Məhkəmə qərarları › İş №1(099)-114/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-114/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-114/2022 07.06.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1977-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvəllər məhkum edilməmiş, Şirvan şəhəri, Xaqani küçəsi, ev 19, mənzil 17-də qeydiyyatda olub, ünvan 3-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda, yəni 11,631 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib, həmin metamfetamini ölçməklə ayrı-ayrılıqda təmiz çəkiləri 1,527 qram, 1,370 qram, 0,938 qram, 0,984 qram, 1,967 qram, 2,363 qram və 1,986 qram olmaqla 7 ədəd polietilen kəsiyi bükümlərinə ayıraraq həmin bükümləri yaşadığı ünvan 1 ünvanda yerləşən evin üçüncü mərtəbəsində qonaq otağına girişdən sağ tərəfdə yerə yığılmış xalçaların arasında 01 ədəd dərman qutusunun içərisində qanunsuz olaraq gizlədərək saxlamış, 0,496 qram hissəsini isə xüsusi hazırlanmış şüşə borunun içərisində olmaqla üzərində qanunsuz olaraq daşımaqla saxlamışdır. 06 mart 2021-ci il tarixdə saat 17 roadələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, X6 küçəsində “Dədə Qorqud” parkının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd şüşə borunun içərisində təmiz çəkisi 0,496 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun əynində olan yaşıl rəngli şalvarının sağ diz nahiyəsindəki cibindən, 07 ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,527 qram, 1,370 qram, 0,938 qram, 0,984 qram, 1,967 qram, 2,363 qram və 1,986 qram olmaqla ümumi çəkisi 11,135 qram eyni tərkibli psixotrop maddə metamfetamin isə 25 aprel 2021-ci il tarixdə, saat 16 radələrində Şirvan şəhər məhkəməsinin qərarı ilə yaşadığı evdə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən axtarış zamanı 01 ədəd dərman qutusunda evin üçüncü mərtəbəsində yerləşən qonaq otağına girişdən sağ tərəfdə yerə yığılmış xalçaların arasından aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Şirvan şəhərində yaşayan Şahid10 qızı ilə şəxsi mübasibətləri olmuş, həmin münasibətlər müəyyən müddət davam etmişdir. Onun Şahid10 ilə münasibətdə olduğu müddət ərzində Şahid10 xalası qızı Şahid8 qızının da Şirvan Şəhər Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1la münasibətlərinin mövcud olmasını bilmişdir. Şahid8 və Şahid1 onların aralarında olan münasibətlərdən onun xəbərinin olmasını bilmişlər. Bundan sonra dəfələrlə Şəhla və Kamil tərəfindən şəxsən və ya telefon vasitəsi ilə hədələnmiş, ondan özlərinə aid olan fotoşəkli necə əldə etdiyini israrla soruşsalar da o, bu söhbətdən yayınıb ümumiyyətlə onların şəxsi münasibətlərinin ona heç bir aidiyyətinin olmadığını bildirmişdir. Bundan sonra Şahid1 və Şahid8 müxtəlif ümumi tanışlar, o cümlədən Şahid10 vasitəsi ilə ona xəbər göndərərək onların fotoşəkillərini kimdən əldə etməsini öyrənməyə çalışmışlar. O isə təsadüf nəticəsində fotoşəkilləri əldə etdiyini onlara dəfələrlə bildirmişdir. Bu xəbərin bu dərəcədə bunlar üçün ciddiliyinin və ona təzyiq kimi istifadə edilməsi səbəbini başa düşə bilməmişdir. Şahid10 ilə Şəhlaya xəbər göndərmişdir ki, Kamil ilə onun münasibətləri barədə heç kimə deməyəcəkdir, onların ona bu qədər təsir etmələrinə ehtiyac yoxdur. Bu xəbəri Xuramandan Şəhlaya göndərmişdir. Təxminən bundan bir neçə gün sonra şəhər icra hakimiyyətinin yanından keçən Şahid1 və polis şöbəsinin digər əməkdaşları onu zorakılıqla saxlayıb fiziki təzyiq göstərərək Şahid10 ondan polis şöbəsinə şikayət etməsini bildirmişlər. Şikayətin də əsası kimi guya onun tərəfindən tir tüfəngi ilə Xuramanın yaşadığı evin pəncərəsi sındırılmışdır. O, isə rahat şəkildə deyilənlərin yalan olduğunu bildirib Kamilə polis şöbəsinə nə üçün gətirildiyini bildiyini, yəni Şəhla ilə onun münasibətlərini bildiyinə görə gətirildiyini demişdir. Eyni zamanda Şahid1 ona Xuramanın şikayətini göstərməyini tələb etmişdir. Lakin polis əməkdaşları həmin şikayəti ona göstərməmişlər. Kamil isə ona təzyiq etmiş, onu hədələmiş, ona üzünə onlarla şəxsi qoyacağını demişdir. O, isə Xuraman ailəli olduğundan bu məsələnin sakit həllini xahiş etmişdir. Bu zaman Kamil ona Xurmanın və ərininin polis şöbəsinə gətirildiyini, şəhərdə bir çox şəxslərin də üzünə durquzacağını demişdir. Kamil artıq onun polis şöbəsinə gətirildiyini, ona heç nəyin bağlanmayacağını, üzərində guya yüngül narkotik vasitə olmasını sənədləşdirib, sonra da onu azad edəcəklərini bildirmişdir. O, isə bununla razı olmamışdır. Polis Şöbəsində onunla gecə saat 24 radələrinə qədər söhbət aparılmışdır. Ona tutulmayacağını, cərimə olunacağı bildirmişdir. Hətta bunun müqabilində Bəhruz və Ramil adlı polis əməkdaşları ondan 10.000 manat pul istəmişlər, sonda isə 5000 manata razılaşmışlar. Başqa çarəsi olmadığından qohumları vasitəsi ilə 5000 manatın gətirilməsini istədiyini bildirmişdir. Bundan sonra onun Anar adlı qohumu şöbəyə gəlib onun iştirakı ilə 5000 manatı Ramilin otağında Bəhruzun da yanında stolun üzərinə qoymuşdur. Bundan sonra onun ifadəsi alınmış və şöbədən buraxılmışdır. O şöbədən çıxdıqdan sonra Kamilin və Şəhlanın qurması ilə heç cür razılaşmamış, onların hərəkətlərinin şəxsiyyətinə toxunduğunu və günahsız yerə barəsində cinayət işi açılmasına və 5000 manat pulunun alınmasına etiraz əlaməti olaraq bu barədə DİN-ə şikayət etməyə başlamışdır. Eyni zamanda sonra ona məlum olmuşdur ki, qurma işlə bağlı Xuraman və əri polislərin hərəkətləri barədə DİN-ə şikayət etmişdir. Bundan sonra dəfələrlə Bəhruz və Kamil tərəfindən ona edilən hədələr və təhdidlər artmağa başlamışdır. Polis əməkdaşları ona yenidən tutulacağını, şikayətin heç bir fayda verməyəciyini demişlər. Yoxlama şöbəyə gələndən sonra artıq Kamil və Bəhruzun onu hədələmələri və tutacaqları təhdidləri daha da artmağa başlamışdır. O, xx.xx.2021-ci il tarixində xəstəxananın yaxınlığında hərəkətdə olan zaman yenidən polis əməkdaşları Şahid1, Bəhruz, Namaz, Şamxal və Samit tərəfindən ona qarşı ağır fiziki təzyiq göstərilərək xüsusi amansızlıqla avtomobilə daxil edilərək şöbəyə gətirilmişdir. Şöbədə ona fiziki təzyiq göstərilmiş, təxminən 1 sutkadan sonra Kamil onu otağına qaldırıb, “sənə bizim kimliyimizi göstərəcəyik”- deyib evindən də narkotik vasitəni öz yanında tapacaqlarını demişdir. Bundan bir gün sonra onu 20 nəfər polis əmədaşının iştirakı ilə yaşadığı evə aparmışlar. Həmin qrupa Bəhruz və Ramil adlı şəxslər rəhbərlik etmişlər. O, möhkəm səslə atasını səsləyib evə narkotik atacaqlar imkan vermə deyə qışqırmışdır. Bu zaman onun ağız nahiyəsındən yapışaraq avtombildən düşməyini ləngitmişlər. Bundan sonra bütün polislər eyni vaxtda həyətə və evə daxil olmuş, heç bir icazə almadan evin müxtəlif otaqlarına daxil olaraq axtarış aparmağa başladılar. Bu zaman polislər qışqırmışdırlar ki, Bəhruz narkotik vasitəni tapıb. O, uşaqlarının və ailəsinin hansı durumda olduğunu gördüyündən polislərdən xahiş etmişdir ki, şöbəyə gedək. Şöbədə isə Bəhruz ona “indi məndən Kamildən və Ramildən edilən şikayətlərin aqibətlərin nə olduğunu dərk edərsən” demişdir. Kamil yanında tanımadığı polis əməkdaşına «oğlu İlyası gətirmisinizmi şöbəyə, onu da atasının yanına salın» deyə qışqırmışdır. Bundan sonra Kamil ona Şəhla ilə münasibətini ona xatırladıb eyni zamanda Şirvan polisində edilən şikayətlərin nəticəsini bilərsən demişdir. Artıq edilən şikayətdən sonra bu cür özbaşınalıq edən şəxslərdən qorxmağa başlamış, polislərin oğlunu da şərləyəcəklərini fikirləşərək yeganə yolunun polislərin dediklərini etmək olduğunu qəbul etmiş və Kamil onun durumunu görüb müxtəlif şəxslərə İlyası da içəri qoyun deyə səslənməsinə şahidlik etmişdir. O da uşağının şöbəyə gətirilməməsinə səbəb olan amil kimi Bəhruza demişdir ki, ifadəyə qol çəkməyə ailə üzvülərinin polis şöbəsinə gətirilməməsi şərtiylə hazırdır. Bundan sonra o narkotik vasitələrlə əlaqəsinin olmadığı halda tərtib edilmiş ifadəni imzalamışdır. Onun şərlənməyi Kamillə Şəhlanın sevgi münasibətlərindən irəli gəlir, belə ki, hər ikisi ailəli olduqlarından xəbərin onun tərəfindən yayıla biləcəyindən qorxmuşlar. Şərlənməyinin ən maraqlı əsası isə Kamil və Şəhla arasında olan fotoşəkilin onda olmasını hər ikisin bilməsi olmuşdur. Eyni zamanda ilkin olaraq onu polis şöbəsinə gətirmək bəhanəsi kimi Xuramanın şikayəti üzərində qursalar da, sonradan Xuraman şikayətini geri götürdüyündən onlar narkotiklə sənədləşdirilmək məcburiyyətində qalmışlar. Bunlar da Kamilin şəxsi münasibətlər zəminində onu narkotik vasitə ilə bağlı şərlədiyini göstərir. İlkin istintaq zamanı ona olunan təzyiqlərə görə narkotik vasitənin ona məxsus olması barədə ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ilkin ifadəsində isə göstərmişdir ki, tutulmasından təxminən bir-iki ay əvvəl narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir.06 mart 2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdən çıxaraq evin yaxınlığında gəzərkən yerdən bir ədəd şüşə boru tapmışdır. Həmin şüşənin içərisinə baxarkən icərisində metamfetamin olduğunu görmüşdür. O istifadə etmək üçün içərisində metamfetamin olan həmin borunu üzərində saxlamışdır. 06 mart 2021-ci il tarixdə saat 16-17 radələrində idarə etdiyi “Niva” markalı avtomaşınla evdən çıxıb, Şirvan şəhərindəki “Dədə Qorqud” parkının yaxınlığına gəlmiş və avtomobili orada saxlamışdır. Həmin vaxt polis əməkdaşları onu saxlamış, üzərində narkotik vasitələri gəzdirməsində şübhəli olması bildirilmiş və ona polis şöbəsinə aparmışlar. Orada şübhəli şəxs kimi tutulmuş, müdafiəçi dəvət olunmuşdur. Üzərində videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman ona üzərində narkotik vasitə və başqa qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. O əynində olan yaşıl rəngli şalvarının sağ diz nahiyəsində olan bir ədəd şüşə borunu çıxarıb təqdim etmiş və borunun içərisində metamfetamin olduğunu demişdir.Həmin borunun içərisinə baxıldıqda orada metamyetamin aşkar olunmuşdur. Metamfetamin və şüşə boru qablaşdırılıq götürülmüşdür. Bundan başqa Şirvan şəhərində M.Ə.Rəsulzadə prospektində olan zaman yerdən bir ədəd sellofan büküm tapmışdır. Həmin bükümü açıb baxan zaman içərisində metamfetamin olduğunu görmüşdür. Həmin metamfetamini istifadə etmək üçün 7 ədəd bükümlərə bölmüş, kapron dərman qutusunun içərisinə qoymuş və yaşadığı, ünvan 2 ünvanında yerləşən evin üçüncü mərtəbəsində olan qonaq otağında girişdən sağ tərəfdə olan xalçaların arasında gizlətmişdir. 25 aprel 2021-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evdə onun iştirakı ilə axtarış aparılmış, bu zaman gizlətdiyi metamfetamin aşkar olunmaqla götürülmüşdür. Şahid1 məhkəmədə göstərdi ki, Şirvan şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı münasibəti, şəxsi qərəzçiliyi olmamışdır. 06 mart 2021-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, o, dərhal rəhbərliyə raportla müraciət etmiş və təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul etmişdir. Həmin qərar əsasında şöbənin təhqiqat bölməsinin baş təhqiqatçısı İbrahim Qəhrəmanovdan, CAB-nin əməliyyat müvəkkilləri Namaz Səfərlidən, Şahid2 və post patrul xidməti bölməsinin polis nəfəri Samit Şıxaliyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 17:00-da Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən “Dədə Qorqud” parkının yaxınlığında saxlanılaraq idarə etdiyi “VAZ 2121” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bir yerdə Şirvan şəhər polis şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində vəkilin və polis əmədaşlarının iştirakları ilə, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Raminin əynində olan şalvarının sağ diz nahiyəsində olan cibindən içərisində psixotrop maddə metamfetamin olan xüsusi hazırlanmış şüşə boru aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin şüşə borunu yerdən tapdığını bildirmiş, şüşə boru qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyünü təsdiq edərək imzalamışdır. Bundan sonra hal şahidlərinin, vəkilin, Təqsirləndirilən şəxs və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş, baxış zamanı avtomobildə olan qara rəngli əl çantasının içərisindən siqaretin gümüşü rəngli kağızına bükülmüş həb aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs işinə kömək məqsədi ilə hər hansı şəxsdən pul istəməmiş və almamışdır. Bu barədə Təqsirləndirilən şəxs və qohumlarının dedikləri yalandır. Birinci hadisədən sonra Təqsirləndirilən şəxs həbs olunmamış və azadlıqda qalmışdır. 25 aprel 2021-ci il tarixində, günorta saatlarında Şirvan şəhər məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında onun, digər polis əməkdaşlarının, hal şahidlərinin, Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə axtarış keçirilmiş, axtarış zamanı evin üçüncü mərtəbəsində qonaq otağına girişdən sağ tərəfdə yerə yığılmış xalçaların arasında 01 ədəd dərman qutusunun içərisində 07 ədəd bükümdə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Həmin psixotrop maddələr müstəntiq tərəfindən qablaşdırılmiş və o da həmin qablaşdırmanın üzərini imzalamışdır. Bundan başqa Şahid1 göstərdi ki, Şahid8 ilə ailəvi münasibətləri olmuşdur. Şahid8 onun anası ilə birlikdə Kərbala ziyarətində olmuşlar. Şahid8 ilə onun arasında hər hansı şəxsi münasibət olmamışdır. Təqsirləndirilən şəxs onun Şəhla ilə münasibətlərini bilməsi səbəbindən Təqsirləndirilən şəxs təqib etməsi barədə Təqsirləndirilən şəxs və ailə üzvləri tərəfindən irəli sürülən iddialar əsassızdır. Məhkəmədə şahid qismində dindirilən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları Şahid2, Şahid4, Şahid5 və Şahid3 də Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə şahid kimi dindirilən Şahid7 göstərdi ki, 25 aprel 2021-ci il tarixdə saat 16 radələrində Şirvan şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı 15 saylı evdə axtarış aparılmasında hal şahidi kimi iştirak etmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs ailə üzvləri də evdə olmuşlar. Axtarış zamanı evin 3-cü mərtəbəsinə girişdən sağ tərəfdə yığılmış xalçaların arasından bir ədəd plastmass dərman qabı aşkar olunmuşdur. Həmin qabı xalçaların arasından axtarışda iştirak edən şəxslərdən konkret olaraq kimin aşkar etməsini xatırlamır. Həmin dərman qabı açıldıqda, içərisində 7 ədəd sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan başqa həmin evdən heç nə aşkar olunmamışdır. Sonra aşkar olunmuş sellofan bükümlər polis əməkdaşları tərəfindən götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Məhkəmədə şahid kimi dindirilən Şahid8 qızı göstərdi ki, polis əməkdaşı Şahid1la ailəvi dotsluqları vardır. Şahid1la aralarında hər hansı şəxsi münasibətlər olmamışdır. Onunla Şahid1 arasında olan yaxın münasibətləri bibisi qızı Şahid10 vasitəsi ilə Təqsirləndirilən şəxs bilməsi səbəbindən onun və Şahid1 Təqsirləndirilən şəxs üzərinə və evinə narkotik qoyulmaqla həbsə alınmasını təşkil etmələri barədə Təqsirləndirilən şəxs və ailəsinin dedikləri yalandır. Təqsirləndirilən şəxs narkotik aşkar olunması ilə onun heç bir əlaqəsi yoxdur. Xuramangilə getdiyi zama Xuramanın pis vəziyyətdə olduğunu görmüşdür. Xuraman onu Qara Ramin adlı şəxsin döydüyünü, həmin şəxsin narkotik satan olduğunu demişdir. O isə Xuramana onu döyən şəxsin barəsində şikayət etməsini demişdir. Xurman ona bu məsələni tanışı Şahid1 vasitəsi ilə heç kim bilmədən həll etməsini demişdir. Lakin o, Şahid1 bibisi qızı Xuraman və Ramin barədə hər hansı söz deməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən təqdim edilən səs yazısı ona məxsusdur. O, telefonda olan səs yazısında Kamilin onu narkotiklə yükləyəcəyini demiş, layin Ramini nəzərdə tutmamışdır. O, Ramini tanımır. Kamillə Raminin üzərinə və ya evinə narkotik qoyulması barədə söhbəti olmamışdır. Kamilin narkotiklə yükləyəcəyi barədə sözgəlişi demişdir. Təqsirləndirilən şəxs narkotiklə bağlı tutulması barədə hər hansı məlumatı olmamışdır. Şahid10 qızı ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanyır. Təqsirləndirilən şəxs bir neçə dəfə onun yaşadığı küçəyə gəlməsi səbəbindən camaat arasında söz-söhbət yaranmışdır. Xalası qızı Şəhla və bacısı Gülnarə onlara gələrkən bu barədə onlara danışmışdır. Şəhla onun yanında polis işçisi Kamilə zəng edərək Ramini tanıyıb-tanımadığını soruşmuşdur. Sonra isə Şəhla onlardan getmişdir. Bacısı Gülnarə isə ona Ramindən şikayət etməsini demişdir. Şəhla da onunla danışaraq onu şikayət etməyə razı salmaq istəmiş, lakin o, razılaşmamışdır. Kamil bir dəfə onun evinə gəlmiş, lakin qapını açmamışdır. Bundan sonra bir neçə dəfə onun evinin pəncərəsinə daş atılmışdır. Kamil salfet kağızına bükülmüş, daşa oxşar cismi onun evinə gətirərək pəncərəsinə həmin əşyanın atıldığını bildirmişdir. Kamil ona həmçinin qeyd olunan daşı əri Rəşada göstərməsini demişdir. Bundan sonra 05 mart 2021-ci il tarixdə əri Rəşad «102» xidmətinə zəng edərək evinin pəncərəsinin yanında kiminsə güllə atdığını demişdir. Bundan sonra Şəhla ona polis şöbəsinə gedib Ramindən şikayət etməsini demişdir. Həm də özünü guya Şahid1 tanımayan kimi aparmasını demişdir.O da Şəhlanın tapşırığı ilə Ramindən şikayət etmişdir. Onun izahatı alınan zaman Kamil Ramillə onun arasında olan səs yazısını qarpşısına qoyaraq səs yazısını ərinə göstərəcəyini demişdir. Ona görə də ondan Raminin əleyhinə öz istədiyi kimi izahat almışdır. Sonra isə ailəsinin dağıla biləcəyindən ehtiyat edərək Ramin barəsində şikayətini geri götürmüşdür. Şahid X3 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 06 mart 2021ci il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələrlə bağlı tutulduğunu və 5000 manat pul verəcəyi halda oğlunun buraxılacağını bildirmişlər. O da bacısı oğlu Anarın vasitəsi ilə 5000 manat pul göndərmişdir. Bundan sonra polis əməkdaşları oğlunu buraxmışlar. Onun bildiyinə görə həmin pulun alınmasında polis işçiləri Kamil, Şamxal, Bəhruz və adını bilmədiyi rəis müavini iştirak etmişdir. Oğlu Ramini polis işçiləri həmin gün səhər saatlarında polis şöbəsinə aparmışlar. Polis şöbəsində saxlamışlar. Axşam saatlarında isə üzərində narkotik olmasını sənədləşdirmişlər. Narkotik vasitəni polis işçiləri özləri Raminin cibinə qoyub, sonra da özləri çıxarmışlar. Polis işçiləri Ramindən barəsində narkomaniyadan məcburi müalicə təyin olunmaması üçün əlavə olaraq 500 manat pul istəmişlər. Bu səbəbdən də Ramin polis işçiloərindən şikayət etmişdir. Raminin şikayəti əsasında yoxlamalar aparılmış və nəticədə polis işçiləri cəzalanmışlar. Bu səbəbdən də polis işçiləri Raminin barəsində axtarış elan etmişlər.Hansı ki, Ramin şəhərdə olmuş, heç bir yerdə gizlənməmişdir. Daxili İşlər Nazirliyinin yoxlama komissiyası Şirvandan getdikdən sonra Ramini tutub həbsə almışlar. Bundan bir gün sonra Raminin evinə gedəndə 30-40 nəfər polis işçilərinin Raminin evində olduğunu görmüşlər. O nə baş verdiyini bilməmiş və DİN-nin «102» xidmətinə zəng edərək öz şikayətini bildirmişdir. Polis işçilərii Ramini toyuq hininə salmağa çalışmışlar. Sonra polis işəilərii Raminin evində axtarış aparmağa başlamışlar. Ramin qışqıraraq Namazla Kamilin narkotik qoyduqlarını, müstəntiq Bəhruzun isə götürdüyünü bildirmişdir.Müstəntiq Bəhruz həmin qabda olan maddəni ekspertizaya göndərəcəklərini, bəlkə dərman olacağını demişdir. O nəvəsi İlyasa baş verənləri videoçəkiliş etməsini demişdir. Ona görə də polis işəiləri onu evdən çıxarmışlar. Polis işçiləri ona göstərdikləri flakonu əvəzinə başqa flakonu açaraq içərisində olan maddələri çıxarıb fotoşəkillərini çəkmişlər. Guya Raminin evindən çıxan flakonda 7 ədəd psixotrop maddə olan metamfetamin olduğunu demişlər. Oğlu Ramil polis işçiləri Bəhruz və Kamildən şikayət etdiyi halda onlar Raminin evində axtarış aparılmasına rəhbərlik etmişlər. Sonradan ona məlum olmuşdur ki, oğlu Ramin polis işçisi Kamilin yaxın münasibətdə olduğu Şəhla adlı qadının xahişi ilə tutulmuşdur. X7 üzərinə və evinə narkotik qoyulub tutulmasını xahiş etmişdir. Bunu təsdiq edən səs yazıları istintaqa təqdim edilmişdir. Şahid9 məhkəmədə göstərdi ki, Təqsirləndirilən şəxs onun dayısı oğldur. 06 mart 2021-ci il tarixdə Raminin mərhum qardaşı ona zəng edərək Raminin tutulduğunu və polis şöbəsinə aparıldığını bildirmişdir. Mən saat 12-nin yarısında polis şöbəsinə getdim. Pasport bölməsinin qarşısında Şahid1la rastlaşdım. Kamil onu narkotiklə sənədləşdirəcəklərini bildirmiş, qoluna qandal vuraraq onu cinayət axtarış bölməsinin rəisinin otağına aparmışlar. Müstəntiq Bəhruz da orada olmuşdur. Rəis ona 10 qram mal sənədləşdiriləcəyini demişdir. Kamil ona kənarara çəkərək işini 5000 manat pul müqabilində həll edə biləcəyini demişdir. O isə 2000 min manata gücü çatacağını bildirmişdir. Gecə onu polis şöbəsində saxlamışlar. Səhəri gün buraxmışlar. Kamil ona zəng edərək demişdir ki, səni mən buraxmışam, pulu götür gəl. O, 3000 manat pul götürüb Kamillə vədələşdikləri yerə getmiş, 3000 manat pulu Kamilə vermişdir. Kamil ona Şəhladan kənar durmasını demişdir. Bundan sonra isə 5000 manat pul aparıb Raminə görə vermiş və Ramin də azadlığa buraxılmışdır. Şahid X4 məhkəmədə göstərdi ki, 25 aprel 2021-ci il tarixdə 30-40 nəfər polis işçiləri onların evlərinə gəlmişlər. Atası Ramini də özləri ilə gətirmişlər. Onların evləri üçmərtəbəli olmaqla həmin evdə axtarış aparılmasına uzun müddət vaxt tələb olunduğu halda polislər təxminən 2 dəqiqə axtarış aparmışlar. Onlar birinci və ikinci mərtəbələrdə axtarış aparmadan birbaşa üçüncü mərtəbəyə qalxmışlar. Oradan narkotikin tapılmasını bildirmişlər. Polislər onu da özləri ilə polis şöbəsinə aparmaq istəmişlər. Ona görə də atası onun xatirinə sakit durmuşdur. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 18/305 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd şüşə borunun içərsində təmiz çəkisi-0,496 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Materialların məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 18/474 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş, 7 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-1,527 qram, 1,370 qram, 0,938 qram, 0,984 qram, 1,967 qram, 2,363 qam və 1,986 qram- ümumi təmiz çəkisi-11,135 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetaminlər eyni tərkiblidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1623 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından periodik istifadə halları olub. Lakin hal-hazırda onda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə psixiatrik ekspetizasının xx.xx.2021-ci il tarixli 1072 nömrəli yəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işində olan 06 mart 2021-ci il tarixdə saat 18:25-də tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan və həmin vaxt aparılmış, məhkəmə iclas zalında nümayiş etdirilmiş videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan şalvarının diz cibindən 1 ədəd süşə qabın içərsindən psixotrop maddə hesab edilən metamfetamin çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə aşkar olunması video görüntüsünü özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Şahid10 əri X5 05 mart 2021-ci il tarixdə DİN-nin «102» xidmətinə zəng edərək mütəmadi olaraq pəncərəsinin döyülməsi, 05 mart 2021-ci il tarixdə pəncərəsinin sınmasını aşkar etməsi, habelə pəncərəsinin qarşısında metal qırmanın aşkar edilməsi barədə məlumat vermişdir. 06 mart 2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Rəşad Abıyev və Şahid10 yaşadıqları evin pəncərə şüşəsinin sınması müəyyən edilmişdir. Şahid10 Şirvan şəhər polis şöbəsinə 07 mart 2021-ci il tarixdə yazdığı ərizəsində Ramin adlı şəxsin onu hədələməməsini, döyməməsini və xəsarət yetirməməsini, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. 06 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid10 təqdim etdiyi «Samsung» markalı telefonun «Vhatsapp» sosial şəbəkəsindəki danışıqlara baxış keçirilərkən Ramin adlı şəxsin onu dəfələrlə hədələməsi və ona qarşı nalayiq ifadələr işlətməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs iş üzrə 06 mart 2021-ci il tarixdə saat 17.50-də şübhəli şəxs kimi tutulmuş, barəsində 07 mart 2021-ci il tarixli qərarla polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həmin gün saat 16.30-da həbsdən azad edilmişdir. Onun barəsində 21 aprel 2021-ci il tarixdə axtarış elan olunmuş, 24 aprel 2021-ci il tarixdə tutulmuşdur. Şirvan şəhər polis əməkdaşlarının tərtib etdikləri xx.xx.2021-ci il tarixli raportda göstərilmişdir ki, barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs tutularkən qaçmaq istəmiş, bu zaman yerə yıxılmış və müxtəlif bədən nahiyələrindən xəsarətlər almışdır. Təqsirləndirilən şəxs müayinə olunması üçün 25 aprel 2021-ci il tarixli qərarla onun barəsində məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Şirvan şəhər məhkəməsinə Şirvan şəhər prokuroru tərəfindən təqdimat göndərilməklə, Təqsirləndirilən şəxs yaşadığı, ünvan 4 ünvanında, Şivan şəhəri Xaqani küçəsi ev 19, mənzil 17 ünvanında və idarə etdiyi «VAZ-2121» markalı, **-PS-*** qeydiyyat nişanlı avtomobilində axtarış aparılması barədə Şirvan şəhər məhkəməsinin 25 aprel 2021-ci il tarixli qərarı alınmışdır. Məhkəmənin qeyd olunan qərarı əsasında Təqsirləndirilən şəxs yaşadığı, Şirvan şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 15 saylı evdə hal şahidlərinin və Təqsirləndirilən şəxs özünün iştirakı ilə axtarış aparılarkən 3-cü mərtəbədə olan qonaq otağının girişində sağ tərəfdə yığılmış xalçaların arasından 01 ədəd kapron dərman qutusu aşkar edilmişdir. Qutunun içərisində 07 ədəd bükümlər aşkar edildmişdir. Həmin bükümlərin içərisində psixrtrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan 10 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs atası X2 Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 münasibətdə olduğu Şahid8 adlı qadınla mübahisə etməsi, Şahid8 öz xalası qızı Şahid10 qızını öyrədərək ondan şikayət etdirməsi, bununla bağlı Təqsirləndirilən şəxs Şirvan Şəhər Polis Şöbəsinin istintaq bölməsi tərəfindən əsassız olaraq CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə və təzyiqlərə məruz qalması nəticəsində üzərində guya narkotik vasitə olmasını etiraf etməsi, bundan sonra polis işçilərinin Təqsirləndirilən şəxs azadlığa buraxmaq üçün qohumları Şahid9 5000 manat məbləğində rüşvət almaları, Təqsirləndirilən şəxs Bəhruz və Kamil adlı polis işçiləri barəsində Azərbaycan Respublikası DİN-nə şikayət etməsi əsəbəbindən polis işçilərinin Təqsirləndirilən şəxs həbs edərək yaşadığı evə baxış keçirilərkən faktiki olmayan narkotikin aşkar edilməsi, sonradan onun əsassız olaraq CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müraciəti əsasında Şirvan Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılmış, göstərilən hallar təsdiq olunmadığına görə 10 avqust 2021-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Şahid8 məxsus olması ehtimal olunan səs yazılarını istintaqa təqdim etmişdir. Həmin səs yazılarının Şahid8 məxsus olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə 15 avqust 2021-ci il tarixli qərarla məhkəmə foneskopik ekspertizası təyin edilməklə ekspertizanın aparılması Məhkəmə Ekspertizası mərkəzinə həvalə edilmişdir. Lakin müqayisəli tədqiqat aparılması üçün Şahid8 eksperimental səs və nitq nümunəsi verməkdən imtina etməsi səbəbindən istintaq orqanının məktubuna əsasən ekspertiza keçirilmədən cinayət işinin materialları istintaq orqanına qaytarılmışdır. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2010-cu ildə doğulmuş bir azyaşlı uşağı vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə onun barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etməsi, daşıması və saxlaması, əməində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda obyektiv hüquqi qiymət verərək Təqsirləndirilən şəxs onun üzərində və yaşadığı evdə psixotrop maddə metamfetamin olmamsı, polis əməklaşı Şahid1 ilə Şahid8 adlı qadının yaxın münasibətlərinin olmasını bilməsi və onların fotoşəkillərini əldə etməsi səbəbindən üzərinə və yaşadığı evə psixotrop maddə metamfetamin qoyulmasının Şahid1 tərəfindən təşkil edilməsi, ona polis işçiləri tərəfindən təsir və təzyiq göstərilməsi səbəbindən psixotrop maddə metamfetaminin ona məxsus olmasını etiraf etmək məcburiyyətində qalması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Ramil Mirzəyev CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CMnin 69.3-cü maddəsinə əsasən onun 2021-ci il mart ayının 6-dan 7-dək şübhəli şəxs kimi həbsdə saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla təyin olunan cəzadan çıxılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 24 aprel 2021-ci il tarixdən hesablanmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 10,785 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Ekspertiza xərci 81,3 manat təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 2021-ci il mart ayının 6-dan 7-dək həbsdə saxlanıldığı 1 (bir) gün azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 10,785 qram psixotrop maddə metamfetamin məhv edilsin. Ekspertiza xərci 81,3 manat (səksən bir manat otuz qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar