Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-122/2023 17.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 6-cı Bayıl, L.Babayev küçəsi, ev 27-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 6-cı Bayıl, L.Babayev küçəsi, ev 27-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1966-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 6-cı Bayıl, L.Babayev küçəsi, ev 27-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs ilə evlənməsi məqsədilə onu oğurlayıb yaşadıqları Bakı şəhərinə aparmaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 23 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 məxsus “Kia Ceed” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb 24 noyabr 2021-ci il tarixdə, saat 00:10 radələrində Zərərçəkmiş şəxs yaşadığı Beyləqan rayonu, Təzəkənd kəndindəki evin həyətinin darvazasının qarşısına çatıb orada avtomobildən düşəndən sonra Təqsirləndirilən şəxs3 evin həyətinin darvazasını bağlamaq istəyən Zərərçəkmiş şəxs qolundan tutub evin darvazasının qarşısında dayanmış Təqsirləndirilən şəxs1 məxsus avtomobilə tərəf dartıb apararkən Zərərçəkmiş şəxs qışqırıb səs-küy saldığına görə sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib əlləri ilə Zərərçəkmiş şəxs ağzından tutaraq səsinin çıxmasına imkan verməmiş, həmin vaxt aralarında olan razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə Zərərçəkmiş şəxs sağ əlindən, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs sağ qolundan tutub, bərk sıxaraq ona sağ milbilək oynağı və sağ əlin 1-ci barmağının əsas falanqa oynağı səviyyəsində əzələ-bağ aparatının gərilməsi xarakterli, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirərək onu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la birlikdə Təqsirləndirilən şəxs1 məxsus avtomobilə mindirdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili sürmüş, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmaqla yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 6-cı Bayıl, L.Babayev küçəsi, ev 27-də yerləşən evə aparmaqla oğurlamış, yəni adam oğurluğu cinayətini törətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma xalası qızıdır. Nərmini sevdiyi üçün ailəsi hadisədən əvvəl Nərmin üçün elçi getmiş, lakin Nərminin atası demişdir ki, fikirləşib bir cavab deyərik. Bundan sonra isə Nərminin anası Bahar, yaxın qohumları Səbinə, onun qızı Aytən, Könül anası vasitəsilə demişlər ki, gəlin qızı aparın və qızı aparmağa onları təkid etmişlər. Nərminin anası Bahar da demişdir ki, qızını razı salacaqdır. 21 noyabr 2021-ci ildə Səbinə telefon vasitəsilə səs yazısı göndərmişdir ki, qız əşyalarını yığıb hazırdı gəlin qızı aparın. Lakin, elə alınmış ki, noyabrın 21-i gedə bilməmişdir. Noyabrın 23-də isə anası Reyhan və qardaşı Tofiqlə birlikdə xalası Baharın Beyləqan rayonunda olan evinə getmişlər. Yolda gedəndə də telefonda əlaqə saxlamışlar, xalası demişdir ki, “gecə qapı açıq olacaq, özüm sizi qarşılayıb, qızı çıxaracam aparın”. Getdiklərində həqiqətən də qapı açıq olmuşdur. Xalası isə gəlib qarşılamış, görüşmüşlər. Həmin vaxt qardaşı maşında gözləmiş, özü və anası isə maşından düşmüşlər. Xalası demişdir ki, qızı gətirəcəm, daha sonra qızı çıxarıb vermiş onlara ki aparsınlar. Xalası Nərmini çölə çıxartdıqdan sonra, Nərmin ilk olaraq anası ilə salamlaşmış, daha sonra isə narazılığını bildirmişdir. Nərmin həmin vaxt bilmiş ki, onu qaçırdırlar, buna görə də narazılığını bildirmişdir. Bu zaman qız biraz səs-küy etmiş, amma onlar qıza heçnə etməmişlər. Lakin özü Nərminin qolundan tutmuş, o isə etiraz edərək qolunu buraxmağını demiş, bu zaman Nərmin maşına minməyə etiraz etmiş, xalası həmin vaxt Nərminə acıqlanmış, onlara isə demişdilər ki, “adətdəndir, qız da naz eliyər”. Bu zaman xalası qızına demişdir ki, “sakit dur, min maşına”. Bundan sonra qız maşına minmiş, maşını qardaşı sürmüş, özü qabaqda oturmuş, arxa sağ tərəfdə anası, sol tərəfdə isə qız oturmuşdur. Yolda gələrkən isə qız narazılığın bildirmişdir. Lakin, qızın anası və yaxın qohumları əvvəlcədən demişlər ki, qız narazılıq etsə də, fikir verməyin, adətdəndi olmalı bir şeydi. Anası isə yolda qızı sakitləşdirmiş, o isə etiraz etməmişdir daha. Yol boyu dəfələrlə mağazada maşını saxlamışlar, hətta Hacıqabul rayonunda yanacaqdoldurma məntəqəsində maşını saxlayanda, qız anası ilə birlikdə düşüb ayaqyoluna da getmişdir. Eyni zamanda yol boyu telefon vasitəsilə videokonfransda yaradılıb, ora qızın anası da qoşulub danışmışlar, qız hətta öz xoşluğu ilə getdiyini də demişdir. Qohumlar isə xeyir-dua verərək, get xoşbəxt ol demişlər. Hamıda bunu eşitmiş, qız öz xoşluğu getdiyini iki dəfə demişdir. Bundan sonra Bakı şəhərində evlərinə gəlib çatmışlar, daha sonra hamı yatmışdır. Səhər saat 08-də anası qızı yuxudan oyatmışdır. Bu zaman qız özünü narahat hiss etmiş, yemək-içmək təklif etmişlər, lakin istəməmişdir. Eyni zamanda qız onlara heçnə deməmiş, heç bir cavab verməmişdir. Özü qıza təklif etmişdir ki, halı pisdirsə həkim çağırsın, bundan sonra 103-ə zəng edərək təcili tibbi yardım çağırmış, həmin həkim isə qızı müayinə etdikdən sonra əsəblərinin yerində olmamasını, yemək-içmək vermək lazım olduğunu bildirib getmişdir. Daha sonra isə eşitmişlər ki, qızın atası, qardaşı onlardan polisə şikayət ediblər. Bundan sonra qızda narazılıq edərək, polisə şikayət edilməsindən sonra qalmaq istəmədiyini bildirmişdir. Həmin vaxt qız öz anası ilə telefonda danışmış, danışıqları gərgin olmuş, çünki anası qızın geri qayıtmağını istəməmişdir. Xalası qızının qalmasını, onunla evlənməsini istəyirdi. Bundan başqa dayıları da nəsihət edərək, bildirmişdir ki, “ayıbdır, kənd yeridir, qız qayıtmasın”. Özü isə ailənin bir qərara gəlməsini gözləmişdir. Axırıncı danışıq əmisi ilə olmuşdur. Elə bundan sonra da qızı geri qaytarmaq qərarına gəlmişdir. Daha sonra anası ilə birlikdə razılaşmışlar ki, qızı öz evlərinə aparıb, anasına təhvil versinlər. Bu məqsədlə qızı götürüb geriyə aparanda, Lökbatanı keçdikdə digər xalası zəng vurub onlara bildirmiş ki, “bular polisə zəng vurub, qızı qaytarmaq lazımdır”. Təklif də etmiş ki, qızı onlara aparıb qoysunlar, qızın atası isə gəlib ordan götürsün. Bununla bağlı qızın fikrini soruşmuş, o da razı olmuşdur. Bundan sonra isə həmin Cəmilə adlı xalasının yaşadığı Masazır qəsəbəsinə getmişlər. Qızı orada xalası Cəmiləyə təhvil vermişlər. Sonra isə anası ilə birlikdə evə qayıtmışlar. Bundan sonra Beyləqan RPŞ-dən ona zəng gəlmiş ki, qız qaçırma ilə bağlı şikayət var, qızı gətirmək lazımdır ki, dilindən kağız alsınlarki qızın şikayəti yoxdur, bununla bağlı ifadə versin. O isə qızı artıq qaytardığını bildirmiş, polis isə demişdir ki, “eybi yoxdur sizdən ifadə alıb məsələni yoluna qoyaq”. xx.xx.2021-ci ildə polisə getmiş, dərhal isə polis əməkdaşları tərəfindən həbs edilmişdir. Əməlində heç bir cinayət yoxdur, Nərmini məcburi qaçırmaq niyyətində olmamış, qızı onun anasının razılığı ilə gəlib götürmüşlər, birdəki şəxs tərəfindən könüllü geri qaytarılıb, işinə düzgün və obyektiv baxılmasını, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun xalası qızıdır. O, Nərmini sevmiş, lakin bunu heç vaxt Nərminə deməmiş və Nərminlə arasında heç bir sevgi münasibəti, telefon əlaqəsi olmamışdır. 23 noyabr 2021-ci il tarixdə anası Reyhan Nərmini qaçırmaq üçün Beyləqan rayonuna getməli olduqlarını ona bildirmişdir. O, Reyhanla razılaşmış və saat 19 radələrində anası Reyhan və qardaşı Tofiqlə birlikdə özünə məxsus “Kia Ceed” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Beyləqan rayonuna yola düşmüşdür. Onlar Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan xalası Baharın yaşadığı evin darvazasının qarşısına çatdıqda həyətin giriş darvazasının qapısının açıq olduğunu görmüşlər. O, Reyhanla birlikdə avtomobildən aşağı düşüb darvazanın çölündə gözləməyə başlamış, qardaşı Tofiq isə avtomobilin sükanında oturub onları gözləmişdir. Həmin vaxt saat təxminən 00:05 radələri olmuşdur. Təxminən 5 dəqiqə sonra xalası Bahar Nərminlə birgə həyətə çıxmış və darvazaya tərəf gəlmişlər. Bahar və Nərmin darvazaya çatan zaman o və anası Reyhan darvazadan içəri daxil olub Nərminə salam vermişlər. Nərmin Reyhanın salamını almış, Bahar qəflətən Nərmini qolundan tutub darvazadan çölə tərəf itələmişdir. Bu zaman Nərmin qışqırmağa başlamışdır. O, xalası Bahar və anası Reyhan hərəsi Nərminin bir tərəfindən yapışaraq avtomobilə tərəf aparmışlar. Nərmin qışqırıb əl-qol hərəkətləri ilə onlara mane olmağa çalışmış, Bahar Nərminin üstünə qışqıraraq sakit durmasını, səs-küy salmamasını demişdir. O, Bahar və Reyhan birlikdə Nərmini zorla dartaraq avtomobilin arxa oturacağına əyləşdirmişlər, bundan sonra Bahar öz həyətinə daxil olmuş, Reyhan və o, avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər. Yolda Nərmin onu geri qaytarmalarını onlara söyləmiş, lakin onlar Nərminin həmin sözlərinə fikir vermədən yola davam etmişlər, yolda olarkən Reyhan ilə o, Nərmini sakitləşdirmişlər. O, Nərminə irəlidə post keçəcəklərini, nə isə problem yaradıb-yaratmayacağını soruşmuş, Nərmin problem yaratmayacağını bildirmişdir. Onlar birbaşa Bakı şəhərinə, onun yaşadığı evə gəlmişlər. Həmin gün gecə Nərmin onların yaşadığı evdə onun anası ilə birgə qalmışdır. Səhər açılan zaman Nərmin özünü pis hiss etdiyi üçün onlar təcili tibbi yardıma zəng edib həkim çağırmışlar. Həkim gəlib Nərmini müayinə edən zaman Nərmin həmin həkimə onu Beyləqan rayonundan qaçırıb gətirdiklərini və onun atası ilə əlaqə saxlayıb gəlib onu aparmasını deməsini həkimə bildirmişdir. Bu zaman onlar ona bu barədə danışmamasını demiş və həkimə onu zorla qaçırmadıqlarını, anasının məlumatı olduğunu bildirmişlər. Daha sonra xalası Bahara zəng edib həkimlə danışdırmış və həkim çıxıb getmişdir. Bundan sonra Nərmin qayıtmaq istədiyini bildirmiş və atasına zəng edib onu gəlib aparmasını demələrini tələb etmişdir. Onlar Nərmini sakitləşdirmək istəsələr də, Nərmin onlara məhəl qoymamışdır. Sonra Nərmin onun anasının telefonu ilə öz anası ilə danışmış və anası Bahar Nərminin üstünə qışqıraraq sakitləşməsini ona demişdir. Daha sonra o, digər otaqda anası Reyhanla söhbət edən zaman stəkan qırılmasının səsini eşidib Nərmin olan otağa getmiş, otağa daxil olan zaman Nərminin stəkanı qırıb həmin qırıqlarla sol qoluna xəsarətlər yetirdiyini görmüşdür. O, Nərmindən niyə belə hərəkətlər etdiyini soruşmuş, Nərmin yenə də evə getmək istədiyini bildirmiş və sakitləşməmişdir. Bundan sonra o, Nərmin onu istəmədiyi üçün daha onu öz yanında saxlamaq istəməmiş və Nərmini Beyləqan rayonuna qaytarmaq qərarına gəlmişdir. Nərmin də onu evinə qaytarmağını bildirmişdir. Buna görə də o, anası Reyhan və Nərmini özünə məxsus “Kia Ceed” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirib Beyləqan rayonuna yola düşmüşlər. Onlar Lökbatan dairəsinə çatan zaman xalası Bahar Reyhana zəng edərək Nərminin atasının Bakı şəhərinə gəldiyini bildirərək geri qayıtmalarını demişdir. O, yoldan qayıdıb Nərmini Masazır qəsəbəsində yaşayan xalası Cəmilənin evinə aparmışdır. O, Nərmini orada xalası Cəmiləyə təhvil verib anası ilə birgə öz yaşadığı evə gəlmişdir. Nərminin anası özü Nərmini tutaraq zorla avtomobilə əyləşdirməkdə onlara kömək etmişdir. O, Reyhan və Bahar Nərmini köməkli avtomobilə əyləşdirmək istəyən zaman Nərmin qışqırıb səs-küy salıb, əl-qol ataraq müqavimət göstərməyə çalışmış, lakin onlar buna əhəmiyyət verməyərək Nərmini avtomobilə əyləşdirmişlər. Bahar Nərminin sağ qolundan tutaraq Nərmini qaçırtmasını ona demiş, o, Nərmini qaçırdıqdan sonra sakitləşəcəyini düşündüyü üçün buraxmamış və qaçırmışdır. O, Nərminlə cinsi əlaqədə olmamışdır. O, Nərminin qolundan tutub avtomobilə tərəf aparan zaman sağ qolundan bərk-bərk sıxdığı üçün Nərminin sağ qolunda qançır xəsarəti əmələ gəlmişdir. Bundan əlavə, Nərmin özü 24 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində onun yaşadığı evdə olan zaman stəkanı qırıb şüşə parçaları ilə öz sol qoluna kəsik xəsarətləri yetirmişdir. Bahardan başqa heç kim ona Nərmini qaçırtmağı barədə söz deməmiş və onlara kömək etməmişdir. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1, həmin ifadələrini təsdiq etmədiyini müstəntiq tərəfindən anası və qardaşınında həbs edilməsinin təhdidi nəticəsində ifadələri imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hadisədən əvvəl Nərminə elçi getmişlər, lakin atası qızı verməyə razı olmamışdır. Bacısı Bahar isə demişdir ki, “mən qızı sizə vermək istiyirəm, qızım da deyir ki, anam nə deyir odu”. Bundan sonra ikinci dəfə də elçi getmişlər, qızın atası isə demişdir ki, “fikirləşib sizə bir söz deyərəm”. Sora onlarda yas düşmüş, nənələri vəfat etmişdir. Özləri də həmin yas mərasimində iştirak etmişlər. Həmin vaxt Nərminin atası dirənmiş ki, oğlu Fərhad niyə yas məclisinə gəlməyib, Fərhad da gəlib yas məclisində iştirak etməlidir. Qırx mərasimi olana qədər bu söhbət davam etmişdir. Bacısı Bahar da tez tez telefon vasitəsilə əlaqə saxlayaraq qırx mərasiminə oğlu Fərhadın da gəlib iştirak etməli olmasını ərinin adından təkid etmişdir. Bundan sonra bu barədə oğlu Fərhadla danışmış və Fərhad da gəlib həmin qırx mərasimində yasda iştirak etmişdir. Həmin gün isə bacısı Bahar, qızın bacısı Aytən, əmisi qızları Səbinə və Könül orada təkid etmişlər ki, bu gün Nərmini götürüb aparsınlar. Lakin oğlu Fərhad buna razılıq verməmişdir. Beləliklə, yas mərasimindən qayıdıb evlərinə gəlmişlər. Daha sonra bacısı Bahar durmadan gəlib qızı aparmağa onu təkid etmiş, bununla aralarında çoxsaylı telefon danışıqları da olmuşdur. Bacısı Bahar durmadan digər bacısının evinə gələrək, onun ərinin telefonu vasitəsilə zəng edib gəlib təcili qızı aparmağını bildirirmiş, əsasən də qızın əmisi qızları hər gün zəng edib bu barədə onunla danışırmışlar. Özü də razı imiş ki, qızın atası verməsə də qızı qaçırsınlar, uşaqları evlənsin. Sonuncu dəfə əmisi qızı səs atmış ki, gəlib qızı aparsınlar, hətta gün də təyin etmişlər. Lakin həmin gün oğlu Fərhadın başqa işləri çıxmış, eyni zamanda Fərhadın qızı qaçırmağa da fikri olmamışdır. O, isə oğlunu təkid etmiş, nəhayət 23 noyabr 2021-ci ildə qızı gətirmək üçün Bakıdan yola çıxmışlar. Həmin vaxt bacısı Bahar demişdir ki, o qapıya çıxacaq, qızı da qapıya çıxaracaq gedib oradan qızı götürəcəklər. Bacısı gecə saat 12-1 radələrində qapının ağzına gəlmələrini bildirmişdir. Bacısıyla bununla bağlı vaxtı da təyin etdikdən sonra oğlanları ilə ora getmişlər. Beyləqan rayonu, Təzəkənd kəndinə bacısının evinə çatmışlar. Həmin vaxt Bahar onları həyətin qapısı açıq vəziyyətdə gözləmişdir. Bacısı ilə görüşmüş, salamlaşmışlar. Bahar isə qabaqcadan demişdir ki, qızı bir az nəm-nüm edib narazılıq edəcəkdir. Daha sonra bacısı qızını yanına salıb tələm-tələsik onları maşına mindirmişdir. Maşına minərkən bacısı özü və oğlu Fərhadla birlikdə qızın qolundan tutmuşlar və maşına qoymuşlar. Həmin vaxt qız da narazılıq edirmiş. Bacısı bu işi qəsdən qurmuş, onları o an oyuna gətirmişdir. Çünki qızı qaçırandan sonra qızın atası onlardan külli miqdarda pul tələb etmişdir. Onlar isə həmin məbləği ödəyə bilməmişdir. Demişdir ki, üç otaqlı evlərini versinlər. Özü də həmin ev kupçalı (çıxarışlı) olmalıdır. Onlar isə üç otaqlı çıxarışlı evi də verə bilməmişlər. Təklif etmişlər ki, altı sot torpaqları var onu versinlər. Həmin torpağın da çıxarışı olmadığından qızın atası onu qəbul etməmişdir. Nə isə qızı maşına qoyduqdan sonra yola çıxmışlar. Balaca oğlu maşını sürmüş, böyük oğlu isə qabaqda əyləşmişdir. Qız ilə özü də arxa oturacaqda əyləşmişlər. Yolda qız bir qədər narazılıq etsə də sonradan tam sakitləşmişdir. Qız bildirmiş ki, “mən toyla getmək istiyirəm belə yox”. Çünki iki-üç dəfə maşını yol boyu saxlamışlar, su və şirniyyat almışlar. Yanacaqdoldurma məntəqəsində isə qız onunla düşüb ayaqyoluna getmiş, sora özü orada tək qalmışdır. Özü isə maşına qayıtmışdır. Daha sonra isə arxasınca getmiş, birlikdə maşına gəlmişlər. Həmin vaxt qızla oğlu Fərhad çöldə söhbət etmişlər. Qıza oğlu bildirmiş ki, “yol gedirik narazılıq etmə”. Daha sonra Fərhad maşına əyləşəndə demişdir ki, “ana narahat olma qızın razılığın almışam”. Gəlib evlərinə çatmışlar. Qızda onlarla birlikdə maşından düşüb evlərinə keçmişlər. Qızın həmin vaxt qadınlıqla bağlı problemi olmuş, bu səbəbdən də səhərə yaxın təcili tibbi yardım çağırmışlar. Təcili tibbi yardım gəlib, təzyiqin falan ölçmüş, demişdir ki, yaxşıdır. Qız həmin vaxt həkimə demişdir ki, onu məcbur gətiriblər, bundan sonra qızın anasın həkim ilə danışdırmışlar, anası demişdir ki, “qızım qələt eləyir”. Ondan sonra qız yenidə narazılıq etməyə başlamışdır. Demişdir ki, qaytarın geriyə. Oğlu Fərhad da bunu görüb demişdir ki, gəl qızı geri qaytaraq. Həmin vaxt qızı anası və bacısı ilə telefonda danışdırmışdır. Bu zaman onlarda yalvarıb-yaxarmış ki, qızı geri qaytarmayın qalsın orda. Hətta qızla anası telefonda dava da etdilər, anası öz qızın qarğamış bu zaman. Qızı bundan başqa öz əmisi qızı və əmisi arvadı ilə telefonda danışdırmışdır. Oğlu isə qızı geri qaytarmaq barədə qəti fikrin bildirmişdi. Bundan sonra birlikdə yola çıxmışlar. Lökbatanı keçdikdə sonra isə zəng vurub bildirmişlər ki, qızın atası yola çıxıb, qızı gətirməyə gəlir. Qız da bildirdi ki, onu digər bacısı olan Cəmiləgilə aparıb qoyaq, atası oradan götürsün. O, da bacısı Cəmiləni yığımış, demişdir ki evdədir. Geriyə qayıdıb onlara gedərkən isə bacısı Cəmilə, oğlu və əri yolda onların qabaqlarına gəlmiş, qızı bacısına təhvil vermişlər. Həmin vaxt ora digər iki bacısı Səbinə Abbasova və Adilə Abdullayeva da gəlmişdir. Daha sonra isə öz evlərinə qayıtmışlar. Səhər gün isə oğlu Fərhada zəng gəlmiş polisə izahat verməsi üçün dəvət edilmişdir. Oğlu gedən kimi də onu həbs etmişlər. Özü isə polisə sonradan getmiş, həmin vaxt qızın anasın və əmisi qızların orada görmüş, müstəntiq isə ona demişdir ki, bütün bunları edən bacındır. Qız evlərində olarkən özünə heç bir xəsarət yetirməyib. Sadəcə öyüdüyü üçün ona təcili tibbi yardım çağırmışlar. Qızı özü onu geri qaytarmaqların istədiyindən, qızı geri qaytarmışlar. Bütün bu olanlardan sonra da qızın atası onlardan 100 000 manat pul tələb etməyə başlamışdır. Bundan isə hamının məlumatı olmuşdur. Hətta altı sot torpağı ilə bağlı sənədləri də ona vermək üçün bacısı Cəmiləyə vermişdir. Pulu isə qızın atası guya onlara maddi və mənəvi zərər vurduqlarına görə tələb edirdi ki, şikayətini geri götürsün. Onlar qızı məcbur qaçırmamışlar, qızın anası, bacısı, əmisi qızları bu işi edib, gətirib maşına qoymuşlar, bütün bunların nəzərə alınmasını barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nərminin anası Bahar telefonda danışan zaman Nərmini qaçırmalarını ona bildirmiş, o, oğlanları Fərhad və Tofiq ilə Nərmini qaçırmağa getmiş, onlar evə çatdıqda evin darvazasının qapısının açıq olduğunu görmüş və Fərhadla birlikdə avtomobildən düşüb darvazanın çölündə gözləməyə başlamışlar, kiçik oğlu Tofiq isə avtomobilin sükanı arxasında oturub gözləmişdir. Həmin vaxt saat 00:05 radələri olmuşdur. Təxminən 5 dəqiqə sonra bacısı Bahar Nərminlə birgə həyətə çıxmış və darvazaya tərəf gəlmişlər. Nərmin və Bahar darvazaya çatan zaman o və Fərhad darvazadan içəri daxil olub Nərminə salam vermişlər. Nərmin onun salamını almış və Bahar qəflətən Nərmini qolundan tutub darvazadan çölə tərəf itələmişdir. Bu zaman Nərmin qışqırmağa başlamışdır. O, Bahar və Fərhad hərəsi Nərminin bir tərəfindən yapışaraq avtomobilə tərəf aparmışlar. Nərmin səs-küy salıb müqavimət göstərməyə çalışmış, bu zaman Bahar Nərminin üstünə qışqıraraq sakit durmasını, səs-küy salmamasını bildirmişdir. Onlar üçü birlikdə Nərmini dartaraq avtomobilin arxa oturacağına əyləşdirmişlər, bundan sonra Bahar həyətə daxil olmuş, onlar isə avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər. Onlar Nərmini qaçırdıqdan sonra sakitləşəcəyini, özünün kənd camaatı içində pis olmaması üçün qəsdən belə etdiyini düşündükləri üçün Nərmini buraxmamış və qaçırmışlar. Yolda olarkən Fərhad və o, Nərmini sakitləşdirməyə çalışmışlar və bir qədər getdikdən sonra Nərmin sakitləşmişdir. O, telefonda qohumları ilə danışan zaman qohumları ona Nərminin atası və qardaşının polis şöbəsinə şikayət etdiyini bildirmişlər, o, bu barədə Fərhad və Tofiqə demişdir. Fərhad Nərminə irəlidə post keçəcəklərini deyib, problem yaradıb-yaratmayacağını soruşmuş, Nərmin problem yaratmayacağını bildirmişdir. O və Tofiq Nərminə qarşı heç bir zor tətbiq etməmişlər. X20 sağ qolundan tutub onu avtomobilə dartan zaman qolunu bərk-bərk sıxdığı üçün Nərminin sağ qolunda qançır əmələ gəlmişdir. Bundan əlavə Nərmin özü 24 noyabr 2021-ci il tarixdə, saat 09 radələrində evdə olan stəkanı qırıb şüşə parçaları ilə öz sol qoluna kəsik xəsarətləri yetirmişdir. Nərminin əmisi qızı Səbinə ona səs yazısı ataraq Nərminin Fərhadı gözlədiyini, gəlib onu qaçırtmağını istədiyini bildirmişdir. Onlara başqa heç kəs Nərmini qaçırtmaları barədə söz deməmiş və qaçırtmalarına köməklik etməmişdir. Onlar Nərminin özünün də Fərhadı istədiyini düşündükləri üçün Nərmini qaçırmışlar. Lakin Nərmin qaçırıldıqdan sonra özünə xəsarət yetirərək Fərhadı istəmədiyini bildirdiyi üçün Fərhad Nərminin onu istəmədiyini düşünmüş və əgər Nərmin onu istəmirsə o da Nərmini istəmədiyini bildirərək Nərmini geri qaytarmaq qərarına gəlmişdir. Onlar Nərmini qaçıran zaman qışqırmasından, əl-qol atıb canını qurtarmaq istəməsindən Nərminin Fərhadı istəmədiyini bilmişlər, Nərmini qaçırmaqda fikirləri qəti olmuş və buna görə də Nərmini qaçırarkən səs-küy salmasına baxmayaraq buraxmamışlar. Lakin Nərmin özünə xəsarət yetirdikdən sonra onlar qorxmuşlar və Nərmini daha saxlaya bilməyəcəklərindən qaytarmaq qərarına gəlmişlər. Təqsirləndirilən şəxs1 və o, Zərərçəkmiş şəxs öz ailəsinə qaytarmaq üçün yola düşdükləri zaman Nərminin ailəsinin polis orqanlarına şikayət etdiyindən məlumatları olmamışdır. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 həmin ifadələrini təsdiq etmədiyini, ifadələrini oxumadığını, müstəntiq tərəfindən ifadələrinin yazılaraq onların xeyirinə olmasını bildirib, aldadılaraq imza etdirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 23 noyabr 2021-ci ildə anası və qardaşı ilə Beyləqana getmişlər. Gedib ora çatdıqdan sonra xalası Bahar qapıya çıxmış, sonra isə gedib qızı gətirmişdir. Qız anası ilə birlikdə qapıya gəlmişdir. Xalası Bahar onlara götürüngötürün demiş, onlar da qızı götürüb Bakıya gəlmişlər. Nərmini maşına mindirməklərin özü də görmüşdür. Həmin vaxt qız demişdir ki, noldu, mənə neynirsiniz, Fərhad isə qızın anası ilə qolundan tutub maşına mindirmişlər. Lakin evə gəldikdən sonra görmüş ki, qız narazılıq edir, istəmir, bundan sonra qızın anasına, bacısına, qohum-əqrabasına zəng vurub demişlər ki, vəziyyət belədir ki, qız istəmir, narazıdır. Evlərində olarkən qıza həkim çağırılanda, qız həkimə də narazılığın bildirmiş, lakin həmin vaxt orada olmamışdır. Özü də qardaşı ilə bu barədə söhbət etmiş, qərara gəlmişlər ki, qızı geri aparsınlar. Daha sonra anası və qardaşı qızı geri aparmışlar. Evlərində olarkən Nərmin özünə heç bir xəsarət yetirməyib. Onlar qızı könüllü qaytarmışlar, atası isə qızı döyüb, qız xəsarətləri ondan alıb, biyabır da olmamaq üçün yıxıblar üstərinə, bütün bunların nəzərə alınmasını barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onu qaçırtması barədə Fərhada heç bir təklif irəli sürməmişdir. Nərminin anası Bahar Reyhanla telefonda danışan zaman Fərhadın gedib Nərmini qaçırmasını bildirmiş, bundan sonra o, Fərhad və Reyhan birlikdə Nərmini qaçırmağa getmişlər və Bahar özü Nərmini itələyib həyətdən çölə çıxararaq qolundan tutub zorla avtomobilə əyləşdirməkdə Reyhan ilə Fərhada kömək etmişdir. Fərhadgil Nərmini avtomobilə əyləşdirmək istəyən zaman Nərmin qışqırıb səsküy salaraq əl-qol atmaqla müqavimət göstərməyə çalışmışdır. Lakin Fərhadgil buna məhəl qoymayaraq Nərmini avtomobilə əyləşdirmişlər. Bahar özü Nərminin sağ qolundan tutaraq Fərhadgilə Nərmini qaçırtmağı söyləmişdir. Onlar Nərminin qaçırıldıqdan sonra sakitləşəcəyini, özünün kənd camaatı içində pis olmaması üçün qəsdən belə etdiyini düşündüklərindən Nərmini buraxmamışlar. O və anası Reyhan Nərminə qarşı heç bir zor tətbiq etməmişlər. X20 sağ qolundan tutub avtomobilə dartan zaman qolunu bərk-bərk sıxdığı üçün Nərminin sağ qolunda qançır əmələ gəlmişdir. Bundan əlavə Nərmin özü 24 noyabr 2021-ci il tarixdə, saat 09 radələrində evdə olan zaman stəkanı qırıb şüşə ilə öz sol qoluna kəsik xəsarətləri yetirmişdir. Onlar Nərmini özünün də Fərhadı istədiyini düşündükləri üçün qaçırmışlar. Lakin Nərmin özünə xəsarət yetirdikdən sonra Fərhadı istəmədiyini bildirdiyi üçün Fərhad Nərminin onu istəmədiyini düşünmüş və əgər Nərmin onu istəmirsə onun da Nərmini istəmədiyini bildirərək Nərmini geri qaytarmaq qərarına gəlmişdir. Onların Nərmini qaçırmaq fikri qəti olmuşdur və buna görə də Nərmini buraxmamışlar. Lakin özünə xəsarət yetirdikdən sonra onlar Nərmini daha saxlaya bilməmişlər. Nərmini qaçıran zaman yolda olarkən Reyhan qohumları ilə telefon vasitəsilə əlaqə saxlamış, qohumları Nərminin atası və qardaşının polisə müraciət etdiklərini bildirmişlər. Lakin onlar buna məhəl qoymayaraq Nərmini aparmışlar. Lakin Nərmin özünə stəkanla xəsarət yetirdikdən sonra Reyhan ilə Fərhad Nərmini atasının aparması üçün aparıb xalası Cəmiləyə təhvil vermişlər. Onlar Nərmini qaçırdan zaman qışqırmasından əlqol atıb canını qurtarmaq istəməsindən Nərminin Fərhadı istəmədiyini bilmişlər. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 həmin ifadələrini təsdiq etmədiyini, ifadələrini oxumadığını, müstəntiq tərəfindən aldadılaraq imza etdirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun xalası Reyhanın oğludur, Fərhadla arasında heç bir münasibət olmamışdır. Fərhadın valideynləri onun üçün elçi gəlmiş, lakin o, öz valideynlərinə Fərhadı istəmədiyini bildirdiyi üçün valideynləri onu Fərhada verməmişlər. 23 noyabr 2021-ci il tarixdə, gecə saatlarında o, anasının ayaqyoluna getdiyini görüb, onunla birlikdə ayaqyoluna düşmüşdür. Anası ona havanın soyuq olduğunu deyib gəlməməsini demiş, lakin o, anasının bu sözlərinə əhəmiyyət verməyərək anası ilə birlikdə çölə çıxmışdır. Onlar ayaqyoluna çatdıqda anası ayaqyoluna girmişdir. O, çöldə anasını gözləyən zaman darvazanın qapısının aralı olduğunu görmüş və qapını bağlamaq qərarına gəlmişdir. O, darvazaya yaxınlaşan zaman çöldə kölgə hiss etmişdir. O, kölgəni gördükdə qorxmuş və geri qayıtmaq istəyən zaman xalası Reyhan onun qolundan tutub həyətdən çölə çıxararaq avtomobilə tərəf dartmağa başlamış, o, qorxub qışqırmağa başlamış, həmin vaxt Reyhan əlləri ilə onun ağzını tutmuş və darvazanın çölündə dayanan xalası oğlanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həyətə daxil olmuşlar. Fərhad dərhal onun sağ əlini tutub sıxmış, Tofiq isə dərhal onun sağ qolundan tutmuş və sürüyə-sürüyə darvazanın çölünə dartmağa başlamışlar. Bu zaman onun sağ qolu və əli bərk ağrımış, onu sürüyə-sürüyə darvazanın çölünə çıxarıb zorla avtomobilə otuzdurub qaçırtmışlar. O, qışqırıb səs-küy salmış və əl-qol ataraq həmin şəxslərə müqavimət göstərmək istəmişdir. Bu zaman xalası Reyhan yaxınlaşıb onun ağzını tutub sıxmış və zorla sürüyüb avtomobilə əyləşdirmişlər. Sonra xalası Reyhan onun yanında əyləşib onu maşının içində tutub saxlamış, xalası oğlanları avtomobilə əyləşdikdən sonra Tofiq avtomobili sürüb getmişdir. Yolda o, həmin şəxslərə yalvararaq onu aparmamalarını, Fərhadı istəmədiyini, sevdiyi birinin olduğunu bildirərək geri qaytarmalarını tələb etmişdir. Lakin Fərhad, Reyhan və Tofiq ona məhəl qoymayaraq onu aparmışlar. Yol boyu etiraz etmiş, hətta qapını açıb özünü maşından atmaq istəmiş, lakin qapı açılmamışdır, daha sonra isə taqətdən düşmüşdür. Onlar gecə saatlarında Reyhangilə çatmışlar. O, yenidən Fərhadı istəmədiyini bildirərək onu geri qaytarmalarını tələb etmiş, lakin heç kim ona məhəl qoymamışdır. Həmin gün o, Fərhadın anası Reyhan ilə bir otaqda qalmışdır. Səhər açılanda onun halı pisləşmiş, buna görə də ona yardım etməsi üçün təcili tibbi yardıma zəng edib həkim çağırmışlar. Bir müddət sonra həkim gəlmişdir. Həkim onu müayinə edən zaman o, həkimə onu zorla qaçırdıqlarını söyləmişdir. Sonra həkimi çölə çağırmışlar və həkim geri qayıdıb ona dərman verib çıxıb getmişdir. Həkim getdikdən sonra o, evə qayıtmaq istədiyini Fərhada təkidlə bildirmiş və atasına zəng edib onu gəlib aparmasını söyləmələrini tələb etmişdir. Bu zaman Reyhan öz telefonu ilə onun anası Bahara zəng edib telefonu ona vermişdir. Bahar ona sakitləşməsini, atasının gəlib onu aparacağını demiş, sonra telefonu söndürmüşdür. Həmin vaxt saat 09 radələri olmuşdur. Bu zaman o, Fərhadın onu geri qaytarması üçün özünə xəsarət yetirmək qərarına gəlmiş, stolun üzərində olan şüşə stəkanı götürüb divara vurub qırmış və şüşənin qırıqları ilə sol qoluna bir neçə kəsik xəsarəti yetirmişdir. Stəkanın qırılmasının səsinə Fərhad otağa daxil olmuş və gəlib onun qollarını tutaraq onu dayandırmış və sakitləşdirməyə çalışmışdır. O, qolunu kəsdikdən sonra Reyhangil qorxmuşlar, lakin həkim çağırmamışlar. Bir müddət sonra anası onlara zəng edərək atasının onu aparmaq üçün Bakı şəhərinə yola düşdüyünü bildirərək onu xalası Cəmiləyə aparıb təhvil vermələrini bildirmişdir. Bundan sonra Fərhad məcbur qalaraq təxminən 1 saat sonra anası ilə birlikdə onu avtomobilə əyləşdirib yola düşmüşdür. O, özünü doğramasa imiş onu geri qaytarmayacaqlarmış. Fərhad Reyhanla birlikdə onu Masazır qəsəbəsində yaşayan xalası Cəmilənin evinə aparmış, yolda olarkən xalası, onun əri və oğlu onların qabaqlarına gəlib, onu götürmüşlər və özləri isə çıxıb getmişlər. Bir müddət sonra atasıgil gəlmiş və onu öz yaşadığı evə gətirmişlər. Hazırda hər üç təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayəti və tələbi yoxdur, onlar barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bacısı Reyhan qızı Nərmini oğlu Fərhadla evləndirmək istəmiş, bu məqsədlə onlara elçi gəlmişlər. Lakin qızı Nərmin razı olmamışdır. Bundan sonra isə bacısı Reyhan yenə də qızından əl çəkməmişdir. Tarixi dəqiq xatırlamadığı vaxt gecə saatlarında o, ayaqyoluna getmək üçün çölə çıxan zaman Nərmin onun ayaqyoluna getdiyini görüb onunla çölə çıxmışdır. Həmin vaxt zəhərləndiyindən ayaqyoluna getmişdir. O, Nərminə havanın soyuq olduğunu deyib gəlməməsini bildirmişdir. Lakin Nərmin ona məhəl qoymayaraq onunla birlikdə çölə çıxmış və ayaqyoluna tərəf getmişdir. Onlar ayaqyoluna çatdıqda o, ayaqyoluna girmişdir. O, ayaqyolunda olan zaman Nərminin qışqırıq səslərini eşitmiş, ayaqyolundan çölə çıxana qədər Nərminin qaçırıldığını görmüşdür. Buna görə də o, dərhal qaça-qaça evə tərəf getmiş və Nərminin səsinə həyətə çıxan oğlu Pərvizə Nərminin qaçırıldığını bildirmişdir. Sonra həyat yoldaşı Raquf da həyətə çıxmış və ona da Nərminin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirmişdir. Bundan sonra Pərviz Nərminin qaçırılması barədə 102 xidmətinə məlumat vermiş və həyat yoldaşı Raqufla birlikdə Beyləqan rayon polis şöbəsinə yola düşmüşdür. Bir qədər sonra ona məlum olmuşdur ki, qızı Nərmin bacısı Reyhan və oğulları tərəfindən qaçırılıb. Bu barədə ona qardaşı məlumat vermişdir. Gecə saatlarında isə Reyhan onunla telefonda danışmış, bilmiş ki, qızı könülsüz gedib, lakin qızına getmisənsə otur sözünü demişdir. Daha sonra Reyhan ona zəng edərək, qızının qoluna xəsarət yetirdiyini demişdir. O, isə Reyhana qızına dəyməmələrini, gəlib aparacaqlarını bildirmişdir. Onlar gedənə kimidə qızı Nərmini digər bacısı Cəmiləyə aparıb təhvil vermişlər. Daha sonra bacısı əri, öz əri və oğlu birlikdə gedib qızını kəndə gətirmişlər. Qızı Nərminin bacısı Reyhan tərəfindən qaçırılmasına onları təkid etməmiş, qızı qaçırılan zaman da onlara kömək etməmişdir. Bacısı Reyhanla bir bacı kimi telefon danışıqları olmuş, lakin bacısına dəfələrlə qızının onlara ərə gəlməyə könlü olmadığını bildirmişdir. Əri isə eşidəndə ki, bacısı qızını qaçırıb, bu səbəbdən də onu evdən qovmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə günü gecə saat birin yarısı bəlkə də bir olarmış, oğlunun səsinə çölə çıxmış, bu zaman ona məlum olmuşdur ki, qızını qaçırıblar. Qızının kimlər tərəfindən qaçırıldığını bilməmiş, dərhal polisə məlumat vermişlər. Bir müddət keçdikdən, bəlkə də iki saat sonra qaynı Habil zəng edib bildirmiş ki, qızı Reyhan qaçırdıb. Bundan sonra səhərə qədər gözləmişlər. Reyhan telefonda qardaşlarına demişdir ki, guya qız özü gəlib. Sora isə məlum oldu ki, qızını zorla qaçırıblar. Reyhan eyni zamanda onun böyük bacısına zəng vurub demişdir ki, qız tər-təmizdir. Bu hadisədən qabaq isə Reyhan onlara elçi gəlmişdir. Həmin vaxt qızı Nərminin fikrini soruşmuş, qızı Nərmin isə demişdir ki, könlü yoxdur. Reyhan qızı qaçıran zaman onun vəkil qızı da qızı Nərminə təzyiqlər edib. X6 birlikdə gedib qızını Bakıdan gətirmişlər. Yolda qızının qolundakı xəsarətləri görüb, onu Beyləqan rayonunda həkimə aparmışlar, orada ekspertizadan keçmişdir. Arvadını o an evdən qovmaqda səbəbi isə düşünmüş ki, bacıdırlar birdən qızın qaçırılmasında əlbir olarlar. Lakin arvadı Reyhana onlar elçi gələndə qızı Nərminin, onun və oğlunun da narazı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xalası Reyhanın oğludur. Xalası Reyhan bir neçə dəfə onun bacısı Nərmin üçün elçi gəlmiş, lakin Nərmin Fərhadı istəmədiyini bildirdiyi üçün atası Nərmini Fərhada verməmişdir. Hadisə günü isə onlar evdə olan zaman anası Bahar və bacısı Nərmin birlikdə həyətlərində olan ayaq yoluna çıxmışlar. Ayaq yolu yaşadıqları evin giriş darvazasının yanında yerləşir, anası ilə Nərmin evdən çıxdıqdan sonra o, bacısı Nərminin qışqırıq səslərini eşidib, dərhal evdən çölə çıxmış və darvazaya tərəf qaçmağa başlamışdır. Bu zaman anası Baharın təşviş içində qaça-qaça ona tərəf gəldiyini görmüşdür. Lakin darvaza ilə evlərinin arası 35-40 metr olduğundan, bacısına çata bilməmiş, avtomobilin qapısının örtülmə səsini eşitmişdir. O, qaçaraq darvazadan çölə çıxsa da, Nərmini qaçıran şəxsin artıq avtomobili sürüb getdiyini görmüşdür. Bundan sonra o, atası ilə birlikdə rayon polis şöbəsinə gedib, bu barədə şikayət etmişlər. Polis şöbəsində olarkən ona xatırlamadığı şəxsdən zəng gəlmiş, orada bilmişdir ki, bacısı Nərmini xalası Reyhan və oğlanları qaçırdıb. Polis şöbəsində hadisənin baş verməsi barədə olduğu kimi danışmışdır. Polis əməkdaşları tərəfindən axtarış verilmişdir. Sabahası gün ona məlum olmuşdur ki, bacısı Nərmin özünə xəsarət yetirib, bundan sonra digər xalası Cəmilə gedərək, bacısını götürüb öz yaşadığı evə gətirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun bacısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Reyhanın oğlanlarıdır, Nərmin isə digər bacısı Baharın qızıdır. Hadisə günü Nərmin qaçırıldıqdan sonra gecə saat 2-3 radələrində bacısı Baharın əri Raquf ona zəng edərək, qızı Nərminin qaçırıldığını bildirmişdir. Həmin vaxt bilmişdir ki, Nərmin bacısı Reyhan və oğlanları tərəfindən qaçırılıb, ilk əvvəl allah xeyir versin demişdir. Lakin görmüşdür ki, qız tərəf narazıdır, şikayət ediblər. Bundan sonra isə şikayət əsasında bacısı Reyhan və oğlanları polisə düşmüşlər. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, təxminən iki ildir ki, Reyhan və ailə üzvləri ilə küsülü olmuş, onlarla əlaqəsi olmamışdır. Həmin vaxtlarda o, qohumları ilə söhbət edən zaman Reyhanın oğlu Fərhada digər bacısı Baharın qızı Nərmini almaq istədiyini, lakin Nərminin Fərhadı istəmədiyini və qızı Fərhada vermədiklərini eşitmişdir. O, Reyhan və ailə üzvləri ilə danışmadığı üçün bu mövzuya qarışmamış, heç kimlə bu barədə söhbət etməmişdir. 24 noyabr 2021-ci il tarixdə, saat 00:30 radələrində o, Mingəçevir şəhərində olan zaman bacısı Baharın həyat yoldaşı Şahid3 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək qızı Zərərçəkmiş şəxs bacısı Reyhan və oğlu Fərhad tərəfindən qaçırılmasını ona bildirmişdir. Onun hadisədən məhz bu vaxt xəbəri olmuşdur. Lakin o, Raqufa Reyhanla əlaqəsi olmadığını və bu işdən əvvəlcədən məlumatı olmadığını bildirmişdir. O, Reyhanla danışmadığı üçün həmin gün Reyhana zəng etməmişdir. Səhəri gün, səhər saatlarında o, istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən bacısı Reyhanın istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edib nə baş verdiyini soruşmuşdur. Reyhan ona bacısı qızı Nərmini oğlanları Tofiq və Fərhadla birlikdə axşam saatlarında zorla qaçırıb Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşadıqları evə apardıqlarını, Nərminin onlarla qalmaq istəmədiyini və evə qayıtmaq istədiyini bildirmişdir. Həmin vaxt o, Reyhana Nərminin atası Raqufun ona telefonla zəng edərək polisə şikayət etdiyini dediyini və onların ünvanına nalayiq söyüşlər söydüyünü bildirmişdir. Həmin gün günorta saatlarında o, X14 ailəsinə qaytarmaq üçün yola çıxdıqlarını, lakin yolda Baharın onlara zəng edərək Raqufun Bakı şəhərinə getdiyini bildirdiyi üçün Nərmini aparıb Masazır qəsəbəsində yaşayan bacısı Cəmilənin evinə təhvil verdiklərini öyrənmişdir. Nərminlə Fərhad arasında heç vaxt sevgi münasibəti olmamışdır. O, Nərminin Fərhadı sevmədiyini bilmişdir. Fərhadgil Nərmini zorla qaçırmışlar. Raquf telefonda onunla danışan zaman qızı Nərminin Fərhad tərəfindən qaçırılıb Bakı şəhərinə aparıldığını və bu barədə polisə müraciət etdiyini ona bildirmişdir. Buna görə də o, artıq polisin məlumatı olduğu üçün məlumat verməyin lazımsız olduğunu düşünmüşdür. İfadəsi elan olunduqdan sonra Şahid5 həmin ifadəsini təsdiq etdiyini, özü tərəfindən imzalandığı bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, hadisədə qabaq Reyhan onunla dəfələrlə telefon vasitəsilə əlaqə saxlayaraq, Nərminin oğlu Fərhada ərə getməsinə razı salmalarını xahiş etmişdir, qızı almaq istədiyini bildirmişdir. Bu barədə Nərminlə dəfələrlə danışmışdır, lakin Nərmin heç vaxt Fərhada ərə getməyə razılıq verməmişdir. Onlar isə bu barədə Nərmini heçnəyə məcbur etməmişlər. Reyhan neçə dəfə deyib ki, Nərmini qaçırmaq istəyirik, buna şərait yaradın, lakin onlar razı olmamışlar. Hadisə günü isə əmisi Raquf onlara zəng edərək, qızı Nərminin qaçırıldığını bildirmiş, bundan dərhal sonra evdə olan şəxslərlə birlikdə əmisigilə getmişlər. Orada olarkən isə məlum olmuşdur ki, Nərmini Reyhan və oğlanları qaçırdıb. Nərmin qaçırıldıqdan sonra isə Reyhan zəng vurub Baharın necə olduğunu soruşmuş, sonra isə bacısı Baharla telefonda danışmışdır. X18 nə danışdığını bilməmişdir. Məhkəmə iclasında Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Beyləqan rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 noyabr 2021-ci il tarixdə Beyləqan rayon polis şöbəsinin Növbətçi hissəsindən ona Beyləqan rayonu, Təzəkənd kəndində yaşayan Zərərçəkmiş şəxs qaçırılması barədə məlumat verilmiş və Zərərçəkmiş şəxs qaçıran şəxs və ya şəxslərin şəxsiyyətinin, olduqları yerin müəyyən edilməsi göstərişi verilmişdir. O, dərhal qeyd olunan faktla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri görmüş və Zərərçəkmiş şəxs öz xalası Təqsirləndirilən şəxs3, xalası oğlanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən evlənmək məqsədilə zorla qaçırılmasını öyrənmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrəni müəyyənləşdirmiş və istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** nömrəyə zəng etmiş, lakin Təqsirləndirilən şəxs1 telefonu bağlı olduğu üçün danışa bilməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs1 Bakı şəhəri istiqamətində hərəkətdə olduğunu öyrənmiş, lakin Beyləqan rayonu ərazisini tərk etməmiş dayandırılmasını təmin edə bilməmişdir. Ona daxil olmuş əməliyyat məlumatına əsasən o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 qohumları ilə əlaqə saxladıqlarını, qohumlarının həmin şəxslərə Zərərçəkmiş şəxs valideynlərinin polisə müraciət etdiklərini bildirdiklərini və onların bundan məlumatlarının olduğu bilmişdir. Bundan sonra o Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində yaşadığı yeri müəyyən etmiş və Zərərçəkmiş şəxs həmin evə apardığını müəyyənləşdirmişdir. Buna görə də o, rayon polis şöbəsinin rəhbərliyinə məruzə edərək Zərərçəkmiş şəxs qaçırmış şəxslərin yerini müəyyən etdiyini və həmin şəxslərin saxlanılması üçün Bakı şəhərinə getmək lazım olduğunu bildirmişdir. Polis şöbəsinin rəhbərliyinin göstərişi əsasında o, 24 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs zorla qaçıran Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 saxlanılaraq Zərərçəkmiş şəxs onlardan alınaraq geri qaytarılması məqsədilə Bakı şəhərinə yola düşmüşdür. Lakin o, yolda olarkən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs aparıb xalasına təhvil verdiyini öyrənmiş, Zərərçəkmiş şəxs qaytarıldığı üçün geri qayıtmışdır. Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid6 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun bacısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə onun bacısı Reyhanın oğlanlarıdır, onların aralarında ədavət və düşmənçilik yoxdur. Zərərçəkmiş şəxs onun bacısı Baharın qızıdır. O, təxminən üç il olar ki, Reyhan və ailə üzvləri ilə küsülü olmuş və onlarla əlaqəsi olmamışdır. Həmin vaxtlarda o, qohumları ilə söhbət edən zaman Reyhanın oğlu Fərhada digər bacısı Baharın qızı Nərmini almaq istədiklərini, lakin Nərminin Fərhadı istəmədiyini və qızı Fərhada vermədiklərini eşitmişdir. Lakin o, Reyhan və ailə üzvləri ilə danışmadığı üçün bu mövzuya qarışmamış, heç kimlə bu barədə söhbət etməmişdir. 24 noyabr 2021-ci il tarixdə, saat 10 radələrində o, yaşadığı evdə olan zaman hal-hazırda kim olduğunu xatırlamadığı qohumlardan biri ona zəng edərək Baharın qızı Zərərçəkmiş şəxs Reyhan və oğlanları Fərhadla Tofiq tərəfindən qaçırılmasını və Baharın həyat yoldaşı Raqufun polisə müraciət etdiyini ona bildirmişdir. Onun hadisədən məhz həmin vaxt xəbəri olmuşdur. Bundan sonra onun bacısı Reyhanla əlaqəsi olmamasına baxmayaraq o, bacısına zəng edib nə məsələ olduğunu ondan soruşmuşdur. Bu zaman Reyhan bacısı qızı Nərmini oğlanları Tofiq və Fərhadla birlikdə axşam saatlarında zorla qaçırıb Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yaşadıqları evə apardıqlarını, Nərminin onlarla qalmaq istəmədiyini və evə qayıtmaq istədiyini onlara bildirdiyini ona demişdir. Həmin vaxt o, Reyhana Nərminin atası Raqufun onları polisə verdiyini bildirmiş və Reyhanla sağollaşmışdır. Günorta saatlarında Baharın həyat yoldaşı Raquf ona zəng edərək Nərmini aparmaq üçün Bakı şəhərinə yola düşdüyünü, Fərhadgilin qızı Nərmini onun yaşadığı evə gətirməsini və gəlib Nərmini onun yaşadığı evdən götürməsini ona bildirmişdir. O, Raqufla razılaşmışdır. Bundan sonra Reyhan ona zəng edərək Nərmini onun yaşadığı evə gətirib qoyacağını bildirmiş və o, Reyhana qızı gətirməsini demişdir. Bir müddət sonra X5 yaşadığı evə gətirmişlər, özləri isə çıxıb getmişlər. Bu zaman o, Nərminin sol qolunun sarğıda olduğunu görmüşdür. Nərmin Fərhadgilin evində olarkən onu zorla evdə saxladıqları üçün əsəbiləşdiyini və onu buraxmaları üçün stəkanı qırıb şüşə qırıqları ilə sol qoluna xəsarətlər yetirdiyini ona bildirmişdir. Bundan təxminən bir saat sonra Raquf onun yaşadığı evə gəlmiş və Nərmini götürüb aparmışdır. Nərminlə Fərhad arasında heç vaxt sevgi münasibəti olmamışdır. O, Nərminin Fərhadı sevmədiyini bilmiş, Fərhadgil Nərmini zorla qaçırmışlar. Nərmin özü də Fərhadgilin onu zorla qaçırdıqlarını ona bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun bacısı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Reyhanın oğlanlarıdır. Zərərçəkmiş şəxs onun bacısı Baharın qızıdır. Hadisə günü yaşadığı evdə olan zaman Baharın həyat yoldaşı Şahid3 onun mobil nömrəsinə zəng edərək qızı Zərərçəkmiş şəxs qaçırıldığını bildirərək onu evlərinə çağırmışdır. Raqufdan qızın kim tərəfindən qaçırıldığını soruşduqda bildirmişdir ki, bunu bilmir. O, evdən çıxıb qardaşına məxsus maşınla Raqufun yaşadığı evə gedən zaman Raqufgilin Beyləqan rayon polis şöbəsi istiqamətində getdiyini görmüşdür. Bundan sonra o, bacısı Reyhanın istifadəsində olan mobil nömrəsinə zəng edib Nərminin qaçırıldığını və bu işdən xəbərlərinin olub-olmamasını soruşmuşdur. Reyhan Nərmini oğlanları Tofiq və Fərhadla birgə qaçırdıqlarını və hal-hazırda Bakı şəhəri istiqamətində hərəkət etdiklərini ona bildirmişdir. O, Reyhana Raqufun ona zəng edərək polisə şikayət etdiyini bildirmişdir. Daha sonra o, Raqufun arxasınca polis şöbəsinə getmiş və Raqufun da qızının Fərhad tərəfindən qaçırıldığını öyrəndiyini görmüşdür. Raquf nalayiq ifadələr işlətdiyi üçün o, orada qalmamış və evə getmişdir. Daha sonra eşitmişdir ki, Raquf şikayətçidir, bacısı Reyhan isə qızı geri qaytarıb. Məsələ ilə bu cür böyüyüb. Hadisədən əvvəl isə Nərminə bir dəfə elçi getmişlər, lakin qızın atası verməmiş, qızın özü də razı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xasayeva (Əliyeva) Aytən Raquf qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı, Təqsirləndirilən şəxs3 xalasıdır, Fərhad və Tofiq isə xalası oğlanlarıdır. Onlar öz aralarında bacısı Nərminin xalası oğlu Fərhadla ailə qurub xoşbəxt olmasını istəmişlər. Lakin bacısı Nərminin isə Fərhadla evlənməyə razılığı olmamış, Fərhadı istəməmişdir. Nərminin isə qaçırılmasından məlumatı olmamış, yalnız qaçırıldığı gün bu barədə eşitmişdir. Məhkəmədə nümayiş etdirilmiş səs yazıları özünə məxsusdur, həmin səsləri o məqsədlə göndərmişdir ki, bilirmiş ki bacısı Nərmin evlənməyə razı deyil, atası da şikayət edir, polisin bu işə qarışmaması və şikayətin olmaması məqsədilə həmin səsli smsləri göndərmişdir. Növbəti səs yazısın isə hadisənin səhəri bacısı Nərminlə maraqlanmaq üçün göndərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Quliyeva (Əliyeva) Səbinə Rafiq qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi qızı, Təqsirləndirilən şəxs3 əmisi Baharın arvadının bacısıdır, Fərhad və Tofiq isə Reyhanın oğlanlarıdır. Özü bir qohum istəmişdir ki, əmisi qızı Nərmin Fərhadla ailə qurub xoşbəxt olsunlar. Bu işə də bibisi Baharın və onun bacısı Reyhanın xahişi ilə qarışmışdır. Qohum olaraq isə heç bir pis niyyəti olmamışdır. Nərminin isə qaçırılması ilə bağlı əvvəlcədən məlumatı olmamış, yalnız qaçırıldığı gün bu barədə qohumlarından eşitmişdir. Bibisi Bahar qız qaçırılmamışdan əvvəl ona məxsus telefonla bacısı Reyhanla danışırmış. Nərmin isə Fərhadla evlənməyə razı olmamış, lakin Nərminin anası Bahar və oğlan tərəf onların ailə qurmasına razı olmuşdular. Məhkəmədə nümayiş etdirilmiş səs yazıları özünə məxsusdur, həmin səsləri bibiləri Bahar və Reyhanın xahişi ilə göndərmişdir ki, əmisi qızı Nərmin evlənməyə razı olsun, Fərhad isə onu qaçırmağa razı olmadığıdan gəlib qaçırsın, hər iki gəncin birbirilərinə meyli olsun. İşdə olan, Beyləqan Rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş 24 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qızını anası Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə zorla qaçıraraq Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən yaşadıqları evlərinə aparmışdır. Həmin şəxslərin olduqları yer müəyyən edilmiş və tez bir zamanda şəxslər saxlanılaraq Beyləqan Rayon Polis şöbəsinin İstintaq bölməsinə gətiriləcəkdirlər. Həmçinin, daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs qaçırdıqdan təxminən yarım saat sonra qohumlarının onlarla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs valideynlərinin polisə müraciət etdiklərini bildirdikləri və onların bundan məlumatlarının olduğu müəyyən edilmişdir. (c İ, i.v 12) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 16:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 33-34) İşdə olan, Beyləqan Rayon Məhkəməsinin 27 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 25 noyabr 2021-ci ildən hesablanmışdır. (c İ, i.v 88-90) İşdə olan, xx.xx.2021-ci il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı Beyləqan rayonu, Təzəkənd kəndindəki fərdi yaşayış evinin giriş darvazasından həyətin içərisi və çölüdür. (c İ, i.v 94-101) İşdə olan, xx.xx.2021-ci il tarixli şahidin ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, xalası Təqsirləndirilən şəxs3, xalası oğulları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zorla qaçırıldığı və avtomobilə mindirildiyi yerləri göstərir. (c İ, i.v 102-105) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 125-126) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 127-128) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 131-132) İşdə olan, Məhkəmə-tibbi ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 805/21 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşuna görə, tamlığı pozulmadan onunla cinsi əlaqədə olunması mümkün deyildir. Zərərçəkmiş şəxs sağ mil-bilək oynağının və sağ əlin 1-ci barmağının əsas falanqa oynağı səviyyəsində əzələ-bağ aparatının gərilməsi, sol said nahiyəsinin isə çoxsaylı kəsilmiş yaraları aşkar olunmuşdur. Qeyd olunanlardan sağ mil-bilək oynağı və sağ əl barmağında olan xəsarətlər küt əşyanın, digər xəsarətlər isə kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən hər hansı bir xəsarət aşkar olunmamışdır. (c İ, i.v 146-148) İşdə olan, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən L.Babayev küçəsi 17 nömrəli evdə qeydiyyatsız yaşayır, barəsində heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 152-153) İşdə olan, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən L.Babayev küçəsi 17 nömrəli evdə qeydiyyatsız yaşayır, barəsində heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 154-155) İşdə olan, Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən L.Babayev küçəsi 17 nömrəli evdə qeydiyyatsız yaşayır, barəsində heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 156-157) İşdə olan, “Üzləşdirmə aparılması haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şahid Təqsirləndirilən şəxs3 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı da demişdir. (c İ, i.v 228-231) İşdə olan, “Üzləşdirmə aparılması haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şahid Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı da demişdir. (c İ, i.v 235-237) İşdə olan, “Üzləşdirmə aparılması haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 şahid Təqsirləndirilən şəxs3 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı da demişdir. (c İ, i.v 238-241) İşdə olan, “Üzləşdirmə aparılması haqqında” 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı da demişdir. (c İ, i.v 242-244) İşdə olan, “Üzləşdirmə aparılması haqqında” 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı da demişdir. (c İ, i.v 245-247) İşdə olan, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c İİ, i.v 117-118) İşdə olan, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (c İİ, i.v 148-149) İşdə olan, “Üzləşdirmə aparılması haqqında” 01 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 şahid Təqsirləndirilən şəxs2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı da demişdir. (c İİ, i.v 197-199) İşdə olan, “Üzləşdirmə aparılması haqqında” 03 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şahid X9 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Raisə Muxtarovanın üzünə qarşı da demişdir. (c İİ, i.v 201-203) İşdə olan, 25 noyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X10 barəsində Azərbaycan Respublikası CM-nin 144.2.3 və 307.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Şahid1 barəsində və ona münasibətdə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, X3 və ona münasibətdə Təqsirləndirilən şəxs3 barəsində cinayət işinin başlanması rədd edilmiş, Şahid5, X12, Şahid7, X4 barəsində Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, X2 əməlinə hüquqi qiymət verilməsi üçün cinayət işindən material ayrılmış və araşdırılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Səbail rayon prokurorluğuna göndərilmişdir. (c İİ, i.v 207-242) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X7 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi dəlillər: verilmiş ittihamla özlərini təqsirli bilməyərək Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq qaçırmaqla cinayət əməlini törətdiklərini göstərsələr də, həmin əməli Zərərçəkmiş şəxs anası Şahid1, bacısı Aytən Əliyeva, əmisi qızları Şahid8 və Səbinə Əliyevanın təhrikləri ilə törətdiklərini, sonradan isə zərərçəkmişi könüllü olaraq qaytardıqlarından törətdikləri əməlin cinayət olmadığını bildirmişlər. Təqsirlərdirilən şəxslərin irəli sürdüyü dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Həm işin faktiki halları, həmçinin zərərçəkmiş şəxsin, şahidlərin, eləcədə məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş şahid ifadələri, o cümlədən təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı özlərini təqsirli bilməklə verdikləri ifadələrilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara verilmiş ittihamlarla təqsirli olduqları öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində özlərini təqsirli bilməklə göstərmişlər ki, “hadisə günü Bahar qəflətən Nərmini qolundan tutub darvazadan çölə tərəf itələmiş, bu zaman Nərmin qışqırmağa başlamış, Fərhad, Bahar və Reyhan hərəsi Nərminin bir tərəfindən yapışaraq avtomobilə tərəf aparmışlar, Tofiq isə avtomobilin sükanında oturub onları gözləmiş, Nərmin qışqırıb əl-qol hərəkətləri ilə onlara mane olmağa çalışmış, Fərhad, Bahar və Reyhan birlikdə Nərmini zorla dartaraq avtomobilin arxa oturacağına əyləşdirmişlər, bundan sonra Bahar öz həyətinə daxil olmuş, Reyhan və Fərhad avtomobilə əyləşib Bakı şəhərinə yola düşmüşlər, yolda Nərmin onu geri qaytarmalarını onlara söyləmiş, lakin onlar Nərminin həmin sözlərinə fikir vermədən yola davam etmişlər, Fərhad Nərminin sağ qolundan tutub avtomobilə dartan zaman qolunu bərk-bərk sıxdığı üçün Nərminin sağ qolunda qançır əmələ gəlmiş, bundan əlavə Nərmin özü 24 noyabr 2021-ci il tarixdə, saat 09 radələrində evdə olan zaman stəkanı qırıb şüşə ilə öz sol qoluna kəsik xəsarətləri yetirmiş, Nərmin evə getmək istədiyini bildirmiş və sakitləşməmiş, bundan sonra Fərhad Nərmin onu istəmədiyi üçün daha onu öz yanında saxlamaq istəməmiş və Nərmini Beyləqan rayonuna qaytarmaq qərarına gəlmişdir.” Həmçinin məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs da ifadəsində bildirmişdir ki, “hadisə günü Reyhan əlləri ilə onun ağzını tutmuş və darvazanın çölündə dayanan xalası oğlanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həyətə daxil olmuş, Fərhad dərhal onun sağ əlini tutub sıxmış, Tofiq isə dərhal onun sağ qolundan tutmuş və sürüyəsürüyə darvazanın çölünə dartmağa başlamışlar. Bu zaman onun sağ qolu və əli bərk ağrımış, onu sürüyə-sürüyə darvazanın çölünə çıxarıb zorla avtomobilə otuzdurub qaçırtmışlar. O, qışqırıb səs-küy salmış və əl-qol ataraq həmin şəxslərə müqavimət göstərmək istəmişdir. Bu zaman xalası Reyhan yaxınlaşıb onun ağzını tutub sıxmış və zorla sürüyüb avtomobilə əyləşdirmişlər. Sonra xalası Reyhan onun yanında əyləşib onu maşının içində tutub saxlamış, xalası oğlanları avtomobilə əyləşdikdən sonra Tofiq avtomobili sürüb getmişdir. Yolda o, həmin şəxslərə yalvararaq onu aparmamalarını, Fərhadı istəmədiyini, sevdiyi birinin olduğunu bildirərək geri qaytarmalarını tələb etmişdir. Lakin Fərhad, Reyhan və Tofiq ona məhəl qoymayaraq onu aparmışlar. Yol boyu etiraz etmiş, hətta qapını açıb özünü maşından atmaq istəmiş, lakin qapı açılmamışdır, daha sonra isə taqətdən düşmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin Zərərçəkmiş şəxs anası Şahid1, bacısı Aytən Əliyeva, əmisi qızları Şahid8 və Səbinə Əliyevanın təhrikləri ilə qaçırmaları, sonradan isə zərərçəkmişi könüllü olaraq qaytarmaları bağlı məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onların həmin dəlilləri özünümüdafiə xarakteri daşımaqla zərərçəkmiş şəxsin və şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam təkzib olunur. Lakin təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxslərin qeyd olunan ifadələri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materiallarında olan ekspertiza rəyləri və digər sənədlərlə tam təsdiq edilir. Bununla yanaşı onlar müdafiəçiləri ilə birlikdə xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsalar da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişlər. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bundan başqa Zərərçəkmiş şəxs hadisə günü təqsirləndirilən şəxslər tərəfindən zorla qaçırılması faktı, sonuncunun onlara qarşı aktiv müqavimət göstərməsi, bunun nəticəsində isə sağ mil-bilək oynağının və sağ əlin 1-ci barmağının əsas falanqa oynağı səviyyəsində əzələ-bağ aparatının gərilməsi, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər alması ilə də öz təsdiqini tapır. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslərin zərərçəkmişi könüllü olaraq azad etmələri ilə bağlı ifadələrinə dair hesab edir ki, CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsində təsbit edilmişdir ki, “əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur.” Qanunun mənasına görə oğurlanan şəxsin könüllü azad edilməsi həmin cinayəti törədən şəxsin (şəxslərin) iradəsinin ifadəsi olmalıdır. Yəni, adam oğurluğu cinayəti törətmiş şəxslər zərərçəkmiş şəxsi saxlamaqda davam etmələri imkanları olmasına baxmayaraq onu kənar təsirlərə məruz qalmaqdan azad edirlərsə, onların hərəkətləri həmin normanın təsiri altına düşür. Cinayət işinin materiallarından isə müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsi saxlamaqda davam etmələri imkanları məhdudlaşmış, zərərçəkmiş şəxsin atası və qardaşı tərəfindən artıq onun oğurlanması faktı ilə bağlı polisə şikayət edilməsini, polis əməkdaşlarının onları axtardıqlarını bilmələri, eləcədə zərərçəkmiş şəxsin saxlanıldığı evdə stəkanı sındıraraq sol said nahiyəsinə çoxsaylı kəsik xəsarətləri yetirməsi nəticəsində, yəni kənar təsir nəticəsində zərərçəkmiş şəxs azad edilmişdir. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinə əsasən, adam oğurluğu cinayətinin obyektiv cəhətini zərərçəkmiş şəxsin iradəsinə zidd və ya iradəsindən kənar surətdə onu daimi və ya müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və digər zorakı hərəkətlər daxildir. Zərərçəkmiş şəxsi onun iradəsi əleyhinə oğurlama həmçinin, gizli yolla və ya aldatmaqla, yaxud etibardan sui-istifadə etməklə törədilən hərəkətlərlə xarakterizə oluna bilər. Zərərçəkmiş şəxsi gizli yolla oğurlama dedikdə, heç kəsin görmədiyi, yaxud başqalarının gördükləri, lakin belə hərəkətlərin qanunsuz olduğunu dərk etmədikləri şərait başa düşülür. Zərərçəkmiş şəxsi aldatma yolu ilə oğurlama dedikdə isə zərərçəkmiş şəxsi yaxın qohumlarının adından təcili olaraq hər hansı bir yerə çağırmaqla və digər formada yalan məlumat verməklə onu oğurlama başa düşülür. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmamasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmamasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət, tələbinin olmamasını, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, baş vermiş hadisədən peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, onun yaşını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Təqsirləndirilən şəxs1 münasibətdə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4cü maddələri ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmamalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektdən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə, yuxarıda qeyd edilənləri və hadisənin baş vermə mexanizmini əldə edilmiş sübutlar əsasında qiymətləndirərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən onların hər birinin cinayətin törədilməsində rolu nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 8-ci bəndindən görünür ki, Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli Sərəncamında qeyd edilir ki, İbtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Qeyd edilən Sərəncamın 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, zərərçəkmiş şəxslə qohumluq əlaqələrini (doğma xala qızı, xala oğlu olmalarını), cinayətdə onun rolunu, peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan digər müstəsna halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək, Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsi məqsədəmüvafiqdir. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən halları, onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, zərərçəkmiş şəxslə qohumluq əlaqələrini (doğma xalası olmasını), cinayətdə onun rolunu, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini, onun tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan digər müstəsna halları nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid edilmədən də islah edilməsi mümkün olduğundan onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək, Azərbaycan Respublikası CM-in 144.2.3 və 144.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cəzadan daha yüngül cəza növünün, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 25 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində olan qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında həbs olunmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 17 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X15 Saxlama Yerinə göndərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində olan qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsinə əsasən) yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 25 noyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalında həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilib həbsdə saxlanması üçün Lənkəran Şəhər Rayon X15 Saxlama Yerinə göndərilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, qeydiyyatda olmaqla yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz olunsun və onun barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-122/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-122/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver