Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-11/2023 17.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1 və müdafiəçilər Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi5, “Yusif Allahverdiyev və Onun Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 27 avqust 2021-ci il tarixdən həbsdə olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə xx xxxxxxxx 1988-ci ildə Beyləqan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 2 ünvanında yaşamış, 27 avqust 2021-ci il tarixdən həbsdə olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə və xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmayan, ünvan 3 ünvanda yaşamış, 27 avqust 2021-ci il tarixdən həbsdə olan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfarans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı olan başqa bir şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə İran İslam Respublikasının vətəndaşı naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in İ siyahısına daxile dilən 16370 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 2515 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxil edilən 1280 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini Beyləqan rayonu, Qaradağlı kəndinin girişindəki yol nişanının alt hissəsinə iki ədəd çantanın içərisində qablaşdırılmış vəziyyətdə yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Rövşən Quliyevə məlumat verdikdən sonra Rövşən Quliyev külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddənin əldə olunması, saxlanması, daşınması və satılması ilə bağlı tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında əldə olunmuş razılığa əsasən 26 avqust 2021-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs3 məxsus «Kia Rio» markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonu, Qaradağlı kəndinin girişindəki yol nişanının yaxınlığına gedib şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı tərəfindən həmin yerə qoyulmuş içərisində külli miqdarda 16370 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda 2515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 1280 qram çəkidə psixotrop maddə metamfetamin olan iki ədəd çantanı cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib qrupun digər üzvü Təqsirləndirilən şəxs3 məxsus «Kia Rio» markalı **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rövşən Quliyevin xalası Şahid4 yaşadığı ünvan 4 ünvanında yerləşən evə daşıyıb həyətdə olan anbarda gizlətdikdən sonra Rövşən Quliyev əldə etdikləri külli miqdarda narkotik vasitə heroinin 45 qramını bir bükümdə qablaşdırıb satış məqsədi ilə üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Rövşən Quliyev, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 27 avqust 2021-ci il tarixdə saat 08:30-da ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq ünvan 6 Beyləqan Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda 45 qram çəkidə narkotik vasitə heroin Rövşən Quliyevin əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2021-ci il tarixdə saat 13:00-da Şahid4 yaşadığı ünvan 4 ünvanında yerləşən evə X11, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakı ilə baxış keçirilərkən evin arxa tərəfində yerləşən anbardan külli miqdarda 16325 qram çəkidə narkotik vasitə heroin ayrıayrılıqda təmiz çəkiləri 1015 qram, 1010 qram, 1045 qram, 750 qram, 1010 qram, 600 qram, 1065 qram, 550 qram, 220 qram, 1020 qram, 345 qram, 110 qram, 260 qram, 155 qram, 1020 qram, 1025 qram, 90 qram, 1030 qram, 370 qram, 1050 qram, 1030 qram, 520 qram, 1035 qram olmaqla bir ədəd şəffaf sellofan torbadakı iyirmi üç ədəd sellofan bükümün içərisində, külli miqdarda 2515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda təmiz çəkiləri 875 qram, 790 qram, 850 qram olmaqla bir ədəd göy rəngli sellofan torbadakı üç ədəd polietilen bağlamada, külli miqdarda 1280 qram çəkidə psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 265 qram, 85 qram, 90 qram, 360 qram, 220 qram, 180 qram və 80 qram olmaqla bir ədəd parça torbadakı yeddi ədəd sellofan bükümlərdə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş təqsirləndirilən şəxs X10 özünü elan olunmuş ittiham üzrə qismən, yəni CM-nin 234.4.3-cü cmaddəsi ilə təqsirli bilsə də, CM-nin 206.3.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Bakı şəhərində İran vətəndaşı ilə tanış olmuşdur. Sonradan həmin şəxs ona Beyləqan rayonu ərazisində mal (narkotik vasitə) olduğunu, həmin malı götürüb, Bakı şəhərində onun dediyi yerə qoyduqdan sonra ona pul verəcəyini demiş, o da Vüsalla danışıb taksi kimi onunla Füzuli rayonuna getmişlər. Orada Böyükağanı da götürüb İranlının şəklini atdığı Beyləqan rayonunun Qaradağlı kəndinin girişindəki yol nişanının yaxınlığına gedərək oradan iki ədəd çantada olan malı götürüb avtomobilə qayıtmışdır. Onun narkotik vasitəni götürməsindən Vüsalın və Böyükağanın məlumatları olmamışdır. Lakin o çantaları götürdükdən sonra Böyükağa bilmiş və onunla mübahisə etmişdir. Vüsalda bu barədə sonradan bilmişdir. O çantaları götürdükdən sonra onları xalası Təbəssümgilə apararaq, orada gizlətmişdir. Sonra polis əməkdaşları ona zəng edərək təslim olmasını bildirmişlər. O da təslim olmuşdur. Onları polis şöbəsinə aparıb orada üzərlərinə baxış keçirilmişdir. Onun üzərindən aşkar edilib götürülmüş 49 qram heroin ona aid olmamışdır. Sonradan onların iştirakları ilə onun xalası Təbbəsümün evinə baxış keçirilmişdir. Baxış zamanı o özü xalasının həyətində olan anbardan iki ədəd çantanı götürüb, təqdim etmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, iran vətəndaşını Araz kimi tanımışdır. Onunla Vootçap vasitəsi ilə əlaqə saxlamışdır. Yol boyu onunla telefonla danışmışdır. Arazın göndərdiyi narkotiki Bakı şəhərində kimsə götürüb ona 20000 manat pul verməli idi. Vüsal taksi kimi getmiş, Böyükağanı isə yolu yaxşı tanıdığı üçün götürmüşdür. Vüsal yorğun olduğu üçün maşını o özü sürmüşdür. İranlı narkotiki qoyduğu yerin şəklini onun telefonuna atdıqdan sonra o avtomobili həmin əraziyə sürmüş və Qaradağlı kəndindəki yol nişanının altından iki ədəd çantanı götürüb avtomobilin salonuna qoymuş, həmin vaxt Böyükağa bunu bilmiş və onunla mübahisə etmişdir. Sonra da bundan Vüsalın xəbəri olmuşdur. O Vüsala bu sənlik deyil demiş, Vüsal narkotiklə maşını sürməyəcəyini dediyindən o narkotiki aparıb, saat təxminən gecə 5 radələrində xalasıgildə anbarda gizlətmişdir. İstintaq vaxtı Vüsalın narkotikdən məlumatı olması barədə verdiyi ifadəsi düz deyil. O özünü CM-nin 234.4.3-maddəsi ilə təqsirli bilir. Qaçaqmalçılıq cinayəti törədilməsində isə təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. X4 məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində o özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2021-ci ilin aprel ayından etibarən «kakos» kimi tanınan narkotik vasitə olan heroindən falqada yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə qəbul etməyə başlamışdır. Əvvəllər narkotik vasitəni ətrafda satışı ilə məşğul olan şəxslərdən alıb əldə edirmiş, bir müddətdən sonra isə narkotik vasitələrin satışını təşkil edən və özünü İranlı kimi təqdim edən «Araz» adlı şəxslə tanış olmuşdur. Narkotiki aldığı bir nəfər şəxs ona «Araz»ın nömrəsini vermiş və o, «Araz»la «WhatsApp» vasitəsi ilə danışandan sonra ondan özü üçün heroin istəmiş, «Araz» da onunla razılaşandan sonra o, «MilliÖn» ödəmə terminalı vasitəsi ilə «Araz»ın ona şəklini göndərdiyi plastik kart hesabına pul köçürürmüş, «Araz» da ona Bakı şəhərinin müxtəlif yerlərinə heroin qoydururmuş, o da heroini qoyulan yerlərdən götürüb qəbul edirmiş. Beləcə bir neçə dəfə o, «Araz»dan heroin alandan sonra onunla yaxşı münasibəti yaranmışdır. 24 avqust 2021-ci il tarixdə «Araz» onunla əlaqə saxlayıb Füzuli rayon ərazisinə külli miqdarda narkotik vasitə və psixotrop maddə qoyulacağını bildirib ona həmin narkotik vasitə və psixotrop maddəni qoyulduğu yerdən götürüb Bakı şəhərinə gətirib bir nəfərə təhvil verməsini təklif edib bunun müqabilində ona 5000 manat pul verəcəyini vəd etmiş, həmin ərəfədə borcları olduğundan o da «Araz»ın bu təklifilə razılaşmışdır. Bir gün sonra, yəni 25 avqust 2021-ci il tarixdə «Araz» onunla yenidən əlaqə saxlayıb Füzuli rayonu istiqamətində külli miqdarda narkotik vasitə və psixotrop maddə qoyulacağını və onu oradan görürüb Bakıya gətirməsini tapşırmış, bundan sonra o, Füzuli istiqamətini tanımadığından həmin ərazini tanıyan adam kimi həmin yerə Beyləqan şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə getmək qərarına gəlmiş, buna görə də o, Böyükağaya zəng edib ona üstü örtülü şəkilkdə «tema» olduğunu və rayona gələcəyini, onunla birlikdə Füzuliyə getməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 də onun nə demək istədiyini başa düşüb onunla razılaşmışdır. Bundan sonra o, avtomobili olmadığından avtomobil axtarmağa başlamış və buna görə də taksilik fəaliyəti ilə məşğul olan, uşaqlıdan tanıdığı, sinif yoldaşı olmuş Təqsirləndirilən şəxs3 müraciət edərək onu Beyləqana xalasigilə aparmasını və bunun müqabilndə ona 150 manat pulverəcəyini bildirmiş, Vüsal da onun təklifi ilə razılaşmışdır, Ancaq həmin zaman Vüsala Beyləqana narkotik dalınca getməsi barədə heç nə deməmişdir. 25 avqust 2021-ci il tarixdə saat 18:00 radələrində Vüsalla birlikdə onun idarə etdiyi «Kia Rio» markalı avtomobillə Beyləqana yola düşmüşlər. Beyləqana çatandan sonra Böyükağa ilə əlaqə saxlamış və onu şəhər bazarının yolundan götürmüşlər. Bundan sonra onlar birlikdə Beyləqan- Daşburun yolunun üstündəki bir kafeyə gedib orada əyləşib çay içmişlər. Orada Vüsal yanında olduğundan o, danışıq zamanı üstüörtülü şəkildə Böyükağaya Füzuliyə narkotik vadsitə götgürmək üçün gəldiyini, həmin narkotiki götürməli olduğunu, narkotikin qoyulduğu yerə aparacağı təqdirdə ona da «hörmət» edəcəyini, yəni pul verəcəyini bildirmiş, lakin ona nə qədər pul verəcəyi barədə konkret bir söz deməmişdir. Bu zaman danşıqlarından hansı məqsədlə gəldiyini başa düşən Təqsirləndirilən şəxs3 onlarla getməkdən imtina etmiş, lakin onun təkidlərindən sonra əlacsız qalıb razılaşmışdır. Bundan sonra o, Böyükağa və Vüsalla birlikdə narkotiki qoyulacağı Füzuli rayonu, Əhmədbəyli kənd istiqamətinə yollanmışlar. Daşburundən Füzuli istiqamətində 1 kilometr məsafə qət edəndən sonra yolun solundakı 24 saat işləyən marketin qarşısında dayanmış və orada o, «Araz»dan xəbər gözləməyə başlamışdır. Orada təxminən bir saatdan çox gözlədikdən sonra «Araz» ona «WhatsApp» vasitəsi ilə «Qaradağlı» nişanının altının nişanlanmış şəklini göndərib narkotikin həmin yerə qoyulduğunu bildirmişdir. Həmin nişan atasının doğulduğu Beyləqan rayonu, Qaradağılı kəndinə aid olduğundan o, həmin ərazini yaxşı tanıyırmış. Bundan sonra birlikdə geriyə qayıtmış və Qaradağlı plakatının yanına gəlib çatandan sonra avtomobili saxlamış və bundan dərhal sonra arxada əyləşən Böyükağa avtomobildən enib plakatın altına qoyulmuş iki ədəd belə atılan çantalarda olan narkotik vasitə və psixotrop maddəni götürmüş və dərhal arxaya, avtomobilin salonuna qoymuş və bundan sonra o, dərhal avtomobili yenidən Qaradağlı kəndinin içərisinə idarə etmiş, yolda Böyükağaya çantalarda GPS ola biləcəyini, izlənə biləcəklərini bildirib çantadakı narkotik vasitə və psixortop maddələri dərhal boşaldıb çantaları atmasını tapşırmış, bundan sonra Böyükağa çantaları açıb içərisindəki narkotik vasitə və psixotrop maddələri avtomobilin arxasında döşəməyə boşaltmağa başlamışdır. Çantadakı narkotiki boşaldandan sonra Böyükağa çanataları kəndin içərisində yerə atmış, kəndlərin arası ilə getdikdən sonra Daşburundan Beyləqan şəhərinə girmiş və birbaşa xalası Təbəssümün evinə getmişlər. Ora çatandan sonra o, Böyükağa ilə birlikdə dörd ədəd torbalarda olan bağlamalarda olan narkotik vasitələri və psixotrop maddəni evin arxasındakı taxta anbara aparıb qoyub orada gizlətmişdir. Həmin zaman xalası Təbəssüm evdə olmamış və qonşuluqda yaşayan nənəsigildə olmuşdur. Narkotik vasitəni evin arxasında gizlədəndə heroinin az bir hissəsini istifadəsi üçün özü ilə götürmüşdür. Narkotik vasitələri və psixotrop maddəni anbara qoyandan sonra Vüsalla birlikdə Böyükağanı aparıb evlərində düşürmüş və sonuncudan səhər tanışlarından pul tapıb Vüsalı Bakıya yola salmasını xahiş etmişdir. Daha sonra Vüsalla birlikdə geri, xalasıgilə qonşu olan nənəsigilə qayıtmışdır. Gecə Vüsal nənəsigildə qalmış və ertəsi gün səhər tezdən Böyükağa tanışından pul tapıb Vüsalın avtomobilinin yağını dəyişdirib onu Bakıya yola salmışdır. Həmin gün anası onun rayonda olduğumu öyrəndikdən sonra anası və bacısına dəymək üçün ondan onu da rayona gətirməsini xahiş etmiş, buna görə də o, Vüsalla əlaqə saxlayıb ondan anasını rayona gətirməsini xahiş etmiş, sonuncu da razılaşmışdır. Həmin gün gecə Vüsal anasını rayona gətirmiş, Vüsal nənəsigildə qalmışdır. Ertəsi gün, yəni 27 avqust 2021-ci il tarixdə saat 08:30 radələrində Vüsal və Böyükağa ilə birlikdə xalasının yaşadığı evin yaxınlığında olarkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin beş nəfər mülki geyimdə olan əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və həmçinin yanında olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə Beyləqan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Polis şöbəsinə getmiş, orada hüquqlarının müdafiəsi üçün ona, Vüsala və Böyükağaya müdafiəçi təyin etmişlər, bundan sonra onlar şübhəli şəxs qismində tutulmuş və növbə ilə üzərlərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq ona üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa təqdim etməsini təklif olunmuş, bu zaman o, polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılacağı təqdirdə üzərində saxladığı heroinin aşkar olunacağını görüb öz səmimiyyətini göstərmək üçün əynindəki şalvarın sağ yan cibində saxladığı bir büküm heroini təqdim etmişdir. Bundan sonra polis əməkdaşları üzərinə şəxsi axtarış davam etdirmiş və ona məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatını və şəxsiyyət vəsiqəsini aşkar edib götürmüşlər. Daha sonra Vüsal və Böyükağanın üzərinə şəxsi axtarış keçirilmişdir, lakin onlardan qanunsuz hər hansı bir maddə aşkar olunmamış, Vüsaldan yalnız bir ədəd «Samsung» markalı mobil telefon aparatı aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərindən aşkar olumuş heroini İran İslam Respublikası vətəndaşı «Araz» adlı şəxsin tapşırığı ilə Beyləqan rayonu, Qaradağlı kəndində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik vasitələri və psixotrop maddəni «Araz»ın deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, sonuncunun göndərdiyi külli miqdarda heroin, qurudulmuş marixuana və metamfetaminin Beyləqan şəhərində yerləşən, xalası Təbəssümün yaşadığı evdə saxladığını və onları təqdim edə biləcəyini bildirmişdir. Böyükağa da onun dediklərimi təsdiq edərək narkotik maddələri onunla birlikdə Beyləqan rayonu, Qaradağlı kəndində gizlədilən yerdən götürdüyüklərini, həmin narkotik maddəni İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə çatdırdıqdan sonra əldə edəcəyi qazancdan ona da verəcəyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları üzərindən aşkar edilmiş heroini bir ədəd zərfdə qablaşdıraraq möhürləyib götürmüşlər. Daha sonra polis əməkdaşları ona xalasının evində gizlətdiyi narkotik vasitə və psixotrop maddələri təqdim etməsini təklif etmişlər, o da etiraz etməmiş və bundan sonra polis əməkdaşları ilə birlikdə xalasının yaşadığı evə getmişlər. Orada o, özü səmimi olaraq xalasının evinin arxasında yerləşən taxtadan inşa edilmiş anbar kimi istifadə olunan yerdə gizlətdiyi dörd ədəd torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları torbaların içinə baxdıqda oradan ümumilikdə yeddi bükümdə psixotrop maddə metamfetamin, iyirmi üç ədəd bükümdə heroin və iki bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Baxış başa çatandan sonra polis əməkdaşları aşkar olunmuş narkotik vasitələri və psixtrop maddəni qablaşdıraraq götürmüşlər. Məhkəmədə elan edilməklə tədqiq edilmiş təqsirləndirilən şəxs X4 verdiyi təhqiqat zamanı izahatında və şübhəli şəxs qismində ifadəsindən görünür ki, o həmin izahat və ifadələrində eyni xüsusatları təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o ustadır. Rövşəni tanıyır. 24 avqust 2021-ci il tarixdə Rövşən ona zəng edərək onunla Füzuli rayonuna gedə bilibbilməyəcəyini soruşmuşdur. O da gedə biləcəyini demişdir. Bir gün sonra Rövşən taksi şoferi Vüsalla gəlmiş və onlar birlikdə Füzuli rayonuna getmişlər. Orada Rövşən harayasa getmiş, o Vüsalla çayxanada gözləmişlər. Sonra da Rövşən gəlmiş və onları da avtomobilə götürüb, öz kəndi istiqamətində getmişlər. Qaradağlı kəndində Rövşən avtomobili üzü şəhər istiqamətində saxlayaraq avtomobildən düşərək, yaxınlıqdan iki ədəd çantanı götürüb avtomobilə qoyaraq avtomobili sürətlə sürməyə başlamış, ona çantada olan bükümləri avtomobilə tökməsini dediyindən o da bükümləri çantadan avtomoibilə boşaldıb, çantaları çölə atmışdır. Sonra da o bu işə görə Rövşənlə mübahisə etmişdir. Həmin vaxt Vüsal da çantalarda olan bükümlərin narkotik olduğunu bilmişdir. Sonra da Rövşən narkotiki aparıb xalasının evində gizlətmişdir. Vüsalın avtomobilinin yağı olmadığından o borc pul tapıb avtomobilin yağını dəyişdirmişlər. Həmin vaxt Rövşən Vüsaldan anasını xalasıgilə gətirməsini xahiş etmiş, Vüsal da Bakı şəhərinə getmişdir. O Rövşənə sinif yoldaşının polis olduğunu, narkotik təhvil verməsini desə də Rövşən razılaşmamışdır. Sonra da polis əməkdaşları onları saxlayıb Beyləqan rayon polis şöbəsinə aparmışlar. Orada onun üzərinə videoçəkilişlə axtarış keçirmişlər. Onun üzərindən heç bir şey aşkar olunmamışdır. Lakin Rövşənin üzərindən heroin aşkar edilmişdir. Həmin heroini onun üzərinə polislər qoymuşlar. Rövşənin xalası Təbəssümün həyətində olan anbara baxış keçirilərkən oradan Rövşənin gizlətdiyi narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Rövşən narkotik vasitəni götürəndə o bilmiş və Rövşənlə mübahisə etmişdir. Özünü bunu bilib xəbər verməməkdə təqsirli bilir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 24 avqust 2021-ci il tarixdə tanışı X10 ona zəng edib rayona gələcəyini, gələndə onunla görüşəcəyini, bir «tema» olduğunu və «yaxşı olacağını» bildirmişdir. O da etiraz etməmiş və gələndə görüşüb danışmalarını təklif etmişdir. Həmin zaman Rövşən ona konkret olaraq «tema»nın nə olduğuu deməsə də o, onun hansısa bir «qaranlıq məsələ» ilə bağlı ona müraciət etdiyini başa düşmüşdür. Həmin gün Rövşən gəlməsə də ertəsi gün onunla əlaqə saxlayıb gəldiyini bildirmişdir. 25 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində Beyləqan şəhərindəki «Sentralni» adlanan yerdəki çayxanada olarkən Rövşən onunla əlaqə saxlayıb Beyləqanda olduğunu bildirmişdir. O, Rövşənə olduğu yeri izah etdikdən sonra Rövşən dediyi yerə əvvəllər tanımadığı, həmin gün tanış olduğu Təqsirləndirilən şəxs3la birlikdə sonuncuya məxsus «KiaRio» markalı **- BY-*** qeydiyyat nişanlı avtomobillə gəlmişdir. Rövşəngil onu götürəndən sonra birlikdə Daşburundakı Xanbağı adlanan yerdəki çayxanaya getmişlər. Orada Rövşən «tema»nın nə olduğutu açıb danışmış və hansısa bir İranlının Füzuli rayon istiqamətində külli miqdarda narkotik qoydurduğunu, həmin narkotiki oradan götürmək üçün rayona gəldiyini, lakin həmin yerləri yaxşı tanımadığından və onun bir tərəfi Füzulidən olduğu üçün məhz ona müraciət etdiyini bildirmişdir. O, ilk olaraq bundan imtina edəndə Rövşən xeyli pul borcu olduğunu, bir dəfə ona «ağız açdığını» və bir də bununla bağlı ona heç bir zaman müraciət etməyəcəyini bildirib ondan onunla birlikdə getməsini təklif etmişdir. O da bundan sonra Rövşənlə razılaşmışdır. Daha sonra Rövşən xalasından pul götürməli olduğunu bildirib xalasıgilə getməyi təklif etmiş, bundan sonra onlar çayxanadan çıxıb birlikdə Rövşənin xalasının Beyləqan şəhərindəki evinə getmişlər. Lakin Rövşən xalasından pul götürə bilməmiş, bundan sonra onlar birlikdə yəni o, Rövşən və Vüsal birlikdə ilk olaraq Füzuli rayonu, Əhmədbəyli kənd istiqamətinə yollanmışlar. Orada İranlı ilə Rövşən əlaqə saxlayırmış, İranlı da bu dəqiqə-bir az sonra qoyulacağını bildirib vaxtı uzadırmış. Orada təxminən 4-5 saat müddətdə qaldıqdan sonra saat 03:15 radələrində Rövşən Beyləqan rayonu, Qaradağlı kəndinə gedilməli olduqlarını bildirmişdir. Həmin zaman İranlı Rövşənə narkotiki qoydurduğu yerin şəklini də çəkib atmışdır. Bundan sonra onlar həmin kəndin ərazisinə getmişlər. Yol kənarındakı «Qaradağlı» nişanının altına çatandan sonra arxada əyləşdiyindən o, avtomobildən enib nişanın altına qoyulmuş iki ədəd idman çantasını götürüb dərhal avtomobilə əyləşmişdir. Yolda idman çantalarında CPS ola biləcəyini fikirləşib idman çantasının içərisindəkiləri avtomobilin içinə, ayaqaltına boşaltmış və idman çantalarını yolda atmışdır. Sonra birlikdə Rövşənin xalasının yaşadığı Beyləqan şəhərindəki evə getmişlər. Orada Rövşənlə o, evin arxasına keçib özlərilə götürdükləri narkotik vasitələri və psixotrop maddəni taxta anbarda gizlətmişlər. Vüsal Rövşənin nənəsinin evinə getsə də o, özü çıxıb evə getmişdir. Ertəsi gün Rövşənin xahişi ilə tanışından 150 manat pul tapıb 50 manata Vüsalın avtomobilinin yağının dəyişmiş və qalan 100 manat pulu Vüsala verib onu Bakıya yola salmışdır. Ertəsi gün, yəni 27 avqust 2021-ci il tarixdə saat 08:30 radələrində Rövşən və Vüsalla birlikdə Rövşənin xalası gilin evin yaxınlığında olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin beş nəfər mülki geyimdə olan əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Rövşənə onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Rövşəni və həmçinin onu və Təqsirləndirilən şəxs3 Beyləqan Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Poilis şöbəsinə getmiş, orada hüquqlarının müdafiəsi üçün Rövşənə, ona və Vüsala müdafiəçi təyin etmişlər, bundan sonra onlar şübhəli şəxs qismində tutulmüş və növbə ilə üzərlərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq Röşənə üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa təqdim etməsini təklif olunmuş, bu zaman Rövşən əynindəki şalvarın sağ yan cibində saxladığı bir büküm heroini təqdim etmişdir. Daha sonra növbə ilə Vüsal və onun üzərində şəxsi axtarış keçirilmiş, lakin onlardan qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır, Vüsaldan yalnız bir ədəd «Samsung» markalı mobil telefon aparatı aşkar olunmuşdur. Şifahi sorğu zamanı Rövşən üzərindən aşkar olumuş heroini İran İslam Respublikası vətəndaşı «Araz» adlı şəxsin tapşırığı ilə Beyləqan rayonu, Qaradağlı kəndində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri «Araz»ın deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, sonuncunun göndərdiyi külli miqdarda heroin, qurudulmuş marixuana və metamfetaminin Beyləqan şəhərində yerləşən, xalası Təbəssümün yaşadığı evdə saxladığını və onları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları Rövşənin üzərindən aşkar edilmiş heroini bir ədəd zərfdə qablaşdıraraq möhürləyib götürmüşlər. Daha sonra polis əməkdaşları Rövşənə xalasının evində gizlətdiyi narkotik vasitə və psixotrop maddələri təqdim etməsini təklif etmişlər, o da etiraz etməmiş və bundan sonra polis əməkdaşları ilə birlikdə xalasının yaşadığı evə getmişlər. Orada Rövşən özü səmimi olaraq xalasının evinin arxasında yerləşən taxtadan inşa edilmiş anbar kimi istifadə olunan yerdə gizlətdiyi üç ədəd torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları torbaların içinə baxdıqda oradan ümumilikdə yeddi bükümdə psixotrop maddə metamfetamin, iyirmi üç ədəd bükümdə heroin və iki bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi təxminən bir kilodan bir az artıq olması müəyyən olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi iki kilo yarımdan bir az artıq olduğu müəyyən edilmişdir. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin on altı kilo yarımdan bir az artıq olduğu müşahidə edilmişdir. Baxış başa çatandan sonra polis əməkdaşları aşkar olunmuş narkotik vasitələri və psixtrop maddəni qablaşdıraraq götürmüşlər. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs2 təhqiqat zamanı verdiyi izahatında və şübhəli şəxs qismində verdiyi ifadəsindən görünür ki, o həmin izahat və ifadələrində eyni xüsusatları təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 10 ildir ki, taksi fəaliyyəti ilə məşğul olur. 25 avqust 2021-ci il tarixdə Rövşən ona zəng edərək Beyləqana getmək lazım olduğunu demiş və onlar birlikdə Beyləqana getmişlər. X15 ilə görüşmüşdür. Sonra da Rövşən avtomobili idarə etmiş, o isə yatmışdır. Malı (narkotik vasitə) götürəndə o bilmişdir. O Rövşənə etirazını bildirdikdə, Rövşən ona sənlik bir şey yoxdur, sən taksisən demişdir. Sonra da Rövşən ona 150 manat, 50 manat yağı dəyişmək üçün 100 manat isə benzinə görə pul verməyi vəd etsə də verə bilməmişdir. Böyükağa borc alıb avtomobilin yağını dəyişərək onu Bakı şəhərinə yola salmışdır. Həmin vaxt Rövşən ondan anasını Beyləqana xalası gilə aparmasını xahiş etmişdir. Onu və Rövşənin anası Sevili polislər saxlayaraq əvvəlcə Baş narkotiklərlə Mübarizə İdarəsinə sonra da Beyləqana aparmışlar. Sonra polis əməkdaşları onu Rövşəni və Böyükağanı Beyləqan Rayon Polis Şöbəsinə aparıb üzərlərinə ayrı-ayrılıqda axtarış keçirmişlər. Axtarış zamanı onun üzərindən heç bir şey aşkar olunmamışdır. Sonra da Rövşənin xalası Təbəssümün evinə baxış keçirilmiş və baxış zamanı evin həyətindəki anbardan Rövşənin gizlətdiyi narkotik vasitə aşkar edilərək götürülmüşdür. O ifadəsində əlavə olaraq göstərmişdir ki, onun Rövşənlə üzləşməsi olmamışdır. O sənədləri imzalamışdır. Lakin nəyi imzaladığını bilməmişdir. O özünü CMnin 307-ci maddəsi ilə təqsirli bilir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 məhkəmədə elan olunmaqla tədqiq edilmiş vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsində o özünü qismən təqsirli bilərək göstərmişdir ki, X7 uzun müddətdir ki, tanıyır. Belə ki, Rövşənlə 2-ci sinifə qədər bir yerdə oxumuş, sonradan isə Rövşən ailəsi ilə birlikdə Rusiya Federasiyasına getmiş, təxminən 4 ildir ki, yenidən Azərbaycana qayıdıb və burada yaşamışdır. Rövşənin ailəsi ilə onun ailə üzvlərinin əvvəllər yaxın münasibətləri olduğundan Rövşənlə də onun münasibəti olmuşdur. Rövşənin özünə məxsus avtomobili olsa da tutulmazdan təxminən iki ay əvvəl avtomobilini satdığı üçün ora-bura gedəndə taksilik fəaliyyəti ilə məşğul olduğuna görə ona müraciət edirmiş. 25 avqust 2021-ci il tarixdə Rövşən ona müraciət edib onu nənəsi və xalasının yaşadığı Beyləqan rayonuna aparmasını xahiş etmiş, o da avtomobilinin yağının dəyişdirilməli olduğunu bildirəndə, Rövşən yağı dəyişdirəcəyini, avtomobilə benzin vuracağını və əlavə olaraq ona 50 manat pul verəcəyini bildirmişdir. O da etiraz etməmiş və həmin gün saat 15:00 radələrində idarə etdiyi «KiaRio» markalı **-BY-*** qeydiyyat nişanlı avtomobillə Bakıdan çıxmışlar. Yolda Rövşən əvvəllər tanımadığı Böyükağa adlı dostu ilə və həmçinin başqa şəxslərə danışırmış. Rövşən rayonda onları dostu Böyükağanın qarşılayacağını bildirmişdir. Saat təxmninən 20:30 radələrində Beyləqan rayonuna çatmışlar, Beyləqan şəhərinin girişində Rövşənin dostu dediyi Böyükağanı götürmüşlər və oradan hansısa bir çayxanaya getmişlər. X17 öz aralarında hansısa bir «tema» mövzusunda söhbət etmişlər, Rövşən rayona «tema» dalınca gəldiyini və Füzuli rayonunu yaxşı tanımadığını bildirib Böyükağadan onu həmin yerə aparmasını xahiş etmişdir. Həmin zaman o, Rövşənin gəlişindən şübhələnməyə başlamış və ondan «tema»nın nə məsələ olduğunu soruşanda Rövşən hansısa bir İranlı tanışının Füzuli rayonu istiqamətində narkotik qoydurduğunu, onu oradan götürülməli olduğunu bildirmişdir. O, Rövşəndən narkotik eşidəndən sonra onlarla birlikdə getməkdən imtina etmiş, lakin Rövşən israrla onlarla birlikdə getməyini, bu işdə onluq heç nə olmadığını, narkotiki qoyulduğu yerdən götürüb xalasının evinə qoyandan sonra xalasından pul götürüb onu yola salacağını bildirmişdir. Həmin zaman geri qayıtmaq üçün pulu olmadığından, həmçinin Beyləqanda qalmağa yeri olmadığından Rövşənlə razılaşmaq məcburiyyətində qalmışdır. Bundan sonra Rövşən və Böyükağa ilə birlikdə Rövşənin xalasıgilə getmişlər, orada Rövşən özü xalasıgilə gedib qayıdaraq xalasında olmadığından pul götürə bilmədiyini bildirmişdir. Bundan sonra o, Rövşən və Böyükağa ilə birlikdə Füzuli rayonu, Əhmədbəyli kənd istiqamətinə yollanmışlar. Füzuli rayon istiqamətində təxminən 4-5 saat qaldıqdan sonra Rövşən Beyləqan rayonu, Qaradağlı kəndinə gedilməli olduğunu bildirmiş, bundan sonra həmin kəndin ərazisinə getmişlər və yol kənarındakı «Qaradağlı» nişanının altına çatandan sonra arxada əyləşən Böyükağa avtomobildən enib nişanın altından iki ədəd idman çantasını götürüb avtomobilə əyləşmiş, yolda Böyükağa çantaların içərisindəkiləri sellofan torbalara yığmış, çantaları isə yolda atmışdır. Həmin zaman hava qaranlıq olduğundan və özü qorxu içində həyacanlı olduğundan arxaya baxa bilməmiş və çantadakıların nə olduğunu görməmişdir, lakin Rövşənlə Böyükağanın məhz narkotik üçün gəldiyini bildiyindən çantadakıların məhz narkotik olduğunu başa düşmüşdür. Sonra birlikdə Rövşənin xalasının yaşadığı Beyləqan şəhərindəki evə getmişlər, orada Rövşən və Böyükağa evin arxasına keçib özləri ilə götürdüklərini ora qoymuşlar, o, isə həmin yerə yaxınlaşmamışdır. Həmin gün gecə Rövşənin nənəsigildə qalmış, Böyükağa isə öz evlərinə getmişdir. Rövşən xalasından pul götürə bilmədiyindən Böyükağadan səhər birindən pul tapıb onu yola salmasını xahiş etdiyindən səhər tezdən Böyükağa ilə görüşmüş və sonuncu onun avtomobilinin yağını 50 manata dəyişdirmiş və ona yol pulu olaraq 100 manat verdikdən sonra o, Bakı şəhərinə qayıtmışdır. Həmin gün Rövşən onunla yenidən əlaqə saxlayıb anasını rayona gətirməsini xahiş etmiş, o da gecə saatlarında Rövşənin anasını götürüb Beyləqan şəhərinə aparmış, gecə Rövşəngilin nənəsinin evində qalmış, ertəsi gün 27 avqust 2021-ci il tarixdə saat 08:30 radələrində Rövşən və Vüsalla birlikdə Rövşənin xalası gilin evin yaxınlığında olarkən əvvəllər tanımadığı, sonradan ona məlum olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin beş nəfər mülki geyimdə olan əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Rövşənə onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Rövşəni və həmçinin onu və X9 Rayon Polis Şöbəsinə dəvət etmişlər. Onlar da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Poilis şöbəsinə getmiş, orada hüquqlarının müdafiəsi üçün Rövşənə, ona və Böyükağaya müdafiəçi təyin etmişlər, bundan sonra onlar şübhəli şəxs qismində tutulmuş və növbə ilə üzərlərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk olaraq Rövşənə üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə varsa təqdim etməsini təklif olunmuş, bu zaman Rövşən əynindəki şalvarın sağ yan cibində saxladığı bir büküm heroini təqdim etmişdir. Daha sonra növbə ilə onun və Böyükağanın üzərində şəxsi axtarış keçirilmiş, lakin onlardan qanunsuz hər hansı bir maddə aşkar olunmamışdır, ondan yalnız bir ədəd «Samsung» markalı mobil telefon aparatı aşkar olunaraq görülmüşdür. Şifahi sorğu zamanı Rövşən üzərindən aşkar olumuş heroini İran İslam Respublikası vətəndaşı «Araz» adlı şəxsin tapşırığı ilə Beyləqan rayonu, Qaradağlı kəndində gizlədilən yerdən əldə etdiyini, həmin narkotik maddələri «Araz»ın deyəcəyi ünvanlara çatdırıb əvəzində pul alacağını, sonuncunun göndərdiyi külli miqdarda heroin, qurudulmuş marixuana və metamfetaminin Beyləqan şəhərində yerləşən, xalası Təbəssümün yaşadığı evdə saxladığını və onları təqdim edə biləcəyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra polis əməkdaşları Rövşənin üzərindən aşkar edilmiş heroini bir ədəd zərfdə qablaşdıraraq möhürləyib götürmüşlər. Daha sonra polis əməkdaşları Rövşənə xalasının evində gizlətdiyi narkotik vasitə və psixotrop maddələri təqdim etməsini təklif etmişlər, o da etiraz etməmiş və bundan sonra polis əməkdaşları ilə birlikdə xalasının yaşadığı evə getmişlər. Orada Rövşən özü səmimi olaraq xalasının evinin arxasında yerləşən taxtadan inşa edilmiş anbar kimi istifadə olunan yerdə gizlətdiyi üç ədəd torbanı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları torbaların içinə baxdıqda oradan ümumilikdə yeddi bükümdə psixotrop maddə metamfetamin, iyirmi üç ədəd bükümdə heroin və iki bükümdə qurudulmuş marixuana aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi təxminən bir kilodan bir az artıq olması müəyyən olunmuşdur. Sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi çəkisi iki kilo yarımdan bir az artıq olduğu müəyyən edilmişdir. Sonra heroin elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisinin on altı kilo yarımdan bir az artıq olduğu müşahidə edilmişdir. Baxış başa çatandan sonra polis əməkdaşları aşkar olunmuş narkotik vasitələri və psixtrop maddəni qablaşdıraraq götürmüşlər. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs3 təhqiqat zamanı verdiyi ilkin izahatından və şübhəli şəxs qismində verdiyi ifadəsindən görünür ki, o həmin izahat və ifadələrində eyni xüsusatları təsdiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda təsvir edilən cinayət əməllərini törətmələri özlərinin məhkəmədə verdikləri ifadələrində qismən ifadələri və məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdikləri işin faktiki hallarına uyğun gələn ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə onlara aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 avqust 2021-ci il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə Bakı şəhər sakini X4 Beyləqan rayonundan külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edib Bakı şəhərinə daşıyacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Sonra da onun Bakı şəhərinə gəlmədiyi barədə məlumat daxil olmuş və onlar Beyləqan şəhərinə getmişlər. 27 avqust 2021-ci il tarixdə saat təxminən 8-9 radələrində X12 şəhərinin Nəriman Nərimanov küçəsində saxlanılmışdır. Həmin vaxt onun yanında Vüsal və Böyükağa da olmuşlar. Bundan sonra onları Beyləqan Rayon Polis Şöbəsinə aparmışlar. Orada videoçəkilişlə vəkillərin iştirakı ilə onların üzərlərinə axtarış keçirmişlər. Axtarış zamanı Rövşənin üzərindən 50 qrama yaxın heroin aşkar edilərək götürülmüş, lakin Vüsal və Böyükağanın üzərlərindən heç bir şey aşkar olunmamışdır.Bundan sonra onlardan başqa yerdə narkotik vasitənin olub-olmaması barədə sorğu edilmiş və Rövşən Quliyev xalasının Beyləqan şəhərində yerləşən evində narkotik vasitə gizlətdiyini etiraf etmişdir. Onlar Rövşənin xalası Təbəssümün evinə videoçəkilişə baxış keçirmişlər. Oradan narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı onlar həmin vasitələri və psixotrop maddəni Araz adlı İran vətəndaşından əldə etdiklərini, narkotiki Rövşənin xalasının evinə qoyub sonra götürəcəklərini bildirmişlər. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, onlar Rövşən, Böyükağa və Vüsalı birlikdə 27 avqust 2021-ci il tarixdə Beyləqan şəhərində saxlanılmışlar. Onlar Vüsalı Bakı şəhərində deyil, Beyləqan şəhərində Nəriman Nərimanov küçəsində səhər tezdən saxlamışlar. Onların qohumlarından heç kim ünvan 9amışlar. İstintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Dindirilmiş şahidlər Şahid2 oğu, Şahid3 və Şahid5 Şahid1 ifadəsində göstəriyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə verdilər. Dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Rövşən onun bacısı oğludur. 25 avqust 2021-ci il tarixdə Rövşən Vüsalla onun evinə gələrək maşını həyətə salıb onun evində qalmışlar. Səhəri günü yemək yedikdən sonra Vüsal Bakı şəhərinə getmişdir. Həmin gün gecə polislər onun evinə gələrək Rövşəni soruşmuşlar. O Vüsalın Bakı şəhərinə getdiyini Rövşənin isə harada olduğunu bilmədiyini demişdir. Sonra da Böyükağanı gətirmişlər. O narkotiki içəri qoyduqlarını bildirmişdir. Onun evinə baxış keçirilərkən onun həyətində olan əl damından narkotik tapmışlar. Rövşən narkotikin ona aid olduğunu onların günahı olmadığını bildirmişdir. Şahid4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, Rövşən onun evinin qapısının açarını saxlanıldığı yeri bildiyindən, onlar evdə olmayanda da özü açarı götürüb evə daxil ola bilirdi. Həmin vaxt Rövşən ona zəng edərək 150 manat pul istəmiş, lakin o pulu olmadığını Rövşənə bildirmişdir. Narkotik aşkarlanan yer onun həyətindəki əl damı olmuşdur. Əl damı hər vaxt istifadə olunan yer deyil. Narkotikin oraya qoyulmasından xəbəri olmamışdır. Bacısı ilə Vüsal gecə gəlmişlər. Bacısını polislər gətirmişdir. İstintaq zamanı verdiyi ifadəsi düzdür. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinin tələbinə əsasən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət olduğundan həmin ifadə elan olunmaqla tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X10 onun bacısı oğludur. O ünvan 8 ünvanında yerləşən mənzil ona məxsus olsa da evinin qonşuluğunda yaşlı anası və daun xəstəsi qardaşı yaşadığından, hər iki şəxsə tərəfindən qulluq göstərildiyindən təxminən son dörd ildir ki, o, öz evində deyil, məhz anasının evində yaşayır. Rövşən Beyləqan şəhərində tanış ailənin qızı ilə nişanlandığından tez-tez Beyləqan rayonuna gəlib-gedirmiş və hər dəfə də anasının evində qalırmış 2021-ci ilin avqustun 25-də saat 21:00 radələrində Rövşən əvvəllər tanımadığı, sonradan ona məlum olan və ilk dəfə gördüyü dostu Təqsirləndirilən şəxs3 avtomobili ilə onun evinə gəlmiş, Vüsal evə keçməsə də Rövşən evə keçib onunla birlikdə gələn dostu Vüsalın Füzuli rayonunda işi olduğunu, ora getmək üçün onlara yol pulu lazım olacağını bildirib ondan 100-150 manat borc pul verməsini istəmiş, həmin zaman onda pul olmadığından o, Rövşənə pul verə bilməmişdir. Bundan sonra Rövşən gəldiyi avtomobillə çıxıb getmişdir. Avqustun 25-dən 26-na keçən gecə, saat 06:00 radələrində o, anasının evində yatarkən qapının döyülməsi səsinə oyanmış və qapını açanda gələnin Rövşən və onun dostu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs3 olduğunu görmüş, qapını açandan sonra Rövşənin gəldiyi «Kia» markalı avtomobili Vüsal evin həyətinə salmışdır. Daha sonra Rövşən bir neçə saat Vüsalla onlarda qalacağını və səhər tezdən Vüsalı Bakıya yola salacağını bildirmiş, o da etiraz etməmiş və gedib öz yatağında yatmışdır. Ertəsi gün səhər Rövşən Vüsalla birlikdə çıxıb getmişdir. Gunorta Rövşən geri qayıtmış və bu zaman Vüsalın Bakıya getdiyini bildirmişdir. Həmin gün o, Rövşənin Vüsala anası, yəni bacısı Sevili rayona gətirəməsini tapşırdığını öyrənmişdir. Həmin gün gecə Rövşən harasa getmiş və ertəsi gün səhər polis əməkdaşları Rövşən, Vüsal və Böyükağa ilə birlikdə yaşadığı evə gəlmişlər. Bundan sonra o, Rövşənin Böyükağa və Vüsalla hardansa killi miqdarda narkotik gətirib ona məxsus evdə gizlətdiklərini öyrənmişdir. Polis əməkdaşları ondan yaşadığı evə baxış keçirilməsinə etirazı olub-olmadığını soruşmuş, o da etiraz etməmiş və bundan sonra polis əməkdaşları, hər üçünün, onların vəkillərinin və onun özünün iştirakı ilə yaşadığı evin arxa tərəfində yerləşən anbar kimi istifadə edilən əl damına baxış keçirmişlər. Baxış zamanı Rövşən özü orada gizlətdiyi, torbalardakı narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları da aşkar edilmiş narkotik vasitələri qablaşdırıb özləri ilə götürmüşlər. Məhkəmədə təqsirləndirilən şəxs Rövşən Quliyevin vəkili Müdafiəçi4 vəsatətinə əsasən məhkəməyə şahid qismində dəvət edilib dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, avqust ayında onu Bakı şəhərində bacısıgildən Vüsal evinə aparmışdır. Həmin vaxt 5-6 nəfər Vüsalı saxlamışlar. Onlar Rövşən nəyindir deyə soruşmuşlar. O da Rövşənin oğlu olduğunu bidirmişdir. Sonra Vüsalı harasa aparmışlar, o isə avtomobildə qalmışdır. Bir saat keçmiş onları ayrı-ayrı avtomobillərdə Beyləqan rayonuna aparmışlar. Sonra Rövşən təslim olmuşdur. Ata evinə baxış keçirilərkən orada narkotik tapılmışdır. Həmin vaxt və sonra o ünvan 9amışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2021-ci il tarixli 6/3740 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs X4 üzərindən aşkar olunan maddə...» yazısı və imzalar olan kağız paketdəki bir ədəd bükümdə təmiz çəkisi 45 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs X4 təqdim etdiyi evdən aşkar olunan maddə...» yazısı və imzalar olan kisədəki 23 (iyirmi üç) ədəd bükümdə ümumi təmiz çəkiləri 16325 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 07 (yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 1280 qram ağ rəngli, kristallardan ibarət maddələr maddələr kimyəvi komponent tərkibinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqat zamanı 16370 qram heroindən təqdiqata cəmi 0,28 qram sərf edilmişdir, qalıq çəkisi 16369 qram təşkil edir. Tədqiqat zamanı 1280 qram metamfetamindən tədqiqata cəmi 0,14 qram sərf edilmişdir, qalıq çəkisi 1279,86 qram təşkil edir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27 avqust 2021-ci il tarixli 7/844 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs X4 təqdim etdiyi evdən aşkar olunan maddə...» yazısı olan sintetik torbada skoçla bağlanmış 03 (üç) ədəd polietilen torbada bağlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 875 qram, 790 qram və 850 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudlçmuş marixuanadır. Tədqiqat zamanı 2515 qram qurudulmuş marixuanadan tədqiqata cəmi 0,3 qram sərf edilmişdir, qalıq çəkisi 2514 qram təşkil edir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 01 sentyabr 2021-ci il qərarından görünür ki, qalıq çəkiləri 16369 qram olan narkotik vasitə heroin, 2514 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi çəkisi 1279,86 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikasının DİN-in BMCMİ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» 26 avqust 2021-ci il tarixli qərarla müəyyən edilmişdir ki, X1 məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuş və həmin əsasla həmin şəxsin müəyən edilib ifşa olunması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Cinayət işinin materiallarında olan BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 27 avqust 2021-ci il tarixli raportundan görünür ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 27 avqust 2021-ci il tarixdə saat 08:30-da ünvan 5 ünvanın yaxınlığında saxlanılaraq ünvan 9ışdır. Cinayət işinin materiallarında olan BNMİ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı X14 tərəfindən tərtib edilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» 27 avqust 2021ci il tarixli protokolla və həmçinin şəxsi axtarış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəklişin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, 27 avqust 2021-ci il tarixdə Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasında müdafiəçisinin iştirakı ilə videoçəklişlə həyata keçirilən şəxsi axtarış zamanı Rövşən Quliyev əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan BNMİ-nin Təhqiqat qrupunun baş təhqiqatçısı Nəcəf Aburşu tərəfindən tərtib edilmiş «baxış və götürmə aparılması haqqında» 27 avqust 2021-ci il tarixli protokolla və həmçinin baxış və götürmə hərəkətlərində istifadə edilmiş videoçəklişin qeydə alındığı DVD diskə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, 27 avqust 2021-ci il tarixdə Şahid4 məxsus ünvan 8 ünvanındakı evə Rövşən Quliyev, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3, həmçinin onların müdafiəçilərinin, ev sahibi Şahid4 iştirakları ilə videoçəklişlə həyata keçirilən baxış zamanı Rövşən Quliyev evin arxasında yerləşən anbardan üç ədəd sellofan və bir ədəd parça torbanın içərisində yerləşdirilmiş narkotik vasitə heroin, iki ədəd ayrı-ayrı sellofan bükümlərdə qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuana və yeddi ədəd ayrı-ayrı sellofan bükümlərdə qablaşdırılmış psixotrop maddə metamfetamini təqdim etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasından sonra tədqiqat üçün götürülməsi və qalan kütlənin qaytarılması haqqında 27 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, iş üzrə maddi sübut olan narkotik vasitələr və psixotrop maddələr 27 avqust 2021-ci il tarixdə saat 17:35 də ekspertiza keçirilməsi üçün qəbul olunmuş və həmin gün saat 20:35-də geri qaytarılmışdır. Məhkəmədə tədqiq edilmiş X6 Tibbi Yoxlamanın 29 dekabr 2021-ci il tarixli 5342 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X5 Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş X6 Tibbi Yoxlamanın xx.xx.2021-ci il tarixli 5315 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş X6 Tibbi Yoxlamanın 22 dekabr 2021-ci il tarixli 5249 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs Rövşən Quliyevin istifadəsində olmuş ***-***-**-** nömrədən ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Rövşən Quliyev qeyd edilən nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə ilə 24 avqust 2021-ci il tarixdə saat 19:56-da 75 saniyə, həmin gün saat 07:37-də 46 saniyə, 25 fevral 2021-ci il tarixdə saat 15:06:04də 266 saniyə danışıq aparmış, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrə ilə 24 avqust 2021-ci il tarixdə saat 14:41:31-də 20 saniyə, həmin gün saat 20:22:22-də 18 saniyə, 25 avqust 2021-ci il tarixdə saat 14:25:18-də 27 saniyə, həmin gün saat 15:31:43-də 9 saniyə, saat 15:38:59-da 7 saniyə, saat 23:08:41-də 29 saniyə danışıq aparmışdır. Rövşən Quliyev 22 may 2021-ci il tarixdə saat 00:55:32-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəyə «Mehman patiya gore gelirsense yoxdu mende bursugun pulun alacam» məzmunlu, 08 iyul 2021-ci il tarixdə saat 16:56:31-də istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəyə «Qaqa men gedirem qapıya çıx terezini goturum» məzmunlu, 08 iyul 2021-ci il tarixdə saat 17:04:59da istintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəyə «Qaqa men getdim axsam gelecem terezinide birde kolanin qalaninda axsam gelende goturecem yaxsi brat» məzmunluSMS göndərmiş, 08 iyul 2021-ci il tarixdə saat 17:09:18-dəistintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrədən «yaxsi qardasim sen Allah uzurlu say lomkada dedim girim mal elim imkan vermediler» məzmunlu, həmin gün saat 17:10:08-də «acsam de gelende verim» məzmunlu SMS göndərilmiş, 08 iyul 2021-ci il tarixdə saat 17:11:09-da Rövşən Quliyevistintaqa məlum olmayan şəxsin istifadəsində olan ***-***-**-** nömrəyə «Canin sagolsun brat sen cani ta axsam gelecem menim payimi hazir eliyersen» məzmunlu, saat 17:19:21-də «Qaqa 1 saata qayidiram ramosgile duzelde bilessen payoku?» məzmunlu SMS göndərmişdir. Rövşən Quliyevin istifadəsində olmuş ***-***-**-** nömrədən ötürülən məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, sonuncu iş üzrə digər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrə ilə 26 avqust 2021-ci tarixdə saat 11:52:45-də 40 saniyə, həmin gün saat 11:58:15-də 29 saniyə, saat 14:50:11-də 125 saniyə, saat 15:44:47-də 61 saniyə, saat 15:52:37-də 48-saniyə, saat 16:03:29-da 9 saniyə, saat 16:09:57-də 14 saniyə, saat 16:17:30-da 19 saniyə, saat 16:24:37-də 25 saniyə, saat 18:21:46-da 69 saniyə, saat 18:32:41-də 47 saniyə, saat 18:34:17-də 267 saniyə, saat 19:49:21-də 63 saniyə, saat 20:04:03-də 18 saniyə, saat 20:21:56-da 21 saniyə, saat 21:40:36-da 69 saniyə, saat 21:44:51-də 67 saniyə, saat 21:58:55-də 46 saniyə, saat 22:00:23-də 17 saniyə, saat 22:30:02-də 155 saniyə, saat 22:33:40-da 102 saniyə, saat 22:36:36-da 24 saniyə, saat 22:37:18-də 17 saniyə, digər Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrə ilə 26 avqust 2021-ci tarixdə saat 12:04:04-də 56 saniyə, həmin gün saat 13:17:25-də 53 saniyə, saat 13:42:39-da 38 saniyə, saat 14:01:28-də 243 saniyə, saat 14:32:33-də 34 saniyə, saat 16:22:30-da 127 saniyə, saat 20:21:56-da 21 saniyə, saat 21:29:30-da 30 saniyə, saat 21:31:50-də 40 saniyə, saat 21:32:30-da 42 saniyə, saat 22:25:20-də 52 saniyə, saat 22:36:36-da 24 saniyə danışıq aparmışdır. Həmçinin qeyd edilən nömrə ilə ötürülən SMS yazışmalarına baxış keçirilərkən müəyyən edildi ki, X13 Ağayevin istifadəsində olan ***-***-**-** nömrəyə xx.xx.2021-ci tarixdə saat 15:29:42-də «Yerri yig meni tecilidi», xx.xx.2021-ci tarixdə saat 03:18:21-də «Qaqa salamatcilixdi?» məzmunlu, həmin gün saat 03:29-da «Yig meni vatcapda», saat 03:30:27-də «Qaqa yig meni tecili» məzmunlu SMSlər göndərmiş, Təqsirləndirilən şəxs2 həmin gün saat 03:31:03-də «Vatçapına zəng çatmır sən yığ məni görüm vatsapnan» məzmunlu SMS göndərmiş, Rövşən Quliyev həmin gün saat 04:19:15-də «Men cixiram brat ineti sondurmusem» məzmunlu SMS göndərmişdir. Həmçinin müəyyən edilmişdir ki, Rövşən Quliyev digər Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** nömrəyə xx.xx.2021-si tarixdə saat 21:35:15-də «Vusal lazim deyil ta mamam ozu gedib evdedi cox sagol ozude qayidacax» məzmunlu və həmin gün saat 22:28:20-də «Ay vusal cavab verde ureyim partdiyir burda» məzmunlu SMS-lər göndərmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** nömrədən ötürülən məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, onun digər təqsirləndirilən şəxs Rövşən Quliyevlə aralarında mütəmadi zənglər olmuş və yuxarıda qeyd edilən əlaqələr mövcud olmuşdur. Təqsirləndirilən şəxs2 yalnız bir dəfə, 26 avqust 2021-ci tarixdə saat 22:36:01-də digər Təqsirləndirilən şəxs3 zəng etmiş və aralarında 21 saniyə danışıq olmuşdur. İşdə olan İbtidai istintaq orqanının 25 may 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən cinayətin digər iştirakçılarının barəsində CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə X10, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 şəxsiyyəti istintaqa məlum olmayan başqa bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, təqsirləndirilən şəxs X4 xalası Şahid4 həyətindəki anbardan aşkar edilərək götürülmüş onun, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və digər şəxsin satış məqsədi ilə birgə əldə etdikləri 16370 qram çəkidə narkotik vasitə heroin, 2515 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 1280 qram çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, cinayətkar qrupun üzvlərinin arasında olan razılaşmaya əsasən onların niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, Rövşən Quliyevin xalası Şahid4 evindən aşkar edilərək götürülmüş külli miqdarda heroin, qurudulmuş marixuana və psixotrop maddə metamfetamini təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilə bilməz. Belə ki, onun külli miqdarda narkotik vasitələr və psixotrop maddə olması barədə əməliyyat məlumatına əsasən o saxlanılaraq üzərində axtarış və evinə baxış keçirilərkən həmin kütlələr aşkar edilmişdir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onların tərəfindən törədilməsi və təqsirlilikləri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və başqa bir şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Onların əməlləri düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X4 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs X10 şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Araz adlı şəxslə əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni qəbul edib Azərbaycan Respublikasında satması barədə razılaşmışlar. Həmin razılaşmadan sonra Araz adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına Rövşən Quliyevin tanımadığı şəxs vasitəsi ilə göndərmiş və həmin narkotik vasitəni Beyləqan rayonu ərazisinə qoydurmuş, X13 Ağayev və Təqsirləndirilən şəxs3la birlikdə satış məqsədi ilə həmin narkotik vasitəni əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda narkotik vasitələr və psixotrop maddə onlardan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxs X10 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan Araz adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin təqsirləndirilən şəxs X4 qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə şəxsiyyəti məlum olmayan Araz adlı şəxs tərəfindən külli miqdarda narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilmiş, yəni narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxs X10 qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan Araz adlı şəxs tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin sübyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs X10 şəxsiyyəti məlum olmayan İran vətəndaşı olan Araz adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X10 ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və onun əməli CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs X10 ifadəsində qaçaqmalçılıq cinayətini törətmədiyini, külli miqdarda narkotik vasitələri və psixotrop maddəni Aərbaycan Respublikasına İran İslam Respublikasının vətəndaşı Araz adlı şəxs tərəfindən qoyulduqdan sonra onu götürdüyünü, onun narkotik vasitlərin və psixotrop maddəni əldə etməsindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məlumatları olmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrində təqsirləndirilən şəxs Rövşən Quliyevin göstərdiklərini təsdiq etməklə, Rövşən Quliyevin külli miqdarda narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə etməsində əlbirlikləri olmadığını, Rövşəv Quliyevin həmin kütlələri götürdükdən sonra məlumatları olduğunu bildirib, əməllərini Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif olunmasını xahiş etmişlər. Məhkəmə təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bu ziddiyyətli ifadələrini özlərini və biri-digərini müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadələr olduğundan, habelə məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib olunduğundan həmin hissədə ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vəkillərinin iştirakları ilə verdikləri ilkin ifadələrində Rövşən Quliyevin tanışı Araz adlı İran İslam Respublikası vətəndaşı ilə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitənin və psixotrop maddəni qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşıyaraq Bakı şəhərində Araz adlı şəxsin tapşıracağı şəxsə çatdırması barədə razılığa gəlmələri, bu işin müqabilində ona Araz adlı şəxsin 20000 manat pul verəcəyini, bu niyyəti barədə tanışı Təqsirləndirilən şəxs2 məlumatlandıraraq narkotik vasitəni götürmək məqsədilə Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə Beyləqan rayonuna getmələri barədə razılaşmaları, əldə edəcəyi puldan Təqsirləndirilən şəxs2 də verəcəyini vəd verməsini bildirməsi barədəki ifadələri, Təqsirləndirilən şəxs3 onları idarə etdiyi avtomobillə narkotik vasitələri və psixotrop maddəni götürdüyü yerə apardıqdan sonra həmin kütlələri götürərkən həmin kütlələrin narkotik vasitə və psixotrop maddə olmasının bildikdən sonra idarə etdiyi avtomobillə onlarla birlikdə Rövşən Quliyevin xalası Şahid4 evinə daşıyaraq gizlədilməsində iştirak etməsi barədə ifadələri, Rövşən Quliyevin üzərinə və narkotik vasitələrin gizlədildiyi onun xalası Şahid4 yaşadığı Beyləqan şəhərindəki evinə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, qeyd edilən istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin olduğu disklərə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları və həmin protokolda onların sorğu edilmələri zamanı izahatları, təhqiqatçının onlardan aldığı isti-isti izahatları, məhkəmədə dindirilmiş şahidlərin ifadələri, mobil telefonlara baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizalarının rəyləri ilə onların törətmiş olduqları cinayət əməlləri tamamilə sübuta yetirilir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə verdikləri işin hallarına uyğun gəlməyən ziddiyyətli ifadələrini həmin hissələrdə sübut kimi qiymətləndirmir. Lakin məhkəmədə tədqiq edilmiş yuxarıda qeyd edilən ifadələri isə işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bundan əlavə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Rövşən Quliyevin anası Şahid7 və xalası Şahid4 Tofiq qızının təqsirləndirilən şəxsin müdafiəsinə gətirdiyi dəlillər onların yaxın qohumluq əlaqələrindən irəli gəlir. Belə ki, Şahid7 27 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 onu Beyləqan rayonuna apararkən polis əməkdaşları tərəfindən saxlanılaraq ayrı-ayrı avtomobillərdə Beyləqan rayonuna aparıldıqlarını bildirməsi halı da müzakirə edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər 27 avqust 2021-ci il tarixdə Beyləqan şəhərində saxlanılaraq vəkillərin iştirakı ilə videoçəkilişlə onların üzərlərinə axtarış, daha sonra isə Şahid4 əl damına baxış keçirmişlər. Həmin istintaq hərəkəti nəticəsində əldə olunub götürülmüş narkotik vasitələr və psixotrop maddə elə həmin gün ekspertizaya göndərilmiş və həmin gün ekspertizadan keçirildikdən sonra 17:35 dəqiqədə geri qaytarılmışdır. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasından sonra tədqiqat üçün götürülməsi və qalan kütlənin qaytarılması haqqında 27 avqust 2021-ci il tarixli aktın surətindən görünür ki, iş üzrə maddi sübut olan narkotik vasitələr və psixotrop maddələr ekspertiza şöbəsinə 27 avqust 2021-ci il tarixdə saat 17:35 də qəbul olunmuş və həmin gün saat 20:35-də geri qaytarılmışdır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə X10 arasında, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında və Təqsirləndirilən şəxs3 ilə X10 arasında keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları sübut kimi yolverilməz olduğundan sübutların sırasından çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarını 8-ci bəndində göstərilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə və CPM-in 33,125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz.Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatəti əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sirasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırılmalıdır. Beləki, məhkəmədə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəçisi Müdafiəçi2 vəsatətlə müraciət edərək cinayət işinin materiallarında olan yuxarıda qeyd edilən üzləşdirmədə istintaq hərəkəti protokolların vəkillərin sonradan imzaladığını bildirməklə vəkillərin imzaları olmayan istintaq hərəkəti protokollarını təqdim etmişdir. Cinayət işinin materiallarında olan qeyd edilən üzləşdirmədə istintaq hərəkəti protokollarında təqsirləndirilən şəxslərin müdafiəçilərinin imzaları olsa da təqdim edilən sənədlərdə vəkillərin imzalarının olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq vəsatətin əsaslı olduğundan təmin edilməsi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X4 əməllərində CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərində CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş və məhz onların tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Ona görə də təqsirləndirilən şəxslər X10 CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, X10 xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1988-ci ildə ünvan 10 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs3 xx xxxxxx 1988-ci il tarixdə ünvan 11 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 28 avqust 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, həmin qərarlara əsasə X4 Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 barələrində həbs etmənin əvvəli 27 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-in məlumatından görünür ki, X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışlar. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsi ilə əlaqədar aşağıdakıları qeyd edir. CM-nin 8.1-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən X10 və Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət səciyyələndirilmələrini cəzalarını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halın olmasını müəyyən etmədi. CM-in 61-ci maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halın olmasını müəyyən etmədi. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsində iştiraklarının dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halların olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Eyni zamanda təqsirləndirilən şəxs X10 bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onların tutulduqları vaxtdan, 27 avqust 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, X6 tibbi yoxlama rəyinə görə X4 barəsində CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə maddi sübutların taleyi ilə əlaqədar olaraq qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinanəyatkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkiləri 16369 qram narkotik vasitə heroin, 2514 qram narkotik vasitə qurudulmuş marixuana və 1279,86 qram psixotrop maddə metamfetamin məhv edilməli və özündə telefon məlumatları əks etdirən 2 ədəd CD disk, baxış və şəxsi axtarış və götürmə hərəkətinin qeydə alındığı 2 ədəd DVD disklər cinayət işinin materialarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi 203 manat təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 67 manat 66 qəpik alınıb dövlət büdcəsinə keçrilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: İ. X10 CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla X8 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X10 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2021-ci il tarixdən hesablansın. X8 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən X4 barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
3. Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikasının DİN-in Baş Mütəşəkkil Cinanəyatkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkiləri 16369 qram narkotik vasitə heroin, 2514 qram narkotik vasitə qurudulmuş marixuana və 1279,86 qram psixotrop maddə metamfetamin məhv edilsin. Özündə telefon məlumatları əks etdirən 2 ədəd CD disk, baxış və şəxsi axtarış və götürmə hərəkətinin qeydə alındığı 2 ədəd DVD disklər cinayət işinin materialarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 203 manat təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 67 manat 66 qəpik alınınb dövlət büdcəsinə keçrilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar X10, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.