Məhkəmə qərarları › İş №1(099)-110/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-110/2025

02.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-110/2025 02.06.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Salyan rayonu, Kürqarqaşlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Kürqarqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxx 1977-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Əli dayı” ləqəbi ilə İran İslam Respublikası vətəndaşı olması güman edilən şəxs və qeyriləri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama, daşıma və satma barədə razılığa gəlib cinayət əlaqəsinə girdikdən sonra 28 fevral 2024-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayətdən məlumatsız olan taksi sürücüsü Şahid9 idarə etdiyi “VAZ-21103” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu, Kürqaraqaşlı kəndindən Salyan-Biləsuvar-İmişli avtomobil yolu ilə İmişli rayonu istiqamətində hərəkət edərək cinayətkar qrupun üzvü “Əli dayı” ləqəbli şəxsin “Whatsapp” mesajlaşma proqramında +**********87 saylı mobil nömrədə qeydə alınan hesabından Təqsirləndirilən şəxs1 “Whatsapp” mesajlaşma proqramında +**********54 saylı mobil nömrə ilə qeydə alınan hesabına göndərdiyi məkan göstəricisinə əsasən 29 fevral 2024-cü il tarixdə, gecə saat 01:45 radələrində İmişli-Beyləqan-Horadiz avtomobil yolunun sağ tərəfində yerləşməklə İmişli rayonunun Qaragüvəndikli kəndinə girişi göstərən, üzərində “QARAGÜVƏNDİKİLİ” sözü yazılmış dəmir lövhənin yanına gəlmişlər, orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 avtomobildən düşərək İmişli- Beyləqan-Horadiz avtomobil yolunun sağ tərəfindəki çöllük əraziyə düşüb təxminən 40 metr məsafədə yerləşən ağaca doğru irəliləyərək, həmin ağaca yaxın ərazidə otların içərisini axtararaq, cinayətkar qrupun üzvünün gizlətdiyi və içərisində üç ədəd bağlamada, cəmi 6070 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd polietilen bükümdə 0,570 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə olan heroin, iki ǝdəd polietilen bükümdə, cəmi 11,224 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan tiryək, bir ədəd polietilen bükümdə 19,930 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə olan metamfetamin, yapışqan lentlə bir-birinə bağlanmış, üzərində “methadone 40...Frana” əmtəə göstəriciləri olan, səkkiz ədəd bulesterdə, üzərlərində “F/M40” yazısı həkk olunmuş, tərkibində 3,2 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə metadon olan 80 ədəd dərman həbləri, həmçinin yapışqan lentlə bir-birinə bağlanmış 01 ədəd zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, 9 mm kalibrli “STAR” modelli, yivli, nömrəsiz, texniki cəhətdan saz və atəş üçün yararlı odlu silah tapança, həmin silaha aid zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli Parabellum 12 ədəd patron və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulan 01 ədəd daraq olan bir ədəd qara rəngli selofan torbanı tapmışlar, Təqsirləndirilən şəxs2 həmin torbanı götürərək Təqsirləndirilən şəxs1 yanına gətirib yerə qoymaqla, satış məqsədi ilə qanunsuz olaraq xeyli və külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək saxlamışlar, bu zaman İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılaraq, əldə etdikləri torba ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən İmişli rayon polis şöbəsinin inzibati binasına gətirilmişlər və orada aparılan şəxsi axtarış zamanı qeyd olunan bir ədəd qara rəngli selofan torbanın içərisindən üç ədəd bağlamada, cəmi 6070 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı, bir ədəd polietilen bükümdə 0,570 qram çəkidə, yəni xeyli miqdarda narkotik vasitə olan heroini, iki ǝdəd polietilen bükümdə, cəmi 11,224 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan tiryəki, bir ədəd polietilen bükümdə 19,930 qram çəkidə, yəni külli miqdarda psixotrop maddə olan metamfetamini, yapışqan lentlə bir-birinə bağlanmış, üzərndə “methadone 40...Frana” əmtəə göstəriciləri olan, səkkiz ədəd bulesterdə, üzərlərində “F/M40” yazısı həkk olunmuş, təqkibində 3,2 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə metadon olan 80 ədəd dərman həblərini, həmçinin yapışqan lentlə bir-birinə bağlanmış 01 ədəd zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş, 9 mm kalibrli “STAR” modelli, yivli, nömrəsiz, texniki cəhətdan saz və atəş üçün yararlı odlu silah olan tapançanı, həmin silaha aid zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli Parabellum 12 ədəd patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulan 01 ədəd daraq aşkar edilərək götürülərək, qanunsuz dövriyyədən çıxarılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü CM-nin 234.4.1 və 234.4.3-cü maddəlləri qismən təqsirli bilir, CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tanışı İran vətəndaşı «Əli dayı» adlı şəxsdən 10 qram “kakos” adlanan heroinin götürülməsi ilə bağlı danışmışdır. Razılığa əsasən narkotik vasitəsinin pulunu, yəni 300-350 manat pul vəsaitini iranlıya kart vasitəsi ilə ödəyəcəkdi. 28 fevral 2024-cü il tarixdə, saat 23 radələrində 10 qram heroin narkotik vasitəsini götürmək üçün tanışı Təqsirləndirilən şəxs2 özü ilə aparmışdır. Elçini özü ilə apararkən ona tanışından pul götürəcəyini demiş, narkotik vasitə götürəcəyi barədə heç bir söz deməmişdir. Artıq, 29 fevral 2024-cü il tarixdə, saat 01-02 radələrində İranlı Əlinin dediyi İmişli rayonu, Qaragüvəndikli kəndində ərazisində olan yerə taksi ilə gedib çatdıqdan sonra avtombildən düşmüş, lakin narkotik vasitə götürmədən polis əməkdaşları onlara yaxınlaşaraq onları tutmuşlar. Onları polis şöbəsinə gətirmişlər, polis şöəbsində masanın üzərinə bağlama qoyaraq, onları döyərək, onun ayağında olan qipsə təpiklər vuraraq aşkar olunmuş bağlamanın onlara məxsus olmasını bildirmişlər. Şöbədə həmin bağlamaya baxış keçirilmiş, baxış keçirilərkən bağlamada narkotik vasitələr və silah olmasını görmüşdür. Onların bağlamadan və bağlamadan aşkar olunmuş silahdan heç bir məlumatı olmamışdır. O iranlı Əli adlı şəxsin dediyi 10 qram heroin götürmək üçün getmişdir. Ayağı sınıq olduğu üçün və hərəkət etməyində çətinlik çəkidiyi üçün Elçini avtombildən düşməkdə ona köməklik etməyi üçün özü ilə aparmışdır. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyəərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanışıdır. Allahşükür ona zəng vuraraq pul götürmək üçün taksi ilə İmişli rayonuna gedəcəyini, onun ayağı sındığı və yeriməkdə çətinlik çəkdiyi üçün ona avtombildən düşüb, avtombilə minməkdə köməklik etməsini xahiş etmişdir. 28 fevral 2024-cü il tarixdə, saat 23 radələrində taksi ilə Biləsuvar istiqamətində hərəkətə başlamışlar. Bir müddət sonra Allahşükür yolda avtomobili saxlatdırıb təbii ehtiyacını ödəyəcəyini demişdir. O, Allahşükürə köməklik edərək avtombildən düşürmüş, Allahşükür yeriməkdə çətinlik çəkdiyi üçün o da Allahhşükürün arxasınca getmişdir. Allahşükür ondan təxminən 8-10 metr aralanmışdır. Allahşükür təbii ehtiyacını ödəyib geri qayıdarkən bir neçə mülki şəxslər Allahşükürə hücum edərək onu döydüklərini görmüşdür, o həmin şəxslərə yaxınlaşanda, onlar polis əməkdaşları olduğunu bildirmişlər. Sonra polis əməkdaşları özləri ilə bağlama gətirərək həmin bağlamanın onlara məxsus olmasını demişlər. Sonra onları polis şöbəsinə aparmışlar, şöbədən 2 gün qaldıqdan sonra onu və sürücünü buraxmışlar. 5 aydan sonra onu yenidən şöbəyə çağırmışlar, şöbədə müstəntiq ona Allahşükürlə danışmasını, Allahşükürün məsuliyyəti üzərinə götürməsini, sonra isə onu buracağını demişdir. O, müstəntiqlə razılaşmamışdır. Onun Allahşükürün narkotik vasitə dalınca getməsindən heç bir məlumatı olmadığı halda onu cinayət məsuliyyətinə cəlb etmişlər. Narkotik vasitəsinin götürülməsi ilə bağlı Allahşükürlə heç bir danışığı olmamış, taksi il imişli rayonuna gedərkən Allahşükürün kiminləsə danışmasını eşitməmişdir. Ümumiyyətlə hadisə yerindən narkotik və silah olan bağlama götürməmiş, günahı olmadığı üçün məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 28 fevral 2024-cü il tarixdə Salyan rayon sakinləri Elçin və Allahşükür adlı şəxslərin 29 fevral 2024-cü il tarixdə, saat 01 radələrində İmişli rayonu, Qaragüvəndikli kəndinin girişindəki ərazidə olan lövhənin yaxınlığından narkotik vasitələr, psixotrop maddə və odlu silah əldə edib, aparacaqları barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. 29 fevral 2024-cü il tarixdə, saat 01 radələrində Qaragüvəndikli kəndinə gedərək, kəndin girişindəki, həmin lövhənin ətrafını müşahidəyə götürmüşlər. Magistral yol ilə gələn avtomobilin sürətini azaltdığını, kəndə daxil olduğunu, bir neçə dəqiqə sonra həmin avtomobilin geri dönərək, dəmir lövhənin yanında dayandığını görmüşlər. Bundan sonra avtomobildən 2 nəfər yerə düşmüş, onlardan birinin, sonradan adının Allahşükür olduğu şəxsin əlində əsa, ayağında isə sarğı olmuşdur. Allahüşükürün yanında isə Elçin adlı şəxs olmuşdur. Sürücü avtomobildə qalmışdır. Allahşükür əlindəki mobil telefona baxa-baxa Elçinə istiqamət göstərərək “Ora bax, bura bax” demişdir. Bu zaman Elçin Allahşükürün verdiyi istiqamətə doğru gedib otluqdan bağlama götürüb Allahşükürün ayağını yanına qoymuş, həmin zaman Elçin və Allahaşükürə yaxınlaşaraq özlərini təqdim etmişlər. Şərait olmadığı üçün saxlanılanları əldə etdikləri bağlama ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Bundan sonra müdafiəçinin iştirakları ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır və Təqsirləndirilən şəxs1 əvvəlcə torbanın ona aid olmadığını bildirmişdir, o İran vətəndaşının vasitəsi ilə “Whatsapp”-da göndərdiyi “Konum”-dan 10 qram çəkidə narkotik üçün Qaragüvəndikli kəndi ərazisinə gəlməsini bildirdiyini demişdir. Həmin bağlamaya baxış keçirilərkən torbanın içərisində qurudulmuş marixuana olan 03 ədəd qara rəngli polietilen torba, 80 ədəd həblər, içərisində metafetaminə olan 01 ədəd büküm, içərisində narkotik vasitə olan heroin olan 01 ədəd büküm, içərəsində narkotik vasitə tiryək olan 01 ədəd büküm, eyni zamanda üzərində “STAR” sözləri yazılmış, nömrəsi olmayan silah və həmin silaha aid patron aşkarlar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları X6, Şahid8 və X7, eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, Təqsirləndirilən şəxs2 isə tanımır. Özünə məxsus “LADA 21103” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan rayonu ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 28 fevral 2024-cü il tarixdə, saat 23 radələrində Allahşükür ona zəng edib Biləsuvar rayonunda qardaşından pul götürəcəyini demişdir. O Allahşükürlə 30 manata razılaşmışdır. Evlərinin qarşısında Allahüşükürü və yanında bir nəfəri götürmüş, sonradan həmin şəxsin adının Elçin olmasını bilmişdir. Onlar əvvəlcə Biləsuvar rayonuna, oradan isə İmişli rayonuna gəlmişlər. O, avtomobili “Qaragüvəndikli” sözü yazılmış plakatın altında saxlamış və Allahşükür ona gözləməyini demişdir. Bundan sonra Allahşükür Elçindən köməklik istəyərək, ağacın altında təbii ehtiyacını ödəyəcəyini, sonra isə qayıdıb gedəcəklərini deyib, avtomobildən düşmüşdür. Allahşükür və Elçin avtomobildən düşdükdən sonra səs-küy gəlmiş və o, qorxaraq avtomobili sürüb getmək istəmişdir. Bu zaman arxadan sayrışan işıqlar yanmış, polis əməkdaşları olduğunu görüb avtomobili saxlamışdır. Bu vaxt polis əməkdaşları ona özlərini təqdim edib, rayon polis şöbəsinə gətirmişlər. Şöbədə ona məlum olmuşdur ki, Allahşükür və Elçin narkotik vasitələrdən istifadə edir və həmin yerə narkotik dalınca gəlmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan kompleks məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizasının 29 fevral 2024-cü il tarixli, 18/224-225 rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "..Təqsirləndirilən şəxs1.." sözləri yazılmış polietilen torbada olan 03 ədəd qara rengli polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi - 2020,0 qram, 1950,0 qram, 2100,0 qram, ümumi çəkisi-6070,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış organoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 0,570 qram qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 02 ǝdəd polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 7,094 qram, 4,130 qram, ümumi çəkisi - 11,224 qram olan tünd qəhvəyimtil rəngli maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə tiryəkdir. 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 19,930 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Marixuana (kannabis) - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na (İ siyahı), heroin - 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ), tiryək - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na (İ siyahı) daxildir.Ekspertiza tədqiqatından sonrakı qalıq qurudulmuş marixuanna 6069,70 qram, heroin narkotik vasitə 0,470 qram, tiryək narkotik vasitəsi 11,024 qram və metamfetamin psixotrop maddəsi 19,830 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyər 63 (altmız üç) manat 90 (doxmsan) qəpik. İş materiallarında olan məhkəmə-balistik ekspertizasının 29 fevral 2024-cü il tarixli 24/479 nömrəli rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsiz silah zavod üsulu ilə İspaniya dövlətində istehsal olunmuş 9 mm kalibrli «STAR» modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın metal hissə ve mexanizmlərinin üzərində sonradan əlavə düzəlişlər edilməmişdir. Lakin silahın üzərində zavod nömrəsi və istehsal ili müşahidə olunmur, yoxdur. Tədqiqata təqdim edilmiş 12 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli «Parabellum» patronları olmaqla, həmin kalibrli tapançalardan, digər tapançapulemyotlardan və s. silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar (Bax: silahın tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli «STAR» modelli tapançaların komplekt hissəsidir darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli 5/433 nömrəli məhkəmə kompütertexniki ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 9" əməliyyat sistemi ilə təhciz olunmuş "X15 5" markalı "M1803E7SG" modelli "**********05755, **********05763" "İmei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. "X15 5" markalı "M1803E7SG" modelli mobil smartfonun yaddaşına quraşdırılmış "WhatsApp" proqram təminatı "**********54" abonent nömrəsi ilə qeydiyyatdan keçmişdir (bax rəyə əlavə olunmuş "7.68.0.809 versiyalı UFED proqram təminatı vasitəsilə əldə edilmiş “hesabat”a). "X15 5" markalı "M1803E7SG" modelli mobil smartfonun yaddaşına "WhatsApp" proqram təminatı "2024/02/29" tarixdə quraşdırılmışdır (bax mobil smartfonun "Menyu" hissəsinin "Tətbiqləri idarə et" bölməsinə). "X15 5" markalı "M1803E7SG" modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, "SMS" mesajlar, sənədlər, audio, foto, video fayllar, "WhatsApp", "Facebook Messenger" proqram təminatları, "Telegram" sosial şəbəkə vatisəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş üç ədəd DVD-R diskǝ). Aparılmış ekspertiza tədqiqatının dəyər 80 (səksən) manat qəpik. İş materiallarında olan fiziki-kimyəvi məhkəmə ekspertizasının 01 may 2024-cü il tarixli 6/1945 nömrəli rəylərindən görünür ki, “... Təqsirləndirilən şəxs1 məxsus...” qeydli paketdəki üzərlərində “methadone 40... Frana” əmtəə götəriciləri olan 08 ədəd blusterdə üzərilərində “F/M40” yazısı həkk olunmuş ümumilikdə 80 ədəd dərman tabletinin tərkibində təsiredici maddəsinin ümumi miqdarı 3,2 qram olan narkotik vasitə - metadon müəyyən edildi. Ekspertiza tədqiqatından sonrakı qalıq 78 ədəd metadon həbi təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyər 110 (yüz on) manat. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 03 may 2024-cü il tarixli 2925 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostumlyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserinda qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 8 avqust 2024-cü il tarixli 5437 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Siysət oğlunda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 29 fevral 2024-cü il il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, İmişli rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 əldə edərək, saxladığı 01 ədəd qara rəngli, üstü yapışqan lentlə yapışdırılmış polietilen torba açılmış, torbanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuanayabənzər kütlə olan 3 ədəd qara rəngli polietilen torba, 80 ədəd “Metadon 40” sözləri yazılmış həblər, psixotrop maddə metamfetaminəbənzər kütlə olan 1 ədəd selofan büküm, içərisində narkotik vasitə heroinəbənzər kütlə olan 1 ədəd sellofan büküm, içərisində narkotik vasitə tiryəkəbənzər kütlə olan 1 ədəd sellofan büküm, “STAR” sözləri yazılmış, “TT” markalı, 9 mm kalibrli, nömrəsi oxunmayan, yivli, odlu silah olan tapança, 1 ədəd daraq və 12 ədəd patron aşkar edilərək götürülmüşdür. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd qolbağ, sol yan cibindən “LD” markalı siqaret, 1 ədəd kibrit, 1 ədəd alışqan və 1 ədəd “Xiaomi NOT 5” markalı mobil telefon aşkar edilərək götürüliüş, narkotik vasitə, psixotrop maddəyə oxşar kütlələr, həblər və odlu silahla onun döyüş komponentləri qablaşdırılaraq, DİN-nin 179 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunla qadağan edilən əşya, predmet, narkotik vasitə və psixotrop maddə aşkar olunmamışdır. İş materiallarında olan 02 mart 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokol və CD diskdən görünür ki, şübhəli Şahid9 “Tecno” markalı mobil telefonu göy rəngədir. Telefonun ön yuxarı hissəsində kamera vardır. Arxa tərəfində aşağı hissədə “TECNO” sözləri yazılmışdır. Telefonun yuxarı hissəsində telefonun kilidini açmaq üçün barmaq izinin yeri vardır. Yuxarı sol hissəsində 2 kamera və bir işıq vardır. «14752369» kodunu yığıldıqdan sonra telefonun kilidi açılır. Telefonun menyu bölməsinə daxil olduqdan sonra telefonun “Whatsapp” ani mesajlaşma proqramına daxil olundu, lakin orada iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmadı. Telefonun menyusundan fayl bölməsinə, ordan isə “AUDİ” bölməsinə daxil olundu. Telefonun “AUDİ” bölməsində Şahid9 mobil telefonu vasitəsi ilə etdiyi danışıqların səs yazıları əks olunur. “AUDİO” bölməsində daxil olduqda 20240228-223203.aac, 20240228-225926.aac və 20240228- 231214.aac bölməsində iş üçün əhəmiyyət kəsb edən səs yazılarından ibarət danışıqlar vardır. Həmin səs yazıları Şahid9la təqsirləndirilən Təqsirləndirilən şəxs1 arasındakı telefon danışığıdır və aşağıdakı məzmunludur: 1.20240228-223203.aac adlı faylda saxlanılan səs yazısı: Orxan: Alo. Allahşükür: Alo. Salam. Axşamın xeyir. Orxan: Kimydi? Allahşükürdü qaqa. Tanıyarsan. Orxan: Hə qaqa buyur. Allahşükür: Əmi oğlu maşın nətərdi. Boşluğdu. Taksi lazım idiye. Orxan: İnanırsan Salyanda deyiləm mən. Allahşükür: Bildim. Hə yaxşı. Bir yerə gedib gəlmək lazım idi. Biləsuvara dəyib gəlmək lazım idi. Xeyiri sənə vermək istəyirdim qaqa. Orxan: Bildime qaqa. Elə bil Salyanda deyiləm 10-15 dəqiqəyə, 20 dəqiqəyə Gözdüyün biraz. Biləsucara hansı tərəfə gedəcəkəsən ki?. Allahşükür: Biləsuvar ərazisinə. Orxan: Hə yaxşı. Allahşükür: Əmi oğlu Biləsuvara neçiyə gedib gələrik İnşallah. Orxan: Gedib gəlmək. Biləsuvar özünə qaqa? Allahşükür: Hə. Orxan: Gedib gəlmək nəbilim bir 30 manat verərsəndə, gedib gəlməyə. Allahşükür: 30 manat hə? Orxan: Hə. Allahşükür: Bildim. Orxan: Gedib qayıtmaqdıda. Bəri başa 20 manata gedirik. Allahşükür: Bilmirəm mən yani. Orxan: 20 manata geriyə gedirik. Allahşükür: Ay sağol. Orxan: Hə nolar. Problem deyil. Allahşükür: 10 manatda qayıtmaqda. Orxan: Hə bildim. Problem deyil əmi oğlu. Əmi oğlu şeydi. Sənin işin uzun çəkməzki İnşallah? Bir 20 dəqiqədən zaddan sonra gedək? Allahşükür: Nədi? Orxan: Sənin işin 20 dəqiqədən uzun çəkməzki? Allahşükür: Yo yo. Orxan: Gözdüyürəmdə qardaş səni. Orxan: Oldu, oldu. (Səs 2:07 dəqiqə). 20240228-225926.aac adlı faylda qeydə alınmış səs yazısı: Orxan: Alo. Allahşükür: Haycan qaqa. Orxan: Ə qaqa çatdıme. Çatdıme. Buyanlıqdayam. Hardasan? Allahşükür: 10 dəqiqəyə çıxaq. Orxan:10 dəqiqəyə? Allahşükür: Hə yaxşı. Gözdiyim onda 10 dəqiqə? Orxan: Gözdədə qaqa. Allahşükür: Hə yaxşı. 20240228-231214.aac adlı faylda qeydə alınmış səs yazısı: Orxan: Alo. Allahşükür: Alo. Orxan:Hə qaqa. Allahşükür: Qaqa gəlirsən bu İran marketin qabağına. Orxan: Hə. Gəlirəm. Sənin işin orda tezdi? Gedib qayıdacağıq yoxsa? Allahşükür: Hə hə brat hə. Orxan: Yani gözləmə olmayacaq. Mənim işim var idi. Allahşükür: Yo yo əmi oğlu. Tez gələcəyik. Əmi oğlu hardasan? Orxan: Salyanın içindəyəm. 5-6 dəqiqəyə çatıram. Allahşükür: 5-6 dəqiqəyə çıxım qapının ağzına. Orxan: Hə çıxarsan. İş materiallarında olan 11 may 2024-cü il tarixli məhkəmə kompüter-texniki ekspertizasının 7 may 2024-cü il tarixli 5/433 nömrəli rəyinə əlavə olunan disklərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin rəyə 03 ədəd 1, 2 və 3 rəqəmləri ilə nömrələnmiş “DVD-R” tipli disklər əlavə olunmuşdur. 1-ci disk “HP” markalı komuterə qoşulub baxıldı, lakin orada iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmadı. 2-ci disk “HP” markalı komuterə qoşulub baxıldı və orada “**********87@s.whatsapp.net Əli.Dayi” adlı şəxslə və digər şəxslərlə danışıqların olması müəyyən edildi. Danışıqlar səs yazısı formasındadır və aşağıdakılardır: “PTT-20231114-WA0010.opus_Converted.wav” adlı faylda qəbul edilmiş: – «Qaqa indi elə həmin uşağ idi. Səbrli ol. Özgəsi deyil. Qohumdu. 100 faiz işi həll edir. Saa bir söz deyim. O uşaq dedime bəyaq. Valla temanı az vermişdi. Gətirib qalanın verməyib hə? Ondan xəbər yoxdu hələ. Görək həll olan kimi götürüb gəlirəm yanına» (Səs 19 saniyə); “PTT-20231114-WA0011.opus_Converted.wav” adlı faylda göndərilmiş: – «Yoxe qardaş. Daş niyə götürək ondan. Gül kimi torpağımızı götürək də ondan. Belə pis çıxmasın gör nə qədər əskik vermişdi. Onu da götürək bəlkə mənim işim alınana qədər, bu birisi mənə xəbər deyənə qədər, o birisi tez bazar deyəcək ki, gəl götür. Özü gəlsə vapşe pizdes olar. İndi görək də, hansımızda tez-bazar alınsa xəbərləşək də» (Səs 24 saniyə); “PTT-20240225-WA0046.opus_Converted.wav” adlı faylda göndərilmiş:– «Hə, hə, brat hə. 100 faiz. Ay blaa. Ağrımdan partlayıram mən qaqa. Bizimki görəcəkdi. Qurana and olsun. Elə bil var haa biz şey eləmirik. Mal eləmirik. Təkcə malnan patı eləmirik. Dörd cürə şey edirik. Bir maldı, patıdı, bir dənə də maldı, patıdı. Başa düşdün də. Ay blaa. Bunun axırı yaxşı yerə getmir də» (Səs 36 saniyə); “PTT-20240225-WA0000.opus_Converted.wav” adlı faylda göndərilmiş: – «Hə qaqam, inşallah ki, helənçik olar. Başqa nə olacağ. Çünki qaqa şər deməsən xeyir gəlməz. Əgər elənçik bir şey olsa problem olsa, it-qurdnan, əgər ilişib eləsələr konkret telefonum sönməz. Çünki mənim qardaşım elə bil ki nətər deyim, oların baxaçağı şey birinci telefondu. İstiyər iranlıyla görüşəndə, istiyər belə tutulanda, çünki bütün sübutlar, dəlillər telefondadı. Gələn zəng var, gedən zəng var. Konkret əgər elə bir şey olsa (başa düşülmür) açıq saxlayırlar. Çünki konum var orda, iranlı konum atır, obişim belə-belə şeyləri (başa düşülmür). Mən belə fikirləşirəm ki, qağa nəsə başqa tema deyil. İnşallah ki, xəbər bilərsiniz qağa. Bidəki baa mən onun gedib-gəldiyi iranlı yanına belə problem yaradan adam deyil də, iş görən adamdı konkretni» (Səs 46 saniyə); “PTT-20240225-WA0010.opus_Converted.wav” adlı faylda göndərilmiş: – «Hə, hə, brat hə. Torpaq deyirəm. Elə bil günorta bölüşdüyümüz kimi də. Elə bil ağsaqqal var idi haa ona da blaca deyil helənçik. Şey imkan var idi atmağa böyrünə. Prosdu elə bil şeydi, dedim biləsən mən marağ edib, mən adam gözləyirəm. Belə pis çıxmasın hə də adam gözləyirəm, pul gözləyirəm. Gələn kimi xəbər edəcəm əmioğlu. Yarım saata zada inşallah. Sən də o saata kimi bir şey edə bilsən, həll edə bilsən rahatçılıq olardı da dedim brat. Şeydi yubanmağa görə qağa Allah haqqı vara, yani əməliyyata-zada girdim brat, narkozmarkoz əsəblərim yerində döyül də. Belə əsəb, nervi üçün demirəm, brat özüm pis oluram qaqa allaha and olsun qağa. Kimisə gözləyirəm brat. Ürəyim partlayır qağa qurana and olsun. Taksidə elə bil qabağ bu yannan ufuldiyir bildun. Vapşa uje başım xarab olmuşdu da sən öl. Nə bilim qağa sənə qabağcadan deyirəm. Şeydi aşırda bilsək rahatçılıq olar da, bildun nətər. Həm elə rahatdı da brat. Salam-sağol var ol belə bir o nə deməkdi. İnaşallah oturarıq brat. Öpürəm» (Səs 1 dəqiqə 24 saniyə); “PTT-20240225-WA0015.opus_Converted.wav” adlı faylda qəbul edilən: – «Ayə hə əlbətki, aç denən vəziyyət budu. Aç denən vəziyyət budu. Bilirsən nətər vapşe hörmətsilik edir. Adamı qıcıqlanıdırır. Hə elə sən demişkən 15-20 dəqiqəyə yığırdın ki, nə oldu, nə oldu. Nə bilime. Yaxşı olan inşallah. Dünən onu deyirdime, Elçindən xəbər çıxmadı, o da fırlatdı getdi?» (Səs 24 saniyə); “PTT-20240225-WA0104.opus_Converted.wav” adlı faylda qəbul edilən:– «Ba bilirsən nə deyirəm aa, konum da elə düz ünvanın üstüdü haa. Yazıda atıbdı. Bi dənə ağac var onun dibindədi. O pllakatı gördün düş yerə sağ elə. Düş yerə 30 metr ged qabağa yaxşı, çox kənar deyil 30 metrdi. Bi dənə ağacın dibindədi götür get. Allah xeyrini versin. Mənimdə pul-paramı vurginən. Götürdün mənə bir dənə okey atginən» (Səs 27 saniyə); “PTT-20240225-WA0007.opus_Converted.wav” adlı faylda qəbul edilən: – «Bu məndən tez-tez soruşur, götürdü? Tez-tez soruşur götürür ya yox. Dedim vallah deyir çıxmışam. Mən bilmirəm problem nədisə, yani Salyandan Bəhrəmtəpəyəcən 40 dəqiqə, 1 saat olar. Amma yeddinin yarısından demək olar ki, səkkizə 30 dəqiqə işləmiş çıxıbsan, saat da indi biri keçibdi. Hələ bir iş görməyibsən. Lazım deyilsə həə, başa dolannam mən istəyirəm gedəm yatam» (Səs 33 saniyə).Yuxarıda qeyd olunan səs yazıları 5 vərəqdə çap edilərək protokola əlavə olundu.3-cü disk “HP” markalı komuterə qoşulub baxıldı və “Photos” bölməsində üzərində narkotik vasitə olan elektron tərəzinin şəkilləri aşkar edildi. Həmin şəkillər “HP Smart Tank 515” markal printerlə 2 vərəqdə çap edilərək protokola əlavə olundu. İş materiallarında olan 14 may 2024-cü il tarixli «diskə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, "xxxx" MMC-dən 508746962_SMS.txt” adlı faylda, yəni ***-***-**- ** nömrəli mobil telefonla aşağıdakı məzmunda ismarıclar qəbul edilmiş və göndərilmişdir: -14 noyabr 2022-ci il tarixdə, saat 13:47:57-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə: “Qaqa qadu alaram lomkada olan var insallah cox gec olar men dedim naxadu uxadi olar oncun”; -14 noyabr 2022-ci il tarixdə, saat 18:46:47-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə: “Qaqaş mellimdi. sadiqin qonagi var evindedi. zengu gozlirem 3 saatdi. uje. salafansiz 1.1 sennen goturecem. hardasan xeber et gelim. geceye lazim deyil. men sadiqe dedim axi 1 saata alinirsa etsin.gozlirem”; -30 dekabr 2022-ci il tarixdə, saat 23:45:30-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə: “Neterdi. qaqa biraz kola ola belke varsa bide xeber elede mende biraz pati var barter eleyek. olsa bide xeber edersen”; -26 yanvar 2023-cü il tarixdə, saat 14:03:49-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə: “Habil 20 ni düz qoş gelib 1 saata goturum”; -26 yanvar 2023-cü il tarixdə, saat 17:46:19-da ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə: “Qaqa danisa bilmirem gelsinler evdekiler atacam qaqam birde qaqa sen canin o neydi yas dedin ama dedegoru hecne dilxor olmusam seher acilandan, Yenede sagol e prosta dedimki bilesen qardascani geldim acdim toz olmusdu”; -26 yanvar 2023-cü il tarixdə, saat 17:50:08-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə: “Sen sagol. He qaqa ele veride dunenkindendide. qaqaş gösterdim axi sene. he vapcatda atmişam sene kartin kodun atmisam. gör qaqa ne qeder tez olsa yaxşi olar. eve cörey bazarliq etmeliyem senol qardaşca seni gözduyrem.1 saata kimi atasende yeqin?”; -6 mart 2023-cü il tarixdə, saat 15:14:59-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə: “Salam. qaqas. niyeh. gödermedin. yeka. oğlasan. qaqaşl. varyoxun. nehlet. buh. uşaql. pis. vezyetde. qallb. yanih. allah. and. olsun. pisdih. vezyet. yani h.uşaq.plravlemded”; -9 aprel 2023-cü il tarixdə, saat 17:09:19-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə: “Qaqa bura yogma evindi pul kocmir m10 deyesen qutarib balansda”; -30 aprel 2023-cü il tarixdə, saat 20:58:51-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə: “Qaqa kecen gunu de 15 man verdin mene hecne keyfiyyetide cekiside sora 10 mana verdin eledise baxacam yaninda meni yola vurma ne goturum torpag ya pulunu verim”. “514665245_SMS.txt” adlı fayda, yəni ***-***-**-** nömrəli mobil telefonla aşağıdakı məzmunda ismarıclar qəbul edilmiş və göndərilmişdir: -7 iyul 2023-cü il tarixdə, saat 14:41:22-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə: “Qaqa 28 manatliq de brat gozleyirem”; -14 iyul 2023-cü il tarixdə, saat 21:43:00-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə: “Brat mehelle usaglarini bugun tutmusdular yarim saat bundan qabag idalda raslasdim dedim ikinizide buraxdilar dedi he hemese buraxillar ozunen mugayet ol”; -23 iyul 2023-cü il tarixdə, saat 02:29:30-da ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə: “Brat bacanag bize arxayin olub balalarin goturub saat 12-nin yarsi olacag bizde isin duzelen kimi cixacag bakiya oyagolda qardasimsan pis veziyyetde qalmayag”; -26 iyul 2023-cü il tarixdə, saat 01:23:35-də ***-***-**-** saylı mobil nömrədən ***-***- **-** saylı mobil nömrəyə: “Qaqa gec olacagki deyirsen eve get berk agridayamda brat biraz ustune hemisekinen sepersen pabratski deyirema sen qaqamsan menim yaxsi gozdiremde qaqa”; -6 oktyabr 2023-cü il tarixdə, saat 05:40:43-də ***-***-**-** saylı mobil nömrədən ***- ***-**-** saylı mobil nömrəyə: “Brat danisa bilsen nisye deme pulum var”. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli «dinləməyə aid istintaq hərəkəti» protokoldan görünür ki, İbtidai istintaq zamanı şübhəli şəxs statusunda olarkən Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı mobil nömrənin olduğu müəyyənləşdirilərək, İmişli rayon məhkəməsinin 8 aprel 2024-cü il tarixli qərarı ilə 2 ay müddətində həmin telefonla aparılan danışıqlar ələ keçirilmişdir.Onun telefola apardığı danışıqlar ələ keçirilərkən aşağıdakı məzmunlu danışıqlar aparılmışdır: Obyekt - Təqsirləndirilən şəxs2 - **********05. Zəng vaxtı: 7 may 2024-cü il, saat 23:01:49. Obyekt **********97 nömrə məxsusdur - ABDULLAYEVA GÜNEL BƏXTİYAR QİZİ - 1990-10-17 telefon nömrəsinə, bir kişiyə zəng edir: Kişi: Hǝ. Elçin: Salam. K: ǝ, sən zəng vuranda xəstəxanada idim. "Skoraya" aparmışdı məni. E: Nə olub, ale? K: Vaqif yoxdur qonşu? E: Hǝ. K: Zəng elədim, anası götürdü, v obşem, sonra verdi dədəsinə. Dedi: "Qaqaşı tutublar". V obşem, torpaq lazım idi. E: Hǝ. K: Dedi: "10 dəqiqəyə gələrsən”. Gedib götürdük. 2 nəfər idik də. Ölənlərimizin qəbrinə and olsun ki, mənim ürəyim getdi, birinin də ürəyi getdi. Əməlli-başlı ürək sıxıldı, getdi. E: Dərmandan idi? K: Allah... E: Ürəyim partlayırdı, dedim, bir-iki tüstü vurardım, bayaq ona görə yığırdım. K: Yalan deyən oğraşdır, nə günə qaldıq. Deşik-deşik olub, mənim kimi iynədən qorxmayan adam, Allahımıza and olsun ki, ölürəm. Mən belə şey görməmişəm...Bu nə oğraş adam imiş. Zəng vururam, götürmür e, gedim pulu alım. Elə şey satarlar, ǝ, adama? Dedi, bomba kimi tema da, dedim, Allah köməyin olsun. Mən bu yaşa gəlmişəm, bir belə narkomanların içində olmuşam, belə bir şey mən görməmişəm. E: Xəbər eləyərsən, gəlib oturub, dərdləşərik. K: İnşallah. Səhər bir şey olsa, oturarıq Allah qoysa. E: Başına dönərəm, özündən muğayat ol. K: Nə bilim, ale, bunun varına-yoxuna lənət. Oldu, başına dönüm. E: Davay. Obyektin yeri - Salyan rayonu, Baki-Astara magistralinda olan ticarat va yemekxana obyekti (Salyan - Aran) Zəng vaxtı: 9 may 2024-cü il, saat 12:49:52. Obyekt +**********86 nömrǝ maxsusdur SALMANOVA SAMİRƏ AĞADADAŞ QİZİ - 1963-03-06 telefon nömrəsinə, bir kişiyə zəng edir: Elçin: Ay salam ǝleykum. Kişi: Salam. E: Nə yaxşı durmusan, başına dönüm. Bir dənə elə bil ki, yarım saata, otuz beş-beş, gəlib dəyə bilərəm? K: Hǝ. E: Sənin başına dönərəm, hazırla, bir yarım saata gəlirəm. K: Yaxşı. E: Oldu. Başına dönərəm. Obyektin yeri - Salyan rayonu, Baki-Astara magistralinda olan ticarat va yemekxana obyekti (Salyan - Aran) Zəng vaxtı: 9 may 2024-cü il, saat 14:50:17. Obyekt +**********86 nömrə məxsusdur – SALMANOVA SAMİRƏ AĞADADAŞ QİZİ- 1963-03-06 telefon nömrəsinə, bir kişiyə zəng edir. Kişi: Hǝ. Elçin: Başına dönərəm, indi çıxdım bayıra. Qırx manat da verdim də. Onu gətir, yola sal, sənə qurban olaram. K: Yaxşı. Obyektin yeri - Salyan rayonu, Baki-Astara magistralinda olan ticarat va yemekxana obyekti (Salyan - Aran) Zəng vaxtı: 9 may 2024-cü il, saat 15:13:59. Obyekt +**********16 nömrə məxsusdur ABDULLAYEV NAZİM ƏLÖVSƏT OĞLU- 1979-08-05 telefon nömrəsinə, bir kişiyə zəng edir. Kişi: Hǝ. Elçin: Varina-yoxuna lənət, ölürdüm. Ölmək nə təhər olur? K: Hǝ. E: Ölürdüm, axır nəfəsim idi. K: Düzəldin? E: İndi bir yer var, bu dəqiqə vurdum, indi gəlmişəm. K: Golim, bir damcı da mənə ver do, no olar. Pambıqdan, sudan-zaddan. E: Pambıq olur məndə? Mən işlənmiş şpris saxlamıram, nəinki pambığı. K: Hə də, bir dənə mənə də ver də, nə olar. E: Haradan verim, özüm vurdum deyirəm. K: Hamısını vurdun? E: Sen vurmusan da... (qeyri-etik ifadə)... K: Quran haqqı, beş manatım var idi. E: Beş manatdan aldın? K: On manat da Müşi qoydu, beş manat da mənə. E: Kimdən aldın? K: Pərvindən. E: On beş manatınız var idi, elə məni yığardın da. K: Prosto sən görmədin, nə vaxt düzəldi? 3-ə qalmış düzəldi dünən, xəbərin var idi. Səhəri diri açdım e. E: Deyirəm, mən də yatmamışam. K: Nə təhər olacaq, ǝ? E: Konkret yatmamışam e, and olsun Allaha... (danışıq kəsilir). Obyektin yeri - Salyan rayonu, Baki-Astara magistralinda olan ticarat va yemekxana obyekti (Salyan-Aran) Zəng vaxtı: 17 may 2024-cü il. Saat 14:48:18. Obyekt +**********36 nömrə məxsusdur - AXUNDOV ŞAHİN SAKİT OĞLU-1975-06- 19 telefon nömrəsinə, bir kişiyə zəng edir. Kişi: Hə, qaqa. Elçin: Hazırdır, gəlim? K: Hǝ. E: Na xodu-uxodudur da? K: Hə, gəl. E: Hə, yaxşı, gəlirəm. Obyektin yeri - Salyan rayonu, Baki-Astara magistralinda olan ticarat va yemekxana obyekti (Salyan - Aran). Zəng vaxtı: 17 may 2024-cü il, saat 15:17:46. Obyektə +**********36 nömrǝ maxsusdur - AXUNDOV ŞAHİN SAKİT OĞLU-1975- 06-19 telefon nömrəsindən bir kişi zəng edir. Kişi: Alo? Elçin: Hə, brat. K: Nə oldun bəs sən? E: Zəng elədim də, sən açmadın, qaqaş. Haradasan sən? K: Məhəllədə. E: Götürmüsən? K: Pulu verǝsən ki, götürüm də. E: Hələ gedib götürəcəksən, hə? K: Na xodu da. E: Mən götürdüm də buradan. K: Ağartı götürdün, kola? E: Kola, ağartı yoxdur. K: Tam var kola biri səndə? E: Hǝ. K: (aydın deyil).... yanındayam da. E: Mən də bu yandayam da. K: Gec gələrsən? E: Bir 15 dəqiqəyə. K: Gözləyim, yoxsa gedim?.. (danışıq kəsilir). Obyektin yeri - Salyan rayonu, Baki-Astara magistralinda olan ticarat va yemekxana obyekti (Salyan - Aran) Zəng vaxtı: 17 may 2024-cü il, saat 15:27:39. Obyektə +**********79 nömrə məxsusdur - HƏSƏN İSMAYİLOV ABDULRƏHMAN OĞLU- 1979-04-19 bir kişi zəng edir. Elçin: Bəli. Kişi: Qaqa? E: Hǝ. K: Ağartı elə bil ki, yoxdur da. Partizandır, torpaqdandır. E: Torpaq? K: Hə, dədə. E: Yaxşısındandır? K: Olsa, bir yarım saata olacaq. E: Torpaq yaxşısındandır? K: Torpaq belə də, pisindən deyil, babatdır. E: Dünənkilərdən? K: Yox, yaxşı. E: Bir tikə pay verə bilmzəsən mənə? K: İndi nə deyirəm sənə, qoy gəlsin, çıxsın. Zəng ataram, gələrsən, verərəm bir çıqqılı sənə, baxarsan. E:Hə, yaxşı, Gələ bilməsəm, dostlarım.... K: Sən gəlməsən mən gələrəm ora? Ay qaqa, telefonu bir yaxın tut da........ İş materiallarında olan 22 iyun 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protkoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadələri yerində yoxlanılarkən, o, “Əli dayı” adlı İran İslam Respublikasının vətəndaşının bağlamanı qoyduğu yeri göstərətək, ifadəsində göstəridiyi xüsusası bir daha etiraf edərək, həmin hadisələri əyani şəkildə göstərmişdir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli «ifadənin yerində yoxlanılması haqqında» protkoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadələri yerində yoxlanılarkən, o, “Əli dayı” adlı İran İslam Respublikasının vətəndaşının bağlamanı qoyduğu yeri göstərətək, ifadəsində göstəridiyi xüsusası bir daha etiraf edərək, həmin hadisələri əyani şəkildə göstərmişdir. İş materiallarında olan 23 iyun 2024-cü il tarixli «ifadələrin yerində yoxlanılması haqqında» protolkldan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar Şahid3, Şahid5, X7 və Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmədə dindirmə istintaq hərəkətləri aparılmış, üzləşdirmə zamanı Şahid3, Şahid5, Şahid4, Şahid2 istintaqa verdikləri ifadələrini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 gecə vaxtı ot ərazidə içərisində narkotik vasitələr, psixotorop maddə və odlu silah olan bağlamanı axtardıqlarını, bu zaman Allahşükürün göstərdiyi istiqamət üzrə Elçinin hərəkət edib orada ot ərazinin içərisindən bağlama götürdüyünü və həmin bağlamanı Allahşükürün ayağının yanına qoyduğunu göstərmişlər. İş materiallarında olan 23 iyun 2024-cü il tarixli «ifadələrin yerində yoxlanılması haqqında» protolkldan görünür ki, ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar Şahid3, Şahid5, X7 və Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmədə dindirmə istintaq hərəkətləri aparılmış, üzləşdirmə zamanı Şahid3, Şahid5, Şahid4, Şahid2 istintaqa verdikləri ifadələrini bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 gecə vaxtı ot ərazidə içərisində narkotik vasitələr, psixotorop maddə və odlu silah olan bağlamanı axtardıqlarını, bu zaman Allahşükürün göstərdiyi istiqamət üzrə Elçinin hərəkət edib orada ot ərazinin içərisindən bağlama götürdüyünü və həmin bağlamanı Allahşükürün ayağının yanına qoyduğunu göstərmişlər. İş materiallarında olan 29 fevral 2024-cü il il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 03:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 fevral 2024-cü il il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 04:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İmişli rayon məhkəməsinin 01 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmanın əvvəli 29 fevral 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli İmişli RPŞ-nin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri» seçilmiş və o həmin tarixdə həbsdən azad olunmuşdur. İş materiallarında olan 24 iyul 2024-cü il il tarixli «şübhəli şəxsin dindirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İmişli rayon məhkəməsinin 25 iyul 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs olunmanın əvvəli 24 iyul 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 mart 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, 29 fevral 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 üzərindən 01 ədəd zərfdə 01 ədəd nömrəsiz, İspaniya dövlətində istehsal olunmuş 9 mm kalibirli "STAR" modelli, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, üzərində zavod nömrəsi, istehsal ili müşahidə olunmayan odlu silah, həmin silaha aid zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9x19 mm kalibrli, atəş üçün yararlı 12 ədəd patron və həmin patronları yerləşdirmək üçün 01 ədəd zavod üsülu ilə hazırlanmış daraq, ekspertiza tədqiqatından sonrakı qalıq 6069,70 qram qurudulmuş marixuanna, 0,470 qram narkotik vasitə heroin, 11,024 qram narkotik vasitəsi tiryək və 19,830 qram psixotrop maddəsi metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün İmişli RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 01 iyul 2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, ekspertiza tədqiqatından sorakı qalıq 78 ədəd metadon həbləri maddi sübut kimi tanınaraq İmişli RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 10 mart 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məxsus “Xiaomi” markalı mobil telefon ağ və açıq göy rəngədir. Telefonun ön yuxarı hissəsində kamera vardır. Arxa tərəfində aşağı hissəsində “Mİ” sözləri yazılmışdır. Telefonun yuxarı hissəsində telefonun kilidini açmaq üçün barmaq izinin yeri vardır. Yuxarı sol hissəsində 2 kamera və bir işıq vardır. Telefonun ekranının şüşəsi çartlamış vəziyyətdədir. Arxa hissəsində hər hansı bir zədə yoxdur. Telefonun ekranının şüşəsində çat olmasına baxmayaraq işlək vəziyyətdədir. «1235789» kodu yığıldıqdan sonra telefonun kilidi açılır. Telefonun kilidi açıldıqdan sonra telefonun «Menyu»suna daxil olundu. Telefonun «Menyu» bölməsinə daxil olduqdan sonra telefonun “Whatsapp” ani mesajlaşma proqramına daxil olmaq üçün «1478» kodundan istifadə edildi. “Whatsapp” ani mesajlaşma proqramında Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi “Əli” adlı şəxsin telefonu kontakta “Əli.Dayi” kimi qeyd edilmiş və onun mobil nömrəsi +98 914 352 70 87dir. 25 fevral 2024-cü il tarixdən etibarən Təqsirləndirilən şəxs1 “Əli.Dayi” adlı şəxslə danışıqları mövcuddur. Sonuncu dəfə 29 fevral 2024-cü il tarixdə saat 01:48-də Allahükür Yusibov “Əli.Dayi” ilə 1 dəqiqə danışıq aparmış, lakin saat 01:52-də “Əli.Dayi”-nın zənginə cavab verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 noyabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 mart 2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Daha sonra o, Salyan rayon məhkəməsinin 29 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin 5 aprel 2021-ci il tarixli qərarı ilə 21 (iyirmi bir) gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu ödənilməmişişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Tərtər Hərbi Məhkməsinin 5 iyun 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirili bilinib 04 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş, 19 dekabr 2014-cü ildə cəzasını tam çəkib qurtarmışdır. Məhkumluğu ödənlimişdir. Daha sonra o, Salyan rayon məhkəməsinin 9 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Repsublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, 10 noyabr 2022-ci ildə cəzasına tam çəkib qurtarmışdır. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla stintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, şübhəli şəxs qismində dindirilmiş Şahid9 üzərlərində şəxsi axtarış və sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilən görüntüləri özündə əks etdirən 04 ədəd “DVD” disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1n məxsus “X16 5” markalı mobil telefona təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə edilmiş 03 ədəd disklə birlikdə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında 27 avqust 2024-cü il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi» haqqında qərardan görünür ki, «ƏLİ» adlı şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin materiallarından ayrıca cinayət işi icraata ayrılmışdır. İş materiallarında olan Respublika Narkoloji Mərkəzindən daxil olmuş 25 aprel 2024-cü il tarixli xx/xx-4857 saylı məktubdan görünür ki, xx xxxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində narkoloji qeydiyyatda yoxdur. 9 iyul 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 21 noyabr 2022-ci il tarixdə və 16 noyabr 2022-ci il tarixdə “Opioid qəbulu nəticəsində aslılıq sindiromu” diqanozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində narkoloji qeydiyyatda olmuşdur. İş materiallarında olan “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş 7 may 2024-cü il tarixli 18-1-68/2-918/2024 saylı məktubdan görünür ki, Salyan rayonu, Kürqaraqaşlı kənd sakini, xx xxxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 11 fevral 2024-cü il tarixdə saat 10:45-də “Sağ qamış sümüyünün distal şöbəsinin yerinidəyişən açıq sınığı" (deməsinə görə zabordan tullanıb ayağı sınıb), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, 9 iyul 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 16 dekabr 2023-cü il tarixdə saat 13:50-də "Öd daşı xəstəliyi" (xəstəlik) (Analqin, Dimedrol v/d., Papaverin, Diklofenak ǝ/d.), ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, xx xxxx 2000-ci il təvəllüdlü Şahid9 24 mart 2023-cü il tarixdə saat 16:56-da "Burunun üst nahiyəsinin əzilməsi. Döş qəfəsinin ön hissəsində sıyrıqlar" (xəstənin deməsinə görə tanımadığı şəxs tərəfindən döyülüb) diaqnozu ilə ambulator müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Salyan RİHB-nın Kürqaraqaşlı kənd İƏDN-yi tərəfindən verilmiş arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından ibarətdir, yaşadığı müddətdə barəsində heç bir yazalı şikayət daxil olmamaş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Salyan RİHB-nın Salyan şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyatnamədən görünür ki, Abdullayev X8 şəhəri M.F.Axundov küçəsi 36-da qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi aravadından ibarətdir. yaşadığı müddətdə barəsində heç bir yazalı şikayət daxil olmamaş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə əməlləri düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, əməllərini yüngülləşdirən hallar müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında qeyd olunur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərin ifadələrinə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs1 ifadəsində “10 qram heroin götürmək üçün getməsi, polis əməkdaşları tərəfindən üzərlərinə külli miqdarda narkotik vasitə və silah qoymaları, polis əməkdaşları tərəfindən döyülməsi, Təqsirləndirilən şəxs2 onun 10 qram narkotik vasitə götürməsi üçün getməsi” xüsusatları, Təqsirləndirilən şəxs2 ifadəsində “Allahşükür Yusubovun ona tanışından pul götürməyə getməsi, İmişli rayonunda Allahşükür Yusubovun təbii ehtiyacını ödəmək üçün avtomobildən düşməsi, onun da Allahşükürə kömək etməsi, narkotik vasitələr və silah olan bağlama götürməməsi” xüsusatları iş materiallarına uyğun olmayan, özlərini müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onların ifadələrini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayəti Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 noyabr 2006-cı il tarixli hökmü ilə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 oğlu hazırkı iş üzrə cinayəti Salyan Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli hökmü ilə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhvə əmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, Təqsirləndirilən şəxs2 İmişli RPŞ-i tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti cəza təyin edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyləinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - İmişli RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq ekspertiza tədqiqatından sonrakı qalıq 6069,70 qram qurudulmuş marixuanna, 0,470 qram narkotik vasitə heroin, 11,024 qram narkotik vasitəsi tiryək, 19,830 qram psixotrop maddə metamfetamin və 78 ədəd metadon həbləri məhv edilməli, 01 ədəd nömrəsiz, İspaniya dövlətində istehsal olunmuş 9 mm kalibirli "STAR" modelli, yivli, texniki cəhətdən saz və atəş üçün yararlı, üzərində zavod nömrəsi, istehsal ili müşahidə olunmayan odlu silah, həmin silaha aid zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 9x19 mm kalibrli, atəş üçün yararlı 12 ədəd patron Daxili İşlər Nazirliyinin X14 Baş İdarəsinə təhvil verilməli, şəxsi axtarış və baxış keçirilməsinə dair qedə alınmış videogörüntülərin əks olunduğu 04 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs1 məxsus “X16 5” markalı mobil telefona onun qohumlarına qaytarılmalıdır. İş üzrə 293 (iki yüz doxsan üç) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 126 (yüz iyirmi altı) manat 95 (doxsan beş) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəlinin 29 fevral 2024-cü il tarixdən və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin 24 iyul 2024-cü il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X1 cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək X4 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 29 fevral 2024-cü il tarixdən hesablansın. X4 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 126 (yüz iyirmi altı) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 228.2.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin orlunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 8 (səkkiz) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 126 (yüz iyirmi altı) manat 95 (doxsan beş) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq – İmişli Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 6069,70 qram narkotik vasitə qurudulmuş marixuanna, 0,470 qram narkotik vasitə heroin, 11,024 qram narkotik vasitə tiryək, 19,830 qram psixotrop maddə metamfetamin və 78 ədəd metadon həbləri məhv edilsin. İmişli Rayon Polis Şöbəsində saxlanılan İspaniya dövlətində istehsal olunmuş, 9 mm kalibrli “STAR” modelli, yivli, nömrəsiz, texniki cəhətdan saz və atəş üçün yararlı odlu silah tapança, həmin silaha aid zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x19 mm kalibrli Parabellum 12 ədəd patron və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x19 mm kalibirli patronları yerləşdirmək üçün nəzərdə tutulan 01 ədəd daraq Daxili İşlər Nazirliyinin X14 İdarəsinə təhvil verilsin. İş materiallarına əlavə olunmuş şəxsi axtarış keçirilmə və avtombilə baxış keçirilməsinə dair videoçəkilişləri əks etdirən ümumilikdə 3 (üç) ədəd CD disk cinayət təqibi üzrə materialların saxlama müddəti ərzində işdə salanılsın. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məxsus “X16 5” markalı mobil telefona onun qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Allahşükür Yusubov və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar