Məhkəmə qərarları › İş №1(099)-111/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-111/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-111/2024 27.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1976-cı ildə Saatlı rayonu, Leninkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olan, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə saat 04 radələrində Saatlı rayonu Qıraqlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncuya məxsus fərdi yaşayış evinin açıq vəziyyətdə olan pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub, oradan 1 ədəd 300 manat dəyərində 107 diaqonal Samsunq markalı televizor, 1 ədəd 300 manat dəyərində videokamera, 1 ədəd 220 manat dəyərində Samsuq A13 markalı mobil telefon, 1 ədəd 60 manat dəyərində saç feni, 1 cüt 40 manat dəyərində çəkmə, 1 cüt 80 manat dəyərində Rusiya istehsalı qızıl sırqa, 2 ədəd 60 manat dəyərində kişi gödəkçəsi, 1 ədəd 10 manat dəyərində şampun, 1 ədəd 8 manat dəyərində diş pastası, 1,5 kq 35 manat dəyərində konfet, 2,5 kq 50 manat dəyərində ləpə, 2 qutu 30 manat dəyərində çay, 3 banka 15 manat dəyərində mürəbbə, 1 kq 15 manat dəyərində dana əti və 1,5 kq 30 manat dəyərində sosiska və kolbasa oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 1253 manat məbləğdə maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 27 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Saatlı rayonu Qıraqlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncunun yaşadığı evin həyətyanı sahəsinə qanunsuz olaraq hasardan keçib daxil olaraq, oradan 1 baş 250 dəyərində dişi qoyunu oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 250 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən saxlanc yeri hesab olunan həyətə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin dekabr ayının əvvəllərində saat 04 radələrində Saatlı rayonu Qıraqlı kəndində yaşayan Zərərçəkmiş şəxs2 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncuya məxsus fərdi yaşayış evinin pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub, oradan 2 ədəd 900 manat dəyərində Türkiyyə istehsallı, 5x4 metr ölçülü xalça, 1 ədəd 150 manat dəyərində Galaxy markalı ətçəkən maşın, 1 ədəd 200 manat dəyərində SKOM markalı elektrik mişar (laqonda), 10 ədəd 50 manat dəyərində müxtəlif ölçülü qazan dəsti, 60 manat dəyərində stəkan və nəlbəki dəsti, 1 ədəd 30 manat dəyərində maye qaz balonu, 180 manat dəyərində müxtəlif ölçülü aşsüzən və teşt dəsti, 5 metrlik 30 manat dəyərində süfrə, 10 ədəd 30 manat dəyərində çay dəsmalı, 5 dəst 100 manat dəyərində digər dəsmallar, 1 ədəd 50 manat dəyərində mələfə (yataq) dəsti, 300 manat dəyərində xrustal əşyaları oğurlamaqla özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 2080 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 22 dekabr 2022-ci il tarixdə saat 22 radələrində Mustafabəyli KEATS-ın xidmət göstərdiyi Bəylik kəndi ərazisində Sabirabad-Saatlı magistral avtomobil yolunun sağ tərəfində TPP-20x2 tipli 540 metr uzunluğunda 1944 manat dəyərində və TPP-30x2 tipli 540 metr uzunluğunda 2862 manat dəyərində "xxxx" MMC-yə məxsus rabitə kabelini oğurlamaqla, rabitə xəttindən ibarət özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş "xxxx" MMC-yə cəmi 4806 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən rabitə xətlərinə münasibətdə özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 23 dekabr 2022-ci il tarixdə saat 21 radələrində Mustafabəyli KEATS-ın xidmət göstərdiyi Bəylik kəndi ərazisində Sabirabad-Saatlı magistral avtomobil yolunun sağ tərəfində TPP-20x2 tipli 120 metr uzunluğunda 432 manat dəyərində, TPP-30x2 tipli 120 metr uzunluğunda 636 manat dəyərində və TPP- 10x2 tipli 120 metr uzunluğunda 240 manat dəyərində "xxxx" MMC-yə məxsus rabitə kabelini oğurlamaqla, rabitə xətdindən ibarət özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş "xxxx" MMC-yə ümumilikdə 1308 manat məbləğdə maddi ziyan vurmuş, yəni rabitə xətlərinə münasibətdə özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən 07 yanvar 2023-cü il tarixdə saat təxminən 04 radələrində Saatlı şəhəri ünvan 2 da yaşayan Zərərçəkmiş şəxs3 əmlakını tamah niyyəti ilə götürməkdən ötrü sonuncuya məxsus fərdi yaşayış evinin pəncərəsindən yaşayış sahəsi hesab edilən evə qanunsuz olaraq daxil olub oradan 1 ədəd 250 manat dəyərində xalça, 1 ədəd 120 manat dəyərində divan örtüyü, 2 dəst 700 manat dəyərində qab və boşqab servizi, 1 ədəd 70 manat dəyərində drel və 1 ədəd 50 manat dəyərində ləpəçəkən aparatı oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 cəmi 1190 manat məbləğdə maddi ziyan vurmuş, yəni təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, külli miqdarda 6100,0 qram təmiz çəkidə çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş və daşıyaraq yaşadığı Saatlı rayonu Qıraqlı kəndindəki evin yataq otağındakı sandığın içərisində gizlədərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda saxlamış, 07 yanvar 2023-cü il tarixdə saat 17:46-da həmin külli miqdarda narkotik vasitə sintetik torbada Saatlı rayonu Qıraqlı kəndindəki evinin yataq otağındakı sandığın içərisindən aşkar edilib götürülmüşdür, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 evindən telefon və televizor oğurlamışdır, lakin onun evindən başqa heçnə götürməmiş, qalanları yalandan yazılmışdır. 27 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətyanı sahəsindən 1 baş 250 dəyərində dişi qoyunu oğurlamamış, bunun hamısı ona yükləmədir. 2022-ci ilin dekabr ayının əvvəllərində isə Zərərçəkmiş şəxs2 evindən heç bir oğurluq etməmiş, orada yazılan əşyaları götürməmişdir, bunun hamısı yükləmədir. 22 dekabr 2022-ci il tarixdə və 23 dekabr 2022-ci il tarixdə o heç bir kabel oğurlamamış, kabellərdən xəbəri yoxdur, onları üzərinə şöbədə rəis müavini və CAB-ın rəisi Qəhrəman müəllim yükləyib. 07 yanvar 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 evinə oğurluğa girmiş, ittihamda göstərilən məişət əşyalarını oğurlamışdır. Onu 07 yanvar 2023-cü ildə səhər saatlarında rayondan şəhərə gələrkən yolda tutmuşlar. Tutulduqdan sonra polis şöbəsinə gətirilmişdir. Bundan əvvəl isə onun Qəhrəman və Ümid adlı polis işçiləri ilə telefon danışıqları olmuş, həmin polislər onlara işləməyi təklif etmişlər, bununla razılaşmadıqda isə onula telefonda əxlaqsız danışıb təhdid etmişlər. Polis şöbəsində isə əvvəlcə onu MSY-nə gətirmişlər. Üç gün sonra isə Qıraqlı kəndində olan ata evinə aparmışlar. Polislər evin qapısın sındırıb içər keçib, narkotiki sandıqdan çıxarmışlar. Demişlər sənin evindən çıxıb, ona görədə sənindir. Özü heç Saatlıda yaşamır, yaydan orda yoxdu, Bakı şəhərində yaşamışdır. Hadisə olan günlərdə isə Bakı şəhərində rəsmi işdə olmuşdur. Zaqulbada tikintidə fəhlə işləmişdir. Həmin günlər tezdən səkkizdən axşama kimi işdə olmuşdur. İstintaq zamanı təzyiqlərə və zorakılıq hərəkətlərinə məruz qaldığı üçün etirafedici ifadələr vermişdir. Məhkəmədən ona köməklik edilməsini və onu xüsusi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında azadlığa buraxıldıqdan sonra Saatlı rayonu Qıraqlı kəndindəki evinə gəlib bir qədər yaşadıqdan sonra bir müddət Bakı şəhərinə çıxıb gedib orada fəhləlik etmiş, lakin səhəti işləməyə imkan vermədiyi üçün Bakı şəhərində qalmışdır. Maddi imkanı olmadığı üçün, eyni zamanda pula ehtiyyacı olduğu üçün Saatlı rayonuna gəlib oğurluq edib oğurladığı əşyaları Sabirabad şəhərində satıb pul əldə edib yenidən Bakı şəhərinə getmişdir. 2022-ci ilin noyabr ayının 23-ü həmkəndlisi və qonşusu Eldənizin evində heç kimin olmadığını və evin boş olduğunu bilmiş, bu səbəbdən də planlaşdırıb saat 03 radələrində həmin evin həyətyanı sahəsinə hasardan keçmək yolu ilə daxil olub, yaşayış evinin ətrafında gəzdikdən sonra evin yan hissəsində nəfəslik pəncərəsinin açıq olduğunu görmüş və həyətdən hündür əşya tapıb ayağının altına qoyaraq həmin nəfəslikdən evə daxil olmuşdur. Daxil olduqdan sonra evdən geyim, elektronika və qida məhsulları oğurlamağa başlamış, daha sonra oğurladığı əşyaları evin dəhlizinə yığmış və qoşa tay qapının digər tayını içəridən açan zaman qapılar açılmış və yığdığı əşyaları küçəyə daşıyıb, oradan da satmaq üçün yolun kənarına aparıb tanımadığı təsadüfi taksi sürücüsü ilə əşyaları Sabirabad rayonuna aparıb orada tanımadığı şəxslərə satmışdır. Bundan başqa 27 noyabr 2023-cü il tarixdə Saatlı rayonu Qıraqlı kəndində olan zaman yenə də, Zərərçəkmiş şəxs1 evində heç kimin olmadığını bilmiş və yenidən həmin gün saat təxminən 15 radələrində hasardan keçmək yolu ilə həyətə daxil olub, həyətdə özbaşına gəzən qoyunlardan bir başını götürüb darvazanı açaraq küçəyə çıxarıb həmişəki kimi yolun kənarında təsadüfi taksi sürücüsü ilə Sabirabad rayon bazarının girişində tanımadığı şəxslərə 170 manata satmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq göstərmişdir ki, qeyd etdiyi evdən Samsung markalı televizor, Samsung markalı mobil telefon, balaca ölçülü videokamera, bunlardan başqa qida məhsulları olan kolbasa, sosiska, bəzi şokolad, ləpələr, ət, geyim əşyaları, xatırlamadığı bəzi əşyalar və iki gün sonra isə bir baş qoyun oğurlamış, Zərərçəkmiş şəxs1 müraciətində onun evindən, 800 manat dəyərində 107 diaqonal Samsunq markalı televizor, 300 manat dəyərində videokamera, 500 manat dəyərində Samsuq A13 markalı telefon, 40 manat dəyərində çəkmə, 80 manat dəyərində Rusiya istehsalı sırqa iki ədəd, ümumilikdə 60 manat dəyərində kişi gödəkçəsi, 10 manat dəyərində şampun, 8 manat dəyərində diş pastası, 35 manat dəyərində konfet, 50 manat dəyərində ləpə, 30 manat dəyərində 2 paçka çay, 3 banka 15 manat dəyərində mürəbbə, 30 manat dəyərində sosiska və kolbasa, 15 manat dəyərində dana əti, 60 dəyərində fen oğurlanmaqla ona ümumilikdə 2033 manat dəyərində maddi ziyan dəydiyi fikrini doğrulamış, həmin tarixdən xeyli müddət keçdiyindən o, tam olaraq nə oğurladığını xatırlamadığını demiş, Zərərçəkmiş şəxs1 qeyd etdiyi sayda əşyaları oğurladığını bildirmiş, bundan başqa 2022-ci ilin dekabr ayının əvvəllərində saat təxminən 04 radələrində həmkəndlisi onun Pirqulu kimi tanıdığı şəxsin Saatlı rayonu Qıraqlı kəndində yerləşən 8 illik məktəbin yaxınlığında yolun kənarındakı evində yaşayış olmadığını bilib həmin həyətə daş hasardan tullanmaq yolu ilə keçib, evin ətrafını gəzib yan hissəsinin pəncərəsinin şüşəsini çıxarıb evə daxil olub oradan 2 ədəd xalça, 1 ədəd elektrikli mişar (laqonda), evdə xatırlamadığı sayda qab-qacaq servizləri, digər şüşə əşyalar və alüminium materialdan ibarət qablar və hazırda xatırlamadığı bəzi əşyaları oğurlamış, daha sonra həmin əşyaları evdən kisə tapıb əşyaları kisələrə yığaraq evə daxil olduğu pəncərədən həyətə çıxarıb daha sonra həmin kisələri kəndin mərkəzindən keçən asfalt yola çıxarıb təsadüfi və hazırda tanımadığı taksi sürücüsü ilə Sabirabad rayon avtovağzal ərazisinə aparıb orada satıb Bakı şəhərinə getmiş, qeyd etdiyi evdən tam olaraq xatırlamasa da 2 ədəd xalça, 1 ədəd elektrikli mişar (laqonda), evdə xatırlamadığı sayda qab-qacaq servizləri, digər şüşə əşyalar və alüminium materialdan ibarət qablar və hazırda xatırlamadığı bəzi əşyalar oğurlamış, Zərərçəkmiş şəxs2 müraciətində onun evindən, 2 ədəd 900 manat dəyərində 5x4 ölçülü, Türkiyyə istehsallı, yeni xalça, 1 ədəd 200 manat dəyərində Galaxy markalı, az işlənmiş ətçəkən maşın, 1 ədəd 200 manat dəyərində BOSCH markalı yeni elektrikli mişar (laqonda), 200 manat dəyərində müxtəlif ölçülü az işlənmiş 10 ədəd qazan, 70 manat dəyərində hər biri 12 ədəd olmaqla yeni stəkan və nəlbəki dəsti, 30 manat dəyərində kiçik ölçülü işlənmiş vəziyyətdə doldurulma qaz balonu, 180 manat dəyərində 6 ədəd işlənmiş müxtəlif ölçülü aşsüzən və teşt, 50 manat dəyərində 5 metrlik yeni süfrə, 100 manat dəyərində 10 ədəd yeni çay dəsmalı, 100 manat dəyərində 5 dəst yeni digər dəsmal, 50 manat dəyərində 1 ədəd yeni yataq dəsti, 300 manat dəyərində bəzi yeni cehizlik xrustal əşyalar oğurlanmaqla ona ümumilikdə 2380 manat dəyərində maddi ziyan dəydiyi fikrini doğrulamış, həmin tarixdən xeyli müddət keçdiyindən o, tam olaraq nə oğurladığını xatırlamadığını demiş, Zərərçəkmiş şəxs2 qeyd etdiyi sayda əşyaları oğurladığını bildirmiş, bundan başqa 22 dekabr 2022-ci il tarixdə saat təxminən 21 radələrində Saatlı rayonu Qıraqlı kəndində olan zaman, Saatlı rayonu Qıraqlı, Mustafabəyli və Bəylik kəndləri istiqamətində yolun kənarı ilə dirəklərdən asılmış vəziyyətdə içərisi mis olan qara rəngli kabelləri kəsib oğurlamağı qərarlaşdırmış, bu səbəbdən də yaşadığı evdən kəlbətin götürüb saat 22 radələrində Saatlı rayonu Bəylik kəndinin başlanğıcında dirəyə çıxaraq kabelləri kəsmiş, daha sonra həmin kabelləri rahatlıqla yaşadığı evin həyətyanı sahəsinə gətirə bilsin deyə əlindəki kəlbətin ilə hissələrə ayırmış, kabellər qoşa yerləşir və biri digərindən qalın olmuş, oğurladığı kabelləri həyətində ilk olaraq yandırıb üzlüyünü soyub həyətdə bir kənarda yığmış, daha sonra 23 dekabr 2023-cü il tarixdə də yenidən Bəylik kəndi ərazində bir nəçə dirək kabelləri kəsib həyətinə gətirmiş, həyətdə bütün kabellərin üzlüyünü soyub əritməyə başlamış, daha sonra ərinmiş halda olan misi Saatlı şəhəri ərazisində metal qəbul edən Anar adlı şəxsə verib həmin mislərə görə də Anar ona təxminən 135 manat pul vermiş, kəsib oğurladığı kabellərin uzunluğunu dəqiq olaraq xatırlamadığını demiş, həmin kabelləri öz həyətində yandırıb əridərək metal qəbuluna satmış, satarkən ərimiş mis 15 kq olmuş, bundan başqa sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bakı şəhərindən oğurluq etmək üçün Saatlı rayonuna gəlmiş, həmin günü rayon ərazisində bir qədər gəzməyə başlamış və sahibini tanımadığı Saatlı şəhər ərazisində yəni Saatlı şəhəri “Xəyal” şadlıq sarayının yaxınlığındakı dəmiryolu xəttini keçib sağa dönüb bir qədər getdikdən sonra həyətində və evin içində işiqları sönülü vəziyyətdə ev görüb həmin evdə yaşayış olmadığını bilmiş, xx.xx.2023-cü il tarixinə keçən gecə saat 04 radələrində həyətyanı sahəyə daxil olan dəmir darvazanın dəmir məftil ilə bağlanmış qapısını açıb oraya daxil olduqdan sonra evin qabaq pəncərəsində olan şüşəni əliylə çıxarıb həmin pəncərədən evə daxil olub təxminən 2 saat müddətində ilk öncə evin otağında kənarda bükülü vəziyyətdə olan xalçanı götürüb evdən çölə çıxarıb küçədə saxlamış, daha sonra yenidən evə daxil olub ardıcıl olaraq evin içində olan iki dəst qab-qacaq servizi, 1 ədəd ləpəçəkən, 1 ədəd drel, 1 ədəd divan örtüyü oğurlayıb çölə çıxarıb xalçanın yanına yığmış, daha sonra oğurladığı əşyaları daşıyıb Saatlı rayonundan Sabirabad rayonuna gedən avtomobil yolunun kənarına Sabirabad şəhərində yerləşən bazarda satmaq üçün aparsın deyə yığmış, daha sonra ərazidə xidmət edən polis əməkdaşları oğurladığı əşyalar ilə onu saxlayıb Saatlı RPŞ-yə gətirmiş, həmin vaxt, əşyaları sahibini tanımadığı şəxsin evindən oğurladığını etiraf etmiş, 1 ədəd xalça örtülü vəziyyətdə olduğu üçün ölçüsünü deyə bilməmiş, iki dəst hazır qutularda olan qədimi qab-qacaq servizi, 1 ədəd qırmızı rəngli ləpəçəkən, 1 ədəd elektrikli drel, 1 ədəd qara rəngli divan örtüyü oğurlamış, bundan başqa yaşadığı evdə baxış keçirilməsinə etirazının olmaması barədə Saatlı RPŞ-də ərizə yazmış, daha sonra müdafiəçisinin, polis əməkdaşlarının və iki hal şahidinin iştirakı ilə onu yaşadığı evə aparıb baxış keçirməyə başlanmış, həmin vaxt evindən oğurladığı əşyalardan aşkar edilməmiş, lakin evin yataq otağında sandığın içərisində saxladığı bir ədəd kisədəki “nəşə”-ni göstərmiş və iştirakçılar həmin kisənin içərisinə baxış keçirmiş, həmin vaxt iştirakçıların yanında aşkar edilmiş içərisində “nəşə” olan kisə elektron tərəzidə çəkilmiş və çəkisinin 6175 qram olduğu müəyyən edilmiş, baxış zamanı aşkar edilərək götürülmüş içərisində nəşə olan kisə müvafiq ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmış və qablaşdırılmada o da imza etmiş, daha sonra ona, evindən aşkar edilmiş kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğu və təmiz çəkisi 6100 qram olduğu izah edilmiş, o, narkotik vasitə olan el arasında “nəşə” deyilən marixuanadan istifadə etdiyini demiş, əvvəllər isə heroin qəbul etmiş, həmin narkotik vasitəni özü istifadə etmək üçün saxlamış, o, heç vaxt narkotik vasitə satmamış, o, evdə tək yaşadığından narkotik barəsində heç kimin xəbəri olmamış, çətənə bitkisi əkməmiş və becərməmiş, narkotik vasitə olan heroini arada tapanda istifadə etmiş, həmin narkotik vasitə olan marixuananı olduğu kisə ilə birlikdə yaşadığı kəndin çöl sahəsinə gedən yolda təxminən noyabr ayının sonu, dekabr ayının əvvəllərində “Araz” çayı sahillərində kolluqların arasından tapdığını, hazırda həmin ərazini xatırlamadığını, bunu həmin ərazidə kolluq hissənin çox olması ilə əlaqələndirmişdir. Ona elan edilmiş 234.4.3-cü maddəsində qeyd olunan narkotik vasitələrin satışı ilə məşqul olmağı hissəsi ilə razı deyil, bir daha qeyd etmişdir ki, narkotik satmır. Bu səbəbdən də narkotik satmağı üzrə özünü təqsirli bilmir. Oğurluq etdiyi ev sahiblərinin oğurlanan əşyalarla bağlı dediklərini doğrulamış, o, dəqiq oğurladığı əşyaların hamısını yadında saxlamadığını demiş, oğurluqları tək etmiş və bu işdə ona heç kim köməklik etməmiş, oğurladığı əşyaları satdığı və hazırda tanımadığı şəxslərə həmin əşyaların oğurluq olduğunu deməmiş və onların öz evinin əşyaları olduğunu və xəstəsi olduğunu deyib satmışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunduqdan sonra verilmiş sualları cavablandırarkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini qismən təsdiq etdiyini, oğurluq faktını kabellərin və bir baş qoyunun oğlurlaması hissəsində və narkotik vasitə ilə bağlı hissədə təsdiq etmədiyini, ona zor tətbiq olunduğundan etirafedici ifadələr verdiyini bildirmişdir. Əlavə olaraq verilmiş sualları cavablandırarkən Zərərçəkmiş şəxs1 evindən 1 ədəd televizor, 1 ədəd videokamera, 1 ədəd mobil telefon, kişi gödəkçəsi, 1 ədəd qulaqcıq oğurludağını, aparıb Bakı şəhərində satdığını, həmin evin həyətindən isə qoyun oğurlamadığını, Zərərçəkmiş şəxs2 məxsus evdən isə 2 ədəd xalça, 1 ədəd elektrik mişar (laqonda), 10 ədəd müxtəlif ölçülü qazan dəsti, stəkan və nəlbəki dəsti, süfrə, 10 ədəd çay dəsmalı, 5 dəst digər dəsmallar, 1 ədəd mələfə (yataq) dəsti, xrustal əşyaları oğurladığını, lakin 1 ədəd ətçəkən maşın, 1 ədəd maye qaz balonu oğurlamasını isə hazırda xatırlamadığını, müxtəlif ölçülü aşsüzən və teşt dəstini isə oğurlamadığını, oğurladığı əşyaları isə Sabirabad bazarında satdığını, 540 metr uzunluğunda və ümumilikdə 360 metr uzuluğunda kabelləri isə kəsib oğurlamadığını, həmin ölçüdə kabellərin isə təkbaşına heç kim tərəfindən daşına bilməyəcəyini, Zərərçəkmiş şəxs3 isə evindən 1 ədəd xalça, 1 ədəd divan örtüyü, 2 dəst qab və boşqab servizi, 1 ədəd drel və 1 ədəd ləpəçəkən aparatını oğurladığını, elə həmin gündə tutulduğunu, saxlanılarkən isə evində narkotik vasitənin olmadığını, həmin evdə 15 ildən çoxdur yaşayışın olmadığını, zərərçəkmiş şəxslərin evlərindən oğurlanmış əşyaları qəbul etdiyini, narkotikin və kabel oğurluğunun ona aidiyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin X17 filialının, Saatlı rayon şöbəsinin müdiri əvəzi vəzifəsində işləyir. Saatlı rayonu, Qıraqlı, Mustafabəyli və Bəylik kəndlərinə gedən telefon və internet xəttləri Hacıqabul-Bəhrəmtəpə avtomobil yolu boyunca dirəklərdən asılmış vəziyyətdə keçir. 23 dekabr 2022-ci il tarixdə Saatlı rayonu Mustafabəyli kənd sakinlərindən telefon və internet problemləri ilə bağlı daxil olmuş çoxsaylı müraciətlərdən sonra əraziyə baxış keçirən zaman məlum olmuş ki, Saatlı rayonu Mustafabəyli kəndindən keçən sonuncu dirəkdən Saatlı rayonu Bəylik kəndi istiqamətində 9 dirək arası 1080 metr TPP 20x2 və TPP 30x2 kabeli naməlum şəxs və ya şəxslər tərəfindən kəsilərək oğurlanmışdır. Bunu müəyyən etdikdən sonra hadisə ilə bağlı operativ şöbəyə daha sonra DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan başqa eyni qaydada yenidən Saatlı rayonu Bəylik kəndindən keçən 3 dirək arası 240 metr TPP 20x2 və TPP 30x2 kabeli və magistraldan ayrılan 120 metr 3 dirək arası TPP 10x2 kabelləri oğurlanmış, yenidən bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. 22 dekabr 2022-ci il tarixdə 9 dirək arası 540 metr TPP 20x2 və 540 metr TPP 30x2 tipli kabel, 23 dekabr 2022-ci il tarixdə isə 3 dirək arası 120 metr TPP 20x2 və 120 metr TPP 30x2 tipli kabel və həmin gün 3 dirək arası 120 metr TPP 10x2 tipli kabellər kəsilərək oğurlanmış, TPP 20x2 və TPP 30x2 kabelləri magistral xətlər üçün istifadə edilir və qoşa yerləşir, magistral xətlərdə 2 dirək arası kabellər 60 metr aralığında da olur, TPP 10x2 kabeli isə magistral xətdən ayrılıb abonentin evinə gedən xətt hesab olunur və 2 dirək arası məsafəsi 60 metr təşkil edir, ümumi olaraq 660 metr TPP 20x2 və 660 metr TPP 30x2 və 120 metr isə TPP 10x2 kabeli oğurlanmış, 660 metr TPP 20x2 kabelinə görə 2376 manat, 660 metr TPP 30x2 kabelinə görə 3498 manat, 120 metr TPP 10x2 kabelinə görə isə 240 manat ümumilikdə isə 6114 manat maddi ziyan dəymiş, kabellərin əlaməti polietilen örtüklü, içərisi mis olan və xarici hissəsindən möhkəmlik yaradılması üçün isə qalın tros keçən kabellər olmuş, oğurlanmış kabellər SSR dövründə istehsal olunsada kabellər istehsal müddətini keçməmiş və tam yaralı rabitə kabeli olmuşdur. Ona təqdim edilmiş müvafiq qaydada götürülmüş kabel hissəsi "xxxx" MMC-nin balansında olan TPP tipli rabitə kabelinin, yəni 2022-ci ilin dekabr ayında kəsilərək oğurlanılan kabellərin hissəsidir. Hazırda vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxslə barışıq yoxdur, odur ki, vurulmuş zərərin ödənilməsini, təqsirləndirilən şəxs isə qanuna uyğun cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq, hazırda xəstəliyi ilə əlaqədar olaraq yataq şəraitində olduğundan məhkəməyə gələ bilmədiyini, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyların tam olaraq polis əməkdaşları tərəfindən ona geri qaytarıldığını, Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, onunla barışdığını, həmin şəxsə hansı növ cəza təyin edilməsi məsələsini məhkəməyə həvalə etdiyini, onun iştirakı olmadan yekun qərar çıxarılmasını xahiş etmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Saatlı şəhəri, Babək küçəsi, ev 1-A da qeydiyyatda olmaqla orada yaşayır. Hazırda müvəqqəti olaraq müalicə olunduğu üçün Bakı şəhərində yaşayır. Mahiyyəti üzrə bildirmişdir ki, 07 yanvar 2023-cü il tarixdə qardaşı Famil Cəfərov onun istifadəsində olan nömrəyə zəng edib hazırda yaşayış olmayan Saatlı rayonundakı evindən oğurluq olduğu barədə ona məlumat vermiş və bu barədə Saatlı RPŞ-yə ərizə ilə müraciət etdiyini və qısa zaman ərzində Saatlı RPŞ-nin İstintaq bölməsinə gəlməyini bildirmişdir. O, səhhəti ilə əlaqədar olaraq dərhal gələ bilməmiş, sonradan evə gələn zaman bilmiş ki, evindən 1 ədəd xalça 250 manat dəyərində, 1 ədəd divan örtüyü 120 manat dəyərində, 2 ədəd hər biri 350 manat dəyərində qab və boşqab dəstləri, 70 manat dəyərində 1 ədəd drel və 50 manat dəyərində bir ədəd ləpəçəkən alət oğurlanmışdır. Daha sonra şikayətiylə bağlı ərizə yazmış, Saatlı RPŞ-də olan zaman ona məlum olmuş ki, yaşadığı evdən oğurluq edən şəxs Saatlı rayonu Qıraqlı kənd sakini Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs3 ifadəsinə əlavə olaraq göstərmişdir ki, evindən oğurluq nəticəsində ona ümumilikdə 1190 manat dəyərində ziyan dəymiş, yaşadığı evdən oğurluq hadisəsi zamanı yuxarıda adlarını qeyd etdiyi əşyalardan başqa nəsə oğurlanmamış, həmin şəxs yaşayış evinin taxtadan olan pəncərəsini hansısa yolla açıb evə daxil olmuş bu səbəbdən oğurlanmış əşyalarından başqa ona ziyan dəyməmiş, oğurlanmış xalça 3,5 x 4 metr ölçüdə, Türkiyə istehsalı, çəhrayı rəngli, üzərində “Leon” yazısı olmuş, işlənməmiş və qiyməti 250 manat olmuş, 1 ədəd işlənmiş vəziyyətdə Türkiyə istehsalı divan örtüyü 120 manat dəyərində, 2 ədəd hər biri 350 manat dəyərində qədimi işlənməmiş qab və boşqab dəstləri (obedniy serviz), 70 manat dəyərində naqilsiz işlənmiş vəziyyətdə 1 ədəd drel və 50 manat dəyərində az işlənmiş bir ədəd ləpəçəkən alət olmuşdur. Zərərçəkmiş şəxs3 əlavə ifadəsində göstərmişdir ki, oğurlanmış əşyaların bəzisi işlənmiş və bəzisi işlənməsə də qədimi olmuş, hətta alış tarixlərini belə xatırlamamış, oğurlanmış əşyalarının dəyəri qeyd etdiyi kimi ümumilikdə 1190 manat olmuş, hazırda əşyaları ona geri qaytarıldığı üçün ziyanla bağlı tələb və iddiası yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsə qanuna uyğun cəza təyin edilməklə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu, Qıraqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə özünə məxsus olan evdə yaşayır və hal-hazırda rəsmi iş yeri yoxdur. Maddi vəziyyəti yaxşı olmadığı üçün bir müddətdir ki, işləmək üçün Bakı şəhərinə köçmüşdür. Mahiyyəti üzrə bildirmişdir ki, sonuncu dəfə 30 noyabr 2022-ci il tarixdə özünə məxsus olan yaşadığı evdə olan zaman evlərində vəziyyət qaydasında olmuş, həmin vaxtdan 17 dekabr 2022-ci il tarixinədək evdə olmamış, 17 dekabr 2022-ci il tarixdə yaşadığı evə gəlib qapını açarla açıb otaqlara daxil olmaq istədikdə otaq qapısı bağlı olduğunu bilmiş və qapının çərçivəsindən baxan zaman görmüş ki, otaq qarışıq vəziyyətdədir. Daha sonra evin arxa hissəsinə keçib pəncərənin qırıq olduğunu görüb bu barədə qardaşı Mirzamana məlumat vermiş ki, gəlsin. Qardaşı gəldikdən sonra o, bu barədə 102 xidmətinə yığıb məlumat verərək polisin gəlməsini bildirmiş, polis əməkdaşlarının iştirakı ilə evə daxil olan zaman məlum olmuş ki, mənzilində hər yer qarışdırılıb və mətbəx kimi istifadə etdiyi yerdən ətçəkən maşın, elektrikli mişar (laqonda), müxtəlif ölçülü 10 ədəd qazan, hər biri 12 ədəd olmaqla stəkan və nəlbəki dəsti, kiçik ölçülü doldurulma qaz balonu, 6 ədəd aşsüzən və teşt, evin qonaq otağında saxladığı 2 ədəd 5x4 ölçülü xalça, daha sonra yataq otağına daxil olub oradakı sandıqdan 5 metrlik süfrə, 10 ədəd çay dəsmalı, 5 dəst digər dəsmal, 1 ədəd yataq dəsti və bəzi cehizlik əşyaları yoxdur. Daha sonra baş verənlərlə bağlı ərizə yazmış, evdə müəyyən fotoşəkillər çəkilmiş, və bəzi nümunələr götürülmüşdür. Zərərçəkmiş şəxs2 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğurlanmış 2 ədəd 5x4 ölçülü xalça Türkiyə istehsalı yeni olmaqla 900 manat dəyərində ətçəkən maşın, Galaxy markalı, az işlənmiş 200 manat dəyərində, elektrikli mişar (laqonda) BOSCH markalı, yeni olmaqla 200 manat dəyərində, müxtəlif ölçülü az işlənmiş 200 manat dəyərində 10 ədəd qazan, hər biri 12 ədəd olmaqla 70 manat dəyərində yeni stəkan və nəlbəki dəsti, kiçik ölçülü işlənmiş vəziyyətdə 30 manat dəyərində doldurulma qaz balonu, 6 ədəd işlənmiş müxtəlif ölçülü 180 manat dəyərində aşsüzən və teşt, 5 metrlik 50 manat dəyərində yeni süfrə, 10 ədəd 100 manat dəyərində yeni çay dəsmalı, 5 dəst 100 manat dəyərində yeni digər dəsmal, 1 ədəd 50 manat dəyərində yeni yataq dəsti, bəzi 300 manat dəyərində yeni cehizlik xrustal əşyaları olmuş, qeyd etdiyi əşyaların hər biri onun özünə məxsus olmuş, oğurluq nəticəsində ona ümumilikdə 2380 manat dəyərində maddi ziyan dəymiş, hadisə ilə bağlı şübhələndiyi kimsə olmamış, yaşadığı evdən oğurluq hadisəsi zamanı adlarını qeyd etdiyi əşyalardan başqa nəsə oğurlanmamış, həmin şəxs yaşadığı evə evin arxa pəncərəsini sındırmaq yolu ilə daxil olmuş, pəncərəni sındırıb oğurluq etsə də pəncərəyə dəymiş ziyanın onun üçün əhəmiyyəti yoxdur, bu barədə şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 əlavə ifadəsində göstərmişdir ki, oğurlanmış əşyaların bəzisi işlənmiş, bəzisi isə yeni olmuş, əşyaların alış tarixlərini xatırlamır və oğurlanmış əşyalarının dəyəri qeyd etdiyi kimi olmuş, həmin əşyaların qiymətini təsdiq edən qəbz onda olmamış, oğurlanmış əşyalarından bir xalça və elektrikli mişar (laqonda) geri qaytarılmış, qalan əşyaları isə geri qaytarılmamış, oğurlanmış əşyaları onun dediyi qiymətə olmuş, həmin məhsulların qiymətinə dair onda qəbz olmamış, məhsullardan bir ədəd xalça və bir ədəd elektrikli mişar aşkar edilərək ona geri qaytarılmış, qalan əşyaların müəyyən edilib ona geri qaytarılmasında köməklik edilməsini polis əməkdaşlarından xahiş etmişdir. Zərərçəkmiş şəxs X10 məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsə qanuna uyğun cəza təyin edilməklə yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Cinayət prosesi tərəflərinin razılığı ilə zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X10 ifadəsində göstərmişdir ki, o, Saatlı rayonu Leninkənd, indiki Qıraqlı kəndində doğulub və həmin kənddə yaşayır. xx.xx.2022-ci il tarixdə və 27 noyabr 2022-ci il tarixdə Saatlı RPŞ-yə ərizə ilə müraciəti o, özü etmiş, həmin faktla əlaqədar olaraq qeyd etmişdir ki, 24 noyabr 2022-ci il tarixdə təxminən saat 13:30 radələrində yaşadığı evdə olmadığı vaxt Saatlı rayonu, Qıraqlı kəndindəki evinə daxil olan naməlum şəxslər tərəfindən 800 manat dəyərində 107 diaqonal Samsunq markalı televizor, 300 manat dəyərində videokamera, 500 manat dəyərində Samsunq A13 markalı telefon, 40 manat dəyərində çəkmə, 80 manat dəyərində Rusiya istehsalı sırqa iki ədəd, ümumilikdə 60 manat dəyərində kişi gödəkçəsi, 10 manat dəyərində şampun, 8 manat dəyərində diş pastası, 35 manat dəyərində konfet, 50 manat dəyərində ləpə, 30 manat dəyərində 2 paçka çay, 3 banka 15 manat dəyərində mürəbbə, 30 manat dəyərində sosiska və kolbasa, 15 manat dəyərində dana əti, 60 dəyərində fen oğurlanmış, ümumilikdə ona 2033 manat dəyərində maddi ziyan yetirmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində evdən getmiş və saat 15 radələrində evə geri qayıdan zaman ona məlum olmuş ki, evdə olmadığından istifadə edən naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evin həyətyanı sahəsində saxladığı dişi olmaqla yerli cinsdən olan qoyunlarından bir başı oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona 250 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə olaraq bildirmişdir ki, evindən elektronika və məişət əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 2033 manat dəyərində, həyətyanı sahəsindən bir baş qoyunun oğurlanması nəticəsində isə 250 manat, ümumilikdə isə 2283 manat ziyan dəymiş, yaşadığı evdən oğurluq hadisəsi zamanı adlarını qeyd etdiyi əşyalardan başqa nəsə oğurlanmamış, həmin şəxs yaşayış evinə evin içərisində olan hamamın kiçik ölçülü açıq vəziyyətdə havalanma pəncərəsindən daxil olmuş, bu səbəbdən oğurlanmış əşyalarından başqa evinə və həyətyanı sahəsinə ziyan dəyməmiş, oğurlanmış elektronika əşyaları 1 ədəd 107 diaqonal “Samsunq” markalı televizor 800 manat dəyərində, 1 ədəd “Sony” markalı videokamera 300 manat dəyərində, 1 ədəd “Samsunq” A13 markalı mobil telefon 500 manat dəyərində, 1 ədəd saç feni 60 manat dəyərində, oğurlanmış məişət əşyaları isə 1 ədəd qadın çəkməsi 40 manat dəyərində, 1 cüt Rusiya istehsalı sırqa 80 manat dəyərində, 2 ədəd kişi gödəkçəsi 60 manat dəyərində, 1 ədəd saç şamponu 10 manat dəyərində, 1 ədəd diş pastası 8 manat dəyərində, 1,5 kq qarışıq konfet 35 manat dəyərində, 2,5 kq qarışıq çərəzlər 50 manat dəyərində, 2 paçka 500 q çay 30 manat dəyərində, 3 banka mürəbbə 15 manat dəyərində, 1,5 kq sosiska və kolbasa 30 manat dəyərində, 1 kq dana əti 15 manat dəyərində olmuş, qeyd etdiyi elektronik və məişət əşyalarının hər biri işlənmiş və işlək vəziyyətdə olmuş, alınma tarixlərini xatırlamır və oğurlanmış 1 baş qoyun isə dişi, yerli cinsli, 1 yaşlı, diri çəkisi 35 kq olan heyvan olmuşdur. Zərərçəkmiş şəxs1 əlavə ifadəsində göstərmişdir ki, oğurlanmış əşyaların hamısı işlənmiş, hətta alış tarixlərini belə xatırlamır və oğurlanmış əşyalarının dəyəri qeyd etdiyi kimi olmuş, həmin əşyaların qiymətini təsdiq edən qəbz onda yoxdur və oğurlanmış əşyaları ona geri qaytarılmamış, hazırda ona dəymiş ziyanı tələb edir, oğurlanmış Samsung markalı televizoru 800 manat dəyərində, mobil telefon isə 500 manat dəyərindədir, həmin məhsulların qiymətinə dair onda qəbz olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Saatlı RPŞ-nin PPXBnin polis nəfəri, polis serjantı Şahid3 Saatlı rayonu Qıraqlı kənd sakini Təqsirləndirilən şəxs əlində bəzi əşyalar ilə birlikdə yolun kənarı ilə getdiyini görmüş və həmin şəxsdən oğurluqda şübhələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yanındakı əşyalar ilə birlikdə Saatlı RPŞ-yə gətirilmişdi. Təqsirləndirilən şəxs ilə söhbətlər aparan zaman o, səmimi olaraq etiraf etmişdi ki, Saatlı RPŞ-yə gətirilən əşyalar onun tərəfindən sahibini tanımadığı evdən oğurlanıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs əlində və yanında aşkar edilmiş əşyalar Zərərçəkmiş şəxs3 evindən oğurlanmış əşyalar olub. Daha sonra Təqsirləndirilən şəxs Saatlı RPŞ-nin İstintaq bölməsinə təhvil verilmişdir. O, şübhəli şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evindən də müxtəlif elektronika və məişət əşyaları oğurladığını, eyni zamanda komunikasiya xətlərini oğurladığını etiraf etmişdi. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə İstintaq bölməsi tərəfindən keçirilən baxış keçirilmiş, özü, digər polis əməkdaşları və iki hal şahidi iştirak etmişdi, baxış zamanı evindən qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdi. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə ilə bağlı etiraz bildirməmiş, nakotik vasitəni Araz çayı kənarında yerdə tapdığını bildirmişdi. Həmin narkotik vasitə Təqsirləndirilən şəxs evində sandığın içərisindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı təsir və təzyiqlər edilməyib, söyüş söyülməyib, təhqir deyilməyib, bu barədə bildirdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs barəsində narkotik satışı ilə bağlı məlumatlar daxil olub. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətyanı sahəsinə gəlib yanmış mis gətirmişdi, əvvəlcə həmin şəxsi tanımadığı üçün ondan misin haradan əldə etdiyini soruşmuş, şəxs də misin ona aid olduğunu, həyətindən yığdığını bildirmişdi. Özü içərisində mis olan kisəni elektron tərəzidə çəkib çəkisinin 15 kiloqram olduğunu görmüşdür. Mis üçün həmin şəxsə 135 manat pul vermişdir. Daha sonra polis əməkdaşları həyətinə Təqsirləndirilən şəxslə birlikdə gəlmiş, Təqsirləndirilən şəxs misi ona verdiyini demiş, özü də polis əməkdaşlarına həmin şəxsdən metal mis qəbul etdiyini bildirmişdir. Ərinmiş mis isə qırıq-qırıq, bərbad halda naqillər olub, oğurluq olduğunu bilsə imiş, götürməzmiş. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlamaq, icraata qəbul etmək və zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1, i.v 1) İş materiallarında olan Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 07:25 radələrində evdən çıxıb RPŞ-yə işə gələrkən Qıraqlı kəndinin qarşısından keçən su kanalının kənarı ilə bir nəfər vətəndaşın əlində xalça və karopka olduğunu görmüş və ondan şübhələndiyi üçün həmin şəxsə yaxınlaşarkən onu görüb qaçmış, o isə onun arxasınca qaçıb həmin vətəndaşı yaxalayıb RPŞ-nin CAB-ın rəisi Şahid2 təhvil vermişdir. Həmin vətəndaş RPŞ-də məlum olmuş ki, Saatlı rayonu Qıraqlı kəndində yaşayan Təqsirləndirilən şəxsdur. (c 1, i.v 6) İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Saatlı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 tərəfindən təhvil verilmiş elektronika və məişət əşyalarına (1 ədəd xalça, 1 ədəd divan örtüyü, 2 dəst qab və boşqab servizi, 1 ədəd drel və 1 ədəd ləpəçəkən aparat) Famil Cəfərovun iştirakı ilə baxış keçirilərkən həmin əşyalar Saatlı şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus olan yaşayış evindən Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar olduğundan və sübut əhəmiyyəti olmasını nəzərə alıb götürülmüşdür. (c 1, i.v 16-20) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:25-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 36) İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, yaşadığı özünə məxsus olan Saatlı rayonu, Qıraqlı kəndindəki evində baxış keçirilməsinə etirazı yoxdur. (c 1, i.v 45) İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və video-çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs məxsus Saatlı rayonu Qıraqlı kəndində yerləşən evinə baxış keçirilərkən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd sintetik torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. (c 1, i.v 50-58) İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08 yanvar 2023-cü il tarixli 18/19 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin...” sözləri yazılmış və imzalar olan 01 ədəd sintetik torbada təmiz çəkisi 6100,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu 0,1 qr, qalıq 6099,9 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c 1, i.v 62-64) İş materiallarında olan 08 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, 6099,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Saatlı RPŞ-nin məsul saxlanışına verilmişdir. (c 1, i.v 67) İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 4(055)-01/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 07 yanvar 2023-cü il tarixdən hesablanmışdır. (c 1, i.v 91-92) İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq, icraata qəbul etmək və zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1, i.v 103) İş materiallarında olan 25 noyabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Saatlı rayonu Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs1 məxsus olan yaşayış evinə pəncərədən keçmək yolu ilə evdən geyim, elektronika və qida məhsulları oğurlanmışdır. Baxış zamanı Zərərçəkmiş şəxs1 yaşadığı evindən ev sahiblərinə aid olmayan 1 cüt corab aşkar edilmişdir. Həmin corabın oğurluq hadisəsini törədən şəxsə aid olması ehtimal olunduğundan götürülmüşdür. (c 1, i.v 110- 115) İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlamaq, icraata qəbul etmək və zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmiş, iş üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1, i.v 155) İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Saatlı rayonu Qıraqlı kənd sakini Zərərçəkmiş şəxs2 məxsus olan yaşayış evinə pəncərədən keçmək yolu ilə evdən elektronika və məişət əşyaları oğurlanmışdır. (c 1, i.v 160-164) İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlamaq, icraata qəbul etmək və zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, toplanmış material əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmiş, iş üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmışdır. (c 1, i.v 198) İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, "xxxx" MMC-nin X17 Filialının Saatlı şöbəsinə məxsus olan Mustafabəyli KEATS-in xidmət göstərdiyi Bəylik kəndi ərazisində Sabirabad-Saatlı magistral avtomobil yolunun sağ tərəfində 9 dirək arası 540 metr TPP- 20x2 və 540 metr TPP-30x2 kabeli kəsilərək oğurlanmışdır. (c 1, i.v 208-212) İş materiallarında olan 24 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, "xxxx" MMC-nin X17 Filialının Saatlı şöbəsinə məxsus olan Mustafabəyli KEATS-in xidmət göstərdiyi Bəylik kəndi ərazisində Sabirabad-Saatlı magistral avtomobil yolunun sağ tərəfində 3 ədəd dirək arası 120 metr TPP-20x2, 120 metr TPP-30x2 və 120 metr TPP-10x2 kabeli kəsilərək oğurlanmışdır. (c 1, i.v 221-224) İş materiallarında olan 11 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, ifadəsi yerində yoxlanılarkən, Təqsirləndirilən şəxs ilk öncə "xxxx" MMC-nin X17 filialının balansında olan TPP tipli kabelləri oğurlayıb oğurlayıb əritdikdən sonra satdığı yeri, daha sonra Saatlı şəhəri, ünvan 2 ünvanında oğurluq etdiyi evi, daha sonra Saatlı rayonu Qıraqlı kəndində ayrı-ayrılıqda iki evdən oğrluq etdiyi evləri, daha sonra ayrı-ayrılıqda olmaqla iki dəfə Mustafabəyli KEATS-in xidmət göstərdiyi Bəylik kəndi ərazisində Sabirabad-Saatlı magistral avtomobil yolunun sağ tərəfindən TPP tipli kabelləri oğurladıqları yeri, daha sonra həmin kabelləri oğurlayıb özünə məxsus olan evinin həyətyanı sahəsində əritdiyi yeri və daha sonra oğurladığı əşyaları Sabirabad şəhərində satdığı yeri göstərmişdi. İstintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində rabitə kabellərini kəsmək üçün istifadə etdiyi bir ədəd kəlbətin və rabitə kabelinin kəsilmiş hissəsi iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdü. (c 2, i.v 14-28) İş materiallarında olan 12 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, bir ədəd kəlbətin və kabel hissəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Saatlı RPŞ-nin məsul saxlanışına verilmişdir. (c 2, i.v 36-37) İş materiallarında olan Saatlı Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 5(055)-02/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu, Sarıcalar kəndində yerləşən evinə baxış keçirilməsi barədə Saatlı RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X4 07 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (c 2, i.v 45-46) İş materiallarında olan 03 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında Saatlı rayonu Qıraqlı kəndində yerləşən Zərərçəkmiş şəxs2 evindən oğurladığı əşyalardan bir ədəd xalçanı və bir ədəd elektrikli mişarı (laqonda) satdığı Sabirabad rayon sakinləri X8 və X5 tərəfindən təhvil verilən zaman həmin əşyalara baxış keçirilərkən Günel Abdullayevə məxsus əşyalar olduğundan və sübut əhəmiyyəti olmasını nəzərə alıb götürülmüşdür. (c 2, i.v 67-69) İş materiallarında olan 12 fevral 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan və xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus olan 1 ədəd xalça, 1 ədəd divan örtüyü, 2 dəst qab və boşqab servizi, 1 ədəd drel və 1 ədəd ləpəçəkən alət və Zərərçəkmiş şəxs2 məxsus olan 1 ədəd xalça və 1 ədəd elektrik mişarı maddi sübut kimi tanınmaqla saxlanılması üçün həmin şəxslərin özlərinə verilmişdir. (c 2, i.v 74-75, 77-78) İş materiallarında olan Saatlı RİHB-nın Qıraqlı kən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi qardaşı və bacısından ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə edilir. (c 2, i.v 86-87) İş materiallarında olan xx.xx.2023-cü il tarixli tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(089)-41/2017 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum edilmiş, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.3.2, 234.1-ci maddələri təqsirli bilinərək, 09 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə həmin cəzası 06 il 03 aya endirilmişdir. Məhkumluğu ödənilməmişdir. (c 2, i.v 95- 96, 137-151) İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış 1 baş qoyunun qiymətinin 27 noyabr 2022-ci il tarixə orta bazar qiymətinin 250 manat olduğu göstərilmişdir. (c 2, i.v 97) İş materiallarında olan Saatlı Rayon Mərkəzi X11 Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Saatlı Rayon Mərkəzi X11 Şəxsin poliklinika şöbəsində narkoloji kabinetində xx.xx.2018-ci il tarixdən qeydiyyatda durur. Ruhi-əsəb və digər xəstəliklərlə bağlı dispanser qeydiyyatda yoxdur. (c 2, i.v 98) İş materiallarında olan məhkəmə-genetik ekspertizasının 02 may 2023-cü il tarixli 23/383 R nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Saatlı rayonu Qıraqlı kəndində yerləşən evdə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 02 ədəd qara rəngli corab üzərində olan bioloji mənşəli materialların Təqsirləndirilən şəxs (xx/xx/1976 Saatlı r) məxsus olduğu müəyyən edildi (eyni yumurta əkizi istisna olmaqla). (c 2, i.v 180-185) İş materiallarında olan 30 may 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 02 ədəd qara rəngli corab maddi sübut kimi tanınmış və saxlanılması üçün Saatlı RPŞ-nin məsul saxlanışına verilmişdir. (c 2, i.v 189-190) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 mart 2023-cü il tarixli 1598 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 193-194) İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertin 03 iyul 2023-cü il tarixli 2107 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, hazırki vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 196-198) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyun 2023-cü il tarixli 9/3460 nömrəli rəyindən görünür ki, 1 ədəd 107 dioqonal “Samsunq” markalı televizorun, 1 ədəd “Sony” markalı videokameranın, 1 ədəd “Samsunq” A13 markalı mobil telefonun, 1 cüt qadın çəkməsinin, 1 cüt Rusiyya istehsallı qızıl sırqanın, 1 ədəd saç feninin, 2 ədəd kişi gödəkçəsinin, 1 ədəd saç şampunu, 1 ədəd diş pastası, 1,5 kq qarışıq konfet, 2,5 kq qarışıq çərəzlərin, 2 paçka 500 q çayın, 3 banka mürəbbə, 1,5 kq sosiska və kolbasa, 1 kq dana ətinin 24 noyabr 2022-ci il tarixinə pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə müəyyən edilməsi sualı üzrə 1 ədəd 107 diaqonal “Samsunq” markalı televizorun qiyməti 300 manat, 1 ədəd “Samsunq” A13 markalı mobil telefonun qiyməti 220 manat, 1 kq dana ətinin qiyməti 15 manat müəyyən edilsədə qalan 1 ədəd “Sony” markalı videokameranın, 1 cüt qadın çəkməsinin, 1 cüt Rusiyya istehsallı qızıl sırqanın, 1 ədəd saç feninin, 2 ədəd kişi gödəkçəsinin, 1 ədəd saç şampunu, 1 ədəd diş pastası, 1,5 kq qarışıq konfet, 2,5 kq qarışıq çərəzlərin, 2 qutu 500 q çayın, 3 banka mürəbbə, 1,5 kq sosiska və kolbasasın əlamətləri aydın olmadığı üçün qiymətləndirilməsi mümkün olmamışdır. Bundan başqa 2 ədəd 5x4 metr ölçülü Türkiyyə istehsallı yeni xalça, 1 ədəd Galaxy markalı ətçəkən maşın, az işlənmiş vəziyyətdə, 1 ədəd elektrikli mişar (laqonda) SKOM markalı, 230V, 50Hz, 6500 rpm, 2100 W, disk 230 mm parametrləri olan yeni vəziyyətdə, 10 ədəd müxtəlif ölçülü az işlənmiş qazan, hər biri 12 ədəd olmaqla 24 parça yeni stəkan və nəlbəki dəsti, 1 ədəd kiçik ölçülü işlənmiş vəziyyətdə doldurulma qaz balonu, 6 ədəd işlənmiş müxtəlif ölçülü aşsüzən və teşt, 5 metrlik yeni süfrə, 10 ədəd yeni çay dəsmalı, 5 dəst yeni digər dəsmal, 1 ədəd yeni yataq dəsti, 3 ədəd yeni cehizlik xrustal əşyaların 17 dekabr 2022-ci il tarixinə pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə müəyyən edilməsi sualı üzrə həmin əşyalardan 2 ədəd 5x4 metr ölçülü Türkiyyə istehsallı yeni xalçanın hər biri 450 manat dəyərində olmaqla cəmi 900 manat, 1 ədəd Galaxy markalı az işlənmiş vəziyyətdə ətçəkən maşının qiyməti 150 manat, 1 ədəd yeni vəziyyətdə, SKOM markalı, 230V, 50Hz, 6500 rpm, 2100 W, disk 230 mm parametrləri olan elektrik mişar (laqonda) 200 manat, 10 ədəd müxtəlif ölçülü az işlənmiş qazanın hər biri 5 manat olmaqla cəmi qiyməti 50 manat, hər biri 12 ədəd olmaqla 24 parça yeni stəkan və nəlbəki dəsti 60 manat, 1 ədəd kiçik ölçülü işlənmiş vəziyyətdə maye qaz balonu 30 manat, 6 ədəd müxtəlif ölçülü işlənmiş aşsüzən və teşt hər biri 30 manat olmaqla cəmi 180 manat, 5 metr yeni süfrə hər 1 metri 6 manat olmaqla cəmi 30 manat, 10 ədəd yeni çay dəsmalı hər biri 3 manat olmaqla cəmi 30 manat, 5 dəst yeni digər dəsmal əlamətləri aydın olmadığı üçün qiymətləndirilməsi mümkün olmamış, 1 ədəd yeni yataq (mələfə) dəsti 50 manat, 3 ədəd yeni cehizlik xrustal əşyaların əlamətləri aydın olmadığı üçün qiymətləndirilməsi mümkün olmamışdır. Bundan başqa "xxxx" MMC-nin X17 Filialının Saatlı şöbəsinə məxsus olan TPP 10x2, TPP 20x2 və TPP 30x2 tipli telefon və internet kabelinin hər birinin 1 metrinin qiyməti 2022-ci ilin dekabr ayına pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə TPP 10x2 qiyməti 2 manat, TPP 20x2 qiyməti 3.60 və TPP 30x2 qiyməti isə 5.30 manat müəyyənləşdirilmişdir. Bundan başqa 1 ədəd xalça, 1 ədəd divan örtüyü, 2 dəst qab və boşqab servizi, 1 ədəd drel və 1 ədəd ləpəçəkən aparatın 07 yanvar 2023-cü il tarixinə pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə müəyyən edilməsi sualına həmin əşyalar barədə dolğun məlumatlar olmadığı və əlamətləri aydın olmadığı üçün qiymətləndirilməsi mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. (c 2, i.v 199-202) İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 3 saylı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. (c 3, i.v 82-86) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamları qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3cü maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsinə qanunsuz daxil olmaqla onlara məxsus yuxarıda qeyd edilən məişət, eləktronika və qida məsullarını talamaqla oğurluq etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihama münasibətdə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: Zərərçəkmiş şəxs1 məxus 1 baş 250 dəyərində dişi qoyunu, "xxxx" MMC-yə məxsus TPP-20x2 tipli 540 metr uzunluğunda 1944 manat dəyərində və TPP-30x2 tipli 540 metr uzunluğunda 2862 manat dəyərində, TPP-20x2 tipli 120 metr uzunluğunda 432 manat dəyərində, TPP-30x2 tipli 120 metr uzunluğunda 636 manat dəyərində və TPP-10x2 tipli 120 metr uzunluğunda 240 manat dəyərində rabitə kabellərini oğurlamamış, yaşadığı evdə heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, narkotik vasitə polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin oğurluq hadisələrinin tərəfindən törədildiyini, narkotik vasitənin isə özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlərəvə pis rəftar edilməklə alındığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Beləliklə, təqsirləndirilən şəxs altı aydan artıq müddət ərzində aparılmış ibtidai araşdırma zamanı fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qaldığını mübahisələndirməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs baxış və götürmə istintaq hərəkəti zamanı öncə təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində oğurluq etdiyini, Araz qırağında nəşə tapdığını, nəşədən istifadə etmədiyini, oğurluq etdiyi əşyaları evdə saxlamadığını, Bakı və Sabirabadda satdığını, Saatlıda kabel satdığını, nəşəni isə evdə saxladığını, həmin narkotiki təqdim edə biləcəyini, daha sonra müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı qorxutmaq, təzyiq eləmək kimi halların olmadığını, bu barədə kiminləsə razılaşmadığını, hər şeyin olduğu kimi olmasını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşı da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, yaşadığı evə narkotik vasitə qoyulmadığını bildirmişdir. Bundan başqa məhkəmənin müvafiq sorğusu əsasında Əfqan Qulievin saxlanıldığı istintaq təcridxanasından ilkin tibbi müayinədən keçirilərək onun adına açılmış tibbi kitabçanın surəti götürülmüş və müayinə zamanı bədənində xəsarət aşkar edilməməsi müəyyən edilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiqlər, təhdidlər və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqlərinə, təhdidlərinə və pis rəftarına məruz qaldığını, təzyiqlərin isə döyülməsi və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxsin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində yuxarıda göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 40-43) və xx.xx.2023-cü ildə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən məhkəmədə verdiyi izahatında (cild – İ, i.v. 91-92), xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 79-81, 150-153, 194-196, 266-267, cild – i.v. 9-13) şəxs qismində verdiyi ifadələrində, eləcə də videoçəkiliş vasitəsilə baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin izahat və ifadələrində, eyni zamanda istintaq hərəkətində təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus yaşayış sahəsinə təkrarən qanunsuz daxil olmaqla onlara məxsus yuxarıda qeyd edilən məişət, eləktronika və qida məsullarını talamaqla oğurluq etməsini, "xxxx" MMC-yə məxsus rabitə kabellərini oğurladığını, narkotik vasitə qurudulumuş marixuananı “Araz” çayı sahillərində kolluqların arasından tapdığını, həmin narkotik vasitəni isə evdə saxladığını və polis əməkdaşlarına təqdim etdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeydşərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Saatlı Rayon Polis Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində polis əməkdaşları tərəfindən yaşadığı evə narkotik vasitə qoyulması və Zərərçəkmiş şəxs1 məxus 1 baş dişi qoyunu, "xxxx" MMC-yə məxsus rabitə kabellərini oğurlamaması ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs1 məxus 1 baş dişi qoyunu, "xxxx" MMC-yə məxsus rabitə kabellərini oğurlamaması ilə bağlı bildirdikləri, Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı vermiş olduğu və məhkəmə istintaqında elan edilməklə tədqiq olunmuş ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, oğlurlanmış rabitə kabellərini yaşadığı evin həyətyanı sahəsində əritdiyi yerdən aşkar edilərək götürülmüş TPP kabelinin hissəsi və kabeli oğurlayarkən istifadə etdiyi 1 ədəd kəlbətinin aşkar edilərək maddi sübut qismində götürülməsi, eləcədə oğurladığı rabitə kabellərini əritdikdən sonra Şahid1 15 kiloqram çəkidə ərinmiş naqillər halında 135 manata sonuncuya satmasını təsdiq edən Şahid1 şahid qismində verdiyi ifadəsi ilə tam təkzib edilir. Bundan başqa məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 07 yanvar 2023-cü il tarixdə cinayət işinin başlandıqdan sonra Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Saatlı Rayon Vəkil Bürosunun vəkili Vüsal Abbasov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş baxış və götürməyə dair 07 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən, video-çəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs məxsus Saatlı rayonu Qıraqlı kəndində yerləşən evinə baxış keçirilərkən qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd sintetik torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin video-çəkilişdə və fotoşəkillərdə Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən baxış keçirilməsi barədə protokola ona qarşı hər-hansı qanunsuzluq edilməsinə dair qeyd edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra baxış həyata keçirilmiş, baxışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından 1220 dəfə artıq külli miqdarda narkotik vasitə – qurudulmuş marixuananı qanunsuz əldə edib saxlaması onun həqiqətəndə satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Cinayət törədilərkən qüvvədə olmuş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 12(a) sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram və külli miqdarının aşağı həddi isə 500 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd olunan cinayət hadisələrinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs3 vurulmuş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər iki dəfə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisində az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və cəzanı ağırlaşdıran halın olmasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, təqsirləndirilən şəxsin kriminal keçmişini, əvvəllər də dəfələrlə cinayət törətdiyinə görə məhkum edilməsini, islah edilməz xarakterə malik olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 07 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Saatlı Rayon Mərkəzi X11 Şəxsin poliklinika şöbəsində narkoloji kabinetində xx.xx.2018-ci il tarixdən qeydiyyatda durması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-də saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6099,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kəlbətin, kabel hissəsi və iki ədəd qara rəngli corab məhv edilməli, habelə iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd xalça, bir ədəd divan örtüyü, iki ədəd qab və boşqab dəstləri, bir ədəd drel və bir ədəd ləpəçəkən aparat və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd xalça və bir ədəd elektrik mişarının saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 99,74 (doxsan doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC tərəfindən cinayət mühakimə icraatı qaydasında mülki iddia verilmədiyindən məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə ona vurulmuş ziyanla bağlı Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.3-2-cü maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 07 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Saatlı RPŞ-də saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6099,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, bir ədəd kəlbətin, kabel hissəsi və iki ədəd qara rəngli corab məhv edilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3 məxsus olan bir ədəd xalça, bir ədəd divan örtüyü, iki ədəd qab və boşqab dəstləri, bir ədəd drel və bir ədəd ləpəçəkən aparat və Zərərçəkmiş şəxs2 məxsus bir ədəd xalça və bir ədəd elektrik mişarının saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərci-99,74 (doxsan doqquz manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar