Məhkəmə qərarları › İş №1(099)-121/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-121/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-121/2022 20.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2N, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş XN Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil MüdafiəçiN iştirakları ilə, xx xxxx N97N-ci il tarixdə Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, X27 İdarəsində nəzarətçi işləmiş, məhkumluğu olmayan, Füzuli rayonu, Yuxarı Seyidəhmədli kəndində qeydiyyatda olan, ünvan N ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) N26.2.4 və 22N.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Muradov XN6 Sevda Balaş qızı, XN8 və sonuncunun əri, tanışı X4 ona X2 20N9-cu ilin iyul ayında Samirə Quliyevaya əlilliyə görə pensiya təyin ediləcəyi müqabilində Şahid6 4000 manat məbləğində pul (bundan sonra - həmin pul) aldığı, lakin vədinə əməl etmədiyi və pulu qaytarmadığını deyib ondan Haqverdi Quliyevə həmin pulu qaytarmasına nail olmaq üçün təsir göstərməsini xahiş etsələr də, onun bu hala aidiyyəti olmadığı halda, gördüyü təsir tədbirləri nəticəsində Haqverdi Quliyevin həmin pulun 3000 manat hissəsini qaytarmasına nail olsa da, N000 manat hissəsini qaytarmamasına görə 02 sentyabr 202N-ci il tarixdə saat N4 radələrində telefon danışığı zamanı sonuncudan həmin pulun qalan N000 manat hissəsini qaytarmasını tələb etmiş, Haqverdi Quliyev cavabında Naftalan şəhərində sanatoriyada olduğunu dediyinə görə sonuncuya təsir etmək məqsədilə saat N7 radələrində fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan ŞahidN idarə etdiyi “VAZ-2N0N” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobildə Haqverdi Quliyevin göstərilən pul mübahisəsinə aidiyyəti olmayan, üzərinə bununla bağlı hər hansı öhdəlik götürməmiş qardaşı Zərərçəkmiş şəxs Füzuli rayonu, Fin qəsəbəsi N37 ünvanında yerləşən yaşadığı evin həyətinin qarşı tərəfinə gələrək həyətə giriş darvazasını döyüb sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs ünvanına ucadan təhqiredici sözlər deməklə, sonuncu darvazanı açıb küçəyə çıxdıqdan sonra əlindəki bıçağı Zərərçəkmiş şəxs tərəf nümayiş etdirməklə, səbəb göstərmədən sonuncudan “Harami” adlanan yerə apacağını deyib avtomobilə oturmasını tələb etməklə, bu yolla özünü “söhbət həll edən” şəxs kimi göstərməklə, eləcə də göstərilən səbəblərdən onun təşəbbüsü ilə onunla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə və dalaşmanın gedişində sonuncunun özünü onun göstərilən qanunsuz hərəkətlərindən və əlindəki bıçaqla üzərinə gəlməsindən qorumaq məqsədilə ona və onu idarə etdiyi avtomobildə hadisə yerinə gətirib özünə tərəf yaxınlaşdığına görə özünə qarşı onunla eyni niyyətdə olduqlarını zənn etməsi səbəbindən ŞahidN taxta ilə zərbələr vurub ayrıayrılıqda sağlamlıqlarına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsindən sonra ictimai yer hesab olunan qəsəbəarası yolda əlindəki, soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vurması nəticəsində qarın boşluğunun soldan dəlib daxilə keçən, daxili qanaxma, S-vari bağırsağın, sol böyrəyin zədələnməsi (sol böyrək cərrahi əməliyyat yolu ilə çıxarılmışdır) ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət, həyat üçün təhlükəli olmaqla, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını pozma, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərmə və özünü ətrafda qonşuluqda yaşayan şəxslərə qarşı qoymada ifadə olunan xuliqanlıq niyyəti ilə sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərmişdir ki, 202N-ci ilin iyun ayında onun yaşadığı evə gəlmiş, İ Qarabağ müharibəsində onunla iştirak etmiş gözdən əlil XN2 (bundan sonra – Bilal), sonuncunun arvadı Samirə və həmkəndlisi X2 (bundan sonra - Haqverdi) qaynı arvadı olmuş Sevda ona Haqverdinin Samirəyə əlilliyə görə pensiya təyin edilməsi müqabilində Bilalın 4000 manat məbləğində pulunu Sevda vasitəsilə aldığını, lakin vədinə əməl etmədiyi və pulu qaytarmadığını demiş, ondan Haqverdi ilə danışmasını və sonuncunun pulu qaytarmasında köməklik etməsini xahiş etmişlər. O, Bilala Haqverdi ilə bu barədə danışacağına söz vermişdir. Buna görə də bir neçə gün sonra Füzuli rayonu, 400 Ailəlik qəsəbədə yerləşən “Qazilər” kafesində görüşərkən Haqverdidən sonuncunun qardaşı Zərərçəkmiş şəxs (bundan sonra - Böyükağa) və sonuncunun qaynı XNN (bundan sonra - Zamir) yanında Bilalın pulu qaytarmasını xahiş etmiş, Haqverdi həmin pulu qaytaracağına söz vermiş, 202N-ci ilin avqust ayında həmin pulun 3000 manat hissəsini Sevdaya qaytarmışdır. Bundan sonra “Qazilər” kafesində yemək yeyərkən Haqverdi ona Böyükağa və Zamirin yanında Bilalın qalan N000 manat məbləğində pulunu da qaytaracağına vəd vermiş, Böyükağa da Haqverdiyə həmin pulu qaytarmalı olduğunu demişdir. Lakin Böyükağa həmin pulu Haqverdinin əvəzindən qaytaracağına söz verməmişdir. Sonuncu Bilalın qalan pulunu qaytarmadığına görə 02 sentyabr 202N-ci il tarixdə Haqverdinin mobil nömrəsinə zəng edib sonuncudan həmin pulu nə vaxt qaytaracağını soruşmuşdur. Haqverdi cavabında Naftalan şəhərində sanatoriyada olduğunu, qayıdanda həmin pulu qaytaracağını demişdir. Bundan təxminən iki saat sonra Böyükağa ilə Füzuli rayonu, Əhmədbəyli kəndi ərazisində təsadüfən qarşılaşarkən sonuncuya Haqverdinin Bilalın qalan pulunu qaytarmalı olduğunu demiş, Böyükağa ona “Haqverdi bizə gələcək, sən də bizə gələrsən, söhbətləşərik” demişdir. Buna görə də Böyükağanın onu yaşadığı evə Haqverdinin Bilala qaytarmalı olduğu qalan pulla bağlı söhbət etmək üçün çağırdığını başa düşmüşdür. Bu səbəbdən saat N6 radələrində taksi sürücüsü ŞahidN idarə etdiyi avtomobildə Füzuli rayonu, 400 ailəlik Fin qəsəbəsində Böyükağanın yaşadığı evin yaxınlığına gəlmiş, darvazasının qarşısında dayanıb sonuncunu çağırmışdır. Bu zaman Böyükağa və ya hər hansı şəxsin ünvanına nalayiq söz deməmişdir. Dərhal sonra darvazadan küçəyə çıxmış Böyükağanın əlində taxta parçası, oğlu Ələkbərin əlində bıçaq, digər oğlu Elmirin isə əlində “mantirovka” olmasını görmüşdür. Həmin vaxt Böyükağagilin yanında tanımadığı bir nəfər şəxs də olmuşdur. X3ytarmalı olduğu pul məbləği ilə bağlı söhbət etmək üçün kənara çəkmək istəyəndə Böyükağa, oğlanları Ələkbər və Elmir, onlarının yanında olmuş tanımadığı bir nəfər şəxs onun baş və bel nahiyələrinə, hər iki qollarına zərbələr vurmuşlar. Bundan əlavə, Ələkbər əlindəki bıçaqla onu vurmaq istəyərkən bıçaq onun sol bilək nahiyəsini sıyırmışdır. Hadisə zamanı onun əlində bıçaq və ya hər hansı kəsici-deşici əşya olmamış, belə əşya ilə Böyükağaya zərbə vurmamışdır. Sonuncu və oğlanlarına ona zərbə vura bilməmələri üçün müqavimət göstərərkən Ələkbərin əlində olmuş bıçaq təsadüfən Böyükağanın qarın nahiyəsinə dəymişdir. Bundan sonra hadisə yerindən qaçmışdır. Geriyə baxanda Böyükağa və oğlanlarının ŞahidN da döydüklərini və sonuncunun idarə etdiyi avtomobilin ön şüşəsini sındırdıqlarını görmüşdür. İş üzrə hadisə yerindən aşkar edilmiş bir ədəd qatlanan bıçaq ona deyil, Şahid2 məxsus olmuşdur. Məhkəmə iclasındakı son sözündə Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsinin iştirakçısı olması və himayəsində iki nəfər azyaşlı uşaqlarının olması nəzərə alınaraq, barəsində ədalətli cəza təyin edilməsini xahiş etmiş, müdafiəçisi MüdafiəçiN məhkəmə çıxışında onun Azərbaycan Respublikası CM-in N26.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini xahiş etməsinə etiraz etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, həmçinin ibtidai istintaq zamanı sərbəst qaydada dindirilərkən və Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, sonuncunun ifadəsində X2 X7 məxsus 4000 manat məbləğində pulu alması, həmin pulun 3000 manat hissəsini qaytarması və qalan N000 manat hissəsini qaytarmalı olması ilə bağlı 02 sentyabr 202N-ci il tarixədək baş vermiş, ona aid hissədə göstərdiyi hallar barədə eyni məzmunda bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, onun həmin pul məbləğlərinə aidiyyəti olmamış, o, qardaşı X2 həmin pul məbləğlərini qaytarması ilə bağlı hər hansı şəxs, o cümlədən həmkəndlisi Təqsirləndirilən şəxs (bundan sonra – Qafqaz) qarşısında öhdəlik götürməmişdir. 02 sentyabr 202N-ci il tarixdə saat N7 radələrində Füzuli rayonu, Fin qəsəbəsi N37 ünvanında yerləşən yaşadığı evin həyətində, darvazanın yaxınlığında olarkən küçədə darvazanın yanında avtomobilin dayanması səsini eşitdikdən sonra Qafqaz ucadan onun ünvanına nalayiq sözlər deməklə darvazanı təpik və yumruqla döymüşdür. Darvazanı açanda Qafqazın sərxoş vəziyyətdə, əlində bıçaq olduğunu, yaxınlıqda “VAZ 2N0N” markalı avtomobilin dayandığını görmüşdür. Sonuncu ilə həmin gün bundan əvvəl görüşməmiş, Qafqazı yaşadığı evə dəvət etməmişdir. Sonuncudan nə baş verdiyini və ondan nə istədiyini soruşmuşdur. Qafqazın onun ünvanına dediyi nalayiq sözləri və səs-küyü eşitdiklərinə görə həmin ərəfədə oğlanları Ələkbər və Elmir, qonşuluğunda yaşayan Şahid4 və Şahid5 da hadisə yerinə gəlmişlər. Oğlanları Ələkbər və Elmirin (bundan sonra - Ələkbər və Elmir) əlində hər hansı əşya, o cümlədən bıçaq olmamışdır. Qafqaz əlindəki bıçağı ona tərəf nümayiş etdirməklə və onun ünvanına nalayiq sözlər deməklə hər hansı səbəb göstərmədən ondan avtomobilə oturmasını tələb etmiş, onu “Harami” adlanan yerə apacağını deyib üzərinə gəlmişdir. Buna görə də Qafqazın onu harasa aparacağından və ona xəsarət yetirəcəyindən qorxmuşdur. Özünü qorumaq və Qafqazı özündən kənarlaşdırmaq üçün darvazanın yanından götürdüyü taxta ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Qafqazı avtomobilində həmin yerə gətirdiyinə görə ŞahidN (bundan sonra – Məhərrəm) onun üzərinə Qafqazı müdafiə etmək üçün gəldiyini zənn edib taxta ilə Məhərrəmin ayağına vurmuşdur. Sonuncu əllərini qaldırıb taksi sürücüsü olduğunu demişdir. Həmin ərəfədə Ələkbər və Elmir Qafqazın üzərinə getmişlər. Sonuncu onun oğlanlarının əlindən çıxıb bıçaqla onun qarın nahiyəsinə bir dəfə zərbə vurmuş, həmin bıçağı hadisə yerinə atıb əvvəlcə Məhərrəmin idarə etdiyi avtomobilə tərəf getmiş, sonra da oradan qaçmışdır. Göstərdiklərinə əsasən Qafqazın ona bıçaqla zərbə vurmasını Ələkbər və Elmir, qonşuları Şahid4 və Şahid5 görmüşlər. Lakin Şahid4 və Şahid5 Qafqazdan qorxduqlarına görə iş üzrə sonuncuya qarşı düzgün ifadə vermirlər. Hadisə zamanı Ələkbər və Elmir Qafqaz və Məhərrəmə zərbə vurmamış və xəsarət yetirməmişlər. Onun qarın nahiyəsindən qan axdığına görə Ələkbər və Elmir köməkləşib onu avtomobilinə qoymuş, Elmir avtomobili idarə edib onu Füzuli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada həkim Əhəd Məmmədov tərəfindən ona ilkin tibbi yardım göstərildikdən sonra ultrasəs müayinəsindən keçirilərkən qarın boşluğunda hər hansı problem aşkar edilmədiyinə görə qarın nahiyəsindəki yara cərrahi qaydada tikilmişdir. Bundan təxminən yarım saat sonra qarın nahiyəsindən qan axmağa başladığına görə o, daha ixtisaslı tibbi yardım göstərilməsi üçün Füzuli Füzuli Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə məxsus avtomobildə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Orada cərrahi əməliyyat olunarkən Qafqazın bıçaqla zərbə vurması nəticəsində zədələnmiş sol böyrəyi çıxarılmışdır. Qafqazla barışmır, sonuncuya qarşı şikayət və tələbi vardır. Məhkəmə çıxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, həmçinin ibtidai istintaq zamanı sərbəst qaydada dindirilərkən və Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq etmiş, Zərərçəkmiş şəxs ifadəsində onunla bağlı göstərdiyi hallar barədə eyni məzmunda bildirmiş və əlavə olaraq qeyd etmişlər ki, 02 sentyabr 202N-ci il tarixdə saat N7 radələrində qardaşı Elmirlə yaşadıqları evdə olarkən həyətə giriş darvazası tərəfdən nalayiq sözlər və səs-küy eşitdiklərinə görə həyətə düşmüş, əvvəllər tanıdıqları Təqsirləndirilən şəxs (bundan sonra - Qafqaz) sərxoş vəziyyətdə onun atası Böyükağanın (bundan sonra atası) ünvanına nalayiq sözlər dediyini görmüşlər. Orada dayanmış “VAZ 2N0N” markalı avtomobilin sürücüsü olan, əvvəllər tanıdığı Məhərrəm adlı şəxs avtomobildən düşəndə onların qonşuluğunda yaşayan Rüstəm və Hidayət adlı şəxslər də səs-küy eşitdiklərinə görə hadisə yerinə gəlmişlər. Qafqazın əlindəki bıçağı oynadıb atasının üzərinə gəlməsini gördüyünə görə o, Qafqazdan bıçağı almaq istəyəndə sonuncu üzərinə gəlmiş, geri çəkilərkən ayağı büdrəmişdir. Həmin vaxt atası özünü müdafiə etmək üçün darvazanın yanından götürdüyü taxta ilə Qafqaz və Məhərrəmi vurmuşdur. Həmin ərəfədə Qafqaz bıçaqla əvvəlcə ona tərəf zərbə atmış, lakin həmin zərbə ona dəyməmişdir. Bundan sonra Qafqaz bıçaqla atasının qarın nahiyəsinə bir dəfə zərbə vurmuş, həmin bıçağı hadisə yerinə atıb əvvəlcə Məhərrəmin idarə etdiyi avtomobilə tərəf getmiş, sonra da oradan qaçmışdır. Dərhal sonra o, Azərbaycan Respublikası DİN-nin “N02” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı onun və Elmirin əlində hər hansı əşya və ya bıçaq olmamış, Qafqazı bıçaqla vurmaq istəməmişlər. Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən o, Qafqazın cinayəti törədərkən istifadə etdiyi bıçağı hadisə yerində göstərmiş, həmin bıçaq qablaşdırılıb götürülmüşdür. Həmin bıçaq ona deyil, Qafqaza məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Zərərçəkmiş şəxs və Şahid2 ifadələrində onunla bağlı göstərdiyi hallar barədə eyni məzmunda bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş ŞahidN, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 02 sentyabr 202N-ci il tarixdə saat N7 radələrində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs (bundan sonra – Qafqaz) taksi fəaliyyəti ilə məşğul olduğu “VAZ 2N0N” markalı avtomobildə xahişi ilə əlaqədar əvvəllər tanıdığı Zərərçəkmiş şəxs (bundan sonra – Böyükağa) Fin qəsəbəsində yaşadığı evin qarşısına aparmışdır. Qafqazın oraya getmə səbəbini bilməmişdir. Həmin yerə çatdıqdan sonra sonuncunun xahişi ilə qayıtmasını gözləmişdir. Qafqaz Böyükağanı normal qaydada çağırmış, bu zaman Qafqazın Böyükağanın ünvanına nalayiq söz deməsini eşitməmişdir. Böyükağa darvazadan çölə çıxdıqdan sonra bilmədiyi səbəbdən sonuncu ilə Qafqaz arasında mübahisə baş verdiyini gördüyünə görə onları sakitləşdirmək məqsədilə avtomobildən düşüb onlara tərəf getmişdir. Həmin ərəfədə hadisə yerinə Böyükağanın iki nəfər oğlu və digər şəxslər gəlmişlər. Onları sakitləşdirmək istəyəndə Böyükağa taxta ilə onun ayağına vurmuş, oradan getmək istəyəndə Böyükağanın böyük oğlunun çiyninə dəyib yerə yıxılmışdır. Bu zaman Böyükağanın Qafqaza tərəf zərbə atdığı taxta onun başına dəymişdir. Ayağa qalxıb qaçmaq istəyəndə Böyükağanın oğlu Ələkbər onun boynunun arxa tərəfindən vurmuş, nəticədə huşunu itirib yerə yıxılmış, bundan sonra hadisə yerində nə baş verməsini görməmişdir. Bir neçə dəqiqə sonra ayılanda Böyükağanın bıçaqla vurulduğunu eşitmişdir. Bu hadisəni onun huşunu itirməsindən sonra baş verməsinə görə görməmişdir. Qafqazın və ya hadisə yerində olmuş hər hansı şəxsin, o cümlədən Böyükağanın oğlanlarının əlində bıçaq olmasını görməmişdir. Böyükağa və oğlu Ələkbərə qarşı şikayəti və tələbi yoxdur, onlarla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq edərək göstərmişdir ki, 02 sentyabr 202N-ci il tarixdə saat N7 radələrində çöldən dava-dalaş səsi eşidib yaşadığı evdən küçəyə çıxmışdır. Bu zaman qonşusu Zərərçəkmiş şəxs (bundan sonra – Böyükağa) yaşadığı evin həyətinə giriş darvazasından çöldə çoxlu şəxs olduğunu, Böyükağanın əli ilə qarın nahiyəsini tutduğunu, həmin nahiyədən qan axdığını, sonuncunun oğlanları Ələkbər və Elmirin hadisə yerində olmuş “VAZ 2N0N” markalı avtomobilin ön şüşəsini taxta ilə vurub sındırdıqlarını görmüş, lakin həmin avtomobilin sürcüsünü vurmalarını görməmişdir. Elmir atası Böyükağanı avtomobildə xəstəxanaya aparmışdır. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra Böyükağanın qarın nahiyəsinə bıçaqla zərbənin hadisə yerində olmuş, əvvəllər tanıdığı Təqsirləndirilən şəxs (bundan sonra - Qafqaz) tərəfindən vurulduğunu eşitmişdir. Lakin bu hadisəni, eləcə də Qafqazı hadisə yerində görməmiş və sonuncunun Böyükağanın ünvanına nalayiq sözlər deməsini eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Şahid4 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs ilə sonuncunun ifadəsində onun X7 məxsus 4000 manat məbləğində pulu alması və həmin pulun 3000 manat hissəsini qaytarması və qalan N000 manat hissəsini qaytarmalı olması ilə bağlı ona aid hissədə göstərdiyi hallar barədə eyni məzmunda bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, 20N9-ci ilin iyul ayında qaynı arvadı olmuş Şahid6 Samirə adlı şəxsə əlilliyə görə pensiya təyin edilməsi müqabilində aldığı 4000 manat məbləğində pulun qalan N000 manat hissəsini 05 sentyabr 202N-ci il tarixdə Şahid6 qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, şahid X8 ilə sonuncunun ifadəsində onunla bağlı göstərdiyi hallar barədə eyni məzmunda göstərmişdir. Məhkəmə iclasında müdafiəçinin verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin cərrahiyyə şöbəsinin müdiri XN3 ifadəsində göstərmişdir ki, 02 sentyabr 202N-ci il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə, oradan cərrahiyyə şöbəsinə gətirilmiş Zərərçəkmiş şəxs (bundan sonra - Böyükağa) müayinə edərkən qarın nahiyəsinin ön divarında bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət xəsarət aşkar etmiş, müvafiq ilkin tibbi yardım göstərmişdir. Sonuncu xəstəxanada saxlanılmış və səhhətinə nəzarət edilmişdir. Sonradan Böyükağanın sidik kisəsində hematuriya, yəni qarın nahiyəsinin ön divarının kəsilmiş-deşilmiş yarasının sol böyrəyinin zədələnməsi ilə nəticələndiyi aşkar edilmiş, buna görə də sonuncunun təcili olaraq cərrahi əməliyyat olunması zərurəti yaranmışdır. Lakin həmin gün xəstəxanada reanimatoloq olmadığına görə Böyükağa cərrahi əməliyyat olunması üçün lazımi sənədlər tərtib edilərək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Füzuli Rayon Mərkəzi Xəstəxanasında Böyükağanın adına açılmış “X23”da ona etdiyi tibbi yardımlarla bağlı müvafiq qeydlər etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində işləyən XN4 ifadəsində göstərmişdir ki, 02 sentyabr 202N-ci il tarixdə Füzuli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə gətirilmiş Zərərçəkmiş şəxs (bundan sonra - Böyükağa) ilkin tibbi yardım göstərildikdən sonra cərrahi əməliyyat olunması üçün həmin gün xəstəxanada reanimatoloq olmadığına görə təcili tibbi yardım avtomobili ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına göndərilməsi təmin edilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının verdiyi vəsatət üzrə şahid qismində dindirilmiş “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsində feldşer işləyən X5 və sürücü işləyən XN5 ifadələrində göstərmişlər ki, 02 sentyabr 202N-ci il tarixdə Zərərçəkmiş şəxs qarın nahiyəsinə yetirilmiş xəsarətlə əlaqədar cərrahi əməliyyat olunması üçün Füzuli Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin avtomobilində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - 05 və 06 sentyabr 202N-ci il tarixli raportlardan görünür ki, Zərərçəkmiş şəxs Füzuli Rayon Polis Şöbəsinə şifahi qaydada müraciət edərək 02 sentyabr 202N-ci il tarixdə bıçaqla ona xəsarət yetirmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (İ cild, səh. 24, 25). - “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 sentyabr 202N-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, iş üzrə cinayət hadisəsi Zərərçəkmiş şəxs Füzuli rayonu, Fin qəsəbəsi N37 ünvanında yerləşən yaşadığı evin həyətinə giriş darvazasından çöldə, həyətin qarşı tərəfindəki küçədə baş vermişdir. Baxış zamanı küçədə dayanmış “VAZ 2N0N” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin müxtəlif hissələrində və asfalt üzərində olmuş qanaoxşar ləkələrdən bir neçə ədəd pambıq tamponlara hopdurulmuş nümunələr, üzərində qanaoxşar ləkələr olmuş beş ədəd çınqıl daşlar və bir ədəd taxta parçası, asfalt üzərində olmuş bir ədəd qatlanan bıçaq qablaşdırılaraq götürülmüşdür (İ cild, səh. 9-2N). - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 02 sentyabr 202N-ci il tarixli, 459 nömrəli aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğu müəyyən edilmişdir (İ cild, səh. 35). - “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə Zərərçəkmiş şəxs adına tərtib edilmiş ******* nömrəli X23nın surətindən görünür ki, 02 sentyabr 202N-ci il tarixdə sonuncu həmin xəstəxananın təcili tibbi yardım və cərrahiyyə şöbələrinə “Qarnın ön divarının kəsilmiş-deşilmiş yarası. Hematuriya” diaqnozu ilə daxil olmuş, ilkin tibbi yardımlar göstərildikdən sonra Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. - “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə Zərərçəkmiş şəxs adına tərtib edilmiş ******* nömrəli stasionar tibbi kitabça və ondan edilmiş çıxarışın surətlərindən görünür ki, 02 sentyabr 202N-ci il tarixdə sonuncu həmin xəstəxanaya “Qarın boşluğuna dəlib keçən kəsilmiş-deşilmiş yara, daxili qanaxma” diaqnozu ilə daxil olmuş, müayinə zamanı qarnın sol yan ön səthində olmuş deşilmiş yara üzərindəki tikişlər söküldükdən sonra təftiş edilərkən sol böyrəyin orta N/3-də N,0xN,0sm. ölçüdə kəsilmiş, istiqaməti öndən arxaya, soldan-sağa, aşağıdan yuxarıya olan yaradan güclü qanaxma baş verdiyi aşkar edilmiş, nefrektomiya (funksiyasını itirmiş böyrəyin çıxarılması) icra olunmuş, qarın boşluğuna yığılmış qan xaric edilmiş, buna görə də ona “Qarın boşluğunu soldan dəlib keçən kəsilmiş-deşilmiş yara, daxili qanaxma, S-vari bağırsağın, sol böyrəyin zədələnməsi” diaqnozu qoyulmuşdur. - Məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 202N-ci il tarixli, 603 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş qarın boşluğunun soldan dəlib daxilə keçən, daxili qanaxma, S-vari bağırsağın, sol böyrəyin zədələnməsi (sol böyrək cərrahi əməliyyat yolu ilə çıxarılmışdır) ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yarası iti kənarlı əşyanın törənmiş, başqa şəxs tərəfindən bıçaqla vurulma nəticəsində törənə bilərdi, yaranma müddəti 02 sentyabr 202N-ci il tarixə uyğun gəlir, həyat üçün təhlükəli olmaqla, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aiddir (İ cild, səh. 58- 60). - Məhkəmə-tibbi kriminalistik ekspertizasının N3 oktyabr 202N-ci il tarixli, 549/202N- MTKŞ nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin orta nahiyəsində aşkar edilmiş bir ədəd cırılma zədəsi köynəyin həmin hissəsinin küt qüvvənin tətbiq edilməsi nəticəsində gərilib, dartılmasından yaranmışdır. Zərərçəkmiş şəxs məxsus şalvar və alt tuman üzərində əhəmiyyət kəsb edən hər hansı zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir (İ cild, səh. 209-2NN). - Məhkəmə-bioloji ekspertizasının N2 oktyabr 202N-ci il tarixli, 683/MTBŞ-202N nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məxsus köynək, şalvar və alt tuman, hadisə yerindən götürülmüş bir ədəd bıçaq, taxta parçası, beş ədəd çınqıl daşlar və hopdurulmuş altı ədəd pambıq tamponlarda aşkar edilmiş insan qanı ləkələrində qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” antigeni, bəzi ləkələrdə, həmçinin beta aqlyutinini alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa) məxsus ola bilər. Göstərilən ləkələrdə ŞahidN qanının olması ABO sistemi ilə inkar olunur (İ cild, səh. 2N4-2N9). - Məhkəmə-tibbi ekspertizasının 06 sentyabr 202N-ci il tarixli, 677 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş ənsə nahiyəsində sağda və sol bazunun orta N/3-nin bayır səthindəki qançırlar, sağ kürək nahiyəsi, sağ saidin aşağı N/3-nin bayır səthi, sağ əlin İV daraq sümüyü proyeksiyasının arxa səthi, sol əlin ovuc səthində İİİ daraq sümüyü proyeksiyası və sağ baldırın yuxarı N/3-nin ön səthindəki sıyrıqlar, sol xayasındakı şişkinlik və qançırdan ibarət xəsarətlər küt əşyanın (əşyaların) təsirindən, sol saidin aşağı N/3-nin ön səthində səthi yaradan ibarət xəsarət isə iti kənarlı kəsici xassəyə malik əşyanın (alətin), ola bilsin ki, bıçağın təsirindən törənmiş, müxtəlif şəraitlərdə, o cümlədən 02 sentyabr 202N-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yarana bilərdi. Göstərilən xəsarətlərin sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir (İ cild, səh. N60, N6N). - Məhkəmə-tibbi ekspertizasının 28 sentyabr 202N-ci il tarixli, 293/2N nömrəli rəyində göstərilmişdir ki, ŞahidN məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş təpə nahiyəsində yumşaq toxumaların şişkinlik halında əzilməsi, sol bazu və sol baldır nahiyələrində sıyrıqlardan ibarət xəsarətlər küt əşyanın (əşyaların) təsirindən 02 sentyabr 202N-ci il tarixdə, sonuncunun göstərdiyi şəraitdə yarana bilərdi, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir (İ cild, səh. 22N, 222). - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 noyabr 202N-ci il tarixli, 2605 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs (bundan sonra – o) hazırda və təqsirləndirildiyi əməl törədilərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilməmişdir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. O, hazırda və təqsirləndirildiyi əməl törədilərkən öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında, yəni törətdiyi əməl barəsində anlaqlı olmuşdur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. O, kinlilik, inadkarlıq, emosionallıq, özünə qarşı hörmət tələb etmək, hövsələsizlik, hirslilik kimi fərdi psixi xüsusiyyətlərə malikdir. O, təqsirləndirildiyi əməl törədilərkən fizioloji affekt vəziyyətində olmamışdır (İ cild, səh. N99-202). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində 02 sentyabr 202N-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinin qarşısına sonuncunun çağırışı ilə, qardaşı X2 X7 qaytarmalı olduğu N000 manat məbləğində pulla bağlı söhbət etmək üçün gəlməsi, Zərərçəkmiş şəxs həyətinin qarşısından çağırarkən sonuncunun ünvanına nalayiq sözlər deməməsi, həmin vaxt əlində bıçaq olmaması, Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmaması, sonuncunun qarın nahiyəsinə bir ədəd kəsilmiş-deşilmiş yaradan ibarət xəsarətin Zərərçəkmiş şəxs və oğlanlarına ona zərbə vura bilməmələri üçün müqavimət göstərərkən Şahid2 əlində olmuş bıçağın təsadüfən dəyməsi nəticəsində yetirilməsi, iş üzrə hadisə yerindən aşkar edilmiş bir ədəd qatlanan bıçağın ona deyil, Şahid2 məxsus olması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər: - özünün məhkəmə iclasındakı son sözündə barəsində ədalətli cəza təyin edilməsini xahiş etməsi və müdafiəçisi MüdafiəçiN məhkəmə çıxışında onun Azərbaycan Respublikası CM-in N26.N-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini xahiş etməsinə etiraz etməməsi ilə yanaşı, - məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid2 və Şahid3 verdikləri, məhkəmənin işin hallarını müəyyən etdiyi məzmuna uyğun olan ifadələri, - məhkəmə-bioloji ekspertizasının N2 oktyabr 202N-ci il tarixli, 683/MTBŞ-202N nömrəli rəyində iş üzrə hadisə yerindən götürülmüş bir ədəd bıçağın üzərindən aşkar edilmiş insan qanı ləkələrinin Zərərçəkmiş şəxs məxsus ola bilməsinin göstərilməsi, - “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə Zərərçəkmiş şəxs adına tərtib edilmiş ******* nömrəli stasionar tibbi kitabçada göstərilənlərə əsasən sonuncunun qarın nahiyəsində aşkar edilmiş bir ədəd daxilə keçən kəsilmiş-deşilmiş yaranın istiqamətinin öndən arxaya, soldan-sağa, aşağıdan yuxarıya olmasının həmin xəsarətin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə, yəni Şahid2 əlində olmuş bıçağın təsadüfən dəyməsi nəticəsində yetirilməsi halına uyğun olmaması ilə tam təkzib edilir. Məhkəmə bu nəticəyə gələrkən, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 ifadələrində iş üzrə hadisə yerinə hadisənin baş verməsindən sonra gəlmələri, bu zaman Zərərçəkmiş şəxs əli ilə qarın nahiyəsindən tutması və həmin nahiyədən qan axmasını görmələri, ŞahidN isə ifadələrində Zərərçəkmiş şəxs qarın nahiyəsinə xəsarət yetirilməsindən əvvəl sonuncunun oğlu Ələkbərin ona vurduğu zərbənin təsirindən huşunu itirib yerə yıxılması, bundan sonra hadisə yerində nə baş verməsini görməməsi, bir neçə dəqiqə sonra ayılanda Zərərçəkmiş şəxs bıçaqla vurulduğunu eşitməsi və bu hadisəni huşunu itirməsindən sonra baş verməsinə görə görməməsini göstərmələrinə əsasən Şahid5, Şahid4 və ŞahidN ifadələrində Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməməsini deyil, göstərdikləri səbəbdən Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirməsini görmədiklərini bildirdiklərini də nəzərə alır. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan hissələrini özünü müdafiə etmək hüququndan irəli gələrək cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirib sübut kimi nəzərə almır, qalan hissələrini isə ona qarşı sübut kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.N-ci maddəsinin şərh edilməsinə dair” N7 mart 20NN-ci və “Azərbaycan Respublikası CM-in N77.2.3-N-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 20N5ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyi nəzərə alaraq, iş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olub-olmamasının müəyyən edilməsi ilə bağlı aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” N2 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə o vaxt Azərbaycan Respublikası CM-in N20.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Məhkəmə tərkibi məhkəmə istintaqı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid2 və Şahid3 verdikləri ifadələri əsasında müəyyən etdiyi işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki,: - Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sonuncunun qardaşı X2 X7 qaytarmalı olduğu N000 manat məbləğində pula aidiyyətinin olmadığı, Zərərçəkmiş şəxs Haqverdi Quliyevin həmin pul məbləğini qaytaracağına dair vəd vermədiyi və 02 sentyabr 202N-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tərəfindən yaşadığı evin həyətinə dəvət edilmədiyi halda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Füzuli rayonu, Fin qəsəbəsi N37 ünvanında yerləşən yaşadığı evin həyətinə giriş darvazasını döyüb sərxoş vəziyyətdə sonuncunun ünvanına ucadan nalayiq söyüşlər deməsi, Zərərçəkmiş şəxs darvazanı açıb küçəyə çıxmasından sonra əlindəki bıçağı Zərərçəkmiş şəxs tərəf nümayiş etdirib, hər hansı səbəb göstərmədən sonuncudan “Harami” adlanan yerə apacağını deyib avtomobilə oturmasını tələb etməsinə görə Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə və dalaşma hadisəsinin təşəbbüskarı sonuncu olmuş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmaq məqsədilə qəsdən münaqişə yaratmışdır. - Göstərilən səbəblərdən müvafiq nəticəyə gəlməyə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə və dalaşmanın gedişində sonuncunun özünü Təqsirləndirilən şəxs qeyd edilən qanunsuz hərəkətlərindən və əlindəki bıçaqla üzərinə gəlməsindən qorumaq məqsədilə sonuncuya və hadisə yerinə gəldiyi avtomobilin sürücüsü ŞahidN özünə tərəf yaxınlaşdığına görə özünə qarşı Təqsirləndirilən şəxsla eyni niyyətdə olduqlarını zənn etməsi səbəbindən sonuncuya taxta ilə zərbələr vurub sağlamlıqlarına zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi faktı mane olmur. - Bu barədə nəticəyə gəlməyə cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 202N-ci il tarixli qərarda (İİ cild, səh. 45-66) ibtidai istintaq orqanının 02 sentyabr 202N-ci il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sağlamlığa zərər vurmayan xəsarətləri sonuncunun ona qarşı etdiyi qanunsuz hərəkətlərindən özünü müdafiə etmək məqsədilə zəruri müdafiə həddində yetirməsi kimi qiymətləndirməsi, ŞahidN yetirdiyi sağlamlığa zərər vurmayan xəsarətlərə görə isə sonuncunun şikayət etməməsi səbəbindən Zərərçəkmiş şəxs qarşı cinayət işi və ya inzibati xəta haqqında iş üzrə icraat başlamaqdan imtina etməsi də digər formada hüquqi zəmin yaradır. - Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmasından ibarət ictimai-təhlükəli əməli davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla, yəni xuliqanlıq niyyəti ilə törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi müvafiq əməldə Azərbaycan Respublikası CM-in N26.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri yaranmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 35N.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin N24-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in N26.2.4-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid2, Şahid3, ŞahidN, Şahid4, Şahid5, XN3, XN4, X5 və X9 verdikləri ifadələr, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 sentyabr 202N-ci il tarixli protokol, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 02 sentyabr 202N-ci il tarixli, 459 nömrəli akt, Zərərçəkmiş şəxs adına “Füzuli Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə tərtib edilmiş ******* nömrəli X23, “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə tərtib edilmiş ******* nömrəli stasionar tibbi kitabça və ondan çıxarışın surətləri, məhkəmə-tibbi ekspertizasının 03 sentyabr 202N-ci il tarixli, 603 nömrəli rəyi, məhkəmə-tibbi kriminalistik ekspertizasının N3 oktyabr 202N-ci il tarixli, 549/202N-MTKŞ nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının N2 oktyabr 202N-ci il tarixli, 683/MTBŞ-202N nömrəli rəyi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 noyabr 202N-ci il tarixli, 2605 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış əşyalar, o cümlədən hadisə yerindən götürülmüş, cinayətin predmeti olan bir ədəd bıçaq, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in N26.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirini tam sübuta yetirmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, həmin maddə ilə təqsirli bilinməlidir. Cinayət işi materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 30 noyabr 202N-ci il tarixli qərar və ittiham aktından (İİ cild, səh. 30, 3N, 88-N03) görünür ki, ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs qarşı Azərbaycan Respublikası CM-in, həmçinin 22N.3-cü maddəsi ilə ona görə ittiham irəli sürülmüşdür ki, o, 02 sentyabr 202N-ci il tarixdə saat N7 radələrində Zərərçəkmiş şəxs Füzuli rayonu, Fin qəsəbəsi N37 ünvanında yerləşən yaşadığı evin qarşısındakı küçədə sonuncunun qarın nahiyəsinə bıçaqla qəsdən zərbə vurması nəticəsində, həmçinin silah qismində istifadə edilən əşyanı tətbiq etməklə qərəzli xuliqanlıq еtmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” N2 dekabr 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.), belə əməl Azərbaycan Respublikası CM-in N20.2.2-ci maddəsi ilə yanaşı, 22N-ci maddəsinin də tərkibini yaradır. Azərbaycan Respublikası CM-in 22N.N-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdən ibarətdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun göstərilən hüquqi mövqeyini hazırki işin hallarına analogiya üzrə tətbiq etməklə hesab edir ki, təqsirləndirilən şəxsə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma ilə yanaşı, xuliqanlıq cinayət əməlinə görə də ittihamın irəli sürülməsi üçün onun xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətindən başqa, digər şəxsə qarşı Azərbaycan Respublikası CM-in 22N.N-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hər hansı əməli törətməsi müəyyən edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda sonuncunun 02 sentyabr 202N-ci il tarixdə saat N7 radələrində Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmasından əvvəl, həmin ərəfədə və ya bundan sonra digər şəxsə qarşı Azərbaycan Respublikası CM-in 22N.Nci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hər hansı ictimai-təhlükəli hərəkəti etməsi göstərilməmişdir. Digər tərəfdən, cinayət işi materialları ilə belə halın baş vermədiyi müəyyən edilir. Belə olan halda iş üzrə ibtidai istintaq orqanının 02 sentyabr 202N-ci il tarixdə Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmasından ibarət olan vahid əməli bir hərəkətlə törədilmiş iki cinayət əməlinin ideal məcmusu kimi qəbul edib Azərbaycan Respublikası CM-in N26.2.4-cü maddəsi ilə yanaşı, 22N.3-cü maddəsi ilə də tövsif etməsi və Təqsirləndirilən şəxs həmin Məcəllənin 22N.3-cü maddəsi ilə də ittiham irəli sürməsi qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 42.N.2 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.N.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-in 42.N.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 22N.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (İ cild, səh. N22). - Füzuli RİHB-nın N saylı Qayıdış qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 dekabr 202N-ci il tarixli arayış və xasiyyətnamə, N nömrəli hərbi hissə komandirinin N dekabr N992-ci il tarixli, 265 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli şəhərində yerləşmiş həmin hərbi hissənin tank komandiri kimi İ Qarabağ müharibəsinin iştirakçısı olmuş, anası, arvadı və iki nəfər azyaşlı uşağı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. N56, N57). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.N, 9, 4N.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun iş üzrə törətdiyi, Azərbaycan Respublikası CM-in N26.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halı, ağırlığı və nəticəsini, məhkumluğu olmayan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki nəfər azyaşlı uşağının olması (Azərbaycan Respublikası CM-in 59.N.4-cü maddəsinə əsasən), İ Qarabağ müharibəsi iştirakçısı olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsindən (həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən halların olduğunu və cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, həmçinin onun zərərçəkmiş şəxslə barışıq əldə etməməsi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 4N.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin N26.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 8 (səkkiz) il müddətə təyin edilməsi məqsədəuyundur. Azərbaycan Respublikası CM-in 56.N.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in N58.2.N, N58.6 və N75.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu (İ cild, səh. 37) 02 sentyabr 202N-ci il tarixdən hesablanmalı və Füzuli Rayon Məhkəməsinin 03 sentyabr 202N-ci il tarixli qərarı ilə (İ cild, səh. 97, 98) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut qismində tanınaraq Füzuli RPŞ-də saxlanılan, cinayətin aləti olan bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd tuman məhv edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 5N-2, 344-349, 35N-353, 356, 358, 38N, 383, 384 və 385.N-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Azərbaycan Respublikası CPM-in 42.N.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində müvafiq cinayət tərkibinin olmadığı müəyyən edildiyinə görə Azərbaycan Respublikası CM-in 22N.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in N26.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 sentyabr 202N-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Füzuli RPŞ-də saxlanılan, cinayətin aləti olan bir ədəd bıçaq, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd şalvar, bir ədəd köynək və bir ədəd tuman məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar