Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-125/2022 09.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri X3 və X2 iştirakı ilə, xx xxx 1987-ci ildə Rusiya Federasiyası, Kirovsk rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Saatlı rayonunun Orta Muğan kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 30 avqust 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1988-ci ildə Saatlı rayonu, Oktyabrabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Saatlı rayonunun Şirinbəy kəndində qeydiyyatda olmaqla orada yaşamış, barəsində 02 sentyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Əliəjdər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 2021-ci ilin aprel ayının ortalarında Saatlı rayonu Orta Muğan kəndində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə sonuncunun məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 40 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını Saatlı rayonunun Orta Muğan kəndinin çöl torpaq sahələrinin ərazisindən keçən “LK-14-6” adlı kollektorun 3 metr kənarında mühafizə zonasını müxtəlif kollardan təmizləyib xüsusi olaraq hazırladığı 20 metr uzunluğunda, 1,5 metr enində torpaq sahəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkmiş, 29 avqust 2021-ci il tarixədək müddət ərzində əkdikləri toxumlardan cücərmiş 32 ədəd külli miqdarda çətənə (kannabis) şitilini mütəmadi suvarıb, diblərini yumşaltmaqla qulluq göstərərək, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirməklə külli miqdarda kultivasiya etmiş, həmin ərazidə 29 avqust 2021-ci ildə əməliyyat tədbiri həyata keçirən Saatlı RPŞ-nin əməkdaşları 32 ədəd külli miqdarda çətənə (kannabis) bitkisini aşkar edib götürmüşlər, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmuş və qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirərək kultivasiya etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazıki ifadəsində göstərmişdir ki, təxminən 5 il narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs2 əsgər yoldaşıdır, onunla birlikdə hərbi xidmətdə olmuşdur. 2021-ci ilin aprel ayının ortalarında əsgər yoldaşı Təqsirləndirilən şəxs2la birlikdə rayonun Orta Muğan kəndinin çöl sahəsində Anarın gətirdiyi 40 ədəd çətənə toxumlarını onunla birlikdə əkib-yetişdirmiş, onları suvarıb qulluq göstərmiş, həmin toxumlardan 32 ədəd çətənə bitkisi cücərmiş, avqust ayının 29-da səhərə yaxın Anarla birlikdə həmin bitkilərə baxmaq üçün getmiş, onlar orada olarkən polis əməkdaşları ora gəlmiş, Anar onları görüb qaçıb getdiyindən polis əməkdaşlarına narkotik tərkibli bitkiləri özünün əkib-becərdiyini bildirmiş, polis əməkdaşları hal şahidləri və aqronomun iştirakı ilə sahəyə baxış keçirərkən Anarla əkdikləri ümumilikdə 32 ədəd çətənə bitkiləri aşkar edilib torpaqdan çıxarılaraq 2 ədəd sintetik torbada qablaşdırılıb götürülmüş, sonra keçirilmiş baxışla bağlı foto və videoçəkiliş aparılmış, protokol tərtib edilərək baxışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayəti etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadı və 3 azyaşlı uşaqlarının olmasını, ilk məhkumluğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə Təqsirləndirilən şəxs1 ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, 2020ci ilin avqust ayının axırlarında yaşadığı kəndin çöl sahəsində heyvan otararkən su kanalının kənarında müxtəlif kolların arasında 2 ədəd çətənə bitkisini görüb onları kötüyünüdən çıxarıb toxum olan hissəsini götürmüş, qalan hissələrini su kanalına atmış, həmin bitkinin təxminən 40 ədəd toxumunu götürüb yaşadığı evin yaxınlığında yol kənarında kolların arasında siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə gizlətmiş, sonra həmin toxumları2021-ci ilin aprel ayının ortalarında Elşənlə birlikdə əkib becərmiş, 2021-ci ilin avqust ayının 29-da səhərə yaxın Elşənlə birlikdə əkdikləri sahəyə qulluq göstərmək üçün gedib bitkilərə qulluq göstərərkən polis əməkdaşlarının gəldiyini görüb oradan qaçıb yaşadığı evə getmiş, sonradan polis əməkdaşlarının onu axtardığını eşidib könüllü olaraq 31 avqust 2021-ci ildə Saatlı rayon polis şöbəsinə gedərək təslim olmuşdur. Hazırda təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadı və 2 azyaşlı uşaqlarının olmasını, ilk dəfə cinayət əməli törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməllərin törədilməsində təqsirkar olub-olmamalarını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə iclasında Saatlı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 29 avqust 2021-ci ildə Saatlı rayonunun Orta Muğan kəndində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı Orta Muğan kəndinin çöl torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında mütəxəssis-aqranom, hal şahidləri və polis əməkdaşlarının iştirakı ilə həmin əraziyə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 orada olmuş, sonuncunun iştirakı ilə əraziyə baxış keçirilərkən müxtəlif yabanı halda bitmiş böyürtkən kollarının arasında torpaq sahəsində 32 ədəd çətənə (kannabis) bitkilərinə oxşar bitkilər aşkar olunmuş, aqronomun rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 32 ədəd bitkilərin narkotik tərkibli bitkilər olduğunu, özünün əkibyetişdiriyini və onlara qulluq etdiyini bildirmiş, həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq 2 ədəd ağ rəngli sintetik torbada qablaşdırılaraq üzəri möhürlənib götürülmüş, sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs1lə birlikdə çətənə bitkilərini əkib becərən Saatlı rayonunun Şirinbəy kənd sakini Təqsirləndirilən şəxs2 31 avqust 2021-ci ildə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Saatlı rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6, Şahid5, Şahid4 və Şahid7 Teymur oğlu da digər Şahid3 ifadəsində göstərilənləri təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Saatlı rayonunun Orta Muğan kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləyir. 29 avqust 2021-ci ildə səhər vaxtı polis əməkdaşlarının təklifinə əsasən icra nümayəndəsinin müavini Şahid2lə birgə kənd sakini Təqsirləndirilən şəxs1 kəndin çöl torpaq sahəsində əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərinə baxış keçirilərkən orada hal şahidi qismində iştirak etmiş, baxış zamanı 32 ədəd bitki kolları aşkar olunmuş, onlar polis əməkdaşları tərəfindən çıxarılaraq 2 ədəd ağ rəngli sintetik torbada qablaşdırılıb üzəri möhürlənərək götürülmüş, sonra baxış keçirilməsi barədə protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmış, sorğusual zamanı Təqsirləndirilən şəxs1 həmin bitki kollarını öz istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 da digər Şahid1 ifadəsində göstərilənləri təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan “baxış keçirilməsi haqqında” 29 avqust 2021-ci il tarixli protokoldan, ona əlavə olunan fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Saatlı rayonunun Orta Muğan kəndində yaşayan Təqsirləndirilən şəxs1 yaşadığı kəndin çöl torpaq sahəsində əkilmiş yonca sahəsinin kənarında olan kollektorun qoruyucu bəndinin iç hissəsində kollektorun axını zolağında müxtəlif yabanı halda bitmiş böyürtkən kollarının arasında xüsusi olaraq hazırlanmış, yəni kollardan təmizlənmiş sıra ilə əkilmiş 20 metr uzunluğunda, 1.5 metr enindəki torpağa əkilmiş orta hesabla 1.5-2 metr hündürlükdə boy atmış ümumilikdə 32 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, həmçinin 2 ədəd plastmas vedrə, 2 ədəd bel, 2 ədəd ədyal və 1 dəst paltar aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 29 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı kəndin çöl torpaq sahəsində olan kollektor dren şəbəkəsinin kənarında kol-koslardan, qamışlardan təmizlənmiş eni 1,5 metr, uzunluğu 20 metr olan, orta hesabla 1.5-2 metr hündürlükdə boy atmış, xüsusi hazırlanmış yerdə aşkar olunmuş 32 ədəd bitkilər narkotik tərkibli çətənə bitkiləridir, onlara aqrotexniki qaydada becərilmiş və qulluq göstərilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 29 avqust 2021-ci il tarixli, 18/935 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, ağ kağız üzərində: “Təqsirləndirilən şəxs1 yaşadığı” sözləri və imzalar olan 1 ədəd sintetik torba bağlamada 16 ədəd (yaş vəziyyətdə ümumi təmiz çəkisi-2800,0 qram), 1 ədəd sintetik torba bağlamada 16 ədəd (yaş vəziyyətdə ümumi təmiz çəkisi-7200,0 qram) olmaqla, 2 ədəd sintetik torba bağlamada cəmi 32 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi – 1000,0 qram (10 kq) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli eyni tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronumun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Çətənə (kannabis) bitkilərinin ümumi təmiz çəkisi-10000,0 qram, cəmi tədqiqata sərf edildi-0,2 qram (seçilmiş 10 bitkinin hərəsindən – 0,2 qram), qalıq 9999,8 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 21 oktyabr 2021-ci il tarixli, 4056 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 Kannabioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli, 4189 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin vəziyyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 25/1-7024 nömrəli məktubundan görünür ki, 01 ədəd CD şəklində olan telefon məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadə etdiyi (050) ***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadə etdiyi (050) ***-**-** mobil telefon nömrəsi arasında xx.xx.2021-ci il tarixdə 20:33:11-də əlaqə yaradılıb 77 saniyə, xx.xx.2021-ci il tarixdə 17:45:55-də 46 saniyə, xx.xx.2021-ci ildə 17:48:09-da 44 saniyə, xx.xx.2021-ci ildə 17:49:40-da 58 saniyə, xx.xx.2021-ci ildə 20:51:27-də 132 saniyə, xx.xx.2021-ci ildə 20:57:28-də 66 saniyə, xx.xx.2021-ci ildə 20:03:54-də 59 saniyə, xx.xx.2021-ci ildə 20:43:17-də 2 saniyə, xx.xx.2021-ci ildə 20:43:34-də 19 saniyə, xx.xx.2021-ci ildə 21:19:00-da 10 saniyə, xx.xx.2021-ci ildə 01:56:02-də 160 saniyə, xx.xx.2021-ci ildə 20:43:37-də 48 saniyə, xx.xx.2021-ci ildə 20:58:29-da 70 saniyə, xx.xx.2021-ci ildə 21:47:37-də 45 saniyə, xx.xx.2021-ci ildə 22:42:45-də 27 saniyə, xx.xx.2021-ci ildə 22:47:50-də 25 saniyə, xx.xx.2021-ci ildə 21:09:28-də 6 saniyə, xx.xx.2021-ci ildə 17:50:15-də əlaqə yaradılıb və 185 saniyə danışıq olmuşdur. Həmin məlumat tərəfimdən “HP” markalı printer vasitəsilə 02 vərəqədə çap edilərək protokola əlavə edilmişdir. İş materiallarında olan Saatlı rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 5(055)- 50\2021 nömrəli qərarından görünür ki, Saatlı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 30 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş X5 İdarəsinin 23 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, çətənə bitkilərinin əkildiyi kollektorun mühafizə zonasına düşür. İş materiallarında olan 29 avqust 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra 9999,8 qram qalan 32 ədəd çətənə (kannabis) bitkiləri, 2 ədəd plastmas vedrə, 2 ədəd bel, 2 ədəd ədyal və 1 dəst paltar maddi sübut kimi tanınaraq saxlanılması üçün Saatlı rayon polis şöbəsinə verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin müdafiəçilərinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri etirafedici və şahidlərin isə məhkəməyədək və məhkəmə icraatı zamanı verdikləri təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri dəsübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin, həmçinin, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunun izah və tələbləri baxımından da əsaslı hesab edir. “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərə dair 3 saylı siyahı”ya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan “çətənə” növlü bitkilərin ölçü vahidləri 15 ədəddən yuxarıdırsa, onlar “külli miqdar” hesab olunur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğlunun əməllərinin tövsifi məsələsini müzakirə edərkən onların hərəkətini Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməlləri qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğluna təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğlu ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğlunun həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs kimi tutulduğu gündən hesablanmalıdır. İş materiallarında olan Saatlı rayon məhkəməsinin 30 avqust və 02 sentyabr 2021-ci il tarixli qərarlarından görünür ki, həbsetmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs1 və həbsetmənin əvvəli xx.xx.2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs2 Əliəjdər oğlu barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğlu onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2021-ci il tarixli 318 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Saatlı rayonunun Orta Muğan kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və 3 azyaşlı uşağı ilə birlikdə orada yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2021-ci il tarixli 472 saylı arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Səfərov X4 rayonunun Şirinbəyli kəndində qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və 2 azyaşlı uşağı ilə birlikdə orada yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində 3 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, cəzasını ağırlaşdıran halların olmamasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Əliəjdər oğluna cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, ilk məhkumluğunu, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğluna məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədi. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınaraq Saatlı rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra 9999,8 qram çəkidə 32 ədəd çətənə (kannabis) bitkiləri, 2 ədəd plastmas vedrə, 2 ədəd bel, 2 ədəd ədyal və 1 dəst paltar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 qəpik - hər birindən 24 (iyirmi dörd) manat 87 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğlundan alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Əliəjdər oğlu Azərbaycan Respublikası CM-in 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Əliəjdər oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 Əliəjdər oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Əliəjdər oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Saatlı rayon polis şöbəsində saxlanılan 9999,8 qram çəkidə 32 ədəd çətənə (kannabis) bitkiləri, 2 ədəd plastmas vedrə, 2 ədəd bel, 2 ədəd ədyal və 1 dəst paltar hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 qəpik - hər birindən 24 (iyirmi dörd) manat 87 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğlundan alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əliəjdər oğluna isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Cəlil Nəbiyev Cavid Səfərli Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-125/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-125/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver