Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-119/2024 30.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə, xx xxxx 2001-ci ildə Laçın rayonunun Oğuldərə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Laçın rayonunun Oğuldərə kəndində qeydiyyatda olmaqla, Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən 114 nömrəli evdə yaşamış, barəsində 14 may 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 8,525 qram narkotik vasitə heroin və 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,810 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 12 may 2023-cü ildə, saat 16:10 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin arasında yerləşən “Şirvan post” adlanan dairəvi yol ayrıcında Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yolu istiqamətində gedən yolunun kənarında duraraq avtomobil gözləyən zaman saxlanılaraq Cəbrayıl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman 01 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 8,525 qram narkotik vasitə heroin və 01 ədəd sarı rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,810 qram psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılan gün atası ilə birgə avtomobilə ehtiyat hissələri almaq üçün İmişli şəhərinə getmiş, saat 15:00 radələrində geri qayıdarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq qollarına qandal vurulmuş, VAZ-2110 markalı avtomobilə mindirilərək rayon polis şöbəsinə aparılmış, şöbədə Ayaz adlı polis əməkdaşının xidməti otağında Elşad və Yalçın adlı polis əməkdaşları tərəfindən sorğu-sual edilmiş, ona dini inanclara görə saxlanıldığı deyilərək içərisində narkotik vasitə və psixotrop maddə olan 2 büküm qarşısına qoyularaq bunun ona məxsus olduğu bildirilmiş, lakin həmin vaxt onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamış, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını polis əməkdaşlarının təzyiqi nəticəsində demişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında elan olunmaqla tədqiq edilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan olunarkən özünü həmin ittihamda təqsirli bilməsə də, törətmiş olduğu cinayəti etiraf edərək ifadəsində göstərmişdir ki, 11 may 2023-cü ildə, saat 19:30 radələrində tək Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədən yaşadığı 10 saylı qəsəbəyə evə piyada gedərkən asfalt yolun sağ kənarından içində narkotik vasitə və psixotrop maddə olan 2 ədəd sellofan bükülü tapıb onları məhv etmək məqsədi ilə götürərək cibinə qoymuş, 12 may 2023-cü ildə, saat 16 radələrində 3 saylı qəsəbənin ərazisinə gəlmiş, bu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Cəbrayıl rayon polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülüdə narkotik vasitə hesab olunan heroini və bir ədəd sarı rəngli sellofan bükülüdə psixotrop maddə hesab edilən metamfetamini çıxarıb stolun üzərinə qoymuş, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Cəbrayıl rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 12 may 2023-cü ildə Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş qəsəbənin ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 16:00 radələrində Təqsirləndirilən şəxs “Şirvan post” adlanan dairəvi yol ayrıcında taksidən düşərək Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yoluna doğru gedən hissəsinə keçmiş, asfalt yolun kənarında tək duraraq Biləsuvar-Bəhrəmtəpə magistral avtomobil yolu istiqamətində getmək üçün avtomobil gözləmiş. həmin vaxt sonuncu saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü və bir ədəd sarı rəngli sellofan bükülünü çıxarıb stolun üzərinə qoymuş, bükülülərə baxış keçirilərkən bükülünün birində narkotik vasitə heroinə, digərində isə psixotrop maddə olan metamfetaminə oxşar kütlələr olduğu müəyyən olunmuş, aşkar olunan kütələlər qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmış, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələri 11 may 2023-cü ildə, saat 19:30 radələrində Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədən 10 saylı qəsəbəyə yaşadığı evə piyada gedən zaman asfalt yolunun sağ kənarından tapdığını, məhv etmək məqsədilə cibinə qoyaraq yaşadığı evə getdiyini, həmin narkotik vasitəni və psixotrop maddəni məhv etmək üçün 3 saylı qəsəbənin ərazisinə gəldiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə müdafiəçinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, avtomobilinə ehtiyat hissələri almaq üçün oğlu Əlizaminlə İmişli şəhərinə getmiş, geri qayıdarkən Qızılkənd kəndi ərazisində polis əməkdaşları avtomobili saxlayaraq Əlizaminin qollarına qandal vuraraq hər ikisini polis şöbəsinə aparmış, saat 16- 17 radələrində Yalçın adlı polis əməkdaşı ona oğlunun üzərindən narkotik vasitə aşkar olunduğunu demiş, axşam saat 20 radələrində polis şöbəsindən buraxılmış, oğlu Əlizaminlə görüşərkən sonuncu narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən hədələndiyi üçün narkotik vasitənin ona məxsus olması barədə ifadələrə imza etdiyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 12 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə çəkisi 9 (doqquz) qram olan narkotik vasitə hesab olunan heroinə oxşar kütlə və 1 (bir) ədəd sarı rəngli sellofan kəsiyi bükümündə, çəkisi 5 (beş) qram psixotrop maddə hesab edilən metamfetaminə oxşar kütlə, həmçinin əynində olan qara rəngli idman şalvarının sol yan cibindən üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olan bir ədəd “Redmi S2” markalı mobil telefon aşkar olunaraq götürülmüş və şəxsi axtarış keçirilməsi zaman videokamera ilə qeydə alımış videogörüntülər əks olunan bir ədəd disk bu barədə tətib olunan protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-fiziki-kimyəvi ekspertizasının 13 may 2023-cü il tarixli 18/500 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən.” sözləri yazılmış və imzalar olan kağız paketdəki:- 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi- 8,525 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi- 4,810 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə tətbiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə tətbiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). İş materiallarında olan Cəbrayıl Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmədə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli bilərək törətdiyi cinayət əməlini səmimi etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan amblator məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 4427 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında 03 iyul 2023-cü il tarixli baxış protokolundan görünür ki, 1 (bir) ədəd mobil telefonun “Redmi S2” markalı (smatfon tipli) mobil telefon olmaqla üzərində “Azercell” mobil operatorlara aid ***-***-**-** saylı və "xxxx" mobil operatorlara aid ***-***-**-** saylı mobil telefon nömrələri olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs məxsus «Redmi S2» markalı (smatfon tipli) mobil telefonun yaddaş kitabçasına, zənglər siyahısına və mesajlar (SMS-lər) bölməsinə baxış keçirilmiş, lakin baxış zamanı həmin mobil telefonun yadda kitabçasında və zənglər siyahısında iş üçün əhəmiyyət kəsb edə biləcək mobil telefon nömrələri, həmçinin mesajlar (SMS-lər) bölməsində və “WhatsApp” proqramında zənglər və mesajlar siyahısına iş üçün əhəmiyyət kəsb edə biləcək mesaj (SMS) mətnləri aşkar olunmamış, hər hansı digər bir məlumat aşkar olunaraq götürülməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara və mesajlara dair məlumatlar Cəbrayıl Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli qərarı ilə «Azercell» mobil operatorundan götürülmüş, qərar əsasında Azercell Telekom» MMC-nin xx.xx.2023-cü il tarixli 12572 nömrəli məktubu ilə Cəbrayıl RPŞ-yə daxil olmuş 1 (bir) ədəd diskə 24 iyun 2023-cü ildə baxış keçirilmiş, baxış zamanı Azercell Telekom» MMC-nin xx.xx.2023-cü il tarixli 12572 nömrəli məktubunda «qeyd etdiyiniz Azercell nömrənin qərarda göstərilən müddət üzrə mövcud olan zənglər və SMS-lər siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və abunəçilərə dair məlumatın təqdim edildiyi, "xxxx" MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin və "xxxx" MMC-də “WhatsApp” vasitəsilə göndərilən səsli və yazılı mesajların qeydiyyatı aparılmadığı» göstərildiyi müəyyən olunmuşdur. Həmin məktubla göndərilmiş 1 (bir) ədəd CD disk “HP” markalı kompyuterə yerləşdirilməklə həmin diskdə olan məlumatlara tərəfimdən baxış keçirilmiş və baxış zamanı hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə 01mart 2023-cü ildə, saat 00:00:00-dan 13 may 2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar göndərildiyi məlum olmuşdur. Həmçinin, baxış zamanı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 12572 nömrəli məktubla göndərilmiş 1 (bir) ədəd CD diskdə hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü ildə saat 00:00:00-dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlarda gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcək mobil telefon nömrəsi, həmçinin mesaj (SMS) mətni və ya hər hansı bir digər məlumat aşkar olnmamışdır. Buna görə də, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 12572 nömrəli məktubla göndərilmiş hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü il tarixdə saat 00:00:00-dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan bir ədəd CD diskdə iş üçün əhəmiyyət kəsd edə biləcək mobil telefon nömrəsi, həmçinin mesaj (SMS) mətni və ya hər hansı bir digər məlumat aşkar olunmadığı üçün həmin disk maddi subut kimi tanınmadan cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlara və mesajlara dair məlumatlar Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" mobil operatorundan götürülmüş, qərar əsasında "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZE/LGL-6598/23 nömrəli məktubu ilə Cəbrayıl rayon Polis Şöbəsinə daxil olmuş 1 (bir) ədəd diskə 15 iyul 2023-cü ildə baxış keçirilmiş, baxış zamanı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZE/LGL-6598/23 nömrəli məktubunda "xxxx" MMC “WhatsApp” proqramı vasitəsilə göndərilmiş mətinlərinə dair məlumatların təqdim edilməsi üçün texniki imkana malik deyil, digər məlumatları məktuba əlavə edilmiş qoşmada CD şəklində Sizə təqdim edirik» sözləri qeyd olunduğu müəyyən olunmuş, 1 (bir) ədəd CD disk “HP” markalı kompyuterə yerləşdirilməklə qeyd olunan diskdə olan məlumatlara baxış keçirilmiş və baxış zamanı hazırkı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü ildə saat 00:00:00-dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar göndərildiyi məlum olmuşdur. Həmçinin, baxış zamanı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZE/LGL-6598/23 nömrəli məktubu ilə göndərilmiş 1 (bir) ədəd CD diskdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü ildə saat 00:00:00-dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlarda gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcək mobil telefon nömrəsi, həmçinin mesaj (SMS) mətni və ya hər hansı bir digər məlumat aşkar olunmamış, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023-cü ildə saat 00:00:00-dan xx/xx/2023-cü il tarixə saat 00:00:00-a kimi aparılan danışıqlara dair məlumatlar, SMS-lər siyahısı, SMS mətnləri, əhatə dairəsi və abunəçilərə dair məlumatlar əks olunan 1 (bir) ədəd CD diskdə iş üçün əhəmiyyət kəsd edə biləcək mobil telefon nömrəsi, həmçinin mesaj (SMS) mətni və ya hər hansı bir digər məlumat aşkar olunmadığı üçün həmin disk maddi subut kimi tanınmadan cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. İş materiallarında olan 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən 114 nömrəli fərdi yaşayış evində narkotik vasitələrin və ya psixotrop maddələrin, eləcə də, qanunla qadağan edilmiş digər əşya və ya predmetin saxlanılmasını güman etməyə kifayət qədər əsaslar olduğundan Cəbrayıl Rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli 5(072)-017/2023 nömrəli “İstintaq hərəkətlərinin məcburi aparılması haqqında” qərara əsasən həmin ünvanda hal şahidlərinin iştirakı ilə axtarış keçirilmiş, lakin keçirilmiş axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar olunaraq götürülməmiş və axtarış keçirilməsi barədə müvafiq protokol tərtib olunaraq cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan“Cəbrayıl RMX-sı” X7 17 may 2023-cü il tarixli 244 saylı məktubundan görünür ki, Laçın rayonunun Oğuldərə kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən 114 nömrəli evdə yaşayan, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Rayon Poliklinikasının Nevroloji və Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda olmamışdır. İş materiallarında olan Cəbrayıl rayon polis şöbəsinin cinayət axtarışı bölməsindən daxil olmuş 12 iyul 2023-cü il tarixli, 3-13-70/2-2750/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ********* saylı cinayət işi ilə bağlı yaranmış istintaq zərurəti ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 11 may 2023cü ildə saat 19:30 radələrində tək Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədən 10 saylı qəsəbədə yerləşən yaşadığı evə piyada gedən zaman Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrarası asfalt yolunun sağ kənarından cəmi 2 (iki) ədəd sellofan kəsiyinə bükülü halda olan içərisində narkotik vasitə hesab olunan heroin və içərisində psixotrop maddə hesab edilən metamfetamin tapmışdır. Təqsirləndirilən şəxs tapdığı narkotik vasitəni və psixotrop maddəni cibinə qoyaraq yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən 114 nömrəli evə aparmışdır. Təqsirləndirilən şəxs səhəri gün, yəni 12 may 2023-cü ildə saat 15 radələrində dövlət qeydiyyat nişanını və markasını müəyyən etmək mümkün olmayan taksi ilə Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbənin ərazisinə gəlmiş və bu zaman tapdığı 1 (bir) ədəd sellofan kəsiyi bükümündə olan narkotik vasitə hesab olunan heroin və 1 (bir) ədəd sellofan kəsiyi bükümündə olan psixotrop maddə hesab edilən metamfetamin üzərində olmuşdur. Həmin tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ilə 4 saylı qəsəbənin ərazisində yerləşən “Şirvan post” adlanan dairəvi yol ayrıcında Biləsuvar-Bəhrəmtəpə avtomobil yoluna doğru gedən yolda tək duraraq qeyd olunan istiqamətə getmək üçün avtomobil gözləyən zaman Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişdir. Cəbrayıl rayon Polis Şöbəsində keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd sellofan kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 8,525 qram olan nakotik vasitə hesab olunan heroin və 1 (bir) ədəd sellofan kəsiyi bükümündə külli miqdarda, yəni təmiz çəkisi 4,810 qram olan psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin bir hissəsini və yaxud da digər narkotik vasitə və ya psixotrop maddəni kiməsə satmasını və ya pay verməsini müəyyən etmək mümkün olmamışdır. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, gələcəkdə müsbət nəticə əldə olunarsa bu barədə əlavə olaraq bildiriləcəkdir. İş materiallarında olan qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və qalıq çəkisi – 8,475 qram olan narkotik vasitə heroin və 4,810 qram psixotrop maddə metamfetamin Cəbrayıl rayon polis şöbəsində saxlanılır, şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntülər əks olunan 01 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində “Azercell” mobil operatora aid ***-***-**-**, "xxxx" mobil operatora aid ***-***-**-** saylı mobil telefon nömrələri olan 01 (bir) ədəd “Redmi S2” markalı (smartfon) mobil telefon atası X1 qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraatı zamanı verdiyi etirafedici və şahidlərin isə istintaq zamanı və məhkəmədə verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək təqsirləndirilən şəxsin qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdar təşkil edən narkotik vasitəni və psxotrop maddəni bilavasitə satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 12 may 2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Cəbrayıl rayon məhkəməsinin 14 may 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 12 may 2023-cü ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonunun Oğuldərə kəndində qeydiyyatda olmaqla Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 10 saylı qəsəbədə yerləşən 114 nömrəli evdə valideynləri ilə birgə həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,475 qram narkotik vasitə heroin və qalıq çəkisi 4,760 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş üzərində “Azercell” mobil operatora aid ***-***-**-**, "xxxx" mobil operatora aid ***-***-**-** saylı mobil telefon nömrələri olan 01 (bir) ədəd “Redmi S2” markalı (smartfon) mobil telefonun atası X1 qaytarılması nəzərə alınmalı, şəxsi axtarış keçirilməsilə bağlı videogörüntülər əks olunan 01 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 may 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəbrayıl rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,475 qram narkotik vasitə heroin və qalıq çəkisi 4,760 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş və üzərində “Azercell” mobil operatora aid ***-***-**-**, "xxxx" mobil operatora aid ***-***-**-** saylı mobil telefon nömrələri olan 01 (bir) ədəd “Redmi S2” markalı (smartfon) mobil telefonun atası X1 qaytarılması nəzərə alınsın, şəxsi axtarış keçirilməsilə bağlı videogörüntülər əks olunan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 49 (qırx doqquz) manat, 74 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev 2 . Cavid Səfərli
3. Müşfiq Məmmədov