Məhkəmə qərarları › İş №1(099)-110/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-110/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-110/2024 10.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X14 oğlunun sədrliyi ilə, hakimlər – Hüseynov Nahid Nəsir oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, Rəhimov Emil Vəliağa oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Bakı şəhər 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1989-cu ildə İmişli raynu Soltanmuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş, İmişli rayonu Soltanmuradlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən ov bıçağını əldə edib gəzdirmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 45,492 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 11 mart 2023-cü il tarixdə saat 15:10 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli şəhəri, H.Aslanov küçəsi 20 ünvanında yerləşən “Elçin” şadlıq sarayının qarşısında saxlanılaraq İmişli rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gün saat 15:50 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın ön sol cibindən 01 ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş soyuq silah olan ov bıçağı, arxa sağ cibindən isə 01 ədəd şəffaf polietilen bükümdə 45,492 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o sonuncu dəfə məhkum olunub cəzaçəkmə müəssisəsindən azadlığa buraxılandan sonra sahədə əkinçiliklə məşğul olub özünü qorumuş, 11 mart 2023-cü il tarixdə günorta vaxtı məscidə gəlib namazını qılmış və məsciddən çıxanda polislərin bir nəfəri tutduqlarını görmüşdür. Həmin vaxt «bunlar elə adam aparırlar» demiş və bu sözünə görə polislər onu da tutaraq polis şöbəsinə aparmışlar. Onun İranla əlaqəsi olmamış, polislər onu prinsipə aparmışlar. Polis şöbəsində onun cibinə zorla narkotik qoymaq istədikdə sellofan bükümü cırıb narkotik vasitəni onların üstlərinə atmışdır. Onun başqa işlərlə əlaqəsi olmamışdır. Cəzaçəkmə müəssiəsindən çıxandan sonra sakit öz işi ilə məşğul olmuşdur. Əkin sahəsini sulayarkən üstündə bıçaq olmuş, həmin bıçağı sahədə yemək yeyəndə lazım olduğuna görə üzərində saxlamış, həmin bıçaqla məscidə gəlmişdir. Lakin ittiham aktında göstərilən bıçaq onun deyildir, onda balaca bir bıçaq olmuşdur, istintaq zamanı ona göstəriləndə də «bu bıçaq mənim deyil» demişdir. Polislər onu məscidin qabağında tutmuşlar. O məsciddən çıxan vaxt polislərin tutduqları şəxs Masallı rayonundan Mənsur adında axtarışda olan bir oğlan olmuş, məsciddən çıxanda onunla təsadüfən bir yerdə çıxmış, onu tanımamışdır. “Elçin” şadlıq sarayı məsciddən təxminən 400-500 metr aralıdadır, onu məscidin qarşısında saxlamışlar. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmənin müəyyən etdiyi halları etiraf etməməsinə, üzərindən aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən zorla üzərinə qoyulmasına, onun üzərində bıçaq olsa da üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunduğu göstərilən bıçağın onun olmamasına, onun üzərindən digər balaca bir bıçağın aşkar olunmasına dair verdiyi ifadəsinə tənqidi yanaşaraq onun bu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi, işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, dindirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında, şahid qismində dindirilən İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü ildə İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Şahid3 İmişli rayonu Soltanmuradlı kənd sakini Təqsirləndirilən şəxs satış məqsədilə üzərində narkotik vasitə olan heroin gəzdirərək daşıması barədə əməliyyat məlumatı daxil olmuş, həmin gün saat 15:10 radələrində İmişli şəhəri H.Aslanov küçəsində yerləşən “Elçin” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs saxlayıb polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bükülü aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükülünün ona məxsus olmadığını bildirərək sellofan bükülünü ağzına salıb dişi ilə cırmış, bükülünün içərisində olan heroinə bənzər kütlə yerə tökmüşdür. Həmin bükülü ondan alınmış və yerə dağıtdığı heroinə bənzər kütlə yığılaraq stolun üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs etiraz edərək üzərindən aşkar edilən narkotik vasitənin ona aid olmadığını bildirmiş, özünü otaqda olan dəmir seyfə vurmaq istəmiş, onun qarşısını almışlar. Təqsirləndirilən şəxs kimlərinsə tutulmasına etiraz edərkən tutulmamış, saxlanılan zaman tək olmuşdur. Onun üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, üzərindən narkotik vasitədən başqa bıçaq da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə qolları açıq vəziyyətdə gətirilmiş, sonra etiraz etdiyi üçün qollarına qandal vurulmuşdur. Onun cibinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulmamışdır. O Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman orada olmuş, Təqsirləndirilən şəxs narkotik vasitənin ona aid olmadığını bildirmiş, o Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi kimi tanımış, Təqsirləndirilən şəxs kiməsə narkotik satması barədə ona məlumat daxil omamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü ildə İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Şahid3 Təqsirləndirilən şəxs satış məqsədilə üzərində narkotik vasitə olan heroin gəzdirərək daşıması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında həmin gün saat 15:10 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri H.Aslanov küçəsində yerləşən “Elçin” şadlıq sarayının qarşısında saxlayıb polis şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bükülü aşkar olunmuşdur. Həmçinin onun üzərindən bir ədəd bıçaq və 101 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağın şəxsi bıçağı olduğunu, düşmənli olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. O, üzərindən aşkar edilmiş narkotik vasitənin isə onun olmadığını demiş, həmin sellofan bükülünü dişi ilə cırıb içərisindəki kütləni yerə dağıtmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir təzyiq-təsir olmamış, şöbəyə gətirildikdən sonra müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs kimlərinsə tutulmasına etiraz etməsindən xəbəri yoxdur, Təqsirləndirilən şəxs başqa həmin vaxt digər şəxslərin saxlanılmasında iştirak etməsini xatırlamır, Təqsirləndirilən şəxs tək olduğu vaxt saxlamışlar, Rahibin narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır, onun üzərinə təhqiqat bölməsinin rəisi, polis mayoru Elsevər Əliyevin otağında baxış keçirilmiş, baxışı o keçirmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs üzərinə hal şahidlərinin iştirakı ilə baxış keçirilməsi barədə qərar qəbul olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özünü ora-bura vurmuş, həmçinin başını dəmir seyfə vurmaq istəmiş, buna görə də onun əllərinə qandal vurulmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü ildə İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Şahid3 Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin gəzdirərək daşıması barədə əməliyyat məlumatı daxil olduğundan əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 15:10 radələrində İmişli şəhəri H.Aslanov küçəsində yerləşən “Elçin” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirmişlər. O Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında və ətrafında heç kim olmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü ildə İmişli rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi Şahid3 Təqsirləndirilən şəxs satış məqsədilə üzərində narkotik vasitə olan heroin gəzdirərək daşıması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs İmişli şəhəri H.Aslanov küçəsində yerləşən “Elçin” şadlıq sarayının qarşısında saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbədə təxminən 10-20 dəqiqədən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan gümüşü rəngli sellofan bükülü aşkar olunmuşdur. Həmin narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Həmçinin onun üzərindən bir ədəd «Kent» markalı siqaret qutusu, bir ədəd bıçaq və 101 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış, o, ailə üzvləri ilə hədələnməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olmamışdır, onun üzərinə təhqiqat bölməsinin rəisi Elsevər Əliyevin otağında baxış keçirilmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən İmişli RPŞ-nin CAB-ın rəisi, polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, 11 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və gəzdirməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat şöbə rəhbərliyinə məruzə olunduqdan sonra əməliyyat-axtarış qrupu yaradılmış və o da həmin qrupa daxil edilmişdir. Əməliyyat-axtarış qrupunun rəhbəri rəis müavini Şahid1 olmuşdur. Əməliyyat-axtarış qrupunun üzvləri Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə saat 15 radələrində İmişli şəhərində yerləşən məsciddən təxminən 200 metr “Elçin” şadlıq sarayına tərəf olan yerdə, küçədə piyada hərəkətdə olduğu zaman saxlayıb İmişli rayon polis şöbəsinə gətirmişlər. Şöbədə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə baxış keçirmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın arxa yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bükülü aşkar olunmuşdur. Həmçinin onun cibindən bir ədəd qatlanan bıçaq və təxminən 100 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı zor tətbiq olunmamış, o, ailə üzvləri ilə hədələnməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və istifadə etməsi barədə ona məlumat daxil olmamışdır. Məhkəmə iclasında, şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, qəbirstanlıqda fəhlə işləyir, Təqsirləndirilən şəxs tanımır, əvvəllər görməmişdir. Xatırlamadığı tarixdə İmişli RPŞ-nin qarşısından keçərkən polis əməkdaşları onu şöbəyə dəvət etmiş, bir nəfər şəxsin üzərinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Həmin şəxsin cibindən içərisində narkotik vasitəyə bənzər kütlə olan bir bükülü çıxmış, sonra həmin bükülü qablaşdırılmışdır, üzərinə baxış keçirilən şəxs hal hazırda məhkəmə iclas zalında videokonfrans əlaqə sistemi vasitəsilə gördüyü Təqsirləndirilən şəxs olmuş, onun əlləri həmin vaxt bağlı olmuşdur. Onun cibindən siqaret, pul və bıçaq çıxmasını görməmişdir. Qulağı yaxşı eşitmədiyindən cibindən bükülü çıxarkən Təqsirləndirilən şəxs nə dediyini eşitməmişdir. Daha sonra o, müdafiəçinin verdiyi suallara cavab olaraq göstərmişdir ki, polis şöbəsi İmişli rayonu H.Əliyev prospektində yerləşir, sonradan müstəntiq ondan ifadə almamışdır, bir dəfə keçirilən şəxsi axtarış zamanı polis şöbəsində olmuş, sonradan polis şöbəsinə getməmişdir. İş üzrə şahid X2 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəsindən isə görünür ki, o, İmişli rayonu Qızılkənd kəndinin qəbristanlığında mühafizəçi işləyir. X7 əvvəllər tanımamış və heç bir əlaqəsi, münasibəti, ədavəti, yaxud düşmənçiliyi olmamışdır. 11 mart 2023-cü il tarixdə o, bayram bazarlığı üçün İmişli şəhərinə gəlmiş, İmişli şəhəri H.Əliyev prospektində yerləşən “Bazarstore” ticarət mərkəzinin qarşısında olarkən əvvəllər tanımadığı bir nəfər polis əməkdaşı ona yaxınlaşıb bir nəfər İmişli rayon sakinini narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlayaraq İmişli rayon polis şöbəsinə gətirdiklərini, həmin şəxsin üzərində şəxsi axtarış aparılması zamanı isə iki nəfər hal şahidinin iştirakının vacib olduğunu bildirmiş və ona həmin tədbirdə hal şahidi kimi iştirak etməyi təklif etmişdir. O da ictimai borcunu yerinə yetirib razı olmuş, birlikdə İmişli rayon polis şöbəsinə gəlib orada xidməti otaqların birinə daxil olmuşdur. Otaqda onun əvvəllər tanımadığı bir neçə polis əməkdaşı, həmçinin əlavə iki nəfər də şəxs olmuşdur. Orada olan polis əməkdaşlarından biri Təqsirləndirilən şəxs göstərib sonuncunun üzərində satmaq məqsədilə narkotik vasitə gəzdirməsində şübhəli olduğu və bu səbəbdən də üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Orada iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra o, həmin iki nəfər şəxsin birinin onun kimi hal şahidi, digərinin isə müdafiəçi olduğunu öyrənmişdir. Əməkdaşların bir-bir özlərini təqdim etməsindən və ona Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra adı əməliyyat müvəkkili Şahid2 kimi yadında qalan polis əməkdaşı köynəyinin qollarını yuxarı çırmalayıb əlində heç nə olmadığını göstərmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli cins şalvarın arxa sağ yan cibinə salaraq oradan bir ədəd içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan sellofan bükümü çıxarıb həmin bükümün özünə məxsus olmadığını, cibinə atıldığını bildirərək ağzına salıb dişi ilə cıraraq yerə tökməyə çalışmış və ayağı ilə də yerə tökülən toz hissəciklərini əzməyə cəhd etmişdir. Şahid2 həmin bükümü Təqsirləndirilən şəxs alıb və yerdən də toplayıb stolun üstünə qoymuşdur. Təqsirləndirilən şəxs şalvarının sağ ön cibindən 101 manat pul, ön sol cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd qatlanan cib bıçağı aşkar edilmiş, Təqsirləndirilən şəxs isə cibindən çıxan sellofan bükülünün özünə məxsus olmadığını bildirib özünü otaqda olan dəmir seyfə çırpmış, lakin orada olan polis əməkdaşları sonuncunun bu hərəkətlərinin qarşısı almışdır. Aşkar edilmiş həmin kütlə qablaşdırılmış və polis əməkdaşları bu qablaşmanı ekspertizaya göndərəcəyini qeyd etmişdir. Zərfin üstü imzalanmış, lakin Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir. Orada iştirak edən müdafiəçi də zərfin üzərinə imza etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid8 ziddiyyətli və anlaşılmaz ifadə verərək göstərmişdir ki, onun heç nədən xəbəri yoxdur, heç nə bilmir. Daha sonra o, verilən suallara cavab olaraq göstərmişdir ki, o, polis şöbəsində kiminsə üzərinə keçirilmiş şəxsi axtarışda iştirak etməmişdir. Aliment borcu olduğuna görə müstəntiq onu çağıraraq işinin ora göndərildiyini demiş və sənədlərə imza etdirmişdir. O, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışda iştirak etməmişdir. İmişli rayonu Yalavac kəndində yaşayır. Fəhlə kimi işdə olub yük yükləyərkən ona zəng olunmuş, zəng edən şəxs sahə müvəkkilinin köməkçisi olmuş və ona ailment işinin bağlanması ilə əlaqədar polis şöbəsinə çağırıldığını bildirmişdir. Odur ki, onunla səhəri gün polis şöbəsinə getmişdir. Ona zəng olunanda Bakı şəhərində olmuşdur. Səhəri gün sahə müvəkkilinin köməkçisi Təbriz onu rəis müavini Akifin otağına aparmış, orada sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs orada görməmişdir. Bəxtiyar Ağayev adlı şəxsi tanımır. O, həmçinin verilən suallara cavab olaraq göstərmişdir ki, ona Novruz bayramından əvvəl zəng olunmuş, bayramdan sonra polis şöbəsinə getmişdir. Yaşadığı kənddən polis şöbəsinə təxminən 25 dəqiqəlik yoldur. İş üzrə Şahid8 məhkəməyədək icraat zamanı istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o 11 mart 2023-cü il tarixdə bayram bazarlığı üçün İmişli şəhərinə gəlmiş, İmişli şəhəri H.Əliyev prospektində yerləşən «Kapital Bank»ın köhnə binasının qarşısında dayanıb yolu keçmək üçün işıqforun qırmızı işığını gözləyən zaman əvvəllər tanımadığı bir nəfər polis əməkdaşı ona yaxınlaşıb bir nəfər İmişli rayon sakinini narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlar tərəfindən saxlanılaraq İmişli rayon polis şöbəsinə gətirildiyini, həmin şəxsin üzərində şəxsi axtarış aparılması zamanı iki nəfər hal şahidinin iştirakının vacib olduğunu bildirmiş və ona həmin tədbirdə hal şahidi kimi iştirak etməyi təklif etmişdir. O da ictimai borcunu yerinə yetirib razı olmuş, birlikdə İmişli rayon polis şöbəsinə gəlib orada xidməti otaqların birinə daxil olmuşdur. Otaqda onun əvvəllər tanımadığı bir neçə polis əməkdaşı, həmçinin əlavə iki nəfər də şəxs olmuşdur. Orada olan polis əməkdaşlarından biri Təqsirləndirilən şəxs göstərib sonuncunun üzərində satmaq məqsədilə narkotik vasitə gəzdirməsində şübhəli olduğu və bu səbəbdən də üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Orada iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra o, həmin iki nəfər şəxsin birinin onun kimi hal şahidi, digərinin isə müdafiəçi olduğunu öyrənmişdir. Əməkdaşların bir-bir özlərini təqdim etməsindən və ona Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra adı əməliyyatçı Elvin kimi yadında qalan polis əməkdaşı köynəyinin qollarını yuxarı çırmalayıb əlində heç nə olmadığını göstərmişdir. Bu zaman Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli cins şalvarın arxa sağ yan cibinə salaraq oradan bir ədəd içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan sellofan bükümü çıxarıb həmin bükümün özünə məxsus olmadığını, cibinə atıldığını bildirərək ağzına salıb dişi ilə cıraraq yerə tökməyə çalışmış və ayağı ilə də yerə tökülən toz hissəciklərini əzməyə cəhd etmişdir. Bu zaman əməliyyatçı Elvin həmin bükümü ondan alıb və yerdən də toplayıb stolun üstünə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs şalvarının sağ ön cibindən 101 manat pul, ön sol cibindən 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd qatlanan cib bıçağı aşkar edilmiş, Təqsirləndirilən şəxs cibindən çıxan sellofan bükülünün özünə məxsus olmadığını bildirib özünü otaqda olan dəmir seyfə çırpmış, lakin orada olan polis əməkdaşları sonuncunun bu hərəkətlərinin qarşısı almışdır. Aşkar edilmiş həmin kütlə qablaşdırılmış və polis əməkdaşları qablaşmanı ekspertizaya göndərəcəylərini demişlər. Zərfin üstü imzalanmış, lakin Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir. Orada iştirak edən müdafiəçi də zərfin üzərinə imza etmişdir. Orada olan müdafiəçi də zərfin üzərinə imza etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun şərəf və ləyaqətinə toxunan hər hansı bir hərəkətlər edilməmişdir. Məhkəmə şahidlər X2 və Şahid8 məhkəmə istintaqı zamanı bir biri ilə uzlaşmayan və ziddiyyətli ifadələrində göstərdikləri xüsusatlara tənqidi yanaşaraq, hesab edir ki, onların bu cür ifadələr verməsi həmyerli olduqlarından təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır və işdə olan digər şahidlərin ifadələri, həmçinin işin faktiki halları ilə kifayət qədər təkzib olunur. Məhkəmə iclasında, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X3 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs namaz qılan şəxs və rayon sakini kimi 3-4 ildir ki, tanıyır, onu ancaq məsciddə namaz qılan vaxtlarında görmüşdür, sonuncu dəfə onu polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt görmüşdür, həmin vaxt günorta namazından sonra məsciddən çıxarkən yaxınlıqda iki polis maşınının olduğunu görmüş, polis əməkdaşları bir nəfəri saxlamış, Rahib həmin vaxt polis əməkdaşlarına onu nə üçün tutduqlarını demiş, bundan sonra polis əməkdaşları Rahibi da tutub aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, onun nə üçün saxlanıldığını bilməmiş, Təqsirləndirilən şəxs bıçaq olduğunu görməmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və ya narkotik vasitələrdən istifadə etməsi barədə rayon sakinlərindən heç bir söz eşitməmişdir. Məhkəmə iclasında, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, o Təqsirləndirilən şəxs namaz qılan şəxs və rayon sakini kimi tanıyır, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığını məsciddən çıxdığı vaxt görmüş, polis əməkdaşlarının bəzisi mülki geyimdə, bəzisi isə polis formasında olmuş, onun polis əməkdaşları tərəfindən saxlanıldığını təxminən 10 metr məsafədən görmüş, həmin vaxt polis əməkdaşlarının digər bir şəxsi də tutduqlarını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir müqavimət göstərməmiş, onda bıçaq olduğunu görməmiş, Rahibi əxlaqlı bir şəxs kimi tanımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və ya narkotik vasitələrdən istifadə etməsi barədə kimdənsə bir söz eşitməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması barədə 11 mart 2023-cü il tarxili protokoldan görünür ki, şəxsi axtarış süni işıqlandırma şəraitində, İmişli rayon polis şöbəsinin inzibati binasında, xidməti otaqların birində aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir narkotik vasitə olmadığını bildirərək, özü əllərini əynində olan qara rəngli cins şalvarın arxa sağ cibinə salaraq oradan bir ədəd içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə heroinə bənzər kütlə olan sellofan bükülünü çıxardıb həmin bükülünün ona məxsus olmadığını, cibinə atıldığını bildirərək ağzına salıb dişi ilə cıraraq yerə tökməyə çalışmış və bu zaman İmişli RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 həmin bükülünü ondan alıb və yerdən toplayıb stolun üstünə qoymuş,bundan sonra şəxsi axtarış davam etdirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən bir ədəd 100 manatlıq və bir ədəd bir manatlıq olmaqla, ümumilikdə 101 manat pul, ön sol cibindən içərisində 05 ədəd siqaret dənəsi olan bir ədəd “Kent” markalı siqaret qutusu, 01 ədəd alışqan və 01 ədəd qatlanan cib bıçağı aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs cibindən çıxan sellofan bükülünün ona məxsus olmadığını bildirib özünü otaqda olan dəmir seyfə çırpış, lakin daha sonra yenə də çırpaq istəyərkən iştirakçılar tərəfindən tutularaq saxlanılmışdır. Aşkar edilmiş həmin kütlə qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuşdur. Zərf Azərbaycan Respublikası DİN-in 179 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş kütlənin ona məxsus olmadığını bildirərək zərfə imza etməıkdən imtina etmiş, lakin hal şahidləri və müdafiəçi tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi haqqında 13 mart 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bıçağın ümumi uzunluğu 23 sm-dir. Bıçağın tiyə hissəsinin uzunluğu 10,5 sm, eni 2,4 sm, tiyəsinin müstəvidən hündürlüyü 0,5 sm-dir. Tiyəsi üzərində “BrowninG” sözü və FA47 yazılmışdır. Tiyənin arxa tərəfində bıçağın sapına yaxın hissədə 07 ədəd dişciklər vardır. “BrowninG” sözünün qarşısında dairəvi formada dəlik vardır. Tiyənin rəngi bozdur. Bıçağın sap hissəsinin uzunluğu 12,5 sm-dir. Sapın eni 3 sm, müstəvidən hündürlüyü 1 sm-dir. Bıçağın sap hissəsi göy rəngdə olub, üzərində qartal heyvanının və müxtəlif ağac rəsmləri vardır. Sapın hər iki üzündə üç ədəd pərçim vardır. Bıçağın tiyəsi mexaniki formada qatlanaraq sapı formalaşdıran iki üz-üzə dəmirin arasındakı yuvaya yerləşir. Bıçaq tiyə hissənin kənara çıxan çıxıntısının aşağı istiqamətə çəkilməsi ilə açılır, sap hissə ilə tiyə hissənin birləşdiyi yerdə dişcikli mexanizmin aşağı istiqamətə çəkilməsi ilə bağlanır. Bıçağın dəstəyinin əlin ovuc hissəsinə yapışan hissəsində 07 sm uzunluğunda elastik metal materiallı keçəcək vardır. Həmin keçəcək bıçağın sap hissəsinə üç ədəd pərçimlə birləşdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 12 mart 20223-cü il tarixli 18/297 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində:..”Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 45, 492 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 26 may 2023-cü il tarixli 3261 nömrəli rəyindən görünür ki, müayinə zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomanoya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində proflaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kriminalistik ekspertizasının 12 aprel 2023-cü il tarixli, 3/54 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir. Soyuq silah hesab edilir. Cinayət işinin materiallarına əlavə edilmiş tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Ali Məhkəmənin Hərbi Məhkəmələrin işləri üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli qərarına əsasən hökm dəyişdirilərək cəza müddəti 3 aya endirilmiş, İmişli Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.2, 126.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 67-ci maddələrinə əsasən qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunmuş İmişli RİHB-nın Ölcələr kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 123 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi valideynləri və dörd qardaşından ibarətdir, anası X5 uzun illərdir ki, yataq xəstəsidir. Cinayət işinin materiallarına əlavə edilmiş vəsiqə surətlərindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X9 «Vətən müharibəsi iştirakçısı», «Zəngilanın azad olunmasına görə» və «Qubadlının azad olunmasına görə» medalları ilə təltif olunmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin onun cibinə polis əməkdaşları tərəfindən zorla qoyulması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq məsuliyyətdən yayınmağa hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Bundan əlavə məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroinin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 45,492 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tutulmuşdur. Bundan 1 (bir) gün sonra ibtidai istintaq orqanı onun üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi qərarla yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 45,492 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə onun barəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlamış sonradan isə həmin maddə ilə ona ittiham elan etmişdir. Halbuki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 26 may 2023-cü il tarixli 3261 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmasa da onun tərəfindən kannabioidlərdən istifadə etmə hallarının olmasının görünməsi, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 45,492 qram qram, yəni külli miqdarının aşağı həddindən 43,492 qram çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitə satışı məqsədinin olmadığını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olan mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin narkotik vasitələrdən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinəəsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrəşikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin işin digər obyektiv halları ilə tam sübut olunur və qeyd olunan hallar həmin cinayət əməllərinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, anasının uzun müddət yataq xəstəsi olmasını və ailə üzvü olan qardaşının Vətən müharibəsinin iştirakçısı olmaqla medallarla təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residividir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, həmçinin təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan 45,492 qram təmiz çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 45,442 qram təmiz çəkisinin və bir ədəd soyuq silah hesab edilən qatlama formalı bıçağın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan 123 (yüz iyirmi üç manat ) 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs alınmaqla dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1- 1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun tutulduğu gündən, yəni 11 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və İmişli rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağında saxlanılan 45,492 qram təmiz çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonrakı 45,442 qram təmiz çəkisi və bir ədəd soyuq silah hesab edilən qatlama formalı bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza xərci olan 123 (yüz iyirmi üç) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs münasibətdə həmin müddət hökmün surətinin ona verildiyi andan hesablanır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar