Məhkəmə qərarları › İş №1(099)-12/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-12/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-12/2022 16.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Şahid5 Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X5, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X19, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 Şəxsin) nümayəndəsi X6 iştirakı ilə xx xxxxxx 1961-ci ildə Lerik rayonunun Andurma kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, məhkum olunmamış, Lənkəran rayonunun Bürcəli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə 27 avqust 1960-cı ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Lənkəran rayonunun Vilvan kənd İnzibati Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş, hazırda işləməyən, məhkum olunmamış, Lənkəran rayonunun Bəliton kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,311.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi qeyrisinin köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət və xidmət üzrə ümumi himayədarlığa görə qeyriləri vasitəsilə özü və üçüncü şəxs üçün birbaşa yolla maddi neməti vahid niyyətlə rüşvət qismində istəməklə almış, vahid niyyətlə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırmış, vəzifəli şəxs kimi tamah və şəxsi niyyətlə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursuna vahid niyyətlə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vahid niyyətlə istifadə etmək məqsədilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq hazırlamış, bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. Belə ki, o, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may N9-cu il tarixli 154 saylı əmri ilə həmin tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 19 aprel N0-cu il tarixdə təsdiq edilmiş “Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin Əsasnaməsi”nin 5-ci bəndinə əsasən vahid rəhbərlik prinsiplərinə əməl etməklə idarənin fəaliyyətini təşkil etmək, onun işinə rəhbərlik etmək və idarənin adından etibarnaməsiz çıxış etmək, idarənin adından müqavilə bağlamaq, pul vəsaiti də daxil olmaqla idarə üçün ayrılmış əmlak üzərində qüvvədə olan qanunvericiliyə müvafiq qaydada sərəncam vermək, idarənin cari fəaliyyətinə aid məsələlər üzrə icrası məcbur olan əmr və sərəncam vermək, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, idarənin illik gəlirlər və xərclər smetasını tərtib edərək təsdiq olunmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etmək, ildə iki dəfə idarənin fəaliyyəti barədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına hesabat vermək, Lənkəran Şəhər İcra Hakimiyyətinin icazəsi ilə idarəetməsində olan əsas və dövriyyə vəsaitləri üzərində sərəncam vermək, Əsasnaməyə zidd olmayan və təsisçinin səlahiyyətlərinə aid olmayan digər funksiyaları həyata keçirmək kimi təşkilatisərəncamverici səlahiyyətlərə malik maddi məsul rəhbər vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral N6-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, ümumilikdə 2 halda, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 məsləhət və məlumatları, maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə N9-cu ilin may ayında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında özü və Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla, həmçinin özü üçün Lənkəran rayonu Vilvan kənd sakini cinayətdən xəbərsiz Şahid4 vasitəsilə ümumilikdə iki şəxsdən, o cümlədən, Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə N9-cu ilin may ayının ortalarında Şahid8 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan ayrılacaq ünvanlı sosial yardımın 4 aylıq məbləğini, yəni maddi nemət olan 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncu və özü üçün dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını aldıqdan sonra, N9-cu ilin may ayının ortalarında 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pulu Təqsirləndirilən şəxs2 vasitəsilə sonuncu və özü üçün birbaşa yolla rüşvət qismində Şahid8 Lənkəran rayonunda almaqla sonuncunun 22 may N9-cu il tarixdə Azərbaycan Respublikasını tərk etməsinə baxmayaraq cinayətkar niyyətini davam etdirərək Şahid8 guya həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 29 iyun N9-cu il tarixdə və 29 iyul N9-cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törədərək 29 iyun N9-cu il tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X27 və Təyinat Altsistemində (VEMTAS) 1 iyun N9-cu il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X7 1 iyun N9-cu il tarixdən hesablanmaqla ayda 381,47 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 3.051,76 manat (üç min əlli bir manat yetmiş altı qəpik) məbləğində ünvanlı sosial yardımın Zülfiyə Əliyevanın adına "xxxx" ASC-də olan 416974******1809 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran rayonunda yerləşən bankomatlarından çıxarılmaqla, eyni niyyətlə, N9-cu ilin may ayının ortalarında Şahid3 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan maddi nemət olan 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitini sonuncunun qardaşı oğlu cinayətdən xəbərsiz Şahid4 vasitəsi ilə özü üçün birbaşa yolla rüşvət qismində istəyərək Şahid3 razılığını aldıqdan sonra, 15 may N9-cu il tarixdə 150 (bir yüz əlli) manat məbləğində pulu cinayətdən xəbərsiz Şahid4 vasitəsilə özü üçün birbaşa yolla rüşvət qismində Şahid3 xidməti otağında almaqla sonuncunun guya həmin müəssisədə təmizlik sahəsində süpürgəçi vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 31 may N9-cu il tarixdə həmin xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib vəzifə saxtakarlığı törədərək Şahid3 görə həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X27 və Təyinat Altsistemində (VEMTAS) 1 may N9-cu il tarixdə aparılmış qiymətləndirmə ilə Şahid3 1 iyun N9-cu il tarixdən hesablanmaqla ayda 222,67 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 1.881,36 manat (bir min səkkiz yüz səksən bir manat otuz altı qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-də olan 416974******1947 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran rayonunda yerləşən bankomatından çıxarılmaqla, ümumilikdə, qeyd edilən qaydada 2 nəfərdən vahid niyyətlə qeyriləri, o cümlədən, Təqsirləndirilən şəxs2 vasitəsilə 1.524 (bir min beş yüz iyirmi dörd) manat, Şahid4 vasitəsilə 150 (bir yüz əlli) manat olmaqla, cəmi 1.674 (bir min altı yüz yetmiş dörd) manat məbləğində maddi nemət olan pul vəsaitini Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə birbaşa yolla rüşvət qismində istəyib almaqla Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmiş, göstərilən əməlləri ilə qeyd edilən iki nəfər şəxsin qanunsuz olaraq cəmi 4.933,12 manat (dörd min doqquz yüz otuz üç manat on iki qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanması, eləcə də tanışları olan həmin şəxslərin qanunsuz üstünlük əldə etməsi üçün öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral N6-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci madəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə şəxsi niyyətlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırmaqla bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaradaraq həmin şəxslər tərəfindən müxtəlif məbləğdə, o cümlədən, N9-cu ilin may ayında Şahid1 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə təmizlik sahəsində fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə N9-cu ilin may ayının ortalarında Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasındakı xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə əvvəlki, yəni xx.xx.N9-cu il tarixlə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X27 və Təyinat Altsistemində (VEMTAS) aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X11 01 may N9-cu il tarixdən hesablanmaqla ayda 221,81 manat olmaqla 2 il müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı sosial yardımın Gülnarə Qurbanovanın adına "xxxx" ASC-də olan 416974******5941 nömrəli hesaba köçürülməsinə nail olub, sonuncu tərəfindən həmin pul vəsaiti qeyd edilən hesabdan plastik bank hesab kartı vasitəsilə "xxxx" ASC-nin Lənkəran şəhər filialının bankomatından çıxarılıb şəxsi məqsədlərinə sərf edilməklə, eyni niyyətlə, N9-cu ilin iyun ayında Şahid2 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid şəxsi niyyətlə 04 iyul N9-cu il tarixdə qeyd olunan ünvanda yerləşən xidməti otağında özünə məxsus **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib təkrarən vəzifə saxtakarlığı törədərək həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X27 və Təyinat Altsisteminə (VEMTAS) müraciət olunsa da ərizə bəyannamədə qeyd edilən məlumatlarda uyğunsuzluq aşkar edildiyindən Şahid2 barəsində həmin sosial yardımın təyin olunmasından imtina edilməklə, ümumilikdə qeyd edilən qaydada 1 nəfər şəxsin qanunsuz olaraq cəmi 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmaqla qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində informasiya resursuna bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülmələri rəsmiləşdirilmiş şəxslərlə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə N9-cu ilin mayiyul ayında ünvan 1 ünvanında yerləşən xidməti otaqda ümumilikdə iki nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, o cümlədən, Şahid3 31 may N9-cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun N9cu il tarixli və 29 iyul N9-cu il tarixli əmək müqaviləsini tərtib etməklə həmin sənədləri rəis qrafası qarşısında şəxsən imzalayıb əmək müqavilələri və əmrləri mətnində “Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində formal olaraq işə götürülmələri şübhə doğuran həmin şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ********* nömrəli məktubunun icrası ilə əlaqədar özü tərəfindən törədilən-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törədib əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxslərə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə N9-cu ilin may ayında qeyriləri vasitəsilə ümumilikdə iki nəfərdən xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa görə özü və üçüncü şəxslər üçün birbaşa yolla maddi neməti rüşvət qismində istəməklə alma ağır cinayəti üzrə sübutları saxtalaşdırmaqdan, yəni qeyd edilən şəxslərin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onlar tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaqla barəsində olacaq ittihamlara qarşı sübut qismində istifadə etməkdən ibarət cinayətkar məqsədlə həmin şəxslərlə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə Lənkəran rayonu ərazisində ümumilikdə 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən sübutları, Şahid3 31 may N9-cu il tarixli əmək müqaviləsi, Şahid8 29 iyun N9-cu il tarixli və 29 iyul N9-cu il tarixli əmək müqaviləsində müvafiq qrafaları cinayətdən xəbərsiz həmin şəxslərin əvəzinə imza edərək, eləcə də, qeyd edilən 2 nəfər şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid3 31 may N9-cu il tarixli işə qəbul edilmə barədə ərizəsini, 29 iyun N9-cu il tarixli işdən azad edilmə barədə ərizəsini və Şahid8 29 iyun N9-cu il tarixli və 29 iyul N9-cu il tarixli işə qəbul edilmə barədə ərizələrini və 29 iyul N9-cu il tarixli və 30 avqust N9-cu il tarixli işdən azad edilmə barədə ərizələrini qanunsuz olaraq əvvəlki tarixlərə tərtib edib həmin sənədləri özünə aid hissədə imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz həmin şəxslərin əvəzinə imza edərək, ümumilikdə 2 uydurma müqavilə, 6 ərizəni həmin idarəyə qanuni sənədlər olmasını bildirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olmaqla bilə-bilə saxta sənədlərdən istifadə edib vahid niyyətlə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırmışdır. Bundan başqa, o, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyərkən yuxarıda qeyd edilən qaydada formal olaraq işə götürülməsi rəsmiləşdirilmiş şəxslə Şahid1 ilə bağlı müəssisədə saxlanılan sənədlərin qanuniliyi görüntüsü yaratmaq və gələcəkdə məsuliyyətdən kənar qalmaq məqsədilə N9cu ilin may ayının ortalarında ünvan 1 ünvanında yerləşən xidməti otaqda Şahid1la Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan rəsmi sənəd hesab edilən Şahid1 01 may N9-cu il tarixli əmək müqaviləsini işlədiyi dövrdən əvvəlki tarixə tərtib etməklə həmin sənədi rəis qrafası qarşısında şəxsən imzalayıb əmək müqaviləsi və əmri mətnində “Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi” yazılmış Müəssisənin möhürü ilə təsdiq etməklə özündə saxlayıb, hazırkı cinayət işi üzrə ilkin istintaq zamanı Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsində formal olaraq işə götürülməsi şübhə doğuran şəxslər barəsində tərtib edilmiş əmək müqavilələri və digər sənədlərin əsillərinin istintaqa təqdim edilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə ünvanlanmış 20 iyul 2020-ci il tarixli ********* nömrəli məktubunun icrası ilə əlaqədar qeyd edilən şəxsin formal deyil, rəsmi qaydada işə qəbul və işdən azad olunması, onun tərəfindən həqiqətən əmək funksiyalarının yerinə yetirilməsi və bununla əlaqədar rəsmiləşdirmənin qanuniliyi görüntüsü yaratmaq məqsədilə həmin şəxslə bağlı bütün əmr və digər rəsmi sənədlərin özündə olmasını həmin Müəssisənin rəhbərliyinə bildirib, 22-23 iyul 2020-ci il tarixlərdə vahid niyyətlə ibtidai istintaq orqanına təqdim olunması məqsədilə Lənkəran rayonu ərazisində Şahid1 ilə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan hüquq verən rəsmi sənəd olan əmək müqaviləsini müvafiq qrafasını cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza etməklə eləcə də, qanunsuz olaraq həmin şəxslə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi arasında əmək münasibətlərinin yaranması və xitamı görüntüsü yaradan sənədləri, o cümlədən, Şahid1 01 may N9-cu il tarixli işə qəbul olma barədə ərizəsi, 01 iyul N9-cu il tarixli işdən azad edilmə barədə ərizəsini özü şəxsən imzalayıb dərkənar qoymaqla müvafiq qrafaların isə cinayətdən xəbərsiz Şahid1 əvəzinə imza edərək, rəsmi sənədlər olan ümumilikdə 1 uydurma müqavilə və habelə 2 ərizəni vahid niyyətlə istifadə etmək məqsədilə qanunsuz olaraq hazırlayaraq həmin idarəyə qanuni sənədlər olmasını bildirib təqdim etməklə həmin sənədlərin qeyd edilən İdarə üzrə 24 iyul 2020-ci il tarixli 177 saylı məktubla istintaqa təqdim edilməsinə nail olaraq bilə-bilə saxta sənədlərdən təkrarən istifadə etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkət, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində özü və üçüncü şəxs üçün dolayı yolla üçüncü şəxs vasitəsilə maddi nemətin rüşvət qismində istənilib birbaşa yolla alınmasında köməkçi qismində iştirak etmişdir. Belə ki, o, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may N9-cu il tarixli 154 saylı əmri ilə həmin tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləməklə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 19 aprel N0-cu il tarixdə təsdiq edilmiş “Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin Əsasnaməsi”nin 5-ci bəndinə əsasən müəyyən olunan səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları həyata keçirən maddi məsul rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 məsləhət və məlumatları, maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək sonuncuya təqdim etməyi qabaqcadan vəd etməklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral N6-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Təqsirləndirilən şəxs1 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardımı alması üçün zəruri olan meyarlara cavab verməyən şəxslər barədə bilə-bilə yalan məlumatları rəsmi informasiya resursu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə tamah niyyəti ilə daxil edərək əmək müqaviləsi bağlanması görüntüsü formalaşdırması, eləcə də, bunun əsasında həmin şəxsə alacağı maaşla ailə üzvlərinin ehtiyac meyarının məcmusu arasındakı fərq məbləğində ünvanlı sosial yardım ayrılmasına şərait yaratmasına görə N9-cu ilin may ayında ünvan 1 ünvanında yerləşən xidməti otağında Təqsirləndirilən şəxs1 təqdim etməklə sonuncu və özü üçün dolayı yolla N9-cu ilin may ayında Şahid8 Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinə işə götürülməsinə görə sonuncudan ayrılacaq ünvanlı sosial yardımın 4 aylıq məbləğini, yəni maddi nemət olan 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və özü üçün dolayı yolla rüşvət qismində istəyərək Şahid8 razılığını alıb, N9-cu ilin may ayının ortalarında əvvəlcədən aralarında olan razılığa əsasən Lənkəran rayonunda Şahid8 Təqsirləndirilən şəxs1 və özü üçün birbaşa yolla 1.524 (bir min beş yüz iyirmi dörd) manat məbləğində pul vəsaitini həmin niyyətlə aldıqdan sonra Təqsirləndirilən şəxs1 cinayətkar niyyətini davam etdirərək Şahid8 guya həmin müəssisədə fəhlə vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə 29 iyun N9-cu il tarixdə və 29 iyul N9-cu il tarixdə həmin xidməti otağında **********656622101 seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edib xx.xx.N9-cu il tarixli, xxxxxxx000100 nömrəli, xx.xx.N9-cu il tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X27 və Təyinat Altsistemində (VEMTAS) aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X7 ünvanlı dövlət sosial yardımı təyin edilərək sosial yardımın verilməsinə nail olmaqla, Təqsirləndirilən şəxs1 1.524 (bir min beş yüz iyirmi dörd) manat pul vəsaitini sonuncu və özü üçün dolayı yolla özü vasitəsilə vahid niyyətlə rüşvət qismində istəyib birbaşa yolla almasında köməkçi qismində iştirak etməklə, həmin pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, 15 may N9-cu il tarixdən 27 fevral 2020-ci il tarixədək Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin (bundan sonra Lənkəran şəhər MİKMİ-i) rəisi vəzifəsində işləmiş, hazırda işləmir. Uzun illərdir ki, ürək, böyrək və xərçəng xəstəliyindən əziyyət çəkir, hazırda xərçəng xəstəliyinə görə səhhətində ciddi problemləri vardır. Xəstəliyi ilə bağlı 10 dəfə cərrahi əməliyyat olunmuş, o cümlədən xərçəng xəstəliyi ilə bağlı sonuncu dəfə 2021-ci ilin dekabr ayında əməliyyat olunmuş, həmçinin digər xəstəlikləri ilə bağlı xəstəxanalarda stasionar müalicə olmuş, hazırda da müalicəsini davam etdirir. Verilmiş ittihamda göstərilən hallarla bağlı özünü qismən təqsirli hesab edir və əməlindən peşmandır. Verilmiş ittihamda göstərilən halların onun tərəfindən törədilməsini qismən təsdiq edir. Belə ki, Lənkəran şəhər MİKMİ-i Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının (bundan sonra Lənkəran ŞİH-i) sərəncamı ilə Lənkəran ŞİH-nin göstərişlərinə əməl edərək şəhərdə və şəhərə bitişik kəndlərdə təmizlik abadlıq işlərinin yerinə yetirilməsi, müqavilə əsasında əhaliyə kommunal və digər xidmətlərin göstərilməsi üçün yaradılmışdır. İdarənin rəisi kimi o, idarənin fəaliyyətini təşkil edir, onun işinə rəhbərlik etmiş, habelə onun idarənin adından etibarnaməsiz çıxış etmək, idarənin adından müqavilə bağlamaq, pul vəsaiti də daxil olmaqla, idarə üçün ayrılmış əmlak üzərində qüvvədə olan qanunvericiliyə uyğun olaraq sərəncam vermək, idarənin cari fəaliyyətinə aid məsələlər üzrə icrası məcburi olan əmr və sərəncam vermək, işçiləri işə qəbul və işdən azad etmək səlahiyyətləri olmuş, eləcə də idarənin illik gəlir və xərclər smetasını tərtib edib təsdiq olunması üçün Lənkəran Lənkəran ŞİH-nin başçısına təqdim etmək, ildə iki dəfə idarənin fəaliyyəti barədə icra başçısına hesabat vermək vəzifələri olmuşdur. İdarəyə rəhbərlik etdiyi müddətdə müəssisədə 133 ştat vahidi olmuş, N9-cu il ərzində həm də ştatdankənar təxminən 30-40 nəfər müqavilə əsasında işçi də işləmişdir. İş çox olduqda həmin şəxslər növbədə saxlanılmaqla işə götürülmüş, işə gəlməyən olduqda isə işdən çıxarılmışlar. Bundan başqa işlədiyi dövrdə özü də bir neçə şəxsi işə götürüb onlarla əmək müqaviləsi bağlanmışdır. Onun kompuyuterdən anlayışı olmadığına görə ştatdankənar işçilərin əmək müqavilələrinin müvafiq sistemə yerləşdirilməsi işini onun əvəzindən kadrlar üzrə mütəxəssis Şahid6 icra etmişdir. O, müəssisə rəhbəri kimi Məlahətə göstəriş vermişdir ki, işə götürdüyü şəxsləri onun elektron imzası ilə sistemə yerləşdirsin və onlarla əmək müqaviləsi bağlansın. Müəssisəyə iş üçün müraciət edən şəxslər müvafiq ərizə ilə kadrlar üzrə mütəxəssisə müraciət etmiş, ərizə ona təqdim olunduqdan sonra o, ərizəyə müvafiq dərkənar qoymuş, bundan sonra zəruri sənədlər toplanıb kadrlar üzrə mütəxəssisə təqdim olunmuş, daha sonra toplanmış sənədələr ona təqdim olunmuş və o, həmin şəxslərin əmrlərini imzalayıb möhürlə təsdiq etmişdir. Bəzi hallarda o, səhvə yol verərək müəssisəyə iş üçün müraciət edən şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götürüb kadrlar üzrə mütəxəssis Şahid6 təqdim edib ona göstəriş vermişdir ki, həmin şəxslərin adlarını elektron sistemə yerləşdirsin və sənədləri hazırlasın, o da bunu icra etmiş, asan imza ilə sistemə yerləşdirmiş və əmək müqaviləsi bağlanmışdır. Dəqiq xatırlamasa da, ona təqdim olunmuş sənədlərə əsasən Lənkəran rayon sakinləri Şahid8, Şahid3, Şahid1 və Şahid2 birbaşa özləri və ya kiminsə xahişi və yaxud vasitəsilə işə qəbul etmişdir. Həmin şəxslər ərizə ilə idarəyə müraciət etməmiş, rəsmi olaraq onlarla əmək müqaviləsi bağlanmamış, onlardan üç nəfərə əmək haqqı verilməmiş, yalnız bir nəfərə yəni Elçin Qrubanova əmək haqqı kartı sifariş etmiş və o, 3 ay cəmi 428,38 manat əmək haqqı almışdır. Həmin şəxslər ünvanlı sosial yardım almaları üçün özləri və ya başqa kiminsə vasitəsilə idarəyə müraciət etmişlər, o da onları işə qəbul etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq o, N9-cu il ərzində ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət etmiş bir neçə şəxsi ştatdankənar müqavilə əsasında müddətli işə qəbul edilmişdir. Həmin şəxsləri şəxsən qəbul edilib onlarla söhbət aparsa da, təəssüf ki, yuxarıda göstərdiyi 4 nəfər şəxs (Şahid8, Şahid3, Şahid1 və Şahid2) formal olaraq işə qəbul edilmiş və onları şəxsən görməmiş, onlar tərəfindən əmək müqavilələrinə imza edilməmişdir. Lənkəran şəhər MİKMİ-nin qarşısında görüləsi işlər çox olduğundan və şəhərdə tez-tez təmir işlərinə ehtiyac yarandığına görə əlavə bir neçə şəxs işə götürülmüş, həmin işlər yerinə yetirdikdən sonra onlar işdən azad olunmuşlar. Dəqiq xatırlamadığı tarixlərdə N9-cu ildə qeyd etdiyi səbəblərə görə Lənkəran rayon sakinləri Şahid8 (xx.xx.N9-xx.xx.N9-cu il tarixlərdə və xx.xx.N9-xx.xx.N9-cu il tarixlərdə), Şahid3 (xx.xx.N9-xx.xx.N9-cu il tarixlərdə), Şahid2 (xx.xx.N9-xx.xx.N9-cu il tarixlərdə) və Şahid1 (xx.xx.N9-xx.xx.N9-cu il tarixlərdə) onun tərəfindən Lənkəran şəhər MİKMİ-nə rəsmi deyil, əmək müqavilələri bağlanmaqla işə götürülmüş, sonra onun göstərişi ilə kadrlar üzrə mütəxəssis Şahid6 həmin şəxslərin barəsində əmək müqavilələri bağlanmasına dair məlumatları elektron informasiya sisteminə yerləşdirilmişdir. Şahid6 bildirmişdir ki, həmin şəxslər işə çıxacaq, işə qəbul olunma, işdən azad edilmə və əmək müqavilələri hazırlansın və gəlib imza edəcəklər. Həmin şəxslərin iş yerləri olması barədə qısamüddətli görünüş yaranması nəticəsində onlar ünvanlı dövlət sosial yardımı almışlar. Şahid1 da elektron informasiya sistemində (xx.xx.N9-xx.xx.N9-cu il tarixlərdə) Lənkəran şəhər MİKMİ-də işlədiyi görünsə də, onun əmək müqaviləsi sonradan (xx.xx.N9-cu il tarixdə) sistemə işlənməklə müqavilə əvvəlki tarixə bağlanmış, nəticədə Şahid1 tam maaşını almışdır. Şahid8lə qeyd olunan tarixlərdə əmək müqaviləsi bağlanmış və bağlanmış əmək müqaviləsinə xitam verilmiş, ikinci dəfə həmin şəxsin əmək müqaviləsinin müddətini uzatmaq üçün sistemə yerləşdirilmişdir ki, o ünvanlı sosial yardım ala bilsin. Şahid8 ünvanlı sosial yardım təyin edilməsi üçün işə düzəlməsində Vilvan kənd icra nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs2 bu işlə bağlı ona xahiş etməsini xatırlamır. N9-cu ildə Şahid8 işə qəbul olunması ilə bağlı Ağayar ona pul verməmiş, bununla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. İstintaq zamanı ifadə verərkən həyacanlı olduğundan necə ifadə verdiyini xatırlamır. Ona təqdim olunmuş sənədlərə əsasən xatırlayıraq etiraf edir ki, həqiqətən də Şahid8 adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmişdir. İşə götürülən zaman hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza çəkməmişdir. Həmin sənədlərə dərkənar özü tərəfindən qoyulsa da, sənədlərə kimin imza etməsini və digər sənədlərin sonradan hazırlanmasını xarırlamır. Lənkəran rayon sakini olan Şahid3 ilə xatırlamadığı tarixdə (xx.xx.N9-cu il tarixdə) əmək müqaviləsi bağlanıb süpürgəçi kimi işə qəbul edilmiş, sonra (xx.xx.N9-cu il tarixdən) ona ünvanlı sosial yardım təyin edilmiş, daha sonra (xx.xx.N9-cu il tarixdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şahid3 işə qəbul olunması barədə məlumatın elektron informasiya sisteminə yerləşdirilməsi də onun ünvanlı dövlət sosial yardımı alması üçün olmuşdur. Həmçinin Şahid3 adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmiş, onun işə qəbulu zamanı hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməsini xatırlamır. Şahid3 işə qəbulu ilə bağlı İslam adlı şəxsdən 150 manat pul almamış, bununla bağlı yazılanları təsdiq etmir. Həmçinin Şahid3 sənədlərinin sonradan, yəni istintaq orqanı tərəfindən Lənkəran şəhər MİKMİ-ə sorğu göndəriləndən sonra tərtib olunması barədə məlumatı yoxdur. Lənkəran rayon sakini Şahid2 ilə xatırlamadığı tarixdə (xx.xx.N9-cu il tarixdə) əmək müqaviləsi bağlanıb işə qəbul edilmiş, ünvanlı sosial yardıma müraciət olunsa da, imtina edilmiş sonra (xx.xx.N9-cu il tarixdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşə qəbul olunması üçün idərəyə Yasəmənin özü və ya başqa şəxsin onun adından ona xahiş etməsini xatırlamır. Şahid2 adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmiş, onun işə qəbulu zamanı hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməsini xatırlamır. Həmçinin Şahid2 sənədlərinin sonradan, yəni istintaq orqanı tərəfindən Lənkəran şəhər MİKMİ-ə sorğu göndəriləndən sonra tərtib olunması barədə məlumatı yoxdur. Lənkəran rayon sakini Şahid1 ilə xatırlamadığı tarixdə (xx.xx.N9-cu il tarixdə) əmək müqaviləsi bağlanıb Lənkəran şəhər MİKMİ-ə fəhlə kimi işə qəbul edilmiş, sonra ona (xx.xx.N9-cu il tarixdən) ünvanlı sosial yardım təyin edilmiş, daha sonra (xx.xx.N9-cu il tarixdə) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Şahid1 formal olaraq işə qəbulu onun ünvanlı dövlət sosial yardımı alması üçün olmuşdur. Şahid1 özü idarəyə müraciət etmiş, yazığı gəldiyi üçün onu işə götürmüş və hətta ona maaşda verilmişdir. Buna görə Şahid1 ona heç nə verməmişdir. Şahid1 adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmiş, onun işə qəbulu zamanı hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməsini xatırlamır. Həmçinin Şahid1 sənədlərinin sonradan, yəni istintaq orqanı tərəfindən Lənkəran şəhər MİKMİ-ə sorğu göndəriləndən sonra tərtib olunması barədə məlumatı yoxdur. Ümumiyyətlə o, işdən çıxdıqdan sonra hər hansı sənədin hazırlanmasında, yəni saxta sənədlər hazırlanıb prokurorluğa göndərilməsində iştirak etməmişdir. Ona müraciət edən şəxslərin işə düzəlməkdə məqsədi ünvanlı sosial yardım almaq olmuşdur. Adları yuxarıda çəkilən şəxslərdən başqa o, hər hansı bir şəxsi işə qəbul etməmişdir. Lənkəran şəhər MİKMİ-nin rəisi vəzifəsində işlədiyi müddətdə bir neçə şəxsin formal olaraq işə qəbul edilməsi və həmin şəxslərə ünvanlı sosial yardımın verilməsi nəticəsində Dövlət Sosial Müdafiə Fonduna maddi ziyan dəyməsini qəbul edir və ibtidai istintaq zamanı tərəfindən həmin ziyan, yəni 7.029,41 manat məbləğində pul vəsaitinin DSMF-nun hesabına ödənilməsi üçün bu pul vəsaiti X22 filialına ödəmiş və pulun ödənilməsinə dair mədaxil qəbzləri istintaq orqanına təqdim etmişdir. Hər bir halda bu işlə bağlı göstərilən qanunazidd halların baş verməsinə görə əməlindən peşmandır. Hazırda bir neçə xəstəliyi, o cümlədən ağır gedişatli xərçəng xəstəsi olması, 10 dəfə cərrahi əməliyyat olunması və yaxın vaxtlarda, yəni mart-aprel aylarında xərçəng xəstəliyi ilə bağlı yenidən cərrahi əməliyyat olunacağının nəzərə alınmasını məhkəmədən xahiş edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrində müəyyən ziddiyyətlər hallar nəzərə alınmaqla verilmiş ittihamın mahiyyəti üzrə məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermiş, o cümələdən 26 aprel 2021ci il tarixli tarixli ifadəsində göstərmişdir ki, Şahid8 ünvanlı sosial yardım təyin edilməsi üçün işə düzəlməsində Vilvan kənd icra icra nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs2 köməklik etmişdir. N9-cu ilin may ayın ortalarında Təqsirləndirilən şəxs2 ondan Şahid8 işə qəbul etməsini xahiş etmiş və bunun müqabilində Ağayar ona 50 manat pul vermişdir. Həmin şəxsin adı Lənkəran şəhər MİKMİ-də işçi kimi getsə də, heç vaxt iş yerinə getməmiş, heç vaxt işləməmişdir. İşə götürülən zaman hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməmişdir. İstintaq orqanı Lənkəran şəhər MİKMİ-nə sorğu göndərildikdən sonra o, məcbur olaraq Şahid8 ölkədə olmadığı halda onun adından olan əmək müqaviləsinə imza etmiş, sonra qərara gəlmişdir ki, həmin ərizələr və əmək müqavilələri tərtib olunub istintaqa təqdim olunsun. 22-23 iyul 2020-ci il tarixlərdə sənədlərə tərəfindən dərkənar qoyulmuş və tərtib olundunqdan sonra İstintaqa göndərilmişdir. Əmək müqavilələrinə əvvəlcədən möhür vurulmuş və əmrlər də həmin vaxtlarda yazılmışdır. Ərizələr isə onun tərəfindən tərib edilib imzalanmışdır. Həmçinin Şahid3 işə qəbulu ilə bağlı o, İslam adlı şəxsdən 150 manat aldığını xatırlamır. İstintaq orqanı Lənkəran şəhər MİKMİ-nə sorğu göndərildikdən sonra onun sənədləri yuxarıda göstərdiyi qaydada sonradan tərtib olunmuşdur. Şahid4 Şahid3 işə düzəltmək üçün 150 manat pul aldığını xatırlamır, lakin hesab edir ki, Şahid3 öz maddi marağı olmasa yuxarıda göstərdiyi qaydada işə götürməzmiş. Həmin məbləğ yadında deyil, o, həmin puldan heç kimə pul verməmiş və heç kəslə əlbirliyi olmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,311.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, ailəsi ilə birlikdə Lənkəran rayonunun Bəliton kəndində qeydiyyatda olmaqla yaşayayır. Əvvəllər orta məktəbdə müəllim işləmiş, sonradan, yəni 19 iyul N8-ci il tarixdən 19 mart 2021-ci il tarixədək Lənkəran rayonunun Vilvan kənd İnzibati Dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləmişdir. Hazırda heç yerdə işləmir. Lənkəran şəhər MİKMİ-nin rəisi olmuş Təqsirləndirilən şəxs1 tanıyır, münasibətləri yaxşı olmuşdur. İcra nümayəndəsi olarkən nümayəndəliyin ərazisində yaşayan, sosial vəziyyəti ağır olan şəxslər işə düzəlmək üçün ona müraciət etmiş, o da həmin şəxsləri işlə təmin olunmaları üçün Lənkəran şəhər MİKMİ-nə göndərmişdir. Həmin şəxslərdən, o cümlədən Şahid8 ünvanlı sosial yardım alması məqsədilə işə düzəlmələrinə görə pul almamışdır. Xatırlayır ki, o, bir dəfə işə düzəlmək üçün ona müraciət etmiş bir şəxsə köməklik göstərməsini Təqsirləndirilən şəxs1 xahiş etmiş, lakin o, həmin şəxsin işə düzəlməsində köməklik etməmişdir. Dəqiq bilməsə də, eşitdiyinə görə Təqsirləndirilən şəxs1 bir neçə şəxsi formal olaraq işə götürmüşdür ki, onlar ünvanlı sosial yardım alsınlar. Fakitiki olaraq o, heç kimi Lənkəran şəhər MİKMİ-nə işə düzəlməsində köməklik göstərməmişdir. Lənkəran rayonunun Vilvan kənd sakini olan Şahid8 və Şahid5 Vilvan kənd sakinləri kimi tanımışdır. Şahid8 Lənkəran şəhər MİKMİ-nə işə düzəldilməsi üçün ona müraciət etməmiş, onun ünvanlı sosial yardım alması üçün həmin idarədə işə düzəldiyini də bilməmişdir. O, yalnız kənd sakinlərini Məşğulluq İdarəsinə işsiz kimi qeydiyyata alınmaları üçün yönəltmiş, həmin şəxslərdən bəzilərinə sonradan ünvanlı sosial yardım verilmişdir. Şahid8 ünvanlı sosial yardım alması üçün ona və ya onun vasitəsilə kiməsə, o cümlədən Təqsirləndirilən şəxs1 heç bir məbləğdə pul verməmişdir. Şahid8 atası Şahid5 onlara verilən sosial yardımın verilməsinin dayandırılmasından sonra onun yanına gəlməsini xatırlamır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində guya ona (Təqsirləndirilən şəxs1) Şahid8 ünvanlı sosial yardım alması üçün onun (Təqsirləndirilən şəxs2) 50 manat pul verməsini təsdiq etmir, belə bir hal olmamışdır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı nəyə görə belə ifadə verməsini bilmir. Həmçinin Şahid5 oğlu Şahid8 adından dedikləri doğru deyil, ünvanlı sosial yardım almasına köməklik edilməsi üçün Şahid8 ona pul verməmiş, ümumiyyətlə Şaiq bu məsələ ilə bağlı ona müraciət etməmişdir. Bununla bağlı ona verilən ittiham üzrə özünü təqsirli bilmir. Eyni zamanda o, oğlu Aqşin Yüsübzadənin N6-cı ilin aprel ayında döyüş əməliyyatlarında (“Aprel döyüşləri”ndə) iştirak etməsinin də nəzərə alınmasını məhkəfmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun) nümayəndəsi X14 ifadəsində göstərmişdir ki, o, Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nun) əməkdaşıdır və hazırki iş zərərçəkmiş hüquqi şəxsin (DSMF-nun) nümayəndəsi kimi məhkəmədə iştirak edir. Hazırki iş üzrə cinayət nəticəsində DSMF-a cəmi 7.029,41 manat məbləğində ziyan dəymişdir. İşdə olan sənədlərə əsasən həmin ziyan, yəni 7.029,41 manat məbləğində pul vəsaitinin DSMF-nun hesabına keçirilməsi üçün Təqsirləndirilən şəxs1 tərəfindən bu pul vəsaiti X18 filialına ödənilmişdir. Təmsil etdiyi DSMF-nun nümayəndəsi kimi iş üzrə təqsirləndirilən şəxslərə qarşı verilmiş 7.029,41 manat məbləğində mülki iddianı müdafiə edir və cinayət nəticəsində DSMF-na vurulmuş ziyanın-7.029,41 manat pul vəsitinin Təqsirləndirilən şəxs1 tərəfindən banka ödənilməsi nəzərə alınaraq mülki iddia təmin olunmaqla 7.029,41 manat məbləğində pul vəsaitinin DSMF-nun bank hesabına keçirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, işləmədiyinə görə Lənkəran Məşğulluq İdarəsinə müraciət etmiş və işsiz kimi qeydiyyatdan keçmişdir. Sonradan o, Lənkəran şəhər MİKMİ-nə çağırılmış və orada tanımadığı bir nəfər ona fəhlə işi təklif etmişdir. Sonra o, idarəyə sağlamlıq haqqında arayış və şəxsiyyət vəsiqəsinin surətini təqdim etsə də, iş xoşuna gəlməmiş və orada işə düzəlsə də, bir gün belə işə getməmiş, yəni orada işləməmişdir. Sonradan Lənkəran şəhər MİKMİ-dən ona kimsə demişdir ki, adına əmək haqqı kartı açılacaq. Bundan sonra o, «Bank Respulika»ya gedib əmək haqqı kartını götürmüş və iki ay olmaqla 220 manat əmək haqqı alıb xərcləmişdir. Sonradan o, ünvanlı sosial yardım alması üçün sənədləri toplayıb müraciət etmişdir. Ona N9-cu ilin may ayından 2020-ci ilin fevral ayınadək hər ay 221 manat ünvanlı dövlət sosial yardım verilmişdir. Lənkəran şəhər MİKMİ-nə işə qəbul olunması üçün ərizə ilə müraicət etməmiş, lakin ünvanlı dövlət sosial yardımın düzəlməsində o, yalnız sənədləri toplayıö özü müraciət etmiş, sosial yardımın düzəlməsində ona köməklik edən olmamışdır. O, dövlət sosial yardımın düzəlməsi ilə bağlı hər hansı şəxsə pul verməmiş, sosial yardım pulunu hər ay özü hesabından götürüb ailəsinə və özünə xərcləmişdir. İşə düzəlmək üçün hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməmişdir. Onunla Lənkəran şəhər MİKMİ-i arasında hər hansı sənəd tərtib edilməmiş, hər hansı sənəd təqdim olunmamışdır. Lənkəran şəhər MİKMİ-nə işə qəbul olunmaq üçün müəssisənin vəzifəli şəxslərinə və ya hər hansı digər bir şəxsə pul verməmiş və kimsə ondan hər hansı bir məbləğdə pul tələb etməmişdir. 01 may N9-cu il tarixli Lənkəran şəhər MİKMİ-nə yazılmış işə qəbul olma barədə ərizə, 01 iyul N9-cu il tarixli işdən azad olunma barədə ərizə və Lənkəran şəhər MİKMİ-nə işə qəbul olunmaq üçün 01 may N9-cu il tarixli əmək müqaviləsində olan soyadı və adı yazılmış xətt nümunələri və İmza qrafasının qarşısında olan imzalar ona məxsus deyil, kim tərəfindən icra olunduğunu bilmir. Ünvanlı dövlət sosial yardım almaq üçün müvafiq sənədləri toplamış və ailəni arvadı X15 təmsil etmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, maddi vəziyyəti ağır olan şəxslərə dövlət tərəfindən sosial yardım verildiyi üçün o, xəstə və maddi vəziyyəti ağır olan bibisi Şahid3 N9-cu ildə ünvanlı dövlət sosial yardım düzəltmək qərarına gəlmişdir. Eşitmişdir ki, Lənkəran şəhər MİKMİ-nə işçi kimi vətəndaşlar qəbul olunur və onlar işlədikləri üçün onlara ünvanlı dövlət sosial yardım verilir. Bu məqsədlə o, Lənkəran şəhər MİKMİ-nin rəisi Təqsirləndirilən şəxs1 qəbuluna gedib bibisi Şahid3nin vəziyyətini ona danışmış və bibisinə ünvanlı dövlət sosial yardım verilməsi üçün köməklik etməsini xahiş etmiş, o da köməklik edəcəyini bildirmişdir. Həmin vaxt bu işlə bağlı Təqsirləndirilən şəxs1lə aralarında pul söhbətinin olmasını və ondan kiminsə pul istəməsini xatırlamır. Sonra o, bibisi Sevincin işə düzəlməsi üçün lazımı sənədləri N9-cu ilin may ayında Lənkəran şəhər MİKMİ-nin hazırda xatırlamadığı işçisinə təqdim etmişdir. Qısa müddətdən sonra bibisi Sevincə telefonla məlumat verilmişdir ki, o, Lənkəran şəhər MİKMİ-nə işə qəbul olunmuşdur. Sonra ünvanlı dövlət sosial yardım üçün o, bibisinin adından poçtdan elektron qaydada müraciət etmişdir. Bundan sonra DSMF-dən komissiya gəlib bibisinin ailə vəziyyətini yoxlamış və bibisi Sevincin adına bankdan kartı verilərək ona 222 manat sosial yardım ayrımışdır. Bibisi Sevinc həmin kartdan iki ayın pulunu çıxarmış bu puldan bibi kimi əziyyət çəkdiyi ona 300 manat pul vermişdir. Bu işlə bağlı o, kiməsi, o cümlədən Təqsirləndirilən şəxs1 pul verməsini xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini tam xatırlamır, həmin vaxt tam sərbəst ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində müəyyən ziddiyyətli hallar nəzərə alınmaqla məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadə vermiş, eyni zamanda həmin ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər MİKMİ-nin rəisi Təqsirləndirilən şəxs1 qəbuluna gedib bibisi Şahid3nin vəziyyətini ona danışmış və bibisinə ünvanlı dövlət sosial yardım verilməsi üçün köməklik etməsini ondan xahiş etmiş, o da köməklik edəcəyini bildirib bunun müqabilində ona (Təqsirləndirilən şəxs1) 150 manat pul verəcəyini demiş, o da Təqsirləndirilən şəxs1lə razılaşmışdır. Sonra o, bibisi Sevincin işə düzəlməsi üçün lazımı sənədləri hazırlayıb N9cu ilin may ayında Lənkəran şəhər MİKMİ-nin rəisi Təqsirləndirilən şəxs1 adını bilmədiyi katibəsinə vermişdir. 15 may N9-cu il tarixdə o, Lənkəran şəhər MİKMİ-nə gedib xidməti otağında Təqsirləndirilən şəxs1 150 manat pulu verib otaqdan çıxmışdır. Təqsirləndirilən şəxs1 150 manat pulu verən zaman yanında heç kim olmamışdır. O, özünə məxsus puldan 150 manat pulu bibisi Sevincin işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs1 vermiş, həmçinin sənədlərin toplanmasına da pul xərcləmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini ümumən təsdiq edib, bibisi Sevincin işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs1 150 manat pul verməsini xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ünvanlı dövlət sosial yardımı almaq üçün N9cu ilin may ayında qardaşı oğlu Şahid4 müraciət etmişdir. İslama maddi vəziyyəti ilə bağlı sənədləri-sağlamlıq haqqında arayış, notariusdan ərizə və sair sənədləri təqdim etmişdir ki, ona dövlət tərəfindən ünvanlı sosial yardımın verilməsini düzəltsin. Həmin vaxt İslam ona ünvanlı sosial yardım almaq üçün onun iş yeri olmalı olduğunu və buna görə də onu işə düzəltdirəcəyini, yəni Lənkəran şəhər MİKMİ-nə işə düzəldəcəyini bildirmişdir. Sonradan bildiyinə görə 31 may N9-cu il tarixdən 29 iyun N9-cu il tarixdək Lənkəran şəhər MİKMİ-də guya işləmiş, lakin adı həmin idarədə işçi kimi getsə də, heç vaxt həmin iş yerinə getməmiş, faktiki olaraq heç vaxt işləməmişdir. İslam onu işə düzəldəndən sonra nazirliyin müvafiq komissiyası yaşadığı evə gəlib yoxlama aparmış və ona ünvanlı dövlət sosial yardım verilmişdir. O, N9-cu ilin iyun ayının 1-dən 2020-ci ilin fevral ayındək hər ay 221 manat pul vəsaitini ünvanlı dövlət sosial yardım kimi almışdır. O, aldığı ünvanlı dövlət sosial yardım pulundan 2 ayın pulunu yəni 300 manat pulu onun işini düzəltdiyi üçün İslama vermişdir. Sonrakı ayların pulunu özünə və ailəsinə xərcləmişdir. Lənkəran şəhər MİKMİ-nə işə qəbul olunmaq üçün o, heç bir yerə getməmiş və həmin idarəyə rəsmi olaraq işə düzəlməyindən xəbəri də olmamışdır. Həmin idarədən heç kəs ona zəng etməmiş və axtarmamışdır. Hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməmişdir. Heç kəs onu bir dəfə də olsun işə çağırmamış və işləmək üçün gəlməyi bildirməmişdir. Onunla idarə arasında hər hansı sənəd tərtib edilməmiş, hər hansı sənəd ona təqdim olunmamışdır. 31 may N9-cu il tarixli Lənkəran şəhər MİKMİ-nə yazılmış işə qəbul olma barədə ərizə, 29 iyun N9-cu il tarixli işdən azad olunma barədə ərizə və Lənkəran şəhər MİKMİ-də işə qəbul olunmaq üçün 31 may N9-cu il tarixli əmək müqaviləsində olan imza və xətt nümunələri ona məxsus deyil. Yaşadığı evə DSMF-nun iki nəfər tanımadığı əməkdaşı və icra nümayəndəsi Ağayar gəlib baxış keçirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər Lənkəran şəhər Yaşıllaşdırma idarəsində N9-cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayınadək fəhlə işləmiş, bel nahiyəsindən əməliyyat olduğundan həmin iş yerində işləyə bilməmiş, işdən çıxdıqdan sonra ünvanlı dövlət sosial yardım dayandırılmışdır. 2020-ci ilin mart ayından Lənkəran şəhər 10 №-li məktəbdə yarım ştat xadimə işləyir və ünvanlı dövlət sosial yardım alır. O, 04 iyun N9-cu il tarixdən 01 iyul N9-cu il tarixədək Lənkəran şəhər MİKMİ-də və 01 sentyabr N9-cu il tarixdən 05 sentyabr N9-cu il tarixədək "xxxx" MMC-də işləməmişdir. N9cu ilin sentyabr ayından 2020-ci ilin yanvar ayınadək ünvanlı dövlət sosial yardım almışdır. Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron qaydada müraciət etmək üçün Lənkəran şəhərində Poçtun inzibati binasına gedib tanımadığı şəxsə müraciət etmiş və onun köməkliyi ilə elektron müraciəti göndərmişdir. O, Lənkəran şəhər MİKMİ-nə və "xxxx" MMC-nə işə qəbulla bağlı ərizə ilə müraciət etməmiş, həmin müəssisələrdən əmək haqqı almamış, orada işləməmiş, həmin müəssisələrdə işçi kimi adının getməsindən xəbəri olmamışdır. 01 sentyabr N9-cu il tarixindən 2020-ci ilin yanvar ayınadək hər ay 219 manat məbləğində ünvanlı dövlət sosial yardım almış və həmin pulu özünə və ailəsinə xəcləmişdir. Lənkəran şəhər MİKMİ-nə və "xxxx" MMC-nə işə qəbul olunmaq üçün müraciət etməmiş, həmin müəssisələrdə işləməsini araşdırma müddətində eşitmişdir. Həmin idarədən heç kəs ona zəng etməmiş və axtarmamışdır. Hər hansı ərizə, müqavilə və ya hər hansı sənədə imza etməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailə üzvləri, həm də oğlu Şahid8 ailə üzvləri ilə birlikdə bir evdə yaşayırlar. Oğlu Şahid8 N9-cu ildə işləmək üçün Rusiyaya getmişdir. X42 getməmişdən əvvəl ailəsinin maddi vəziyyəti aşağı olduğuna görə ailəsinə ünvanlı dövlət sosial yardımı düzəltmək üçün kəndin sabiq icra nümayəndəsi Ağayar adlı şəxsə müraciət etmiş və sosial yardım üçün lazım olan sənədləri toplayıb ona təqdim etmişdir. Ağayar oğluna bildirmişdir ki, ona sosial yardım təyin olunduqdan sonra ilk 4 ayın pulunu ona verəcəkdir, oğlu da onunla razılaşmışdır. N9-cu ilin iyun-iyul aylarında dəqiq tarixini xatırlamadığı vaxtda sosial yardım təyin olunması üçün ailənin təmsilçisi kimi gəlini Zülfiyyə Əliyeva adına aylıq 381 manat sosial yardım təyin olunması ilə bağlı onlara telefonuna SMS gəlmiş və gəlini “Kapitalbank”ın Lənkəran rayon filialına gedib sosial yardım almaq üçün bank kartını götürmüşdür. Ailənin təmsilçisi kimi gəlini Zülfiyyə Əliyevanın olması notarial qaydada təsdiq olunmuş və oğlu həmin təmsilçilik ərizəni də Ağayara vermişdir. X42 getməmişdən əvvəl ondan Ağayarla olan haqq-hesabını bitiribbitirmədiyini soruşmuş, o da Ağayara 4 ayın pulunu verdiyini və aralarındakı haqq-hesabın bitdiyini bildirmişdir. Sosial yardım N9-ci ilin iyun ayından 2020-ci ilin fevral ayına kimi aylıq 381 manat olmaqla təyin edilmişdir. Oğlu Rusiyaya getdikdən sonra 2020-ci ilin fevral ayında onlara təyin olunmuş sosial yardım dayandırılmışdır. Sosial yardımın verilməsinin dayandırılmasından sonra o, Ağayarın yanına gedib bu barədə soruşmuş, Ağayar da DSMF-u tərəfindən sosial yardımın dayandırılmasını bildirmişdir. Bundan sonra o, DSMFnin Lənkəran rayon şöbəsinə gedib sosial yardımın dayandırılmasının səbəbini soruşmuş, orada ona bildirilmişdir ki, oğlu işlədiyi yerdə işdən azad olunduğu üçün sosial yardımın verilməsi dayandırılmışdır. O, həmin vaxt oğlunun harada işlədiyi ilə maraqlanmış, bu zaman öyrənmişdir ki, oğlu Lənkəran şəhər MİKMİ-də fəhlə işləmişdir. Halbuki oğlu həmin idarədə heç vaxt işləməmiş, oradan əmək haqqı almamışdır. Həmin vaxt o, anlamışdır ki, Ağayar oğluna sosial yardımı qanunsuz yolla düzəltdiyi üçün sosial yardımın verilməsi dayandırılmışdır. Oğlu Şahid8 Lənkəran şəhər MİKMİ-də işləməmiş, əmək haqqı almamış, onunla həmin idarə arasında əmək müqaviləsi bağlanmamışdır. O, oğlu Şaiqin Ağayara pul verməsində iştirak etməmişdir. Oğlu Rusiyaya getməmişdən əvvəl ona demişdir ki, Ağayarla aralarında olan haqq-hesabı özü həll etmişdir. Məhkəmə iclasında Şahid8 ifadəsində göstərmişdir ki, o, Lənkəran şəhər MİKMİ-nin rəisi olmuş Təqsirləndirilən şəxs1 tanımır, lakin yaşadığı Vilvan kənd icra nümayəndəsi işləmiş Təqsirləndirilən şəxs2 tanısa da, onunla elə də yaxın münasibəti olmamışdır. O, N9-cu ilin may ayında işləmək məqsədi ilə Rusiyaya getmiş, 2021-ci ildə geri qayıtmışdır. O, Rusiyaya getməzdən əvvəl ailəsinə dövlət tərəfindən ünvanlı sosial yardım verilməsi üçün heç kimə, o cümələdən kənd icra nümayəndəsi Ağayara müraciət etməmişdir. Rusiyaya getdikdən sonra ailə üzvlərindən kimsə, ola bilər ki, atası Əli bununla bağlı müraciət etmiş, sonradan arvadının adına olmaqla ailəsinə ünvanlı sosial yardım pulu verilmiş, daha sonra isə bu yardım dayandırılmışdır. O, ailəsinə ünvanlı sosial yardımın verilməsi məqsədilə Lənkəran şəhər MİKMİ-nə işə qəbul üçün müraciət etməmiş, heç bir ərizə yazmamış və digər sənədlərə də imza etməmiş, həmin idarədə heç vaxt işləməmişdir. Ailəsinə ünvanlı sosial yardımın verilməsi üçün o, kənd icra nümayəndəsi Ağayara pul verməmiş, ailə üzvləri, əsasən də atası Əli də bu məqsədlə kiməsə, o cümlədən kənd icra nümayəndəsi Ağayara pul verməmişdir. O, Rusiyaya getməzdən əvvəl ailəsinə ünvanlı sosial yardımın verilməsi üçün onun işə düzəlməsinə görə kənd icra nümayəndəsi Ağayara müraciət etməsi, sonra bu məqsədlə ailəsinə veriləcək sosial yardımla bağlı 4 ayın pulunun kənd icra nümayəndəsi Ağayara verilməsinə razılaşması barədə atası Əlinin istintaq orqanına verdiyi ifadəsini təsdiq etmir, belə hallar olmamışdır. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən Lənkəran şəhər MİKMİ-də kadrlar üzrə müfəttiş vəzifəsində işləyir. Lənkəran şəhər MİKMİ-nə işçilərin işə qəbul edilməsi və işdən çıxarılmasını müəssisənin rəisi olmuş şəxslər, o cümlədən Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. Müəssisənin rəisi Təqsirləndirilən şəxs1 olan vaxt asan imza Təqsirləndirilən şəxs1 məxsus olmuş və əmək müqavilələrini elektron sistemə müdir Təqsirləndirilən şəxs1 göstərişi əsasında o, yerləşdirmişdir. Təqsirləndirilən şəxs1 asan imza və elektron sistemdən anlayışı olmadığı üçün əmək müqavilələrini elektron sistemə yerləşdirməyi ondan xahiş etmiş, o da onun tapşırığı əsasında bu məlumatları sistemə yerləşdirmişdir. N9-cu il ərzində Təqsirləndirilən şəxs1 dəqiq xatırlamadığı sayda şəxsləri işə götürmüş və onlarla əmək müqaviləsi bağlanmışdır. Təqsirləndirilən şəxs1 işə götürdüyü bəzi şəxslərdən onun heç bir məlumatı olmamış, həmin şəxslərlə rəsmi olaraq əmək müqaviləsi bağlanmamış, işə qəbul və işdən azad etmə barədə ərizələrlə idarəyə müraciət edilməmiş, həmin şəxslər işə gəlib-getməmişlər. Təqsirləndirilən şəxs1 yalnız ondan Lənkəran rayon sakinləri Şahid8, Şahid3 və Şahid2 adını elektron sistemə yerləşdirməyə göstəriş vermiş və o da icra etmişdir. Həmin şəxsləri o, görməmiş və ona müraciət etməmişlər. Təqsirləndirilən şəxs1 ona həmin şəxslər sonradan sənədləri gətirəcəklərini bildirib onları əmr kitabına yazmasını tapşırmış, o da göstərişə əməl edib görə Şahid8 və Şahid3 işə götürülmə əmrlərini əmr kitabına işləmişdir. Heç bir sənədi təqdim olunmadığından Şahid2 işə qəbulu barədə əmri əmr kitabına işləməmişdir. Bir qayda olaraq müəssisəyə iş üçün müraciət edən şəxslər müvafiq ərizə ilə müraciət etmiş, sonra həmin ərizə rəisə verilmiş, o namizədlə görüşüb söhbət aparmış və uyğunluğu olduğu təqdirdə ərizəyə müvafiq dərkənar qoyaraq zəruri sənədlərini toplayıb təqdim etməsi üçün ona yönəltmişdir. Namizədin sənədləri qaydasında olduğu təqdirdə tərəfindən işçinin işə qəbulu barədə əmr hazırlanmış və rəis tərəfindən imzalanaraq namizəd işə qəbul olunmuşdur. Ancaq elə hallarda olmuşdur ki, Təqsirləndirilən şəxs1 müəssisəyə iş üçün müraciət edən şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərini götürərək ona heç nə bildirmədən həmin şəxslərin adını sistemə yerləşdirməyi göstəriş vermiş, o da buna əməl etmişdir. Lakin həmin şəxslərə əmək haqqı verilməmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin şəxslərə ünvanlı sosial yardım verilməsi üçün onları müəssisəyə işçi kimi qəbul etmişdir. Onlarla əmək müqaviləsi bağlanmadığından və həmin şəxslər işə düzəlmək üçün şəxsən müraciət etmədiklərindən onları tanımamış və heç bir məlumatı olmamışdır. 24 iyul 2020-ci il tarixdə müəssisənin rəisi Şahid7 ona bildirmişdir ki, bir neçə nəfər şəxsi, yəni Şahid8, Şahid1 və Şahid3 və başqa iki nəfər şəxsi N9-cu ildə Təqsirləndirilən şəxs1 və Amil Abdullayev işə götürmüş, hazırda həmin şəxslərlə bağlı yazılı əmək müqavilələri və işə qəbul və işdən azad edilmə ərizələri tələb olunduğundan tələb olunan yerə, yəni prokurorluğa həmin sənədləri vermək lazımdır. O, tələb olunan şəxslərin işə götürülməsi və işdən azad olunmaları ilə bağlı əmək müqaviləsi bildirişini elektron sistemdən çıxarmış, bundan başqa həmin şəxslərin işə qəbul olunma əmrləri və işdən çıxarılma əmrlərini əmr kitabından götürərək surətini çıxarıb təqdim etmişdir. Həmin şəxslərin yazılı əmək müqavilələri, işə qəbul və işdən azad edilmə ərizələri isə sonradan Təqsirləndirilən şəxs1 tərəfindən imzalanıb prokurorluğa göndərilmişdir. Təqsirləndirilən şəxs1 sözü ilə o, həmin şəxslərin ərizə və əmək müqavilələri olmadan onların adını əmr kitabına yazmış, sonra da məlumatları sistemə yerləşdirmişdir. Təqsirləndirilən şəxs1 həmin şəxslərin həqiqətən idarədə işləmək istəyən şəxslər olması, onların ərizə ilə müəssisəyə müraciət edəcəkləri və işə gəlib-gedəcəklərini bildirmişdir. Yalnız yazılı əmək müqavilələrini o, əvvəllər tərtib etmiş və Təqsirləndirilən şəxs1 tərəfindən əvvəllər möhürlənmişdir, lakin sənədlərdə olan imzalar onun deyil, ərizələrdə olan xətt nümunələri də ona aid deyil və o, bu sənədləri imzalamamışdır. Təqsirləndirilən şəxs1 qanuni əsaslar olmadan işə götürdüyü şəxsləri məqsədli şəkildə etdiyindən onun bu barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 yalnız həmin şəxslərin əmək müqavilələrini elektron sistemə asan imzası ilə yerləşdirməyini ona bildirmişdir. O, istintaq orqanına göndərilmiş sənədlərdəki imzaların kim tərəfindən icra edildiyini bilmir və bunun şahidi olmamışdır. O, yalnız həmin şəxslərin əmək müqavilələri elektron informasiya sisteminə yerləşdirilmişdir. Həmin şəxslər işə çıxmamış, və əmək haqqı da almamışlar. Həmin şəxslərdən başqa hər hansı bir şəxsin idarəyə qeyd olunan formada işə qəbul olunmasını bilmir və məlumatı yoxdur. Məhkəmə iclasında şahid X20 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o, 17 mart 2020-ci il tarixdən həmin ilin avqust ayınadək Lənkəran şəhər MİKMİ-nin rəisi vəzifəsində işləmişdir. Ondan əvvəl həmin müəssisənin rəisi vəzifəsində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 əvvəl isə Amil Abdullayev rəis vəzifəsində işləmişdir. İşlədiyi dövrdə bir neçə şəxsi əsasnaməyə uyğun olaraq işə götürmüş və onlarla əmək müqaviləsi bağlanmışdır. Ştatdankənar işçilərin əmək müqavilələrinin müvafiq sistemə yerləşdirilməsini özü icra etmişdir. İdarədə işlədiyi 5 ay ərzində qanunsuz olaraq heç kimi işə qəbul etməmişdir. Lənkəran rayon sakinləri olan X13, X23, Şahid1, Şahid3, Şahid8 və Şahid2 N9-cu ildə Lənkəran şəhər MİKMİ-nin rəisi olmuş Təqsirləndirilən şəxs1 və Amil Abdullayevin dövründə işə qəbul olunmuşlar və işdən azad olunmuşlar. Həmin şəxslərin onun dövrünə heç bir aidiyyatı yoxdur. 20 iyul 2020-ci il tarixdə Lənkəran rayon sakinləri X13, X23, Şahid1, Şahid3 və Əliyev X31 şəhər MİKMİ-də hansı tarixlərdə, hansı vəzifələrdə işləmələrini əks etdirən arayışın, işə qəbul və işdən azad edilmələri barədə əmrlərin və onlarla bağlanmış əmək müqavilələrinin əsillərinin, işlədikləri dövrdə adlarına hansı banklarda hesabların açıldığını, bank kartlarının sifariş məktublarının, aylıq əmək haqqına dair ödəniş cədvəllərinin, müəssisənin əməkdaşlarının ştat və davamiyyət (tabel) cədvəlinin, maliyyə mühasibət sənədlərinin və ödəniş tapşırıqlarının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə müəssisəyə məktub ünvanlandıqdan sonra o, həmin məktubda göstərilən sənədləri təqdim etmək üçün əvvəlcə müəssisədə həmin sənədləri axtarıb tapmalarını kadrlar üzrə mütəxəssis Şahid6 və digər işçilərə göstəriş vermişdir. Müəssisədə bir neçə otaqda çoxlu sayda işə götürülmüş şəxslərin sənədləri olmuş və həmin sənədlərin içərisində qeyd etdiyi 5 nəfər şəxsə aid sənədləri tapa bilmədiklərindən işçilərə Təqsirləndirilən şəxs1lə və Amil Abdullayevlə əlaqə saxlayıb idarəyə çağırmalarını və gəlib həmin sənədləri tapıb ona təqdim etmələrini bildirmişdir. Təxminən 2 gün sonra sorğuda qeyd olunan sənədlər ona təqdim olunmuş və o, həmin sənədləri 24 iyul 2020-ci il tarixli məktubla prokurorluğa göndərmişdir. Sonradan eşitmişdir ki, həmin sənədlərin bəziləri sonradan hazırlanaraq imza edilmişdir. Lənkəran şəhər MİKMİ-nin möhürü onun xidməti otağında olmuş, həmin möhürü heç kimə verməmiş, prokurorluğa onun imzaladığı məktubla göndərilmiş sənədlərdə, yəni əmək müqavilələrində və işə qəbul və işdən azad olunma əmrlərində olan möhürlər onları işə götürən rəislərin işlədiyi müddətdə həmin sənədlərə vurulmuşdur. Çünki həmin vaxt sənədlərin möhürlənməsi üçün heç kim ondan möhür istəməmişdir. Həmin sənədlər Təqsirləndirilən şəxs1 və Amil Abdullayevin özünün rəis işlədiyi müddətdə və ya işdən çıxma əmri verilərkən dərhal tərtib etdiyi və möhür vurduğu sənədlər olmuşdur və sonradan həmin əmək müqavilələrinə və işə qəbul, işdən azad edilmə barədə ərizələrə imza olunaraq ona təqdim edilmişdir. İşdə olan, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 15 may N9-cu il tarixli 154 №li və 27 fevral 2020-ci il tarixli 79 №-li əmərlərin surətləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 15 may N9-cu il tarixdə Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş, 27 fevral 2020-ci il tarixdə vəzifəsindən azad edilmişdir. İşdə olan, «Asan imzanın verilməsi barədə müqavilə» ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 verilmiş asan imzanın seriya nömrəsi **********656622101 saylıdır. İşdə olan, Lənkəran şəhər MİKMİ-nin 19 aprel N0-cu il tarixdə təsdiq edilmiş Əsasnaməsinin 5-ci bəndinə əsasən müəssisənin rəisi, vahid rəhbərlik prinsiplərinə əməl etməklə idarənin fəaliyyətini təşkil etmək, onun işinə rəhbərlik etmək və idarənin adından etibarnaməsiz çıxış etmək, idarənin adından müqavilə bağlamaq, pul vəsaiti də daxil olmaqla idarə üçün ayrılmış əmlak üzərində qüvvədə olan qanunvericiliyə müvafiq qaydada sərəncam vermək, idarənin cari fəaliyyətinə aid məsələlər üzrə icrası məcbur olan əmr və sərəncam vermək, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək, işçiləri işə qəbul etmək və işdən azad etmək, idarənin illik gəlirlər və xərclər smetasını tərtib edərək təsdiq olunmaq üçün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına təqdim etmək, ildə iki dəfə idarənin fəaliyyəti barədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısına hesabat vermək, Lənkəran Şəhər İcra Hakimiyyətinin icazəsi ilə idarəetməsində olan əsas və dövriyyə vəsaitləri üzərində sərəncam vermək, Əsasnaməyə zidd olmayan və təsisçinin səlahiyyətlərinə aid olmayan digər funksiyaları həyata keçirmək kimi səlahiyyətlərə malikdir. İşdə olan, Lənkəran şəhər MİKMİ-də verilmiş 24 iyul 2020-ci il tarixli arayışla müəyyən edilir ki, Şahid1 01 may N9-cu il tarixdən Lənkəran şəhər MİKMİ-də təmizlik sahəsində fəhlə işinə qəbul edilmiş, əmək haqqı kartı sifariş əsasında "xxxx" ASC tərəfindən verilmişdir. Şahid3 31 may N9-cu il tarixdən təmizlik sahəsində süpürgəçi, Şahid8 isə fəhlə işinə qəbul edilmiş, lakin onlara əmək haqqı hesablanmamışdır. Həmin arayışa əlavə edilmiş Lənkəran şəhər MİKMİ-nin 27 may N9-cu il tarixli, 34 saylı məktubu ilə müəyyən edilir ki, Lənkəran şəhər MİKMİ-nin rəisi Təqsirləndirilən şəxs1 tərəfindən Şahid1 əmək haqqı kartının hazırlanması üçün "xxxx" ASC-nin Lənkəran filialına müraciət edilmişdir. Habelə əlavə edilmiş «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri il müəyyən edilir ki, işəgötürən Lənkəran şəhər MİKMİ-si tərəfindən Şahid8 29 iyun N9-cu il tarixli xxxxxxx000100 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 29 iyul N9-cu il tarixdə xxxxxxx0001X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmiş, həmçinin ikinci dəfə işəgötürən Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi tərəfindən Şahid8 29 iyul N9-cu il tarixli xxxxxxx000200 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 30 avqust N9-cu il tarixdə xxxxxxx0002X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Bundan başqa işəgötürən Lənkəran şəhər MİKMİ-si tərəfindən Şahid1 01 may N9-cu il tarixli xxxxxxx000100 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 22 iyul N9-cu il tarixdə xxxxxxx0001X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. Bundan başqa Lənkəran şəhər MİKMİ-si tərəfindən Şahid3 31 may N9-cu il tarixli xxxxxxx000100 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 29 iyun N9-cu il tarixdə xxxxxxx0001X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. İşdə olan, 31 may N9-cu il tarixli yazılı əmək müqaviləsi ilə müəyyən edilir ki, Lənkəran şəhər MİKMİ-nin rəisi Təqsirləndirilən şəxs1 ilə Şahid3 arasında 31 may N9-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və imza edilərək möhürlə təsdiqlənmişdir. Bundan başqa 01 may N9-cu il tarixli yazılı əmək müqaviləsindən görünür ki, Lənkəran şəhər MİKMİ-nin rəisi Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında 01 may N9-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və imza edilərək möhürlə təsdiqlənmişdir. Habelə 29 iyun N9-cu il tarixli və 29 iyul N9-cu il tarixli yazılı əmək müqavilələrindən görünür ki, Lənkəran şəhər MİKMİ-nin rəisi Təqsirləndirilən şəxs1 ilə Şahid8 arasında 29 iyun N9-cu il tarixdə və 29 iyul N9-cu il tarixdə müddətsiz əmək müqavilələri bağlanmış və imza edilərək möhürlə təsdiqlənmişdir. Həmçinin, işə əlavə edilmiş Lənkəran şəhər MİKMİ-nin rəisi Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş 01 may N9-cu il tarixli əmrdə göstərilir: Şahid1 fəhlə işinə qəbul edilsin və əmək haqqı ştat cədvəlinə əsasən hesablansın. 01 iyul N9-cu il tarixli 38 saylı əmrdə göstərilir: Şahid1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən 01 iyul N9-cu il tarixdən işdən azad olunsun. 29 iyun N9-cu il tarixli 37 saylı və 29 iyul N9-cu il tarixli 39 saylı əmrlərdə göstərilir: Şahid8 fəhlə işinə qəbul edilsin və əmək haqqı ştat cədvəlinə əsasən hesablansın. 29 iyul N9-cu il tarixli 39 saylı və 30 avqust N9-cu il tarixli 41 saylı əmrlərdə göstərilir: Şahid8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən işdən azad olunsun. 31 may N9-cu il tarixli 34 saylı əmrdə göstərilir: Şahid3 fəhlə işinə qəbul edilsin və əmək haqqı ştat cədvəlinə əsasən hesablansın. 29 iyun N9-cu il tarixli 37 saylı əmrdə göstərilir: Şahid3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndinə əsasən işdən azad olunsun. İşdə olan, Lənkəran şəhər MİKMİ-nin 24 iyul 2020-ci il tarixli arayışını əlavə edilmiş işə qəbul olma barədə və işdən azad edilmə barədə ərizələrlə müəyyən olunkr ki, Şahid1 01 may N9-cu il tarixli işə qəbul edilmə barədə ərizəsi, 01 iyul N9-cu il tarixli işdən azad edilmə barədə ərizəsi, Şahid8 29 iyun N9-cu il tarixli və 29 iyul N9-cu il tarixli işə qəbul edilmə barədə ərizələri, 29 iyul N9-cu il tarixli və 30 avqust N9-cu il tarixli işdən azad edilmə ərizələri, Şahid3 31 may N9-cu il tarixli işə qəbul edilmə barədə ərizəsi, 29 iyul N9cu il tarixli işdən azad edilmə barədə ərizəsində imza qrafası qarşısında işəgötürülən şəxslər tərəfindən imzalanmış, həmçinin işəgötürən Təqsirləndirilən şəxs1 tərəfindən imzalanaraq müvafiq dərkənar qoyulmuşdur. İşdə olan, Lənkəran ŞİH başçısının Vilvan kənd İƏD üzrə Nümayəndəliyinin 18 iyun 2020-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Əliyev X31 rayonunun Vilvan kəndində qeydiyyatdadır və hal-hazırda (arayışın verildiyi tarixdə) Rusiya Federasiyasındadır. İşdə olan, “X39” ilə müəyyən edilir ki, Şahid8 22 may N9-cu il tarixdə “X35”ni keçməklə Rusiya Federasiasına getmiş, geri qayıtması barədə məlumat yoxdur. İşdə olan, Lənkəran şəhər MİKMİ-nin 06 aprel 2021-ci il tarixli, 138 saylı məlumat məktubu ilə müəyyən edilir ki, Lənkəran şəhər MİKMİ-nə 04 iyun N9-cu il tarixdə fəhlə işinə qəbul edilmiş Şahid2 adına bank kartı sifariş edilməmiş və əmək haqqı da hesablanmamışdır. Şahid2 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin olmasına baxmayaraq, əmr kitabında əmr olmamış və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi olmasına görə də əmr kitabında əmr olmamış, həmçinin onunla əmək müqaviləsi bağlanmamışdır. Şahid1 N9-cu ilin may ayında 203,0 manat, iyun ayında 203,0 manat və avqust ayında son haqq-hesab 23,38 manat əmək haqqı hesablanmış və ödənilmişdir. İşdə olan, Lənkəran şəhər MİKMİ-nin 06 aprel 2021-ci il tarixli, 138 saylı məlumat məktubuna əlavə edilmiş, “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri ilə müəyyən edilir ki, işəgötürən Lənkəran şəhər MİKMİ-i tərəfindən Şahid2 04 iyun N9-cu il tarixli xxxxxxx000300 nömrəli elektron əmək müqaviləsi həmin tarixdə “Əmək müqaviləsi bildirişi” altsisteminə əlavə edilərək əmək müqaviləsi bağlanmış, 01 iyul N9-cu il tarixdə xxxxxxx0003X0 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə xitam verilmişdir. İşdə olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 Şəxsin Lənkəran şəhər filialının 19 avqust 2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Şahid1, Şahid3, Şahid8 və Şahid2 ünvanlı dövlət sosial yardım verilməsi üçün yaşadığı evə baxış keçirilmiş və “Maddi məişət müayinə aktları” tərtib olunmuşdur. Şahid2 2020-ci ilin aprel ayında ünvanlı dövlət sosial yardımı almaq üçün təkrar müraciət etmiş və pandemiya ilə əlaqədar olaraq avtomatik təyinat almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X24 Xidmətinin 07 oktyabr 2020-ci il tarixli məktubla istintaq orqanına göndərilmiş Lənkəran şəhər MİKMİ-i tərəfindən Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə yuxarıda qeyd olunmuş şəxslərlə bağlı daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumatlar götürülüb cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan, "xxxx" ASC-dən daxil olmuş ödəniş kartı üzrə çıxarışlarla müəyyən edilir ki, X4 416974******1809 saylı bank kartına 3.151,00 manat, X8 416974******5941 saylı bank kartına 2.096,00 manat, Şahid3 416974******1947 saylı bank kartına 1.881,00 manat məbləğdə pul məxaric olunmuşdur. İşdə olan, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd kompakt diskə baxış keçirilməsi haqqında 01 mart 2021-ci il tarixli protokolla müəyyən edilir ki, “Korrupsiya-Lenkeran- MKTB” adlı qovluqda içərisində X12, X16 və Şahid3 adlı qovluqlar vardır. “X26 qizi” adlı qovluğun içərisində 8 ədəd qovluq, həmin qovluqların hər birində bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus şəxsin fotoşəkillər vardır. “X30 qizi” adlı qovluğun içərisində 8 ədəd qovluq, həmin qovluqların hər birində bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus şəxsin fotoşəkillər vardır. “Sevinc Karimova” adlı qovluğun içərisində 7 ədəd qovluq və həmin qovluqların hər birində bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus şəxsin fotoşəkilləri vardır. Baxış zamanı plastik kart vasitəsi ilə müvafiq vaxtlarda bankomatlardan pul çıxarmış şəxslərdən xarici görünüşcə Təqsirləndirilən şəxs1 oxşar şəxs olması müəyyən edilməmişdir. İşdə olan, "xxxx" ASC-dən daxil olmuş sənədlərlə müəyyən edilir ki, Şahid1 verilmiş maaş kartı özü tərəfindən götürülmüş, sənədlərə imza edilmiş və sonuncu maaş kartını təhvil almışdır. İşdə olan, "xxxx" ASC-dən daxil olmuş 01 ədəd kompakt diskə baxış keçirilməsi haqqında 14 aprel 2021-ci il tarixli protokolla müəyyən edilir ki, diskdə olan “533599- 0691”adlı qovluqda Şahid1 məxsus kartdan pul çıxarmış şəxslərin fotoşəkilləri vardır və bankomatdan pul çıxaran anda kişi cinsinə məxsus şəxslərinotoşəkilləridir. Plastik kart vasitəsi ilə müvafiq vaxtlarda bankomatlardan pul çıxarmış şəxslərdən xarici görünüşcə Təqsirləndirilən şəxs1 oxşar şəxs olması müəyyən edilməmişdir. İşdə olan, “Telefon danışıqlarına dair çıxarışlara baxış keçirilməsi barədə” 16 aprel 2021-ci il tarixli protokolla müəyyən edilir ki, "xxxx" MMC-dən daxil olmuş məlumatlar əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050/240-68-80 saylı mobil nömrəsi ilə Şahid1 istifadəsində olan 050/540-51-58, Şahid2 istifadəsində olan 050/878-11-53 və Şahid4 istifadəsində oldan 051/794-30-00 saylı mobil nömrələri arasında heç bir əlaqə olmamışdır. Təqsirləndirilən şəxs1 istifadəsində olan 050/240-68-80 saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 050/518-04-78 saylı mobil telefon nömrəsi arasında N9-cu ilin may ayından başlayaraq dəfələrlə danışıqlar aparılmışdır. İşdə olan, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 Şəxsin 23 oktyabr 2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, 01 oktyabr 2020-ci il tarixdən 08 oktyabr 2020-ci il tarixədək olan dövr ərzində Lənkəran rayonu üzrə 19 ailənin maddi-məişət şəraitinin təkrar müayinəsi aparılmışdır. 31 yanvar 2020-ci il tarixdən qısamüddətli məşğulluq səbəbindən həmin 19 ailənin ünvanlı dövlət sosial yardımı ödənişi dayandırılmış, lakin 7 ailənin 2020ci ilin mart-aprel aylarında təkrar müraciəti əsasında yenidən ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Göstərilən 7 ailənin ünvanlı dövlət sosial yardıma dair müraciətlərinə "Yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ii 1 aprel tarixli 123 nömrəli Qərarı ilə əlaqədar maddi-məişət şəraitinin müayinəsi aparılmadan ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Yoxlama nəticəsində 7 ailədən 5-də "Ərizə-bəyannamə"də göstərilən məlumatlarda uyğunsuzluq (ailə tərkibi, pay torpaq əmlakının qeyd edilməməsi və s.) aşkar edilmişdir. Qeyd olunmuş ailələrin sosial yardımla bağlı müraciətlərində Fondun Lənkəran şəhər filialına aid İP ünvan aşkar edilməmişdir. Məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Şahid2 ailə məişət şəraitinin müayinəsi zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyi üçün ünvanlı sosial yardım almasına imtina verilmişdir. İşdə olan, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 07 iyun N8-ci il tarixli 10- 45/251 və 19 mart 2021-ci il tarixli 111 №-li əmərlərin surətləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 07 iyun N8-ci il tarixdə Lənkəran rayonunun Vilvan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş və 19 mart 2021-ci il tarixdə vəzifəsindən azad edilmişdir. İşdə olan, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 14 oktyabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 01 mart N9-cu il tarixdən 01 fevral 2020-ci il tarixə kimi olan dövr ərzində Lənkəran şəhər MİKMİ-nə işə götürülmüş Şahid8 ailəsini təmsil edən X1 hesabına 3051,76 manat, Şahid1 ailəsini təmsil edən X2 hesabına 2096,29 manat, Şahid3 kart hesabına 1881,36 manat pul vəsaiti köçürülmüşdür. İşdə olan, məhkəmə-mühasibatlıq ekspertizanın 07 dekabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 01 mart N9-cu il tarixdən 01 fevral 2020-ci il tarixə kimi olan dövr ərzində Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi adından hazırlanmış saxta sənədlər əsasında Şahid8 ailəsini təmsil edən X1 hesabına 3051,76 manat, Şahid1 ailəsini təmsil edən X2 hesabına 2096,29 manat, Şahid3 kart hesabına 1881,36 manat məbləğdə ünvanlı dövlət sosial yardım təyinatı aparılmış və pul vəsaiti köçürülmüşdür. İşdə olan, məhkəmə-xətşünaslıq ekspertizanın 18 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 2-ci cildində Şahid3 adına olan 31 may N9-cu il tarixli əmək müqaviləsində tarix göstəricisi qarşısında “İmzası” qrafasındakı imza-Şahid3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Şahid3 adına olan 31 may N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəhər Vilvan kəndi Şahid3 q” yazıları, Şahid1 adına olan 1 may N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəh Vilvan kəndi Şahid1” yazıları, Şahid8 adına olan 29 iyun N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran r/n Vivan kəndi Şahid8” yazıları və 29 iyul N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəhər Vilvan kəndi Şahid8” yazıları Şahid1 tərəfindən yox, Şahid3 tərəfindən yox, Şahid8 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Şahid1 adına olan 1 may N9-cu il tarixli əmək müqaviləsində tarix göstəricisi qarşısında “İmzası” qrafasındakı imza -Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Şahid3 adına olan 31 may N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: ” qrafasındakı “Lənkəran şəhər Vilvan kəndi Şahid3 q” yazılarda, Şahid1 adına olan 1 may N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəh Vilvan kəndi Şahid1” yazılarda, Şahid8 adına olan 29 iyun N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran r/n Vivan kəndi Şahid8” yazılarda və 29 iyul N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəhər. Vilvan kəndi Şahid8” yazılarda oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertizaya təqdim edilmiş, Şahid1 adına olan 1 may N9-cu il tarixli əmək müqaviləsində tarix göstəricisi qarşısında “İmzası” qrafasındakı imzada, oxşadılmaqla icra olunma əlamətləri müəyyən edildi. Ekspertizaya təqdim edilmiş, Şahid3 adına olan 31 may N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı: ” qrafasındakı “Lənkəran şəhər Vilvan kəndi Şahid3 q” yazılarda, Şahid1 adına olan 1 may N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəh Vilvan kəndi Şahid1” yazılarda, Şahid8 adına olan 29 iyun N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran r/n Vivan kəndi Şahid8” yazılarda və 29 iyul N9-cu il tarixli əmək müqaviləsində “11.2. İşçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı:” qrafasındakı “Lənkəran şəhər. Vilvan kəndi Şahid8” yazılarda yazının qəsdən dəyişdirilmiş xətlə icra olunmasını müəyyən edən əlamətlər müşahidə olunmadı. İşdə olan, istintaq orqanının 08 və 12 aprel 2021-ci il tarixli qərarları, habelə bank mədaxil qəbzləri ilə müəyyən edilir ki, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Təqsirləndirilən şəxs1 tərəfindən BPM**********27 nömrəli, 08 aprel 2021-ci il tarixli ödəniş tapşırığı ilə 4.933,12 manat (dörd min doqquz yüz otuz üç manat on iki qəpik) və BPM**********70 nömrəli, 12 aprel 2021-ci il tarixli ödəniş tapşırığı ilə 2.096,29 manat (iki min doxsan altı manat iyirmi doqquz qəpik) olmaqla cəmi 7.029,41 manat (yeddi min iyirmi doqquz manat qırx bir qəpik) məbləğində pul vəsaiti Azərbaycan Respublikasının Beynəlxaq Bankının Lənkəran filialına (Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına qoyulmaqla) ödənilmişdir. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 şəxsi- məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir, inzibati binası Bakı şəhəri, H. Zərdabi prospekti, 80 ünvanında yerləşir. Həmçinin işdə olan, istintaq orqanının “Sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2021-ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid3, Şahid8 və Şahid4 barəsində rüşvət vermə əməlinə görə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CM-nin 321-ci maddəsinin Qeydinə və CPM-nin 39.1.11-ci maddəsinə əsasən, habelə Şahid3, Şahid8 və Şahid1 ünvanlı dövlət sosial yardım almaları faktında hər hansı bir cinayətin tərkib əlaiətləri olmadığından barələrində cinayət təqibinin başlanması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində heç kimdən rüşvət almaması, almış olduğu pulun məbləğini xatırlamaması, heç bir sənədi saxtalaşdırmamasına aid hallar, eləcə də Təqsirləndirilən şəxs2 ifadələrində Şahid8 ünvanlı sosial yardım alması üçün köməklik etməməsi, bununla bağlı ondan pul almaması və həmin işlə bağlı heç kimə, o cümələdən Təqsirləndirilən şəxs1 pul verməməsi, heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni hər hansı bir işlə bağlı heç kimdən, o cümlədən Təqsirləndirilən şəxs2 vasitəsilə rüşvət almaması, almış olduğu pulun məbləğini xatırlamaması, heç bir sənədi saxtalaşdırmamasına dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni Şahid8 ünvanlı sosial yardım alması üçün köməklik etməməsi, bununla bağlı ondan pul almaması və həmin işlə bağlı heç kimə, o cümələdən Təqsirləndirilən şəxs1 pul verməməsi, heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid6, Şahid7, Şahid9, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri (ibtidai istintaq zamanı verdikləri ifadələri), maddi sübutlar, ekspertiza rəyləri, o cümələdən məhkəmə-xəttşünaslıq eksperitzanın rəyi, habelə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi (həmin ifadəsində o, əməlini qismən etiraf etməklə Şahid8 işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs2 vasitəsilə 50 manat pul almasını, Şahid3 öz maddi marağına işə götürməsini, istintaq orqanının sorğusundan sonra işlədiyi müddətdə müəssisəyə görə formal olaraq işə götürdüyü, lakin sənədələri tam olmayan şəxslərin ərizələri və əmək müqavilələri tərəfindən tərtib olunub dərkənar qoymasını və s. digər halları göstərmişdir), eləcə də məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələrini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Fatimə Həmidovanın, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələri (ibtidai istintaq zamanı verdikləri ifadələri), eləcə də şahidlər Şahid6, Şahid7 və Şahid9 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Eyni zamanda şahidlər Şahid4 və Şahid8 məhkəmədə verdikləri ifadələrində göstərilən xüsusatları, yəni Şahid4 bibisi Şahid3 dövlət sosial yardım verilməsi üçün onun işə düzəlməsi ilə bağlı Təqsirləndirilən şəxs1lə aralarında pul söhbətinin olmaması və ondan kiminsə pul istəməməsi, bu məqsədlə kiməsi, o cümlədən Təqsirləndirilən şəxs1 pul verməsini xatırlamamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid3 ifadəsi, eləcə də Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, habelə Şahid8 Rusiyaya getməzdən əvvəl ailəsinə dövlət tərəfindən ünvanlı sosial yardım verilməsi üçün heç kimə, o cümələdən kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs2 müraciət etməməsi, ailəsinə ünvanlı sosial yardımın verilməsi məqsədilə kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs2 pul verməməsi, Rusiyaya getməzdən əvvəl ailəsinə ünvanlı sosial yardımın verilməsi üçün onun işə düzəlməsinə görə kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs2 müraciət etməsi, sonra bu məqsədlə ailəsinə veriləcək sosial yardımla bağlı 4 ayın pulunun kənd icra nümayəndəsi Təqsirləndirilən şəxs2 verilməsinə razılaşması barədə atası Əlinin istintaq orqanına verdiyi ifadəsinin doğru olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə tam təkzib olunduğundan məhkəmə həmin ifadələri sübut kimi qəbul etmir və onların bu ifadələri törədilmiş cinayət hadisəsinə öz mülahizələri baxımından yanlış təqdim etmələri kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə, habelə Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.5,311.2-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan, “Qətimkan tədbirinin seçilmsi haqqında” 26 aprel 2021-ci il tarixli qərarlarla müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisirn nəzarəti altına ıvermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən verlmiş 06 aprel 2021-ci il tarixli xasiyyətnamə, habelə Lənkəran rayon İHB-nın Xanbulan kənd kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayonunun Bürcəli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət (yaşadığı və işlədiyi yerdə nümunəvi və intizamlı olması, dövlət tədbirlərində fəal iştirak etməsi, verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirməsi, işlədiyi və yaşadığı yer üzrə ondan heç bir şikayət xarakterli məlumatların daxil olmaması) xarakterizə olunur. İşdə olan, “Bonadel” Beynəlxalq Hospitalından verilmiş 21 dekabr 2020-ci il tarixli Epikrizlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 18 dekabr 2020-ci il tarixdən 21 dekabr 2020-ci il tarixədək həmin hospitalda stasionar müalicə olunmaqla “TUR sidik kisəsi” cərrahi əməliyyatı olunmuş, habelə anamnez qeydində Təqsirləndirilən şəxs1 1993 və 2000-ci illərdə sidik kisəsi polipektomiyadan, N0, N1, N3 və N5-ci illərdə “TUR sidik kisəsi” cərrahi əməliyyatı olunması göstərilmişdir. İşdə olan, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından verilmiş 25 noyabr 2021-ci il tarixli xəstəlik tarixindən Çıxarışla (Epikrizlə) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 20 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək Lənkəran RMX-da “Ü.İ.X. Gərginlik stekordiyası. İİ f.s. kronar damarların ateroklerası. Arterial hipertoniya İİİ dərəcə. Əlavə risk İİ. Şəkərli diabet tip İİ. Ağır forma, Dekonpensə mərhələsi” diaqonozları ilə stasionar müalicədə olmuşdur. İşdə olan, Azərbaycan Respublikası SN Akademik M.Cavadzadə adına Respublika X9n verilmiş 24 dekabr 2021-ci il tarixli xəstəlik tarixindən Çıxarışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 16 dekabr 2021-ci il tarixdən 24 dekabr 2021-ci il tarixədək xəstəxanada “Sol böyrəyin və sidik axarının daşları. Soltərəfli ureterohidronefroz. Şəkərli diabet tip İİ. Hipertoniya İİ mərhələ” diaqnozu ilə stasionar müalicədə olmuş, eyni zamanda dəfələrlə sidikliyin törəməsindən əməliyyat olunduğundan ona Milli Onkoloji Mərkəzinə müraciət etməsi məsləhət görülmüşdür. İşdə olan, Azərbaycan Respublikası SN Milli Onkologiya Mərkəzindən verilmiş 13 yanvar 2022-ci il tarixli xəstəlik tarixindən Çıxarışla (Epikrizlə) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 24 dekabr 2021-ci il tarixdən 13 yanvar 2022-ci il tarixədək MOM-də stasionar müalicədə olmaqla sidik kisəsində 28 dekabr 2021-ci il tarixdə cərrahi əməliyyat apırılmış, o cümlədən 23 dekabr N0, 10 fevral N1, 08 avqust N2 və 08 yanvar N6-cı il tarixlərdə üzərində “TUR sidik kisəsi” cərrahi əməliyyatlar olunmuşdur. Bundan başqa 1993 və 2000-ci illərdə Akademik M.Cavadzadə adına X9 sidik kisəsi xərçəngi ilə bağlı cərrahi əməliyyat olunmuşdur. Hal-hazırda residiv qeyd olunduğu üçün MOM-də müalicəyə qəbul olunmuşdur. Məhkəmə hesab edir ki, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, Təqsirləndirilən şəxs1 “Sidik kisəsinin xərçəngi residiv pTaNoMo. Sidik kisəsinin residiv törəməsi. Sol böyrəyin və sidik axarının daşları. Soltərəfli ureterohidronefroz. İnsulindən asılı şəkərli diabet tip İİ. Hipertoniya İİ mərhələ” diaqonozları ilə xəstə olması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 308.1, 313 və 320.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri təkrarən törətməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan, Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən verlmiş 06 aprel 2021-ci il tarixli xasiyyətnamə, Lənkəran rayon İHB-nın Bəliton kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki Təqsirləndirilən şəxs2 Lənkəran rayonun Bəliton kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət (nümunəvi ziyalı kimi kənd ictimayyəti arasında hörmət qazanması, ictimai işlərdə fəal iştirak etməsi, yaşadığı ərazidə yüksək nüfuza malik olması) xarakterizə olunur. İşdə olan, SX ******* №-li hərbi biletin surəti ilə müəyən edilir ki, X17 N №-li hərbi hissə komandirinin N mart N6-cı il tarixli 012 №-li döyüş sərəncamına əsasən 161,181 və N №-li hərbi hissələrin müdafiə rayonlarında düşmən tərəfindən işğal olunmuş strateji yüksəklikldərin azad olunmasında 01 aprel N6-cı il tarixdən döyüş tapşırığının yerinə yetirilmək məqsədilə müdafiə rayonuna gəlmiş və manqa komandiri-kəşfiyyatçı kimi döyüş tapşırığının yerinə yetirilməsində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 oğlu Aqşin Yüsübzadənin N6-cı ilin aprel ayında döyüş əməliyyatlarında (“Aprel döyüşləri”ndə) iştirak etməsini Təqsirləndirilən şəxs2 münasibətdə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edir. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 CM-nin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələrinin, habelə Təqsirləndirilən şəxs2 CM-nin 32.5,311.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halı (Təqsirləndirilən şəxs1 münasibətdə) habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 46.1 və 46.2-ci maddələrinin müddəaları tətbiq edilərək ona müəyyən vəzifə tutma hüququndan, yəni müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah olunmalarını mümkün hesab edir və onların barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunmasını əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları, yəni cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi, “Sidik kisəsinin xərçəngi residiv pTaNoMo. Sidik kisəsinin residiv törəməsi. Sol böyrəyin və sidik axarının daşları. Soltərəfli ureterohidronefroz. İnsulindən asılı şəkərli diabet tip İİ. Hipertoniya İİ mərhələ” diaqonozları ilə xəstə olması, 10 dəfə cərrahi əməliyyata məruz qalması və hazırda xərçəng xəstəliyindən əziyyət çəkməklə həmin xəstəliklə bağlı cari ilin mart-aprel aylarında təkrarən cərrahi əməliyyat olunacağı, kifayət qədər yaşlı-61 yaşının olması, habelə şəxsiyyəti (yaşayış və iş yeri üzrə müsbət xarakteriza olunması və ilk məhkumluğu) və işin digər faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Habelə məhkəmə Təqsirləndirilən şəxs2 oğlu Aqşin Yüsübzadənin N6-cı ilin aprel ayında döyüş əməliyyatlarında (“Aprel döyüşləri”ndə) iştirak etməsinin Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsini, kifayət qədər yaşlı-62 yaşının olması, habelə şəxsiyyəti (yaşayış yeri üzrə müsbət xarakteriza olunması və ilk məhkumluğu) və işin faktiki hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyin ediləcək cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə, onların davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs1 rüşvət almaqla əldə etdiyi 3348 manat pulun ondan məcburi qaydada alınıb dövlət nəfinə keçirilməsi üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.2-ci maddələrinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) xüsusi müsadirə cinayət-hüquqi tədbiri qaydasında məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə rüşvət alma cinayətin predmeti olan 1.674 (bir min altı yüz yetmiş dörd) manat pul vəsaiti Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsi tətbiq edilib xüsusi müsadirə olunmaqla Təqsirləndirilən şəxs1 məcburi qaydada dövlət nəfinə alınmalıdır. Eyni zamanda cinayət əməli nəticəsində zərərçəkmiş hüququ şəxsə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 Şəxsə) 7.029,41 manat məbləğində maddi ziyanın vurulması ilə bağlı iş üzrə təqsirləndirilən şəxslərə qarşı verilmiş 18 iyun 2021-ci il tarixli mülki iddia tam təmin edilməklə həmin ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Beynəlxaq Bankının Lənkəran filialına ödənilmiş 7.029,41 manat (yeddi min iyirmi doqquz manat qırx bir qəpik) pul vəsaitinin zərərçəkmiş hüququ şəxsin- Dövlət Sosial Müdafiə X41 Şəxsin müvafiq bank hesabına köçürülməsi təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, cinayət nəticəsində zərərçəkmiş hüququ şəxsə- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 Şəxsə 7.029,41 (yeddi min iyirmi doqquz manat qırx bir qəpik) manat məbləğində maddi ziyanın vurulmasına dair iş üzrə verilmiş 18 iyun 2021-ci il tarixli mülki iddia tam təmin edilməli və həmin ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Beynəlxaq Bankının Lənkəran filialına ödənilmiş (Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanmaqla) 7.029,41 manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 Şəxsin bank hesabına (X10. Kod 210005 VÖEN **********. Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T CTREAZ 22. DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı. Hesab AZ26CTRE********************. VÖEN ********** Fond 1. İqtisadi təsnifat kodu 272100 ÜDSY) köçürülməlidir. İş üzrə cinayət əməli nəticəsində zərərçəkmiş hüququ şəxsə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 Şəxsə) 7.029,41 manat məbləğində maddi ziyanın vurulması və həmin maddi ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən tam olaraq ödənilməsini məhkəmə nəzərə alır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-300 (üç yüz) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 150 (bir yüz əlli) manat və Təqsirləndirilən şəxs2 150 (bir yüz əlli) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 294.3-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 311.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza- 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs1 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətinin həyata keçirilməsi Lənkran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,311.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş əsas cəza-5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təyin edilmiş sınaq müddətində Təqsirləndirilən şəxs2 üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətinin həyata keçirilməsi Lənkəran rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə cinayət nəticəsində zərərçəkmiş hüququ şəxsə-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 Şəxsə 7.029,41 (yeddi min iyirmi doqquz manat qırx bir qəpik) manat məbləğində maddi ziyanın vurulmasına dair verilmiş 18 iyun 2021-ci il tarixli mülki iddia tam təmin edilsin və həmin ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Beynəlxaq Bankının Lənkəran filialına ödənilmiş (Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan) 7.029,41 (yeddi min iyirmi doqquz manat qırx bir qəpik) manat məbləğində pul vəsaiti hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X41 Şəxsin bank hesabına (X10. Kod 210005 VÖEN **********. Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T CTREAZ 22. DSMF Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı. Hesab AZ26CTRE********************. VÖEN ********** Fond 1. İqtisadi təsnifat kodu 272100 ÜDSY) köçürülsün. İş üzrə maddi sübutlar olan və cinayət işinin materialına əlavə edilmiş, əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri, 31 may N9-cu il tarixli əmək müqaviləsi, 29 iyun N9-cu il tarixli və 29 iyul N9-cu il tarixli əmək müqaviləsində 01 may N9-cu il tarixli əmək müqaviləsi, 31 may N9-cu il tarixli işə qəbul edilmə barədə ərizə, 29 iyun N9-cu il tarixli işdən azad edilmə barədə ərizə, 29 iyun N9-cu il tarixli və 29 iyul N9-cu il tarixli işə qəbul edilmə barədə ərizə, 29 iyul N9-cu il tarixli və 30 avqust N9-cu il tarixli işdən azad edilmə barədə ərizələr, 01 may N9-cu il tarixli işə qəbul olma barədə ərizə, 01 iyul N9-cu il tarixli işdən azad edilmə barədə ərizə, "xxxx" ASC-dən götürülmüş çıxarışlar və 01 ədəd disk, "xxxx" ASC-dən götürülmüş çıxarışlar və 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Habelə iş üzrə rüşvət alma cinayətin predmeti olan 1.674 (bir min altı yüz yetmiş dörd) manat pul vəsaiti Azərbaycan Respublikası CM-nin 99-1.1.2-ci maddəsi tətbiq edilib xüsusi müsadirə olunmaqla Təqsirləndirilən şəxs1 məcburi qaydada dövlət nəfinə alınsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-300 (üç yüz) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 150 (bir yüz əlli) manat və Təqsirləndirilən şəxs2 150 (bir yüz əlli) manat tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Şahid5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar