Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-121/2023 12.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 Əflatdin oğlu və «DE FENDO» vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Ağdam şəhəri M.F.Axundov küçəsi ev 95-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan MR-sı Şərur rayonu Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan MR-sı Şərur rayonu Arbatan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Məhəmməd” adı ilə tanıdıqları İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə qrupun üzvü tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan həmin maddələri əldə edib 4000 (dörd min) manat müqabilində qrupun digər üzvünə çatdırmağı qabaqcadan vəd vermişlər, bundan sonra cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş və hər biri külli miqdar təşkil edən 4073,5 qram qurudulmuş marixuana, 4061,0342 qram həşiş qətranı, 1983,7 qram tiryək, ümumi təsir miqdarı 22,057 qram olan 472 ml. metadon məhlulu və 589 ədəd metadon həblərini bir ədəd bağlamada Beyləqan rayonu, İmamverdili kəndi ərazisində (Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının arxa hüdudları), kol bitkilərinin arasında gizlədilməsi barədə Təqsirləndirilən şəxs1 məlumat verməsindən sonra cinayətkar qrupun üzvləri arasında əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun sonuncu qeyd olunan narkotik vasitələri əldə etmək məqsədilə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 həmin əraziyə göndərmiş, Təqsirləndirilən şəxs2 da həmin əraziyə gələrək qeyd olunan bir bağlamada külli miqdarda narkotik vasitələri gizlədilmiş yerdən qanunsuz olaraq əldə edib, daşıyarkən, bu barədə əməliyyat məlumatı almış Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının 17 yanvar 2022-ci il tarixdə saat 23:50-də keçirdikləri əməliyyat tədbirləri zamanı o, saxlanılaraq üzərindən qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində gösətmişdir ki, İranlı Məhəmməd adlı şəxslə «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Məhəmmədən istifadə etmək üçün bir iki dəfə 1-2 qramlıq narkotik vasitə almışdır. Məhəmməd ona İrandan qurudulmuş narkortik vasitə marixuana göndərəcəyini, onun dediyi adama çatdıracağı təqdirdə ona 4000 manat pul verəcəyini təklif etmiş, maddi imkanı zəif olduğu üçün onun təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, sonuncunun çörək və lavaş sexində fəhlə işləyir. 17 yanvar 2022-ci il tarixdə Ruhinin avtombili olduğu üçün ona, onunla birlikdə Beyləqan rayonuna paket götürmək üçün getməsini demiş, həmin paketdə nə olacağı barədə heç nə deməmiş, lakin Ruhin ondan şübhələndiyi üçün onunla Beyləqan rayonuna getməkdən imtina etdiyindən özü taksi ilə getmişdir. Ruhindən Beyləqana getmək üçün 50 manat borc almışdır. Həmin tarixdə Beyləqan rayonu, Bəhrəmtəpə istiqamətində getmiş, iranlı Məhəmmədin ona şəklini atdığı narkotik vasitəsinin qoyduğu yerdən içərisində narkotik vasitə olan bağlamanı götürmək istəyərkən dayan komandası verilmiş, bu səbəbdən də, o bağlamanı götürə bilməmiş və sərhədçilər tərəfindən saxlanılmışdır. İranlı Məhəmmədlə özü danışmış, Ruhinin Məhəmmədlə heç bir əlaqəsi olmamışdır. Sərhədçilər tərəfindən tutularkən ona təziq və təsirlər olduğundan, ona «sən bu işdə tək deyilsən» sözlərini dediklərindən, həmçinin Ruhin tərəfindən DSX-ya məlumat verildiyinə görə tutulduğunu düşündüyü üçün dostu Ruhinin adını vermişdir. Əslində Ruhinin bu işdə heç bir günahı yoxdur, Ruhinlə narkotik vasitəsi barədə heç bir söz danışmamış, eləcə də İranlı Məhəmmədin də Ruhinlə heç bir danışığı olmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, gösətmişdir ki, Təqsirləndirilən şəxs1 ilə təxminən 10 ildir münasibəti olmuş və Ruhinin lavaş sexində işləmişdir. 17 yanvar 2022-ci il tarixdə işdən sonra Ruhin ona bildirmişdir ki, İran İslam Respublikasında olan tanışı Məhəmməd ona təxmini çəkisi 4000 qram olan külli miqdarda narkotik vasitə göndərəcəkdir. Ruhin ona təklif etmişdir ki, həmin narkotik vasitəni Bakı şəhərindən Beyləqan rayonuna gedərək götürsə və Bakı şəhərinə gətirərək Ruhinə təhvil versə bunun müqabilində ona 2000 manat pul verəcəkdir. Pula ehtiyacı olduğundan razılıq vermişdir. Bundan sonra Ruhin ona 50 manat yol pulu, öz ikinci mobil telefonunu, iranlı Məhəmmədin +**********85 saylı nömrəsini vermişdir. O, 3-cü mikrorayon dairəsinin yanında olan taksilərin biri ilə Beyləqan istiqamətində getmişdir. Yolda gedərkən həm Ruhin ilə, həm də iranlı Məhəmməd ilə əlaqə saxlamışdır. Narkotik vasitələrin olduğu bağlamanın yeri və fotoşəklini ona həm Ruhin, həm də Məhəmməd göndərmişdir. Bəhrəmtəpə istiqamətində düşdükdən sonra bağlamanın olduğu yeri bir xeyli axtarmışdır. 17 yanvar 2022-ci il tarixdə saat 23 radələrində içərisində narkotik vasitə olan bağlamanı tapmış və ərazidən götürmüşdür. Bağlamanı götürdükdən sonra ona dayan komandası verərək saxlamışlar. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində Beyləqan rayonunda narkotik vasitə götürməsindən Ruhinin xəbərinin olmaması, İranlı Məhəmmədlə özünün əlaqə saxlaması, Ruhinin Məhəmmədi tanımaması, onunla telefonda danışmaması, narkotik vasitə götürmək üçün gəlsə belə, narkotik vasitələri götürməməsi, xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü və digər Təqsirləndirilən şəxs1 münasibətdə müdafiə xarakteri daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs2un ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində gösətmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki tanıyır, onunla birlikdə lavaş bişirmə sexində işləyirlər. İşdə olduğu vaxt Azər ona yaxınlaşaraq ona İmişli rayonuna getməyi təklif etmiş, o Azərdən şübhələndiyi üçün onunla getməkdən imtina etmiş. Axşam saat 4-5 radələrində Azər ona yaxınlaşaraq İmişli rayonundan bağlama götürəcəyini, həmin bağlamanın müqabilində ona 4000 manat pul veriləcəyini, həmin puldan 2000 manat pul veriləcəyini demiş, o Azərin təklifini rədd etmişdir. X6 rayonu ərazisində tutulduğunu, tutulan zaman onun da adının çəkdiyini bilmişdir. O, heç bir iranlı ilə telefonla danışmamış, Azərə telefon vasitəsi ilə «konum» yəni narkotik vasitəsinin yerləşdiyi yeri atmamış, Azərə 50 manat verdiyi pulu isə onun 2 günlük işləyəcəyi pul olmuşdur. Bakı şəhərində yaşayan iranlı Hüseyn adlı şəxsi tanıyır, onunla çörəkbişirmə ilə əlaqədar danışmışdır, başqa danışıqları olmamışdır. Özünü yalnız Azərin narkotik vasitəsi dalınca getməsini bildiyi, yəni cinayəti bilib gizlətdiyi üçün günahkar bilir. İstintaq zamanı ifadə verərkən müdafiəçisi yanında olmamış, Azərlə üzləşdirmə aparılan zaman Azər onun üzünə narkotiklə bağlı heç bir söz deməmişdir. Günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, Hüseyn adlı iranlı şəxslə təxminən 5-6 ay əvvəl İnstaqram vasitəsi ilə çörəkbişirmə ilə əlaqədar tanış olmuşdur. Onun həmin şəxslə ancaq çörəkbişirmə ilə əlaqədar yazışmaları olmuşdur. Sonra da onlar "WhatsApp" proqramı vasitəsi ilə danışmağa başlamışlar. O narkotik vasitə istifadə etdiyi müddətdə Hüseynə müraciət edərək ondan narkotik istəmişdir. Hüseyn ona bildirmişdir ki, onun Bakı şəhərində tanışları var və həmin şəxslər vasitəsi ilə ona narkotik təşkil edə bilər. Dəqiq xatırlamadığı vaxtlarda o 3 halda, 3 qram, 4 qram və 5 qram olmaqla Hüseyndən metamfetamin almışdır. Belə ki, o hər qramı üçün 20 manat olmaqla pulu Milliön vasitəsi ilə Azərtürk bankına məxsus karta göndərmişdir. Həmin şəxslər isə narkotikin olduğu yeri ona deyir, o isə gedib götürmüşdür. Hüseyn bir neçə dəfə ona təklif etmişdir ki, sərhəddən gedib narkotik götürüb gətirib Bakı şəhərinə versin və bunun müqabilində ona pul verəcəklər. O, isə Hüseynin bu təklifi ilə razılaşmamışdır. Sonuncu dəfə 16 yanvar 2022-ci il tarixdə Hüseyn ona zəng edib demişdir ki, Beyləqan rayonunda yolun kənarında bağlama qoyacaq, onu götürüb Bakı şəhərinə gətirsə ona 4000 manat pul verəcəkdir. Hüseyn ona bildirmişdir ki, həmin bağlamada təhlükəli heçnə yoxdur. O, Hüseynin təklifi ilə razılaşmamışdır. Ancaq bu məsələ ilə bağlı onun işçisi olan Azərə danışmışdır. Bu barədə Azərə bildirəndə, sonuncu razı olduğunu demişdir. O Azərə bildirmişdir ki, o getməyəcək, ancaq demişdir ki, 4000 manat pul təklif edilmiş, əgər gedib Hüseynin dediyi bağlamanı gətirsə, həmin 4000 manatın 2000 manatı onundur. Azər 17 yanvar 2022-ci il tarixdə Beyləqana getmişdir. Ancaq o Hüseynin nömrəsini Azərə verməmişdir. Azər özü həmin Hüseyn ilə İnstaqramda tanış olmuş, onun nömrəsini özündən götürmüşdür. Hüseyn öz adını Azərə Məhəmməd kimi demişdir, yəni Hüseyn və Məhəmməd eyni şəxslərdir. Narkotikin olduğu yerin şəklini və koordinatlarını Hüseyn Azərə göndərmişdir. Onun narkotikin olduğu yer barədə dəqiq heç bir məlumatı olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində Azərin ona yaxınlaşaraq Beyləqan rayonundan bağlama götürəcəyini, həmin bağlamanın müqavilində ona 4000 manat pul veriləcəyini, həmin puldan 2000 manat pul veriləcəyini deməməsi, heç bir iranlı ilə telefonla danışmaması, Azərə telefon vasitəsi ilə «konum» yəni narkotik vasitəsinin yerləşdiyi yeri atmaması, xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qullucçusu Şahid1 ifadəsində göstərmişdir ki, 17 yavnar 2022-ci il tarixdə qabaqlayıcı əməliyyat məlumatı əsasında o və digər hərbi qulluqçular hərbi hissənin inzibati binasında müvafiq tədbir keçirilməsi ilə bağlı müşavirə keçirmişlər. Müşavirədən sonra o, gizir Şahid2 ilə birlikdə 22-ci sərhəd zastavasının 30-cu sahəsinin arxa istiqamətində, 17 yanvar 2022ci il saat 22:00-dan 18 yanvar 2022-ci il saat 02:30-dək «pusqu» sərhəd naryadı xidmətini təşkil etmişlər. Onlara məlumat verilmişdi ki, əraziyə külli miqdarda narkotik vasitə gizlədilmiş və həmin vasitələrin dalınca məlum olmayan şəxslərin gəlməsi ehtimal olunur. 17 yanvar 2022-ci il tarixdən 18 yanvar 2022-ci il tarixə keçən gecə, saat 00 radələrində Beyləqan rayonu, İmamverdili kəndi, 22-ci sərhəd zastavasının ərazisində asfalt yol ilə avtomaşının gəlməsini müşahidə etmişlər. Həmin avtomaşın yolun kənarında dayanmış və həmin avtomaşından bir nəfər düşmüşdür. Daha sonra avtomaşın hərəkət edərək ərazidən uzaqlaşmışdır. Avtomaşından düşən şəxs yolun kənarında kolluq ərazidə axtarış aparmağa başlamışdır. Bir neçə dəqiqə sonra sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 içərisində külli miqdarda narkotik vasitələr olan bir ədəd bağlamanı götürərək geriyə qayıtmaq istəyərkən onlar həmin şəxsə dayan komandası vermişlər. Təqsirləndirilən şəxs2 əmrə tabe olmayaraq əlindəki bir ədəd bağlamanı yerə ataraq qaçmağa başlamışdır. Lakin şübhəli şəxs hadisə yerində saxlanılmışdır. Bundan sonra hadisə yerinə gələn həyəcan qrupu aşkar edilmiş bağlamanı saxlanılan şəxslə birlikdə sərhəd zastavasına aparmışdır. Şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 18 yanvar 2022-ci il tarixdə N nömrəli hərbi hissənin təhqiqatçısı Tural Məhərrəmov ona 22-ci sərhəd zastavasının arxa hüdudlarında narkotik vəsitəyə oxşar maddələr olduğunu bildirmiş və təklif etmişdir ki, həmin maddələri ərazidən götürmədə və narkotik vasitələrə baxışın keçirilməsində hal şahidi qismində iştirak etsin. O, razılıq verdikdən sonra birlikdə 22-ci sərhəd zastavasının arxa istiqamətində, Beyləqan rayonu Əhmədli kənd ərazisində qeyd olunan sahəyə getmişlər. Orada, saxlanılan şəxs Təqsirləndirilən şəxs2 və hərbi qulluqçular da olmuşdur. Təhqiqatçı tərəfindən onların iştirakı ilə içərisində külli miqdarda narkotik vasitələrə oxşar maddələr olan bir ədəd bağlama aşkar olunaraq götürülmüş və sərhəd zastavasına gətirilmişdir. Sərhəd zastavasında bağlamalara baxış keçirilməyə başlanılmışdır. Qeyd olunan bağlamalar açıldıqda içərisindən bükülü halda böyük çəkidə qurudulmuş marixuana, tiryək, həşiş narkotikə oxşar maddələr, həmçinin metadon deyilən dərman həbləri və su formasına narkotikə bənzər maddələr aşkar edildi. Aşkar olunaraq götürülmüş maddələr qablaşdırılaraq möhürlənmiş imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2022-ci il tarixli 7/49 №-li rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş narıncı rəngli sintetik torbada üzərləri skoçla bağlanmış 6 (altı) ədəd bağlamalarda ayrı-ayrılıqda çəkiləri-1001,2qram; 898,5qram: 525,7qram; 589,4qram; 413,2qram; 645,5qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla haırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi-4073,5qram qramdır. - Tədqiqata təqdim olunmuş həmin narıncı rəngli sintetik torbada 4 ədəd üzərləri skçla bağlanmış (3 ədəd gümüşü , 1 ədəd qızılı rəngli) düzbucaqşəkilli polietilen bağlamalardan birinci bağlamada ağ rəngli polietilen paketdə 2 ədəd nazik ağ sellofan bükülülərdə ümumi çəkisi-1004,8qram və iki ədəd plitələrin arasında üzərində “EXPORT, GOLD” yazıları olan kart, qızılı sapla plitələrə bərkidilmiş kiçik polietelen paketdə nazik sellofan bükülüdə təmiz çəkisi-3,7230qram, ikinci bağlamada ağ rəngli, polietilen paketdə 2 ədəd nazik ağ sellofan bükülülərdə ümumi çəkisi-1005,8qram və iki ədəd plitələrin arasında üzərində “EXPORT, GOLD” yazıları olan kart, qızılı sapla plitələrə bərkidilmiş kiçik polietelen paketdə nazik sellofan bükülüdə təmiz çəkisi- 4,0930qram, üçüncü bağlamada ağ rəngli polietilen paketdə 2 ədəd nazik ağ sellofan bükülülərdə ümumi çəkisi- 1014,6qram və iki ədəd plitələrin arasında üzərində “EXPORT. GOLD” yazıları olan kart, qızılı sapla plitələrə bərkidilmiş kiçik polietelen paketdə nazik sellofan bükülüdə təmiz çəkisi-4,6998qram və dördüncü bağlamada ağ rəngli polietilen paketdə 2 ədəd nazik ağ sellofan bükülülərdə ümumi çəkisi-1019,2qram və iki ədəd plitələrin arasında üzərində “EXPORT, GOLD” yazıları olan kart, qızılı sapla plitələrə bərkidilmiş kiçik polietelen p^tde^nazik sellofan bükülüdə təmiz çəkisi- 4,1184qram olan maddələr (bitki tərkibində narkotik maddələr olan və iki ədəd plitələrin arasında üzərində “EXPORT, GOLD” yazıları olan kart, qızılı sapla plitlərə bərkidilmiş kiçik poloitelen paketdə nazik sellofan bükülüdə təmiz çəkisi 4,1184 qram olan maddələr (bitka mənşəli kütlələr) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. Ekspertizanın keçirilməsində sərf edilmiş narkotik vasitələr nəzərə alınmaqla, narkotik vasitə qurudulmuş marixuananın qalığı 4073,2 qram, həşiş qətranının qalığı 4060,8742 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 66 (altmış altı) manat 46 (qırx altı) qəpikdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 yanvar 2022-ci il tarixli 6/325 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün N21” dairəvi möhür əksi olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,026qram ağ rəngli kristal! şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: 2002N-İİ Hərbi Hissə LİTR “Ç” dairəvi möhür əksi olan narıncı rəngli kisədə olan. -2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1000,9qr və 982.8qr, ümumi təmiz çəkisi 1983,7qram (1kq 983,7qr) tünd qəhvəyi rəngli qərtanabənzər spesifik iyli maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; - 2( iki) ədəd plastik butulkada ümumi 472ml həcmində( ayrı-ayrılıqda 242ml və 230ml) açıq sarımtıl şəffaf maye kustar usülla hazırlanmlş metadon məhluludur və həmin məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,477 qramdır ( 0,235qr və 0,242qr); - üzərində “Methadone 40” markalanma göstəricisi olan 49 ədəd konvalyutda , hər konvalyutda 10 ədəd, ümumi 490 ədəd üzərlərində “ F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 490 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 19,6qramdır ( bir həbdə 0,04qram metadon olmqla). - - 99 ədəd ağ rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 99 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 1,98 qramdır (bir həbdə 0,02qram metadon olmaqla).Tədqiqata təqdim edilmiş metadonun ümumi miqdarı 22,057qram təşki edir. Ekspertizaların keçirilməsində sərf edilmiş narkotik vasitələr nəzərə alınmaqla, narkotik vasitə tiryək qalığı 1983,4 qram, metamfetamin psixotrop maddəsi 0,006 qram, 220 ml və 232 ml metadon məhlulu və 480 və 94 ədəd metadon həbləri təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatatdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2058 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 psixostimulyatorlardan istifadə etmə halları olmuşdur, lakin hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2214 nömrəli rəylərindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbul edilməsi nəticəsində yaranan aslılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1024 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 960 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan kömpüter texniki 12 aprel 2022-ci il tarixli 5/340 nömrəli rəyindən görünür ki, 1.təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemin ilə təchiz olunmuş “Samsung Galaxy A 70” markalı arxa markalanma göstəricisində olan “SM-A705FN/DS” modelli 3574xx/xx/824422/9, 3574xx/xx/824422/7 imei kodlu mobil smartfon hazırda işlək vəziyyəttədir. 2. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunmuş “Samsung Galaxy A 70” markalı “SM-A705FN/DS” modelli mobil smartfonun yaddaşında məlumatları silmədən istifadəçi tərəfindən tədqiq edilmiş xüsusi qrafiq təsvirlə (parol-password) mühavizə olunan ekran kilidiləğv etmək mümkün olmadı. 3. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə Samsung Galaxy A 70” markalı “SM-A705FN/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontak, zəng, “SMS” mesaj, foto, video, audio, fayllar, WhatApp proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) məlumatların olub-olmaması , eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, baxış yeri Beyləqan rayonu Əhmədli kəndi ərazisində yerləşən N №-li hərbi hissənin 22-ci sərhəd zastavasının 30-cü sahəsinin arxa istiqamətidir. N №-li hərbi hissənin 22-ci sərhəd zastavasının 30-cü sahəsinin arxa istiqaməti əkin sahələrindən ibarət olan ərazidir. Vətəndaş Təqsirləndirilən şəxs2 22-ci sərhəd zastavasının 30- cü sahəsinin arxa istiqamətində olan əkin sahəsinin kənarında saxlanılmışdır. Vətəndaş Təqsirləndirilən şəxs2 saxlanıldığı yerdən 22-ci sərhəd zastavasının 30-cü sahəsinə qədər olan olan məsafə 1000 (min) metr təşkil edir. Vətəndaş Təqsirləndirilən şəxs2 saxlanıldığı yerə baxış keçirildi, onun saxlanıldığı yerdə bir ədəd narıncı rəngli torba aşkar olunaraq götürüldü. Əraziyə baxış zamanı digər hər hansısa bir əhəmiyyət kəsb edən əşya nədə predmet aşkar olunmadı. Vətəndaş Təqsirləndirilən şəxs2 həmin torbanı kol bitkilərinin arasında olan beton dirəyin yanından götürdüyünü və İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsin həmin torbanı oraya atdığını bildirdi. Bunula da baxış sona çatdı. Aşkar olunan torba qablaşdırılaraq götürüldü. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli «aşkar olunmuş predmetə baxış keçirilməsi və götürmə haqqında» protokoldan görünür ki, N nömrəli hərbi hissənin 22-ci sərhəd zastavasının 30-cu sahəsinin arxa hüdudlarından aşkar olunaraq götürülmüş bir ədəd narıncı rəngli torbanın daxilinə baxış keçirilərkən orada narkotik vasitə marixuanaya oxşar 4300 qram, tiryəkə oxşar 2000 qram, həşişə oxşar 4300 qram, üzərinə "Metadon- 40" sözləri yazılmış 590 ədəd dərman həbi və 2 ədəd 250 ml plasmas qabda metadon suyu olması müəyyən edilmişdir. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli «mobil telefona və kartlara baxış haqqında» protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mobil nömrələri arasında hadisənin baş verdiyi ərəfələrdə mütəmadi olaraq telefon danışıqları olmuşdur. Eyni zamanda hadisə günü, yəni 17 yanvar 2022-ci il tarixdə İran İslam Respublikası operatoruna məxsus +**********85 saylı nömrə ilə danışıqların olması müəyyən edilmişdir. Eyni zamanda həmin mobil telefonun yaddaşında hadisə günü içərisində narkotik vasitələr olan bağlamanın və bağlamanın olduğu yerin fotoşəkillərinin olması da müəyyən edilmişdir. İş materiallarında olan 05 noyabr 2022-ci il tarixli «mobil telefona və mobil kartlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, İphone markalı mobil telefonun daxilində ********** saylı nömrənin olması müəyyən edilmişdir. Mobil telefonun içərisində olan məlumatlara baxış keçirilərkən hadisə günü, yəni 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə ilə danışıqların olması müəyyən edilmişdir. Eyni zamanda Məhəmməd adlı İran İslam Respublikası vətəndaşının istifadəsində olan +**********85 saylı nömrə ilə danışıqların olması müəyyən edilmişdir. Mobil telefonun yaddaşında hadisə günü içərisində narkotik vasitələr olan bağlamanın və bağlamanın olduğu yerin fotoşəkillərinin olması da müəyyən edilmişdir. - «Nokia» markalı mobil telefonun daxilində ********** saylı nömrənin olması müəyyən edilmişdir. Mobil telefonun içərisində olan məlumatlara baxış keçirilərkən hadisə günü, yəni 17 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə ilə danışıqların olması müəyyən edilmişdir. İş materiallarında olan 14 iyun 2022-ci il tarizxli Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** saylı nömrə digər Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə onun öz adına rəsmiləşdirilməmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** və ********** saylı nömrələr arasında hadisə günü, yəni 17 yanvar 2022-ci il tarixdə gün ərzində və saat 23 radələrində mütəmadi danışıqların olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan ********** saylı nömrə ilə 17 yanvar 2022-ci il tarixdə **********, **********, **********, **********, ********** , ********** , **********, ********** və ********** saylı nömrələr arasında danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı nömrə ilə 17 yanvar 2022-Cİ il tarixdə ********** saylı nömrə arasında danışıq olması f müəyyən edilmişdir. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli «inzibati qaydada tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 gecə saat 02:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli «şübhəli şəxs qismində tutulma haqqında» protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şubhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində həbs olunmasının əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DSX-in xx.xx.2022-ci il tarixli 16/122 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə saat 23:50-də hərbi qulluqçular tərəfindən saxlanılmışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəlinin onun azadlığının faktiki məhdudlaşdırıldığı 17 yanvar 2022-ci il tarixdən hesablanmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış İdarəsindən və N nömrəli hərbi hissədən alınmış sorğunun cavabından görünür ki, aşkar edilərək götürülmüş narkotik vasitəni İran İslam Respublikasından Azərbaycan Respublikasına İran İslam Respublikası Aslandüz rayon Gürşad kənd sakini X2 və Parsabad rayonu Uzuntəpə kənd sakini X3 tərəfindən göndərilmişdir. Həmin narkotik vasitəni ərazidən götürmək üçün 2000 manat pul müqabilində Təqsirləndirilən şəxs2 gəlməsi müəyyən edilmişdir. Eyni zamanda hazırki cinayətin digər iştirakçısının da Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. İş materiallarında olan 17 fevral 2022-ci il tarixli Ağdam şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri və ailə tərkibi arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam şəhəri, M.F.Axundov küçəsi ev 95-də qeydiyyatda olmaqla hazırda məcburi köçkün kimi Kürdəmir rayonu, 564 ailəlik qəsəbə, bina 11, mənzil 21-də yaşayr, ailə tərkibi arvadından və 2012-ci il təvəllüdlü X11 adlı uşağından ibarətdir, barəsində heç bir ərizə və şikayət dlaxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Arbatan kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 fevral 2022-ci il tarixli yaşayış yeri, ailə tərkibi haqqında arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Naxçıvan Muxtar Respublikası Arbatan kəndində qeydiyyatda durur, yaşadığı müddət ərzində özünün ideya və mənəvi səviyyəsinin yüksəldilməsi üzrə həmişə çalışmış, cəmiyyətdə yoldaşları arasında həmişə hörmət qazanmış, ərazidə aparılan bütün idman tədbirlərində yaxından iştirak etmiş, gənclərin idman tərbiyyəsinin formalaşmasında böyük rolu olmuş, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 05 may 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 4073,2 qram narkotik vasitə qurudulmuş marixuanna, 4060,8742 qram narkotik vasitə həşiş qətranı, 1983,4 qram narkotik vasitə tiryək, 574 ədəd metadon həbləri, 452 ml metadon mayesi və 0,06 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan 07 fevral 2022-ci il tarixli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xəstəxanada müalicə olunmamışdırlar. İş materiallarında olan 28 mart 2022-ci il tarixli Respublika Narkoloji Mərkəzinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xəstəxanada qeydiyyatda yoxdur, Təqsirləndirilən şəxs2 xx.xx.2018-xx.xx.2018 və xx.xx.2020-xx.xx.2020 tarixlərdə xəstəxanada stasionar müalicədə olmuşdur. İş materiallarında olan, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə haqqında protokoldan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Beyləqan rayonu ərazisindən narkotik vasitələri əldə etmək üçün Təqsirləndirilən şəxs1 tərəfindən həmin əraziyə göndərildiyini sonuncunun üzünə qarşı bildirmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyəti özlərinə məlum olan “Hüseyn” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və metadon həblərini əldə etmiş, saxlamış və daşımış, habelə həmin maddələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və metadon həblərini qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq 234.4.1 və 234.4.3cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onların qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CMnin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və “Hüseyn” (Məhəmməd) adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə və metadon həblərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin realizə olunmasını təmin edəcəkdir. Həmin razılaşmadan sonra “Hüseyn” (Məhəmməd) adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və metadon həblərini İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs2 həmin yerdən bu maddələri satış məqsədi ilə əldə edib saxlamış, lakin həmin vaxt sonuncu Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti özünə məlum olan “Hüseyn” (Məhəmməd) adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik və silahın qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan “Hüseyn” adlı şəxs tərəfindən narkotik vasitələrin və metadon həblərinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat Təqsirləndirilən şəxs1 verdikdən sonra Təqsirləndirilən şəxs2 həmin maddələri əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Hüseyn” (Məhəmməd) adlı şəxs tərəfindən həmin maddələr qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyəti məlum olmayan “Hüseyn” adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitələrin əldə edib realizə olunmasına əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilməklə CMnin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-nin 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə etdiyi narkotik vasitələr “külli miqdar” kimi qiymətləndirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən ibtidai istintaq zamanı cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal köməklik etməsi Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsində göstərilir ki, bu məcəllənin 59.1.10-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hisssəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən bu hallar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olmasını, əməlini qismən etiraf etməsini və peşman olmasını, ailəsində yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olmalarını, ilk məhkumluğunu, məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən yüngülləşdirici hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - X7 İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4073,2 qram narkotik vasitə qurudulmuş marixuanna, 4060,8742 qram narkotik vasitə həşiş qətranı, 1983,4 qram narkotik vasitə tiryək, 574 ədəd metadon həbləri, 452 ml metadon mayesi və 0,06 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “İphone” markalı, eyni zamanda ona məxsus və DSX-nin istintaq və təhqiqat idarəsində saxlanılan digər “Nokia” markalı və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 260 (iki yüz altmış) manat 46 (qırx altı) qəpik məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 130 (yüz otuz) manat 23 (iyirmi üç) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəlinin onun azadlığının faktiki məhdudşaldırıldığı 17 yanvar 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs1 isə cəza çəkmə müddətinin əvvəlinin azadlıqlarının faktiki məhdudşaldırıldığı 18 yanvar 2022-ci il tarixdən hesablanmasını, əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 qəti cəza 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 130 (yüz otuz) manat 23 (iyirmi üç) qəpik məbləğində ekspertiza xərci Azər Cərovdan tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 qəti cəza 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 130 (yüz otuz) manat 23 (iyirmi üç) qəpik məbləğində ekspertiza xərci Azər Cərovdan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - X7 İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 4073,2 qram narkotik vasitə qurudulmuş marixuanna, 4060,8742 qram narkotik vasitə həşiş qətranı, 1983,4 qram narkotik vasitə tiryək, 574 ədəd metadon həbləri, 452 ml metadon mayesi və 0,006 qram psixotrop maddə metamfetamin məhv edilsin. - X7 İstintaq və Təhqiqat İdarəsində saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məxsus “Nokia” markalı və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd “Samsung” markalı mobil telefonlar onların yaxın qohumlarına qaytarılsın. - İş materiallarında saxlanılan Təqsirləndirilən şəxs2 məxsus “İphone” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-121/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-121/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver