Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-120/2025 07.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X8, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və “A.İ.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə xx xxxxxx 1997-ci ildə Rusiya Federasiyasının, Petropavlovsk- Kamçatka şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəlilabad rayonu, Göytəpə şəhəri, Nizami küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə xx xxxx 2000-ci ildə Yardımlı rayonunun Zenqaran kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Yardımlı rayonunun Zəngəran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli və külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin əldə olunması, saxlanması və daşınaraq həmin maddələrin cinayətkar qrupun digər üzvlərinə çatdırılmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü və ya üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd torbada qablaşdırılmış, iki ədəd bağlamada ayrıayrılıqda 2005,0 qram və 1690,0 qram olmaqla cəmi xüsusi ilə külli miqdarda-3695,0 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə külli miqdarda- 96,494 qram psixotrop maddə olan metamfetamin, 4 ədəd bağlamada ayrı-ayrılıqda 1975,0 qram, 2115,0 qram, 1320,0 qram və 2035,0 qram olmaqla cəmi külli miqdarda-7445,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həblərinin Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində gizlədilməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verilməsindən sonra 17 mart 2024-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Göytəpə şəhərində görüşüb birlikdə məlum olmayan “taksi” avtomobili ilə Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində gedib oradan bir ədəd torbada qablaşdırılmış, iki ədəd bağlamada ayrı-ayrılıqda 2005,0 qram və 1690,0 qram olmaqla cəmi xüsusi ilə külli miqdarda-3695,0 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə külli miqdarda- 96,494 qram psixotrop maddə olan metamfetamin, 4 ədəd bağlamada ayrı-ayrılıqda 1975,0 qram, 2115,0 qram, 1320,0 qram və 2035,0 qram olmaqla cəmi külli miqdarda-7445,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həblərini götürüb satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 18 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisində saxlanılıb üzərilərində şəxsi axtarış zamanı onlara məxsus olmaqla Təqsirləndirilən şəxs1 əlində saxladığı bir ədəd torbanın içərisində iki ədəd bağlamada ayrı-ayrılıqda 2005,0 qram və 1690,0 qram olmaqla cəmi xüsusi ilə külli miqdarda-3695,0 qram narkotik vasitə olan heroin, bir ədəd bükümdə külli miqdarda-96,494 qram psixotrop maddə olan metamfetamin, 4 ədəd bağlamada ayrı-ayrılıqda 1975,0 qram, 2115,0 qram, 1320,0 qram və 2035,0 qram olmaqla cəmi külli miqdarda-7445,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 4,0 qram təşkil edən külli miqdarda-100 ədəd narkotik vasitə olan metadon həbləri, habelə bir ədəd elektron əl tərəzisi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Cəlilabad rayonu, Göytəpə şəhəri, Nizami küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraşq heç bir yerdə işləməmiş, əvvəllər isə gəmidə işləmişdir. Təqsirləndirilən şəxs2 onun sinif yoldaşı olmaqla aralarında səmimi münasibət olmuşdur. Az müddətdir ki, “nəşə”dən (marixuanadan) istifadə etməyə başlamışdır. Tutulmamışdan bir müddət əvvəl vatsapda tanış olub yazışdığı iranlı “Mehdi” adlı şəxsdən istifadəsi üçün marixuana istəmiş, iranlı da ona marixuana göndərəcəyini demişdir. O, telefonda vatsapla iranlı ilə danışıb istifadəsi üçün narkotik maddə istəmiş, iranlı da ona 400 qram nəşə (marixuana) göndərəcəyini demişdir. O, 400 qram marixuanaya görə iranlıya 200 manat pul verməyə razılaşsa da, narkotik maddəni götürmədiyinə görə iranlıya pul verməmişdir. İranlı ona marixuana göndərəcəyini, başqa növ narkotik maddə göndərməsini deməmişdir. Onun iranlı ilə söhbətindən Hüseynin məlumatı olmamışdır. 17 mart 2024-cü il tarixdə, axşam saatlarında o, Hüseynə zəng edib ondan 20 manat borc pul istəmiş və həmin gün Hüseynlə görüşüb ondan 20 manat pul götürmüşdür. Bundan sonra o, Cəlilabad şəhərinə gedib dostu ilə görüşüb tez qayıdacağını dediyindən Hüseyn də onunla birlikdə gəlmiş, lakin Hüseyn onun narkotik maddə götürmək üçün getməsindən xəbəri olmamışdır. Sonra o, taksi ilə Hüseynlə birlikdə Uzuntəpə kəndinə gəlmiş, Hüseynin ona verdiyi puldan 6 manat taksi pulunu vermiş və taksi sürücüsü çıxıb getmişdir. Onlar həmin yerdə yolda maşından düşəndən sonra Hüseyn körpünün üstündə qalmış, özü isə Hüseynə dostu ilə görüşüb gələcəyini deyib iranlının ona göndərdliyi “konum” əsasında qəbiristanlığa getmiş və orada olan zibil qutusunun yanında kisə olmasını görmüş, lakin kisəni götürməmişdir. O, 200 qram marixuana götürmək üçün getmiş, lakin kisənin çəkisi çox olduğundan götürməmişdir. O, şəxsi istifadəsi üçün narkotik götürmək məqsədi ilə Uzuntəpə kəndinə getmiş, Hüseynin onun narkotik götürmək üçün ora getməsindən xəbəri olmamışdır. İranlı ona “konum” atmış və o, həmin “konum”a əsasən Cəlilabad rayonun Uzuntəpə kəndinin ərazisinə getmiş, həmin ərazi boş, çöllük yer olmuş, sonra “konum” əsasında qəbiristanlığa getmiş və orada olan zibil qutusunun yanında kisə olmasını görmüş, lakin həmin kisəni götürməmiş, həm də bu kisənin içərisində nə olmasını bilməmişdir. Polislər onu tutandan sonra həmin kisəni polislər götürüb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona qarşı zorakılıq halları olmuş və təzyiq altında ifadə vermişdir. Videoçəkilişlə kisəyə baxış keçirilərkən o, polislərin dediyi kimi danışmış, yəni kisədə aşkar olunmuş narkotik maddənin özünə məxsus olmasını və narkotik maddə götürməyə getməsindən Hüseynin də məlumatının olduğunu bildirmişdir. Əslində isə kisədə aşkar olunmuş narkotik maddələr və eletron tərəzi ona məxsus deyil, həmçinin “Mehdi” adlı iranlı ilə onu Hüseyn tanış etməmiş, özü iranlı ilə danışıb ondan 200 qram marixuana istəmişdir. Hüseynin onun narkotik götürmək üçün getməsindən xəbəri olmamışdır. O, istifadəsi üçün iranladan 200 qram marixuana istədiyinə və həmin marixuananı götürmək üçün Uzuntəpə kəndinin ərazisinə getdiyinə görə əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayır. Bir neçə ildir ki, narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əslən Yardımlı rayonundan olan, Göytəpə şəhərində yaşayan Təqsirləndirilən şəxs2 tanıyır, münasbətləri həmişə yaxşı olmuşdur. Tutulmamışdan təxminən üç ay əvvəl o, telefonda vatsapla Təqsirləndirilən şəxs2 vasitəsi ilə İran vətəndaşı olan “Mehdi” adlı şəxslə tanış olmuş və Hüseynlə birlikdə iranlı “Mehdi” ilə telefonda danışmışdır. İstifadəsində öz adına 051/385-55-99 saylı mobil telefon nömrəsi olmuşdur. 17 mart 2024-cü il tarixdə, iranlı “Mehdi” vatsapla ona (işlətdiyi 051/385-55-99 saylı mobil telefon nömrəsinə) zəng edib Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən qəbiristanlığın ərazisinə bir ədəd kisədə narkotik vasitə qoydurduğunu, həmin narkotik vasitəni götürüb Salyan rayonuna aparmaq lazım oluğunu və narkotik vasitəni Salyan rayonuna çatdırandan sonra əvəzində də ona 400 qram marixunana veriləcəyini demiş, o da razılaşmışdır. Sonra o, bu barədə Hüseynə demiş, Hüseyn də birlikdə gedib narkotik vasitəni götürüb Salyan rayonuna aparmalarını və ona (Təqsirləndirilən şəxs1) veriləcək marixuananı öz arasında bölmələri demiş, o da razılaşmışdır, Bundan sonra 18 mart 2024-cü il tarixdə, saat 00:10 radələrində o, Hüseynlə birlikdə Göytəpə şəhərindən tanımadıqları taksi avtomobili ilə Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisinə getmişlər və orada onlar avtomobildən düşmüş, taksi sürücü çıxıb getmişdir. Sonra Hüseyn yolun kənarında dayanıb onu gözləmiş, o isə qəbiristanlıq ərazisinə daxil olub “Mehdi”nin ona telefonda izah etdiyi yerdən içərisində narkotik vasitə olan kisəni götürüb yola tərəfə qayıdıb yolda dayanıb onu gözləyən Hüseynə yaxınlaşarkən mülki geyimdə olan polis əməkdaşları onu və Hüseyni saxlamış, sonra ondan üzərində narkotik vasitə, qadağan olunmuş əşyalar olub-olmadığını soruşmuş, o da əlindəki kisənin içərisində narkotik vasitə olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu və Hüseyni Cəlilabad RPŞ-nə aparmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, üstündə qanunsuz hər hansı əşya aşkar olunmamış, lakin əlindəki kisəyə baxiş zamanı kisənin içərisindən iki ədəd bükümdə heroin və dörd ədəd bükümdə marixuana kütlələri, bir ədəd bükümdə metamfetamin maddəsi, 100 ədəd metadon həbləri və bir ədəd tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş kütlələr və maddə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr, dərman həbləri, maddə və bir ədəd tərəzi qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, həmin ifadəsini polislərin təzyiqi altında vermişdir. Əslində isə o, iranlı “Mehdi” adlı şəxslə danışıb istifadəsi üçün 200 qram marixuana götürmək üçün 17 mart 2024-cü il tarixdə, gecə saatlarında Hüseynlə birlikdə Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisinə getsə də, Hüseynnin bundan xəbəri olmamış, sadəcə olaraq Hüseyn onunla birlikdə həmin yerə getmişdir. Həmçinin o, Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisinə gəlsə də, orada içərisində narkotik maddə olan bağlamanı tapıb götürə bilməmiş, geri qayıdıb yola çıxarkən polis əməkdaşları onu tutmuşdur. Sonra polislər orada olan kisəni də götürüb özləri ilə polis şöbəsinə aparmışlar. Həmin vaxt Hüseyni yolda dayandığı yerdə görməmiş, orada olmamışdır. Polis əməkdaşları onu polis şöbəsinə gətirəndən sonra o, Hüseynin də tutulduğunu bilmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və buna görə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün 200 qram marixuana götürmək üçün Cəlilabad rayonunun Uzuntəpə kənin ərazisinə getdiyinə görə özünü CMnin 234.1-1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Cəlilabad rayonunun Göytəpə şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, Bakı şəhərində olarkən taksi fəaliyyəti ilə məşğul olmuşdur. Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs1 tanıyır, sinif yoldaşı olmaqla münasibətləri həmişə yaxşı olmuşdur. İstifadəsində 055/442-65-15 saylı mobil telefon nömrəsi olmuşdur. 17 mart 2024-cü il tarixdə, axşam saatlarında İsgəndər ona zəng edib ondan 20 manat borc pul istəmiş, bundan sonra o, Göytəpə şəhərində yerləşən ATM-in bank kartı vasitəsilə 70 manat çıxarmış, sonra saat 19 radələrində İsgəndərlə görüşüb ona 20 manat borc pul vermişdir. Həmin vaxt İsgəndər ona Cəlilabad şəhərinə getmək istədiyini bildirmiş, o da tez gedib qayıdacaqla onunla birlikdə gedə biləcəyini demiş, İsgəndər də tez qayıdacağını dediyindən tanımadıqları bir taksiyə oturub Cəlilabad şəhəri istiqamətində getmişlər. O, İsgəndərdən niyə görə Cəlilabad şəhərinə getdiyini soruşmamış, İsgəndər də bu barədə ona heç nə deməmişdir Yolda olarkən İsgəndərin telefonla danışdığını görmüş, lakin onun kiminlə və nə barədə danışmasından məlumatı olmamışdır. Onlar Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisinə çatanda İsgəndər taksini orada saxlatmış və onlar taksi maşınından düşmüş, taksi pulunu İsgəndər vermiş, sonra taksi sürücüsü maşını sürüb oradan getmişdir. İsgəndərin orada nəyə görə taksidən düşməsini bilməmiş, sadəcə olaraq na orada bir nəfərlə görüşəcəyini, onu orada-yolda gözləməsini deyib ondlan ayrııb uzaqlaşmışdır. Həmin vaxt axşam saat 21 radələri olmuşdur. O, İsgəndərin hara getməsini bilməmiş və bir az yolda dayanıb onu gözləmiş, sonra İsgəndərin hərəkətlərindən şübhələnib həmin yerdən uzaqlaşaraq piyada Cəlilabad şəhəri istiqamətində təxminən 500-600 metr hərəkət edib yolun kənarında olan dayanacağın yanına çatıb orada dayanmışdır. Həmin yer Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisi olmuşdur. Bir az da orada dayanıb hər hansı bir maşın gəlsə həmin maşınla Cəlilabad şəhərinə getmək qərarına gəlmiş, saat 21 radələrində tanımadığı bir şəxs maşının onun yanında saxlayıb Cəlilabad şəhərinə necə getməsini soruşmuş və o, həmin şəxsə yolu izah edən vaxt başqa bir maşın gəlib həmin maşının qarşı tərəfindən saxlamış və bu maşından düşən 5-6 nəfər şəxs ona yaxınlaşıb onu tutmuş, az sonra həmin şəxslərin polis əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları nəyə görə onu tutmalarını izah etməyib onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində ona məlum olmuşdur ki, İsgəndəri də polislər tutub gətirmişlər və İsgəndərdə narkotik maddə aşkar olunmuşdur. Polislərin İsgəndəri harada tutmaları barədə məlumatı olmamış, polislər onu tutan vaxtı İsgəndərin harada olmasını bilməmişdir. İlkin sorğu zamanı o, İsgəndərdə aşkar olunmuş narkotiklə onun heç bir əlaqəsinin olmadığını, tutulmamışdan bir az əvvəl İsgəndərin ondan 20 manat borc pul istədiyini və onunla görüşüb 20 manatı ona verdiyini, X10 şəhərinə tez gedib-qayıdacağını dediyi üçün onunla birlikdə gəldiyini, sonra İsgəndərin ondan ayrılıb harasa getməsini, sonra İsgəndərinin hərəkətlərindən şübhələndiyi üçün onun tutulduğu yerə qədər piyada gəlməsini və orada dayanıb Cəlilabad şəhərinə gedən maşın gözləməsini və elə həmin vaxt polislərin onu tutub polis şöbəsinə gətirmələrini demişdir. Polis əməkdaşları onun dediklərini inanmamış və onun İsgəndərdə aşkar olunan narkotiki götürmək üçün onunla birlikdə gəlməsini deməyə məcbur etmək üçün ona qarşı təzyiqlər edib döysələr də, o aşkar olunmuş narkotiklə bağlı heç bir məlumatının olmadığını, İsgəndərin Uzuntəpə kəndinin ərazisinə narkotik maddə götürmək üçün gəlməsindən məlumatının olmadığını demişdir. Təxminən 5-6 saatdan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmışlar. Axtarış zamanı üzərində olan bank kartları, mobil telefon və 14 manat pul aşkar olunmuş, üzərində hər hansı qanunsuz əşya və ya narkotik maddə aşkar olunmamışdır. Bank kartları və mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, pul isə özünə qaytarılmışdır. Sonra onun izahatı alanmış və o, izahatında İsgəndərin narkotik götürmək üçün gəlməsini əvvəldən bilmədiyini və onunla birlikdə gəlməkdə məqsədinin də narkotik maddə götürmək olmadığını bildirmişdir. Bir gün sonra İsgəndərlə onun arasında üzləşdirmə olmuş, həmin vaxt İsgəndər narkotik maddəni götürməyə birlikdə gəldiklərini desə də, o etiraz edib onun dediklərinin doğru olmadığını bildirmişdir. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı da işin mahiyyəti üzrə məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadələr vermiş, həmçinin 18 və19 mart 2024-cü il tarixli ifadələrində göstərmişdir ki, o, 17 mart 2024-cü il tarixdə tanışı İsgəndər onun 055/442-65- 15 saylı telefon nömrəsinə zəng edib ondan 20 manat borc pul istəmiş, o da həmin gün Göytəpə şəhərində yerləşən ATM-in yanında İsgəndərlə görüşüb ona 20 manat pul vermişdir. Sonra İsgənər ona Cəlilabad şəhərinə gedəcəyini bildirmiş, o da gedib tez qayıdacaqsa onunla getməsini demiş, İsgəndər də tez qayıdacağını bildirdiyindən onunla birlikdə getməsinə qərar vermişdir. Həmin vaxt o, İsgəndərdən niyə görə Cəlilabad şəhərinə getdiyini soruşmamışdır. Sonra onlar tanımadıqları taksi avtomobili ilə gecə saat 00:10 radələrində (17 mart 2024-cü il tarixdə) Cəlilabad rayonunun Uzuntəpə kəndinə gəlmişlər və orada avtomobildən düşmüş, taksi sürücüsü çıxıb getmişdir. Uzuntəpə kəndinin giriş hissəsində İsgəndər ona orada bir qədər gözləməsini, özü isə gedib bir neçə dəqiqəyə qayıdacağını demişdir. Ona görə də o, yolda dayanıb gözləmiş, İsgəndər isə harasa getmişdir. Təxminən 5 dəqiqədən sonra uzaqdan İsgəndərin ona tərəf gəldiyini görmüş, elə həmin vaxt beş nəfər mülki formada olan şəxslər onlara yaxınlaşıb Cəlilabad RPŞ-nin əməkdaşları olduqlarını bildirib onlardan üzərlərində narkotik vasitə, cinayət xarakterli hər hansı bir əşya olub-olmadığını soruşmuş, o da üzərində narkotik vasitə və cinayət xarakterli əşya və predmet olmadığını demiş, sonra polis əməkdaşları onları polis şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə, həm də videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış, üstündə qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Sonra ona məlum olmuşdur ki, İsgəndərin əlində olan kisədən narkotik vasitə aşkar olunmuşdur. Habelə ibtidai istinaq zamanı müdafiəçinin vəsatəti ilə, Təqsirləndirilən şəxs2 təkrarən verdiyi 02 may 2024-cü il tarixli ifadəsində göstərmişdir ki, o, təxminən 2018-ci ildən Cəlilabad rayonunda yaşamamış, əvvəl Şəmkir şəhərində, sonradan isə Bakı şəhərində yaşamış, aradabir Cəlilabad rayonunun Göytəpə şəhərinə, yaşadığıız evə gəlibgetmişdir. Sonuncu dəfə 09 mart 2024-cü il tarixdə Göytəpə şəhərindəki evlərinə gəlmiş və tutulan vaxtadək evlərində olmuşdur. Göytəpə şəhərində yaşayan Təqsirləndirilən şəxs1 tanıyır və onunla münasibəti həmişə yaxşı olmuşdur. O, 055/442-65-15 nömrəli mobil telefon nömrəsini işlətmiş, 17 mart 2024-cü il tarixdə isə istifadə etdiyi mobil telefonun üzərində 055/442-65-15 nömrədən əlavə ailə üzvlərindən kiminsə adına olan (atası Meybulla Məlikovun adına olan) mobil telefon nömrəsi də (051/978-23-59 saylı nömrə) olmuşdur. 17 mart 2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs1 mobil telefonun üzərində olan, ya özünə məxsus, ya da ailə üzvlərinə məxsus nömrəyə (051/978-23-59 saylı) zəng edib ondan 20 manat borc pul istəmiş, o, İsgəndərlə Göytəpə şəhərində yerləşən ATM-in yanında görüşüb ona 20 manat pul vermişdir. Sonra İsgəndər ona Cəlilabad şəhərinə gedəcəyini demiş, o da İsgəndərə gedib tez qayıdacaqsa onunla getməsini bildirmiş, İsgəndər tez qayıdacağını demişdir. O, İsgəndərdən niyə görə Cəlilabad şəhərinə getdiyini soruşmamışdır. Sonra o, İsgəndərlə birlikdə tanımadıqları taksi avtomobili ilə saat 18:30 radələrində Göytəpə şəhərindən çıxıb Cəlilabad rayonunun Uzuntəpə kəndinə gedib kəndin giriş hissəsindəki körpünün üstündə taksidən düşmüşlər. Sonra onlar piyada Cəlilabad şəhərinin mərkəzi istiqamətinə tərəf İsgəndər qabaqda, o isə arxadan getməyə başlamışlar. Yolun kənarında olan üzərinə “Cəlilabad” yazılmış lövhənin yanına çatandan İsgəndər yolun sağ tərəfinə çöllük əraziyə dönmüş, o isə yolumu davam edib irəli gedib yolun kənarındakı 2-ci dayanacaqda dayanmışdır. Dayanacaqda olarkən ondan 50 metr arxada çöllük hissədən asfalt yola çıxaraq “Hundai” markalı avtomobilin Cəlilabad şəhəri istiqamətinə gəldiyini görüb avtomobilə işarə etmişdir ki, sürücü onu da avtomobilə götürsün. Həmin avtomobil onun yanında saxlamış və sürücü maşından düşüb ondan “Cəlilabad dairəsi”nə necə getməyin mümkün olduğunu soruşmuş, o da sürücüyə özünün də həmin yerə getdiyini demiş, elə bu zaman Cəlilabad şəhərinin mərkəzi istiqamətindən “BMV” markalı avtomobil gəlib dönmə əməliyyatı apararaq “Hundai” markalı avtomobilin arxasında saxlamış və həmin avtomobildən düşən şəxslər (polis əməkdaşları) onu tutub avtomobilə mindirib Cəlilabad RPŞ-nə aparmışlar. Polis şöbəsində ona təqdim olunmuş vəkilin iştirakı ilə və videoçəklişlə üzərində şəxsi axtarış keçirilmiş və üzərimdən qanunla qadağan olunmuş hər hansı bir əşya və predment aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1la üzləşdirilərkən İsgəndərin narkotik vasitə götürməsi barədə onun da məlumatının olmasını deməsi yalandır, İsgəndərin narkotik vasitə götürməyə getməsi barədə onun məlumatı olmamışdır. 2018-ci ildən 09 mart 2024-cü il tarixədək onun İsgəndərlə mütamadi görüşü və telefonla əlaqəsi olmamış, həmin illər ərzində Göytəpə şəhərində 2-3 dəfə İsgəndərlə üz-üzə gəlib salamlaşmış, onunla mütamadi zəngləşməsi və ya görüşü olmamışdır. Polis əməkdaşları tərəfindən o, 17 mart 2024-cü il tarixdə, saat 20-21 radələrində tutulmuşdur. Polis şöbəsində polis əməkdaşları onu döymüş, lakin o, həmin polis əməkdaşlarını tanımır, adlarını bilmir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkilişlər tədqiq edildikdən sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə, axşam saatlarında tanışı İsgəndər ona zəng edib 20 manat borc pul istəmiş, o da həmin gün saat 19 radələrində Göytəpə şəhərində olan ATM-dən özünə məxsus bank kartı vasitəsilə 70 manat pul çıxarmış, sonra Göytəpədə İsgəndərlə görüşüb ona 20 manat pul vermiş, qalan 50 manatın 30 manatını tanışı İbrahimin işlətdiyi marketə olan borcunu ödəmiş, marketdən bir neçə manatlıq ərzaq almış və həmin puldan 13-14 manatı cibində qalmışdır. X10 şəhərinə tez gedib qayıdacağını dediyindən onunla birlikdə taksi ilə Cəlilabad rayonun Uzuntəpə kəndinin ərazisinə getmiş, İsgəndər taksi pulunu vermiş və onlar orada taksidən düşmüşlər. Sonra İsgəndər bir nəfər tanışı ilə görüşüb qayıdacağını deyib ondan ayrılmışdır. O, İsgəndərin hərəkətlərindən şübhələnib həmin yerdən uzaqlaşıb təxminən 500-600 metr aralandıqdan sonra orada olan dayanacağın yanında dayanıb Cəlilabad şəhəri istiqamətində gedən avtomobil gözləmişdir. Həmin vaxt bir avtomobilin dayanıb ondan “Cəlilabad dairəsi”nə gedən yolu soruşmuş, elə bu vaxt polis əməkdaşlarının olduqları avtomobilin onun yanında saxlayıb onu tutub polis şöbəsinə aparmışlar. Polis tərəfindən tutularkən saat 21-22 radələrinin olmuşdar. Polis şöbəsində polis əməkdaşları ona qarşı fiziki zorakılıq hərəkətləri edib döymüşlər. Sonra üzərində axtarış olmuş və üstündə heç bir qanunsuz əşya və ya narkotik maddə aşkar edilməmişdir. Axtarış zamanı ona aid bank kartları və mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı, sonradan verdiyi izahat və ifadəsində o, İsgəndərin narkotik maddə götürmək üçün Cəlilabad rayonun Uzuntəpə kəndinin ərazisinə getməsindən məlumatının olmamasını bildirmişdir. İşdə olan müdafəiçinin dediyi bəzi sənədlərdəki imzalar və yazılar ona məxsus deyil. Tutulduğu gun istifadəsində olan telefonun üzərində özünə və atasının adına olan telefon nömrələri olmuş, İsgəndərlə hansı nömrə ilə və neçə dəfə danışdığını xatırlamır. Həmçinin həmin gün onun atası ilə heç bir telefon danışığı olmamışdır. O, verilmiş ittiham üzrə özünü təqsirli bilmir və heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin əməkdaşıdır. 17 mart 2024-cü il tarixdə ona Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisində narkotik vasitə əldə edəcəyi, saxlaması və daşması barədə ona əməliyyat məlumatı daxil olmuş və həmin məlumata əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 23 radələrində əməliyyat-axtarış tədbiri keçirilməyə başlanmışdır. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs1 Cəlilabad rayonun ərazisində ola biləcəyi ehtimal olunan yerlər, o cümələdən Cəlilabad- Uzuntəpə avtomobil yolunun Uzuntəpə kəndinə giriş ərazisi əməliyyat nəzarətinə götürülmüşdür. 18 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində, Təqsirləndirilən şəxs1 Cəlilabad-Uzuntəpə avtomobil yolunun kənarında bir nəfər şəxslə dayanması müşahidə edildikdən sonra onlar əməliyyat müşahidəsinə götürmüşlər. Əməliyyat qrupuna Təqsirləndirilən şəxs1la birlikdə olan şəxsin şəxsiyyəti barədə məlumatlar olmamışdır. Müşahidə zamanı Təqsirləndirilən şəxs1 yanında olan şəxsdən ayrılıb Uzuntəpə kənd qəbirastanlığı istiqamətinə gedən yolla əkin sahəsi istiqamətinə getməsi, digər şəxsin isə yolun kənarında dayanıb gözlədiyini görmüşlər. Qısa müddətdən sonra Təqsirləndirilən şəxs1 əlində bir ədəd kisə ilə hərəkət edib yolda dayanmış şəxsə yaxınlaşarkən əməliyyat qrupu onlara yaxınlaşıb saxlamış, əvvəl Təqsirləndirilən şəxs1 əlindəki kisənin içərisində nə olduğunu soruşmuş, İsgəndər də kisənin içərisində narkotik vasitə olduğunu demişdir. Həmin vaxt digər şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edib Göytəpə şəhər sakini olduğunu tanışı İsgəndərlə həmin yerə gəldiyini bildirmişdir. Saxlanılan vaxt Hüseyn İsgəndərdən bir qədər aralı məsəfadə olmuş, İsgəndər Hüseyninin yanına çatmamış əməliyyat qrupu əvvəl Hüseyni, sonra İsgəndəri saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlilabad RPŞ-nə şöbəsinə gətirilmişlər. Polis şöbəsində təhqiqatçı Elvin Soltanzadə tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş əşyalar, o cümlədən narkotik maddələr aşkar olunmamış, lakin Təqsirləndirilən şəxs1 əlindəki kisənin içərisində narkotik maddələr olan bağlamalar, dərman həbləri və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik maddələrin özünə məxsus olmasını, Təqsirləndirilən şəxs2 ilə birlikdə narkotik maddələrin gizlədildiyi yerə gəlmələri və onun İran vətəndaşı olan bir nəfər şəxsin dediyi yerdən içərisində narkotik maddələr olan kisəni götürdüyünü və bundan sonra Hüseynlə birlikdə həmin narkotik maddələri Salyan rayonuna aparmaq istədiklərini bildirmişdir. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, sonra həmin maddələr, dərman həbləri və bir ədəd elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Həmçinin təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qadağan olunmuş əşyalar, o cümlədən narkotik maddələr aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən onlara qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərilərində axtarış, o cümlədən Təqsirləndirilən şəxs1 əlində olan kisəyə baxış zamanı aşkar olunmuş narkotik maddələrlə bağlı Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 oğludur, digər təqsirləndirilən şəxs İsgəndər oğlu Hüseynin tanışıdır, onunla heç bir əlaqəsi olmamışdır. Oğlu Hüseyn 17 mart 2024-cü il tarixdə evdə olmuş, axşam saatlarında evdən çıxmış və onun hara getməsi barədə məlumatı olmamışdır. Həmin gün saat 21 radələrində Cəlilabad RPŞ-nin “Nəbi” adlı əməkdaşı ona Hüseynin telefonu ilə zəng edib oğlu Hüseynin tutulub polis şöbəsinə gətirilməsi barədə məlumat vermiş, lakin Hüseynin hansı işlə bağlı tutulmasını ona deməmişdir. Sonra o, saat 01 radələrində polis şöbəsinə getmiş və orada ona deyilmişdir ki, Hüseyn narkotiklə bağlı başqa bir şəxslə, yəni İsgəndər adlı şəxslə birlikdə tutulmuşdur. Oğlu Hüseynin deməsindən ona məlum olmuşdur ki, həmin gün Hüseyn tanışı İsgəndərə 20 manat borc pul vermək üçün gedib həmin şəxslə görüşmüşdür. Polis şöbəsində polis əməkdaşları Hüseynə qarşı fiziki zorakılıq edilərək onun narkotik maddə götürməsi üçün İsgəndərlə birlikdə olmasını bildirmiş, Hüseyn isə tutulduğu yerə tanışı İsgəndərlə birlikdə gəldiyini və narkotik maddədən heç bir məlumatı olmadığını demişdir. Oğlu Hüseyn narkotik maddələrdən istifadə edən olmamış və narkotiklərin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və İsgəndər Zülfüqarovu tanıyır. İsgəndərlə münasibəti yaxşı olmuş, Hüseynlə isə daha yaxın münasibəti olmuşdur. Göytəpə şəhərində yaşadığı evin qarşısında olan dükanı işlədir. Hüseynin dükandan aldığı məhsullara görə ona təxminən 13, 14 və ya 15 manat pul borcu olmuşdur. Tutulmamışdan əvvəlki gün axşam saatlarında Hüseyn dükana gəlib borcunu vermiş, sonra su və siqaret alıb çıxıb getmişdir. Səhərisi günü Hüseynin tutulmasını eşitmişdir. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti ilə şahid kimi ifadə vermiş X5 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Həmin şəxslərin barəsində olan cinayət işi üzrə təhqiqat onun tərəfindən aparılmaqla müvafiq sənədlər tərtib olunmuşdur. Sənədlər müvafiq prosessual hərəkətlər aparıldıqdan sonra tərtib olunmuşdur. Bəzi sənədlərdə rəqəmlərin əllə yazılması həmin sənədlər çap olunduqdan sonra onun tərəfindən yazılmışdır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2024-ci ilin mart ayının 17-dən 18-nə keçən gecə polis şöbəsinə gətirilmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xidməti otağına gətirildikdən sonra bu şəxslərin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış müdafiəçilərin iştirakı ilə ayrı-ayrılıqda olmaqla xidməti otağında aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində mobil telefon aşkar olunmuş, lakin pulun aşkar olunmasını xatırlamır. Habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində mobil telefon, bank kartları və nə qədərsə pul aşkar olunmuşdur. Axtarış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mobil telefonları götürülmüş, həmçinin bank kartları və pul vəsaiti Təqsirləndirilən şəxs2 qaytarılmışdır. Şəxsi axtarışın aparılma tarixi dəqiq protokollarda yazılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun yanına gətirildiyi vaxtdan sora bu şəxslərin polis əməkdaşlarından kiməsə ərzaq almaları üçün pul vermələri və yemək yemələri halları olmamışdır. İşdə olan, Cəlilabad RPŞ-nin əməkdaşının 17 və 18 mart 2024-cü il tarixli “Raport”ları və 18 mart 2024-cü il tarixli “Akt”-la müəyyən edilir ki, 17 mart 2024-cü il tarixli “Məhərrəmin oğlu İsgəndər”in Cəlilabad rayonunun ərazisində külli miqdarda narkotik vasitələr əldə edib qanunsuz olaraq dövriyyəsin həyata keçiricəyi barədə əməliyyat məlumatı daxil olmuş və əməliyat yolu ilə “Məhərrəmin oğlu İsgəndər”in Cəlilabad rayonun Göytəpə şəhər sakini Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Daxil olmuş məlumat üzrə 17 mart 2024-cü il tarixdə əməliyyat qrupu yaradılmış və həmin tarixdə əməliyyat-axtarış tədbiri keçirilməyə başlanmış və 18 mart 2024-cü il tarixdə, saat 00:20də əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs1 yanında olan bir nəfər şəxslə Cəlilabad-Uzuntəpə kənd yolunun Cəlilabad şəhəri istiqamətində “Cəlilabad” yazısı olan plakatın (lövhənin) qarşısı ilə piyada hərəkət etmələri müşahidə edilib nəzarətə götürülmüş, az sonra Təqsirləndirilən şəxs1 Cəlilabad rayonun Uzuntəpə kənd qətiristanlığı istiqamətində hərəkət edib əkin sahəsi tərəfə getmiş, digər şəxs isə yolun kənarında dayanıb gözləmişdir. Təxminən beş dəqiqədən sonra Təqsirləndirilən şəxs1 əkin sahəsi istiqamətindən əlində bir ədəd ağ (rəngli) kisə ilə çıxıb yolda dayanmış şəxsə yaxınlaşan vaxt əməliyyat qrupu tərəfindən saxlanılmışdır. Saxlanılan şəxslərə özlərini təqdim etmişlər və saxlanılan şəxslərdən Təqsirləndirilən şəxs1 əlində olan kisənin (torbanın) içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sonra əməliyyat qrupu tərəfindən həmin şəxslər 18 mart 2024-cü il tarixdə, saat 00:40-da Cəlilabad RPŞ-nə aparılmışlar. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 18 mart 2024-cü il tarixli il tarixli protokolla və həmin protokola əlavə edilmiş videoçəkilişlə müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin təhqiqatçısı Elvin Soltanzadə tərəfindən müdafiəçi Tağı İbrahimovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr (o cümlədən pul vəsaiti) aşkar edilməmiş, lakin onun əlində olan ağ rəngli kisənin (torbanın) içərisindən 2 ədəd bağlamada heroinə, 4 ədəd bağlamada qurudulmuş marixuanaya oxşar kütlələr, 1 ədəd bükümdə metamfetaminə oxşar maddə, 100 ədəd dərman həbləri və bir ədəd elektron əl tərəzisi aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələr və psixotrop maddədən İran vətəndaşının Cəlilabad rayonunun Uzuntəpə kəndinin ərazisinə qoyması, sonra tanışı Təqsirləndirilən şəxs2 ilə həmin kütlələri Salyan rayonuna aparmaq üçün götürdüklərini bildirmişdir. Aşkar olunmuş kütlələr və maddə elektron tərəzidə çəkilmiş, sonra həmin kütlələr, maddə, dərman həbləri və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı təhqiqatçı tərəfindən götürülmüşdür. Protokol 18 mart 2024-cü il tarixdə, saat 02:04-dən saat 02:20-dək olan müddətdə tərtib edilmişdir. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 18 mart 2024-cü il tarixli il tarixli protokolla və həmin protokola əlavə edilmiş videoçəkilişlə müəyyən olunur ki, həmin tarixdə Cəlilabad RPŞ-nin TB-nin təhqiqatçısı Elvin Soltanzadə tərəfindən müdafiəçi Elşad Əmişovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində qadağan olunmuş əşyalar və narkotik maddələr aşkar edilməmiş, lakin Təqsirləndirilən şəxs2 üzərində bank kartları, 14 manat pul vəsaiti və bir ədəd “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələr və psixotrop maddədən məlumatının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən bank kartları və 14 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 qaytarılmış, habelə Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı təhqiqatçı tərəfindən götürülmüşdür. Protokol 18 mart 2024-cü il tarixdə, saat 03:00-dan saat 03:15-dək olan müddətdə tərtib edilmişdir. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi və bioloji ekspertizasının 18 mart 2024-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd kisədəki, 2 ədəd büklüdə ayrı-ayrılıqda təmiz çəkisi 2005,0 qram, 1690,0 qram olmaqla ümumi təmiz çəkisi 3695,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 1 ədəd büklüdə təmiz çəkisi 96,494 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir, 4 ədəd büklülərdə ayrı-ayrılıqda təmiz çəkisi 1975,0 qram, 2115,0 qram, 1320,0 qram, 2035,0 qram ümumi təmiz çəkisi 7445,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 1 ədəd əl tərəzisinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır, 10 ədəd konvalyutda ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir, xarici görnüşlərinə və təsir edici maddənin göstəricilərinə görə bir-birləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı 4,0 qramdır. (Üzərində olan göstəriciyə əsasən bir həbdə 0,04 qramdır). Ekspertiza tədqiqatından sonra qalıq heroin 3694,8 qram, qalıq qurudulmuş marixuana 7444,6 qram, qalıq metamfetamin 96,394 qram və qalıq metadon 90 ədəd həblər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir. İşdə olan, “Maddi sübutun tanınması haqqında” 25 mart 2024-cü 2024-cü il tarixli qərarlarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 3694,8 qram heroin, 7444,6 qram qurudulmuş marixuana, 96,394 qram metamfetamin, 90 ədəd metadon həbləri, və üzərində narkotik vasitə heroin izləri olan bir ədəd elektron əl tərəzisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, 19 və 17 sentyabr 2024-cü il tarixli “Qəbz”lərlə müəyyən edilir ki, iş üzrə götürülmüş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı və Təqsirləndirilən şəxs2 məxsus bir ədəd “Redmi” markalı mobil telefon aparatı istintaq orqanı tərəfindən onların yaxın qohumlarına təhvil verilmişdir. İşdə olan, ambulator məhkəmə-psixatrik ekspertizasının 20 may və 14 iyun 2024-cü il tarixli, 1439 və 1760 №-li rəyləri ilə müəyyən olunur ki, yoxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmallılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 18 mart 2024-cü il tarixdə əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidirlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 may 2024-cü il tarixli, 401 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 may 2024-cü il tarixli, 403 №-li rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Mobil telefonlara baxış keçirilməsi” haqqında 25 mart 2024-cü il tarixli protokollarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məxsus “Redmi” markalı mobil telefonun üzərində 051/385-55-99 saylı mobil telefon nömrəsi vardır. Telefonun yaddaşında olan adlar siyahısında “Hüseyn” sözü və ona aid 051/978-23-59 saylı mobil telefon nömrəsi yazılmışdır. Telefonun çıxan və gələn zənglər bölməsində 09 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixdək 051/385-55-99 saylı nömrə ilə 051/978-23-59 saylı nömrələr arasında çoxsaylı danışıqlar olmuş, o cümlədən 17 mart 2024-cü il tarixdə, saat 22:03-də Hüseyn Məlkzadənin istifadə etdiyi 051/978-23-59 saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadə etdiyi 051/385-55-99 saylı nömrəyə, saat 22:06-da sgəndər Zülfiqarovun istifadə etdiyi 051/385-55-99 saylı nömrədən Hüseyn Məlkzadənin istifadə etdiyi 051/978-23-59 saylı nömrəyə zəng olunmaqla danışıqlar aparılmışdır. Habelə Təqsirləndirilən şəxs2 məxsus “Redmi” markalı mobil telefonun üzərində atası Meybulla Məlikovun adına olan 051/978-23-59 saylı mobil telefon nömrəsi vardır. Telefonun yaddaşında olan adlar siyahısınla “İsgəndər 2008” sözü və ona aid 051/385-55-99 saylı mobil telefon nömrəsi yazılmışdır. 17 mart 2024-cü il tarixdək 051/385-55-99 saylı nömrə ilə 051/978-23-59 saylı nömrələr arasında çoxsaylı danışıqlar olmuş, o cümlədən 17 mart 2024-cü il tarixdə, saat 14:23-də və saat 15:24-də Təqsirləndirilən şəxs2 işlətmiş olduğu 051/978-23-59 saylı nömrəyə zəng olunmuş, saat 15:24-də Hüseyn Məlkzadənin istəfadəsində olan nömrədən Təqsirləndirilən şəxs1 istifvdəsinə olan nömrəyə zəng olunaraq 23 saniyə danışıq olmuş, saat 15:25-də Hüseyn Məlkzadənin istifadə etdiyi 051/978-23-59 saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadə etdiyi 051/385-55-99 saylı nömrəyə zəng olunmuş və 5 dəqiqə 29 saniyə danışıq olmuş, saat 22:02-də Hüseyn Məlkzadənin istifadə etdiyi 051/978-23-59 saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadə etdiyi 051/385-55-99 saylı nömrəyə zəng olunmuş və saat 22:06-da sgəndər Təqsirləndirilən şəxs1 istifadə etdiyi 051/385-55-99 saylı nömrədən Hüseyn Məlkzadənin istifadə etdiyi 051/978-23-59 saylı nömrəyə zəng olunmaqla danışıqlar aparılmışdır. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi” haqqında 24 iyul 2024-cü il tarixli protokolla müəyyən edilir ki, “Azercell”-dən daxil olmuş məlumatlara əsasən 09 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051/385-55-99 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (atası X3 adına olan) 051/978-23-59 saylı mobil telefon nömrələri arasında çoxsaylı danışıqların, o cümlədən 17 mart 2024-cü il tarixdə, saat 15:23-də və saat 15:24-də 051/385-55-99 saylı nömrədən 051/978-23-59 saylı nömrəyə zəng olunması, saat 15:24-də 051/978-23-59 saylı nömrədən 051/385-55-99 saylı nömrəyə zəng olunaraq 23 saniyə, saat 15:25-də zəng olunaraq 5 dəqiqə 29 saniyə, saat 22:03-də zəng olunaraq 52 saniyə danışıqlar olmuş, həmin gün sonuncu dəfə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051/385-55-99 saylı nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051/978-23-59 saylı nömrəyə zəng olunaraq 44 saniyə danışıqlar aparılmışdır. İşdə olan, “Telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi” haqqında 31 iyul 2024-cü il tarixli protokolla müəyyən edilir ki, “Bakcell”-dən daxil olmuş məlumatlara əsasən 01 mart 2024-cü il tarixdən 18 mart 2024-cü il tarixədək Təqsirləndirilən şəxs2 istifadəsində olduğu bildirilən 055/442-65-15 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 051/385-55-99 saylı mobil teleffon nömrəsi arasında hər hansı danışıqlar olmamışdır. İşdə olan, məhəkəmə-xətşünaslıq ekspetizasının 10 mart 2025-ci il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 1-ci cildində 33-cü səhifədə “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 mart 2024-cü il tarixli qərarda adının qarşısındakı imza, 34-cü səhifədə “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 39-cu səhifədə 18 mart 2024-cü il tarixli “Bildiriş”də adının qarşısındakı imza, 40-cı səhifədə “Şübhəli şəxs kimi tutulmuş şəxsə hüquq və vəzifələrinin izah olunması, hüquq və vəzifələri haqqında yazılı bildirişin və şübhəli şəxs kimi tutulması haqqında qərarın surətinin təqdim edilməsi haqqında” 18 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 41-ci səhifədə onun adından müdafiəçi tələb etməsilə bağlı yazılmış 18 mart 2024-cü il tarixli “Ərizə”də adının qarşısındakı imza, 43-cü səhifədə “Şübhəli şəxsə vəkillərin siyahısının təqdim olunması haqqında” 18 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 47-ci səhifədə “Şübhəli şəxsə müdafiəçinin təqdim olunması haqqında” 18 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 48-ci səhifədə “İbtidai istintaqı aparan təhqiqatçıya və ibtidai araşdırma-ya prosessual rəhbərliyi həyata keçirən prokurora etiraz etmək hüququnun şübhəli şəxsə izah edilməsi haqqında” 18 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 49-cu səhifədə “Şəxsi axtarış keçirilməsi və götürmə haqqında” 18 mart 2024-cü il tarixli qərarda adının qarşısındakı imza 50 və 51-ci səhifələrdə "Şəxsi axtarış və götürmə haqında” 18 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imzalar, 54 və 55-ci səhifələrdə onun adından yazılmış izahatda adının qarşısındakı və vərəqin sonundakı imzalar, 58-ci səhifədə “Şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında” 18 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 72-ci səhifədə “Etiraz edilə biləcək proses iştirakçılarının ad və soyadlarının elan edilməsi barədə” 18 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 73-cü səhifədə “Şübhəli şəxsin ekspert rəyi ilə tanış olması haqqında” 18 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 74-75-ci səhifələrdə “Şübhəli şəxsin dindirilməsi haqqında” 18 mart 2024-cü il tarixli protokolun 1-ci vərəqinin hər iki üzündə adının qarşısındakı imzalar və 3-cü vərəqində olan imza və “Təqsirləndirilən şəxs2”, “İfadəmi oxudum öz sözlərimlə doğru yazılıb əlavəm yoxdu doğruluğun imzamla təsdiq edirəm” yazıları, 78-79-cu səhifələrdə 19 mart 2024-cü il tarixli “Üzləşdirmədə dindirmə protokolu”nda adının qarşısındakı imzalar və “protokolu oxudum öz sözlərimlə doğru yazılıb əlavəm yoxdu doğruluğunu imzamla təsdiq edirəm imza: Təqsirləndirilən şəxs2” yazıları, 93-cü səhifədə “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 19 mart 2024-cü il tarixli qərarın 2-ci vərəqində adının qarşısındakı imza, 96-cı səhifədə 19 mart 2024-cü il tarixli “Bildiriş”də adının qarşısındakı imzalar, 97-ci səhifədə 19 mart 2024-cü il tarixli “Protokol”da adının qarşısındakı imza, 98-ci səhifədə “Etiraz edilə biləcək proses iştirakçılarının ad və soyadlarının elan edilməsi haqqında” 19 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 99-100-cü səhifələrdə 19 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxsi dindirmə protokolu”nda adının qarşısındakı imza və 2-ci vərəqədə olan imza və “Təqsirləndirilən şəxs2”, “İfadəmi oxudum öz sözlərimlə doğru yazılıb əlavəm yoxdu doğruluğun imzamla təstiq edirəm” yazıları, 115-ci səhifədə “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəməyə veriləcək sənədlərin ona təqdim edilməsi haqqında” 19 mart 2024-cü il tarixli protokolda adının qarşısındakı imza, 132, 133, 134 və 135-ci səhifələrdə “Ekspertizanın təyin edilməsi və aparılması zamanı təqsirləndirilən şəxsin hüquqlarının izah edilməsi haqqında” 19 mart 2024-cü il tarixli protokollarda adının qarşısındakı imzalar Təqsirləndirilən şəxs2 tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 112 manat təşkil edir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra fiziki zorakılıq hərəkətlərinə məruz qalmasına dair müraciəti üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 04 may 2024-cü il tarixli rəyinə əsasən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs2 bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işi materiallarından başqa cinayət işinin ayrılması haqqında” 19 sentyabr 2024-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən narkotik vasitələrin və psixotrop maddənin əldə edilmə mənbəyi ilə bağlı CM-nin 234.4-1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasmən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə bu baxımdan ittiham verilməsi üçün əsas olan, eləcə də müdafiə tərəfinin istinad etdiyi və məhkəmədə tədqiq olunmuş sübutları təhlil edərək onları qiymətləndirir. Belə ki, məhkəmə hesab edir ki, iş üzrə dindirilmiş şahidlər Şahid1, Şahid4, Şahid3, Şahid2 və Elvin Soltanzadənin ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin şahid Meybulla Məlikovun ifadəsində göstərdiyi xüsusatlar, yəni oğlu Təqsirləndirilən şəxs2 17 mart 2024-cü il tarixdə, saat 19-20 radələrində polis əməkdaşları tərəfindən tutulması, həmin gün saat 21 radələrində Cəlilabad RPŞ-nin “Nəbi” adlı əməkdaşının ona zəng edib oğlunun tutulmasını deməsi, oğlu Hüseynin narkotiklə heç bir əlaqəsinin olmaması, oğlu Hüseynin polis əməkdaşları tərəfindən əsassız olaraq tutulmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid4, Şahid3, Şahid2 və Elvin Soltanzadənin ifadələri, telefon danışıqlarına dair məlumatlar və tədqiq olunmuş digər sənəd və iş materiallar təkzib olunduğundan məhkəmə şahid Meybulla Məlikovun ifadəsini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi oğlu Təqsirləndirilən şəxs2 müdafiəsi məqsədilə öz mülahizəsinə uyğun verilmiş ifadə kimi qiymətləndirir. Habelə məhkəmə şahid İbrahim Əhədovun ifadəsində göstərilən halların təqsirləndirilən şəxslərə verilmiş ittihamın mahiyyətinə bilavasitə uyğun olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə sübut kimi qəbul edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 mart 2024-cü il tarixli protokollara və şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərə (təqsirləndirilən şəxslərin həmin sübutlarda göstərilən hallarla bağlı məhkəmədə verdikləri ifadələri müqayisəli tədqiq edilib) huquqi qiymət verməklə qiymətləndirir. Belə ki, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib 20 manat borc pul istəmiş, o da həmin gün saat 19 radələrində Göytəpə şəhərində olan ATM-dən özünə məxsus bank kartı vasitəsilə 70 manat pul çıxarmış, sonra Göytəpədə İsgəndərlə görüşüb ona 20 manat pul vermiş, qalan 50 manatın 30 manatını tanışı İbrahimin işlətdiyi marketə olan borcunu ödəmiş, marketdən bir neçə manatlıq ərzaq almış və həmin puldan 13-14 manatı cibində qalmışdır. Təqsirləndirilən şəxs1 da məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, 17 mart 2024-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 zəng edib 20 manat borc pul istəmiş və Göytəpədə Hüseynlə görüşüb ondan 20 manat borc almış, sonra taksi ilə Hüseynlə birlikdə Cəlilabad rayonun Uzuntəpə kəndinə getmişlər və o, 6 manat taksi pulu vermiş, 14 manat isə cibində qalmışdır. Tutulduqdan sonra ac olduqları üçün üzərində qalmış 14 manat pulu ərzaq almaq üçün tanımadığı polis əməkdaşına vermiş, polis əməkdaşı da ərzaq alıb gətirib vermiş və onlar da (özü və Hüseyn) həmin ərzaq məhsulunu yemişlər. Bundan sonra üzərində axtarış aparılmışdır. Ona görə də axtarış zamanı üzərində pul aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 mart 2024-cü il tarixli protokolların və şəxsi axtarış zamanı aparılmış videoçəkilişlərin tədqiqi zamanı müəyyən olunur ki, şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılimış şəxsi axtarışa dair protokollarda həmin şəxslərə aid bir ədəd kisənin içərisindən narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi və şifahi sorğu zamanı şübhəli şəxslərin götürülmüş maddələrlə bağlı izahatları göstərilsə də, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar, o cümlədən Təqsirləndirilən şəxs1 üzərində telefonun, Təqsirləndirilən şəxs2 üzərində telefon, bank kartları və pul vəsaitinin aşkar olunması göstərilməmiş, lakin videogörüntülərdə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində bir ədəd mobil telefonun aşkar olunması, pul və ya başqa əşyaların aşkar edilməməsi, Təqsirləndirilən şəxs2 üzərində bir ədəd mobil telefon, bank kartları və 14 manat pulun aşkar olunması və təhqiqatçı tərəfindən bank kartları və 14 manat pul vəsaiti Təqsirləndirilən şəxs2 qaytarılması məlum olur. Qeyd olunan hallar üzrə şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində aparılimış şəxsi axtarışlara dair təhqiqat orqanın “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 mart 2024-cü il tarixli protokollar və şəxsi axtarışlar zamanı aparılmış videoçəkilişlər, eyni zamanda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələri cinayət prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsinə dair müddəaları baxımından müqayisəli tədqiq edərək məhkəmə belə nəticəyə gəlir ki, şəxsi axtarışlarla bağlı videoçəkilişlər mötəbər sübutlar kimi qəbul edilməli, eyni zamanda şəxsi axtarışlarla bağlı tərtib olunmuş prokollarda göstərilənlər bilavasitə videoçəkilişlərlə təsdiq olunduğundan həmin protokollar da sübut qəbul edilməlidir. Habelə məhkəmə bu sübutlar nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 ifadələrində göstərilən-17 mart 2024-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 zəng edib ondan 20 manat borc pul istəməsi və sonra görüşüb Hüseyndən 20 manat borc alması, taksi ilə Hüseynlə birlikdə Cəlilabad rayonun Uzuntəpə kəndinin ərazisinə getmələri, həmin yerə çatdıqdan sonra onun 6 manatı taksi sürücüsünə verməsi və 14 manat pulun isə cibində qalması, 200 qram marixuana götürmək üçün Uzuntəpə kəndinin ərazisində olan qəbiristanlığa tərəf getsə də, oradan içərisində narkotik maddələr olan kisəni götürməməsi, onun narkotik maddə götürməyə getməsindən Hüseynin məlumatının olmaması, Uzuntəpə kəndinin ərazisində yolda olarkən polis əməkdaşlarının onu tutub polis şöbəsinə gətirməsi, polis əməkdaşlarının kisəni götürüb polis şöbəsinə gətirməsi və həmin kisədə aşkar olunmuş narkotik maddələr və eletron tərəzinin ona məxsus olmaması, həmin vaxt Hüseynin də polislər tərəfindən tutulmasını bilməməsi, polislərin onları bir yerdə tutmamaları, polis şöbəsində olarkən Hüseynin də tutulmasını bilməsi, Hüseynin ondan əvvəl tutulmasını bildikdən sonra onun narkotik maddə götürmək üçün Uzuntəpə kəndinin ərazisinə getməsi barədə məlumatı polisə Hüseynin deməsini güman edib polisə izahat verərkən, sonradan isə Hüseynlə üzləşdirilərkən narkotik maddə götürmək üçün getməsindən Hüseynin də məlumatının olmasını deməsi, əslində isə onun iranlı “Mehdi” adlı şəxslə danışıb narkotik maddə götürmək üçün getməsindən Hüseynin heç bir məlumatının olmamasına, polis pobəsində olarkən ac olduqları üçün üzərində qalmış 14 manat pulun polis şöbəsində ərzaq alınması üçün tanımadığı polis əməkdaşına verməsinə aid hallar istisna olunmaqla, habelə Təqsirləndirilən şəxs2 ifadələrində göstərilən- 17 mart 2024-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib 20 manat borc pul istəməsi, həmin gün saat 19 radələrində Göytəpə şəhərində olan ATM-dən özünə məxsus bank kartı vasitəsilə 70 manat pul çıxarması və Göytəpədə İsgəndərlə görüşüb ona 20 manat pul verməsi, sonra İsgəndərin Cəlilabad şəhərinə tez gedib qayıdacağına görə onunla birlikdə taksi ilə Cəlilabad şəhəri istiqamətində gedib Uzuntəpə kəndinin ərazisinə çatıb taksidən düşdükdən sonra İsgəndərin bir nəfər tanışı ilə görüşüb qayıdacağını deyib ondan ayrılması, İsgəndərin hərəkətlərindən şübhələnib həmin yerdən uzaqlaşıb təxminən 500- 600 metr aralandıqdan sonra orada olan dayanacağın yanında dayanıb Cəlilabad şəhəri istiqamətində gedən avtomobil gözləməsi, həmin vaxt bir avtomobilin dayanıb ondan “Cəlilabad dairəsi”nə gedən yolu soruşması və elə bu vaxt polis əməkdaşlarının olduqları avtomobilin onun yanında saxlayıb onu tutub polis şöbəsinə aparılması, polis tərəfindən tutularkən saat 21-22 radələrinin olması, polis şöbəsində polis əməkdaşlarının ona qarşı fiziki zorakılıq hərəkətləri olmaqla döyülməsi, üzərində axtarış zamanı ona aid bank kartlarının polis əməkdaşları tərəfindən götürülməsi, İsgəndərin narkotik maddə götürmək üçün Cəlilabad rayonun Uzuntəpə kəndinin ərazisinə getməsindən məlumatının olmaması, işdə olan bəzi sənədlərdəki imzaların ona məxsus olmaması və heç bir cinayət əməli törətməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid4, Şahid3, Şahid2, Elvin Soltanzadənin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakları ilə və videoçəkilişlərlə aparılmış şəxsi axtarışlara dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, 17 mart 2024-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs2 zəng edib ondan 20 manat borc pul istəməsi və sonra görüşüb Hüseyndən 20 manat borc alması, taksi ilə Hüseynlə birlikdə Cəlilabad rayonun Uzuntəpə kəndinin ərazisinə getmələri, həmin yerə çatdıqdan sonra onun 6 manatı taksi sürücüsünə verməsi və 14 manat pulun isə cibində qalması, 200 qram marixuana götürmək üçün Uzuntəpə kəndinin ərazisində olan qəbiristanlığa tərəf getsə də, oradan içərisində narkotik maddələr olan kisəni götürməməsi, onun narkotik maddə götürməyə getməsindən Hüseynin məlumatının olmaması, Uzuntəpə kəndinin ərazisində yolda olarkən polis əməkdaşlarının onu tutub polis şöbəsinə gətirməsi, polis əməkdaşlarının kisəni götürüb polis şöbəsinə gətirməsi və həmin kisədə aşkar olunmuş narkotik maddələr və eletron tərəzinin ona məxsus olmaması, həmin vaxt Hüseynin də polislər tərəfindən tutulmasını bilməməsi, polislərin onları bir yerdə tutmamaları, polis şöbəsində olarkən Hüseynin də tutulmasını bilməsi, Hüseynin ondan əvvəl tutulmasını bildikdən sonra onun narkotik maddə götürmək üçün Uzuntəpə kəndinin ərazisinə getməsi barədə məlumatı polisə Hüseynin deməsini güman edib polisə izahat verərkən, sonradan isə Hüseynlə üzləşdirilərkən narkotik maddə götürmək üçün getməsindən Hüseynin də məlumatının olmasını deməsi, əslində isə onun iranlı “Mehdi” adlı şəxslə danışıb narkotik maddə götürmək üçün getməsindən Hüseynin heç bir məlumatının olmamasına, polis pobəsində olarkən ac olduqları üçün üzərində qalmış 14 manat pulun polis şöbəsində ərzaq alınması üçün tanımadığı polis əməkdaşına verməsinə dair hallar, habelə Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərdiyi xüsusatlar, yəni 17 mart 2024-cü il tarixdə, axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ona zəng edib 20 manat borc pul istəməsi, həmin gün saat 19 radələrində Göytəpə şəhərində olan ATM-dən özünə məxsus bank kartı vasitəsilə 70 manat pul çıxarması və Göytəpədə İsgəndərlə görüşüb ona 20 manat pul verməsi, sonra İsgəndərin Cəlilabad şəhərinə tez gedib qayıdacağına görə onunla birlikdə taksi ilə Cəlilabad şəhəri istiqamətində gedib Uzuntəpə kəndinin ərazisinə çatıb taksidən düşdükdən sonra İsgəndərin bir nəfər tanışı ilə görüşüb qayıdacağını deyib ondan ayrılması, İsgəndərin hərəkətlərindən şübhələnib həmin yerdən uzaqlaşıb təxminən 500- 600 metr aralandıqdan sonra orada olan dayanacağın yanında dayanıb Cəlilabad şəhəri istiqamətində gedən avtomobil gözləməsi, həmin vaxt bir avtomobilin dayanıb ondan “Cəlilabad dairəsi”nə gedən yolu soruşması və elə bu vaxt polis əməkdaşlarının olduqları avtomobilin onun yanında saxlayıb onu tutub polis şöbəsinə aparılması, polis tərəfindən tutularkən saat 21-22 radələrinin olması, polis şöbəsində polis əməkdaşlarının ona qarşı fiziki zorakılıq hərəkətləri olmaqla döyülməsi, üzərində axtarış zamanı ona aid bank kartlarının polis əməkdaşları tərəfindən götürülməsi, İsgəndərin narkotik maddə götürmək üçün Cəlilabad rayonun Uzuntəpə kəndinin ərazisinə getməsindən məlumatının olmaması, işdə olan bəzi sənədlərdəki imzaların ona məxsus olmaması və heç bir cinayət əməli törətməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid4, Şahid3, Şahid2 və Elvin Soltanzadənin ifadələri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar, ekspertiza rəyləri, o cümlədən məhkəmə-xətşünaslaq ekspertizaının rəyi (həmin rəydə müdafiə tərəfinin göstərdiyi bütün sənədlərlə olan imza və yazalıarın Təqsirləndirilən şəxs2 tərəfindən icra olunması göstərilmişdir), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən şəxsi axtarışlarla bağlı protokollar və bu protokollara əlavə edilmiş videoçəkilişlər (videoçəkilişdə Təqsirləndirilən şəxs1 üzərində pul aşkar olunması faktı təsdiq olunmur), habelə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 üzləşməsi zamanı Təqsirləndirilən şəxs1 narkotik maddə olan kisəni götürmək üçün onunla birlikdə getməsini Təqsirləndirilən şəxs2 üzünə deyib verdiyi ifadəsini təsdiq etmişdir), həm də Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı, eləcə də Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin məhkəmə müdafiə tərəfinin gətirdyi digər dəlillərə də hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə müdafiə tərəfin tədqiqat orqanına yalnız Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələr və psixortop maddələr əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatının daxil olmasını və Təqsirləndirilən şəxs2 barəsində isə belə bir məlumatın olmaması, eləcə də onların birgə cinayət törətməsini ilə bağlı tərtib olunmuş təhqiqat sənədləri Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birgə göstərilən cinayəti törətmələrinə dair sübutlar kimi qəbul edilməməsinə dair mövqeyini qəbul etməyərək hesab edir ki, yalnız Təqsirləndirilən şəxs1 barəsində belə məlumatın daxil olması Təqsirləndirilən şəxs2 onunla birgə göstərilən cinayəti törətmələrini istisna edən hal kimi qəbul edilə bilməz, eləcə də onların birgə cinayət törətməsini ilə bağlı tərtib olunmuş təhqiqat sənədlərinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birgə göstərilən cinayəti törətmələrinə dair kifayət qədər əsaslı sübutlar kimi qəbul edilməməsi isə mümkün deyil, çünki tədqiq olunmuş sübutlar, o cümlədən ilkin tədqiqat materialları ilə (əməliyyat müvəkkili və təhqiqatçı tərəfindən tərtib olunmuş sənədlər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanmalarına dair 18 mart 2024-cü il tarixli “Akt” (həmin “Akt”da göstərilir ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu ərazisində X4 dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş əməliyyat məlumatına əsasən 17 mart 2024-cü il tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində (şahidlərin ifadələri ilə tam təsdiq olunur ki, əməliyyat-axtarış tədbiri 17 mart 2024-cü il tarixdə, saat 22-23 radələrində başlanılmış, 18 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində tatamlanmışdır) Təqsirləndirilən şəxs1 üzərində “Cəlilabad” yazılan lövhənin yaxınlığındakı kənd qəbiristanlığında (Cəlilabad rayonunun Uzurtəpə kəndinin ərazisində) narkotik vasitələri qanunsuz əldə edərkən yanındakı şəxs-Təqsirləndirilən şəxs2 ilə birlikdə əməliyyat qrupu tərəfindən saxlanılmışlar və bununla bağlı sənəd isə 18 mart 2024-cü il tarixdə, saat 00:45-də tərtib olunmuşdur), “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 mart 2024-cü il tarixli protokol və s.) tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bilavasitə cinayət başında birgə yaxalanmışlar. Bundan başqa iş üzrə tərtib olunmuş ilkin tədqiqat sənədlərində əvvəl Təqsirləndirilən şəxs1 adı yazılmış, sonradan isə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə 18 mart 2024-cü il tarixdə, saat 00:20 radələrində tutulduqları üçün sonrakı təhqiqat sənədlərdə onların hər ikisinin eyni cinayəti törətməkdə şübhəli olduqları (müdafiəçilərin iştirakı ilə tərtib olunmuş sənədlər də daxil olmaqla) göstərilmişdir. Həmçinin müdafiə tərəfinin mövqeyinə əsasən təhqiqatçının tərtib etdiyi bəzi sənədlərdə rəqəmlərin əllə yazılmasının və bunun da təqsirləndirilən şəxslərin məhz 17 mart 2024-cü il tarixdə, saat 19-20 radələrində tutulmaları və onlaran 6-7 saat Cəlilabad RPŞ-nin inzibati binasında saxlanılmaqla üzərilərində şəxsi axtarış keçirilən vaxtadək, yəni 18 mart 2024cü il tarixdə, saat 02 radələrinədək saxlanmaları və bu vaxtadək polis əməkdaşları onlara qarşı fiziki və psixoloji təsirlər göstərməsinin güman edilməsi də, əsaslı sayıla bilməz. Əvvəl elə ilkin tədqiqat sənədlərdən, o cümlədən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasına dair protokol və izahatdan məlum olur ki, Təqsirləndirilən şəxs2 məhkəmədə verdiyi ifadəsinə uyğun izahat verərək Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələrin ona heç bir aidiyyətinin olmadığını göstərmiş, şəxsi axtarış zamanı, eləcə də məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən də İsgəndərdə aşkar olunmuş narkotik vasitələrdən məlumatının olmadığını və heç bir cinayət törətmədiyini bildirmişdir. Telefon danışıqlarına dair məlumatlara əsasən Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında 17 mart 2024-cü il tarixdə dəfələrlə telefon danışıqları olmuş, həmin gün sonuncu telefon danışığı isə Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 zəng edilməklə saat 22 radələrində olmuşdur. Təqsirləndirilən şəxslər də əvvəlki ifadələrində saat 22 radələrində tutulmalarını göstərmişlər. Belə olan halda polis əməkdaşlarının Təqsirləndirilən şəxs2 fiziki və psixoloji təsirlər göstərmələrinə dair mülahizələr həqiqəqə uyğun deyildir. Ona görə də təhqiqatçının tərtib etdiyi bəzi sənədlərdə rəqəmlərin əllə yazılması, həmin sənədlərin məzmununu inkar edən fakt kimi qəbul edilə bilməz, eyni zamanda həmin sənədlərin sübutlar sırasından çıxarılmasına heç bir əsas yoxdur. Həmçinin işdə olan, “Azercell” və “Bakcell”-nin telefon danışıqlarına dair məlumatlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində 051/385-55-99 saylı mobil telefon nömrəsi, Təqsirləndirilən şəxs2 istifadəsində isə atası Meybulla Məlikzadənin adına olan 051/978-23-59 saylı mobil telefon nömrəsi olmuşdur. Onların arasında həmin telefon nömrələri ilə 17 mart 2024-cü il tarixdə çoxsaylı danışıqlar olmaqla anten dairəsi üzrə bu danışıqların aparıldığı yer əsasən Göytəpə şəhəri, sonuncu danışıq isə saat 22 radələrində (Təqsirləndirilən şəxs1 istifadəsində olan 051/385-55-99 saylı mobil telefonu üzrə anten əhadə dairəsi) Cəlilabad rayonun Uzuntəpə kəndinin ərazisi olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olması göstərilən 055/442-65-15 saylı mobil telefon nömrəsi ilə heç bir danışıq (vatsap danışıqları istisna olunmaqla) aparılmamışdır. Həmçinin şahid Meybulla Məlikovun ifadəsində oğlu Hüseyn tutulandan sonra Cəlilabad RPŞ-nin “Nəbi” adlı polis əməkdaşının oğlu Hüseynin telefonu ilə saat 21 radələrində ona zəng edib oğlunun tutulması barədə deməsi, eyni zamanda həmin gün 051/385-55-99 saylı və 051/978-23-59 saylı mobil telefon nömrələri arasında olan son danışıqların saat 22 radələrində qeydə alınması “Nəbi” adlı polis əməkdaşının Meybulla Məlikovun məhz Təqsirləndirilən şəxs2 tutulması ilə bağlı zəng etməsini tam təkzib edir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 mart 2024-cü il tarixdə, saat 19-20 radələrində tutulmaları ilə bağlı müdafiə tərəfin gətirdiyi dəlillər sübuta yetmir, həm də bu hallar işin faktiki hallarına da uyğun olmadığından məhkəmə müdafiə tərəfindən bu xüsusatla bağlı dəlilləri sübut kimi qəbul etmir. Bundan başqa müdafiə tərəfi təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrinə əsaslanaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış zamanı tədbiri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 eyni vaxtda tutulmamaları qənaətinə gələrək hesab etmişdir ki, polis əməkdaşları əvvəl Təqsirləndirilən şəxs2 tutub polis şöbəsinə aparmış və təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs1 tutulub polis şöbəsinə aparılmışdır. Təqsirləndirilən şəxs1 ondan əvvəl Təqsirləndirilən şəxs2 polis şöbəsinə aparılmasını və onun barəsində polisə məlumat verən şəxsin Təqsirləndirilən şəxs2 olmasını güman edib təhqiqata və istintaqa verdiyi izahat və ifadələrində narkotik vasitələri götürmək üçün tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə gəlməsini bildirmiş, əslində isə Təqsirləndirilən şəxs1 narkotik vasitələr götürmək üçün tutulduğu əraziyə getməsindən Təqsirləndirilən şəxs2 heç bir məlumatı olmamışdır. Məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən telefon danışıqlarına dair məlumatlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında 17 mart 2024-cü il tarixdə dəfələrlə telefon danışıqları olmuş, həmin günü sonuncu telefon danışığı isə saat 22:06-da olmuşdur. Bundan başqa ibtidai istintaq zamanı müdafiəçilərin iştirakları ilə Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 üzləşdirilərkən Təqsirləndirilən şəxs1 iranlı “Mehdi” adlı şəxslə tanış olmasını və Hüseynlə birlikdə həmin şəxslə danışmalarını, 17 mart 2024-cü il tarixdə “Mehdi” adlı şəxsin bir kisədə olan narkotik vasitənin Cəlilabad rayonun Uzuntəpə kəndində yerləşən qəbiristanlıq ərazisinə qoyulması barədə ona məlumat verildikdən və o, bu barədə Hüseynə dedikdən sonra birlikdə taksi ilə həmin narkotik vasitəni götürməyə Cəlilabad rayonun Uzuntəpə kəndində yerləşən qəbiristanlıq ərazisinə getmələrini, taksidən düşdükdən sonra onun qabiristanlıq ərazisinə daxil olması Hüseynin isə yolda dayanıb onu gözləməsini, içərisində narkotik vasitə olan kisəni götürüb geri qayıdıb yolda dayanıb onu gözləyən Hüseynə yaxınlaşarkən polis əməkdaşlarının onları tutub polis şöbəsinə gətirilmələrini Təqsirləndirilən şəxs2 üzünə demişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin yuxarıda göstərilən dəlillərini əsassız hesab edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verilmiş ittihamda göstərilən cinayət əməlini birgə törətmişlər. Habelə məhkəmə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməli törətmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə” İ və İİ Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin”, “Metadon” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələr, “Metamfetamin” olan maddə psixotrop maddədir. Heroinin və metamfetaminin 0,15 qramdan, metadonun 0,02 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, heroinin 2 qramdan 800 qramadək, metamfetaminin 2 qramdan 400 qramadək, metadonun 1,6 qramdan 160 qramadək və qurudulmuş marixuananın 500 qramdan 50000 qramadək külli miqdir, heroinin 800 qramı, metamfetaminin 400 qramı, metadonun 160 qramı və qurudulmuş marixuananın 50000 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. Həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 12-ci bəndində izah edilir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, CM-nin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi, təqsirləndirilən şəxslərdən götürülmüş 3695,0 qram narkotik vasitə olan heroin, 7445,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 96,494 qram psixotrop maddə olan metamfetamin və 100 ədəd narkotik vasitə olan metadon həbləri külli miqdar təşkil edir. Həmçinin tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, təqsirləndirilən şəxslər həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb və daşımışlar. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.4-1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli və külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib, saxlayıb daşımaqla CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 mart 2025-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Göytəpə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 01 iyul 2024-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Göytəpə şəhəri, Nizami küçəsi, ev 6-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmü və qərarının surətləri ilə müəyyən olunur ki, Gəncə Hərbi Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Təqsirləndirilən şəxs2 qəti olaraq aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 01 il 04 ay 12 gün müddətə islah işləri cəzası təyin edilmişdir. İşdə olan, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 18 aprel 2025-ci il tarixli arayışı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarın icrası barədə göstəriş 07 iyul 2023-cü ildə şöbəyə daxil olmuş və həmin qərarla təyin edilmiş aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 01 il 04 ay 12 gün müddətə islah işləri cəzasını məhkum Təqsirləndirilən şəxs2 çəkməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-1-ci maddəsinə əsasən (böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 07 iyun 2023-cü il tarixli qərar üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxs hesab olunur. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4 və 18.4.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 25 avqust 2022-ci il tarixli hökmlə Təqsirləndirilən şəxs2 islah işləri cəzasına məhkum olunduğundan və hazırda məhkumluğu olmasına baxmayaraq CM-nin 18.4.4-cü maddəsinə əsasən hazırki əməlinə münasibətdə onun əməlində cinayətlərin residivi yoxdur. İşdə olan, Göytəpə şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli arayış, xasiyyətnamə və digər sənədlərlə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Yardımlı rayonunun Zəngəran kəndində qeydiyyatda olmaqla ünvan 1ndə olan fərdi yaşayış evində yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (nümayəndəliyə heç bir şikayət və ərizə daxil olmamışdır) xarakterizə olunur. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların birgə törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə törətdikləri cinayətlərə görə hər birinin törədilən cinayətdə faktiki iştirakını nəzərə alaraq hesab edir ki, bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs1 daha fəal iştirak etdiyindən ona ittiham olunduğu maddə üzrə daha ciddi həddə cəza təyin edilməlidir. Eyni zamanda Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş və çəkilməmiş aylıq qazancının 15 %-i dövlət nəfinə tutulmaqla 01 il 04 ay 12 gün müddətə islah işləri cəzası CM-nin 68.1.3-1-ci maddəsnə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla 04 ay 03 gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 04 ay 03 gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (xüsusilə ağır cinayətlər törətdiyinə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslər uçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmala, habelə yaşadığı ərazi üzrə narkoloji xəstəxanada qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Cəlilabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 3694,8 qram (3 kq 394,8 qram) heroin, 7444,6 qram (7 kq 444,6 qram) qurudulmuş marixuana, 96,394 qram metamfetamin, 90 ədəd metadon həbləri və üzərində heroin izləri olan bir ədəd elektron əl tərəzisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X7 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-234 manat təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs1 116 manat və Təqsirləndirilən şəxs2 116 manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2023-cü il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 4 (dörd) ay 12 (on iki) gün müddətə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-1-ci maddəsnə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla 4 (dörd) ay 3 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, əvvəlki hökm üzrə çəkilməmiş 4 (dörd) ay 3 (üç) gün müddətə azadlıqdan məhrumetmə cəzası yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Cəlilabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 3694,8 qram (3 kq 394,8 qram) narkotik vasitə olan heroin, 7444,6 qram (7 kq 444,6 qram) narkotik vasitə olan qurudulmuş marixuana, 96,394 qram psixotrop maddə olan metamfetamin, 90 ədəd narkotik vasitə olan metadon həbləri və üzərində narkotik vasitə heroin izləri olan 1 (bir) ədəd elektron əl tərəzisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-234 (iki yüz otuz dörd) manat məhkum olunmuş şəxslərdən bərabər qaydada, yəni məhkum Təqsirləndirilən şəxs1 116 (bir yüz on altı) manat və məhkum Təqsirləndirilən şəxs2 116 (bir yüz on altı) manat tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-120/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-120/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver