Məhkəmə qərarları › İş №1(099)-115/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-115/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-115/2022 10.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi, Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun Vəkili X1 iştirakları ilə xx xxxx 1977-ci ildə Sabirabad rayonu, Qəzli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 11 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin mart ayının sonlarında yaşadığı Sabirabad rayonu Qəzli kəndində evin həyətyanı bağ sahəsində qanunsuz olaraq əkməklə onlara aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, satış məqsədi ilə həmin bitkilərin hissələrini toplayıb qanunsuz olaraq 5150,0 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, daşıyaraq yaşadığı evin otağında döşəmənin üzərində qanunsuz saxlamış, 09 avqust 2021-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə və həyətindəki tikililərə baxış keçirilən zaman, həyətyanı sahəsindəki bağçada 11 ədəd əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və yaşadığı evin otağındakı döşəmənin üzərindən 5150,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının 8də axşam saat 5 radələrində Sabirabad rayonu Qəzli kəndində öz evində olarkən polis əməkdaşları evinə gəlib onu şöbəyə aparmışlar. Orada öz xətti ilə evinə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə yazmışdır. Eivnin həyətində olan bağçaya baxış keçirilmiş və polis əməkdaşlarına 11 ədəd yaş vəziyyətdə özünün istifadəsi üçün əkib becərdiyi çətənə bitkilərini təqdim etmişdir. Evin otağında döşəmədə aşkar olunan marixuana əkib becərdiyi çətənə bitkilərinin yaş yarpaqlarından olmuşdur. Heç kimə narkotik satmamış, heç vaxt narkotiklərin satışı ilə məşğul olmamışdır. Buna görə də satışla bağlı özünü təqsirli bilmir. Evdə tək yaşamış, evində aşkar olunan qurudulmuş marixuana ona məxsus deyil. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçinin iştirakı ilə verdiyi şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri elan olunmuşdur. Belə ki, o, həmin ifadələrində göstərmişdir ki, özünü təqsirli bilir, əkib becərdiyi və evinin bağçasında aşkar olunan 11 ədəd çətənə bitkisini polis əməkdaşlarına özü təqdim etmişdir. Bunda sonra yaşadığı evinə də baxış keçirilmiş və evdə yerə sərib qurutduğu çətənə bitkilərinin hissələri aşkar edilmişdir. Bununla bağla protokol tərtib olunmuş və fotoşəkillər çəkilmişdir. Evdə tək yaşayır, evində qurudulmuş marixuana saxlaması barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 09 avqust 2021-ci il tarixdə Sabirabad rayonu Qəzli kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik vasitə saxlaması və eləcə də narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumata əsaında Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Qəzli kəndindəki evinə baxış keçirimşlər. O, həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin, aqronom mütəxəssisin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman, həyətdəki bağçada 11 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Bundan əlavə baxış zamanı isə Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında yerdə qəzetin üzərinə yığılmış narkotik vasitənin qurumuş yarpaqları aşkar edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini özü istifadəsi üçün əkdiyini, evin yataq otağında yerdə qəzetin üzərinə yığıb saxladığı narkotik vasitənin isə əkdiyi ağacın hissələri olmasını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nın əməkdaşları Şahid2 və Şahid1 ifadələrində Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad rayon Qruzma kənd icra nümayəndəsi Şahid4 Absənəd oğlu ifadəsində göstərmişdir ki, 9 avqus 2021-ci il tarixdə saat 17 radələrində Sabirabad rayonu Qəzli kənd sakini Akif İskəndərovun həyatyanı sahəsinə və evinə keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. Ev sahidi Təqsirləndirilən şəxs da baxışda iştirak etmişdir. Baxış zaman evin bağçasından 11 ədəd çətənə bitkiləri aşkar olunmuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş, yataq otağında yerdə qəzetin üzərinə yığılmış qurudulmuş marixuanaya bənzər yarpaqlar aşkar edilmişdir.Akif İskəndərov bildirmişdir ki, həmin naroktiki öz istifadəsi üçün evində saxlamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Arzuman oğlu Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 avqust 2021-ci il tarixli, 18/857 nömrəli ekspert rəyindən görünür ki:- Tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “Təqsirləndirilən şəxs yaşadığı...” sözləri və imzalar olan 1 ədəd sintetik torbada təmiz çəkisi-5150,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində: “Təqsirləndirilən şəxs həyətyanı...” sözləri və imzalar olan 1 ədəd sintetik torba bağlamada 3 ədəd(ümumi təmiz çəkisi-10500,0qram), 1 ədəd sintetik torba bağlamada 6 ədəd(ümumi təmiz çəkisi-6800,0qram) və 1 ədəd sintetik torba bağlamada 2 ədəd(ümumi təmiz çəkisi- 6200,0qram) olmaqla, 3 ədəd sintetik torba bağlamada cəmi 11 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi -23500,0qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə(kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürüldüyü qeyd edilən çətənə bitkiləri ilə yaşadığı evdən götürüldüyü qeyd edilən marixuana eyni tərkiblidir. Məhkəmədə tədqiq olunmuş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 noyabr 2021-ci il tarixli, 4305 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs «Kannabioidlərin qəbulu nəticəsində yaranana asılılıq sindiromu» (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 09 avqust 2021-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Sabirabad rayonu Qəzli kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman həyətyanı sahədəki bağçadan 11 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 23500,0 qram əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və yaşadığı evin otağındakı döşəmənin üzərindən 5150,0 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 11 avqust 2021-ci il tarixli qərarla 11 ədəd yaş vəziyyətdə ekspert tədqiqatından sonra qalıq qalmış 23499,78 qram narkotik maddələr olan çətənə bitiksi və ekspert tədqiqatından sonra qalıq qalmış 5149,98 qram kustar üsulla haırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞnın maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkumluq haqqırnda tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs evindəki otağın döşəməsində aşkar olununan külli miqdarda marixuananın qurudulmuş deyil yaş vəziyyətdə olması və həmin hissələrin əkib becərdiyi çətənə bitkilərindən yarpaqlarından toplaması barədə ifadəsində göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun gəlmir və obyektiv həqiqəti əks etdirmir. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı evin otağında aşkar olunan marixuananın qurudulmuş vəziyyətdə olması məhkəmə-bioloji ekspertizasının rəyi ilə təsdiq olunur. Məhkəmə onun ifadələrində qeyd etdiyi bu xüsusatla bağlı hissəni yalan, cinayət məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yayınmaq məqsədi ilə vermiş olduğu ifadələr kimi qiymətləndirir. Belə ki, əməliyyat tapşırığının cavabından, şahidlərin ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin baxçasında əkib becərdiyi 11 ədəd yaş vəziyyətdə narkotik təbiətli çətənə bitikilərini və evində aşkar olunmuş külli miqdarda qurudulmuş marixuananı qanunsuz saxlmaqda məqsədi məhz satış olmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışında elan olunmuş ibtidai istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələrini, şahidlərin ifadələrini, habelə məhkəmədə tədqiq edilən və cinayət işində olan digər sübutları təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perkusorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən “narkotki vasitələrin və psixotrop maddələrin qanunsuz satılması –miqdarındanq asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericildiyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotki vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir”. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olnunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotki vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən Təqsirləndirilən şəxs həyatyanı sahəsindən aqrotexniki qaydada əkib becərdiyi narkotki təbiətli çətənə bitikilərinin və evindən külli miqdarda qurudulmuş marixuananın aşkar olunması, ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs yalnız kannabioidlərin qəbul etməsi və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də satşı məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edilməsi, saxlanması və daşınması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə düzgün ittiham verilmişdir. “Cinayət törətməsinə şübhəli olan şəxsin tutulması haqqında” 9 avqust 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 avqust 2021-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin tarixdə barəsində Sabirabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşıdran halları müəyyən etmədi. Törətdiyi əmələ görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 9 avqust 2021ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda Sabirabad RPŞ-də saxlanılan 11 ədəd narkotik təbiətli çətənə bitkiləri (5149,98 qr.) və 23499, 78 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 9 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Asif İskəndərov barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və hazırda Sabirabad RPŞ-nin maddi sübutların saxlama otağında saxlanılan 11 ədəd narkotik təbiətli çətənə bitkiləri (5149,98 qr.) və 23499, 78 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar