Məhkəmə qərarları › İş №1(099)-116/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-116/2024

31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-116/2024 31.07.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1992-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Şəki şəhəri, Sarabski küçəsi, ev 4-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlınski küçəsi, ev 44, mənzil 28də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tanışı (barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 iyul 2024-cü il tarixli qərarı ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmış) X8 və digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanılması və daşınması barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, cinayətkar qrupun özünü “Rza” kimi təqdim edən üzvü 16 yanvar 2023-cü il tarixdə axşam saatlarında Məhəmməd Əliyevlə telefon əlaqəsi saxlamaqla narkotik vasitələrin Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyində qoyulduğunu, narkotik vasitələri həmin yerdən götürüb deyilən yerə qoymaq lazım olduğunu və bu işin müqabilində 200 manat pul verəcəyini bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs və Məhəmməd Əliyev sonuncunun idarə etdiyi 10-RB- 02 qeydiyyat nişanlı, Hyundai Sonata markalı avtomaışnla Bakı şəhərindən Astara istiqamətində hərəkət etməklə həmin gün gecə saatlarında Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə gəlib, orada olan bir ədəd qara rəngli sellofan torbada külli miqdarda, 3441,664 qram narkotik vasitə heroini və külli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan 10 ədəd konvalyutda ümumilikdə 100 ədəd narkotik vasitə metadon həblərini götürməklə birlikdə əldə etmiş, narkotik vasitə heroinin külli miqdarda 6,362 qram çəkidə hissəsini Məhəmməd Əliyev, külli miqdarda 5,302 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs götürüb ciblərinə qoymaqla öz üzərlərində, qalan 3430 qram çəkidə heroini və 100 ədəd narkotik vasitə metadon həblərini isə Məhəmməd Əliyevin idarə etdiyi «Hyundai Sonata» markalı, **-RB-*** qeydiyyat nişanlı avtomobilin arxa yük yerində daşımaqla Bakı şəhəri istiqamətində hərəkətdə olarkən daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində onlar 17 yanvar 2023-cü il tarixdə saat 06 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisində yerləşən «Hacıoğlu» restoranının yaxınlığında saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə aparılmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmaqla həmin gün üzərlərində şəxsi axtarış aparılarkən Məhəmməd Əliyevin əynindəki şalvarının sol yan kiçik ölçülü cibindən bir ədəd bükümdə 6,362 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs isə əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə 5,302 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, sonra isə Məhəmməd Əliyevin idarə etdiyi avtomobilə Salyan Rayon Polis Şöbəsinin inzibati binasının həyətində baxış keçirilən zaman avtomobilin arxa yük yerində olan bir ədəd qara rəngli sellofan torbanın içərisində külli miqdarda, 3430 qram çəkidə, Məhəmməd Əliyevin və Təqsirləndirilən şəxs üzərilərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, narkotik vasitə heroin və külli miqdarda, təsiredici maddəsinin ümumi miqdarı 4 qram olan 10 ədəd konvalyutda ümumilikdə 100 ədəd narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Məhəmməd Əliyevlə aralarında dostluq münasibətləri olmuşdur. Özü narkotik vasitələrdən istifadə edir, lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bakıdan Məhəmmədlə birlikdə sonuncunun idarə etdiyi avtomaşınla axşamtərəfi Lənkərana yola düşmüşlər. Lənkərana gəzmək məqsədi ilə gəlmişlər. Lənkərana gecə gəlmişlər, lakin saat yadında deyildir. Məhəmməd ona narkotik vasitə barədə heç bir söz deməmişdir. Lənkəranda bir qədər gəzmiş və sonra Bakı şəhərinə qayıdarkən yolda Salyan rayonu ərazisində «Hacoğlu» restoranında dayanmışlar. Orada 14-15 nəfər polis işçiləri onları tutaraq Salyan rayon polis şöbəsinə aparmışlar. Orada əvvəlcə Məhəmmədi, sonra isə onu döymüşlər, bədəni üzərində xəsarətlər vardır. Polis işçiləri hər ikisinin üzərlərinə sellofan bükümdə 5 qram narkotik vasitə heroin qoymuşlar. Məcbur olub videoçəkiliş zamanı etiraf etmişdir. Onlar elə başa düşmüşlər ki, 5 qram heroinə görə onlara iş açılacaqdır. Lakin sonradan gedib avtomaşına baxanda orada da narkotik vasitə aşkar olunmuşdur. Narkotiki avtomaşına polis işçiləri qoymuşlar. Ona məxsus mobil telefonda Vhatsapp proqrammı ilə aparılan danışıqlar onaməxsusdur. Ola bilsin ki, telefonu kimsə götürüb yazıb. Təqsirləndirilən şəxs məhkəmə baxışının gedişində verdiyi sonrakı ifadəsində isə əlavə olaraq göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən təxminən bir il əvvəl Bakı şəhərində tutulmuşdur. Həmin vaxt polis işçiləri ona onlarla əməkdaşlıq etməyi təklif etmişlər. Lakin o polis işçilərinin təklifi ilə razılaşmadığına görə onu və Məhəmməd Əliyevi 17 yanvar 2023-cü il tarixdə saxlamaqla hərəsinin cibinə 5 qram heroin qoymuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə özünü elpan olunmuş ittihamda təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitənin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitə istifadə etdiyini dostu X8 da bilmişdir. Buna görə də 16 yanvar 2023-cü il tarixdə Məhəmməd Əliyev ona zəng edərək Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə gedib orada olan narkotik vasitəni götürüb Bakı şəhərinə gətirdikdən sonra deyilən ünvana qoyub müqabilində isə qazanc əldə edəcəyini, onun isə onunla birlikdə getməyinə görə istifadəsi üçün narkotik vasitə verəcəyini bildirmişdir. Məhəmməd ilə dost olduğu üçün razılaşmışdır. Elə həmin gün Məhəmmədin idarə etdiyi «Hyundai Sonata» markalı, **-RB-*** qeydiyyat nişanlı avtomaşınla Lənkəran şəhərinə yollanmışdır. Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə çatdıqdan sonra Məhəmməd maşından düşüb orada olan bir ədəd qara rəngli sellofan torbanı götürüb maşının arxa yük yerinə qoymuşdur. Daha sonra isə həmin sellofandan götürdüyü bir ədəd bükümdə olan narkotik vasitə heroini gətirib ona vermişdir ki, istifadə edər. Bir bükümdə narkotik vasitəni götürüb cibinə qoymuşdur ki, özü istifadə edər. Bundan sonra Bakı şəhəri istiqamətinə hərəkət etmişlər. 17 yanvar 2023-cü il tarixdə saat 06 radələrində Ələt-Astara avtomobil yolu ilə Bakı istiqamətinə Məhəmməd Əliyevin idarə etdiyi «Hyundai Sonata» markalı, **-RB-*** qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Salyan rayonu ərazisində yerləşən “Hacıoğlu” restoranın yaxınlığında polis işçiləri avtomaşını saxlatmışlar. Qabaq sərnişin oturacağında əyləşmişdir. Polis əməkdaşları onları avtomaşınla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirmişlar. Polis şöbəsinin həyətində Məhəmməd avtomaşının qapılarını və yük yerini açarla bağlayıb açarı özündə saxlamışdır. Binanın otaqlarının birində vəkillərin siyahısı təqdim olunmuş, daha sonra vəkillər gəldikdən sonra şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Məhəmmədə verilən suallara cavab olaraq bildirmişdir ki, səkkiz aydır narkotik vasitə kakosu yandırıb çəkməklə qəbul edir. Sonra Məhəmmədə təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa, təqdim etsin. Bu təklifdən sonra Məhəmməd əynindəki cins şalvarının sol yan cibindən avtomaşınının açarını, şalvarın sağ yan cibindən «Redmi» markalı mobil telefonunu və şalvarın sol yan kiçik ölçülü cibindən selofan bükümdə kakosu çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi mobil telefon özünə məxsusdur, təqdim etdiyi bükümün içərisində narkotik vasitə kakos var, özünə məxsusdur. Telefonla tanış olduğu Rza adlı İran vətəndaşı Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyində qoydurmuşdur, bundan başqa avtomaşında da narkotik maddə var, götürdükdən sonra bir hissəsini Elçinə, yəni ona vermişdir, üzərində olan kakosu özü qəbul edəcəkdir, avtomaşında olan narkotik vasitəni Bakı şəhərinə aparıb Rzanın deyəcəyi yerə qoduqdan sonra ona 200 manat pul veriləcəkdir. Məhəmmədin təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Sonra ona üzərində qanunsuz əşya varsa, təqdim edilməsi təklif olunduqda əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümdə olan kütlə Məhəmmədin dediyi kimi İranlı Rzanın göndərdiyi narkotik maddədir. Təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin aşkar olunmuş və götürülmüşdür. Bundan sonra polis şöbəsinin həyətində avtomaşının yanına gəlmişdir. Məhəmməd Əliyevə məxsus «Hyundai Sonata» markalı, **-RB-*** nömrə nişanlı avtomaşına video çəkilişlə onun razlıq ərizəsinə əsasən baxış keçirilmişdir. Məhəmməd Əliyevə təklif olunmuşdur ki, avtomaşında qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə varsa təqdim etsin. Bu təklifdən sonra o, idarə etdiyi avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış və arxa yük yerində gizlətdiyi bir ədəd qara rəngli selofan bağlamada narkotik maddələri götürüb təqdim etmişdir. Bağlamanın içərisinə baxıldıqda heroin və on ədəd listdə metadon tabletləri aşkar olunaraq götürülmüşdür. Məhəmməd Əliyevə verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik maddələri onun üçün İranlı Rza göndərmişdir, Bakı şəhərinə aparıb deyəcəyi yerə qoyduqdan sonra iranlı ona 200 manat pul göndərəcəkdir, narkotik maddələri kimin tərəfindən götürüləcəyini isə bilmir. Aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş, selofan torbaya qoyulmuş, torbanın üstü möhürlənmiş, üzərində qeydlər aparılmış, imzalanmış və götürülmüşdür. Avtomaşından baxış zamanı başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi digər ifadəsində isə özünü təqsirli bilməyərək göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə Məhəmməd Əliyev ona zəng edərək Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə getmək lazım olduğunu bildirmişdir. Məhəmmədə hansı səbəbə ora gedəcəyini soruşanda Məhəmməd ona oradan götürüləcək şey olduğunu bildirmişdir. Belə ki, Məhəmmədin barəsində məhkəmə hökmü ilə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum olunduğundan və avtomobili idarə edə bilmədiyindən ona bildirmişdir ki, sürücü kimi onunla Lənkəran rayonuna getsin. Bundan sonra X10 markalı, **-RB-*** qeydiyyat nişanlı avtomaşını ilə Lənkəran rayonuna yollanmışlar. Məhəmmədin avtomobilini idarə etmişdir. Çünki Məhəmmədin sürücülük hüququ məhdudlaşdırılmışdır. Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə çatdıqdan sonra Məhəmməd maşından düşüb orada olan bir ədəd qara rəngli sellofan torbanı götürüb maşının arxa yük yerinə qoymuşdur. Daha sonra isə avtomobilin on sərnişin oturacağında əyləşmiş və ona bir ədəd büküm vermişdir. Həmin bükümü götürüb içərisində nə olduğunu soruşmuş, Məhəmməd həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Məhəmməd ona demişdir ki, onunla gəldiyi üçün həmin narkotik vasitəni istifadə üçün verir. Həmin narkotik vasitəni elə həmin dəqiqə ağrıları olduğuna görə istifadə etmiş və bundan sonra gözləri dumanlandığından və yuxu gəldiyindən Məhəmmədə başı dumanlandığını, yolu görə bilmədiyini, narkotik vasitənin təsiri altında olduğunu bildirməklə maşını özünün sürməsini demişdir. Buna görə də Məhəmmədlə yerlərini dəyişmişdir. Məhəmməd avtomobili idarə etmiş, o isə qabaq sərnişin oturacağında oturmuşdur. Məhəmməd yenə də ona maşının arxa yük yerinə qoyulan şeyin narkotik vasitə olduğunu deməmişdir. Özü də soruşmamışdır. 17 yanvar 2022-ci il tarixdə «Hacıoğlu» restoranın yaxınlığında Məhəmməd maşını saxlamış və marketə düşmüşdür. O isə maşında yatmışdır. Həmin vaxt birdən ayılmış, bir neçə nəfər polis əməkdaşlarının avtomaşına yaxınlaşdıqlarını və onu oyatdıqlarını görmüşdür. Bir neçə nəfər polis əməkdaşları isə gedib Məhəmmədi tutaraq yerə yıxmışlar. Daha sonra onları polis şöbəsinə aparmışlar. Otaqda polis işçiləri onlardən maşında olan narkotik vasitələrin özlərinə məxsus olmasını etiraf etmələrini tələb etmişlər. O isə narazılıq etmiş, çünki maşında narkotik vasitə olmasından məlumatı olmamışdır. Polis şöbəsində olduğu zaman Məhəmmədin maşının arxasına qoyduğu sellofanlarda narkotik vasitə olmasını başa düşmüşdür. O, narkotik vasitələrdən xəbəri olmadığını, sürücü kimi ora getməsini bildirmişdir. Buna baxmayaraq polis işçilərinin təzyiqi ilə narkotik vasitə barədə məlumatlı olmasına dair ifadə vermişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən X8 ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxslə uşaqlıqdan münasibəti yaxşı olmuşdur. 17 yanvar 2023-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı, **-RB-*** qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxslə birlikdə Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə getmişlər. Oraya gəzmək, öz istifadəsi üçün narkotik götürmək məqsədi ilə getmişlər. Onları polis işçiləri tutmuş, avtomaşına mindirmiş, aparıb döymüşlər. Polis işçilərinin onları harada tutub apardıqları yadında qalmamışdır. Onu aparan və döyən şəxslər yadına gəlmir. Polis işçiləri onları saxlayarkən üzərində hər hansı nakotik vasitə olmamışdır. Salyana öz istifadəsi üçün narkotik vasitə götürməyə getmişdir. O, öz istifadəsi üçün narkotik vasitə götürmək barədə danışmışdır. Kiminlə danışması yadında qalmamışdır. İran İslam Respublikasına məxsus olan telefonla kiminlə danışması yadında qalmamışdır. Narkotik vasitəni götürmək məqsədi ilə danışdığı şəxs yadında deyildir. Narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Rza adlı şəxsin bacısı oğlu vardır. Vhatsapp prqramı vasitəsi ilə danışdığı Rza adlı şəxsin bacısı oğludur. X17 ibtidai istintaqda verdiyi və məhkəmə baxışında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Bir neçə ay əvvəl instaqram sosial şəbəkəsində Rza adlı iranlı onunla əlaqə saxlayaraq istədiyi zaman ona narkotik vasitə göndərə biləcəyini, həmin narkotik vasitələri onun dediyi ünvandan götürüb dediyi ünvana çatdırdıqdan sonra qazanc əldə edə biləcəyini bildirmişdir. Tutulmamışdan bir neçə gün əvvəl Rza adlı şəxslə danışan zaman ona bildirmişdir ki, Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə narkotik vasitə qoyduracaqdır, həmin narkotik vasitəni götürüb dediyi ünvana çatdırsa, müqabilində ona 200 manat pul verəcəkdir. Bu işin asan olduğunu düşünmüşdür. Buna görə də Rza adlı şəxsin təklifi ilə razılaşmışdır. 16 yanvar 2023-cü il tarixdə axşam tərəfi Rza adlı şəxslə danışan zaman Rza ona demişdir ki, Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyindən gedib narkotiki götürərsən. Buna görə tanışı Təqsirləndirilən şəxs zəng edərək bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs də onunla birlikdə narkotik vasitə götürməyə gedəcəyini bildirmişdir. Müqabilində isə ona bir büküm istifadə üçün narkotik vasitə verəcəkdir. Razılaşdıqdan sonra Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə gəlib orada olan bir ədəd qara rəngli sellofan torbada olan narkotik vasitəni götürüb idarə etdiyi Hyundai Sonata markalı, **-RB-*** qeydiyyat nişanlı avtomaşının arxa yük yerinə qoymuşdur. Həmin sellofanın içərisində olan 2 ədəd bükümdə olan narkotik vasitə heronin birini özü üçün götürüb cibinə qoymuş, birini isə dostu Elçinə vermişdir. Elçin də narkotik vasitəni götürüb cibinə qoymuşdur. Bundan sonra maşına minib Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışlar. 17 yanvar 2023-cü il tarixdə saat 06 radələrində Ələt-Astara avtomobil yolu ilə Bakı istiqamətinə getdikləri zaman “Hacıoğlu” restoranının yaxınlığından keçəndə polis işçiləri onları saxlatmışlar. Polis işçiləri onlara narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirmiş və onları avtomaşınla birlikdə Salyan Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsinin həyətində idarə etdiyi avtomaşının qapılarını və yük yerini açarla bağlayıb açarı özündə saxlamışdır. Sonra şöbənin otaqlarının birində vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə vardırsa, təqdim etsin. Bu təklifdən sonra əynindəki cins şalvarının sol yan cibindən avtomaşınının açarını, şalvarının sağ yan cibindən «Redmi» markalı mobil telefonunu və şalvarının sol yan kiçik ölçülü cibində gizlətdiyi sellofan bükümdə kakosu çıxarıb təqdim etmiş və verilən suallara cavab olaraq təqdim etdiyi bükümün içərisində narkotik vasitə kakos olduğunu, özünə məxsus olmasını, narkotiki telefonla tanış olduğu Rza adlı İran vətəndaşının Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyində qoydurmasını bildirmişdir. Həmçinin avtomaşında da narkotik olmasını, narkotikin bir hissəsini Elçinə verməsini, üzərində olan kakosu özünün qəbul etmək niyyətində olmasını, avtomaşında olan narkotik vasitəni Bakı şəhərinə aparıb Rzanın deyəcəyi yerə qoduqdan sonra ona 200 manat pul verilməli olmasını bildirmişdir. Təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Aşkar olunmuş avtomaşın açarı avtomaşına baxış keçirilərkən istifadə ediləcəyinə görə ona qaytarılmışdır. Təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa, təqdim edilməsi təklif olunduqda o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş və ona verilən suallara cavab olaraq təqdim etdiyi bükümdə narkotik maddə olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin aşkar olunmuş və götürülmüşdür. Bundan sonra vəkillərin və polis əməkdaşlarının iştirakı ilə polis şöbəsinin həyətində saxladığı avtomaşının yanına gəlmişdir. Ona məxsus «Hyundai Sonata» markalı, **-RB-*** nömrə nişanlı avtomaşına video çəkilişlə onun razlıq ərizəsinə əsasən baxış keçirilmişdir. Təklif olunmuşdur ki, avtomaşında qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə varsa, təqdim etsin. Bu təklifdən sonra idarə etdiyi avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış və arxa yük yerində gizlətdiyi bir ədəd qara rəngli selofan bağlamada narkotik maddələri götürüb təqdim etmişdir. Bağlamanın içərisinə baxıldıqda heroin və on ədəd listdə metadon tabletləri aşkar olunaraq götürülmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik maddələri onun üçün iranlı Rza göndərmişdir, Bakı şəhərinə aparıb deyəcəyi yerə qoyduqdan sonra iranlı ona 200 manat pul göndərməli olmuşdur. Məhəmməd Əliyev ibtğidai istintaq zamanı verdiyi digər ifadəsində isə özünü təqsirli bilməyərək göstərmişdir ki, 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona Vhatsapda yazaraq avtomobil lazım olduğunu bildirmişdir. O isə Məhəmmədə maşınının buferi və farasının olmadığını bildirmişdir. Təxminən 1 saat sonra Elçin onun yanına gələrək təcili olaraq narkotik vasitə götürmək üçün Lənkəran rayonuna getmək lazımdır olduğunu demişdir. Elçini tək qoymamaq üçün onunla getməyə razılaşmışdır. Daha sonra ikisi yanvar ayının 16-dan 17 nə keçən gecə onun idarə etdiyi «Hyundai Sonata» markalı, **-RB-*** qeydiyyat nişanlı avtomaşınla Lənkəran rayonuna yollanmışlar. Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə gəlib orada yolun kənarında maşını saxlamışdır. Bundan sonra Elçin maşından düşüb yolun o biri tərəfində olan bir ədəd qara rəngli sellofan torbada olan narkotik vasitəni götürüb idarə etdiyi avtomaşının ön sərnişin oturacağında oturmuşdur. Həmin bir ədəd sellofanda olan narkotik vasitəni də ayaqaltı hissəsinə qoymuşdur. Bundan sonra Elçin adını unutduğu iranlı şəxslə danışmış və həmin sellofanı açıb narkotik vasitə götürüb istifadə etmək istədiyini bildirmişdir. Lakin iranlı adını unutduğu şəxs isə sellofan torbanı açmamağı bildirmişdir. Bu danışıqlar Elçin ilə iranlı arasında Vhatsapp ani mesajlaşma proqramında səs yazma və danışıq yolu ilə olmuşdur. Bundan sonra Elçinə demişdir ki, ağrıları var, həmin narkotik vasitədən istifadə etmək və sonra Bakı şəhərinə qayıtmaq fikrinin olduğunu bildirmişdir. Elçin də buna görə sellofanı açmışdır. Sellofanın içərisindən bir büküm çəkmək üçün narkotik vasitə heroin götürmüşdür. Lakin onu istifadə etmək istəsə də, istifadə edə bilməmişdir. Çünki həmin bükümün içərisində olan narkotik vasitə heroin yox, adi torpaq olmuşdur. Daha sonra həmin sellofanı da götürüb üzü Bakı İstiqamətində getmişdir. Salyan rayonu ərazisində yerləşən “Hacıoğlu” adlanan restoranın yaxınlığında düşüb köşkdən siqaret almaq istəmişdir. Orada polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəx Təqsirləndirilən şəxs cinayət əməli özünün və Məhəmməd Əliyevin ziddiyyətli ifadələri ilə yanaşı məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 yanvar 2023-cü il tarixdə X3 və Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək Hyundai Sonata markalı, **-RB-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 17 yanvar 2023-cü il tarixdə saat 06 radələrində Məhəmməd Əliyev və Təqsirləndirilən şəxs «Hacıoğlu» restoranını yanında saxlamışlar. Onları Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. X12 Əliyevin və Təqsirləndirilən şəxs üzərlərində müdafiəçinin iştrakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılarkən üzərlərində narkotik vasitələr, psixotrop maddələr və başqa qanunsuz əşyalar vardırsa, təqdim etmələri təkloif olunmuşdur. Məhəmməd Əliyev əynindəki cins şalvarın sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək bükümün içərisində özünə məxsus narkotik vasitə «kakos» olduğunu, «kokos»un telefonla tanış olduğu Rza adlı İran vətəndaşı tərəfindən Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyində qoyulduğunu, bundan başqa avtomaşınında da narkotik maddə olduğunu, narkotik vasitəni götürdükdən sonra bir hissəsini Elçinə verdiyini, üzərində olan kakosu özü qəbul etmək niyyətində olduğunu, avtomaşındakı narkotik vasitəni Bakı şəhərinə aparıb iarnlı Rza adlı şəxsin deyəcəyi yerə qoymalı olduğunu bildirmişdir. Məhəmməd Əliyevin təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinəbənzər kütlə aşkar olunmuşdur. Məhəmməd Əliyevin üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. Avtomobilin açarı avtomaşına baxış keçirilməli olduğundan Məhəmmədin özündə qalmışdır. Məhəmməd Əliyevin təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs cibindən bir ədəd selofan bükümü çıxarıb təqdim etmiş, bükümdə narkotik vasitə heroin olduğunu, narkotik vasitəni iranlı Rzanın göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinəbənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilmiş və götürülmüşdür. Daha X14 idarə etdiyi avtomobilə baxış keçirilərkən Məhəmməd Əliyev avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış və arxa yük yerindən bir ədəd qara rəngli sellofan bağlamanı götürüb təqdim etmişdir. Bağlamanın içərisinə baxıldıqda heroinəbənzər kütlə və on ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar olunmuşdur. Məhəmməd Əliyev həmin narkotik maddələri onun üçün İranlı göndərdiyini, Bakı şəhərinə aparıb iranlının deyəcəyi yerə qoyduqdan sonra ona 200 manat pul verilməli olduğunu, narkotik maddələrin kimin tərəfindən götürüləcəyini bilmədiklərini göstərmişdir. Aşkar olunmuş heroinəbənzər kütlə elektron tərəzidə çəkilmiş, torbaya qoyularaq qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs və Məhəmməd Əliyevə qarşı heç bir təsir-təzyiq göstərməmişlər, onların ciblərinə narkotik vasitə qoymamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 yanvar 2023-cü il tarixdə şöbənin əməliyyat müvəkkili Bağır X1 və Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edərək «Hyundai Sonata» markalı, **-RB-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində 17 yanvar 2023-cü il tarixdə saat 06 radələrində Məhəmməd Əliyev və Təqsirləndirilən şəxs «Hacıoğlu» restoranını həyətində saxlatmışlar. Onlar qeyd olunan avtomobildə olmuşlar. Onları Salyan Rayon Polis Şöbəsinə dəvət etmişlər. X12 Əliyevin və Təqsirləndirilən şəxs üzərlərində müdafiəçinin iştrakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılarkən onlara üzərlərində narkotik vasitələr və başqa qanunsuz əşyalar vardırsa, təqdim etmələri təklif olunmuşdur. Məhəmməd Əliyev cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, bükümün içərisində özünə məxsus narkotik vasitə «kokos» olduğunu, «kokos»un telefonda tanış olduğu Rza adlı iranlı tərəfindən Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyində qoyulduğunu, bundan başqa avtomaşınında da narkotik maddə olduğunu, narkotik vasitəni götürdükdən sonra bir hissəsini Elçinə verdiyini, üzərində olan «kokos»u özü qəbul etmək niyyətində olduğunu, avtomaşındakı narkotik vasitəni Bakı şəhərinə aparıb Rzanın deyəcəyi yerə qoymalı olduqlarını bildirmişdir. Məhəmməd Əliyevin təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinəbənzər kütlə aşkar olunmuşdur. X14 üzərində şəxsi axtarış keçirilmiş, başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cibindən bir ədəd selofan bükümü çıxarıb təqdim etmiş, bükümdə narkotik vasitə heroin olduğunu, narkotik vasitəni iranlı Rzanın göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinəbənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. Daha X14 idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməsinə başlamazdan əvvəl Məhəmməd Əliyevə və Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitələri və psixotrop maddələr vardırsa, təqdim etmələri təklif olunmuşdur. Məhəmməd Əliyev avtomaşının qapı və arxa yük yerini özündə olan açarla açmış və arxa yük yerindən bir ədəd qara rəngli sellofan bağlamanı götürüb təqdim etmişdir. Bağlamanın içərisinə baxıldıqda heroinəbənzər kütlə və on ədəd listdə metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. Məhəmməd Əliyev həmin narkotik maddələri onun üçün İranlının göndərdiyini, Bakı şəhərinə aparıb iranlının deyəcəyi yerə qoyduqdan sonra ona 200 manat pul verilməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs və Məhəmməd Əliyevin telefonuna baxdıqda narkotikin götürülməsi, narkotiklərin olduğu yer və satışı ilə məşğul olmalarına dair məlumatlar aşkar olunmuşdur. Onlara qarşı heç bir təzyiq-təsir göstərməmiş, onların ciblərinə və avtomaşınlarına heç bir narkotik qoymamışlar. Onları saxladıqdan sonra tibbi ekspert müayinəsindən keçirmişlər, bədənləri üzərində heç bir xəsarət olmamışdır. Sonradan Bakı İstintaq Təcridxanasına daxil olarkən bədənləri üzərində xəsarət olmasının səbəbini bilmir. Ola bilsin ki, özlərini ora-bura vurub xəsarət yetirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları Şahid3 və Şahid4 da Şahid2 və Şahid1 ilə eyni məzmunlu ifadə verməklə onların göstərdikləri xüsusatları təsdiq etdilər. Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında 17 yanvar 2023-cü il tarixli protokollardan və protokola əlavə olunmuş videodiskdən görünür ki, Məhəmməd Əliyevin üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sol yan kiçik ölçülü cibindən bir ədəd bükümdə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman isə əynində olan sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroinəbənzər maddələr aşkar edilərək götürülmüşdür. Sonra isə Məhəmməd Əliyevin idarə etdiyi «Hyundai Sonata» markalı, **-RB-*** qeydiyyat nişanlı avtomobilə Salyan Rayon Polis Şöbəsinin inzibati binasının həyətində baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerində olan bir ədəd qara rəngli sellofan torbanın içərisindən narkotik vasitə heroinəbənzər kütlə və 100 ədəd qəhvəyi rəngli, dairəvi formalı narkotik vasitə metadon həblərinə bənzər həblər aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 19/62 saylı rəyindən görünür ki, Məhəmməd Əliyevin təqdim etdiyi 01 ədəd bükümdə təmiz çəkisi 6,362 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə təmiz çəkisi 5,302 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhəmməd Əliyevin idarə etdiyi Hyundai Sonata markalı, **-RB-*** nömrəli avtomobildən götürülmüş bağlamadakı 1 ədəd bükülüdə təmiz çəkisi 3430,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 10 ədəd konvalyutda ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və təsiredici maddənin göstəricilərinə görə bir-biriləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı 4,0 qramdır. Məhəmməd Əliyev, Təqsirləndirilən şəxs üzərlərindən və Məhəmməd Əliyevin idarə etdiyi avtomobildən götürülmüş heroinlər xarici görünüşlərinə və kimyəbvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertinin 13 fevral 2023-cü il tarixli, 784 və 786 nömrəli rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Salyan Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əməliyyataxtarış tədbirlərinin həyata-keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. 11 mart 2023-cü il tarixli protokolundan görünür ki, Məhəmməd Əliyevə məxsus “Redmi” markalı mobil telefon aparatına baxış zamanı telefonun Whatsapp ani mesajlaşma proqramına daxil olduqda Rza adlı şəxslə əlaqə yaratması 13, 14,16 və 17 yanvar 2023-cü il tarixlərdə müxtəlif saatlarda İran İslam Respublikasına məxsus +98 993 483 3550 saylı mobil nömrə ilə Rza adı ilə qeyd edilmiş şəxsin ona zəng etməsi, eyni zamanda Məhəmməd Əliyevin də İran İslam Respublikasına məxsus +98 993 483 3550 saylı mobil nömrə ilə Rza adlı şəxsə 15, 16 və 17 yanvar 2023-cü il tarixlərdə əlaqə saxlaması müəyyən edilmişdir. X7 “İraa” adı ilə qeyd edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlaması müəyyən edilmişdir. Həmin vaxt Məhəmməd Əliyev “İraa” adı ilə qeyd edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrəyə Rza deyir “Maşa bax məni aldadma, deyir, axırıncı varımı yoxumu verib almışam, bu malı, deyir qalar çıx yola”, Məhəmməd Əliyev isə ona “Rza yığır ne deyim, tez de deyim, Təqsirləndirilən şəxs isə ona Rzaya denen çıxmışıq, Elçin isə Məhəmmədə “Maqa İlkini düşürdərsən patı çekdirimdə nazlıya” tipli mesajlar yazılmşdır. Həmin mesajlarla X15 İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə əvvəldən əlaqə saxlaması və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eyni zamanda X15 İslam Respublikasının vətəndaşı Rza adlı şəxsdən narkotik vasitələr əldə etməsində Təqsirləndirilən şəxs ilə əlbir olması müəyyən edilmişdir. Patı narkotik vasitə istifadə edənlər arasında psixotrop maddə metamfetaminə deyilir. xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, Məhəmməd Əliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsində narkotik vasitələrin alqı-satqısı və istifadəsi barədə sms-lər vardır. İbtidai istintaq zamanı 29 mart 2023-cü il tarixli qərarla cinayət işinin materiallarından cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə cinayət işi ayrılmışdır. Bundan əlavə X8 cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutlması və bunun nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək imkanından məhrum olduğundan onun barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tədbiq edilməli olması və onun barəsində icraatın dayandırılmalı olması nəzərə alınmaqla məhkəmənin 31 iyul 2024-cü il tarixli qərarı ilə hazırkı cinayət işinin materiallarından M.E.Əliyevin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan səndlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2016-cı ildə doğulmuş bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs qardaşı X11 müharibəsinin iştirakçısı olmaqla «Vətən müharibəsinin iştirakçısı» və «Suqovuşanın azad olunmasına görə» medalları ilə təltib olunmuşdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tanışı Məhəmməd Əliyev və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi X5 gəzmək məqsədi ilə gəlməsi, Məhəmməd Əliyevlə aralarında narkotik vasitə barədə heç bir söhbətin olmaması, Lənkəranda bir qədər gəzdikdən sonra Bakı şəhərinə qayıdarkən yoldu Salyan rayonu ərazisində «Hacoğlu» restoranında polis işçiləri onları saxlayarkən üzərlərində və avtomobildə heç bir narkotik vasitənin olmaması, narkotik vasitənin üzərlərinə və avtomobilə polis işçiləri tərəfindən qoyulması, Baş Narkltiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən təxminən bir il əvvəl Bakı şəhərində tutulması, həmin vaxt polis işçilərinin ona onlarla əməkdaşlıq etməyi təklif etmələri, lakin onun razılaşmaması, bu səbəbdən də 17 yanvar 2023-cü il tarixdə onu və Məhəmməd Əliyevi saxlamaqla üzərlərinə və olduqları avtomaşına narkotik qoymaları barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilkin ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bundan əlavə məhkəmə Məhəmməd Əliyevin 17 yanvar 2023-cü il tarixdə idarə etdiyi “Hyundai Sonata” markalı, **-RB-*** qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxslə birlikdə Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 58-ci kilometrliyinə getsələr də, polis işçiləri onları saxlayarkən üzərində hər hansı nakotik vasitə olmaması, narkotiki əldə etmək məqsədi ilə Rza adlı şəxslə danışmaması, telefonunda yazdığı və danışıq apardığı Rza adlı şəxsin bacısı oğlu olması, narkotik vasitənin üzərinə və avtomobilinə polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi etirafedici ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, qardaşı X13 müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikasının medalları ilə təltif olunmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CMnin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tədbiq edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 5,202 qram və 3436,162 qram çəkilərdə narkotik vasitə heroin və 90 ədəd narkotik vasitə metadon həbləri və cinayət işinə əlavə olunmuş X4 məxsus “Redmi” markalı telefon X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmış cinayət işi üzrə yekun qərar qəbul edilənədək saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” və “İphone” markalı telefonlar onun ailəsinə verilməli, istintaq hərəkətləri barədə 02 ədəd DVD və 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 60 manat pulun 30 manatı təqsirləndirilən şəxs Elçin Mustafayüevdən alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-cimaddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan 5,202 qram və 3436,162 qram çəkilərdə narkotik vasitə heroin və 90 ədəd narkotik vasitə metadon həbləri və cinayət işinə əlavə olunmuş X4 məxsus “Redmi” markalı telefon X3 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrılmış cinayət işi üzrə yekun qərar qəbul edilənədək saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” və “İphone” markalı telefonlar onun ailəsinə verilsin, istintaq hərəkətləri barədə 02 ədəd DVD və 01 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 60 (altmış) manat pulun 30 (otuz) manatı Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar