Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-115/2024 06.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X13, Zərərçəkmiş şəxs və müdafiəçi- Bakı şəhəri, 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 20 avqust 1990-cı il tarixdə Kürdəmir rayonu Ərəbqubalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, əvvələr məhkum olunmamış, Kürdəmir rayonu Çöl-Qubalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs aralarında olan ədavətə görə 14 fevral 2019-cu ildə onun evinə daxil olaraq bud nahiyyəsindən üç bıçaq xəsarəti yetirdiyindən sonra düşmənçilikləri daha da gərginləşdiyindən, o cümlədən Zərərçəkmiş şəxs onu mütəmadi olaraq kənd ərazisində təhqir etməsindən bezib sonuncunu cəzalandırmaq üçün xəsarət yetirmək məqsədilə 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı, Kürdəmir rayonu Çöl-Qubalı kəndində yerləşən fərdi yaşayış evinin həyətinə gələrək evin arxa hissəsində gözləmiş, Zərərçəkmiş şəxs öz həyətinə gəldikdə əvvəlcədən hazırlayıb üzərində gəzdirdiyi məişət təyinatlı qayçı hissəsi ilə döş qəfəsinin ön və arxa səthindən qəsdən iki dəfə zərbə vurmaqla ona döş qəfəsinin sol yarısından Vİ-Vİİ qabırğalararası səviyyədən döş boşluğuna keçərək ağciyərin aşağı payını və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara və sağ kürək nahiyəsindən döş boşluğuna keçərək ağciyəri zədələyən deşilmiş-kəsilmiş yara ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə aralarında bir neçə ildir davam edən münaqişə zəminində Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən, yəni CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi, həm də uzaq qohumudur. Zərərçəkmiş şəxsla 2019-cu ildən bəri ədavət və düşmənçiliyi vardır. Belə ki, 2019-cu ilin əvvəllərində Zərərçəkmiş şəxs və ailəsi onu şərləyərək guya Sahilin əmisi oğlu X4 arvadı X2 eşq məktubu yazmasını iddia etmişlər. Bu əsassız sözsöhbətlər kənddə yayılmağa başlamışdır. xx.xx.2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs bir neçə qohumu ilə birgə onun evinə daxil olaraq anasının gözü qarşısında ona bıçaq xəsarətləri yetirmişdir. Bununla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma aparılaraq iş Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə o, bu ədavətin qarşısını almaq məqsədilə Zərərçəkmiş şəxs şikayətçi olmamış, nəticədə Sahilə həbslə bağlı olmayan cəza verilmişdır. Bundan sonra 2019-cu ilin sentyabr ayında Lamiyənin əri Elşən Həsənov onu avtomobilin təkər açarı ilə döyərək çoxsaylı xəsarətlər yetirmiş, bununla bağlı sonuncuya cinayət işi açılmış və Kürdəmir rayon məhkəməsində işə baxılmış, o, bu dəfə də şikayətçi olmamış, buna görə də Elşən şərti məhkum edilərək azadlıqda qalmışdır. Lakin buna baxmayaraq Zərərçəkmiş şəxs və qohumları onunla ədavətini davam etdirərək hər dəfə onu kənddə gördükləri vaxt söyüb təhqir etmişlər, onu təhdid edirmişlər, rahat yaşamağa imkan vermirmişlər. 2023-cü ilin mart ayında həmkəndlisi Qurban Nəsirovun oğlunun ölümünün 3-cü günü ilə əlaqədar keçirilən yas mərasimində iştirak etmişdir. Həmin vaxt Sahilin əmisi oğlu Şahid6 onu görüb camaatın arasında nalayiq ifadələrlə təhqir etmişdir. O da orada münaqişə yaratmamaq üçün dərhal yas mərasimini tərk etmişdir. Şahid6 bu hərəkəti ona çox pis təsir etmişdir. Həmin gündən o, onları cəzalandırmaq qərarına gəlmiş, bütün bunları təşkil edən və qohumlarını ona qarşı belə hərəkətlərə təşviq edən Zərərçəkmiş şəxs olmasını bilirmiş. Bu səbəbdən Zərərçəkmiş şəxs cəzalandırmaq, Sahilin ona etdiyini, yəni 2019-cu ildə evinə girib onu bıçaqladığı kimi o da həmin hərəkəti Sahilə qarşı etmək qərarına gəlmişdir. Düşünürmüş ki, Sahilə xəsarət yetirəndən sonra Sahil və qohumları ondan əl çəkərlər. Bu məqsədlə 18 aprel 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman qayçının bir-birinə çarpaz olan iki hissəsindən birini ayırıb tutacaq hissəsini qara rəngli yapışqan lentlə bağlamış və cibinə qoymuşdur. Həmin gün saat 22 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin bağ sahəsinə girib həyətə doğru gəlmiş və fərdi yaşayış evinin kənarında gözləməyə başlamışdır. Həmin vaxt Sahil həyətin darvazasından içəri girmiş, həmin vaxt həyətdə Sahilin arvadı və uşaqları olduğu üçün Sahilə yaxınlaşmamışdır. Sahil arvadına plastik torbada nəsə verib həyətdən çıxıb getmişdir. O, Sahilin yenidən qayıtmasını gözləməyə başlamışdır. Təxminən yarım saat sonra Sahil özünə məxsus “QAZEL” markalı maşını ilə darvazadan öz həyətinə daxil olmuş, Sahil maşınından düşən kimi evin kənarından çıxıb əlində qayçı ilə ona doğru qaçmağa başlamış, Sahil onu və əlindəki qayçını görüb diksinmiş və əllərini havaya qaldırıb özünü müdafiə etmək istəmişdir. O, əlindəki qayçı ilə Sahilin bud nahiyəsinə vurmaq istəmişdir. Sahil həmin vaxtı qəfil əyildiyindən qayçı onun döş qəfəsinin sol hissəsinə dəymiş, ikinci dəfə Sahili vurmaq istəyəndə bıçaq onun sağ kürək nahiyəsinə dəymişdir. Bu iki zərbədən sonra o, Sahilə daha heç bir xəsarət yetirməmiş, Sahilin getməsinə imkan vermiş, sonuncu bağa doğru istiqatlənmiş, o, da Sahilə yetirdiyi xəsarətlərin ağır olduğu düşünüb onun arxasınca getmişdir ki, Sahil yıxılıb qalsa kömək etsin. Sahilin bağ sahəsindən keçib qonşusu Teymurun həyətinə girdiyini görmüş, Teymur da həyətə çıxaraq Sahilə yaxınlaşdığını gördükdə artıq başa düşmüş ki, Sahilə yardım göstəriləcək, buna görə də gəldiyi yolla qayıdıb Zərərçəkmiş şəxs həyətindən çıxıb öz evinin həyətinə getmişdir. Evdəkilərlə sağollaşandan sonra rayon polis şöbəsinə gedib təslim olmaq istəmişdir. Polislərin onu axtardığını bildiyi üçün bir müddət həyətinin çəpərinin yanında gözləmişdir. Polis əməkdaşları evinə gəlib-getdikdən sonra evinə girib evdəkilərə baş verənlər barədə danışmışdır. Evdə yuyunub əynini dəyişdikdən sonra rayon polis şöbəsinə könüllü gəlib təslim olmuşdur. Zərərçəkmiş şəxs və qohumlarının ona qarşı düşmənçiliyi və ədavəti onu bezdirmişdir. Sahil və qohumları onu harda görsələr nalayiq ifadələrlə söyüb təhqir etmişlər. Sahil ona bıçaqla xəsarət yetirmiş, nnların belə hərəkətləri səbəbindən kənddə adam arasına çıxa bilməmişdir. Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gəlmişdir. Sahil Nəsirovu öldürmək niyyəti olmamışdır. Öldürmək niyyət olsaydı özü ilə qayçının tiyəsini yox, böçük iti bıçaq götürərdi, həmçinin Sahilə dayanmadan xəsarətlər yetirərək öldürərdi, Sahilə xəsarət yetirəndən sonra sonuncu ona müqavimət göstərmək iqtidarında olmamış, öldürmək istəsəydi zərbələri ardı ardı ilə davam edərək Sahili həyatdan məhrum edərdi, o, isə əksinə qayçı ilə xəsarət yetirəndən sonra kifayətlənmiş, Sahilə çıxıb getməsinə imkan yaratmış, sonuncunu bir qədər müşayiət etmiş ki, yıxılsa köməksiz qalsa köməklik etsin, Sahilin Teymurun yanına getdiyini görərək ona köməklik göstəriləcəyindən əmin olub hadisə yerindən çıxıb getmişdir. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmədən onun əməlinin düzgün tövsif edilməsini və yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi, həmçinin uzaq qohumudur. Təqsirləndirilən şəxsla ailəsinin münasibətləri əvvəllər çox yaxşı olmuşdur. 2019-cu ilin əvvəllərində Ramizin qohumu Elşənin arvadı Lamiyə Həsənovaya gizli eşq məktubu yazması və həmin məktubun aşkar olunması, Ramizin onların həyətində tutulması səbəbindən münasibətləri pisləşmişdir. Bundan sonra Elşən arvadı Lamiyəni boşamışdır. 14 fevral 2019-cu il tarixdə gecə saat 2 radələrində o, bu məsələni aydınlaşdırmaq, hansı səbəbə Lamiyəyə məktub yazmasını soruşmaq üçün Ramizin evinə getmişdir. Həmin vaxt evdə Ramizlə aralarında yaranmış mübahisə zamanı Ramizin bud nahiyəsindən 3 bıçaq zərbəsi vurmuşdur. Buna görə 6 ay müddətə islah işləri cəzasına məhkum olunmuşdur. Ramizin belə hərəkətlərindən sonra kənddə hamının Ramizlə münasibəti pisləşmişdir. 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində evə ərzaq almaq üçün özünə məxsus “QAZEL” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı maşını ilə evdən çıxmış, marketdən qayıtdıqdan sonra maşını həyətə salıb darvazanı bağlamışdır. Evə girmək istədikdə bağ tərəfdən evin arxasından Təqsirləndirilən şəxs qəfildən çıxaraq üstünə cummuşdur. Ramiz ona yaxınlaşan kimi əlindəki bıçaqla bir zərbə sinə, bir zərbə kürək nahiyəsindən vurmuşdur. O, bağ sahəsinə doğru qaçmışdır. Ramiz də arxasınca gəlmiş, lakin ona daha heç bir xəsarət yetirməmişdir. O, bağ sahəsindən keçib qonşusu Teymurun həyətinə getmiş və Teymuru səsləmişdir. Teymur evin qarşısına çıxmışdır. Teymur öz telefonu ilə qardaşıgilə xəbər vermişdir. O, Teymurun evinə gedəndən sonra Ramizi görməmiş, Ramizin artıq çıxıb getdiyini fikirləşmişdir. Bundan sonra o, Teymura “gəl evimin darvazasını aç, mən atamgilin evinə gedirəm” sözlərini demişdir. Teymurun oğlu gəlib onun evinin darvazasını açmışdır. O, maşınına minib atasıgilə getmişdir. Yolda qonşuluğunda yaşayan Sərxanı evlərinin qarşısında görmüşdür. Sərxana Ramizin onu bıçaqladığını deyərək onu xəstəxanaya çatdırmasını bildirmişdir. Bundan sonra o, öz maşınından düşüb Sərxanın avtomobilinə minmişdir. X18 zəng edib məlumat vermişdir. Yolda atası və qardaşı onları görmüş və onlar da arxalarında gəlmişlər. X24 Yardım avtomobili ilə rastlaşmışlar və o, Təcili Yardım avtomobili ilə xəstəxanaya çatdırılmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 3 ildir onun qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxs və Sahil Hüseynovun ailəsinin münasibətləri əvvəllər yaxşı olsa da, təxminən 4 il əvvəl Ramiz Sahilin əmisinin gəlininə sataşması barədə kənddə söz-söhbətlər gəzməyə başlamışdır. Bu səbəbdən Sahil həmin dövrdə Ramizlə arasında yaranan mübahisə zamanı Ramizə bıçaqla xəsarət yetirmişdir. Bu söz-söhbətlərdən sonra X11 ailəsinin və qohumlarının münasibətləri pisləşmişdir. 18 aprel 2023-cü il tarixdə saat 23 radələrində o, evində yatmağa hazırlaşdığı vaxt həyətində Sahilin onu çağırmasını eşitmişdir. Dərhal həyətə düşdükdə təxminən 15- 20 metr aralıda Sahili görüb yaxınlaşmış, Sahil yaralı vəziyyətdə bədənindən qan axdığını görmüşdür. Sahil ona dərhal atasına zəng etməsini demişdir. O da Sahilin qardaşı Elnura zəng edib Sahilin yaralı olduğunu, tez özünü çatdırmasını demişdir. Bundan sonra Sahil ona “gəl evimin darvazasını aç, çıxıb gedirəm” sözlərini demişdir. Bundan sonra Sahil oğlu Raillə birlikdə həyətlərinə getmişlər. O da Sahil və oğlunun arxasınca getmişdir. Sahilin arvadı Gülşən də həmin vaxt həyətdə olmuşdur. Sahil özünə məxsus “QAZEL” markalı avtomobilə əyləşmişdir. Onlar Sahilə avtomobili özləri idarə etməyi desələr də, Sahil razı olmamış, həyətdən çıxıb getmiş, o, da xəstəxanaya getmişdir. Xəstəxanada Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə saat 23 radələrində Sahilin həyətinə gələrək onu bıçaqladığını eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. 18 aprel 2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evin həyətində olarkən küçədən Zərərçəkmiş şəxs onu səslədiyini eşidib küçəyə çıxmışdır. Sahil özünə məxsus “QAZEL” markalı avtomobildə yaralı və qanlı vəziyyətdə olduğunu görmüşdür. Sahil Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını, onun avtomobilini küçədə görüb dayandığını demiş və dərhal xəstəxanaya çatdırılmasını istəmişdir. O da Sahili özümə məxsus avtomobilə mindirib onu xəstəxanaya doğru aparmışdır. Sahilin atasıgilin evlərinin qarşısında avtomobilini saxlayıb onlara məlumat vermişdir. Sahil orada atasına “Ramiz məni bıçaqlayıb, mən tez həkimə çatdırın” sözlərini demişdir. Sahilin atası Adil oğlu Elnurun avtomobilinə minib onların arxasınca gəlmişlər. O, yolda Təcili yardıma zəng edib məlumat vermişdir. X24 Yardım avtomobili ilə rastlaşmışlar və X19 avtomobili əyləşdirmiş, Sahil xəstəxanaya çatdırılaraq orada əməliyyat olunmuşdur. Xəstəxanada Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə saat 23 radələrində Sahilin həyətinə gələrək onu bıçaqladığını öyrənmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi, həmçinin qohumudur. 18 aprel 2023-cü il tarixdə saat 23 radələrində həmkəndlim Şahid3 ona zəng edərək “tez çıx yola” sözlərini demiş, o da yuxudan oyanıb tez yola çıxmış, Sərxan özünə məxsus VAZ-2107 markalı avtomobillə gəlib həyət qapısının qarşısında saxlamışdır. Maşında Sahilin yaralı vəziyyətdə olduğunu görmüşdür. Sahil orada ona demişdir ki, “Ramiz məni bıçaqlayıb, mən tez həkimə çatdırın”. O, Sərxanın avtomobilinə minib getmək istəyəndə oğlu Elnurun da öz avtomobili ilə gəldiyini görmüşdür. Elnurun avtomobilinə minib Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına getmişlər. Yolda oğlu X22 Yardım maşınına mindirib onunla birlikdə xəstəxanaya getmişdir. Göstərilən təcili yardımlar sayəsində oğlumun həyatını xilas etmək mümkün oldu. Hadisədən sonra oğlu Sahildən öyrənmişdir ki, 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs oğlu Sahilin həyətinə gələrək onun gəlməsini gözləmiş, Sahil həyətə gəldiyi vaxt üstünə hücum çəkərək oğlunu bıçaqlamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid6 oxşar məzmunlu ifadə verərək Şahid5 oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində çağrılmış Şahid7 Azərbaycan Respubikası Konstitusiyasının 66-cı və CPM-nin 20-ci maddələrinə əsasən əri olan Təqsirləndirilən şəxs qarşı məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Məhkəmə Şahid7 istintaq vaxtı verdiy ifadəsini elan edir. Həmin ifadədə o, göstərmişdir, ki, Zərərçəkmiş şəxs və ailəsi ilə münasibətləri çox yaxşı olmuşdur. Aralarında əvvəllər heç bir düşmənçilik olmamışdır. Lakin 2019-cu ilin əvvəllərində Zərərçəkmiş şəxs və ailəsi əri Ramizi şərləyərək guya Sahilin əmisi oğlu Elşən Həsənovun arvadı Lamiyə Həsənovaya eşq məktubu yazmasını iddia etmişlər. Bu söz-söhbətlər kənddə yayılmağa başladıqdan sonra xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bıçaq xəsarətləri yetirmişdir. Bununla əlaqədar Kürdəmir rayon polis şöbəsində araşdırma aparılmış və nəticədə Zərərçəkmiş şəxs islah işləri cəzasına məhkum olunmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs və qohumları əri Ramizlə ədavətini davam etdirərək hər dəfə onu kənddə gördükləri vaxt söyüb təhqir etmişlər. Bundan başqa 2021-ci ildə əri Ramiz kənddə özünə məxsus “QAZEL” markalı maşını ilə evinə gəldiyi vaxt Zərərçəkmiş şəxs qohumları Ramizin qarşısını kəsərək onu və maşında olan əmisi oğlu Elxan Hüseynovu döymüşlər. Bununla bağlı da Kürdəmir rayon polis şöbəsində araşdırma aparılmışdır. 18 aprel 2023-cü il tarixdə saat 21 radələrində əri Ramiz evdən çıxıb harasa çıxıb getmişdir. Həmin gün saat 23 radələrində qonşulardan eşitmişdir ki, əri Ramiz Zərərçəkmiş şəxs bıçaqlamışdır. O, bu barədə qaynanasına məlumat vermiş və qaynanası huşunu itirmişdir. Bir müddət sonra Ramiz özü evə gəlib “məni vuranı mən də vurdum” demişdir. Bundan sonra Təqsirləndirilən şəxs təslim olmaq üçün evdən çıxıb getmişdir. Sahil 14 fevral 2019-cu il tarixdə əri Ramizin bud nahiyəsinə bıçaq zərbələri vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs və qohumlarının Ramizə qarşı düşmənçiliyi və ədavəti Ramizi bezdirmişdir. Onlar Ramizi harda görsələr, nalayiq ifadələrlə söyüb təhqir etmişlər. Onların belə hərəkətləri səbəbindən əri kənddə adam arasına çıxa bilməmişdir. Düşünmüşdür ki, bu səbəbdən Ramiz Sahili bıçaqla vurub xəsarət yetirmişdir. 18 aprel 2023-cü il tarixdə saat 21 radələrində Ramiz evdən çıxıb gedən vaxt onun üzərində hər hansı bıçaq və ya digər alət olduğunu görməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid8 oxşar məzmunlu ifadə verərək Şahid7 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 165 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – döş qəfəsinin sol yarısından Vİ-Vİİ qabırğalararası səviyyədən döş boşluğuna keçərək ağciyərin aşağı payını və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara və sağ kürək nahiyəsindən döş boşluğuna keçərək ağciyəri zədələyən 2-ci deşilmiş-kəsilmiş yara – iti xassəyə malik alət (əşya) təsirindən törənmiş. Ekspertizaya təqdim olunan qayçı ilə yetirilə bilərdi, müddəti qərarın təsviri hissəsində göstərilən 18 aprel 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə hər iki xəsarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmə-tibbi müayinəyədək yaralar tibbi manipulyasiyaya məruz qaldığından, həmçinin sağalma ilə əlaqədar çapıqlaşmalar getdiyindən həmin xəsarətlərin eyni və ya müxtəlif alətlə yetirilməsini dəqiq müəyyən etmək mümkün hesab edilməsə də, xəsarətlərin ardıcıllığını, ölçülərini və s. nəzərə alsaq, həmin xəsarətlər ehtimal müsbət eyni alətin – qayçının təsirindən əmələ gəlmişlər. İş materiallarında olan 02 iyun 2023-cü il tarixli 6/2664 nömrəli «məhkəmə-lifli materialların kriminalistik ekspertizasının» rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti 1 saylı cədvəlində göstərilib. Həmin kənar lid mikrohissəciklərinin arasında, Zərərçəkmiş şəxs şalvarının üzərindən aşkar edilmiş göy rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər, Təqsirləndirilən şəxs şalvarının üzərindən aşkar edilmiş tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan 07 iyun 2023-cü il tarixli 3/755;3/756 nömrəli nömrəli «Kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının» rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik məişət təyinatlı qayçı tayıdır, soyuq silah hesab edilmir. Təqdim edilmiş, üzərində “Zərərkəmiş şəxs Zərərçəkmiş şəxs məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, idman şalvarının və cins şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr (cins şalvarın səthindəki “c” və “f” zədələri istisna olmaqla) kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilməkəsilmə zədələridir. Cins şalvarın səthindəki “c” və “f” zədələri ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Təqdim edilmiş gödəkçənin, idman şalvarının və cins şalbarın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını təyin etmək mümkün olmadığından zədələrin yetirilmə istiqamətini müəyyən etmək mümkün olmadı. Xüsusi kriminalistik ədəbiyyatlarda zədənin yaranma müddətini və ardıcıllığını müəyyən etmək üçün metodlar mövcud olmadığına görə bu halların kriminalistik tədqiqat aparmaqla müəyyən edilməsi mümkün deyil. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus ..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, idman şalvarının və cins şalvarın səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş idman gödəkçəsinin və şalvarın səthində zədə yoxdur. Aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edir. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli 371/2023-MTBŞ nömrəli «məhkəmə-bioloji ekspertizasının» rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs qan qrupu, şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən, ABO sistemi üzrə O alfa beta (1). 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçə, idman şalvarı, cins şakvar, 02 ədəd yarpaq, 02 ədəd daş fraqmenti, 03 ədəd kosmetik çöp üzərində olan ləkələrdə O alfa beta (1) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. 3. Ekspertizaya təqdim olunmuş qayçı hissəsində qan aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvar və gödəkçə üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 399 saylı «kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının» rəyində göstərilmişdir ki, Məhkəmə-psixiatrik: 1. Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmə səbəbindən o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmuşdur. 2. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. 3. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb biçmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Onun əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. 4. Təqsirləndirilən şəxs hazırda hər hansı xroniki psixi xəstəlik keçirməməsi səbəbindən onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji: 5. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). 2. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və s.) aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli «hadisə yerinin baxışının aparılması haqqında» protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Kürdəmir rayonu, Çöl-Qubalı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətidir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli «şəxsin özü könüllü gəlib təslim olması barədə» protkoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 09:00-da Kürdəmir rayon polis şöbəsinə könüllü gələrək və təslim olaraq, xx.xx.2023cü il tarixdə saat 23 radələrində Kürdəmir rayonu, Çöl Qubalı kənd sakini Zərərçəkmiş şəxs vurduğunu bildirmiş, cinayətin aləti olmuş qayçı hissəsini təqdim etmişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli «təqdim olunmuş alətə baxış keçirilməsi haqqında» protkoldan və fotoşəkildən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd boz rəngli metal predmet qayçının bir hissəsidir. Ümumi uzunluğu 203 mm, eni 13 mm, qalınlığı 2,5 mm-dir. Dəstək hissəsi qara rəngli izoletn ilə sarılmışdır. Qayçı hissəsinin bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə» protokolundan görünür ki, hadisə baş verən günü Təqsirləndirilən şəxs ayıq olmuşdur. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli Kürdəmir rayonu Ərəbqubalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən, şəxsiyyət vəsiqələri və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki Hüseynov X3 rayonu Çöl-Qubalı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi anasından, arvadından, xx.xx.2012-ci il təvəllüdlü X14, xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X8 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizzə olunur. İş materiallarında olan Kürdəmir Rayon Mərkəzi X7 Şəxsindən daxil olmuş 15 may 2023-cü il tarixli məktubdan görünür ki, Kürdəmir rayonu Çöl-Qubalı kənd sakini Həsənov X9 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Cərrahiyyə şöbəsinə daxil olmuşdur. Diaqnoz: Döş qəfəsinin daxilə nüfuz etmiş yarası. Ürəyin və ağciyərin aşağı payının kəsilmiş deşilmiş yarası. Sol tərəfli travmatik hemotoraks. İş materiallarında olan Kürdəmir Rayon Mərkəzi X7 Şəxsindən daxil olmuş 17 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan 18 iyul 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarından görünür ki, cinayətin aləti olmuş bir ədəd qayçı hissəsi, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd cins şalvar, bir ədəd idman şalvarı və bir ədəd gödəkçə, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd gödəkçə, hadisə yerindən aşkar edilərək götürülmüş, üzərində qana bənzər ləkələr olan daş parçaları və qan nümunələri cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Kürdəmir rayon prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs istintaqda və məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, həmin iş üzrə təqsirləndirilən Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs bud nahiyyəsinə üç ədəd deşilmiş-kəsilmiş xəsarətlər yetirmiş, CM-in 128-ci maddəsi ilə 6 ay islah işlərinə məhkum edilmişdir. İş materiallarında olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, həmin iş üzrə təqsirləndirilən X12 xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs xəsarətlər yetirmiş xuliqanlıq emiş, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək şərti olaraq məhkum edilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Müdafiə tərəfi cinayət təqibi başlanan andan hesab edir ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs öldürmək niyyəti olmadığından, onun əməlinə Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi düzgün şamil edilməmişdir. Cinayət Məcəlləsinin mübahisələndirilən məsələyə həsr olunmuş normalarından çıxış etməklə hazırki işin materiallarına, bu materiallardan irəli gələn faktik hallara baxdıqda, müdafiə tərəfinin Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinin düzgün şamil edilmədiyini iddia etməkdə haqlı olduğu müəyyən edilir. Belə ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin nəzərdə tutduğu cinayət bu maddənin dispozisiyasında (baxılan işin kontekstində) qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bənd). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə isə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. İbtidai araşdırma orqanı yuxarıda təsvir olunan sübutlara əsasən Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə ittiham irəli sürərkən yalnız iki hala əsaslanmışdır:
1. Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs həyat üçün mühüm orqana xəsarət yetirilməsinə;
2. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdikdən sonra onun ardınca qaçmasına. Birinci halın qiymətləndirilməsi: İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs həyat üçün mühüm orqana xəsarət yetirilməsi ilə bağlı qənaətə gəlsə də, Təqsirləndirilən şəxs həmin xəsarətləri məhz məqsədyönlü şəkildə həmin nahiyələrə yetirib-yetirməməsini araşdırmamışdır. Belə ki, işin müəyyən olunmüş hüquqi əhəmiyyət kəsb edən faktiki halına əsasən 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əlində kəsici alət görən kimi özünü müdafiə məqsədilə təqsirləndirilən şəxsə müqavimət göstərməyə başlamış və bu zaman təqsirləndrilən şəxs qaranlıq hava şəraitində kontrolsuz hərəkət etməklə zərərçəkmiş şəxsə iki ədəd bədən xəsarəti yetirmişdir. Halbuki həmin şəraitdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aşkar olunmuş xəsarətləri ona məqsədli şəkildə yetirməsi mümkünsüz olmuşdur. Belə olan halda ibtidai araşdırma orqanı Zərərçəkmiş şəxs həyat üçün mühüm orqanına xəsarət yetirilməsini nəzərə almaqla, Təqsirləndirilən şəxs məqsədinin zərərçəkmiş şəxsi öldürmək olması ilə bağlı gəldiyi qənaət əsassız olmuşdur. İkinci halın qiymətləndirilməsi: Təqsirləndirilən şəxs cinayət təqibi başlanan andan hazırki vaxtadək verdiyi bütün izahat və ifadələrində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs iki ədəd bədən xəsarəti yetirdikdən sonra yaralı halda sonuncu qaçmış və məhz onun gecə vaxtı yaralı halda haradasa yıxılıb qalmaması üçün onu təqib etmişdir. Zərərçəkmiş şəxs qonşusu Şahid1 həyətinə girib, onu çağırmış və bir müddət sonra sonuncunun Sahilə yaxınlaşdığını görüb və bununla da ona yardım göstəriləcəyinə əmin olunduqdan sonra hadisə yerini tərk etmişdir. Təqsirləndirilən şəxs müvafiq məzmunlu iddiası həm iş materialları və həm də işin faktiki hallarından doğan məntiqi nəticə ilə təsdiq olunur. Belə ki, Şahid1 həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərmişdir ki, 18 aprel 2023-cü il tarixdə saat 22 radələrində evdə olan zaman Zərərçəkmiş şəxs evindən təxminən 20 metr kənarda dayanaraq onu çağırdığını görmüş və bundan sonra həyətə düşərək ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs yaralı oluduğunu görsə də, həmin vaxtı orada başqa şəxs olmamışdır. Beləliklə işin müəyyən olunmuş faktiki halları ilə müəyyən olunur ki, hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iki ədəd ağır dərəcəli bədən xəsarəti yetirməklə faktiki olaraq onun müqavimətini qırmış və bununla da Təqsirləndirilən şəxs əlindən qaçıb qurtarması imkansız olmuşdur. Bu hal onu təsdiq edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə iki ədəd bıçaq zərbəsi yetirməklə cinayətkar niyyətini, yəni onu cəzalandırmaq istəyini başa çatdırmış və bundan sonra onun getməsinə şərait yaratmışdır. Eləcə də Zərərçəkmiş şəxs Şahid1 çağırması vaxtından sonuncunun olan yaxınlaşmasına qədər keçən dövrə ərzində Təqsirləndirilən şəxs ona yönəlik hər hansı bir hərəkətə yol verməmişdir. Artıq bu hallar Təqsirləndirilən şəxs qeyd olunan ifadəsinin həqiqət olmasını təsdiq edir. Bundan başqa istintaq orqanı Təqsirləndirilən şəxs hadisə yerinə gedərkən evindən özü ilə daha rahat kəsici-deşici xassəyə malik bıçaq deyil, məhz qayçı hissəsi götürməsinə lazımi diqqət ayırmamışdır. Bu halda özü-özülüyündə Təqsirləndirilən şəxs niyyətinin Zərərçəkmiş şəxs öldürmək deyil, məhz cəzalandırmaq olmasını təsdiq edir. İstintaq orqanının təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi öldürmək məqsədini əsaslandırmağa çalışarkən elan edilmiş ittihamda “Zərərçəkmiş şəxs qonşusu Şahid1 evinə girməsi, vaxtında xəstəxanaya çatdırılması, həkimlərin göstərdiyi zəruri tibbi yardımlar nəticəsində həyatı xilas edildiyinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərdən cinayəti başa çatdıra bilməmiş və Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir” cümləsini göstərmişdir. Lakin işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmamış, bu səbəbdən də zərərçəkmiş şəxsə iki xəsarət yetirərək kifayətlənmiş, zərərçəkmiş şəxsə xəsarət yetirəndən sonra sonuncunun yaralı olmasında istifadə edərək xəsarət yetirməyə davam etməmiş, zərərçəkmiş şəxsin çıxıb getməsinə maneçilik göstərməmiş, zərərçəkmiş şəxsə yardım göstərilməsi məqsədi ilə qonşunun evinə getməsinin qarşısını almamış, əksinə zərərçəkmiş şəxsi qonşunun evinə getməsində müşahidə etmiş, buna şərait yaratmış, zərərçəkmiş şəxsə Şahid1 tərəfindən yardım göstəriləcəyinə əmin olduqdan sonra hadisə yerindən çıxıb getmişdir. Qeyd olunan hallar təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs xəsarət yetirərkən sonuncunu həyatdan məhrum etməsi niyyətində olmasını istisna edir. Bu faktlar Təqsirləndirilən şəxs qayçı hissəsi ilə Zərərçəkmiş şəxs öldürməyi arzu etməsi (qəsdinin birbaşa Zərərçəkmiş şəxs öldürməyə yönəlməsi), zərərçəkmiş şəxsin ölümünün isə təqsirləndirilən şəxsin iradəsindən asılı olmayan səbəblərdən başverməməsi haqqında ibtidai istintaq orqanının gəldiyi nəticənin sübutlara və bu sübutlardan irəli gələn işin həqiqi hallarına əsaslanmadığını göstərir. Beləliklə də, Təqsirləndirilən şəxs qəsdi zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlməmiş, buna görə də onun təqsiri sağlamlığa ağır zərər vurmaqdan ibarət olmuşdur. Məhkəmə həmçinin tədqiq edilmiş sübutların hərtərəfli, tam və obyektiv araşdırılmasına, eləcə də onların obyektivliyinə və mötəbərliyinə əsaslanıb, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məqsədi hadisə vaxtı Zərərçəkmiş şəxs öldürməyə deyil, onu cəzalandırmağa yönəlmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətlərinin olması sübut olunmadığından, Zərərçəkmiş şəxs qəsdən sağlamlığa ağır zərərvurması əməli sübut olunduğundan, onun əməli həmin Məcəlləsinin 126.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi müzakirə edərkən, yəni təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən, işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, ardıcıllığı, xarakteri, həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə almışdır. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrinə qiymətləndirərək belə nəticəyə gəlir ki, “hadisə vaxtı onun məqsədi Sahil Hüseynovu öldürməyə deyil, onu cəzalandırmağa yönəlmişdir” deməsi işin faktiki hallarına uyğun gəlməklə daha səmimi, düzgün, məntiqli və obyektiv olduğundan iş üzrə sübut növü kimi qəbul edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsində qeyd olunur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olması cəzasının yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs təqsirini könüllü boynuna alaraq Kürdəmir RPŞ-nə könüllü gələrək təslim olması Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, ilk dəfə məhkum olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbi nəzərə alınmaqla həmin Məcəllənin 126.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən olunmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – Kürdəmir rayon prokurorluğunda saxlanılan cinayətin aləti olmuş bir ədəd qayçı hissəsi, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd cins şalvar, bir ədəd idman şalvarı və bir ədəd gödəkçə, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd gödəkçə, hadisə yerindən aşkar edilərək götürülmüş, üzərində qana bənzər ləkələr olan daş parçaları və qan nümunələri məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. İş üzrə 234 (iki yüz otuz dörd) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 19 aprel 2023-cü il tarixdən başlanılmasını məhkəmə əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış: – Kürdəmir rayon prokurorluğunda saxlanılan bir ədəd qayçı hissəsi, hadisə vaxtı, Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd şalvar və bir ədəd gödəkçə, hadisə yerindən aşkar edilərək götürülmüş, üzərində qana bənzər ləkələr olan daş parçaları və qan nümunələri məhv edilsin. İş üzrə 234 (iki yüz otuz dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Ramiz Hüsyenova hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov