Məhkəmə qərarları › İş №1(099)-118/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-118/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-118/2025 28.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 790,38 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda, yəni təmiz çəkisi 7801,17 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq vahid niyyətlə əldə edib hissələrə bölməklə bir qismini yaşadığı ünvan 2 ünvanında, digər hissəsini üzərində saxlamaqla daşımış, 18 yanvar 2024-cü il tarixdə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri saxlamasında, istifadə etməsində və satmasında şübhəli bilinərək saat 08 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsi ərazisində saxlanılaraq Ağcabədi RPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 09:50dan başlayaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,380 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 03 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,40 qram, 0,32 qram, ümumi təmiz çəkisi 1,17 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirləri davam etdirilərək həmin günü saat 11:30-dan başlayaraq yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə bitişik yardımçı tikiliyə baxış və götürmə keçirilən zaman tikilidə müxtəlif əşyaların arasında qəsdən satış məqsədi ilə qanunsuz olaraq vahid niyyətlə gizlədərək saxladığı üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen torbada külli miqdarda, təmiz çəkisi 790,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzəri yapışqan lentlə bağlanmış bir ədəd sintetik torbada külli miqdarda təmiz çəkisi 7800,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə gecə saat 02:00 radələrində tanışı Şahid8la zəngləşib, onunla görüşmək məqsədilə Hindarx qəsəbəsinə getmişdir. Həmin vaxt üzərində 13 qram marixuana olmuşdur. Faiqlə görüşəndə yanında onun Babək adlı tanışı da olmuşdur. Babək qəsəbə sakini olmuşdur. Faiq onları öz evinə dəvət etmişdir. Faiqlə birlikdə ona məxsus evə gedib, yeyib-içmişlər, saat dörd-beşə işləmiş isə polislər gəlib qapını vurmuşlar. Faiq isə pəncərədən baxıb görmüş ki, polislərdir, gedib qapını açmaq istəmişdir. Lakin bu zaman polislər pəncərəni qırıb içəri daxil olmuşlar. Hər üçünü yerə yıxıb qandallayıb polisə aparmışlar. Polisdə isə işgəncəyə məruz qalıb, bədənində xəsarətlər olmuş, ekspertiza keçirilmiş, ekspert rəy vermiş ki, 18dən əvvəl olub. Ona işgəncə etmişlər ki, xüsusilə külli miqdarı boynuna alsın. Fuad Salmanov adlı əməliyyatçı demiş ki, “öz üstünə götür”. Narazılıq etdikdə isə, ona elektro şok vermişlər, asıb döymüşlər. Sonra onu 11-12 radələrində evinə aparmışlar. Evində iki bacısı Aygün və Məryəm olmuşdur. Onlar da şahid olmuşlar. X36 Niva markalı maşınında aparmışlar. Evinin qapısını döymüşlər, həmin vaxt ağzı skoçlu bağlı olmuşdur. Səs edə bilməmişdir. Evdəkiləri də aldadıb demişlər ki, axtarış kağızları var. Sonra narkotiki qapıya qoyub, gəlib ona demişlər ki, “girən kimi qapıdan sağdadı”. Orada onların əl-ayaq yerləri olmuş, narkotiki də onun içərisinə qoymuşlar. Ona narkotikin yerin göstər deyəndə, özü də aparıb kamerada göstərmişdir. Bütün bunlar işgəncə altında olmuşdur. Sonra isə demiş ki, “ailəmlə görüşmək istəyirəm”. Lakin onu maşına qoyub gətirmişlər. Böyük bacısı Aygün isə bütün bunları görüntüyə çəkib və 102-ə zəng vurub. Həmin vaxt polislər gəlib onun əlindən alan zaman isə telefon yerə düşüb. Sonradan isə bacısı telefonu bərpa edib, çəkilişi evdəkilərə də göstərib. Polislər isə onun işi bağlanan zaman bacıların çağırıb, izahatların dəyişdirib, telefonu isə alıb format etmişlər. Aşkar olunan narkotiklərin heç biri ona aid olmayıb, üzərində yalnız qurudulmuş marixuana olub. İlk dəfə polislər onu evinə aparanda narkotikləri maşının baqajından çıxarıb evinə qoyanda görmüşdür. X13 ora qoymuşdur. Etiraz etdikdə isə işgəncələrə məruz qalmışdır. Faiqlə görüşəndə isə onun evində stolun üstündə falqada “patı” da olmuşdur. Lakin onun Faiqə ya Babəkə məxsus olmasın bilməmiş, özü isə istifadə etmişdir. Faiq və Babəki isə şöbədə döyüb pul alıb buraxmışlar. Müstəntiq isə onu incitməyib, müstəntiqə məhkəmədə dediyi kimi ifadə vermişdir. İstintaq zamanı onu hədələyib, döyüblər evinə narkotik qoyublar, evində üç qadını qoyub gəlmişdir, odur ki, üstündə olanla onun CM-nin 234.1-ci maddəsi ilə məhkum edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan “nəşə” istifadə edir. O, əvvəllər oğurluq etdiyi üçün məhkum olunmuşdur. Ağcabədi rayon Hindarx qəsəbə sakinləri Şahid8 və Şahid9 uzun müddətdir ki, tanıyır. Faiq və Babək də narkotik vasitə istifadəçiləri olduğu üçün onların münasibətləri yaranmışdır. İş üzrə bildirmək istəmişdir ki, təxminən 3-4 gün bundan əvvəl o, Bakı şəhərində olan zaman sosial şəbəkədə İran İslan Respublikasının vətəndaşı Qara adlı şəxslə tanış olmuşdur. Söhbət zamanı Qara adlı şəxs ona narkotik vasitə verməyi, onun da həmin narkotik vasitəni satıb hissə-hissə onun pulunu verməyini təklif etmişdir. O, onunla razılaşmış və 15 yanvar 2024-cü il tarixdə Qara adlı şəxs ona konum atmış və həmin konuma gedərək oraya qoyduğu heroini götürməyini, həmin heroini satdıqdan sonra isə onun ona atacağı bank kartına pulunu göndərməyini demişdir. O, onun atdığı konuma getmiş və o, deyən yerdə bir ədəd qara sellofanın içərisində üzəri yapışqan lentlə bükülmüş büküm görmüşdür. Həmin bükümün Qara adlı şəxsin ona dediyi heroin olduğunu bilib götürmüş və əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoyaraq oradan çıxmışdır. İki gün Bakı şəhərində qaldıqdan sonra həmin narkotik vasitə olan heroini də götürərək Ağcabədi şəhərinə gəlmiş ki, burada olan narkotik vasitə istifadə edən tanışlarına satıb Qaranın pulunu göndərmişdir. O, Ağcabədi şəhərinə çatıb yaşadığı evə getmiş və evə bitişik yardımçı tikiliyə girərək orada üzərində olan narkotik vasitə heroini gizlətmişdir. 17 yanvar 2024-cü il tarixdə günorta radələrində o, Ağcabədi şəhəri “Qaz İdarəsi”nin yanına gəlmiş və evə qayıdan zaman “rus qəbirstanlığı” deyilən yerdə yolun kənarında bir ədəd qutu görmüşdür. O, həmin qutunun içərisinə baxan zaman içərisində yapışqan lentlə bağlanmış ağ rəngli kisənin olduğunu görmüşdür. O, həmin kisənin içərisinə baxdıqda içərisində “nəşə” kimi tanıdığı qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin qutunu içərisində olan kisə ilə birlikdə götürərək yaşadığı evə gəlmiş və onu da narkotik vasitə heroini gizlətdiyi yardımçı tikilidə gizlətmişdir. Bundan sonra o, heroinin üzərindən bir az götürərək bir ədəd siqaretin falqasına bükmüşdür. Marixuanından isə üç ədəd falqaya bükərək üzərində olan “Sobranie” markalı siqaret qutusuna qoymuşdur. Onun həmin narkotik vasitələrin üzərində götürməkdə məqsədi həm özü istifadə etmək, həm də münasibət adam düşərsə satmaq olmuşdur. Bundan sonra o, Ağcabədi rayonu Hindarx qəsəbəsinə Faiqgilə qonaq getmişdir. Orada o, Faiq və Babək oturaraq çörək yeyib spirtli içki qəbul etmişlər. O, gecəni orada qalmışdır. 18 yanvar 2024cü il tarixdə saat 08 radələrində o, Ağcabədi şəhərinə qayıtmaq üçün Faiqgildən çıxmışdır. Faiq və Babək də onunla küçəyə çıxmış və onlar piyada gedən zaman 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib Ağcabədi Rayon Polis Şöbəsinə gəlməyi üçün onu dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Ağcabədi Rayon Polis Şöbəsinə gəlmiş və orada inzibati otaqların birində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxardaraq təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuana və heroin olduğunu bildirmişdir. İştirakçıların və müdafiəçinin iştirakı ilə həmin siqaret qutusunun içərisinə baxdıqda içərisində 4 ədəd falqaya bükülmüş kütlənin olduğu müəyyən edilmişdir. Həmin falqa bükümlərə baxdıqda 03 ədədində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə, 01 ədədində isə narkotik vasitə olan heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin içərisində narkotik vasitə qurudulmuş marixuana və heroin olan bükümlər aşkar olunduğu formada müdafiəçinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilən zaman marixuanaya bənzər kütlə 1-ci büküm 0,54 qram, 2-ci büküm 0,69 qram, 3-cü büküm 0,61 qram, heroinə bənzər kütlə isə 0,54 qram olmuşdur. Sorğu zamanı o, həmin kütlənin ona məxsus olduğunu, narkotik vasitə olan heroini Bakı şəhərində İran İslam Respublikası vətəndaşı Qara adlı şəxsin qoyduğu konumdan götürdüyünü və satmaq üçün Ağcabədi şəhərinə gətirdiyini, marixuananı isə Ağcabədi şəhərində “rus qəbirstanlığı” adlanan yerdən tapdığını bildirərək həmin narkotik vasitələrin üzərindən götürərək bir hissəsini üzərində gəzdirdiyini, qalanını isə yaşadığı evdə yardımçı tikilidə saxladığını bildirmişdir. Bundan sonra onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvan 4 ünvanına yollanmışlar. Yaşadıqları evin həyətyanı sahəsinə daxil olduqdan sonra həyətdə olan fərdi yaşayış evinə bitişik yardımçı tikiliyə daxil olmuşlar və o, orada narkotik vasitələr olan qurudulmuş marixuana və heroin saxladığını bildirmişdir. Yardımçı tikiliyə daxil olduqdan sonra sağ tərəfdən yerləşən əşyaların arasında olan döşəyi göstərərək həmin yerdə narkotik vasitələr saxladığını bildirmişdir. Bundan sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə həmin yerə baxış keçirilən zaman orada bir ədəd qara rəngli sellofan torbanın içərisində üzəri yapışqan lentlə bağlanmış büküm və bir ədəd qutunun içərisində üzəri yapışqan ləntlə bağlanmış bir ədəd torba aşkar edilmişdir. O, həmin bükümün içərisində narkotik vasitə olan heroin və kisənin içərisində isə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin qara sellofan torbanın içərisində olan üzəri yapışqan lentlə bağlanmış kütləyə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olduğu, qutunun içərisində olan üzəri yapışqan lentlə bağlanmış sintetik kisəyə baxış keçirilən zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olduğu aşkar edilmişdir. Yuxarıda qeyd etdiyi kimi təxminən narkotik vasitə olan heroini 15 yanvar 2024-cü il tarixdə Bakı şəhərindən X28 vətəndaşı Qara adlı şəxsin qoyduğu yerdən götürmüşdür. Marixuananı isə xx.xx.2024-cü il tarixdə Ağcabədi şəhərində “rus qəbirstanlığı” adlanan yerdən tapmışdır. O, həmin narkotik vasitələri yaşadığı evdə satış məqsədi ilə gizlətmişdir. Polis əməkdaşları onu Ağcabədi Rayon Polis Şöbəsinə apararkən, həmçinin Şöbənin inzibati binasında polis əməkdaşları tərəfindən heç bir psixi, fiziki təsir göstərilməmiş, işgəncəyə məruz qalmamışdır. Saxlanmağı ilə bağlı heç bir şikayəti və tələbi yoxdur. O, törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşman olduğunu və özünün müdafiəsi üçün heç bir dəlil və sübutunun olmadığını bildirmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəsini təsdiq etmədiyini, döyüldüyünü, təzyiq altında ifadələrini imzaladığını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə, istifadə etməkdə, satmaqda və yaşadığı ünvanda külli miqdarda saxlamaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də, müvafiq qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmışdır. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün tərəflərindən zəruri tədbirlər görülmüşdür. 18 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyən edilmişdir. Həmin günü saat 08 radələrində Qasımov X19 rayonu Hindarx qəsəbəsi ərazisində Faiq adlı şəxsin evindən çıxarkən saxlanılıb, onu Ağcabədi Rayon Polis Şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxardıb stolun üzərinə qoymuşdur və həmin siqaret qutusuna baxış zamanı siqaret qutusunun içərisindən 03 ədəd kağız bükümü və bir ədəd siqaretin qara kağızına bükülmüş büküm aşkar edilmişdir. Həmin 03 ədəd kağız bükümlərə baxış keçirilən zaman içərisində vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, siqaretin qara rəngli kağızına bükülmüş bükümün içərisinə baxış keçirilən zaman içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olduğu aşkar olunmuşdur. Götürülmüş kütlələr elektron tərəzidə çəkilmişdir. Götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr kağız büküm ilə birlikdə ardıcıl olaraq 0,54 qram, 0,69 qram və 0,61 qram, narkotik vasitə olan heroinə oxşar kütlə kağız büküm ilə birlikdə 0,54 qram olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər kütlələr qablaşdırılmış və götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olan heroin və marixuana saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ünvana yollanmışlar. Ünvana çatdıqdan sonra Təqsirləndirilən şəxs evdə axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmiş və Şahid1 tərəfindən video çəkiliş aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə, evin həyətyanı sahəsində və həyətyanı sahədə olan yardımçı tikililərdə axtarış aparılmağa başlanmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinə bitişik olan yardımçı tikilidə ona məxsus narkotik vasitələr olduğunu bildirmişdir. Həmin yardımçı tikiliyə girdikdən sonra sağ tərəfdə stolun altında üzərində döşək olan bir ədəd qutunu və bir ədəd qara rəngli sellofan torbanı göstərərək həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana və sellofan torbanın içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin qara rəngli sellofan torbanın içərisindən üzəri yapışqan lentlə bağlanmış bir ədəd büküm aşkar edilmişdir. Həmin bükümün içərisinə baxan zaman içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə aşkar olunduğu qaydada çəkilmiş və çəkilisi 750 qram olmuşdur. Daha sonra qutunun içərisinə baxış keçirilən zaman içərisində üzəri yapışqan lentlə bağlanmış sintetik kisə aşkar edilmişdir. Həmin kisənin içərisinə baxış zamanı içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə aşkar olunduğu qaydada tərəzidə çəkilmiş və çəkisi 7 kiloqram 595 qram olmuşdur. Aşkar edilmiş kütlələr qablaşıdırılaraq ekspertizaya göndərilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin ona məxsus olduğunu bildirmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs döyülməmiş, üzərinə və evinə narkotik qoyulmamış, bu barədə bildirdikləri tamamilə yalandır. Təqsirləndirilən şəxs tərəflərindən gecə saat dörd radələrində Faiqə məxsus evdə yox səhər saatlarında küçədə saxlanılmışdır. Ona qarşı isə heç bir təsir və ya təzyqi olunmayıb, vəkili də yanında olub. Məhkəmə iclasında şahidlər Şahid4, Şahid3 və Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü il tarixdə gecə təxminən 03 radələrində o, evdə yatan vaxtı qonşusu Faiq ona zəng edərək onun Hindarx qəsəbəsinə qonağının gəldiyini deyərək ona məxsus avtomobillə onu gedib gətirməyi xahiş etmişdir. O, ondan öz avtomobili ilə niyə getmədiyini soruşduqda Faiq ona hava soyuq olduğu üçün onun avtomobilinin işləmədiyini demişdir. Bundan sonra o, duraraq özünə məxsus avtomobilini işə salaraq Faiqgilin qapısı tərəfə getmişdir. Faiq avtomobilə minmiş və onlar Hindarx qəsəbəsində mərkəzə getmişlər və bu şəxsi götürüb Faiqgilə gəlmişlər. O, sonradan həmin şəxsin adının İmran olduğunu bilmişdir. Bundan sonra onlar Faiqgilə getmişlər. O, onları düşürdüb evə getmək istəyəndə Faiq ona çay içməyi təklif etmişdir. O, razılaşmış və onlar üçü evə getmişlər. Faiq çay hazırlayaraq onlara vermişdir. Birdən dörd tərəfdən qapı-pəncərənin döyüldüyünü görmüşdür. Faiq istəyib ki, gedə qapını aça, lakin açmamışdır. Biraz keçdikdən sonra ikinci mərtəbənin pəncərəsinin “raşotkası” qırılmış, polislər içəri daxil olmuşlar. Sorğu-sual olmadan onları döyüb bağlamışlar. Sonra özünü maşına qoyub şöbəyə aparmışlar. Şöbədə üstünə baxış keçirilmiş, lakin heçnə tapılmamışdır. Özü isə epilepsiya xəstəsi olduğundan, xəstəliyi tutmuş şöbədən isə evə necə gəlmiş bilməmişdir. Evdə narkotik görməmiş, evə girəndə polislər təsir-təzyiq ediblər. Şöbədə ona demişlər ki, şahid olasan sənədlərə qol çək, lakin qol çəkməmiş, ona təsir etdiklərindən sonra qol çəkmişdir. Polislər evə saat təxminən 12də sonra gəlmişdir. Özünü ayrı digərlərini isə ayrı aparmışlar. Şöbədə olarkən isə İmranın səsin eşitmişdir, bilmiş ki, onu döyürlər. Polislər ona demişlər ki, bu formada ifadə verməlisən, özünün isə xoşu gəlməmiş, lakin ifadəni imzalamış, oxuya bilməmiş, özünə də oxumamışlar. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. İş üzrə Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. O, istifadə etdiyi narkotik vasitələri tanımadığı müxtəlif şəxslərdən almışdır. Faiqgildə olarkən o, çay hazırlayaraq onlara vermişdir. Bundan sonra Faiqlə İmran ikisi evdən çölə çıxmışlar. O, isə evdə qalmışdır. Onlar təxminən 10-15 dəqiqə çöldə söhbət edib yenidən evə qayıtmışlar. Daha sonra İmran üzərində olan siqaret qutusunun içərisindən bir ədəd siqaret çıxararaq içərisində “nəşə” olduğunu bildirmiş və Faiqlə İmran həmin “nəşə”ni çəkməyə başlamışlar. Ona da təklif etmişlər və o, da onlarla birlikdə “nəşə” çəkmişdir. Onlar bir qədər də oturmuşlar və hava işıqlanan vaxtı evdən durub çıxmışlar. Faiq də onları yola salmaq üçün qapıya çıxmışdır. Onlar qapıdan küçəyə çıxan zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, onların narkotik vasitə istifadə etməkdə şübhəli olduqlarını demişlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində inzibati otaqların birində o, şübhəli şəxs qismində tutulmuş və hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video görüntü ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxs axtarış zamanı üzərindən narkotik vasitə və ya psixotrop maddə, həmçinin digər cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra o, sərbəst buraxılmışdır və şübhəli statusu ləğv edilmişdir. Daha sonra o, Faiqin və İmranın üzərində narkotik vasitə aşkar olunduqları üçün tutulduqlarını eşitmişdir. O, İmranın birinci dəfə həmin günü görmüşdür. Əvvəllər onu tanımamışdır. İmran Faiqlə çöldə söhbət edib gəldikdən sonra siqaret qutusunun içərisindən “nəşə” çıxarmış və onlar onu birlikdə çəkmişlər. O, onlardan bir qədər kənarda oturmuşdur. Ona görə də İmran siqaret qutusundan narkotik vasitə çıxaran zaman o, İmranın üzərində başqa narkotik vasitə olubolmadığını görməmişdir. Təqsirləndirilən şəxs və Şahid8 onun yanında narkotik vasitələrin dövriyyəsi ilə bağlı söhbət etməmişdirlər. Lakin onlar çölə çıxaraq təxminən orada 15 dəqiqə söhbət etmişlər. O, evdə qaldığı üçün onların çöldə nə söhbət elədiklərini bilməmişdir. Onlar hər üçü saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqə məruz qalmamışlar. Həmçinin şöbənin inzibati binasında da ona qarşı belə hərəkətlərə yol verilməmiş, həmçinin İmrana və Faiqə qarşı da hər hansı fiziki və ya psixoloji təzyiq olduğunun şahidi olmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid9 həmin ifadəsini təsdiq etmədiyini, şöbədə ona təzyiqlər olunduğundan qol çəkib canını qurtardığını, onlarla birlikdə “nəşə” çəkmədiyini, narkotik istifadə etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid11 ifadəsində göstərmişdir ki, hadisə günü qardaşını tutub evə gətirmişlər, səbəbi isə onlara məlum olmamışdır. Evdə həmin vaxt anası olmamış, bacısı, özü və uşaqları olmuşdur. Polislər gələndə onları evdən çıxarmaq istəmişlər. Qardaşı əvvəllərdə iki dəfə tutulub, oğlurluq edib, demişdir ki, yenə yəqin qardaşı oğurluq edib. Lakin narkotiklə məşğul olmasını bilməmişdir. Özü isə polislərə demişdir ki, “buyurun araşdırın, amma məndə duracam burda”. Lakin onlara orada qalmağa icazə verməmişlər. Biraz məsafədə olan qonşuya uşaqlarını qoymuşdur. Oradan görmüş ki, maşından qapıya bir ağ kisə apardılar, sonra da içəriyə bir meşok apardılar. Polislərdən onun nə olduğunu soruşduqda, demişlər ki, “meşokdu, evdən çıxsa ora qoyacayıq”. Həmin vaxt evdə yoldaşının karobkada aldığı meyvələr olmuşdur. Həmin meyvəni boşaldıb narkotiki ora qoymuşlar, hələ şöbədə videoda da görmüş ki, hələ bir onu skoçlayıblarda. Həmin vaxt onların qapısında it varmış, necə olarki, qardaşı evlərinə gələ it hürməyə, qardaşı da ora narkotik qoya?. Həmin səhər saat 10-11 arası yuxudan oyanmışdır, həmin yerə də baxmışdır. Polislər isə saat 1-2 radələrində gəlmişlər. O, polislərdən əvvəl görmüşdür ki, skoçlu karobka oradadır və içərisində də meyvələr var. Özü hadisənin çəkilişin də etmiş və qaynar xətti də yığmışdır. Həmin vaxt polislər üstünə cummuş, telefonu yerə düşmüş, lakin çəkmişdir. Əlində sübutları olmuşdur. Lakin şöbəyə girəndə telefonunu almışlar və format etmişlər. İmranı polislər uzaqdan həyətə salanda görmüşdür. İmran Bakıda işləmiş, dekabrın 31-i günü gəlmiş, 1-i günü isə getmişdir. Polislərin gəlməyin isə bacısı və qonşular görmüşdür. Qapı döyüləndə isə özü açmış, polislər olduğunu demişlər. Özü görmüş ki, maşını vermişlər qapıya içindən bir mülki geyimli polis kisə salmış içəri, sonra da Niva markalı maşından meşok gətirmişlər. 102 xidmətinə də zəng vurub şikayət etdiyindən, polisə çağırılmış, orada təhqiqatçı üstünə qışqırmış ki, “şikayətini geri götür, hər şey məndən asılıdır”. Həmin vaxt ərizə yazıb, zəng etmişdir ki, “şikayətimi geri götürürəm”. Özü Kanal 8E-də müxbir işləyir. Sosial şəbəkələrdən whatsappdan istifadə edir. Hadisə günü çəkiliş etdikdən sonra sabahısı polisə getmişdir. Ona qədər isə telefonu özündə olmuşdur. Bacısı da çəkilişinə baxmışdır. İstəsə həmin çəkilişi bacısına da göndərə bilərmiş, lakin demişdir ki, “telefon məndədir, məndə də qalsın”. Telefonu polisə bir neçə dəfə gedəndə evində qoyub getmişdir. Lakin hadisədən 3-4 ay sonra polisə gedərkən telefonunda özü ilə aparmışdır. Girişdə isə telefonunu almışlar, çıxıb baxanda görmüş ki, telefon format olunub. Telefonunda nəyi varmışsa silinib. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhərinə işləməyə getmiş, orada İmranla görüşmüşdür. İmranla əlaqə qurmuş, görüşüb eləmişdir. Sonradan isə Ağcabədiyə qayıtmışdır. Ağcabədiyə geri qayıdan da polislər onu saxlayıb, şöbəyə aparmışlar. Şöbədə ondan İmranı tanıdığını soruşmuşlar. O isə qonşusu olduğunu demişdir. Ondan İmranla narkotiklə bağlı alış-verişinin olub-olmadığını soruşmuşdur. Özü isə “yox” demişdir. Şöbədə ona təzyiq etmişlər, demişlər ki, “de İmrandan narkotik almışam”. Özü isə almadığını demişdir. Sonra ona sənədlərə qol çəkdirmişlər, İmranı isə gətirib üzləşdirmişlər. Həmin vaxt tələb etmişlər ki, “üzünə qarşı İmrandan narkotik aldığını desin”. Özü isə demişdir ki, “xeyir alış-verişim olmayıb”. Bundan sonra zor tətbiq etmişlər ki, İmranın üzünə dursun. Lakin özü İmranın üzünə durmamışdır. İmrandan istifadəsi üçün narkotik almamış, heç vaxt da elə şey olmayıb ki, kiməsə verməsi üçün İmran ona narkotik versin. İmran tutulanda isə özü Bakı şəhərində olmuşdur. Müstəntiqə ifadə verməmişdən qabaq isə əməliyyatçılar ona təsir edib. Özü isə oxuya bilmir, nə yazıblarsa qol çəkmişdir. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olunmuşdur. İş üzrə Şahid7 ibtidai istintaq zamanı ifadəsində və üzləşdirmə zamanı göstərmişdir ki, o, bir neçə ildir ki, “nəşə” kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişdir. Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, o, İmranla eyni məktəbdə oxumuş və hal-hazırda da eyni küçədə yaşayırlar. O, həbs olunmazdan əvvəl də İmranla birlikdə narkotik vasitə istifadə etmişdir. Cəzasını çəkib evə qayıtdıqdan sonra o, İmranla görüşmüş və onlar söhbətləşmişlər. Bundan sonra da o, İmranla birlikdə narkotik vasitə olan marixuana istifadə etmişdir. Həmin narkotik vasitə İmranda olurmuş və İmran ona birlikdə çəkməyi təklif edirmiş. Onlar Ağcabədi şəhərində bir neçə dəfə görüşdükdən sonra İmran ona Bakı şəhərinə gedəcəyini, ora gedərsə ona xəbər etməyini bildirmişdir. O, 2023-cü ilin dekabr ayında Bakı şəhərinə getmişdir. Orada olan zaman o, İmranla əlaqə saxlayaraq Bakı şəhərində olduğunu bildirmişdir. Onun istifadəsində öz adına ***-***-**-** və atası İlhama məxsus ***-***-**-** saylı mobil nömrələr olmuşdur. O, həmin nömrələr ilə İmranın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək əlaqə saxlamışdır. Bundan sonra onlar İmranla Bakı şəhəri, “Neftçilər” metrostansiyasının yaxınlığında görüşmüşlər. Orada bir qədər oturub çay içdikdən sonra İmran onlara getməyi təklif etmişdir. O, İmranla birlikdə onun Nobel prospektində yerləşən kirayə qaldığı həyət evinə getmişdir. Orada tanımadığı bir nəfər oğlan da olmuşdur. Orada İmran bir yekə büküm marixuana çıxarmış və onlar üstündən götürərək çəkmişdir. Daha sonra İmran həmin “nəşə”nin üstündən bir büküm, təxminən 2-3 dəfə istifadə etməklik ona mariuxana vermişdir. Həmin marixuananı da o, özü tək istifadə etmişdir. Bundan sonra ona narkotik vasitə lazım olduqca İmranla əlaqə saxlamışdır və onlar Bakı şəhərində müxtəlif yerlərdə görüşüb ondan “nəşə” götürmüşdür. O, İmrana pul təklif etsə də o, onunla yaxın münasibətinin olduğunu bildirərək ondan pul götürməmişdir. 2024-cü ilin yanvar ayında o, Ağcabədi şəhərinə gələn zaman İmran ona bir kibrit qutusu marixuana verərək bunu Ağcabədi şəhərində ondan götürəcəklərini bildirmişdir. Əlavə olaraq İmran onun özünə də 2-3 dəfə istifadə etməklik bir büküm “nəşə” vermişdir. O, həmin gün gecə evə gəlmişdir. İmran səhəri gün günorta onunla əlaqə saxlayaraq “İşıq İdarəsi”nin qabağına çıxmağını, həmin şəxsin onu orada gözləyəcəyini demişdir. O, ora getmiş və markasını və nömrəsini xatırlamadığı bir ədəd “Mercedes” markalı avtomobildə təxminən 28-30 yaşlarında bir nəfər oğlan gəlmişdir. O, İmranın ona verdiyi narkotik vasitəni həmin şəxsə vermişdir. Onun əvəzində həmin şəxs ona heç bir şey verməmişdir. O, bir neçə gün burada qaldıqdan sonra Bakı şəhərinə getmişdir. Orada yenə İmranla görüşərək ondan özü istifadə etmək üçün narkotik vasitə olan marixuana götürmüşdür. 18 yanvar 2024-cü il tarixdə o, evdəkilərlə əlaqə saxlayan zaman evdən ona İmranın külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün tutulduğunu demişlər. O, həmin zaman İmranın tutulduğunu bilmişdir. O, İmrandan narkotik vasitələri hardan əldə etdiyini soruşsa da, İmran bu barədə ona heç bir söz deməmişdir. Lakin o, İmranın yaşadığı evdə və ya üzərində dəfələrlə iri bükümlərdə narkotik vasitələr olduğunu görmüşdür. O, İmranın onun yanında konkret olaraq narkotik vasitə satmasının şahidi olmamışdır. Ancaq o, özünə lazım olduqda İmrandan narkotik vasitə olan marixuana istəmiş və bunun əvəzində ona pul təklif etsə də, İmran ondan pul götürməmişdir. Yuxarıda qeyd etdiyi kimi isə bir dəfə də ondan Ağcabədi şəhərində tanımadığı şəxsə narkotik vasitə olan marixuana göndərmişdir. O, dəfələrlə iri bükümlərdə İmranda narkotik vasitə olan marixuana olduğunu görmüşdür. Həmçinin İmranın özünün psixotrop maddə olan metamfetamin istifadə etdiyinin şahidi olmuşdur. İfadəsi elan olunduqdan sonra Şahid7 həmin ifadələrini təsdiq etmədiyini, ifadənin yalnış olduğunu, orada elə şey demədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid8 ifadəsində göstərmişdir ki, 18 yanvar 2024-cü ildə İmran onun yaşadığı yerə gəlib, zəng vurmuşdur. İmranla görüşmüş, ona gedəcəyi yerin olmadığını, taksi tapa bilmədiyini bildirmiş, daha sonra İmranı öz evinə aparmışdır. Yoldaşı evdə olmuş, çay süfrəsi açmışdır. Evdə olarkən gecə saat 04:00 olarmış ki, birdən evinin içi polislərlə dolmuşdur. Evdə polislər onları döymüşdür. Daha sonra onları şöbəyə aparmışlar. Şöbədə məlum olmuşdur ki, İmranın cibindən narkotik çıxıb. Onu və Babəki şöbədən buraxmışlar. Ayın 20-si evinə getmişdir. Evdə yatmışdır, yoldaşı isə xəsarət aldığın görmüşdür. Buna görə də telefona çəkmişdir, döyülməyi görsənir, bədəni qap-qara olmuşdur. Şöbədə isə pullarını alıb onu buraxmışlar. Bu işə düzgün baxılmalıdır. İmran onlara gələndə gecə saat 02:00 olarmış. İmran həmin vaxt Bakıdan yol gəlmiş, ona görə də evinə çağırmışdır. İmranı bir yoldaş olmuş onun vasitəsilə tanımış, özünə narkotik lazım olduğundan İmranı nəşə çəkmək üçün evinə çağırmışdır. İmran isə özü ilə nəşə gətirmişdir, nə qədər olduğun isə bilməmişdir. Evində isə İmranla bir yerdə istifadə etmişlər. Şöbəyə aparılanda isə İmranın üstündən nəşə çıxmışdır. Orada İmran etiraf etmiş ki, həmin nəşə özünə məxsusdur. Polislər onları evin içərisində saxlamışdır. İstintaq zamanı ifadə vermiş, müstəntiq ona təsir, təzyiq etməmişdir. Oxuya bilmədiyindən ifadəsini oxumadan imzalamışdır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadələri elan və tədqiq olunmuşdur. İş üzrə Şahid8 ibtidai istintaq zamanı ifadəsində və üzləşdirmə zamanı göstərmişdir ki, o, Ağcabədi şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. 18 yanvar 2024-cü il tarixdə gecə təxminən saat 02 radələrində o, İmranla əlaqə saxladıqda İmran Ağcabədi şəhərində olduğunu bildirmişdir. O, İmrana onlara qonaq gəlməsini təklif etmişdir. İmran razılaşmış və taksi ilə Ağcabədi rayonu Hindarx qəsəbəsinə gəlmişdir. İmran evin yerini tanımadığını bildirərək Hindarx qəsəbəsində məscidin yanında olduğunu demişdir. Onun özünə məxsus avtomobildə nasazlıq olduğu üçün qonşu Babəkə zəng edərək onun Hindarx qəsəbəsinə qonağının gəldiyini, taksinin onu düşürdüb qayıtdığını, lakin evi tapa bilmədiyini deyərək ona məxsus avtomobillə qonağı gedib gətirməyi xahiş etmişdir. Babək onunla razılaşmış və bundan sonra özünə məxsus “VAZ-21015” minik markalı avtomobillə onun qapısına gəlmişdir. Babəklə birlikdə gedib avtomobili İmranın yanında saxlamış və İmran onu gördükdən sonra avtomobilə əyləşmişdir. O, İmranla Babəki tanış etmişdir. Bundan sonra onlara getmişlər. Babək onları düşürdüb evə getmək istəyəndə o, Babəkə çay içməyi təklif etmişdir. Babək razılaşmış və onlar üçü evə getmişlər. O, çay hazırlayaraq onlara vermişdir. Onlar çay içib bir qədər söhbət etmişlər. Daha sonra İmran üzərində olan siqaret qutusunun içərisindən bir ədəd siqaret çıxararaq içərisində “nəşə” olduğunu bildirmiş və onlar həmin “nəşə”ni çəkməyə başlamışlar. Babəkə də təklif etmişlər və Babək də onlarla birlikdə “nəşə” çəkmişdir. Onlar bir qədər də oturmuşlar və hava işıqlanan vaxtı evdən durub çıxmışlar. O, da onları yola salmaq üçün qapıya çıxmışdır. Onlar qapıdan küçəyə çıxan zaman mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, onların narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu demişlər. Bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video görüntü ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd falqaya bükülmüş bükülünü təqdim etmişdir. O, həmin falqa bükümlərin içərisində olan kütlənin “kakos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin kütlənin ona məxsus olduğunu, öz istifadəsi üçün üzərində saxladığını, ona qarşı heç bir fiziki və psixoloji təsir edilmədiyini, heç bir etirazının olmadığını bildirmişdir. Buna görə də barəsində cinayət işi başlanmış, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək sərbəst buraxılmışdır. Daha sonra o, Babəkin üzərindən heç nə aşkar olunmadığını, İmranın üzərindən və evindən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunduğunu eşitmişdir. O, İmranın narkotik vasitə olan heroin və ya marixuananın dövriyyəsi ilə məşğul olduğunun şahidi olmamışdır. Lakin İmranın narkotik vasitə istifadəçisi olduğunu bilirmiş və onlar birlikdə narkotik vasitə istifadə etmişlər. İmran siqaret qutusundan narkotik vasitə çıxaran zaman o, İmrana fikir verməmiş və ona görə də onun üzərində başqa narkotik vasitə olub-olmadığını görməmişdir. Onların hər üçü saxlanılarkən polis əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqə məruz qalmamışlar. Həmçinin şöbənin inzibati binasında da ona qarşı belə hərəkətlərə yol verilməmiş, həmçinin İmrana və Babəkə qarşı da hər hansı fiziki və ya psixoloji təzyiq olduğunun şahidi olmamışdır. İfadəsi elan olunduqdan sonra Şahid8 həmin ifadələrini təsdiq etmədiyini, ifadədən xəbərinin olmadığını bildirmişdir. İşdə olan, Ağcabədi RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satması və yaşadığı ünvanda külli miqdarda narkotik vasitələri əldə edib saxlaması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satması və yaşadığı ünvanda külli miqdarda narkotik vasitə saxlaması ilə bağlı ətrafında əməliyyat axtarış tədbirlərinin aparılması, onun üzərinə şəxsi axtarış aparılması, müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, PPXB-nin polis nəfərləri, polis serjantları Şahid4 və Şahid3 ibarət əməlliyyat qrupu yaradılmışdır. (c İ, i.v 5) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 25) İşdə olan, xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 03 ədəd kağız bükümün içərisində müvafiq olaraq 0,54 qram, 0,69 qram, 0,61 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlə və 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş çəkisi 0,54 qram narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. (c İ, i.v 32-34) İşdə olan, xx.xx.2024-cü il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, qeydiyyatda olduğu və yaşadığı ünvan 5 ünvanında külli miqdarda narkotik vasitələri saxlamağı ilə bağlı qeyd olunan ünvanda baxış və götürmə aparılmasına heç bir etiraz etmir. (c İ, i.v 40) İşdə olan, Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı Ağcabədi şəhəri, Səməd Vurğun küçəsi ev 215 ünvanına baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə bitişik yardımçı tikilidən bir ədəd bükümdə çəkisi 750 qram narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd ağ sintetik torbanın içərisində çəkisi 7595 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək gtürülmüşdür. (c İ, i.v 41-44) İşdə olan, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu təqdim etmiş, həmin qutunun içərisinə baxış keçirilən zaman qutunun içərisindən 03 ədəd kağız bükümü və 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükümlər, həmin bükümlərin içərisinə baxan zaman 03 ədəd bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr aşkar olunduğu qaydada təhqiqatçı tərəfindən elektron tərəzidən istifadə edilərək çəkilmiş və marixuanaya bənzər kütlə 1-ci büküm 0,54 qram, 2-ci büküm 0,69 qram, 3-cü büküm 0,61 qram olmuş, heroinə bənzər kütlənin çəkisi 0,54 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütləni İran İslam Respublikasının vətəndaşından “vatsap” sosial şəbəkəsində yazışma yolu ilə danışıb aldığını, qurudulmuş marixuanaya bənzər kütləni isə Ağcabədi rayonu ərazisindən tapdığını, heroinə bənzər kütlə və qurudulmuş marixuanaya bənzər kütlələrin bir qismini isə yaşadığı ünvan 6 ünvanında saxladığını bildirmişdir. (c İ, i.v 45) İşdə olan, xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, Səməd Vurğun küçəsi ev 215 ünvanına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə bitişik yardımçı tikilidə narkotik vasitə olan heroin və qurudulmuş marixuana saxladığını bildirərək evinə baxış keçirilməsinə hər-hansı bir etirazının olmadığını və evinin həyətində olan yardımçı tikilidə gizlədərək saxladığı bir büküm heroinə bənzər kütləni və qutudu saxladığı bir ədəd sintetik torbada olan marixuanaya bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 750 qram olmuşdur. Bundan sonra qutunun içərisində olan bir ədəd ağ sintetik torbanın içərisində olan marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 7595 qram olmuşdur. Bundan sonra götürülmüş kütlə aşkar olunduğu qaydada qablaşdırılmış, üzəri DİN-in 143 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütləni İran İslam Respublikasının vətəndaşından “vatsap” sosial şəbəkəsində yazışma yolu ilə danışıb aldığını, qurudulmuş marixuanaya bənzər kütləni isə Ağcabədi rayonu ərazisindən tapdığını bildirmişdir. (c İ, i.v 46) İşdə olan, məhkəmə bioloji və materialların məhkəmə ekspertizasının 18 yanvar 2024-cü il tarixli, 18/79-80 №-li rəyindən görünür ki, 1) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,380 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 2) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,45 qr, 0,40 qram, 0,32 qr, ümumi çəkisi 1,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3) Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətində....” sözləri yazılmış 01 ədəd qara rəngli polietilen torbada üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen torbada təmiz çəkisi 790,0 qram olan qəhvəyimtil rəngli maddə kustar üzulla hazırlanmış narkotik vasitə olan heroindir. 4) Tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətində...” sözləri yazılmış sintetik torbada üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sintetik torbada təmiz çəkisi 7800,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. Qeyd: 1. Heroinin ümumi çəkisi 790,38 qram, cəmi tədqiqata sərf edildi 0,20 qram, (hər obyektdən 0,10 qram nümunə götürüldü) qalıq 790,18 qram. 2. Marixuananın ümumi çəksi 7801,17 qram, cəmi tədqiqata sərf edildi 0,08 qram, (hər obyektdən 0,02 qram nümunə götürüldü) qalıq 7801,09 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 manat təşkil edir. (c İ, i.v 51-54) İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(017)-7/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmışdır. (c İ, i.v 95-97) İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(017)-22/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, satması və yaşadığı ünvanda külli miqdarda narkotik vasitələri əldə edib saxlaması barəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə Ağcabədi Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 18 yanvar 2024-cü il tarixli qərarı və həmin qərar əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri barədə məlumat qanuni hesab edilsin. (c İ, i.v 117) İşdə olan, DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Qasımov X19 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə 09 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 76.6.3, 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə Şirvan Apelliyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, xx.xx.2023-cü il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 02 ay 12 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. (c İ, i.v 146-148) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 22 yanvar 2024-cü il tarixli 38 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər – sağ və sol bazuda qançırlar – küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə əmələ gələ bilərdi, yetirilmə müddəti məhkəmə-tibbi müayinədən 5-6 gün əvvələ uyğun gəlməklə, xx.xx.2024-cü il tarixə uyğun gəlmir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. (c İ, i.v 154-155) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş sms mətnlərinin surətlərindən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı "xxxx" nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə məlumatların ələ keçirilməsi üçün müvafiq sorğular verilərək cavab alınmış, bununla əlaqədar olaraq "xxxx" MMC-dən daxil olmuş 1 ədəd ağ rəngli CD diskə baxış keçirilmişdir. Həmin diskdə “SMS tarixçəsi” adlı faylın içərisinə daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə ilə digər şəxslərə məxsus olan mobil nömrələr arasında müxtəlif məzmunlu yazışmalar müəyyən edilmişdir. Həmin yazışmalar zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +**********49 saylı mobil nömrəyə X15 məxsus +**********11 saylı mobil nömrədən qarşılıqlı olaraq xx/xx/2023-cü il tarixdə saat 23:22:32-də “ə, varsa denən bilim yoxdusa??nə məsələdi?? Xətrinə dəyən nəys”, xx/xx/2023-cü il tarixdə saat 08:47:05-də “X48 Allaha and Olsun Səhəri diri acmışam. X29 Nəşə qoymuyub yatmağa Telfonan Havaq xəbərin Oldu zəng vur.”, xx/xx/2023-cü il tarixdə saat 08:47:15-də “Puldakı civimdədi X44 X47 Gözlüyürəm”, xx/xx/2023-cü il tarixdə saat 20:34:12-də “Bir kəlmə söz deyə bilmirsən?Ürəyim partıyır Maşında tapa bilim Brat” məzmunlu smslər, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Taleh Rzayevə məxsus olan ***- ***-**-** saylı mobil nömrəyə xx/xx/2023-cü il tarixdə saat 17:01:02-də “Qaqa 4.4 koladı 4 say 2 patı”, 9/12/2023-cü il tarixdə saat 17:01:28-də “Orda məni çəkidə alladıblar”, xx/xx/2023-cü il tarixdə saat 17:58:39-da “ Noldu ay taleh teli koda qoymaq açmamamaq bunların heç birini sənnə gözləmədiyim şeylərdi”, xx/xx/2023-cü il tarixdə saat 18:03:29-da “Taleh səndə belə hə o pul heşnədi amma sənöl sənin fərqləndiyini düşünürdüm yanılmışam eybi yox” məzmunlu smslər, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən X3 məxsus olan +**********30 saylı mobil nömrəyə xx/xx/2023-cü il tarixdə saat 02:48:07-də “Noldu qaqa setdən itdin”, xx/xx/2023-cü il tarixdə saat 02:51:41-də “Acde poxu yeri dediler duzgun”, xx/xx/2023cü il tarixdə saat 02:51:41-də “Acde poxu yeri dediler duzgun”, xx/xx/2023-cü il tarixdə saat 02:51:59-də “Bilirlmki gorurseb mesaji” məzmunlu sms mətnləri müəyyən edilmişdir. Bundan başqa “516689249 ant-23” və “516689249 ant-24”adlı digər faylların içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə ilə müxtəlif mobil nömrələr, həmçinin X15 məxsus ***-***-**-**, X22 məxsus ***-***-**-**, X16 məxsus ***-***-**-**, Şahid7 məxsus ***-***-**-**, X10 məxsus ***-***-**-**, X3 məxsus ***- ***-**-**, X17 məxsus ***-***-**-**, X6 məxsus ***-***-**-**, X18 məxsus ***-***-**-**, X7 məxsus ***-***-**-**, X11 məxsus ***-***-**-**, X23 məxsus ***-***-**-** saylı mobil nömrələr arasında çoxsaylı zənglər və danışıqlar olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Ağcabədi rayonu və digər müxtəlif anten dairələrində olmuşdur. (c İ, i.v 167- 179) İşdə olan, Ağcabədi Rayon Mərkəzi X20 Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində “Üzvi mənşəli mülayim dərəcədə ifadə olunmuş nevrozabənzər şəxsiyyət pozğunluğu” diaqnozu ilə dispanser qeydiyyatında durur. Lakin narkoloji kabinetdə dispanser qeydiyyatda durmur. (c İ, i.v 185) İşdə olan, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X25 tərəfindən qəbul edilmiş 4 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, araşdırma nəticəsində Təqsirləndirilən şəxs Ağcabədi rayon Polis əməkdaşaları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilməmişdir. (c İİ, i.v 57-59) İşdə olan, Gəncə şəhər prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X5 tərəfindən qəbul edilmiş 11 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü öldürməyə cəhd etməsi faktında kənar şəxslərin təsiri və təqsiri müəyyən edilməmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs ilə amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma halları müəyyən edilməmişdir. (c İİ, i.v 77-78) İşdə olan, Məhkəmə-kompüter-texniki ekspertizasının 17 may 2024-cü il tarixli, 5/476 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” ıməliyyat sistemi ilə təchiz olunmuş “Texno Spark 10” markalı “TECNO Kİ5q” modelli “**********13851, **********13851” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Texno Spark 10” markalı “TECNO Kİ5q” modelli mobil smartfonun yaddaşında “7.68.0.809 versiyalı UFED 4PC” adlı proqram təminatı vasitəsilə toplanmış (Kontaktlar, zəng qeydləri, SMS mesajlar, foto, audio, video fayllar və s.) məlumatlar əldə olundu və həmin məlumatlar “Ekspertiza 5-476” adlı qovluqda 03 (üç) ədəd DVD-R tipli optik diskə köçürülərək ekspert rəyinə əlavə olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil edir. (c İİ, i.v 89-94) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Tecno Spark” markalı telefona baxış keçirilən zaman telefonda olan iş üçün əhəmiyyət kəsb edən foto şəkillər çıxarılaraq cinayət işinə əlavə edilmiş, həmin foto şəkillərə baxış keçirilən zaman foto cədvəldə olan birinci, ikinci, üçüncü, dördüncü şəkillərdə müəyyən bir yerin olduğu və həmin yerlərdə bükümlərin olduğu görünür. Telefonda olan səs yazıları və digər sübutlarla şəkilləri müqayisə etdikdə həmin şəkillərdə olan bükümlərin narkotik vasitə olduğu başa düşülür. Beşinci və altıncı şəkildə isə müəyyən bir yer oxla işarələnmişdir. Telefonda olan səs yazıları və digər sübutlarla şəkilləri müqayisə etdikdə həmin şəkillərdə olan işarələnmiş yerlərdə narkotik vasitə olduğu başa düşülür. Yeddinci şəkildə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olduğu və şəkilin aşağısında ərəb(və ya fars) hərfləri ilə yazılmış sözlər olduğu görünür. Səkkizinci şəkildə isə üzəri yapışqan lentlərlə bağlanmış bükümlər olduğu, həmin bükümlərin üzərində isə 250, 250,300 q, 300 q, 250, 350 q, 300 q, 255 q, 200 q, 300 q, 300 q sözləri yazılmışdır. Doqquz, on, on bir, on iki, on üç, on dörd, on beş və on altıncı şəkillərdə isə müxtəlif qəbzlərin fotoları əks olunmuşdur. (c İİ, i.v 95-103) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus “Tecno Spark” markalı telefona baxış keçirilən zaman telefonda olan video görüntülərin köçürüldüyü bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskdə altı ədəd video görüntü var. Birinci video görüntüyə baxış zamanı naməlum şəxsin çəkiliş apararaq narkotik vasitənin qoyulduğu yeri axtardığı görünür. İkinci video görüntüyə baxış zamanı naməlum şəxsin çəkiliş apararaq narkotik vasitənin qoyulduğu yeri axtardığı görünür. Üçüncü video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs çəkiliş apararaq narkotik vasitənin qoyulduğu yeri axtardığı görünür. Dördüncü video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs çəkiliş apararaq əlində iki ədəd içərisində narkotik vasitəyə bənzər kütlələri tutduğu, həmin kütlələrin toz şəkilli qırmızımtıl rəngli olduğunu bildirdiyi görünür. Beşinci video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs çəkiliş apararaq əlində gümüşü rəngli falqa kağız tutduğu, üzərində narkotik vasitə yandırdığı, həmin narkotik vasitənin falqanın üzərində qara rəngli ləkə qoyduğu görünür. Altıncı video görüntüyə baxış zamanı Təqsirləndirilən şəxs çəkiliş apararaq kağızın üzərində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələrin görünür. (c İİ, i.v 104-105) İşdə olan, xx.xx.2024, xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, istintaq zamanı Şahid11 ilə Ağcabədi RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X26, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, PPXBnin polis nəfərləri, polis serjantları Şahid4 və Şahid3, Bərdə RPŞ-nin İTB-nin sahə rəsi, polis leytenantı Şahid1 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş, üzləşdirmə zamanı Şahid11 polis əməkdaşlarının avtomobildən narkotik vasitə götürərək yaşadıqları evə apardığını, həmin narkotik vasitənin qardaşına məxsus olmadığını və polis əməkdaşları tərəfindən qoyulduğunu bildirməsinə səbəb kimi qardaşını müdafiə etmək istəməsi olduğunu, belə ifadə versə qardaşı üçün yüngüllük olacağını və az cəza alağını fikirləşməsini, lakin polis əməkdaşların avtomobildən kisə büküm düşürdüyünü görmədiyini və elə bir hadisənin şahidi olmadığını bildirmişdir. (c İİ, i.v 127-138, 243-245) İşdə olan, xx.xx.2024-cü il tarixli üzləşdirmə haqqında protokollardan görünür ki, istintaq zamanı Şahid7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid7 Təqsirləndirilən şəxs üzünə qarşı ona dəfələrlə istifadə etmək üçün narkotik vasitə verdiyini, bir dəfə isə onunla Ağcabədi şəhərinə narkotik vasitə olan heroin göndərdiyini bildirmişdir. (c İİ, i.v 166-168) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 12 avqust 2024-cü il tarixli, 1353 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoiddən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (c İİ, i.v 184) İşdə olan, məhkəmə-psixatrik ekspertizasının 13 avqust 2024-cü il tarixli, 575 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkmir. , Təqsirləndirilən şəxs ona şamil edilən hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazıda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. , Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu əlamətləri aşkar edilmir. , Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. (c İİ, i.v 185-187) İşdə olan, xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs məxsus “Tecno Spark” markalı telefona baxış keçirilən zaman telefonda olan səs yazılarının köçürüldüyü bir ədəd CD diskə Təqsirləndirilən şəxs və müdafiəçisi X8 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Birinci səs yazısı: Qardaş, səni narahat eləyən Ramaldı. Sənin nömrəni içəridən qardaşlardan aldım. Beyləqanlı Qurban var o verdi mənə 11-dən. Bu yaxınlarda mən siz tərəfdən bir nəfərlə iş gördüm. Məni aldatdı, xəstə mal verdi. Xəstə “aynöyün” verdi. Yeni səni qardaşlar dedi ki düz insandı, yəni onunla iş görmək olar. Yəni belə pis çıxmasın səninlə nə isə bir... yəni mən də düzgün insanam, işimi görən insanam. Səninlə nə isə bir qiymətləri zadı maraqlanım, səninlə bir iş görə bilərikmi? Qardaş mənim də adım Ramaldı. İkinci səs yazısı: Qardaş, mən həmişə götürəndə 24-ə 25-ə götürürdüm. Yəni, “prostu”, axırıncı, öz də yəni qəşəng qara mal “Urmiya” malı götürürdüm. Prostu axırıncı dəfə bir şərəfsizin biri məni aldatdı yaxşı “aynöyün” vermədi. Ona görə bir az yəni zəyiflədim, zəyifçilikdi. İndi yəni maraqlanmaq istəyirəm görüm bir səndə qiymət nətəridi. Ona uyğun deyim bir danışaq dana. Yəni bir-birimizlə iş görək. Mən də iş görən adamam. Pastayannı, yəni də problem deyil. İndi inşallah işimiz alınarsa, bir-birimizlə işləyərik sən də görərsən mən nə cür insanam. Üçüncü səs yazısı: Qardaş, sən nə isə mən... yəni mənə heç bir paddeşka eləmədin biz səninlə iş görək. Mən siz tərəfdə 5-6 adamla iş görmüşəm. Sən yəni nətəri prostu belə interesni danışdın, heç məni yəni, belə açmadı heç məni. Yəni bir... mən səninlə iş görmək istəyirəm. Deyirəm yəni daimi bir yerdə iş görək. Səni mənə dedilər. Səni mənə rəva bildilər, məsləhət bildilər deyə mən sənlə... Sənə də dedim axı temboli kimlərdən sənin nömrəni verib, deyibdilər o, yaxşıdı, o qardaşla iş görə bilərsən. Sən nə deyirsən indi mənim dediyim məsələyə? Eləmək olarmı yəni mən indi atsam 10 dənənin pulunu yəni bir 20 dənə atasan mən indi hərəkət eləyim sabah yox birisi gün, iki gündən sonra hamısı yenə hesablaşaq bir yerdə, yəni nədi... ondan sonra da yenə daha yaxşı işlər görək... Dördüncü səs yazısı: Mənə sadəcə olaraq qardaş 20 dənə “torpaq” lazımdı, yəni qəşəngindən dana. Mən sənə indi dedim nə var nə yox, mənim əziz qardaşım. İnşallah da iki gündən sonra yəni nətəri lazımdı hesablaşacayıq. Beşinci səs yazısı: Səni başa düşdüm, mənim əziz qardaşım. Onu bildim. Mən onu demirəm. İndiyə yəni mən onsuz da səndən xəbər gözləyirəm. Sən sadəcə olaraq mənə bir vaxt deginən ki, yəni mən də camaata, məni zəng eləyən camaata bir vaxt deyim. Yəni sən mənə bir vaxt de bilim mən də işimi. Altıncı səs yazısı: Təqsirləndirilən şəxs: Qaqa, bir dənə tema var, dəmir. Gör sənə qaqan nə deyir. Mən ölüm bunu Vüqar bilməsin. Vüqar demir ha mənə dəmir. Prostu o uşağın bir dənə paddelnik teması olub deyə... bilə-bilirəm e bu dəqiqə gəlib götürər. Prostu belə xətrini istədiyim uşaqdı ee... amma istəmirəm da bunu ona... bu cürnə işi...eee... “TT”-di ee özdə... bu dəqiqə də “TT”nin qabağını bağlayıblar bilirsən da Azərbaycanda retki adamdadı “TT”. Bomba kimi də silahdı. İndi rəngini bilmirəm nədi nə deyil. Prostu sabahları yəni görəcəm da, mən görməsəm də bir dost uşaq var görəcək, o, mənə nə var nə yox o, deyəcək. Rasiyadan keçmədi, gülləsi yoxdu, 25 manata 4 dənə patron düzüb qoşmaq olur. İndi Allahın izniylə mənə bir hə yox de, düzüb qoşmaq olursa sənə düzüm qoşum. Amma sən atanın goru Vüqar bilməsin da. Yəni Vüqarla mən katarariçski... yəni bu işləri... allah haqqı yəni Bakıya gəlir mənə zəng eləyir mən heç telefonu açmıram. Bilirəm ee gedərəm məni qonaq kimi qarşılayar, mənə hər şey eliyər. Amma yəni bilirsən ki zonda yəni mənim bir dənə sənlə münasibətim var idi obşi Neftçala əhlindən. Düzdü ee yaxşı qaqaşlar var idi. Amma bir dənə sənlə münasibət saxlayırdım. Belə lazım olsa mənə xəbər eliyərsən. Yeddinci səs yazısı: Təqsirləndirilən şəxs: Elə bil həə... 400 manat pul eləyir qardaş 40 dənə “aynöynün”, 100 də mənim sənə verəcəyim var. Amma qardaş bir dənə səndən xahiş eləyim da... mən elə bil günortadan sonra alındırsan lapp zor olar da mənim üçün bu əla olar. Gedib elə axşam da rayona... tuda-abratnı da gedib qayıdaram... amma beş... elə bil bizim obşi aramızda 500 olur da, mənim qardaşım. 500 vurmaram da sənə 450 vuraram 50-ni də gələn reys vuraram olarmı elə? Səkkizinci səs yazısı: Təqsirləndirilən şəxs: Gözəl qardaş mən səhərə qədər yatmamışam da... bir-iki saat gözümün acısını alım. Sən də deyirsən... sizin saatla 3 deyirsən da? Sizin saatla 2-3 olanda... sizdə 2 olanda bizdə neçə olur? Səhv eləmirəmsə sizdə 2 olanda bizdə 3 olur. Həə ona qədər polnu vaxt var. Prostu mənə bir dənə səs atarsan sənin qadan alım. Elə ona qədər özüm oyaq olacam ee... yəni uzaq başı... saat bizdə hal-hazırda on birin yarısıdır. Birin yarısına qədər uzaq başı bir dənə gözümün acısını alıb dincələrəm duraram. Səhərə qədər yatmamışam. Səkkizinci səs yazısı: Təqsirləndirilən şəxs: Belə açığı yox qardaş... belə Rasiyada görmüşəm onu o rəng yox. Bizdə reyhan deyilən bir şey var bilmirəm sizdə ona nə deyilir. Bir az qırmızıya çalan bir şey olur. Bilmirəm ee nə deyilir. Reyhan tərəvəzdi ee salata zada vurulur o rəngdə görmüşəm. Bizdə “karrik” deyilir ona. Çox adam 40 günlük deyir, 40 günlük... 40 günə “nəşə” bitmir da... yəni mən... “nəşə” sistemindən bir az başım çıxır. Yəni o, 75, 80, 90 gün... bu o vaxta qədər bitir... 70 günə, 90 günə bitən “nəşə”ləri... Doqquzuncu səs yazısı: Təqsirləndirilən şəxs: Bu yaxınlarda demirəm bir dost uşaq var mənim həm uşaqlıq dostumdu, həm türmə yoldaşımdı ona 80 qram atmışdılar siz tərəfdən qapqara interesni bir “kleyli şey” idi. Elə bil, bir dənə bilirsən... iki dənə smiçka boydası... tum yoxdu ee çırtdıyırsan ee... o boydası bir qram gəlirdi elə şirəli idi da qayçı ilə doğrayırdın. Başqa cür doğrayıb basmaq olmurdu. O, da mənə, bizə sərf eləmirdi. Onun gərək 7 qram yığasan ki krobka dola. Biz də karobkaya şeyləyirik... bizə quru şey... bax məsələn sən atdığın şəkilin atdığın şey bombadı. Görürsən ki, elə adi o qalofkanı məsəlçün deyirəm ha doğruyub karobkaya yığsam doldurar. Bizə eləsi lazımdı. İki tüstü vururdun adam sirkələyirdi. Elə şey idi. Sizdə güclü şeylər hal-hazırda çoxdu. Təqsirləndirilən şəxs səs yazılarına qulaq asaraq yuxarıda qeyd olunan ilk beş səs yazısının onun tanıdığı, lakin adını, soyadını və ata adını tam bilmədiyi şəxsin İran İslam Respublikası vətəndaşına göndərdikdən sonra ona göndərdiyini, həmin səslərin ona ünvanlanmadığını, 6-9-cu səs yazılarının ona aid olduğunu, 6-cı səs yazısının öz istifadəsində olan digər nömrəyə atdığını, həmin zaman narkotik vasitənin təsiri altında olduğunu, onda silah olmadığını və heç kimə silah satmadığını, 7-9-cu səs yazılarını isə İran islan Respublikası vətəndaşına göndərdiyini və öz istifadəsi üçün narkotik vasitə aldığını bildirmişdir. (c İİ, i.v 198-201) İşdə olan, Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası və bacılarından ibarətdir, barəsində nümayəndəliyə ərizə və şikayət xarakterli müraciət daxil olmamışdır. (c İİ, i.v 228-229) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 7801,09 qram narkotik vasitə qurudulmuş marixuana və 790,18 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Ağcabədi Rayon Polis Şöbəsinin məsul saxlancına verilmiş, şəxsi axtarış və baxış keçirilməsi zamanı video çəkiliş görünütülərini özündə əks etdirən 02 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk, məhkəmə-kompüter texniki ekspertizasından daxil olmuş 03 ədəd disk, telefona baxış zamanı aşkar edilmiş səs yazılarının və video görüntülərin köçürüldüyü 02 ədəd disk, üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. (c İİİ, i.v 1-47) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X14 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, telefon danışıqları məlumatlarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində 13 qram marixuana olmuş, Faiq və Babəklə birlikdə Faiqə məxsus evin içərisində saxlanılmış, Faiqlə görüşəndə isə onun evində stolun üstündə falqada “patı” da olmuş, lakin kimə məxsus olmasın bilməmiş, özü isə istifadə etmiş, hər üçünü polis şöbəsinə aparıb orada fiziki təzyiqlər etmişlər, üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitələrin ona aidiyyəti olmamış, həmin narkotik vasitələr polis əməkdaşları tərəfindən üzərinə və yaşadığı fərdi yaşayış evinə bitişik yardımçı tikiliyə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, təhdidlər və pis rəftar edildiyi üçün həmin narkotik vasitələrin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki təzyiqinə məruz qaldığını, təzyiqin isə döyülməsi və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində cinayət təqibi aparılmış, müvafiq olaraq 04 mart 2024-cü il tarixli qərarla (cild İİ, i.v 57-59) cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra müvafiq tibbi ekspertizaya təqdim edilmiş, Məhkəmə-tibbi ekspertizasının 22 yanvar 2024-cü il tarixli 38 nömrəli rəyi (cild İ, i.v 154-155) ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər müayinədən 5-6 gün əvvələ uyğun gəlməklə, xx.xx.2024-cü il tarixə uyğun gəlmir. Göründüyü kimi Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər artıq onun polis əməkdaşları ilə təmasından daha əvvəl yaranmış, bununla da həmin xəsarətlərin Təqsirləndirilən şəxs məhz saxlanılarkən polis əməkdaşları tərəfindən yetirilməsi tam istisna edilir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. X35 Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini bildirmişlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ilkin izahat və ifadələri, şahid ifadələri, telefon danışıqları məlumatları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 61-64) və xx.xx.2024-cü ildə təqsirləndirilən (cild İ – i.v. 76-79) şəxs qismində verdiyi ifadələrində eləcə də üzərinə və yaşadığı evə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində və istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən və yaşadığı fərdi yaşayış evinə bitişik yardımçı tikilidən aşkar edilmiş narkotik vasitələrdən heroini İran İslan Respublikasında olan Qara adlı şəxsin ona göndərdiyi konumdan götürdüyünü, həmin heroini satdıqdan sonra isə pulunu sonuncunun ona atacağı bank kartına göndərməyi razılaşdıqlarını, daha sonra heroini Ağcabədi şəhərinə yaşadığı evə aparıb, evə bitişik yardımçı tikiliyə girərək orada gizlətdiyini, 17 yanvar 2024-cü il tarixdə günorta radələrində Ağcabədi şəhəri “Qaz İdarəsi”nin yanına gəlib və evə qayıdan zaman “rus qəbirstanlığı” deyilən yerdə yolun kənarında bir ədəd qutuda içərisində yapışqan lentlə bağlanmış ağ rəngli kisənin olduğunu görüb götürdüyünü, həmin qutunu içərisində olan kisə ilə birlikdə götürərək yaşadığı evə gəlib, onu da narkotik vasitə heroini gizlətdiyi yardımçı tikilidə gizlətdiyini bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən (ilkin ifadələrindən) fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təzyiqlər, təhdidlər və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin istər ibtidai istintaq zamanı əlavə dindirilərkən, istərsə də məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində ilkin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı əlavə dindirilərkən və məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları məlumatları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı fərdi yaşayış evinə bitişik yardımçı tikilidən aşkar edilmiş narkotik vasitələrin ona aid olduğunu və satış məqsədilə əldə etdiyini bildirmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkarlanmış narkotik vasitələr ilə bağlı ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ilkin ifadələrlə ibtidai istintaqın sonraki mərhələlərində və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ilkin ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən və yaşadığı fərdi yaşayış evinə bitişik yardımçı tikilidən aşkar edilmiş narkotik vasitələrin ona aid olduğunu, həmin vasitələrin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxsin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 18 yanvar 2024-cü il tarixli şəxsi axtarış, baxış keçirilməsinə dair protokollar, həmçinin bu protokolların tərkib hissəsi olan video-görüntülər, maddi sübutlar, şahid ifadələri və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasından əvvəl Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulması haqqında və ona dövlət hesabına müdafəçi ayrılmasına dair qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Ağcabədi Rayon Vəkil Bürosunun vəkili Əbülhəsən Əmirov Təqsirləndirilən şəxs təqdim olunmuş, sonuncu isə həmin vəkilin onu müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolu vəkillə birlikdə imzalamışdır. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və baxışa dair 18 yanvar 2024-cü il tarixli protokollardan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, müdafiəçisinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış həyata keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,380 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,45 qram, 0,40 qram, 0,32 qram, ümumi təmiz çəkisi 1,17 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin tədbirlərin davamı olaraq, yaşadığı yaşadığı fərdi yaşayış evinə bitişik yardımçı tikiliyə baxış keçirilən zaman, müxtəlif əşyalarin arasında gizlədərək saxladığı üzəri yapışqan lentlə bağlanmış 01 ədəd qara rəngli polietilen torbada külli miqdarda, təmiz çəkisi 790,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzəri yapışqan lentlə bağlanmış bir ədəd sintetik torbada külli miqdarda təmiz çəkisi 7800,0 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, eləcədə yaşadığı evə baxış keçirilərkən üzərindən, yaşadığı fərdi yaşayış evinə bitişik yardımçı tikilidən aşkar edilmiş vasitələrin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış vasitələrin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs şəxsi axtarışın, baxışın nəticələrini özündə əks etdirən protokolları imzalamaqla yuxarıda sadalanan vasitələr və maddənin özünə məxsus olmasını təsdiq etmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə qeyd edir ki, həmin videogörüntüdə, Təqsirləndirilən şəxs üzərində hər hansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkil tərəfindən, habelə onun özü tərəfindən videogörüntülərdə ona qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişdir. Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə ona işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmasını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqda onun bütün hüquqları, o cümlədən müdafiəçinin iştirakı təmin edilməklə tutulmasına dair protokol tərtib olunduqdan sonra şəxsi axtarışı və yaşadığı evə baxış həyata keçirilmiş, şəxsi axtarışın və baxışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsi ilə aparılan danışlar və istifadəsində olan telefona baxış zamanı sonuncunun narkotik vasitələrin tərəfindən satışına dair yuxarıda tətqiq edilmiş çoxsaylı smsləri və səs yazıları aşkar edilmişdir. Sözügedən neytral sübutlarla da Təqsirləndirilən şəxs məhz narkotik vasitələrin satışı ilə məşğul olması, eləcədə aşkar edilmiş narkotik vasitələri də satış məqsədilə əldə edib, dayışıb, saxlaması bir daha tam təsdiq edilir. İşin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də aşkar edilmiş narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Əks nəticəyə gəlmək üçün başqa hal müəyyən edilməmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan başqa məhkəmə şahidlər Şahid11, Şahid9, Şahid7 və Şahid8 məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatlar yuxarıda sadalanan mötəbər sübutlar və Şahid9, Şahid7 və Şahid8 ibtidai istintaq zamanı vermiş olduqları, məhkəmə istintaqında isə elan tədqiq edilmiş ifadələri ilə tam təkzib olunduğundan, eləcədə Şahid11 təqsirləndirilən şəxsin yaxın qohumu (bacısı), digər şahidlərin isə onun yaxın münasibətdə olduğu tanışları olmasını, həmin şəxslərin təqsirləndirilən şəxsi məsuliyyətdən yayındırmaq məqsədilə məhkəmə iclasında verdikləri ifadələrini sübut kimi qəbul etmir və onların bu ifadələrini Təqsirləndirilən şəxs müdafiəsi məqsədi daşımaqla törədilmiş cinayət hadisəsini öz mülahizələri baxımından yanlış təqdim etməsi kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83 və 109.1-ci sətrlərinə əsasən heroin, qurudulmuş marixuana, narkotik vasitələr hesab edilir, həmin vasitələrin müvafiq sətr ardıcılığı ilə xeyli miqdarının aşağı həddi 0,15 qram, 5 qram, külli miqdarının aşağı həddi 2 qram, 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qram, 50000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 6-cı bəndində qeyd olunur ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 9-cu bəndinə görə, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayətlər törətməyə görə əvvəllər iki dəfə məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmamasını və ağırlaşdıran halın olmasını, aşkar edilmiş narkotik vasitələrin çəkisini, müxtəlif növlərə aid olmasını, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitələrin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, təqsirləndirilən şəxsin əvvəllərdə digər cinayətlərdə dəfələrlə təqsirli bilinərək, məhkum edilməsini, onun kriminal keçmişini, narkotik vasitələrin aşkar olunmayacağı təqdirdə məhz çəkisinin külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən 790,38 qram heroin, 7801,17 qram qurudulmuş marixuananın ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, son nəticədə isə əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin, eyni zamanda ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyətinin, konkret müəyyən qrup insan və fərdin sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Cavad Ağayevin həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 18 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 7801,09 qram narkotik vasitə qurudulmuş marixuana, 790,18 narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış və baxış keçirilməsi zamanı video çəkiliş görünütülərini özündə əks etdirən 02 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd disk, məhkəmə-kompüter texniki ekspertizasından daxil olmuş 03 ədəd disk, telefona baxış zamanı aşkar edilmiş səs yazılarının və video görüntülərin köçürüldüyü 02 ədəd disk, üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 143,90 (bir yüz qırx üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağcabədi Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 7801,09 qram narkotik vasitə qurudulmuş marixuana, 790,18 narkotik vasitə heroin məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və baxış keçirilməsi zamanı video çəkiliş görünütülərini özündə əks etdirən 02 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk, məhkəmə-kompüter texniki ekspertizasından daxil olmuş 03 ədəd disk, telefona baxış zamanı aşkar edilmiş səs yazılarının və video görüntülərin köçürüldüyü 02 ədəd disk, üzləşdirmə istintaq hərəkətini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 143,90 (bir yüz qırx üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar