Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-122/2022 18.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Yardımlı rayonunun Avaş kəndində qeydiyyatda olmaqla həmin orada yaşamış, barəsində 02 avqust 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitənin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə İran İslam Respublikası vətəndaşı və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvləri tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 20675 qram çəkidə narkotik vasitə heroini əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Yardımlı rayonu ərazisində gizlədərək ona məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib özünə məxsus Şirvan şəhəri, “Kənd evləri” massivində yerləşən nömrəsiz fərdi evin həyətyanı sahəsində yerləşən anbara daşıyaraq orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 şöbəsinin əməkdaşları tərəfindən 01 avqust 2021-ci ildə, gecə saat 01 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Yardımlı rayonunun Avaş kəndində saxlanılmış, həmin gün saat 05 radələrində şöbənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə sonuncuya məxsus Şirvan şəhəri, “Kənd evləri” massivində yerləşən nömrəsiz fərdi evə keçirilən baxış zamanı evin həyətyanı sahəsində olan anbardan bir ədəd qara rəngli sellofan torbada qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı, 30 ədəd ayrı-ayrı bükümlərdə və müxtəlif çəkilərdə olmaqla ümumilikdə külli miqdarda - 20675 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 iyul 2021-ci ildə saat 11 radələrində tanışı İran İslam Respublikasının vətəndaşı Emin adlı şəxs Vatsapla ona zəng edərək Yardımlı rayonunun Avaş kəndinə bağlamada şəkərli diabet xəstələri üçün dərman göndərdiyini və onun gedib həmin bağlamanı götürməsini tapşırmış, bunun müqabilində ona 7000 manat pul verəcəyini bildirmiş, xəstə uşaqlarının müalicəsi ilə bağlı maddi imkanı olmadığından onunla razılaşmış, özünə məxsus “Mitsubishi” markalı avtomobillə Eminin dediyi yerə gedərək orada, yolun kənarında bir ədəd qara rəngli bağlamanın olduğunu görüb götürərək onu avtomobilinə qoyub Şirvan şəhərində yerləşən fərdi yaşayış evinə apararaq orada gizlətmiş, sonra yaşadığı Yardımlı rayonuna qayıtmış, həmin gün gecə saat 00:00 radələrində polis əməkdaşları evinə gəlmiş, polis əməkdaşları ilə birgə Şirvan şəhərinə gedərək Emin adlı şəxsin ona göndərdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitə polis əməkdaşı tərəfindən rəsmiləşdirilərk götürülmüş, sonra protokol yazılaraq orada iştirak edən şəxslər, o cümlədən onun tərəfindən imzalanmışdır.Cinayəti maddi imkansızlığı səbəbi ilə bağlı törətdiyini, himayəsində heç bir yerdə işləməyən arvadı və xəstə uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Yardımlı rayonunun Avaş kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və onların prekursorlarını əldə etməsi, saxlaması, daşıması və satması barədə 31 iyul 2021ci ildə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinə əməliyyat daxil olmuş, məlumat əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 01 avqust 2021-ci ildə, saat 01 radələrində yaşadığı evin yaxınlığında saxlanılmış, ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinməsi bildirilərkən sonuncu Şirvan şəhərində yerləşən yeni tikdirdiyi evdə narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmiş, əməliyyat qrupunun üzvləri Şirvan şəhəri, «Kənd evləri» massivi adlanan ərazidə tikilməkdə olan nömrəsiz fərdi yaşayış ünvanına gedərək sonuncunun razılığı ilə həyətə daxil olaraq videoçəkiliş aparılmaqla baxış keçirilmiş, baxış zamanı sonuncu evin həyətində anbar kimi istifadə etdiyi yerdən bir ədəd qara rəngli sellofan torba çıxarıb onlara təqdim etmiş, torbada olan narkotik vasitələri iki gün əvvəl İran vətəndaşı Emin adlı şəxsin yaşadığı kəndin qırağına gətirib qoyduğunu, oradan götürüb Eminin dediyi yerə qoyacağı halda ona 7000 manat pul veriləcəyini bildirmiş, sellofan torbanın içərisinə baxış keçirilərkən içərisində 30 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunmuş, narkotik vasitə heroinə bənzər kütlələr elektron tərəzidə çəkilərkən çəkisi 21,98 kiloqram olmuş, sonra keçirilən baxışla bağlı tərtib edilmiş protokola orada iştirak edən şəxslər imza etsə də, Təqsirləndirilən şəxs imza etməkdən imtina etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “Baxış və götürmə aparılması haqqında” 01 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2021-ci ildə, gecə saat 01 radələrində Yardımlı rayonunun Avaş kəndində saxlanılmış və həmin gün saat 05 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə ona məxsus Şirvan şəhəri, “Kənd evləri” massivində yerləşən nömrəsiz fərdi evə keçirilən baxış zamanı evin həyətyanı sahəsində yerləşən anbardan bir ədəd qara rəngli sellofan torbada 30 ədəd bükümdə ayrılıqda çəkiləri 1010 qram, 705 qram, 520 qram, 430 qram, 980 qram, 550 qram, 1050 qram, 790 qram, 845 qram, 645 qram, 575 qram, 410 qram, 580 qram, 495 qram, 630 qram, 585 qram, 755 qram, 655 qram, 450 qram, 765 qram, 800 qram, 830 qram, 660 qram, 1035 qram, 785 qram, 490 qram, 525 qram, 780 qram, 565 qram və 780 qram olmaqla ümumilikdə 20675 qram çəkidə narkotik vasitə heroin və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş, baxış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” disk protokola əlavə edilmişdir. Odur ki, həmin 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 01 avqust 2021-ci il tarixli 19/718 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs Şirvan şəhərində təqdim etdiyi 30 bükümdə narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi ...”sözlər və imzalar olan bir ədəd kisədəki, 30 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi - 1010 qram, 705 qram, 520 qram, 430 qram, 980 qram, 550 qram, 1050 qram, 790 qram, 845 qram, 645 qram, 575 qram, 410 qram, 580 qram, 495 qram, 630 qram, 585 qram, 755 qram, 655 qram, 450 qram, 765 qram, 800 qram, 830 qram, 660 qram, 1035 qram, 785 qram, 490 qram, 525 qram, 780 qram, 565 qram, 780 qram, ümumi təmiz çəkisi 20675 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biri ilə eynidirlər və 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 20675 qram, tədqiqata sərf edildi – 1,5 qram, (hər ob. 0,05 qr.), qalıq çəkisi – 20673,5 qramdır. İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli, 4528 nömrəli ambulator məcburinarkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.” İş materiallarında olan 15 sentyabr 2021-ci il tarixli, 2143 nömrəli ambulator məhkəmə- psixiatrik ekspertizasının rəyindən görünür ki, “Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və ya 22-ci maddələrinin təsiri altna düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.” İş materiallarında olan 27 sentyabr 2021-ci il tarixli 205-4384-1221 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olması, aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxsdən əldə etməsi, Emin adlı şəxsin narkotik vasitələri müxtəlif şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Təqsirləndirilən şəxs verməsi aşkar edilsə də, onun digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikasının vətəndaşı “Emin” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 5(038)-24/2021 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” 31 iyul 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan 07 avqust 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınan və ümumi qalıq çəkisi 20673,5 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 19 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2.001 manat məbləğində pul vəsaiti maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmişdir. İş materiallarında olan 20 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsunq» markalı mobil telefon aparatı və 01 ədəd alışqanın ailəsinə verilməsi üçün müdafiəçi X1 təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə olan heroin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin tövsifi məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs hərəkətlərini Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32,5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və bundan sonra Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni 01 avqust 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 02 avqust 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 01 avqust 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs İmanov X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən CM-in 206.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-in 62.1-ci maddəi tətbiq olunmaqla 03 il müddətə azadıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında əlavə edilmiş Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı əfv sərəncamından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 6 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş 23 avqust 2021-ci il tarixli il tarixli 174 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs İmanov X6 rayonunun Avaş kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyn arvadı və bir yetkinlik yaşına çaymayan uşağı ilə birlikdə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və bir yetkinlik yaşına çaymayan uşağının olmasını, eyni zamanda yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq 20673,5 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 2001 manat məbləğində pul vəsaiti onun qardaşı X4 qaytarılmalı, baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsunq» markalı mobil telefon aparatının və 01 ədəd alışqanın ailəsinə qaytarılması üçün müdafiəçi X1 təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 32.5, 206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1 və 234.4.3-cü maddələri ilə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra ümumi qalıq 20673,5 qram narkotik vasitə heroin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsini, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına təhvil verilmiş 2001 manat məbləğində pul vəsaiti onun qardaşı X4 qaytarılsın, baxış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd «DVD» disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məxsus 01 ədəd «Samsunq» markalı mobil telefon aparatının və 01 ədəd alışqanın ailəsinə qaytarılması üçün müdafiəçi X1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov