Məhkəmə qərarları › İş №1(099)-114/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-114/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-114/2023 27.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Yardımlı rayonu, Zevin kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Astanlı kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Abdullu kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan digər şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirilmiş külli miqdarda narkotik vasitəni əldə etməyi, gizlətməyi və sərəncam verməyi sonuncuya qabaqcadan vəd verməklə kömək etmiş, eləcə də digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, 2022-ci ilin avqust ayının ortalarında tamah niyyəti ilə, yəni qazanc əldə etmək üçün özünün istifadəsində olan +994-***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WhatsApp” ani mesajlaşma sistemi vasitəsi ilə barəsində hazırki cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrıldığı İran İslam Respublikası (bundan sonra - İran İR) vətəndaşı olan başqa şəxsə sonuncunun İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli yolla, yəni qaçaqmalçılıq yolu ilə keçirəcəyi külli miqdarda narkotik vasitəni gizlədiləcək yerdən götürəcəyinə, gizlədəcəyinə və həmin narkotik vasitəyə sərəncam verəcəyinə dair qabaqcadan vəd verdikdən sonra, cinayətkar qrupun İran İR-də olan üzvü ilə həmin kütlələrin Azərbaycan Respublikası ərazisində satışının həyata keçirilməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən və həmin kütlələrin göstərilən üsul və məqsədlə İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirilib gizlədildiyi müvafiq yer barədə sonuncudan məlumat aldıqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən digər şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini (bundan sonra - heroin) əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirib Yardımlı rayonu, Zevin kəndi ərazisində yerləşən örüş sahəsində gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq istintaqa məlum olmayan tarixdə və vaxtda qeyd edilən ünvandan həmin külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib orada gizlətmiş, həmin heroinin bir hissəsini isə götürüb üzərində saxlayaraq Cəlilabad şəhəri ərazisinə qanunsuz olaraq daşımış, 23 avqust 2022-ci il tarixdə, saat 16 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Cəlilabad RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküldə ümumi təmiz çəkisi -1.123 qram tiryəkdən kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 19 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin davamında onun qanunsuz olaraq əldə edib daşıyaraq gizlətdiyi külli miqdarda, ümumi təmiz çəkisi -922.0 qram tiryəkdən kustar üsulla hazırlanmış olan heroin Yardımlı rayonu, Zevin kəndi ərazisində örüş sahəsindən bir ədəd sellofan torbada aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ilk öncə ifadə verməkdən imtina etsə də sonradan ifadə verərək göstərmişdir ki, tutulmamışdan əvvəl heroindən istifadə etmiş, sonuncu dəfə isə tutulmamışdan 1 ay əvvəl heroindən istifadə etmişdir. 21 avqust 2022-ci il tarixdə o, yaşdığı Cəlilabad rayonu Abdullu kəndində kafedə olmuş, dostu Elsevər ona zəng edərək evinə gələcəyini dediyindən o, yaşadığı evə qayıtmış, Elsevər onun yaşadığı evə gəlib bir neçə dəqiqə oturduqdan sonra çıxmış, az sonra polis əməkdaşları onu evində saxlayaraq polis şöbəsinə aparmışlar. Cinayət işi materiallarında Cəlilabad rayonu Cavadxan kəndində tutulması yazılsa da belə hal olmamış, ona qarşı polis şöbəsində fiziki təzyiqlər edilmiş, həmçinin evindən 10 kiloqrama yaxın narkotik vasitə qoyulacağı bildirilmiş, buna görə də fiziki təzyiqlərə və hədələrdən qorxaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Belə ki, həmin vaxt onun üzərində hər hansı narkotik vasitə olmasa da polis əməkdaşlarının verdiyi bir bükümdə olan heroini cibinə qoyaraq videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilərkən təqdim etmiş, həmçinin polis əməkdaşlarının qabaqcadan ona dedikləri kimi ifadə verərək həmin narkotik vasitəni iranlı şəxsdən aldığını bildirmiş, heroinin qalan hissəsini də Yardımlı rayonu Zevin kəndində gizlətdiyini bildirmiş, bundan sonra polis əməkdaşları onu həmin yerə aparmış, sonuncular tərəfindən orada gizlədilmiş heroinin yeri ona deyildikdən sonra həmin narkotik vasitəni gizlədildiyi yerədən götürüb təqdim etmişdir. Lakin onun iranlı “Mahmud” və ya “Mehdi” adlı şəxslə heç bir tanışlığı olmamış, “Mahmud” adlı şəxslə instagramda tanış olması yazılsa da onun “instagram” hesabı olmamışdır. Polis şöbəsində onu 2 gün saxladıqlarından həmin ərəfədə onun mobil telefonuna göstərilən şəxslərin adları və mobil nömrələri yazılmış, sonra isə Zevin kəndinə aparmışlar. Heroindən istifadə etsə də həmin heroini müxtəlif tanımadığı şəxslərdən almışdır. Polis şöbəsində ona qarşı fiziki təzyiqlər edilmiş, polis əməkdaşları cibinə narkotik vasitə qoymuşlar. Yuxarıda qeyd etdiyi səbəblərdən polis şöbəsində üzərinə şəxsi axtarış keçirilərkən, həmçinin Zevin kəndində narkotik vasitə olan yerə baxış keçirilərkən etirafedici ifadələr vermişdir. Daha sonra cinayət işi materiallarında yazılanların həqiqət olmadığına görə ifadə verməkdən imtina etmiş, sənədlərə imza etməmişdir. İranlı şəxslə telefon əlaqəsi bir dəfə 3 il əvvəl olub, həmin vaxt da İrandan ərzaq gətirmişdir. Bundan sonra hər hansı iranlı şəxslə əlaqəsi olmamışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən iranlı şəxsdən narkotik vasitə alması barədə məhkəməyə etirafedici ifadə vermiş, həmin vaxt da təzyiq altında olduğu üçün belə ifadə vermişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı videoçəkiliş aparılmaqla 23 avqust 2022-ci il tarixdə üzərinə şəxsi axtarış keçirilərkən və narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilərkən şifahi və həmin tarixdə müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində verdiyi izahatı, 24 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə göstərmişdir ki, saxlanılmamışdan təxminən 3 ay müddətdir ki, heroini dəmir falqada yandırıb tüstüsünü qəbul etməklə istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində şəxsi işi ilə əlaqədar olaraq Cəlilabad şəhəri, Cavadxan küçəsində piyada hərəkətdə olduğu zaman 4 nəfər mülki geyimdə olan şəxs onu saxlayıb üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, üzərində narkotik vasitə olmasını bildirdiyindən polis əməkdaşları onu polis şöbəsinə aparmış, videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın kiçik sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülü çıxarıb təqdim etmiş və həmin bükülünün içərisində heroin olmasını bildirmiş, təqdim etdiyi həmin heroini haradan əldə etdiyi soruşulduqda o, İran İslam Respublikasının vətəndaşı “Mahmud” adlı şəxsdən təxminən 1 kiloqram çəkidə narkotik vasitə heroin əldə edib Yardımlı rayonu, Zevin kəndi ərazisində gizlətdiyini, onun bir hissəsini şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini, üzərindən aşkar olunmuş bir büküm heroinin həmin narkotik vasitənin bir hissəsi olduğunu bildirmiş, daha sonra Yardımlı rayonu, Zevin kəndi ərazisindəki həmin heroini gizlətdiyi yerə baxış keçirilmiş və o, örüş sahəsində kolların arasında gizlətdiyi bir ədəd şəffaf sellofan bükülünü oradan götürüb polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş bir büküm narkotik vasitə heroindən istifadə etməmiş, üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamış, Yardımlı rayonu, Zevin kəndi ərazisində təqdim etdiyi heroini xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Yardımlı rayonu, Zevin kəndində örüş sahəsində kolun dibindən götürmüş və həmin narkotik vasitəni orada gizlətməsi barədə Mahmud adlı şəxsdən başqa heç kimin məlumatı olmamışdır. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir, polis əməkdaşlarının fiziki təzyiqi və hədəsi nəticəsində belə ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında hər hansı iranlı şəxslə narkotik alışı və satışı ilə bağlı əlaqəsi olmadığını, 21 avqust 2022-ci il tarixdə saxlanıldığını, iranlı şəxslə narkotik vasitələrin qəbulu və satışı ilə bağlı qabaqcadan razılaşmasının olmasını, üzərində və Yardımlı rayonu Zevin kəndində aşkar edilmiş bütün narkotik vasitənin ona aid olmasını polis əməkdaşlarının təzyiqi ilə bildirməsini, beləliklə ona elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (yəni hər hansı iranlı şəxslə əlaqəsinin olmaması və aşkar edilmiş narkotik vasitənin ona aid olmaması) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ilkin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edir, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 23 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində qanunsuz olaraq nakotik vasitələrin dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, həmin gün təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edilərək o, Cəlilabad şəhəri, Cavadxan küçəsində piyada hərəkətdə olduğu zaman saxlanılıb polis şöbəsinə gətirilmiş, burada videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükülü çıxarıb təqdim edərək içərisində narkotik vasitə heroin olduğunu bildirmiş, narkotik vasitə heroini haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs “İnstagram” sosial şəbəkəsində tanış olduğu Mehdi adlı İran vətəndaşından xx.xx.2022-ci il tarixdə təxminən 1 kiloqrama yaxın narkotik vasitə heroin əldə edib Yardımlı rayonu, Zevin kəndi ərazisində örüş sahəsində gizlətdiyini, üzərindən aşkar olunmuş bir büküm narkotik vasitə heroini həmin narkotik vasitə heroindən götürüb şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmiş, həmçinin Mehdi adlı İran vətəndaşından əldə edib Yardımlı rayonu, Zevin kəndi ərazisində gizlətdiyi narkotik vasitə heroini həmin Mehdi adlı şəxsin deyəcəyini yerə çatdıracağını, Mehdi adlı şəxsin bunu müqabilində ona 1000 manat pul verəcəyini, Mehdi adlı İran vətəndaşının həmin narkotik vasitə heroini bu tərəfə atdırdığını və mobil telefon vasitəsilə həmin narkotik vasitə heroinin yerləşdirdiyi Yardımlı rayonu, Zevin kəndi ərazisindəki yer barədə məlumatları ona göndərdiyini və Yarımlı rayonu, Zevin kəndi ərazisində gizlətdiyi narkotik vasitə heroini təqdim edə biləcəyini bildirmiş, bundan sonra şəxsi axtarış yekunlaşmış, Təqsirləndirilən şəxs və digər iştirakçılar Yardımlı rayonu, Zevin kəndi ərazisinə getmişlər. Orada həmin əraziyə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs kolların arasından gizlətdiyi bir ədəd sellofan bükülünü götürmüş, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş heroini həmin sellofan bükülüdə olan heroindən götürdüyünü və gizlətdiyi həmin narkotik vasitə heroinə müdaxilə edilmədiyini bildirmişdir. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, sonuncuya nə özü, nə də digər polis əməkdaşları tərəfindən fiziki və ya psixi zor tətbiq edilməmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 23 avqust 2023-cü il tarixdə Cəlilabad rayonu Cavadxan küçəsində hərəkətdə olarkən saxlanılmış, onun barəsində əməliyyat məlumatı da 23 avqust 2022-ci il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs hansı səbəbdən 21 avqust 2022-ci il tarixdə saxlanılması barədə ifadə verməsinin səbəbini bilmir, lakin sonuncunun dedikləri həqiqəti əks etdirmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin əməkdaşları Şahid3, Şahid4 və Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş, sonuncunun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması, istifadə etməsi, satması, daşımasına dair əməliyyat məlumatının rəsmiləşdirilməsi haqqında 23 avqust 2022-ci il tarixli raport, “Əməliyyataxtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitənin gizlədildiyi yerə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrində göstərilmiş qaydada baş verdiyi, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni gizlətdiyi yerə baxış keçirilərkən kolluq sahədə gizlətdiyi narkotik vasitəni könüllü olaraq təqdim etdiyi, hər hansı hala etiraz etmədiyi və polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərməsi müəyyən edilir. (i.v. 411; 31-32; 34-35) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:25-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 13 ) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 23 avqust 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitəni ona “Mehdi” adlı İİR vətəndaşı göndərmiş, həmin narkotik vasitəni götürüb Yardımlı rayonu Zevin kəndində kolluqların arasında gizlətmiş, üzərində olan bir bükümdə heroini də həmin heroin bağlamasından götürmüşdür. İranlı şəxs göndərdiyi narkotik vasitəni deyəcəyi yerə atmağı qarşılığında ona 1000 manat pul verməyi vəd etmiş, o, da həmin şəxslə razılaşmışdır. Cəlilabad RPŞ-də ona qarşı hər hansı fiziki zor tətbiq edilməmiş, hər hansı formada təzyiq edilməmişdir, Yardımlı rayonu Zevin kəndində gizlətdiyi heroini təqdim edə bilər. (i.v. 31-32) -“Baxış keçirilməsi və götürmə haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi Yardımlı rayonu, Zevin kəndi ərazisindən bir ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (i.v. 34-35) -Məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 avqust 2022-ci il tarixli, 19/877 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -1.123 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan paketdəki, 1 ədəd bağlamada təmiz çəkisi -922.0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd zərfdəki və 1 ədəd paketdəki ümumi sayı 2 büküm olan ümumi təmiz çəkisi -923.123 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Heroinin ümumi təmiz çəkisi – 923.123 qram, cəmi tədqiqata sərf edildi – 0.15 qram, qalıq -922.973 qramdır .(i.v. 42-46). -“maddi sübut kimi tanıma” haqqında 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına -0.15 qram sərf edildikdən sonra qalıq çəkisi -922.973 qram olan narkotik vasitə heroin maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. (i.v. 57-58) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 61-62) -Cəlilabad rayon Məhkəməsinin 25 avqust 2022-ci il traixli, 4(073)-167/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 avqust 2022-ci il tarixdən hesablanmışdır. (i.v. 82-84) -Məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli, 916 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (i.v. 92) - Cəlilabad rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 5(073)-183/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında müvafiq əməliyyat axtarış tədbirinin keçirilməsinə dair DİN-nin Cəlilabad RPŞ-nin əməliyyat müəvəkkili Şahid1 23 avqust 2022ci il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 97) - Cəlilabad RPŞ-nin vəzifəli şəxsinin imzaladığı 15 sentyabr 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 923.123 qram heroini sonuncunun kimdən, harada və nə vaxt əldə etməsinin müəyyən edilməsi məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumat əldə etmək mümkün olsa da, ondan aşkar olunaraq götürülmüş həmin narkotik vasitə heroini kimdən, nə vaxt və harada əldə etməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə mütəmadi olaraq məlumatlar daxil olmuşdur. (i.v. 101) - Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 2666 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21ci maddəsinin təsiri altına düşmür, hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 138-140) - “Telefon məlumatlarına baxış keçirilməsi” haqqında 18 oktyabr 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şəxsi axtarış zamanı Şirbəyov X10 təqdim etdiyi “Redmi” markalı mobil telefonda olan “Whatsapp” tətbiqi ilə İran İslam Respublikasına məxsus mobil nömrələr ilə ondan aşkar olunaraq götürülmüş narkotik vasitə ilə bağlı danışıqlar olmuşdur. Belə ki, telefona baxış keçirilən zaman “Mehdi” adı ilə qeydiyyata alınmış +98 ***-***-**-** saylı İran İslam Respublikasına məxsus operator nömrəsi ilə aparılan danışıqların məzmunu aşağıdakı kimidir: Cəmil: “Mənə baxe onu nağayrım mən, onu götürüm ya nə deysən, onu götürüm ya nə deysən, dedim görüm onu götürüm ya yox, ya qalsın hələ” (səsli mesaj) xx.xx.2022,19:11 Cəmil: “Hə yaxşı, mən gedib götürürəm. Bidə mənə bax o bi dənə ona veriləcəy” (səs mesaj) xx.xx.2022,19:16 Qeyd: Həmin nömrə ilə aparılmış digər danışıqlarda əhəmiyyəb kəsb edəcək hallar aşkar olunmadığı üçün protokola qeyd olunmadı. Tərəflər arasında aparılmış yazışmalar və səsli mesajların bir çoxu silinmişdir. Həmin telefona baxış keçirilən zaman İran İslam Respublikasına məxsus “Dayı göndərən” adı ilə qeydiyyata alınmış +98 ***-***-**-** saylı operator nömrəsi ilə aparılmış danışıqlara baxış keçirilən zaman aşağıdakılar müəyyən olundu: Tərəflər arasında aparılmış yazışmalar və səsli mesajların bir çoxu silinmişdir. Dayı göndərən: “Hə apararam, aparıb ataram götürər” (səsli mesaj) 15:07 Dayı göndərən: “Yaxşı neynəy, neynəy, elə atongildə işində görginən, o keçinidə götürərsən gedərsən o paltarlarıda alıb çıxıb gedərsən, maşın tut pulun mən deyərəm mən verəcəm sənliy döyül” (səsli mesaj) 19:35 Dayı göndərən: “At xayanın dibinə, çıx get əlini sal cibinə” (səsli mesaj) 19:35 Cəmil: “Salam nətərdi, dayı bə sən deyirsən o kişi gəlir, Mehdidə indi bu dəqiqə, Mehdi bu dəqiqə mənnən danışdı dedi ə narahat olma götür get o kişi gəlib sənnən görüşəcəy. İndidə deyirsən götür çıx xəstəxanaya Bakıya, o kişi gəlmir indi? Mən xəstəxanaya hələ bir reys iki reys eləməy isdeyəm ondan sonra. İndi mənim pulum var? Mənim bir köpüyüm yoxdur” (səsli mesaj) 19:43 Cəmil: “Məndə onu götüreyəm çöldə gizdeyəm” (səsli mesaj) 21:48 Qeyd: Həmin nömrə ilə aparılmış digər danışıqlarda əhəmiyyəb kəsb edəcək hallar aşkar olunmadığı üçün protokola qeyd olunmadı. (i.v. 144-145) -“Cinayət işi üzrə əməlin tövsüf edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsüf edilmişdir. (i.v. 149-150) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 16 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 154-156) - “Cinayət işinin istintaqının davam etdirilməsinin həvalə edilməsi haqqında” 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə məhkəməyədək icraatın davam etdirilməsi Azərbaycan Respublikası Baş prokuroru, İ dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev tərəfindən Cəlilabad Rayon Polis X5 həvalə edilmişdir. ( i.v. 179-181) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satılması faktlarına görə ayrıca icraatda Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. ( i.v. 182-183) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hər hansı iranlı şəxslə narkotik alışı və satışı ilə bağlı əlaqəsi olmadığını, 21 avqust 2022-ci il tarixdə saxlanıldığını, iranlı şəxslə narkotik vasitələrin qəbulu və satışı ilə bağlı qabaqcadan razılaşmasının olması, üzərində və Yardımlı rayonu Zevin kəndində aşkar edilmiş bütün narkotik vasitənin ona aid olmasını polis əməkdaşlarının təzyiqi ilə deməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, mobil telefona baxış keçirilməsi protokolu və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi izahat və şübhəli şəxs qismində ilkin ifadələrində, həmçinin üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman şifahi izahatında narkotik vasitəni ona “Mehdi” adlı İİR vətəndaşı göndərdiyini, həmin narkotik vasitəni götürüb Yardımlı rayonu Zevin kəndində kolluqların arasında gizlətdiyini, üzərində olan bir bükümdə heroini də həmin heroin bağlamasından götürdüyünü, iranlı şəxs göndərdiyi narkotik vasitəni deyəcəyi yerə atmağı qarşılığında ona 1000 manat pul verməyi vəd etdiyini, həmin şəxslə razılaşdığını, Cəlilabad RPŞ-də ona qarşı hər hansı fiziki zor tətbiq edilmədiyini, hər hansı formada təzyiq edilmədiyini bildirmişdir Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı hadisə barədə, narkotik vasitəni qanunsuz əldə etməsi və s. hallar barədə ətraflı izahat və ifadələr vermiş, lakin məhkəmə baxışı dövründə verdiyi ifadəsində hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada təhrif etdiyi müəyyən edilmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələri yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, məhkəmə istintaqının səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs 23 avqust 2022-ci il tarixdə Cəlilabad rayonu Cavadxan küçəsində hərəkətdə olarkən saxlanılıb RPŞ-yə gətirildikdən sonra könüllü olaraq üzərində olan narkotik vasitəni təqdim etmiş, eləcə də şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, iranlı şəxs tərəfindən göndərildiyini və s. halları tam etiraf etmiş, hər hansı etirazı olmamışdır. Bundan başqa "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli məktubla göndərilmiş CD disk məhkəmə iclasında tədqiq olunarkən müəyyən olunmuşdur ki, “514023032” rəqəmli mobil nömrə Təqsirləndirilən şəxs istifadəsində olmaqla onun adına qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs ifadəsində 21 avqust 2022-ci il tarixdə Cəlilabad rayonu Abdullu kəndində kafedə olduğunu, dostu Elsevərin zəngindən sonra evinə getdiyini, Elsevər onlara gəlib bir neçə dəqiqə oturduqdan sonra çıxıb getdiyini, bundan sonra polis əməkdaşları tərəfindən saxlanıldığını bildirdiyindən daxil olmuş CD diskə baxış keçirilərkən X2 adına “507626745” rəqəmli mobil nömrənin olması müəyyən edilmişdir. Həmin CD diskdə olan “antenna” faylında olan məlumatlardan görünür ki, Elsevər Eyniyevin istifadəsində olan “507626745” rəqməmli mobil nömrə ilə Təqsirləndirilən şəxs adına olan “514023032” rəqəmli mobil nömrə arasında 21 avqust 2022-ci il tarixdə dəfələrlə telefon danışıqları olmuş, həmin vaxt onların anten dairələri “Yardımlı rayonu Zevin kəndi” və müxtəlif anten dairələri əhatəsində olmuşdur. Həmin zənglərin vaxtı, zəng edən və zəng edilənin anten dairələri aşağıdakı kimidir: **********32 **********45 2022/08/21 05:33:47 16 ARAYANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********45 2022/08/21 05:33:47 16 ARANANİN CELL İD-si Yardimli r-nu, Zevin **********32 **********45 2022/08/21 07:50:53 20 ARAYANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********45 2022/08/21 07:50:53 20 ARANANİN CELL İD-si Celilabad sh. erazisi **********32 **********45 2022/08/21 08:37:11 11 ARAYANİN CELL İD-si Celilabad r-u Sadatli k. erazisi **********32 **********45 2022/08/21 08:37:11 11 ARANANİN CELL İD-si Celilobad r-nu,Goytepe **********32 **********45 2022/08/21 08:37:41 79 ARAYANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********45 2022/08/21 08:37:41 79 ARANANİN CELL İD-si Celilobad r-nu,Goytepe **********32 **********45 2022/08/21 08:54:54 19 ARAYANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********45 2022/08/21 08:54:54 19 ARANANİN CELL İD-si Celilobad r-nu,Goytepe **********32 **********45 2022/08/21 10:17:49 31 ARAYANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********45 2022/08/21 10:17:49 31 ARANANİN CELL İD-si Celilabad r-nu, Yeni Massiv **********45 **********32 2022/08/21 10:33:36 59 ARANANİN CELL İD-si Celilabad ray., Suluceshme **********45 **********32 2022/08/21 10:33:36 59 ARAYANİN CELL İD-si Celilabad seh. V.Niftullayev kuc.68 **********45 **********32 2022/08/21 10:38:54 9 ARANANİN CELL İD-si Celilabad ray., Suluceshme **********45 **********32 2022/08/21 10:38:54 9 ARAYANİN CELL İD-si Celilabad seh. V.Niftullayev kuc.68 **********32 **********45 2022/08/21 08:54:54 19 ARAYANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********45 2022/08/21 08:54:54 19 ARANANİN CELL İD-si Celilobad r-nu,Goytepe **********32 **********45 2022/08/21 10:17:49 31 ARAYANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********45 2022/08/21 10:17:49 31 ARANANİN CELL İD-si Celilabad r-nu, Yeni Massiv **********45 **********32 2022/08/21 10:33:36 59 ARANANİN CELL İD-si Celilabad ray., Suluceshme **********45 **********32 2022/08/21 10:33:36 59 ARAYANİN CELL İD-si Celilabad seh. V.Niftullayev kuc.68 **********45 **********32 2022/08/21 10:38:54 9 ARANANİN CELL İD-si Celilabad ray., Suluceshme **********45 **********32 2022/08/21 10:38:54 9 ARAYANİN CELL İD-si Celilabad seh. V.Niftullayev kuc.68 **********32 **********45 2022/08/21 14:38:49 132 ARAYANİN CELL İD-si Celilabad r-nu., Shatirli **********32 **********45 2022/08/21 14:38:49 132 ARANANİN CELL İD-si Yardimli r-nu, Zevin **********32 **********45 2022/08/21 14:53:24 73 ARAYANİN CELL İD-si Celilabad r-nu., Shatirli **********32 **********45 2022/08/21 14:53:24 74 ARANANİN CELL İD-si Yardimli r-nu, Zevin **********45 **********32 2022/08/21 14:57:48 59 ARANANİN CELL İD-si Celilabad r-nu., Shatirli **********45 **********32 2022/08/21 14:57:48 59 ARAYANİN CELL İD-si Yardimli r-nu, Zevin **********45 **********32 2022/08/21 15:01:09 20 ARANANİN CELL İD-si Celilabad r-nu., Shatirli **********45 **********32 2022/08/21 15:01:09 20 ARAYANİN CELL İD-si Yardimli r-nu, Zevin **********45 **********32 2022/08/21 15:41:20 43 ARANANİN CELL İD-si Yardimli r-nu, Zevin **********45 **********32 2022/08/21 15:41:20 43 ARAYANİN CELL İD-si Yardimli r-nu, Zevin **********32 **********45 2022/08/21 15:46:44 22 ARAYANİN CELL İD-si Yardimli r-nu, Zevin **********32 **********45 2022/08/21 15:46:44 22 ARANANİN CELL İD-si Yardimli r-nu, Zevin **********32 **********45 2022/08/21 17:13:52 11 ARANANİN CELL İD-si Yardimli r-nu, Zevin **********32 **********45 2022/08/21 17:13:52 11 ARAYANİN CELL İD-si Yardimli r-nu, Zevin **********45 **********32 2022/08/21 19:01:51 9 ARAYANİN CELL İD-si Yardimli r-nu, Zevin **********45 **********32 2022/08/21 19:01:51 9 ARANANİN CELL İD-si Yardimli r-nu, Zevin **********45 **********32 2022/08/21 23:51:47 34 ARAYANİN CELL İD-si Celilobad r-nu **********45 **********32 2022/08/21 23:51:47 34 ARANANİN CELL İD-si Celilabad r-u Sadatli kendi erazisi **********32 **********45 2022/08/22 00:22:47 63 ARANANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********45 2022/08/22 00:22:48 63 ARAYANİN CELL İD-si Celilobad r-nu,Goytepe **********32 **********45 2022/08/22 01:51:36 16 ARAYANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********45 2022/08/22 01:51:36 16 ARANANİN CELL İD-si Celilobad r-nu,Goytepe **********45 **********32 2022/08/22 12:41:18 126 ARANANİN CELL İD-si Celilobad r-nu **********45 **********32 2022/08/22 12:41:18 126 ARAYANİN CELL İD-si Celilabad seh. V.Niftullayev kuc.68 **********23 **********32 2022/08/23 11:52:35 37 ARANANİN CELL İD-si Celilobad r-nu **********32 **********84 2022/08/23 11:56:35 58 ARANANİN CELL İD-si Celilabad r-nu,Qarazencir **********32 **********84 2022/08/23 11:56:35 58 ARAYANİN CELL İD-si Celilobad r-nu ATS **********32 **********84 2022/08/23 12:37:35 12 ARANANİN CELL İD-si Bilesuvar r-nu **********32 **********84 2022/08/23 12:37:35 12 ARAYANİN CELL İD-si Celilobad r-nu **********84 **********32 2022/08/23 12:54:11 25 ARAYANİN CELL İD-si Celilabad r-nu,Qarazencir **********84 **********32 2022/08/23 12:54:11 25 ARANANİN CELL İD-si Celilobad r-nu **********84 **********32 2022/08/23 13:02:41 17 ARAYANİN CELL İD-si Celilabad r-nu **********84 **********32 2022/08/23 13:02:41 17 ARANANİN CELL İD-si Celilabad r-nu **********32 **********84 2022/08/23 13:04:24 26 ARANANİN CELL İD-si Celilabad r-nu **********32 **********84 2022/08/23 13:04:24 26 ARAYANİN CELL İD-si Celilabad r-nu **********84 **********32 2022/08/23 13:06:13 21 ARAYANİN CELL İD-si Celilabad r-nu, Broyler ASC **********84 **********32 2022/08/23 13:06:13 21 ARANANİN CELL İD-si Celilabad r-nu, Broyler ASC **********32 **********84 2022/08/23 13:10:59 13 ARANANİN CELL İD-si Celilabad r-nu, Broyler ASC **********32 **********84 2022/08/23 13:10:59 13 ARAYANİN CELL İD-si Celilabad r-nu, Broyler ASC **********32 **********53 2022/08/23 14:25:28 37 ARANANİN CELL İD-si Celilabad ray., Suluceshme **********32 **********53 2022/08/23 14:25:28 37 ARAYANİN CELL İD-si Celilobad r-nu Yuxarıda qeyd edilmiş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “**********” mobil nömrəsinə 21-23 avqust 2022-ci il tarixlərdə müxtəlif vaxtlarda zənglər edilmiş və o, zəng edən şəxslə danışmış, həmin vaxt telefon Cəlilabad RPŞ-nin yerləşdiyi ünvanın (Cəlilabad şəhəri, Heydər Əliyev, 164) ətrafında olan anten dairələrinin əhatəsində olmamışdır. Bu hal da Təqsirləndirilən şəxs məhkəmə istintaqında qeyd etdiyi kimi 21 avqust 2022-ci il tarixdə Cəlilabad rayonu Abdullu kəndi ərazisində saxlanılmasını istisna edir və onun həqiqətən 23 avqust 2022-ci il tarixdə yəni cinayət işi materiallarında və şahidlərin ifadələrində göstərdyi vaxtda saxlanılmasını təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri və telefon danışıqları ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahat və ifadəsini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, CM-nin 234.2-ci maddəsində qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Cinayət işi üzrə məhkəmə iclasında tədqiq edilən sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etmək üçün şəxsiyyəti istintaqla müəyyən edilməmiş, lakin “Mehdi” adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Yardımlı rayonu Zevin kəndi ərazisində gizlədilmiş narkotik vasitəni götürərək satış məqsədi ilə saxlamış, daşımışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda – narkotik vasitə olan olan heroini əldə edib, saxlaması və daşıması onun məhz həmin maddəni qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə etdiyi hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində göstərdiyi kimi, cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən sonra müvafiq olaraq ümumi təmiz çəkisi 923,123 qram olmaqla şəxsi istehlak miqdarından və həmin narkotik vasitənin külli miqdarından dəfələrlə artıq miqdar təşkil edən heroini Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək məqsədilə əldə etməsi, daşıması və saxlaması, eləcə də həmin heroini satmaq məqsədilə gizlətməsi əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri yaranır, buna görə də qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – saxlanılarkən polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edildiyi və hədələndiyi üçün aşkar edilmiş narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr verməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və hədələrə məruz qalması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs nə özü, nə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçinin sualına cavab olaraq söylədiyi səsli nitqində ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir fiziki təsirlərin edilmədiyini, bu barədə heç bir şikayətinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və ya kənar keçirilməsi, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsində qəbul etmiş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs iş üzrə narkotik vasitələri İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat aldıqdan, Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirildikdən, yəni qaçaqmalçılıq cinayəti başa çatdıqdan sonra Yardımlı rayonu ərazisində gizlədildiyi yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarında göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu hüquqi mövqedən belə nəticə hasil olur ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunundan və cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması barədə 02 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ibtidai istintaq orqanı narkotik vasitələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsindən ibarət əməlin obyektiv cəhətinin cinayətkar qrupun İran İR vətəndaşı olan “Mehdi” adlı üzvü tərəfindən törədilməsi qənaətinə gəldiyi halda yanlış olaraq Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində birgə icraçı qismində iştirak etməsi nəticəsinə də gəlmiş, lakin Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid hansı hərəktə etməsi göstərilməmiş, sonuncunun törətdiyi müvafiq əməli Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi əvəzinə, 206.3.2-ci maddəsinə tövsif etmişdir. Nəzərə almaq lazımdır ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiyinə görə həmin cinayətə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs dairəsinə daxil edilə bilməz. Göstərilənlərə əsasən sonuncu qabaqcadan əlbir olan bir qrup şəxs deyil, cinayətkar qrupun İran İR vətəndaşı olan üzvü tərəfindən törədilmiş qaçaqmalçılıq cinayətinə köməkçilik etmişdir. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs qaçaqmalçılıq cinayətinə münasibətdə törətdiyi əməl Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə iclasında çıxış etmiş dövlət ittihamçısı da Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 32.5, 206. 2, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsüf edilməsini xahiş etmiş, yuxarıda göstərilənlərə əsasən də dövlət ittihamçısının bu təklifi ilə də məhkəmə tərkibi razılaşmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadəsi ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid4 və Şahid2 ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” və “baxış keçirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli protokollar, ona əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, “telefona baxış keçirilməsi haqqında” protokol, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 24 avqust 2022-ci il tarixli rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs iş üzrə törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və qeyd edilən həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 96) -Cəlilabad rayon İcra hakimiyyəti Başçısının Astanlı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 29 sentyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi həyat yoldaşı, 2011-ci il təvəllüdlü qızı və 2012-ci il təvəllüdlü oğlundan ibarətdir. Yaşayış yeri üzrə normal səciyyələndirilir. (i.v. 125-126). - Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cəmil Şirbəov İİ Qarabağ Müharibəsi zamanı 06 noyabr 2020-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuş xx.xx.1996-cı il təvəllüdlü X7 qardaşıdır. Həmçinin vəsiqələrin surətindən görünür ki, şəhid Sirus Şirbəyli “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, eləcə də ailə üzvlərindən biri olan qardaşının İİ Qarabağ müharibəsi zamanı qəhrəmancasına döyüşərək şəhid olmasını, müxtəlif orden və medallar ilə təltif edilməsi (Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən) və himayəsində iki azyaşlı uşağının olması (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ilə bağlı cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halların olmadığını, nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin məhkəmə Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 avqust 2022-ci il tarixdən hesablanmalı və Cəlilabad Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qərarı (i.v. 82-84) ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli, 916 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altımış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 922.973 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitənin aşkar edildiyi əraziyə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Redmi Note 11” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 23 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin madi sübutların saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 922.973 qram heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş “Redmi Note 11” markalı mobil telefon yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsi barədə protokollara əlavə edilmiş 01 ədəd və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar