Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-122/2024 31.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi4 və Bakı şəhəri, 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakı ilə, xx xxxxxx 1993-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, əvvəllər əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi, ev 55-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 02 fevral 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri, 02 iyun 1988-ci ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 94-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 02 fevral 2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qanunsuz yolla qazanc əldə etmək məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək əldə olunması və Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil etmək barədə şəxsiyyəti məlum olmayan Əfşin adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə və psixotrop maddələr qaçaqmalçılıqla keçirildikdən sonra müxtəlif yerlərə qoyulmasına köməklik edəcəyinə və bunun müqabilində ona 500 (beş) manat qazanc veriləcəyi vədi ilə razılaşmış, bu barədə ona məlumat verildikdən sonra, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitələri sonuncu ilə birlikdə götürmək məqsədi ilə özünə məxsus Chevrolet Cruze markalı avtomobillə Ələt-Atara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrliyindən keçən hissəsində, üzərində “36” ədədi yazılmış lövhənin yanına gedərək İran İslam Respublikası vətəndaşı, şəxsiyyəti Əfşin adı ilə məlum olan şəxs və qeyriləri ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2023-cü ilin yanvar ayında razılığa gəlib sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək bu məqsədlə Əfşin adlı şəxs və qeyriləri tərəfindən müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə əldə etdikləri 9 ədəd ayrı-ayrı bağlamalarda olmaqla ümumi təmiz çəkisi 9220,0 (9 min iki yüz iyirmi) qram, bir ədəd bükümdə, təmiz çəkisi 4,378 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin, 4 ədəd ayrı-ayrı bükülüdə, ümumi təmiz çəkisi 2330,0 qram (2 min üç yüz 30) olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamini məlum olmayan vaxtda və şəraitdə İİR-dən Azərbaycan Respublikasına qaçalmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirməklə gətirib orada gizlədilən yerdən qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla onları daşıyaraq icarə əsasında çalışdırdığı, ünvan 1 ünvanında yerləşən “Sultanım” adlı gözəllik salonunda olan qara rəngli divanın üzərinə qoyaraq saxlamış, bu barədə əməliyyat məlumatları almış Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı 31 yanvar 2023-cü ildə saat 22 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində piyada hərəkətdə olarkən saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə, təmiz çəkisi 4,378 qram olan narkotik vasitə heroin aşkar edilərək qablaşdırılıb götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq 01 fevral 2023-cü ildə, saat 00:20-də icarə əsasında çalışdırdığı, ünvan 2 ünvanında yerləşən “Sultanım” adlı gözəllik salonuna baxış keçirilən zaman qanunsuz olaraq əldə edib saxladığı, 9 ədəd ayrı-ayrı bağlamalarda olmaqla ümumi təmiz çəkisi 9220,0 (9 min iki yüz iyirmi) qram, bir ədəd bükümdə, təmiz çəkisi 4,378 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin, 4 ədəd ayrı-ayrı bükülüdə, ümumi təmiz çəkisi 2330,0 qram (2 min üç yüz 30) olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamin, eləcə də üzərində narkotik vasitə heroin izləri olan, bir ədəd işlək vəziyyətdə elektron tərəzi, üzərində narkotik vasitə heroin izləri olan bir ədəd işləməyən əl tərəzisi salonda qoyulan qara rəngli divanın üzərində olan qutunun içərisində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, himayəsində 2 azyaşlı uşaqları ilə birgə yuxarıda göstərilən ünvanda yaşamış, Lənkəran şəhəri, Mərkəzi bazarın yaxınlığında “Sultanım” adlı gözəllik salonunda işləmişdir. 23 yanvar 2023-cü ildə gecə saat 02 radələrində gözəllik salonuna gələrkən içəridə olan polis əməkdaşları onun saçından tutub dartaraq, ona təzyiq göstərmiş, masanın üstünə qoyulan karobka qutunun içərisində olan narkotik vasitənin ona məxsus olduğunu bildirib ona təzyiq göstərərək polis şöbəsinə aparmış, şöbədə polis əməkdaşları Səbuhi və Əlvan onu döymüş, sonra Təqsirləndirilən şəxs2 onun yanına gətirilmiş, gözəllik salonunda aşkar edilən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin 50 qramı ona məxsus olmuş, polis əməkdaşlarının təzyiqi nəticəsində adından yazılanlara imza etmişdir. Himayəsində 2 azyaşlı uşaqlarının olmasını, həyat yoldaşının rəhmətə getməsini, qadın olmaqla ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə ifadə verərkən törətdiyi cinayət əməlini etiraf etməklə yanaşı, ifadəsində göstərmişdir ki, mərhum ərinin İranlı tanışı Əfşin adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq Ələt-Astara- İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrliyinə külli miqdarda narkotik vasitə və psixotrop maddə qoydurduğunu, gedib oradan onları götürməsini ondan xahiş etdiyini, bunun müqabilində ona pul verəcəyinə söz vermiş, pula ehtiyacı olduğu üçün onunla razılaşmış, sonra tanışı Təqsirləndirilən şəxs2 zəng edərək İranlı Əfşin adlı şəxsin ona təklifini və onunla razılaşdığını deyərək içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamaları onunla birlikdə gedib götürməsini İsmayıla təklif edərkən sonuncu etiraz etməmiş, onlar axşam saat 21 radələrində ona məxsus “Chevrolet Cruze” markalı avtomobillə ona deyilən magistral yolun 36-cı kilometrliyinə getmiş, gedərkən avtomobili İsmayıl idarə etmiş, həmin yerə çatdıqda o, maşından düşərək qutunu götürüb maşının ön oturacağına, öz yanına qoymuş, götürdükləri qutunu onun işlədiyi “Sultanım” adlı gözəllik salonuna aparmış, ora yerləşdirib evə qayıtmışlar. Təxminən 3-4 gün sonra, axşam radələrində yenidən İsmayıla zəng edərək narkotik vasitənin və psixotrop maddənin bir hissəsini həmin yerə qoymalı olduqlarını bildirmiş, onlar magistral yolun 36-cı kilometrliyinə gələrək bağlamaları lövhənin altına qoyub geri qayıtmışlar. 31 yanvar 2023-cü ildə, saat 22 radələrində İsmayılla birlikdə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada izahat verərkən və videoçəkiliş aparılarkən hər şeyi etiraf etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü ildə günorta saatlarında müstəntiq ona zəng edərək “şöbə rəisi səni qəbul edəcək” deyib onu polis şöbəsinə çağırmış, saat 13:30-da radələrində şöbəyə getmiş, polis əməkdaşı Səbuhi Mirzəyev ona telefonla görüntülü zəng edib İlahəni göstərmiş, həmin vaxt İlahənin ağladığını görmüş, Səbuhi ona hazırlaş gəl demiş, az sonra polis əməkdaşları Faiq və Ruhid gələrək onu istintaq bölməsinin rəisi Elmanın otağına aparmış, Səbuhi ora gələrək ona “səmimi olmağı və hər şeyi etiraf etməsini” deyərkən o. narkotik vasitədən heç bir məlumatının olmadığını bildirmiş, bir saat sonra İlahə polis şöbəsinə gətirilmiş, şöbədə işləyən tanışı polis əməkdaşına, İlahəyə narkotik vasitəni üzərinə götürməməsini çatdırmasını xahiş etmiş, İlahə polis əməkdaşı Səbuhi tərəfindən döyülmüş, Səbuhi bir büküm onun, bir büküm isə İlahənin qarşısına narkotik vasitə qoyub onu götürmələrini demiş, o, heç bir şeyi etiraf etməmiş, ona sənədlərə imza edəcəyi halda İlahəyə kömək olunacağı deyildikdə sənədlərə imza etmiş, axşam saatlarında İlahənin izahatında narkotik vasitəni onunla birlikdə gedib götürməsini eşitmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilməklə tədqiq edilərkən müəyyən olunur ki, müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində ifadə verərkən törətdiyi cinayət əməlini etiraf etməklə yanaşı, ifadəsində Təqsirləndirilən şəxs1 ilə bağlı göstərmişdir ki, sonuncu ona zəng edərək mərhum ərinin İranlı tanışı Əfşin adlı şəxsin onunla telefon əlaqəsi saxlayaraq Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolunun 36-cı kilometrliyinə külli miqdarda narkotik vasitə və psixotrop maddə qoydurduğunu, onları oradan götürməsini ondan xahiş etdiyini, bunun müqabilində ona pul verəcəyinə görə Əfşin adlı şəxslə razılaşdığını, içərisində narkotik vasitə və psixotrop maddə olan bağlamaları onunla birlikdə gedib götürməyi ona təklif edərkən etiraz etməmiş, onlar axşam saat 21 radələrində İlahəyə məxsus “Chevrolet Cruze” markalı avtomobillə ona deyilən magistral yolun 36-cı kilometliyinə getmiş, gedərkən avtomobili o idarə etmiş, həmin yerə çatdıqda İlahə maşından düşərək qutunu götürüb maşının ön oturacağına, öz yanında qoymuş, götürdükləri qutunu İlahənin işlədiyi “Sultanım” adlı gözəllik salonuna aparmış, ora yerləşdirib evə qayıtmışlar. Təxminən 3-4 gün sonra, axşam radələrində İlahə ona yenidən zəng edərək narkotik vasitənin və psixotrop maddənin bir hissəsini həmin yerə qoymalı olduqlarını bildirmiş, onlar magistral yolun 36-cı kilometrliyinə gələrək bağlamaları lövhənin altına qoyub geri qayıtmışlar. 31 yanvar 2023-cü ildə, saat 22 radələrində İlahə ilə birlikdə Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada izahat verərkən və videoçəkiliş aparılarkən hər şeyi etiraf etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətməsini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 iş üzrə şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü ildə Lənkəran rayonu, Liman şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri qəbul etməsi, üzərində saxlaması və daşıması ilə bağlı ona əməliyyat məlumatları daxil olmuş, məlumata əsasən polis əməkdaşları Şahid3, Şahid2 və Məhəmməd Allahverdiyevdən ibarət olmaqla əməliyyat qrupu yaradılmış, axşam saat 22 radələrində hər iki şəxsin daha çox hərəkətdə olduqları küçə müşahidəyə götürülmüş, onları Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində piyada hərəkətdə olarkən görüb onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onlara üzərlərində narkotok vasitə və psixotrop maddə olması ilə bağlı məlumat olduğunu bildirib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis şöbəsinə dəvət etmiş, hər iki şəxs müxtəlif bəhanələr gətirərək yayınmağa çalışsalar da, buna imkan verilməmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis şöbəsinə gətirilərək şöbədə üzərlərinə şəxsi axtarış keçirilməmişdən əvvəl onların öz seçiminə əsasən hüquqlarını müdafiə etmək üçün rayon vəkil bürosunun vəkilləri İntiqam Hüseynov və Zaur Qasımov dəvət olunmuş, üzərlərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs2 üzərində heç bir qanunsuz əşya aşkar edilməmiş, şifahi sual-zamanı sonuncu bir neçə ay olar ki, Təqsirləndirilən şəxs1 tanıdığını, onunla yaxşı münasibətləri olduğunu, İlahənin İran vətəndaşı ilə əlaqə saxlamasından, onun narkotik vasitələrin satışı ilə məşğul olmasından xəbəri olmadığını, 10 gün əvvəl İlahə ilə birlikdə sonuncuya məxsus “Chevrolet Cruze” markalı avtomobillə Ələt-Astara magistralının 36-cı kilometrliyinə gedərək sonuncunun maşından düşərək oradan bağlama götürüb maşına qoyduğunu, lakin İlahədən bağlamada nə olduğunu soruşmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf sellofan büküm aşkar edilmiş, büküm elektron tərəzidə çəkildikdə çəkisi 4,63 qram olmuş, şifahi sual-zamanı sonuncu həmin bükümdə kokos, yəni narkotik vasitə heroin olduğunu, narkotik vasitəni təxminən 10 gün əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə etdiyini, üzərində aşkar edilmiş narkotik vasitə heroinin qalan hissəsini Lənkəran şəhəri, mərkəzi bazar yaxınlığında olan “Sultanım” adlı gözəllik salonunda saxladığını, həmin şəxs ona göndərdiyi narkotik vasitənin bir hissəsini 3 dəfə müxtəlif yerlərə qoymasını ona tapşırdığını, göndərilən narkotik vasitəni də İsmayılla birlikdə özünə məxsus “Chevrole Cruze” markalı avtomobillə aparıb deyilən yerə qoyduğunu bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq polis əməkdaşları vəkil və Təqsirləndirilən şəxs1 ilə birlikdə iştirakı ilə sonuncunun Lənkəran şəhəri, İ.Səmədzadə küçəsində yerləşən “Sultanım” gözəllik salonuna gedərək videoçəkiliş aparmaqla salona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs1 salonun ikinci otağına daxil olaraq divanın üzərinə qoyulmuş sarı rəngli qutunu onlara təqdim etmiş, qutuya baxış keçirilərkən içərisində bir ədəd dəftər və bir ədəd sarı rəngli sellofan torba olmuş, içərisindəki bir ədəd şəffaf sellofan torbada 2,5 kq-a yaxın psixotrop maddə metamfetaminə, bir ədəd göy rəngli sellofan torbada isə 9,5 kq-a yaxın narkotik vasitə heroinə bənzər kütlələr, eləcə də baxış zamanı salondan 1 ədəd elektron və 1 ədəd isə əl tərəzisi, 24 ədəd 100 dollarlıq əskinası, əl çantası və içərisində 4 ədəd mobil telefon aşkar edilərək götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 dəftərin vəfat edən həyat yoldaşından qaldığını¸ sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olduğunu, hazırda həmin dəftərdə özü satdığını narkotik vasitənin qeydiyyatını apardığını, aşkar edilən narkotik vasitəni və psixotrop maddəni İranlı tanışı göndərdiyini, həmin malları tanışı İsmayılla birlikdə gedərək İranlının dediyi yerdən götürdüyünü və ya digər yerlərə aparıb qoyduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilməsi, üzərlərinə şəxsi axtarış, sonuncunun işlətdiyi salona isə baxış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilərək heç bir etiraz edilmədən iştirakçılar tərəfindən imzalanmış, eləcə də onlara qarşı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Baləddin oğlu və Şahid3 da Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə baxışında Baş Narkotiklərlə Mübarizə İdarəsinin CBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, 26 yanvar 2023-cü ildə Lənkəran rayonu, Liman şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və istifadə etməsi ilə bağlı ona daxil olmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs2 həmin gün saat 13 radələrində Lənkəran şəhəri, M.M.Axund küçəsində piyada hərəkət edərkən tərəflərindən saxlanılaraq şöbəyə aparılmış, şöbədə ona təqdim edilmiş vəkillər siyahısından seçilən müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində bir bükümdə narkotik vasitə tiryəkə oxşar maddə aşkar edilərək götürülmüş, həmin kütlə elektron tərəzidə çəkilərkən çəkisi 1,35 qram olmuş, sonuncu şifahi sorğu-sual olunarkən narkotik vasitəni öz istifadəsi üçün Lənkəran rayonunun Qumbaşı kəndində tanımadığı şəxsdən 20 manata aldığını, bir hissəsini istifadə etdiyini bildirmiş, şəxsi axtarışdan sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş BNMİ-nin CBRŞ-nin polis nəfəri Şahid5 da məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi, şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə, ilkin çəkisi 4,63 qram narkotik vasitə heroin aşkar edilmiş, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin İİR vətəndaşı tərəfindən ona göndərildiyini, qalan narkotik vasitə və psixotrop maddənin də çalışdırdığı gözəllik salonunda olduğunu bildirmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış həyata keçirilmiş, akin onun üzərindən hər hansı bir qanunsuz predmet aşkar edilməmişdir. İş materiallarında olan 01 fevral 2023-cü il tarixli “baxış keçirilməsi və əşyanın götürülməsi” haqqında protokoldan və protokola əlavə edilmiş 01 (bir) ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 işlədiyi, ünvan 2 ünvanında yerləşən gözəllik salonuna baxış keçirilmiş, baxış zamanı gözəllik salonunda olan oturacağın üzərindən bir ədəd sarı rəngli qutunun içərisindən 4 (dörd) ədəd şəffaf sellofana bükülərək bir ədəd sarı rəngli sellofan paketə qoyulmuş, ilkin çəkisi 2415 qram olan psixotrop maddə metamfetamin, 9 ədəd şəffaf sellofan paketdə qablaşdırılaraq bir ədəd göy rəngli sellofan paketə qoyulmuş, ilkin çəkisi 9415 qram olan narkotik vasitə heroin, bir ədəd işlək vəziyyətdə olan elektron tərəzi, bir ədəd işlək vəziyyətdə olmayan əl tərəzisi, salonda olan şkafın içərisində qoyulmuş, Təqsirləndirilən şəxs1 məxsus olan çantanın içərisindən sonuncunun saxta olduğunu bildirdiyi 24 ədəd 100 ABŞ dolları, içərisində müxtəlif qeydlər aparılmış bir ədəd dəftər və 4 ədəd mobil telefon aşkar edilib götürülmüş, Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddənin, elektron tərəzilərin, saxta pulların, eləcə də mobil telefonların özünə məxsus olduğunu etiraf etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 27 yanvar 2023-cü il tarixli 19/112 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə tiryəkə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan zərfi açdıqda 1 ədəd bükümdə təmiz çəkisi 1,212 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2022-ci il tarixli, 19/135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şəxsin üzərindən götürülən kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 4,378 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Tədqiqata təqdim edilmiş, üzərində “Şəxsin gözəllik salonundan aşkarlanan heroin” sözlər və imzalar olan polietilen bağlamadakı, 9 ədəd bükülülərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1000,0 qram, 1055,0 qram, 1000,0 qram, 1025,0 qram, 1045,0 qram, 1020,0 qram, 1000,0 qram, 1010,0 qram, 1065,0 qram, ümumi təmiz çəkisi 9220,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir - biriləri ilə eynidirlər. - Tədqiqata təqdim edilmiş, üzərində “Şəxsin gözəllik salonundan aşkarlanan heroin” sözlər və imzalar olan bağlamadakı, 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 985,0 qram, 910,0 qram, 220,0 qram, 215,0 qram, ümumi təmiz çəkisi 2330,0 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir - biriləri ilə eynidirlər. - Tədqiqata təqdim edilmiş, üzərində “Şəxsin gözəllik salonunda aşkar olunan 01 ədəd əl tərəzisi” sözlər və imzalar olan zərfdəki, 1 ədəd əl tərəzisi üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş, üzərində “Şəxsin gözəllik salonunda aşkar olunan 01 ədəd elektron tərəzi” sözlər və imzalar olan zərfdəki, 1 elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini müəyyən etmək mümkün deyildir. - Tədqiqata təqdim edilmiş “Şəxsin üzərindən götürülən kütlə” və “Şəxsin gözəllik salonundan aşkarlanan heroin” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı ümumilikdə 10 ədəd bükülüdə, ümumi təmiz çəkisi 9224,378 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər. - Tədqiqata təqdim olunan üzərində “Şəxsin üzərindən götürülən kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 büküm heroin, üzərində “Şəxsin gözəllik salonundan aşkarlanan heroin” sözlər və imzalar olan bir ədəd bağlamadakı 9 ədəd bükülü heroinlərdən fərqlidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27 yanvar 2023-cü il tarixli 93 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 fevral 2023-cü il tarixli 110 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş, Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Hüseynli X5 Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda yoxdur İş materiallarına əlavə edilmiş, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə göndərilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitə və psixotrop maddəni qaçalmalçılıq yolu ilə, Əfşin adlı şəxs və başqaları ilə birlikdə qabaqcadan əlbir olaraq satışını realizə etmək üçün ölkə ərazisinə keçirmiş, sonra tanışı Təqsirləndirilən şəxs2 ilə əlbir olub qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni qanunsuz olaraq müəyyən edilmiş yerdən götürüb saxlamaq üçün çalışdırdığı salona aparmış, İİR vətəndaşının sifarişi ilə bir neçə dəfə onun dediyi yerə qoyulan bağlamaları tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslərin götürməsi üçün qoymuşdur. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus ”İphone” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 İİR-nın vətəndaşı kimi tanınan “Əfşin” adlı şəxsin +98-***-***-**-** saylı mobil nömrəsinin vatçap əlaqə vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddənin əldə olunması, satışı və bölüşdürülməsi ilə bağlı çoxsaylı danışıqları olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə də yazışmaları qeyd olunur. İş üzrə lazımi məlumatların əks edildiyi fotoşəkillər və səs yazıları protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon prokurorluğunun 17 mart 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunaraq döyülməsi və təhqir olunması ilə bağlı sonuncunun şikayətinə əsasən prokurorluqda ətraflı araşdırılmış, araşdırma zamanı veriimiş zahatlarla, eləcə də məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 tibbi müayinədən keçərkən bədəni üzərində heç bir zədə və ya xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 şikayət ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan qərardan görünür ki, maddi sübut kimi tanınan və Təqsirləndirilən şəxs1 işlədiyi “Gözəllik salonu”ndan və üzərindən aşkar edilərək götürülən, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 9224,378 qram narkotik vasitə heroin, təmiz qalıq çəkisi 2329,8 qram psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülən, təmiz qalıq çəkisi 1,222 qram narkotik vasitə tiryək və iki ədəd elektron tərəzi Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılır, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara, “baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş, ümumilikdə 04 (dörd) ədəd DVD disk, mobil telefona baxış zamanı aşkar edilmiş səsyazılarını özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus “İphone” markalı mobil telefonun və bir ədəd qeyd dəftərinin onun qohumuna qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri qismən etirafedici, həmçinin şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları onun törətdiyi cinayət əməllərini təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri ifadələrini düzgün, obyektiv, məntiqli və işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlil gətirərək Təqsirləndirilən şəxs1 polis şöbəsində təzyiqlərə məruz qaldığından məcbur olub sonuncu ilə narkotik vasitə götürmək məqsədi ilə getdiyini yalandan etiraf etdiyini, müstəntiqə verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərin onlara qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlinməsi ilə bağlı irəli sürdükləri dəlillərə münasibət bildirərək qeyd edir ki, məhkəmədə tədqiq olunmuş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış və işlədiyi salona baxış keçirilərkən çəkiliş zamanı törətdiyi cinayət əməlini etiraf etməklə polis əməkdaşları tərəfindən döyülməsi və ya fiziki zorakılığa məruz qalması ilə bağlı, eləcə də Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən o, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 zor tətbiq olunması və ya döyülməsi ilə bağlı heç bir fikir bildiriməmiş, hətta sonradan belə onların polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmaları ilə bağlı hər hansı bir dövlət orqanına şikayətləri olmamışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə hesab edir ki, artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə icraatı zamanı verdikləri ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdikləri ifadələr yalan olmaqla məhz real faktların ört-basdır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə, başqa sözlə onların cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdikləri qismən etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdikləri etirafedici ifadələrini, eyni zamanda şahidlərin ifadələrini, ekspertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolları, əməllərini etiraf etmələrinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə baxışının çıxışlar mərhələsində dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərkən Təqsirləndirilən şəxs1 əməlinin CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini bildirmiş, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiya həddində cəzalandırılmasını məhkəməyə təklif etmiş və məhkəmə dövlət ittihamçısının mövqeyi ilə razılaşaraq bu barədə qərar qəbul etmişdir. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək Təqsirləndirilən şəxs1 əməlinin CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 isə əməlinin CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır və hesab edir ki, onlar həmin maddələrlə təqsirli bilinərək cəzalandırılmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 isə CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər CM-nin yuxarıda qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü və Təqsirləndirilən şəxs2 isə CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onlara təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, onlara təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduqları gündən, yəni xx.xx.2023-cü ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, hər iki təqsirləndirilən şəxsin həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla barələrində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmmalıdır. İş materiallarına əlavə edilmiş AZ-İİ 236082 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X2 14 noyabr 2017-ci ildə nikaha daxil olmuşlar. İş materiallarına əlavə edilmiş AZ-İV 612208 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 06 iyul 2021-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İV 405453 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 26 dekabr 2008-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİ 314887 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X2 06 iyun 2022-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran rayonu, Liman şəhəri, Rəsul Rza küçəsi, ev 55-də qeydiyyatda olmaqla himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Hüseynli X5 rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 94-də qeydiyyatda olmaqla valideynləri və qardaşı ilə birgə həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun təqsirini qismən etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də himsayəsində bir yetkinlik yaşına çatmayan çatmamış uşağının olmasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, qadın olmasını və ilk məhkumluğunu CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyini nəzərə alıb Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsinə əsaslanaraq belə qənaətə gəlir ki, onun azyaşlı övladı - 06 iyul 2021-ci ildə doğulmuş X3 və 26 dekabr 2008-ci ildə doğulmuş, yetkinlik yaşına çatmamış X4 üzərində qəyyumun təyin edilməsi məsələsinə baxılması Lənkəran Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 160.1-ci maddəsində əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Bununla bağlı cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan və Təqsirləndirilən şəxs1 işlədiyi “Gözəllik salonu”ndan və üzərindən aşkar edilərək götürülən, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 9224,378 qram narkotik vasitə heroin, təmiz qalıq çəkisi 2329,8 qram psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülən, təmiz qalıq çəkisi 1,222 qram narkotik vasitə tiryək və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara, “baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş, ümumilikdə 04 (dörd) ədəd DVD disk, mobil telefona baxış zamanı aşkar edilmiş səsyazılarını özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 məxsus “İphone” markalı mobil telefonun və bir ədəd qeyd dəftərinin onun qohumuna qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul,əmlak və s. müəyyən edilmədiyindənonlarınbarəsində xüsusi müsadirə təyin olunmamalıdır. Qeyd edilənlərlə yanaşı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat hər birindən 100 (yüz) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən onun azyaşlı övladı - 06 iyul 2021-ci ildə doğulmuş X3 və 26 dekabr 2008-ci ildə doğulmuş, yetkinlik yaşına çatmamış X4 üzərində qəyyumun təyin edilməsi məsələsinə baxılması Lənkəran Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanılan və Təqsirləndirilən şəxs1 işlədiyi “Gözəllik salonu”ndan və üzərindən aşkar edilərək götürülən, ekspertiza tədqiqatından sonra təmiz qalıq çəkisi 9224,378 qram narkotik vasitə heroin, təmiz qalıq çəkisi 2329,8 qram psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülən, təmiz qalıq çəkisi 1,222 qram narkotik vasitə tiryək və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara, “baxış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş, ümumilikdə 04 (dörd) ədəd DVD disk, mobil telefona baxış zamanı aşkar edilmiş səsyazılarını özündə əks etdirən 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs1 məxsus “İphone” markalı mobil telefonun və bir ədəd qeyd dəftərinin onun qohumuna qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat hər birindən 100 (yüz) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakimlər: 1.(sədrlik edən) Cəlil Nəbiyev
2. Cavid Səfərli
3. Müşfiq Məmmədov