Məhkəmə qərarları › İş №1(099)-111/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-111/2022

13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-111/2022 13.05.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, müvafiq olaraq onların müdafiəçiləri olan Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olan, Astara şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1967-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, Astara şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxx 1974-cü il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər şəxslə satış məqsədilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra, bu məqsədlə təmiz çəkisi 14,025 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroin (bundan sonra - heroin) və təmiz çəkisi 1,677 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən psixotrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) əldə etmiş, həmin kütlələri Təqsirləndirilən şəxs2 payına müvafiq olaraq təmiz çəkiləri 5,742 qram və 0,926 qram təşkil edən heroin və metamfetamin, Təqsirləndirilən şəxs3 payına isə müvafiq olaraq təmiz çəkiləri 8,283 qram və 0,751 qram təşkil edən heroin və metamfetaminin düşməsi ilə nəticələnən qaydada aralarında bölüşdürdükdən sonra Astara şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında yerləşən, yaşadıqları evin (bundan sonra - yaşadığı ev) ayrı-ayrılıqda qaldıqları yataq otağına daşımış və orada saxlamışlar. Təqsirləndirilən şəxs2 öz payına düşən heroin və metamfetaminin müvafiq olaraq təmiz çəkiləri 2,326 qram və 0,926 qram təşkil edən hissələrini Təqsirləndirilən şəxs3 məlumatı və iştirakı olmadan 19 sentyabr 2021-ci il tarixdə Astara şəhərində qonşusu Təqsirləndirilən şəxs1 müəyyən məbləğdə pula satmış, öz payına düşən heroinin ümumi təmiz çəkisi 3,416 qram təşkil edən qalan hissəsini ayrıayrılıqda təmiz çəkiləri 1,095 qram, 1,116 qram və 1,205 qram təşkil edən cəmi üç ədəd kiçik bükümlərdə yaşadığı evin öz yataq otağında televizor pultunun batareya yuvasında, Təqsirləndirilən şəxs3 isə öz payına düşən heroini yaşadığı evin öz yataq otağında olmaqla, konkret olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,082 qram təşkil edən hissəsini pəncərənin qarşısında olan boşqabın arxa tərəfində, cəmi dörd ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 1,095 qram, 1,248 qram, 1,256 qram və 4,602 qram təşkil edən hissələrini isə yaşadığı evin yataq otağındakı şkafın içərisində olan qutudakı sellofan qovluqda, metamfetamini bir ədəd bükümdə pəncərənin qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq 19 sentyabr 2021-ci il tarixdə Astara şəhərində qonşusu Təqsirləndirilən şəxs2 müəyyən məbləğdə pula almaqla təmiz çəkisi 2,326 qram, yəni külli miqdar təşkil edən heroin və təmiz çəkisi 0,926 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamini əldə etmiş, həmin heroini cəmi doqquz ədəd kiçik bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,242 qram, 0,249 qram, 0,251 qram, 0,252 qram, 0,256 qram, 0,257 qram, 0,258 qram, 0,259 qram və 0,302 qram, həmin metamfetamini isə cəmi üç ədəd kiçik bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,22 qram, 0,322 qram və 0,384 qram olmaqla əynində olmuş şalvarın sağ yan cibində saxlamış və daşımışdır. Göstərilən kütlələr 19 sentyabr 2021-ci il tarixdə Astara Rayon Polis Şöbəsinin (bundan sonra – Astara RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Astara şəhəri ərazisində saxlanıldıqdan və şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadıqları evdə axtarış keçirilərkən saxlanıldığı göstərilmiş yerlərdən, həmçinin Təqsirləndirilən şəxs2 qaldığı yataq otağındakı televizor altlığının üzərindən bir ədəd elektron tərəzi aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər heroin və metamfetamindən istifadə etmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, eləcə də qonşusu Təqsirləndirilən şəxs1 heroin və ya metamfetamin satmamış, narkotik vasitə və psixotrop maddələrin satışının təmin edilməsi məqsədi ilə hər hansı şəxslə, o cümlədən İran İslam Respublikası (bundan sonra – İran İR) vətəndaşı və qardaşı İlqarla (bundan sonra - İlqar), eləcə də hər hansı İran İR vətəndaşı ilə sonuncunun İran İR-dən Azərbaycan Respublikasına göndərəcəyi və ya gətirəcəyi narkotik vasitə və ya psixotrop maddəni Astara şəhərində qəbul edəcəyi barədə razılaşmamışdır. O və İlqar ailə üzvləri ilə eyni ünvanda yerləşən, bir-birinə bitişik olan, iki girişli fərdi yaşayış evində ayrı-ayrılıqda yaşamışlar. 19 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Astara RPŞ-nin bir neçə nəfər əməkdaşı yaşadığı evin həyətinə gəlib evinə giriş qapısını döymüşdür. Həmin vaxt evdə tək olmuşdur. Qapını açdıqdan sonra polis əməkdaşları ona üzərində və ya yaşadığı evdə narkotik vasitələr saxlamasında şübhəli olduğunu demişlər. Bu səbəbdən yataq otağında televizor pultunun batareya yuvasında saxladığı, üç ədəd kiçik bükümlərdə, ayrı-ayrılıqda 0,4 qram, cəmi 1,2 qram çəkidə olmuş heroinləri polis əməkdaşlarına təqdim etmiş və yaşadığı evdə axtarış aparılmasına yazılı qaydada razılıq vermişdir. Onun təqdim etdiyi heroinlər qablaşdırılıb götürülmüşdür. Ona qarşı irəli sürülmüş ittihamda yaşadığı evdən aşkar edilmiş heroinin təmiz çəkisinin 3,416 qram olması göstərildiyinə görə onun təqdim etdiyi heroinlərin çəkisinin polis əməkdaşları tərəfindən sonradan onun görmədiyi şəraitdə artırıldığını hesab edir. Polis əməkdaşları yaşadığı evdə keçirdikləri axtarış zamanı ona yataq otağından guya bir ədəd elektron tərəzi aşkar etdiklərini desələr də, əslində yaşadığı evdə elektron tərəzi olmamışdır. Buna görə də yaşadığı evə həmin elektron tərəzinin polis əməkdaşları tərəfindən qoyulduğunu hesab edir. Lakin bu halın şahidi olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmiş və digər formada qanunsuz təsir göstərilməmişdir. İbtidai araşdırma zamanı bütün izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə vermiş və imzalamışdır. Həmin izahat və ifadələrində guya yaşadığı evdən aşkar edilmiş elektron tərəzinin ona məxsus olması və həmin tərəzidən narkotik vasitələrin satışı məqsədilə istifadə etmədiyini polis əməkdaşlarının təklifi ilə demişdir. Polis əməkdaşlarına təqdim etdiyi heroinləri 2021-ci ilin sentyabr ayının əvvəllərində Astara şəhərində Azərbaycan-İran sərhədinin yaxınlığında yerləşən “Avtobaza” adlandırılan yerin qarşı tərəfində, bulvarın qarşısından keçən avtomobil yolunun kənarında Azərbaycan Respublikasından İran İR-ə gedən yük avtomobilinin sürücüsü olduğuna görə İran İR vətəndaşı olmasını ehtimal etdiyi, əvvəllər tanımadığı şəxsdən satış deyil, şəxsən istifadə etməsi məqsədilə müəyyən məbləğdə pul verməklə almışdır. Bu zaman İlqar yanında olmamışdır. Əvvəllər həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. İlqarın da həmin şəxsdən heroin və metamfetamin aldığını bilmir. Polis əməkdaşları onun yaşadığı evdə axtarış keçirərkən İlqar öz yaşadığı evdə olmuşdur. Buna görə də polis əməkdaşları İlqarın da yaşadığı evdə axtarış keçirmişlər. Onun və İlqarın yaşadığı evdən aşkar edilmiş heroinlərin eyni tərkibli olmasının səbəbini izah edə bilmir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə 20 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində verdiyi izahat və ifadəsi, 21 sentyabr 2021 və 18 noyabr 2021-ci il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 19 sentyabr 2021-ci il tarixdə yaşadığı evdən aşkar edilmiş bir ədəd elektron tərəzi ona məxsusdur. Həmin tərəzi işlək vəziyyətdə olmamışdır. Evində elektron tərəzinin olması normal haldır (İ cild, səh. 38- 41, 69-71, 118-121, 153-155, İİ cild, səh. 55-58). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əvvəllər heroin və metamfetamindən istifadə etmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitə və psixotrop maddələrin satışının təmin edilməsi məqsədi ilə hər hansı şəxslə, o cümlədən İran İslam Respublikası (bundan sonra – İran İR) vətəndaşı və qardaşı Eminlə (bundan sonra - Emin), eləcə də hər hansı İran İR vətəndaşı ilə sonuncunun İran İR-dən Azərbaycan Respublikasına göndərəcəyi və ya gətirəcəyi narkotik vasitə və ya psixotrop maddəni Astara şəhərində qəbul edəcəyi barədə razılaşmamışdır. O və Emin ailə üzvləri ilə eyni ünvanda yerləşən, bir-birinə bitişik olan, iki girişli fərdi yaşayış evində ayrı-ayrılıqda yaşamışlar. 19 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evin həyətində olarkən Astara RPŞ-nin bir neçə nəfər əməkdaşı həyətinə girib onu saxlamışlar. Həmin ərəfədə evinə giriş qapısı bağlı olmuş, yalnız mətbəxin pəncərəsi açıq olmuşdur. Bir qədər sonra polis əməkdaşları ona yaşadığı evə giriş qapısını açdırıb onunla birlikdə evinə daxil olmuşlar. Bu vaxt Pərviz adlı polis əməkdaşının evində olduğunu görmüşdür. Sonuncunun yaşadığı evə onlardan əvvəl necə daxil olmasını görməsə də, mətbəxin açıq olmuş pəncərəsindən daxil olduğunu ehtimal edir. Polis əməkdaşlarının yaşadığı evdə axtarış keçirərkən yataq otağının pəncərəsinin qarşısındakı boşqabın arxa tərəfindən aşkar etdiyi, çəkisi təxminən 0,25 qram olmuş heroin ona məxsus olmuşdur. Həmin heroini 2021-ci ilin sentyabr ayının əvvəllərində Astara şəhərində Azərbaycan-İran sərhədinin yaxınlığında yerləşən “Avtobaza” adlandırılan yerin qarşı tərəfində, bulvarın qarşısından keçən avtomobil yolunun kənarında Azərbaycan Respublikasından İran İR-ə gedən yük avtomobilinin sürücüsü olduğuna görə İran İR vətəndaşı olmasını ehtimal etdiyi, əvvəllər tanımadığı şəxsdən satış deyil, şəxsən istifadə etməsi məqsədilə müəyyən məbləğdə pul verməklə almışdır. Bu zaman Emin yanında olmamışdır. Əvvəllər həmin şəxsdən narkotik vasitə və ya psixotrop maddə almamışdır. Eminin də həmin şəxsdən heroin və metamfetamin aldığını bilmir. Polis əməkdaşlarının yaşadığı evdə axtarış keçirərkən yataq otağının pəncərəsi qarşısından aşkar etdikləri bir ədəd bükümdə metamfetamin və şkafın içərisində olan qutudakı sellofan qovluqdan aşkar edilmiş dörd ədəd bükümlərdə heroinlər ona məxsus olmamışdır. Həmin kütlələrin yaşadığı evə onlardan əvvəl daxil olmuş Pərviz adlı polis əməkdaşı tərəfindən qoyulduğunu hesab edir. Lakin bu halın şahidi olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmiş və digər formada qanunsuz təsir göstərilməmişdir. İbtidai araşdırma zamanı bütün izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə vermiş və imzalamışdır. Polis əməkdaşları onun yaşadığı evdə axtarış keçirərkən Emin öz yaşadığı evdə olmuşdur. Buna görə də polis əməkdaşları Eminin də yaşadığı evdə axtarış keçirmişlər. Onun və Eminin yaşadığı evdən aşkar edilmiş heroinlərin eyni tərkibli olmasının səbəbini izah edə bilmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər heroin və metamfetamindən istifadə etsə də, onların satışı ilə məşğul olmamışdır. Əvvəllər bir neçə dəfə qonşusu Təqsirləndirilən şəxs2 ilə birlikdə heroindən istifadə etsə də, sonuncudan narkotik vasitə almamışdır. 19 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Astara şəhəri, H.Aslanov küçəsində yerləşən, yaşadığı evə tərəf piyada gedərkən, evinə təxminən 10-15 metr məsafə qalmış polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlamış, orada üzərini yoxlayarkən narkotik vasitə və psixotrop maddə aşkar etməsələr də, Astara RPŞ-yə aparmışlar. Orada Pərviz adlı polis əməkdaşı qolları və ayaqlarını skoçla bağladıqdan sonra şalvarının cibinə bir ədəd kibrit qutusunun içərisində cəmi 12 ədəd bükümdə narkotik vasitə qoymuş, ona zor tətbiq etməklə həmin kütlələri Təqsirləndirilən şəxs2 aldığını etiraf etməyə məcbur etmişdir. Buna görə də məcburiyyət qarşısında qalıb üzərinə şəxsi axtarış keçirilərkən üzərinə qoyulmuş bükümlərdəki narkotik vasitələri cibindən çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitələri Təqsirləndirilən şəxs2 aldığı barədə ifadələr vermiş, həmin protokola və dindirilməsi barədə protokollara imza etmişdir. Bu səbəblərdən göstərdiyi istintaq hərəkəti protokollarının məzmununu təsdiq etmir. Onunla bağlı keçirilmiş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etsə də, sonuncuya, eləcə də hər hansı dövlət orqanına, həbsdə saxlanıldığı Bakı istintaq təcridxanasının rəhbərliyi, orada onu tibbi müayinə etmiş şəxslərə polis əməkdaşlarının ona qarşı etdiyi qanunsuz hərəkətlər barədə məlumat verməmişdir. Bunun səbəbi barədə verilmiş suala cavab vermək istəmir. Bakı istintaq təcridxanasına ilk dəfə qəbul edilərkən bədənində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə: - 19 sentyabr 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən şübhəli şəxs qismində şifahi, sonra yazılı qaydada verdiyi izahatı, müvafiq olaraq 20 və 21 sentyabr 2021-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq, özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, əksər vaxtlarda istifadəsinə lazım olmuş heroini qonşusu Təqsirləndirilən şəxs2 (bundan sonra - Emin) almışdır. Buna görə də 19 sentyabr 2021-ci il tarixdə yaşadığı evə gedərkən Emindən yaşadığı evin həyətinin yaxınlığında şəxsən istifadə etməsi üçün bir ədəd bükümdə heroin bildiyi kütləni 15 manat məbləğində pul verməklə almışdır. Həmin bükümü açdıqda içərisində heroinlə yanaşı, metamfetamin olduğunu görmüşdür. Həmin kütlələri şəxsən istifadəsinə hazırlamaq məqsədilə cəmi 12 ədəd bükümlərə bölüb bir ədəd kibrit qutusuna yerləşdirmiş və əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Bundan dərhal sonra saat 20:30 radələrində yaşadığı ev istiqamətində gedərkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlayıb Astara RPŞ-yə gətirmişlər. Orada videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən şalvarının sağ yan cibində cəmi 12 ədəd bükümdə olmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələri qonşusu Təqsirləndirilən şəxs2 aldığını demişdir. Həmin kütlələr qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 24-27, 29-31, 114-116, 133-136). - 22 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə üzləşdirilərkən verdiyi ifadəsində iş üzrə üzərindən aşkar edilmiş cəmi doqquz ədəd bükümlərdəki heroin və cəmi üç ədəd bükümlərdəki metamfetaminləri sonuncudan almadığını bildirsə də, tanımadığı başqa şəxsdən aldığını göstərməklə, faktiki olaraq həmin kütlələrin özünə məxsus olduğunu bir daha etiraf etmişdir (İ cild, səh. 196, 197). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 19 sentyabr 2021-ci il tarixdə ona Astara şəhər sakinləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 (bundan sonra – Rüfət, Emin, İlqar) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə daxil olmuş əməliyyat məlumatları üzrə həmin şəxslər barəsində qəbul edilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar əsasında həmin tarixdə saat 20:30 radələrində Astara RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə Rüfəti Astara şəhəri, H.Aslanov küçəsində yerləşən yaşadığı evin yaxınlığında evinə tərəf piyada gedərkən üzərində narkotik vasitə olması şübhəsi ilə saxlayıb Astara RPŞ-yə gətirmişlər. Orada sonuncu videoçəkiliş aparılmaqla, həmçinin müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunun içərisində saxladığı cəmi 12 ədəd kiçik bükümlərdə olan narkotik vasitəyə oxşar kütlələri təqdim etmiş, onları həmin gün qonşusu Emindən aldığını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilmədiyini bildirmişdir. Əməliyyataxtarış tədbirlərinin davamı olaraq, həmin tarixdə saat 23 radələrində Emin və İlqarın Astara şəhəri, H.Aslanov küçəsi, ev 5 ünvanında yerləşən, yaşadıqları evin həyətinə gedib onlara özlərini təqdim etmiş, yaşadıqları evdə narkotik vasitə saxlamalarında şübhəli olduqlarına görə axtarış keçirmək istədiklərini demişlər. Onların yazılı qaydada verdikləri razılıq əsasında Astara RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Əliyev Murad Hicran oğlu ilə Eminin, Şahid2 və Şahid5la ilə İlqarın yaşadıqları, bir-birinə bitişik olan, iki girişli fərdi yaşayış evində videoçəkiliş aparmaqla, həmçinin özlərinin iştirakı ilə axtarış keçirmişlər. Bu zaman Eminin təqdim etdiyi, yaşadığı evin yataq otağında, televizor pultunun batareya yuvasından üç ədəd kiçik bükümlərdə heroinə oxşar kütlələr və televizor altlığının üzərindən bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs3 yaşadığı evin yataq otağında, pəncərənin qarşısında olan boşqabın arxa tərəfində bir ədəd bükümdə, şkafın içərisində olan qutudakı sellofan qovluqda cəmi dörd ədəd bükümlərdə heroinə və pəncərənin qarşısında bir ədəd bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilmiş, qablaşdırılaraq götürülmüşdür. Göstərdiyi kütlələr və bir ədəd elektron tərəzi qablaşdırılıb götürülmüşdür. O və hər hansı polis əməkdaşı Rüfət, Emin və İlqara qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq etməmiş, Rüfətin üzərinə, Emin və İlqarın yaşadığı evə narkotik vasitə, psixotrop maddə və elektron tərəzi qoymamışdır. Rüfət üzərinə şəxsi axtarış, Emin isə yaşadığı evdə axtarış keçirilərkən hər hansı hala etiraz etməmişlər. İlqar isə yaşadığı evdə axtarış keçirilərkən cinayət məsuliyyətindən yayınmaq məqsədilə pəncərənin qarşısında bir ədəd bükümdə aşkar edilmiş metamfetaminə oxşar kütlənin limon duzu olmasını, şkafın içərisində olan qutudakı sellofan qovluqdan dörd ədəd bükümlərdə aşkar edilmiş heroinə oxşar kütlələrin ona məxsus olmadığını, həmin yerə polis əməkdaşları tərəfindən qoyulduğunu demişdir. Bundan əlavə, Emin və İlqar yaşadıqları evdən aşkar edilmiş heroinləri 2021-ci ilin sentyabr ayının əvvəllərində Astara şəhərində İran İR vətəndaşından aldıqlarını demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin polis nəfərləri Şahid2, Şahid3, Şahid5 və Şahid4 verdikləri ifadələrində Şahid1 ilə sonuncunun iş üzrə onlar barədə bildirdiyi müvafiq hallar barədə eyni məzmunda göstərmişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 19 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində tərtib edilmiş, onların narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair əməliyyat məlumatlarının rəsmiləşdirilməsi haqqında raportlar, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, Emin və Təqsirləndirilən şəxs3ların yaşadıqları evdə axtarış keçirilməsinə razı olduqları barədə şəxsən yazılı qaydada tərtib etdikləri ərizələr, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, Emin və Təqsirləndirilən şəxs3ların yaşadıqları evdə axtarış keçirilməsi barədə protokollar və onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərdən onlar barəsində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ cibində cəmi 12 ədəd bükümdə olmuş heroin və metamfetaminlərə oxşar kütlələri polis əməkdaşlarına hər hansı təsir olmadan təqdim etdiyi, həmin kütlələri həmin tarixdə Təqsirləndirilən şəxs2 aldığını və polis əməkdaşlarının ona qarşı zor tətbiq etmədiyini bildirdiyi müəyyən edilir (İ cild, səh. 4-7, 24-27, 34, 38-42, 46-49). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 19/945 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 təqdim etdiyi ...” sözlər yazılmış bir ədəd zərfdəki doqquz ədəd bükümlərdə, ayrı-ayrlılıqda təmiz çəkiləri 0,242 qram, 0,249 qram, 0,251 qram, 0,252 qram, 0,256 qram, 0,257 qram, 0,258 qram, 0,259 qram və 0,302 qram, ümumi təmiz çəkisi 2,326 qram təşkil edən maddələr tiryəkdən kustar üsulla hazırlanmış heroindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidir, üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,22 qram, 0,322 qram və 0,384 qram, ümumi təmiz çəkisi 0,926 qram təşkil edən ağ rəngli kristal formada olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 evindən aşkar edilmiş ...” sözlər yazılmış bir ədəd zərfdəki üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,095 qram, 1,116 qram və 1,205 qram, ümumi təmiz çəkisi 3,416 qram təşkil edən maddələr tiryəkdən kustar üsulla hazırlanmış heroindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidir, digər bir ədəd zərfdəki bir ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs3 evindən aşkar edilmiş ...” sözlər yazılmış bir ədəd zərfdəki dörd ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,095 qram, 1,248 qram, 1,256 qram və 4,602 qram, ümumi təmiz çəkisi 8,201 qram təşkil edən maddələr tiryəkdən kustar üsulla hazırlanmış heroindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs3 evindən aşkar edilmiş ...” sözlər yazılmış bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,082 qram təşkil edən maddə tiryəkdən kustar üsulla hazırlanmış heroin, digər bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,751 qram təşkil edən maddə metamfetamindir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 aşkar edilmiş heroin və metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidir (İ cild, səh. 105-108). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Astara RPŞ-nin 11 oktyabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə aşkar edilmiş heroin və metamfetaminləri satışını həyata keçirmək barədə razılığa gəldikdən sonra bu məqsədlə 2021-ci ilin sentyabr ayının əvvəllərində şəxsiyyəti müəyyən edilməmiş şəxsdən Astara şəhərində birlikdə əldə etdikləri müəyyən edilmişdir (İ cild, səh. 207). - Məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 1235, 1236 və 1237 nömrəli rəylərində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs1 ərazi narkoloji xəstəxanasında, Emin və Təqsirləndirilən şəxs3ların ərazi narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görülür (İİ cild, səh. 33-35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməllərin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilib-edilməməsinə hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı irəli sürülmüş ittihamların ümumiləşdirilmiş məzmunu üzrə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və ya satma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, onlar İran İR vətəndaşı ilə əvvəlcədən müvafiq məzmunda razılaşdıqdan sonra qabaqcadan əlbir olan bir qrup halında təmiz çəkisi 14,025 qram, yəni külli miqdar təşkil edən heroin və təmiz çəkisi 1,677 qram təşkil edən metamfetamini İran İR-dən Azərbaycan Respublikasına Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): - 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. - 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. - 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. - 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki,: - malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirilərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Məhkəmə bu hüquqi mövqeydən belə nəticəyə gəlir ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. - Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə bu hüquqi mövqeydən belə nəticəyə gəlir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Cinayət işi materiallarında olan Astara RPŞ-nin 11 oktyabr 2021-ci il tarixli məktubunda (İ cild, səh. 207) keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə aşkar edilmiş heroin və metamfetaminləri 2021-ci ilin yay aylarında Astara şəhərində İran İR vətəndaşı ilə sonuncunun İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirəcəyi narkotik vasitələri Azərbaycan Respublikasında qanunsuz olaraq satışını həyata keçirmək barədə razılığa gəldikdən və 2021-ci ilin sentyabr ayının əvvəllərində cinayətkar qrupun İran İR vətəndaşı olan həmin üzvündən sonuncunun İran İR-dən Azərbaycan Respublikasının Astara şəhərinə qaçaqmalçılıq yolu ilə gətirməsindən, beləliklə də İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olduqdan sonra əldə etdiklərinin müəyyən edildiyi göstərilsə də, həmin məktubda müvafiq nəticəyə gəlməyə əsas olmuş hallar göstərilməmişdir. Digər tərəfdən, cinayət işi materiallarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin kütlələrin İran İR vətəndaşından əldə etmələrindən əvvəl Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmalarına dair hər hansı sübut növü, o cümlədən telefon danışıqları haqqında məlumatlar, şahid ifadələri, eləcə də Emin və Təqsirləndirilən şəxs3ların bu məzmunda etirafedici ifadələri mövcud deyildir. Əksinə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdikləri bütün izahat və ifadələrində yaşadıqları evdən aşkar edilmiş heroinləri 2021-ci ilin sentyabr ayının əvvəllərində Astara şəhərində Azərbaycan-İran sərhədinin yaxınlığında yerləşən “Avtobaza” adlandırılan yerin qarşı tərəfində, bulvarın qarşısından keçən avtomobil yolunun kənarında Azərbaycan Respublikasından İran İR-ə gedən yük avtomobilinin sürücüsü olduğuna görə İran İR vətəndaşı olmasını ehtimal etdikləri, əvvəllər tanımadıqları, hər hansı əlaqələrinin olmadığı və narkotik vasitə almadıqları şəxsdən aldıqlarını, həmin şəxslə, eləcə də hər hansı İran İR vətəndaşı ilə sonuncuların İran İR-dən Azərbaycan Respublikasına göndərəcəyi və ya gətirəcəyi narkotik vasitə və ya psixotrop maddəni qəbul edəcəkləri barədə razılaşmadıqlarını göstərmişlər. Məhkəmə buna görə də Astara RPŞ-nin 11 oktyabr 2021-ci il tarixli məktubunda göstərilmiş halların Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə aşkar edilmiş heroin və metamfetaminlərin İran İR vətəndaşından əldə etmələrindən əvvəl Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyindən qabaqcadan məlumatlı olmalarına dair hissəsini cinayət işi materiallarında olan digər sübut növü ilə təsdiq edilməyən ehtimal xarakterli məlumat kimi qiymətləndirib sübut kimi qiymətləndirmir. Məhkəmə, həmçinin cinayət işi materialları əsasında qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə aşkar edilmiş heroin və metamfetaminləri əldə etdikləri şəxsin şəxsiyyətini, konkret olaraq İran İR vətəndaşı olmasını müəyyən etməmişdir. Emin və Təqsirləndirilən şəxs3ların məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində yaşadıqları evdən aşkar edilmiş heroinləri əldə etdikləri şəxsin Azərbaycan Respublikasından İran İR-ə gedən yük avtomobilinin sürücüsü olduğuna görə İran İR vətəndaşı olmasını ehtimal etdiklərini bildirmələri həmin şəxsin konkret olaraq İran İR vətəndaşı olmasının müəyyən edilməsi kimi qəbul edilə bilməz. Digər tərəfdən, həmin şəxsin İran İR vətəndaşı olmasının müəyyən edilməsi də özüözlüyündə, Emin və Təqsirləndirilən şəxs3ların hələ həmin kütlələrin Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçiriləcəyini qabaqcadan bilmələrinə əsas vermir. Bu hal konkret sübut növləri ilə müəyyən edilməli və ya sübut edilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən cinayət işi materialları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə aşkar edilmiş heroin və metamfetaminlərin İran İRdən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin obyektiv cəhətini icra etmələri və ya həmin cinayətin törədilməsinə köməklik göstərmələrinin sübut edilməməsinə və ya müəyyən edilməməsinə görə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanının iş üzrə Emin və Təqsirləndirilən şəxs3lara qarşı irəli sürdüyü ittihamın qaçaqmalçılıq cinayətinə dair hissəsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxslərin xeyrinə həll edilməli olduğu halda, onlara qarşı Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə şübhə və ehtimallar üzrə ittiham irəli sürməsi əsassız olmuşdur. Buna görə də Emin və Təqsirləndirilən şəxs3ların məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində qaçaqmalçılıq cinayət əməlini törətmədikləri barədə irəli sürdükləri dəlili əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Ona görə ki, onların həmin cinayət əməlini törətmələrinə dair təqsirliliyi cinayət işi materialları ilə sübuta yetirilmir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxslər: - Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü, ona Astara RPŞ-nin Pərviz adlı əməkdaşı tərəfindən zor tətbiq edilməsi səbəbindən iş üzrə etirafedici məzmunda izahat və ifadələr verməsi, iş üzrə irəli sürülmüş ittihamda göstərilən heroin və metamfetaminlərə aidiyyətinin olmaması və həmin kütlələri Təqsirləndirilən şəxs2 almadığı barədə olan dəlillər müvafiq olaraq özünün ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə, hər hansı təsir olmadan 19-21 sentyabr 2021-ci il tarixlərdə verdiyi izahat və ifadələrində, xüsusilə də 19 sentyabr 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən verdiyi izahatında üzərindən aşkar edilmiş heroin və metamfetaminləri 19 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 aldığını və polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini göstərməsi, 21 sentyabr 2021-ci il tarixdə sonuncu ilə üzləşdirilərkən verdiyi ifadəsində üzərindən aşkar edilmiş heroin və metamfetaminləri Təqsirləndirilən şəxs2 almadığını bildirsə də, tanımadığı başqa şəxsdən aldığını göstərməklə həmin kütlələrin özünə məxsus olduğunu bir daha etiraf etməsi, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində isə iş üzrə onunla bağlı keçirilmiş bütün istintaq hərəkətlərində müdafiəçisinin iştirak etdiyini, sonuncuya, eləcə də hər hansı dövlət orqanına, həbsdə saxlanıldığı Bakı istintaq təcridxanasının rəhbərliyi, orada onu tibbi müayinə etmiş şəxslərə polis əməkdaşlarının ona qarşı etdiyi qanunsuz hərəkətlər barədə məlumat vermədiyini, Bakı istintaq təcridxanasına ilk dəfə qəbul edilərkən bədənində hər hansı xəsarətin aşkar edilməməsini göstərməsi, eləcə də ona Astara RPŞ-nin Pərviz adlı əməkdaşı tərəfindən zor tətbiq edilməsi barədə məlumatı məhkəməyədək icraat zamanı deyil, yalnız məhkəmə icraatı zamanı verdiyi ifadəsində bildirməsi ilə yanaşı, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 verdikləri ifadələr, Astara Rayon Prokurorluğunda araşdırılması aparılmış 16C-22 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 19 fevral 2022-ci il tarixli qərarla Astara RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 qarşı hər hansı qanunsuz hərəkət, eləcə də zor tətbiq edilməsi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən, yəni cinayət hadisəsinin müəyyən edilməməsi əsası ilə cinayət işi başlanmasının rədd edilməsi, iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyinə əsasən sonuncunun üzərindən və Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş heroinlərin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olmasının müəyyən edilməsi, ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edildiyi göstərilmiş müvafiq faktiki halları, - Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü, iş üzrə yaşadığı evdə axtarış keçirilərkən polis əməkdaşlarına təqdim etdiyi üç ədəd bükümlərdəki heroinin ümumi təmiz çəkisinin 3,416 qram deyil, 1,2 qram olması səbəbindən sonradan polis əməkdaşları tərəfindən artırılması, aşkar edilmiş bir ədəd elektron tərəzinin ona məxsus olmaması və yaşadığı evə hansısa polis əməkdaşı tərəfindən qoyulmasını ehtimal etməsi barədə olan dəlillər müvafiq olaraq özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 19 sentyabr 2021-ci il tarixdə yaşadığı evdə axtarış keçirilərkən təqdim etdiyi, əvvəllər televizor pultunun batereya yuvasında gizlətdiyi üç ədəd bükümdə olmuş heroinlərin çəkisinin sonradan polis əməkdaşları tərəfindən artırılmasını görmədiyini, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə, hər hansı qanunsuz təsir olmadan verdiyi bütün izahat və ifadələrində yaşadığı evdən aşkar edilmiş elektron tərəzinin ona məxsus olduğunu etiraf etməsi, hətta evində elektron tərəzinin olmasını normal hesab etdiyini göstərməsi, xüsusilə də videoçəkiliş aparılmaqla yaşadığı evdə axtarış keçirilərkən evindən elektron tərəzinin aşkar edilməsinə etiraz etməməsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və Şahid4 verdikləri ifadələr, iş üzrə Təqsirləndirilən şəxs2 yaşadığı evdə axtarış keçirilməsi barədə tərtib edilmiş protokol və ona əlavə edilmiş videogörüntülər əsasında sonuncunun təqdim etdiyi heroinlərin olduğu kimi qablaşdırılıb götürülməsinin və iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi əsasında həmin heroinlərin ayrı-ayrılıqda təmiz çəkilərinin 1,095 qram, 1,116 qram və 1,205 qram, ümumi təmiz çəkisinin 3,416 qram olmasının müəyyən edilməsi, Təqsirləndirilən şəxs1 heroin və metamfetamin satmaması barədə olan dəlili sonuncunun ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə, hər hansı təsir olmadan 19-21 sentyabr 2021-ci il tarixlərdə verdiyi izahat və ifadələrində, xüsusilə də 19 sentyabr 2021-ci il tarixdə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən verdiyi izahatında iş üzrə üzərindən aşkar edilmiş heroinlər və metamfetaminləri həmin tarixdə Təqsirləndirilən şəxs2 almasını göstərməsi, iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının göstərilən rəyinə əsasən sonuncunun yaşadığı evdən və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlərin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olmasının müəyyən edilməsi, ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edildiyi göstərilmiş müvafiq faktiki halları, - Təqsirləndirilən şəxs3 özünü müdafiə etmək üçün irəli sürdüyü, iş üzrə yaşadığı evdə axtarış keçirilərkən yataq otağının pəncərəsi qarşısından aşkar edilmiş bir ədəd bükümdəki metamfetamin və şkafın içərisində olan qutudakı sellofan qovluqdan aşkar edilmiş dörd ədəd bükümlərdəki heroinlərin ona məxsus olmaması, həmin kütlələrin yaşadığı evə onlardan əvvəl daxil olmuş Pərviz adlı polis əməkdaşı tərəfindən qoyulması barədə olan dəlillər məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 19 sentyabr 2021-ci il tarixdə polis əməkdaşlarının onu yaşadığı evin həyətində olarkən saxlaması, bu zaman yaşadığı evə giriş qapısının bağlı olması, polis əməkdaşlarının yaşadığı evə onun giriş qapısını açmasından sonra daxil olmaları, Pərviz adlı polis əməkdaşının yaşadığı evə necə girməsi və yataq otağındakı pəncərənin qarşısına və şkafa narkotik vasitə qoymasını görmədiyini göstərməsi ilə yanaşı, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid5 verdikləri ifadələr, iş üzrə məhkəmə fizikikimyəvi ekspertizasının rəyinə əsasən İlqar və Təqsirləndirilən şəxs2ların yaşadıqları evdən aşkar edilmiş heroinlərin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olmasının müəyyən edilməsi, ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edildiyi göstərilmiş müvafiq faktiki halları, - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərini müdafiə etmək üçün irəli sürdükləri, iş üzrə onlara qarşı irəli sürülmüş ittihamda göstərilmiş heroin və metamfetaminləri qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmədikləri barədə olan dəlili məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində yaşadıqları evdən aşkar edilməsini etiraf etdikləri heroinləri 2021-ci ilin sentyabr ayının əvvəllərində Astara şəhərində Azərbaycan-İran sərhədinin yaxınlığında yerləşən “Avtobaza” adlandırılan yerin qarşı tərəfində, bulvarın qarşısından keçən avtomobil yolunun kənarında Azərbaycan Respublikasından İran İR-ə gedən yük avtomobilinin sürücüsündən müəyyən məbləğdə pula almaqla əldə etdiklərini göstərmələri ilə yanaşı, iş üzrə məhkəmə fizikikimyəvi ekspertizasının rəyinə əsasən İlqar və Təqsirləndirilən şəxs2ların yaşadıqları evdən, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlər və metamfetaminlərin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olmasının müəyyən edilməsi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Astara RPŞ-nin 11 oktyabr 2021-ci il tarixli məktubunun müvafiq hissəsi ilə tam təkzib edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Merabişvili Gürcüstana qarşı” iş üzrə qərarında formalaşdırdığı hüquqi mövqeyə görə ittiham “əsaslı şübhə yeri qoymayan sübut” standartına cavab verən sübuta əsaslanmalıdır. Bu standarta əsasən sübutlar faktlarla bağlı çıxarılan kifayət qədər ciddi, aydın və uzlaşan nəticələrdən və ya təkzibolunmaz ehtimallardan irəli gəlməlidir. Məhkəmə yuxarıda şərh edib qiymətləndirdiyi, faktlarla bağlı çıxardığı kifayət qədər ciddi, aydın və uzlaşan nəticələr və ya təkzibolunmaz ehtimallardan irəli gəlməklə “əsaslı şübhə yeri qoymayan sübut” standartına cavab verən sübutların məcmusuna əsaslanaraq belə nəticəyə gəlir ki, Astara RPŞ-nin 11 oktyabr 2021-ci il tarixli məktubunun verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iş üzrə aşkar edilmiş heroin və metamfetaminləri satışını həyata keçirmək barədə razılığa gəldikdən sonra bu məqsədlə 2021-ci ilin sentyabr ayının əvvəllərində şəxsiyyəti müəyyən edilməmiş şəxsdən Astara şəhərində birlikdə əldə etdiklərinin müəyyən edilməsindən ibarət olan hissəsi orada göstərilmiş halın, həmçinin iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi əsasında Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroin və metamfetaminlərin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eyni olmasının müəyyən edilməsi əsasında Emin və Təqsirləndirilən şəxs3ların məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində iş üzrə aşkar edilmiş heroin və metamfetaminləri 2021-ci ilin sentyabr ayının əvvəllərində Astara şəhərində tanımadıqları şəxsdən aldıqlarını bildirmələrinin məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə birlikdə eyni şəxsdən əldə etdiklərinə işarə etdiyi barədə nəticəyə gəlməyə əsas verir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə, metamfetamin psixotrop maddə hesab edilir. Heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədləri 0,15 qram, külli miqdarının (qramla) aşağı hədləri isə 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətmələri Emin və Təqsirləndirilən şəxs3ların əməllərində Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs1 əməlində həmin Məcəllənin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Bundan əlavə, məhkəmə Təqsirləndirilən şəxs2 iş üzrə yaşadığı evdən aşkar edilmiş heroinlərə münasibətdə də satış niyyətində olması barədə nəticəyə gələrkən həmin kütlələrin üç ədəd bükümdə, bir ədəd elektron tərəzi ilə birlikdə aşkar edilməsi, iş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyi əsasında həmin tərəzinin üzərində heroin izinin aşkar edilməsinin müəyyən edilməsi və sonuncunun iş üzrə Təqsirləndirilən şəxs3 ilə birlikdə əldə etdiyi, sonradan payına düşmüş heroin və metamfetaminin müvafiq olaraq təmiz çəkisi 2,326 qram və 0,926 qram təşkil edən hissələrini Təqsirləndirilən şəxs1 satdığını, Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilmiş heroinlər və metamfetaminə münasibətdə də satış niyyətində olması barədə nəticəyə gələrkən həmin heroinlərin beş ədəd bükümlərdə olmasını da nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlər və metamfetaminlərə münasibətdə satış niyyətində olması barədə nəticəyə gələrkən onların iki növdə olması ilə yanaşı, sonuncunun ayrı-ayrılıqda bir ədəd bükümdə əldə etdiyi heroin və metamfetamini müvafiq olaraq doqquz və üç ədəd bükümlərə bölüb üzərində saxlamasından ibarət, onlardan şəxsən istifadə etmək niyyətinin həddinə aşkar şəkildə uyğun olmayan işin faktiki hallarını nəzərə alır. Məhkəmə buna görə də hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə-narkoloji ekspertizasının 18 noyabr 2021-ci il tarixli, 1235, 1236 və 1237 nömrəli rəylərində onlarda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyinin aşkar olunduğu göstərilsə də, məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində onlardan aşkar edilməsini etiraf etdikləri heroinləri 2021-ci ilin sentyabr ayının əvvəllərində Astara şəhərində bulvarın qarşısından keçən avtomobil yolunun kənarında şəxsiyyəti müəyyən edilməmiş yük avtomobilinin sürücüsündən, eləcə də Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərindən aşkar edilməsini etiraf etdiyi heroin və metamfetaminləri satış deyil, şəxsən istifadə məqsədilə aldıqları barədə özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər işin yuxarıda göstərilən faktiki halları ilə tam təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı və ibtidai araşdırma zamanı müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan verdikləri izahat və ifadələrinin özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərlə bağlı olmayan, işin faktiki hallarına uyğun olan və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilən hissələrini iş üzrə sübut kimi qiymətləndirir, özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərlə bağlı olan hissələrini isə həm özlərini, həm də bir-birilərini müvafiq cinayət məsuliyyətindən yayınmaq və ya yayındırmaq məqsədi daşıyan ifadələr kimi qiymətləndirib sübut kimi nəzərə almır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 oğlunun məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri özlərinin məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdikləri izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3, Şahid5 və Şahid4 verdikləri ifadələr, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, Emin və Təqsirləndirilən şəxs3ların yaşadıqları evdə axtarış keçirilməsi barədə 19 sentyabr 2021-ci il tarixli protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 20 sentyabr 2021-ci il tarixli, 19/945 nömrəli rəyi, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Astara RPŞ-nin 11 oktyabr 2021-ci il tarixli məktubu, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və metamfetamin qalıqları, bir ədəd elektron tərəzi, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 iş üzrə törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs1 həmin Mcəllənin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələr və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli, 1(089)-33/2015 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkumluğu olmayan şəxsdirlər. Cəfərov X4 Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 08 iyul 2020-ci il tarixli qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir (İ cild, 212, 222-230, 232, 233). Azərbaycan Respublikası CM-in 15.4, 18.2.2, 83.1, 83.3.4 və 83.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 həmin cinayət əməlinə görə məhkumluğunun ödənilməməsi səbəbindən hazırki iş üzrə məhkumluğu olan şəxsdir, əməlində cinayətlərin təhlükəli residivi mövcuddur. - Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlar və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, arvadı, bir nəfər yetkinlik yaşına çatmış və bir nəfər yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs3 evlidir, arvadı və bir nəfər yetkinlik yaşına çatmış uşağı ilə birlikdə yaşamışdır. Təqsirləndirilən şəxs1 subaydır, anası ilə birlikdə yaşamışdır. Emin və Təqsirləndirilən şəxs3lar, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə normal xarakterizə edilmişlər (İİ cild, səh. 1-9). Göstərilənlərə əsasən məhkəmə: - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CMin 8.1, 9, 41.2, 58.3 və 65.1-ci maddələrini rəhbər tutaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 yanvar 2014-cü il tarixli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməlinin xarakteri, ağırlığı və nəticələrini, məhkum edildiyi 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində bir nəfər yetkinlik yaşına çatmamış uşağının olmasından ibarət cəzasını yüngülləşdirən halın olduğunu (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən), əməlində cinayətlərin təhlükəli residivindən ibarət cəzasını ağırlaşdıran halın olduğunu (Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən), təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hər biri barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, hazırki iş üzrə törətdikləri cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu olmayan şəxs olmaları və yaşayış yeri üzrə normal xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halları, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onların islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin göstərilən müddəaları, iş üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən nəzərə alınan hallara əsasən qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azadlıqdan məhrumetmə cəzasının Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olması və iş üzrə onun Təqsirləndirilən şəxs1 təmiz çəkiləri müvafiq olaraq 2,326 qram və 0,926 qram təşkil edən heroin və metamfetamin satmasının müəyyən edilməsi səbəbindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasının həmin Məcəllənin 65.2-ci maddəsində təhlükəli residivə görə müəyyən edilmiş həddən az olmayan həddə, konkret olaraq 9 (doqquz) il müddətə, Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətləri olduğuna görə 6 (altı) il müddətə, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddinə daha yaxın həddə, konkret olaraq 5 (beş) il 6 (altı) ay müddətə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün zəruridir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 19 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə 19 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində yaşadıqları evdə axtarış keçirilərkən oradan heroinlərin və metamfetaminin aşkar edilməsi səbəbindən Astara RPŞnin əməkdaşları tərəfindən həmin tarixdə saxlanıldıqlarına görə azadlıqları faktiki məhdudlaşdırılmış, 20 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Astara Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, Emin və Təqsirləndirilən şəxs3lar barəsində həbs etmənin əvvəli 20 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (İ cild, səh. 13, 52, 76, 144-146, 163-165, 181-183). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı isə onların azadlıqlarının faktiki məhdudlaşdırıldığı 19 sentyabr 2021-ci il tarixdən ibtidai həbs müddətləri cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə hesablanmalı və barələrində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4, 198.1 və 198.3-cü maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bərabər qaydada cəmi 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri 13,605 qram və 1,537 qram təşkil edən heroin və metamfetamin məhv edilməlidir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli, Emin və Təqsirləndirilən şəxs3lar ərazi narkoloji kabinetində, Təqsirləndirilən şəxs1 isə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Cinayət işi materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 18 noyabr 2021-ci il tarixli qərarla (İİ cild, səh. 96-98) cinayət işindən iş üzrə aşkar edilmiş heroin və metamfetaminin əldə edilmə mənbəyi ilə bağlı başqa cinayət işinin ayrıca icraata ayrıldığı nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 19 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə azadlığının faktiki məhdudlaşdırıldığı 19 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 bərabər qaydada cəmi 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra müvafiq olaraq ümumi qalıq çəkiləri 13,605 qram və 1,537 qram təşkil edən heroin və metamfetamin məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar