Məhkəmə qərarları › İş №1(099)-124/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-124/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-124/2024 28.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakı ilə xx xxx 1994-cü ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 46-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə, xx xxxxxx 1995-ci ildə Əli-Bayramlı (Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Şirvan şəhəri, M.S.Ordubadi küçəsi, döngə 1, ev 10-da qeydiyyatda olmaqla yaşamış və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-827,044 qram narkotik vasitə olan heroini əldə etmiş, saxlamış, daşımış və həmin heroinin 0,562 qram hissəsini 23 mart 2023-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, M.S.Ordubadi küçəsində tanışı Təqsirləndirilən şəxs2 20 manata satmış, heroinin qalan hissəsini 06 ədəd bükümlərə qablaşdırmış və həmin bükümlərdən 01 ədəd böyük həcmdə olan bükümü Şirvan şəhəri, “Kənd evləri” adlanan yaşayış massivi yaxınlığındakı çöllük sahədə daşın altında gizlətmiş, qalan 05 ədəd xırda bükümləri üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 24 mart 2023-cü il tarixdə saat 01 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, 20 Yanvar küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın sağ cibindən 04 ədəd bükümdə olmaqla ayrı-ayrılıqda 0,323 qram, 0,331 qram, 0,338 qram və 0,341 qram və sağ ayağındakı corabın içərisindən 01 ədəd bükümdə 20,149 qram narkotik vasitə olan heroin kütlələri, habelə əynindəki şalvarın sol yan cibindən üzərində narkotik vasitə olan heroinin mikrohissəcikləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilib götürülmüş, daha sonra istintaq orqanı tərəfindən 24 mart 2023-cü il tarixdə, saat 19-20 radələrində şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən Şirvan şəhəri, “Kənd Evləri” adlanan yaşayış massivinin yaxınlığındakı çöllük sahədə daşların altından 1 ədəd böyük həcmdə olan bükümdə 805,0 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-0,562 qram narkotik vasitə olan heroini 23 mart 2023-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, M.S.Ordubadi küçəsində tanışı Təqsirləndirilən şəxs1 20 manata alaraq əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 24 mart 2023-cü il tarixdə, saat 02 radələrində Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, M.S.Ordubadi küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibində olan pul kisəsinin içərisindən 1 ədəd kağız bükümdə 0,562 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır və ailəsi ilə birlikdə Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 46-da qeydiyyatda olmaqla yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Narkotiki tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 24 mart 2023-cü il tarixdə, gecə saatlarında bir qrup polis əməkdaşı yaşadığı evə gəlib onu tutub polis şöbəsinə aparmışlar. Tutulub polis şöbəsinə aparılarkən onun üzərində narkotik maddələr və elektron tərəzi olmamış, lakin evində stolun üstündə istifadəsi üçün saxladığı bir bükümdə təxminən 16-17 qram heroin olmuş və onu tutulub apararkən polis əməliyyatçıları həmin heroini də götürmüşlər. Polis şöbəsində polis əməkdaşları onu döymüş, sonra Fərman adlı polis əməkdaşı onun üzərinə özündə olan bir bükümdən əlavə 4 bükümdə heroin və bir ədəd elektron tərəzini qoyub üzərində axtarış zamanı həmin bükümlərdə olan narkotik maddənin və elektron tərəzinin özünə məxsus olmasını bildirməsini tələb etmiş, o da məcbur qalıb razılaşmışdır. Sonra polis şöbəsində polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynində olan şalvarının cibindən 3 ədəd bükümü və ayağındakı corabın içərisindən 1 ədəd bükümü çıxarıb stolun üstünə qoymuş, digər 1 ədəd bükümü və elektron tərəzini isə polis əməkdaşı Fərman cibindən çıxarıb stolun üzərinə qoymuşdur. Həmin 5 ədəd bükümlərin içərisində heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə həmin 5 büküm heroinin yalnız 1 bükümü ona məxsus olmuş, digər 4 bükümdə olan heroini və bir ədəd elekron tərəzi öna məxsus olmamış, həmin 4 bükümdə heroini və elekron tərəzini cibinə polis əməkdaşları qoymuşdur. Üzərində axtarış başa çatandan sonra həmin gün gecə saatlarında polis əməkdaşları onu Şirvan şəhərində “Kənd evləri” deyilən əraziyə aparımş və orada polis əməkdaşı Fərman və digər polislər tərəfindən əvvəldən həmin ərazidəki daşların altına torbanın içərisində narkotik maddə qoyulmuş, sonra onun iştirakı ilə və videoçəkilişlə həmin yerdən bir ədəd torbanın içərisindən narkotik maddə götürülmüş, daha sonra polis əməkdaşları ona təzyiqlər edərək həmin narkotik maddənin də ona məxsus olmasını deməyə məcbur edilmişdir. Əslində isə həmin torbanın içərisindən aşkar olunmuş heroin ona məxsus deyil, həmin narkotik maddə polis əməkdaşlarına aid olmaqla həmin yerə torbanın içərsində narkotik maddə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Həmçinin o, digər Təqsirləndirilən şəxs2 tanıyır və onunla münasibətləri yaxşı olmuş, həm də bildiyinə görə Asif də narkotik istifadəçisidir. O, Təqsirləndirilən şəxs2 heç vaxt narkotik maddələr satmamış, verməmiş, həmçinin Asifə guya heroin satması ilə bağlı ona verilmiş ittihamı qəbul etmir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə (CM-in 234.4.3-cü maddəsi ilə) özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün bir bükümdə təxminən 20 qramadək heroin əldə edib saxladığına görə özünü CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, təxminn 6 aydır ki, heroindən istifadə etməyə başlamışdır. 2023-cü ilin mart ayının ortalarında “İnstaqram” sosial şəbəkəsində özünü İran vətəndaşı kimi təqdim edən şəxslə tanış olmuş, sonra həmin şəxsə heroin lazım olduğunu bildirmiş, bu şəxs də ona narkotik satacağını demişdir. 23 mart 2023-cü il tarixdə həmin şəxs “İnstaqram”da ona yazıb heroini Bakı şəhərində bir yerdə gizlətdiyi bildirib heroinin qoyulduğu yerin ünvanın şəklini də çəkib ona göndərib gedib götürməyini demiş, həmçinin narkotikin pulunu ona (Təqsirləndirilən şəxs1) göndərdiyi bank kartındakı hesabla göndərməyini xahiş etmişdir. O, həmin şəxsə bank kartındakı hesaba 600 manat köçürməklə pul göndərmiş, sonra həmin şəxs də ona 20 qramdan artıq heroin göndərəcəyini demişdir. 23 mart 2023-cü il tarixdə o, Bakı şəhərindən Sumqayıt şəhəri istiqamətində çöllük bir ərazidə ona atılmış məkandan bir ədəd polietilen torbada olan heroini götürmüşdür. Həmin torbanın içərisində 4 ədəd kiçik bükümlərdə, 1 ədəd isə böyük bükümdə heroin və 1 ədəd elektron tərəzi olmuşdur. O, içərisində narkotik maddə və elektron tərəzi olan torbanı götürüb Şirvan şəhərinə, yaşadığı evə qayıtmışdır. O, 24 mart 2023-cü il tarixdə, saat 01 radələrində Şirvan şəhəri 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları onu saxlayıb X4 dövriyyəsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparmışlar. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki şalvarının ciblərindən 4 ədəd bükümdə, 1 ədəd elektron tərəzi və ayağındakı corabından 1 ədəd bükümdə heroin aşkar olunmuşdur. Şifahi sorğu zamanı aşkar olunmuş heroinin və elektron tərəzinin özünə məxsus olmasını, həmin narkotik maddəni tanımadığı İran vətəndaşından əldə edib istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən aşkar olunmuş kütlələr və elektron tərəzi qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Sonra ifadə verərkən o, sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona göndərdiyi içərisində heroin olan 1 ədəd torbanı götürdükdən sonra iranlının ona həmin torbada olan narkotik maddəni lazım olan yerə qoysa, ona pul və ya əvəzində heroin verəcəyini dediyini, o da razılaşıb götürdüyü həmin torbanı Şirvan şəhərində “Kənd evləri” adlanan ərazidəki daşların altında gizlətdiyini və həmin yeri polislərə göstərə biləcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Şirvan şəhərində “Kənd evləri” adlanan əraziyə aparmış, orada özünün və vəkilin iştirakı ilə, həm də videoçəkilişlə özünün göstərdiyi əraziyə baxış keçirilib gizlətdiyi yerdən-daşın altından içərisində narkotik maddə olan bir ədəd torba polis əməkdaşları tərəfindən aşkar edilib götürülmüşdür. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarış və ifadənin yerində yoxlanması zamanı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, üzərində aşkar olunmuş beş ədəd bükümdən dörd bükümdə olan heroin, bir ədəd elektron tərəzi və Şirvan şəhərində “Kənd evləri” adlanan ərazidən götürülmüş heroin özünə məxsus deyil, həmin heroin kütlələrin ona məxsus olması barədə ifadələrində yazılanları təsdiq etmir, lakin bir bükümdə olan heroin özünə məxsusdur. Polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, ifadə verərkən üzərində aşkar olunmuş heroin və elektron tərəzinin, həm də Şirvan şəhərində “Kənd evləri” adlanan ərazidən götürülmüş heroinin özünə məxsus olmasını bildirmişdir. Həmçinin onun guya tanışı Asifə 20 manata bir büküm heroin satması ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, o tanışı Asifə heç vaxt heroin satmamış və ya verməmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə (CMin 234.4.3-cü maddəsi ilə) özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün bir bükümdə təxminən 20 qramadək heroin əldə edib saxladığına görə özünü CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, Şirvan şəhəri, M.S.Ordubadi küçəsi, döngə 1, ev 10-da qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, xeyli müddətdir ki, narkotiklərdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Narkotiki tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 23 mart 2023-cü il tarixində, gecə saatlarında yaşadğı ərazidə küçədə olarkən polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində şəxsi istifadəsi üçün saxladığı bir ədəd kağız bükümdə az miqdarda heroin olmuşdur. O, həmin heroini bir müddət əvvəl tanımadığı şəxsdən alıb bir hissəsini istifadə etmiş, qalan hissəsini şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Polis şöbəsinə aparıldıqdan sonra polis əməkdaşları ona qarşı təzyiqlər edərək üzərində axtarış zamanı üstündə olan heroini tanışı Həsənağadan 20 manata deməyini tələb etmiş, o da məcbur qalıb razılaşmışdır. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış aparılmış, axtarış zamanı özü cibində saxladığı pul kisəsinin içərisindəki 1 ədəd kağız bükümdə olan heroini polislərə təqdim etmişdir. Sonra polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, üzərində aşkar olunan heroini tanışı Həsənağadan 20 manata almasını demişdir. Əslində isə o, Həsənağadan pulla narkotik maddələr almamış və heç kimə də narkotik maddə satmamışdır. Üzərində aşkar olunmuş heroin polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Polis şöbəsində olarkən polis əməkdaşların təzyiqi ilə əvvəl üzərində aşkar olunmuş heroini Həsənağadan 20 manata almasını desə də, sonradan Həsənağa ilə üzləşdirilərkən o, həmin heroini Həsənağadan almadığını bildirmiş, Həsənağa da ona heroin satmadığını demişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə (CM-in 234.2ci maddəsi ilə) özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün bir ədəd kağız bükümdə olan az miqdarda heroin əldə edib saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmişdir. Bədənində ağrıları olduğundan o, 23 mart 2023-cü il tarixində, saat 22 radələrində istifadəsində olan 070/844-24-99 saylı mobil telefon nömrəsindən dostu Həsənağanın istifadəsində olan 055/566-10-18 saylı mobil telefon nömrəsinə zəng edib istifadəsi üçün heroin istəmiş, Həsənağa da 20 manatlıq heroin gətirəcəyini bildirmişdir. Təxminən 30 dəqiqədən sonra o, yaşadığı ünvanda Həsənağa ilə görüşüb ona 20 manat verib bir ədəd kağız bükümdə heroin almışdır. O, aldığı heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini bir ədəd kağız bükümdə pul kisəsinin içərisinə yerləşdirib üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. 24 mart 2023-ci il tarixdə, saat 02 radələrində o, yaşadığı Şirvan şəhəri, M.S.Ordubadi küçəsi ilə hərəkət edərkən polis əməkdaları onu saxlayıb üzərində X4 gəzdirilməsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsinə aparılarkən üzərində istifadəsi üçün saxladığı bir ədəd kağız bükümdə heroin olmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı özü cibində saxladığı pul kisəsinin içərisindəki 1 ədəd kağız bükümdə olan heroini polislərə təqdim etmişdir. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroini 23 mart 2023-cü il tarixdə, saat 22 radələrində dostu Həsənağadan 20 manata aldığını bildirmişdir. İstintaq zamanı o, Sadiq adlı şəxslə üzləşdirilərkən həmin şəxs əvvəllər ondan heroin aldığını bildirmiş, özü isə həmin şəxsin yalan ifadə verdiyini heç vaxt ona narklotik maddə satmadığını bildirmidir. O, heroindən istifadə etsə də, alqı-satqısı ilə məşğul olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışın aparılması zamanı çəkilmiş videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərində aşkar olunmuş heroini tanışı Həsənağadan 20 manata alması barədə yazılanları təsdiq etmir, belə hal olmamışdır. Polis əməkdaşların ona qarşı təzyiqləri olduğu üçün o, ifadə verərkən heroini tanışı Həsənağadan 20 manata almasını demişdir. Əslində isə o, Həsənağadan pulla heroin almamış, üzərində aşkar olunmuş az miqdarda heroini tanımadığı şəxsdən alıb şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik maddələrin satışı ilə məşğul olmamış və narkotik maddələrin satışı ilə bağlı verilmiş ittiham üzrə (CM-in 234.2-ci maddəsi ilə) özünü təqsirli bilmir, lakin şəxsi istifadəsi üçün bir ədəd kağız bükümdə olan az miqdarda heroin əldə edib üzərində saxladığına görə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞnin əməkdaşı olduğu dövrdə, 24 mart 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdır. Həmin məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 01 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Şirvan şəhəri 20 Yanvar küçəsində Təqsirləndirilən şəxs1 saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı İsmail Qasımov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarının cibindən dörd ədəd büküm və ayağındakı corabının içərisindən bir ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlərin içərisində heroinə oxşar kütlələr aşkar olunmuşdur. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarının cibindən bir ədəd elektron tərəzi də aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş maddənin heroin olduğunu və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlələr və elektron tərəzi qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır. 24 mart 2023-cü il tarixdə o, istintaq orqanı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılmasında iştirak etmişdir. İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi yerdə Şirvan şəhəri “Kənd evləri” yaşayış massivinin yaxınlığında çölük sahədə Təqsirləndirilən şəxs1 özü orada olan daşın altından bir ədəd sellofan torbanı çıxarıb müstəntiq Bəhruz Qəhrəmanova təqdim etmişdir. Həmin torbanın içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs1 hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid5 Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Şirvan ŞPŞ-nin əməkdaşıdır. 24 mart 2023-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 02 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Şirvan şəhəri, M.Ordubadi küçəsində Təqsirləndirilən şəxs2 saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Şirvan ŞPŞ-nə aparılmışdır. Polis şöbəsində təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində bir ədəd bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş heroini 23 mart 2023-cü il tarixdə, axşam saatlarında tanışı Həsənağadan 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid7 Şahid6 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 24 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaran narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və bu məlumat əsasında 24 mart 2023-cü il tarixdə, gecə saat 01:55 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, 20 Yanvar küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-də təhqiqatçı İsmail Qasımov tərəfindən müdafiəçi Emil Quliyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ kiçik yan cibindən 04 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlələr, ayağındakı corabından 01 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə və şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar olunmuş heroinə oxşar kütlələr və bir ədəd elektron tərəzi təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 24 mart 2023-cü il tarixli, 18/335 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs1 üzərindən …” sözləri yazılmış və imzalar olan kağız paketdəki 5 ədəd politilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri-20,149 qram, 0,323 qram, 0,331 qram, 0,338 qram, 0,341 qram, ümumi çəkisi-21,482 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Dörd ədəd bükümdə təmiz çəkiləri 0,323 qram, 0,331 qram, 0,338 qram, 0,341 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir, həmin 4 bükümdə olan heroinlər digər 1 bükümdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə bir-birindən fərqlənir, eyni tərkibli deyildir. Tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs1 üzərindən…” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil eymədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını və təqdim edilən maddə ilə eyni tərkibli olub-olmadığını müəyyən etmək mümkün deyildir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 21,232 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “İfadənin yerində yoxlanılması haqqında” 24 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən Təqsirləndirilən şəxs1 göstərdiyi yerdən-Şirvan şəhəri, “Kənd Evləri” adlanan yaşayış massivinin ərazində, çöllük sahədə olan daşların altından 01 ədəd polietilen torbada narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İfadənin yerində yoxlanılması ilə bağlı aparılmış videoçəkilişin yazıldığı iki ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 27 mart 2023-cü il tarixli, 18/352 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “1./imza var/2./imza var/Quliyev Emil 3./imza var/Şahid3t...” imzalar olan polietilen torba bağlamadakı üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi-805,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 bükümdə, Təqsirləndirilən şəxs1 göstərdiyi ərazidən aşkar olunmuş 1 bağlamada olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir və bu heroinlər onun üzərindən aşkar olunmuş digər 4 ədəd bükümdə olan heroinlərlə xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə fərqlənir, eyni tərkibli deyildir. Ekspertiza tədqiqatından sonra qalıq heroin ayrı-ayrılıqda 804,095 qram, 20,982 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 24 mart 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaran narkotik vasitə əldə etməsi, saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və bu məlumat əsasında 24 mart 2023-cü il tarixdə, gecə saat 02:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, M.Ordubadi küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 mart 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Şirvan ŞPŞ-nin TB-nin təhqiqatçısı İnqilab Məmmədzadə tərəfindən müdafiəçi Eyvaz Əhədovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində bir ədəd bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş heroini 23 mart 2023cü il tarixdə, saat 22 radələrində dostu Həsənağadan 20 manata aldığı və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 24 mart 2023-cü il tarixli, 18/336 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “… Təqsirləndirilən şəxs2 üzərindən …” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,562 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 0,512 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 22 iyun 2023-cü il tarixli, 18/653 №-li rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 4 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 bükümdə təmiz çəkisi-20,049 qram (ilkin təmiz çəkisi-20,149 qram), Təqsirləndirilən şəxs1 göstərdiyi ərazidən aşkar olunmuş 1 bağlamada olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir və bu heroinlər onun üzərindən aşkar olunmuş digər 4 ədəd bükümdə olan heroinlərlə, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin ilə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlənir, eyni tərkibli deyildir. Ekspertiza tədqiqatından sonra qalıq heroin ayrı-ayrılıqda 0,462 qram, 20,732 qram və 804,90 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 02 avqust 2023-cü il tarixli qərarla müəyyən edilir ki, iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra ayrıayrılıqda 0,462 qram, 20,732 qram və 804,90 qram narkotik vasitə olan heroin, bir ədəd elektron tərəzi (üzərində narkotik vasitə-heroinin izləri olan) və iş üzrə istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 4 ədəd DVD diksləri iş üzrə maddi sübut kimi tanınmış və narkotik vasitə olan heroin kütlələri saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, habelə 4 ədəd DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji-tibbi yoxlamanın 16 iyun 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-psixiatrik ekspertizasının 29 aprel 2023-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, ambulator məcburi narkoloji-tibbi yoxlamanın 13 aprel 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və Şahid7 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (polis əməkdaşları onu yaşadığı evdən tutub aparmaları, evdən tutulub aparılarkən evində stolun üstündə olan şəxsi istifadəsi üçün saxladığı bir bükümdə təxminən 16-17 qram heroinin polis əməkdaşları tərəfindən götürülməsi, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərində aşkar olunmuş beş bükümdə olan heroinin yalnız bir bükümünün ona məxsus olması, qalan dörd bükümdə olan heroini və bir ədəd elektron tərəzini üzərinə polis əməkdaşları tərəfindən qoyulması, həmçinin Şirvan şəhərində “Kənd evləri” adlanan ərazidən götürülmüş heroin kütləsinin ona məxsus olmaması, tanışı Asifə pulla heroin satmaması, verməməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və Şahid7 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarış və ifadənin yerində yoxlanmasına dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Həmçinin Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni polis əməkdaşları onu yaşadığı evdən tutub aparmaları, evdən tutulub aparılarkən evində stolun üstündə olan şəxsi istifadəsi üçün saxladığı bir bükümdə təxminən 16-17 qram heroinin polis əməkdaşları tərəfindən götürülməsi, polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərində aşkar olunmuş beş bükümdə olan heroinin yalnız bir bükümünün ona məxsus olması, qalan dörd bükümdə olan heroini və bir ədəd elektron tərəzini üzərinə polis əməkdaşları tərəfindən qoyulması, həmçinin Şirvan şəhərində “Kənd evləri” adlanan ərazidən götürülmüş heroin kütləsinin ona məxsus olmaması, tanışı Asifə pulla heroin satmaması, verməməsi və narkotik maddələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və Şahid7 ifadələri, maddi sübutlar, o cümlədən üzərində heroinin izləri olan elektron tərəzinin olması, ekspertiza rəyləri (o cümlədən 22 iyun 2023-cü il tarixli, 18/653 №-li ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs1 götürülmüş 4 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Habelə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 bükümdə 20,049 qram heroin, Təqsirləndirilən şəxs1 göstərdiyi ərazidən aşkar olunmuş 1 bağlamada olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir), məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələri, o cümlədən üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 verdiyi ifadəsi (həmin ifadələrlə verilmiş ittihamda göstərilən bütün hallar təsdiq olunur) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin müdafiə tərəfinin fikrincə ibtidai istintaq zamanı narkotik maddənin Təqsirləndirilən şəxs1 məxsus olmasına dair verdiyi və sonradan ittihamın əsasını təşkil edən, həmin narkotik maddənin ona məxsus olmasına dair ifadəsini o, hədə-qorxu nəticəsində, yəni polis əməkdaşlarının ona qarşı təzyiqləri nəticəsində vermişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin bu fikirləri əsassızdır. Belə ki, cinayət prosessual qanunvericiliyinə əsasən təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət təqibini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Lakin işdə olan sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tutulduqdan sonra hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuş və ibtidai istintaq dövründə nə təqsirləndirilən şəxs, nə də onun müdafiəçisi yuxarıda göstərilən hallarla və ya digər hər hansı bir hallarla bağlı şikayətlə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər. Əksinə təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatətinə Şirvan Şəhər Məhkəməsində (məhkəmə nəzarətini həyata keçirən məhkəmə) baxılarkən Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etməsini və aşkar olunmuş narkotik vasitəni istifadə etmək üçün saxladığını, həmin narkotik vasitəni sosial şəbədə tanış olduğu adını bilmədiyi şəxsdən aldığını, tərəzinin narkotik vasitənin yanında olmasını göstərmişdir. Qeyd olunanlara əsasən məhkəmə müdafiə tərəfinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 özünə qarşı verdiyi ifadənin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yəni üzərində aşkar olunmuş heroini ona tanışı Həsənağanın satmaması, Həsənağaya pul verib heroin almaması, tutulduqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün üzərində aşkar olunmuş heroini Həsənağanın ona pulla satdığını deməsi, əslində Həsənağanın ona heroin satmamasına, üzərində aşkar olunmuş heroini tanımadığı başqa bir şəxsdən almasına aid hallar istisna olunmaqla) dair məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində aşkar olunmuş heroini ona tanışı Həsənağanın satmaması, Həsənağaya pul verib heroin almaması, tutulduqdan sonra polis əməkdaşlarının ona qarşı təzyiqləri olduğu üçün üzərində aşkar olunmuş heroini Həsənağanın ona pulla satdığını deməsi, əslində Həsənağanın ona heroin satmamasına, üzərində aşkar olunmuş heroini tanımadığı başqa bir şəxsdən almasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və Şahid7 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, (o cümlədən 22 iyun 2023-cü il tarixli, 18/653 №-li ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə olan heroin ilə Təqsirləndirilən şəxs1 götürülmüş 4 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir) məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, habelə Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri, o cümlədən üzləşdirmə zamanı verdiyi ifadəsi (həmin ifadələrlə verilmiş ittihamda göstərilən bütün hallar təsdiq olunur) ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini yaxın münasibətdə olduğu Təqsirləndirilən şəxs1 müdafiəsi xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıması və satma cinayətini, habelə Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması cinayəti törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 aid olan 827,044 qram heroin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə Təqsirləndirilən şəxs2 götürülmüş 0,562 qram heroin şəxsi istehlak miqdarından artıqdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də digər iş materiallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 827,044 heroin əldə etmiş, saxlamış, daşımış və həmin heroinin bir hissəsini-0,562 qram heroini tanışı Təqsirləndirilən şəxs2 20 manata satmış, həmçinin Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda-0,562 heroini tanışı Təqsirləndirilən şəxs1 20 manat pul verib alaraq əldə etmiş, saxlamış və daşımışdır. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətməsi təsdiq olunur və məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi təsdiq olunmur. Belə ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq 23 mart 2023-cü il tarixdə, saat 22:30-da əvvəlcədən aralarında olan razılıq əsasında Şirvan şəhəri, M.S.Ordubadi küçəsində tanışı Təqsirləndirilən şəxs1 20 manata 0,562 qram heroini alaraq üzərində saxlamaqla daşımış, 24 mart 2023-cü il tarixdə, saat 02:30-da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, M.S.Ordubadi küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı cibində olan pul kisəsinin içərisindən 01 ədəd kağız bükümdə 0,562 qram heroin aşkar olunub götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, xeyli müddətdir ki, bədənində ağrıları olduğuna görə heroindən istifadə etməyə başlamışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunan heroini satmaq məqsədi ilə deyil, özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Habelə, işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 qeyd olunan narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda Təqsirləndirilən şəxs2 narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni Təqsirləndirilən şəxs2 0,562 qram heroin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır, həmçinin Təqsirləndirilən şəxs2 qanunsuz olaraq əldə etdiyi heroinin miqdarı 0,562 qram olması da, onun bu narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Habelə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.2-ci maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs2 CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroin əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda heroin əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-0,562 qram narkotik vasitə olan heroini 23 mart 2023-cü il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, M.S.Ordubadi küçəsində tanışı Təqsirləndirilən şəxs1 20 manata alaraq əldə edib, saxlayıb üzərində daşımış və daxil olmuş əməliyyat məlumatı əsasında 24 mart 2023-cü il tarixdə, saat 02 radələrində Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Şirvan şəhəri, M.S.Ordubadi küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə 0,562 qram heroin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, habelə Təqsirləndirilən şəxs1 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 25 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 24 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 25 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığı qətimkan tədbirinin əvvəli 24 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 08 iyun 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə Şirvan şəhər prokuroru istintaq orqanının Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri müddətinin uzadılmasına dair vəsatətini təmin etməmiş və istintaq orqanına təqsirləndirilən şəxsin barəsində başqa qətimkan tədbirinin seçilməsi tapşırılmışdır. İşdə olan, “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” 08 iyun 2023-cü il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə qərar ona elan edilməklə icrası Şirvan ŞPŞ-nə tapşırılmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Tər-Tər Hərbi Məhkəməsinin 13 yanvar 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat cərimə cəzasına məhkum edilmiş və 20 fevral 2014-cü ildə cərimə cəzasını tam ödəməklə cəzasını çəkib qurtarmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 13 yanvar 2014-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş və o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, Şirvan şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyindən verilmiş 18 sentyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 46-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, AZ-İV 270634 №-li doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X2 13 may 2019-cu ildə anadan olmuşdur. İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin 13 noyabr 2023-cü il tarixli arayışı və Azərbaycan Respublikası medallarının №1-1683 və №1-18029 saylı vəsiqələrin surətləri ilə müəyyən edilir ki, X8 2-ci Qarabağ müharibəsində iştirak etməklə “Suqovuşanın azad olanmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə, habelə Təqsirləndirilən şəxs1 qardaşı X5 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif olunması həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan, Şirvan şəhər 1 №-li sahə İƏD üzrə Nümayəndəliyindən verilmiş 12 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Şirvan şəhəri, M.S.Ordubadi küçəsi, döngə 1, ev 10-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı kifayət qədər əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasını həddində cəzalandırılması, habelə Təqsirləndirilən şəxs2 ittiham olunduğu CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 24 mart 2023-cü il tarixdən hesablanmalı və bərəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İşdə olan narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Eyni zamanda CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 24 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 25 mart 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək qətimkan tədbiri kimi ev dustaqlığında saxlanılması müddəti, yəni 02 ay 15 gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 05 ay müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, təyin ediləcək həmin cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərin inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalı və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.7-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrılıqda 0,462 qram, 20,732 qram və 804,90 qram heroin və bir ədəd elektron tərəzi (üzərində heroinin izləri olan) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı dörd ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-198 (bir yüz doxsan səkkiz) manat 96 qəpik təqsirləndirilən şəxslərin hər birinə aid ekspertiza tədqiqatı xərcləri üzrə müəyyən edilmiş qaydada, yəni Təqsirləndirilən şəxs1 124 (bir yüz iyirmi dörd) manat 35 (otuz beş) qəpik və Təqsirləndirilən şəxs2 74 (yetmiş dörd) manat 61 (altmış bir) qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 mart 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 24 mart 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 25 mart 2023-cü il tarixdən 08 iyun 2023-cü il tarixədək qətimkan tədbiri kimi ev dustaqlığında saxlanılması müddəti, yəni 2 (iki) ay 15 (on beş) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 5 (beş) ay müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan, Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrılıqda 0,462 qram, 20,732 qram və 804,90 qram narkotik vasitə olan heroin və 1 (bir) ədəd elektron tərəzi (üzərində narkotik vasitə-heroinin izləri olan) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə olunmuş, iş üzrə istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 4 (dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-198 (bir yüz doxsan səkkiz) manat 96 (doxsan altı) qəpik təqsirləndirilən şəxslərin hər birinə aid ekspertiza tədqiqatı xərcləri üzrə müəyyən edilmiş qaydada, yəni Təqsirləndirilən şəxs1 124 (bir yüz iyirmi dörd) manat 35 (otuz beş) qəpik və Təqsirləndirilən şəxs2 74 (yetmiş dörd) manat 61 (altmış bir) qəpik tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar