Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-113/2022 03.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə və müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkilləri X3 və X1 iştirakları ilə, 08 avqust 1964-cü ildə Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və, xx xxxxxx 1973-cü Salyan rayonu, Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 188.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2021-ci ilin aprel ayında qanunla müəyyən edilmiş qaydada mülkiyyət, istifadə və icarə hüququ olmadan yaşadıqları Salyan rayonu Kürqaraqaşlı kəndində, Kür çayı ilə onun qoruyucu bəndi arasında yulğun kollarının əhatəsində yerləşən və Salyan rayon İcra Hakimiyyətinə məxsus dövlət mülkiyyətində olan torpaq sahəsini 3x5, 3x4 və 3x4 metr ölçülərdə özbaşına metal tor ilə çəpərləyib tutaraq, qabaqcadan əlbir olan bir qrup şəxs halında məlum olmayan mənbədən əldə etdikləri əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib becərmişlər, həmin üç ərazidən müvafiq olaraq 10 ədəd, 13 ədəd və 16 ədəd olmaqla, cəmi 39 ədəd külli miqdarda çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmişlər. Bundan başqa onlar yuxarıda qeyd olunan ərazidə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdikləri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən qanunsuz olaraq satış məqsədi ilə kustar üsulla hazırlayaraq külli miqdarda qurudulmuş marixuananı əldə edib həmin ərazilərdə qanunsuz olaraq saxlamışlar. 2 sentyabr 2021-ci il tarixdə, saat 20 radələrində Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin ərazilərə baxış keçirilərkən oradan sözü gedən 39 ədəd külli miqdarda əkilib-becərilməsi qadağan olunmuş və tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin müvafiq olaraq 1 kiloqram, 1 kiloqram 485 qram və 1 kiloqram 545 qram, cəmi təmiz çəkisi 4 kq 30 qram olan külli miqdarda qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir qurudulmuş marixuanadan istifadə edir. 2021-ci iln aprel ayında həmkəndlisi Təqsirləndirilən şəxs2la Kür çayının sahilində kolluq sahəsində çətənə bitkiləri əkib becərməyə razılığa gəlmişlər. Ona görə də həmin vaxt özündə olan çətənə bitkisinə aid toxumları götürərərək onları Təqsirləndirilən şəxs2la birlikdə Kür çayının sahilində bitmiş yulğun ağaclarından ibarət ərazidəki 3 müxtəlif sahədə torpağa əkmiş, həmin sahələri alaq otlarından təmizləyərək əkdikləri çətənə bitkilərini heyvanların yeməməsi üçün oranı metal tor və ağac budaqları ilə əhatəyə alıb çəpərləmişlər. Sonradan Müşfiqlə növbə ilə açıkililərə qulluq etmişlər. Bitkilər yetişəndən sonra onların yarpaqlarından və digər hissələrindən yığaraq kütlələri orada qurutmuşlar. Bir hissəsini özləri qəbul etmiş, qalan hissəsini isə orada saxlamışlar. 2021-ci il sentyabrın 2-də axşam saatlarında Müşfiqlə birlikdə kənddə olan vaxt polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrinin saxlanılmasında şübhələri olduğunu deyərək polis şöbəsinə dəvət etmişlər, orada üstünə axtarış keçirildikdə heç bir qanunsuz əşya aşkar edilmədi, şifahi sorğu zamanı çətənə bitkilərini əkmələri barədə məlumat vermiş, bundan sonra narkotik bitkilərini əkdiyi əraziyə getmişlər, orada axtarış zamanı əkib becərdiyi 39 ədəd çətənə bitkiləri və qurutduqları marixuana aşkar edilərək götürülmüşdür. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan asıllılığı var. 2021-ci iln aprel ayında həmkəndlisi və dostu Təqsirləndirilən şəxs1la Kür çayının sahilində kolluq sahəsində çətənə bitkiləri əkib becərmək qərarına gəlmişlər. Zaman özündə olan çətənə bitkisinə aid toxumları götürərərək Kür çayının sahilində bitmiş yulğun ağaclarından ibarət ərazidəki 3 müxtəlif sahədə torpağa əkmişdir. Əkili olan sahələri metal tor çəpərləmişlər. Ağaclara əsasən Zaman qulluq edirmiş. Bitkilər yetişəndən sonra onların yarpaqlarından və digər hissələrindən yığaraq qurutmuşlar. Marixuanadan özləri qəbul etmiş, qalan hissəsini isə orada saxlamışlar. 2 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında kənddə olarkən, polis əməkdaşları gəlib narkotik vasitələrinin saxlanılmasında şübhələri olduqlarını bildirərək onu və Zamanı polis şöbəsinə dəvət etmişlər, şöbədə axtarış keçirildikdə qanunsuz əşya aşkar edilmədi, şifahi sorğu zamanı Zamanla birlikdə çətənə bitkilərini əkmələri barədə məlumat vermiş, sonra polis əməkdaşları ilə birlikdə narkotik bitkilərini əkdiyi əraziyə getmişlər, orada əkib becərdikləri 39 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Hazırda əməlindən peşimandır, yüngül cəza verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Salyan Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisindən keçən Kür çayının sahilində, kollarının arasında tərkibində narkotik maddələr olan çətənə bitkilərinin qanunsuz əkilib becərildiyi torpaq sahəsi dövlətə məxsusdur, həmin torpaq sahəsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 heç bir qanuni əsas olmadan özbaşına tutaraq oradan istifadə etməklə qanunsuz olaraq özbaşına zəbt etmişlər. Həmin sahə artıq dövlət mülkiyyətinə qaytarıldığı üçün təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Salyan rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Fizuli oğlu ifadəsində göstərmişdir ki, 2 sentyabr 2021-ci il tarixdə Salyan rayonu Kürqaraqaşlı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq yaşadıqları kənd ərazisində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmələri barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzərlərində axtarış keçirildi, lakin hər hansı bir qanunsuz əşya aşkar edilmədi. Şifahi sorğu zamanı hər ikisi çətənə bitkilərinin əkib becərdiklərini, həmçinin onların yarpaqlarından qurudulmuş marixuana əldə etdiklərini, yerini göstərə biləcəklərini bildirmişdlər. Bundan sonra Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən yulğun ağaclarından ibarət meşə sahəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çətənə bitkilərini əkib-becərdikləri əraziləri təqdim etmələrini xahiş etdikdə hər iki şəxs yulğun ağaclarının arasında 3 ayrıayrı ərazidə ətrafı metal torla əhatə olunmuş əraziləri göstərib təqdim etmiş, həmin ərazilərə baxış keçirilərkən birinci sahədən əkilib yetişdirilmiş köküstə 10, ikinci sahədən 13 və üçüncü sahədən köküstə 16 ədəd, cəmi 39 ədəd tərkibində narkotik maddə olan çətənə bitkisi aşkar olunaraq götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 açkar olunmuş bitkilər barədə soruşulduqda onlar bu bitkilərin çətənə bitkiləri olduğunu, onları birlikdə 2021-ci ilin aprel ayında əkdiklərini və sonrakı müddətdə mütəmadi olaraq onlara qulluq göstərdiklərini bildirmişlər. Həmçinin hər 3 sahədəki çəpərlənmiş metal torun yaxınlığında yerdə quru halda, spesifik qoxulu narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olduğu müəyyən edilmiş, soruşduqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin kütlələri istifadə etmək məqsədilə əkib yetişdirdikləri çətənə bitkilərindən əldə etdiklərini və onları orada qurudub saxladıqlarını göstərmişlər. Bundan sonra çətənə bitkiləri və qurudulmuş marixuana qablaşdırılaraq götürüldü. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 və Şahid5 Şahid2 Fizuli oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan «baxış keçirilməsi və götürmə haqqında» 02 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2n yaşadıqları Salyan rayonu Kürqaraqaşlı kəndi yaxınlığında təqdim edib göstərdikləri əraziyə baxış keçirilərkən biri-birinə yaxın məsafədə yerləşən 3 ayrı-ayrı sahədən cəmi tərkibində narkotik tərkibli maddələr olan 39 ədəd çətənə bitkisi və həmin bitkilərdən yığılaraq qurudulmuş marixuanaya bənzər maddələr aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 02 sentyabr 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Salyan rayonu Kürqaraqaşlı kəndində Kür çayı ilə onun qoruyucu bəndi arasında yulğun kollarının əhatəsində yerləşən torpaq sahəsində aşkar edilmiş 19 ədəd çətənə (kannabis) bitkiləri aqrotexniki qaydalara uyğun olaraq əkilib becərilmişdir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 03 sentyabr 2021-ci il tarixli 18/955 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə təqdim etdikləri...” sözləri və imzalar olan 3 ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri- 1000,0 qram, 1485,0qram və 1545,0qram, ümumi təmiz çəkisi- 4030,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bundan əlavə ağ kağız üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə təqdim etdikləri,,,” sözləri və imzalar olan sintetik torba bağlamalarda müvafiq olaraq 13 ədəd, 10 ədəd, 16 ədəd, cəmi 39 ədəd bitki nümunələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəsisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə təqdim etdikləri qeyd olunan çətənə bitkiləri ilə marixuanalar eyni tərkiblidir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpikdir, marixuananın tədqiqatdan sonrakı qalığı 4029,94 qram təşkil edir. İş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli 940 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitki preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan 03 sentyabr 2021-ci il tarixli 491 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitki preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «Maddi sübut kimi tanıma haqqında» 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, 39 ədəd çətənə (kannabis) bitkiləri və tədqiqatdan sonrakı qalıq 4029,94 qram qurudulmuş marixuanna maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan rayon polis şöbəsinin maddi sübutları saxlanılması otağına təhvil verlmişdir. İş materiallarında olan «şübhəli şəxs qismində tutulması haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 02 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Salyan Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli qərarı ilə barələrində 02 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi arvadı, oğlu, gəlini və bir azyaşlı nəvəsindən ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlunun ailə tərkibi arvadı və yetkinlik yaşına çatmayan qızından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyətinin 02 noyabr 2021-ci il tarixli 850 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salyan rayonu Kürqaraqaşlı kəndi ərazisində istifadə və icarə hüququ əsasında heç bir torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Salyan rayonu Kürqaraqaşlı bələdiyyəsinin 03 noyabr 2021-ci il tarixli 159 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkilərini əkdiyi yer – Salyan rayonu Kürqaraqaşlı kəndində Kür çayı ilə onun qoruyucu bəndi arasında yerləşən hissəsi Dövlət mülkiyyətində olduğu üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə heç bir mülkiyyət istifadə və icarə müqaviləsi bağlanmamışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş ərizədən görünür ki, onun təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə xx.xx.2010-cu il tarixdə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsi tərəfindən CM-nin 234.4.3-cü maddəsinə əsasən 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-ci ildə Nərimanov rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 70.2.3-cü maddəsinə əsasən cəzasının çəkilməmiş 01 il 06 ay 22 gün müddətinə Məntəqə tipli cəzaçəkmə müəssisəssinə keçirilmiş və xx.xx.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilməmişdir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2018-ci il tarixdə Salyan rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələrinə əsasən 1 il, 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir, məhkumluğu ödənilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlar ittiham verildiyi Azərbaycan Respublikası CM-in 188.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar, təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana və narkotik tərkibli çətənə (kannabis) bitkiləri “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CMin 188.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 188.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 188.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlini yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 31 may 2010-cu il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən təhlükəli residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2un törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onların şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan 39 ədəd çətənə (kannabis) bitkiləri və tədqiqatdan sonrakı qalıq 4029,94 qram qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan– Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış, həmçinin baxış və götürmənin aparılmasını əks etdirən 3 (üç) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən təxminən 24,87 manat olmaqla) tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 188.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 188.1-ci maddəsi ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 24 manat 87 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 188.1, 234.4.1, 234.4.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 188.1-ci maddəsi ilə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 24 manat 87 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq dövlət nəfinə keçirilsin. Səlyan rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq- 39 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və 4029,94 qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirmə, həmçinin baxış və götürmə istintaq hərəkətlərini əks etdirən 3 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-113/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-113/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver