməsi olmamışdır. Ağsu-Kürdəmir-Bəhramtəpə yolu oradan keçmir. Onun avtomaşınını həmin yerdə yol kəsişməsində saxlamamışlar. Aqşin yerə düşəndə onun əlində corab olmamış və yerə corab atmamışdır. Başı qarışıq olduğundan Aqşinin haraya getməsini bilməmişdir. Avtomaşını daynan kimi qarşısında ağ rəngdə “VAZ-21074” markalı avtomobil saxlamış və həmin avtomobildən polis əməkdaşları yerə düşmüşlər. Onu avtomaşından düşürüb polis avtomaşınına mindirməklə İmişli Rayon Polis Şöbəsinə aparmışlar. Onun avtomaşınını isə polis işçiləri sürərək polis şöbəsinin həyətinə aparmışlar. Yəni onun avtomobili polis işçilərinin sərəncamında olmuşdur. Polis şöbəsində ona məxsus avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Avtomobilinə baxış keçirilərkən o kənarda durub baxmışdır. Avtomobilə baxış keçirilmiş, bardaçokun alt hissəsindən iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana və narkotik vastə heroin aşkar olunaraq götürülmüşdür. Hansı ki, onun avtomaşınında həmin narkotik vasitələr olmamışdır. Bundan başqa avtomaşından heç bir narkotik vasitə tapılmamışdır. Avtomaşına baxış keçirilməsi və videoçəkiliş dayandırılmışdır. Polislər avtomaşından başqa narkotik vasitə tapmamışlar. Avtomaşın isə polis şöbəsinin həyətində, qapıları açıq vəziyyətdə qalmışdır. Onun özünü isə polis şöbəsində saxlamışlar. Xeyli vaxt keçdikdən sonra polis işçiləri avtomaşına ikinci dəfə yenidən videoçəkiliş aparmaqla baxış keçirmişlər. İknci dəfə baxış keçiriləndə sükanın alt hissəsində, ayaqaltının altından bir ədəd sellofan bükümdə ağ rəngdə, psixotrop maddə metamfetaminə bənzər maddə götürülmüşdür. Hansı ki, avtomobilə birinci dəfə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman həmin yerlərə baxılmış, orada hər hansı psixotrop maddə olmamışdır. Birinci baxışdan sonrakı təxminən iki saat müddətdə avtomobil polis şöbəsinin həyətində polis işçilərinin sərəncamında olmuşdur. Birinci baxışdan sonra polis işçiləri tərəfindən avtomobilinə narkotik yerləşdirilmişdir. Avtomobilinə baxışı təhqiqatçı Şahid9 tərəfindən aparmışdır. O, Şahid1 tanımır, Şahid4 olu ilə 05 avqust 2021-ci ildə görüşüb bir yerdə narkotik istifadə etmişlər. Həmin vaxt Aqşin onların yanlarında olmamışdır. Lakin Rəşada narkotik vasitə qurudulmuş marixuana satmamışdır. Avtomobilindən götürülmüş narkotik vasitələr ona məxsus deyildir və həmin narkotik vasitələrin kimin tərəfindən avtomobilinə qoyulmasını, kimə məxsus olmasını bilmir. Avtomobilində aşkar edilmiş narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Belə ki, polis işçiləri onun avtomobilini saxlatdıqları vaxtdan avtomobil polis işçilərinin sərəncamında olmuşdur. Aqşin ilə onun arasında narkotik ilə bağlı hər hansı razılaşma olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində də 05 avqust 2021-ci il tarixdə polis işçilərinin onları kənd qəbirstanlağının yanında saxladıqlarını göstərmiş və saat 21 radələrində telefonla danışdıqdan sonra İmişli şəhəri, A.Şadlinski küçəsində İmişli rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin yanında Şahid4 ilə görüşüb ona istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana verməsini etraf etmiş, lakin Rəşada marixuana verərkən ondan pul almadığını bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, İmişli rayonu Göbəktala kəndində yaşayır və narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs1 bir ildir ki, tanıyır. Elvin «Khazar Lada» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. O, Elvinin idarə etdiyi avtomobildən sərnişin kimi istifadə etmişdir. 05 avqust 2021-ci il tarixdə saat 22 radələrində Elvinə 050 454-16-17 nömrəli telefonla zəng etmiş, avtomobili ilə gəlib onu avtomobil təmiri sexinə aparmasını xahiş etmişdir. Belə ki, o, özünə məxsus avtomobili təmir sexinə vermişdir. Elvinin zəngindən təxminən yarım saat keçdikdən sonra avtomobil ilə evlərinə gəlmiş və onu götürmüşdür. O, avtomobilin qabaq sərnişin oturacağında oturmuşdur. Avtomobilin arxa oturacağında isə daş ustası Zülfiqar olmuşdur. Elvin avtomobili İmişli rayonu Məmmədli kəndinə sürmüşdür. Orada toy məclisindən çıxan bir nəfər oğlan da arxa oturacaqda onun yanında oturmuşdur. Elvin avtomobili İmişli şəhəri istiqamətində idarə edərkən İmişli rayonu Yalavac kəndi ərazisindən keçərkən arxadan dövlət yol polisinə məxsus xidməti avtomobil gəlib marqat etmiş, Elvin avtomobili yolun sağ tərəfinə verib saxlamış və avtomobildən birinci o, yerə düşmüşdür. Həmin vaxt qarşıdan “VAZ-2107” markalı, ağ rəngli minik avtomobili gəlib saxlamışdır. Həmin avtomobildə polislərin olmasını görmüşdür. O, Elvinin avtomobilindən yerə düşmüş və oradan uzaqlaşmışdır. Onda heç bir narkotik vasitə olmamışdır. Avtomobildən yerə düşəndə içərisində narkotik vasitə olan corab tayını yerə atmamışdır. Avtomobilin saxlanıldığı yerdən corab tayında götürülmüş 2,62 qram qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 məxsus «Khazar Lada» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobildən götürülmüş 3,83 qram narkotik vasitə qurudulmuş marixuana, 8,681 qram olan psixotrop maddə metamfetamini və 0,516 qram narkotik vasitə heroin ona məxsus deyildir və həmin maddələri avtomobilə kimin qoymasını bilmir. Şahid1, Şahid2 və Şahid4 tanımır və onlara narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, təxminən 2-3 aydır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 05 avqust 2021-ci ildə saat 17 radələrində tanışı Ruslan ona bir yerdə istifadə etmək üçün narkotik vasitə olan qurudulmuş marixuana tapmasını xahiş etmişdir. Ruslan qohumu Rəşadın narkotik vasitə tapa biləcəyini ona bildirmiş, Ruslan Rəşadla telefon vasitəsi ilə danışaraq narkotik vasitə qəbul etmək istədiklərini bildirmişdir. Ruslana narkotik vasitə olan qurudulmuş marixuana almaq üçün 5 manat pul vermişdir. O, Ruslanla birlikdə «trest» deyilən yerə gedib Rəşadı gözləmişlər. Təxminən saat 21 radələrində Rəşad onların olduğu yerə gəlmişdir. Rəşada istifadə etmələri üçün qurudulmuş marixuana almasını demişlər. Ruslan ondan aldığı 5 manat pulu narkotik alması üçün Rəşada vermişdir. Rəşadın narkotiki Elvin və Aqşindən alacağını deyib-deməməsini xatırlamır. Rəşad onlardan kənara çəkilib telefonla danışmış, sonra isə onlardan 30-40 metr kənarda dayanmışdır. Bundan bir qədər sonra ağ rəngli, “Khazar- Lada” markalı avtomobil həmin yerə gələrək onlardan 30-40 metr kənarda dayanmışdır. Həmin avtomobilin nömrə nişanında «692» rəqəmi olmuşdur. Avtomobilin salonunda işıq yanmışdır, lakin avtomobilin salonunda neçə nəfər adam olması görünməmişdir. Rəşad onlardan ayrılaraq avtomobilə yaxınlaşaraq avtomobilə əyləşmiş və qurudulmuş marixuananı avtomaşında olan şəxsdən alaraq gətirmişdir. Rəşad narkotik vasitəni ona vermiş, birlikdə narkotik vasitədən istifadə etmək üçün «trest» ərazisində yerləşən məktəbin həyətinə keçmişlər. Orada narkotik vasitə şəxsən onun əlində olmuşdur. Rəşad siqareti düzəltməklə məşğul olmuşdur. Bu zaman polis əməkdaşları gəlmişlər. Rəşad və Ruslan qaçıb çıxıb getmişlər. Onu isə polis əməkdaşları tutub rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsində onun üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindən bir ədəd siqaretin arasında, Rəşadın alıb gətirdiyi narkotik vasitə olan qurulmuş marixuanaya oxşar kütlə aşkar olunraq götürülmüşdür. Polis şöbəsində ondan hər hansı məzmunda ifadə verməsi tələb olunmamışdır. Polisdə narkotiki Elvindən aldıqlarını demişdir. Belə ki, ona məlum idi ki, Rəşad narkotiki Elvindən almışdır. Şahid1 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, Şahid4 onlara narkotik vasitəni Elvin və Aqşin adlı şəxslərdən aldığını bildirmişdir. Şahid2 məhkəmədə göstərdi ki, o, 05 avqust 2021-ci ildə saat 17 radələrində İmişli şəhər sakini Raufla İmişli şəhərində Adəm Qurbanov küçəsində görüşmüşlər. Raufla söhbət edə-edə «trest» deyilən məhəlləyə getmişlər. O da bir-iki dəfə narkotik vasitə olan nəşədən siqaretə doldurub çəkmişdir. Raufla söhbət edərkən Rauf üzərində 5 manat pulu olmasını və istifadə etmək üçün nəşə tapmasını ondan xahiş etmişdir. O, dayısı oğlu X4 nəşədən istfifadə etməsini, onun onlara nəşə tapacağını bilib ona mobil telefonla zəng etmiş, 5 manat pulu olmasını, onlara nəşə alıb verməsini xahiş etmişdir. Rəşad işdən çıxandan sonra axşam gəlib onlarla görüşəcəyini bildirmişdir. Saat 21 radələrində Vahid adlı şəxsin mağazasının yanında Rəşad gəlib onlarla görüşmüşdür. Raufun nəşə almaq üçün ona verdiyi 5 manat pulu Rəşada nəşə almaq üçün vermişdir. Sonra Rəşadla bir yerdə X7 poliklinika şöbəsinin binasının yanına kimi getmişlər. Orada dayanıb gözləmişlər. Onun görmə qabiliyyəti zəif olduğundan Rəşadın qaranlıqda gedib nəşəni kimdən almasını görə bilməmişdir. Rəşad nəşəni alıb qayıdandan sonra Elvin adlı şəxsdən almasını bildirmişdir. Rəşad nəşəni kağız parçasının arasında alıb gətirmişdir. Sonra orada olan Vahidin mağazasına gedib nəşədən istifadə etmək üçün mağazadan 2, 3 ədəd «Arqo» markalı siqaret dənəsi almışdır. Həmin siqareti götürüb məktəbin arxasına keçmişlər. Məktəbin həyətində nəşəni siqaretə doldurub çəkmək istəyərkən polis əməkdaşları onlara yaxınlaşmışdır. O və Rəşad qaçıb getmişlər. Rauf isə polislər tərəfindən tutulmuşdur. Bir neçə gün sonra rayon polis şöbəsinə gətirilmişdir və baş verənlər barəsində düzgün ifadə vermişdir. Onun istifadəsində 050 746 96 72 mobil telefon nömrəsi olmuş və Rəşadla da həmin nömrə ilə zəng edib danışmışdır. Şahid4 məhkəmədə göstərdi ki, 05 avqust 2021-ci ildə saat 21-22 radələrində bibisi oğlu Şahid2 Habil oğlu ilə İmişli şəhəri «Trest» deyilən məhəllədə görüşmüşdür. Ruslanın yanında əvvəldən tanımadığı Rauf adlı bir oğlan olmuşdur. Ruslan onlara çəkmək üçün narkotik vasitə olan marixuana tapmasını xahiş etmişdir. Ruslan ona 5 manat pul vermişdir. İmişli rayonu Yalavac kəndində yaşayan Elvin adlı şəxsin narkotik vasitə olan qurudulmuş marixuana satmasını eşitdiyi üçün Elvinə zəng edib danışmış və ona 5 manatlıq narkotik vasitə qurudulmuş marixuna verməsini xahiş etmişdir. Elvinə “trest”ə gəlməsini demişdir. Elvin idarə etdiyi ağ rəngli, «Khazar Lada» markalı minik avtomobili ilə həmin yerə gəlmişdir. Rauf və Ruslan təxminən 20-30 metr məsafədə dayanıb gözləmişlər. O isə Elvinin avtomobilinə yaxınlaşmış və avtomaşında qabaq sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Aqşin avtomaşında olmamışdır. Elvin avtomaşında tək olmuşdur. Elvinə 5 manat pul verib ondan bir ədəd salfetka kağızına bükülmüş vəziyyətdə qurdulmuş marixuana alıb, maşından yerə düşüb Rauf və Ruslanın yanlarına getmişdir. Birlikdə ”trest” deyilən yerdə yerləşən orta məktəbin binasının arxasına keçib marixuanadan istifadə etmək istəyərkən polis əməkdaşları yanlarına gəlmiş o, qaçarkən əlində olan marixuananı yerə atmışdır. Polislər Raufu tutub rayon polis şöbəsinə aparmışlar. O, Rauf və Ruslana narkotiki Elvin və Aqşindən alacağını deməmişdir. Şahid X5 məhkəmədə göstərdi ki, İmişli şəhərində Pambıq zavod küçəsində Rus qəbirstanlığı deyilən yerdə kirayədə yaşayır. 05 avqust 2021-ci ildə saat 21 radələrində tanışı Elvin ona zəng edərək özünə məxsus, köhnə “Nokia” markalı telefonu 15 manat pula satmaq istədiyini, istəyirsə, gəlib almasını demişdir. O, Elvinə telefonu almaq istədiyini demiş və onu İmişli şəhərində “Nur” market deyilən yerdə gözləmişdir. Elvin idarə etdiyi “Khazar Lada” markalı avtomobili ilə həmin yerə gəlmiş və o avtomobilə minmişdir. Elvin telefonu avtomobildə ona 15 manat pula satmışdır. Sonra Göbəktala kəndinə gedərək Aqşini götürmələrini demişdir. Elvinlə Göbəktala kəndinə getmişlər. Orada Aqşin evlərindən çıxıb avtomobilə minmişdir. O arxada, Aqşin isə qabaq oturacaqda oturmuşlar. Elvin avtomobili İmişli şəhəri istiqamətində sürmüşdür. İmişli rayonu Məhəmmədli kəndinə çatanda Elvin avtomobili toy məclisi keçirilən həyətə sürmüşdür. Elvin toydan bir nəfəri götürüb İmişli şəhərinə aparmalı olduğunu bildirmişdir. Bir nəfər oğlan toy məclisi keçirilən həyətdə avtomobilə minmiş və onunla bərabər arxa oturacaqda oturmuşdur. Elvin avtomobili İmişli şəhəri istiqamətində sürmüşdür. Köhnə mal bazarı yolunda polis işçiləri avtomaşını saxlatmışlar. Polis işçiləri avtomaşını saxladanda Aqşin avtomaşından düşüb qaçaraq yoxa çıxmışdır. Lakin Aqşinin avtomaşından düşərkən yerə çorab tayı atmasını görməmişdir. Polislər onu, Elvini və adının Mehman olmasını polis şöbəsində bildiyi oğlanı öz avtomaşınlarına mindirib rayon polis şöbəsinə aparmışlar. Elvinin avtomobilini isə polis əməkdaşları özləri sürərək rayon polis şöbəsinin həyətinə aparmışlar. Polis işçiləri Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşını Köhnə mal bazarı yolunda saxlamışlar. Yol kəsişməsində saxlamamışlar. Zülfiqar Nuruzadə ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə 05 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə getdikləri zaman polis işçilərinin avtomobili İmişli rayonu Rəsullu kənd qəbirstanlığının arxa tərəfində saxladıqlarını göstərmişdir. Şahid5 məhkəmədə göstərdi ki, o, İmişli Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 avqust 2021-ci il tarixdə icraatına Şahid1 üzərində narkotik vasitə olan qurudulmuş marixuana olması barəsində əməliyyat məlumatı daxil olmışdır. Həmin gün saat 17 radələrində əməliyyat qrupunun üzvləri ilə bir yerdə Şahid1 ola biləcəyi ünvana- İmişli şəhəri Melorator qəsəbəsinə getmişlər. Orada Şahid1 müşahidəyə götürmüşlər. Şahid1 əvvəlcə Şahid2 ilə görüşmüşdür. Bir iki saat keçdikdən sonra saat 20-21 radələrində Şahid4 onların yanlarına gəlmişdir. Rəşad telefonla danışandan sonra Elvin idarə etdiyi «Khazar-Lada» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların olduğu yerə, Vahidin mağazasının yanına gəlib saxlamışdır. Rauf və Ruslan kənarda gözləmiş, Rəşad isə onun avtomobilinə gedib əyləşmişdir. Sonra yerə düşmüş, Elvin avtomobilini şəhidlər xiyabanı istiqamətinə sürüb getmişdir. Maşında iki nəfər- Elvin və Aqşin adlı şəxslər olmuşlar. Rauf, Ruslan və Rəşad isə orada olan məktəbin həyətinə keçmişlər. Əməliyyat qrupunun üzvləri ilə onların arxasınca getmişlər. Ruslan və Rəşad qaçıb getmiş, Rauf isə qaça bilməmişdir. Şahid1 tutub rayon polis şöbəsinə gətirmişlər. Şahid1 üzərində rayon polis şöbəsində vəkilin və hal şahidlərinin iştirakları ilə şəxsi axtarış aparılmışdır. Onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaret kağızına doldurulmuş halda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş və götürülmüşdür. Rauf həmin narkotik vastəni Ruslan və Rəşad adlı şəxslərin vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 5 manat pul verib almasını etiraf etmişdir. Elvinin və Aqşinin oraya «Khazar-Lada» markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobil ilə gəldiklərini bildirmişdir. Bundan sonra «Khazar Lada» minik avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi davam etdirilmişdir. Təqsirləndirilən şəxs1 həmin gün saat 23 radələrində rayon polis şöbəsinin yol polisi əməkdaşlarının köməkliyi ilə İmişli rayonu, Yalavac kəndi ərazisində Rəsullu kənd qəbirstanlığının arxasında avtomobillə yol gedərkən saxlanılmışdır. Həmin vaxt Elvinin avtomobilində Təqsirləndirilən şəxs2 qabaqda sağda əyləşmiş, arxada isə iki sərnişin olmuşdur. Təqsirləndirilən şəxs2 avtomobildən yerə düşərkən əlində olan bir ədəd coraba bükülmüş bükümü yerə atmış və qaçaraq çöllük sahədə gözdən itmişdir. Aqşinin arxasınca qaçsa da, onu tuta bilməmişdir. Hadisə yerinə baxış təhqaqatçı Şahid9 tərəfindən keçirilmiş, Aqşinin əlindən yerə atdığı həmin corabın içərisindən bir ədəd kibrit qutusuna doldurulmuş vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuş və həmin kibrit qutusu bir ədəd zərfə qoyulmaqla qabalaşdırılaraq götürülmüşdür. Elvin isə idarə etdiyi «Khazar-Lada» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bir yerdə rayon polis şöbəsinə gətirilmişdir. Rayon polis şöbəsində onun avtomobilinə təhqiqaçısı Şahid9 tərəfindən hal şahidləri X8 və Şahid3 iştirakları ilə videoçəkilişlə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 «Khazar-Lada» markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəlcə sağ tərəfdə oturacağının altından iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya və heroinə oxşar kütlələr aşkar olunmuş və götürülmüşdür. Həmin kibrit qutularının birinin içərisində isə sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə də olmuşdur. Sonra isə avtomobildən sükanın alt hissəsində, qaz və tormoz pedalının alt hissəsində, ayaq altına sərilmiş çexolun altından bir ədəd sellofan bükümdə ağ rəngdə, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Avtomobildən aşkar olunaraq götürülmüş narkotik vasitələr ayrıayrı zərflərdə qablaşdırılmaqla götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilən, İmişli Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid7 ifadəsində Şahid5 göstərdiyi xüsusatları təsdiq etməklə yanaşı göstərdi ki, 05 avqust 2021-ci il tarixdə saat 23 radələrində İmişli rayonu Yalavac kəndi ərazisində Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili saxlayarkən qabaq sərnişin oturacağında oturmuş Təqsirləndirilən şəxs2 avtomaşından yerə düşmüş və əlində olan bir ədəd coraba bükülmüş halda əşyanı yerə atıb qaçmışdır. Onun yerə atdığı corabın içərisində bir ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuşdur. Şahid X13 məhkəmədə göstərdi ki, İmişli Rayon Polis Şöbəsində polis nəfəri işləyir. 05 avqust 2021-ci il tarixdə Şahid1 üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məluamtı daxil olmuşdur. Şahid1 ətrafında əməliyyat tədbirləri keçirməklə onu 05 avqust 2021-ci il tarixdə saat 17 radələrində Şahid1 İmişli şəhərində Melorator qəsəbəsində müşahidəyə götürülmüşdür. Orada Şahid1 Şahid2la və Şahid4lə görüşmüşlər. Rəşad telefonla danışdıqdan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi «Khazar-Lada» markalı avtomobil onların olduqları yerə gəlmişdir. Rauf və Ruslan kənarda gözləmişlər. Rəşad isə gedib avtomobilə əyləşmiş, sonra isə düşmüşdür. Həmin vaxt hava qaranlıq olduğundan və məsafə uzaq olduğundan Təqsirləndirilən şəxs1 məxsus avtomobildə neçə nəfər şəxsin olmasını görə bilməmişdir. Eyni ilə Aqşini avtomobildə görməmişdir. Rəşad avtomobildən düşdükdən sonra avtomobil oradan uzaqlaşmışdır. Rauf, Ruslan və Rəşad isə orada olan məktəbin həyətinə getmişlər. Onlar həmin şəxslərə yaxınlaşdıqda Ruslan və Rəşad qaçmışlar. Rauf isə qaça bilməmişdir. Onu tutub rayon polis şöbəsinə aparmışlar. Raufun üzərində hal şahidlərinin iştirakları ilə şəxsi axtarış aparılarkən onun cibindən bir ədəd siqaret kağızına doldurulmuş halda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Rauf həmin narkotik vasitəni Rəşadın vasitəsi ilə Elvin və Aqşin adlı şəxslərdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ətrafında əməliyyt tədbirləri keçirməklə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşını həmin gün saat 23 radələrində İmişli rayonu Yalavac kəndində Rəsullu qəbirstanlığının yanında saxlamışlar. Həmin vaxt avtomaşında Elvindən başqa üç nəfər şəxs olmuşdur. İki nəfər avtomobilin arxa oturacağında, Təqsirləndirilən şəxs2 isə qabaqda sürücünün yanında olan oturacaqda oturmuşdur. Təqsirləndirilən şəxs1 sürdüyü avtomobil dayanan kimi Təqsirləndirilən şəxs2 avtomaşından düşərək qaçmışdır. Aqşin qaçanda yerə bir ədəd corab atmışdır. Həmin corab onun iştirakı ilə hadisə yerindən götürülmüş, uşaq corabı olmuşdur. Corabın içində narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin saxlandığı və Aqşinin corab atdığı yer əslində rayonun girişi, Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun kəsişməsidir. Həmin yer Rəsullu qəbirstanlığının yanı, Yalavac kəndinin ərazisidir. Həmin hadisə yerinə baxış keçirilməsində və corabın götürülməsində hal şahidləri Roman və Yadigar iştirak etmişlər. Təqsirləndirilən şəxs1 avtomobili saxlanıldığı yerdən rayon polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs1 avtomaşında olmuşdur, lakin avtomaşını onun özünün idarə edib etməməsi yadında qalmamışdır. Təqsirləndirilən şəxs1 məxsus avtomaşın polis şöbəsinin həyətinə gətirildikdən sonra avtomaşına baxış saat 23 radələrində başlanmışdır. Avtomaşına baxış keçirilərkən Təqsirləndirilən şəxs1 özü də orada olmuşdur, həmin vaxt onun əlində qandal olmamışdır. Avtomaşına baxış keçirilməsi zamanı əvvəlcə telefon vasitəsi ilə videoçəkiliş aparılmış, telefonun yaddaşında yer az qaldığından 5-10 dəqiqə fasilə verilmiş və avtomaşına baxış videokamera vasitəsi ilə çəkiliş aparılmaqla davam etdirilmişdir. Avtomaşında əvvəlcə sağ tərəfdə oturacağın altından iki ədəd kibrit qutusunda qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Həmin kibrit qutusunun birinin içərisində isə sellofan bükümdə narkotik vasitə heroinə oxşar gütlə olmuşdur. Avtomaşına baxış keçirilmsində videoçəkilişə fasilə verilməsindən sonra yenidən baxış davam etdirilərkən sükanın alt hissəsində qaz və tormoz pedallarının alt hissəsində ayaq altına sərilmiş çexolun altından bir ədəd sellofan bükümdə ağ rəngdə,psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Şahid3 məhkəmədə göstərdi ki, İmişli rayonu Yalavac kəndində yaşayan Təqsirləndirilən şəxs1 tanıyır. 05 avqust 2021-ci il tarixdə saat 22 radələrində İmişli rayon polis şöbəsində usta kimi işlədiyi zaman polis işçiləri onu Təqsirləndirilən şəxs1 məxsus avtomobilə baxış keçirilməsində hal şahidi kimi iştirak etmək üçün dəvət etmişlər. Onu dəvət edəndə Təqsirləndirilən şəxs1 məxsus avtomobil artıq polis şöbəsinin həyətində olmuşdur. Avtomobilə baxış axşamçağı mobil telefon işığından istifadə edilməklə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 də orada olmuşdur. Baxış zamanı avtomobilin arxa oturacağının altından narkotik vasitə aşkar edilmişdir. O, hər hansı şəxsin üzərində şəxsi axtarışda iştirak etməmişdir. Yalnız avtomaşına baxış keçirilməsində iştirak etmişdir. Eləcə də 05 avqust 2021-ci il tarixli hadisə yerinə, yəni Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin polis əməkdaşları tərəfindən saxlanılması zamanı Təqsirləndirilən şəxs2 düşüb qaçdığı, İmişli şəhəri, 28 may küçəsində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun kəsişməsində, İmişli rayonu Yalavac kəndinin ərazisində olan yerə baxış keçirilməsi və bir ədəd corab tayında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddənin götürülməsi barədə protokolda hal şahidi kimi yazılsa da, o, həmin hadisə yerində olmamış və baxış keçirilməsində iştirak etməmişdir. Lakin ona təqdim olunan hadisə yerinə baxış keçirilməsi barədə protokolda soyadı qarşısındakı imza onundur. Lakin Şahid3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, 05 avqust 2021-ci il tarixdə saat 22 radələrində alver etmək üçün İmişli şəhəri H.Əliyev prospektində yerləşən ticarət obyektinə getmişdir. Həmin vaxt İmişli Rayon Polis Şöbəsində əməliyyat müvəkkili işləyən Şahid5 onu rayon polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində Şahid1 üzərində şəxsi axtarış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Şahid1 üzərində şəxsi axtarış aparılmasında ondan başqa digər hal şahidi Yadigar Həsənov da iştirak etmişdir. Şəxsi axtarış zamanı Şahid1 əynində olan şalvarın sol yan cibindən bir ədəd siqaret kağızına doldurulmuş halda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli, quru halda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüş və zərfə qoyularaq qablaşdırılmışdır. Şahid1 polislərə həmin narkotik vasitəni Rəşad adlı oğlana verdiyi 5 manat pul ilə Elvin və Aqşin adlı şəxslərdən alıb ona verdiyini bildirmişdir. Bundan sonra polis işçiləri onun iştirakı ilə Elvin və Aqşin adlı şəxsləri axtarmışlar. Saat 23 radələrində İmişli rayonu Yalavac kəndinin ərazisində avtomobil ilə yol gedərkən saxlanılmışdır. Həmin vaxt Elvinin avtomobilində özündən başqa üç nəfər şəxslər də olmuşlar. Onlardan ikisi arxada oturmuşlar. Adını sonradan bildiyi Aqşin Şikürov isə qabaq sağ oturacaqda oturmuşdur. Polis işçiləri avtomaşını saxlatdırdıqda Təqsirləndirilən şəxs2 avtomobildən yerə düşən kimi əlində olan bir ədəd çorabı yerə tullayıb, qaçaraq çöllük sahədə gözdən itmişdir. Həmin coraba onun iştirakı ilə baxıldıqda içərisindəki bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kibrit qutusu corabla bir yerdə bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar-Lada” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobil ilə bir yerdə rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsinin həyətində onun iştirakı ilə avtomaşına baxış keçirilərkən əvvəlcə sağ tərəfdə oturacağın altından iki ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuş və götürülmüşdür. Həmin kibrit qutusunun birinin içərisində isə sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə olmuşdur. Sonra isə avtomobilin sükanın alt hissəsində tormoz və qaz pedalının alt hissəsində ayaqaltına sərilmiş çexolun altından bir ədəd sellofan bükümdə ağ rəngdə, psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Həmin maddələr zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. İmişli Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı Şahid9 məhkəmədə şahid kimi dindirilərkən göstərdi ki, Təqsirləndirilən şəxs1 avtomaşını ilə narkotik daşıyıb satması barədə məlumatları olmuşdur. 05 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus «Khazar-Lada» markalı avtomobil polis əməkdaşları tərəfindən rayon polis şöbəsinin həyətinə gətirilmişdir. O, avtomobilə Təqsirləndirilən şəxs1 iştirakı ilə videoçəkilişlən istifadə etməklə baxış keçirmişdir. Avtomobilə baxış keçirilərkən mobil telefondan istifadə olunmaqla videoçəkiliş aparılmışdır. Avtomobilin salonunda ön sərnişin otağının alt hissəsindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana və heroin aşkar olunmuşdur. Avtomobilə baxış keçirilməsi zamanı telefonun elektriki və həm də yaddaşı azaldığından baxışı və videoçəkilişi dayandırmışdır. Lakin baxış keçirilməsi barədə protokolda bu barədə qeydiyyat aparmamışdır. Qısa müddətdən sonra rayon polis şöbəsinin balansında olan videokameradan istifadə etməklə videoçəkiliş aparılmaqla avtomaşına baxış davam etdirilmişdir. Avtomaşına ikinci dəfə baxış keçirilərkən avtomobilin sürücü oturacağının ayaqlatında, qaz və tormoz pedallarının alt hissəsində döşəməyə sərilmiş ayaq altı örtüyünün altından isə metamfetamin aşkar olunmuşdur. İş materialları ilə müəyyən edilir: Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və vətəndaşların şöbəyə gətirilməsi barədə 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün Şahid1 üzərində narkotik vasitə olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Şahid1 ətrafında saat 17.00-dan 21.00-dək olan müddətdə əməliyyat müşahidəsi aparılmışdır. Saat 21 radələrində Şahid1 İmişli şəhərində A.Şadlinski küçəsində məktəbin həyətində olarkən əməliyyat qrupunun üzvləri ona yaxınlaşmış, onun yanında olan iki nəfər qaçaraq gözdən itmişlər. Şahid1 isə saxlamaqla rayon polis şöbəsinə aparmışlar. Şəxsi axtarış və götürmə aparılması haqqında 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Şahid1 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaretin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İmişli Rayon Polis Şöbəsi rəisinin 05 avqust 2021-ci il tarixli, 18 saylı əmrində göstərilmişdir ki, 05 avqust 2021-ci il tarixdə İmişli rayonu Yalavac kəndində yaşayan Təqsirləndirilən şəxs1 və İmişli rayonu Göbəktala kəndində yaşayan Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə etmələri və həmin qurudulmuş marixuananı üzərlərində gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və vətəndaşların polis şöbəsinə gətirilməsi barədə 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, İmişli rayonu Yalavac kənd sakini Təqsirləndirilən şəxs1 və İmişli rayonu Göbəktala kənd sakini Təqsirləndirilən şəxs2 ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs1 ifadə etdiyi **-RJ-*** qeydiyyat nişanlı avtomaşın 05 avqust 2021-ci il tarixdə saat 23 radələrində İmişli şhəri 28 may küçəsi ilə Ağsa-Kürdəmir-Bəhrəmtəpə yolunun kəsişməsində, Yalavac kəndi ərazisində saxlanılmışdır. Avtomobildə olan sərnişin Təqsirləndirilən şəxs2 əlindən yerə şübhəli əşya ataraq oradan qaçaraq getmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 05 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 23.05-dən 23.40-dək hadisə yerinə keçirilən baxış zamanı İmişli şəhəri 28 may küçəsi ilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun kəsişməsində “Khazar-Lada” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilin yolun sağ hərəkət hissəsinə tərəf istiqamətində dayandığı, müvafiq yerin Rəsullu kənd qəbirstanlığının arxası olduğu yulğun kollarının topa halda bitdiyi müşahidə edilmişdir. Avtomobilin yanında Təqsirləndirilən şəxs2 yerə atdığı 1 ədəd qara rəngli corabın içərisində 1 ədəd kibrit qutusu və həmin qutunun icərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kibrit qutusu corabla bir yerdə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qoyulmaqla götürülmüşdür. Avtomobilə baxış keçirilməsi haqqında 06 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Khazar Lada” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağının alt hissəsində iki ədəd kibrit qutusu tapılmış və həmin kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmuşdur. Kibrit qutusunun birinin içərisində qurudulmuş marixuananın yanında sellofan bükümdə qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar kütlə olmuşdur. Avtomobilə baxış zamanı sürücü oturacağının ön hissəsində avtomobilin salonunda ayaqaltının alt hissəsindən sellofan torbaya bükülmüş bükülü aşkar olunmuş və həmin bükülünün içərisində ağ, kristal dənələr şəkilində psixotrop vasitə olan metafetaminə oxşar kütlə aşkar edilmişdir. Avtomobildən qeyd olunun əşyalardan başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Avtomobilə baxışın saat 00.40da başlaması, 01.50-də başa çatması göstərilmişdir. (protokolda saat və dəqiqəni göstərən rəqəmlər qaralanmış, pozulmuş, ynidən yazılmışdır). Avtomobilə baxış keçirilməsi barədə protokolda baxışda fasilə verilməsi, videoçəkilişin dayandırılması və bir müddət sonra yenidən videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi barədə heç bir qeydiyyat aparılmamışdır. Avtomobilə baxış keçirilməsi zamanı aparılmış videoçəkiliş məhkəmə iclas zalında nümayiş etdirilərkən müəyyən edilmişdir ki, avtomobilə 06 avqust 2021-ci il tarixdə gecə şəraitində mobil telefon vasitəsi ilə süni işaqlandırmadan istifadə edilməklə və mobil telefonla videoçəkiliş aparılmaqla baxış keçirilir. Həmin vaxt avtomobilin bütün hissələrinə, o cümlədən sükanın alt hissəsində əylənc və qaz pedallarının ətrafına baxış keçirilir. Həmin baxış zamanı avtomobilin ön sərnişin oturacağının alt hissəsində iki ədəd kibrit qutusu aşkar olunur və həmin kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkr olunur. Kibrit qutularından birinin içərisində qurudulmuş marixuananın yanında sellofan bükümdə qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar kütlə də aşkar olunur. Başqa hər hansı maddə aşkar edilmir. Avtomobilə baxış və videoçəkiliş zaman və saat göstərilmədən dayandırılır. Bundan bir müddət sonra avtomobilə videoçəkiliş aparılmaqla baxış davam etdirilir. Yenə də avtomobilin salonunda əvvəlki yerlərə baxılır. Bu dəfə sükanın alt hissəsində əylənc və qaz pedallarının alt hissəsindəki döşəmə üzərindəki örtüyün alt hissəsinə baxılır. Örtüyün alt hissəsindən bir bükümdə metamfetaminə oxşar maddə aşkar olunaraq götürülür. Məhkəmə baxışı zamanı tədqiq edilmiş, videoçəkilişdən, videokameranın yaddaşında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus avtomobildə ikinci videoçəkiliş 6.8.2021-ci il tarixdə saat 3:54-də aparılmışdır. Bu isə ikinci videoçəkilişin protokolda baxışın başa çatmasının qeyd edildiyi saat 01:50-dən 2 saat 04 dəqiqə keçməsindən sonra aparılması deməkdir. Təqsirləndirilən şəxs1 iş üzrə 06 avqust 2021-ci il tarixdə saat 02.20-də şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs1 məxsus avtomobilə baxış isə 06 avqust 2021-ci il tarixdə saat 00.40-da başlanmış, saat 01.50-də başa çatmışdır. Bu isə o deməkdir ki, Təqsirləndirilən şəxs1 rəsmi olaraq şübhəli şəxs kimi tutulmadığı halda ona məxsus avtomobilə baxış keçirilmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 faktiki olaraq 05 avqust 2021-ci il tarixdə saat 23 radələrində saxlanılmaqla azadlığı məhdudlaşdırılmışdır. İş materiallarında olan protokola əsasən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış 06 avqust 2021-ci il tarixdə saat 02.45-də başlanmış, 03.20-də başa çatmışdır. Materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasının 06 avqust 2021-ci il tarixli, 18/834-18/835 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: «Şahid1…» sözləri və imzalar olan kağız paketdəki 1 ədəd tamlığı pozulmuş siqaret dənəsinin içərisində ümumi təmiz çəkisi 0,36 qram qarışığın (tütünə bənzər kütlə ilə qarışıq) tərkibində təmiz çəkisi 0,23 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs1 idarə etdiyi..” sözləri və imzalar olan kağız paketdəki: -2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 1,62 qram, 2,21 qram, ümumi təmiz çəkisi 3,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. -1 ədəd sellofan torbacıqda təmiz çəkisi - 8,681 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,516 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 3)Tədqiqata təqdim olunmuş üzərində: «Hadisə yerinə baxış keçirilərkən…» sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 2,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır Tədqiqata təqdim olunmuş Şahid1, Təqsirləndirilən şəxs1 avtomobilindən və hadisə yerinə baxış keçirilərkən oradan aşkar edilərək götürülmüş marixuanalar eyni təkiblidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4309 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 4298 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabiodlərin istifadə etmə halları olub. Lakin narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Telefon danışıqları barədə məlumatlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus və onların istifadəsində olan mobil telefon nömrələri ilə narkotik vasitənin alqı-satqısı ilə bağlı çoxsaylı danışıq və yazışmalar aparılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 adına qeydə alınmış 050 678 73 28 nömrəsindən Şahid4 adına qeydə alınmış 051 413 16 03 nömrəsinə 05 avqust 2021-ci ildə saat 16:30:36-da ilk zəng edilmiş və 52 saniyə danışıq qeydə alınmışdır. Həmin gün saat 20:21:40-da Şahid4 adına qeydə alınmış 051 413 16 03 nömrəsindən Təqsirləndirilən şəxs1 adına qeydə alınmış 050 678 73 28 nömrəsinə saat 20:21:40-da zəng qeydə alınmış və 15 saniyə, 21:08:17-də isə 9 saniyə danışılmışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan 050 678 73 28 nömrəsi ilə Təqsirləndirilən şəxs2 adına qeydə alınmış 050 454 16 17, 050 474 16 74, 050 418 18 32 nömrələr arasında çoxsaylı zənglər qeydə alınmamışdır. X1 adına qeydə alınmış 55 697 34 09 nömrəsindən Təqsirləndirilən şəxs1 adına qeydə alınmış 050 678 73 28 nömrəsinə 26 fevral 2021-ci ildə saat 16:36: 32-də «Elvin dobur koku var, otla deşmey istəyen var», 03 aprel 2021 saat 02:34:06-da «Gəl meni götür, gedəy pati çekey», xx.xx.2021-ci ildə saat 21:29:32-də «Çox ....., eybi yox, mene hemin otan bir baş normalı getir pulunu verem, qapıda xahiş edirəm 10 man», xx.xx.2021ci ilə saat 22:55:42-də «Yetim salam şeyə, elin çatmır, pulnan ya barter» xx.xx.2021-ci ildə saat 01:12:42-də “Elvin+ ot+varsa+barter+edey, patıla+ mene+ tez+ he+ yox+ de”, «Elvin nolar pulu verim geley bayakı kimi verecem indi gelirsense viz at, bilim kontur yoxdu, yaxışı ot var dobru de1işey. “Elvin gör çet istəyen var de, mene», xx.xx.2021-ci ildə saat 00:55:48-də «Elvin yaxışı ota elin çatmır, pula lazımdı»,xx.xx.2021-ci ildə «Elvin mene normalnı ot tap onu özü yaxşı olsun, görkemin neyinirəm me» məzmunlu ismaric göndərilmışdır. X6 adına qeydə alınmış 050 715 96 07 nömrəsindən Təqsirləndirilən şəxs1 adına qeydə alınmış 050 678 73 28 nömrəsinə xx.xx.2020-ci ildə saat 19:47:47-də “ Qaqa bu gün gelmişem, inan alaha aqrıdan ölrem, imkan varsa 3 tuş nəşə tapa bilmesen imkan dairesinde” məzmunlu ismaric göndərilmişdir. 03.12021-ci il tarixdə saat 03:28:47-də X3 adına qeydə alınmış ********* nömrəsindən Təqsirləndirilən şəxs2 adına qeydə alınmış ********* nömrəsinə “Meni yix pati var verecem sene işim var senen vacibdi” məzmunlu ismaric göndərilmişdir. 05.012021- ci il tarixdə saat 13:30:02-də Təqsirləndirilən şəxs2 adına qeydə alınmış ********* nömrəsindən X3 adına qeydə alınmış ********* nömrəsinə “Rayondan cixdim mene pati ver” məzmunlu ismaric göndərilmişdir. xx.xx.2021-ci ci il tarixdə saat 13:30:25, Təqsirləndirilən şəxs2 adına qeydə alınmış ********* nömrəsindən X3 adına qeydə alınmış ********* nömrəsinə “Pati var” məzmunlu ismaric göndərilmişdir. xx.xx.2021-ci ci il tarixdə saat 22:43:19-də X3 adına qeydə alınmış ********* nömrəsindən Təqsirləndirilən şəxs2 adına qeydə alınmış ********* nömrəsinə “Pati+versem+otnan+dayşa+bilisan” məzmunlu ismaric göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat 02:07:18-də Təqsirləndirilən şəxs2 adına qeydə alınmış ********* nömrəsindən X3 adına qeydə alınmış ********* nömrəsinə “Sagol nergiz menim pulumu xaşdadirib meni lomkada qoydun bele varyadara el atmisan vallah ayibdi bu eledikin hereket yere goye sigasi deyil ayibdi” məzmunlu ismaric göndərilmişdir. X3 adına qeydə alınmış ********* nömrəsindən Təqsirləndirilən şəxs2 adına qeydə alınmış ********* nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 18:08:51-də “Salam kotur yoxdu yari pati istiyen olsa mene xaber el başa donum”, xx.xx.2021-ci il tarixdə saat 21:38:38-də “Yetim bu mene pul gondarmadi ozum bu daqa olurem ayaxlarim oldurur meni”, xx.xx.2021- ci il tarixdə saat 23:11:12-də “Nuldun balam pati vardi ?”, xx.xx.2021- ci il tarixdə saat 20:00:39-də “Akşin ayxun atinda olum bir cikan pati tapa bilirsen olurem bu daqa azuru cekim”, xx.xx.2021-ci il tarixdə saat 02:00:04-də “Yarim p lazmdi meni yix”,xx.xx.2021-ci il tarixdə saat 21:19:07-də “Gozde resdayam adam var yanimda danişa bilmirem hel edirem danişram”, xx.xx.2021- ci il tarixdə saat 21:38:39-də “Depdayam danişram koku yoxdu heckimda bayax vardi istemedin dayan bir neferde var onu hel edirik goturum gelem yixacam seni” xx/xx/2021-ci il tarixdə saat,23:48:51-də “Akşin coldase xeber ele birda 10 manatix bidana cet var istesen xeber ele coldesenese de”, xx/xx/2021ci il tarixdə saat 15:29:13-də “Akşin doburur 10 verim gel gotur bu peser deyir ya pul ya mali ver pul vermeliyem mene komey el”məzmunlu ismarıclar göndərilmişdir. Təqsirləndirilən şəxs2 adına qeydə alınmış ********* nömrəsindən X3 adına qeydə alınmış ********* nömrəsinə xx/xx/2021- ci il tarixdə saat 21:41:50-da “olurem tez gel rayondayam”, xx/xx/2021- ci il tarixdə saat 21:47:20-də “Alinsa 2 ikisin gotur qurban olum” məzmunlu ismaric göndərilmişdir. Həmçinin diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 adına qeydə alınmış 050 454 16 17 nöməsindən Şahid4 adına qeydə alınmış 051 413 16 03 nömrəsinə xx.xx.2021-ci ildə saat 22:45:45- də zəng edib 87 saniyə, xx.xx.2021-ci ildə saat 16:13:46-da isə zəng edilmiş və 28 saniyə danışmışdır. Bu da Təqsirləndirilən şəxs2 Şahid4 tanımaması barəsində ifadəsində göstərilənlərin yalan olmasını göstərir. İş materiallarında olan tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan, İmişli rayonu Göbəktala kənd İƏD-si üzrə nümayəndəliyin 21 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Göbəktala kəndində yaşamaqla sübaydır. O, yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə müsbət səciyyələnir. İmişli rayonu Rəsullu kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir, himayəsində 2017-ci ildə doğulmuş bir azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs1 barəsində ərazi nümayəndəliyinə şikayət və müraciət daxil olmaması göstərilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 barəsində axtarış elan olunmuş və xx.xx.2021-ci il tarixdə tutulmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq 0,516 qram narkotik vasitə olan heroin və 6,68 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmələri, saxlamaları və daşımaları, həmin marixuananın 0,23 qramını 05 avqust 2021-ci il tarixdə saat 21 radələrində İmişli şəhəri A.Şadlinski küçəsində 5 manat pul müqabilində Şahid4 satmaları, 2,62 qramını Təqsirləndirilən şəxs2 5 avqust 2021-ci il tarixdə üzərində saxlamaqla Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomaşında daşıması və polis əməkdaşları tərəfindən avtomaşın saxlanarkən yerə ataraq qaçması, qurudulmuş marixuananın 3,83 qramını və 0,516 qram narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs1 məxsus avtomaşının salonunda ön sərnişin oturacağının alt hissəsindəki iki ədəd kibrit qutularında saxlamaları, əməllərində cinayət hadisəsinin və cinayt tərkibinin, təqsirlilikləri kifayət qədər sübuta yetirilmişdir. Lakin Təqsirləndirilən şəxs1 məxsus avtomaşına baxış keçirilməsi zamanı aparılmış videoçəkiliş məhkəmə baxışı zamanı nümayiş etdirilərkən müəyyən edilmişdir ki, avtomobildə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, yalnız avtomobilin salonunda ön sərnişin oturacağının alt hissəsindəki iki ədəd kibrit qutularında 3,83 qram narkotik vasitə qurudulmuş marixuana və 0,516 qram narkotik vasitə heroin aşkar olunmuş, başqa qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra baxış keçirilməsinə dair protokolda heç bir qeyd aparılmadan videoçəkiliş dayandırılmışdır. Bir müddət sonra yenidən videoçəkiliş aparılmaqla avtomaşına baxış keçirilərkən qaz və əylənc pedallarının alt hissəsində döşəmə üzərinə çəkilmiş örtüyün altından bir bükümdə 8,681 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Videokameranın yaddaşında olan məlumatlara əsasən avtomaşına ikinci videoçəkiliş birinci videoçəkilişdən 2 saatdan çox müddət keçdikdən sonra aparılmışdır. Eyni zamanda həmin müddətdə avtomobil polis şöbəsinin həyətində olmuşdur. Avtomaşına baxış keçirilməsi barədə protokolda isə baxış keçirilməsinin və videoçəkilişin dayandırılması və bir müddət sonra yenidən videoçəkiliş aprılmaqla baxış keçirilməsi barədə heç bir qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların və əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 məxsus avtomaşında 8,681 qram psixotrop maddənin aşkar olunmasından əvvəlki baxışın dayandırılması, videoçəkilişdə fasilə verilməsi, polis şöbəsinin həyətində saxlanılan avtomaşına bir müddət sonra yenidən videoçəkiliş bərpa edilməklə baxış keçirilməsini və bunun müvafiq istintaq hərəkəti protokolunda göstərilməməsini kobud pozuntu kimi qiymətləndirir. Ona görə də 8,681 qram psixotrop maddə metamfetamini cinayət işi üzrə maddi sübut kimi qəbul etmir. 8,681 qram psixotrop maddə metamfetaminin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən əldə edilməsi və Təqsirləndirilən şəxs2 məxsus avtomaşında saxlanılması şübhəlidir və möhtəbər sübut hesab oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi möhtəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr vardırsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 8,681 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, daşımağa və ya saxlamağa görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilməsi üçün mötəbər sübutlar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunmalı, onlar qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq 0,516 qram narkotik vasitə olan heroini və 6,68 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyə, daşımağa və saxlamağa görə CM-nin 234.4.1-ci maddəsi ilə təqsirli bilinməlidirlər. Məhkəmə tətqiq edilmiş sübutlara əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlarda heç bir narkotik vasitənin olmaması, 05 avqust 2021-ci il tarixdə Şahid4 narkotik vasitə olan qurudulmuş marixuana satmamaları, Təqsirləndirilən şəxs1 məxsus avtomaşında heç bir narkotik vasitənin olmaması, həmin gün Təqsirləndirilən şəxs1 məxsus avtomobil polis əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs2 avtomaşından düşüb qaçan zaman yerə corab tayında narkotik vasitə atmaması barədə ifadələrini özlərini müdafiə məqsədi daşımaqla qeyri obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, 05 avqust 2021-ci il tarixdə polis işçiləri tərəfindən müşahidə aparılması zamanı Şahid4 Təqsirləndirilən şəxs1 avtomobilinə daxil olaraq 5 manat pul müqabilində narkotik vasitə olan qurudulmuş marixuana alması, bundan sonra Təqsirləndirilən şəxs1 məxsus avtomaşın polis işçiləri tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs2 avtomaşından düşüb qaçması və çorab tayında olan qurudulmuş marixuananı yerə ataraq qaçması təkzibedilməz qaydada sübuta yetirilmişdir. Həmçinin ekspert rəyləri ilə müəyyən edilir ki, həm Şahid4 satılmış, həm Təqsirləndirilən şəxs2 corab tayında yerə atdığı, həm də Təqsirləndirilən şəxs1 məxsus avtomaşından aşkar edilmiş qurudulmuş marixuanalar eyni tərkiblidirlər. Bu isə aşkar olunmuş qurudulmuş marixuanaların ümumilikdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus olmalarını təsdiq edir. Bundan əlavə telefon vasitəsi ilə göndərilmiş sms mətnlərindən məlum olur ki, Təqsirləndirilən şəxs1 və Aqşin Şükürpov narkotik vasitələrin satışı ilə məşğul olmuşlar və narkotik almaq istəyən şəxslər rərəfindən onlara bu məzmunlu sms-lər göndərilmişdir. Məsələn: Təqsirləndirilən şəxs1 məxsus mobil telefonla-«Elvin dobur koku var, otla deyşmey istəyen var», «Gəl meni götür, gedəy pati çekey», «... mene hemin otan bir baş normalı getir pulunu verem, qapıda xahiş edirəm 10 man», «Yetim salam şeyə, elin çatmır, pulnan ya barter», “Elvin+ ot+varsa+barter+edey, patıla+ mene+ tez+ he+ yox+ de”, Aqşin Quliyevə məxsus mobil telefonla-“Meni yix pati var verecem sene işim var senen vacibdi”., “Rayondan cixdim mene pati ver”, “Pati var”, “Pati+versem+otnan+dayşa+bilisan” və sair məzmunlu sms-lər göndərilmişdir. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 05 avqust 2021-ci il tarixdə polis işçilərinin Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobili saxladıqldarı yerin İmişli şəhəri 28 may küçəsi ilə Ağsu-Kürdəmir- Bəhrəmtəpə yolunun kəsişməsin olmaması, avtomobilin həmin yerdən kənarda saxlanılması barədə ifadələrini, eyni ilə müdafiə tərəfinin bu barədə təqdim etdiyi sənədləri sübut kimi qəbul etmir. Belə ki, həmin hadisə yerində olmuş şəxslər şahid kimi verdikləri ifadələrində hər biri ərazini özlərinə məxsus formada dərk etməklə avtomobilin polis əməkdaşları tərəfindən saxlanıldığı yeri, “Rəsullu kənd qəbirstanlığının arxası”, “köhnə mal bazarı yolu” və ya “Yalavac kəndinin ərazisi” kimi göstərsələr də, hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus avtomobil polis əməkdaşları tərəfindən qeyd olunan ərazidə- İmişli şəhəri 28 may küçəsi ilə Ağsu-Kürdəmir- Bəhrəmtəpə yolunun kəsişməsində saxlanılmış və Təqsirləndirilən şəxs2 içərisində narkotik vasitə olan və yerə atdığı corab tayı həmin yerdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, həmçinin onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs1 iş üzrə 06 avqust 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulsa da, müəyyən edilir ki, polis əməkdaşları tərəfindən faktiki olaraq 05 avqust 2021-ci il tarixdə saxlanılmaqla polis şöbəsinə aparılmış, hüquqları həmin vaxtdan məhdudlaşdırılmaqla bir daha azadlığa buraxılmamışdır. Ona görə də onun faktiki həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 05 avqust 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı isə 25 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 CM-nin 93.1.2-cimaddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1 isə ərazi narkoloji dispaeserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan CM-nin 234.4.3-cü maddəsi xaric olunmaqla yanaşı, Təqsirləndirilən şəxs1 məxsus “Khazar-Lada” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobildən 8,631 qram psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı araşdırma aparılması və hüquqi qiymət verilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla İmişli Rayon Polis Şöbəsində saxlanılan 6,60 qram narkotik vasitə qurdulmuş marixuana, 0,466 qram narkotik vasitə heroin məhv edilməli, 8,631 qram psixotrop maddə metamfetamin həmin polis şöbəsində saxlanılmalı, “Azercell Telecom» MMC-dən daxil olmuş 02 ədəd CD disklər və avtomobilə baxış keçirlməsi barədə 1 ədəd DVD diski cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 99 manat 48 qəpik (doxsan doqquz manat qırx səkkiz qəpik) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 49 manat 74 qəpik (qırx doqquz manat yetmiş dörd qəpik) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
HÖKMETDİ:
X10 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi xaric olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunsun və ərazi ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 məxsus “Khazar-Lada” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobildən 8,631 qram psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı araşdırma aparılması və hüquqi qiymət verilməsi üçün materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmaqla İmişli Rayon Polis Şöbəsində saxlanılan 6,60 qram narkotik vasitə qurdulmuş marixuana, 0,466 qram narkotik vasitə heroin məhv edilsin, 8,631 qram psixotrop maddə metamfetamin həmin polis şöbəsində saxlanılsın, “Azercell Telecom» MMC-dən daxil olmuş 02 ədəd CD disklər və avtomobilə baxış keçirlməsi barədə 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 99 manat 48 qəpik (doxsan doqquz manat qırx səkkiz qəpik) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 49 manat 74 qəpik (qırx doqquz manat yetmiş dörd qəpik) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev