Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-114/2024 13.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçifərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Sabirabad rayonu Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Bolt taksi şirkətindən sürücü işləmiş, Sabirabad rayonu Zəngənə kəndində qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 10,766 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq 2 ədəd sellofan kəsiyi bükümündə saxlamış, 30 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Zəngənə kəndində saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sol yan cibindən 2 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,164 qram, 5,602 qram olmaqla, ümumi təmiz çəkisi 10,766 qram olan külli miqdarda eyni tərkibli həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özünün ümumiyyətlə narkotiklə əlaqəsi olmayıb, nəinki narkotiklə heç bir cinayətlə əlaqəsi olmayıb. Heç bir vaxt narkotikdən istfadə etməyib. Bütün bunlar şərləmədi barəsində bəraət hökmü çıxarılmalıdır. 29 yanvar 2023-cü ildə ona Kamran adlı şəxs zəng vurub deyib ki, səni əməliyyatçılar axtarır, nə məsələdi. Həmin Kamran onun sinif yoldaşı olmuş, özü də rayonda müəllim işləyir. Həmin vaxt Kamrandan onun kimin axtarması ilə maraqlanmış, Kamran ona Mirfərid adlı əməliyyatçının onu axtardığını demişdir. Bundan sonra Mirfəridin nömrəsin tapıb onu yığmış, nə səbəbə axtarması ilə maraqlanmış, lazım gələrsə şöbəyə gələ biləcəyini demişdir. Mirfəridin nömrəsini isə ona Kamran müəllim vermişdir. Mirfərid isə ona səhv olduğunu, başqa bir şəxsi axtardıqlarını, narahat olmamağını demişdir. Özünün heç bir cinayətlə əlaqəsi olmadığından məhz əməliyyatçıya da zəng vurmuşdur. 30 yanvar 2023cü ildə gündüz saat 15:00 radələrində evində ailəsi ilə birlikdə oturarkən, evdəkilərdən biri həyətdən uca səslə qışqıran kiminsə olduğunu, çıxıb baxmasını demişdir. Evdə həmin vaxt özü, yoldaşı, iki uşağı və xalası qızı X4 olmuşdur. Özü də həmin vaxt evdən pilləkənə çıxmış, belə ki, qapını açan kimi pilləkən olmuşdur. Görmüş ki, bir nəfər mülki geyimli şəxs ordadır. Həmin şəxsə əl uzadıb salam vermək istəmiş ki, soruşsun kimdi nə üçün gəlib, bu zaman həmin şəxs dərhal onun əlindən tutub, onu sürüməyə başlamışdır. Ona demişdir ki, “dayan, kimsən, niyə sürüyürsən, əlimi burax özüm gəlim”. Həm də düşünmüş ki, birdən bu şəxs qaz ya su idarəsindən gəlib, sonra görmüş ki, yox nəsə başqa məsələdi. Həmin şəxsə dəfələrlə onu sürüməməsini, özünün gedəcəyini demişdir. Bu zaman isə evdən çıxdığından ayaqyalın olmuş, fürsət tapıb çəprayı rəngli qadın şəpiti ayağına geyinmişdir. Elə həmin qadın şəpiti ilə də onu Sabirabad RPŞ-nə aparmışlar. Lakin gələn şəxslərin içərisində Mirfəridi görməmiş, çünki onu üzdən tanımamışdır. 4 ay sonrda MSY-nə aparılanda həmin şəpiti şöbədə görmüşdür. Şöbədə onu ikinci mərtəbəyə qaldırmışlar. Orada birinci otağa salmışlar. Həmin otaqda da iki nəfər mülki geyimli polis əməkdaşı olmuşdur. Onlardan biri dərhal söyüşlə danışmış, daha sonra isə vurmağa başlamışlar. Sonrada iki balaca büküm gətirib demişdir ki, qoy cibinə bununla da içəri gedəsən. Özü isə həmin polisə bunun mümkün olmayacağını demişdir. Bundan sonra onu yenə iki saat döymüşlər. Daha sonra birinci mərtəbəyə düşürmüşlər. Sonra əməliyyatçılar gəlib həmin iki bükümü cibindən götürüb, sol cibinə bir ədəd büküm qoymuşlar. Bütün hallarda iki saat döyülmüş, istər birinci, istərsə də ikinci dəfə bükümləri polislər cibinə qoymuş, özünün əl izi olmamışdır. Daha sonra müstəntiq isə axtarışda həmin bükümü cibindən çıxarmışdır. Ondan sonra onu aparmışlar o otağa, bu otağa, sonra iki hal şahidi gəlmiş, onlarında iştirakları ilə cibindən çıxarmışlar. İttiham aktında isə bəzi şeyləri səhv yazıblar, özü işsiz olmayıb, Bolt taksi şirkətindən sürücü işləyib. Özü tutulmamışdan qabaq isə əməliyyat olunmuşdur. Onun döyülməsi ilə bağlı 4 ay sonra ekspertizadan keçirilmiş, həmin vaxt isə heç bir xəsarəti qalmamışdır. Lakin döyüləndən bir aydan çox sağ qulağından çirk gəlmişdir. Əvvəl gündən polis əməkdaşlarına, prokurora və müstəntiqə demişdir ki, onu yükləyib göndəriblər. Onlar isə demişlər ki, “bizlik deyil, dərdini hakimə deyərsən”. 30 yanvar 2023-cü ildə evindən dörd nəfər polis əməkdaşı heç bir sənəd təqdim etmədən onu oğurlamışdır. Heç bir cinayətlə əlaqəsi yoxdur, narkotiki ilk dəfə şöbədə görmüşdür. Onu narkotiklə yükləyiblər, əslində dini inancına görə saxlanılmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, CAB-ın baş əməliyyat müvəkkili Şahid1 30 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və günün müxtəlif vaxtlarında satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında raportla məruzə edildikdən sonra əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Daha sonra keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs rayonun Zəngənə kəndində evləri istiqamətində yolda tərəflərindən saxlanılıb polis şöbəsinə gətirilmişdir. Dəvət edilmiş vəkilin, hal şahidlərinin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs özünün iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın cibindən 02 ədəd bükümlərdə psixotrop maddə metamfetamin və 1 ədəd “Samsung” markalı telefon aşkar edilmişdir. Telefonu İrzanın özü çıxarmış, metamfetamin isə axtarış zamanı aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Zəngənə kəndində tərəflərindən saxlanılıb polis şöbəsinə gətirilib, onu heç kim evindən sürüyüb çıxarmayıb, belə bir şey olmayıb, gətirilən zaman və polis şöbəsinin inzibati binasında olarkən ona qarşı polis əməkdaşları və ya başqa şəxslər tərəfindən təzyiq və təsir göstərilməmiş, üzərindən aşkar edilmiş 2 ədəd bükümlərdəki psixotrop maddə metamfetamin heç kim İrzanın üzərinə qoymamışdır. Təqsirləndirilən şəxs bu barədə dedikləri tamamilə yalan və böhtandır. Məhkəmə iclasında şahidlər Şahid4, Şahid5 Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, hadisə gününün tarixi yadında qalmayıb, özü polis şöbəsinin arxasında yaşayır. Evdən çıxmış uşağını məktəbdən götürmək məqsədilə gedərkən, polis əməkdaşları onu yoldan şöbəyə dəvət etmişlər. Həmin polis əməkdaşlarını isə tanımamışdır. Şöbədə otaqların birində stolun üstündə sellofan görmüş, nə olduğunu bilməmişdir. Ondan soruşmuşlar ki, gördün ya yox, özü isə demişdir ki, “gördüm”. Daha sonra çıxıb getmişdir. Həmin vaxt orda çox adam olmuş İrza yadında dəqiq qalmamışdır. Uşağına görə də şöbədən tez çıxıb getmişdir. Özü içəri girəndə isə adam çox olmuş, sellofanı da stolun üstündə görmüşdür. Həmin bir ədəd bükümün isə nə olduğu yadında deyil. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən (şahidin ifadələrinin elan edilməsi ... şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda mümkündür) Şahid7 cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid7 göstərmişdir ki, 30 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Sabirabad polis şöbəsinin qarşı ilə piyada gedərkən polis əməkdaşları ona yaxınlaşıb bir nəfər şəxsin üzərinə şəxsi axtarış aparılacağını bildirib onu hal şahidi qismində iştirak etməyini xahiş etmişlər. Həmin vaxt onunla bərabər bir nəfər şəxsdə hal şahidi qismində dəvət olunmuşdur. Həmin şəxsin rayon sakini X11 olmasını bilmişdir. Polis əməkdaşı polis şöbəsində onlara bildirmişdir ki, Sabirabad rayonu Zəngənə kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və satması barədə daxil olmuş əməliyyat məlumatının doğruluğunu yoxlamaq məqsədi ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sabirabad rayonu Zəngənə kəndində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun və digər şəxsin hal şahidi qismində iştirak edəcəklərini onlara izah etmişdir. Təqsirləndirilən şəxs izah edilmişdir ki, şəxsi axtarış aparılan zaman telefon vasitəsi ilə foto çəkiliş aparılacaqdır. Daha sonra dəvət edilmiş vəkilinin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs özünün iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 02 ədəd bükümlərdə ağ rəngli kristal şəkilli kütlə aşkar edilmiş və şalvarın sağ cibindən 1 ədəd “Samsung” markalı telefon aşkar edilmişdir. Aşkar edilmiş 2 ədəd bükümlərdəki kütlənin psixotrop maddə metamfetamin olması deyilmiş və elektron tərəzidə müstəntiq tərəfindən çəkildikdən sonra 1 ədəd kağız zərfə qablaşdırılıb, möhürlənmiş və müstəntiq tərəfindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş 1 ədəd Samsung markalı mobil telefon müstəntiq tərəfindən götürülmüşdür. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarışın keçirilməsi ilə əlaqədar olaraq protokol tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs dedikləri doğru deyil. Belə ki, Təqsirləndirilən şəxs polis şöbəsində üzərinə şəxsi axtarış aparılan zaman hal şahidi qismində iştirak etdiyi dəqiqliklə deyə bilər ki, polis əməkdaşları tərəfindən İrzanın üzərinə 2 ədəd bükümdə narkotik vasitə və ya psixotrop maddə qoyulmamışdır. Tam əksinə polis əməkdaşları İrzanın üzərinə şəxsi axtarış aparan zaman 2 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs polis şöbəsində olarkən və üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən təzyiq və təsir göstərilməsinin şahidi olmamışdır. İfadəsi elan olunduqdan və şəxsi axtarış zamanı çəkilmiş fotoşəkillər şahidə nümayiş etdirildikdən sonra Şahid7 ona qarşı heç bir təsir və təzyiqin edilmədiyini, ordakı şəxslərin hamısı mülki geyimdə olmuş İrzanın isə hansı olduğu yadında qalmadığını, digər hal şahidini isə xatırlamadığını, kiminsə cibindən büküm çıxarmaların görmədiyini, içəri girəndə bükümü stolun üstündə gördüyünü, latın qrafikası ilə oxuya bilmədiyini, orda kağıza qol çəkdiyini, müstəntiqə ifadə vermədiyini bildirdi. Məhkəmə istintaqı zamanı şahid X11 ifadəsində göstərmişdir ki, hadisə gününü hazırda xatırlamır, həmin gün polis şöbəsinin qarşısından keçərkən polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. Dəqiq yadında qalmayıb orada kimlər olub, şəxsi axtarışda Təqsirləndirilən şəxs cibindən büküm çıxarıb könüllü olaraq polislərə təhvil vermişdir. Demişdir ki, ona aiddir. Təqsirləndirilən şəxs rayon ərazisidə bir-iki dəfə görmüş, onu üzdən tanımışdır. Otağa girərkən isə stolun üstündə heçnə görməmişdir. Həmin vaxt telefon vasitəsilə də çəkiliş aparılmış, lakin fota və ya videoçəkiliş hansının aparıldığını bilməmişdir. Həmin vaxt şöbədə 15-30 dəqiqə qalıb çıxmışdır. İrza bükümün narkotik olduğunu və özünə məxsus olduğunu demişdir. Məhkəmə istintaqı zamanı şahid X9 ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü ildə evdə olmuşlar. Əri İrza saat 15:00 radələrində rayondan gəlmiş, yemək yemişlər. Daha sonra İrza namaz qılmışdır. Saat 15:00-16:00 arası görmüş ki, həyətdən çağırırlar. Gedib bu barədə İrzaya demiş ki, çıx bax. İrza çölə çıxmış o gedən getmişdir. Pəncərədən baxanda həyətdə polislərin olduğunu görmüşdür. Əri İrzanın polislər tərəfindən çağırıldığını görmüşdür, evdə həmin vaxt özündən başqa ərinin xalası qızı və uşaqları da olmuşdur. Həmin vaxt pəncərədən eşitmiş ki, ərini çağırırlar. Polis əməkdaşları qoluna girərək onu aparmışlar. Əri heç vaxt narkotik istifadə etməmiş, siqaret belə çəkməmişdir. İrza evdə çıxarkən əynin yataq dəstinin köynəyi, ev şalvarı, ayaqyalın olmuş, qadın şəpiti geyinərək çölə çıxmışdır. Məhkəmə istintaqı zamanı şahid X4 ifadəsində göstərmişdir ki, 30 yanvar 2023-cü ildə İrzagildə olmuşdur. Saat təxminən üçə qalmış İrza evdə namaz qılırmış. İrza birinci namazını qılmış, ikinciyə hazırlaşarkən, həyətdən çağırdıqlarını eşitmişdir. Həmin vaxt “İrza, İrza” deyə səslər eşitmişdir. Onlarda İrzaya onu çağırdıqlarını demişlər. İrza isə düşüb həyətə getmiş, bir daha geri qayıtmamışdır. Az sonra arxasınca həyətə çıxmışlar, görmüşlər ki, darvaza açıq qalıb, İrzanı götürüb aparıblar. İrza həmin vaxt bir saat olarmış ki, evə gəlibmiş. İrza çağırmaqların yoldaşı pəncərədən, özü isə dəhlizdən eşitmişdir. İrzanı maşınla aparmışlar, lakin özləri maşını görə bilməmişlər. İrza həmin vaxt ev paltarında olmuş, ayağında corab olmamış, ev şəpitində çıxmışdır. Həmin vaxt yoldaşı evdə olmuş, uşaqlar isə fikrincə məktəbdə olmuşdur. İrzanın narkotik istifadə etməsi barədə eşitməmişdir. İşdə olan, Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2023cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və günün müxtəlif vaxtlarında satması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 17) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi axtarışın keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Ələkbərov X6 rayon polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol yan cibindən 02 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, həmçinin şalvarın sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 24-33) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 18/109 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 5,164 qram, 5,602 qram, ümumi çəkisi 10,766 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi 10,766 qr, cəmi təhqiqata sərf edildi 0,1 qr, qalıq 10,666 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. (c İ, i.v 39-41) İşdə olan, xx.xx.2023-cü il tarixli Sabirabad Rayon Məhkəməsinin 4(056)-06/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 67-68) İşdə olan, 31 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə götürülmüş qalıq çəkisi 10,666 qram olan narkotik psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-də olan maddi sübutların saxlanılması otağına verilmişdir. (c İ, i.v 69) İşdə olan, xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı, “SM-A600FN/DS” modelli göy rəngli mobil telefona baxış keçirilmiş, lakin iş üzrə hər hansı bir əhəmiyyət kəsb edən məlumata rast gəlinməmişdir. (c İ, i.v 97) İşdə olan, DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 134) İşdə olan, xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə müstəntiq Mirzahid Abbasovdan 1 ədəd böyük kalonka, 1 ədəd kiçik kalonka mikrofonu ilə birlikdə, 1 ədəd kiçik əl kalonkası və 1 ədəd mikrafonu təhvil almışdır. (c İ, i.v 135) İşdə olan, Sabirabad RİHB-nın Cavad kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Ələkbərov X1 yaşayır, ailə tərkibi arvadı, xx.xx.2006-cı il təvəllüdlü və xx.xx.2011-ci il təvəllüdlü uşaqlarından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 137-138) İşdə olan, xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyini yəni narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirilsədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Əlavə olaraq keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməklə həmin narkotik vasitələrin satışı ilə məşgul olması barədə RPŞ-yə dəfələrlə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd sellofan kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 5.614 qram, 5.602 qram olmaqla ümumi təmiz çəkisi 10.766 qram olan psixotrop maddə metamfetamini satış məqsədi ilə saxlamışdır. (c İ, i.v 144) İşdə olan, 05 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən daxil olmuş bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan 050 575 96 05 saylı mobil telefon nömrəsindən daxil olan və çıxan zəng və smslərin müqayisəli təhlili olunmuş, narkotik vasitələrin alış və satışı barəsində hər hansı sms mətni aşkar edilməmişdir. (c İ, i.v 146-148) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 01 fevral 2023-cü il tarixli, 545 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 165-166) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 6/765 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdə olan üzərində “Kalium permanqanat” göstəricisi olan bir ədəd şüşə qabda təmiz çəkisi, 2,072 qram olan tünd bənövşəyi rəngli maddə kalium permanqanatdır. Kalium permanqanat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına, lisenziyası (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları”na daxildir. Digər bir ədəd bükümdə təmiz çəkisi 9,811 qram olan sarı rəngli maddənin və üzərində “Lozaphram” göstəricisi olan bir ədəd konvalyutda 6 ədəd ağ rəngli həbin tərkibində narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilmədi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c İ, i.v 167-171) İşdə olan, məhkəmə-linqvistik və dinşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/183 №-li rəyindən görünür ki, təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında aşkarlanmamışdır. Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar mövcud deyildir. Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materiallarında kütləvi iğtişaşların təşkil edilməsinə və belə iğtişaşlarda iştirak etməyə, həmçinin açıq şəkildə terrorçuluğa, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan çağırışlar, eləcə də belə əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etməyə dair məlumatlar əks olunmamışdır. Təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunləri və dini məzmunlu məlumat materiallarında aşkar surətdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərə yol verilməmişdir. Dinşünaslıq ekspertizasına təqdim edilmiş X18 Xameneinin “Şəri suallara cavablar” (İ və İİ cildlər) kitabının ölkə ərazisinə idxalı Dini qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabirabad Rayon Polis Şöbəsindən ********* saylı cinayət işi üzrə, məhkəmə linqvistikdinşünaslıq ekspertizası təyin edilməsi haqqında 06 fevral 2023-cü il tarixli Qərara əsasən dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı məlumat materiallarında ekspert qarşısında qoyulmuş suallara əsasən, dini etiqadı ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya insanpərvərlik prinsiplərinə zidd olan cərayanın və ya dini cərayanın yayılması və təbliği halları əks olunmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. (c İ, i.v 173-187) İşdə olan, 26 may 2023-cü il tarixli Sabirabad rayon prokurorluğunun böyük müstəntiqi Araz Mahmudov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi faktına münasibətdə Azərbaycan Respublikası CM-nin 290, 292.1, 293-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsi, yəni cinayət hadisəsinin olması sübut olunmadığından toplanmış 89C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (c İ, i.v 242-246) İşdə olan, məhkəmə-dinşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/971 №-li rəyindən görünür ki, Məhkəmə-dinşünaslıq ekspertizasına təqdim edilmiş dini təyinatlı ədəbiyyat nümunələri və dini məzmunlu məlumat materialları dini ekstremist materiallar deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. (c İ, i.v 261-270) İşdə olan, 16 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 167-2.1 və 167-3.1-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən 1 ədəd şüşə qabda üzərində “Kalium Permanqanat” sözləri yazılmış kütlə, 1 ədəd listdə üzərində “lozapharm” sözləri yazılmış 6 ədəd dərman həbləri və 1 ədəd sellofan paketdə qəhvəyi rəngli tozşəkilli kütlənin aşkar olunması xüsusatı üzrə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, hazırki cinayət işi materiallarından külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə bu cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi qərara alınmışdır. (c İ, i.v 287-301) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində heç bir psixotrop maddə metamfetamin, qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə onun üzərinə pisxotrop maddə metamfetamin qoyularaq ona qarşı fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyini bildirmişdir. Bu hissədə təqsirləndirilən şəxsin irəli sürdüyü arqumentə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqlərinə, təhdidlərinə və pis rəftarına məruz qaldığını, üzərinə psixotrop maddə qoyulduğunu və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxsin iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Sabirabad Rayon Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq 26 may 2023-cü il tarixli qərarla (cild İ, i.v 242-246) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. X16 Məhkəməsi «X3rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş sübutları CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı İrza Ələkbvərovun saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaqla üzərinə psixotrop maddə qoyulması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdiyi ifadələrində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş psixotrop maddənin ona aidiyyətinin olmaması, həmin predmetin üzərinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 30 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan fotoşəkillər və maddi sübut, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 30 yanvar 2023cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkil Səxavət Məmmədli Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə dair 30 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynində olan şalvarının sol yan cibindən 2 ədəd sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 10,766 qram psixotrop maddə metamfetamin aşkar edilərək qablaşdırılmış və götürülmüşdür. Məhkəmə qeyd edir ki, həmin fotoşəkillərdə Təqsirləndirilən şəxs üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokola ona qarşı hər-hansı qanunsuzluq edilməsinə dair qeyd edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında 04 mart 2011-ci il tarixli qərarının 28-ci bəndinə əsasən Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı həyata keçirilmiş, şəxsi axtarışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və Şahid5 ifadələri ilə Təqsirləndirilən şəxs 30 yanvar 2023-cü il tarixdə saat 15 radələrində Sabirabad rayonu Zəngənə kəndində saxlanılaraq Sabirabad RPŞ-nə gətirilməsi, şöbənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarının sol yan cibindən 2 ədəd sellofan kəsiyi bükümündə ümumi təmiz çəkisi 10,766 qram olan külli miqdarda eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı öz təsdiqini tapır. Məhkəmə eyni zamanda Şahid7 məhkəmə istintaqı zamanı ifadəsində göstərilən xüsusatlar, yəni xidməti otağa daxil olarkən stolun üzərində sellofan görməsi, Təqsirləndirilən şəxs üzərindən büküm çıxarılmasını görməməsi barədə bildirdikləri şəxsi axtarış protokolu və ona əlavə edilmiş fotoşəkillərlə və yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan məhkəmə həmin ifadələri sübut kimi qəbul etmir. Belə ki, həmin fotoşəkillərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən 2 ədəd sellofan kəsiyi bükümündə psixotrop maddə metamfetaminin aşkar edilərək, oradakı stolun üzərinə qoyulması anı ardıcıllıqla əks olunmuş, fotoşəkillərdə Təqsirləndirilən şəxs sağ tərəfindən iki hal şahidi, sol tərəfində isə müdafiəçisi olmaqla, psixotrop maddənin onun cibindən çıxarılması anını dəqiqliklə görmələri müəyyən edilmişdir. Bundan başqa Şahid7 ibtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsində Təqsirləndirilən şəxs özünün iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 02 ədəd bükümlərdə ağ rəngli kristal şəkilli kütlə aşkar edilməsini bildirmişdir. Artıq bu hallar Şahid7 məhkəmə baxışı dövründə verdiyi ifadənin həqiqəti əks etdirmədiyi, cinayət hadisəsini öz mülahizəsi baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Ona görə də, məhkəmə Şahid7 cinayət işinin ibtidai araşdırma mərhələsində şahid qismində verdiyi ifadəsini əsaslı və işin faktiki hallarına uyğun ifadə kimi qəbul edərək məhz həmin ifadəni sübut kimi qəbul edilməsini məqsədə uyğun sayır. Bundan başqa məhkəmə şahidlər Şəfa Ələkbərova və Zülfiyyə Qasımovanın məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar ilə tam təkzib olunduğundan, eləcədə şahidlər Şəfa Ələkbərovanın təqsirləndirilən şəxsin yaxın qohumu (arvadı), şahid Zülfiyyə Qasımovanın isə qohumu (xalası qızı) olmasını, həmin şəxslərin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdikləri ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə tərkibi eyni zamanda hesab edir ki, təqsirləndirilən şəxsə istinad edilən əməlin tövsifi ilə bağlı ibtidai istintaq orqanının gəldiyi nəticənin düzgün qiymətləndirilməsi üçün işin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının ona elan olunmuş ittihamın dispozitiv əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsi ilə bağlı ardıcıl və məntiqi təhlil aparılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət obyektiv və subyektiv cəhətlərdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma ilə törədilmədə ifadə olunur. Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə tərkibi aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda – iki ədəd bükümdə ümumi təmiz çəkisi 10,766 qram olan psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma ittihamı irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin psixotrop maddəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edibetməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini kiməsə satması, ümumiyyətlə onun həmin maddənin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında o, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 17) və lakin ibtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddə metamfetaminin çəkisinin külli miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair materialların məhkəmə ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən külli miqdarda psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə külli miqdarda psixotrop maddəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotrop maddənin satışı ilə məşğul olması, psixotrop maddənin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, psixotrop maddəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Mübahisəsiz olaraq müəyyən edilir ki, psixostimulyatorların qəbulundan yaranan asılılıq sindromu olan təqsirləndirilən şəxs şəxsi istifadə üçün iki büküm psixotrop maddə əldə etmişdir. Belə əməl isə həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 11-ci bəndində ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız sonuncudan aşkar olunmuş iki ədəd bükümdə pisxotrop maddə metamfetaminin külli miqdarda olmaqla və şəxsi istehlak miqdarından çox olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri Şahid3 – iş v.122-124; Şahid4– iş v. 125-127; Şahid5 – iş v.128-130;), nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu (xx.xx.2023-cü il tarixli məktub – iş v. 144) ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı beş aydan artıq müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 16 iyul 2023-cü il tarixli qərarı ilə 31 yanvar 2023-cü ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş metamfetaminin iki ədəd bükümdə qablaşdırılmaqla ümumi kütləsinin külli miqdar – 10,766 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal psixotrop maddələr qəbul edən və psixostimulyatorların qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunan Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın psixotrop maddəni satmaq niyyətində olması müəyyən edilərkən psixotrop maddənin miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 30 yanvar 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd bükümdə psixotrop maddə metamfetamin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, psixotrop maddənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Qeyd olunanları, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddədən mütəmadi istifadə etməklə narkomaniya xəstəliyinə düçar olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin başqa psixotrop maddə “ehtiyatı” olmadığı halda iki ədəd bükümdə olan 10,766 qram metamfetamini əldə edib, üzərində saxlayıb daşımaqda məqsədinin məhz “satış” olması kifayyət qədər ağlabatan və inandırıcı deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı işin faktiki hallarını ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin psixostimulyatorların qəbulu nəticəsində narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin psixotrop maddənin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə psixotrop maddə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar CM-nin 234.1-1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş psixotrop maddənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 30 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,666 qram psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 564,74 (beş yüz altmış dörd manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 30 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sabirabad Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,666 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-564,74 (beş yüz altmış dörd manat, yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-114/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-114/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver