Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-113/2023 12.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə xx xxxx 1980-cı ildə Şirvan (Əli-Bayramlı) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olan, Hacıqabul şəhəri 4 saylı tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini əvəzi işləmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,886 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb üzərində daşıyarkən, 22 avqust 2022-ci il tarixdə saat 12:20-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, T.İsmayılov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd şüşə lampanın içərisində təmiz çəkisi 0,886 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə saat 08:30-da öz evində ayaqyoluna getmiş, daha sonra yerinə girib uzanmışdır. Birdən yatdığı yerdə polis əməkdaşları evə daxil olaraq, onu alt paltarındaca yerindən götürüb polis şöbəsinə aparmışlar. Yaşayış binası 5 mərtəbəlidir, özü 3-cü girişdə 2-ci mərtəbədə yaşayır, polis əməkdaşları da onun yaşadığı evə 2-ci mərtəbədən daxil olmuşlar. Şöbədə əvvəlcə növbətçi hissəyə, daha sonra isə ikinci mərtəbəyə qaldırıblar, növbətçi hissədə şalvar və köynəyini gətirmişlər, o isə geyinmişdir. Orada isə ilk əvvəl ondan kiminsə üzünə durmağını və narkotiki həmin şəxsdən almağını deməsini istəmişlər. Etiraz etdikdə isə saxlanıldığı gündən, yəni ayın 18-dən 22-nədək şöbədə döyülmüşdür. Bütün bunlara dözməyərək, sonda etiraf etmişdir. Saxlanılan vaxt anası da evdə olmuş, anası səs-küyə yuxudan oyanmışdır. Özü bina evində ikinci mərtəbədə olan mənzildə yaşayıb, polislər isə mənzilə pəncərədən daxil olub. Şöbədə olarkən isə onu döyüb sənədlərə imza çəkdirib və bildirmişlər ki, “səni 24 saat ərzində buraxacayıq”. Videoçəkilişə aparılarkən isə üzərinə “patı” qoyulmuş və orada sənədləşdirilmişdir. Saxlanıldığı gündən isə bütün bunlara etiraz etmiş, nə vaxtsa nəşə çəkdiyini polis əməkdaşlarına etiraf etmişdir. Üzərində isə pul kisəsi, telefon və evin açarı olmuşdur. Həmin əşyaları isə sonradan polislər gətirib ona vermişlər. Evin açarlarını isə özü polis əməkdaşlarına könüllü vermişdir. Əgər evdə narkotik olsa idi, açarları heç polis əməkdaşlarına verməzmiş. xx.xx.2022-ci ildə isə barəsində sanksiya seçilmişdir. Şöbədə döyülmüş, xəsarətlər almışdır, hətta Şüvəlan türməsi xəsarətlərə görə onu qəbul etmək istəmirmiş. Onu Taleh adlı əməliyyatçı döymüş, üzərinə narkotik qoymuşdur. Bundan başqa əməliyyaçılardan İlham da onu döymüşdür. Düşünür ki, tabeliyində işlədiyi dövrdə xanım lobarant işçi olub, həmin işçi isə işə gəlməyib, bununla bağlı Taleh ona zəng edərək həmin işçinin xahişin edib, o isə Talehin xahişin yerinə yetirmədiyinə görə, taleh onunla düşmənçilik edib. Onun üzərində və evdə narkotik vasitə olmayıb. Evə baxış zamanı öz gözləri ilə görmüş ki, Taleh adlı əməliyyatçı evə narkotik qoyur. Özünü 15 gün müddətində polis şöbəsində saxlayıblar, haqsız yerə həbs ediblər. Aldığı xəsarətlərdən gözünün altı qaralmış, qabırğası isə şişmişdir. Üzərindən və kirayə danışdığı mənzildən aşkar edilmiş maddələrin ona aidiyyəti olmamış, özünü təqsirli bilmir, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 avqust 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb məhəllədə gəzərkən yerdə bir ədəd kiçik ölçülü şüşə lampa gormüşdür. Həmin 1 ədəd şüşə lampanı yerdən götürüb açıb içərisinə baxdıqda, içərisində psixotrop maddə metamfetamin olduğunu görmüş və həmin şüşə lampanı özü ilə götürmüşdür ki, sonradan istifadə edər. Həmin gün saat 12 radələrində şəhərin T.İsmayılov küçəsində gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd kiçik ölçülü şüşə lampanı təqdim etmiş və bildirmişdir ki, həmin 1 ədəd şüşə lampanın içərisində psixotrop maddə metamfetamin vardır, yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. O, əvvəllər psixotrop maddələrin satışı ilə məşğul olmamış, psixotrop maddə metamfetamini istifadə etmək üçün üzərində saxlamışdır. O, üzərindən aşkar edilmiş 1 ədəd şüşə lampada olan psixotrop maddə metamfetamini yerdən tapmış, heç kimdən əldə etməmişdir. O, Şirvan şəhər PŞ-nə gətirildikdən sonra ona müdafiəçi təyin olunmuş, ona Şirvan şəhər PŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamışdır. İfadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etmədiyini, polis əməkdaşları tərəfindən fiziki təzyiqlər edildiyindən həmin ifadələrini imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Sabirabad RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, əvvəllər isə Şirvan ŞPŞ-də cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 27 avqust 2022-ci il tarixdə xidmətdə olarkən məhkəmənin qərarı əsasında müstəntiq Əhməd Baloğlanov tərəfindən Təqsirləndirilən şəxs kirayə yaşadığı Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 27, mənzil 17 ünvanına axtarış aparılmışdır. Həmin vaxt axtarış istintaq hərəkəti başlanılmamışdan əvvəl rəhbərlik tərəfindən verilən göstərişə əsasən Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısına getmiş və axtarış aparılacaq ərazidə təhlükəsizliyin təmin olunması ilə bağlı müvafiq profilaktik hərəkətlər icra etmişdir. Daha sonra polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmışdır. O, həmin axtarış istintaq hərəkətində iştirak etməmişdir. Axtarışın aparılması ilə bağlı təhlükəsizliyin təmin olunması üçün axtarış aparılmamışdan əvvəl və axtarış aparılan zaman həmin binanın yanında olmuşdur. Həmin mənzilə isə Təqsirləndirilən şəxs özü ilə birlikdə polis əməkdaşları daxil olmuşdur. Orada olarkən iş yoldaşlarından eşitmişdir ki, mənzildən narkotik vasitə aşkar edilmiş, başqa da nəyinsə aşkar edilməyindən məlumatsızdır. Təqsirləndirilən şəxs onun tərəfindən yaşadığı mənzildə saxlanılmayıb, ona qarşı tərəfindən heç bir fiziki təzyiq və təsir göstərilməyib. Ümumiyyətlə, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməyib, onun bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, özünə məxsus Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 27, mənzil 17 ünvanını kirayə vermək qərarına gəlmişdir. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhərinə gəldiyi vaxtdan tanıyır, sonuncunun ailə üzvləri ilə də münasibətləri vardır. Təxminən 2022-ci ilin avqust ayının ortaları ərəfələrində Zaur ona kirayə ev axtardığını bildirmiş, daha sonra mənzilinə gəlib baxaraq bəyənmiş, evdə anası ilə qalacağını demişdir. O da Zaura demişdir ki, ev boşdur və istəyirsə oranı kirayə verə bilər. Zaurla görüşüb söhbət etdikdən sonra həmin evi kirayəyə 200 manata verməyə razılaşmışlar. Mənzilə Zaurla birlikdə girib, baxıb daha sonra çıxmışlar. Həmin mənzildə isə Zaurla kirayə barədə danışanadək özü tək yaşayıb. Zaur da ona 200 manat pulu verib evin açarını götürmüşdür. Açarın birini Zaura vermiş, digər ikisini isə özündə saxlamışdır. Zaurla bu söhbəti həftənin beşinci günü olmuş, Zaur mənzilə birinci gün gəlib köçəcəyini bildirmiş, o isə Zaura hələ mənzildə əşyalarının olduğunu, həmin əşyalarını götürməli olmasını bildirmişdir. O, əşyalarını götürmədən Zaurun ixtiyarı yoxdu ki, gəlib o mənzildə yaşasın. Bu hadisədən 2-3 gün sonra isə Zaurun həbs edildiyini eşitmişdir. Zaur həbs edilənədək isə əşyalarını həmin mənzildən çıxarmamışdır. Bir həftə sonra isə ona məxsus mənzilə polis əməkdaşlarının gəlib axtarış apardıqlarını bilmişdir. Həmin vaxt Zaurda orada olmuş, lakin özünü ev sahibi kimi axtarışda iştirak etməsi üçün dəvət etməmişlər. Mənzilini Zaura kirayə hardasa avqust ayının 15-20-si olan vaxtlarda vermişdir. Zaur ilk əvvəl demişdir ki, anası ilə kirayədə qalacaq, o isə Zaura anasının da gəlib mənzilə baxdıqdan sonra onunla müqavilə bağlayacağını bildirmişdir. Binanın eyni girişində olan digər mənzildə də özü yaşayır. Hadisə günü həyətə düşmüş, orada bildirmişlər ki, oğurluq olub, görmüş ki, ona məxsus mənzilin qapısıda açıqdır, polislər isə mənzildədir. Həmin vaxt Zaurun nə ilə bağlı tutulduğunu bilməmiş, Zaurun özü də mənzildə olmuşdur. Zaurun isə daha sonra həyətdə polislərlə mübahisə etdiyini, polislərə “mən burda yaşamamışam, məni evimdən götürmüsüz, bura niyə gətirmisiz” dediyini eşitmişdir. Həmin vaxt diqqətini çəkən o olmuşdur ki, qara maşın polis əməkdaşı Talehin maşını dayanıb, görmüş ki, Taleh maşını sürüb gedib, o biri binanın yanında saxladı. Talehi isə binanın girişindən çıxan görmüş, ondan 15-20 dəqiqə sonra isə digər polis əməkdaşları gəlmişdir. Zaura mənzilin açarını verdikdən sonra Qarabağlı kəndinə yas mərasiminə getmiş, Zaurun həmin mənzilə gəlibgəlmədiyini isə bilməmişdir. Lakin mənzildə şəxsi əşyaları olub, Zaurun ixtiyarı olmayıb ki, o öz şəxsi əşyalarını çıxaranadək mənzilə gəlsin. Zaura məxsus isə mənzilində bir dənə corab belə olmayıb, çünki Zaur anası ilə birlikdə gəlib həmin mənzilə baxıb, kirayə müqaviləsini imzaladıqdan sonra mənzilə köçə bilərdi. Qonaq otağında olan qab-qacaqlar, eləcə də narkotikin aşkar edildiyi qab özünə məxsus olmuşdur, onun şəxsi əşyası kimi Zaur mənzilə köçənədək tərəfindən götürüləcəkmiş. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, 27 avqust 2022-ci il tarixdə xidmətdə olarkən məhkəmənin qərarı əsasında müstəntiq Əhməd Baloğlanov tərəfindən Təqsirləndirilən şəxs kirayə yaşadığı Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 27, mənzil 17 ünvanına axtarış aparılmışdır. Həmin axtarış istintaq hərəkətində o və polis nəfəri Şahid3 da iştirak etmişlər. Qeyd etdiyi şəxslərin və Təqsirləndirilən şəxs özü ilə birlikdə ünvan 3 ünvanda axtarış aparılan zaman mənzilin qonaq otağındakı dolabdakı şüşə qabın içərisindən 1 ədəd elektron tərəzi və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq müstəntiq tərəfindən götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş tərəzi və psixotrop maddə metamfetaminə bənzər maddənin özünə məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında və üzərinə şəxsi axtarışın keçirilməsində iştirak etməmiş, polis əməkdaşı Talehin də neqativ hal olmasın deyə həyətin mühafizəsində iştirak etməsini görmüşdür. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması ilə bağlı ona əməliyyat məlumatları daxil olmuşdur. Bundan sonra tərəfindən şöbə rəhbərliyinə raportla məruzə edilmiş, daha sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. 22 avqust 2022ci il tarixdə, saat 12 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, T.İsmayılov küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb polis şöbəsinə dəvət etmişlər. Daha sonra polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kiçik ölçülü lampanı çıxarıb masanın üzərinə qoymuş və həmin lampada psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi lampaya baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi psixotrop maddəni yaşadığı evin yaxınlığında yerdən tapmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evdə yox, küçədə tərəflərindən saxlanılıb, həmin tədbirdə Taleh adlı polis əməkdaşı iştirak etməyib, Təqsirləndirilən şəxs qarşı saxlanılarkən və polis şöbəsində olarkən heç bir fiziki təsir və təzyiq edilməyib, onun üzərinə narkotik vasitə qoyulmayıb, Təqsirləndirilən şəxs bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. Sonradan isə ona məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə də narkotik vasitə saxlayır, bununla bağlı da tərəfindən raport yazılmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması ilə bağlı Şahid1 əməliyyat məlumatları daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda özü də olmaqla CAB-nin əməliyyat müvəkkili Şahid2 və TB-nin baş təhqiqatçısı Vüqar Əhmədov da iştirak etmişlər. 22 avqust 2022-ci il tarixdə, saat 12 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, T.İsmayılov küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb özlərini təqdim etdib, polis şöbəsinə dəvət etmişlər. Təbii ki, o ilk əvvəl etiraz etmiş, daha sonra şöbəyə gəlməyə razılaşmışdır. Daha sonra polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa, təqdim etməsi bildirilmiş, o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kiçik ölçülü lampanı çıxarıb masanın üzərinə qoymuş və həmin lampada psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi lampaya baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmiş ki, təqdim etdiyi psixotrop maddəni yaşadığı evin yaxınlığında yerdən tapıb və şəxsi istifadəsi üçün üzərində saxlayıbdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs kirayədə yaşadığı evə də məhkəmə qərarı əsasında baxış keçirmişlər. Bununla bağlı istintaq qrupu yaradılmış, qrupa özü, əməliyyat müvəkkili Şahid4, İB-nin müstəntiqi Əhməd Baloğlanov daxil edilmişdir. Həmin evdə axtarış aparılan zaman mənzilin qonaq otağındakı dolabdakı şüşə qabın içərisindən 1 ədəd elektron tərəzi və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq müstəntiq tərəfindən götürülmüşdür. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş tərəzi və psixotrop maddə metamfetaminə bənzər maddənin özünə məxsus olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı saxlanılarkən və polis şöbəsində olarkən nə özü, nə də digər polis əməkdaşları tərəfindən heç bir fiziki təsir və təzyiq edilməyib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, hadisə günü öz xidməti otağında olarkən Təqsirləndirilən şəxs barəsində keçirilmiş tədbir nəticəsində, sonuncu ona təqdim edilmişdir. O isə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən pul və ya açar aşkar edilməyib. Lakin MSY-dən bildirmişlər ki, Təqsirləndirilən şəxs üzərindən açar aşkar edilib. Həmin açarı isə MSY-dən götürməmiş, çünki iş üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Açar isə MSY-də saxlanılmışdır. İş materiallarını isə istintaqa özü təqdim etmişdir. Həmin vaxt MSY-dən açarın rəsmiləşdirilməsi ilə bağlı ona heç bir sənəd təqdim edilməmişdir. Aşkar edilmiş açarla bağlı heç bir prosessual hərəkət etməmişdir. Həmin açar və onunla bağlı hər hansı bir sənəd tərəfindən istintaqa təhvil verilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin ibtidai istintaqı tərəfindən aparılmış, onun kirayədə yaşadığı evdə özünün şübhələri olduğundan, bu səbəbdən də həmin mənzildə tərəfindən axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs barəsində olan iş materialları ona təhvil verilərkən maddi sübutları da təhvil almışdır. Lakin MSY-dən ona bildirmişlər ki, Təqsirləndirilən şəxs açar da aşkar edilib. O isə həmin açarı götürüb xidməti otağında olan seyfdə saxlamışdır. Açarı ona aktla birlikdə təhvil vermişlər. iş materiallarını xx.xx.2022-ci ildə icraatına qəbul etmişdir. Zaurun kirayədə yaşadığı mənzilə isə xx.xx.2022-ci ildə axtarış keçirmiş, həmin gün axtarış keçirməsinə səbəb isə məhkəmə qərarı çıxarılan gündən üç gün ərzində axtarış keçirməyə hüququ olmuş, lakin icraatında cinayət işlərinin sayı çox olduğuna görə axtarışı məhz sonuncu gün keçirə bilmişdir. Axtarış zamanı ev sahibinin ora dəvət edilməsinə heç bir zərurət olmamışdır. Axtarış nəticəsində qonaq otağında şüşəli dolabda qabın içərisindən bir büküm psixotrop maddə və elektron tərəzi aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Nurlan Əzizovla birlikdə Şirvan ŞPŞ-nin MSY-də xidmətdə olarkən Təqsirləndirilən şəxs qəbul etmişlər. Yoxlama otağında üzərinə baxış keçirilmiş, baxış zamanı alt paltarından bel hissəsindən bir ədəd ev açarı aşkar edilmişdir. Bununla bağlı akt tərtib edilmiş, açar isə işi aparan müstəntiq Əhməd Baloğlanova təhvil verilmişdir. Açar aşkar edilən kimi tərəflərindən rəislərinə təqdim edilmiş, akt tərtib edildi, aktı özləri və Təqsirləndirilən şəxs imzalamışdır. Məhkəmə iclasında şahid X8 şahid X2 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun cinayət əməllərinin ifşa olunmasından ötrü ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5-6) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25) İşdə olan, 22 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kiçik ölçülü lampada psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 29-31) İşdə olan, materialların məhkəmə ekspertizasının 23 avqust 2022-ci il tarixli 18/909 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs o..» sözləri və imzalar olan kağız paketdə 01 ədəd şüşə lampanın içərisində təmiz çəkisi 0,886 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi 0,886 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,836 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 37-39) İşdə olan, xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin müayinəsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-nin MSY-nə daxil olarkən üzərinə və bədəninə keçirilən baxış zamanı üzərindən heç bir qadağan olunmuş əşya aşkar olunmasada, onun alt paltarından haçar aşkar olundu. Şifahi aparılan sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, bu haçar onun kirayə yaşadığı evin haçarıdır. Təqsirləndirilən şəxs heç bir üzürlü səbəb olmadan aktı imzalamaqdan imtina etmişdir. (c İ, i.v 45) İşdə olan, 24 avqust 2022-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 avqust 2022-ci ildən hesablanmışdır. (c İ, i.v 64-65) İşdə olan, Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi, bina 27, mənzil 18-də narkotik vasitə və psixotrop maddə saxlamasına dair məlumat daxil olmuşdur. (c İ, i.v 66) İşdə olan, 25 avqust 2022-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin axtarış aparılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Şirvan şəhəri, S.Vurğun küçəsi, bina 27, mənzil 18-də axtarış aparılması qərara alınmışdır. (c İ, i.v 71) İşdə olan, 27 avqust 2022-ci il tarixli axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Şirvan şəhəri, Səməd Vurğun küçəsi, ev 27, mənzil 17 ünvanına məhkəmə qərarı əsasında axtarış aparılan zaman mənzilin qonaq otağındakı dolabdakı şüşə qabın içərisindən 1 ədəd elektron tərəzi və 1 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 74- 78) İşdə olan, xx.xx.2022-ci il tarixli Şirvan şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əmənov X9 şəhəri, T.İsmayılov küçəsi, ev 2, mənzil 23 ünvanında qeydiyyatdadır. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 97-98) İşdə olan, materialların məhkəmə ekspertizasının 29 avqust 2022-ci il tarixli, 18/935 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs kirayə yaşadığı…1 ədəd sellofan bükümdə..» sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 13,801 qram olan ağımtıl rəngli maddə psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və kirayə yaşadığı mənzildən aşkar olunmuş metamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. 01 ədəd elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını və tədqiqata təqdim edilən maddələr ilə eyni tərkibli olubolmadığını müəyyən etmək mümkün deyildir. Metamfetaminin ümumi təmiz çəkisi 13,801 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 13,751 qram. Metamfetaminin ümumi təmiz çəkisi 0,836 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,786 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat təşkil edir. (c İ, i.v 99-102) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (c İ, i.v 127-129) İşdə olan, əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən və kirayə yaşadığı mənzilindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir. (c İ, i.v 143) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 5622 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 178-179) İşdə olan, 28 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işinin bəzi materiallarında Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzilin ünvanı “ünvan 4 Vurğun küçəsi, ev 27, mənzil 17” kimi tanınmış və oxunmuş, Təqsirləndirilən şəxs üzərindən və kirayə yaşadığı mənzilindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonrakı 13,751 qram, 0,786 qram qalıqları və 1 ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c İ, i.v 188-199) İşdə olan, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan və ona əlavə edilmiş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı o, zədə almadığını bildirmişdir. Bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamışdır. (c İİ, i.v 64-69) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs yuxarıda elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində və kirayə tutduğu mənzildə heç bir psixotrop maddə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən üzərinə və kirayə tutduğu mənzilə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər və pis rəftar edilmiş, nəticədə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı müdafiəçinin suallarına cavab olaraq söylədiyi səsli nitqində aşkar edilmiş psixotrop maddəni şüşə lampanın içərisində tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını, polis əməkdaşlarından narazılığının olmadığını, ona qarşı qanunsuz hərəkətlər edilmədiyini, hədə-qorxu, döymə, başqa təsir vasitələri, aldatmaya məruz qalmadığını, həqiqətəndə həmin maddəni tapıb üzərində saxladığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bundan başqa Təqsirləndirilən şəxs istintaq təcridxanasına qəbul edilərkən onda xəsarətlərin aşkar edilməsi ilə bağlı bildirdikləri, məhkəmə tərəfindən yoxlanılmış, lakin onun saxlanıldıqdan sonra daxil olduğu 3 saylı İstintaq təcridxanasından verilmiş sorğuya cavab məktubu və tibb kitabçasının surətində göstərilən məlumatlarla (həmin məlumatlarda ilkin tibbi baxış zamanı Təqsirləndirilən şəxs zədə almadığını bildirmiş, bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar olunmamış) təkzib edilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona aidiyyətinin olmaması, həmin psixotrop maddənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyqilər və pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 48-49), xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 57-58) qismində verdiyi ifadələrində, Şirvan Şəhər Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında (cild İ – i.v. 64- 65), eləcə də üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs üzərindən çıxan psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, tapdığını və istifadə etmək üçün üzərində saxladığını səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən (ilkin ifadələrindən) fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə və pis təsirə məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Lakin təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində (ilkin ifadələrində) göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona aid olduğunu, tapdığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, tapdığını və istifadə etmək məqsədilə üzərində gəzdirməsini, daha sonra həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 22 avqust 2022-ci il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan videogörüntülər və maddi sübutlar, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 22 avqust 2022ci il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Şirvan Regional Vəkil Bürosunun vəkili Ulduzə Əhmədova Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 22 avqust 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qanunsuz olaraq saxladığı 01 ədəd şüşə lampanın içərisində təmiz çəkisi 0,886 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdə, Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntüdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Göründüyü kimi, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Digər tərəfdən qeyd olunmalıdır ki, sözügedən şəxsi axtarış və götürməyə dair protokolda göstərilən xüsusatlar şahid ifadələri ilə də, öz təsdiqini tapmış, habelə, Təqsirləndirilən şəxs 18 avqust 2022-ci ildə yaşadığı mənzildə saxlanılaraq, polis şöbəsinə aparılıb daha sonra 22 avqust 2022-ci ildə üzərinə şəxsi axtarışın keçirilməsinə dair göstərdiyi xüsusat təkzib olunmuşdur. Eyni zamanda məhkəmə hesab edir ki, onun yaşadığı mənzilin beş mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşməsini nəzərə alaraq, polis əməkdaşlarının məhz mənzilin pəncərəsindən içəri daxil olmaqla, onu yatdığı yerdə saxlamaları barədə ifadəsində gösərdiyi xüsusatlarda inandırıcı və ağlabatan deyil. Məhkəmə təqsirləndirilən şəxsin həmin xüsusatla bağlı göstərdiklərini də yalan ifadə kimi qiymətləndirir. Belə olan halda, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,886 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb üzərində daşıması cinayət əməlini törətməsi tam sübuta yetirilmiş hesab olunmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 08:30-da polis əməkdaşları tərəfindən saxlanmasını bildirmişdir. Lakin onun şübhəli şəxs qismində tutulmasının xx.xx.2022-ci il tarixdə baş verməsinə dair çoxsaylı sənədlərin olması, müdafiəçinin iştirakı ilə istintaq və prosessual hərkətlər aparılmaqla həmin sənədlərin tərtib olunması, eləcə də, ibtidai istintaq dövründə müdafiə tərəfinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il deyil xx.xx.2022-ci ildə tutulmasına dair xüsusata istinad etməməsi müdafiə tərəfindən bu xüsusatı əsassız mübahisələndirdiyini bir daha təsdiq edir. Məhkəmə xüsusilə nəzərə alır ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli BKC/LGL- 5090/23 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş məlumatlara əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 204 09 19 mobil telefon nömrəsi xx.xx.2022-ci il tarixdə saat 10:11-dən xx.xx.2022-ci il saat 23:23-dək Şirvan şəhərində və Salyan rayonunda yerləşən antenlərin əhatəsində istifadə edilmişdir. Həmin nömrə ilə yaradılmış əlaqələrin təhlili isə onu göstərir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il - xx.xx.2022-ci il tarixlərdə bu nömrə ilə müxtəlif şəxslərlə əlaqədə olmuşdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən polis əməkdaşları tərəfindən yaşadığı evdə saxlanılması qənaətinə gəlmək mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini həqiqəti əks etdirmədiyi qənaətinə gəlməyi və beləliklə də, həmin ifadənin mötəbər sübut kimi qəbul olunmasını istisna edir. Bununla belə, məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın digər hissəsi, yəni satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda yəni, 13,801 qram psixotrop maddə metamfteamini kirayə yaşadığı ünvan 6-də yerləşən mənzildə daşımaqla saxlaması, 27 avqust 2022-ci il tarixdə saat 11 radələrində sonuncunun kirayə tutduğu ünvan 6-də yerləşən mənzildə axtarış aparılan zaman həmin mənzildə olan qara rəngli şüşəli dolabın yuxarı gözündəki bir ədəd şüşə qabın içərisindən 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 13,801 qram olan ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi ilə bağlı hissəsinin əsaslı qənaətinə gəlmək üçün mötəbər sübutların olmadığı müəyyən edilmişdir. Beləliklə də, ittiham tərəfinin Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamla bağlı, daha dəqiq sonuncunun əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunması ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, 27 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kirayə tutduğu mənzildə keçirilmiş axtarış və götürmə zamanı yol verilmiş pozuntulara əsasən həmin axtarış nəticəsində tərtib olunmuş protokol və maddi sübutlar, hətta bu istintaq hərəkəti məhkəmə qərarı ilə aparılsa və videoçəkiliş həyata keçirilsə belə mötəbər sübut kimi qəbul oluna bilməz. Məhkəmə baxışı zamanı müdafiə tərəfi 27 avqust 2022-ci il tarixdə təqsirləndirilən şəxsin kirayə tutduğu mənzildən aşkar olunmuş psixotrop maddənin və elektron tərəzinin təqsirləndirilən şəxsə məxsus olduğunu mübahisələndirərək, həmin əşyaları mənzilə sonradan polis əməkdaşlarının yerləşdirdiyini qeyd etmişdir. Bununla əlaqədar məhkəmədə aparılmış geniş araşdırma, habelə ibtidai istintaq orqanın gəldiyi nəticənin əsası olan 27 avqust 2022-ci il tarixli mənzilə axtarış keçirilməsi və maddi sübutların götürülməsinə dair protokolun, eləcə də, bu istintaq hərəkəti zamanı qeydə alınmış videogörüntülərin təhlili nəticəsində müəyyən edilmişdir ki, müdafiə tərəfinin mübahisələndirdiyi hallarla bağlı yaranan şübhələri aradan qaldırmaq mümkün deyildir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 5(032)-96/2022 saylı qərarına əsasən 27 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kirayə danışdığı ünvan 5 ünvanında axtarış keçirilməsi və götürmə aparılması protokolu, habelə onun tərkib hissəsi olan həmin istintaq hərəkətinin aparılmasına dair videogörüntülərdən görünür ki, axtarışda Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi Əhməd Baloğlanov, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid3, Şirvan ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, Şirvan ŞPŞ-nin MSY-nin konvoy hissəsinin konvoyu Elnur Ələkbərov iştirak etmişlər. Lakin axtarışın keçirilməsini əks etdirən diskdə olan videogörüntüdən açıq-aşkar görünür ki, həmin prosessual hərəkət ciddi qanun pozuntuları ilə keçirilmişdir. Belə ki, həmin prosessual hərəkətin hansı tarixdə saat neçədə başlanması və saat neçədə başa çatması müstəntiq tərəfindən elan edilməmiş, həmin çəkilişi aparan şəxsin adı, soyadı, atasının adı və vəzifəsi bildirilməmiş (kimin çəkiliş aparması müəyyən edilməmiş), axtarış başlanmamışdan əvvəl müstəntiq tərəfindən təqsirləndirilən şəxsə hüquq və vəzifələri izah edilməmişdir. Göründüyü kimi 27 avqust 2022-ci il tarixdə həmin mənzildə keçirilmiş bu axtarış zamanı qanunvericiliyin tələblərinə formal olaraq riayyət edilsə də, mənzilin sahibi Şahid6 həmin binanın eyni girişində olan digər mənzilində yaşamasına və axtarış zamanı orada iştirak etmək istəməsini bildirməsinə baxmayaraq axtarış və götürmənin aparıldığı mənzilin sahibi (faktiki olaraq da həmin mənzil məhz onun sahiblik və istifadəsində olmuş, mənzildə ona məxsus şəxsi, eləcədə digər əşyalar olmuş, mənzilin açarlarıda özündə olmuşdur) bu istintaq hərəkətinə bilavasitə cəlb edilməmiş, hətta axtarış zamanı isə mənzildən psixotrop maddə aşkar edildikdən dərhal sonra Təqsirləndirilən şəxs mənzilin sahibi Şahid6 ora çağırılmasını, sonuncudan özünün həmin mənzildə qalıb-qalmamasının aydınlaşdırılmasını tələb etməsinə isə axtarış istintaq hərəkətini həyata keçirən müstəntiq tərəfindən heç bir münasibət bildirilməmişdir. Halbuki, təqsirləndirilən şəxs mənzildən aşkar edilmiş psixotrop maddənin və elektron tərəzinin ona aid olmadığını, həmin mənzildə yaşamadığını, saxlanılmamışdan iki gün əvvəl həmin mənzili kirayə götürmək barədə Şahid6 ilə aralarında razılıq əldə edildiyini bildirmiş, onun bu ifadələri məhkəmə istintaqı zamanı Şahid6 vermiş olduğu ifadələrində göstərdiyi xüsusatlarla (mənzilə Zaurla birlikdə girib, baxıb daha sonra çıxmışlar, mənzilin açarının birini Zaura vermiş, digər ikisini isə özündə saxlamışdır. Zaurla bu söhbəti həftənin beşinci günü olmuş, Zaur mənzilə birinci gün gəlib köçəcəyini bildirmiş, o isə Zaura hələ mənzildə əşyalarının olduğunu, həmin əşyalarını götürməli olmasını bildirmişdir. O, əşyalarını götürmədən Zaurun ixtiyarı yoxdu ki, gəlib o mənzildə yaşasın. Bu hadisədən 2-3 gün sonra isə Zaurun həbs edildiyini eşitmişdir. Zaur həbs edilənədək isə əşyalarını həmin mənzildən çıxarmamışdır. Bir həftə sonra isə ona məxsus mənzilə polis əməkdaşlarının gəlib axtarış apardıqlarını bilmişdir. Həmin vaxt Zaurda orada olmuş, lakin özünü ev sahibi kimi axtarışda iştirak etməsi üçün dəvət etməmişlər. Zaur ilk əvvəl demişdir ki, anası ilə kirayədə qalacaq, o isə Zaura anasının da gəlib mənzilə baxdıqdan sonra onunla müqavilə bağlayacağını bildirmişdir. Binanın eyni girişində olan digər mənzildə də özü yaşayır. Hadisə günü həyətə düşmüş, orada bildirmişlər ki, oğurluq olub, görmüş ki, ona məxsus mənzilin qapısıda açıqdır, polislər isə mənzildədir. Həmin vaxt diqqətini çəkən o olmuşdur ki, qara maşın polis əməkdaşı Talehin maşını dayanıb, görmüş ki, Taleh maşını sürüb gedib, o biri binanın yanında saxladı. Talehi isə binanın girişindən çıxan görmüş, ondan 15-20 dəqiqə sonra isə digər polis əməkdaşları gəlmişdir. Mənzildə şəxsi əşyaları olub, Zaurun ixtiyarı olmayıb ki, o öz şəxsi əşyalarını çıxaranadək mənzilə gəlsin. Zaura məxsus isə mənzilində bir dənə corab belə olmayıb, çünki Zaur anası ilə birlikdə gəlib həmin mənzilə baxıb, kirayə müqaviləsini imzaladıqdan sonra mənzilə köçə bilərdi. Qonaq otağında olan qab-qacaqlar, eləcə də narkotikin aşkar edildiyi qab özünə məxsus olmuşdur, onun şəxsi əşyası kimi Zaur mənzilə köçənədək tərəfindən götürüləcəkmiş.) öz təsdiqini tapır. Videoçəkilişdən isə görünür ki, axtarış gedişatında bir sıra məkanlar o cümlədən psixotrop maddə və elektron tərəzinin sonradan aşkar edildiyi mənzilin qonaq otağı tam nəzarətsiz və videoçəkilişin əhatə etdiyi diapazondan kənarda qalmış, bu zaman polis əməkdaşları həmin otaqda azad hərəkət etmək imkanına malik olmuşdur. Bu zaman diqqət cəlb edən ən əsas hallardan biri də, qeyd edilən axtarışda faktiki olaraq yuxarıda adları çəkilən 4 nəfər polis əməkdaşının iştirak etməsi göstərilməsinə və axtarış başladığı andan videogörüntüdə də həmin polis əməkdaşları təqdim edilməsinə baxmayaraq, mənzilin daxilində axtarış keçirilən zaman orada başqa polis əməkdaşlarınında iştirak etməsi müəyyən edilmişdir. Belə ki, videogörüntüdə və axtarış aparılması haqqında protokolda adları çəkilən 4 nəfər polis əməkdaşı təsirləndirilən şəxslə birlikdə mənzilə daxil olduqdan sonra videoçəkilişin 02:52-dəqiqəsində ilkin olaraq mətbəxdə axtarış aparılmasına başlanır, mətbəxdə axtarış aparıldıqda isə videoçəkilişin əhatə etdiyi diapazonda yalnız mətbəx və axtarışın aparıldığı dolablar görünür. Bundan sonra isə müstəntiq tərəfindən axtarışın mənzilin digər hissələrində aparılması məqsədilə həmin şəxslər birlikdə mətbəxdən dəhlizə keçirlər, bu zaman videoçəkilişin 06:20 dəqiqəsindən etibaran görüntülərdə mənzilin giriş qapısının açıq olması, qapının tam qarşısında isə xidməti formada olan başqa polis əməkdaşlarının da olması açıq-aşkar görünür. Bununla da faktiki olaraq mənzilin giriş qapısına daha yaxın olan qonaq otağına daxil olmadan istintaq hərəkətinin həmin otağın giriş qapısının yanından keçməklə mətbəxdə aparılması və mətbəxdə hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmetin aşkar olunmaması, mətbəxdə axtarış başa çatdıqdan sonra digər, yəni mənzilin girişinə daha yaxın məsafədə olan və həmin vaxt faktiki olaraq müdafiə tərəfinin nəzarətindən çıxmış və videoçəkiliş zonasından tamamilə kənarda qalmış, habelə polis əməkdaşlarının sərbəst girib çıxa bildiyi qonaq otağına qayıdılır və orada keçirilən axtarış zamanı otaqda olan qara rəngli şüşəli dolabın yuxarı gözündəki bir ədəd şüşə qabın içərisindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamda öz əksini tapmış 1 ədəd şəffaf sellofan polietilen bükümdə təmiz çəkisi 13,801 qram psixotrop maddə metamfetamin, habelə 1 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi qeydə alınmışdır. Beləliklə də, axtarış və götürmə istintaq hərəkətində polis əməkdaşı Şahid5 və digər polis əməkdaşlarının iştirak etdiyi halda, cinayət işinin materiallarında həmin protokolda yalnız 4 (dörd) nəfər polis əməkdaşının iştirak etməsinin göstərilməsi məhkəmə üçün başa düşülən deyil və belə bir hal təqsirləndirilən şəxsin iddia etdiyi dəlillərin həqiqət olmasına dəlalət etməklə yanaşı, həmçinin həyata keçirilmiş istintaq hərəkətinin şəffaflığına kölgə salır, qanuniliyinə isə bilavasitə şübhə yaradır. Bundan başqa ünvan 5 ünvanı mənzil sahibi Şahid6 tərəfindən Təqsirləndirilən şəxs sahiblik və istifadəsinə verilməmiş, Təqsirləndirilən şəxs aid heç bir əşya həmin mənzilə gətirilməmiş, ümumiyyətlə Təqsirləndirilən şəxs həmin mənzilə daxil olmasına heç bir ixtiyarı olmamışdır. Bundan başqa həmin mənzildə axtarış keçirilməsi və götürmə aparılması protokolu, habelə onun tərkib hissəsi olan həmin istintaq hərəkətinin aparılmasına dair videogörüntülərdən görünür ki, axtarış istintaq hərəkəti başlanılmamışdan əvvəl müstəntiqin sualına cavab olaraq Təqsirləndirilən şəxs bildirir ki, “1-ci gün tutulmuşam, ondan 2 gün əvvəl mənzili Xədicə arvaddan kirayə götürmüşəm, mənzildə heçnəyim yoxdu.” Videogörünütünün 09:07 dəqiqəsində Əmənov bildirir ki, “mən bu evdə 5-2 gün qalsam hə, açarın biri məndədi, biri də ondadı, mən elə gedib evimdə bağlatdıraramda, videogörüntünün 10:12 dəqiqəsində isə müstəntiq tərəfindən verilmiş suala cavab olaraq bildirir ki, “mənim deyil, mənim ola bilməz, mən dəli deyiləm burda şey eliyəm, Xədicə arvadı çağırın görüm mən neçə gün burda qalmışam, mən dəliyəm bura patı qoyam?, açarın biri ondadı, qabırğamı sındırsazda mənim deyil, mənim ola bilməz, bu nədisə mən deyə bilmərəm, xahiş edirəm əl izlərində götürün, görün mənim əl izlərim var orda?, müstəntiq Əhməd Baloğlanov isə cavabında deyir, “bununla bağlı bütün prosessual hərəkətlər aparılacaq, mənə deməyə ehtiyac yoxdu. Daha sonra isə Təqsirləndirilən şəxs bildirir “mənim ola bilməz o Əhməd müəllim birinci gündən mənimlə yola getmədin, bu nədisə qoyulmadı, birinci gün tutulmuşam beşinci gün götürmüşəm bu evi. Videogörünütülərin sonrakı dəqiqələrində isə Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərin ona məxsus olmamasını, həmin predmetlərdən xəbərinin olmadığını, hətta özünə qarşı nalayiq ifadələr işlədərək, ayrı-ayrılıqda orada iştirak edən polis əməkdaşlarına həmin predmetlərlə heç bir əlaqəsinin olmamasını bildirir. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd edilən axtarış və götürmə istintaq hərəkəti zamanı mənzildən aşkar edilmiş bir ədəd elektron tərəzi və psixotrop maddənin olduğunu bir ədəd şəffaf polietilen bükümdə əl-barmaq izlərinin yoxlanılmasını təkidlə tələb etməsinə baxmayaraq, həmin istintaq hərəkətini həyata keçirən müstəntiq tərəfindən qeyd edilən predmetlər müvafiq qaydada (əlcəkdən istifadə edilməklə) götürülməmiş və qablaşdırılmamışdır. Eyni zamanda istintaqın sonrakı mərhələlərində də müstəntiq bununla bağlı heç bir araşdırma aparmamış, müvafiq ekspertiza təyin etməmişdir. Ümumiyyətlə bu faktın araşdırılmasında maraqlı olmamışdır. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, ittihamda göstərilən 13,801 qram psixotrop maddə metamfetaminin və bir ədəd elektron tərəzinin aşkar edildiyi ünvan 5 ünvanı Təqsirləndirilən şəxs tərəfindən saxlanılmamışdan iki gün əvvəl kirayə yaşamaq məqsədilə baxıldıqdan və mənzilin bir ədəd açarını mənzil sahibi Şahid6 götürülməsinə baxmayaraq, mənzilin digər iki açarı sonuncuda olmuş, ümumiyyətlə mənzil Təqsirləndirilən şəxs sahiblik və istifadəsinə verilməmiş, (çünki aralarında olan razılaşmaya əsasən, notarial qaydada kirayə müqaviləsi imzalandıqdan və Şahid6 oradakı şəxsi əşyalarını götürdükdən sonra məhz Təqsirləndirilən şəxs mənzildən istifadə edə, ora şəxsi əşyalarını gətirə bilərdi, o vaxta qədər isə onun həmin mənzilə gəlməsi, mənzilə tərəfindən hər hansı bir əşya gətirilməsi isə yolverilməz olmuşdur) daha sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə polis əməkdaşları tərəfindən saxlanılmış, mənzildə axtarış isə xx.xx.2022-ci ildə keçirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs saxlanıldığı gündən sözügedən mənzildə axtarış istintaq hərəkəti keçirilənədək ötən beş gün ərzində mənzilin nəzarətsiz qalmasına münasibət bildirərək, məhkəmə qeyd edir ki, həmin mənzilin giriş qapısının açarı üç ədəd olmaqla, iki ədədi mənzilin sahibində, bir ədədi isə istintaq orqanında saxlanılmışdır. Bu yerdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs olan həmin mənzilin açarı saxlanıldığı gündən etibarən polis əməkdaşlarına təqdim edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs saxlanılarkən mənzilin açarını polis əməkdaşlarına təqdim etdiyini bildirmiş, lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci ildə videoçəkilişlə şəxsi axtarış keçirilərkən onun üzərindən hər hansı bir mənzil açarı təhqiqatçı tərəfindən aşkar edilmir. Lakin eyni tarixli tərtib edilmiş cinayət törətməkdə şübhə edilən şəxsin müayinəsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə Şirvan ŞPŞ-nin MSY-nə daxil olarkən üzərinə və bədəninə keçirilən baxış zamanı üzərindən heç bir qadağan olunmuş əşya aşkar olunmasada, onun alt paltarından açar aşkar olunmuşdur. Bu fakt məhkəmə istintaqı zamanı araşdırılarkən isə Təqsirləndirilən şəxs üzərinə və bədəninə baxışı keçirmiş Şirvan ŞPŞ-nin MSY-nin növbətçisi və mühafizəçisi şahid qismində dindirilmiş, həmin şahidlər ifadələrində yoxlama otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirdiklərini, baxış zamanı onun alt paltarından bel hissəsindən bir ədəd ev açarının aşkar edildiyini, bununla bağlı akt tərtib edilib, açarın isə məhz işi aparan müstəntiq Əhməd Baloğlanova təhvil verildiyini bildirmişlər. Halbuki, həmin vaxt iş materialları təhqiqatçının icraatında olmaqla, hələ istintaq bölməsinə təhvil verilmədən, sonradan istintaq aparmış şəxsə açarın təhvil verilməsi qeyd olunan xüsusatların şübhə doğurmasına, başqa sözlə aktın məhz həmin gün tərtib olunmasına əsaslı şübhələr yaratdığından həmin akt sübut kimi qəbul edilməməlidir. Həmçinin təqsirləndirilən şəxs göstərilən tarixdə bütün istintaq və digər prosessual sənədləri, hətta üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını təsdiq edərək, bütün sənədləri imzalamasına baxmayaraq, üzərindən aşkar edilmiş açara dair tərtib edilən akta heç bir səbəb göstərmədən imza atmaması, həmin aktın sonradan formal olaraq tərtib edilib iş materiallarına əlavə edilməsinə dəlalət edir. Belə ki, təqsirləndirilən şəxs məhz mənzildə aşkar edilmiş bir ədəd elektron tərəzi və bir ədəd bükümdə psixotorop maddə metamfetaminin aşkar edildiyi andan xx.xx.2022-ci il tarixindən tərdib edilmiş istintaq və digər prosessual sənədləri imza etməkdən imtina etmişdir. Mənzilin açarının birbaşa olaraq istintaqı aparan müstəntiqə təhvil verilməsi, iş üzrə şahid qismində dindirilmiş təhqiqatçının və müstəntiqin da ifadəsi ilə öz təsdiqini tapır. Məhkəmə istintaqı zamanı ifadəsində təhqiqatçı bildirmiş ki, o Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən pul və ya açar aşkar edilməyib. Lakin MSY-dən bildirmişlər ki, Təqsirləndirilən şəxs üzərindən açar aşkar edilib. Həmin açarı isə MSY-dən götürməmiş, çünki iş üçün heç bir əhəmiyyət kəsb etməmişdir. Açar isə MSY-də saxlanılmışdır. İş materiallarını isə istintaqa özü təqdim etmişdir. Həmin vaxt MSY-dən açarın rəsmiləşdirilməsi ilə bağlı ona heç bir sənəd təqdim edilməmişdir. Aşkar edilmiş açarla bağlı heç bir prosessual hərəkət etməmişdir. Həmin açar və onunla bağlı hər hansı bir sənəd tərəfindən istintaqa təhvil verilməmişdir. İbtidai istintaqı aparmış müstəntiq isə ifadəsində açarla bağlı qeyd etmişdir ki, Təqsirləndirilən şəxs barəsində olan iş materialları ona təhvil verilərkən maddi sübutları da təhvil almışdır. Lakin MSY-dən ona bildirmişlər ki, Təqsirləndirilən şəxs açar da aşkar edilib. O isə həmin açarı götürüb xidməti otağında olan seyfdə saxlamışdır. Açarı ona aktla birlikdə təhvil vermişlər. İş materiallarını xx.xx.2022-ci ildə icraatına qəbul etmişdir. Görünüdüyü kimi Şahid6 məxsus ünvan 5 ünvanının açarı Təqsirləndirilən şəxs saxlanıldığı gündən artıq polis əməkdaşlarının ixtiyarında olmuş, mənzil həmin vaxtdan etibarən faktiki olaraq həm Təqsirləndirilən şəxs, həm də mənzil sahibi Şahid6 nəzarətindən çıxmışdır. Eyni zamanda işin maraqlı tərəfi ondadır ki, Təqsirləndirilən şəxs daimi olaraq qeydiyyatda olduğu və yaşadığı Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 2, mənzil 23 ünvanına heç bir axtarış keçirilmədən, sonuncunun sahiblik və istifadəsinə verilməyən, ona aid hər hansı bir əşyanın belə olmadığı, mənzilin mülkiyyətçisinin şəxsi əşyaları olan mənzilə bir başa olaraq axtarışın keçirilməsi, aşkar edilmiş predmetlərin Təqsirləndirilən şəxs məxsus olmasına əsaslı və təkzibedilməz şübhələr yaradır. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqda şübhəli şəxs qismində saxlanılmış, həmin tarixdə üzərində keçirilmiş şəxsi axtarış zamanı sonuncudan bir ədəd kiçik ölçülü lampanın içərisində 0,886 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan iki gün sonra isə eyni əməliyyatçının raportu ilə Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlamasına dair məlumatın daxil olması bildirilmişdir. Məhz həmin raport əsasında ibtidai istintaqı aparan müstəntiq tərəfindən vəsatətlə sözügedən mənzildə axtarış aparılması barədə ibtidai istintaq prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edilir, nəticədə xx.xx.2022-ci ildə axtarış aparılması haqqında məhkəmə tərəfindən qərar qəbul edilir. Lakin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ibtidai istintaqı aparmış müstəntiq ifadəsində axtarışın aparılmasına dair vəsatət verməsinə əsas kimi daxil olmuş məlumatı yox, Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə özünün şübhələri olduğundan, bu səbəbdən də həmin mənzildə tərəfindən axtarış keçirildiyini bildirmişdir. Eləcədə xx.xx.2022-ci ildə həmin mənzildə axtarış aparmasına dair məhkəmə qərarı olsa da, müstəntiq tərəfindən axtarışın daha iki gün sonra xx.xx.2022-ci ildə keçirilməsi də oradan aşkar edilmiş predmetlərin Təqsirləndirilən şəxs məxsus olmasına ciddi şübhələrin yaranmasına əsasdır. Çünki, iş materiallarından da görünür ki, artıq istintaq orqanında Təqsirləndirilən şəxs kirayə tutduğu ünvanda narkotik vasitə və psixotrop maddə saxlaması barədə xx.xx.2022ci ildən məlumatlar olmuş, bununla bağlı axtarış keçirilməsi üçün məhkəmə tərəfindən xx.xx.2022-ci ildə müvafiq qərar qəbul edilmiş, bütün bunlara baxmayaraq isə axtarışın aparılması müstəntiq tərəfindən daha iki gün gözləməklə keçirilməsi, nəzarətsiz qalmış mənzilə aşkar edilmiş predmetlərin kənar şəxslər tərəfindən sonradan qoyulmasına dəlalət edən haqlı şübhələr yaradır. Üstəlik axtarış aparılmasını müvafiq məhkəmə qərarının çıxarıldığı xx.xx.2022-ci ildən dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Eyni zamanda müstəntiq tərəfindən axtarış keçirilərkən tərtib edilmiş protokol və videoçəkilişdən göründüyü kimi, həmin vaxt Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili olmuş Şahid5 heç bir iştirakı olmadığı halda, sonuncunun axtarış keçirilmədən əvvəl həmin ünvanda yerləşən binanın girişinin qarşısında olması, hətta Şahid6 ifadəsində həmin polis əməkdaşının ona məxsus mənzildə axtarış keçirilməmişdən əvvəl binanın girişindən çıxan görməsi, ondan 15-20 dəqiqə sonra isə digər polis əməkdaşlarının gəlməsini bildirməsi, artıq günlərlə açarı polis əməkdaşlarında olan və mənzil sahibi tərəfindən nəzarətsiz qalmış mənzilə kənar şəxslər tərəfindən daxil olub, həmin mənzilə müdaxilə edilməsinə əsaslı şübhələr yaradır. Bundan başqa Şahid5 axtarış aparılmamışdan əvvəl sözügedən ünvana getməsi sonuncu tərəfindən verilmiş ifadə ilə də (Təqsirləndirilən şəxs yaşadığı binanın qarşısına getmiş və axtarış aparılacaq ərazidə təhlükəsizliyin təmin olunması ilə bağlı müvafiq profilaktik hərəkətlər icra etmişdir. Daha sonra polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış aparılmışdır. O, həmin axtarış istintaq hərəkətində iştirak etməmişdir. Axtarışın aparılması ilə bağlı təhlükəsizliyin təmin olunması üçün axtarış aparılmamışdan əvvəl və axtarış aparılan zaman həmin binanın yanında olmuşdur) öz təsdiqini tapır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsinə daxil olmuş, ondan çıxmış zənglər, “SMS” mətnləri, həmin nömrə, onunla telefon əlaqəsi yaranmış digər mobil nömrələrin qeydə alındığı anten dairələri və abunəçiləri barədə məlumatlar müvafiq qaydada götürülmüşdür. Həmin məlumatlar məhkəmə istintaqı zamanı tətqiq edilmiş və müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı gündən, yəni xx.xx.2022-ci ildən əvvəl kirayə qalmaq üçün danışdığı ünvan 5 ünvanında (onun istifadə etdiyi mobil nömrədən həmin ünvanda yerləşən antenlər vasitəsi ilə istifadə edilməmiş) olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərin yerləşdiyi mənzildə polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl olmaması, tam neytral sübutla da öz təsdiqini tapır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə hesab edir ki, nəzarətsiz qalan həmin mənzildə axtarış zamanı aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddə metamfetamin, habelə elektron tərəzinin təqsirləndirilən şəxsin iradəsinə zidd olaraq kənar şəxs(lər) tərəfindən yerləşdirilməsini istisna etmək mümkün olmadığına görə ittihamın bu hissəsinin əsaslı olması qənaətinə gəlmək yolverilməzdir. Bu qənaətə gələrkən Məhkəmə həmçinin diqqətə alır ki, necə mümkün ola bilər ki, şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saxlanılır, xx.xx.2022-ci ildə kirayədə yaşadığı mənzildə narkotik vasitə və psixotrop maddə saxlaması barədə məlumat daxil olur, xx.xx.2022-ci ildə həmin mənzildə axtarış keçirilməsinə dair məhkəmə tərəfindən qərar qəbul edilir, məhz bundan iki gün sonra xx.xx.2022-ci il tarixdə həmin evdə axtarış aparılır. Göstərilən müddət ərzində də mənzilin açarı polis əməkdaşlarında olmuş, həmin müddət ərzində mənzil sahibi tərəfindən tam nəzarətsiz qoyulmuşdur. Digər tərəfdən isə Təqsirləndirilən şəxs bilə-bilə mənzilin digər açarlarının mənzil sahibi Şahid6 olduğu, sonuncuya məxsus şəxsi əşyaların həmin mənzildən çıxarılmadığı, Şahid6 isə mənzilin yerləşdiyi binanın eyni girişində olan digər mənzilində yaşaması, onun həmin mənzilə istənilən vaxt sərbəst daxil olub çıxması imkanına malik olduğu halda, özünün isə həmin mənzilə kirayə müqaviləsi imzalamadan və mənzil sahibinin şəxsi əşyalarını mənzildən çıxarmadan oradan istifadə etməsi (mənzilə gəlməsi, hər hansı bir əşya gətirməsi, orada gecələməsi və.s) yolverilməz olduğundan aşkar surətdə asanlıqla adi gözlə görünə bilən həmin mənzilin qonaq otağında şüşəli dolabın içərisində olan mənzil sahibinə məxsus şəxsi əşya olan şüşə qabın içinə bir ədəd bükümdə psixotrop maddə və bir ədəd elektron tərəzi qoyub getməsi inandırıcı görünmür, heç bir məntiqə sığmır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamı təsdiq edən daha bir sübut olaraq onun üzərində aşkar olunmuş psixotrop maddə ilə mənzildən götürülmüş psixotrop maddənin eyni tərkibli olmasına dair ekspert rəyinə istinad edilmişdir. Məhkəmə qeyd edir ki, bir tərəfdən Təqsirləndirilən şəxs kirayə qalmaq üçün danışdığı mənzildən aşkar olunmuş kimi təqdim edilən psixotrop maddə ilə bağlı keçirilmiş axtarış və götürməyə dair protokol və maddi sübutlar məhkəmə tərəfindən mötəbər sübutlar kimi qəbul olunmadığı üçün, digər tərəfdən isə bu rəy müstəqil şəkildə həmin psixotrop maddələrin eyni tərkibli olmasının onların eyni şəxs tərəfindən, eyni zamanda, eyni məkanda, eyni qaydada əldə edilməsinə və ya bu kimi digər zəruri halları təsdiq etmədiyinə, habelə qeyd olunan hallar digər sübutlarla da, təsdiq olunmadığına görə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməsi və məhz bir tək ona əsasən Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittihamın bu hissəsində də, göstərilmiş cinayət əməlini törətməsi nəticəsinə gəlmək və onu buna görə də, məhkum etmək yolverilməzdir. Bütün bunlarla yanaşı məhkəmə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin məhz satış məqsədi ilə əldə edib-etməməsini də, tam şəkildə araşdırmış və müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə etməsini təsdiq edən hər-hansı sübut mövcud deyildir. Belə ki, yuxarıda göstərilənlərlə əsasən təqsirləndirilən şəxsin narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmasına dəlalət edən hər-hansı bir sübut aşkar olunmadığına və məhkəməyədək icraat zamanı həyata keçirilmiş əməliyyat tədbirləri müsbət nəticə vermədiyinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək yoverilməzdir. Bu qənaətə gələrkən həmçinin məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Məhkəmə hesab edir ki, belə olan halda Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsassız olaraq daxil edilmiş bir sıra ifadələr çıxarılmalıxaric edilməlidir. Çünki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs irəli sürülmüş ittham belədir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda yəni, 14,687 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, 14,687 qram psixotrop maddə metamfetaminin 0,886 qramını üzərində və qalan 13,801 qramını isə kirayə yaşadığı ünvan 6-də yerləşən mənzildə daşımaqla saxlamış, 22 avqust 2022-ci il tarixdə saat 12:20-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, T.İsmayılov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd şüşə lampanın içərisində təmiz çəkisi 0,886 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və Şirvan şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı əsasında 27 avqust 2022-ci il tarixdə saat 11 radələrində sonuncunun kirayə yaşadığı ünvan 6-də yerləşən mənzildə axtarış aparılan zaman həmin mənzildə olan qara rəngli şüşəli dolabın yuxarı gözündəki bir ədəd şüşə qabın içərisindən eyni tərkibli 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 13,801 qram olan ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə həmin ittihamdan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni əldə etmə, daşıma, saxlamasında satış məqsədi olmasına dair ifadəsi satış məqsədi olmadan ifadəsi ilə əvəz edilməklə, habelə ondan aşkar edilmiş külli miqdarda yəni, 14,687 qram psixotrop maddə metamfetamin olmasına, eləcə də, 27 avqust 2022-ci il tarixdə saat 11 radələrində Şirvan Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı əsasında Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 6-də yerləşən mənzildə axtarış aparılan zaman həmin mənzildə olan qara rəngli şüşəli dolabın yuxarı gözündəki bir ədəd şüşə qabın içərisindən eyni tərkibli 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 13,801 qram olan ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə dair ifadələri çıxarır - xaric edir. Yekun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilməlidir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 0,886 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, 22 avqust 2022-ci il tarixdə saat 12:20-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, T.İsmayılov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd şüşə lampanın içərisində təmiz çəkisi 0,886 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmişdir. Ona görə də, təqsirləndirilən şəxs CM-in qeyd olunan maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkib qurtardığı gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən az ağır cinayət törətdiyindən onun bu əməli cinayətin sadə residivini yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması CM-nin 61.1.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 22 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,786 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Şahid6 məxsus ünvan 6 ünvanından 13,801 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzinin aşkar edilməsi faktı üzrə materiallar araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, həmin material üzrə maddi sübut olan müvafiq ekspertiza tədqiqatından sonra qalıq 13,751 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə digər ekspertizanın predmeti olmuş psixotrop maddə ilə bağlı təqsirləndirilən şəxs təqsirli bilinmədiyinə görə, həmin xərc ondan tutulmamalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,786 qram psixotrop maddə metamfetamin məhv edilsin. Şahid6 məxsus ünvan 6 ünvanından 13,801 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzinin aşkar edilməsi faktı üzrə materiallar araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, həmin material üzrə maddi sübut olan müvafiq ekspertiza tədqiqatından sonra qalıq 13,751 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi Şirvan Şəhər Polis Şöbəsinin saxlanc yerində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-31,95 (otuz bir manat, doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-113/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-113/2023
12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver