Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-124/2025 04.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X35, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-cı ildə Jdanov (Beyləqan) rayonu, Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamış, 25 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 4(020)-5/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı içərisində 5,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı iki ədəd kibrit qutusunda 2024-cü ilin mart ayının ortalarında Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 2 saylı orta məktəbin qarşısında bir kibrit qutusunu 100 manatdan olmaqla iki kibrit qutusunu cəmi 200 manat pulun qarşılığında tanışı X5, bundan sonra Turqut Əsədov həmin gün həmin iki ədəd kibrit qutusunda 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən Daşburun dəmiryol stansiyasının yaxınlığında tanışı X16 200 manat pulun qarşılığında qanunsuz olaraq satmış, 23 mart 2024-cü il tarixdə saat 20:30-da Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X3 rayonu, Milabad qəsəbəsi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən bir ədəd siqaret dənəsinə qablaşdırılaraq saxlamaqla daşıdığı təmiz çəkisi 0,14 qram, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən iki ədəd kibrit qutusunda qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 2,08 qram və 2,34 qram, 07 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,24 qram, 0,19 qram, 0,15 qram, 0,21 qram, 0,26 qram, 0,13 qram və 0,22 qram olmaqla ümumi təmiz çəkisi 5,96 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı içərisində 10,84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı iki ədəd kibrit qutusunda 23 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən 2 saylı orta məktəbin qarşısında bir ədəd kibrit qutusunu 100 manatdan olmaqla iki ədəd kibrit qutusunu cəmi 200 manat pulun qarşılığında tanışı X30 təkrar satdıqdan sonra 24 mart 2024-cü il tarixdə, saat 00:15-də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X6 rayonu, Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan yaşıl rəngli gödəkcəsinin sol yan cibindən 23 mart 2024-cü il tarixdə istintaqa məlum olmayan vaxtda Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində yerləşən 2 saylı orta məktəbin qarşısında bir ədəd kibrit qutusu 100 manatdan olmaqla iki ədəd kibrit qutusunu cəmi 200 manat pulun qarşılığında ondan satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq üzərində daşıdığı iki ədəd kibrit qutusunda təmiz çəkiləri 1,22 qram, 6,11 qram və beş ədəd bükümlərdə təmiz çəkiləri 0,53 qram, 0,66 qram, 0,93 qram, 0,38 qram və 1,01 qram olmaqla cəmi 10,84 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq 20,67 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 25 mart 2024-cü il tarixdə, saat 17:25də Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli gödəkcəsinin sol və sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı üç ədəd kibrit qutusunda təmiz çəkiləri 7,55 qram, 6,87 qram və 6,25 qram olmaqla cəmi 20,67 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 25 mart 2024-cü il tarixdə kəndlərində olan marketin qabağında öz maşını ilə dayanmış, hər gün orada dayanaraq taksi fəaliyyəti ilə məşğul olmuşdur. Səhər saat 8-ə qalmış həmişə durduğu yerdə olan zaman, 15-20 dəqiqədən sonra “Niva” markalı avtomobil gəlmiş, avtomobildən 4 nəfər düşmüşdür. Onlardan bir nəfərini polis əməkdaşı kimi tanımışdır. Onu oturduğu avtomobildən düşürdüb əllərini qandallayıb “Niva” markalı avtomobilə əyləşdirmişlər, polis əməkdaşlarından bir nəfəri isə onun avtomobilinə əyləşmişdir. Onun avtomobili qabağda, onlar olan “Niva” markalı avtomobil isə arxada hərəkət edərək Beyləqan RPŞ-nə getmişlər. “Niva”da onunla arxada oturan oğlan onun gödəkçəsinin sol hissəsində olan cibinə nəsə qoymuşdur. Polis şöbəsində onu bura niyə gətirdiklərini soruşmuşdur. Həmin günlərdə xəstə bir uşaq tutmuşlar, onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Ancaq həmin şəxsin kim olduğunu bilməmişdir. Həmin şəxsi polis əməkdaşları iki gün döymüşlər və narkotik vasitəni ondan aldığını deməsini tələb etmişlər. Onu döyməmişdən əvvəl söhbət etmişlər, sağ cibinə iki karopka nəşə qoyaraq bunu götürəcəksən demişlər. Polis əməkdaşlarına özünün olmadığını, onu yükləyə bilməyəcəklərini demişdir. Sonra onu rəis müavini Mahir adlı şəxsin yanına aparmışlar, Mahir də onun qarşısına bir sellofan torba qoymuş və “Səyyəddin bununla səni yükləyəcəm” demişdir. Beyləqan rayonundan olan orada işləyən uşaqları onun şəxsiyyətinə toxunmaq üçün çağırmışlar, guya onunla qeyri etik söhbətlər olmuşdur. Sonra onu polis rəisinin yanına aparmışlar, rəis polis əməkdaşlarına onu aparmaqlarını, onlara 15 dəqiqə vaxt verdiyini, həmin vaxt ərzində hər şeyi boynuna almalı olduğunu demişdir. Onu apararaq əməliyyatçıların otağında döymüşlər. Həmin vaxtı əlləri qandallı olmuşdur. Polis əməkdaşlarına heç vaxt boynuna almayacağını demişdir. Onu axşama kimi saxlamışlar, şiddətli ağrılar verən təziqlər etmişlər. Axşam ona demişlər ki, bax oğlun gəlib şöbənin qabağındadır, əgər boynuna almasan oğlunun başı ağrayacaqdır. İki oğlu var, hər iki oğlu müharibə iştirakçısıdır. Oğlanlarının tutulmasından qorxaraq məcbur qalıb, şəxsi axtarış zamanı Turquta vermişəm demişdir. Orada çəkiliş etmişlər, çəkilişdə də demişdir. Çəkiliş zamanı cibinə narkotik vasitə qoyan əməliyyatçı da orada olmuşdur. Daha sonra onu Şüvəlanda yerləşən İstintaq Təcridxanasına köçürmüşlər, orada rentgen müayinəsindən keçirmişlər. Ondan pnevmaniya olub-olmadığını soruşmuşlar, o da heç vaxt pnevmaniya olmadığını demişdir. Ağ ciyərlərində olan qara nədir, demişlər. İkinci dəfə yenidən müayinə olunan zaman qabırğan sınıbdır demişlər. Ondan “səni kim döyüb” deyə soruşmuşlar, o da Beyləqan RPŞ-də Ziya adlı polis əməkdaşının onu döydüyünü demişdir. Özünü bu işdə günahkar bilməmiş, onu heç bir təqsiri olmadan saxlamışlar, heç kimə narkotik vasitə satmamış və verməmişdir. Düzdü toyda, bayramda arada bir “nəşə”dən istifadə etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Ziyanı polis işçisi kimi tanımışdır. Onu aparan polis əməkdaşlarından təkcə Ziyanı tanımışdır. Polis əməkdaşları onu aparanda səhər saat 8 olardı. Əvvəllər maşın ustası olmuş, sonralar taksi sürmüşdür. Avtomobili “VAZ-2106” markalı avtomobildir. Onu saxlamağa gələn polis əməkdaşları “Niva” markalı avtomobil ilə gəlmişlər. Polis əməkdaşları 4 nəfər olmuşlar, onlardan biri “Niva”da onun yanında digər ikisi qabağda oturmuşdur. Əlində qandal olmuşdur. Arxada oturan polis əməkdaşı “Niva”da onun sol tərəfində oturmuşdur. Onun yanında oturan sürücünün arxa tərəfində oturmuşdur. Arxada yanında oturan polis əməkdaşının cibinə nəsə qoyduğunu hiss etmişdir. Polis şöbəsində cibindən çıxan narkotik vasitəni polis əməkdaşları qoyduğunu demişdir. “Niva”da yanında oturanın adını bilməmiş, çəkilişdə həmin adam olmuşdur. Çəkilişdə digər iki bükümü Ziyanın onun cibinə qoyduğunu demişdir. Ziya iki karopkanı şöbədən gətirib cibinə qoymuş, iki karopka sağ cibinə, bir karopka sol cibinə qoymuşlar. Onu şöbəyə aparanlardan Ziya döymüş, avtomobildə narkotiki cibinə qoyan adam onun döyülməsində iştirak etməmişdir. Onu döyənlərdən Ziyadan başqa heç kimi tanımamışdır. Polis əməkdaşları mülkü formada olmuşlar. Onun sənədlərini yazan və sanksiya üçün məhkəməyə çıxaran Rəşad adlı müstəntiq olmuşdur. Rəşaddan əlavə işi İsmayıl adlı müstəntiqə keçmiş və İsmayıl tərəfindən istintaq davam etdirilmişdir. İsmayıl onu dindirməmiş, heç bir sənədə imza çəkməmişdir. Onu yalnız Rəşad adlı müstəntiq dindirmişdir. Vəkili Fəxri olmuş, Fəxrinin iştirakı ilə Rəşad onu dindirməmişdir. Müstəntiqə Turquta “nəşə” satması ilə bağlı ifadə verməmişdir. Turqutla onu üzləşdirməmişlər. Videoçəkiliş zamanı Turqut olmamış, sonra Turqutu gətirmişlər. Videoçəkiliş bir dəfə onun üstünə baxışda olmuş, bir dəfə də Turqutu gətirəndə olmuşdur. İkinci videoçəkilişdə Turqutu gətirmişlər, Turqut ondan narkotik vasitə aldığını demişdir. O, da həmin videoçəkilişdə Turquta narkotik vasitə vermədiyini demişdir. Müstəntiqə Turquta narkotik vasitə verdiyini deməmişdir. Turquta və ya qeyrisinə qurudulmuş marixuana verməmiş və satmamışdır. Turqutgilin mağazası var, Turqutu ordan tanımış, taksi kimi Turqutgilin işi olanda onları görmüşdür. Taksi kimi dayandığı yer Turqutgilə yaxın yer deyil, zəng edəndə onlara getmişdir. Maqazini Turqut və atası işlətmişdir. Turqutun atası da, Turqut da taksi ilə harasa getmək lazım olanda onu çağırmışlar. Turqutgilin mağazası mərkəzdə yerləşir, 2 saylı məktəb mağazadan 1 km aralıdır, nə vaxtsa Turqutla məktəbin yanında görüşməmişdir. Turqut ona narkotik vasitə istifadə edib- etməməsi barədə heç nə deməmiş, Turqut onun oğlu yaşındadır. Turtqut ola bilsin ki, onun narkotik vasitə istifadə etməsini bilsin. Turqut xəstə uşaqdır, psixoloji problemi vardır. İdarə etdiyi avtomobil ilə avtoqəza keçirməmişdir. Kiminləsə dalaşmamış və xəstəxanadan heç bir qeydiyyatdan keçməmişdir. Qabırğasının sınması İstintaq Təcridxanasında aşkarlanmışdır. Beyləqan RPŞ-də hər hansı bir ekspert onu müayinəyə gəlməmişdir. Şöbədən 4 gün sonra onu təcridxanaya keçirmişlər, orada polis əməkdaşlarının onu döydüklərini demişdir. Beyləqan rayon prokurorluğunda da polis əməkdaşlarının onu döydüklərini demişdir. Sanksiyaya çıxmamışdan qabaq prokuror onu qəbul etmiş, prokurora da polis əməkdaşlarının onu döydüklərini demişdir. Onu oğlu ilə təhdid etmişlər. Məhkəmədə hakimə narkotik vasitəni üstünə qoyduqlarını və polis əməkdaşları tərəfindən döyüldüyünü demişdir. Onu ekspertizaya aparmışlar, Fazil doktor ona dedi ki, “nə olub”, O doktora qabırğasının sındığını demiş, lakin sonradan ekspert rəyinə nə yazıldığını bilməmişdir. Bir aydan sonra ona ekspert baxmış, türməyə gedənə qədər ekspert ona baxmamışdır. Polis əməkdaşları onu aparan zaman vəsiqələrini təqdim etməmişlər. Əməliyyat aparılmasına dair qərarı polis əməkdaşları ona təqdim etməmişlər. Üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını və Turquta narkotik vasitə satmasına dair polis əməkdaşlarının tələblərini icra etmədiyi üçün onu döymüşlər. Onu arxası üstə yerə uzadıb, dizləri ilə onu vurmuşlar. Onu vuran Ziya adlı polis əməkdaşı olmuşdur. Polis əməkdaşlarına boynuna almayacağını dedikdən sonra onu döyməyə davam etmişlər. Onu səhər saat 8-də tutub polis şöbəsinə aparmışlar, axşam tərəfi təxminən saat 17-18 radələrində üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Onun tutulması ilə bağlı ailə üzvlərinə məlumat verməmişlər, oğlu hardansa eşidib polis şöbəsinin qarşısına gəlmişdir. Polis əməkdaşları oğlunu ona kameradan göstərmişlər. Oğlunu ona göstərən Ziya olmuşdur. Ona vəkillərin siyahısını təqdim etməmişlər, videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman vəkilin orada olduğunu görmüşdür. Videoçəkilişdən qabaq Turqutu görməmişdir. Videoçəkilişdə Turqutu görmüş, Turqutu gətirmişdilər ki, üzünə dursun. Həmin vaxtı Turqutun üstü-başı (əynində olan paltarlar) cırılmışdır. Heç bir sənədə imza çəkməmiş, onu polis şöbəsinə nə üçün aparıb gətirdiklərini bilməmişdir. Heç bir müstəntiq onu çağırıb işi barədə söz-söhbət aparmamışdır. Onu Turqula üzləşdirməmişlər. Hər iki oğlu hərbiçidir və müharibə iştirakçılarıdır. ***-***-**-** saylı nömrəni işlətmiş, adına ***-***-**-** saylı nömrə də olmuş, ailəsi tərəfindən istifadə olunmuşdur. Müstəntiq Qoşqar onu dindirməmişdir. Qoşqar onunla üz-üzə oturub heç nəyə imza çəkdirməmişdir. Evinə baxış keçirilmiş, evinə baxış keçirilən zaman iştirak etmişdir. Evindən narkotik vasitə aşkarlanmamışdır. Evinə videoçəklişlə baxış keçirilmiş, evindən narkotik vasitə aşkarlanmamışdır. Evinə ayın 27-28-də, Bakı İstintaq Təcridxanasına getməzdən əvvəl baxış keçirilmişdir. Evinə baxış keçirilən zaman ailə üzvləri, o cümlədən oğlanları evdə olmuşlar. Onu inzibati qayda da cərimə etməmişlər. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hər gün səhər saat 8 qalmış həmin yerdə durmuşdur. Həmin gün səhər vaxtı ona heç kim zəng etməmişdir. Məhkəmə-tibb eksperti Şahid5 məhkəmə istintaqı zamanı yalan ifadə vermişdir. Şahid5 onu bir dəfə müayinə etmişdir. Həmin müayinə də 5-6 dəqiqə çəkmişdir. Şahid5 onun bütün xəsarətlərini görmüş, qabırğasının sınmasını Şahid5 demişdir. Şahid5 paltarının üstündən əlləri ilə onu yoxlamışdır. Şahid5 qabırğasının sındığını, ağrılarının olduğunu desə də Şahid5 onu rentgen müayinəsindən keçirməmiş və barəsində saxta rəy vermişdir. Şahid1 yalan ifadə vermiş, Şahid1 qolunu sıxıb stolu arxadan qollarının arasına qoymuş, sonra isə sinəsindən basmış, Şahid1 qabırğasının sındığını demişdir. Avtomobildə narkotik vasitəni üzərinə qoyan polis əməkdaşı Şahid3dir. Şahid3 onu döyməmişdir. Təqsirləndirilən şəxs məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, üzərindən xeyli vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs saxladıqları tarixi və konkret olaraq günü xatırlamamışdır. Səhv etmirsə Turqut adlı şəxsi saxlamışlar, Turqut narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs “razvoddan” sonra Birinci Şahsevən kəndində mağazanın yanında avtomobilində saxlamışlar. Səyyəddinə yaxınlaşıb özünü təqdim etmiş, Səyyəddin ona bildirmişdir ki, “mən səni tanıyıram bilirdim axır əvvəl məni tutacaqsan”. Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nə gətirdikdən sonra istintaqa təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərini yoxlamışlar, onun üzərindən nə çıxdığını və nə qədər çıxdığını xatırlamamışdır. Əməliyyata şəxsi avtomobillə getmişlər. Əməliyyatçılardan Şahid2 onunla olmuşdur. Səyyəddini saxladıqları gündən əvvəl onu polis şöbəsinə gətirməmişlər. Səyyəddini Polis şöbəsinə gətirdikdən sonra hal şahidləri dəvət olunmuş, səhv etmirsə videoçəkliş olmamışdır. Şəxsi axtarışın nə vaxt keçirildiyini dəqiq xatırlamamışdır. Səyyəddin bildirmişdir ki, üzərində narkotik vasitə olmamış, narkotik vasitəni Ziya üzərinə qoymuşdur. Sonradan Səyyəddinin yanına gəlib Səyyəddinə “biz kişiyik, əgər mən üzərinə narkotik vasitə qoymuşamsa mən belə olum, əgər sən mənə şər atırsansa sən belə ol” demişdir. Daha sonra Səyyəddin ona “üzr istəyirəm, mən səhv etmişəm, sən mənim üzərimə heç nə qoymamısan” demişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Səyyəddinə “biz kişiyik şalvar geyinirik, əgər mən üzərinə narkotik qoymuşamsa birdə bu şöbəyə ayaq qoymaram” demişdir. Səyyəddin də səhv etdiyini və üzr istədiyini demişdir. Vicdanı üzərinə, namusu üzərinə and içir ki, narkotiklə bağlı Səyyəddinlə təması olmamış, Səyyəddini saxlayıb polis şöbəsinə gətirmişdir. Turqutu saxladıqları vaxta qədər Səyyəddini tanımamışdır. Səyyəddinin oğlu da dəfələrlə zəng edib “atamı niyə döymüsünüz” demişdir. Səyyəddinin oğlanlarına “əgər atanızı döymüşəmsə gedin şikayət edin cəzamı çəkim” demişdir. Səyyəddinin üzərinə hər hansı bir əməkdaşın narkotik vasitə qoymağının şahidi olmamış, Səyyəddini tək qoymamış, Səyyəddinin yanında olmuşdur. Özünə cavabdehdir Səyyəddinin üzərinə narkotik qoyulmasının şahidi olmamışdır. Səyyəddinlə söhbət zamanı Səyyəddin “narkotik istifadə edən olduğunu, neçə illərdir çəkdiyini” bildirmişdir. Turqutu tutana qədər Səyyəddini tanımamış və onun haqqında heç bir məlumat daxil olmamışdır. Səyyəddini oğlu ilə hədələməmişlər. Səyyəddini faktla tutmuşlar. Səyyəddini saxladıqdan sonra üzərinə şəxsi axtarışın nə vaxt keçirildiyini xatırlamamışdır. Səyyəddini saxlamazadan əvvəl səhv etmirsə axtarış işi açılmışdır. Səyyəddini saxlmağa gedərkən qərarın olub-olmadığını xatırlamamışdır. Səyyəddini saxlayan zaman vəsiqəsini təqdim etmiş və Səyyəddin “mən səni tanıyıram, məni tutacaqsan” demişdir. Səyyəddini saxalayan zaman Səyyəddin avtomobilin içində oturmuş, Səyyəddinə birinci özü yaxınlaşmışdır. Səyyəddinin qabırğasının sınması ilə bağlı heçnə deyə bilməmişdir. Turqutun saxlanılması onun tədbiri olmamış, bildiyinə görə Turqut qaçıb hasardan tullanarkən şalvarını cırmışdır. Turqut Təqsirləndirilən şəxs kimi səliqəli formada gəlməmişdir. Videoda olan “VAZ-2106” markalı avtombilin kimin olduğunu bilməmiş, yəqin Səyyəddinindir, Səyyəddinin istifadəsində “VAZ- 2106” markalı avtombil olmuşdur. “Niva” markalı avtomobil Toğrulundur. Videogörüntüdə olan əməliyyat müvəkillərini tam xatırlamır, kimlər olduğunu bilməmişdir. Səyyəddinin avtomobilini polis şöbəsinə kimin idarə edib gətirdiyini xatırlamamışdır. Avtomobili ya Səlim ya da Zamik idarə etmişdir. Videogörüntüdə olan əməliyyat tədbiri Təqsirləndirilən şəxs saxladıqları əməliyyat tədbiridir. Cinayət işinin materiallarında Səyyəddinin saxlanılması barədə vaxtın hansı səbəbdən düzgün yazılmadığını bilməmişdir. Səyyəddini “razvod”dan sonra, yəni səhər saat 08 radələrində saxlamışlar. Səyyəddinin avtomobilinə baxış keçirtmişlər, lakin avtomobildə nə aşkarlandığını xatırlamamışdır. Səyyəddinin həyətinə də baxış keçirtmişlər, Səyyəddinin həyətinə baxış keçirən zaman aqronom səhv etmirsə torpağdan nəsə götürmüşlər. Səyyəddini Turqutla üzləşdirib-üzləşdirməmələrini xatırlamamışdır. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, ximdəti otağda olan zaman onu istintaq otağına dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkmişdir. Təqsirləndirilən şəxs üzərindən 3 ədəd kibrit qutusu çıxmışdır. Zərfin üzərinə imza çəkərkən videoçəklişi digər polis əməkdaşı çəkmişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 25 mart 2024-cü il tarixdə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ilə birlikdə üzərində qanunsuz narkotik vasitə gəzdirilməsi ilə bağlı şübhəli bilinən Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün əməliyyat tədbiri keçirtmişlər və Təqsirləndirilən şəxs Beyləqan rayonu Birinci Şahsevən kəndində olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, onu rayon polis şöbəsinə dəvət etmişlər. Müdafiəçi Fəxri müəllimin iştirakı ilə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş predmet və ya əşyanın olubolmaması ilə bağlı soruşulmuş, Təqsirləndirilən şəxs da sol cibindən 01 ədəd kibrit qutusu və sağ cibindən 02 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Daha sonra avtomobilin açarı təqdim edilmiş və Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş və avtomobildən 09 ədəd çətənə bitkisinə bənzər toxum aşkar edilərək götürülmüşdür. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, əməliyyat müvəkkili yeni təyin olunduğu üçün Səyyəddini tanımamışdır. Səyyəddini saxlayan zaman onun yanında heç kim olmamışdır. Səyyəddinin “VAZ-2106” markalı avtomobili olmuş, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Turqut Əsədov saxlanılan zaman narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Turqutun saxlanılmasında iştirak etməmiş, Turqutun saxlanılması barədə rayon polis şöbəsində eşitmişdir. Səyyəddinin xəsarət alması barədə məlumatı olmamışdır. Əməliyyat məlumatı Şahid1 daxil olmuş, əməliyyat müvəkkili yeni təyin olunduğu üçün tam xatırlamamışdır. Səyyəddinin saxlanılması ilə bağlı qərarın olubolmadığını xatırlamamışdır. Səyyəddinə yaxınlaşan zaman özlərini təqdim etmişlər. Səyyəddindən şəxsiyyət vəsiqəsini istəməmişlər, onun Səyyəddin olduğunu bilmişlər. X20 kəndində saxlamışlar. Əməliyyata getdikləri avtomobil Şahid2 məxsus avtomobildir. Səhv etmirsə əməliyyata xidməti avtomobil də getmişdir. Səyyəddin ifadəsində üzərindən çıxan narkotik vasitəni təsdiqləmişdir. Səyyəddini axşam tərəfi saxlamışlar, həmin vaxt saatın neçə olduğunu xatırlamamışdır. Səyyəddinin oğlunu rayon şöbəsində görməmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Səyyəddini saxlayan zamanı Beyləqan RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Beyləqan rayonu Milabad kənd sakini olan Mürsəl haqqında məlumatlar daxil olmuşdur. Mürsəli saxlamışlar, Mürsəlin üzərindən narkotik vasitə aşkarlanmışdır, Mürsəl üzərində aşkarlanan narkotik vasitəni Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini Turqut adlı şəxsdən əldə etdiyini bildirmişdir. Daha sonra Turqut tərəflərindən saxlanılmış, RPŞ-nə gətirilmişdir. Turqut narkotik vasitəni Səyyəddindən alıb Mürsələ verdiyini bildirmişdir. Səyyəddin tərəflərindən saxlanılıb polis şöbəsinə gətirilib istintaqa təhvil verilmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Səyyəddinin üzərinə narkotik vasitə qoyulduğunun şahidi olmamışdır. Səyyəddini səhər vaxtı saxlamışlar. Səyyəddini avtomobilində saxlamışlar. Səyyəddini saxlamağa gedərkən “Niva” markalı avtomobil ilə getmişlər. Səyyəddini 1-ci dəfə idi ki, polis şöbəsinə gətirmişlər. Səyyəddini polis şöbəsinə gətirib müstəntiqə təhvil vermişlər. Elan olunan videogörüntü Səyyəddinin saxlanıldığı görüntüdür, orada olan şəxslər özləridir. Ekranda gördüyü göy rəngli “Niva” markalı avtomobil özünündür. Cinayət işinin materiallarında onun adından yazılmış sənədləri özü imzalamışdır, ola bilsin ki, həmin sənədlərdə Səyyəddinin saxlanma saatları texniki səhv olaraq yazılmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X36 ifadəsində bildirmişdir ki, 24 mart 2024-cü il tarixdə polis əməkdaşları onu saxlamışlar, onu döyərək cibinə narkotik vasitə atmışlar. İstintaq təcridxanasına daxil olarkən xəsarətləri ilə bağlı bildimirşdir. Videoçəklişdə də paltarları cırığ-cırığdır, oradan da döyülməyi görünmüşdür. 10 manat pulu o qoymuş, 5 manat pulu isə Mürsəl Fərhadlı qoyub narkotik vasitə alıb çəkmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Verilən suallara cavab olaraq şahid Turqut Əsədov bildirmişdir ki, Mürsəl Fərhadlı ilə birgə narkotik vasitə alıb çəkmişlər. Narkotik vasitəni “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə əldə etmişlər. Səyyəddindən narkotik vasitə almamışdır. Maqazin işlətmiş, Səyyəddin isə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Ola bilsin ki, Səyyəddinlə telefon zəngləri taksi kimi istifadə etmək üçün olmuşdur. Narkotik vasitə ilə bağlı Səyyəddinlə əlaqəsi olmamışdır. İstintaqda verdiyi ifadəsindən xəbəri olmamışdır. Polislər ondan videoçəklişdə onlar deyəni deməsini tələb etmişər, əgər polis əməkdaşlarını dediklərini deməsə evindən külli miqdarda narkotik vasitə çıxaracaqlarını demişlər. Evindən narkotik vasitə aşkarlanmamışdır. Videoçəklişdə polis əməkdaşları ona Səyyəddinin adını verməli olduğunu demişlər. Polis əməkdaşları onu döydükləri üçün şalvarı cırılmışdır. Polis əməkdaşları onu kənddə muzeyin qabağında tutmuşlar. Polis əməkdaşları onu rəis müavini Mahir müəllimin otağında döymüşlər. Polis əməkdaşları onu yerə yıxıb döymüşlər. Beyləqan RPŞ-də Səyyəddinlə onu üzləşdirmişlər. Döyüldüyü və polis əməkdaşları tərəfindən təzyiqlər olduğu, atasıyla və anasıyla təhdid etdikləri üçün Səyyəddinin adını çəkmişdir. Üzləşmədə heç bir kağıza imza etməmişdir. Üzləşmədə iştirak etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, səhər tezdən saat 8-9 radələri olardı evə çörək alan zaman göy rəngli “Niva” markalı maşınla Səyyəddini aparmışlar. Səyyəddin həmin vaxtı öz avtomobilində oturmuşdur. Verilən suallara cavab olaraq şahid Qərib Abuzərov bildirmişdir ki, Səyyəddini Şahsevən kəndinin mərkəzində (ortalığda) saxlamışlar. Səyyəddinin qollarından iki nəfər tutmuşdur. Polis əməkdaşları “Niva” markalı avtomobil ilə gəlmişdilər. Polis əməkdaşlarının Səyyəddinə sənəd göstərdiklərini görməmişdir. Həmin vaxtı evdən gəlmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, müayinə edənə qədər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs müayinə etdiyi vaxtı və tarixi dəqiq xatırlamamışdır. Təqsirləndirilən şəxs yananına necə gətirilməsini tam xatırlamamışdır. Ekspert rəyində olan imza özünə məxsusdur. Verilən suallara cavab olaraq Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs müayinə edən zaman xəsarətləri görməmiş, Təqsirləndirilən şəxs soyundurub bədəninə baxmışdır. Yerdəyişmə sınıq anlayışı qabırğanın bir-birindən ayrılmasıdır. Təqsirləndirilən şəxs yaşda adamların qabırğasının sınığı 20 gün ərzində bitişir. Sınığın bir il əvvəl və ya ondan qabaq olmasını müəyyən etmək çətin məsələdir. Təqsirləndirilən şəxs ağrıları ilə bağlı ondan heç nə soruşmamışdır. Təqsirləndirilən şəxs rentgen müayinəsinə göndərilməsini məqsədə uyğun bilməmişdir. 8-ci qabırğanın sınması baş verərsə xəsarət alan şəxs narahat hərəkət edir. Ekspertizanı Səhiyyə Nazirliyinin təlimatlarına uyğun keçirmişlər. Sınığı rentgen müayinəsi ilə dəqiqləşdirirlər. Rentgen müayinəsi olmadan müayinə olunan şəxsə sınıq diaqnozu qoyula bilməzdir. Təqsirləndirilən şəxs rentgen müayinəsi etməmişdir. Təqsirləndirilən şəxs şübhələnmədiyi üçün rentgen müayinəsi etdirməmişdir. Verdiyi ekspert rəyində Təqsirləndirilən şəxs şikayətinin döş qəfəsinin sol arxa yanında olan ağrıdan şikayətçi olduğunu yazmışdır. Bu o deməkdir ki, Təqsirləndirilən şəxs ona şikayətinin döş qəfəsinin sol arxa yanında olan ağrıdan olduğunu demişdir. Lakin o Təqsirləndirilən şəxs rentgen müayinəsindən keçirməyi məqsədə uyğun hesab etməmişdir. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və istintaq aparılmışdır.(cild 1,i.v.1-2) -“cinayət işi başlanması və icraata götürülməsi barədə” 24 mart 2024-cü il tarixli qərardan görünür ki, X23 ümumi təmiz çəkisi 5,96 qram narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin mart ayının ortalarında X16 qanunsuz olaraq satması, 23 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən Mürsəl Fərhadlının üstünə şəxsi axtarış keçirilən zaman onun üstündən həmin 5,96 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması və 24 mart 2024-cü il tarixdə Turqut Əsədovun üstünə keçirilən şəxsi axtarış zamanı onun üstündən iki ədəd kibrit qutusunda və 05 ədəd büküm halında ümumi təmiz çəkisi 10,84 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması faktına görə toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1,i.v.4-5) -“şəxsi axtarış və götürmə haqqında” 23 mart 2024-cü il tarixli protokoldan görünür ki, X13 əynində olan qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd “West” markalı siqaret qutusu, 01 ədəd qayçı, 01 ədəd 20 manatlıq, 04 ədəd 10 manatlıq və 01 ədəd 1 manatlıq pul əskinasları olmaqla cəmi 61 manat pul, 01 ədəd birbank plastik kartı, avtomobilin açarları və 01 ədəd ağzı bükülmüş siqaret dənəsi aşkar edilərək baxış keçirilmişdir. Aşkar edilmiş 01 ədəd büküm açılaraq baxış keçirilən zaman həmin bükümün içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Mürsəl Fərhadlı həmin bükümün içərisində olan kütlənin narkotik vasitə olduğunu və istifadə etdiyini bildirmişdir. Sonra şəxsi axtarış davam etdirilərək X13 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd kibrit qutusu və 07 ədəd kağız büküm aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 02 ədəd kibrit qutusu və 07 ədəd kağız büküm açılaraq baxış keçirilərək həmin kibrit qutuları və bükümlərin hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu məlum olmuşdur. Sonra şəxsi axtarış davam etdirilmişdir. X13 əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə baxış keçirilən zaman cibində olan ona məxsus “Redmi” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. X4 üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu və 08 ədəd büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və kibrit qutularının çəkilərinin 5.0 qram və 4.68 qram, bükümlərin çəkilərinin isə müvafiq olaraq 0.69 qram, 0,25 qram, 0,31 qram, 0,34 qram, 0,23 qram, 0,32 qram, 0,23 qram və 0,35 qram olduğu müəyyən edilmişdir. Daha X4 üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu və 08 ədəd bükümün içərisində olan tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr video çəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı X13 üzərindən əlavə olaraq istifadəsi, saxlanması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə, əşya və ya predmet aşkar olunmamışdır. Bundan başqa X13 üzərindən aşkar edilmiş 01 ədəd birbank plastik kartı, avtomobil açarları və “Redmi” markalı mobil telefon götürülmüşdür.(cild 1,i.v.7-8) -“cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı 24 mart 2024-cü il tarixdə, saat 00:15-dən məhdudlaşdırılmış Turqut Əsədov həmin tarixdə saat 01:00-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.12) -“şəxsi axtarış və götürmə haqqında” 24 mart 2024-cü il tarixli protokoldan görünür ki, X30 X1 polis şöbəsinə gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman üzərindən qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildiyini, Mürsəl Fərhadlının həmin maddələrin bir kibrit qutusunu 100 manat pul qarşılığında təxminən 10 gün əvvəl ondan aldığını dediyi bildirilmiş, Turqut Əsədov həqiqətən də bir kibrit qutusu 100 manat pul qarşılığında Mürsəl Fərhadlıya iki kibrit qutusunda qurudulmuş marixuana satdığını bildirmişdir. X43 üzərinə axtarış keçirilmiş, şəxsi axtarış zamanı X23 əynində olan yaşıl rəngli gödəkçənin sağ yan cibindən bir ədəd adapter aşkar edilmişdir. Sonra şəxsi axtarış davam etdirilərək X23 əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 02 ədəd kibrit qutusu və 05 ədəd büküm aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 02 ədəd kibrit qutusu və 05 ədəd kağız büküm açılaraq baxış keçirilmiş və həmin kibrit qutuları və bükümlərin hər birinin içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu məlum olmuşdur. X36 həmin maddələrin narkotik vasitələr olduğunu və Səyyəddin adlı şəxsdən aldığını bildirmişdir. Sonra axtarış davam etdirilərək Turqut Əsədovun əynində olan şalvarın ciblərinə baxış keçirilən zaman şalvarın ciblərindən 01 ədəd 100 manatlıq və 04 ədəd 1 manatlıq əskinaslar, 02 ədəd 20 qəpik pullar, 01 qutu Maqna markalı siqaret, bir qutu kibrit, 2 manatlıq Azercell ödəmə kartı aşkar edilmişdir. Sonra şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunan digər hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. X8 üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu və 05 ədəd büküm ayrı-ayrılıqda elektron tərəzidə çəkilərək və kibrit qutularının çəkilərinin 4,09 qram və 9,18 qram, bükümlərin çəkilərinin isə müvafiq olaraq 1,12 qram, 0,54 qram, 0,90 qram, 0,65 qram və 1,27 qram olduğu müəyyən edilmişdir. Daha X8 üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu və 05 ədəd bükümün içərisində olan tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr video çəkiliş vasitəsilə, müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı X23 üzərindən əlavə olaraq istifadəsi, saxlanması və daşınması qanunla qadağan edilmiş digər hər hansı bir maddə, əşya və ya predmet aşkar olunmamışdır.(cild 1,i.v.13-14) -“məhkəmə-bioloji ekspertizası”nın 24 mart 2024-cü il tarixli, 3-16-16/2-18/317 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X13 üzərində” sözləri və imzalar olan kağız paketdə 01 ədəd yarımçıq halda siqaret dənəsində təmiz çəkisi -0,14 qram, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi -2,08 qram, 2,34 qram, 07 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,24 qram, 0,19 qram, 0,15 qram, 0,21 qram, 0,26 qram, 0,13 qram, 0,22 qram, ümumi çəkisi-5,96 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır.(cild 1,i.v.19-22) -“məhkəmə-bioloji ekspertizası”nın 24 mart 2024-cü il tarixli, 3-16-16/2-18/318 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X23 üzərindən” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi - 1,22 qram, 6,11 qram, 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi– 0,53 qram, 0,66 qram, 0,93 qram, 0,38 qram, 1,01 qram, ümumi çəkisi –10,84 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. X17 aşkar edilmiş narkotik vasitə marixuanalar və X12 aşkar edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir. (xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/317 №li rəyə əsasən birgə tədqiqat aparılıb).(cild 1,i.v.23-27) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Mürsəl Fərhadlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli, 4(020)-4/2024 nömrəli qərarı ilə barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1,i.v.32-33, 44-49) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Turqut Əsədov Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 25 mart 2024-cü il tarixli, 4(020)-3/2024 nömrəli qərarı ilə barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1,i.v.38-39, 50-55) -Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən tərtib olunmuş və Beyləqan RPŞ-nin rəisinə ünvanlanmış 25 mart 2024-cü il tarixli “raport” da göstərilmişdir ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan X6 rayonu, Milabad qəsəbəsində yaşayan X16 qanunsuz olaraq narkotik vasitələri satmaqda şübhəli olduğu üçün saxlanılaraq Beyləqan RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. X36 izahatında üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı və X2 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı hər qutusunu 100 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Odur ki, alınmış məlumatın əməliyyat yolu ilə yoxlanılmasına, X23 cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir.(cild 1,i.v.56) -“təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(cild 1,i.v.57) -Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən tərtib olunmuş və Beyləqan RPŞ-nin rəisinə ünvanlanmış 25 mart 2024-cü il tarixli “raport” da göstərilmişdir ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan X6 rayonu, Milabad qəsəbəsində yaşayan X16 qanunsuz olaraq narkotik vasitələri satmaqda şübhəli olduğu üçün saxlanılaraq Beyləqan RPŞ-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. X36 izahatında üzərindən aşkar edilmiş 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı və X2 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı hər qutusunu 100 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə, saat 17:25-də Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan RPŞ-nə gətirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində prosessual hərəkətlərin aparılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunur.(cild 1,i.v.61) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı həmin tarixdə saat 17:25-dən məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1,i.v.71) -“şəxsi axtarış keçirilməsi və götürmə haqqında” 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində özünə məxsus dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmiş və üzərində olan göy rəngli qış gödəkçəsinin sol yan cibində olan bir ədəd kibrit qutusunu və sağ yan cibindən iki ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Təqdim edilmiş kütlələrə baxış keçirilən zaman kibrit qutularının içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmadığını bildirmişdir. Həmin kibrit qutuları elektron tərəzidə çəkilərək sağ yan cibindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan kütlənin ümumi çəkisinin 10,42 qram olması, sol yan cibindən aşkar edilmiş kütlərin kibrit qutuları ilə birlikdə ümumi çəkilərinin ayrı-ayrılıqda 9,14 qram, 9,76 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. İştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmadığını bildirərək zərfin üzərini imzalamaqdan imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd 1 manatlıq, sol yan cibindən 2 ədəd 5 manatlıq, 2 ədəd 10 manatlıq, arxa sol cibindən 6 ədəd 10 manatlıq, 1 ədəd 20 manatlıq olmaqla 114 manat nağd pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərək əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd avtomobil açarı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin açarın özünə məxsus “Vaz 2106” markalı avtomobilin açarı olmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlələrin hansı səbəbdən üzərində olması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kibtir qutularının birinin polis şöbəsinə gətirilərkən maşında üzərinə qoyulduğunu, digər iki ədəd kibrit qutusunun polis şöbəsində üzərinə qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin konkret kim tərəfindən onun üzərinə qoyulması soruşulduqda o, iki ədəd kibrit qutusunu polis əməkdaşı Şahid1 göstərərək onun tərəfindən onun üzərinə qoyulduğunu, üçüncü kibrit qutusunun isə əynində olan gödəkçəinin sol yan cibini təqdim edərək maşında gələn zaman başqa tanımadığı polis əməkdaşı tərəfindən qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutularında olan kütlələrin nə olduğu soruşulmuş, o, həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu nədən bildiyi soruşulduqda o, özünün narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyi üçün həmin kütlələri tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs hansı növ narkotik vasitə istifadə etdiyi soruşulduqda o, yalnız narkotik vasitə qurudulmuş marixuana istifadəçisi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonu, Birinci Şahsevən kənd sakini X23 şübhəli şəxs qismində saxlanıldıqdan sonra Beyləqan rayon Polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərindən narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyi, Turqut Əsədovun üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs, yəni ondan aldığını dediyi bildirilmiş və bu barədə nə deyə biləcəyi soruşulmuşdur. Təqsirləndirilən şəxs razılaşaraq Turqut Əsədova qurudulmuş marixuana verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs başqa kimlərəsə narkotik vasitə satıb-satmaması, polis şöbəsinə gətirilən zaman ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilibedilməməsi soruşulmuş, Təqsirləndirilən şəxs başqa heç kimə narkotik vasitə satmadığını, polis şöbəsinə gətirilən zaman ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir.(cild 1,i.v.80-82) -“baxış aparılması haqqında” 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində daşımaqda, idarə etdiyi avtomobildə və yaşadığı evdə saxlamaqla və satışın həyata keçirməkdə şübhəli olması ilə bağlı saxlanılaraq Beyləqan rayon polis şöbəsinə gətirilmiş və Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi "Vaz 2106 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Beyləqan RPŞ-nin inzibati binasının həyətində baxış keçirilmişdir. Baxışa başlayan zaman Beyləqan RPŞ-nin inzibati binasının həyətində saxlanılmış “Vaz 2106” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olması açarının harada olması Təqsirləndirilən şəxs soruşulmuş, Təqsirləndirilən şəxs avtomobilin ona məxsus olması və açarın şəxsi axtarış zamanı onun üzərindən götürüldüyünü bildirmişdir. Şəxsi axtarış zamanı götürülmüş avtomobil açarı Təqsirləndirilən şəxs təqdim edilən zaman o, həmin açarın avtomobilə məxsus olmasını təsdiqləmişdir. Baxış keçirilən avtomobil boz rənglidir, "Vaz 2106” markalıdır, dövlət-qeydiyyat nişanı **-CG-***-dir. Açar vasitəsilə avtomobilin sol qabaq qapısı açılaraq avtomobilin salonuna baxış keçirilmişdir. Baxış zamanı avtomobilin sürətlər qutusunun yanında bir ədəd LD markalı siqaret qutusu, bır ədəd alışqan olması müəyyən edilmişdir. Siqaret qutusunun içərisinə baxış keçirilən zaman qutuda siqaret dənələri olması müəyyən edilmişdir. Daha sonra avtomobilin qabaq oluracaqları arasında yerləşən əşyalar qutusuna baxış keçirilən zaman **********921284 saylı Umico paslik kartı və bir ədəd gümüşü rəngli fləşkart aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin Umico plastik kartının oğlu X7 məxsus olduğunu bildirmişdir. Əşyalar qutusuna baxış davam etdirilərək içərisində olan narıncı rəngli qutunun içərisinə baxış keçirilən zaman 9 ədəd çətənə (kannabis) bitkisinin toxumlarına bənzər toxumlar aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin toxumların kimə məxsus olması və nə toxumu olması soruşulduqda həmin toxumların narkotik vasitə marixuananın bitkilərinin toxumları olması, özünə məxsus olmasını bildirmişdir. Baxış zamanı həmin əşyalar qutusundan bir ədəd taxta parçası aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin taxta parçasının avtomobildə karbiratorda hansısa predmetləri qızdıqda bir-birindən ayırmaq üçün istifadə etdiyini bildirmişdir. Aşkar edilmiş toxumlar sayılaraq 9 ədəd olması müəyyən edilmişdir. Aşkar edilmiş taxta parçası və toxumlar iştirakçıların və müdafiəçinin iştirakı ilə götürülmüş, protokollaşdırılmış, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmişdir. İştirakçılar tərəfindən zərfin üzərində imzalar edilmişdir. Daha sonra avtomobilin salonunda sağ qabaq oturacağın önündə yerləşən avtomobilin şitində yerləşən əşyalar qutusuna, daha sonra qabaq oturacaqların, arxa oturacaqların altına və ümumilikdə avtomobilin bütün salonuna baxış keçirilmiş, baxış zamanı avtomobilin salonunda dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış davam etdirilərək avtomobilin arxa yük yerinə və mator yuvasına baxış keçirilmiş, lakin avtomobildən dövriyyəsi qanunla qadağan edilmiş başqa hər hansı əşya və ya predmet aşkar edilməmişdir.(cild 1,i.v.84-86) -“baxış aparılması haqqında” 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyatyanı sahəsinə baxış keçirilmişdir. Həyətdə Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən mütəxəssisin iştirakı ilə torpaq nümunəsi götürülmüşdür. Baxış zamanı evdən və evin həyatyanı sahəsindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir.(cild 1,i.v.97-103) -“üzləşdirmə aparılması haqqında” 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Turqut Əsədov ifadəsində göstərdiyi faktları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(cild 1,i.v.108-110) -“məhkəmə-bioloji ekspertizası”nın 26 mart 2024-cü il tarixli, 3-16-16/2-18/327 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 7,55 qram, 6,87 qram, 6,25 qram, ümumi çəkisi 20,67 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuanalar X17 aşkar edilmiş narkotik vasitə marixuanalar və X12 aşkar edilmiş narkotik vasitə marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkiblidir.(cild 1,i.v.112-116) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Beyləqan Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 4(020)-5/2024 nömrəli qərarı ilə barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir.(cild 1,i.v.124-125, 145-151) -“əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” 06 aprel 2024cü il tarixli qərardan görünür ki, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 20,37 qram, 5,56 qram, 10,56 qram, çətənə toxumunun qalıq qalmış 0,11 qramı, polietilen torbada olan torpaq nümunəsinin içərisində nəm halda 0,24 qram olan bitki mənşəli hissəciklər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana və 01 ədəd taxta parçası iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Beyləqan RPŞ-nin maddi sübutların saxlancına təhvil verilmişdir.(cild 1,i.v.167-169) -Şirvan Apellyasiya Məhkəməsinin 17 may 2024-cü il tarixli, 4(106)-55/2024 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi barədə Təqsirləndirilən şəxs vəkili tərəfindən verilmiş vəsatətin təmin edilməməsinə dair Beyləqan Rayon Məhkəməsinin qərarından Təqsirləndirilən şəxs müdafiəçisi X32 tərəfindən verilmiş şikayəti təmin edilməmişdir. Beyləqan Rayon Məhkəməsinin qərarı qanuni hesab edilmişdir.(cild 2,i.v.33-37) -“cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Beyləqan RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay-05 ayadək, yəni 24 iyun 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixədək uzadılmışdır.(cild 2,i.v.54-56) -Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 4(020)-22/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ibtidai istintaq müddətinin sonunadək, yəni 24 avqust 2024-cü il tarixədək uzadılmışdır.(cild 2,i.v.114-120) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 10 may 2024-cü il tarixli, 3119 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 2,i.v.124-125) -“məhkəmə-psixatrik ekspertizası”nın 18 may 2024-cü il tarixli, 1417 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlaməti aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2,i.v.139-143) -“məhkəmə-bioloji ekspertizası”nın 01 aprel 2024-cü il tarixli, 3-16-16/2-18/357 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli kağız üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış polietilen torbada olan torpaq nümunəsinin içərisində nəm halda təmiz çəkisi-0,29 qram olan bitki mənşəli hissəciklər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır.(cild 2,i.v.152-154) -“baxış keçirilməsi haqqında” 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş məktuba və məktuba əlavə edilmiş, yaddaşında telefon danışıqları barədə məlumat olan CD diskə baxış aparılmışdır. Məktubda ***-***-**-** saylı mobil nömrəsinin qərarda göstərilən müddətdə Azercell şəbəkəsində istifadəsi aşkar edilmədiyi göstərilmişdir. Məktuba əlavə edilmiş CD formatlı diskin üzərində “8321” rəqəmləri qeyd olunmuşdur. Həmin disk “HP” markalı komputerin disk qurğusuna qoşulmuşdur. Lakin disk komputerin elektron daşıyıcıları açmaq üçün nəzərdə tutulmuş bölməsində açılmamışdır.(cild 2,i.v.166) -Şirvan Apellyasiya Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 4(106)-82/2024 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddətinin uzadılması barədə Beyləqan rayon prokuroru tərəfindən verilmiş təqdimatın qismən təmin edilməsi barədə Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 4(020)-22/2024 saylı qərarından Təqsirləndirilən şəxs müdafiəçisi X32 tərəfindən verilmiş şikayəti təmin edilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 4 (020)-22/2024 saylı qərarı qanuni hesab edilmişdir.(cild 2,i.v.168-173) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin materiallarından Turqut Əsədovun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir.(cild 2,i.v.174-175) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 26 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etdiyi şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi məqsədi ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılıb icraata qəbul olunmaqla istintaq davam etdirilmişdir.(cild 2,i.v.180-181) -Beyləqan Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 4(020)-46/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti, 2 ay müddətinə yəni 24 oktyabr 2024-cü il tarixədək uzadılmışdır.(cild 2,i.v.204-209) -Şirvan Apellyasiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 4(106)-115/2024 nömrəli qərarından görünür ki, Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Beyləqan Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 4(020)-46/2024 nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.(cild 2,i.v.228-234) -“sübutların qiymətləndirilməsi haqqında” 24 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.2-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən 9 ədəd çətənə (kannabis) bitkisinin toxumlarının aşkar edilməsi faktında Cinayət Məcəlləsinin 234-cü maddəsinin tərkibi olmadığından qeyd olunan fakt üzrə onun barəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyatyani sahəsindən götürülmüş torpaq nümunəsinin içərisində nəm halda təmiz çəkisi 0,29 qram bitki mənşəli hissəciklər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuananın aşkar edilməsi faktı üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234 və 237-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir.(cild 2,i.v.238-260) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 28 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilərək o Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(cild 3,i.v.5-7) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; -18 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Məhkəməsinin 07 iyun 2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 29 sentyabr 2010-cu il tarixli qərarı ilə 4 (dörd) ay 29 (iyirmi doqquz) gün vaxtından əvvəl şərti azad edilmişdir.(cild 2,i.v.61-62) -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Birinci Şahsevən kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(cild 2,i.v.213-215) -“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X54 tərəfindən verilmiş 16 aprel 2024-cü il tarixli, 18-1-29/2-426/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir.(cild 1,i.v.204) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş materiallarından, yəni; -“Məhkəmə-tibbi ekspertizası”nın 28 aprel 2024-cü il tarixli, 297/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, müayinə olunanın deməsinə görə, 23 mart 2024-cü il tarixdə saat 23 radələrində narkotik maddələrin satışında və daşımaqla saxlanılmasında şübhəli bilinərək Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə zamanı döş qəfəsindən xəsarət almışdır. -“Məhkəmə-tibbi ekspertizası”nın 01 may 2024-cü il tarixli, 321/24 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində hər hansı bir xəsarət aşkar olunmamışdır. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, müayinə olunanın deməsinə görə, 25 mart 2024-cü il tarixdə saat 12 radələrində Beyləqan RPŞ-nin inzibati binasında polis əməkdaşı Ziya adlı şəxs tərəfindən yumruqla döyülmüşdür. Tibb müəssisəsinə müraciəti olmamışdır. Şikayəti döş qəfəsinin sol arxa yarısında olan ağrıdandır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində Təqsirləndirilən şəxs adına açılmış 2577/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yara, Rentgen müayinəsinə əsasən sol Vİİİ qabırğanın yerdəyişmiş sınığı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində X23 adına açılmış 2571/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Turqut Əsədov 30 mart 2024cü il tarixdə istintaq təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı Turqut Əsədovun bədəni üzərində sol diz nahiyəsində bənövşəyi rəngli qançır və qərtməkli yara aşkar olunmuşdur. MSY-də zədə aldığını bildirmişdir. -“Məhkəmə-tibbi ekspertizası”nın 27 mart 2024-cü il tarixli, 232/24 nömrəli rəyindən görünür ki, Turqut Əsədovun sağ diz oynağı nahiyəsində sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, müayinə olunanın deməsinə görə, 23 mart 2024-cü il tarixdə saat 23 radələrində narkotik maddələrin satışında və daşımaqla saxlanılmasında şübhəli bilinərək Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə zamanı xəsarət aldığını bildirir. -Beyləqan RPŞ-dən daxil olmuş 23 noyabr 2024-cü il tarixli, 6/3-13-67/2-15800/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-nə gətirilərkən bədəni üzərində hər hansı xəsarət olmamışdır. “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X46 15 noyabr 2024-cü il tarixli 18-1-29/2- 1619/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin MSYdə saxlanıldığı vaxtdan yəni, 25 mart 2025-cü il tarixdən sonrakı dövürdə tibbi yardım göstərilməsi üçün Təcili və X21 Stansiyasına Beyləqan RPŞ-si tərəfindən xx.xx.2023-cü il tarixdə baxış, Praktiki sağlam, xx.xx.2024-cü il tarixdə “Ağrı sindromu” diaqnozu ilə analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə “Ağrı sindromu” diklofenak 3.0, analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “Baş ağrısı” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “Kəskin respirator xəstəliyi” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “Miqren ağrısı” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə ilkin baxış “praktiki sağlam”, xx.xx.2024-cü il tarixdə “Ağrı sindromu” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “Hipertoniya xəstəliyi” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “miqren ağrısı” analgin 2.0, dimedrol 1.0 tibbi yardım göstərilmişdir. -Beyləqan RPŞ-dən daxil olmuş 23 noyabr 2024-cü il tarixli, 6/3-13-67/2-15801/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin CAB-nin sabiq əməliyyat müvəkkilləri Şahid2, Şahid1 və Şahid3 Qalib oğlu tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi 25 mart 2024-cü il tarixdə Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində saxlanılaraq Beyləqan RPŞ-yə gətirilmiş, həmin gün saat 17:40 dəqiqədə “şəhər, rayon xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyat” kitabında 93-cü sırada qeydə alınmış, şübhəli şəxs qismində tutulduqdan sonra izahatı alınaraq həmin gün saat 22 dəqiqədə Beyləqan RPŞ-nin sabiq MSY-nin rəisi Tofiq Cəfərova təhvil verilmişdir. -“Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X45 daxil olmuş 09 dekabr 2024-cü il tarixli, 18-1-29/2-1737/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixədək PHŞ-ə heç bir müraciəti olmamışdır. -“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Beyləqan rayon Vəkil Bürosunun müdiri X14 Beyləqan RPŞ-nin İB-də istintaq olunan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi, işgəncəyə və sair təzyiqlərə məruz qalması ilə bağlı məlumatı əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs Beyləqan RPŞnin heç bir əməkdaşı ilə aralarında ədavət və düşmənçiliyin olmadığını, heç yerdə işləmədiyini, tutulanadək taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, xx.xx.2024-cü il tarixdə Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən tam orta məktəbin qarşısında müştəri gözləyərkən, tanımadığı 4 nəfər mülki geyimli polis əməkdaşının “Niva” markalı avtomobildən enib ona yaxınlaşaraq Beyləqan RPŞ-nə getməli olduğunu bildirdiklərini, daha sonra əllərini qandallayaraq gəldikləri “Niva” markalı avtomobilin arxa oturacağına otuzdurduqlarını, avtomobildə olarkən polis əməkdaşlarından birinin əynində olan gödəkçəsinin sol cibinə bir ədəd marixuana adlı narkotik vasitə qoyduğunu və daha sonra polis şöbəsinə aparıldığını, polis şöbəsində adını sonradan bildiyi Ziya adlı əməliyyatçının narkotik vasitəni güya həmkəndlisi Turqut Əsədova satdığını etiraf etməsini tələb etdiyini, buna etiraz etdikdə Ziya adlı polis əməkdaşının, eləcə də digər əməliyyatçıların əynində olan gödəkçənin sağ cibinə iki qutu, sol cibinə bir qutu marixuana adlı narkotik vasitə qoyduqlarını, 20 il müddətində narkotik vasitə istifadəçisi olsa da xx.xx.2024-cü il tarixdə üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının üzərinə narkotik vasitə qoymalarına etiraz etdikdə Ziya və digər polis əməkdaşlarının bədəninin kürək, qol, ayaq nahiyələrinə sillə və təpik zərbələri vuraraq döydüklərini, 3 saylı İstintaq Təcridxanasına təhvil verilərkən tibbi müayinədən keçdikdə qabığasının sındığını həkimin müəyyən etdiyini, polis əməkdaşlarının narkotik vasitənin özünə aid olmasını etiraf etmədiyi təqdirdə övladlarını və ailə üzvlərini narkotik vasitələrin satışı ilə bağlı tutacaqları ilə hədələdiklərini, döyülməsi və hədələr nəticəsində müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitələrin özünə aid olmasını və narkotik vasitəni həmkəndlisi Turqut Əsədova satmasını etiraf etməyə məcbur olduğunu, şəxsi axtarış zamanı üzərindən polis əməkdaşları tərəfindən qoyulmuş üç qutu narkotik vasitə aşkar olunduğunu, müstəntiq X47 və digər polis əməkdaşları tərəfindən döyülməsini bildirdiyini, 3 saylı İstintaq Təcridxanasında saxlanılarkən müdafiəçisi Fəxri Rüstəmova polis əməkdaşları tərəfindən döyülmə və qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məlumat verdiyini bildirmişdir. Araşdırma nəticəsində toplanmış 799-C-24 nömrəli material üzrə Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən döymə, işgəncə və sair təzyiqlər məruz qalması xüsusatları təsdiqini tapmadığından Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. -“təkrar məhkəmə-tibbi ekspertizası”nın 08 yanvar 2025-ci il tarixli, T 03/2025 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə İT-də müayinə olunarkən “sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yarası, rentgen müayinəyə əsasən sol Vİİİ qabırğanın yerdəyişmiş sınığı” olması qeyd olunmuşdur. Qeyd edilən xəsarətlərin sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yarası (xarakteri, kənarları, forma və rəngi) tam təsvir edilmədiyindən onların yetirilmə müddəti, eləcə də yetirilmiş mexanizmi haqqında dəqiq fikir söyləmək mümkün olmadı, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Təqdim edilmiş R-qrafik görüntülərin ekspert-radioloq tərəfindən tədqiqat zamanı sol Vİİİ qabırğanın yerdəyişmiş bitişmiş sınığı köhnə sınıq kimi qiymətləndirildiyindən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmadı. Ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, 19 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “MTE və PA Birliyi” PHŞ-in Təkrar ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. Deməsinə görə 25 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-də polis əməkdaşı yumruq və təpiklə bədənin müxtəlif hissələrinə vurmuşdur. 3 saylı İstintaq Təcridxanasında rentgen müayinədən keçmişdir. Hal-hazırda şikayəti soyuq havada döş qəfəsinin sol yarısında olan ağrıdandır. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Bədən səthi üzərində hər hansı bir xəsarət və ya onun izi aşkar edilmədi. Təqdim edilmiş R-qrafik fotogörüntülər məsləhət üçün mütəxəssisə göndərilmişdir. Birliyin ekspert-radioloqu C.T.Allahverdiyevin 07 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, 30 mart 2024-cü il tarixdə çəkilmiş döş qəfəsinin düz proyeksiyalı R-qrafik CD görüntülərində soldan Vİİİ qabırğanın arxa qoltuq xətti üzrə bitişmiş köhnə sınığından sonrakı qalınlaşması izlənir. Müddəti bir neçə il əvvəllə uyğundur. -Bakı Apellyasiya Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 6(103)-36/2025 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin olunmuşdur. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, ədliyyə müşaviri X24 10 may 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının qanuni hesab edilməsi barədə 21 yanvar 2025-ci il tarixli qərarı ləğv edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, ədliyyə müşaviri X24 10 may 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmiş və material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən daxil olmuş 17 yanvar 2025-ci il tarixli, 3-16-20/2-1593/2025 nömrəli məktubda göstərilmişdir ki, rentgen müayinəyə aid nəticələr USB fləş diskdə təqdim edilmişdir. Eyni zamanda məlum edilir ki, sözügedən nəticələr tərəflərindən Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X28 X53 təqdim edilməmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vəkil Müdafiəçi ünvanlanmış 13 yanvar 2025-ci il tarixli, 3-16/1-M-21981-6/2024 nömrəli məktubda göstərilmişdir ki, hüquqlarını müdaifə etdiyiniz həbs edilmiş şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Penitensiar xidmətə təhvil verilərkən qabırğasında sınıqlar və qolunda qandalın yaratdığı xəsarətlərin Penitensiar xidmətin əməkdaşları tərəfindən yetirilib-yetirilməməsi məsələsinin araşdırılması barədə müraciətinizə baxılmışdır. Əldə olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən “İstintaq təcridxanalarının X34” na uyğun olaraq tibbi müayinədən keçirilmiş və aşkar olunmuş xəsarətlər barədə müvafiq tədbirlər görülməklə aidiyyəti üzrə Beyləqan Rayon Prokurorluğuna məlumat verilmiş və Baş Prokurorluğun müvafiq qurumu tərəfindən 10 may 2024-cü il tarixli qərarla cinayət hadisəsinin olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Sözügedən məsələ ilə bağlı Penitensiar xidmət tərəfindən aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs xəsarətləri istintaq təcridxanasına daxil olmamışdan əvvəl aldığını bildirmişdir. -Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 14 yanvar 2025-ci il tarixli, 3-16-17/40/2-27/2025 nömrəli məktubdan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına daxil olmuş, tibbi müayinədən keçirilmişdir. 18 oktyabr 2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs Rentgen müayinəsinin nəticəsini CD disk şəklində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X28 X53 təqdim olunmamışdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən çəkilmiş video görüntü məhkəmə iclasında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə saat 08:06-da istifadəsində olan “Vaz-2106” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman “Niva” markalı avtomobil Təqsirləndirilən şəxs avtomobilinin qarşısında saxlamış, həmin avtomobildən 4 nəfər mülki geyimli şəxs düşmüş, avtomobilin ön oturacağından düşən bir nəfər və arxa oturacağından düşən iki nəfər şəxs Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşmış, Təqsirləndirilən şəxs avtomobildən yerə düşmüş, həmin şəxslər Təqsirləndirilən şəxsla söhbət etmişlər və onun üstünə baxmışlar. Sonra həmin şəxslər Təqsirləndirilən şəxs qollarından tutaraq “Niva” markalı avtomobilə gətirib əyləşdirmişlər, həmin şəxslərdən bir nəfəri gedərək Təqsirləndirilən şəxs avtomobilinin sükanı arxasına əyləşmiş, digər iki nəfər şəxs isə “Niva” markalı avtomobilə əyləşmişlər. Video görüntünün 08:07-ci dəqiqəsində bir nəfər şəxs görünmüş və həmin şəxs Təqsirləndirilən şəxs “Niva” markalı avtomobilə mindirilib aparılmasını müşahidə etmiş və onlara tərəf getmişdir. Həmin vaxtı “Niva” markalı avtomobil arxası üstə hərəkət edərək görüntüdən çıxmış, Təqsirləndirilən şəxs avtomobili də “Niva” markalı avtomobilin arxasınca sürülmüşdür. Təqsirləndirilən şəxs həmin video görüntünün onun polis əməkdaşları tərəfindən saxlanıldığı görüntü olduğunu bildirmişdir. Polis əməkdaşları Şahid1 və Şahid2 həmin video görüntünü təsdiqləmişlər, həqiqətəndə həmin görüntünün Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılması görüntüsü olduğunu, Təqsirləndirilən şəxs səhər saat 08 radələrində saxladıqlarını, hansı səbəbdən Təqsirləndirilən şəxs saxlanma vaxtının cinayət işinin materiallarında saat 17:25 yazılmasının səbəbini bilmədiklərini demişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qərib Abuzərov ifadəsində bildirmişdir ki, səhər tezdən saat 8-9 radələri olardı evə çörək alan zaman polis əməkdaşları göy rəngli “Niva” markalı maşınla Səyyəddini aparmışlar. Səyyəddin həmin vaxtı öz avtomobilində oturmuşdur. Səyyəddinin qollarından iki nəfər tutmuşdur. Şərh edilənlər ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən 25 mart 2024-cü il tarixdə saat 08:06-da Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində özünə məxsus avtomobildə saxlanılmış, həmin yerdə üzəri yoxlanılmış, sonra isə Beyləqan RPŞ-nə aparılmışdır. Cinayət işinin materiallarının İ cildinin 61-ci vərəqinə əlavə edilmiş Beyləqan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən tərtib olunmuş və Beyləqan RPŞ-nin rəisinə ünvanlanmış 25 mart 2024-cü il tarixli “raport”da Təqsirləndirilən şəxs saxlanılma saatı saxtalaşdırılaraq 25 mart 2024-cü il tarixdə, saat 17:25 yazılmışdır. Cinayət işinin materiallarının İ cildinin 71-ci vərəqinə əlavə edilmiş -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 25 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığı saat saxtalaşdırılaraq saat 17:25-dən məhdudlaşdırıldığı yazılmış və Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:55 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs faktiki olaraq 10 saat ərzində Beyləqan RPŞ-də polis əməkdaşlarının sərəncamında qalmışdır. Cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 25 mart 2024-cü il tarixdə saat 08 radələrində kəndlərində olan marketin qabağında öz maşını ilə dayanan zaman polis əməkdaşları “Niva” markalı avtomobil ilə gəlmişlər, avtomobildən 4 nəfər düşmüşdür. Polis əməkdaşları onu oturduğu avtomobildən düşürdüb əllərini qandallayıb “Niva” markalı avtomobilə əyləşdirmişlər, polis əməkdaşlarından bir nəfəri isə onun avtomobilinə əyləşmişdir. Onun avtomobili qabağda, onlar olan “Niva” markalı avtomobil isə arxada hərəkət edərək Beyləqan RPŞ-nə getmişlər. “Niva”da onunla arxada oturan oğlan onun gödəkçəsinin sol hissəsində olan cibinə nəsə qoymuşdur. Polis şöbəsində onu bura niyə gətirdiklərini soruşmuşdur. Həmin günlərdə xəstə bir uşaq tutmuşlar, onun üzərindən narkotik vasitə aşkar olunmuşdur. Ancaq həmin şəxsin kim olduğunu bilməmişdir. Həmin şəxsi polis əməkdaşları iki gün döymüşlər və narkotik vasitəni ondan aldığını deməsini tələb etmişlər. Onu döyməmişdən əvvəl söhbət etmişlər, sağ cibinə iki karopka nəşə qoyaraq bunu götürəcəksən demişlər. Polis əməkdaşlarına özünün olmadığını, onu yükləyə bilməyəcəklərini demişdir. Sonra onu rəis müavini Mahir adlı şəxsin yanına aparmışlar, Mahir də onun qarşısına bir sellofan torba qoymuş və “Səyyəddin bununla səni yükləyəcəm” demişdir. Beyləqan rayonundan olan orada işləyən uşaqları onun şəxsiyyətinə toxunmaq üçün çağırmışlar, guya onunla qeyir-etik söhbətlər olmuşdur. Sonra onu polis rəisinin yanına aparmışlar, rəis polis əməkdaşlarına onu aparmaqlarını, onlara 15 dəqiqə vaxt verdiyini, həmin vaxt ərzində hər şeyi boynuna almalı olduğunu demişdir. Onu apararaq əməliyyatçıların otağında döymüşlər. Həmin vaxtı əlləri qandallı olmuşdur. Polis əməkdaşlarına heç vaxt boynuna almayacağını demişdir. Onu axşama kimi saxlamışlar, şiddətli ağrılar verən təzyiqlər etmişlər. Axşam ona demişlər ki, bax oğlun gəlib şöbənin qabağındadır, əgər boynuna almasan oğlunun başı ağrayacaqdır. Oğlanlarının tutulmasından qorxaraq məcbur qalıb, şəxsi axtarış zamanı Turquta vermişəm demişdir. Orada çəkiliş etmişlər, çəkilişdə də demişdir. Çəkiliş zamanı cibinə narkotik vasitə qoyan əməliyyatçı da orada olmuşdur. Daha sonra onu Şüvəlanda yerləşən İstintaq Təcridxanasına köçürmüşlər, orada rentgen müayinəsindən keçirmişlər. Ondan pnevmaniya olub-olmadığını soruşmuşlar, o da heç vaxt pnevmaniya olmadığını demişdir. Ağ ciyərlərində olan qara nədir, demişlər. İkinci dəfə yenidən müayinə olunan zaman qabırğan sınıqdır demişlər. Ondan “səni kim döyüb” deyə soruşmuşlar, o da Beyləqan RPŞ-də Ziya adlı polis əməkdaşının onu döydüyünü demişdir. Özünü bu işdə günahkar bilməmiş, onu heç bir təqsiri olmadan saxlamışlar, heç kimə narkotik vasitə satmamış və verməmişdir. “Məhkəmə-tibbi ekspertizası”nın 28 aprel 2024-cü il tarixli, 297/24 nömrəli və 01 may 2024-cü il tarixli, 321/24 nömrəli rəylərindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibb ekspertinə “döş qəfəsinin sol arxa yarısında olan ağrıdan” şikayət etmiş, buna baxmayaraq məhkəmə-tibb eksperti Təqsirləndirilən şəxs rentgen müayinəsindən keçirilməsini təmin etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, məhkəmə-tibb eksperti Şahid5 məhkəmə istintaqı zamanı yalan ifadə vermişdir. Şahid5 onu bir dəfə müayinə etmişdir. Həmin müayinə də 5-6 dəqiqə çəkmişdir. Şahid5 onun bütün xəsarətlərini görmüş, qabırğasının sınmasını Şahid5 demişdir. Şahid5 paltarının üstündə əlləri ilə onu yoxlamışdır. Şahid5 qabırğasının sındığını, ağrılarının olduğunu desə də Şahid5 onu rentgen müayinəsindən keçirməmiş və barəsində saxta rəy vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs müayinə edən zaman xəsarətləri görməmiş, Təqsirləndirilən şəxs soyundurub bədəninə baxmışdır. Təqsirləndirilən şəxs yaşda adamların qabırğasının sınığı 20 gün ərzində bitişir. Sınığın bir il əvvəl və ya ondan qabağ olmasını müəyyən etmək çətin məsələdir. Təqsirləndirilən şəxs ağrıları ilə bağlı ondan heç nə soruşmamışdır. Təqsirləndirilən şəxs rentgen müayinəsinə göndərilməsini məqsədə uyğun bilməmişdir. Sınığı rentgen müayinəsi ilə dəqiqləşdirirlər. Rentgen müayinəsi olmadan müayinə olunan şəxsə sınıq diaqnozu qoyula bilməzdir. Verdiyi ekspert rəyində Təqsirləndirilən şəxs şikayətinin döş qəfəsinin sol arxa yanında olan ağrıdan şikayətçi olduğunu yazmışdır. Bu o deməkdir ki, Təqsirləndirilən şəxs ona şikayətinin döş qəfəsinin sol arxa yanında olan ağrıdan olduğunu demişdir. Lakin o Təqsirləndirilən şəxs rentgen müayinəsindən keçirməyi məqsədə uyğun hesab etməmişdir. Təqsirləndirilən şəxs adına açılmış 2577/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yara, Rentgen müayinəsinə əsasən sol Vİİİ qabırğanın yerdəyişmiş sınığı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs zədə aldığını bildirmişdir. Məhkəmə-tibb eksperti Şahid5 iki dəfə istintaq orqanının ayrı-ayrı qərarları ilə bilə-bilə yalan rəy verməyə görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs bədəni üzərində sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yara, Rentgen müayinəsinə əsasən sol Vİİİ qabırğanın yerdəyişmiş sınığı olmasına baxamaraq bilə-bilə yalan rəy verərək Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarətin olmadığını yazmışdır. Beyləqan RPŞ-dən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-nə gətirilərkən bədəni üzərində hər hansı xəsarət olmamışdır. “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X46 məktubundan görünür ki, Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin MSY-də saxlanıldığı vaxtdan yəni, 25 mart 2025-cü il tarixdən sonrakı dövürdə tibbi yardım göstərilməsi üçün Təcili və X21 Stansiyasına Beyləqan RPŞ-si tərəfindən xx.xx.2024-cü il tarixdə baxış, Praktiki sağlam, xx.xx.2024-cü il tarixdə “Ağrı sindromu” diaqnozu ilə analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə “Ağrı sindromu” diklofenak 3.0, analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “Baş ağrısı” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “Kəskin respirator xəstəliyi” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “Miqren ağrısı” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə ilkin baxış “praktiki sağlam”, xx.xx.2024-cü il tarixdə “Ağrı sindromu” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “Hipertoniya xəstəliyi” analgin 2.0, dimedrol 1.0, xx.xx.2024-cü il tarixdə “miqren ağrısı” analgin 2.0, dimedrol 1.0 tibbi yardım göstərilmişdir. “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” X45 daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixədək PHŞ-ə heç bir müraciəti olmamışdır. Təhlil olunan məktublardan aydın olur ki, istintaq orqanı özü Təqsirləndirilən şəxs RPŞ-nə gətirilən zaman bədəni üzərində hər hansı bir xəsarət olmamasını etiraf etmişdir. Müəyyən edilən obyektiv hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 10 saat ərzində Beyləqan RPŞ-də polis əməkdaşlarının sərəncamında olmaqla işgəncələrə məruz qalmış, nəticə də Təqsirləndirilən şəxs sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yara, sol Vİİİ qabırğasının yerdəyişmiş sınığı xəsarətlərini almışdır. 28 mart 2024-cü il tarixdə RPŞ-də olan zaman təcili yardım həkimi çağrış əsasında gələrək “Ağrı sindromu” diaqnozu qoymuş və ona analgin 2.0, dimedrol 1,0, iynəsi vurulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Roma Konvensiyasının 3-cü maddəsində deyilir ki, heç kəs işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2023-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 103 İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəsa növlərinə qarşı” 1984-cü il BMT Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür. Cinayət Məcəlləsinin 293-cü maddəsində işgəncəyə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 293-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə və Cinayət- Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbiri keçirmək səlahiyyətində olan orqanların, o cümlədən polis əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Cinayət işinin materiallarına əlavə olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 10 may 2024-cü il tarixli qərardan görünür ki, Beyləqan rayon Vəkil Bürosunun müdiri X14 Beyləqan RPŞ-nin İB-də istintaq olunan cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən döyülməsi, işgəncəyə və sair təzyiqlərə məruz qalması ilə bağlı məlumatı əsasında Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsində araşdırma aparılmış və araşdırma nəticəsində toplanmış 799-C-24 nömrəli material üzrə Təqsirləndirilən şəxs Beyləqan RPŞnin əməkdaşları tərəfindən döymə, işgəncə və sair təzyiqlər məruz qalması xüsusatları təsdiqini tapmadığından Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs verdiyi izahatında məhkəmə istintaqı zamanı ifadəsində bildirdiyi faktları göstərmiş, lakin həmin qərarından göründüyü kimi araşdırmanı aparan prokurorluq əməkdaşı obyektiv həqiqətin müəyyən edilməsi üçün digər sübutları əldə etməyə təşəbbüs belə göstərmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Bunun nəticəsidir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, ədliyyə müşaviri X24 10 may 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının qanuni hesab edilməsi barədə 21 yanvar 2025-ci il tarixli qərarı ləğv edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, ədliyyə müşaviri X24 10 may 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmiş və material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Məhkəmə araşdırması dövründə 21 noyabr 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində təkrar məhkəmə-tibbi ekspertizası təyin olunmuş, ekspertiza tədqiqatının aparılması “MTE və PA Birliyi” PHŞ-ə həvalə edilmişdir. Ekspertlər bilə-bilə yalan rəy verməyə görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilmişdir. PHŞ-in Təkrar ekspertizalar şöbəsinin ekspertləri X10 və X18 tərəfindən verilmiş “təkrar məhkəmə-tibbi ekspertizası”nın rəyində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs 29 mart 2024-cü il tarixdə İT-də müayinə olunarkən “sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yarası, rentgen müayinəyə əsasən sol Vİİİ qabırğanın yerdəyişmiş sınığı” olması qeyd olunmuşdur. Qeyd edilən xəsarətlərin sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yarası (xarakteri, kənarları, forma və rəngi) tam təsvir edilmədiyindən onların yetirilmə müddəti, eləcə də yetirilmiş mexanizmi haqqında dəqiq fikir söyləmək mümkün olmadı, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Təqdim edilmiş R-qrafik görüntülərin ekspert-radioloq tərəfindən tədqiqatı zamanı sol Vİİİ qabırğanın yerdəyişmiş bitişmiş sınığı köhnə sınıq kimi qiymətləndirildiyindən sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmadı. Ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, 19 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “MTE və PA Birliyi” PHŞ-in Təkrar ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. Deməsinə görə 25 mart 2024-cü il tarixdə Beyləqan RPŞ-də polis əməkdaşı yumruq və təpiklə bədənin müxtəlif hissələrinə vurmuşdur. 3 saylı İstintaq Təcridxanasında rentgen müayinədən keçmişdir. Hal-hazırda şikayəti soyuq havada döş qəfəsinin sol yarısında olan ağrıdandır. Müayinə olunan orta boylu, düzgün bədən qurluşlu, kafi köklükdədir. Bədən səthi üzərində hər hansı bir xəsarət və ya onun izi aşkar edilmədi. Təqdim edilmiş R-qrafik fotogörüntülər məsləhət üçün mütəxəssisə göndərilmişdir. Birliyin ekspert-radioloqu C.T.Allahverdiyevin 07 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, 30 mart 2024-cü il tarixdə çəkilmiş döş qəfəsinin düz proyeksiyalı R-qrafik CD görüntülərində soldan Vİİİ qabırğanın arxa qoltuq xətti üzrə bitişmiş köhnə sınığından sonrakı qalınlaşması izlənir. Müddəti bir neçə il əvvəllə uyğundur. Ekspert rəyinin təhlilindən aydın olur ki, ekspertlər Təqsirləndirilən şəxs bədəni üzərində sol saidin aşağı 1/3-nin ön səthində qərtməkli yarası və sol Vİİİ qabırğanın yerdəyişmiş sınığı xəsarətlərinin olmasını inkar etməmişlər və ya inkar edə bilməmişlər. Sadəcə olaraq düzgün rəy vermək əvəzinə bilə-bilə yalan rəy vermişlər və polis əməkdaşlarının qanunsuz hərəkətlərini gizlətməyə çalışmışlar. Ekspert rəyində Təqsirləndirilən şəxs 30 mart 2024-cü il tarixdə çəkilmiş döş qəfəsinin düz proyeksiyalı R-qrafik CD görüntülərində təqdim edilməsi göstərilmişdir. Məhkəmə istintaqı zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən daxil olmuş məktubda Təqsirləndirilən şəxs rentgen müayinəsinin nəticələrinin tərəflərindən Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X28 X53 təqdim edilmədiyi göstərilmişdir. Həmçinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs rentgen müayinəsinin nəticəsini CD disk şəklində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X28 X53 təqdim olunmamışdır. Bu da onu deməyə əsas verir ki, ekspert-radioloq və məhkəmə-tibbi ekspertləri faktiki olaraq onlara təqdim olunmayan Təqsirləndirilən şəxs rentgen müayinələrinin nəticələrini guya tədqiq etdiklərini və nəticəyə gəldiklərinə dair tərəflərindən yazılmış ekspert rəyində bilə-bilə yalan məlmatlar yazmışlar. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlandıqdan sonra polis şöbəsinə aparılaraq döyülməsi, işgəncələrə məruz qalması və hədələnməsi ilə bağlı bildirdikləri obyektiv həqiqəti özündə ifadə etmiş və cinayət işi üzrə müəyyən olunmuş həqiqi hallarla tam şəkildə uzlaşmışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyri-insani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi prokurorluq əməkdaşı tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı ətraflı yoxlama aparılmamışdır. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs barəsində iki dəfə alınmış məhkəmə-tibbi ekspertizasının rəylərinə və məhkəmə istintaqı dövründə bir dəfə alınmış məhkəmə-tibbi ekspetizasının rəyinə də tənqidi yanaşır, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər və qabırğasının sınması faktı vaxtında keçirilmədiyi üçün səmərəsiz olan və yekdil olmayan məhkəmə-tibbi ekspertizasının rəylərinə əsaslanan araşdırmanın Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından qaneedici sayıla və müdafiə tərəfinin işgəncə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni işgəncə faktının olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanmas, o cümlədən “inter alia” hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan bu iddia ilə mübahisələndirilən sübutuda, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafetdici ifadəni mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə həll etmir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, məhkəmə işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərar görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsi zamanı Turqut adlı şəxsə narkotik vasitə verməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı Turqud adlı şəxsə 45 manat pul müqabilində narkotik vasitə satmasına dair verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 25-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı araşdırma aparılsada düzgün qərar qəbul olunmaması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlar ilə öz təsdiqini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Həmin qərarın 69-cu bəndində məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun «qoyulması» mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə saat 8:06 radələrində Beyləqan rayonu, Birinci Şahsevən kəndində özünə məxsus “Vaz-2106” markalı avtomobildə əyləşən zaman Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq üzəri yoxlanıldıqdan sonra həmin polis şöbəsinə aparılmış döyülərək işgəncələrə məruz qalmış, oğlunun narkotik vasitə ilə sənədləşdirilməsi ilə hədələnmiş və onun faktiki azadlığı məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən 10 saat sonra üzərində ikinci dəfə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Bununla da Təqsirləndirilən şəxs istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi şəxsi axtarış istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Cinayət iş materialda olan CD diskdə göründüyü kimi, şəxsi axtarış istintaq hərəkətini özündə əks etdirən video görüntü 15 dəqiqə 47 saniyə davam edir, “şəxsi axtarış və götürmə haqqında» protokolda isə şəxsi axtarışın başlanma vaxtı 18:30, bitmə vaxtı isə 18:58 olaraq göstərilmiş, faktiki olaraq 15 dəqiqə 47 saniyə davam edən istintaq hərəkətinin yuxarıda adı qeyd edilən protokolda 28 dəqiqə davam etdiyi göstərilmişdir. Bununla yanaşı şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair video-görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video-görüntü 25 mart 2024-cü il tarixində saat 17:51-də yaradılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 51.4-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Qanunvericiliyin müddəaları baxımından aşkardır ki, tərtib edilmiş protokolla müvafiq istintaq hərəkətlərini özündə əks etdirən video yazılar uyğunluq təşkil etməli, iş materialları arasında ziddiyyət olmamalıdır. Beləliklə, “şəxsi axtarış və götürmə haqqında” protokol ilə həmin istintaq hərəkətini özündə əks etdirən cinayət işinin materiallarına əlavə edilmiş video yazının arasında ziddiyyətlər mövcud olduğundan, qeyd edilən sənədlərin sübut kimi qəbul edilməsi yolverilməz hesab edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs faktiki olaraq 10 saat ərzində müdaifəçisiz qalmış və Beyləqan Rayon Vəkil Bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı Təqsirləndirilən şəxs təqdim olunmamış, dövlət hesabına təyin olunmuş müdafiəçi X32 ilkin təhqiqat və istintaq zamanı Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Həmin Məcəllənin 90.7.2-ci maddəsinə əsasən şübhəli şəxs tutulduğu halda tutulmanın əsaslarını bilmək və tutulduğu andan müdafiəçidən hüquqi yardım almaq, onu tutmuş şəxsdən, təhqiqatçıdan, müstəntiqdən və ya prokurordan hüquqları haqqında yazılı bildiriş almaq hüqları vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X33rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs vəkilin təyin edilməsi özözlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkilin Təqsirləndirilən şəxs ilə gizli ünsiyyəti olmamış, vəkilin həmin hüquqları məhdudlaşdırılmamışdır. Hətta Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair aparılan məhkəmə prosessinin video görüntüsünün 3-cü dəqiqəsindən 6:21-ci dəqiqəsinədək müdafiəçi Fəxri Rüstəmovun yatdığı, hakim tərəfindən çağırılmasına məhəl qoymadığı və məhkəmə iclas katibi tərəfindən yuxudan oyadıldığı müşahidə olunur. Faktiki olaraq müdafiəçi Fəxri Məmmədovun məhkəmə iclasında Təqsirləndirilən şəxs hansı ifadəni verməsindən məlumatı olmamışdır. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Odur ki, məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs “praktik, səmərəli və keyfiyyətli” hüquqi yardım göstərilməsi təmin edilmədiyindən ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “şəxsi axtarış keçirilməsi” haqqında protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrin özünə qarşı olan hissələrinin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilməsi qeyd edilmiş hallar etibarsız hesab olunmalıdır. Məhkəmə tərkibi Turqut Əsədovun ibtidai istintaq zamanı verdiyi ifadəsində istifadə etdiyi narkotik vasitələri həmkəndlisi Səyyəddindən alması, Səyyəddin bir kibrit qutusunu 100 manat qarşılığında ona sata biləcəyini bildirərək iki kibrit qutusu qurudulmuş marixuana üçün 200 manat pul istəməsi, Səyyəddinlə görüşməsi və ona 200 manat pul verərək ona iki kibrit qutusu qurudulmuş marixuana verməsini bildirmişdir. Səyyəddin pulu almış və cibindən iki kibrit qutusu çıxararaq ona vermişdir. 23 mart 2024-cü il tarixdə o narkotik vasitə çəkmək istəmişdir. Səyyəddinə zəng edərək ona iki kibrit qutusu narkotik vasitə qurudulmuş marixuana lazım olduğunu bildirmişdir. Səyyəddin bir qutunu 100 manata satdığını bildirib ona 200 manat pul verməli olduğunu demişdir. O razılaşmış və Səyyəddin onu Birinci Şahsevən kəndi 2 saylı məktəbin yanına çağırmışdır. O məktəbin yanına gedib orada Səyyəddinlə görüşmüşdür. Səyyəddinə 200 manat pul vermiş və Səyyəddin cibindən iki kibrit qutusu çıxararaq ona vermişdir. Kibrit qutularının içərisinə baxıb içərilərində qurudulmuş marixuana olduğunu görmüş və onları cibinə qoyub sağollaşıb oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Səyyəddindən aldığı içərisində qurudulmuş marixuana olan kibrit qutusundan birini götürüb içərisində olan narkotik vasitələri lazım olduqda çəkməsi üçün xırda-xırda bükümlərə bölmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Turqut Əsədov ifadəsində bildirmişdir ki, 24 mart 2024-cü il tarixdə polis əməkdaşları onu saxlamışlar, onu döyərək cibinə narkotik vasitə atmışlar. İstintaq Təcridxanasına daxil olarkən xəsarətləri ilə bağlı bildimirşdir. Videoçəklişdə də paltarları cırığ-cırığdır, oradan da döyülməyi görünmüşdür. 10 manat pulu o qoymuş, 5 manat pulu isə Mürsəl Fərhadlı qoyub narkotik vasitə alıb çəkmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. Mürsəl Fərhadlı ilə birgə narkotik vasitə alıb çəkmişlər. Narkotik vasitəni “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə əldə etmişlər. Narkotik vasitə ilə bağlı Səyyəddinlə əlaqəsi olmamışdır. İnstintaqda verdiyi ifadəsindən xəbəri olmamışdır. Polislər ondan videoçəklişdə onlar deyəni deməsini tələb etmişər, əgər polis əməkdaşlarını dediklərini deməsə evindən külli miqdarda narkotik vasitə çıxaracaqlarını demişlər. Videoçəklişdə polis əməkdaşları ona Səyyəddinin adını verməli olduğunu demişlər. Polis əməkdaşları onu döydükləri üçün şalvarı cırılmışdır. Polis əməkdaşları onu rəis müavini Mahir müəllimin otağında döymüşlər. Polis əməkdaşları onu yerə yıxıb döymüşlər. Beyləqan RPŞ-də Səyyəddinlə onu üzləşdirmişlər. Döyüldüyü və polis əməkdaşları tərəfindən təzyiqlər olduğu, atası ilə və anası ilə təhdid etdikləri üçün Səyyəddinin adını çəkmişdir. Üzləşmədə heç bir kağıza imza etməmişdir. Turqut Əsədovun adına açılmış məhkumun tibbi kitabçasından görünür ki, Turqut Əsədov 30 mart 2024-cü il tarixdə İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi baxış zamanı Turqut Əsədovun bədəni üzərində sol diz nahiyəsində bənövşəyi rəngli qançır və qərtməkli yara aşkar olunmuşdur. MSY-də zədə aldığını bildirmişdir. “Məhkəmə-tibbi ekspertizası”nın rəyindən görünür ki, Turqut Əsədovun sağ diz oynağı nahiyəsində sıyrıqlar olmuşdur. Qeyd olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Həmin ekspert rəyinin təsviri hissəsində göstərilmişdir ki, X40 RPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zamanı xəsarət aldığını bildirmişdir. Məhkəmə tərkibi bildirir ki, Turqut Əsədovun ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı verdiyi ifadəsi zamanı onun Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, Cinayət-Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə Turqut Əsədovun qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla və Cinayət- Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədə-qorxu, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlər edilməklə alındığından həmin ifadə hüquqi qüvvəsi olmayan hesab edilir və həmin ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə şahid Turqut Əsədovun məhkəmədə verdiyi ifadəsi həqiqəti əks etdirməsi öz təsdiqini tapmışdır. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. İbtidai istintaq zamanı eyni məzmunlu ifadələr verən polis əməkdaşları Turqut Əsədovun verdiyi məlumat əsasında 25 mart 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq əvvəlcədən qurduqları plan əsasında Təqsirləndirilən şəxs yerini dəqiqləşdirmişlər və Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri əldə edib, üzərində saxlamaqla daşımaqda və satışını həyata keçirməkdə şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün əlverişli şərait olmadığından onu dəvət edib Beyləqan RPŞ-nə gətirmişlər. Rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasında şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində özünə məxsus dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmiş və üzərində olan göy rəngli qış gödəkçəsinin sol yan cibində olan bir ədəd kibrit qutusunu və sağ yan cibindən iki ədəd kibrit qutusu çıxaraq təqdim etmişdir. Təqdim edilmiş kütlələrə baxış keçirilən zaman kibrit qutularının içərisində tünd yaşıl rəngli, kəskin qoxulu narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana olmasını və həmin kütlələrin ona məxsus olmadığını bildirmişdir. Həmin kibrit qutuları elektron tərəzidə çəkilərək sağ yan cibindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan kütlənin çəkisinin 10,42 qram olması, sol yan cibindən aşkar edilmiş kütlərin kibrit qutuları ilə birlikdə ümumi çəkilərinin ayrı-ayrılıqda 9,14 qram, 9,76 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin ona məxsus olmadığını bildirərək zərfin üzərini imzalamaqdan imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd 1 manatlıq, sol yan cibindən 2 ədəd 5 manatlıq, 2 ədəd 10 manatlıq, arxa sol cibindən 6 ədəd 10 manatlıq, 1 ədəd 20 manatlıq olmaqla 114 manat nağd pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərək əynində olan göy rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd avtomobil açarı aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin açarın özünə məxsus “Vaz 2106” markalı avtomobilin açarı olmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlələrin hansı səbəbdən üzərində olması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kibrit qutularının birinin polis şöbəsinə gətirilərkən maşında üzərinə qoyulduğunu, digər iki ədəd kibrit qutusunun polis şöbəsində üzərinə qoyulduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin konkret kim tərəfindən onun üzərinə qoyulması soruşulduqda o, iki ədəd kibrit qutusunu polis əməkdaşı Şahid1 göstərərək Şahid1 tərəfindən onun üzərinə qoyulduğunu, üçüncü kibrit qutusunun isə əynində olan gödəkçəinin sol yan cibini təqdim edərək maşında gələn zaman başqa tanımadığı polis əməkdaşı tərəfindən qoyulduğunu bildirmişdir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, üzərindən xeyli vaxt keçdiyi üçün Təqsirləndirilən şəxs saxladıqları tarixi və konkret olaraq günü xatırlamamışdır. Səhv etmirsə Turqut adlı şəxsi saxlamışlar, Turqut narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs “razvoddan” sonra Birinci Şahsevən kəndində mağazanın yanında avtomobilində saxlamışlar. Səyyəddinə yaxınlaşıb özünü təqdim etmiş, Səyyəddin ona bildirmişdir ki, “mən səni tanıyıram bilirdim axır əvvəl məni tutacaqsan”. Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nə gətirdikdən sonra istintaqa təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərini yoxlamışlar, onun üzərindən nə çıxdığını və nə qədər çıxdığını xatırlamamışdır. Əməliyyata şəxsi avtomobillə getmişlər. Əməliyyatçılardan Şahid2 onunla olmuşdur. Səyyəddini saxladıqları gündən əvvəl onu polis şöbəsinə gətirməmişlər. Səyyəddini Polis şöbəsinə gətirdikdən sonra hal şahidləri dəvət olunmuş, səhv etmirsə videoçəkliş olmamışdır. Şəxsi axtarışın nə vaxt keçirildiyini dəqiq xatırlamamışdır. Səyyəddin bildirmişdir ki, üzərində narkotik vasitə olmamış, narkotik vasitəni Ziya üzərinə qoymuşdur. Sonradan gəlib Səyyəddinə “biz kişiyik, əgər mən üzərinə narkotik vasitə qoymuşamsa mən belə olum, əgər sən mənə şər atırsansa sən belə ol” demişdir. Daha sonra Səyyəddin ona “üzr istəyirəm, mən səhv etmişəm, sən mənim üzərimə heç nə qoymamısan” demişdir. Dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, ximdəti otağda olan zaman onu istintaq otağına dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən video çəkmişdir. Təqsirləndirilən şəxs üzərindən 3 ədəd kibrit qutusu çıxmışdır. Zərfin üzərinə imza çəkərkən videoçəklişi digər polis əməkdaşı çəkmişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 25 mart 2024-cü il tarixdə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ilə birlikdə üzərində qanunsuz narkotik vasitə gəzdirilməsi ilə bağlı şübhəli bilinən Təqsirləndirilən şəxs yerini müəyyən etmək üçün əməliyyat tədbiri keçirtmişlər və Təqsirləndirilən şəxs Beyləqan rayonu Birinci Şahsevən kəndində olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edib, onu rayon polis şöbəsinə dəvət etmişlər. Müdafiəçi Fəxri müəllimin iştirakı ilə təhqiqatçının otağında Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş predmet və ya əşyanın olubolmaması ilə bağlı soruşulmuş, Təqsirləndirilən şəxs sol cibindən 01 ədəd kibrit qutusu və sağ cibindən 02 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Daha sonra avtomobilin açarı təqdim edilmiş və Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş və avtomobildən 09 ədəd çətənə bitkisinə bənzər toxum aşkar edilərək götürülmüşdür. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Səyyəddin tərəflərində saxlanılıb polis şöbəsinə gətirilib istintaqa təhvil verilmişdir. Səyyəddinin üzərinə narkotik vasitə qoyulduğunun şahidi olmamışdır. Səyyəddini səhər vaxtı saxlamışlar. Səyyəddini avtomobilində saxlamışlar. Səyyəddini saxlamağa gedərkən “Niva” markalı avtomobil ilə getmişlər. Səyyəddini 1-ci dəfə idi ki, polis şöbəsinə gətirmişlər. Səyyəddini polis şöbəsinə gətirib müstəntiqə təhvil vermişlər. Elan olunan videogörüntü Səyyəddinin saxlanıldığı görüntüdür, orada olan şəxslər özləridir. Ekranda gördüyü göy rəngli “Niva” markalı avtomobil özünündür. Cinayət işinin materiallarında onun adından yazılmış sənədləri özü imzalamışdır, ola bilsin ki, həmin sənədlərdə Səyyəddinin saxlanma saatları texniki səhv olaraq yazılmışdır. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2, Səlim Qabilov və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələr, məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs döyməmələri, işgəncələr verməmələri və Təqsirləndirilən şəxs üzərinə narkotik vasitələr qoymamaları barədə verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X11rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan “məhkəmə-bioloji ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən narkotik vasitə qrudulmuş marixuana ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitə qrudulmuş marixuananın təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Məhkəmə tərəfindən “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımasını və narkotik vasitə qurudulmuş marixuananı təkrar satmasını təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi cinayət işinin materiallarına əlavə olunmuş “baxış aparılması haqqında” protokola da tənqidi yanaşaraq qeyd edir ki, Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən çəkilmiş video görüntü məhkəmə iclasında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 25 mart 2024-cü il tarixdə saat 08:06-da istifadəsində olan “Vaz-2106” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman “Niva” markalı avtomobil Təqsirləndirilən şəxs avtomobilinin qarşısında saxlamış, həmin avtomobildən 4 nəfər mülki geyimli şəxs düşmüş, avtomobilin ön oturacağından düşən bir nəfər və arxa oturacağından düşən iki nəfər şəxs Təqsirləndirilən şəxs avtomobilinə yaxınlaşmış, Təqsirləndirilən şəxs avtomobildən yerə düşmüş, həmin şəxslər Təqsirləndirilən şəxsla söhbət etmişlər və onun üstünə baxmışlar. Sonra həmin şəxslər Təqsirləndirilən şəxs qollarından tutaraq “Niva” markalı avtomobilə gətirib əyləşdirmişlər, həmin şəxslərdən bir nəfəri gedərək Təqsirləndirilən şəxs avtomobilinin sükanı arxasına əyləşmiş, digər iki nəfər şəxs isə “Niva” markalı avtomobilə əyləşmişlər. Video görüntünün 08:07-ci dəqiqəsində bir nəfər şəxs görünmüş və həmin şəxs Təqsirləndirilən şəxs “Niva” markalı avtomobilə mindirilib aparılmasını müşahidə etmiş və onlara tərəf getmişdir. Həmin vaxtı “Niva” markalı avtomobil arxası üstə hərəkət edərək görüntüdən çıxmış, Təqsirləndirilən şəxs avtomobili də “Niva” markalı avtomobilin arxasınca sürülmüşdür. Sözügedən protokolda görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Vaz-2106” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə saat 19:10-dan saat 19:45-dək baxış keçirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olmuş “Vaz-2106” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq 11 saat ərzində polis əməkdaşlarının sərəncamında olduqdan sonra baxış keçirilmişdir. “Baxış aparılması haqqında” protokoldan görünür ki, avtomobildə olan əşyalar qutusuna baxış davam etdirilərək içərisində olan narıncı rəngli qutunun içərisinə baxış keçirilən zaman 9 ədəd çətənə (kannabis) bitkisinin toxumlarına bənzər toxumlar aşkar edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən 9 ədəd çətənə (kannabis) bitkisinin toxumlarının aşkar edilməsi faktında Cinayət Məcəlləsinin 234-cü maddəsinin tərkibi olmadığından qeyd olunan fakt üzrə onun barəsində Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Vaz-2106” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmaqla baxış keçirildiyindən həmin protokol sübut kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı verilmiş vəsatətə Beyləqan Rayon Məhkəməsində 22 avqust 2024-cü il tarixdə baxılması ilə bağlı məhkəmə prosesinin video görüntüsünə baxılan zaman cinayət işinin materialları hakim tərəfindən elan olunan zaman cinayət işinin materiallarında olan “baxış aparılması haqqında” 26 mart 2024-cü il tarixli protokolda yazıların və imzaların, “üzləşdirmə aparılması haqqında” 26 mart 2024-cü il tarixli protokollarda vəkillər Quliyev Vəkil Yelmar oğlu və X14 imzalarının olmadığı, “ekspert rəyi ilə şübhəli şəxsin tanış edilməsi haqqında” protokolda vəkil Fəxri Rüstəmovun imzasının olmadığı müəyyən edilmişdir. “Baxış aparılması haqqında” protokoldan görünür ki, Beyləqan rayonu, Birinci Şahsevən kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evdə və evin həyatyanı sahəsinə baxış keçirilmişdir. Həyətdə Təqsirləndirilən şəxs təqdim etdiyi yerdən mütəxəssisin iştirakı ilə torpaq nümunəsi götürülmüşdür. Cinayət işinin materiallarına əlavə olunmuş “məhkəmə-bioloji ekspertizası”nın rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ rəngli kağız üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış polietilen torbada olan torpaq nümunəsinin içərisində nəm halda təmiz çəkisi-0,29 qram olan bitki mənşəli hissəciklər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuanadır. Beyləqan Rayon Məhkəməsindən təqdim olunmuş 22 avqust 2024-cü il tarixli, 4(020)- 46/2024 nömrəli məktubdan görünür ki, məhkəmə tərəfindən Beyləqan rayon prokuroruna ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs vəkili Müdafiəçi sənədlərin saxtalaşdırılması barədə verdiyi izahat üzrə araşdırmanın aparılmasının zəruriliyi nəzərə alınıb, həmin məlumat üzrə müvafiq araşdırmanın aparılmasının təmin edilməsi xahiş olunmuşdur. Lakin cinayət işinin materiallarına həmin müraciət əlavə olunmamış və araşdırmanın nəticəsi barədə hər hansı qərarın qəbul olunması məhkəməyə məlum deyildir. Cinayət işinin materiallarından görünür ki, hakim tərəfindən yazılar və imzalar olmayan həmin sənədlər cinayət işinin materiallarına yazılı və imzalı şəkildə əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyani sahəsindən götürülmüş torpaq nümunəsinin içərisində nəm halda təmiz çəkisi 0,29 qram bitki mənşəli hissəciklər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuananın aşkar edilməsi faktı üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234 və 237-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarının İ cildinin 108-110-cu səhifələrində olan “üzləşdirmə aparılması haqqında” 26 mart 2024-cü il tarixli protokoldan görünür ki, Turqut Əsədov ilə Təqsirləndirilən şəxs arasında saat 14:00-dan saat 14:55-dək üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Göründüyü kimi sözügedən sənədlər sonradan yazılaraq və imzalandığından həmin prosessual sənədlər Təqsirləndirilən şəxs təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət- Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləndə onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcriddxanasından həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Beyləqan RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 20,37 qram, 5,56 qram, 10,56 qram, çətənə toxumunun qalıq qalmış 0,11 qramı, polietilen torbada olan torpaq nümunəsinin içərisində nəm halda 0,24 qram olan bitki mənşəli hissəciklər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana və 01 ədəd taxta parçası materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərcinin-məhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Beyləqan Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 20,37 qram, 5,56 qram, 10,56 qram, çətənə toxumunun qalıq qalmış 0,11 qramı, polietilen torbada olan torpaq nümunəsinin içərisində nəm halda 0,24 qram olan bitki mənşəli hissəciklər tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmayan marixuana və 01 ədəd taxta parçası materiala əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-124/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-124/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver