Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-119/2025 10.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1986-cı ildə Ağcabədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi şəhəri, N.Abdullayev küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə, saat 19 radələrində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun bədənin müxtəlif nahiyələrinə yumruqla vurub qarnında və sol əl pəncəsində sıyrıqlarla müşayiət edilən, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsi səbəbindən sonuncudan qisas almaq məqsədilə qəsdən, yaşadığı evin qarşısıda yerləşən stolun üzərindən götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə iki dəfə zərbə vurmaqla həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarından qarın boşluğuna keçərək qara ciyərin və nazik bağırsaq ilgiklərinin kəsilmiş yaraları ilə müşahidə edilən iki ədəd qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yaralar kimi ümumilikdə iki ədəd xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına insan həyatı üçün təhlükəli olan qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, əvvəllər Əfsanə adlı qadınla evli olmuş, 2012-ci il tarixdə Əfsanə ilə rəsmi olaraq boşanmışlar və Əfsanə uşaqlarla birlikdə ondan ayrı yaşayırlar. Hazırda o, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuşdur. Zərərçəkmiş şəxs uşaqlıqdan tanımış, bir məhəllədə yaşayırlar və həmişə də münasibətləri yaxşı olmuşdur. 17 fevral 2024-cü il tarixdə, səhər saatlarında tanışı Təvəkkülün xahişi ilə onun evində aparılan təmir işlərinə kömək etmək üçün Təvəkkülün evinə getmiş, axşam saatlarında oradan çıxıb evinə gəlmişdir. Həmin gün saat 17 radələrində evin elektrik sayğacına pul yükləmək üçün yaxınlıqda yerləşən mağazaya gedib karta pul yükləyib oradan çıxanda tanışı Samirlə qarşılaşıb söhbət etməyə başlamışlar. Söhbət zamanı Samir toydan gəldiyini bildirib üzərində bir ədəd araq olduğunu deyib araq şüşəsini ona göstərmiş, o da Samirə təklif etmişdir evində hazır yemək var, gedib evdə birlikdə yeyibiçsinlər, Samir də razılaşmış və birlikdə onun (Təqsirləndirilən şəxs) evinə getmişlər. O, anası Aygün Səfiyeva ilə birlikdə bir evdə yaşayır və həmin vaxt anası evdə olmamış, yaxınlıqdakı məscidə getmişdir. Evdə o, süfrə açmış və hər ikisi Samirin gətirdiyi araqdan içmişlər, içki içdiklərindən hər ikisi sərxoş vəziyyətdə olmuşlar. Sonra Samirin yuxusu gəldiyi üçün evdə divanda uzanıb yatmışdır. Yeyib-içdikləri vaxt Samirlə aralarında hər hansı bir narazılıq olmamışdır. Sonra o, Təvəkkülə zəng edib evə yeyib-içməyə dəvət etmişdir. Təxminən 1-2 saat yatdıqdan sonra Təvəkkül gəlmiş, elə həmin vaxt o, Samiri də yuxudan oyatmış və birlikdə evin həyətinə düşmüşlər. Həyətdə o, Samir və Təvəkkül dayanıb söhbət etmişlər. Söhbət zamanı Samir Təvəkkülə bacısı Aynurun pambıq sahəsində alaq edən arvadı Xanıma (Samirin arvadı) işçi pulunu nəyə görə vermədiyinə demiş, Təvəkkül də buna görə aralaşıb Aynurla telefonla danışmışdır. Sonra Samir onun keçmiş arvadı Əfsanə barəsində xoşagəlməz sözlər danışmağa başlamış, o da Samirə Əfsanə ilə ayrılsa da, uşaqlarının anası olduğunu bildirib belə sözlər danışmamasını demiş, Samir isə onun sözlərinə əhəmiyyət verməyib yenə də Əfsanə barəsində xoşagəlməz sözlər demiş və aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə edən zaman Samir əvvəl başı ilə onun alınına vurmuş, sonra yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamış, o da Samiri yumruqla vurmuş və onlar əlbəyaxa olub dalaşmışlar. Sonra Təvəkkül gəlib onları aralaşdırsa da, Samir sakitləşməyib yenidən ona nalayiq söyüşlər söymüşdür. Bundan sonra Təvəkkül gedib həyət darvazasını açarla açmağa çalışan vaxt Samir yenə də dayanmayıb onun ünvanına söyüş söyməyə davam etmişdir. O da Samirin söyüşlərinə dözməyib evin qarşısındakı stolun üstündə olan mətbəx bıçağını götürüb Samirə tərəf gedib çatan kimi Samirin qarın nahiyəsinə bir dəfə bıçaqla vurmuş, sonra aralaşmadan ikinci dəfə də qarın nahiyəsinə bıçaqla vurmuş, bundan sonra Samirdən aralanıb kənarda dayanmışdır. Orada Təvəkkül əvvəl ona yaxınlaşıb onu geri itələmiş, sonra Samirin yanına gedib əynindəki paltarı qaldırıb baxmış və Samirin qarın nahiyəsindən qan axdığını görmüşdür. Sonra Təvəkkül kömək çağırmaq üçün həyətdən küçəyə çıxmış, o isə evdən çıxıb anasının yanına, yaxınlıqda yerləşən məscidə gedib baş verənləri anasına demiş, sonra birlikdə evə qayıtmışlar. Həyətə girəndə Samirin qardaşlarını həyətdə görmüş, onlar Samiri götürüb xəstəxanaya aparmışlar. Aradan bir az keçdikdən sonra polis əməkdaşları gəlib onu tutub rayon polis şöbəsinə aparmışlar. O, Samiri 17 fevral 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı evin həyətində iki dəfə bıçaqla vurmuş, bu hadisənin baş verməsinə səbəb Samirin onun keçmiş arvadı Əfsanənin barəsində nalayiq sözlər danışmağı, həm də bu danışıqla bağlı mübahisə edib dalaşarkən Samirin onu vurması, eləcə də sərxoş vəziyyətdə olması olmuşdur. Hadisə zamanı həyətində özü, Samir və Təvəkkül olmuşdur. Baş vermiş hadisədən az müddət sonra Samir onunla barışmış və o, xəsarət yetirdiyinə görə Samirə üzrxahlıq edib əməlindən peşman olduğunu bildirmişdir. Hazırda Samirlə barışmış və münasibətləri yaxşıdır. O, Samirə xəsarət yetirdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs uşaqlıqdan tanımış, bir məhəllədə yaşamaqla münasibətləri həmişə yaxşı olmuşdur. 17 fevral 2024-cü il tarixdə, günortadan sonra qonşusu Aqilin oğlunun toy məclisində iştirak etmiş və toyda yemək yeyib araq içmiş, saat 17 radələrində toydan çıxarkən özü ilə bir şüşə araq da götürmüşdür. Sonra o, yaşadığı evə gedərkən küçədə Sadiqlə rastlaşıb görüşüb söhbətləşərkən Sadiqə üstündə araq olduğunu demiş, Sadiq evlərinə gedib yeyib içməyi təklif etmiş, o da razılaşıb birlikdə Sadiqin evinə getmişlər. Həmin vaxt evdə heç kim olmamış, Sadiq stolu hazırlamış, evdə hazır yemək olmuş və onlar yemək yeyib gətirdiyi araqdan da içmişlər. Araq içdikləri üçün hər ikisi sərxoş vəziyyətdə olmuşlar. Yuxusu gəldiyi üçün o, orada olan divanda uzanıb yatmış, təxminən bir saat yatdıqdan sonra Sadiq onu yuxudan oyatmışdır. Sonra o və Sadiq evin həyətinə düşmüş və qonşusu Təvəkkülün həyətdə dayandığını görüb onunla salamlaşmışdır. Sonra Təvəkkül ona «niyə söyüş söymüsən» demiş, o da Təvəkkülə ona qarşı söyüş söymədiyini bildirmiş, Təvəkkül isə Sadiqin «sənin söydüyünü» ona dediyini demişdir. Sonra o, Sadiqə Təvəkkülə söyüş söymədiyi halda nəyə görə ona belə sözlər danışdığı bildirmiş, bu vaxt Sadiq onun üstünə gəlmiş, onlar biri-birinin yaxasından tutub əlbəyaxa olub dartışmışlar. Mübahisə zamanı Sadiq ona yumruq atmış, lakin yumruq ona dəyməmiş, o da Sadiqin qarnından yumruqla vurmuş, sonra əlləri ilə Sadiqin sinəsindən geri itələmişdir. Həmin vaxt Təvəkkül yaxınlaşıb onları aralaşdırmış, sonra Təvəkkül darvazaya tərəf gedib qapını açarkən Sadiq ondan aralaşıb evin qarşı tərəfində yerləşən stolun üstündən bıçaq götürüb onun üstünə gəlmişdir. Sadiqin onu bıçaqla vuracağı ağlına gəlməmiş, lakin Sadiq əlində bıçaqla onun üstünə gəlib çatan kimi qarnına bir dəfə bıçaqla vurmuş, o da buna görə təpiklə Sadiqin ayağına vurmuş, sonra Sadiq yenidən bıçaqla onun qarınına bir dəfə də bıçaqla vurmuşdur. Sonra Sadiq ondan aralanıb evə tərəf getmiş, Təvəkkül isə onun yanına gəlib köynəyini qaldılıb bədəninə baxıb xəsarət aldığını demişdir. Bundan sonra Təvəkkül dostu Radimə zəng edib onun (Samirin) bıçaqlandığını demiş, həmin vaxt özü də Radimlə danışıb oraya gəlməsini xahiş etmişdir. Aradan bir az keçdikdən sonra Radim onun yanına gəlmiş, elə həmin vaxt o, özünü pis hiss etmiş və huşunu itirmiş, ayılanda xəstəxanada olduğunu bilmişdir. 17 fevral 2024-cü il tarixdə, saat 19 radələrində Sadiq yaşadığı evin həyətində onu iki dəfə bıçaqla vurmuşdur. Sadiq onun Təvəkkülə söyüş söydüyünü demiş, buna görə Sadiqlə aralarında mübahisə olub dalaşmışlar və dalaşma zamanı Sadiq bıçaqla onun qarınına iki dəfə vurmuşdur. Baş vermiş hadisədən az müddət sonra o, Sadiqlə barışmışdır. Sadiq ona xəsarət yetirdiyinə görə üzrxahlıq edib peşman olduğunu bildirmişdir. Hazırda o, Sadiqlə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs istintaq orqanına ünvanladığı 21 sentyabr 2024-cü il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış və ona qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla münasibəti yaxşı olmuşdur. 17 fevral 2024-cü il tarixdə evində aparılan təmir işləri ilə bağlı ona kömək etmək üçün Sadiq onun evinə gəlmiş və saat 16 radələrində Sadiq onlardan çıxıb evinə getmişdir. Aadan 15-20 dəqiqə keçdikdən və daha sonra Sadiq bir neçə dəfə zəng edib onu evinə yeyib-içməyə dəvət etmiş, Samirində onlarda olduğunu demiş, o da saat 19 radələrində Sadiqin evinə getmişdir. O həyətə daxil olduqdan sonra Sadiq həyət darvazasının arxasını açarla bağlamışdır ki, anası gəlib evdə onların araq içdiklərini görməsin. O evə daxil olarkən Samirin divanda yatdığını görüb Sadiqdən Samirin niyə görə yatdığını soruşmuş, Sadiq də Samirin toyda da içdiyini, gələndə özü ilə gətirdiyi araqdan da içdiyi üçün yatdığını demişdir. Sonra Sadiq anası gələcəyi üçün Samiri oyatmış, Samir də oyanıb qalxdıqdan sonra «ana söyüşü» ilə Sadiqlə zarafat etmiş, Sadiq də Samirə «ana söyüşü» söyməklə cavab vermiş, bundan sonra Sadiq və Samir biri-birinin yaxasından tutub mübahisə etməyə başlamışlar. Həmin vaxt o, araya girib onları aralaşdırmışdır. X4 «həm gəlib evimdə yeyib-içirsən, həm də ana söyüşü söyürsən» demiş, Samir də Sadiqə «sən kişi deyilsən» demişdir. Sadiq Samirdən nəyə görə belə dediyini soruşmuş, Samir də «sən yaxşı kişi olsan arvadından boşanmazdın, indi arvadın orda-burda gəzir» demiş, Samirin bu sözündən sonra Sadiq və Samir yenidən biri-birinin yaxasından tutub mübahisə etməyə başlamışlar və o, yenə də araya girib onları aralaşdırmışdır. Sonra o, gedib evdən darvazanın açarını gətirib darvazanı açıb Samiri oradan aparmaq istəmiş, həmin vaxt Sadiq və Samir bir-birinə nalayiq söyüş söyüb dalaşmağa başlamışlar. Dalaşarkən Samir yumruqla Sadiqin qarnına bir dəfə vurmuş, o yenə də gedib onları aralaşdırmış, sonra evə gedib stolun üstündən açarı götürüb evdən çıxmışdır. Həmin vaxt Samir və Sadiq həyətdə-evin qarşısında olmuşlar. O yaxınlaşıb darvazanı açmaq istəyərkən çevrilib baxanda Sadiqin Samirin üstünə gedib əlindəki bıçaqla Samirin qarınına iki dəfə vurmasını, sonra Sadiqin Samirdən aralaşmasını görmüşdür. O, Samirin yanına gəlib onu həyətdəki sütula əyləşdirib əynindəki köynəyi qaldırıb baxanda qarın nahiyəsində qan olduğunu görmüşdür. Sonra o, Samiri xəstəxanaya aparmaq üçün yaxınlarına məlumat vermək istəmiş, lakin qardaşının telefon nömrəsini tapa bilməmiş, sonra həyətdən küçəyə çıxmışdır ki, maşın tapıb onu xəstəxanaya aparsın, lakin maşın da tapa bilməmişdir. Sonra o, yolun kənarında Sadiqin dostu Radimin oğlundan nömrəsini öyrənib Radimə zəng edib Sadiqin Samiri bıçaqladığın və Samirin hazırda Sadiqin evinin həyətində olduğunu demişdir. Sonra o, geri qayıdarkən Sadiqə zəng edib vəziyyəti soruşmuş, Sadiq də Radim və Qabilin gəlib Samiri xəstəxanaya aparmalarını demişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri həmişə yaxşı olmuşdur. 17 fevral 2024cü il tarixdə qonşusu Aqilin oğlunun toyunda iştirak etmiş, qardaşı Samir də toy məclisində olmuşdur. Həmin gün, axşam saatlarında evdə olarkən Samirin dostu Radim ona zəng edib Samirin bıçaqlandığını, Samiri Sadiqin bıçaqladığını və Samirin Sadiqgilin həyətində olduğunu demişdir. O, dərhal Sadiqgilə getmiş və orada Samirin xəsarətlər aldığını görmüş, sonra Radimlə birlikdə Samiri avtomobilə qoyub xəstəxanaya aparmış, bundan sona polisin «102» xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Samirlə Sadiq mübahisə edib dalaşmışlar və dalaşarkən Sadiq Samiri bıçaqlamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, onlarla münasibəti həmişə yaxşı olmuşdur. 17 fevral 2024-cü il tarixdə, axşam saatlarında tanışı Təvəkkül ona zəng edib Sadiqin Samiri bıçaqlandığını və Samirin Sadiqgildə olduğunu demiş, həmin vaxt Samirlə də danışmışdır. Sonra o, Samirin qardaşı Qabilə zəng edib Samirin bıçaqlandığını və hazırda Samirin Sadiqgildə olduğunu demişdir. Sonra o, Sadiqgilə getmiş və həyətdə Samirin xəsarət aldığı yerdən, yəni qarınından qan axmağını görmüş, az sonra Qabil də oraya gəlmiş və birlikdə Samiri avtomobilə qoyub rayon xəsatəxanasına aparmışlar. Hadisənin hanısı səbəbdən və şəraitdə baş verməsi barədə məlumatı yoxdur, lakin sonradan eşitmişdir ki, Sadiqlə aralarında mübahisə baş verən zaman Sadiq Samiri bıçaqla vurmuşdur. İşdə olan, Ağcabədi RPŞ-nin məsul növbətçisinin 17 fevral 2024-cü il tarixli “Raprot”u ilə müəyyən edilir ki, həmin tarixdə, saat 21:55-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məlumata əsasən Zərərçəkmiş şəxs “qabırğa nahiyəsindən deşilmiş yara xəsarəti” ilə xəstəxanaya daxıl olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 17 fevral 2024-cü il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkillərlə müəyyən edilir ki, hadisə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində baş vermişdir. Baxış zamanı Təqsirləndirilən şəxs göstərdiyi yerdən evin otağında olan stolun üzərindən bir ədəd bıçaq qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, Ağcabədi RPŞ-nə ünvanlanmış Zərərçəkmiş şəxs 19 fevral 2024-cü il tarixli “Ərizə”sində Zərərçəkmiş şəxs 17 fevral 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs yaşadığı evin həyətində bıçaqla ona xəsarət yetirdiyini bildirib, bununla bağlı tədbir görülməsini xahiş etmişdir. İşdə olan, “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 19 fevral 2024-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Şahid2 təqdim etdiyi, Zərərçəkmiş şəxs məxsus bir ədəd uzunqol kofta (köynək), bir ədəd qısaqol kofta (köynək) və bir ədəd mayka qablaşdırılıb istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 18 fevral 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərqarınında və sol əl pəncəsində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə vurulma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti 17 fevral 2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Təqsirləndirilən şəxs bədən səthi üzərində deşici-kəsici alətlə (bıçaqla) yetirilmiş xəsarətlər aşkar edilmədi. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön divarından qarın boşluğuna keçərək qara ciyərin və nazik bağırsaq ilgiklərinin kəsilmiş yaraları ilə müşahidə edilən iki ədəd qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yaralar olmuş, həmin xəsarətlər iti kənarlı əşyanın təsirindən törənmiş, kənar şəxs tərəfindən bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi, şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir, xəsarətlərin yetirilmə müddəti 17 fevral 2024-cü il tarixə uyğun gəlir və xəsarətlər dərəcəsinə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətlərinə aiddirlər. İşdə olan, kompleks məhkəmə tibbi-kriminalistik və kriminalistik ekspertizasının 11 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın, qısaqol koftanın və maykanın hər birinin ön səthində çoxsaylı deşilmiş-kəsilmiş zədələr aşkar edildi. Bu zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişlər, paltarlar üzərində olan deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus uzunqol koftanın sağ qolunun azad kənarında bir ədəd sökülmüş-cırılmış zədə, qısaqol koftanın arxa səthinin sağ yarısının aşağı hissəsində bir ədəd cırılmış zədə var, bu zədələr küt yaranma mexanizminə malikdir, paltarların həmin nahiyələrinin (hissələrinin) dartılması nəticəsində törənməyə uyğun gəlir. Zərərçəkmiş şəxs məxsus paltarlar üzərində deşilmiş-kəsilmiş zədələr qərarın təsviri hissəsində göstərilən şəraitdə törənməsi inkar edilmişdir. Təqdim edilmiş paltarlar üzərində olan zədələr yetirilərkən, xəsarət yetirənlə Zərərçəkmiş şəxs müxtəlif qarşılıqlı vəziyyətdə ola bilər, bu zaman iz törədən alətin tiyəsi onun bədənin öz səthinə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. İşdə olan, məhkəmə tibbi-bioloji ekspertizasının 20 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu O(İ)-dir, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd qolsuz mayka, qısaqol köynək və uzunqol sviterin (köynəyin) üzərində insan qanı ləkələri aşkar olundu. BU ləkələrdə qanın qrup göstərcisi ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız “H” antigeni alındı, “A”, “B” antigenləri və aqqlyutininlər isə alınmadı. “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O(alfa), beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 06 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ambulator məhkəmə-psixiartik ekspertizasının 07 sentyabr 2024-cü il tarixli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. İşdə olan, “Əşyanın maddi sübut qismində tanınması haqqında” 19 fevral 2024-cü il tarixli qərarla müəyyən edilir ki, bir ədəd bıçaq, bir ədəd uzunqol kofta (köynək), bir ədəd qısaqol kofta (köynək) və bir ədəd mayka iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Ağcabədi RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi barədə” 21 sentyabr 2024-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, habelə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışdıqları üçün Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə əməli) nəzərdə tutulmuş inzibati məsuliyyətdən azad edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid1 Şahid3 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1 Şahid3 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni zərərçəkmiş şəxs, şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Ağcabədi Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Ağcabədi Rayon Məhkəməsinin 15 fevral 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 152-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay sınaq müddəti təyin edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəalarına əsasən məhkəmə hesab edir ki, 15 fevral 2012-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab olunur. İşdə olan, Ağcabədi RİHB-nın Ağcabədi şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 20 sentyabr 2024-cü il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağcabədi şəhəri, N.Abdullayev küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı ərazidə qonşuları və dostları ilə normal münasibətdə olmuş və ondan nümayəndəliyə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İşdə olan, sənədlərlə müəyyən edilir ki, zərərçəkmiş şəxs, 28 mart 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs evli olmaqla Ağcabədi şəhəri, N.Abdullayev küçəsi, ev 168-də qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və onun CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70ci maddələrinin tətbiq olunması, habelə barəsində xüsusi müsadirə təyin edilməsi üçün (həmin Məcəllənin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edib, həmin Məcəllənin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, cəza təyini zamanı CM-nin 60-cı maddəsinin müddəalarının tətbiq edilməsi üçün əsaslar vardır. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən halı, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşmançılıq çəkməsi), təqsirlənləndirilən şəxslə zərərçəkmiş şəxsin eyni məhəllədə yaşamaqla münasibətlərinin yaxşı olması, eləcə də işin faktiki halları, o cümlədən hadisənin bilavasitə zərərçəkmiş şəxsin hərəkətlərinin təsiri altında baş verməsini nəzərə alaraq ona təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə yaxın həddə təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.7-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Ağcabədi RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, bir ədəd uzunqol köynək, bir ədəd qısaqol köynək və bir ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Ağcabədi Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd bıçaq, 1 (bir) ədəd uzunqol köynək, 1 (bir) ədəd qısaqol köynək və 1 (bir) ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-119/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-119/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver