Məhkəmə qərarları › İş №1(099)-118/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-118/2023

28.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-118/2023 28.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi - X10 katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materialına baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbəsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün xüsusi icraat materialları Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs sağalanadək ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilməsi, həbsdə saxlanılma yerindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X6 Şəxsinə təhvil verilməsi, müvafiq qərar qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. (sədrlik edən Müşfiq Məmmədov, hakimlər Cavid Səfərli, Cəlil Nəbiyev) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 7(008)- 239/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin edilmiş ümumi tipli psixatriya stasionarında məcburi müalicənin müddətinin uzadılması qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X6 Şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə müalicə müəssisəsini özbaşına tərk etmişdir. Bundan başqa, Astara Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 4(018)- 73/2024 saylı qərarı ilə 24020080 saylı cinayət işi üzrə ARCM-in 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin təhlükəsizlik tədbiri qismində xüsusi tibb müəssisəsinə, yəni, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X6 Şəxsinə yerləşdirilməsi ilə əvəz olunması qərara alınmış, Astara Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 1(018)-146/2024 saylı qərarı ilə ARCMin 228.1-ci maddəsi üzrə barəsində cinayət icraatı olan, cinayəti törətdikdən sonra psixi xəstəliyə tutulmuş Təqsirləndirilən şəxs barəsində X1 intensiv müşahidə altında məcburi müalicə təyin edilməsi qərara alınmışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2025-cü il tarixli qərarından görünür ki, aparılan müalicə tədbirləri nəticəsində xəstə Təqsirləndirilən şəxs psixi vəziyyəti yaxşılaşdığına görə, Sabunçu Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində tətbiq etdiyi məcburi müalicə ləğv edilmiş və o, törətdiyi cinayət əməlinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qarşısında cavab verməsi üçün müalicə müəssisəsindən Bakı İstintaq Təcridxanasına göndərilmiş, şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 yanvar 2026-cı il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası CPM-in 487.1-ci (cinayət işi üzrə icraatın təzələnməsinə dair) maddəsinə əsasən məhkəmə, barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edildiyi şəxsi sağalmış hesab etdikdə, tibbi rəy əsasında tibbi xarakterli məcburi tədbirin ləğv edilməsi haqqında qərar çıxarır və cinayət işini ibtidai araşdırmanın aparılması və ya məhkəmə baxışının keçirilməsi üçün göndərilməsi haqqında məsələni həll edir. Xüsusi icraat materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs psixi xəstəliyə məhkəmə baxışı zamanı deyil, ibtidai araşdırma vaxtı tutulmuşdur. Ona görə də ibtidai istintaq orqanı tərəfindən onun barəsində istintaq aparılsa da qanunvericiliyin tələblərinə uyğun olaraq, ittiham aktı tərtib olunmamış, xüsusi icraat materialları Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 961 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Şəhla Süleymanova tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin stasionar psixiatrik ekspertiza şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın qeyd olunan qərarında Təqsirləndirilən şəxs qeyri-adekvat hərəkətlər etməsi və izahat verməkdən imtina etməsi göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş stasionar məhkəməpsixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 74 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı Təqsirləndirilən şəxs müəyyən edilən “Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip” formasında psixi pozuntu onda cinayət əməlini törətdikdən sonrakı dövrdə psixogen amillərin təsirindən kəskinləşmiş və dekomoensasiya (pisləşmə) vəziyyətinə çatmış, hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Bununla da, onun əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür və onun barəsində Azərbaycan Respublikası CM-in 95.02-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə formasında tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində təkrar kompleks komisyon stasionar məhkəmə psixiatrik ekspertizası təyin edilmiş və onun xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Rəna Qafarova tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin stasionar psixiatrik ekspertiza şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş iş üzrə təyin edilmiş təkrar kompleks komisyon stasionar Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 92 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Bununla yanaşı Təqsirləndirilən şəxs müəyyən edilən “Emosional davamsızlıq şəxsiyyət pozuntusu, impulsiv tip” formasında psixi patalogiya ictimai təhlükəli əməlin törədilməsindən sonra dekompensasiya (pisləşmə) mərhələsinə keçmiş, hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktini xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşür, məcburi müalicəyə ehtiyacı vardır. Onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə formasında tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tətbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və onun prosessual fəaliyyət qabiliyəti olmayan şəxs kimi tanınması üçün Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə müraciət olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyəti olmayan şəxs hesab edilmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin stasionar psixiatrik ekspertiza şöbəsinə yerləşdirilməsi haqqında qərarlar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə müəssisəsinin təqdim etdiyi tibbi araışa görə müəssisədə olduğu son dövrlərdə Təqsirləndirilən şəxs həkim psixiatr-narkoloq tərəfindən konsultasiya olunmuş və ona “Opiodlərin qəbulu nəticəsindəki psixi və davranış pozuntuları, asılılıq sindromu ” müəyyən edilərək narkomaniyadan məcburi müalicəyə cəlb edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş təkrar komisyon kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası ilə bağlı tərtib olunmuş 31 may 2023-cü il tarixli 74 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, «Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməli Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində Azərbacan Respublikasının Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs müəyyən edilən impulsiv tip emosional davamsız şəxsiyyət pozuntusu hazırda dekompensasiya vəziyyətində olduğundan o, hal-hazırkı psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək, öz prosessual hüquq və vəzifələrini icra etmək qabiliyyətinə malik deyildir. Həmin pozuntu Təqsirləndirilən şəxs cəza çəkməsini istisna edir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır». Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X9 həkim-psixiatr komissiyasının 31 may 2025-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs «Emosional davamsız şəxsiyyət pozuntusu, impulsiv tip, kompensasiya mərhələsi» diaqnozlu xəstəlikdən əziyyət çəkir və hal- hazırkı vəziyyətinə görə AR CM-nin 98.1 və 98.3-cü X1 intensiv müşahidə altında məcburi müalicəsinin ləğv edilərək, törətdiyi cinayət əməlinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsi qarşısında cavab verməsi üçün İstintaq Təcridxanasına göndərilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X9 həkim-psixiatr komissiyasının 02 iyul 2025-ci il tarixli, 2131 saylı rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hal-hazırda "emosıonal impulsiv tip, kompensasıya davamsız şəxsiyyət pozuntusu, mərhələsi" aşkar olunur. Məcburi müalicə dövründə Təqsirləndirilən şəxs aldığı müalicələrlə əlaqədar davranışı üzərində nəzarəti bərpa olunmuş, psixi vəziyyəti sabitləşmişdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı sosial təhlükə kəsb etmir. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs barəsində hal-hazırkı psixi vəziyyətinə görə X1 intensiv müşahidə altında məcburi müalicəsinin ləğv edilməsi və İstintaq Təcridxanasına göndərilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə X1 intensiv müşahidə altında məcburi müalicəsinin ləğv edilməsi və İstintaq Təcridxanasına göndərilməsi zamanı özünə və başqa şəxslərə zərər yetirməsi təhlükəsi yoxdur. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatətlə müraciət edərək təqsirləndirilən şəxs sağaldığı üçün xüsusi icraat materialları barədə müvafiq prosessual hərəkətlərin edilib qərar qəbul edilməsi üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, eyni zamanda Təqsirləndirilən şəxs barəsində bir ay müddətində həbs qətimkan tədbiri seçilməsini, Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli qərarına əsasən faktiki olaraq 01 sentyabr 2025-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və müdafiəçi X5 vəsatətin təmin olunmasına etirazlarının olmadıqlarını bildirmişlər. Məhkəmə tərəflərin fikrini dinləyərəkvə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai istintaqın davam etdirilib yekunlaşdırılması üçün bir ay, yəni 28 fevral 2026cı il tarixə qədər olan vaxt ağlabatan müddətdir, odur ki, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs barəsində 1 (bir) ay müddətində, yəni, 28 fevral 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilməli və onun barəsində ittiham aktının tərtib olunub-olunmaması məsələsinə baxılması, müvafiq prosessual qərarın qəbul edilməsi üçün xüsusi icraat materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2025ci il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılması nəzərə alınmalıdır. Həmçinin, ibtidai istintaqın sonrakı gedişində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Ağayev barəsində 31 may 2025-ci il tarixli və 02 iyul 2025ci il tarixli rəylərinin götürülməsi zəruridir. CPM-in 155.3.1-ci maddəsinə əsasən həmin Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə həbs qətimkan tədbiri tətbiq oluna bilər. Həmin Məcəllənin 483.1-ci maddəsinə əsasən cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslərin səhhətinin vəziyyəti buna mane olmadıqda, onlar barəsində qətimkan tədbirləri tətbiq edilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 155, 321, 483 və 487-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.2, 234.4.3 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulmuş Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli qərarına əsasən tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi ilə əlaqədar ibtidai istintaqın nəticələrinə dair müvafiq qərar qəbul edilməsi üçün xüsusi icraat materialları ibtidai araşdırmaya prosessula rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs barəsində 1(bir) ay müddətində-28 fevral 2026-cı il tarixədək həbs qətimkan tədbiri seçilsin və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılsın. Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli qərarına əsasən xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi nəzərə alınsın. Qərarın surəti məlumat üçün tərəflərə göndərilsin. Sədrlik edən Ayşən Vəliyeva Hakimlər Cavid Səfərli Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar