Məhkəmə qərarları › İş №1(099)-118/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-118/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-118/2024 11.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1979-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində Lənkəran rayonu Tütəpeştə kəndində xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağına daxil olub evdə heç kimin olmadığına əmin olduqdan sonra Zərərçəkmiş şəxs 14 yaşına çatmadığını aşkar surətdə bilib, fiziki vəziyyətinə görə ona müqavimət göstərmək imkanının olmadığını dərk edib, sonuncunun köməksiz vəziyyətindən istifadə edərək əynində olan şalvarını və alt paltarını aşağı çəkib sonuncuya cinsiyyət orqanını yalamağını təklif etmiş, Zərərçəkmiş şəxs buna razı olmadığı üçün cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağız nahiyəsinə zorla sürtərək sonuncunu üzü üstə çarpayıya uzadıb qışqırmaması üçün ağzını zor tətbiq etməklə əli ilə tutub sıxmış, sonra isə sağ döş nahiyəsini öpüb əli ilə sıxmaqla sonuncuya sağ süd vəzisi və üst dodaq nahiyələrində qançır kimi dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, ayaqlarını isə tutduqdan sonra cinsiyyət orqanını Zərərçəkmiş şəxs düz bağırsağına salaraq qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı-Lənkəran şəhərləri istiqaməti üzrə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lənkəran rayonu, Şıxəkəran kəndində yaşayan arvadı Samirənin bibisi əri Şahid8 tanıyır. Tütəpeştə kəndində yaşayan Xədicə arvadı Samirənin əmisi arvadı Mirbacının nəvəsidir, Xədicənin anası Həbibə isə Mirbacının qızıdır. Hələ, karantin rejimindən Həbibəyə 50 manat borcu olmuş, Həbibə də pulunu ondan tələb etmiş, pulu qaytara bilmədiyi üçün Həbibə və onun anası Mirbacı ilə aralarında narazılıq olmuşdur. 21 aprel 2023-cü il tarixdə saat 14 radələrində qardaşına məxsus olan maşınla arvadının qohumu Eldargilə getmiş, yolda cücə, çörək və araq almış, həmin gün Eldarla yaxşı yeyibiçmişlər, özü də təxminən 50 qram araq içmişdir. Eldar ona qaynı Şəmsəddinin Bakı şəhərindən gələcəyini, arvadı Nailənin Bakıdan Şəmsəddinlə ona pul və bağlama göndərəciyini demişdir. Eldara köməklik etmək üçün həmin pulu və bağlamanı Şəmsəddindən götürüb ona gətirə biləcəyini demiş və Lənkəran rayonu, Tütəpeştə kəndində yaşayan Şəmsəddingilə yollanmışdır. Şəmsəddin də yenicə Bakı şəhərindən qayıtmış, onun yük maşınından həyətə dəmir boşaltdırdığını görmüş, ona Eldara arvadı Nailənin Bakıdan göndərdiyi pulun və bağlamanın dalınca gəldiyini demişdir. Həmin həyətdə arvadının əmisi arvadı Mirbacı da yaşayır, onun əri çoxdan rəhmətə getmiş, Şəmsəddin Mirbacının qaynıdır. Mirbacı ilə ədavəti olduğu üçün həmin həyətə girməmiş, bayırda gözləmiş, orada Şəmsəddinin qonşusu Ceyhunla söhbət etmişdir. Şəmsəddindən Eldara çatası pulu və bağlamanı gətirib ona vermiş, orada Mirbacı ilə rastlaşmış, aralarında sözlə mübahisə olmuş, Şəmsəddin və oğlu Maarif onları sakitləşdirmişlər. Pulu və bağlamanı gətirib Eldara vermiş, sonra evə qayıtmışdır. Evdə arvadı ona demişdir ki, Şəmsəddinin arvadı ona zəng edərək guya onun Mirbacının azyaşlı nəvəsi Xədicə ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Əsəbləşmiş və deyilənlərin yalan olduğunu deyərək arvadı ilə mübahisə edib evdən çıxıb getmiş, evlərinin yaxınlığında maşında yatmışdır. Bir müddətdən sonra polis əməkdaşları onu tutub şöbəyə aparmışlar. Həmin vaxt bir qədər içkili olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Xədicə ilə cinsi əlaqədə olmamış, Mirbacı ona şər atıb həbs etdirmişdir. Xədicənin nənəsi Mirbacı ilə ədavəti olduğu üçün onun tərəfindən polisə şikayət olunmuşdur. Xədicənin yaşadığı evə daxil olmamışdır. Şəmsəddingilə gələndə küçədə Xədicənin oynadığını, onun maşınına əyləşdiyini görmüşdür. Polis şöbəsində döyülmüşdür. Döyülməsi ilə bağlı heç yerə şikayət etməmişdir. Özünü təqsirli bilmir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş çoxsaylı ekspertizanın rəyləri, üzləşdirmə protokolları, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman 5-ci sinifdə oxumuşdur. Nənəsi Mirbacı ilə birlikdə Lənkəran rayonu, Tütəpeştə kəndində yaşayır. Atasının harada olduğunu bilmir, anası Həbibə isə Bakı şəhərində işləyir və yaşayır, orada başqa kişi ilə ərdədir. Həmin həyətdə lakin başqa bir evdə nənəsinin yaxın qohumu Şəmsəddin, onan arvadı, gəlini Aytən, onun əri Maarif və uşaqları ilə birlikdə yaşayırlar. Nənəsi Mirbacı ayrı-ayrı şəxslərin həyətlərində fəhləlik edərək çörək pulu qazanmışdır. Çox vaxtı Aytəngildə, bəzi hallarda isə evdə tək olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində evdə tək olarkən çarpayıda uzanmış, yuxudan oyandıqdan sonra uzaq qohumları olan Ceyhun otağa daxil olub nənəsinin harada olduğunu soruşmuşdur. Sonra Ceyhun onun oturduğu çarpayıya yaxınlaşmış və şalvarını aşağı salıb öz cinsiyyət orqanını çıxarıb onun dodaqlarına sürtmüş, sonra dodaqlarından öpərək onu sevdiyini demişdir. Ceyhunun ağzından araq iyinin gəldiyini hiss etmişdir. Bundan sonra, Ceyhun onun əynində olan şalvarını və tumanını dizinə qədər aşağı salaraq onu üzü üstə çarpayıya uzatmış, qışqırıb Aytəni çağırmaq istədikdə Ceyhun bir əli ilə ağzını, digər əli ilə qollarını tutub onunla arxa keçəcəyindən cinsi əlaqədə olmağa başlamış, onun əlindən qaçmaq istəsə də gücü çatmamışdır. Ceyhun cinsiyyət orqanını tüpürcəklə yaş edib onun arxa keçəcəyini salıb çıxarmışdır. Ceyhunun boşalıb-boşalmamağını bilmir. Sonra Ceyhun onun sinəsindən öpmüş, əlləri ilə döşlərini sıxmışdır. Bayırdan Şəmsəddinin səsini eşitdikdə Ceyhun sakitcə tələsərək əynini geyinmiş, ona bu barədə heç kimə deməməsini tapşırmışdır. Söz vermişdir ki, bu barədə heç kimə heçnə deməyəcəkdir. Ceyhun sakitcə evdən həyətə çıxmışdır. Bundan sonra o, arxa keçəcəyində ağrılar hiss etmişdir. Özü də evdən çıxıb həyətə düşmüş, həyətdə Şəmsəddini görmüş, bir neçə dəqiqə Aytənin oğlu Nurlanla həyətdə oynamışdır. Ceyhunun həyətdə qonşuluqda yaşayan Ceyhunla durub söhbət etdiyini görmüşdür. Sonra Nurlanla birlikdə Ceyhunun maşınına əyləşib oynamışlar. Evə qayıtdıqda nənəsinin evdə olduğunu görmüşdür. Axşam tərəfi olanları Aytənə təklikdə danışmışdır. Aytən onların evindən kişi səsinin gəldiyini, Ceyhunun səsinə oxşadığını demişdir. Aytən olanları nənəsinə danışmış, nənəsinin halı pisləşmiş, Aytənə arxadan ağrı hiss etdiyini və tumanının qanlı olduğunu demişdir. Aytən mobil telefonunun işığı ilə onun arxa keçəcəyinə baxmış, orada qanın olduğunu görmüşdur. Sonra onu xəstəxanaya həkimə aparmışlar. Xəstəxanadan isə polisə məlumat verilmişdir. Hazırda Ceyhundan şikayətçidir, onunla barışmır, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə onunla arxa keçəcəyi vasitəsilə cinsi əlaqədə olmasını sonuncunun üzünə deyərək israrla təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qaynatası Şəmsəddin, qaynanası, əri Maarif və kiçik övladları ilə birlikdə Tütəpeştə kəndində yaşayırlar. Onlarla bir həyətdə Şəmsəddinin qohumu Mirbacı azyaşlı nəvəsi Xədicə ilə başqa bir evdə yaşayırlar. Xədicənin anası Həbibə Bakı şəhərində başqa bir kişi ilə ərdədir, Xədicənin atası Rasim isə onları atıb getmişdir. Mirbacı kənd sakinlərinin həyətində işləyib gündəlik çörəkpulu qazanmış, Xədicə isə çox vaxtı evdə tək qalanda ona baxmış, yeməyini vermişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində öz evlərində qaz olmadığın üçün çaydanı aparıb onlarla bir həyətdə, lakin başqa evdə yaşayan qaynatası Şəmsəddinin qohumu Mirbacının yaşadığı evdəki peçin üstünə qoymuşdur. Həmin vaxtı Mirbacı evdə olmamış, Xədicənin isə çarpayıda evdə yatdığını görmüşdür. Evdən çıxmış, bir neçə dəqiqə sonra Xədicənin yatdığı evdən Ceyhunun səsinə oxşar bir kişi səsinin Xədicədən nənəsinin harada olmasını soruşduğunu eşitmişdir. Lakin buna çox əhəmiyyət verməmişdir. Təxminən 10 dəqiqə sonra küçə qapısından həyətlərindən Təqsirləndirilən şəxs küçəyə çıxıb gedərkən onun Mirbacı ilə mübahisə etdiyini eşitimiş, səs-küyə gələn qaynatası Şəmsəddin və əri Maarif Ceyhunu həyətdən küçəyə çıxartmışlar. Həmin günü axşam saat 19 -20 radələrində Xədicə ona yaxınlaşaraq gizli sözünün olduğunu, lakin bu barədə heç kimə deməməyi tapşırmışdır. Xədicə ona demişdir ki, həmin gün o, evdə tək olarkən Ceyhun onun yatdığı evə daxil olub əvvəllcə nənəsinin harada olduğunu soruşmuş, sonra onun evdə tək olduğuna əmin olub öz cinsiyyət orqanını çıxardıb onun dodaqlarına sürtmüş, daha sonra tumanını çıxarıb arxa keçəcəyindən onunla cinsi əlaqədə olmuş, onun döşlərini öpmüşdür. Həmin an Ceyhunun ağzından araq iyi gəlmişdir. Xədicənin danışdıqlarını əvvəlcə əri Maarifə demiş, sonra Mirbacıya baş vermiş hadisəni danışmışdır. Qaynanası Ceyhunun arvadına zəng edib baş vermiş hadisəni ona danışmışdır. Xədicənin arxa keçəcəyinə mobil telefonun işığı ilə baxmış, onun alt tumanının, arxa keçəcəyinin qan içində və düz bağırsağının zədəli olduğunu görmüşdür. Xədicə yuyunduqdan sonra onu təcili xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid3 ifadəsində göstərdikləri xüsusatlar üzrə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Tütəpeştə kəndində 10 yaşında olan nəvəsi Xədicə ilə birlikdə yaşayır. Əri Sədrəddin vəfat etdikdən sonra o, həmin həyətdə qaynı Şahid7 və onun ailəsi ilə birlikdə yaşayırlar. Belə ki, yaşadığı evin həyəti bir olsa da evlərin girişləri ayrı-ayrı tərəflərdəndir. Xədicənin anası, yəni qızı Həbibə Bakı şəhərində yaşayır və başqa kişi ilə evlənmişdir. Xədicənin atası Rasimin harada olmasından məlumatı yoxdur. Özü isə ayrı-ayrı şəxslərin həyətlərində fəhləlik edərək çörəkpulu qazanmışdır. Hadisə baş verən zaman Xədicə Tütəpeştə kəndində 5-ci sinifdə oxuyurdu. Özü işdə olanda nəvəsi evdə tək qalmış, Xədicəyə bir həyətdə yaşadıqları qaynı Şəmsəddinin gəlini Aytən baxırdı. Nəvəsi ilə yaşadığı ev bir otaqlıdır, Şəmsəddinin evinin arasında bir pəncərə vardır, Onların otağında danışılanları Şəmsəddinin evində, Şəmsəddinin evində danışılanları isə onların evində olanlar eşidirlər. xx.xx.2023-cü il tarixdə kənddə əkin sahəsində işləyib saat 18 radələrində evə qayıtmış, uzaq qohumu olan Ceyhunun Şəmsəddinin evinə tərəf getdiyini, bir neçə dəqiqədən sonra həmin tərəfdən çıxdığını görmüşdür. Ceyhunun qızı Həbibəyə olan 50 manat pul borcunu qaytarmadığı üçün onunla dəfələrlə mübahisələri olmuş və onunla danışmamışdır. Ceyhun həyətdən çıxarkən onunla mübahisə etmiş, Şəmsəddin buna imkan verməyib Ceyhunu küçəyə çıxarmışdır. Daha sonra isə Ceyhun çıxıb getmişdir. Bir neçə dəqiqədən sonra söhbət əsnasında Aytən ona Xədicənin Ceyhun tərəfindən zorlanaraq təcavüz edildiyini bildirmişdir. Bundan əsəbləşmiş və Aytən Xədicəni həyətdə olan ayaqyoluna salıb orada əlinə əlcək taxaraq telefonun işığı ilə Xədicənin arxa keçəcəyinə baxmış və bildirmişdir ki, Xədicənin qabaq və arxa keçəcəyində qan, arxa keçəcəyinin bağırsağında çatlar vardır. Bundan sonra Xədicəni dərhal xəstəxanaya aparmış, xəstəxanadan polisə məlumat verilmişdir. Xədicənin özünün deməsinə görə, Ceyhun cinsiyyət orqanını onun dodaqlarına sürtmüş, sonra tumanını çıxarıb arxadan zorlamışdır. Ceyhuna şər atmır, onun dedikləri yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu Tütəpeştə kəndində arvadı Qafilə, oğlu Maarif, gəlini Aytən və nəvələri ilə birlikdə yaşayır. Həmin həyətdə başqa bir evdə mərhum qardaşının arvadı Mirbacı azyaşlı nəvəsi Xədicə ilə yaşayırlar. Təqsirləndirilən şəxs qardaşının yeznəsidir. Ceyhunun Mirbacı ilə münasibəti olmadığı üçün sonuncu Ceyhuna həyətə gəlməməsini istəmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində fəhləlik etmək üçün Bakı şəhərinə yollanmış, işini qurtardıqdan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhərində yaşayan bacısı Nailə onun Lənkəran rayonuna qayıdacağını bildiyindən ona 50 manat vermişdir ki, Lənkəran rayonu Şıxəkəran kəndində yaşayan əri Eldara çatdırsın. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Lənkərana, Tütəpeştə kəndinə qayıtmışdır. Saat 18 radələrində Ceyhun onlara gəlmiş, bildirmişdir ki, Eldara çatdırmalı olan pul götürməyə gəlmişdir. 50 manat pulu Ceyhuna vermiş, Ceyhunu yola salan zaman həyətdə olan qardaşı arvadı Mirbacı ilə Ceyhun rastlaşmış, aralarında mübahisə yaranmış, dərhal Ceyhunu həyətlərindən çölə çıxararaq oradan uzaqlaşdırmışdır. Ceyhun həmin vaxtı içkili olmuş və nə danışdığını bilməmişdir. Axşam saatlarında evdə olarkən Mirbacı onlara gələrək Ceyhun evdə heç kimin olmamasından istifadə edərək Xədicəni arxadan zorladığını bildirmişdir. Bundan sonra bu barədə Ceyhunun arvadına məlumat verilmişdir. Sonradan bildiyinə görə isə Mirbacı Xədicəni xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusunun yeznəsidir, onunla münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 18 radələrində həyətdən küçəyə çıxan zaman Təqsirləndirilən şəxs avtomobilinin küçə qapısının yaxınlığında dayandığını görmüş, eyni markalı avtomobilləri olduğu üçün onunla bir qədər avtomobil haqqında söhbət etmişdir. Ceyhunun ağzından araq iyi gəldiyindən başa düşmüşdür ki, o, içkilidir. Sonra Ceyhun çıxıb getmişdir. Səhərisi günü eşitmişdir ki, Ceyhun azyaşlı Xədicəni arxadan zorlamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 381 saylı rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində - sağ süd vəzisi, üst dodaq nahiyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Aşkar edilmiş xəsarətlər zorla qeyri-təbii yolla cinsi əlaqə zamanı əmələ gələ bilməsi istisna edilmir. Vət. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Vət. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Düz bağırsağın arxa keçəcəyində olan qançır gərginləşmiş kişi cinsiyyət üzvünün (penisin) düz bağırsağa yeridilməsi nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 263 saylı rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. DİN-nin kriminalistik tədqiqatlar idarəsinindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş 01 ədəd tuman üzərində Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallar mövcuddur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/437R saylı rəyi ilə müəyyən edilmişdir ki, hadisə yerinə baxış zamanı götürülmüş, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd tuman, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd qəhvəyi rəngli şalvarın aralıq hissələri və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd qara rəngli tumanın ön astar hissəsində olan qanabənzər ləkələr insan qanıdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd cins şalvarın sağ ayağının ön balaq, arxa balaq və sol ayağının ön balaq olan qanabənzər ləkələrdə insan qanına xas hemoqlobin zülalı müəyyən edilmədi. Hadisə yerinə baxış zamanı götürülmüş, Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd tumanın aralıq, ön aşağı və arxa aşağı hissələri, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd qəhvəyi rəngli şalvarın - aralıq hissəsi götürülmüş tədqiqat nümunələrində, 01 (bir) ədəd qəhvəyi rəngli şalvarın arxa tərəfinin iç səthində olan ləkə və 01 (bir) ədəd qəhvəyi rəngli kapişonlu koftanın iç səthində olan ləkədən götürülmüş tədqiqat nümunələrində insan sperması üçün spesifik PSA antigeni müəyyən edilmədi. Hadisə yerinə baxış zamanı götürülmüş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd tumanın aralıq hissəsində olan qan ləkələri və Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd qara rəngli tumanın ön tərəfinin astarında olan qan ləkələrindən götürülmüş tədqiqat nümunələrində əldə olunmuş DNT profilləri qarışıq tipli olmaqla, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus bioloji mənşəli materiallar mövcuddur. Hadisə yerinə baxış zamanı götürülmüş, Zərərçəkmiş şəxs məxsus - 01 (bir) ədəd tumanın ön aşağı və arxa aşağı hissələri, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd göy rəngli qadın maykası, 01 (bir) ədəd qəhvəyi rəngli şalvar və 01 (bir) ədəd qəhvəyi rəngli kapişonlu koftadan götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar, həmçinin 01 (bir) ədəd qəhvəyi rəngli şalvarın aralıq hissəsində olan qan ləkələri, Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd qara rəngli gödəkçə, 01 (bir) ədəd cins şalvar, 01 (bir) ədəd boz rəngli köynək və 01 (bir) ədəd qara rəngli tumandan götürülmüş tədqiqat nümunələrində olan bioloji mənşəli materiallar, Təqsirləndirilən şəxs məxsusdur. Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 (bir) ədəd qəhvəyi rəngli şalvarın arxa tərəfinin iç səthində olan ləkə, 01 (bir) ədəd qəhvəyi rəngli kapişonlu koftanın ön tərəfinin iç səthində olan ləkə, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd cins şalvarın sağ ayağının ön və arxa balaq, sağ ayağının ön balaq hissələrində qanabənzər ləkələr, 01 (bir) ədəd jaketdən, 01 (bir) cüt corab və hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş 01 (bir) ədəd göy rəngli köynəkdən götürülmüş tədqiqat nümunələrində bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmadı. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1805 saylı rəyi ilə müəyyən olunur ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, hafizə, təfəkkür, qavrayış və s.), intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1155 saylı rəyi ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs əqliintellektual imkanları normaya uyğundur, o, baş verən hadisələrin mahiyyətini öz yaş xüsusiyyətləri çərçivəsində anlaya və bu barədə düzgün məlumat verə bilər. Zərərçəkmiş şəxs əqli imkanları normaya uyğundur, psixi inkişafında gerilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs əqli-intellektual inkişafında görə öz hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan lifli materialların məhkəmə kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2522 saylı rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş tünd boz rəngli poliakrilonitril lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən puloverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Qeyd: Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri haqqında məlumat rəyin 1№-li cədvəlində göstərilməklə saxlanılır. İşdə olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həyətə giriş dəmir darvazadan olmaqla yaşayış evi bir mərtəbəlidir. Zərərçəkmiş şəxs yaşadığı ev girişdən sol tərəfdə yerləşir. Ev kərpicdən hörülmüş və taxta materialdan olan çərçivəli pəncərələrdən ibarətdir. Bir otaqlı evdə girişdən sağ və sol tərəfdə çarpayı vardır. Həmçinin girişdən sağ tərəfdə həyətə açılan pəncərə vardır. Sol tərəfdə olan divarda pəncərənin üzərindən xalça asılmışdır. Baxış zamanı fotoşəkildən istifadə edilərək aşkarlanmış fotoşəkillər protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi bir ədəd göy rəngli maykaya, bir dəst şalvar və koftaya baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir ədəd qadın köynəyi(gecə köynəyi) göy rəngli olmaqla üzərində sarı rəngli çobanyastığı çiçəklərinin əksi vardır, bir dəst qadın şalvarkoftası villur materialındandır, açıq şabalıdı rənglidir, üzərində zərlər vardır və koftanın qarşı tərəfi zəncirbəndlidir. Paltarlar üzərində gözlə görünən hər hansı bir zədə və ləkə izləri aşkar edilməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qış gödəkcəsinə, bir ədəd cins şalvarına, bir ədəd köynəyinə, bir cüt coraba, bir ədəd jaketə və bir ədəd tumana baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir ədəd kişi köynəyi, boz rəngdə olmaqla düyməlidir, bir ədəd kişi jaketi qara-tünd boz rəngli olmaqla kənarlarında ağ rəngli zolaqlar vardır, yun sintetik materialdan hazırlanmışdır, bir ədəd kişi tumanı qara rənglidir, sağ və sol tərəfləri ağ rəngli olmaqla üzərində qara zolaqlar vardır, bir cüt kişi corabı qara rənglidir, bir ədəd kişi cins şalvarı göy rəngli olmaqla qabaq diz hissələri bozarmış vəziyyətdədir, bir ədəd kişi gödəkcəsi(balonka) qara rəngli olmaqla sintetik parçadan hazırlanmışdır. Paltarlar üzərində gözlə görünən hər hansı bir zədə və ləkə izləri aşkar edilməmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə X1 təqdim etdiyi əri Təqsirləndirilən şəxs məxsus bir ədəd köynəyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, bir ədəd kişi köynəyi, açıq göy rəngdə, düyməli olmaqla nəm vəziyyətdədir. Yaxası tünd göy rənglidir. Köynək üzərində gözlə görünən hər hansı bir zədə və ləkə izləri aşkar edilməmişdir. Baxış zamanı təqdim olunan köynəyin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərarla bir ədəd qadın maykası, bir dəst qadın şalvarkoftası, bir ədəd tuman, bir ədəd qış gödəkcəsi, bir ədəd kişi cins şalvarı, bir ədəd kişi köynəyi, bir cüt kişi corabı, bir ədəd kişi jaketi, bir ədəd kişi tumanı və bir ədəd kişi köynəyi maddi sübut kimi tanınmış və saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilmiş, maddi sübut olan 2 ədəd disk isə cinayət işində saxlanılır. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 829 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyil. İşdə olan AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxx 2012-ci ildə doğulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli xx-xx/1721 №-li arayışdan görünür ki, Liftiyev X2 şəhəri, 20 Yanvar küçəsi, ev 60 ünvanda qeydiyyatda olmaqla orada yaşamış və ailə tərkibi 1989-cu il təvəllüdlü arvadı Samirə Liftiyevadan, 2011-ci il təvəllüdlü oğlu Yusif Liftiyevdən, 2017-ci il təvəllüdlü oğlu Binyamin Liftiyevdən və 2021-ci il təvəllüdlü qızı Rüqəyyadan ibarətdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş və müdafiəsi üçün dəlillər gətirərək ifadələrində hadisə baş verən günü Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətində olsa da sonuncunun evinə qalxıb otağına daxil olmadığını, Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla cinsi əlaqədə olmadığını, Xədicənin nənəsi Şahid1 ilə aralarında mübahisələri olduğundan sonuncu tərəfindən şərləndiyini, ona böhtan atıldığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi bu xüsusatlara tənqidi yanaşaraq həmin ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Şahid3 ifadəsində Təqsirləndirilən şəxs Xədicənin olduğu evdən səsini eşitdiyini və həyətlərindən çıxdığını israrla təsdiq etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs da ibtidai istintaq başlandığı ilk gündən məhkəmə istintaqı başa çatanadək ifadələrində və üzləşdirmə zamanı məhz Təqsirləndirilən şəxs tərəfindən ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətlər etməsini israrla təsdiq etmişdir. İşdə olan məhkəmə- psixoloji ekspertizasının 27 aprel 2023-cü il tarixli 1155 №-li rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs əqli imkanları normaya uyğundur, onda özündən uydurmağa, təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmur. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlar uydurma deyil, əsl həqiqətdir və həmin xüsusatlar işin obyektiv hallarına uyğundur, onları ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən mötəbər sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməsi iş materiallarında olan çoxsaylı ekspertizaların rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmayaraq hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, ekspertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri cinayət təqibi üzrə Təqsirləndirilən şəxs təqsirliyini təsdiq edən mötəbər sübut hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünün müdafiəsi üçün göstərdiyi xüsusatları ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün mötəbər sübut növü kimi qəbul etmir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və yuxarıda qeyd olunanlar məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün hər hansı bir əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətlər etməsi) maddəsinin sanksiyasında 15 ildən ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə “xüsusilə ağır cinayət”lər anlayışına daxildir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azyaşlı olmaqla onun köməksiz vəziyyətindən istifadə edərək pozğun formada cinsi ehtirasını təmin etmək məqsədi ilə ona qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk etmiş və bunu arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində müəyyən edilmiş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 22 aprel 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2022-ci il tarixdə CM-nin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Lənkəran Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 aprel 2023-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 22 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan bir ədəd qadın maykası, bir dəst qadın şalvar-koftası, bir ədəd tuman, bir ədəd qış gödəkcəsi, bir ədəd kişi cins şalvarı, bir ədəd kişi köynəyi, bir cüt kişi corabı, bir ədəd kişi jaketi, bir ədəd kişi tumanı və bir ədəd kişi köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99- 1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan bir ədəd qadın maykası, bir dəst qadın şalvar-koftası, bir ədəd tuman, bir ədəd qış gödəkcəsi, bir ədəd kişi cins şalvarı, bir ədəd kişi köynəyi, bir cüt kişi corabı, bir ədəd kişi jaketi, bir ədəd kişi tumanı və bir ədəd kişi köynəyi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 2 ədəd disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov Cavid Səfərli Cəlil Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar