Məhkəmə qərarları › İş №1(099)-112/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-112/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-112/2024 04.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X35, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri-Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü ildə Lənkəran rayonu, Sütəmurdov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşayan, 29 mart 2023cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 4(049)- 103/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, 2023-cü ilin mart ayının sonlarında Lənkəran rayonunda istintaqla müəyyən edilməmiş dəqiq tarixdə və mənbədən satış məqsədi olmadan öz istifadəsi üçün qanunsuz olaraq 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 11,259 qram olub külli miqdar təşkil edən ağ rəngli, kristal formada olan psixotrop maddə metamfetamini əldə edərək, həmin psixotrop maddə metamfetamini qanunsuz olaraq üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin əməkdaşlarının 29 mart 2023-cü il tarixdə saat 18:00-də keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkət edərkən saxlanılaraq Lənkəran şəhəri, T.İsmayılov küçəsi 26 ünvanında yeləşən polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən göstərilən sayda və çəkidə psixotrop maddə metamfetamin əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməllərini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə gecə saat 02:30 radələrində polis əməkdaşları evlərinə gələrək onu Lənkəran ŞRPŞ-yə aparmışlar. Buna səbəb 28 mart 2023-cü il tarixdə axşam saat 10 radələrində deputat Fazil Mustafanın vurulması ilə bağlı «Facebook» sosial şəbəkəsində «kim edibsə Allah razı olsun» kimi şərh yazması olmuşdur. Həmin yazını yazdığı üçün çox peşmandır. Gecə qapıları möhkəm döyülmüş, evin ikinci mərtəbəsindən aşağı düşmüş, pəncərədən baxanda polislərin həyətlərində dayandıqlarını görmüşdür. Həmin vaxtı alt paltarında olmuş, qapını açmış, anası da yanında olmuşdur. Adını sonradan bildiyi CABın rəisi Şahid4 ondan Kamranın kim olduğunu soruşmuş, o da Kamranın özü olduğunu demişdir. Polis əməkdaşları qoluna girmişlər, polis əməkdaşlarına «imkan verin paltarımı geyinim sonra məni götürərsiniz» demiş, bu vaxt atası Rafiq də aşağı düşüb nəyə görə uşağı aparmağa gəlmisiniz demiş, Şahid4 cavab olaraq şöbədə aydınlaşdırarıq demişdir. Daha sonra anası paltarlarını gətirmiş, həmçinin Şahid4 əməliyyatçı Ruslana get telefonu da götür gəl bir yerdə şöbəyə gedək demişdir. Ruslan anası ilə birgə yuxarı qalxıb telefonu götürmüş, aşağı düşəndə görmüşdür ki, həyətin dəmir qapısının dəmirini qırıblar qapılar taybatay açıqdır. Həyətə çıxanda həyətdə PPX avtomobili dayandığını görmüşdür. Onu küçənin sol tərəfində dayanmış ağ rəngli avtomobilə oturtmuşlar, əməliyyatçılar da onunla bir yerdə oturmuşlar. Həmin vaxtı orada əməliyyatçılar Şahid4, Şahid1, Şahid5 və Ramil olmuşlar. Avtomobildə ona sual vermişlər ki, dövlətçiliyə qarşı bir şey etməmisən, suala cavab olaraq heç nə etmədiyini demiş, daha sonra ondan Fazil Mustafa ilə bağlı şərh yazıb-yazmadığını soruşmuşlar, o da 28 mart 2023-cü il tarixdə şərh yazdığını bildirmişdir. Onu polis şöbəsinə gətirəndən sonra 2-ci mərtəbəyə qalxmışlar, CAB-nin rəisi Şahid4 otağına girmişlər, otaqda Ruslan ona telefonu kiliddən açmağını demiş, telefona baxış keçirəndən sonra 1-2 sual vermişlər, sonra əməlindən peşman olub-olmamasını soruşmuşlar, o isə cavabında şərh yazdığı üçün peşman olduğunu demişdir. Daha sonra onu Şahid4 otağı ilə üz-üzə olan otağa aparmışlar, orada bir müddət qalmış, həmin otaqda olan zaman görmüşdür ki, ondan başqa da bir nəfər tutmuşlar. Həmin şəxs Lənkəran rayonu, Xarxatan kənd sakini X23 idi. Səhərə kimi həmin otaqda qalmışlar, səhər saat 08:30 da onu gəlib aşağı otağa aparmışlar, orada ondan barmaq izi götürmüşlər, daha sonra şəklini çəkmişlər. Saat 10 radələrində onu Lənkəran ŞRPŞ-nin rəisinin qəbuluna aparmışlar, qəbuldan çıxandan sonra görmüşdür ki, atası qapının ağzında onu gözləyir, atası ondan sonra rəisin qəbuluna girmiş, atası otaqdan çıxandan sonra saat 11 radələrində İltifat müəllimin qəbuluna getmişdir. İltifat müəllimin yanında söhbət olmuş, atası ona bu nədi belə şey yazmısan, söhbət zamanı Anya adlı qadın gəlib atası ilə söhbət etmiş, daha sonra onu 4-cü mərtəbəyə qaldırmışlar. 4-cü mərtəbədə ən axırda sol tərəfdə olan otağa aparmışlar. Həmin vaxt əynində nimdaş, dəri rəngdə uzunqol sintetik köynək, bir də qara rəngdə idman şalvarı olmuşdur. Atası saat 11:30 radələrində yanına gəlmiş, onun üçün paltarlar, yəni hazırda əynində olan paltarları gətirmiş, həmin vaxt paltarlarını dəyişmiş, hardasa saat 12 radələrində atası çıxıb getmişdir. Atası gedəndən sonra onu 2-ci mərtəbədə ən axırda girişdə sağ tərəfdə olan otağa aparmışlar, orada ona və X10 iltizam yazdırmışlar, onları çağıranda gəlmələrini bildirmişlər. 29 mart 2023-cü il tarixdə saat 13 radələrində onları buraxmışlar. Piyada evlərinə getmişdir. Həmin vaxt çox güman ki, saat 13:10 radələrindən saat 13:30-a qədər Lənkəran şəhərində kameralara düşmüş, «Dosa» parkın arxasında olan heykəlin arxasında taksilər dayanır, həmin yerdə apteklə üz-üzə olan yerdə çox güman ki, təhlükəsiz kameralarına düşmüşdür. Təxminən saat 13:45-də «Xəzər Lənkəran» stadionunun aşağısında dükanların yanından keçəndə qonşusu və orada müxtəlif mallar satan X31 onu görmüş və «nə olmuşdu, axşam polislər gəlmişdi» deyə soruşmuşdur. Düzü əvvəl demək istəməmiş, daha sonra Xanlar Nəzərova nə olmuşdusa bildirmiş, demişdir ki, şərh yazmış, ona görə polislər gəlmiş, Xanlar Nəzərov ilə sağollaşandan sonra evə getmişdir. Saat 13:00 radələrində evə çatmış, atası gəldikdən sonra bir az söhbət etmişlər, yemək yeyib sonra yatmışdır. Saat 16 radələrində anası gəlib onu oyadaraq, polis əməkdaşlarının atasına zəng vurduqlarını, onu şöbəyə çağırdıqlarını bildirmişdir. Əynində göy rəngli cins şalvar olmuş, qalın tünd rəngdə göy köynəyi geyinmiş, saat 16:10-da əmisi X15 ilə bir yerdə Lənkəran ŞRPŞ-yə getmişlər. Saat 16:25də polis şöbəsinə çatdıqdan sonra atası onu orada gözləmiş, atası ilə bir yerdə CAB-nin rəisi Şahid4 otağına qalxmışlar, atası Şahid4 soruşmuşdur ki, nəyə görə təkrar çağırmısınız, Şahid4 atasına araşdırma aparıldığını, narahat olmamağını, yaxşı olacağını demişdir. Şahid4 sözündən sonra atası getmiş, sonra onu Şahid4 otağı ilə üz-üzə olan otağa aparmışlar. Həmin otaqda bir neçə nəfər, o cümlədən X24 da olmuşdur. Sonra İlqar adlı bir nəfər, o cümlədən adını bilmədiyi bir nəfər də olmuşdur. Saat 17:20 radələrində onları 2-ci və ya 3-cü mərtəbəyə aparmışlar, tam yadında qalmamış, orada Elçin adlı başı keçəl olan polis nəfəri, bir də əməliyyatçı olmuş, onlarla sorğu-sual etmişlər. Elçin ondan özü və ailəsi haqqında məlumat toplamışdır. Daha sonra əməliyyatçı Şahid1 yanına keçmışlər, onların haqqında akt tərtib etmişlər. Saat 17:20-dən saat 19:30-a qədər həmin otaqda qalmışlar. Həmin otaqda ondan başqa X24 və digər şəxslər olmuşlar. Saat 19:30dan əməliyyat rəisinin otağı ilə üz-üzə olan otaqda gözləmiş, bir müddət gözləyəndən sonra əməliyyatçı Şahid1 otağa gəlmiş, ona yuxarıdan tapşırıq gəlib içəriyə getməlisən, ona görə də bir büküm verəcəyik ya o, olacaq ya da ki, bir kilonu evdən gətirib çıxaracağıq demişdir. Əvvəl donub qalmış, çünki narkotikdən nə istifadə etmiş, nə də ki, görmüşdür, bir halda ona gətirib deyirlər ki, bu sənindi cibinə qoymalısan. Şahid1 onu tualetə çağırmış, orada ona al bunu qoy cibinə, guya bunu kimdənsə almısan demiş, sonra isə bildirmişdir ki, vidoçəklişdə deyərsən ki, saat 10-da çay qırağında gəzəndə yolda tapmısan. Ehtiyyat edib məcburiyyət qarşısında narkotiki götürmüş, cibinə qoymuş, yenidən həmin otağa qayıtmışdır. Otaqda bir müddət gözləyəndən sonra hardasa saat 20 radələrindən sonra onları bunkerə aparmışlar, videoçəkliş üçün lap aşağıda olan otağa salmışlar. Videoçəkliş üçün müəyyən sənədləri tərtib etmişlər, həmin sənədlərə vəkil gəlmədən imza çəkdirmişlər. Otaqda əməliyyatçı X32 da olmuş o, heç olmasa sənədləri oxumağını demiş, Şahid1 bildirmişdir ki, standart prosedurdu, imza çək getsin, o da məcbur qalaraq imza çəkmişdir. Şahid1 vəkil təyin edilib, vəkilin gələcək demişdir. Vəkil gəlib özünü təqdim etmiş, sonra videoçəkliş olmuş, vidoçəkliş zamanı özü üzərinə qoyulmuş psixotrop maddə metamfetamini çıxardıb stolun üzərinə qoymuş, məcburiyyət qarşısında qalaraq həmin hərəkəti icra etmişdir. Saat 21 radələrində videoçəkliş olandan sonra onu həmin otağa qaldırmışlar. Otağa gələndən sonra bir az otaqda gözləmış, sonra onu Şahid4 otağına aparmışlar, oradan isə onu MSY-nə aparmışlar. Saat 22-dən səhərə kimi MSY-də saxlamışlar. Səhər saat 10 radələrində onları dəlixanaya, daha sonra narkolojiyə aparmışlar. Narkolojidə qan analizi ilə, sidiy analizi götürmüşlər, sidiy analizinin cavabı tez çıxdığı üçün adını bilmədiyi qızdan soruşmuş, qız narahat olma heç nə çıxmadı demişdir. Bundan sonra MSY-nə qaytarmışlar, saat 6-da onları çıxarıb barəsində həbs qətimkan tədbiri vermək üçün Lənkəran Rayon Məhkəməsinə aparmışlar. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Bakı İstintaq Təcridxanasına aparmışlar. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməmiş, ekspertizada ekspertlər onunla danışmamışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, 2-ci dəfə polis şöbəsinə əmisi Fəxrəddinlə getmiş, şöbəyə atası ilə qalxmış, atası onu gözləmişdir. Polis şöbəsində atasına zəng edib-etmədiklərini soruşmuş, əməliyyatçılar sonra zəng vuracaqlarını demişlər. MSY-də olarkən polis nəfəri gəlib ona atan zəng etmişdi, deyinirdi demişdir. Şahid1 əvvəllər tanımamış, ümumiyyətlə polis əməkdaşlarının heç birin tanımamışdır. Birinci dəfə polis şöbəsinə gedərkən üzərində telefon olmuşdur. Telefonun markası «Samsung galaxy A51» olmuş, mobil nömrəsi isə ***-***-**-**-dır. Həmin telefon hazırda çox güman ki, müstəntiqdədir, onlara qaytarmamışlar. X38 ailə üzvülərinə telefonun onda olduğunu demişdir. Onu polis əməkdaşları gecə aparmışlar, onu gecə aparanda atası, anası, qonşuları X36 və Xanlar Nəzərov görmüşlər. Gecə evdən onu aparanda «Xəzər Lənkəran» stadionunun qabağında olan kameralara düşmüşdür. Heç vaxt narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Fazil Mustafanı müxalifətçi kimi bilmiş, ona görə belə bir şərh yazmış, Fazil Mustafanın atasının tələbə yoldaşı olduğunu bilməmiş, bunu sonradan bilmişdir. Videoçəkliş saat 21 radələrində olmuş, təqribi demiş, dəqiq vaxt deyə bilməmiş, ancaq saat 21:30-a kimi olmuşdur. Onu təkrar narkolojiyə aparmamışlar. İş materillarında barəsində neçə rəy olduğunu bilməmişdir. İkinci dəfə onu polis şöbəsinə çağırmışlar. Onu aparandan sonra atasının polis əməkdaşları ilə telefonla danışması ilə bağlı məlumatı olmamışdır. Saat 18:00-da şöbədə olmuş, həmin vaxtı onu necə saxlaya bilərlər, həmin vaxtı iki əməliyyatçıya izahat vermişdir. Onu polis əməkdaşları Sütəmurdov kəndində saxlayıb şöbəyə aparmamışlar. İkinci dəfə polis şöbəsində olarkən əlləri açıq olmuşdur. Şöbədə olduğu dövürdə həmişə polisin qabağında olmuş, əlini cibinə salıb cibində olan hər hansı bir əşyanı çıxarmaq imkanı olmuş, cibində psixotrop maddə metamfetamin olsa idi çıxarıb ata bilərdi. Onu saxlayandan sonra yaşayış yerində axtarış aparmamışlar. Müdafiəçini saat 21 radələrində təyin etmişlər, o vaxta qədər vəkillə bağlı ona heç nə deməmişlər. Vəkil barədə siyahı təqdim olunmamış, vəkili özü seçməmiş, polis əməkdaşları özləri təyin etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və üzərində saxlaması ilə bağlı məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə 2023-cü ilin mart ayının axırlarında Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman saxlamışlar, Təqsirləndirilən şəxs narkotik maddələri üzərində saxlaması üçün şübhəli olduğunu bildirmiş və onu Lənkəran ŞRPŞ-yə gətirmiş, şöbədə üzərinə baxış keçirtmişlər və fakt təsdiqini tapmışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Kamranı əvvəllər tanımamış, Kamranın üzərinə narkotik qoymamışdır. Əməliyyat tədbiri onun olmuşdur. Gecə Kamran yaşadığı evdə olmamışdır. Kamranı 2023-cü ilin mart ayının axırları Sütəmurdov kəndi ərazisində saxlamışlar. Kamranı kəndin hansı ərazisində saxlamalarını tam xatırlamamışdır. Əməliyyatçı olduğu üçün 2-3 gündən bir mobil nömrə işlətmiş, həmin nömrələr öz adına da olur, müxtəlif adamların da adına olur. Əməliyyatdan sonra məlum olmuşdur ki, Kamranın psixotrop maddələrin satışı ilə məşğul olması olmamış, üzərində gəzdirmişdir. ŞRPŞ-nin inzibati binasına gəldikdən dərhal sonra Kamranın üzərində şəxsi axtarış keçirilmişdir. Şahid1 əlavə dindirmə zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, «raport»u yazanda dəftərxana bağlanmışdır. «Raport» dərhal yazılmışdır. Sənədlərdə heç bir problem olmamış, hər şey qaydasında olmuşdur. «Raport»u vaxtında, yəni 29 mart 2023cü il tarixdə yazmışdır. Kamranı gətirib təhqiqatçıya təhvil vermişdir. Kamran barədə məlumat 29 mart 2023-cü il tarixdə daxil olmuşdur. «Raport» yazılıb bölmə rəisinə verilir. Əvvəllər Kamranın narkotik vasitənin dövriyyəsi ilə məşğul olması ilə bağlı onlarda məlumat olmamışdır. Əməliyyat məlumatı 29 mart 2023-cü il tarixdə günorta saatlarında daxil olmuşdur. Kamranı Sütəmurdov kəndi ərazisində saxlamışlar. Əməliyyatçı Raqib və polis nəfəri Fərid təsdiqləyə bilərlər ki, Kamranı Sütəmurdov kəndi istiqamətində saxlamışlar. Kamranı saat 18:30-da saxlamışlar. Fəridin Kamran ilə iftar açmasından xəbəri olmamış, o özünə cavabdehdir. Kamranı piyada hərəkətdə olan zaman saxlamışlar. Kamranı 30 dəqiqədən çox müşahidə edib sonra saxlamışlar. Kamranı şöbəyə gətirəndən sonra təhqiqatçının yanına aparmışlar, təhqiqatçının kim olmasını xatırlamamış, Kamranın qolları açıq olmuş, qandal tətbiq etmələri yadında qalmamışdır. Kamranın yaşadığı evə baxış keçirməmişlər, məlumat şəxsin narkotik vasitəni üzərində gəzdirməsi barədə olmuşdur. Kamranı evindən aparmamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş CAB-nin əməliyyat müvəkkili X33 ifadəsində bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə saat 18 radələrində əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Şahid1 rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs Sütəmurdov kəndi ərazisində narkotik vasitələri üzərində gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılıb şöbəyə dəvət olunmuş, videoçəkliş vasitəsi ilə vəkilin iştirakı ilə çəkliş olmuş, Kamran özü etiraf etmiş və psixotrop maddə metamfetamini yerdən tapdığını demişdir. Verilən suallara cavab olaraq şahid Raqif Hüseynov bildirmişdir ki, Kamranı əvvəllər tanımamış və evlərinə getməmişdir. Kamran həmin gün başqa saatlarda şöbəyə gətirilməmişdir. Kamranı Ceyhunun avtomobili ilə şöbəyə gətirmişlər. Kamran narkotik vasitəni Sütəmurdov kəndi ərazisinidən tapdığını demişdir. Əməliyyat- qeydiyyat işinin açılıb-açılmaması barədə məlumatı olmamışdır. Tədbir Ceyhunun olmuş, Ceyhun Kamranı tanımışdır. Kamranı Velədi kəndi istiqamətində saat 18:00-da saxlamışlar. Kamranı Ceyhun, Fərid və o saxlamışlar. Kamrana özlərini təqdim edərək polis şöbəsinə dəvət etmişlər. Kamranı şöbəyə aparan kimi təhqiqatçının yanına aparmışlar. Videoçəkilişi polis nəfəri Fərid aparmışdır. Fəridin yerinə heç nə deyə bilməmiş, ancaq Fərid əməliyyatda iştirak etmişdir. Narkotik vasitə Kamranın sağ yan cibindən aşkarlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş PPXB-nün polis nəfəri Şahid3 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində olan imza özünə məxsusdur, lakin 06 may 2023-cü il tarixdə saat 18:00-dan saat 18:25-dək müstəntiq tərəfindən ondan ifadə alınmamışdır. Şəxsi axtarışda iştirak etmiş, Təqsirləndirilən şəxs üzərində əməliyyat müvəkkili axtarış keçirmiş, cibindən narkotik tapılmışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Xidmətdə olduğu zaman onu çağırmışlar. Ərazidə xidmətdə olmuş, həmin vaxtı onu çağırmışalr. Ona kimin zəng edib çağırmağı yadında deyil, polis şöbəsinə tək getmişdir. Kamranı polis şöbəsində görmüş, ona çəklişə düşəcəksən demişlər, çəklişə düşmüş, telefonu vermişlər və video çəkmişdir. Çəklişdə iki əməliyyatçı və təhqiqatçı olmuşdur. Əməliyyatçılar Ceyhun və Raqib olmuşlar. Əvvəllər bir-iki dəfə çəkliş aparmış, çəkliş apardığı telefonun markası yadında qalmamışdır. Videoçəklişdə Kamran etiraz etməmişdir. Narkotikdən başqa Kamranın üzərindən nə çıxmağı yadında qalmamışdır. Müstəntiqlə üz-üzə oturub ifadə verməmiş, imzalar onundur, ifadəni oxumadan imza etmişdir. «X1» tanımamışdır. Təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etməmişdir. Şəxsi axtarış videoçəklişlə axşam saat 23 radələrindən sonra olmuşdur. Kamranın üzərində şəxsi axtarış 2023-cü il tarixdə olmuş, həmin vaxt «orucluq ayı» olmuş, özü yemək almış, Kamranla bir yerdə iftar açmışdır. Videoçəkliş apardığı telefonu təhqiqatçıya vermişdir. Videoçəkliş vaxtı başqa adamları görməmiş, şəxsən Kamranı görmüşdür. İftar açan zamanı söhbət etməmişlər, çörəklərini yemişlər. Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidia istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ifadəsinin müstəntiq tərəfindən komputerdə yazılmasına etiraz etməmişdir. Lənkəran ŞRPŞ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsindədir. Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 icraatına Lənkəran şəhəri, Ü.Hacıbəyov küçəsi ev 51-də qeydiyyatda olan və yaşayan «X3» barəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü şöbə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Kamran Rzayevin cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək, o, polis şöbəsinin CABnin rəisi, Şahid1 və əməliyyat müvəkkili X8 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik etmək polis kapitanı Şahid1 həvalə edilmişdir. Belə ki, Kamran Rzayevi əvvəllər tanımamış, onunla heç bir qərəzli münasibətləri də olmamışdır. İşin mahiyyəti üzrə bildirmək istəmişdir ki, 29 mart 2023-cü il tarixdə, saat 18:00 dəqiqədə X34 rayonu, Sütəmurdov kəndində küçədə, piyada hərəkət etdiyini görüb onu nəzarətə götürmüşlər. Kamran Rzayevə yaxınlaşaraq özlərini təqdim etmişlər. Kamran Rzayevə üzərində qanunsuz olaraq narkotik vasitələr gəzdirməsində şübhələr olduğundan onun üzərinə şəxsi axtarış keçirilməsini bildirmiş və onu Lənkəran ŞRPŞ-nin Lənkəran şəhəri T.İsmayılov küçəsi 26-da yerləşən inzibati binasına dəvət etmişlər. Polis şöbəsində X25 hüquq və vəzifələrini izah etdikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmışdır. Videoçəkiliş çəkilməsi ona həvalə edilmişdir. Şəxsi axtarış zamanı Kamran Rzayevə üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da, əynində olan tünd rəngli cins şalvarının sol yan cibindən şəffaf rəngli sellofan bükümə bükülmüş 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri 29 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisindən tapdığını bildirmişdir. Bundan başqa Kamran Rzayevin üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Kamran Rzayevin üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisinin 11.85 qram olması məlum olmuşdur. Sonra məhkəmə kimyəvi-ekspertizasına göndərilməsi məqsədilə zərflərə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid3 bildirmişdir ki, müstəntiqə ifadə verməmiş, düzdü həmin ifadəyə özü imza etmiş, ancaq ifadə verməmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında polisə gətirilməsində iştirak etməmişdir. Kamranın üzərindən telefon çıxamağını xatırlamamışdır. Kamran ilə iftarı açmışlar, sonra vidoçəkliş olmuşdur. Polis şöbəsində olan zaman Kamranın qolları açıq olmuş, ona qandal tətəbiq olunmamıdır. İftarı açıb yemək yeyən vaxtı Kamranın üzərində şəxsi axtarış aparılmamış, yemək yedikdən sonra Kamranın üzərində şəxsi axtarış aparılmışdır. İftar zamanı onların yanında 1-2 nəfər də olmuş, həmin şəxsləri tanımamış, orta yaşlı adamlar olmuşlar. Müstəntiq tərəfindən ifadəsinə yazılmış «X3» adlı şəxsi tanımamış, Kamranın soyadı isə «Rzayev» kimi yazılmışdır. Bu hallarda onu deməyə əsas verir ki, həmin ifadəni özü yazmamış, müstəntiq tərəfindən yazılmış, özü isə oxumadan imza etmişdir. Müstəntiq tərəfindən yazılaraq cinayət işinin materiallarına əlavə olunmuş ifadəsini təsdiq etməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X37 ifadəsində göstərmiş və yazılı qaydada təqdim etdiyi ifadəsində bildirmişdir ki, 28 mart 2023-cü il tarixdə arvadı ilə birlikdə Lənkəran rayonu, Velədi kəndində yaşayan xəstə əmisinə baş çəkmək məqsədilə onlara getmiş, saat 22 radələrində əmisigildə olarkən millət vəkili, tələbə yoldaşı Fazil Mustafaya sui-qəsd olunduğunu eşitmişdir. Fazil müəllimi yaxşı tanıdığından təəssüflənmiş və narahat olmağa başlamışdır. Saat təqribən 24 radələrində evinə qayıtmışdır. Həmin vaxt böyük oğlu Təqsirləndirilən şəxs evdə olmuşdur. Evə gələrək evinin ikinci mərtəbəsinə qalxıb yataq otağına keçmiş, Fazil müəllimə qarşı olunan sui-qəsddən narahat olduğundan gec yuxuya getmişdir. 29 mart 2023-cü il tarixdə gecə saat 02:33-də arvadı X16 tərəfindən «whatsapp» nömrəsinə edilən zəngə yuxudan ayılmış, Rəxşəndə Rzayeva həyəcanla otağa daxil olaraq ona «tez ol dur, polis işçiləri bizə gəlib Kamranı aparmaq istəyirlər, gör nə məsələdir» demiş, dərhal evin birinci mərtəbəsinə düşmüşdür. Həmin vaxt həmkəndlisi olan və Lənkəran ŞRPŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid5 Mübarız oğlunu və hazırda simalarını xatırlamadığı daha iki polis nəfərini evlərinin girişində foyedə görüb nə baş verdiyini soruşmuşdur. Mülki geyimdə olan Şahid5 ona bildirmişdir ki, «Rafiq əmi narahat olma, belə ciddi bir şey yoxdur. Kamran bizimlə Polis şöbəsinə getməlidir, tapşırıq belədir. Araşdırma aparılacaq». Həmin vaxtı Kamranı görmədiyindən Kamranın harada olduğunu soruşmuş, Rəxşəndə ona Kamranın aşağıda ayaq yolunda olduğunu demişdir. Aşağı düşüb ayaq yoluna yaxınlaşanda iki-üç polis nəfərinin ayaq yolunun qapısı qarşısında durduğunu görmüşdür. Həmin şəxslərə kənara çəkilmələrini, içəridə olan Kamrana isə qapını açmasını bildirmişdir. Kamran qapını açanda Kamranın mayka və alt paltarda olduğunu görmüşdür. Kamranla birlikdə evin foyesinə qalxmışlar. Bu zaman mülki geyimdə olan bir şəxs içəri daxil olub polis nəfərlərinə «nə durub baxırsınız, götürün bunu» deyə Kamranın qolundan tutmuşdur. Həmin şəxsdən «sən kimsən belə evimdə uşağımla belə hərəkət edirsən» deyə soruşanda Şahid5 ona bildirmişdir ki, həmin şəxs Lənkəran ŞRPŞ-nin CAB-nin rəisi Şahid4dir. Həmin vaxt Kamrandan nə kimi hərəkət etdiyini, nə baş verdiyini soruşmuşdur. Kamran ona cinayət xarakterli heç bir hərəkət etmədiyini israrla bildirsə də Lənkəran ŞRPŞ-nin CAB-nin rəisi Şahid4 və əməliyyat müvəkkili Şahid5 ona oğlu Kamranın istifadə etdiyi adına olan mobil telefonu ilə birlikdə ŞRPŞ-yə aparılmasını və müvafiq araşdırmaların aparılmasının lazım olduğunu bildirmişlər. Kamranın polis əməkdaşları ilə getməsinə etiraz etməmişdir. Kamran qara rəngli idman şalvarını və açıq qəhvəyi rəngli, uzun qol üçdüymə köynəyini əyninə geyinmişdir. Şahid5 Kamranın işlətdiyi mobil telefonu da gətirməyi xahiş etdiyindən Rəxşəndə Kamranın ***-***-**-** nömrəli «Samsunq galaxy A51» markalı mobil telefonunu gətirib Şahid5 vermişdir. Polis əməkdaşları Kamranı, adına olan mobil telefonu ilə birlikdə götürüb təxminən saat 02:36 radələrində həyətlərindən çıxmışlar. Polis əməkdaşlarının gələrək evdən Kamranı aparmalarını qonşuları X31, X36 və X26 da təsdiq edə bilərlər. İbtidai istintaqa bu barədə məlumat versə də X36 və X26 iş üzrə şahid kimi dindirilməmişlər. Zəng edərək çağırması əsasında qardaşı Fəxrəddin Rzayev onlara gəlmiş, Fəxrəddinə hadisəni təfsilatı ilə danışıb polis şöbəsinə gedəcəyini bildirmişdir. RPŞ-yə gedərək təxminən saat 03:20-də şöbənin inzibati binasına qalxmış, şöbənin ikinci mərtəbəsində əməliyyat müvəkkillərinin otağında Kamranın olduğunu görmüşdür. Əməliyyat müvəkkili Şahid5 ona 28 mart 2023-cü ildə millət vəkili Fazil Mustafaya suiqəsd olunduqdan sonra Kamranın şərh yazaraq «kim edibsə yaxşı edib» ifadəsini işlətməsini demişdir. Kamranın yuxarıda qeyd olunan şərhi yazdığını eşitdiyindən bir valideyn olaraq bundan əsəbləşib Kamrana bir iki sillə çəkərək Fazil müəllimin tələbə yoldaşı olduğunu, nə səbəbə belə hərəkət etdiyini söyləyərək onu danlamışdır. Kamran ona Fazil müəllimin müxalifətdə olması səbəbindən belə şərh yazmasını, tələbə yoldaşı olduğunu bilmədiyini və əməlindən peşman olduğunu bildirmişdir. Kamranı danlamış, Kamranla sərt danışdığını eşidən Şahid4 xidməti otağından çıxaraq onların olduqları otağa gəlib polis əməkdaşlarına onu göstərərək «bunu otağa kim buraxib» deyə polis əməkdaşlarını danlamış, ona araşdırma aparıldığını, şöbəni tərk etməyini bildirmişdir. Şöbədə olarkən Fəxrəddin ondan harda olduğunu telefon vasitəsi ilə soruşmuş, o da Kamranın dedikləri və polislər ilə arasında olan söhbət barədə məlumat verərək ŞRPŞ-nin inzibati binasının qarşısına düşmüşdür. Kamran buraxılmadığından Fəxrəddinlə gecə saat 05 radələrində evlərinə qayıtmışlar. Telefonla oğlu Ruslan Rzazadəyə zəng etmək istəyərkən səhvən Lənkəran rayonu, Gərmətük qəsəbə sakini X17 adına olan ***-***-**-** nömrəsinə zəng vurmuş, Kamilə söhbət əsasında Kamranın göstərilən səbəbdən saxlanılması barədə məlumat vermişdir. Sonra oğlu Ruslana da zəng vuraraq hadisə barədə məlumat vermişdir. İşlədiyi Səfərbərlik və Hərbi Xidmətə Şağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəisinin iş otağına qalxaraq şöbə rəisi polkovnik X27 gecə saat 02:30 radələrində polis əməkdaşlarının evlərinə gələrək oğlu Kamranı qeyd etdiyi səbəbdən polis şöbəsinə apardıqlarını, hazırda polis şöbəsində saxladıqlarını, bu səbəbdən şöbə rəisinin qəbuluna getmək istədiyini bildirmişdir. Emin Bağırov təxminən saat 09:30 radələrində polis şöbəsinin rəisi Azər Cahangirovun mobil telefonuna zəng edərək gecə şöbəyə gətirilən Kamranın atasının onun əməkdaşı, hüquqşünas olduğunu bildirərək onu qeyd olunan məsələ ilə əlaqədar qəbul edib dinləməyini xahiş etmişdir. 29 mart 2023-cü il tarixdə saat 09:55 radələrində Lənkəran ŞRPŞ-nin rəisinin qəbuluna getmişdir. Şöbəyə daxil olarkən növbətçi hissənin qarşısında oturmuş polis əməkaşı ondan kimin qəbuluna gedəcəyini soruşmuş, o da rəisin qəbuluna gedəcəyini bildirdiyindən vətəndaşların qəbul jurnalına onun ad, soyadı və ata adını, işlətdiyi mobil telefon nömrəsini qeyd edib yuxarı qalxmağına icazə vermişdir. İnzibati binanın 2-ci mərtəbəsində yerləşən rəisin qəbul otağına yaxınlaşanda oğlu Kamranın polis şöbəsinin rəis müavini İltifat Yusubov və qəbul şöbəsinin zabiti Ceyhun Minayevlə birlikdə rəisin xidməti otağından çıxdığının şahidi olmuşdur. Az sonra Azər müəllim onu İltifat Yusubov və Ceyhun Minayevlə birlikdə qəbul etmişdir. Söhbət zamanı millət vəkili Fazil Mustafanın tələbə yoldaşı olduğunu xatırlatmışdır. Azər müəllim Kamranla söhbət etdiyini, narahat olmamağını, müvafiq araşdırma aparıldıqdan sonra haqqında qərar qəbul edəcəklərini söyləmişdir. Təxminən saat 12 radələrinədək şöbədə olmuşdur. Rəis müavini İltifat Yusubovun iş otağında Kamranla təkrar söhbət edib onu hərəkətinə görə danlamışlar. Kamran hərəkətindən peşman olduğunu və yuxarıda qeyd olunan hərəkətindən başqa heç bir yanlışlıqlara yol vermədiyini demişdir. Həmin vaxt gecə şöbəyə aparılarkən əynində olan evdə geydiyi qara rəngli idman şalvarını və açıq qəhvəyi rəngli uzunqol üçdüymə köynəyini dəyişmək məqsədilə özü ilə apardığı göy rəngli cins şalvarı və göy rəngli uzun qol köynəyi Kamrana vermişdir. Şöbənin əməliyyat müvəkkillərinin iş otağında oğlu Kamran paltarını dəyişmişdir. Bu xüsusatı həmin vaxtı işi ilə əlaqədar şöbədə olan, Kamran əynindəki paltarları dəyişərkən otaqda olan, ondan çölə çıxmağını xahiş etdiyi Lənkəran şəhəri Qala Xiyabanı ev 8-də qeydiyyatda olan X11 da təsdiq edə bilər. Təxminən saat 12 radələrində polis şöbəsini tərk edib iş yerinə qayıtmışdır. Kamran isə araşdırma ilə əlaqədar polis şöbəsində qalmışdır. Şöbədən çıxarkən gecə bir qrup polis əməkdaşı ilə onlara gələn əməliyyat müvəkkili Şahid5lə qarşılaşmışdır. Şahid5 ona Kamranın mobil telefonunda ciddi bir məlumat aşkar edilmədiyini, Kamranı müsbət xarakterizə etdiyini, qısa zamanda şöbədən buraxacaqlarını bildirmişdir. Şahid5lə sağollaşıb iş yerinə qayıtmışdır. İş yerinə gələndə iş yoldası X12, onun soruşması əsasında gecə yaşadıqları evdən qeyd etdiyi səbəbdən oğlu Kamranın polis şöbəsinə aparıldığını, hazırda polis şöbəsində saxlanıldığını, polis şöbəsinə rəisin qəbuluna getdiyini və orada olmağı səbəbindən zənglərə cavab verə bilmədiyini demişdir. Bu xüsusatı X28 da təsdiq edə bilər. Saat 13-də nahar fasiləsinə Sütəmurdov kəndindəki evlərinə getmiş, Rəxşəndə saat 13:19-da işlətdiyi ***-***-**-** nömrəli mobil telefonuna ***- ***-**-** nömrəli mobil telefondan zəng gədiyini bildirmiş, saat 13:23-də işlətdiyi ***-***-**- ** nömrəli mobil telefonla əvvəllər əlaqəsi olmadığı həmin nömrəyə zəng vurmuşdur. Danışıq zamanı məlum olmuşdur ki, ona zəng edən şəxs Şahid5dir. Şahid5 ona Kamranı saat 13-də polis şöbəsindən evə buraxdıqlarını, narahatçılığa ciddi əsas olmadığını, Kamrana telefonundan səmərəli istifadə etməyini tapşırmağını, yanlışlıqlara yol verməməsini deməyini bildirmişdir. Şahid5 təşəkkürünü bildirərək saat 13:27-də qardaşı Fəxrəddinin işlətdiyi ***-***-**-** nömrəli mobil telefona, 13:28-də isə Ruslanın işlətdiyi ***- ***-**-** nömrəli mobil telefonun zəng edərək bu xəbəri onlarla paylaşmışdır. Həmin vaxta qədər Şahid5lə telefon əlaqəsi olmadığından Şahid5 adını «Ruslan Polis» kimi qeyd edib telefonunun yaddaşına daxil etmişdir. Saat 13:34-də oğlu Kamranın işlətdiyı ***-***-**-** nömrəli mobil telefonun «whatsapp» nömrəsinə zəng etmişdir. Nömrə bağlı olduğundan cavab verməmişdir. Kamran evə gec gəldiyindən narahat olub saat 13:45-də ***-***-**-** nömrəli mobil telefonu ilə Şahid5 işlətdiyi ***-***-**-** nömrəli mobil telefona zəng edərək narahatlığını bildirmiş, Şahid5 ona Kamran saat 13-də şöbədən buraxılıb «narahat olma harda olsa gəlib çatacaq» demişdir. Saat 14 radələrində Kamran evə gəlmiş, söhbət əsnasında iltizam alıb saat 13-də şöbədən buraxdıqlarını demişdir. Kamran mobil telefonunu isə ona qaytarmadıqlarını demişdir. Kamran şöbədən evə piyada gəlmişdir. Sonra işə getmiş, saat 15:57-də polis zabiti Şahid5 işlətdiyi ***-***-**-** nömrəli mobil nömrədən ***-***-**-** nömrəli mobil nömrəsinə zəng gəlmiş, Şahid5 ona Kamranı götür apar polis şöbəsinə demişdir. Şahid5 ona avtomobillə uzaq yol getdiyini, sürətlə hərəkət etdiyindən danışa bilmədiyini demişdir. İşdə olduğundan işlətdiyi ***-***-**-** nömrəli mobil telefonla saat 15:58-də və təkrar olaraq 16:00-da qardaşı Fəxrəddinin ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək Kamranı evdən götürüb şöbəyə aparmağı tapşırmışdır. Fəxrəddin Kamranı evlərindən götürüb idarə etdiyi «VAZ-2106» markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən saat 16:10-da Sütəmurdov kənddəki ticarət obyektlərinin kameralarına düşmüşdür. Fəxrəddin şöbəyə çatana kimi, yəni saat 16:10-da ***-***-**-** nömrəli mobil telefonu ilə Şahid5 işlətdiyi ***- ***-**-** nömrəli mobil telefona zəng edib harada olduğunu soruşmuşdur. Şahid5 ona Salyan rayonu ərazisində olduğunu, kimisə saxladıqlarından onu götürmək üçün oraya getdiyini söyləyərək Kamranı CAB-nin rəsi Şahid4 iş otağına aparmağı tövsiyyə etmişdir. Təxminən saat 16:20-də qardaşı idarə etdiyi avtomobillə polis şöbəsinə yaxınlaşmışdır. Onları şöbənin qarşısında gözlədiyindən təxminən saat 16:23-də Kamranla birlikdə polis şöbəsinin həyətinə daxil olaraq inzibati binaya qalxmışdır. Kamranla birlikdə Şahid4 iş otağına getmişdir, 5-6 dəqiqə Şahid4 iş otağında oturub Kamranı nəyə görə təkrar şöbəyə çağırdıqlarını soruşmuşdur. Şahid4 narahat olmamağını, araşdırma aparıldığını, yaxşı olacağını bildirmişdir. Şahid4 iş otağında olarkən Şahid5 zəng edib harada olduğunu soruşmuş, Şahid5 ona Salyan rayonu ərazisində «Hacıoğlu» restoranının yaxınlığında olduğunu söyləmişdir. Az sonra Şahid4 ona «sən get, narahat olma, araşdırma aparılır» demişdir. Şahid4 iş otağından çıxarkən onun iş otağı ilə üzbəüz əməliyyat müvəkkillərinin otağında Kamranla birlikdə gecə şöbədə gördüyü, adlarını bilmədiyi bir neçə şəxsin də olduğunu görmüşdür. Həmin vaxt rəis müavini İltifat Yusubovun iş otağına qalxmış, nə baş verdiyini soruşmuş, İltifat Yusubov da ona narahat olmamağını, araşdırma aparıldığını söyləmişdir. Təxminən 40-45 dəqiqə İltifat Yusubov iş otağında olmuşdur. Aşağı düşərkən Kamranı və onunla birlikdə olan şəxsləri əməliyyat müvəkkilinin iş otağında görməmişdir. Heç nədən şübhələnmədən şöbənin inzibati binasını tərk etmiş, saat 17:20-də işlətdiyi ***- ***-**-** nömrəli mobil telefonu ilə Şahid5 işlətdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng edib nə baş verdiyini soruşmuşdur. Şahid5 yolda olduğunu, heç bir məlumatı olmadığını, araşdırma aparıldığını demişdir. Saat 17:47-də və 18:40-da Fəxrəddinə zəng edib Kamranın hələ də şöbədə olduğunu, ondan xəbər olmadığını bildirmişdir. Saat 19:27də ***-***-**-** nömrəli mobil telfonu ilə Şahid5, 21:57-də isə İltifat Yusubovun işlətdiyi ***- ***-**-** nömrəli mobil telfonuna zəng edib Kamrandan xəbər olmadığını, nə baş verdiyini soruşmuşdur. Həmin şəxslər ona Kamrandan məlumatları olmadıqlarını, araşdırma aparıldığını, narahat olmamağını bildirmişlər. Təxminən saat 23 radələrində Kamrandan heç bir xəbər olmadığını görüb Fəxrəddinlə evlərinə qayıtmışlar. Kamrandan heç bir xəbər olmadığından 30 mart 2023-cü il saat 08:16-da Şahid5 mobil telefonunun «whatsapp»-na zəng etmiş, Şahid5 cavab vermədiyindən tanışlıq üçün mesaj göndərmiş, saat 9:45-də onun «whatsapp» nömrəsinə zəng edib Kamrandan məlumatı olmadığını bildirmişdir. Bundan sonra narahat olduğundan saat 9:49-da, 10:16-da, 10:31-də Şahid5 «whatsapp» nömrəsinə zəng etmişdir. Saat 10:49-da Şahid5 ona mesaj yazıb bildirmişdir ki, «məhkəmədədir, çıxıb məni yığacaq». Şahid5 zəng gəlmədiyindən saat 11:13-də,13:46da təkrar Şahid5 «whatsapp» nömrəsinə zəng etmişdir. Şahid5 saat 13:59-da onun «whatsapp» nömrəsinə zəng edib 29 mart 2023-cü ildə Kamran kimi saxlanılan digər şəxslərin narkotik maddə satıcıları kimi sənədləşdirilib sanksiyaya çıxardıqlarını, Kamrandan isə məlumatı olmadığını bildirmişdir. Narahat olduğundan həmin gün saat 16:39-da,16:41-də,17:27-də və 17:47-də Şahid5 «WhatsApp» nömrəsinə zəng etmişdir. Sonuncu zəngdə Şahid5 ona bildirmişdir ki, 29 mart 2023-cü ildə saxlanılan şəxslər sanksiyaya çıxarılır. Amma Kamrandan xəbəri yoxdur. Belə olan halda dərhal Lənkəran rayon Vəkil bürosunun rəhbərliyi ilə əlaqə saxlamışdır. Söhbət əsnasında ona məlum olmuşdur ki, Kamran 29 mart 2023-cü ildə təxminən saat 21 radələrində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə şübhəli şəxs kimi saxlanılmış və buna görə müdafiəçiyə müvafiq order verilmişdir. Daha sonra ona məlum olmuşdur ki, 30 mart 2023cü ildə saat 10:00-da Kamran barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsindən ötrü təxminən 18 radələrində Kamran rayon prokurorluğuna aparılmışdır. Dərhal rayon prokurorluğuna getmiş, prokuror işdə olmadığından müavini Zöhrab Verdiyevlə görüşmüşdür. Nə baş verdiyini soruşmuşdur, Zöhrab Verdiyev ona Kamranın kamera qarşısında psixotrop maddəni tapdığını etiraf etdiyini bildirmişdir. X30 millət vəkili Fazil müəllimə sui-qəsd oldunduqdan sonra onun bu məsələ ilə əlaqədar şərh yazması səbəbindən 29 mart 2023-cü ildə gecə saat 02:30 radələrində bir qrup polis əməkdaşının gəlib yaşadıqları evdən Kamranı istifadə etdiyi telefonu ilə birlikdə polis şöbəsinə aparmalarını, saat 13-də şöbədən evə buraxmalarını, saar 15:57-də əməliyyat müvəkkili Şahid5 ona olan zəngindən sonra Şahid5 tapşırığı əsasında saat 16:25-də öz əli ilə Kamranı aparıb Şahid4 təhvil verdiyini, həmin vaxtdan sonra Kamranın bir daha şöbəni tərk etmədiyini söyləyərək bu etirafların necə, hansı şəraitdə, nə kimi təsir altında verildiyinin hər kəsə aydın olduğunu xatırladaraq bir insanın əsassız olaraq həbs edilməsinə razılığın verilməsinin cəmiyyət və dövlət üçün nə qədər sarsıntı olduğunu, dövlətçiliyə və qanunçuluğa böyük zərbə vurulduğunu söyləyərək, Kamranın simasına və baxışlarına baxıb onun həmin cinayətin subyekti olub-olmamasına qiymət vermələrini xahiş etmişdir. Bundan başqa istintaq zamani ifadə verərkən müstəntiqə oğlu Kamranın pis vərdişlərdən uzaq olduğunu, siqaret çəkmədiyini və spirtli işki içmədiyini, ümumiyyətlə narkotik və psixotrop maddələrdən anlayışı olmadığını söyləyərək ona narkoloji ekspertizanın onun haqqında nə kimi rəy verməsinin maraqlı olduğunu bildirmişdir. X18 narkoloji ekspertizanın Kamran haqqında müsbət rəy verdiyini, yəni Kamranda psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə hallarının olmasının rəydə əks olunduğunu söyləyərək narkoloji tibbi yoxlamanın 30 mart 2023-cü il tarixli, 338 nömrəli rəyini ona göstərmişdir. Rəy Lənkəran şəhər Narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyev tərəfindən imzalanıb möhürlə təsdiq olunsa da komissiya üzvləri tərəfindən imzalanmamışdır. Bundan başqa rəydə Kamranın anket məlumatları düzgün yazılmamış, onun 07 iyun 1989-cu il təvəllüdlü olması qeyd olunmuş, komissiyanın tərkibində həkim narkoloqun iştirakı göstərilməmişdir. Doğrusu qeyd olunan nöqsanları qabartmadan rəyə öz etirazını bildirmişdir. Narkolji xəstəxananın baş həkimi Vüqar Əliyevi tanıdığından onunla bu barədə söhbət etmək qərarına gəlmişdir. Vüqar Əliyevdən 30 mart 2023-cü ildə müayinə etdiyi Kamranı tanıyıb-tanımadığını, müayinənin nə dərəcədə obyektiv aparıldığını, Kamranın siqaret çəkmədiyi, spirtli içki içmədiyi, pis vərdişlərdən, o cümlədən narkotik və psixotrop maddələrdən uzaq olduğu halda hansı əsasla onun haqqında belə rəy verdiyini soruşmuşdur. Vüqar Əliyev ona bildirmişdir ki, ola bilməz, Kamran müayinə olunarkən onda narkotik və psixotrop maddələrdən istifadə halları aşkar edilməmiş, hətda onun narkoloji kabinetdə profilaktik qeydiyyata alınması belə məsləhət görülməmişdir. Bununla belə onu da bildirmişdir ki, qeyd etdiklərini araşdırıb əlavə məlumat verəcəkdir. Təxminən iki gündən sonra Vüqar Əliyev ona öz imzası və xəstəxananın möhürü ilə təsdiq etdiyi Kamran haqqında narkoloji tibbi yoxlamanın 30 mart 2023-cü il tarixli, 338 saylı rəyinin surətini təqdim edərək bidirmişdir ki, Kamranda narkotik vasitələrdən istifadə və asılılıq sindromu aşkar olunmamışdır. Bu rəy obyektiv müayinəni özündə əks etdirir. Qeyd olunan rəydə Kamranın anket məlumatları yuxarıda qeyd etdiyi kimi göstərilsə də komissiyanın tərkibində həkim narkoloqun iştirakı əksini tapmışdır. Qeyd olunan rəyin nə səbəbə komissiya üzvləri tərəfindən imzalanmamasını soruşanda Vüqar Əliyev qeyd olunan rəyin onlarda saxlanan variantının surəti olduğunu bildirmişdir. Doğrusu istintaq materiallarında gördüyü qeyd etdiyi rəy də komissiya üzvləri tərəfindən imzalanmamışdır. Əgər deyd olunan rəy sonradan imzalanıbsa həmin rəydəki imzaların komissiya üzvlərinə məxsus olması aydınlaşdırılmalıdır. Bundan başqa narkoloq həkimin iştirakı olmadan müayinə olunan şəxsdə psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə hallarının müəyyən edilməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, qardaşı Rafiq Rzayev 29 mart 2023-cü il tarixdə saat 02:49 radələrində istifadə etdiyi ***-***-**-** nömrəsi ilə istifadə etdiyi ***-***-**-** nömrəli telefonuna zəng edərək təcili olaraq onlara gəlməyini bildirmiş, səbəbini soruşduqda evə gəldikdən sonra səbəbini deyəcəyini bildirmişdir. İdarə etdiyi «VAZ-2106» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə təcili olaraq Sütəmurdov kəndinə qardaşıgilə getmişdir. Həyətə daxil olan zaman Rafiqdən nə olduğunu soruşduqda Rafiq ona bildirmişdir ki, 29 mart 2023-cü il tarixdə təxminən saat 02:30 radələrində polis şöbəsinin bir qrup əməkdaşları, şöbəyə məxsus olan PPX avtomobili və şəxsi avtomobil ilə birlikdə Sütəmurdov kəndinə gələrək evdən Kamranı və Kamrana məxsus olan 051378-78-01 saylı telefonun şöbəyə aparıldığını bildirmişdir. Lakin Kamranı hansı səbəbdən polis şöbəsinə apardıqlarını bilmədiyini demişdir. Polis şöbəsinə getdiyini və onun da polis şöbəsinə gəlməyini bildirmiş, əynində idman paltarı olduğu üçün əynini dəyişib gələcəyini bildirmiş, evə gedib təcili əynini dəyişib yuxarıda qeyd etdiyi avtomobili ilə polis şöbəsinə getmişdir. Polis şöbəsinə çatanda qardaşını orada görməmiş, bir neçə müddətdən sonra saat 03:24-də qardaşına zəng etmiş, qardaşı ona polis şöbəsinin inzibati binasında olduğunu, gözlməyini bildirmişdir. Bir müddətdən sonra qardaşı polis şöbəsindən çıxaraq küçə qapısına yaxınlaşmış, Kamranın polis şöbəsinə aparılmaq səbəbini soruşduqda Kamran bildirmişdir ki, 28 mart 2023-cü il tarixdə millət vəkili Fazil Mustafaya sui-qəsd olunmuş və oğlu Kamran istifadə etdiyi telefonla onun müxalifətçi olduğunu zənn edərək kim edibsə yaxşı edib fikrini yazmışdır və bu fikrinə görə onu polis şöbəsinə gətirmişlər. Qardaşı buna görə Kamrana bir-iki sillə çəkdiyini demişdir. Qardaşı söhbət əsnasında bildirmişdir ki, sonradan adını bildiyi 29 mart 2023-ci il tarixdə onlara gələn CAB-ın rəisi Şahid4 və əməliyyat müvəkkli Şahid5 qardaşına demişlər ki, narahatçılıq yoxdur, araşdırma aparılır, araşdırmaya uyğun olaraq qərar qəbul ediləcəkdir. Təxminən saat 05 radələrinə kimi polis şöbəsinin qabağında gözləmişlər və Kamrandan xəbər almadıqları üçün evə getmişlər. Səhəri saat 08:44-də qardaşı ona zəng edərək işə getdiyini Kamran üçün narahat olmamağını bildirmişdir. Bir neçə müddətdən sonra atasının təkidi ilə yenidən qardaşına zəng etmiş, qardaşı Kamran haqda heç bir məlumat olmadığını və rəisin qəbuluna gedəcəyini bildirmişdir. Bir müddətdən sonra qardaşından heç bir xəbər almadığı üçün yenidən saat 13:27-də qardaşına zəng etmiş, qardaşı ona bildirmişdir ki, Kamranı polis şöbəsindən buraxmışlar evə gedir, onlara getməyini bildirmiş, sevinmiş və qardaşıgilə getmiş, lakin Kamran hələ evə gəlməmiş, qardaşı Kamranın evə gec gəldiyindən narahat olduğu üçün Şahid5lə əlaqə saxlamışdır. Şahid5 Kamranın saat 13:00-da şöbədən buraxıldığını bildirmişdir. Qardaşı Ruslana minnətdarlığını bildirib sağollaşmış, bir neçə dəqiqədən sonra Kamran evə gəlmiş, qardaşı Kamranı danlamış və daha sonra işə getmişdir. Qardaşı oğlu Kamranla 5-10 dəqiqə söhbət edib onu danlamış, Kamran şərh yazdığı üçün peşman olduğunu yuxarıda göstərdiyi fikirdən başqa heç bir yanlışlığa yol vermədiyini demişdir. Kamranın gecə polis şöbəsində qaldığını yuxusuz olduğunu hiss edib ona dincəlməyini tövsiyyə etmiş və özü yaşadığı evə qayıtmışdır. Saat 15:58-də qardaşı ona zəng edərək özünün işdə olduğunu təcili onlara getməyini oğlu Kamranı polis şöbəsinə aparmağını demişdir. Yuxarıda qeyd etdiyi avtomobiliylə qardaşıgilə gedib Kamranı götürüb polis şöbəsinə getmişdir. Kamranı polis şöbəsinə aparan zaman Sütəmurdov kəndində saat 16:10-da mərkəzi stadionun altında olan ticarət obyektlərkinin kameralarına qəhvəyi avtomobili düşmüşdür. Saat 16:20-də polis şöbəsinə çatdıqda artıq qardaşı orada onları gözləmiş, qardaşından nə olduğunu soruşduqda Şahid5 ona zəng edərək təcili olaraq Kamranı polis şöbəsinə gətirməsini özünün Salyan rayonuna getdiyi üçün Kamranı CAB-ın rəisi Şahid4 otağına aparmağı tövsiyyə etmişdir. Saat 16:25-də qardaşı oğlu Kamranla birlikdə polis şöbəsinin inzibati binasına qalxmışlar, təqribən 45-50 dəqiqədən sonra qardaşı polis şöbəsindən çıxmış, qardaşından nə məsələ olduğunu soruşduqda uşağı Şahid4 təhvil veridiyini demiş, söhbət əsnasında Şahid4 Şahid5 zəng etdiyini harada olduğunu soruşduqda Ruslanın Salayan rayonunda Hacıoğlu restoranı ərazisində və Lənkərana qayıtdığını bildirmişdir. Bir neçə müddət qardaşıyla qalmış, sonra işi olduğu üçün daha sonra bazar istiqamətinə getmişdir. Təqribən saat 16:47-də və saat 18:40-da qardaşı ona zəng edib Kamran haqqında heç bir məlumat olmadığını bildirmiş və qardaşının yanına şöbəyə qayıtmışdır. Bir müddətdən sonra saat 19:27-də qardaşı Şahid5lə və saat 21:57-də isə rəis müavini İltifatla əlaqə saxlamış və oğlu barədə məlumat almaq istəmişdir. Həmin şəxslər heç bir söz deməmişlər, araşdırma apardıqlarını demişlər və narahatçılığa səbəb olmadığını demişlər. 29 mart 2023-cü il tarixdə saat 23 radələrinə kimi polis şöbəsinin qabağında qalmışlar, lakin Kamrandan heç bir məlumatları olmadıqları üçün evə qayıtmışlar. 30 mart 2023-cü il tarixdə saat 13:20-də qardaşının ***-***-**-** telefonuna və saat 13:50-də «whatsapp»na zəng edərək Kamran haqda məlumat əldə etmək istəmiş, qardaşı isə heç bir məlumatın olmadığını demişdir. Saat 14:06-da qardaşı ona zəng edərək əməliyyat müvəkkili Şahid5 ona zəng edərək bildirmişdir ki, Kamranla eyni vaxtda polis şöbəsinə aparılan şəxslər barəsində narkotik vasitə satışı ilə bağlı cinayət işi açılıb məhkəməyə aparmışlar, Kamran haqda isə heç bir məlumatın olmadığını bildirmişdir. Saat 18:00 radələrində qardaşı Şahid5 zəng edərək Kamran haqqında məlumat əldə etmişdir. 29 mart 2023-cü il tarixdə saat 16:25-də Kamranı Şahid4 təhvil verdikdən 3-4 saat sonra Kamranı narkotik vasitə satışı ilə təqsirləndirilib şübhəli şəxs kimi saxlayıb sanksiyaya aparıldığını və buna görə də polisdən şikayət etmək üçün rayon prokurorluğuna getdiyini demişdir. O isə Lənkəran Rayon Məhkəməsinə getmiş, polis əməkdaşları binanın ətrafına səd çəkdikləri üçün onu məhkəməyə buraxmamışlar. Sonradan məlum olmuşdur ki, Kamaran 4 ay müddətə həbs olunmuşdur. CAB-nın əməkdaşları guya 29 mart 2023-cü il tarixdə qardaşı oğlu Kamaranı saat 18:00-da saxlayıb polis şöbəsinə gətirib üzərində şəxsi axtarış zamanı əynində olan cins şalvarının sol yan cibindən xırda bükümdə narkotik vasitə aşkarlanıb götürülmüşdür. Əgər həqiqətəndə 29 mart 2023-cü il tarixdə Sütəmurdov kəndi ərazisində saxlayıblarsa, necə olur ki, 29 mart 2023-cü il tarixdə saat 13 radələrindən gündüz saat 13-dək polis şöbəsində saxlanılmış, sonra öz əli ilə saat 16:25-də CAB-ın rəisi Şahid4 təhvil verilmişdir. Kamran polis şöbəsinin inzibati binasında olduğu halda Sütəmurdov ərazisində saat 18:00-da necə ola bilər. Verilən suallara cavab olaraq şahid Fəxrəddin Rzayev bildirmişdir ki, «VAZ-2106» markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Kamranı gecə yaşadıqları evdən aparan zaman Kamrangildə olmamış, Rafiqdən eşitmişdir ki, əməliyyatçı Şahid4 və Şahid5 və digər polis əməkdaşları yaşadıqları evə gələrək Kamranı polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə gecə saat 02:28 radələrində yaşadıqları evin birinci mərtəbəsində yatmış, evin qapı zəngi möhkəm döyülmüş, bundan bərk narahat olmuş, yatdığı otağın qapısını açıb boylananda görmüşdür ki, 3-4 nəfər polis əməkdaşı həyətdə gəzir və evin dəmir qapsını möhkəm döyürlər. Bundan bərk həyacanlanmış, əri Rafiqə zəng etmiş, 3-4 nəfərin həyətdə gəzdiyini demiş, bu vaxt Kamranın evin birinci mərtəbəsinə düşdüyünü görmüşdür. Kamrana paltarını geyindikdən sonra düşməyini bildirmiş, lakin Kamran gedib qapını açmış, yuxarı qalxa-qalxa polis əməkdaşları Kamrandan Kamranın kim olduğunu soruşmuşlar, Kamranın özü olduğunu bildirmişdir. Kamran ayaqyoluna getməyini demiş, yuxarı qalxıb Rafiqin otağına girib bildirmişdir ki, deyəsən Kamranı aparmağa gəliblər. Aşağı düşmüşlər, Rafiq nə baş verdiyini və Kamrandan nəsə etmisən deyə soruşmuş, Kamran həyətə düşmüş, Rafiq də onunla getmişdir. Kamrangil 1-2 dəqiqədən sonra gəlmişlər, yuxarı çıxmışlar, Kamranın köynəyin, qara şalvarın və corabların gətirmişlər. Kamran atasına heç nə etmədiyini bildirmişdir. Şahid5 Kamaranı aparmalıyıq, narahat olma aydınlaşdırıb sonra buraxarıq demişdir. Bir neçə dəqiqə sonra mülkü geyimdə olan bir nəfər evə girmiş və götürün Kamranı aparın demişdir. Əri demişdir niyə yüksək tonla danışırsız, Şahid5 Rafiq əmi bu şəxs CAB-ın rəisi Şahid4dir demişdir. Daha sonra ondan Kamranın telefonun istəmişlər, telefonu gətirəndən sonra Kamranı götürüb aparmışlar. Rafiq qardaşı Fəxrəddinə zəng edərək Kamranı apardıqlarını bildirmişlər. Sonra Fəxrəddin onlara gəlmişdir, Rafiq bütün halları Fəxrəddinə danışmışdır. Verilən suallara cavab olaraq şahid Rəxşəndə Rzayeva bildirmişdir ki, polis əməkdaşları Kamranı evdən götürüb aparmışlar, həmin gün Şahid5 və Şahid4 onlara gəlmişlər. Kamran evə günorta saat 13-də gəlmişdir. Daha sonra Fəxrəddin gəlmiş, Rafiq Fəxrəddinə demişdi ki, 2-ci dəfə Kamran polisə getməlidir. Kamran saxlanılan vaxt ramazan ayı olmuşdur. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə gecə saatlarında Kamranı polislər gəlib evdən aparmışlar. PPX avtomobili elə surətlə gəlmişdir ki, səs-küyə qalxmışdır. Kamrangilin pəncərəsi onların evinə baxır, aralarında cəmi 12 metr məsafə olmuşdur. Kamrangilin evi ilə onların evi arasına polis əməkdaşları girmiş, onların həyətlərinə 5-6 dəqiqə ərzində Kamranı götürüb aparmışlar. Onların arasında mülkü geyimli və polis formasında olanlarda olmuşdur. Sonra Kamranı səhəri gün nahardan sonra görmüş, Kamrandan nə olduğunu soruşmuş, Kamran axşam olanları əvvəl danışmaq istəməmiş, sonra isə bildirmişdir ki, deputat haqqında yorum yazmışdır. Polis əməkdaşları aparıb izahatını alıb buraxmışlar. Sonra eşitmişdir ki, Kamranı yenidən şöbəyə aparmışlar. Verilən suallara cavab olaraq şahid Xanlar Nəzərov bildirmişdir ki, polis əməkdaşları Kamranı yaşadığı evdən aparan zaman pəncərəyə çıxmış, lakin həyətə düşməmişdir. Polis şöbəsində ifadə vermiş, həmin vaxtı eynəyi olmamış, müstəntiq demişdir ki, görmədiyini, bilmədiyini yaz çıx get. Lakin müstəntiqə necə görmədiyini, hər şeyi gördüyünü demiş, müstəntiq dediklərini yazmamışdır. Müstəntiq onun ifadəsini cırmış, sonra onu bölmə rəisinin yanına aparmışdır. Bölmə rəisi onu başa düşmüş, müstəntiqə vətəndaş nə deyir onu yaz demiş, lakin ifadəsində tam olaraq nə yazıldığını bilməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Kamranla qapı qonşudurlar, uşaqlıqları bir yerdə keçmişdir. Hadisənin səhəri günü maraqlanmışlar, səs-küylə bağlı demişlər ki, Kamran «facebook»da komment yazmış, onunla bağlı aparmışlar, bir neçə gün sonra demişlər ki, Kamranı narkotik satışı ilə tutmuşlar. Həmin gecə səs-küy yaranmış, saat 02:30-da olardı təqribən səs-küyə oyanmış, pəncərədən baxan zaman Kamranı avtomobilə salıb aparmışlar. Verilən suallara cavab olaraq şahid Elnur Məmmədzadə bildirmişdir ki, polislərdən tanıdığı olmamış, gələn avtomobillərdən biri PPX avtmobili, digəri isə mülkü avtomobil olmuşdur. Kamran heç vaxt narkotik istifadə etməmiş, siqaret çəkməmiş və spirtli içki içməmişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X36 ifadəsində göstərmişdir ki, Kamran qonşusudur. Gecə səsə ayılmış, Rafiqin səsi gəldiyini eşitmiş, pəncərədən baxıb görmüşdür ki, iki avtomobil var, onlardan biri PPX avtomobili, digəri isə xarici markalı ağ rəngli avtomobil olmuşdur. 3-4 dəqiqə keçdikdən sonra görmüşdür ki, Kamranı avtomobilə otuzdurmuşlar. Kamranı avtomobilə otuzdurandan sonra o biri pəncərədən baxanda Kamranla avtomobildə mülkü geyimdə əyləşmiş şəxslərin telefona baxdıqlarını görmüşdür. Səhəri günü eşitmişdir ki, deputata görə bu hadisə baş vermiş, üstündən iki gün keçdikdən sonra demişlər ki, Kamran narkotikə görə tutulmuşdur. Kamranı aparandan sonra səhəri gün Kamranı görməmişdir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutlar məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs törədilmiş cinayətə aidiyyətinin müəyyən edilmədiyi və təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 30 mart 2023-cü il tarixdə saat 18:00-da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayan Təqsirləndirilən şəxs bir ədəd bükümdə ümumi təmiz çəkisi -11,259 qr çəkidə psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi faktı əsasında Cinyət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1- 42) -Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib edilmiş 29 mart 2023-cü il tarixli «raport» dan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdur.(i.v.3) -«təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v.6-7) -«cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında» 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.12) -«şəxsi axtarışın keçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2023-ci il tarixdə saat 18:00-də Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirilmiş, onun üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə prsixotrop maddə metamfetamini təqdim edərək, 29 mart 2023-cü il tarixdə Lənkəran rayonu, Sütəmurdov kəndində küçədə tapdığını və həmin maddənin metamfetamin olduğunu bilərək cibinə qoyduğunu bildirmişdir.(i.v. 24-26) -«məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 30 mart 2023-ci il tarixli, 19/377 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetminə bənzər bir ədəd kütlə....» sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -11,259 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir.(i.v. 38-40) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v.47-48) -Lənkəran Rayon Məhkəməsinin 30 mart 2023-cü il traixli, 4(049)-103/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmışdır.(i.v.63-64) -«ambulator məcburi narkoloji tibbi yoxlama»nın 30 mart 2023-cü il tarixli, 338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik vasitələrdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v.66) -«cinayət əməlinin tövsif edilməsi haqqında» 10 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş cinayət əməli həmin maddədən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif olunmuşdur.(i.v.127-128) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» 11 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir.(i.v.134-135) -«maddi sübut hesab edilməsi haqqında» 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,209 qram qalan psixotrop maddə metamfetamin maddi subut kimi tanınaraq saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır.(i.v.169-170) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -Lənkəran Rayon İcra Hakimiyyəti Başçısının Sütəmurdov kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 05 may 2023-cü il tarixli, 311 nömrəli arayış, 10 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(i.v.81-82) -Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 27 aprel 2023-cü il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur.(i.v. 73) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 25 may 2023-cü il tarixli, 872 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir.(i.v.87) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını əldə etməsi, üzərində saxlaması, daşıması və satması barədə məlumat daxil olması ilə bağlı Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən «raport»un 29 mart 2023-cü il tarixdə tərtib edilməsi göstərilsə də həmin «raport» ŞRPŞ-də 30 mart 2023-cü il tarixdə, 3/3-96/1- 9786/2023 nömrə ilə qeydə alınmışdır. Şahid1 əlavə dindirmə zamanı Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatının 29 mart 2023-cü il tarixdə günorta saatlarında daxil olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin 10-cu səhifəsində olan Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin «şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış» sistemindən çıxarışından görünür ki, həmin sənəd 29 mart 2023-cü il tarixdə saat 09:23-də çıxarılmışdır. Bu da onu deməyə əsas verir ki, 29 mart 2023-cü il tarixdə saat 09:23-də Təqsirləndirilən şəxs barədə ya Lənkəran ŞRPŞ-yə əməliyyat məlumatı daxil olmuş, ya da sonuncu artıq saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirilmişdir. Əgər Şahid1 deməsinə əsasən Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı 29 mart 2023-cü il tarixdə günorta saatlarında daxil olmuşdursa, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsindən 29 mart 2023-cü il tarixdə saat 09:23-də çıxarışın çıxarılma səbəbini istintaq orqanı aydınlaşdırmamış, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları bu halı izah edə bilməmişlər. Hər bir halda göründüyü kimi əməliyyat orqanının Təqsirləndirilən şəxs barəsində məhkəmə qərarı əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün kifayət qədər müddət olmuşdur. «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin İİİ bəndində göstərilmişdir ki, bu maddənin İ hissəsinin 3-5, 8, 9 (texniki vasitələrdən istifadə etməklə və ya səsyazan, video, foto, kino və digər çəkiliş cihazlarının quraşdırılması yolu ilə yaşayış yerinə münasibətdə) və 10-cu bəndlərində nəzərdə tutulmuş əməliyyat-axtarış tədbirləri bu maddənin İV hissəsində göstərilən hallar istisna olmaqla, məhkəmənin (hakimin) qərarı əsasında həyata keçirilir. Həmin maddənin İV bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan: 1) şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər; 2)cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin maddənin V bəndində göstərilmişdir ki, bu maddənin İV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X37, X13, X16, X31, X26, X19 ifadələri, telefon danışıqları, sms-lər, video və foto görüntülər ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 02:30 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yaşadığı evdən Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış, saat 13 radələrində ŞRPŞ-dən yaşadığı evə buraxılmış, əməliyyat müvəkkili Şahid5 çağırması əsasında əmisi Fəxrəddin Rzayev tərəfindən saat 16 radələrində Lənkəran ŞRPŞ-yə aparılaraq atası Rafiq Rzayev tərəfindən şöbəyə təhvil verilmiş, ŞRPŞ-də Təqsirləndirilən şəxs saat 18:00-da Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkət edərkən saxlanılması sənədləşdirilmişdir. Məhkəmə istintaqı zmanı "xxxx" MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş **********35 mobil nömrənin anten məlumatları 29 mart 2023-cü il tarixdə saat 18:00-da Lənkəran rayonu, Sütəmurdov kəndini göstərməmiş, gün ərzində müxtəlif vaxtlarda Lənkəran şəhəri ərazisini göstərmişdir. Cinayət işinin 4-cü səhifəsində olan Lənkəran ŞRPŞ-dən Lənkəran Rayon Məhkəməsinə göndərilmiş 30 mart 2023-cü il tarixli, 3-13-96/2-9787/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirə salınmadan əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarın surəti məlumat üçün göndərilmiş, məktubda qoşma kimi «01» vərəqənin olması yazılmışdır. Cinayət işinin 6-7-ci səhifəsində olan «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin qərar 2 səhifədən ibarət olmuşdur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «24» dekabr 2021-ci il tarixli, 15№-li qərarının 16-cı bəndində göstərilmişdir ki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmin qərarın 17-ci maddəsində göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayət-prosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyat-axtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də «Şöler Almaniyaya qarşı» işi üzrə qərarda qeyd etmişdir ki, «Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir». Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Odur ki, məhkəmə tərkibi Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul olunmuş «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli qərarın qanuniliyinin məhkəmə tərəfindən yoxlanılmaması ilə bağlı qeyd edir ki, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılmaması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməsini aradan qaldırmamışdır. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixli saat 18:00-da saxlanılaraq Lənkəran ŞRPŞ-yə gətirildikdən sonra təhqiqatçı tərəfindən 29 mart 2023-cü il tarixli saat 18:15-də şübhəli şəxs qismində tutulmuş, sonra isə həmin tarixdə saat 18:20 dəqiqədə üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti icra edilməyə başlanılmışdır. Tərtib edilmiş istintaq sənədlərini təhlil etdikdə aydın olunur ki, istintaq orqanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yeləşən polis şöbəsinin inzibati binasına gətirilməsini, bundan sonra ŞRPŞ-nin rəhbərliyinə «raport» yazılaraq məlumat verilməsini, müdafiəçi təyin olunmasını, hüquq və vəzifələrinin izah edilməsini, şübhəli şəxs qismində tutulmasını və digər istintaq hərəkəti aparılmasını, ümumilikdə 13 rəsmi sənəd tərtib olunmasını iddia etmişdir. Şərh edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 125, 144-146-cı maddələrinin tələblərinə əsasən Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul olunmuş «təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 29 mart 2023-cü il tarixli qərar və onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş material sübut kimi qəbul edilməməlidir. Cinayət işinin materiallarında olan «məhkəmə fiziki-kimyəvi ekspertizası»nın 30 mart 2023-ci il tarixli, 19/377 nömrəli rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetamin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddə metamfetaminin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddə metamfetamini əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin 44-46-cı səhifələrində olan «şübhəli şəxsin dindirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə saat 09:45-dən saat 10:20-dək İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Sərxan Rzayev tərəfindən şübhəli şəxs qismində dindirilmiş, cinayət işinin 1-ci səhifəsində olan «cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» qərardan isə görünür ki, müstəntiq Sərxn Rzayev tərəfindən 30 mart 2023-cü il tarixdə saat 10:00da Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayan Təqsirləndirilən şəxs bir ədəd bükümdə ümumi təmiz çəkisi -11,259 qr çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı əsasında Cinyət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. Göründüyü kimi X38 tərəfindən 30 mart 2023-cü il tarixdə saat 09:45-dən saat 10:20-dək Təqsirləndirilən şəxs sübhəli şəxs qismində dindirilməsi istintaq hərəkəti icra edilən zaman həmçinin fakta görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. Bu da onu deməyə əsas verir ki, istintaq hərəkətləri formal xarakter daşımış, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə icara edilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 30 mart 2023-cü il tarixli, 338 nömrəli rəyində Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik vasitələrdən istifadə halları olduğu qeyd edilmiş, lakin həmin rəy tərtib edilərkən həkim-narkoloq iştirak etməmişdir. Rəydə Təqsirləndirilən şəxs hər hansı nümunə götürülməsi qeyd edilmədən, onda psixi və fiziki aslılıq olmadan narkotik vasitələrdən istifadə halları olduğu qeyd edilmişdir. Hansıkı, ekspert komissiyası nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin deyil psixotrop maddənin aşkar edildiyi qeyd edilmişdir. Rəydə faktiki mövcud olmayan tibbi-sənədlərə istinad olunmuşdur. Təqsirləndirilən şəxs 27 iyul 1993-cü il təvəllüdlü olsa da həmin rəydə 07 iyun 1989-cü il təvəllüdlü olması yazılmışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs barəsində ambulator məcburi narkoloji yoxlamanın aparılması zamanı qanunvericliyinin tələblərinin kobud şəkildə pozulması halına diqqət yetirmədən, qnunvericiliyin tələblərinə uyğun şəkildə reaksiya vermədən cinayət işini məhkəməyə göndərmişdir. Məhkəmə istintaqı zamanı müdafiəçilər tərəfindən təqdim edilmiş eyni tarixli və eyni nömrəli Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş «ambulator məcburi narkoloji tibbi yoxlama»ın rəyinin surətindən görünür ki, həmin rəy «əsli ilə düzdür» yazılmaqla baş həkim Əliyev V.S tərəfindən imzalanmış və Lənkəran şəhər Narkoloji Xəstəxanasının möhürü ilə təsdiqlənmişdir. Rəydə Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik vasitələrdən istifadə halları olduğu yazılmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində istintaq dövründə «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 30 mart 2023-cü il tarixli, 338 nömrəli müxtəlif məzmunlu iki rəyi mövcud olmuşdur. Təqsirləndirilən şəxs heç vaxt narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs atası Rafiq Rzayev müdafiəçilərin təqdim etdiyi «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 30 mart 2023-cü il tarixli, 338 nömrəli rəyinin təsdiq edilmiş surətini Lənkəran Şəhər Narkoloji Xəstəxanasının Baş həkimi, komissiyanın sədri Vüqar Əliyev tərəfindən ona təqdim edildiyini bildirmişdir. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan «ambulator məcburi narkoloji tibbi yoxlama»nın 30 mart 2023-cü il tarixli, 338 nömrəli rəyi heç bir halda təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıma və satma əməllərini törətməsini təsdiq etmir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixi və fiziki aslılıq olmadan narkotik vasitələrdən istifadə hallarının olması, narkomaniya xəstəliyinin aşkar olunması, narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən olunmamışdır. İstintaq orqanı bununla bağlı hər hansı ittiham sübutu, eləcə də yekdil ekspert rəyi təqdim edə bilməmişdir. Məhkəmə tərkibi cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Məhkəmə tərkibi hesab edir ki, təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu pirinsip dövlətimizin hüququnda, eləcə də beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda tanınan prinsipdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində göstərilmişdir ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Cinayət- Prosessual Məcəlləsinin 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İnsan Avropa Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. X7 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. Ölkəmizin və beynəlxalq qanunvericliyin tələblərindən göründüyü kimi şəxs barəsində hüquq mühafizə orqanlarına hər hansı inzibati və ya cinayət xarakterli məlumat daxil olduğu andan həmin şəxsin təqsirsizlik prezumpsiyası hüququ vardır, həmin hüquq dövlət tərəfindən qorunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Barbera, Messegi və Cabardo İspaniyaya qarşı» və «Yanoseviç İsveçə qarşı» işləri üzrə qərarlarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimə olunması üçün yetərli sübut təqdim etməlidir. Məhkəmə tərkibi qeyd edir ki, təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Frumkin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni «in dubio pro reo prinsipi» tətbiq edilməlidir. Məhkəmənin bu mövqeyindən də tam aydın olduğu kimi təqsir məsələlərinə dair hər hansı şübhənin şəxsin xeyrinə olması cinayət prosesinin bütün mərhələsinə aiddir, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul olunarkən müəyyən edilmiş faktlarda şübhəli hallar olduqda, həmin şübhələrin aydınlaşdırılması mümkün olmadıqda həmin şübhələr şəxsin xeyrinə həll olunmalı, yekun qərarda bu hala hüquqi qiymət verilməlidir. Həmin Məhkəmənin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» iş üzrə qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin «Yanoseviç İsveçə qarşı» və «Falk Niderlanda qarşı» işlər üzrə qərarlarında qeyd edilmişdir ki, cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı iştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələrə nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır. Odur ki, məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Belə ki, cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs istintaqın sonrakı mərhələsində ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, 28 mart 2023-cü il gecə saat 02:30 radələrində yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində olan zaman fərdi yaşayış evinin darvazasından bir neçə şəxsin həyətə daxil olaraq evin qapısının bərkdən çırpıldığını eşitmişdir. Qapının yan hissəsində olan pəncərədən çölə baxdıqda bir qrup mülki və polis formasında olan şəxsin həyətdə olduğunu görmüşdür. Evin qapısını açdıqda, mülki formada olan şəxslərdən biri ona Təqsirləndirilən şəxs kim olduğunu soruşduqda o, özünü təqdim etmişdir. Polis əməkdaşları ona istifadə etdiyi mobil telefonla birlikdə Polis şöbəsinə gəlməyini və müvafiq araşdırmaların aparılmasının zəruriliyinin olduğunu bildirmişlər. O da polis əməkdşaları ilə birgə rayon polis şöbəsinə gəlmişdir. Həmin günü ona Milli Məclisin deputatı Fazil Mustafa haqqında sosial şəbəkədə mənfi rəy yazdığını bildirmişlər, bu əsəsla o, səhərə kimi polis şöbəsninin inzibati otağının birində saxlanmışdır. Səhəri gün, yəni 29 mart tarixdə saat 13 radələrində saxlanıldığı otaqda tanımadığı polis işçisi ondan başqa yerə getməmək və çağırışa dərhal gəlmək haqqında iltizam alaraq onu evə buraxmışdır. Lakin mobil telefonu polis şöbəsində qalmışdır. Polis şöbəsinin inzibati binasından çıxdıqdan sonra piyada yaşadığı evə getdiyi zaman Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən «Xəzər Lənkəran» futbol klubuna məxsus olmuş stadionun giriş hissəsnin yaxınlığında yerləşən kənd təsərrüfat təyinatlı dükanın qarşısından keçən zaman həmin dükanda satıcı işləyən qonşusu X31 onunla salamlaşıb söhbətləşmişdir 29 mart 2023-cü tarixdə onu yenidən polis şöbəsinə çağırdıqları üçün saat 16:30-da atası polis şöbəsinin inzibati otağına daxil olduğunu və saxlanıldığını bildirmişdir. Sonradan adını Ceyhun kimi bildiyi şəxs ona tutulacağını və ona bir bükümdə bağlama göstərib «patı» olduğunu ona məxsus olduğunu və boyununa götürməyəcəyi təqdirdə isə 1 kq «patını» yaşadığı evdən çıxaracaqlarını bildirmişlər. O da razılaşmışdır. O, üzərində axtarış aparılması ilə bağlı videoçəkiliş keçirilən zaman həmin bükümü 29 mart 2023-cü il tarixdə saat 10 radələrində çay kənarında gəzərkən tapıb cibinə qoymağını rayon polis şöbəsində üzərinə keçirilmiş şəxsi xatarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tapdığını bildirmişdir. Halbuki, təqsirləndirilən şəxsin atası X48 Rzazadənin 29 mart 2023-cü il tarixdə saat 02:33-də Lənkəran rayonu, Sütəmurdov kəndində yaşadıqları evdən Lənkəran ŞRPŞ-nin əməkdaşları Şahid4, Şahid5 və digərləri tərəfindən ŞRPŞ-yə aparılması, polis şöbəsinə gedərək oğlunun hansı səbəbdən saxlanılmasını soruşduqda əməliyyat müvəkkili Şahid5 28 mart 2023-cü il tarixdə millət vəkili Fazil Mustafaya sui-qəsd olunduqdan sonra Təqsirləndirilən şəxs həmin hadisə ilə bağlı sosial şəbəkədə yayılmış məlumatın şərh hissəsində «kim edibsə yaxşı edib» şərhini yazıdığını bildirməsi, verdiyi göy rəngli cins şalvarı və göy rəngli uzun qol köynəyi Təqsirləndirilən şəxs ŞRPŞ-də əyninə geyinməsi, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 13 radələrində ŞRPŞ-dən yaşadığı evə buraxılması, Təqsirləndirilən şəxs saat 13:41-dən saat 13:44-dək Sütəmurdov kəndinin ticarət obyeklərinin video kameralarında əks olunması, yolda olarkən Xanlar Nəzərov ilə görüşməsi, 29 mart 2023-cü il tarixdə saat 15:57-də polis zabiti Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrəsindən istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək Təqsirləndirilən şəxs ŞRPŞ-yə aparılmasını bildirməsi, Təqsirləndirilən şəxs əmisi Fəxrəddin Rzayev istifadəsində olan «Vaz-2106» markalı, **-BA-*** dövlət nömrə nişanlı avtomobillə Təqsirləndirilən şəxs ŞRPŞ-yə apararaq təhvil verməsi, bundan sonra Təqsirləndirilən şəxs ŞRPŞ-dən sərbəst buraxılmaması, guya Təqsirləndirilən şəxs ŞRPŞ-nin əməkdaşlarının 29 mart 2023-cü il tarixdə saat 18:00-də keçirdikləri əməliyyat tədbirləri zamanı Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkət edərkən saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilərkən külli miqdarda-11,259 qram psixotrop maddə metamfetamin əynində olmuş göy rəngli cins şalvarın sol yan cibindən aşkar edilib qablaşdırılaraq götürülməsinin sənədləşdirilməsi, Təqsirləndirilən şəxs yaşadığı evdən 1 kq narkotik vasitə çıxarılacağı ilə hədələnərək təzyiq olunması nəticəsində etiraf edici izahat və ifadələr alınması barədə dəlilləri, habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları araşdırılmamışdır. Həmin ərizəni ibtidai araşdırmaya prosessual rəhbərliyi həayat keçirən prokuror 08 iyun 2023-cü il tarixli, 436-Ş-2023 nömrəli məktubu ilə cinayət işinə əlavə edilməklə, ərizədə göstərilən xüsusatlar araşdırılmaqla, obyektiv ibtidai istintaq aparılmasından ötrü Lənkəran ŞRPŞ-yə göndərilmişdir. Hansıkı Cinayət-Prosessual Məcəlləsinin 207-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən daxil olmuş məlumatı dərhal qeydə almaq və ona baxmaq, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmək hərəkətlərini yerinə yetirməli idi. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Avşar Türkiyəyə qarşı» qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman «əsaslı şübhələr yaratmayan» sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Bıkov Rusiyaya qarşı» qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxsin atası Rafiq Rzayev, oğlu Təqsirləndirilən şəxs hədələnməsi və psixi təzyiqlərə məruz qalması ilə bağlı müraciətlər etsə də, Təqsirləndirilən şəxs istintaqın sonrakı dövründə həmin faktla bağlı ifadə versə də Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmaqla nə istintaq orqanı nə də prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həmin dəlillər yoxlanılmamış, göstərilən dəlillər ilə bağlı verilmiş çoxsalı vəsatətlərə dair keyfiyətli istintaq hərəkətləri həyata keçirilməmişdir. Müstəntiq tərəfindən cinayət işinin hərtərəfli, tam və obyektiv araşdırılması və obyektiv həqiqətin müəyyən edilməsi üçün bütün zəruri tədbirlər görülməmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi «Assenov və Digərləri Bolqarıstana qarşı», «Selmuni Fransaya qarşı» işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Yallo Almaniyaya qarşı» qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «X2rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Belə ki, istintaq orqanı tərəfindən təqdim edilmiş cinayət işinin 97-126ci səhifəsində olan ərizə, disk, telefon məlumatları, o cümlədən məhkəmə istintaqı zamanı alınmış şahid ifadələri və digər sənədlər ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 02:30 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yaşadığı evdən Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılmış, saat 13 radələrində ŞRPŞ-dən yaşadığı evə buraxılmış, əməliyyat müvəkkili Şahid5 çağırması əsasında əmisi Fəxrəddin Rzayev tərəfindən saat 16 radələrində ŞRPŞ-yə aparılaraq təhvil verilmiş, ŞRPŞ-də Təqsirləndirilən şəxs saat 18:00-da Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkət edərkən saxlanılması sənədləşdirilmişdir. Cinayət işinin 101-ci səhifəsində olan disk və 121-126-ci səhifələrində olan fotoşəkillər ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 13:43-də küçə piyada hərəkət etmiş, şahid Xanlar Nəzərov ilə görüşərək əl ilə salamlaşıb söhbət etmişdir. Cinayət işinin 126-cı səhifəsində olan «baxış keçirilməsi haqqında» 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə 148 fayl aşkar edilmişdir. Həmin fayılların 18 ədədi videoçəkiliş, 3 səs və 127 şəkil fayıllarıdır. Həmin video çəkilişlərindən birincisində şahid Rafiq Rzayev yaşadığı evin həyətinin darvazasının üzərində ayaq izlərinin olduğunu və polis əməkdaşlarının 29 mart 2023-cü il tarixdə gecə saatlarında gələn zaman evin darvazasından keçdiyini və ayaqqabı izlərinin qalmasını bildirmişdir. 14 ədəd videoçəkilişdə Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə saat 13:43-də Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən «Xəzər Lənkəran» stadionunun qarşısından keçdiyi və bir şəxslə görüşüb onunla söhbət etdiyi görülür. Digər videoçəkilişlərdə müşahidə kamerasının isə gecə və gündüz çəkilişləri vardır. Həmin diskdə olan foto şəkillərə baxış keçirildikdə isə mobil telefonda zəng tarixçələrin şəkilləri, Təqsirləndirilən şəxs müşahidə kameralarına düşməsinin şəkilləri, darvazada ayaqqabı izlərinin şəkilləri vardır. Diskdə olan 3 səs yazıları dinlənildikdə, 1-ci səs yazısında «Ruslan mənə zəng elə», 2-ci səs yazısında «Rafiq əmi əlimdə işim var bir azdan zəng edərəm» və 3-cü səs yazısında «yaxşı zəngini gözləyirəm» kimi səslər yazılar müəyyən olunmuşdur. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutlan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş X4 hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, hədələnməsi ilə bağlı hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs müqavilə üzrə müdafiəçisi Müdafiəçi1 isə 03 aprel 2023-cü il tarixli müqavilə bağlamasına baxmayaraq ilk vəsatətini istintaq orqanına 2 ay sonra təqdim etmiş, həmin müddət ərzində Təqsirləndirilən şəxs mənafeyinə uyğun olan hər hansı bir fəaliyyətlə məşğul olmamış, yalnız iş materiallarının 132-ci səhfəsində olan «müdafiəçinin təqdim edilməsi haqqında» protokol ilə təqsirləndirilən şəxsə təqdim edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəlləsinin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Dayanan Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədək həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Lagerblom İsveçə qarşı» və «Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X29rşı» və «Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş və müqavilə üzrə vəkillər öz fəaliyyətlərini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkil Feyruz Əmənullayev, müqavilə üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs ilə gizli ünsiyyətləri olmamış, onların həmin hüquqları məhdudlaşdırılmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, müdafiəçilər Təqsirləndirilən şəxs ilə gizli ünsiyyətdə olsa idilər, sonuncunun 29 mart 2023-cü il tarixdə saat 02:30 radələrində Lənkəran rayonu, Sütəmurdov kəndində yaşadığı evdən Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən aparılması, saat 13 radələrində ŞRPŞ-dən yaşadığı evə buraxılması, əməliyyat müvəkkili Şahid5 çağırılması əsasında əmisi Fəxrəddin Rzayev tərəfindən saat 16 radələrində ŞRPŞ-yə aparılaraq atası Rafiq Rzayev tərəfindən polis şöbəsinə təhvil verilməsi, saat 18:00-da Lənkəran rayonu, Sütəmurdov kəndində piyada hərəkət edərkən saxlanılmaması və üzərində külli miqdarda-11,259 qram psixotrop maddə metamfetamin olmaması barədə məlumat vermiş olardı. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş külli miqdarda-11,259 qram psixotrop maddə metamfetaminin ona məxsus olmasına dair etirafedici izahat və ifadələri, həmin sözləri şəxsi axtarış istintaq hərəkəti icra edilərkən, videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən hədələnməsi və psixi təzyiqlərə məruz qalması nəticəsində alınmışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin hədələnməsi və psixi təzyiq hərəkətlərinin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Qeyd edilən əsaslara görə də «şəxsi axtarış aparılması» haqqında protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Təqsirləndirilən şəxs ilkin ibtidai araşdırma zamanı özünə qarşı ifadə verərək göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən yaşadığı evdən çıxıb piyada şəkildə həmin kənd yolu ilə hərəkət etməyə başladığı zaman yol üstə qarşısına şəffaf rəngli sellofana bükülmüş bükülü çıxmış və həmin bükülüdə nə olar marağına görə onu götürmək qərarına gəlmişdir. Bu zaman onu götürüb içərisinə baxdıqda içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğunu görmüşdür. O da həmin maddəni maraq yaratdığına görə şalvarının cibinə qoymuşdur. Lakin həmin maddədən heç kimə verməmiş və ya göstərməmişdir. Həmin günü saat 18 radələrində yaşadığı evdən çıxıb Lənkəran rayonu Sütəmurdov kəndi ərazisindən keçəndə piyada şəkildə hərəkət edərkən mülki geyimdə olan bir neçə nəfər şəxs ona yaxınlaşaraq, özlərinin polis əməkdaşı olduğunu tədim edib və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirib onu Lənkəran ŞRPŞ-yə aparmışılar. Polis şöbəsində olan otaqların birində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil X4 dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin, polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçirilmiş. Sonra ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisindən tapdığı və cibinə qoyduğu bir ədəd şəffaf rəngli bükümdə ağ rəngli, kristal formalı maddəni təqdim edib içərisində metamfetamin olduğunu bildirib, saxlanıldığı gün onu yaşadığı Sütəmurdov kəndindən, keçəndə piyada gedərkən tapdığını bildirmişdir. Aşkar olunmuş 1 ədəd bükümdə olan psixotrop maddə metamfetamin bükümü elekton tərəzidə çəkilmiş və həmin bükümün ümümi çəkisinin 11,85 qarm olması məlum olmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış, o və müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı özünə qarşı verdiyi etirafedici ifadələrinə bir daha münasibət bildirərək qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, «Dikmə Türkiyəyə qarşı» məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmyədək icraat zamanı ilkin izahatını, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini mötəbər sübut kimi qəbul etməməklə yanaşı polis əməkdaşlarının şahid qismində verdikləri ifadələrin mötəbərliyi üzrə qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən etmişdir. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Eyni ilə polis əməkdaşları Şahid1 və Rafiq Əliyevin ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də (hətta təqsirləndirilən şəxsin soyadının Rzayev kimi yazılması da) daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş PPXB-nun polis nəfəri Şahid3 ifadəsində 06 may 2023-cü il tarixdə saat 18:00-dan saat 18:25-dək müstəntiq tərəfindən ondan ifadə alınmadığını, polis şöbəsinə zəng əsasında çağırıldıqdan sonra Təqsirləndirilən şəxs polis şöbəsində gördüyünü, ibtidai istintaq zaman verdiyi ifadəsində göstərilmiş «X5» adlı şəxsi tanımadığını, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmədiyini, şəxsi axtarış videoçəklişlə saat 23 radələrində olduğunu, Kamranın üzərində şəxsi axtarışın 2023-cü il tarixdə «orucluq» ayında olduğunu, Kamranla bir yerdə iftar açdığını, özü yemək aldığını, Kamranla bir yerdə iftar açdığını bildirmişdir. Şahid3 Cinayət-Prosessual Məcəlləsinin 327.1.3 və 329.1-ci maddələrinə əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra müstəntiqə ifadə vermədiyini, Kamrannın saxlanılmasında, polis şöbəsinə gətirilməsində iştirak etmədiyini, Kamran ilə iftarı açdıqlarından sonra vidoçəkliş olduğunu, polis şöbəsində olan zaman Kamranın qolları açıq olduğunu, Kamrana qandal tətbiq olunmadığını, iftarı açıb yemək yeyən vaxtı Kamranın üzərində şəxsi axtarış aparılmadığını, yemək yedikdən sonra Kamranın üzərində şəxsi axtarış aparıldığını demişdir. Şərh olunanlara və Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyindən, eləcə də onun məhkəməyədək icraat zamanı verdiyi ifadənin mötəbərliliyi şübhə altına alındığından Təqsirləndirilən şəxs təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin ifadə ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən də aydın olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi istintaq hərəkəti aparılmamışdan əvvəl psixotrop maddə metamfetamin, o cümlədən qanunsuz hər hansı predmet olmuşdursa, həmin predmetləri atamağa kifayət qədər imkanı olmuşdur. Şahid3 ifadəsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həqiqət olduğunu təsdiq etməklə, obyektiv həqiqətin müəyyən edilməsinə, şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid1 və Rafiq Əliyevin ifadələrinin təkzib olunmasına xidmət etmişdir. Cinayət işinin materiallarının 144-145-ci səhifələrində olan 12 iyun 2023-cü il tarixli «üzləşdirmə dindirmə protokolu»ndan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi faktları Şahid1 üzünə qarşı demiş, müdafiəçinin sualına cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs Lənkəran rayonu, Sütəmurdov kəndinin harasında saxladıqlarını xatırlamadığını, onu həmin kəndin ərazisində saxladığını, istifadə etdiyi mobil nömrəni demədiyini, tez-tez nömrəsini dəyişdiyini bildirmişdir. Protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs saxlanılmasından cəmi 2 ay 13 gün keçməsinə baxmayaraq Şahid1 Təqsirləndirilən şəxs kəndin hansı hissəsində saxlamasını xatırlamamış, həmçinin əməliyyat və istintaq orqanları tərəfindən tərtib edilmiş rəsmi sənədlərdə Təqsirləndirilən şəxs məhz kəndin hansı hissəsində saxlanılması göstərilməmiş, sadəcə olaraq piyada hərəkətdə olarkən saxlanıldığının yazılması ilə kifayətlənilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Şahid1 həmin ifadəsi səmimi və inandırıcı deyil, əgər Təqsirləndirilən şəxs Şahid1 dediyi kimi Lənkəran rayonu, Sütəmurdov kəndində saxlanılmış olsaydı konkret olaraq kəndin hansı hissəsində və ya nəyin yanında saxlanılması göstərilmiş olardı. Şahid1 telefon nömrəsini verməməsinə məhkəmə tərkibi tənqidi yanaşaraq qeyd edir ki, istintaq orqanı özü tefefon nömrələrinin əldə edilərək anten dairələrinin çıxarılmasında maraqlı olmalı, şahidin əsassız formada verilən suala cavab olaraq «istifadə etdiyi mobil nömrəni demədiyini» bildirməsi ilə kifayətlənməməli idi. Cinayət işinin materiallarının 157-158 səhifələrində olan «cinayət prosesi iştirakçısının vəsatətinin təmin edilməsi haqqında» 14 iyun 2023-cü il tarixli qərardan görünür ki, Müdafiəçi1 polis əməkdaşlarının anten məlumatlarının götürülməsinə dair vəsatətinin əsassız olduğu əsas gətirilərək rədd edilmişdir. Hansıkı qərarın adı «cinayət prosesi iştirakçısının vəsatətinin təmin edilməsi haqqında» qərar olmuşdur. 12 iyun 2023-cü il tarixli «üzləşdirmə dindirmə protokolu»nda Şahid1 şahid olmasına baxmayaraq adının qarşısında «təqsirləndirilən şəxs» yazılmış, şahidə də Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Eyni xarakterli hallara cinayət işinin materiallarının 146-147-ci səhifələrində olan şahid Rafiq Hüseynov ilə Təqsirləndirilən şəxs arasında aparılan üzləşdirmə istintaq hərəkətinin nəticəsində tərtib edilmiş 12 iyun 2023-cü il tarixli «üzləşdirmə dindirmə protokolu»nda da yol verilmişdir. Bu da onu deməyə əsas verir ki, «üzləşdirmə» istintaq hərəkətləri formal şəkildə aparılmış, bir-birindən köçürülmüş, Cinayət-Prosessual Məcəlləsinin 235-ci maddəsində qeyd edilən məqsədlərə xidmət etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı», «X6rşı» və bir sıra qərarlarında Avropa Məhkəməsi sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Muradov Azərbaycana qarşı» qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin «əsaslı şübhə doğurmayan» sübut növünə aid olmadığı göstərilmişdir. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1 və Rafiq Əliyevin həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. İbtidai istintaq zamanı müdafiəçi tərəfindən verilmiş vəsatətlərin ibtidai istintaq orqanı tərəfindən təmin edilməməsinə münasibətdə də məhkəmə tərkibi tənqidi yaşaraq qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 121.2-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəlif, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafeylərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişləri rədd edilə bilməz. Hansıkı müdafiə tərəfi məhkəməyədək icraat zamanı da məhkəmə istintaqı dövründə verilmiş eyni xarakterli vəsatətlər verməsinə baxmayaraq ibtidai istintaq orqanı tərəfindən həmin vəsatətlər təmin olunmamış, sözügedən vəsatətlərin məhkəmə istintaqı zamanı təmin edilməsi nəticəsində obyektiv həqiqət müəyyən edilmişdir. Müstəntiq tərəfindən həmin vəsatətlər təmin edilsə idi, Təqsirləndirilən şəxs təqsirsiz olması ibtidia istintaq zamanı təsdiq olunar və sonuncu məhkəmə məsuliyyətinə verilməzdir. Cinayət işinin materiallarının 85-ci səhifəsində olan Lənkəran ŞRPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən verilmiş 20 may 2023-cü il tarixli cavab «raport»unda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin əldə edilməsi, üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasının yazılması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 20 may 2023-cü il tarixli «raport»la istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu hədələyib psixi təzyiq etməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyinəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-nin «maddi sübutları saxlama kamerasın»da saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,209 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat ekspertiza xərcininməhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42.1.4, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddələrinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin «maddi sübutları saxlama kamerasın»da saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 11,209 qram psixotrop maddə metamfetamin materiala əlavə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış «şəxsi axtarışın keçirilməsi haqqında» protokola əlavə olunmuş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar