Məhkəmə qərarları › İş №1(099)-111/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-111/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-111/2025 18.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gədəbəy şəhəri, N.Gəncəvi küçəsi ev 19-da qeydiyyatda olmaqla, Gəncə şəhəri, Sevinc qəsəbəsi 11-ci küçə, ev 22-də yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı “Sevinc” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməklə, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupunun naməlum üzvü tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində yerləşən “Səbuhi” adlı kafedə çəkilmiş videogörüntünü əldə etdikdən sonra xx.xx.2022-ci il tarixdə özünü “Kanal 1 X2 Baş Redaktoru” kimi təqdim edərək həmin kafeni işlədən Zərərçəkmiş şəxs4 telefon vasitəsi ilə zəng edib, sonuncuya işlətdiyi kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi ilə bağlı onda videogörüntülərin olması və həmin rüsvayedici videogörüntüləri internet sosial şəbəkələrdə yerləşdirilməsi hədəsi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 1500 (bir min beş yüz) manat hədə-qorxu ilə pul tələb etmiş və Zərərçəkmiş şəxs4 onun istifadəsində olan 4169-7385-7473-0440 kart hesabına 2022-ci ilin noyabr ayından 2023-cü ilin dekabr ayına qədər hər ay 100 (bir yüz) manat olmaqla göndərdiyi ümumilikdə 1300 (min üç yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı “Sevinc” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməklə, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupunun naməlum üzvü tərəfindən Ələt-Astara yolunun Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində yerləşən “Səbuhi” adlı kafedə çəkilmiş videogörüntünü əldə etdikdən sonra xx.xx.2024-cü il tarixdə özünü Kanal 1 X2 Baş Redaktoru kimi təqdim edərək həmin kafeni işlədən Zərərçəkmiş şəxs4 telefon vasitəsi ilə zəng edib, sonuncuya işlətdiyi kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi ilə bağlı onda videogörüntülərin olması və həmin rüsvayedici videogörüntüləri internet sosial şəbəkələrdə yerləşdirilməsi hədəsi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 1500 (bir min beş yüz) manat hədə-qorxu ilə pul tələb etmiş və Zərərçəkmiş şəxs4 onun istifadəsində olan 4169-7385-7473-0440 kart hesabına göndərdiyi 800 (səkkiz üç yüz) manat pulu ələ keçirmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları “Ramin”, “Sevinc” adlı şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməklə, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupunun naməlum üzvü tərəfindən Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yerləşən adsız kafedə çəkilmiş videogörüntünü əldə etdikdən sonra 31 may 2024-cü il tarixdə özünü “Kanal 1 X2 Baş Redaktoru” kimi təqdim edərək Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yerləşən kafeni işlədən Zərərçəkmiş şəxs1 telefon vasitəsi ilə zəng edib, sonuncuya işlətdiyi kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi ilə bağlı onda videogörüntülərin olması və həmin rüsvayedici videogörüntüləri internet sosial şəbəkələrdə yerləşdirilməsi hədəsi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 1100 (bir min yüz) manat pulu hədə-qorxu ilə tələb etmiş, tələb etdiyi pulu almaqdan ötrü 01 iyun 2024cü il tarixdə Gəncə şəhərindən Biləsuvar rayonuna gələrək, həmin gün saat 02 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 35-ci kilometrliyində yerləşən kafedə Zərərçəkmiş şəxs1 1100 (bir min yüz) manatı alıb ələ keçirmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları “Ramin”, “Sevinc” adlı şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməklə, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupunun naməlum üzvü tərəfindən Biləsuvar-Bəhrəmtəpə yolunun 35-ci kilometrliyində yerləşən adsız kafedə çəkilmiş videogörüntünü əldə etdikdən sonra 31 may 2024-cü il tarixdə özünü “Kanal 1 X2 Baş Redaktoru” kimi təqdim edərək Biləsuvar-Bəhrəmtəpə yolunun 35-ci kilometrliyində yerləşən kafeni işlədən Zərərçəkmiş şəxs2 telefon vasitəsi ilə zəng edib, sonuncuya işlətdiyi kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi ilə bağlı onda videogörüntülərin olması və həmin rüsvayedici videogörüntüləri internet sosial şəbəkələrdə yerləşdirilməsi hədəsi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 1100 (bir min yüz) manat pulu hədə-qorxu ilə tələb etmiş, tələb etdiyi pulu almaqdan ötrü 01 iyun 2024cü il tarixdə Gəncə şəhərindən Biləsuvar rayonuna gələrək, həmin gün saat 02 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 35-ci kilometrliyində yerləşən kafedə Zərərçəkmiş şəxs2 1100 (bir min yüz) manatı alıb, ələ keçirmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları “Ramin”, “Sevinc” adlı şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən törədilməklə, əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupunun naməlum üzvü tərəfindən Biləsuvar-Bəhrəmtəpə yolunun 57-ci kilometrliyində yerləşən adsız kafedə çəkilmiş videogörüntünü əldə etdikdən sonra 31 may 2024-cü il tarixdə özünü “Kanal 1 X2 Baş Redaktoru” kimi təqdim edərək Biləsuvar-Bəhrəmtəpə yolunun 57-ci kilometrliyində yerləşən kafeni işlədən Zərərçəkmiş şəxs3 telefon vasitəsi ilə zəng edib, sonuncuya işlətdiyi kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsi ilə bağlı onda videogörüntülərin olması və həmin rüsvayedici videogörüntüləri internet sosial şəbəkələrdə yerləşdirilməsi hədəsi ilə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 1100 (bir min yüz) manat pulu hədə-qorxu ilə tələb etmiş, tələb etdiyi pulu almaqdan ötrü 01 iyun 2024cü il tarixdə Gəncə şəhərindən Biləsuvar rayonuna gələrək, həmin gün saat 02 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 35-ci kilometrliyində yerləşən adsız kafedə 1100 (bir min yüz) manat pulu alıb, ələ keçirdikdən sonra Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 01 iyun 2024-cü il tarixdə saat 02:40 radələrində həmin kafenin qarşısında şübhəli şəxs qismində saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı hədə-qorxu ilə tələb edərək, ələ keçirtdiyi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 3300 (üç min üç yüz) manat pul əynindəki köynəyin sol sinə cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmərək ifadəsində göstərmişdir ki, Kanal 1 internet onlayn və televiziya saytının baş redaktoru işləyir və həmin kanalı özü yaratmışdır. Həmin saytı yaratmaqda məqsədi ölkə ərazisində baş vermiş neqativ halları aidiyyəti orqanlara çatdırmaq olmuşdur. 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 işlətdiyi kafelərin əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərmələrini ifşa etmişdir və öz səhifəsində başlıq kimi «Azərbaycan dövləti öz arenasında milli mədəni əxlaqları ilə tanınır. Bugünki gündə bizim milli əxlaq və dəyərlərimiz ayaq altında tapdanılır. Biləsuvar RPŞ-nin Nəsib Məmmədov digər polis əməkdaşları buna göz yumur» kimi başlıq yazmışdır. Onun yazısından təxminən 24 saat keçdikdən sonra DİN-in cənub Regional mətbuat Xidmətinin baş inspektoru Məhəmməd Rzayev ona ona zəng vuraraq həmin sözügedən əxlaqsız yuvalarının bağlandığını bildirmiş, həmin kafelərin bağlanması ilə bağlı ona videolar da göndərmişdir. O, Məhəmməd Rzayevin ona zəngindən sonra həmin yazını kanaldan silmişdir. 2024-cü il may ayının 28-də Sevinc adlı qız zəng vuraraq ona köməklik göstərməsini xahiş etmiş. Sevinc ona Biləsuvar rayonunda Zərərçəkmiş şəxs2 məxsus kafedə olduğunu, həmin kafeyə ofisant adı ilə gətirildiyini, lakin orada cinsi istismara məruz qaldığını bildirmişdir. O Sevincə dediyi halları təsdiq edən hər hansı sübut varsa təqdim etməsini xahiş etmiş, Sevinc də ona «Whatsapp» proqramı vasitəsi ilə 3 ədəd video göndərmişdir. Videolara baxdıqda cinsi əlaqədə olması faktları öz təsdiqini tapdığını görmüşdür. Videoda həmçinin orada olan şəxs «birdən polis gələr bizi tutar sözünü deyir, qadın da polisə aylıq veririk narahat olma» sözlərinin deməsi də eşidilir. O, yenidən yazı paylaşaraq «Biləsuvar rayonunda bağlanmış əxlaqsız yuvalarının yenidən bərpa olunmasına səbəb nə olmuşdur» qeyd etmişdir. Bundan sonra Biləsuvar RPŞ-nin rəis müavini Elnur adlı şəxs zəng vuraraq Daxili İşlər Nazirliyindən onları sıxmalarını həmin videonu silməsini deyərək onu şöbəyə qonaq çağırmışlar. O, rəis müavininə gəlməyəcəyini, sadəcə Biləsuvar rayonunda Mübariz İbrahimovun adını daşıyan rayonda belə əxlaqsız yuvaların bağlanmasını istədiyini bildirmişdir. Təxminən 30 dəqiqədən sonra yenidən rəis müavini Elnur zəng edərək Biləsuvar rayonuna gəlməsini, onun iştirakı ilə həmin kafelərin bağlanacağını bildirmişdir. O taksi ilə Biləsuvar rayonuna gəlmiş, Zərərçəkmiş şəxs2 kafesinə daxil olmuş, orada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 oturduğunu görmüşdür. Bu zaman Umud ona onu Biləsuvar RPŞ-nin müavini Elnur müəllimin tapşırdığını, danışığın 3300 manat olduğunu bildirmiş. O Umuda hər hansı danışığa görə gəlmədiyini, bura kafenin bağlanmasına görə gəldiyini bildirmişdir. Bu zaman Umud ona onunla birlikdə kənara kəçilmələrini demiş, onlar başqa otağa daxil olandan sonra onunla söhbət edən zaman Fazilə gələrək əlində pulu onun cibinə salıb özü də arxaya çəkilmişdir. O Faziləyə tərəf gedən zaman bir neçə şəxs onun qollarından tutub polis əməkdaşları olduqlarını, Elman, Umud və Fazilədən hədə qorxu ilə 3300 manat pul tələb etdiyi üçün onu saxladıqlarını bildirmişlər. Onu polis şöbəsinə gətirmişlər, şöbədə ona Sevinc adlı şəxslə əlbir olduqlarını bu işi törətdiklərini ona bildirmişlər. Sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2, Fazmlə Səfərova və Zərərçəkmiş şəxs3 polis şöbəsinə etdikləri şikayət əsasında polislər tərəfindən nömrələnmiş pul verərək onu tutmuşlar. O, hədə qorxu ilə hər hansı bir şəxsdən pul tələb etməmişdir. Günahı olmadığı üçün məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, Kanal 1 internet onlayn və televiziya saytının baş redaktorudur. 31 may 2024-cü il tarixdə saat 23 radələrində taksi ilə Gəncə şəhərindən Biləsuvar rayonuna gəlmək üçün çıxmışdır. Təxminən 2-3 saatdan sonra Biləsuvar rayonuna çatmışdır. Umudun işlətdiyi kafenin qarşısında Fazilə və Umud onu qarşılamışdır. Zərərçəkmiş şəxs1 ilə söhbət edən zaman Elman, Umud və özünün işlətdiyi kafelərin əxlaqsız yuva kimi fəaliyyət göstərməsini özündə əks etdirən videogörüntünü rəhbəri olduğu saytlarda və digər kütləvi informasiya vasitələrində, hər hansı şəxslər arasında rüsvayedici məlumatları yaymayacağını və hüquq mühafizə orqanlarına videonu təqdim etməyəcəyi müqabilində 3300 manat pul tələb etmişdir. Fazilə də “problem yoxdur, dediyin pulu verərəm, lakin barəmizdə olan rüsvayedici məlumatları paylaşma” deyə xahiş edərək 3300 manat pulu təqdim etmişdir. O da pulu aldıqdan sonra əynində olan köynəyin sol sinə cibinə qoyaraq üzərində saxlamış, videogörüntüləri sonra siləcəyini, informasiya vasitələrində paylaşmayacağına söz vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 kafesində işləyən Sevinc adlı qadının vasitəsi ilə Ramin adlı şəxs rüsvayedici videoları ona göndərmişdir. 2022-ci il noyabr ayında Biləsuvar rayon ərazisində yerləşən Leyli Xudavediyevanın işlətdiyi kafeyə getmişdir. Həmin kafedə baxımlı 4 nəfər qadın görmüşdür. Zərərçəkmiş şəxs4 ondan kim olduğumu soruşmuşdur. O da Zərərçəkmiş şəxs4 Kanal-1 televiziya informasiya internet saytının baş redaktoru vəzifəsində işlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs4 da ona kafeni əxlaqsız yuva kimi işlətməsini və həmin qadınların da pul müqabilində cinsi əlaqədə olmalarını deyərək, bu yolla pul qazandığını bildirmişdir. O da Zərərçəkmiş şəxs4 bu barədə iradını bildirmiş və orada ayrılmaq istəyən zaman, Leyli onun cibinə 100 manat pul qoymuş və “mən jurnalistlərə həmişə hörmət edirəm” sözlərini demişdir. Həmin vaxt Leyliyə üzərində telefon nömrəsi olan vizitkartını vermişdir. Leyli də daha sonra ona zəng edərək yenidən pul təklif etmişdir. O da özünə məxsus olan plastik kartının şəklini göndərmişdir. Zərərçəkmiş şəxs4 da ona 22 noyabr 2022-ci il tarixdə 100 manat pul göndərmişdir. 2024-cü ilin yanvar ayında ona Zərərçəkmiş şəxs4 kafesinin əxlaqsız yuva kimi işlətməsi barədə videogörüntüləri göndərmişlər. O da həmin videoları öz internet saytında paylaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs4 ona zəng vurmuş və həmin videonu götürməsi müqabilində ona 800 manat pul təklif etmişdir, o da Zərərçəkmiş şəxs4 təklifi ilə razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs4 ona məxsus plastik kart hesabına 800 (səkkiz yüz) manat pul göndərmişdir. O da həmin videonu internet saytından silmişdir. 18 aprel 2024-cü il tarixdə Leylinin həmin kafeni yenidən əxlaqsız yuva kimi işlətməsi barədə ona məlumat daxil olmuşdur. Ona daxil olan videogörüntünü yenidən paylaşmışdır. Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Leyli barəsində tədbir görülmüş və kafe tamamilə bağlanılmışdır. Zərərçəkmiş şəxs4 ona zəng vurub, “sənin başına oyun açacam” sözlərini deyərək onu hədələmişdir. O da Zərərçəkmiş şəxs4 “hara istəsən mənim barəmdə şikayət edə bilərsən” sözlərini demişdir. Zərərçəkmiş şəxs4 kafesini əxlaqsız yuva işlətməsi barədə məlumatları sosial şəbəkələrdə yaymamağı üçün ona ümumilikdə 900 (doqquz yüz) manat pul vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğunu hesab edir və sübut kimi qəbul edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Biləsuvar-Bəhrəmtəpə yolunun 45-ci kilometrliyində yol kənarında kafe işlədir. Həmin kafedə yemək və çay verilir, kafedə özü işləyir, gələn müştərilərə xidmət edir. Təqsirləndirilən şəxs jurnalist kimi tanıyır. 31 may 2024-cü il tarixdə günorta saatlarında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs2 ona mobil telefon vasitəsi ilə zəng edərək Təqsirləndirilən şəxs 4 ədəd video göndərməsini və həmin videolardan bir ədədinin onun işlətdiyi kafedə çəkilməsini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 videoların nədən bəhs etməsini soruşmuş, Zərərçəkmiş şəxs2 də ona həmin videolarda işlətdiyi kafenin əxlaqsız yuva kimi faəliyyət göstərməsindən bəhs etməsini bildirmişdir. O, da buna görə Təqsirləndirilən şəxsya zəng edərək həmin videonu nə üçün onlara göndərdiyini soruşmuş, Arzu da işlətdiyi kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsini, eyni zamanda youtube, tiktok və digər sosial şəbəkələrində videonu paylaşaraq onu rüsvay edəcəyini bildirmişdir. O da Arzuya videodakı kafenin ona məxsus olmadığını demişdir. Buna baxmayaraq Arzu həmin videogörüntünün ona məxsus kafedə çəkilməsi başlığı ilə yayacağını bildirmişdir. Çünki həmin videolarda heç bir kafenin adı və adresi barədə heç bir məlumat yoxdur. Kafede yemək və çay verdiyini, həmin məlumatların həqiqətə uyğun olmadığını, barəsində rüsvayedici məlumatlar paylaşmamasını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona əlində olan videoaları sosial şəbəkələrdə paylaşaraq rusvay edəcəyini və həbs etdirəcəyini deyib hədə-qorxu gələrək 1100 manat pul tələb etmişdir. O da Arzudan üz-üzə görüşüb, məsələni həll etməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs eyni zamanda Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 də işlətdikləri kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsini deyərək hər birindən 1100 manat olmaqla, üçünə də hədə qorxu gələrək ümumilikdə 3300 manat pul tələb etmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs2lə və Zərərçəkmiş şəxs3la birlikdə Elmanın işlətdiyi kafedə görüşmüşlər. Orada birlikdə söhbət edərək hər biri 1100 manat verməyə razılaşmışlar. Bundan sonra o, Arzuya zəng edərək ümumilikdə 3300 manat verəcəyini deyərək, onu Biləsuvar rayonuna dəvət etmişdir. Arzu da ona Biləsuvar rayonuna gəlmək üçün pulunun olmadığını demişdir. Buna görə də o, Arzunun göndərdiyi plastik kart hesabına 70 manat pul göndərmişdir, daha sonra Arzunun onlara hədə-qorxu gələrək pul tələb etməsinin qarşını almaq üçün və cinayət əməlinin ifşa edilməsi üçün Biləsuvar RPŞyə müraciət etmək qərarına gəlmişlər. 01 iyun 2024-cü il tarixdə Biləsuvar RPŞ-yə müraciət etmiş, daha sonra onlar üçü birlikdə 3300 manat pulu toplayıb, polisə təqdim etmişlər. Həmin pulların seriya nömrəsini polis əməkdaşları qeydiyyatını aparmışlar. 01 iyun 2024-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs2 kafesində o, və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə görüşmüşlər, Elman xəstə olduğu üçün görüşə gələ bilməmişdir. Söhbət edən zaman Arzu özünə məxsus olan mobil telefonda videogörüntüləri təqdim edərək, həmin videoları yayacağını bildirmiş, yaymamaq üçün də hər birindən 1100 manat olmaqla ümumilikdə 3300 manat pul tələb etmişdir. Bundan sonra o, və Umud ciblərində olan pulları çıxarmış, həmin pulları saya bilmədiyi üçün, Arzunun yanında olan sürücü Yusif adlı şəxsə sayması üçün vermiş, sonuncu da pulu sayaraq, 3300 manat pulu ona geri qaytarmışdır. O da həmin pulu Arzuya verərək, bu videoların başqa bir yerdə görünməməsini xahiş etmişdir. Arzu da pulu aldıqdan sonra onlara həmin videoları siləcəyinə dair söz vermişdir. Daha sonra pulu əynindəki köynəyin sinə cibinə qoymuş, kafedən uzaqlaşmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona dəymiş 1100 manam maddi ziyan qaytarılmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Biləsuvar-Bəhrəmtəpə yolunun 57-ci kilometrliyində yol kənarında kafe işlədir. Həmin kafedə yemək və çay verilir. Təqsirləndirilən şəxs jurnalist kimi tanıyır. 31 may 2024-cü il tarixdə günorta saatlarında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs2 zəng edərək Təqsirləndirilən şəxs 4 ədəd video göndərməsini və həmin videolardan iki ədədinin onun işlətdiyi kafedə çəkilməsini bildirmişdir. O da Zərərçəkmiş şəxs2 videoların nədən bəhs etməsini soruşmuşdur. Zərərçəkmiş şəxs2 ona həmin videolarda işlətdiyi kafenin əxlaqsız yuva kimi faəliyyət göstərməsindən bəhs etməsini bildirmişdir. O da buna görə Təqsirləndirilən şəxsya zəng edərək həmin videonu nə üçün onlara göndərdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs da işlətdiyi kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsini, eyni zamanda youtube, tiktok və digər sosial şəbəkələrində videonu paylaşaraq onu rüsvay edəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs videodakı kafenin ona məxsus olmadığını demişdir. Buna baxmayaraq Arzu həmin videogörüntünün ona məxsus kafedə çəkilməsi başlığı ilə yayacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona əlində olan videoaları sosial şəbəkələrdə paylaşaraq rusvay edəcəyini və həbs etdirəcəyini deyib hədə-qorxu gələrək 1100 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs eyni zamanda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 də işlətdikləri kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərməsini deyərək hər birindən 1100 manat olmaqla üçünə də hədə qorxu gələrək ümumilikdə 3300 manat pul tələb etmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs2lə və Fazilə Səfərovla birlikdə işlətdiyi kafedə görüşmüşlər. Orada birlikdə söhbət edərək hər biri 1100 manat verməyə razılaşmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1 Arzuya zəng edərək ona ümumilikdə 3300 manat verəcəyini deyərək, Arzunu Biləsuvar rayonuna dəvət etmişdir. Arzunun onlara hədə-qorxu gələrək pul tələb etməsinin qarşını almaq üçün və cinayət əməlinin ifşa edilməsi üçün Biləsuvar RPŞ-yə müraciət etmək qərarına gəlmişlər. 01 iyun 2024-cü il tarixdə Biləsuvar RPŞ-yə müraciət etmişlər. Daha sonra onlar üçü birlikdə 3300 manat pulu toplamışlar. O, pulu Umuda verdikdən sonra xəstə olduğunu deyərək, Arzu ilə görüşə getməyəcini bildirmişdir. Daha sonra Arzunun 3300 manat pulu Fazilədən aldıqdan sonra polis əməkdaşları tərəfindən tutulduğunu bilmişdir. Ona dəymiş 1100 manam maddi ziyan qaytarılmışdır. Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Ələt-Astara yolunun Biləsuvar rayon, Xırmandalı kəndi ərazisindən keçən hissəsində “Səbuhi” adlı kafe işlədir. Həmin kafedə yemək və çay verilir. Gələn müştərilərə özü xidmət edir. Təqsirləndirilən şəxs jurnalist kimi tanıyır. Onun kafesində vaxtaşırı bir neçə qadın ofissantlar da işləmişdir. Sevinc adlı qadın onun kafesində təxminən bir neçə il işləmişdir. Sevinc onun xəbəri olmadan Təqsirləndirilən şəxs müxtəlif videolar ataraq, kafeni əxlaqsız yuva kimi işlətməyi barədə yalandan məlumatlar vermişdir. Təqsirləndirilən şəxs da ona 2022-ci ilin noyabr ayında zəng vuraraq onun işlətdiyi kafeni əxlaqsız yuva olması barədə xəbərlərdə paylaşacağını deyərək ondan hədə-qorxu ilə 1500 manat pul tələb etmişdir. O da dediyi məlumatların yalan olmasını və hazırda pulu olmadığını demişdir. Təqsirləndirilən şəxs isə pul verməyəcəyi təqdirdə videonu paylaşacağını və onu rüsvay edəcəyi ilə hədələmişdir. O da Arzudan hər ay 100 manat olmaqla 15 ay ərzində pulu verə biləcəyi deyərək videonu paylaşmamasını xahiş etmişdir. Arzu da onunla razılaşmışdır. Bundan sonra hər ayın son günlərində 100 manat pulu Arzunun istifadəsində olan plastik kartına göndərməyə başlamışdır. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ona zəng vuraraq Sevincin bir ədəd videosunu göndərmişdir. Həmin videoda Sevinc onun kafesində əxlaqsız qadın kimi faəliyyət göstərməsini və buna görə də pul qazanması barədə açıqlama etmişdir. Təqsirləndirilən şəxs həmin videonu paylaşmamaq üçün ondan yenidən 1500 manat pul tələb etmiş, o da Arzuya hazırda pulu olmadığını demişdir. Arzu Orcuov ilə telefonda danışıb, 800 manat pul verə biləcəyini deyərək sonuncunu razı salmış və 800 manat pulu 27 yanvar 2024-cü il tarixdə Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində göndərmişdir. Bu hadisədən bir neçə ay Təqsirləndirilən şəxs onunla əlaqə saxlamamış və onu narahat etməmişdir. Lakin 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs onun kafesi barəsində həqiqətə uyğun olmayan məlumatlar yayaraq, kafenin bağlanılmasına səbəb olmuşdur. O da buna görə DİN-in 102 xidmətinə müraciət edərək Təqsirləndirilən şəxs onu hədələyərək ümumilikdə 2700 manat pulunu ələ keçirməsini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır, lakin aralarında heç bir mübahisə və ədavət olmamışdır. Təqsirləndirilən şəxs ona zəng edərək işlətdiyi kafenin əxlaqsız yuva olmasını bildirərək, hədə-qorxu gəlib və təxminən 2 il ərzində ondan 2100 manat pul almışdır. Təqsirləndirilən şəxs 13 ay müddətində 100 manat, bir ay da 800 manat pul göndərməklə ümumilikdə 2100 manat pulu hədə qorxu ilə ondan almışdır. Bir neçə dəfə Təqsirləndirilən şəxs Biləsuvar rayonuna gəlmiş və həmin vaxt sonuncuya və yanında olan dostlarına hər dəfə müxtəlif kafelərdə yemək almışdır. Buna görə də hər dəfə onun təxminən 100 manat xərci çıxmışdır. O da polisə şikayət edən zaman ümumilikdə dəymiş ziyanın təxminən 2700 manat olmasını bildirmişdir. Ona dəymi maddi ziyanın qaytarılmasını istəmir. Təqsirləndirilən şəxs bağışlayır, hər hansı bir şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, İmişli rayon sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Vəliyev X5 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs işlətdikləri kafelərdə çəkilmiş rüsvayedici videogörüntüləri yaymaqla hədə-qorxu gələrək 3300 (üç min üç yüz) manat məbləğində tələb edilməsini bildirmişlər və müraciət əsasında əməliyyat qrupu yaradılmışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər biri 1100 (min yüz) manat olmaqla ümumilikdə 3300 (üç min üç yüz) manat pulu polis şöbəsində ona təqdim etmişlər və o da həmin pulların seriya nömrələrini protokola qeyd etmişdir. Bundan sonra həmin pulları Zərərçəkmiş şəxs1 qaytarmışdır. 01 iyun 2024-cü il tarixdə saat 02:20 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işlətdiyi Biləsuvar- Bəhrəmtəpə yolunun 35-ci kilometrliyində yolun kənarında yerləşən kafedə görüşüb 10- 15 dəqiqə aralarığında söhbət edib, bir-birindən uzaqlaşmışlar. xx.xx.2024-cü il tarixdə saat 02:40 radələrində Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri tərəfindən həmin kafenin həyətində piyada hərəkətdə olan zaman saxlanılaraq Biləsuvar RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs üzərində hədə-qorxu gələrək əldə etiyi pul vəsaitləri olduğuna görə müdafiəçinin iştirakı və videoçəkilişlə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilən əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki köynəyin sol sinə cibindən bir ədəd “Kanal 1” saytının baş redaktoru olmasını təsdiq edən sənədi, özünə məxsus bir ədəd plastik kartını və 29 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq pul əskinazını, əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bel kəmərində saxladığı baş redaktoru olduğu saytın lövhəsini, əynindəki şalvarın sağ yan cibindən 6 ədəd 1 manatlıq pul əskinazını təqdim etmişdir. Təqdim olunan 29 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq pul əskinazına baxış keçirilən zaman əməliyyat tədbirinin keçirilməsi üçün Zərərçəkmiş şəxs1 verilmiş pul əskinazlarının seriya nömrələrinin eynilik təşkil etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 29 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq pul əskinazları bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Şahid qismində dindirilmiş Biləsuar Rayon Polis Şöbəsinin əməkdaşı Şahid2 Şahid1la ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan 04 iyun 2024-cü il tarixli 1627 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, hal-hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Öz psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs öz mənafeyini üstün tutmaq, emosionallıq, inadkarlıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin xaraketrini və mənasını anlamaq iqtidarındadır. Təqsirləndirilən şəxs başqalarının təsiri altında hərəkət etməyə və ya özündən uydurmağa meyillilik aşkar edilmədi. İş materiallarında olan 02 iyun 2024-cü il tarixli 229 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərindəhər-hansı bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan 01 iyun 2024-cüil tarixli videoçəkilişlə «şəxsi axtarış aparılması və götürmə aparılması haqqında» protokoldan görünür ki, Şəxsi axtarış və götürmə barədə 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi videoçəkiliş aparılmaqla şəxs axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ağ rəngli köynək, qara rəngli qısaqol jilet, qara rəngli şalvar və qara rəngli ayaqqabı olması müəyyən edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Bəhruz Bayramov tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici və ləkələyici məlumatlar yaymaqla, hədə-qorxu ilə pul tələb etmə barədə daxil olmuş məlumat əsasında cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi və əməliyyat tədbirinin keçirilməsi üçün Zərərçəkmiş şəxs1 8 ədəd 1. A39422704 nömrəli, 2. A42087351 nömrəli, 3. A10924111 nömrəli, 4. A01221106 nömrəli, 5. A42455408 nömrəli, 6. A47118482 nömrəli, 7. A47329215 nömrəli, 8.A42033561 nömrəli 50 (əlli) manatlıq pul əskinazları və 29 ədəd 1. C91743348 nömrəli, 2. C71289201 nömrəli,

3. C97988515 nömrəli, 4. D12638287, nömrəli 5. C26474569 nömrəli, 6. C18178511 nömrəli, 7. D06460629 nömrəli, 8. C39903600 nömrəli, 9. A771745280 nömrəli, 10. A73702290 nömrəli, 11. C70535375 nömrəli, 12. A85133068 nömrəli, 13. A15188614 nömrəli, 14. C14954104 nömrəli, 15. C05940302 nömrəli, 16. D17139369 nömrəli, 17. A76819394 nömrəli, 18. D18749148 nömrəli, 19. A67080350 nömrəli, 20. C46189436 nömrəli, 21. C68680004 nömrəli, 22. C00452743 nömrəli, 23. A01934083 nömrəli, 24. D10587870 nömrəli, 25. C46489726 nömrəli, 26. C76273113 nömrəli, 27. D08876123 nömrəli, 28. C23771510 nömrəli, 29. C20220828 nömrəli 100 (yüz) manatlıq pul əskinazları olmaqla ümumilikdə 3300 (üç min üç yüz) manat verilməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilən əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki köynəyin sol sinə cibindən bir ədəd “Kanal 1” saytının baş redaktoru olmasını təsdiq edən sənədi, özünə məxsus bir ədəd plastik kartını və 29 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq pul əskinazını, əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bel kəmərində saxladığı baş redaktoru olduğu saytın lövhəsini, əynindəki şalvarın sağ yan cibindən 6 ədəd 1 manatlıq pul əskinazını təqdim etmişdir. Təqdim olunan 29 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq pul əskinazına baxış keçirilən zaman əməliyyat tədbirinin keçirilməsi üçün Zərərçəkmiş şəxs1 verilmiş pul əskinazlarının seriya nömrələrinin eynilik təşkil etməsi müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə Gəncə şəhərində olan zaman tanış olmuşdur. Sonuncuların Biləsuvar rayonu ərazisində kafe işlətmələrini, işlətdikləri kafelərin əxlaqsız yuva kimi fəaliyyət göstərməsini özündə əks etdirən videogörüntülərin onda olduğunu həmin video görüntünü sosial şəbəkədə paylaşaraq barələrində rüsvayedici məlumatların yayılmaması müqabilində Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 işlətdiyi kafedə görüşüb barəsində rüsvayedici videogörüntüləri silməsi müqabilində hədə-qorxu ilə tələb edərək 3300 manat pul aldığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 29 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq pul əskinazları bir ədəd zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Samsung A12 markalı mobil telefona baxış keçrilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş mobil telefonu korpusu mavi rəngli olmaqla “Samsung A- 12” markalıdır. Telefonda «Azercell» mobil operatoruna məxsus ***-***-**-** saylı nömrəsi vardır. Telefonun «zənglər», «mesajlar», şəkillər, vatsap və instagram proqramlarına baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı məlumatlar aşkar edilmişdir. Mobil telefonun zənglər proqramına baxış zamanı orada –31 may 2024cü il tarixdə saat 22:13-də “Flora Kafe” adı kimi qeydiyyata alınmış Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə 27 saniyə, xx.xx.2024-cü il tarixdə saat 01:06-da 59 saniyə və xx.xx.2024-cü il tarixdə saat 02:00-də 17 saniyə telefonda danışması müəyyən edilmişdir. Bundan başqa 31 may 2024-cü il tarixdə saat 23:14-də “Ümüd imşli” adı kimi qeydiyyata alınmış Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə 2 dəqiqə 18 saniyə, xx.xx.2024-cü il tarixdə saat 01:06-da 1 dəqiqə 37 saniyə telefonda danışması müəyyən edilmişdir. Mobil telefonun şəkillər proqramına baxış zamanı orada iş üçün əhəmiyyət kəsb edən bir neçə videogörüntü müəyyən edilmişdir. Baxış zamanı 31 may 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs ümumilikdə 4 ədəd video göndərilmişdir. Həmin videolara baxış zamanı 1 dəqiqə 39 saniyə olan görüntülər Zərərçəkmiş şəxs3 kafesində çəkilməsi və iki nəfər şəxsin iki nəfər qadınla cinsi əlaqədə olmaq üçün pul söhbəti etməsi açıq aşkar müəyyən edilir. Bundan əlavə Zərərçəkmiş şəxs3 kafesində çəkilmiş ikinci video 4 dəqiqə 20 saniyə davam edir və orada da bir nəfər qadınla bir nəfər kişi mavi rəngli divarı olan otaqda cinsi əlaqədə olmaları açıq aşkar görünür. Bundan başqa 5 dəqiqə davam edən 3-cü videonun Zərərçəkmiş şəxs1 məxsus olan kafedə çəkilməsi və həmin videoda bir nəfər qadınla bir nəfər kişi sarı rəngli divarı olan otaqda cinsi əlaqədə olmaları açıq aşkar görünür. Daha sonra 2 dəqiqə 54 saniyə davam edən videonun Zərərçəkmiş şəxs2 məxsus olan kafedə çəkilməsi və iki nəfər şəxsin üç nəfər qadınla cinsi əlaqədə olmaq üçün pul söhbəti etməsi açıq aşkar görünür. Bundan əlavə telefona baxış zamanı başqa əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. İş materiallarında olan 26 iyun 2024-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, İstintaq zamanı Zərərçəkmiş şəxs4 təqdim etdiyi bir ədəd CD diskə baxış keçrilmiş, Baxış zamanı diskdə olan iki ədəd səs yazılarının Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs4 aid olması müəyyən edilmişdir. Diskdə olan səs yazılarında aşağıdakı sözlər vardır: Təqsirləndirilən şəxs: O, adam mənə dedi ki, nə olur olsun maraqlı deyil xahiş edirəm narahat etməyin, mən də ona dedim ki, qardaş bağışla ki, sənə zəng vurdum. Həmin şəxsin sözündən sonra mən videonu qoydum. Ama indi özü ilə danışıram Leyli mənə videolar göndərib. Leyli Xudaveriyeva: Mənim oğlum Bakı şəhərində yaşayır, burda qalmır. Təqsirləndirilən şəxs: Hə yaxşı onda mən videoları paylaşım, səni də kim çağırsa deyərsən mənim oğlum Bakı şəhərində yaşayır. Leyli sən bunun nəticəsini bilirsən, buna görə də gəl bu işi elə edək ki, nə şiş yansın, nə də ki, kabab yansın. Bu işlərin yolu var, yöndəmi var. Mən də həmin şəxsin ünvanına məktub yazaraq cavab verəcəm ki, göndərdiyiniz videolar ilə bağlı olaraq “Kanal-1” informasiya portalının əməkdaşları Təqsirləndirilən şəxs tapşırığı əsasında sözü gedən əraziyə yollandı və orada fakt öz təsdiqini tapmadı. Buradan da belə qənaətə gəlmək olar ki, göndərilən videolar şər və böhtan xaraqterlidir. Leyli mən həmin videonu paylaşsam vallah sənin üçün yaxşı olmayacaq. Leyli Xudaverdiyev:Xahiş edirəm həmin videoları göndərmə, razılaşaq. Mən də kasıb adamam, məni nəzərə al və bir kəlmə qiymət de. Təqsirləndirilən şəxs: Leyli özün qiyməti de, buraxdım sənin vicdanına, istəyirsən sənə digər videoları da göndərim, mən də bir neçə ədəd video məndə vardır. Həmin videoları internetde paylaşsam nə olacağını bilirsən. Zərərçəkmiş şəxs4: Arzu sənin kart hesabına 800 (səkkiz yüz) manat pul göndərdim. Ama həmin videonu çəkən şəxslər mənə və oğluma şər atırlar. Təqsirləndirilən şəxs: Səbrli ol gözlə kart hesabıma baxım gör pul gəlib. İş materiallarında olan 01 iyun 2024-cüil tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 19 iyul 2024-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 01 iyun 2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntü olan bir ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs RPŞ-nin TB-nin təhqiqatçısı Bəhruz Bayramov tərəfindən Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra RPŞ-nin xidməti otaqlarının birində 1) Biləsuvar RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, 2) RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 3) RPŞ-nin kriminilastik tədqiqat qrupunun baş inspektor kriminalisti X1, 4) RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X3 5) şübhəli şəxs Təqsirləndirilən şəxs, 6) müdafiəçi, X6 iştirakları ilə videoçəkiliş aparılmaqla şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. İlk olaraq şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində ağ rəngli köynək, qara rəngli qısaqol jilet, qara rəngli şalvar və qara rəngli ayaqqabı olması müəyyən edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı Bəhruz Bayramov tərəfindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici və ləkələyici məlumatlar yaymaqla, hədə-qorxu ilə pul tələb etmə barədə daxil olmuş məlumat əsasında cinayət əməlini ifşa etmək məqsədi ilə ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilməsi və əməliyyat tədbirinin keçirilməsi üçün Zərərçəkmiş şəxs1 8 ədəd 1. A39422704 nömrəli, 2. A42087351 nömrəli, 3. A10924111 nömrəli, 4. A01221106 nömrəli, 5. A42455408 nömrəli, 6. A47118482 nömrəli, 7. A47329215 nömrəli, 8.A42033561 nömrəli 50 (əlli) manatlıq pul əskinazları və 29 ədəd 1. C91743348 nömrəli,

2. C71289201 nömrəli, 3. C97988515 nömrəli, 4. D12638287, nömrəli 5. C26474569 nömrəli, 6. C18178511 nömrəli, 7. D06460629 nömrəli, 8. C39903600 nömrəli, 9. A771745280 nömrəli, 10. A73702290 nömrəli, 11. C70535375 nömrəli, 12. A85133068 nömrəli, 13. A15188614 nömrəli, 14. C14954104 nömrəli, 15. C05940302 nömrəli, 16. D17139369 nömrəli, 17. A76819394 nömrəli, 18. D18749148 nömrəli, 19. A67080350 nömrəli, 20. C46189436 nömrəli, 21. C68680004 nömrəli, 22. C00452743 nömrəli, 23. A01934083 nömrəli, 24. D10587870 nömrəli, 25. C46489726 nömrəli, 26. C76273113 nömrəli, 27. D08876123 nömrəli, 28. C23771510 nömrəli, 29. C20220828 nömrəli 100 (yüz) manatlıq pul əskinazları olmaqla ümumilikdə 3300 (üç min üç yüz) manat verilməsi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması qadağan edilən əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki köynəyin sol sinə cibindən bir ədəd “Kanal 1” saytının baş redaktoru olmasını təsdiq edən sənədi, özünə məxsus bir ədəd plastik kartını və 29 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq pul əskinazını, əynindəki şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu, bel kəmərində saxladığı baş redaktoru olduğu saytın lövhəsini, əynindəki şalvarın sağ yan cibindən 6 ədəd 1 manatlıq pul əskinazını təqdim etmişdir. Təqdim olunan 29 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq pul əskinazına baxış keçirilən zaman əməliyyat tədbirinin keçirilməsi üçün Zərərçəkmiş şəxs1 verilmiş pul əskinazlarının seriya nömrələrinin eynilik təşkil etməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 29 ədəd 100 manatlıq, 8 ədəd 50 manatlıq pul əskinazları bir ədəd zərfə qoyularaq qablaşdırılmış, şöbənin 61 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə Gəncə şəhərində olan zaman tanış olmuşdur. Sonuncuların Biləsuvar rayonu ərazisində kafe işlətmələrini, işlətdikləri kafelərin əxlaqsız yuva kimi fəaliyyət göstərməsini özündə əks etdirən videogörüntülərin onda olduğunu həmin video görüntünü sosial şəbəkədə paylaşaraq barələrində rüsvayedici məlumatların yayılmaması müqabilində Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 işlətdiyi kafedə görüşüb barəsində rüsvayedici videogörüntüləri silməsi müqabilində hədə-qorxu ilə tələb edərək 3300 manat pul aldığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zor tətbiq olunmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş Zərərçəkmiş şəxs4 təqdim etdiyi 2 ədəd qəbzdən görünür ki, 21.112022-ci il tarixdə “eManat” vasitəsi iəl 100 (yüz) manat və xx.xx.2024-cü il tarixə “mpay” vasitəsi ilə 800 (səkkiz yüz) manat pul X7 Kapitalbanka məxsus 416973*****0440 nömrəsin pullar göndərmişdir. İş materiallarında olan Biləsuvar rayon məhkəməsinin 02 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 02 iyun 2024-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 iyun 2024-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 8 ədəd 50 (əlli) manatlıq pul əskinasları və 29 (iyirmi doqquz) ədəd 100 (yüz) manatlıq pul əskinasları olmaqla ümumilikdə 3300 (üç min üç yüz manat) pullar cinayət işi üzrə maddi sübut kimi tanınmış və hər birinə 1100 manat olmaqla məhkəmə baxışına kimi saxdanılmasından ötrü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qəbz əsasında qaytarılmışdır. İş materiallarında olan 12 iyun 2024-cü il tarixli «maddi sübut kimi tanınması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A12” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi Biləsuvar Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 5(022)-188/2024 nömrəli qərarı ilə Gədəbəy şəhəri, Nizami küçəsi ev 19-da qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Biləsuvar Rayon Polis şöbəsinin CAB-nın əməliyyat müvəkkili polis leytenantı Şahid1 01 iyun 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər Məhkəməsinin 31 iyul may 2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinərək barəsində 15 il azadlıqdan məhrum edilmə cəzası təyin edilmiş, xx.xx.2020-cü il tarixli Qaradağ rayon Məhkəməsinin qərarı ilə 8 ay 23 gün vaxtından əvvəl şərti azad edilib və məhkumluğu ödənilməmişdir. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə dair bir ədəd CD disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi bir ədəd CD disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi iki ədəd qəbz iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Zəkərriyə qızı, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdikləri 18 fevral 2025-ci il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs şikayətçidirlər, ona qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edirlər. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 18 fevral 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə düzgün ittiham verilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən şəxs CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.3cü maddəsinə əsasən xüsusi ilə təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A12” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı, iş materiallarında olan – Təqsirləndirilən şəxs üzərinə keçrilən şəxsi axtarış zamanı aparılmış videoçəkilişlər olan bir ədəd disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi bir ədəd CD disk və iki ədəd qəbz cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 3300 (üç min üç yüz manat) pulların zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər birinə 1100 (min yüz) manat qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddətinin 01 iyun 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 iyun 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq - Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung A12” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın. -İş materiallarında olan – Təqsirləndirilən şəxs üzərində keçrilən şəxsi axtarış zamanı aparılmış videoçəkilişlər olan bir ədəd CD disk, Zərərçəkmiş şəxs4 təqdim etdiyi bir ədəd CD disk və iki ədəd qəbz cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 3300 (üç min üç yüz manat) pulların zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər birinə 1100 (min yüz) manat olmaqla qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar