Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-109/2025 26.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Balıqçılar qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin Azərbaycan Respublikasında qəbul edilməsi və realizə olunmasının təşkili barədə əvvəlcədən vəd verib razılaşaraq onun qaçaqmalçılıqda köməkçiliyi ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun digər üzvü külli miqdarda 27015 qram qurudulmuş marixuananı İran İslam Respublikasında əldə etmiş, saxlayıb daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirmiş, Lənkəran şəhəri Balıqçılar qəsəbəsi ərazisindən təxminən 3 km aralıda balıq toru dirəyinə bağlamaqla Xəzər dənizində gizlətməklə Təqsirləndirilən şəxs bu barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “BA-580” bort nömrəli üzmə vasitəsilə cinayətkar qrupun üzvünün verdiyi koordinat üzrə hərəkət edərək Xəzər dənizində həmin əraziyə gedərək 19 mart 2024-cü il tarixdə saat 01 radələrində balıq toru dirəyinə bağlanmış bağlamada olan narkotik vasitəni götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlıyıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində 19 mart 2024-cü il tarixdə saat 03 radələrində Dövlət Sərhəd Xidmətinin X6 Regional şöbəsinin “Balıqçılar” sahil nəzarəti bölməsinin xidməti ərazisində saxlanılmış və idarə etdiyi üzmə vasitəsindən cinayətkar qrupa məxsus külli miqdarda 27015 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Balıqçılar qəsəbəsində yaşayır, balıq tutmaqla məşğul olur. O, 18 mart 2024-cü il tarixdə saat 21 radələrində Xəzər dənizində Balıqçılar qəsəbəsinin yaxınlığında balıq tutmaq üçün qayıqda olan torları dənizə atmış və qayıqda gözləməyə başlamışdır. 19 mart 2024-cü il tarixdə saat 03 radələrində dənizdə balıq tutmaqla məşğul olduğu zaman sərhədçilər oraya gələrək onu sahildə saxlamışlar. Həmin vaxt qayıq təxminən 500 metr aralıda dənizdə olmuşdur. Sərhədçilər qayığı sahilə gətirmiş və qayıqda narkotik olmasını demişlər. Əslində isə ona məxsus qayıqda heç bir narkotik vasitə olmamışdır. Ona məxsus qayığa narkotik vasitənin kim tərəfindən qoyulmasını bilmir. Sərhədçilər ona təzyiq göstərdiklərinə görə qayıqda aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, saxlanılmamışdan təxminən bir ay əvvəl eyni məhəllədə yaşadığı, hazırda Türkiyə Respublikasında yaşayan Tofiq Nəsrullayev onunla telefon əlaqəsi saxlayan zaman müəyyən pul müqabilində Xəzər dənizindən İran İslam Respublikasından gətirilmiş narkotik vasitələri götürüb Fərhad adlı İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə qoymağı təklif etmişdir. Saxlanılmasından 10-15 gün əvvəl Tofiqə zəng edərək mobil nömrəsini Fərhada verməsini və Fərhadın da ona zəng etməsini demişdir. Saxlanılmamışdan 1 həftə əvvəl Fərhad ona zəng edərək tanış olmuşdur. Fərhad ona bağlamalarda Xəzər dənizi vasitəsi ilə narkotik maddələr göndərəcəyini, dənizdən həmin maddələri götürüb Fərhadın deyəcəyi yerə qoymağı, daha sonra isə başqa şəxslərin həmin narkotik maddələri qoyduğu yerdən götürəcəyini, bunun müqabilində 1000-1500 manat pul verəcəyini demiş, o da Fərhadla razılaşmış, Fərhaddan narkotik maddələri nə vaxt göndərəcəyini soruşmuşdur. Fərhad da narkotik maddəni göndərən zaman xəbər edəcəyini demişdir. 18 mart 2024-cü il tarixdə saat 19-20 radələrində Fərhad onun mobil telefonuna whatsap tətbiqi vasitəsilə zəng edərək gecə sahildən üç kilometr aralıda dənizdə batmış gəmidən təxminən iki kilometr sol tərəfə narkotik vasitələr qoyulduğunu, həmin narkotik vasitələri götürərməsini, narkotik vasitəni götürdükdən sonra ona deyəcəyi yerə qoymasını bildirmişdir. Narkotik vasitəni Fərhadın dediyi yerə qoyduqdan sonra pulunu kartına göndərəcəyini demişdir. Bundan sonra qayığı olmadığı üçün Balıqçlar qəsəbəsinin yaxınlığında yerləşən Bala dəniz deyilən yerdə balıqçılara məxsus qayıqların saxlanıldığı yerə getmişdir. Oradan «BA-580» bort nömrəli, Kazanka tipli Yamaha-30 mühərrikli qayığa oturmuş, qayığı işə salıb Qızılağac Milli Parkının ərazisinə gələrək Xəzər dənizinə gedən su kanalı vasitəsilə Xəzər dənizinə daxil olmuş, Xəzər dənizində kanalın yaxınlığında saat 21 radələrində qayıqda olan torları balıq tutmaq üçün dənizə atmış, qayıqda gözləməyə başlamışdır. Saat 24 radələrində mobil telefonuna Fərhad adlı İran İslam Respublikası vətəndaşı zəng etmiş, narkotik vasitələrin Xəzər dənizində əvvəlcədən ona deyilən yerə qoyulduğunu, həmin narkotik vasitələrin götürməsini demiş, daha sonra dənizə atdığı torları yığmış, qayıqla Fərhadla razılaşdıqları sahildən üç kilometr aralıda dənizdə batmış gəmidən təxminən iki kilometr sol tərəfə hərəkət etmiş, Fərhadın dediyi yerdən, yəni dənizdə suyun içərisində tor ağacına bərkidilmiş formada bağlamaları götürmüş, bağlamaları qayığa qoyarkən kisələrin birinin içərisindən bir ədəd qara selofan bağlama qayığa düşmüşdür. Bağlamaları götürdükdən sonra qayıqla Qızılağac Milli Parkı ərazisində yerləşən su kanalına getmiş, su kanalına daxil olarkən sərhədçilər qayığı saxlamış, bundan sonra üzmə vasitəsinə hal şahidlərinin iştirakları ilə baxış keçirilmişdir. Qayıq və içərisindən aşkar olunmuş iki ədəd narıncı rəngli sintetik kisələr, iki ədəd ağ rəngli sintetik kisələr və bir ədəd qara rəngli selofan bağlama bir ədəd «GARMİN» markalı GPS cihazı, bir ədəd qara rəngli «KGTEL» markalı mobil telefon, bir ədəd balıqçı kombinizonu, on bir ədəd bağlamada sintetik torlar və bir ədəd qırmızı rəngli iyirmi beş litrlik plastik konistr aşkar edilərək sərhədçilər tərəfindən Balıqçılar sahil nəzarəti bölməsinə aparılmış, bölmədə iki ədəd narıncı rəngli sintetik kisələrə, iki ədəd ağ rəngli sintetik kisələrə və bir ədəd qara rəngli selofan bağlamaya hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş, həmin kisələrə və bir ədəd qara rəngli selofan bağlamaya baxış zamanı içərisində narkotik vasitə olan qurudulmuş ot formasında 29 kq-a yaxın marixuanayaoxşar maddənin olduğu müəyyən edilmiş, sonra isə aşkar olunmuş həmin maddə qablaşdırılmışdır. BA-580» bort nömrəli üzmə vasitəsində aşkar olunaraq götürülmüş «KGTEL» markalı mobil telefonun ona məxsus olmuş, həmin mobil telefonu özü istifadə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, X10 X3 Nəzarət Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid5 məhkəmə istintaqında şahid qismində dindirilərkən göstərdi ki, 19 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Cənub Regional şöbəsinin «Balıqçılar» sahil nəzarəti bölməsinin sol cinahında 18-ci yanalma körpüsü istiqamətində narkotik vasitələri götürəcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həm də sərhəd xidmətinin radarlarında bir qayığın həmin istiqamətdə hərəkətdə olması müşahidə olunmuşdur. Odur ki, daxil olmuş məlumata əsasən həmin istiqamətdə hərəkət etməklə xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Cənub Regional şöbəsinin «Balıqçılar» sahil nəzarəti bölməsinin sol cinahında 18-ci yanalma körpüsündən təxminən 6 kilometr aralıda Qızılağac Milli Parkı ərazisində bölmənin heyəti ilə birlikdə bir ədəd üzmə vasitəsi Xəzər dənizindən geri qayıdıb su kanalına daxil olarkən saxlanılmışdır. Üzmə vasitəsinin «BA-580» bort nömrəli qayıq olduğu və üzmə vasitəsindəki şəxsin Lənkəran rayon Balıqçılar qəsəbəsi sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Üzmə vasitəsinə baxış zamanı iki ədəd narıncı rəngli, iki ədəd ağ rəngli sintetik kisələr və bir ədəd qara rəngli selofan bağlama, bir ədəd «GARMİN» markalı, GPS cihazı, 1 bir ədəd qara rəngli «KGTEL» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. İki ədəd narıncı rəngli, iki ədəd ağ rəngli və bir ədəd qara rəngli selofan bağlamalara Balıqçılar sahil nəzarəti bölməsində baxış keçirilən zaman bağlamaların içərisindən 29 kiloqramdan bir qədər artıq 24 ədəd qara rəngli və şəffaf sellofan bükümlər aşkar edilmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs saxlanılması zamanı istifadəsində olan qayıqda narkotik vasitənin olmaması, narkotik vasitənin qayığa digər şəxslər tərəfindən qoyulması barədə ifadəsi yalandır. Təqsirləndirilən şəxs qarşı heç bir təsir-təzyiq göstərməmişlər. X6 Regional Şöbəsinin əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışı zamanı şahid kimi verdiyi ifadəsində Şahid5 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 19 mart 2024-cü il tarixdə gecə saat 03 radələrində o və X4 sərhəd nəzarəti bölməsinin inzibati binasına dəvət olunmuşlar. Onlar Təqsirləndirilən şəxs idarə etdiyi qayığa baxış keçirilməsində hal şahidi kimi iştirak etmişlər. Qayıqda 2 ədəd narıncı rəngli, 2 ədəd ağ rəngli, 1 ədəd qara rəngli selofan bağlamalar, 1 ədəd GPS cihazı, 1 ədəd mobil telefon, balıqçı kombinizonu, sintetik aşkar edilərək götürülmüşdür. Aşkar edilənlər bağlamalar qayıqla birlikdə «Balıqçılar» sahil nəzarəti bölməsinə aparılmışdır. Bağlamalara Balıqçılar sahil nəzarət bölməsində baxış keçirilmişdir. Bağlamaların içərisində 24 ədəd sellofan bükümlərdə qurudulmuş marixuanayaoxşar maddələr aşkar olunmuşdur. Həmin maddələr, GPS cihazı götürülmüşdür. Onların iştirakları ilə bağlamalara baxış keçirilərkən təxminən 27-28 kiloqram çəkidə narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddə aşkar olunmuşdur. 19 mart 2024-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi, Cənub regional şöbəsinin “Balıqçılar” sahil nəzarəti bölməsinin sol cinahında 18-ci yanalma körpüsündən 6 km aralıda, Qızılağac Milli Parkı ərazisində Xəzər dənizinin rejim sularından su kanalına daxil olarkən saxlanılmış “BA-580” bort nömrəli, «Kazanka» tipli üzmə vasitəsinə baxış zamanı 2 ədəd narıncı rəngli, 2 ədəd ağ rəngli sintetik kisələr, 1 ədəd qara rəngli selofan bağlama, 1 ədəd nömrəsiz qundağı qəhvəyi rəngli 16 mm kalibrli qoşalülə ov tüfəngi, 24 ədəd 16 mm çaplı ov tüfəngi patronları, 1 ədəd “Garmin” markalı gps cihazı, 1 ədəd “KGTEL” markalı mobil telefon, 1 ədəd balıqçı kombinezonu, 11 ədəd sintetik tor, 1 ədəd qırmızı rəngli, 25 mm-lik plastik konistr aşkar olunaraq götürülmüşdür. 19 mart 2024-cü il tarixli aşkar edilmiş kisələrə və bağlamaya baxış keçririlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “BA-580” bort nömrəli üzmə vasitəsindən götürülmüş 2 ədəd narıncı rəngli, 2 ədəd ağ rəngli sintetik kisələrə və 1 ədəd qara rəngli selofan bağlamaya “Balıqçılar” sərhəd nəzarəti şöbəsinin inzibati binasında baxış keçirilən zaman 2 ədəd narıncı rəngli və 2 ədəd ağ rəngli sintetik kisələrdən 8 ədəd selofan bağlama aşkar edilmişdir. Ümumilikdə 9 ədəd selofan bağlamanın içərisindən 29 kq 715 qram narkotik vasitə qurudulmuş marixuanayaoxşar maddə aşkar edilmiş və həmin bağlamalarda qablaşdırılaraq götürülmüşdür. 20 mart 2024-cü il tarixli Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirlməsi haqqında protokoldan görünür ki, 18 mart 2024-cü il tarixdə saat 19:24-dən 19 mart 2024-cü il tarixədə saat 06:21-dək Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun whatsaap tətbiqində şəxsiyyəti istintaqa Fərhad kimi məlum olan İran İslam Respublikası vətənaşı ilə Azercell MMC mobil operatoruna məxsus ***-***-**-** nömrəsi ilə danışıq və yazışmalar olmuş, lakin Təqsirləndirilən şəxs qeyd olunan mobil nömrə ilə whatsaap tətbiqində olan yazışmalar daha sonra silinmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs whatsaap tətbiqində şəxsiyyəti istintaqa Fərhad kimi məlum olan İran İslam Respublikası vətənaşı ilə Azercell MMC mobil operatoruna məxsus ***-***-**-** nömrə ilə 18 mart 2024-cü il tarixdə saat 19:19-da 4 dəqiqə 14 saniyə, 19:24-də 1 dəqiqə 51 saniyə, 22:29-da 1 dəqiqə 4 saniyə danışıq olmuşdur. Bundan başqa, 19 mart 2024-cü il tarixdə saat 05:32-dən 05:55-dək Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun whatsaap tətbiqində X2 istifadəsində olan və "xxxx" kimi qeyd olunan Azercell MMC mobil operatoruna məxsus ***-***-**-** nömrəsi ilə qarşılıqlı Təqsirləndirilən şəxslə Tofiq Nəsrullayev bir-birlərinə səslər göndərmiş və apamışdır. Belə ki, - Tofiq Nəsrullayev saat 05:32-də “mənə bax, hardasız indi, nətərdi vəziyyət” sözlərini Təqsirləndirilən şəxs göndərmiş; - Təqsirləndirilən şəxs saat 05:35-də “salam, hər yaxşıdı, salamatçılıqdı” sözlərini Tofiq Nəsrullayevə göndərmiş; -Tofiq Nəsrullayev saat 05:36-də “hə, şükür olsun, yatıb qalmışdım e brat, atacanı, öpürəm sizi, səhər insallah danışarıq, uğurlar sənə” sözlərini Təqsirləndirilən şəxs göndərmiş; -Tofiq Nəsrullayev saat 05:51-də Təqsirləndirilən şəxs cavabsız zəng etmişdir. Təqsirləndirilən şəxs saat 05:52-də “yorğunçuluqdu sonra yığacam sənə” sözlərini Tofiq Nəsrullayevə göndərmiş; -Tofiq Nəsrullayev saat 05:53-də “mənə cavab verda, mənə zəng eləmişdilər” sözlərini Təqsirləndirilən şəxs göndərmiş; Təqsirləndirilən şəxs saat 05:55-də “kim zəng eləmişdi, nolub ki?” sözlərini Tofiq Nəsrullayevə göndərmiş; Tofiq Nəsrullayev saat 05:55də Təqsirləndirilən şəxs zəng etmiş və aralarında 23 saniyə danışıq olmuşdur. Bundan başqa 19 mart 2024-cü il tarixdə saat 06:00-da 1 halda adı “Fariz Whatsap” kimi qeyd olunmuş şəxs tərəfindən cavabsız zəng daxil olmuşdur. Telefon zənglərinə və SMS yazışmalarına baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hallar aşkar olunmadı. Məhkəmə bioloji ekspertizasının 20 mart 2024-cü il tarixli 3-16-16/2-7/464 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd qara rəngli polietilen bağlamada ümumi sayı 24 (iyirmi dörd) ədəd bağlamada 27 kq 015 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kanabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2557 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ailə tərkibi haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Hazırkı cinayət işinin materiallarından 26 avqust 2024-cü il tarixli qərarla X5 və qeyriləri haqqında Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs digər şəxslərlə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınaraq İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi, özünün narkotik vasitəni Azərbaycan Respublikası ərazisində qəbul etməklə realizə olunmasını əvvəlcədn vəd verib razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməsi, cinayətkar qrupun üzvləri tərəfindən İran İslam Respublikasında ümumi cinayətkar niyyətlə əldə edilərək Xəzər dənizi vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən kömrük nəzarətindən kənar keçirilməklə Lənkəran rayonu Balıqçılar qəsəbəsindən təxminən 3 kilometr məsafədə balıq toru dirəyinə bağlanılmış 27015 kiloqram çəkidə, külli miqdarda narkotik vasitəni, cinayətkar qrupun üzvünün ona verdiyi kordinat üzrə idarə etdiyi üzmə vasitəsi ilə hərəkət etməklə həmin yerə gedərək 19 mart 2024-cü il tarixdə saat 01 radələrində götürməklə ümumi cinayətkar niyyətlə əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi 19 mart 2024-cü il tarixdə saat 03 radələrində Xəzər dənizində balıq tutmaqla məşğul olduğu zaman sərhədçilərin oraya gələrək onu sahildə saxlamaları, həmin vaxt qayığın təxminən 500 metr aralıda dənizdə olması, əslində isə ona məxsus qayıqda heç bir narkotik vasitə olmaması, ona məxsus qayığa narkotik vasitənin kim tərəfindən qoyulmasını bilməməsi, sərhədçilər ona təzyiq göstərdiklərinə görə qayıqda aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ifadəsini işin faktiki halları ilə tam uyğunluq təşkil etməklə obyektif ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs narkotik vasitənin qaçaqmalçılıq yolu ilə keçirilməsində birgə icraçı kimi iştirak etməmiş, qaçaqmalçılıq yolu ilə keçirilən narkotik vasitəni Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi formasında iştirak etmişdir. Odur ki, qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs əməli CM-nin 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 19 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 27 kq 013,8 qram qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon, “**********225197” nömrəli plastik bank kartı, “Garmin” markalı gps və “Kgtel” markalı mobil telefon onun ailəsinə verilməlidir. Ekspertiza xərci 216 (iki yüz on altı) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CMnin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 19 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan 27 kq 013,8 qram qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon, “**********225197” nömrəli plastik bank kartı, “Garmin” markalı gps və “Kgtel” markalı mobil telefon onun ailəsinə verilsin. Ekspertiza xərci 216 (iki yüz on altı) manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-109/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-109/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver