Məhkəmə qərarları › İş №1(099)-11/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-11/2025

21.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-11/2025 21.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X14, dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri- Müdafiəçi3, Müdafiəçi4 və X15, Saatlı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi7, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və zərərçəkmiş hüquqi şəxsin (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin) nümayəndəsi Nümayəndə2 iştirakı ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmiş və hazırda işləməyən, ünvan 6-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.1, 308.1, 311.3.1 və 311.3.3-cü maddələri ilə, 13 avqust 1985-ci ildə Sabirabad rayonun Qalaqayın kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinin rəis müavini vəzifəsində işləmiş və hazırda işləməyən, Sabirabad rayonun Qalaqayın kəndində qeydiyyatda olmaqla ünvan 7-də yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.1, 308.1, 311.3.1 və 311.3.3-cü maddələri ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin “Lənkəran” gömrük postunun inspektoru vəzifəsində işləmiş və hazırda işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşaya və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.1, 308.1, 311.3.1 və 311.3.3-cü maddələri ilə, xx xxxxxxx 1993-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, fərdi sahibkarlıqla məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 206.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 25 iyul 2019-cu il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixli 1800/005 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi haqqında Əsasnamənin”nin 4.3-cü bəndinə əsasən idarəyə ümumi rəhbərlik edərək idarə üzrə tədbirlər planının işlənib hazırlanmasını təmin etmək və onun yerinə yetirilməsi gedişinə nəzarəti həyata keçirmək, idarə əməkdaşları arasında vəzifə bölgüsü aparmaq, idarə əməkdaşları tərəfindən qanunvericiliyin, o cümlədən gömrük işini nizama salan qanunvericilik və digər normativ-hüquqi aktların tələblərinə əməl etmələri üzərində nəzarəti həyata keçirmək, Baş idarə rəhbərliyi ilə razılaşdırmaqla idarənin fəaliyyəti məsələləri barədə müvafiq təşkilatlarla əlaqə saxlamaq və səlahiyyətləri daxilində baş idarəni dövlət və ictimai təşkilatlarda təmsil etmək, müvafiq sənədləri imzalamaq, idarənin fəaliyyətində meydana çıxan nöqsanların aradan qaldırılması və gələcəkdə bu xarakterli nöqsanların baş verməsinin qarşısını almaq üçün zəruri tədbirlər hazırlamaqla həyata keçirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qeyd olunan Əsasnamənin 2.1-ci bəndinə əsasən gömrük rəsmiləşdirilməsi və nəzarəti həyata keçirilərkən gömrük hüquqpozmalarına qarşı mübarizə aparmaq, gömrük hüquqpozmalarının icraatı və təhqiqatı zamanı qanunvericiliyə riayət edilməsini təmin etmək, gömrük hüquqpozmaları üzrə təhqiqat və icraat aparmaq, gömrük hüquqpozmalarının əlamətləri olduqda hüquqpozmaların izlərini müəyyən etmək və möhkəmləndirmək, onu törətmiş şəxlsəri aşkar etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək, gömrük hüquqpozmalarının təhqiqatı və icraatı zamanı qanunvericiliklə tələb olunan bütün prosessual hərəkətləri yerinə yetirmək, gömrük hüquqpozmaları üzrə tutulan əşyaların ekspertizasını və qiymətləndirilməsini təşkil etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyalarını həyata keçirmək rəhbəri olduğu idarənin vəzifələrinə aid olmasına baxmayaraq xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək tanışı X7 2021-ci ilin dekabr ayında xx.xx.2021-ci il tarixli **********0939 nömrəli gömrük bəyannaməsi ilə həmin tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunda yerləşən “Astara” gömrük postunda sənədlərdən aldatma yolu ilə istifadə etməklə daxili bazarda 1 qutusunun qiyməti 6 manat təşkil edən ümumi dəyəri 30.000 manat olan 5.000 (beş min) qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin ölkə ərazisinə qanunsuz keçirməsi faktı üzrə sonuncu barəsində inzibati tənbeh tətbiq edilməməsinə dair 2022-ci ilin yanvar ayında işlədiyi idarənin inzibati binasında özünə müraciəti ilə əlaqədar faktiki olaraq inzibati məsuliyyətə səbəb olan əməlin törədilməsinə görə inzibati xəta törətmiş şəxsin tənbeh edilməsi üçün müvafiq tədbirlər görülməli olduğu halda Möhlət Nəcəfov qarşısında özünü nüfuzlu gömrük işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə Möhlət Nəcəfov barəsində inzibati icraat başlanmasını təmin etməyərək həmin hərəkətləri ilə rəhbəri olduğu İdarənin qarşısında qoyulmuş vəzifələri layiqincə və düzgün icrasını həyata keçirməməklə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməliyyat şöbəsinin rəis müavini Təqsirləndirilən şəxs2 və həmin Baş Gömrük İdarəsinin “Lənkəran” gömrük postunun inspektoru Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə, yəni 26 yanvar 2009-cu il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid6 (VÖEN: **********) fəaliyyətində ona köməklik göstərən oğlu Təqsirləndirilən şəxs4 2022-ci ilin dekabr ayında Lənkəran şəhəri ərazisində Təqsirləndirilən şəxs2 vasitəsi ilə özünə və Təqsirləndirilən şəxs3 müraciəti ilə əlaqədar Şahid6 ilə “Peyman Zareb şirketi” arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 6707 nömrəli müqavilə əsasında İran İslam Respublikasından Şahid4 idarə etdiyi “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobili ilə ölkəyə idxal olunan gömrük rüsumu 13.447,57 (on üç min dörd yüz qırx yeddi manat əlli yeddi qəpik) manat təşkil edən “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükünü gömrük rüsumu 3.014,11 manat təşkil edən “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü olaraq gömrük bəyannaməsində göstərməklə gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitinin özlərinə təqdim olunması müqabilində gələcəkdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı prosedurların sürətli icra edilməklə gətirilən malların gömrük nəzarətindən buraxılmasında köməklik göstəriləcəyi barədə Təqsirləndirilən şəxs4 ilə razılığa gələrək, vəzifəli şəxs kimi təkrarən, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək özü və qeyriləri üçün qanunsuz üstünlük və maddi vəsait-10.433,46 manat pul vəsaitini əldə etmək məqsədilə Azərbaycan Respublikası gömrük sərhədindən düzgün bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirməyə dair məsləhətlər verməsi və köməklik etməsi barədə Təqsirləndirilən şəxs2 vasitəsi ilə özünə və Təqsirləndirilən şəxs3 müraciəti ilə əlaqədar İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla keçirilməsinə dair məsləhət və məlumatlar verməklə, yəni Təqsirləndirilən şəxs4 tərəfindən Şahid4 idarə etdiyi “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobili ilə ölkə ərazisinə idxal olunan 60.060 manat dəyərində “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükünün 19 yanvar 2023-cü il tarixdə, saat 16:03-də Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunda yerləşən “Astara” gömrük postunda sənədlərdən aldatma yolu ilə istifadə etməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməklə və gömrük rəsmiləşdirilməsinin başa çatdırılması üçün təyinatı üzrə “Lənkəran” postuna göndərilməsindən sonra 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 tərəfindən qeyd olunan yükün “Lənkəran” gömrük postunda həmin tarixli, **********2941 nömrəli gömrük bəyannaməsi ilə gömrük dəyəri 11.417,20 manat olan 546 ədəd “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü kimi sərbəst dövriyyəyə buraxılış gömrük prosedurası altında sənədlərdən aldatma yolu ilə istifadə etməklə bəyan etdikdən sonra gömrük proseduruna uyğun buraxılışın həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs4 icarə müqaviləsi əsasında icarəyə götürdüyü Lənkəran şəhəri, ünvan 4 ünvanında yerləşən anbarında yükün açılmasında təyinatla iştirak edən və bəyan edilmiş yükün sənədlərlə düzgün olmasının yoxlanılmasına məsul şəxs Təqsirləndirilən şəxs3 və əvvəlcədən olan razılığa əsasən özünün göstərişi ilə orada iştirak edən məsul şəxs Təqsirləndirilən şəxs2 nəzarəti altında “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükü avtomobildən boşaldılaraq əvəzində **********2941 nömrəli gömrük bəyannaməsində göstərilən “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü ilə əvəz edilməsi barədə məsləhətlər verməklə, habelə yarana biləcək maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə köməkçilikləri ilə, Təqsirləndirilən şəxs4 sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda, yəni 60.060 (altmış min altmış) manat dəyərində olan malı gömrük sərhədindən qanunsuz keçirməklə qaçaqmalçılıq etməsində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 21 oktyabr 2019-cu il tarixdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 1000/1271Ş nömrəli əmrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixli 1800/005 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi haqqında Əsasnamə”nin 4.4-cü bəndinə əsasən gömrük qanunvericiliyinin pozulması ilə mübarizənin təkmilləşdirilməsi istiqamətində səmərəliliyin yüksəldilməsi barədə təkliflər vermək, şöbənin əməkdaşlarının daxili intizam qaydalarına əməl etmələri üzərində nəzarəti həyata keçirmək, xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı ona məlum olmuş məlumatların açıqlanmamasının təmin edilməsi istiqamətində zəruri tədbirlər görmək, rəhbərlik tərəfindən təsdiq edilmiş plana uyğun olaraq keçirilən təlimlərdə, toplanışlarda və digər tədbirlərdə iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi qeyd olunan Əsasnamənin 2.1-ci bəndinə əsasən gömrük rəsmiləşdirilməsi və nəzarəti həyata keçirilərkən gömrük hüquqpozmalarına qarşı mübarizə aparmaq, gömrük hüquqpozmalarının icraatı və təhqiqatı zamanı qanunvericiliyə riayət edilməsini təmin etmək, gömrük hüquqpozmaları üzrə təhqiqat və icraat aparmaq, gömrük hüquqpozmalarının əlamətləri olduqda hüquqpozmaların izlərini müəyyən etmək və möhkəmləndirmək, onu törətmiş şəxlsəri aşkar etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək, gömrük hüquqpozmalarının təhqiqatı və icraatı zamanı qanunvericiliklə tələb olunan bütün prosessual hərəkətləri yerinə yetirmək, gömrük hüquqpozmaları üzrə tutulan əşyaların ekspertizasını və qiymətləndirilməsini təşkil etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyalarını həyata keçirmək kimi funksiyalar idarənin vəzifələrinə aid olmasına baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi Təqsirləndirilən şəxs1 və həmin Baş Gömrük İdarəsinin “Lənkəran” gömrük postunun inspektoru Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə, yəni 26 yanvar 2009-cu il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid6 (VÖEN: **********) fəaliyyətində ona köməklik göstərən oğlu Təqsirləndirilən şəxs4 2022-ci ilin dekabr ayında Lənkəran şəhəri ərazisində özü vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müraciəti ilə əlaqədar Şahid6 ilə “Peyman Zareb şirketi” arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 6707 nömrəli müqavilə əsasında İran İslam Respublikasından Şahid4 idarə etdiyi “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobili ilə ölkəyə idxal olunan gömrük rüsumu 13.447,57 (on üç min dörd yüz qırx yeddi manat əlli yeddi qəpik) manat təşkil edən “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükünü gömrük rüsumu 3.014,11 manat təşkil edən “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü olaraq gömrük bəyannaməsində göstərməklə gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitinin özlərinə təqdim olunması müqabilində gələcəkdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı prosedurların sürətli icra edilməklə gətirilən malların gömrük nəzarətindən buraxılmasında köməklik göstəriləcəyi barədə Təqsirləndirilən şəxs4 ilə razılığa gələrək, cinayətkar niyyətinin realizəsinə uyğun vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək özü və qeyriləri üçün qanunsuz üstünlük və maddi vəsait-10.433,46 manat pul vəsaitini əldə etmək məqsədilə Azərbaycan Respublikası gömrük sərhədindən düzgün bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirməyə dair məsləhətlər verməsi və köməklik etməsi barədə özü vasitəsi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müraciəti ilə əlaqədar İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla keçirilməsinə dair məsləhət və məlumatlar verməklə, yəni Təqsirləndirilən şəxs4 tərəfindən Şahid4 idarə etdiyi “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobili ilə ölkə ərazisinə idxal olunan 60.060 manat dəyərində “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükünün 19 yanvar 2023-cü il tarixdə, saat 16:03-də Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunda yerləşən “Astara” gömrük postunda sənədlərdən aldatma yolu ilə istifadə etməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməklə və gömrük rəsmiləşdirilməsinin başa çatdırılması üçün təyinatı üzrə “Lənkəran” postuna göndərilməsindən sonra 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 tərəfindən qeyd olunan yükün “Lənkəran” gömrük postunda həmin tarixli, **********2941 nömrəli gömrük bəyannaməsi ilə gömrük dəyəri 11.417,20 manat olan 546 ədəd “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü kimi sərbəst dövriyyəyə buraxılış gömrük prosedurası altında sənədlərdən aldatma yolu ilə istifadə etməklə bəyan etdikdən sonra gömrük proseduruna uyğun buraxılışın həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs4 icarə müqaviləsi əsasında icarəyə götürdüyü Lənkəran şəhəri, ünvan 4 ünvanında yerləşən anbarında yükün açılmasında təyinatla iştirak edən və bəyan edilmiş yükün sənədlərlə düzgün olmasının yoxlanılmasına məsul şəxs Təqsirləndirilən şəxs3 və əvvəlcədən olan razılığa əsasən Təqsirləndirilən şəxs1 göstərişi ilə orada iştirak edən məsul şəxs özünün nəzarəti altında “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükü avtomobildən boşaldılaraq əvəzində **********2941 nömrəli gömrük bəyannaməsində göstərilən “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü ilə əvəz edilməsi barədə məsləhətlər verməklə, habelə yarana biləcək maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə köməkçilikləri ilə, Təqsirləndirilən şəxs4 sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda, yəni 60.060 (altmış min altmış) manat dəyərində olan malı gömrük sərhədindən qanunsuz keçirməklə qaçaqmalçılıq etməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs3 01 mart 2022-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Lənkəran” gömrük postunun inspektoru vəzifəsində işləyərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2018-ci il tarixli 100/002 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cənub Ərazi Baş Gömrük İdarəsinin Lənkəran gömrük postu haqqında Əsasnamə”nin 5.9-cu bəndinə əsasən gömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparmaq, gömrük sərhədindən keçirilən mallar üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər həyata görmək, gömrük hüquqpozmaları üzrə protokol tərtib etmək, gömrük nəzarəti zonasında rejim qaydalarına əməl olunmasına nəzarət etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi Təqsirləndirilən şəxs1 və həmin idarənin əməliyyat şöbəsinin rəis müavini Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə, yəni 26 yanvar 2009-cu il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid6 (VÖEN: **********) fəaliyyətində ona köməklik göstərən oğlu Təqsirləndirilən şəxs4 2022-ci ilin dekabr ayında Lənkəran şəhəri ərazisində Təqsirləndirilən şəxs2 vasitəsi ilə özünə və Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar Şahid6 ilə “Peyman Zareb şirketi” arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 6707 nömrəli müqavilə əsasında İran İslam Respublikasından Şahid4 idarə etdiyi “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobili ilə ölkəyə idxal olunan gömrük rüsumu 13.447,57 (on üç min dörd yüz qırx yeddi manat əlli yeddi qəpik) manat təşkil edən “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükünü gömrük rüsumu 3.014,11 manat təşkil edən “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü olaraq gömrük bəyannaməsində göstərməklə gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitinin özlərinə təqdim olunması müqabilində gələcəkdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı prosedurların sürətli icra edilməklə gətirilən malların gömrük nəzarətindən buraxılmasında köməklik göstəriləcəyi barədə Təqsirləndirilən şəxs4 ilə razılığa gələrək, cinayətkar niyyətinin realizəsinə uyğun vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək özü və qeyriləri üçün qanunsuz üstünlük və maddi vəsait-10.433,46 manat pul vəsaitini əldə etmək məqsədilə Azərbaycan Respublikası gömrük sərhədindən düzgün bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirməyə dair məsləhətlər verməsi və köməklik etməsi barədə Təqsirləndirilən şəxs2 vasitəsi ilə özünə və Təqsirləndirilən şəxs1 müraciəti ilə əlaqədar İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla keçirilməsinə dair məsləhət və məlumatlar verməklə, yəni Təqsirləndirilən şəxs4 tərəfindən Şahid4 idarə etdiyi “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobili ilə ölkə ərazisinə idxal olunan 60.060 manat dəyərində “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükünün 19 yanvar 2023-cü il tarixdə, saat 16:03-də Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunda yerləşən “Astara” gömrük postunda sənədlərdən aldatma yolu ilə istifadə etməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməklə və gömrük rəsmiləşdirilməsinin başa çatdırılması üçün təyinatı üzrə “Lənkəran” postuna göndərilməsindən sonra 20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs4 tərəfindən qeyd olunan yükün “Lənkəran” gömrük postunda həmin tarixli, **********2941 nömrəli gömrük bəyannaməsi ilə gömrük dəyəri 11.417,20 manat olan 546 ədəd “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü kimi sərbəst dövriyyəyə buraxılış gömrük prosedurası altında sənədlərdən aldatma yolu ilə istifadə etməklə bəyan etdikdən sonra gömrük proseduruna uyğun buraxılışın həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs4 icarə müqaviləsi əsasında icarəyə götürdüyü Lənkəran şəhəri, ünvan 4 ünvanında yerləşən anbarında yükün açılmasında təyinatla iştirak edən və bəyan edilmiş yükün sənədlərlə düzgün olmasının yoxlanılmasına məsul şəxs kimi özü və əvvəlcədən olan razılığa əsasən Təqsirləndirilən şəxs1 bilavasitə göstərişi əsasında orada iştirak edən məsul şəxs Təqsirləndirilən şəxs2 nəzarəti altında “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükü avtomobildən boşaldılaraq əvəzində **********2941 nömrəli gömrük bəyannaməsində göstərilən “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü ilə əvəz edilməsi barədə məsləhətlər verməklə, habelə yarana biləcək maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə köməkçilikləri ilə, Təqsirləndirilən şəxs4 sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda, yəni 60.060 (altmış min altmış) manat dəyərində olan malı gömrük sərhədindən qanunsuz keçirməklə qaçaqmalçılıq etməsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə köməkçi qismində iştirak etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən fəaliyyətə mane olaraq dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs4 26 yanvar 2009-cu il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN: **********) atası Şahid6 fəaliyyətində ona köməklik göstərən şəxs kimi 2022-ci ilin dekabr ayında Lənkəran şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəis müavini Təqsirləndirilən şəxs2 vasitəsi ilə həmin Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi Təqsirləndirilən şəxs1 və həmin Baş Gömrük İdarəsinin “Lənkəran” gömrük postunun inspektoru Təqsirləndirilən şəxs3 müraciəti ilə əlaqədar atası Şahid6 ilə “Peyman Zareb şirketi” arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 6707 nömrəli müqavilə əsasında İran İslam Respublikasından Şahid4 idarə etdiyi “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobili ilə ölkəyə idxal olunan gömrük rüsumu 13.447,57 (on üç min dörd yüz qırx yeddi manat əlli yeddi qəpik) manat təşkil edən 60.060 manat dəyərində 21 ədəd paletdə (hər paletdə 26 ədəd olmaqla) ümumilikdə 546 ədəd “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükü gömrük rüsumu 3.014,11 manat təşkil edən “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü olaraq gömrük bəyannaməsində göstərməklə gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitinin onlara təqdim olunması müqabilində gələcəkdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı prosedurların sürətli icra edilməklə gətirilən malların gömrük nəzarətindən buraxılmasında köməklik göstəriləcəyi barədə razılığa gələrək, 19 yanvar 2023-cü il tarixdə, saat 16:03-də Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunda yerləşən “Astara” gömrük postunda sənədlərdən aldatma yolu ilə istifadə etməklə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməklə və gömrük rəsmiləşdirilməsinin başa çatdırılması üçün təyinatı üzrə “Lənkəran” postuna göndərilməsindən sonra 20 yanvar 2023-cü il tarixdə qeyd olunan yükün “Lənkəran” gömrük postunda həmin tarixli, **********2941 nömrəli gömrük bəyannaməsi ilə gömrük dəyəri 11.417,20 manat olan 546 ədəd “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü kimi sərbəst dövriyyəyə buraxılış gömrük prosedurası altında sənədlərdən aldatma yolu ilə istifadə etməklə bəyan etdikdən sonra gömrük proseduruna uyğun buraxılışın həyata keçirilməsi üçün icarə müqaviləsi əsasında icarəyə götürdüyü Lənkəran şəhəri, ünvan 4 ünvanında yerləşən anbarında yükün açılmasında təyinatla iştirak edən və bəyan edilmiş yükün sənədlərlə düzgün olmasının yoxlanılmasına məsul şəxs kimi Təqsirləndirilən şəxs3 və əvvəlcədən olan razılığa əsasən Təqsirləndirilən şəxs1 göstərişi ilə orada iştirak edən məsul şəxs Təqsirləndirilən şəxs2 nəzarəti altında “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükü avtomobildən boşaldılaraq əvəzində **********2941 nömrəli gömrük bəyannaməsində göstərilən “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü ilə əvəz edilməsi barədə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məsləhətlər almaqla, habelə yarana biləcək maneələri aradan qaldırmaqla yardım etmədə ifadə olunan köməkçilikləri ilə, sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda, yəni 60.060 (altmış min altmış) manat dəyərində olan malı gömrük sərhədindən qanunsuz keçirməklə qaçaqmalçılıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.1, 308.1, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, 25 iyul 2019-cu il tarixdən 26 yanvar 2023-cü il tarixədək Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra DGK-nin) Cənub Ərazi Baş Gömrük İdarəsinin (bundan sonra CƏBGİ-nin) Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində işləmişdir. Dəgər təqsirləndirilən şəxsləri tanımış, yəni Təqsirləndirilən şəxs2 onun müavini (əməliyyat şöbəsinin rəis müavini) olmaqla tabelik münasibətləri olmaqla şəxsi münasibətləri də yaxşı olmuş, Təqsirləndirilən şəxs3 “Lənkəran” gömrük postunun əməkdaşı kimi və Təqsirləndirilən şəxs4 fərdi sahibkarlıqla məşğul olan şəxs kimi tanımış, onlarla şəxsi münasibətləri olmamışdır. Ona verilmiş ittihamda göstərilən cinayətləri törətməmiş, təqsirləndirilən şəxslərlə və ya başqa şəxslərlə qanunsuz hərəkətlərə və sövdələşmələrə yol verməmiş, əksinə bu kimi hallara qarşı kəskin mövqedə olmuşdur. Verilmiş ittihamda adı göstərilən Möhlət Nəcəfovu iş prosesində tanımış, həmin şəxslə yaxın münasibəti olmamışdır. Həmçinin bu şəxsdən daxil olmuş məlumat üzrə əməliyyat tədbiri keçirilərək İrandan Azərbaycan Respublikasından tranzit istifadə edilməklə Ukraynaya gedən malların içərisində külli miqdarda narkotik vasitələr müəyyən edilərək zərərsizləşdirilməsi faktı olmuşdur. Bununla belə Möhlət Nəcəfovun 2021-ci ilin dekabr ayında gömrük bəyannaməsi ilə “Astara” gömrük postunda 5.000 qutu dərman vasitəsinin (“Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin) ölkə ərazisinə qanunsuz keçirməsi faktı üzrə onun tərəfindən araşdırma aparılması üçün idarənin əməkdaşına müvafiq göstəriş vermiş, sonradan araşdırma aparılıb-aparılmaması barədə məlumatı olmamışdır. Qeyd olunan fakt üzrə «Raport» idarənin əməkdaşı Şahid13 tərəfindən yazılmış, həmin «Raport» «Vahid avtomatlaşdırılmış ildarəetmə sistemi»ndə qeydiyyatdan keçdikdən sonra o, bu sənədə əsasən müvafiq qaydada araşdırma aparılması üçün təhqiqat şöbəsinə göstəriş vermişdir. Ona görə də bu fakt üzrə onun tərəfindən müvafiq tədbir görülməsinin təmin etməməsi barədə verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Həmçinin 20 yanvar 2023-cü il tarixdə sahibkar olan şəxsin gömrük əməkdaşları ilə razılaşıb xaricdən idxal olunmuş malların dəyişdirilərək gömrük rüsumunun azaldılması ilə bağlı razılaşmanın ona heç bir aidiyyəti yoxdur. Həmin hadisədən bir gün əvvəl, yəni 19 yanvar 2023-cü il tarixdə İrandan Azərbaycana gətirilən geyim əşyaların içərisində qadağan olunmuş malların ola biləcəyi ilə bağlı Əməliyyat-İstintaq Baş İdarəsinin rəisinin müavini tərəfindən ona tapşırıq verilmiş və həmin tapşırığın icrası ilə bağlı o, 20 yanvar 2023-cü il tarixdə Lənkəranda olmaqla yük gətirmiş maşınlarda olan yükün boşaldılacağı anbarların yerini müəyyən etmək üçün saat 09 radələrində tabeliyində olan işçi Mehdi ilə əlaqə saxlayarkən onun da Lənkəranda olduğunu bilmişdir. Məzuniyyətdə olmasına baxmayaraq nə üçün Lənkəranda olduğunu Mehtidən soruşanda o da gömrük əməkdaşları ilə birliklə «Şəhidlər Xiyabanı»nı ziyarət etmək üçün gəldiyini bildirmişdir. Mehdini yanına çağırıb Hacı və Şakir adlı şəxslərin anbarlarını ona göstərməsini tapşırmışdır. Sonra onlar Lənkəran şəhər sakini Kamran adlı şəxsi də götürüb Hacı adlı şəxsin anbarına getmişlər. Orada xidməti işlərini yerinə yetirib nəticəsi barədə rəhbərliyə məruzə etmişdir. Digər anbara yük maşını gələnədək yaxınlıqdakı kafedə oturmuş, Mehdi isə yoldaşını həkimə aparacağını deyib ondan icazə alıb getmişdir. Bir müddət sonra o, Mehdiyə zəng edib Şakirin anbarına yük maşının gəlibgəlməməsini soruşmuş, Mehdi də Şakirin anbarının olduğu ərazidə olduğunu və həmin anbarın da Lənkəran gömrük postunun yaxınlığında yerləşdiyini demişdir. Həmin ərazidə olması barədə məlumatı nəyə görə ona deməməsini Mehdidən soruşanda o, yenicə oraanbara gəldiyini bildirmiş, həm də olduğu yerin dəqiq ünvanını ona bildirməmişdir. Bundan sonra o, Mehdinin olduğu yerə, yəni Şakirin anbarı olması deyilən əraziyə getmişdir. Həmin əraziyə çatdıqdan sonra, orada olan anbardan təxminən 50-60 metr aralıqdakı dayanacağın yanında Mehdi onu qarşılamış, sonra o, Kamranla birlikdə dayanacağın girişində avtomaşını saxlayıb düşəndən sonra Mehdidən başqa gömrük əməkdaşı Zamanın və sahibkar Ramin adlı şəxslərində orada olduqlarını görüb ona heç nə aydın olmamışdır. O, Mehdi ilə söhbət edərkən Şakirinin anbarının həmin yerdə olmamasını bilib Mehdidən «burada nə məsələdir» soruşmuş, Mehdi isə ona orada olmasının səbəbini tam izah edə bilməmişdir. Həmin vaxt orada Raminə aid tır maşını olmasını görsə də, onunla maraqlamadan və heç bir söz soruşmamış, sadəcə olaraq orada olan gömrük əməkdaşı Zamandan işlərinin necə olmasını soruşub maşına əyləşib Mehdi ilə birlikdə həmin yerdən uzaqlaşıb Şakirin anbarı olan yerə getmişdir. Şakirin anbarına çatandan sonra o, Raminin yükü boşaldılan anbarda onun olmasının səbəbini soruşmuş, Mehdi isə qarışıq cavablar verərək vəziyyəti ona izah etməyə çalışmış, lakin yenə də ona bu vəziyyət tam aydın olmamışdır. Həmin vaxt Mehdi ona Raminə aid olan yükün dəyişdirilməsi barədə heç bir söz deməmiş, bundan onun məlumatı olmamışdır. Mehdi yalnız onu demişdir ki, Sənan müəllim (Cənub Ərazi Baş Gömrük İdarəsinin məsul işçisi) yükü saxlayıb (Raminə aid yükü) və yükün şəkilini istəyir, o da Mehdiyə «burada nə problem var ki, yükün şəklini çəkib göndərsinlər, əgər Raminin narazılığı varsa qaynar xəttə məlumat versin» demiş, Mehdi isə ona əlavə heç bir söz deməmişdir. Təxminən bir saatdan sonra Cənub Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Xəqani Məmmədov ona zəng edib Lənkəranda bir problemli maşın olduğunu (Lənkəran gömrük postunda Raminə aid yükü gətirən tır nəzərdə tutulur) deyib Şahid2lə əlaqə saxlamasını tapşırmışdır. O, Sənanla müəllimlə əlaqə saxlamış, Sənan müəllim də ona bir tır maşınında olan yükün şəklini istədiyini, lakin yükün şəklinin ona göndərilmədiyini deyib ondan xahiş etmişdir ki, həmin yük maşınını Lənkəran postuna gətirib gömrük nəzarətindən keçirilməsini təmin etsin. Şahid2lə telefonla danışarkən o, həmin yük maşınında olan yükün dəqiq gömrük yoxlamasını aparmaq üçün maşının Astara gömrük postunda yoxlanmalı olmasını, orada rentgen qurğusu olduğundan yükün daha dəqiq yoxlanıla biləcəyini, yəni yükün çəkisi və yükün dəyişdirilibdəyişdirilməsinin dəqiq bilinəcəyini demişdir. Əgər özü bu işdən məlumatı və iştirakçısı olmuş olsaydı, çox güman ki, o həmin yük maşınını yoxlanması üçün Lənkəran gömrük postuna göndərməklə kifayətlənərdi, bu işə onun heç bir aidiyyəti olmadığından məhz onun təklifi ilə yük maşını Astara gömrük postuna aparılıb yoxlanılmış və orada yükün dəyişdirilməsi məlum olmuşdur. Həmin fakt aşkarlanandan sonra ona məlum olmuşdur ki, Raminin İrandan idxal etdiyi «MDF» yükün dəyişdirilib «DSP» yükü ilə əvəz olunması və daha az gömrük rüsumu ödəməsi ilə bağlı Mehdi və Zamanla danışıqları olmuş, bundan sonra Mehdi və Zaman da Raminlə razılaşıb yük maşınında olan MDF yükünün DSP yükü ilə əvəz olunmasına etiraz etməyib bu cinayəti törətmişlər. Bütün bunlar barədə onun əvvəlcədən heç bir məlumatı olmamış, yükün dəyişdiriləcəyini barədə Mehdi, eləcə də digər şəxslər ona heç bir söz deməmiş, onun bu işdə heç bir iştirakı olmamışdır. O, Raminin «MDF» yükü ilə bağlı deyil, baş idarədən verilmiş tapşırıqla bağlı 20 yanvar 2023cü il tarixdə Lənkəran şəhərinə gəlmişdir. Baş vermiş hadisə ilə bağlı Mehdinin ifadəsində ona aid hissədə deyilənləri qəti inkar edir, Mehdi bu işlə bağlı ona bir söz belə deməmişdir. Raminə aid yükün dəyişdirilməsi ilə bağlı onun nə Raminlə, nə Mehdi ilə, nə də Zamanla heç bir danışığı olmamışdır. Həmçinin bu məsələ baş idarə tərəfindən araşdırılarkən Mehdi və digər şəxslərin hadisə ilə bağlı hansı formada izahat vermələrinə o, müdaxilə etməmiş, hansı formada izahat vermələrini onlara deməmiş, onlar bildikləri kimi, o cümlədən Mehdi onu da bu işdə məlumat olması barədə izahat vermişdir. Əslində isə onun bu işlərdən heç bir məlumatı olmamış, Mehdi bununla bağlı ona Raminə aid yükün dəyişdirilməsindən əvvəl və yük dəyişdiriləndən sonra heç bir məlumat verməmiş, yükün dəyişdirilməsi ilə bağlı onun məlumatının olması barədə Mehdinin dedikləri tam əsassız olmaqla, bu işdə (yükün dəyişdirilməsində) onun heç bir maddi marağı olmamış, kimdənsə rüşvət almaq və ya rüşvət alacağı ilə bağlı danışığı və ya razılaşması olmamış, heç kimə də barədə heç bir söz deməmişdir. Ona görə də o, Raminin gömrük rüsümünü daha az ödəməsi üçün ona aid MDF yükünün DSP yükü ilə əvəz olunması ilə bağlı verilmiş ittihamlar üzrə özünü təqsirli bilmir. O, uzun müddət gömrük orqanlarında işləmiş, daim cinayətkarlığa qarşı mübarizə aparmış, əsasən də narkotiklə bağlı çoxsaylı cinayətlərinin aşkar olunmasında bilavasitə iştirak etmiş, yaxşı xidmətlərinə görə ona müəyyən mükafatlar və təltiflər də verilmişdir. Eyni zamanda verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 20 yanvar 2023-cü il tarixdə, səhər saatlarında tabeliyində olan əməliyyat şöbəsinin rəis müavini Təqsirləndirilən şəxs2 zəng edib daxil olmuş bəzi əməliyyat məlumatlarının yoxlanılması üçün köməlik etməyi tapşırmışdır. Həmin tapşırıqla bağlı o, Mehdi ilə görüşüb bir neçə ərazidə yüklərə və onların sənədləri ilə tanış olmuş, bundan sonra Mehdi ilə birlikdə həmin gün saat 11 radələrində Lənkəran şəhəri ərazisində yerləşən kafedə çay içmiş, həmin vaxt Mehdi şəxsi işinin olmasını bildirib icazə istəyib oradan ayrılmışdır. Yarım saatdan sonra Mehdiyə zəng edib onun Lənkəran gömrük postunun yaxınlığında olduğunu öyrənib onun yanına getmiş və “Avtobaza” deyilən ərazinin həyətində anbarların yaxınlığında Mehdinin dayandığını, onun yanında da Lənkəran gömrük postunun əməkdaşı Zaman və sahibkar Raminin olduğunu görmüşdür. Mehdidən hansı səbəbdən burada olmasını soruşmuş, o isə şəxsi işinin olduğunu bildirmiş, anbarın qarşısında yük avtomobili dayandığından Zamanın da həmin avtomobillə əlaqədar orada olmasını düşünmüş, onunla da hal-əhval tutduqdan sonra Mehdi ilə birlikdə oradan ayrılmışdır. Avtomobildə Mehdidən nə problem olmasını maraqlanmış, Mehdi də baş idarədən sahibkar Raminə aid yükün yoxlanılacağını demiş, bundan sonra başqa mövzuda söhbətləri davam etmişdir. Həmin gün saat 15 radələrində Baş İdarədən ona zəng olunaraq sahibkar Təqsirləndirilən şəxs4 məxsus yükün yenidən yoxlanması üçün “Astara” gömrük postuna aparılmalı olduğunu, həmin yerə gömrük əməkdaşı Şahid3 də gələcəyini, yükün yenidən ölçülərək rentgendən keçiriləcəyini bildirmişlər. Bundan sonra Mehdi ilə əlaqə saxlayıb onun Amillə əlaqə saxlayıb birlikdə «Astara» gömrük postuna getməsini tapşırmışdır. Qeyd olunan yüklə bağlı təkrar yoxlama zamanı yükün dəyişdirildiyi, yəni gətirilən «MDF» yükünün əvəzinə anbarda «DSP» yükünün avtomobilə yükləndiyi məlum olmuşdur. Mehdi ilk əvvəl məsələdən xəbərsiz olduğunu bildirsə də, Ramin ilə əlaqə zamanı bütün bunun təşkilatçısı Mehdinin olduğunu, onun təkidi ilə malları səhv bəyan etdiyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs3la əlaqə saxlamış, o da Mehdinin rəhbərliyin adından, yəni onun (Təqsirləndirilən şəxs1 adından) istifadə edərək ona göstəriş verdiyini və avtomobildə yükün dəyişdirilməsinə şərait yaratdığını bildirmişdir. Mehdi, Zaman və Raminin qanunsuz hərəkətləri barədə xəbəri olmamış, heç kimə bu barədə, yəni gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğinin sahibkardan alınması barədə göstəriş verməmiş, Təqsirləndirilən şəxs2 yalan məlumat verib törətdiyi hüquqpozma faktını onun üzərinə yönəltməyə çalışmışdır. Həmçinin verilmiş digər ittihamla bağlı bildirir ki, o, Möhlət Nəcəfovu iş prosesində tanımış, həmin şəxs sayəsində İrandan Azərbaycan Respublikasından tranzit istifadə edilməklə Ukrayna Respublikasına gedən mallar üzrə həmin şəxsdən daxil olan əməliyyat məlumatlarına əsasən 1 tondan artıq narkotik vasitə müəyyən edilərək zərərsizləşdirilmişdir. 2021-ci ilin dekabr ayında xx.xx.2021-ci il tarixli **********0939 nömrəli gömrük bəyannaməsi ilə həmin tarixdə Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara rayonunda yerləşən “Astara” gömrük postunda 5.000 (beş min) qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin ölkə ərazisinə qanunsuz keçirməsi faktı üzrə tərtib edilmiş raport açıq saxlamış, nəzarət etməməyinin səbəbindən həmin fakt üzrə X18 barəsində inzibati qaydada tədbir görülməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.1, 308.1, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, 25 iyul 2019-cu il tarixdən 26 yanvar 2023-cü il tarixədək DGK-nin CƏBGİ-nin Əməliyyat və təhqiqat idarəsinin rəis müavini vəzifəsində işləmişdir. Dəgər təqsirləndirilən şəxsləri tanımış, yəni Təqsirləndirilən şəxs1 onun işlədiyi şöbənin rəisi (əməliyyat şöbəsinin rəisi) olmaqla aralarında xidməti münasibətləri, həm də şəxsi münasibətləri olmuş, Təqsirləndirilən şəxs3 “Lənkəran” gömrük postunun əməkdaşı kimi və Təqsirləndirilən şəxs4 fərdi sahibkarlıqla məşğul olan şəxs kimi tanımış, onlarla yaxın şəxsi münasibətləri olmamışdır. Bildiyinə görə Ramin İrandan mebel yığılması üçün materiallar, əsasən də “MDF” yükləri idxal etmişdir. İdərə rəisi də Təqsirləndirilən şəxs1 də Təqsirləndirilən şəxs4 tanımışdır. 2022-ci ilin dekabr ayında Ramin istifadəsində olan mobil telefon nömrəsindən ona zəng edərək İrandan “MDF” yükü gətirmək istədiyini, lakin həmin yükün “DSP” yükü kimi bəyan etmək niyyətində olduğunu, bu zaman rəsmiləşdirmədə 2000 manat gömrük rüsumunu az ödəyəcəyini, həmin məbləğin də yarısını bu işdə ona kömək edən şəxsə verə biləcəyini demişdir. Bundan sonra o, telefonda vatsapla Təqsirləndirilən şəxs1 zəng edib Raminin təklifini, yəni yükün dəyişdirilməsi məsələsini, arada yaranacaq görük rüsumu fərqinin yarısının onlara verəcəyini demiş, Malik də etiraz etməyib razılıq vermişdir. Həmin vaxt veriləcək puldan nə qədər Malikə, nə qədər ona çatacağı, həm də ona düşən puldan nə qədər hissəsini yükün açılışında iştirak edən inspektor Zamana verəcəyi ilə bağlı Maliklə razılaşdırma olmamışdır. Fikirləşmişdir ki, bu iş baş tutsa Ramindən aldığı puldan nə qədərsə Malikə də versin, inspektorla da veriləcək pulu özü həll etsin. Malik razılıq verdikdən sonra həmin gün Raminlə vastsapla əlaqə saxlayıb Malikə də bu barədə məlumat verdiyini, razılıq aldığını bildirib yükü dediyi qaydada bəyan edə biləcəyini demişdir. Bundan sonra aralarında yaxın münasibətlərində olduğu “Lənkəran” gömrük postunun inspektoru Zamana vatsapla zəng edib Raminin dedikləri ona deyib bu məsələdən Malikin də məlumatı olduğunu və razılıq verdiyini bildirib ona çatacaq puldan ona da verəcəyini demiş, Zaman da etiraz etməmişdir. 19 yanvar 2023-cü il tarixdə Ramin ona zəng edib sifariş etdiyi “MDF” yükünün gələrək «Astara» gömrük postundan keçdiyini və yükü həmin gün rəsmiləşdirib anbarına boşaltmaq istədiyini bildirmiş, həmin vaxt “Lənkəran” gömrük postunda olarkən inspektor Təqsirləndirilən şəxs3 orada olmadığını görüb səhəri gün, yəni 20 yanvar 2023-cü il tarixdə rəsmiləşdirməyini və eləcə də həmin yükün açılışında postun inspektoru Zamanın olacağını Raminə demişdir. Bu səbədən Ramin həmin yükün rəsmiləşdirməsini növbəti günə, yəni 20 yanvar 2023-cü il tarixə saxlamışdır. Həmin gün o, Təqsirləndirilən şəxs1 məlumat verib yükün gəldiyini, sabah açılacağını və açılışında da Zamanın iştirak edəcəyini bildirmişdir. Sonra Zamana da zəng edib bu barədə ona da məlumat vermişdir. 20 yanvar 2023-cü il tarixdə, səhər saat 08 radələrində Təqsirləndirilən şəxs1 ona vatsapla zəng edib harada olduğunu soruşmuş, o da Lənkəran şəhərində olduğunu demiş, az sonra Malikin Lənkəran şəhərində yaşadığı evə gedib onunla görüşüb sahibkar Raminə məxsus “MDF” yükünün bu gün açılacağını, Zamanın da həmin vaxt anbarda iştirak edəcəyi barədə məlumat vermişdir. Sonra başqa işlə bağlı ərazidə olarkən Zaman ona zəng edib Baş İdarədən ona zəng olunduğunu, Raminin yükü ilə bağlı soruşduqlarını və həmin yükə görüntülü şəkildə baxmaq istədiklərini demiş, o da bu barədə Malikə məlumat vermişdir. Malik də tırdan “MDF” yükünün boşaldılıb əvəzinə «DSP» yükünün yüklənməsinin heç bir şübhə yaratmayacağını bildirmiş, o da Malikin dediklərini Zaman və Raminə bildirib bu işdən Malikin məlumatının olduğunu təkrar onlara demişdir. Bundan sonra Malik ona Raminin yükü olan yerə getməyini demiş, o da Raminin yükü olan anbara getmişdir. Anbara çananda orada yükün sahibi Ramin, yükü gətirmiş tırın iranlı sürücü və inspektoru Zamanın olduğunu və yükün hələ də avtomobildən tam boşaldılmadığını görmüş, bir müddət sonra avtokar vasitəsi ilə MDF yükü boşaldılıb əvəzinə anbarda olan DSP yükü yüklənmişdir. Bundan sonra Zaman Baş İdarədən Sənan ilə görüntülü əlaqə saxlamış, əvəzlənmiş yükün görüntüsünü ona göstərib yükün DSP yükü olduğunu bildirmişdir. Bir qədər sonra Malik də həmin əraziyə anbara gəlmiş, onlara ümumi sözlərlə narahat olmamağı demiş, sonra onunla birlikdə oradan uzaqlaşıb başqa bir yerə getmişlər. Aradan bir az keçmiş Zaman ona zəng edib Baş İdarədən verilən göstərişə əsasən yükün yenidən yoxlanılması üçün gömrük postuna aparılmalı olduğunu bildirmişdir. O,, bu barədə Malikə məlumat vermiş, o da heç bir problem olmadığını, məsələni həll edəcəyini bildirmişdir. Bundan sonra avtomobildə olan yük «Astara» gömrük postunda təkrar yoxlama zamanı yükün dəyişdirildiyi, yəni MDF yükünün yerinə avtomobilə DSP yükünün yükləndiyi müəyyən edilmişdir. Bu işin üstü açılandan sonra Təqsirləndirilən şəxs1 yükün dəyişdirilməsi barədə məlumatının olmadığını bildirmişdir. Lakin həmin yükün dəyişdirilməsi barədə o, Malikə məlumat vermiş və onun razılığı olandan sonra yük dəyişdirilmişdir. Həmçinin yükün dəyişdirilməsi ilə bağlı nə qədər pul veriləcəyi ilə bağlı onun Raminlə konkret heç bir danışığı olmamış, əvvəlcədən pulun verilməsi və ya nə qədər pul veriləcəyi ilə Raminlə danışığı olmamış, sadəcə olaraq Ramin bu işlə bağlı onlara pul verə biləcəyini demiş, yük dəyişdirildikdən sonra Ramin ona pul verməmişdir. O, yükün dəyişdirilməsi ilə bağlı rüşvət ittihamı üzrə özünü təqsirli bilmir, lakin vəzifəsindən sui-istifadə etməsi ilə bağlı ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5,206.1, 308.1, 311.3.1 və 311.3.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, 2021-ci ildən 26 yanvar 2023-cü il tarixədək CƏBGİ-nin “Lənkəran” gömrük postunun inspektoru vəzifəsində işləmişdir. Digər təqsirləndirilən şəxsləri tanımış, yəni Təqsirləndirilən şəxs1 CƏBGİ-nin Əməliyyat və təhqiqat idarəsinin rəisi, Təqsirləndirilən şəxs2 Əməliyyat və təhqiqat idarəsinin rəis müavini kimi tanımaqla aralarında xidməti münasibətlər olmuş, Təqsirləndirilən şəxs4 fərdi sahibkarlıqla məşğul olan şəxs kimi tanısa da, onlarla yaxın şəxsi münasibətləri olmamışdır. 20 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Təqsirləndirilən şəxs2 vatsapla ona zəng edib sahibkar Təqsirləndirilən şəxs4 İrandan gətirdiyi yükün bu gün açılacağını, həmin yükün açılışında iştirak etməyi və yükdə fərq olduğunu deyərək yola verməyi xahiş etmiş, o da bunu edə bilməyəcəyini dedikdə Mehdi idarə rəisi Təqsirləndirilən şəxs1 də məlumatlı olduğunu bildirib bu işdə kömək etməsini təkrar xahiş etmiş, o da məcbur qalıb razılaşmışdır. Mehdi ona yükün nədən ibarət olduğunu bildirməmiş, sadəcə olaraq “yükdə fərq vardır” demiş, həmin fərqli yükün nə olmasını bildirməmişdir. 20 yanvar 2023-cü il tarixdə, saat 9 radələrində işə gəlmiş, həmin günə üç gömrük bəyannaməsi üzrə malların rəsmiləşdirilməsi nəzərdə tutulmuş, onlardan biri də Mehdinin dediyi Təqsirləndirilən şəxs4 adına gələn yükün “DSP” (“Qatranlarla və ya digər üzvü bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarli plitələr”) kimi bəyan olunan yük olmuşdur. Həmin yükə dair gömrük bəyannaməsinə və əlavə olunmuş sənədlərə baxış keçirdikdən sonra sənədlərdə problem olmadığını müəyyən etmiş və bundan sonra VAİS sistemində yükün buraxılışını həyata keçirmişdir. VAİS sisteminə əsasən, sistemdə yükü buraxılışa verdikdən sonra post rəisi tərəfindən yükün açılışının həyata keçirilməsi üçün inspektor təyin olunmuş, bundan sonra həmin buraxılış onun tərəfindən təsdiq olunmuşdur. Həmin vaxt Baş idarədən Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Sənan ona zəng edib sahibkarlıq Şahid6 ünvanına gələn “DSP” yükünün gömrük bəyannaməsinin şəklini ona göndərməyini istəmiş, o da bəyannaməni kompyuterdən çap edərək çıxarmış və şəklini çəkib Sənana göndərmişdir. Həmin gün “20 yanvar”la bağlı “Şəhidlər Xiyabanına” getmiş, oradan çıxdıqda Mehdi ilə rastlaşıb onunla görüşüb söhbət edərkən Mehdi ona Raminin dediyi yükün, yəni onun atası Şahid6 adına gələn yükün “MDF” olduğunu, lakin bəyannamədə sənəddə “DSP” yükü kimi göstərdiklərini, bu barədə idarə rəisi Təqsirləndirilən şəxs1 də məlumatı olduğunu demiş, o isə qorxduğunu, səlahiyyətində olmayan məsələ olduğunu bildirsə də, Mehdi ona Təqsirləndirilən şəxs1lə birlikdə ərazidə olacaqlarını, yükə nəzarət edəcəkləri bildirib bu barədə Sənan müəllimə heç bir söz deməməyi tapşırmışdır. Mehdinin ona dediklərini yuxarı rəis heyəti sayılan idarə rəisi Təqsirləndirilən şəxs1lə dəqiqləşdirə bilmədiyindən, eləcə də Əməliyyat və təhqiqat idarəsinin rəisi kimi Təqsirləndirilən şəxs1, həm də onun müavini Mehdinin gələcəkdə ona qarşı pislik edib edib işində ona maneçilik törədə biləcəklərindən ehtiyat edib Mehdinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışdır. Mehdidən ayrıldıqdan sonra həmin gün yük sahibi Ramin ona zəng edib yükün anbarda olduğunu demiş, bundan sonra o, Raminə məxsus anbara getmiş və yükü gətirmiş nəqliyyat vasitəsinə baxış keçirmiş və yük olan qoşqusunun üzərindəki plomblara müdaxilə olunmadığını görmüşdür. Sonra o, Ramindən mal müşayiət sənədlərini almış, həmin vaxt Baş idarədən Sənan ona zəng edib yük barədə soruşmuş, o isə Sənana hələ yükü açmadığını, evə getdiyini, yükün açılışına bir azdan gedəcəyini bildirmişdir. Sonra o, Mehdiyə zəng edib həmin yüklə bağlı Sənanın maraqlandığını demiş, Mehdi isə heç bir probleminin olmayacağını bildirmişdir. Bir az sonra Sənan yenidən ona zəng edib yükün fotoşəkillərini çəkib ona göndərməsini tapşırmışdır. Bundan sonra o, Mehdiyə zəng edib Sənanın ona tez-tez zəng etdiyini, yükün fotoşəkillərini istədiyini bildirmiş, Mehdi isə yükü açıb boşaltmağı, əvəzinə anbarda olan DSP yükünü yükləməyi tapşırmışdır. Telefon danışığından az sonra Mehdi də anbara gəlmiş, avtomobildə olan MDF yükü boşaldılaraq əvəzinə DSP yükü yüklənmişdir. Orada olduqları müddətdə Təqsirləndirilən şəxs1 də anbarın ərazisinə gəlmiş, Malik hal-əhval soruşduqdan sonra “Zaman, nəsə problem olsa mən bunu burda həll edirəm, kənara çıxmağa qoymuram” demiş, sonra avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Həmin vaxt Mehdi ona “görürsən, Malikin də bu işdən xəbəri var, heç nədən qorxma, arxayın ol” demiş, o da Mehdinin sözlərinə inanmış və avtomobilə MDF yükü əvəzinə DSP yükü tam yükləndikdən sonra telefonla görüntülü şəkildə Sənana zəng edib yükün fotoşəkillərini ona göndərmişdir. Bir neçə dəqiqə sonra Sənan ona zəng edib yükün yenidən yoxlanılması üçün gömrük postuna aparılmalı oduğunu demişdir. Bundan sonra həm özü, həm də Ramin Mehdiyə zəng edib etirazlarını bildirmiş, Mehdi yenə də heç bir problem olmadığını demişdir. Bundan sonra avtomobil aparılıb “Astara” gömrük postunda təkrar yoxlanılarkən yükün dəyişdirildiyi, yəni “MDF” yükünün yerinə avtomobilə “DSP” yükünün yükləndiyi aşkar olunmuşdur. Bu işlə bağlı onun heç bir maddi marağı olmamış, Mehdi ona bu işə görə pul verəcəyini deməmiş, Mehdi və ya digər şəxslərlə onun qabaqcadan hər hansı maddi marağına görə bu işi görməyə razılaşması və ya danışığı olmamış, sadəcə olaraq o, Əməliyyat və təhqiqat idarəsinin rəisi kimi Təqsirləndirilən şəxs1, həm də onun müavini Mehdinin gələcəkdə ona qarşı pislik edib edib işində ona maneçilik törədə biləcəklərindən ehtiyat edib Mehdinin dedikləri ilə razılaşmaq məcburiyyətində qalaraq bu işi etmişdir. O, yükün dəyişdirilməsi ilə bağlı rüşvət ittihamı üzrə özünü təqsirli bilmir, lakin vəzifəsindən sui-istifadə etməsi ilə bağlı ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, atası Şahid6la birlkdə sahibkarlıq fəaliyyəti ilə, yəni mebel hazırlayıb satmaqla məşğuldur. Bir qayda olaraq mebelin hazırlanmasında istifadə olunan taxta məhsulunu, o cümlədən “MDF” və “DSP” materialını sifarişlə İrandan atası Şahid6 adından idxal etməklə əldə edirlər. Son vaxtlar atası yaşlı və xəstə olduğu üçün atasının adından gürülən işləri, o cümlədən xaricdən gələn malların rəsmiləşdirilməsində özü iştirak etmişdir. İş üzrə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müəyyən səlahiyyətlərə malik olan gömrük əməkdaşları kimi tanımış və onlarla hər hansı şəxsi münasibətləri olmamışdır. 2022-ci ilin dekabr ayında “Lənkəran” gömrük postunda olarkən gömrük orqanının əməliyyatçısı tanıdığı Mehdi ilə rastlaşıb söhbət edərkən Mehdiyə İrandan “MDF” yükü gələcəyini demiş, bu yükə görə xeyli gömrük rüsumu ödəyəcəyini bildirəndə Mehdi də ona “MDF” yükü əvəzinə başqa yükün, məsələn “DSP” yükü kimi bəyan etməyin mümkün olduğunu demiş, yəni təklif etmiş, əvvəl o, razılaşmamış, sonra belə bir iş mümkün olarsa “MDF” yükünə görə əlavə ödəməli olduğu gömrük haqqını ona verəcəyini bildirmiş, o da razılaşmışdır. Sonradan söhbət zamanı Mehdi bu işdə heç bir probleminin olmadığını deyib onu inandırdığından o da razılaşmışdır. Həmin vaxt Mehdi ilə aralarında bu işə görə ona nə qədər pulun verilməsi barədə danışığı və ya razılaşması olmamış, sadəcə belə razılaşmışlar ki, dedikləri iş baş tutsa o, Mehdiyə müəyyən qədər pul verə bilər. 19 yanvar 2023-cü il tarixdə İranda yerləşən şirkətlə aralarında olan müqaviləyə əsasən atasının adına “MDF” yükü idxal olunmuş, həmin gün axşam saatlarında Mehdiyə zəng edib sifariş verdiyi “MDF” yükünün sərhədi keçdiyini və Lənkərana gətirildiyini deyib malın həmin gün açılmasını xahiş etmiş, Mehdi isə həmin gün işdə olmadığından yükün səhər açılacağını və özünün də yükün açılışına gəlib nəzarət edəcəyini bildirmişdir. 20 yanvar 2023-cü il tarixdə, səhər saatlarında o, “Lənkəran” gömrük postuna gedib daxil olan yükü atası Şahid6 əvəzindən “DSP” yükü kimi bəyan etməklə sənədləşdirmə işlərini aparmış və gömrük rüsumu olan 3014,11 manatı ödəmişdir. Sonra Mehdi də ora gəlmiş və ona narahat olmamağı, yükünün açılması üçün anbara göndəriləcəyini bildirmişdir. Bundan sonra yük maşınını öz avtomobili ilə müşayiət edərək anbara aparmışdır. Sonra iranlı sürücü yük olan avtomobili sürüb onun dediyi yerə, yəni anbara aparmış, ora çatandan bir az sonra gömrük əməkdaşı Zaman adlı şəxs də ora gəlib avtomobilin yük yerində olan plombu yoxlamış, sonra həmin plombu qıraraq yük yerinin qapılarını açmışdır. Yük açıldıqdan sonra avtokar vasitəsilə “MDF” yükü boşaldılarkən Zaman yükün “DSP” yox, “MDF” yükü olduğunu görmüşdür. Həmin vaxt ora Mehdi də gəlmiş və Mehdi Zamanı kənara çəkib söhbət etmiş, bu vaxt Zamana zəng gəlmiş və Zaman telefonda kiminləsə danışdıqdan sonra Mehdiyə kiminsə ondan yükün nəqliyyat vasitəsi ilə birlikdə fotoşəklinin çəkilib ona göndərilməsi dediyini bildirmiş, Mehdi də ona narahat olmamasını demişdir. Həmin vaxt Zaman Mehdiyə “bir halda ki, rəisinin xəbəri var, o halda nə üçün məndən fotoşəkil istəyirlər” deyib ona iradını bildirmiş, Mehdi isə Zamana narahat olmamağı, rəisi Təqsirləndirilən şəxs1 də bu məsələdən məlumatlı olduğunu, “MDF” yükünün boşaldılıb yerinə “DSP” yükünün maşına yüklənməsini, sonra yükün fotoşəklini çəkib Zamana zəng edən şəxsə göndərməsini demişdir. Zaman yenidən bir neçə dəfə Mehdiyə problem ola biləcəyini bildirmiş, Mehdi isə təkrar olaraq rəisinin bu barədə məlumatlı olduğunu, narahat olmamağı, problem yaranmayacağını demişdir. Bundan sonra Mehdi ona anbarda olan “DSP” yükünü maşından boşaldılan “MDF” yükünün yerinə yüklənəcəyini, daha sonra maşının yük yerinin fotoşəklinin çəkiləcəyini tapşırdığından məcbur qalaraq onun dediyi formada etmiş və bu işin tez həll olunması üçün əlavə avtokar da anbara gətirmişdir. Onlara orada bu işi görüb başa çatdırmağa az qalmış Mehdinin dediyi şəxs, yəni Təqsirləndirilən şəxs1 də anbara gəlmiş, Mehdi və Zaman ilə hal-əhval tutub bir qədər söhbət etdikdən sonra avtomobilə oturub oradan çıxıb getmişdir. Bu işlə bağlı Təqsirləndirilən şəxs1 Mehdi, Zaman və onunla heç bir söhbəti olmamışdır. Maşında olan yük dəyişdirildikdən sonra Zaman yükün fotoşəkillərini çəkib kiməsə göndərsə də, ona göstəriş verilmişdir ki, maşında olan yükün yenidən yoxlanılması üçün gömrük postuna aparılsın. O, bunu eşidib Mehdiyə bu barədə iradını bildirsə də, Mehdi yenə də narahat olmamağı, problem olmayacağını, yoxlandıqdan sonra maşının yüklə birlikdə anbara qaytarılacağını demişdir. Maşın aparılıb “Astara” gömrük postunda təkrar yoxlama zamanı yükün dəyişdirildiyi, yəni maşında əvvəl olan “MDF” yükünün dəyişdirilib yerinə “DSP” yükünün yükləndiyi aşkar olunmuşdur. Bu işin üstü açıldığından o, bir neçə dəfə Mehdiyə iradını bildirdiyindən, 21 yanvar 2023-cü il tarixdə Mehdi onun yanında rəisi Malikə mobil telefonla zəng edib telefonu səsgücləndirici rejimə qoyub danışaraq yük sahibinin etiraz etdiyini bildirmiş, Malik isə narahat olmamağı, məsələni həll edəcəyini bildirmiş, başqa bir danışıq olmamışdır. Sonrakı günlərdə isə bu məsələ ilə bağlı araşdırma aparılarkən Mehdi baş verən işlə bağlı təqsiri atası Rafiqin boynuna götürməyini təklif etmiş, atası da onun və digər gömrük əməkdaşlarının məsuliyyətə cəlb olunmaması üçün razılıq vermişdir. 23 yanvar 2023-cü il tarixdə Mehdinin rəisi Təqsirləndirilən şəxs1 ona zəng etmiş, həmin vaxt atası Rafiq telefonu alıb Maliklə danışıb Mehdinin təklifi barədə məlumat verib təqsiri öz boynuna götürəcəyini bildirmiş, Malik də ona təşəkkür mənasında “Allah razı olsun, hər şey yaxşı olacaq, narahat olma, sənə nə ziyan dəyib hamısını ödəyəcəklər” sözlərini demişdir. Həmin gün atası Rafiq gömrük idarəsinə gedib danışıldığı kimi izahat versə də, oradan ayrıldıqdan sonra peşman olmuş və səhəri gün yenidən gömrük idarəsinə gedib olanlar barədə düzgün izahat vermişdir. Bundan sonra özü də iş üzrə hazırda verdiyi ifadəsinə uyğun izahat, daha sonra istintaq orqanında ifadə vermiş, həmin izahat və ifadəsində göstərilənləri bir daha təsdiq edir. Həmçinin o, Mehdinin sözlərinə inanıb belə hərəkət etdiyinə, yəni atasının adına sifarişlə İrandan idxal olunan “MDF” yükünün əvəzinə gömrük postunda “DSP” yükünün gəlməsi kimi bəyan etməsi, sonra da maşında olan “MDF” yükünün dəyişdirilib yerinə “DSP” yükünün yüklənməsində iştirak etdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, DGK-nin CƏBGİ-nin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi vəzifəsində işləyir. Baş İdarənin inzibati tabeçiliyində olan gömrük postlarında aparılan gömrük rəsmiləşdirilmələri və idxal-ixrac olunan yüklər ilə bağlı məlumatlar Baş İdarəyə, eləcə də, müvafiq şöbənin rəisi kimi ona göndərilmiş və gün ərzində rəsmiləşdirməyə cəlb olunan yüklərə dair mal müşayiət sənədləri ilə tanış olaraq tərəfindən mütəmadi olaraq analizlər aparılmışdır. 20 yanvar 2023-cü il tarixdə CƏBGİ-də rəsmiləşdirilən yüklərlə bağlı məlumatlar ona da göndərilmiş və həmin məlumatları nəzərdən keçirərkən 19 yanvar 2023-cü il tarixdə ölkəyə daxil olan “HOWO ZZ/TRAİLER” markalı 93AA495/93AA496 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsilə sahibkar Şahid6 adına gətirilən və təyinat gömrük orqanı CƏBGİ-nin “Lənkəran” gömrük postu olan İran istehsalı “Qatranlarla və ya digər üzvü bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü diqqətini cəlb etmişdir. Belə ki, idxalatçının əvvəllər davamlı olaraq “MDF” yükü gətirməsi, indiki halda isə “DSP” yükü gətirməsi onda şübhə yaratmış, gətirilən həmin yükün açılışında gömrük inspektoru Təqsirləndirilən şəxs3 adlı əməkdaşın iştirakı nəzərdə tutulmuşdur. Bundan sonra həmin yükün açılışında iştirak edəcək “Lənkəran” gömrük postunun inspektoru Zaman Əbdürəhmanov ilə saat 10:07-də əlaqə saxlayıb ona yükdən şübhələndiyini, həmin sahibkarın son 5-6 halda yalnız “MDF” yükü gətirildiyini, hazırda isə həmin sahibkarın “DSP” yükü gətirməsi onda şübhə doğurduğunu bildirib Zamandan yükün diqqətlə yoxlanılmasını tapşırmışdır. Həmin gün, saat 10:30-da Zamanla yenidən əlaqə saxlamış və yükün açılışına gedib-getmədiyini soruşmuş, Zaman da evdə olduğunu, yükü yoxlamağa gedəcəyini bildirmişdir. Saat 11 radələrində təkrar telefonla Zamanla əlaqə saxlamış və Zaman evdən yeni çıxdığını və yükün açılacağı anbara getdiyini demiş, həmin vaxt Zamanın bu hərəkətləri də onda şübhə yaratmışdır. Yarım saatdan sonra yenə Zamana zəng etmiş, o yenə də yolda olduğunu, həmin yerə çatmadığını demişdir. Onun anbara gedəcəyi yol məsafəsi yaxın olduğundan Zamanın hərəkətlərindən bir daha şübhələnərək yükün yanına çatdıqda ona telefonla görüntülü zəng etməsini və özünün də yükə baxacağını bildirmişdir. Saat 12:04də Zaman ona telefonla görüntülü zəng edib yükün vəziyyətini göstərmişdir. Görüntülü danışıq zamanı yük nəqliyyat vasitəsinin içərisində “DSP” yükünün olduğunu görmüş, lakin onda şübhə olduğundan Zamana yükün nəqliyyat vasitəsilə birgə şəklini çəkib ona göndərməsini tapşırmışdır. Bundan sonra o, Baş İdarə rəhbərliyinə məruzə edib yükün əvvəlki vəziyyəti ilə eyniləşdirmə aparmaq istədiyini bildirmiş, rəhbərlik razılıq verildikdən sonra həmin yükün nəqliyyat vasitəsilə ölkə ərazisinə keçdiyi 19 yanvar 2023-cü il tarixə olan texniki nəzarət vasitəsindən keçən görüntüsünü əldə etmişdir. Rentgen görüntüsü ilə inspektor Zamanın ona atdığı fotoşəkildə olan görüntü arasında kifayət qədər uyğunsuzluq olduğunu müəyyən etmiş və həmin nəqliyyat vasitəsinin yenidən skandan keçirilmək üçün “Astara” gömrük postuna göndərilməsini tapşırmışdır. Daha sonra şöbənin əməkdaşı Şahid3 “Lənkəran” gömrük postuna getməsini və həmin nəqliyyat vasitəsini yenidən skandan keçirilməsi üçün müşayiət altında “Astara” gömrük postuna aparmasını tapşırmışdır. “Astara” gömrük postunda aparılmış təkrar yoxlama zamanı yükün ümumi çəkisinin 19 yanvar 2023-cü il tarixdə olan çəkidən 5.220 kq az olduğu və rentgen qurğusundan təkrar əldə olunan şəkillərdə yükün tamamilə fərqli olduğu aşkar olunmuşdur. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, DGK-nin CƏBGİ-nin Gömrük prosedurları və ödənişləri şöbəsinin əməkdaşıdır. 20 yanvar 2023-cü il qeyri-iş günü olduğundan evdə olmuş, həmin gün günorta saatlarında şöbə rəisi Şahid2 ona zəng edib təcili “Lənkəran” gömrük postuna getməyini tapşırmış, o da dərhal gömrük postuna getmiş, orada olarkən Sənan müəllim ona zəng edib dediyi, yəni məlumatlarını göndərdiyi yük nəqliyyat vasitəsinin (93AA495/496 qeydiyyat nömrəli yük avtomobilinin) orada olubolmamasını soruşmuş, o da həmin yük avtomobilinin postda olduğunu demişdir. Sənan müəllim ona həmin avtomobildə olan “DSP” yükünün dəyişdirilməsi şübhəsinin olduğunu, buna görə də avtomobili “Astara” gömrük postuna aparmağını, yenidən rentgen qurğusunda və tərəzidə yoxlamağı tapşırmışdır. Bundan sonra o, post rəisi Salmanı məlumatlandırdıqdan sonra həmin yük avtomobilinin iranlı sürücüsünə avtomobili “Astara” gömrük postuna sürməyi tapşırmışdır. Həmin vaxt Sənan müəllimin dediyi yük avtomobilində olan yükün sahibi Təqsirləndirilən şəxs4 və gömrük əməkdaşı Təqsirləndirilən şəxs2 də posta olmuşlar. Mehdi ondan problemin nədən ibarət olduğunu soruşmuş, o da ətraflı məlumatının olmadığını demiş, Mehdi isə sahibkar Təqsirləndirilən şəxs4 göstərib onun düzgün insan olduğunu, gətirdiyi yükdə heç bir vaxt problem olmadığını demişdir. Bundan sonra Sənan müəllim tapşırığı ilə Mehdi ilə birlikdə Astara şəhərinə getmiş, idarə etdiyi avtomobilin qarşısında isə yük avtomobili hərəkət etmişdir. Yolda yol polisin əməkdaşı avtomobili saxlayan zaman Mehdi avtomobildən düşüb arxadan gələn yük sahibi Raminin idarə etdiyi avtomobilə əyləşmişdir. “Astara” gömrük postuna çatdıqdan sonra yük avtomobili tərəzinin üzərinə çıxarılıb çəkilmiş və çəkisinin 19 yanvar 2023-cü il tarixdə ölkəyə giriş zamanı qeyd edilmiş yükünün çəkisindən 5.220 kq az olduğunu müəyyən etmişdir. Bundan sonra avtomobil rentgen qurğusundan keçirilməklə yük yerində olan yükə təkrar baxış keçirilmişdir. Həmin vaxtı da nəqliyyat vasitəsinin qoşqusunda olan yüklərin 19 yanvar 2023-cü il tarixdə olan yüklərin rentgen görüntüləri əsasında müqayisə aparmış və tam fərqli yük olduğu məlum olmuşdır. Bundan sonra orada iştirak edən gömrük əməkdaşları və digər şəxslərin də iştirakları ilə həmin yük avtomobilinin qoşqusunun qapısı sürücünün iştirakı ilə açılıb yükə baxış keçirilərkən “DSP” yükünün olduğu məlum olmuşdur. İranlı sürücü şifahi olaraq məlumat verib bildirmişdir ki, o, 19 yanvar 2023-cü il tarixdə İrandan Azərbaycana gətirdiyi yük “MDF” yükü olmuş və həmin yükün Lənkəran şəhərində boşaldıldığı, gömrük əməkdaşları və yük sahibi tərəfindən yük barədə yoxlama olacağı bildirilib yerinə “DSP” yükü yükləndiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, şahid X5 (X3) ibtidai istitaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, İran vətəndaşdır, İranda yaşayır, milliyyətcə azərbaycanlıdır, sürücülük fəaliyyəti ilə məşğul olur, adətən idarə etdiyi “Hovo” markalı “93AA495/93AA496” dövlət qeydiyyat nömrəli yük avtomobili ilə İrandan Azərbaycan Respublikasının müxtəlif regionlarına qarışıq yüklərin daşınması ilə məşğul olur. 2023-cü ilin yanvar ayında sahibkar Ramin Məmmədzayə aid “MDF” yükünü İranın Astara şəhərində yerləşən anbardan idarə etdiyi yük avtomobilinə yüklədərək 19 yanvar 2023-cü il tarixdə İran-Azərbaycan dövlət sərhədini keçib saat 16 radələrində Azərbaycan Respublikası ərazisinə-“Astara” gömrük postuna daxil olmuş və gömrük postunda sənədlər qeydiyyata alınaraq nəqliyyat vasitəsinə GPS qurğusu quraşdırılmış, sonra avtomobil postun ərazisində olan rentgen qurğusundan keçirilmişdir. Daha sonra təyinatı üzrə “Lənkəran” gömrük postuna yola düşmüş və saat 17 radələrində gömrük postuna çatdıqdan sonra Raminlə əlaqə saxlamış, Ramin isə iş vaxtı bitdiyi üçün avtomobilin açılışının sabaha qaldığını bildirmişdir. Növbəti gün, 20 yanvar 2023-cü il tarixdə, səhər saatlarında yük sahibi Ramin «Lənkəran» gömrük postuna gəlib yükün sənədləşmə işlərini apardıqdan sonra Ramin öz avtomobili ilə, o da yük avtomobili ilə Raminin Lənkəran şəhəri ərazisində, gömrük postun yaxınlığında yerləşən anbarına getmişlər. Saat 10-11 radələrində anbara çatdıqdan sonra gömrük əməkdaşı Zaman adlı şəxs də anbara gəlmiş və yük hissəsində olan plombu açmağı demiş, o da iki ədəd, biri İran gömrüyünə, digəri isə «Astara» gömrüyünə aid plombu qırıb yük yerinin qapılarını açmış, bundan sonra yük avtokar vasitəsilə boşaldılmağa başlanmışdır. Yükün yarısından çoxu boşaldılmış, həmin vaxt digər gömrük əməkdaşı Mehdi adlı şəxs də ora gəlmişdir. Ramin və gömrük inspektoru Zaman avtomobilə anbarda olan başqa bir yükün yüklənəcəyini və fotosunun çəkiləcəyini, daha sonra yenidən həmin malların avtomobildən boşaldılacağını bildirmişdir. Bundan sonra anbara ikinci avtokar da gəlmiş, bir avtokar «MDF» yükünü boşaltmış, digər avtokar isə anbarda olan «DSP» yükünü avtomobilə yükləmişdir. Yükləmə tam bitdikdən sonra «MDF» yükünün yerinə yüklənmiş «DSP» yükünün nəqliyyat vasitəsinin yük yerində olan fotoşəkilləri çəkilmişdir. Həmin vaxt Ramin, Mehdi və Zaman problem olmuş kimi ondan kənarda aralarında söhbətləşmişlər. Daha sonra onlar avtomobili Lənkəran gömrük postuna sürməyi tapşırmışlar. «Lənkəran» gömrük postunda olarkən Zaman, Mehdi və yük sahibi Ramin ondan soruşulacağı halda yükün dəyişdirilməsi barədə heç bir söz deməməsini ona tapşırmışlar. Həmin vaxt ora gələn Amil adlı gömrük əməkdaşı avtomobili təkrar yoxlama üçün «Astara» gömrük postuna sürməyi xahiş etmiş, «Astara» gömrük postunda avtomobil yenidən tərəzi və rentgen yoxlamasından keçirilmişdir. Qeyd olunanlarla bağlı ondan izahatı alınarkən o, olanlar barədə düzgün izahat vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 oğludur. Oğlu Zaman “Lənkəran” gömrük postunun inspektoru vəzifəsində işləmişdir. 21 yanvar 2023-cü il tarixdə oğlu Zaman ona zəng edib iş yerində problemi olduğu, kiminsə ona qanunsuz iş görməyə məcbur edildiyini bildirmiş, sonra ondan nə hadisə baş verdiyin soruşanda Zaman bir nəfər şəxsin İrandan gətirdiyi yükün gömrük bəyannaməsində göstərildiyindən fərqli yükün olduğunu görmüş, bu barədə rəhbərliyə məruzə etmək istəmiş, lakin Mehdi adlı gömrük əməkdaşı buna imkan verməmiş, rəhbərliyin bu barədə məlumatlı olduğunu bildirmiş, o da ona inanmışdır. Sonra Mehdinin «rəhbərlik bilir» deyən şəxsin idarə rəisi Təqsirləndirilən şəxs1 olması məlum olmuşdur. Sonra Mehdinin sözü ilə avtomobildə olan yük dəyişdirilmiş, avtomobilə başqa növ yük yüklənmiş və zaman da həmin yükün şəklini çəkib öz rəhbərliyinə göndərmişdir. O, oğlu Zamana irad tutaraq səhv iş gördüyünü bildirmişdir. 22 yanvar 2023-cü il tarixdə Zaman Bakı şəhərinə gəlmiş, gecə saatlarında Mehdinin təklifi ilə özü, oğlu Zaman, Mehdi və yük sahibləri Ramin və atası Rafiq görüşmüşlər, görüş zamanı Mehdi yükün dəyişdirilməsi məsələsinin yük sahibi kimi Rafiqin öz üzərinə götürəcəyini, onların bu məsələdən xəbərdar olmaması barədə izahat verəcəkləri halda heç kimin məsuliyyətə cəlb olunacağını bildirmiş və bir qədər söhbətdən sonra ayrılmışlar. 23 yanvar 2023-cü il tarixdə oğlu Zamanla birlikdə Cənub Ərazi Baş Gömrük İdarəsinə getmiş, oğlu Zaman tək rəhbərliyin qəbuluna girib olanlar barədə düzgün məruzə etmişdir. Binadan çıxan zaman onun yanında mülki geyimdə sonradan adını bildiyi Təqsirləndirilən şəxs1 də olduğunu görmüş, Malik ona təsəlli verərək narahat olmamağı bildirmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhərində “MDF” və “DSP” adlanan taxta məmulatlarının pərakəndə satışı fəaliyyəti ilə məşğuldur, yaşlılığı və xəstəliyi ilə əlaqədar həmçinin fəaliyyətin həyata keçirilməsini və işlərə nəzarəti oğlu Təqsirləndirilən şəxs4 tapşırmışdır. X35 hansısa şirkətlə bağladığı müqavilələr əsasında oradan taxta məhsulları idxal edir və ilkin olaraq onları anbarda saxlayır, sonra da satışını həyata keçirmişdir. İranda fəaliyyət göstərən “Peyman Zareb şirketi” ilə bağlanılmış müqavilə əsasında da oğlu Ramin bir neçə dəfə “MDF” və “DSP” məhsulları sifariş edib ölkəyə gətirmişdir. 20 yanvar 2023-cü il tarixdə oğlu Ramin həmin şirkətdən sifarişlə aldığı yükün “Lənkəran” gömrük postuna gətirilərək çatdırıldığını, yükü çıxarmaq üçün oraya gedəcəyini bildirmiş, bir neçə saat sonra telefonla əlaqə saxladıqda sənədləşdirmə işlərini bitirərək yükü aparıb anbara boşaldacağını demışdır. Təkrar oğlu Raminlə telefonla danışarkən onun əhvalsız danışmasını hiss edib günorta saatlarında anbara getmiş və orada oğlu ilə birlikdə gömrük əməkdaşları Mehdi və Zaman adlı şəxslərin, həm də yük maşınında “DSP” yükünün olduğunu görmüşdür. Əvvəl həmin yükün səhv göndərildiyini və Raminin də bu səbəbdən əhvalsız olduğunu düşünmüş, lakin Ramin ona gətirdikləri yükün “MDF” olduğunu, gömrük əməkdaşı Mehdinin təkidi ilə gətirdikləri yükü “DSP” yükü kimi bəyannamədə yazdığını bildirmiş, oğlu Raminə səhv hərəkət etdiyini bildirmiş, Ramin də gömrük əməkdaşı Mehdinin bu məsələdən rəhbərliyinin də məlumatlı olduğunu bildirdiyini demişdir. Anbarda yük dəyişdirilən vaxt Mehdinin rəisi Malik də anbara gəlmiş, Mehdi və Zaman onun yanına gedib söhbətləşmişlər, oğlu Ramin də onların yanına gedib söhbət etmişdir. Sonra o, anbardan çıxıb getmiş, Ramin və digər şəxslər orada qalmışlar. Bir neçə saatdan sonra oğlu Raminlə yenidən telefonla danışarkən Ramin Astara şəhərində olduğunu, yükün yenidən yoxlanılacağını demiş, o da narahat olub yenidən onun yanına getmişdir. Astara şəhərinə çatdıqda Raminin idarə etdiyi avtomobilə əyləşmiş, həmin vaxt avtomobildə gömrük əməkdaşı Zaman da olmuş, Ramindən hadisə barədə ona danışmasını demiş, Ramin də olanlar barədə ona ətraflı məlumat vermişdir. Elə həmin vaxt Mehdi də gəlib avtomobilə əyləşmişdir. Ramin Mehdiyə iradını bildirib bu işə onu məcbur etdiyini, bəyannamədə heç bir marağı olmadan onun təkidi ilə səhv yükü qeyd etdiyini demiş, Mehdi isə rəisi Təqsirləndirilən şəxs1 bundan məlumatı olduğunu və heç bir problem olmayacağını bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, gömrük əməkdaşı Mehdi Ramini məcbur etmişdir ki, yükün dəyişdirilməsi nəticəsində arada yaranacaq rüsum fərqini Mehdiyə versin, Ramin də məcbur qalıb gömrük xidməti ilə gələcəkdə heç bir problemi olmaması üçün bu hərəkəti etmişdir. Sonrakı günlərdə araşdırma başlayan vaxt Mehdi bütün təqsiri öz boynuna götürməyi ona təklif etmiş, o da oğlunun və digər gömrük əməkdaşlarının məsuliyyətə cəlb olunmaması üçün razılıq vermiş, həm də 23 yanvar 2023-cü il tarixdə Mehdinin rəisi Təqsirləndirilən şəxs1 oğlu Raminə zəng edərkən o, Raminin yanında olduğundan telefonu alıb Maliklə danışmış, Malikə Mehdinin təklifi barədə məlumat verib təqsiri öz boynuna götürəcəyini bildirmiş, Malik də ona təşəkkür mənasında “Allah razı olsun, hər şey yaxşı olacaq, narahat olma, sənə nə ziyan dəyib hamısını ödəyəcəklər” demişdir. Həmin gün o, gömrük idarəsinə gedib danışıldığı kimi izahat versə də, oradan ayrıldıqdan sonra peşman olmuş və səhəri gün gömrük idarəsinə gedib olanlar barədə düzgün izahat vermişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhərində icarəyə götürdüyü avtokar vasitəsi ilə yüklərin yüklənməsi və boşaldılması fəaliyyəti ilə məşğul olur. 20 yanvar 2023-cü il tarixdə, günün birinci yarısında Ramin adlı şəxs ona zəng edib avtokar lazım olduğu üçün anbara gəlməyi xahiş etmiş, o da Raminə məxsus “ anbara getmişdir. Anbara çatdıqda orada Ramini, gömrük xidməti formasında olan bir şəxsi, yük maşının sürücüsünü və başqa avtokar və sürücünün olmalarını görmüşdür. Həmin vaxt orada olan digər avtokar sürücüsü maşında olan «MDF» yükünü boşaltmaqla məşğul olmuş, sonra Ramin ona anbarda «DSP» yükünün həmin maşına yığacağını bildirmişdir. Maşından «MDF» yükü boşaldıqdan sonra o, həmin maşına «DSP» yükünü yükləmişdir. Orada işlədiyi vaxt anbara mülki geyimdə tanımadığı şəxslər gəlmiş, onların içərisində olan tanımadığı bir nəfər şəxs onu tələsdirərək yüklənməni tez bitirməyi tapşırmışdır. Sonra orada olan gömrük geyimində olan bir nəfər şəxs maşının yük yerinin şəklini çəkmişdir. Bir az sonra Ramin ona yük maşınına kiminsə gəlib baxacağını, gözləməli olduğunu demiş, o da Raminə avtokarı orada saxlayaraq gedəcəyini, işlərini bitirdikdən sonra ona xəbər verməsiini bildirib oradan getmiş, axşama qədər Ramindən ona zəng gəlmədiyindən anbara getmiş, yük maşının anbarda olmadığını görüb Raminə zəng etmiş, Ramin də yükün daha boşaldılmağa ehtiyac olmadığını bildirdiyi üçün səhəri gəlib avtokarı oradan aparmışdır. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, o, Cənub CƏBGİ-nin Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin baş inspektoru vəzifəsində işləməklə xidməti fəaliyyət yeri “Astara” gömrük postudur. 20 yanvar 2023-cü il tarixdə “Astara” gömrük postunda xidmətdə olarkən saat 12 radələrində şöbə rəisi Şahid12 zəng edib bir gün əvvəl, yəni 19 yanvar 2023-cü il tarixdə “Astara” gömrük postundan keçərək “Lənkəran” gömrük postuna rəsmiləşdirmə üçün göndərilmiş bir yük maşınının Baş İdarənin gömrük ödənişləri və prosedurları şöbəsi tərəfindən saxlanıldığını və həmin şöbənin əməkdaşı Şahid3 müşayiəti ilə yükün təkrar yoxlanılması üçün göndəriləcəyini, bu səbəbdən də qeyd olunan yükü yenidən stasionar rentgen qurğusundan keçirərək yükə müdaxilə olunub-olunmamasının yoxlanılmasını tapşırmışdır. Həmin gün saat 17 radələrində yükü şübhəli olan yük avtomobili Şahid3 müşayiəti ilə rentgen qurğusundan keçirilmək üçün gətirilmiş, həmin vaxt əməliyyat şöbəsinin rəis müavini Təqsirləndirilən şəxs2 də orada olmuş, nəqliyyat vasitəsinin müvafiq yoxlama tədbirlərinə cəlb edilməsi üçün tərəflərindən 2 hal şahidinin iştirakı da təmin olunmuşdur. Əvvəl nəqliyyat vasitəsi tərəzidə çəkilmiş və nəqliyyat vasitəsinin çəkisinin 19 yanvar 2023-cü il tarixə olan çəkisindən təxminən 5.220 kq az olduğu müəyyən olunmuş, sonra nəqliyyat vasitəsini stasionar rentgen qurğusundan keçirmiş və 19 yanvar 2023-cü il tarixdə əks olunmuş rentgen görüntüləri ilə müqayisə etmiş, müqayisə zamanı yükdə olan pilitələrin ölçülərində fərqin olduğu, həmçinin düzülüş qaydasının dəyişdiyi və paketlənmə qaydasının da fərqli olduğunu müəyyən etmişdir. Sonra həmin yük nəqliyyat vasitəsi anbara aparılaraq yük yeri açılaraq baxış keçirilmiş, baxış zamanı nəqliyyat vasitəsinin yük yerində «DSP» yükünün olduğu məlum olunmuşdur. Bundan sonra qeyd olunan faktla bağlı tərəfindən protokol tərtib olunmuş, prosesdə iştirak edən Şahid3, eləcə də hal şahidləri protokolu imzalamış, rentgen görüntüləri də tərtib olunmuş protokola əlavə edilmişdir. Məhkəmə iclasında şahidlər Şahid10 və Şahid11 Hücətulla oğlu ifadələrində yük maşınının yoxlanılmasında hal şahidi kimi iştirak etdiklərini bildirib Şahid8 ifadəsində onlara aid hissədə göstərilən halları təsdiq edən ifadələr vermişlər. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, CƏBGİ-nin “Astara” gömrük postunun inspektoru vəzifəsində işləyir. Vəzifələrinə “Astara” gömrük postuna daxil olan və gömrükdə bəyan olunan idxal yüklərinə gömrük nəzarətini həyata keçirmək, yüklərin bəyannamə ilə eyniləşdirilməsini həyata keçirərək uyğun olub-olmamasını yoxlamaq, uyğunluq olduğu halda yükün sərbəst dövriyyəyə buraxılmasını təmin etmək, uyğunsuzluq aşkar olunduğu halda isə müvafiq protokol tərtib etmək və rəhbərliyə məruzə edərək bəyan olunmamış, gömrük nəzarətindən gizlədilmiş yükləri protokol və onun əsasında tərtib edilmiş raport ilə birlikdə hüquqi qiymət verilməsi üçün CƏBGİ-nin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinə təhvil vermək olmuşdur. Qeyd olunan qaydalar gömrük orqanlarında istifadə olunan «X1 Sistemi»ndə qeydlər aparılmaqla həyata keçirilir. 30 dekabr 2021-ci il tarixdə gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda gömrük rəsmiləşdirilməsindən keçirilən malların yük nəqliyyat vasitəsindən boşaldılmasına gömrük nəzarətinin həyata keçirilməsi həmin gün ona həvalə edilmişdir. 30 dekabr 2021-ci il tarixdə X8 adına İrandan İran vətəndaşı olan sürücünün idarə etdiyi yük avtomobilində olan yüklər bəyannamə ilə uyğunluğu yoxlanılarkən 9 mal mövqeyi üzrə bəyan edilmiş malların 8 mövqe üzrə düzgün olması, 9-cu mal mövqeyi üzrə isə 23 qutu bəyan edilən yapışqan məhsulunun yük hissəsində olmadığı, həmin qutu və çəki üzrə qablaşdırılması dəyişdirilmiş formada, yapışqan adı altında paketlənmiş və kamuflyaj olunmuş formada gömrük nəzarətindən gizlədilmiş 5.000 ədəd dərman preparatı (“Lidocaine/Prilocaine” adlı dərman preparatı) aşkar edilmişdir. Müəyyən olunan qanunazidd faktla bağlı rəhbərliyə məruzə etmiş, sonra «Raport» tərtib edilərək müvafiq sənədlər, o cümlədən 5.000 ədəd dərman preparatı (“Lidocaine/Prilocaine” adlı dərman preparatı) elə həmin gün aidiyyəti üzrə CƏBGİ-nin Əməliyyat və təhqiqat idarəsinin təhiqat şöbəsinə təhvil verilmişdir. Sonradan olan məlumata əsasən aşkar olunmuş faktla bağlı araşdırma aparılıb kiminsə barəsində, yəni dərmanların sahibi barəsində hər hansı bir tədbir görülməmiş, daha sonra isə həmin dərman vasitələri “Azərterminalkompleks” Birliyinə təhvil verilmişdir. Məhkəmə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, o, CƏBGİ-nin “Astara” gömrük postunda işləyir, vəzifəsinə “Astara” gömrük postundan keçməklə ölkə ərazisinə gələn və ölkə ərazisini tərk edən nəqliyyat vasitələrinə “HCVG” markalı stasionar rentgen aparatı vasitəsilə baxış keçirilməsindən ibarətdir. 19 yanvar 2023-cü il tarixdə “Astara” gömrük postunda xidmətdə olduğu zaman İrandan gələn, sonradan yüklərin dəyişdirilməsində şübhələr olan yük avtomobilin (“Howo Zz/Trailer” markalı, 93AA495/93AA496 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin) yükə dair sənədlərdə avtomobildə “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükünün olması qeyd olunmuşdur. Yük ilkin olaraq tərəzidən keçirilmiş, sonra xidməti it tətbiq edilməklə yük yoxlanılmış, bundan sonra yük yoxlanılması üçün stasionar rentgen qurğusuna göndərilmişdir. Rentgen qurğusunda qoşquda daşınan yükə baxış keçirmiş və yükün rentgen görüntülərində taxta məmulatlarının olduğunu, yük sənədlərində yazılan malların adı ilə oxşarlıq təşkil edən mallar olduğunu müşahidə etmiş, şübhəli hər hansı bir hala rast gəlmədiyi üçün yükün buraxılışına icazə vermiş və yük avtomobili “Lənkəran” gömrük postuna yola salınmışdır. Sonradan həmin avtomobildə qeyd olunan yükün sənədlərdə «DSP» yükü göstərilsə də, əslində «MDF» yükünün olması müəyyən edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinən vəsatəti dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, o, hazırda CƏBGİ-nin əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsində xidmət edir, əvvələr isə həmin idarənin rəis müavini olmuşdur. 20 yanvar 2023-cü il tarixdə “Astara” gömruk postunda işləyən təhqiqatçı Şahid14 ona mobil telefonla zəng edib “Lənkəran” gömrük postunda rəsmiləşdirilmiş yükün qabaqcadan dəyişdirildiyi, yəni “MDF” yükünün “DSP” yükü ilə dəyişdirildiyi, hüquqpozma faktında “Lənkəran” gömrük postunun Zaman adlı inspektorunun və CƏBGİ-nin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinin rəis müavini Təqsirləndirilən şəxs2 adının hallandığını bildirmişdir. Yükü daşıyan nəqliyyat vasitəsinin sürücüsü də şifahi sorğu-sual zamanı malların dəyişdirildiyini təsdiq etmişdir. Sonra o, təhqiqatçı Ramilə bununla bağlı araşdırma aparılmasını tapşırmışdır. 21 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Baş İdarədə gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi Şahid2 tərəfindən həmin hüquqpozma faktı ilə əlaqədar yazılmış raportlar araşdırılması üçün ona göndərilmiş və o, həmin materialı araşdırmaq üçün təhqiqatçı Ramilə “X11” vasitəsi ilə göndərmişdir. Daha əvvələr gömrükdə inspektor olduğu vaxtlarda Möhlət adlı şəxsin adına idxal olunun əşyalar yoxlanılarkən qutularda kremlər olmuş, sonra yoxlanılarkən qutularda eyilik olsa da, bir qisim qutularda fərqilik aşkar edilmiş, yəni bəzi qutulara baxış zamanı qutuların içərisində krem əvəzinə dərmanlar aşkar olunmuşdur. Aşkar olunan ziddiyətli hallarla bağlı protokol tərtib olunmuş və “X11”ə bu məlumat yerləşdirilmişdir. Daha sonra tərtib olunan sənədlər təhqiqatçıya təhvil verilmişdir. Sonradan krem əvəzinə dərman aşkar olunan yüklə bağlı hansı qərarın qəbul olunması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfinən vəsatəti dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, o, “Astara” gömrük postunda işləyir. Xidməti vəzifəsi ölkəyə gələn yük nəqliyyat vasitələrinə rentgen nəzarəti qaydasında baxış keçirilməklə idxal edilmiş yüklərlə gömrük orqanına təqdim edilmiş sənədlər arasında uyğunsuzluq olub-olmamasının yoxlanılması, eləcə də, nəqliyyat vasitəsinin konstruksiyasında hər hansı qanunsuz predmetlər və gizli saxlanc yerlərinin aşkar edilməsindən ibarətdir. 19 yanvar 2023-cü il tarixdə İrandan gətirilən sahibkar Ramin adlı şəxsə məxsus yük “Astara” gömrük postunda rentgen nəzarəti və skanlaşdırmadan keçmiş, hər hansı pozuntu aşkar olunmamışdır. Sonra həmin yük sahibkar Raminin anbarına aprılmışdır. Anbarda yük açılıb sahibkara təhbil veriləndə “MDF” yükü avtomobildən boşaldılaraq əvəzində “DSP” yükü avtomobilə yüklənməsi barədə məlumatları sonradan, yəni səhərisi günü eşitmişdir. Yük boşaldılan vaxt o, anbarda olmamış, xəstə olduğu üçün evində olmuşdur. Həmin yükün konkret kimlər tərəfindən hansı qaydada dəyişdirilməsi barədə ona heç bir məlumat olmamışdır. İş üzrə zərərçəkmiş hüquqi şəxsin (Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin) nümayəndəsi qismində tanınmış Nümayəndə2 ifadəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməli nəticəsində (CM-nin 308.1-ci maddəsi ilə) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hüquq və qanuni mənafelərinə mühüm ziyan dəydiyini, bununla belə faktiki olaraq maddi ziyan dəymədiyini və təqsirləndirilən şəxslərə qarşı iş üzrə mülki iddia, tələb və şikayətin olmadığını bildirmişdir. İşdə olan, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 1000/865Ş nömrəli əmrdən görünür ki, X21 25 iyul 2019-cu il tarixdə Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İşdə olan, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 1000/1271Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 21 oktyabr 2019-cu il tarixdə Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin Əməliyyat şöbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. İşdə olan, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə 1000/229Ş nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs3 1 mart 2022-ci il tarixdə Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Lənkəran” gömrük postunun inspektoru vəzifəsinə təyin edilmişdir. İşdə olan, DGK-nin CƏBGİ-nin xx.xx.2018-ci il tarixli, 1800/005 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi haqqında Əsasnamə”nin 2.1 və 4.3-cü bəndindən görünür ki, idarəyə ümumi rəhbərlik edərək idarə üzrə tədbirlər planının işlənib hazırlanmasını təmin etmək və onun yerinə yetirilməsi gedişinə nəzarəti həyata keçirmək, idarə əməkdaşları arasında vəzifə bölgüsü aparmaq, idarə əməkdaşları tərəfindən qanunvericiliyin, o cümlədən gömrük işini nizama salan qanunvericilik və digər normativ-hüquqi aktların tələblərinə əməl etmələri üzərində nəzarəti həyata keçirmək, müvafiq sənədləri imzalamaq, idarənin fəaliyyətində meydana çıxan nöqsanların aradan qaldırılması və gələcəkdə bu xarakterli nöqsanların baş verməsinin qarşısını almaq üçün zəruri tədbirlər hazırlamaqla həyata keçirmək, gömrük rəsmiləşdirilməsi və nəzarəti həyata keçirilərkən gömrük hüquqpozmalarına qarşı mübarizə aparmaq, gömrük hüquqpozmalarının icraatı və təhqiqatı zamanı qanunvericiliyə riayət edilməsini təmin etmək, gömrük hüquqpozmaları üzrə təhqiqat və icraat aparmaq, gömrük hüquqpozmalarının əlamətləri olduqda hüquqpozmaların izlərini müəyyən etmək və möhkəmləndirmək, onu törətmiş şəxsləri aşkar etmək üçün təxirəsalınmaz tədbirlər həyata keçirmək, gömrük hüquqpozmalarının təhqiqatı və icraatı zamanı qanunvericiliklə tələb olunan bütün prosessual hərəkətləri yerinə yetirmək, gömrük hüquqpozmaları üzrə tutulan əşyaların ekspertizasını və qiymətləndirilməsini təşkil etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyalarını həyata keçirmək Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin rəisinin vəzifələrinə aid edilir. İşdə olan, DGK-nin CƏBGİ-nin xx.xx.2018-ci il tarixli, 1800/005 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi haqqında Əsasnamə”nin 4.4-cü bəndindən görünür ki, gömrük qanunvericiliyinin pozulması ilə mübarizənin təkmilləşdirilməsi istiqamətində səmərəliliyin yüksəldilməsi barədə təkliflər vermək, şöbənin əməkdaşlarının daxili intizam qaydalarına əməl etmələri üzərində nəzarəti həyata keçirmək, xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı ona məlum olmuş məlumatların açıqlanmamasının təmin edilməsi istiqamətində zəruri tədbirlər görmək, rəhbərlik tərəfindən təsdiq edilmiş plana uyğun olaraq keçirilən təlimlərdə, toplanışlarda və digər tədbirlərdə iştirak etmək Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin şöbə rəisinin müavininin vəzifələrinə aid edilir. İşdə olan, DGK-nin CƏBGİ-nin xx.xx.2018-ci il tarixli, 100/002 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Cənub Ərazi Baş Gömrük İdarəsinin Lənkəran gömrük postu haqqında Əsasnamə”nin 5.9-cu bəndindən görünür ki, gömrük nəzarətini və rəsmiləşdirilməsini qanunvericiliklə müəyyən olunmuş qaydada aparmaq, gömrük sərhədindən keçirilən mallar üzərində gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək, gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin gömrük yoxlanılmasını həyata keçirmək, gömrük hüquq pozuntularının müəyyən edilməsi, qarşısının alınması və profilaktikası üzrə tədbirlər həyata görmək, gömrük hüquqpozmaları üzrə protokol tərtib etmək, gömrük nəzarəti zonasında rejim qaydalarına əməl olunmasına nəzarət etmək postun inspektorunun vəzifələrinə aid edilir. İşdə olan, DGK-nin CƏBGİ-nin xx.xx.2022-ci il tarixli, 1800-013/0xx-xx/000191 nömrəli məktubundan görünür ki, 5.000 qutu “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsi “Azərterminalkompleks” Birliyinin anbarına qəbul edilməsi üçün təhvil verilmişdir. İşdə olan, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-İİİQ nömrəli Qanunundan çıxarışdan görünür ki, həmin qanunun 6.1-ci maddəsinin tələbinə əsasən, nəzərdə tutulmuş hallar istisna olmaqla dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikasının ərazisində istehsalına, satışına və istifadəsinə yalnız dövlət qeydiyyatına alındıqdan sonra yol verilir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X16” publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-28-1/2-9420/2023 nömrəli məktubdan görünür ki, “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsi “Dərman vasitələrinin dövlət reyestri”ndə yoxdur və dövlət qeydiyyatına alınmamışdır, həmin dərman vasitələrinin Azərbaycan Respublikasına idxal olunması barədə məlumat yoxdur. İşdə olan, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə olunmuş qiymətləndirmə barədə rəydən görünür ki, “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin orta bazar dəyəri 6 manat təşkil edir. İşdə olan, Şahid6 adına olan qeydiyyat sənədindən görünür ki, o, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (VÖEN: **********) 26 yanvar 2009-cu il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatdadır. İşdə olan, xx.xx.2023-cü il tarixli, **********2941 nömrəli Gömrük bəyannaməsindən görünür ki, Şahid6 İran islam Respublikasından ünvanına daxil olan yükü gömrük dəyəri 11.417,20 manat olan 546 ədəd “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü kimi bəyan etmiş və həmin yükə görə 3.014,11 manat gömrük rüsumu hesablanmışdır. İşdə olan, Şahid6 ilə “Peyman Zareb” şirkəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 6707 nömrəli müqavilədən görünür ki, “Peyman Zareb” şirkəti 30.000 ABŞ dolları məbləğində mal-materialı Şahid6 qeyd etdiyi Lənkəran şəhərində olan ünvanına göndərməklə təhvil verəcəyi öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan, DGK-nin CƏBGİ-nin xx.xx.2023-cü il tarixli, 1800-012/0xx-xx/000474 nömrəli məktubundan görünür ki, orta bazar dəyəri 60.060 manat təşkil edən MDF yükünün ümumi gömrük dəyəri 36.882,83 manat olmaqla gömrük ödənişlərinin cəmi 13.447,57 manat təşkil edir, xx.xx.2023-cü il tarixli, **********2941 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən mallar dair ödənilmiş 3.014,11 manat gömrük ödənişləri arasındakı fərq 10.433,46 manat olmuşdur. İşdə olan, “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobilinə 20 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İran İslam Respublikasından X2 idarə etdiyi “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobilinin təkrar müayinəsi zamanı avtomobilin xx.xx.2023-cü il tarixdə olan çəkisindən 5.220 kq az olduğu, həmçinin avtomobilin yük hissəsində fərqli yüklərin olduğu müəyyən edilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 22 fevral 2023-cü il tarixli, protokolla müəyyən edilir ki, Dövlət Gömrük Komitəsinin gömrük bəyannamələri üzrə elektron çıxarışa əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxs Azərbaycan Respublikası vətəndaşı Şahid6 tərəfindən idxal edilmiş malların Cənub Ərazi Baş Gömrük İdarəsinin “Lənkəran” gömrük postunda bəyan edildiyi **********2941 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə elektron çıxarışa əsasən, İran İslam Respublikası, Astara şəhəri, H.Nizami küçəsində yerləşən “PEYMAN ZAREB ŞİRKETİ” ilə Şahid6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 6707 nömrəli müqavilə əsasında həmin şirkətdən müqavilə üzrə dəyəri 30.000 ABŞ dolları göstərilən müxtəlif növlərdə malların 1 il ərzində satıcı tərəfindən alıcıya satılması nəzərdə tutulmuşdur. xx.xx.2023-cü il tarixli invoysdan görünür ki, satıcı “PEYMAN ZAREB ŞİRKETİ” tərəfindən alıcı Şahid6 brutto və netto çəkisi 27.260 kq, ümumi dəyəri 5.023,2 ABŞ dolları göstərilən, 1.22*2.80*18mm ölçüdə 546 ədəd “mebel üçün ağacdan listlər, ağacyonqarli plitələr” yükü satılmışdır. Həmin malların 93AA495/96 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsində İİR-ın Astara şəhərindən təyinat nöqtəsi Azərbaycan Respublikasının Lənkəran şəhərinə göndəriləcəyi qeyd olunmuşdur. Əmtəə-nəqliyyat qaiməsində də (CMR-də) həmin məlumatlar əks olunmuşdur. Gömrük bəyannaməsinə baxış zamanı invoys üzrə dəyəri 5.023,20 ABŞ dolları göstərilən 1.22 x 2.80 x 18mm ölçülərində 546 ədəd “Qatranlarla və ya digər üzvü bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarli plitələr” (DSP) yükünün gömrük dəyəri 11.417,20 manat təşkil etmiş və buna uyğun olaraq 3.014,11 manat gömrük ödənişləri ödənilmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 1 mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, Dövlət Gömrük Komitəsinin X1 sistemində (VAİS-də) olan məlumatlara əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxs Azərbaycan Respublikası vətəndaşı Şahid6 vergi orqanından xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatından keçmiş, Şahid6 tərəfindən 2022-ci ilin mart ayından başlayaraq İran İslam Respublikasında yerləşən “Peyman Zareb” şirkətindən “Ağacdan və ya digər oduncaqlaşmış materiallardan, qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” MDF və “Qatranlarla və ya digər üzvü bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” DSP yükləri idxal edilmişdir. 29 sentyabr 2022-ci il tarixdən isə yalnız İran istehsalı qeyd olunmuş, ölçüləri 1,22mx2,80x18mm olan, 546 ədəd “Ağacdan və ya digər oduncaqlaşmış materiallardan,qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” MDF yükü idxal olunmuş və statistik dəyəri 8.393,14 ABŞ dolları qeyd olunaraq rəsmiləşdirilmişdir. Sonuncu dəfə Şahid6 adından İran İstehsalı qeyd olunmuş, ölçüləri 1,22mx2,80x18mm olan, 27.400 kq çəkidə 546 ədəd “Ağacdan və ya digər oduncaqlaşmış materiallardan,qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” MDF yükü idxal olunmuş və statistik dəyəri 8.393,13 ABŞ dolları qeyd olunaraq xx.xx.2023-cü il tarixli, **********0438 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. Şahid6 adından xx.xx.2023-cü il tarixdə İran İslam Respublikasından idxal edilmiş, lakin xx.xx.2023-cü il tarixdə “DSP” yükü kimi göstərilərək bəyan edilmiş yük **********2941 nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 06 mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, “Azercell” və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlara əsasən Təqsirləndirilən şəxs3 istifadəsində olan 050/280-00-70 saylı mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan 050/368-85-21 saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə, saat 11:06-da 50 saniyə, saat 12:03-də 29 saniyə, saat 12:08-də 15 saniyə, saat 12:14-də 13 saniyə, saat 12:53-də 24 saniyə, saat 13:29-da 25 saniyə, Təqsirləndirilən şəxs2 istifadəsində olan 055/393-45-78 saylı mobil nömrə ilə arasında xx.xx.2023-cü il tarixdə, saat 12:33-də 10 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 09:10-da 17 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 08:55-də 8 saniyə, saat 11:41-də 20 saniyə, saat 11:59-da 8 saniyə, saat 12:37-də 54 saniyə, saat 20:42-də 8 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 11:34-də 13 saniyə, saat 11:35-də 26 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 03:37-də 13 saniyə, 06:30-da 20 saniyə, Təqsirləndirilən şəxs4 istifadəsində olan 051/882-88-98 saylı mobil nömrə ilə arasında xx.xx.2023-cü il tarixdə, saat 10:50-da 12 saniyə müddətində telefon danışıqları olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs4 istifadəsində olan 051/882-88-98 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2023-cü il tarixdə, saat 13:26-da 9 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 03:43-də 16 saniyə, Təqsirləndirilən şəxs1 istifadəsində olan 055/236-36-06 saylı mobil nömrə ilə arasında xx.xx.2023-cü il tarixdə, saat 15:52-də 28 saniyə müddətində telefon danışıqları olmuşdur. İşdə olan, kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının 14 fevral 2023-cü il tarixli rəyi müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 21 ədəd paletdə (hər paletdə 26 ədəd olmaqla) ümumilikdə 546 ədəd 1220mm X 2800mm X 18mm ölçülü listlər (MDF) orta sıxlıqlı lövhə listləri olub ağac materialından. Ağac oduncaqlarının liftlərindən hazırlanmışdır və 2023-cü ilin yanvar ayına olan orta bazar dəyəri 60.060 manat təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 31 avqust 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən götürülmüş 21 ədəd paletdə (hər paletdə 26 ədəd olmaqla) ümumilikdə 546 ədəd “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükü, 11 ədəd paletdə (hər paletdə 37 ədəd olmaqla) ümumilikdə 407 ədəd “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü, habelə xx.xx.2023-cü il tarixli, **********2941 nömrəli Gömrük bəyannaməsi, “Azercell” və "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatların olduğu 2 ədəd disklər iş üzrə maddi sübut kimi tanınmış, maddi sübutlar olan “MDF” və “DSP” materialı məhkəmənin 04 aprel 2024-cü il tarixli qərarı ilə saxlanması üçün qanuni sahibi Şahid6 qaytarılmış, digər maddi sübutlar isə cinayət işinin materillarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə bu baxımdan tədqiq olunmuş sübutları təhlil edib hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Şahid2, Şahid3, Şahid8, Şahid1, Habil İsgərdərzadeh, Şahid5, Şahid6, Şahid7, Şahid9, Şahid12, Şahid13, Şahid10 və Şahid11 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən- tanışı Möhlət Nəcəfovun 5.000 qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin ölkə ərazisinə qanunsuz keçirməsi faktı üzrə həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün müvafiq göstəriş verməsi və araşdırmanın hansı səbəbdən aparılmamasından məlumatının olmaması, Təqsirləndirilən şəxs2 sahibkar Təqsirləndirilən şəxs4 ölkəyə idxal etdiyi “MDF” yükünün bəyannamədə “DSP” yük kimi göstərməklə arada yaranacaq gömrük rüsumu fərqinin ona və digər şəxslərə verilməsi barədə Təqsirləndirilən şəxs2 hər hansı göstəriş verməməsi və bununla bağlı, əsasən də Mehdi ilə heç bir danışığının və razılaşmasının olmaması, idxal edilmiş “MDF” yükünün “DSP” yükü ilə dəyişdirilməsi məsələsi ilə bağlı Mehdinin ona heç bir məlumat verməməsi, Mehdi ilə Zamanın yükün dəyişdirilməsi məsələni onun məlumatı olmadan həll etdikdən sonra onun bu barədə məlumatının olması və dərhal da bu barədə rəhbərliyi məruzə etməsi, ümumiyyətlə ona qarşı verilmiş ittihamda göstərilən cinayətləri törətməməsinə aid hallar istisna olunmaqla), həmçinin Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən-yükün gömrük bəyannaməsində düzgün göstərilməməklə arada yaranacaq gömrük rüsumu fərqinin onlara verilməsi barədə təklifi Təqsirləndirilən şəxs4 ona təklif etməsi, Təqsirləndirilən şəxs4 ölkəyə idxal etdiyi “MDF” yükünün bəyannamədə “DSP” yük kimi göstərməklə arada yaranacaq gömrük rüsumu fərqinin onlara verilməsi ilə bağlı Raminlə aralarında dəqiq hər hansı razılaşmasının olmamasına aid hallar istisna olunmaqla), habelə Təqsirləndirilən şəxs3 ifadələrində göstərilən- işdən azad olunmasından qorxduğu üçün Təqsirləndirilən şəxs2 dediklərini edərək yük avtomobilində olan “MDF” yükünü “DSP” yükü ilə dəyişilməsinə razılıq vermsində heç bir maddi marağının olmaması, bu işə görə əvvəlcədən Mehdi ilə razılaşmasının da olmamasına aid hallar istisna olunmaqla), Təqsirləndirilən şəxs4 ifadəsində göstərilən-məcbur qalaraq gələcəkdə ona gömrük prosedurunda çətinlik yaranmaması üçün Təqsirləndirilən şəxs2 təkidi ilə gətirdiyi “MDF” yükünü gömrük bəyannaməsində “DSP” yükü kimi göstərməsinə məcbur olmasına və buna görə heç bir maddi marağının olmamasına aid hallar istisna olunmaqla), məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3, Şahid8, Şahid1, Habil İsgərdərzadeh, Şahid5, Şahid6, Şahid7, Şahid9, Şahid12, Şahid13, Şahid10 və Şahid11 ifadələri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaq zamanı verdikləri ifadələrində göstərdikləri hallar:- Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatlar, yəni tanışı Möhlət Nəcəfovun 5.000 qutu “Xyla-P” adlı “Lidocaine/Prilocaine” tərkibli dərman vasitəsinin ölkə ərazisinə qanunsuz keçirməsi faktı üzrə həmin şəxs barəsində qanuni tədbir görülməsi üçün müvafiq göstəriş verməsi və araşdırmanın hansı səbəbdən aparılmamasından məlumatının olmaması, Təqsirləndirilən şəxs2 sahibkar Təqsirləndirilən şəxs4 ölkəyə idxal etdiyi “MDF” yükünün bəyannamədə “DSP” yük kimi göstərməklə arada yaranacaq gömrük rüsumu fərqinin ona və digər şəxslərə verilməsi barədə Təqsirləndirilən şəxs2 hər hansı göstəriş verməməsi və bununla bağlı, əsasən də Mehdi ilə heç bir danışığının və razılaşmasının olmaması, idxal edilmiş “MDF” yükünün “DSP” yükü ilə dəyişdirilməsi məsələsi ilə bağlı Mehdinin ona heç bir məlumat verməməsi, Mehdi ilə Zamanın yükün dəyişdirilməsi məsələni onun məlumatı olmadan həll etdikdən sonra onun bu barədə məlumatının olması və dərhal da bu barədə rəhbərliyi məruzə etməsi, ümumiyyətlə ona qarşı verilmiş ittihamda göstərilən cinayətləri törətməməsinə dair hallar, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatlar, yəni yükün gömrük bəyannaməsində düzgün göstərilməməklə arada yaranacaq gömrük rüsumu fərqinin onlara verilməsi barədə təklifi Təqsirləndirilən şəxs4 ona təklif etməsi, Təqsirləndirilən şəxs4 ölkəyə idxal etdiyi “MDF” yükünün bəyannamədə “DSP” yük kimi göstərməklə arada yaranacaq gömrük rüsumu fərqinin onlara verilməsi ilə bağlı Raminlə aralarında dəqiq hər hansı razılaşmasının olmamasına dair hallar, Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatlar, yəni işdən azad olunmasından qorxduğu üçün Təqsirləndirilən şəxs2 dediklərini edərək yük avtomobilində olan “MDF” yükünü “DSP” yükü ilə dəyişilməsinə razılıq vermsində heç bir maddi marağının olmaması, bu işə görə əvvəlcədən Mehdi ilə razılaşmasının da olmamasına dair hallar, Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xüsusatlar, yəni məcbur qalaraq gələcəkdə ona gömrük prosedurunda çətinlik yaranmaması üçün Təqsirləndirilən şəxs2 təkidi ilə gətirdiyi “MDF” yükünü gömrük bəyannaməsində “DSP” yükü kimi göstərməsinə məcbur olmasına və buna görə heç bir maddi marağının olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3, Şahid8, Şahid1, Habil İsgərdərzadeh, Şahid5, Şahid6, Şahid7, Şahid9, Şahid12, Şahid13, Şahid10 və Şahid11 ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyi, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən baxışla protokollar, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdikləri etirafedici, Təqsirləndirilən şəxs1 qismən etirafedici ifadələri, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmədə ibtidai istintaq zamanı özünə qarşı münasibətdə etirafedici və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aid hissədə ifşaedici ifadəsi, eləcə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdikləri ümumən etirafedici ifadələri ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə və ibtidai istintaq istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər şəxsin Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda malları keçirməklə qaçaqmalçılıq cinayətini törətməsində qeyriləri ilə birlikdə köməkçi qismində iştirak etmiş, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük və maddi vəsait əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə Təqsirləndirilən şəxs4 qeyrilərinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etmədə ifadə olunan köməkçilikləri ilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda malları keçirməklə qaçaqmalçılıq cinayət əməlini törətmişdir. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xeyli miqdarda malları keçirməklə qaçaqmalçılıq cinayətini törətməsində qeyriləri ilə birlikdə köməkçi qismində iştirak etmələri, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük və maddi vəsait əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri, habelə Təqsirləndirilən şəxs4 qeyrilərinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etmədə ifadə olunan köməkçilikləri ilə xeyli miqdarda malları keçirməklə qaçaqmalçılıq cinayət əməlini törətməsi təsdiq olunur və məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq CM-nin 32.5,206.1 və 308.1-ci maddələri ilə, habelə Təqsirləndirilən şəxs4 əməli düzgün olaraq CM-nin 206.1-ci maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və qeyriləri üçün birbaşa yolla şəxsən külli miqdarda maddi neməti olan 10.433,46 manat pul vəsaitini rüşvət qismində istəmələri cinayət əməlini törətmələri tədqiq olunmuş öz təsdiqini tapmamışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham verilmişdir ondan ötrü ki, onlar vəzifəli şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə və xidmət üzrə ümumi himayədarlığa görə, yəni 26 yanvar 2009-cu il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şahid6 (VÖEN: **********) fəaliyyətində ona köməklik göstərən oğlu Təqsirləndirilən şəxs4 2022-ci ilin dekabr ayında Lənkəran şəhəri ərazisində onlara (Təqsirləndirilən şəxs2 vasitəsi ilə) müraciəti ilə əlaqədar Şahid6 ilə “Peyman Zareb şirketi” arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 6707 nömrəli müqavilə əsasında İran İslam Respublikasından Şahid4 idarə etdiyi “Howo ZZ” markalı, 93AA495/96 qeydiyyat nişanlı yük avtomobili ilə ölkəyə idxal olunan gömrük rüsumu 13.447,57 (on üç min dörd yüz qırx yeddi manat əlli yeddi qəpik) manat təşkil edən “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) yükünü gömrük rüsumu 3.014,11 manat təşkil edən “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) yükü olaraq gömrük bəyannaməsində göstərməklə gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitinin özlərinə təqdim olunması müqabilində gələcəkdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı prosedurların sürətli icra edilməklə gətirilən malların gömrük nəzarətindən buraxılmasında köməklik göstəriləcəyi barədə Təqsirləndirilən şəxs4 ilə razılığa gələrək, qeyd edilən məsələnin müsbət həlli üçün 2023-cü ilin yanvar ayının ortalarında Lənkəran şəhəri ərazisində özləri üçün külli miqdarda maddi nemət olan 10.433,46 manat pul vəsaitini rüşvət qismində istəmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 311.3.1 və 311.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri ilə bağlı verilmiş ittiham üzrə onların əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələrində yuxarıda göstərilən əməli, yəni “MDF” yükünün “DSP” yükü ilə dəyişdirilməsi və bundan sonra gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitinin rüşvət kimi onlara verilməsi ilə bağlı sahibkar Təqsirləndirilən şəxs4 ilə danışıqların aparılmaması, ondan pulun istənilməməsi, həmin pulun onlara verilməsinin razılaşdırılmaması, özlərinin arasında da bununla bağlı danışıqların və razılaşmanın olmamasını göstərmişlər, eləcə də Təqsirləndirilən şəxs4 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində idxal etdiyi “MDF” yükünün “DSP” yükü ilə dəyişdirilməsi və bundan sonra gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitinin rüşvət kimi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verəcəyi ilə bağlı həmin şəxslərlə heç bir danışığın və ya razılaşmasının olmamasını, sonda onlara hər hansı miqdarda pulun verilib-verilməməsinin dəqiqləşdirmədiyini və pulun gələcəkdə veriləcəyi ilə bağlı danışıqların və razılaşmanın qəti olmaması göstərmişdir. Bundan başqa məhkəmədə dindirilmiş şahidlərin də ifadələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 “MDF” yükünün “DSP” yükü ilə dəyişdirilməsi müqabilində sahibkar Təqsirləndirilən şəxs4 rüşvət qismində pulun alınması və ya istənilməsi ilə bağlı hallar öz təsdiqi tapmır, həm də belə bir faktın mövcudluğu ifadələrdə inkar olunur. Eyni zamanda müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında “MDF” yükünün “DSP” yükü ilə dəyişdirilməsi və bundan sonra gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitinin onlara təqdim olunması müqabilində gələcəkdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı prosedurların sürətli icra edilməklə gətirilən malların gömrük nəzarətindən buraxılmasında köməklik göstəriləcəyi barədə Təqsirləndirilən şəxs4 ilə razılığa gələrək və xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək özləri və qeyriləri üçün qanunsuz üstünlük və maddi vəsait-10.433,46 manat pul vəsaitini əldə etmək niyyətində olmuşlar. Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli “vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda” ifadə olunan hərəkətlərdən ibarətdir. Həmin maddənin şərhi ilə bağlı verilən izaha əsasən vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədinin olması və bu qanunsuz üstünlük əldə etmək məqsədi isə vəzifəli şəxsin öz qulluq səlahiyyətlərindən sui-istifadə etmə yolu ilə dövlətin və ayrı-ayrı şəxslərin əmlakını qanunsuz və əvəzsiz olaraq özünün və ya yaxınlarının mülkiyyətinə keçirməklə qazanc əldə etmək istəməsində, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olmağa nail olmasında, qeyri-əmlak xarakterli mənfət əldə etmədə, habelə qanunsuz olaraq hər hansı imtiyazı və ya güzəştin əldə olunması istəyində və s. ifadə olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında “MDF” yükünün “DSP” yükü ilə dəyişdirilməsi və bundan sonra gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitinin onlara təqdim olunması müqabilində gələcəkdə gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi zamanı prosedurların sürətli icra edilməklə gətirilən malların gömrük nəzarətindən buraxılmasında köməklik göstəriləcəyi barədə Təqsirləndirilən şəxs4 ilə razılığa gəlmələri və xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək özləri və qeyriləri üçün qanunsuz üstünlük və maddi vəsait-10.433,46 manat pul vəsaitini əldə etmək niyyətindən ibarət hərəkətləri CM-nin 308.1-ci maddəsində nəzərə tutulan cinayət əməli qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, sahibkar Təqsirləndirilən şəxs4 idxal etdiyi “MDF” yükünün “DSP” yükü ilə dəyişdirilməsinin onun bilavasitə Təqsirləndirilən şəxs2lə qarşılıqlı razılaşmaları, sonra Təqsirləndirilən şəxs2 bununla bağlı Təqsirləndirilən şəxs1 məlumatlandıraraq onun razılığının alınması, bundan sonra Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs3 bu işə cəlb olunması, daha sonra “MDF” yükünün “DSP” yükü ilə dəyişdirilməsinin həyata keçirilməsi onların vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə (gömrük ödənişlərinə görə arada yaranacaq fərq məbləğini, yəni 10.433,46 manat pul vəsaitini əldə etmək niyyəti ilə) öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə əməli kimi qiymətləndirilərək onların bu əməli CM-in 308.1-ci maddəsi ilə əhatə olunduğundan bu əməlin əlavə olaraq CM-in 311.3.1 və 311.3.3-cü maddəsi ilə düzgün tövsif olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verilmiş ittihamdan CM-nin 311.3.1 və 311.3.3-cü maddələri rəqəm ifadəsi olaraq çıxarılmalı və onlar CM-in 308.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyrisinin Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda malları keçirməklə qaçaqmalçılıq cinayətini törətməsində qeyriləri ilə birlikdə köməkçi qismində iştirak etmiş, habelə vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özləri üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə əməlləri, yəni CM-in 32.5,206.1 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Həmçinin Təqsirləndirilən şəxs4 qeyrilərinin məsləhətləri, məlumatları, habelə maneələri aradan qaldırıb yardım etmədə ifadə olunan köməkçilikləri ilə Azərbaycan Respublikasının gömrük sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə və düzgün bəyan etməməklə xeyli miqdarda malları keçirməklə qaçaqmalçılıq cinayət əməlini, yəni CM-in 32.5,206.1-ci maddəsində nəzərdə tutulan cinayət əməl törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşdə olan, Binəqədi Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmış, daha sonra hazırki məhkəmənin 22 may 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan, istintaq orqanının “Qətimkan tədbirinin seçilməsi haqqında” 01 sentyabr 2023-cü il tarixli qərarları ilə müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Bakı şəhəri, 113 saylı MKİS-nin 11 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət (yaşadığı müddət ərzində özünü layiqli aparmış, uşaqlara və böyüklərə hörmətlə yanaşmış, keçirilən ictimai tədbirlərdə yaxından iştirak etmiş və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan sənədlərlə və doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 evlidir və himayəsində iki azyaşlı uşaqları-xx.xx.2010-cu il təvəllüdlü X26 və xx.xx.2012-ci il təvəllüdlü Əliyev Əli Malik oğlu vardır. İşdə olan, Azərbaycan Respublikası medallarının №İ-İ-852 və GX№İ-0317 saylı vəsiqələrinin, eləcə də təltif və fəxri fərmanların surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 “Dövlət qulluğunda fərqlənməyə görə”, “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” medalları ilə, “Gömrük orqanlarında xidmətlərinə görə” İİİ və İİ dərəcə döş nişanları, “Vətən Müharibəsində torpaqların azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında hərbi qulluqçulara göstərdiyi böyük dəstəyə görə” hərbi hissə komandirlərinin və gömrük orqanlarında xidmətdə fərqlənmə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Fəxri Fərman”ları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs1 xidmətləri ilə bağlı verilmiş müvafiq medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə təqsirləndirilən şəxsr Təqsirləndirilən şəxs1 CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində və təkrar törətməsi CM-nin 61.1.1 və 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan sənədlərlə və müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Sabirabad rayonun Qalaqayın kəndində qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan sənədlərlə və doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 evlidir və himayəsində üç azyaşlı uşaqları- X9, xx.xx.2019cu il təvəllüdlü X10 və xx.xx.2023-cü il təvəllüdlü X12 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İşdə olan sənədlərlə və müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan sənədlərlə və doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 evlidir və himayəsində iki azyaşlı uşaqları- xx.xx.2020-ci il təvəllüdlü X6 və X4 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CMnin 308.1-ci maddəsində nəzərdə tutulan cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs qismində törətməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan sənədlərlə və müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 Lənkəran şəhəri, Z.Əliyeva küçəsi ev 21, mənzil A/9-da qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan sənədlərlə və doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs4 evlidir və himayəsində bir azyaşlı uşağı- xx.xx.2024-cü il təvəllüdlü X22 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır İş üzrə Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Habelə zərərçəkmiş hüquqi şəxs-Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” 4 iyun 2012-ci il tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 32.5,206.1 və 308.1-ci maddələrinin, Təqsirləndirilən şəxs4 CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə olan cəza həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (cəzanı ağırlaşdıran hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 münasibətdə), təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxslərin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara cərimə növündə cəza təyin edilməlidir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət əməlinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindikləri üçün onlara həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə, habelə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq barəsində CM-nin 46.1 və 46.2-ci maddələrinin müddəaları tətbiq edilərək onlara müəyyən vəzifə tutma hüququndan, yəni müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Habelə CM-nin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 31 avqust 2023-cü il tarixdən 22 may 2024-cü il tarixədək həbsdə saxlandığı və 22 may 2024-cü il tarixdən 25 aprel 2025-ci il tarixədək “ev dustaqlığı”nda olması müddətləri nəzərə alınıb təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək ona cinayətlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə cərimə cəzası təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 barəsində olan hissədə Bakı şəhər Probasiya İdarəsinə, Təqsirləndirilən şəxs2 barəsində olan hissədə Sabirabad rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs3 barəsində olan hissədə Abşeron rayon icra və probasiya şöbəsinə və Təqsirləndirilən şəxs4 barəsində olan hissədə Lənkəran rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, eləcə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda məhkəmənin 04 aprel 2024-cü il tarixli qərarı ilə iş üzrə maddi sübutlar olan “21 ədəd paletdə cəmi 546 ədəd “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) materialın və 11 ədəd paletdə ümumilikdə 407 ədəd “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) materialın qanuni sahibi Şahid6 qaytarılması nəzərə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra 60.060 (altmış min altmış) manat dəyərində 546 ədəd “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) materialı 20 yanvar 2023-cü il tarixdə olan malların və yüklərin gömrük rüsumu tarifinə uyğun gömrük rüsumu ödənilməklə qanuni sahibi Şahid6 təhvil verilməli, habelə iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, 20 yanvar 2023-cü il tarixli, **********2941 №-li Gömrük bəyannaməsi və telefon danışıqlarına dair məlumatların yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-100 (bir yüz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 25 manat, Təqsirləndirilən şəxs2 25 manat, Təqsirləndirilən şəxs3 25 manat və Təqsirləndirilən şəxs4 25 manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.1-ci maddəsi ilə cinayətin predmeti olan 60.060 (altmış min altmış) manat dəyərində “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) materialın dəyərinin qırx faizi-24024 (iyirmi dörd min iyirmi dörd) manat miqdarında cərimə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4000 (dörd min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə və CM-nin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəza əsas cəzaya tam birləşdirilərək Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 27000 (iyirmi yeddi min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 31 avqust 2023-cü il tarixdən 22 may 2024-cü il tarixədək həbsdə saxlandığı və 22 may 2024-cü il tarixdən 25 aprel 2025-ci il tarixədək “ev dustaqlığı”nda olması müddətləri nəzərə alınıb təyin edilmiş qəti cərimə cəzası yüngülləşdirilərək Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 20.000 (iyirmi min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.1 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.1-ci maddəsi ilə cinayətin predmeti olan 60.060 (altmış min altmış) manat dəyərində “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) materialın dəyərinin qırx faizi-24024 (iyirmi dörd min iyirmi dörd) manat miqdarında cərimə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 25000 (iyirmi beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Sabirabad rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.1, və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.1-ci maddəsii ilə cinayətin predmeti olan 60.060 (altmış min altmış) manat dəyərində “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) materialın dəyərinin qırx faizi-24024 (iyirmi dörd min iyirmi dörd) manat miqdarında cərimə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 25000 (iyirmi beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona cinayətin predmeti olan 60.060 (altmış min altmış) manat dəyərində “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) materialın dəyərinin qırx faizi-24024 (iyirmi dörd min iyirmi dörd) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Lənkəran rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmənin 04 aprel 2024-cü il tarixli qərarı ilə iş üzrə maddi sübutlar olan 21 ədəd paletdə cəmi 546 ədəd “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) materialın və 11 ədəd paletdə cəmi 407 ədəd “qatranlarla və ya digər üzvi bağlayıcı maddələrdən hopdurulmuş ağacyonqarlı plitələr” (DSP) materialın saxlanması üçün qanuni sahibi Şahid6 qaytarılması nəzərə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra 60.060 (altmış min altmış) manat dəyərində 546 ədəd “ağacdan və ya digər oduncaqlaşmış materiallardan qatran və ya digər üzvi maddələr əlavə edilməmiş” (MDF) materialı 20 yanvar 2023-cü il tarixdə olan malların və yüklərin gömrük rüsumu tarifinə uyğun gömrük rüsumu ödənilməklə qanuni sahibi Şahid6 təhvil verilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, 20 yanvar 2023-cü il tarixli, **********2941 №-li Gömrük bəyannaməsi və telefon danışıqlarına dair məlumatların yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-100 (bir yüz) manat məhkum edilmiş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat, Təqsirləndirilən şəxs3 25 (iyirmi beş) manat və Təqsirləndirilən şəxs4 25 (iyirmi beş) manat tutulub tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar