Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-124/2022 06.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X12, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X10, onun nümayəndəsi Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə 4 dekabr 1988-cı ildə Yardımlı rayonu, Arvana kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin Yardımlı filialında elektrik montyoru işləmiş, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilmiş, Yardımlı rayonu Arvana kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində şəxsi təsərrüfatında olan xırda və iribuynuzlu heyvanları otarmaq məqsədi ilə Yardımlı rayonu Arvana kəndi yaxınlığında yerləşən örüş sahəsinə aparmış, evdən çıxarkən vəhşi heyvanların şəxsi təsərrüfatında olan heyvanlara hücum etməsinin qarşısını vaxtında almaq məqsədi ilə hüquqi sənədləri olmayan zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “İJ 17” modelli, “OA 8755” №-li, xarici çaxmaqlı, təklüləli tüfəngini (yivsiz odlu ov silahını) və həmin silah üçün nəzərdə tutulan 5 ədəd 20 mm kalibrli patronları özü ilə götürərək 1 ədəd patronu tüfəngin patronluğuna yerləşdirib silahı atəşə hazır vəziyyətə gətirmiş, saat 13 radələrində heyvanları örüş sahəsində otaraotara Yardımlı rayonu Arvana kəndinin yaxınlığında yerləşən “Ayrankəsən” adlanan əraziyə çatdıqda orada həmkəndliləri X5 və Şahid1 öz heyvanlarını otardıqlarını görmüş, “Ayrankəsən” adlanan ərazidə həmkəndlisi Nəsrəddin Sətizadənin ona məxsus ərazidə heyvan otarmasına irad bildirdiyi üçün Nəsrəddin Sətizadə bu irada qarşılıq verdikdə aralarında mübahisə yaranmış, həmin vaxt Təqsirləndirilən şəxs örüş sahəsinə gələn zaman üzərində gətirdiyi atəşə hazır vəziyyətdə olan tüfəngi Nəsrəddin Sətizadəyə yönəltməklə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, sonuncu isə özünü müdafiə etmək məqsədi ilə Təqsirləndirilən şəxs əlindəki ağac parçası ilə zərbələr vuraraq ona xəsarətlər yetirmiş, bundan sonra Təqsirləndirilən şəxs Nəsrəddin Sətizadəni qəsdən öldürməklə bağlı cinayətkar niyyətini davam etdirərək öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməklə, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb və bunları arzu edərək həmin tüfənglə yaxın məsafədən sonuncunun döş qəfəsinə bir dəfə atəş açaraq ona döş qəfəsinin sol ön hissəsinin döş boşluğuna keçən sol ağciyəri, ürək kisəsini, ürəyi zədələyən kor odlu silah yaralanması ilə müşayiət olunan həyat üçün təhlükəli olan, dərəcəsinə görə qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirərək Nəsrəddin Sətizadəni öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci il tarixdə səhər tezdən Yardımlı rayonu Arvana kəndində heyvanlarını otarmaq üçün örüş sahəsinə aparmış, vəhşi heyvanlardan qorunmaq üçün üstündə patronlarla birlikdə ov tüfəngini də götürmüşdür. Həmin əraziyə oğlu Nəsib ilə getmişdir. Heyvanlarını həmişə Ayrankəsən deyilən ərazidə otarmış, həmin ərazi müqavilə əsasında əvvəllər onlara məxsus olmuş, sonra müqavilə müddəti bitmişdir. Günorta vaxtı saat 13 radələrində həmkəndliləri Nəsrəddinin və Bəxtiyarın da həmin ərazidə öz heyvanlarını otardıqlarını gördükdə heyvanlarını həmin ərazidən çıxartmasını tələb etmişdir. Onların heyvanları çıxrtmadıqlarını görüb Nəsrəddinlə mübahisə etməyə başlamış, mübahisə zamanı Nəsrəddin onun ünvanına nalayiq söyüşlər söyərək üzərinə hücum etmiş və onun baş nahiyəsindən ağacla vurmuşdur. Nəsrəddinlə əlbəyaxa olmuş və Nəsrəddin onun üzərində olan tüfəngin lülə hissəsindən tutaraq dartmağa başlamışdır. O, isə tüfəngin qundağından özünə tərəf dartan zaman yerə yıxılmış və tüfəngdən atəş açılması nəticəsində Nəsrəddin vəfat etmişdir. Nəsrəddinin öldüyünü gördükdən sonra həmin ərazidən uzaqlaşmış və oğlu ilə birlikdə yaşadığı evə yaxın olan sərhəd zasatavasına gəlmiş, əlləri və paltarları qana bulaşmış, arvadının hadisədən məlumatı olduqdan sonra gəlib onu evə aparmışdır. Silah özündə olmuşdur. Bu zaman sərhədçilər gəlib evdən onu sərhəd zastavasına, sonra isə polis əməkdaşları gəlib onu Yardımlı RPŞ-yə aparmışlar. Həmin tüfəng mərhum babası Məhramalı Orucova məxsus olmuşdur. Babası həmin silahı rayonun Arvana kəndində yerləşən evin banında gizlətmiş, o da evin banını axtaran zaman həmin silahı tapmışdır. Həmin vaxtdan da silah onda olmuş və silahdan istifadə etmişdir. Patronları isə bir müddət əvvəl Bakı şəhərində ovçular mağazasından almışdır. Örüş sahəsinə getməmişdən əvvəl o, patronlardan birini silahın patronluğuna yerləşdirmiş, digər 4 patronu isə əynində olan şalvarının sağ cibinə qoymuşdur. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci il tarixdə saat 07 radələrində oğlu Nəsrəddinin növbəsi olduğundan kənd camaatın heyvanlarını otarmaq üçün həmkəndlisi Şahid1lə örüş sahəsinə aparmışlar. Saat 13 radələrində qonşuluqda yaşayan dayısı Ağasəfgildə olarkən dayısı oğlu Mirhüseyn onu kənara çağıraraq Nəsrəddinin öldürüldüyünü bildirmişdir. Dərhal hadisə yerinə-Arvana kəndinin yaxınlığında yerləşən “Ayrankəsən” adlanın əraziyə getmiş, orada olarkən İbrahimin ona oğlunu Nufiəlinin oğlu Asifin silahla vurduğunu bildirmişdir. Mərhum oğlu Nəsrəddinin meyitini “QAZ-66” markalı avtomobilə qoyub ata evinə aparmışlar. Hadisə vaxtı onların yanında olmamışdır. Lakin eşitdiyinə görə Asif də həmin gün öz heyvanlarını otarmaq üçün örüş sahəsinə getmiş, orada mərhum oğlu Nəsrəddindən heyvanları ərazidən çıxartmasını tələb etmiş, həmin ərazinin onlara məxsus olduğunu demişdir. Buna görə aralarında mübahisə yaranmış, Asif tüfəngdən atəş açaraq oğlunu vurmuşdur. X11 münasibəti yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir, onu bağışlamır, ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci il tarixdə saat 07 radələrində həmkəndlisi mərhum Nəsrəddin Sətizadənin növbəsi olduğu üçün kənd sakinlərinin iribuynuzlu heyvanlarını otarmaq üçün birlikdə Arvana kəndi yaxınlığında yerləşən “Ayrankəsən” adlanan əraziyə gəlmişdir. Saat 12 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs də öz heyvanlarını otarmaq üçün azyaşlı oğlu ilə örüş sahəsinə gəldiyini görmüşlər. Bundan sonra Nəsrəddin ondan uzaqlaşaraq otardığı heyvanların yanına Asifin olduğu sahəyə tərəf getmiş, Asif Nəsrəddinə mallarını onun ərazisindən çıxartmasını tələb etmişdir. Təxminən 5-6 dəqiqədən sonra ondan bir qədər aralı olan Asif və Nəsrəddinin mübahisə səslərini eşitmiş, lakin hava küləkli olduğu üçün onların konkret olaraq nə dediklərini dəqiq eşidə bilməmişdir. Bu zaman bir atəş səsi eşitmiş və dərhal həmin istiqamətə doğru qaçmışdır. Onunla Nəsrəddinin və Asifin olduğu yerin arasında təxminən 150-200 metr məsafə olmuşdur. Mərhum Nəsrəddinin arxası üstə yerə uzanmış vəziyyətdə görmüş, təxminən 20 metr məsafədən çiynində tüfənglə oradan uzaqlaşan Asifi köməyə çağırmış, lakin sonuncu ona əhəmiyyət verməmişdir. Nəsrəddinin sinəsindən qan axdığını görmüş, onu çağırsa da cavab verməmiş, onun öldüyünü başa düşmüşdür. Qışqıraraq camaatı köməyə çağırmış, əmisi Qəribxan ora gəlmiş, ona Asifin tüfənglə Nəsrəddini öldürdüyünü demişdir. Təxminən 15 dəqiqədən sonra İbrahim idarə etdiyi “QAZ-66” markalı avtomobillə hadisə yerinə gəlmiş və Nəsrəddinin meyitini maşına qoyub aparmışlar. Asifin Nəsrəddinə ov tüfəngi ilə atəş açdığını görməmiş, lakin atəşin səsini eşitmişdir. Nəsrəddin Asifin yanında olarkən uzaqdan onların mübahisə səslərini eşitmişdir. Əvvəllər örüş sahəsində heyvan otararkən həmin tüfəngi bir neçə dəfə Asifin çiynində görmüş, tüfəngin kimə məxsus olması barədə məlumatı yoxdur. Nəsrəddinlə Asifin münasibəti yaxşı olmuş, aralarında əvvəllər hər hansı bir mübahisə olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində Arvana kəndinin yaxınlığında yerləşən,“Sarıdərə” adlanan ərazidə tövlənin kənarında təsərrüfat işləri ilə məşğul olarkən, qardaşı oğlu Bəxtiyar uzaqdan qaça-qaça gələrək Asəfin Nəsrəddini güllə ilə vuraraq öldürdüyünü demiş, bu vaxt tanışı İbrahim “QAZ 66” markalı avtomobili ilə yanından keçən zaman maşını saxlatdırmış və maşında olan həmkəndliləri Rafiz və Rasimlə birlikdə hadisə yerinə getmişlər. Qardaşı oğlu Bəxtiyarın deməsinə görə örüş sahəsində malheyvan otarmaq üstündə aralarına mübahisə yaranmış və mübahisə zamanı Asif Nəsrəddini vurmuşdur. Ayrankəsən adlanan ərazi uzun müddət Asifin atası Nufiəlinin istifadəsində olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Mirhüseyn oğlu, Şahid4, Şahid5 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli 1 №li rəyindən görünür ki, mərhum N.S.Sətizadənin ölümünə səbəb döş qəfəsinin sol ön hissəsinin döş boşluğuna keçən daxili üzvlərin və iri kalibrli damarları zədələməsi nəticəsində əmələ kələn kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, ölüm meyit müayinə olunmağa başladığı vaxtdan 5-7 saat əvvəl baş vermişdir. Mərhum N.S.Sətizadənin meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olundu: Döş qəfəsinin sol ön hissəsinin döş boşluğuna keçən sol ağciyəri, ürək kisəsini, ürəyi zədələyən kor odlu silah yaralanması. Qeyd olunan xəsarətlər oldu silah yaralanmasının giriş dəliyidir, gizili qırma ilə doldurulmuş odlu silahdan, ola bilər ki ov tüfəngindən açılan atəş nəticəsində onun ölümündən bir qədər əvvəl törədilmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Mərhum N.S.Sətizadənin meyitində aşkar olunmuş qeyd olunan oldu silah yarasının giriş dəliyinə və daxili orqanların zədələnməsi ilə nəticələnməsinə əsasən demək olar ki, yara kanalının istiqaməti aşağıdan yuxarıya, nisbətən soldan sağa və öndən arxayadır. Mərhum N.S.Sətizadənin bədənində həmin vaxt qarşılıqlı mübarizə zamanı əmələ gələ biləcək hər hansı bir zədə aşkar edilmədi. Xəsarət yetirilən zaman mərhum N.S.Sətizadə müxtəlif vəziyyətlərdə, o cümlədən ayaqüstə, oturmuş, uzanmış və s. ola bilərdi. Mərhum N.S.Sətizadənin bədənində və paltarındakı zədələr sayına və yerləşdikləri nahiyyələrə görə bir-birlərinə uyğundur. Qeyd olunan xəsarət kor odlu silah yaralanması olub, giriş dəliyi döş qəfəsinin sol ön hissəsində yerləşmişdir. Mərhum N.S.Sətizadənin bədənində aşkar edilmiş kor odlu silah yaralanması atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən olmuşdur. Atəşin məsafəsinin daha dəqiq təyin olunması üçün hadisə zamanı mərhumun əynində olmuş müvafiq nahiyyələrdəki zədələnmiş paltarların və iş materiallarının məhkəmə-kriminalistik ekspertizasının aparılması məqsədə uyğundur. Mərhum N.S.Sətizadənin meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli 3/1650, 3/1651 və 3/1652 №li məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının rəylərindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 20 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “İJ 17” modelli, “OA 8755” №-li, xarici çaxmaqlı, təklüləli tüfəngdir – yivsiz odlu ov silahıdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyini çəkmədən ondan öz-özünə atəş açılmır, zavod nişanlarında və silah üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Bu modelli silahlardan zavod üsulu ilə hazırlanmış 20 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atış açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər isə 600 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə(o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdir. Tədqiqata təqdim edilmiş 4(dörd) ədəd predmet 20 mm kalibrli olmaqla həmin kalibrə malik yivsiz(hamarlüləli) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur və istifadəyə(atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 06 (altı) ədəd predmet müxtəlif kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atəş komponentinin atəşlə ayrılmış hissələridir – qırmalardır və döyüş sursatı hesab edilmirlər. Təyinatlarına uyğun olaraq, həmin qırmaların digər atəş komponentləri ilə birlikdə müvafiq kalibrli gilizə doldurulması ilə hazırlanmış patrondan istifadə etməklə, təqdim edilmiş 20 lakibrli, “İJ 17” modelli, “OA 8755” №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin qırmaların üzərində atəşədək doldurulduqları gilizin daxili divarlarından və atıldıqları silahın lülə kanalında qalmağa xarakterik olan sürtünmə izləri, qırmaların hədəfə dəyməsi prosesində əmələ gəlmiş çoxsaylı, müxtəlif istiqamətli və formalı batıqlar, çıxıntılar, xaotik quruluşlu sıyrıqlarla qarışdığına, öz ilkin forma və ölçülərini itirdiklərinə, habelə az və zəif əks edildiklərinə görə, eyniləşmə tədqiqatı üçün yarasız olduqları üçün, onların təqdim edilmiş 20 kalibrli, “İJ 17” modelli, “OA 8755” №-li ov tüfəngindən atılıb-atılmadıqlarını müəyyən etmək mümkün olmamışdır. Tədqiq edilən 1(bir) ədəd plastmas predmet 20 kalibrli, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilən patronların doldurulması üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, atış komponentinin atışlə ayrılmış hissəsidir – tıxacdır (“konteyner” tipli). Təyinatına uyğun olaraq, həmin tıxacın digər atəş kompanentləri ilə birlikdə doldurulması ilə hazırlanmış 20 kalibrli patrondan istifadə olunmaqla təqdim edilmiş 20 kalibrli, “İJ 17” modelli, “OA 8755” №-li ov tüfəngindən də atəş açılması mümkündür, lakin tıxacın üzərində atıldığı silahın lülə kanalından qalmağa xarakterik olan sürtünmə izləri eyniləşdirmə tədqiqatı üçün yararsız olduğuna görə, onun təqdim edilmiş 20 kalibrli, “İJ 17” modelli, “OA 8755” №-li ov tüfəngindən, eləcə də başqa hər hansı konkret silahdan atılıb-atılmadığını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş üzərində “Nəsrəddin Sətizadəyə” məxsus olduğu qeyd edilən bir ədəd idman pencəyi, bir ədəd sviter və bir ədəd qısaqol köynəyin üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədələr vardır. Zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə, zədənin formasına, ölçüsünə, morfoloji quruluşuna əsasən, geyim əşyalarının üzərində olan zədələr giriş zədəsi olmaqla, hamarlüləli odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən, 5sm-dən 1metrədək olan məsafə daxilində, öndən arxaya doğru istiqamətdə yetirilməyə xarakterikdir. Bu zədələr təqdim edilmiş silahdan açılan atış nəticəsində mərmilərin-qırmaların təsirindən yarana bilər, lakin zədələri yetirən silahən kalibrini müəyyən etmək mümkün deyil. Atış açılan zaman silahın lüləsinin ağız kəsiyi idman pencəyinin ön, sol hissəsinə doğru yönəlmiş vəziyyətdə olmuşdur. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyaları və üzərində “Nəsrəddin Sətizadəyə” məxsus olduğu qeyd edilən bir ədəd papaq, bir ədəd bel kəməri, bir ədəd cins şalvar, bir ədəd idman şalvarı və bir ədəd alt tumanının səthində odlu silahdan açılan atəş nəticəsində mərmilərin-qırmaların təsirindən yaranmağa xarakterik olan zədələr aşkar edilmədi. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” məxsus olduğu qeyd edilən geyim əşyaları və üzərində “Nəsrəddin Sətizadəyə” məxsus olduğu qeyd edilən bir ədəd bel kəməri, bir ədəd cins şalvarı və bir ədəd idman şalvarının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. Tədqiqata təqdim edilmiş üzərində “Nəsrəddin Sətizadəyə” məxsus olduğu qeyd edilən bir ədəd papaq və bir ədəd alt tumanının səthindən atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Tədqiqata təqdim edilmiş geyim əşyalarından Nəsrəddin Sətizadəyə məxsus şalvarın üzərində rəyin təsviri hissəsində qeyd olunan mexaniki zədənin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədə hər-hansı bərk predmetlə kontakda olması, ilişməsi nəticəsində yarana bilən ilişib cırılma zədəsidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarnıda olan 27 oktyabr 2021-ci il tarixli 6/4301 №li məhkəmə-lifli ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X3 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və X1 və sol əl barmaqlarının dırnaqlarının kəsilərək götürülmüş dırnaq kəsintilərində kənar lif mikrohissəcikləri və həmçinin bir-birilərinə məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur.Tədqiqata təqdim edilmiş, 01 ədəd ağac parçasının üzərində kənar lif mikrohissəcikləri və həmçinin Təqsirləndirilən şəxs və X3 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, X3 məxuss olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqatan təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X3 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2339 N-li rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır, cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamış, hadisə zamanı hərəkət və davranışlarına mühüm təsir göstərə biləcək fərdi-psixoloji xüsusiyyətlər aşkar edilmədi. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 822/2021-MTBŞ №li rəyindən görünür ki, X2 ABO sistemi üzrə qan qrupu: A-beta/H//İİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/. /sonuncunun şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Ekpertizaya təqdim edilən mərhum X3 məxsus idman gödəkcəsi, pulover, cins şalvar, kəmər, idman şalvarı, qısaqol köynək, trusik, yaylıq Təqsirləndirilən şəxs Nuiəli oğluna məxsus gödəkcə, papaqlı köynək üzrəindəki ləkələrdə və hadisə yerindən 01 ədəd pambıq topası, 01 ədəd pambıq topası qurumuş bitki qalıqları ilə birlikdə, qurumuş bitki qalıqları, 01 ədəd maddi sübutlar üzərində olan izlərigötürmək üçün nəzərdə tutulmuş plastik çubuğun bir ucuna sarınmış pambıq üzərinə hopdurulub götürülmüş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri A-beta/H//İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X4 məxsus ola bilər. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür/əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa/. Təqdim olunan mərhum X3 məxsus papaq üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. 12 sentyabr 2021-ci il tarixli «hadisə yerinə baxış keçirilməsi» haqqında protokolla və fotocədvəllə müəyyən edilmişdir ki, hadisə yeri Yardımlı rayon Arvana kəndi yaxınlığında yerləşən el arasında “Ayrankəsən” adlanan ərazidir. Həmin ərazinin aşağı hissəsi dərə, yuxarı hissəsi isə təpəliklərdən ibarətdir. Həmin ərazidə yerləşən dərədən 20 metr yuxarı eniş hissədə bir ədəd kol yerləşir. Həmin koldan 5,6 metr yuxarı hissədə 1 ədəd uzunluğu 1,2 metr olan ağac parçası vardır. Həmin ağac parçasının üzərində qanabənzər ləkələr müşahidə olunur. Həmin ağac parçasından 1,6 metr aşağı hissədə 1 ədəd qara rəngli idman papağı vardır. Həmin papaqdan 3 metr aşağı hissədə torpaq və ot qalıqları üzərində qanabənzər ləkələr aşkar olunmuşdur. Məhkəmə 12 sentyabr 2021-ci il tarixli «meyitə və əynindəki paltarlara baxış keçirilməsi», 13 sentyabr 2021-ci il tarixli «şübhəli şəxsin ifadələrinin yerində yoxlanılması», 13 sentyabr 2021-ci il tarixli «tüfəngə, patronlara və mobil telefona baxış keçirilməsi», 13 sentyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs «təqdim olunmuş paltarlara baxış keçirilməsi və götürülməsi» haqqında protokolları iş üçün əhəmiyyətli olan sübut kimi qəbul edir. 12 noyabr 2021-ci il tarixli qərarla 1 (bir) ədəd “İJ-17” markalı OA 8755 nömrəli 20 kalibrli təklülə ov tüfəngi, 2 ədəd 20 kalibrli patron maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı RPŞ-yə təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “SAMSUNG” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı rayon prokurorluğuna təhvil verilmişdir. 6 dekabr 2021-ci il tarixli qərarla 1 ədəd ağac parçası, 1 ədəd idman papağı, qanabənzər nümunələr, mərhum X3 məxsus 1 ədəd bozumtul - göy rəngli cins şalvarı, 1 ədəd bozumtul-qaramtıl rəngli bel kəməri, 1 ədəd ağımtıl-bozumtul-qara rəngli trusi, 1 ədəd naxışlı yaylıq, 1 ədəd qara-boz rəngli qollu köynək, 1 ədəd ağ-göy zolaqlı yarımqol köynək, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd göy rəngli idman gödəkcəsi (polverjaket), mərhum X3 məxsus 1 ədəd “SAMSUNG” markalı göy rəngli mobil telefon, 6 ədəd qırma, 1 ədəd plastik tıxac, Təqsirləndirilən şəxs Nufəli oğluna məxsus 1 ədəd bənövşəyi rəngli gödəkçə və 1ədəd göy rəngli papaqlı köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı rayon prokurorluğuna təhvil verilmişdir. 10 dekabr 2021-ci il tarixli qərarla ifadələrin yerində yoxlanılması zamanı keçirilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd CD disk, «Azersell Telekom, Baksel MMC və Azərfon MMC»dən daxil olmuş 3 ədəd CD disklər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan mərhumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla cəzası 01 il sınaq müddəti ilə şərti hesab olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, yuxarıda göstərilənlər təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrini ( zərərçəkmiş şəxsin ondan silahı almaq istəyərkən silahdan ani olaraq atəş açılması, mərhum Nəsrəddin Sətizadəni qəsdən öldürməməsinə aid hallar istisna olunmaqla) sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində zərərçəkmiş şəxs Nəsrəddin Sətizadəni qəsdən öldürmədiyini, münaqişə zamanı Nəsrəddin Sətizadə ondan silahı almaq istəyərkən silahdan ani atəş açıldığını bildirmişdir. Lakin məhkəmə-ballistik eskpertizasının rəyində həmin silahın tətiyini çəkmədən öz-özünə atəş açılmasının mümkün olmadığı göstərilmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Nəsrəddin Sətizadəni ehtiyyatsızlıqdan deyil, silahın tətiyini bilə-bilə məqsədli şəkildə çəkərək zərərçəkmiş şəxsi qəsdən öldürmüşdür. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən öldürmək niyyətində olmaması, silahdan ani atəş açılmasına dair göstərdiyi xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Bundan başqa, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 123cü maddəsində nəzərdə tutulmuş zəruri müdafiə həddini aşmaqla adam öldürmə cinayətin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs hadisə vaxtı zəruri müdafiə vəziyyəti yaranmamışdır. Çünki hadisə zamanı Təqsirləndirilən şəxs əlində odlu silah olmuş, zərərçəkmiş Nəsrəddin Sətizadənin isə odlu silahı olmamış və öz hərəkətləri ilə Təqsirləndirilən şəxs həyatı üçün real təhlükə yaranmamışdır. Məhkəmə cinayət qanunvericiliyinin müddəalarını, habelə məhkəmədə tədqiq olunmuş sübutlara, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin, eləcə də təqsirləndirilən şəxsin ifadələri, ekspert rəyləri, maddi sübutlar məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənədlərə və iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş şəxs Nəsrəddin Sətizadəni qəsdən öldürmək olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs odlu silahdan Nsərəddin Sətizadənin döş qəfəsinə atəş açmaqla zərərçəkmiş şəxsin həyat üçün mühüm orqanı olan ürək və ağciyər nahiyyələrinə öldürücü xəsarət yetirmişdir. Bu da Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Nəsrəddin Sətizadəni qəsdən öldürməsinə dəlalət edir. Təqsirləndirilən şəxsin əməlində onun təqsiriliyini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 21-ci bəndində göstərilir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əmələ görə cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). İş materiallarında olan Yardımlı RİH başçısının Arvana İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 20 sentyabr 2021-ci il tarixli 109 №-li arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi qızı xx.xx.2012-ci il təvəllüdlü Asi Ağazadə, oğlu xx.xx.2014-cü il təvəllüdlü Nəsib Ağazadə, qızı xx.xx.2018-ci il təvəllüdlü Aydan Ağazadə və oğlu xx.xx.2020-c il təvəllüdlü Murad Ağazadədən ibarətdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.10-cu maddəsinə əsasən cinayətin odlu silahdan istifadə etməklə törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər katerqoriyasına aiddir, həmin maddənin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, insanların həyat və sağlamlığı təhlükə altına alınır, onlara qəsd olunur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. 12 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 21:30-da CM-nin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14 sentyabr 2021-ci il tarixdə CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Yardımlı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli onun faktiki azadlığı məhdudlaşdırıldığı vaxtdan - tutulduğu 12 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Yardımlı rayon prokurorluğunda saxlanılan 1 ədəd ağac parçası, 1 ədəd idman papağı, qanabənzər nümunələr, mərhum X3 məxsus 1 ədəd bozumtul - göy rəngli cins şalvarı, 1 ədəd bozumtul-qaramtıl rəngli bel kəməri, 1 ədəd ağımtıl-bozumtul-qara rəngli trusi, 1 ədəd naxışlı yaylıq, 1 ədəd qara-boz rəngli qollu köynək, 1 ədəd ağ-göy zolaqlı yarımqol köynək, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd göy rəngli idman gödəkcəsi (polver-jaket) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, mərhum X3 məxsus 1 ədəd “SAMSUNG” markalı göy rəngli mobil telefon atası X7 qaytarılmalıdır. İş üzrə maddi sübut olan və Yardımlı rayon prokurorluğunda saxlanılan 6 ədəd qırma, 1 ədəd plastik tıxac, Təqsirləndirilən şəxs Nufəli oğluna məxsus 1 ədəd bənövşəyi rəngli gödəkçə və 1ədəd göy rəngli papaqlı köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “SAMSUNG” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 4 (dörd) ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Yardımlı RPŞ-də saxlanılan 1 (bir) ədəd “İJ-17” markalı OA 8755 nömrəli 20 kalibrli təklülə ov tüfəngi, 2 ədəd 20 kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə 354,16 (üç yüz əlli dörd manat on altı qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Yardımlı rayon prokurorluğunda saxlanılan 1 ədəd ağac parçası, 1 ədəd idman papağı, qanabənzər nümunələr, mərhum X3 məxsus 1 ədəd bozumtul - göy rəngli cins şalvarı, 1 ədəd bozumtul-qaramtıl rəngli bel kəməri, 1 ədəd ağımtıl-bozumtul-qara rəngli trusi, 1 ədəd naxışlı yaylıq, 1 ədəd qara-boz rəngli qollu köynək, 1 ədəd ağ-göy zolaqlı yarımqol köynək, 1 ədəd qara rəngli idman şalvarı, 1 ədəd göy rəngli idman gödəkcəsi (polver-jaket) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, mərhum X3 məxsus 1 ədəd “SAMSUNG” markalı göy rəngli mobil telefon atası X7 qaytarılsın. İş üzrə maddi sübut olan və Yardımlı rayon prokurorluğunda saxlanılan 6 ədəd qırma, 1 ədəd plastik tıxac, Təqsirləndirilən şəxs Nufəli oğluna məxsus 1 ədəd bənövşəyi rəngli gödəkçə və 1ədəd göy rəngli papaqlı köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “SAMSUNG” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 4 (dörd) ədəd CD cinayət işində saxlanılsın. İş üzrə maddi sübut olan və Yardımlı RPŞ-də saxlanılan 1 (bir) ədəd “İJ-17” markalı OA 8755 nömrəli 20 kalibrli təklülə ov tüfəngi, 2 ədəd 20 kalibrli patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə 354,16 (üç yüz əlli dörd manat on altı qəpik) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-124/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-124/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver