Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-125/2023 26.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (məhkəmə iclasında sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri-Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi4 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi5, Zərərçəkmiş şəxs və onun nümayəndəsi-Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə xx xxxxxxx 1993-cü ildə Kürdəmir rayonunun Qurdbayram kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş və məhkumluğu olan (məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Kürdəmir rayonunun Qurdbayram kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 144.2.3-cü maddəsi ilə, xx xxxxxx 1997-ci ildə Kürdəmir rayonunun Qurdbayram kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonunun Qurdbayram kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə, xx xxxxxx 2000-ci ildə Kürdəmir rayonunun Qurdbayram kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Kürdəmir rayonunun Qurdbayram kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə, 26 may 1993-cü ildə Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada (qeyri-rəsmi olaraq) taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qardaşları və onların tanışı Təqsirləndirilən şəxs4 30 mart 2022-ci tarixdə, saat 19:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid2 evlənməsi məqsədi ilə 02 avqust 1996-cı il təvədllüdlü Zərərçəkmiş şəxs oğurlamaq (qaçırmaq) qərarına gəlib cinayət əlaqəsinə girərək sonuncunun bacısı Şahid1 ailəsinin müvəqqəti kirayə yaşadığı Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən Qaçqınlar və Məcburi Köçkünlər üçün nəzərdə tutulmuş qəsəbənin 17 saylı binasının 10 №-li mənzilində olmasını bilib, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2107 minik markalı, 33-BF613 dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan ünvana gələrək əvvəlcədən əldə olunmuş razılığa və aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs4 avtomobilin arxa sol qapısını açıq vəziyyətdə qoyub gözləmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 mənzilə daxil olub həmin vaxt yataq otağında olan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1lə evlənməsi üçün qaçırılacağı bildirilib və buna rədd cavabı alındıqdan sonra Zərərçəkmiş şəxs qışqırıb səs-küy salaraq onlara müqavimət göstərməsinə baxmayaraq fiziki güc tətbiq etməklə iradəsinin ziddinə onu zorla dartaraq mənzildən çıxarıb əllərindən tutub hərəkətlərini məhdudlaşdırmaqla binanın bloku ilə aşağı düşürərək, Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə ona alnın sol hissəsinin qançırı, başın ənsə nahiyəsinin solda qançırı, sol saidin ön arxa və iç səthinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə binanın qarşısında onları gözləyən arxa sol qapısı açıq vəziyyətdə olmaqla Təqsirləndirilən şəxs4 idarə etdiyi VAZ-2107 minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zorla mindirib oğurlayıb (qaçırılıb) Təqsirləndirilən şəxs4 idarə etdiyi avtomobillə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində yaşayan Cəbiyev qardaşlarının bibisi Şahid3 yaşadığı ünvana aparılarkən Göyçay-Müsüslü-Qaraməryəm- İsmayıllı avtomobil yolunun 6-cı kilometrliyində, Göyçay rayonunun Alpout kəndinin ərazisində sürücü Təqsirləndirilən şəxs4 iradəsindən asılı olmayan texniki səbəblərə görə avtomobil sınaraq dayandığı üçün, cinayətkar hərəkətləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 davam etdirərək həmin yerə çağırılmış markası, dövlət qeydiyyat nişanı və sürücüsü məlum olmayan digər avtomobilə Zərərçəkmiş şəxs zorla (fiziki qüvvə tətbiq edilərək) mindirilib həmin gün saat 20 radələrində Göyçay rayonunun Aşağı Qaraməryəm kəndinə Şahid3 yaşadığı evə aparılmış, orada olarkən Təqsirləndirilən şəxs3 qeyri dərman mənşəli maddələrdən istifadə edib zəhərlənərək halsız vəziyyətə düşüb özündən getdiyindən evdə qarışıqlıq yaranmış, bu zaman Zərərçəkmiş şəxs üzərində nəzarətin olmamasından istifadə edib Təqsirləndirilən şəxs1 həmin vaxt yerə düşmüş mobil telefonunu götürüb bacısının əri Şahid2 zəng edib olduqları yer barədə məlumat verdiyini bildirdiyinə görə Təqsirləndirilən şəxs1 olduqları yeri dəyişmək qərarına gəlib Zərərçəkmiş şəxs Şahid4 idarə etdiyi VAZ- 2101 minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə güc tətbiq edib mindirərək oradan apararkən yolda Şahid4 Zərərçəkmiş şəxs iradəsinin ziddinə qaçırıldığını bilib onları aparmaqdan imtina edib avtomobilin hərəkətini dayandırdığından Təqsirləndirilən şəxs1 həmin yerə çağırdığı markası, dövlət qeydiyyat nişanı və sürücüsü məlum olmayan digər avtomobilə Zərərçəkmiş şəxs zorla (fiziki qüvvə tətbiq edilərək) mindirilib həmin gün saat 23 radələrində tanışı Şahid8 yaşadığı ünvan 2 ünvanda yerləşən evinə aparmaqla oğurlamışlar. 31 mart 2022-ci il tarixdə, saat 08 radələrində Zərərçəkmiş şəxs qeyd olunan ünvandan hasarı aşıb qaçarkən, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs küçədə tutub evə gətirmiş və Zərərçəkmiş şəxs onlara küçədə olarkən polisə məlumat verdiynin bildirməsini dediyinə görə polis əməkdaşlarının Zərərçəkmiş şəxs məlumatı əsasında onların qaldığı yerə yaxın vaxt ərzində gəlməsini güman edib, eləcə də Mirzəyevlərin ailə üzvlərinin onların evdən çıxıb getmələri barədə tələblərinin olmasına görə və cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi ilə həmin ünvanı dərhal tərk etməklə Zərərçəkmiş şəxs məcburiyyət qarşında buraxılmış və həmin ünvana gəlmiş Şahid11 tərəfindən Zərərçəkmiş şəxs Kürdəmir rayonuna, yaşadığı ünvana qaytarılmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonunun Qurdbayram kəndində yaşayır, subaydır, heç bir yerdə işləməmiş, əvvəllər CMnin 126.2.4-cü maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum edilmiş, 2022-ci ilin yanvar ayında cəzasının sonu ilə buraxılmışdır. Məhkum olunduğu üçün sevdiyi qızla, yəni həmkəndlisi Firuzə ilə evlənə bilməmişdir. Hələ orta məktəbdə oxuduğu illərdən başlayaraq Füruzəni uzun müddət, yəni 17 ildən artıqdır ki, sevmiş, həmin vaxtlarda Firuzə də onu sevmiş, lakin sonradan, yəni 2014-cü ildə məhkum olduğu üçün Firuzə ilə ailə qura bilməmişdir. Firuzəni sevməsi və onunla ailə qurmasını istəməsi barədə özünün və Firuzənin ailə üzvlərinin məlumatı olmuşdur. 2022-ci ilin yanvar ayında azadlığa buraxılıb yaşadığı evə gəldikdən sonra Firuzəni sevdiyini və onunla ailə qurmaq istədiyini ailə üzvlərinə bildirmiş və bir müddət sonra anası Naibə Firuzəni ona almaq üçün elçiliyə getmiş, lakin Firuzənin anası onun məhbusluq həyatı yaşadığı üçün razılıq verməmişdir. Bundan sonra qərara gəlmişdir ki, Firuzəni ailə qurmaq üçün qaçırsın. Onun belə fikirdə olması barədə Firuzənin məlumatı olmamış, lakin Firuzə də onunla evlənmək istəsə də, valideynləri buna razılıq verməmişlər. Qardaşı Babəkin arvadı Ayşən Firuzənin bacısı olduğundan o, Firuzənin atası Məhərrəmlə birlikdə Babəkin evinə dəfələrlə gedib-gəlmiş, Məhərrəmin ona münasibəti yaxşı olmuş, ona görə də fikirləşmişdir ki, Firuzəni qaçırsa, Məhərrəmin buna etirazı olmayacaqdır. Həmçinin Firuzə bacısı Ayşəngilə tez-tez gedibgəldiyindən fikirləşmişdir ki, həmin vaxtlarda Firuzəni evlənmək məqsədi ilə qaçırsın. 29 mart 2022-ci il tarixdə Firuzənin bacısı Ayşəngildə olmasını bildiyindən Firuzəni oradan qaçırmaq qərarına gəlmiş, Firuzənin isə bundan xəbəri olmamışdır. Həmin gün o, Aqillə danışıb Firuzəni qaçırmaq istədiyini və ona köməklik etməsini xahiş etmiş, Aqil də etiraz etməyib onunla razılaşmışdır. Həmçinin o, Aqilə Firuzənin qardaşı Babəkin evində (Ayşəngildə) olmasını və oradan onu qaçırmaq istədiyini demiş, Aqil də etiraz etməmiş və onlar birlikdə Kürdəmir şəhərinə gəlib həmin günü bibisinin evində gecələmişlər. Səhərisi gün, yəni 30 mart 2022-ci il tarixdə, saat 12-13 radələrində Aqil digər qardaşı Arazla danışıb ona Kürdəmir şəhərinə gəlməsini deyib ondan 50 manat borc pul istəmişdir. Sonra o, Aqil və Araz görüşüb axşama qədər bir yerdə olmuşlar və Arazdan 50 manat pulu götürmüşlər. Araz onlardan əvvəl qardaşı Babəkin evinə çay içməyə getmiş, həmin vaxt Araz onun Babəkin evində olan Firuzəni qaçırmaq fikrində olmasını sonradan bilmiş və Araz bu işdə iştirak etməmişdir. Sonra o, tanışı taksi sürücüsü Elçinə zəng edib çağırmış, Elçin maşını ilə gəlib onu və Aqili maşına götürmüş və onlar qardaşı Babəkin yaşadığı ünvana (Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən Qaçqınlar və Məcburi Köçkünlər üçün olan qəsəbənin 17 saylı binanın qarşısına) getmişlər. Taksi sürücüsü Elçin onun Firuzəni qaçırmaq istəməsini bilməmiş, sadəcə olaraq Elçinə evin qarşısında onları gözləməsini, bir azdan qayıdacağını bildirmişdir. Bundan sonra o, Aqil və Araz birlikdə qardaşı Babəkin yaşadığı binanın 3-cü mərtəbəsinə qalxmış, mənzilin qapısını Araz döymüş, qapını qardaşı arvadı Ayşən açmış, Araz içəri mənzilə daxil olarkən, onun dalınca onlar da mənzilə daxil omuşlar. Babək evdə olmamış, Ayşənlə Firuzə evdə olmuşlar. Sonra o, Aqillə birlikdə Firuzənin olduğu otağa daxil olmuş və o, Firuzəyə “səninlə evlənmək istəyirəm” demiş, lakin Firuzə rədd cavabı verdiyinə görə, o Firuzənin qolundan tutub, onu məcburi otaqdan çıxarıb apararkən Araz və Ayşən onlara mane olmaq istəsələr də, buna əhəmiyyət verməyib Firuzəni otaqdan çıxarıb aşağı-həyətə düşürmüşdür. Firuzə əvvəl səs-küy salıb narazılığını bildirsə də, həyətə düşəndən sonra sakit qalmaqla sanki qaçırması ilə razılaşmışdır. Həyətdə onlar Firuzəni Elçinin avtomobilinə arxa oturacaqda əyləşdirmişlər və Firuzənin bir tərəfində Araz, digər tərəfində özü əyləşmiş, Aqil isə avtomobilin qabaq oturacağında oturmuşdur. O, taksi sürücüsü Elçinə onları Ucar rayonunun Müsüslü kəndi istiqamətinə aparmasını demiş, bir az sonra isə Elçinə onları Göyçay rayonunun Aşağı Qaraməyrəm kəndinə aparmasını bildirmişdir. Yolda Firuzə sakitcə oturmuş, eləcə də taksi sürücüsü onlardan heç nə soruşmamışdır. Aqil yolda taksi sürücüsü Elçindən yol haqqını soruşmuş, Elçin də yol haqqının 30 manat olmasını demişdir. Yolda hərəkətdə olarkən birdən Elçinin idarə etdiyi avtomobil texniki səbəblərə görə sınaraq dayanmış, onlar hərəkət edə bilməmişlər. Aqil taksi sürücüsü Elçinin pulunu vermiş, sonra dayandıqları yerə tanımadığı şəxsin idarə etdiyi başqa bir taksi maşın çağırıb həmin maşınla Firuzəni gecə saatlarında Göyçay rayonunun Aşağı Qaraməyrəm kəndində yaşayan bibisi Qətibənin evinə gətirmişlər. Evdə bibisi Qətibə və əri Novruz olmuş, o, bibisi Qətibəyə Firuzəni sevdiyi üçün evlənmək məqsədi ilə onu qaçırmasını bildirmişdir. Bir az sonra bibisi Qətibənin oğlu Rəvan da evə gəlmiş və onlardan nə baş verdiyini soruşmuş, o da Firuzəni evlənmək məqsədi ilə qaçırmalarını demişdir. Söhbət zamanı qardaşları Araz və Aqil ona Firuzəni aparıb qaytaraq demiş, lakin o, buna etiraz etmişdir. Həmin vaxt Araz ona, “əyər Firuzəni qaytarmasan özümə qəsd edəcəyəm” demiş, elə bu zaman telefonuna özünü Kürdəmir RPŞ-nin təhqiqatçısı kimi təqdim edən Sadıq adlı şəxs (Sadıq Sadıqov) zəng edib onu polis şöbəsinə izahat verməsi üçün çağırmış, o isə polisə getməsinə etiraz edib izahatını vatsapla yazıb göndərəcəyini, Firuzəni isə azad etməkdən imtina etdiyini bildirmişdir. Sonra yenə də Aqilin, Arazın və onun arasında sözlü mübahisələri olmuş və o, Firuzəni qaytarmaq fikrinin olmadığını bildirmiş, sonra birdən Arazın xəstəliyi-sudurqası tutmuş və Araz huşunu itirib özündən getmişdir. Həmin vaxt o, mobil telefonu Firuzəyə vermişdir ki, zəng edib təcili tibbi yardım çağırsın.Lakin sonra Firuzənin telefonla kiminləsə danışıb olduqları yer barədə məlumat verməsini görüb telefonu ondan almışdır. Sonra evə təcili tibbi yardım çağırılmış və təcili tibbi yardım avtomobili gəlib Arazı götürüb Göyçay rayon xəstəxanasına aparmış, Aqil də Arazla birlikdə xəstəxanaya getmişdir. O, Firuzədən kiməsə zəng edib-etmədiyini soruşmuş, Firuzə də heç kimə zəng vurub məlumat vermədiyini demişdir.O, Firuzəni sevdiyi üçün onu buraxmaq fikirində olmamışdır.Sonra bibisinin əri Novruz və ailə üzvləri onlardan evi tərk etmələrini tələb etdiyindən onlar evi tərk etmiş və Novruz onu və Firuzəni idarə etdiyi avtomobillə kəndin mərkəzinə qədər aparmış, sonra Novruz onları aparmaqdan imtina etmişdir. Bu səbəbdən o, yoldan tanımadığı taksi tutub Firuzəni həmin maşına mindirib Göyçay şəhərində yaşayan dostu Fəridgilin evinə aparmış və gecəni orada qalmışlar. Səhərii günü, yəni 31 mart 2022-ci il tarixdə o, Firuzəni evinə qaytarmaq qərarına gəlib həmin gün xəstə qardaşı Arazla bağlı Göyçay şəhərə gəlmiş qardaşı Şəriyara zəng edib bu barədə demiş, Şəhriyar da gəlib Firuzəni aparacağını bildirmişdir. Həmin vaxt Şəhriyar ona Firuzənin atasının polisə şikayət etdiyini və buna görə də onun cinayət məsuliyyətinə cəlb olunacağını demiş, o da polis əməkdaşı ilə danışdığını və dediklərindən məlumatı olduğunu, Firuzəni buraxacağını və onun (Şəhriyarın) gəlib Firuzəni aparmasını bildirmişdir.Həmçinin Fəridgilin evində olduqları vaxt Firuzə narazılıq edib onun qaytarılmasını təkid etdiyindən o, Firuzəyə “mənimlə ailə qurmaq istəmirsənsə səni Şəhriyarla Kürdəmirə yola salaram” demişdir. Bundan başqa o, qardaşı Şəhriyarla görüşərkən Şəhriyar ona Firuzənin başqa bir şəxslə əlaqəsi olduğunu bildirdiyindən o, qəti qərara almışdır ki, Firuzəni könüllü olaraq sərbəst buraxsın. Bundan sonra 31 mart 2022-ci il tarixdə gündüz saatlarında o, tanımadığı şəxsin taksi maşınını tutub ona 30 manat yol pulu verib, Fəridgilin evinin qarşısından Şəhriyarla Firuzəni qardaşı Babəkin evinə yola salmış, özü isə qardaşı Arazın dalınca Bakı şəhərinə getmişdir. 04 aprel 2022-ci il tarixdə bu işlə bağlı polis tərəfindən tutulub cinayət məsuliyyətinə cəlb olunmuşdur.O, Firuzəni heç kimin təsiri olmadan və heç nədən qorxmadan könüllü olaraq azad etmiş, ona görə də hesab edir ki, evlənmək məqsədi ilə Firuzəni qaçırmasına görə o, cinayət məsuliyyətinə cəlb oluna bilməz. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, Kürdəmir rayonunun Qurdbayram kəndində yaşayır, subaydır, heç bir yerdə işləməmişdir. Təqsirləndiriln şəxslər Bəxtiyar və Araz qardaşıdırlar, digər təqsirləndirilən şəxs Elçini taksi sürücüsü kimi tanıyır.Zərərçəkmiş şəxs Firuzə həmkəndlisi, həm də digər qardaşı Babəkin arvadı Ayşənin bacısıdır. Qardaşı Bəxtiyarın uzun müddət Firuzəni sevməsini və onunla evlənmək istəməsi barədə məlumatı olmuş, həmçinin Bəxtiyar tutulduğuna görə Firuzə ilə evlənə bilməmişdir.Qardaşı Bəxtiyar 2022-ci ilin yanvar ayında azadlığa buraxılıb evə qayıtdıqdan sonra Firuzəni sevdiyini və onunla ailə qurmaq istədiyini ailə üzvlərin bildirmiş, bundan sonra ailəsi Firuzə üçün elçi getmiş, lakin Firuzənin anası Bəxtiyar məhkumluq həyatı yaşadığına görə onların evlənməsinə razılıq verməmişdir. 29 mart 2022-ci il tarixdə qardaşı Bəxtiyar ona Firuzəni qaçırtmaq istədiyini, Firuzənin qardaşı Babəkin evində olmasını və onu oradan qaçıracağını demiş, o da etirazını bildirməyib onunla birlikdə gedəcəyini demişdir. Həmin gün o, Bəxtiyarla birlikdə Kürdəmir şəhərinə gedib gecəni bibisinin evində gecələmişlər. 30 mart 2022-ci il tarixdə o, Bəxtiyarla birlikdə günorta vaxtları taksi sürücüsü Elçinin idarə etdiyi avtomobillə qardaşı Babəkin yaşadığı ünvana (Qaçqınlar və Məcburi Köçkünlər üçün olan yaşayış məntəqəsinin 17 saylı binanın yanına) getmişlər. Ora gəlməmişdən əvvəl o, qardaşı Araza zəng edib 50 manat pul istədiyindən Araz da həmin pulu ona vermək üçün, həm də qardaşı Babəkgilə getdiyindən Babəkin qaldığı binanın qarşısına gəlmiş və orada o, Arazdan 50 manat pulu götürmüşdür. Onun Bəxtiyarla birlikdə gəlmələrinin məqsədini Araz bilməmiş, Araza, həm də Elçinə qız qaçırmaq barədə heç-bir söz deyilməmiş, onların bununla bağlı əvvəldən məlumatları olmamışdır. Sonra o, Bəxtiyar və Araz birlikdə qardaşı Babəkin yaşadığı mənzilə gəlmiş, mənzilin qapısını qardaşı arvadı Ayşən açmış, həmin vaxt Ayşənin bacısı Firuzə də evdə olmuş, qardaşı Babək isə işdə olmuşdur.Onlar mənzilə daxil olandan sonra Bəxtiyar Firuzəyə “mən səninlə evlənmək istəyirəm” demiş, Firuzə ona rədd cavabı vermiş, bundan sonar Bəxtiyar Firuzənin qolundan tutmuş, Araz və X16 aparılmasının qarşısını almağa çalışmış, lakin Bəxtiyar Firuzənin qolundan tutub dartıb mənzildən çıxarıb həyətə düşürmüş, həmin vaxt o, Araz və Ayşənin maneçilik törətmələrin qarşısını almaqla Bəxtiyarın Firuzəni aparmasına şərait yaratmışdır. Firuzə əvvəl səs-küy salıb qaçırılmasına etirazını bildirsə də, həyətə düşəndən sonra sakit qalmaqla heç bir narazılıq etməmişdir. X20 avtomobilinə mindirmiş, avtomobilin arxa oturacaqda ortada Firuzə sol tərəfində Araz, sağ tərəfdə Bəxtiyar oturmuş, özü isə qabaq oturacaqda əyləşmişdir. O, sürücü Elçinə onları Göyçay rayonunun aşağı Aşağı Qaraməyrəm kəndinə aparmasını demiş, Elçin də razılaşıb avtomobili sürmüşdür. Yolda sürücü Elçindən yol haqqını soruşmuş Elçin də 30 manat verməli olduqları demişdir. Deyilən yerə çatmamış, yolda Elçinin avtomobil xarab olub dayandığından hərəkət edə bilməmiş və o, taksi sürücüsü Elçinə pulu verərək onu yola saldıqdan sonra onlar tanımadıqları yol maşınını saxlayıb Firuzəni həmin avtomobilə mindirib saat 22-radələrində Göyçay rayonun Aşağı Qaraməyrəm kəndində yaşayan bibisi Qətibənin evinə gəlmişlər. Bibisi Qətibə və əri Novruz evdə olmuşlar. Onlar əvvəl bibisi Qətibəyə, bir az sonra evə gəlmiş bibisi oğlu Rəvana Bəxtiyarın evlənməsi məqsədi ilə Firuzəni qaçırdıqlarını bildirmişlər. Orada olarkən bibisi Qətibə onlara Firuzənin narazılıq etdiyini, evdən çıxıb getmələrini bildirmiş, həmçinin qardaşı Araz da Bəxtiyara Firuzənin geri qaytarmasını demiş və bununla bağlı mübahisələri olmuşdur.Həmin vaxt Araz xəstəliyi ilə bağlı sudurqası tutub huşunu itirib özündən getdiyindən və vəziyyəti pis olduğundan qərara gəlmişlər ki, əvvəl Arazı xəstəxanaya aparsınlar, sonra Firuzənin geri qaytarması məsələsini Bəxtiyar özü həll etsin.Sonra təcili tibbi yardım çağırılmış və Araz əvvəl Göyçay rayon xəstəxanasına, səhərisi gün isə Bakı şəhərinə xəstəxanaya aparılmış, həmin vaxt o da Arazla birlikdə xəstaxanaya getmiş, Bəxtiyar isə evdə qalmışdır. Bundan sonra nə baş verməsindən məlumatı olmamış, sonradan isə ona bəlli olmuşdur ki, qardaşı Bəxtiyar könüllü olaraq Firuzəni geri qaytarmışdır.Qardaşı Bəxtiyarın evlənmək məqsədi ilə Firuzəni qaçırmasında özü iştirak etsə də, onun tərəfindən Firuzəyə qarşı heç bir təzyiq və ya zorakılıq hərəkətləri edilməmiş, Firuzənin qaçırılması ilə bağlı hərəkətləri, yəni Firuzənin qolundan tutub mənzildən çıxarılıb maşına mindirilməsini Bəxtiyar etmiş, o isə Firuzənin qaçırılmasına Arazın və Ayşənin maneçilik törətmələrinin qarşısını almışdır.Qardaşı Araz əvvəl Bəxtiyarın Firuzəni qaçırmasına qarşı çıxıb mane olmaq istəmiş, sonradan isə sadəcə Bəxtiyarın və onun yanında olmaqla bu prosesdə iştirak etmişdir. Taksi sürücüsü Elçin də Bəxtiyarın Firuzəni qaçırmasını əvvəldən bilməmiş, yolda olarkən bunu bilməklə sürücü kimi bu işdə iştirak etmişdir.O, 04 aprel 2022-ci il tarixdə polis tərəfindən tutulub cinayət məsuliyyətinə cəlb olunmuşdur.Hazırda baş vermiş hadisədə iştirakına görə əməlindən peşmandır, həmçinin qardaşı Bəxtiyarın Firuzəni könüllü olaraq azad etməsi nəzərə alınıb onun da cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Kürdəmir rayonunun Qurdbayram kəndində yaşayır, subaydır, heç bir yerdə işləmir, uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir. Təqsirləndiriln şəxslər Bəxtiyar və Aqil qardaşıdırlar, digər təqsirləndirilən şəxs Elçini taksi sürücüsü kimi tanımışdır. Zərərçəkmiş şəxs Firuzə həmkəndlisi, həm də digər qardaşı Babəkin arvadı Ayşənin bacısıdır. Qardaşı Bəxtiyarın uzun müddət Firuzəni sevməsini və onunla evlənmək istəməsi barədə məlumatı olmuş, həmçinin Bəxtiyar tutulduğuna görə Firuzə ilə evlənə bilməmişdir. Qardaşı Bəxtiyar 2022-ci ilin yanvar ayında azadlığa buraxılıb evə qayıtdıqdan sonra Firuzəni sevdiyini və onunla ailə qurmaq istədiyini ailə üzvlərinə bildirmiş, bundan sonra anası Firuzə üçün elçi getmiş, lakin Firuzənin anası Bəxtiyar məhkumluq həyatı yaşadığına görə onların evlənməsinə razılıq verməmişdir. 30 mart 2022-ci il tarixdə şəxsi işi ilə bağlı Kürdəmir şəhərinə getmiş, axşam saatlarında qardaşı Bəxtiyar ona zəng edib Aqillə bir yerdə olduğunu və qardaşı Babəkgilə getdiyini, onun da ora gəlməsini bildirdiyindən o, qardaşı Babəkin yaşadığı binanın qarşısına getmiş, bir azdan qardaşları Bəxtiyar və Aqil taksi sürücüsü Elçin adlı şəxsin maşını ilə həmin yerə gəlmişlər. Bəxtiyar və Aqilin hansı məqsədlə Babəkgilə getmələrini bilməmiş, onların sadəcə qonaq kimi qardaşı Babəkgilə getdiklərini fikirləşmişdir. Orada bir iki yerə zəng etməsi üçün Bəxtiyar ondan telefonu götürmüşdür. Sonra onlar birlikdə Babəkin mənzilinə getmiş, qapını Babəkin arvadı Ayşən açmış və onlar içəri daxil olmuşlar. Həmin vaxt Ayşənin bacısı Füruzənin də orada olduğunu bilmişdir. Qardaşı arvadı Ayşən onları çay içməyə dəvət edib mətbəxə getmiş, bu zaman Bəxtiyar digər otağa keçib Füruzə ilə söhbət etmiş, eşitdiyi söhbətdən belə başa düşmüşdür ki, Bəxtiyar evlənmək məqsədilə Firuzəni qaçırmaq istəyir, Firuzə isə buna etiraz edir.Sonra qardaşı Bəxtiyar Firuzənin etirazına baymayaraq qolundan tutub otaqdan zorla çıxarıb aparmaq istəmiş, bu zaman Ayşən və o, birlikdə Bəxtiyarın Firuzənin aparmasının qarşısını almağa çalışmış, lakin Bəxtiyar onların dediklərinə və hərəkətlərinə məhəl qoymayıb Firuzənin qolundan tutub dartıb mənzildən çıxarıb aparmışdır. Həmin vaxt qardaşı Aqil də ona və Ayşənə təzyiq edib Bəxtiyarın evlənmək üçün Firuzəni qaçırmasını deyib ona mane olmamalarını bildirmişdir.Bəxtiyar və Aqil Firuzəni mənzildən çıxarıb həyətə apardıqdan sonra özü də onların arxasınca həyətə düşmüşdür. Həyətdə X20 avtomobilinin arxa oturacağına otuzdurduqdan sonra özü də (Bəxtiyar da) onun (Firuzənin) yanında oturmuş, onların hara gedəcəklərini bilmək üçün o da avtomobilin arxa oturacağında Firuzənin sağ tərəfində oturmuş, Aqil isə qabaq oturacaqda əyləşmişdir. Bundan sonra Bəxtiyar sürücü Elçinə onları Göyçay rayonunun Aşağı Qaraməryəm kəndinə aparmasını bildirmiş, Elçin də avtomobili sürüb oradan uzaqlaşmışlar. Firuzə qaçırılarkən etiraz edib səs-küy salsa da, yolda Firuzə sakitcə oturmuş, eləcə də taksi sürücüsü Elçin də onlardan heç nə soruşmamış, hər hansı etirazını bildirməmişdir. Aqil yolda Elçindən yol haqqını soruşmüş, o da 30 manat alacağını demişdir. Yolda hərəkətdə olarkən Elçinin idarə etdiyi avtomobil xarab olub dayandığından hərəkət edə bilməmişlər. Aqil taksi sürücü Elçinin pulunu verib yola salmış, sonra başqa bir yol maşını tapıb Firuzəni həmin maşına mindirib Göyçay rayonun Aşağı Qaraməryəm kəndində yaşayan bibisi Qətibənin evinə getmişlər.Evdə bibisi Qətibə və əri Novruz olmuş, bir az sonra bibisi oğlu Rəvan da evə gəlmişdir.X22 evlənmək məqsədi ilə qaçırdığını və burada qalmaq istədiklərini bildirmiş, bibigildə heç bir söz deməmişlər. Sonra bibisi Firuzə ilə danışmış, həmin vaxt Firuzə narazılıq edib ağladığına görə bibisi Qətibə və bibisi oğlu Rəvan Firuzənin narazı olduğunu bildirib onlara evdən çıxıb getmələrini, Firuzəni isə evlərinə qaytarmalarını demiş, Firuzə də onun qaytarılmasını tələb etmiş, həmin vaxt özü də Bəxtiyardan Firuzəni buraxmasını israrla təkid etmiş, lakin Bəxtiyar razılaşmayıb Firuzəni buraxmayacağını bildirmişdir. Bu səbəbdən onun Bəxtiyarla mübahisəsi olmuş və o, Bəxtiyara Firuzəni qaytarmasa özünə qəsd edəcəyini bildirmiş, həmin vaxt Aqil də onun dediklərini müdafiə etmiş, lakin Bəxtiyar nə onun, nə də Aqilin sözünə məhəl qoymamışdır.Həmin vaxt o, bərk əsəbiləşdiyindən epilepsiya xəstəliyi ilə bağlı sudurqası tutumuş və huşunu itirib komaya düşmüşdür. İstintaq zamanı səhvən uskus içərək zəhərlənməsini göstərsə də, o, epilepsiya xəstəliyi ilə bağlı huşunu itirib yıxılmış, özündə olmamış, ayılanda təcili tibbi yardım maşınında olmasını və yanında qardaşı Aqilil əyləşməsini görmüşdür. Səhhəti ilə bağlı Aqillə danışa bilməmiş, gecəni Göyçay rayon xəstənaxasında qalmış, səhərisi gün qardaşı Aqil onu Bakı şəhərinə xəstəxanaya aparmışdır. Xəstəxanaya gələndən sonra nə baş verdiyini bilməmişdir. Daha sonra eşitmişdir ki, qardaşı Bəxtiyar könüllü olaraq Firuzəni evinə qaytarması üçün digər qardaşı Şəhriyarı çağırıb Firuzəni evinə aparmasını bildirmiş və Şəhriyar da Firuzəni evinə qaytarmışdır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 144.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı olmaqla ailəsi ilə birlikdə Kürdəmir rayonunun Qarabucaq kəndində yaşayır və özünə məxsus VAZ-2107 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Digər təqsirləndirilən şəxslərdən Aqili əvvəllər tanımış, Bakı şəhərində fabrikdə bir yerdə fəhlə işləmiş və münasibtləri olmuş, Bəxtiyar və Arazı hadisə olan günü tanımışdır.Zərərçəkmiş şəxs Firuzəni və onun ailəsini əvvəllər tanımamışdır. 30 mart 2022-ci il tarixdə günorta saatlarında Aqil ona zəng vurub onu Kürdəmir şəhərində yaşayan qardaşıgilə (Babəkgilə) aparıb-gətirməsini xahiş etmiş, sonra o, Aqillə görüşüb onu maşına götürüb dediyi yerə-məcburi köçkunlər yaşayan binanın qarşısına (Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən, Qaçqınlar və Məcburi Köçkünlər üçün nəzərdə tutulmuş qəsəbənin 17 saylı binanın qarşısına) gətirmişdir. Aqil binanın qarşısında dayanmış iki nəfər şəxsin qardaşları Bəxtiyar və Araz olduğunu, həmin binada digər qardaşı Babəkin yaşadığını və onların Babəkgilə tez gedib qayıdacaqlarını, onları gözləməsini, qayıtdıqdan sonra onları yaşadıqları kənddə aparmasını xahiş etmiş, o da maşında oturub onları gözləyəcəni demişdir. Sonra Aqil maşından düşüb qardaşları ilə birlikdə binanın blokuna girmiş, özü isə maşında Aqilgili gözləmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra blokdan qadınların qışqırıq və səs-küy səslərini eşitmiş, nə baş verdiyini başa düşməmiş, az sonra Bəxtiyar və Aqilin sonradan tanıdığı Firuzənin qollarından tutulub avtomobilinə tərəf gətirdiklərini görmüş, bundan sonra arxadan gəlmiş Araz avtomobilinin arxa sol qapısını açdıqdan sonra Bəxtiyar və Aqil Firuzəni avtomobilin arxa oturacağına əyləşdirmiş, həmin vaxt Firuzə qışqırıb narazılıq etməmiş, sakitcə dayanmış, daha sonra Aqil avtomobilin qabaq oturacağında, arxa oturacaqda Firuzənin sağında Araz, solunda Bəxtiyar əyləşmişdir. Sonra o, maşını işə salmış və Aqil ona “maşını sür” demiş, o da avtomobili sürüb oradan uzaqlaşmışlar. Aqildən nə məsələ olduğunu soruşmuş, Aqil də Firuzənin xalası qızı olduğunu, evdən qaçdığını və evinə apardıqlarını deyib onu inandırmış, o da onların məsələsinə müdaxilə etməyib avtomobili sürüb yoluna davam etmişdir.O, avtomobillə Bakı-Qazax yolu ilə hərəkətdə olarkən Firuzənin “məni qaçırmağınız barədə atam Məhərrəm polisə şikayət edəcəkdir” deməsini eşitdikdən sonra Aqilgilin Firuzəni zorla qaçırmasını başa düşmüş, bundan sonra avtomobilini Kürdəmir rayonunun Qurdbayram kənd istiqamətinə sürmək istəyərkən Aqil ona kəndə yox, Göyçay rayonunun Aşağı Qaraməryəm kənd istiqamətinə sürməsini demişdir. Aqilgilin qız qaçırmaq məsələsindən qurtarmaq üçün o, Göyçay rayonunun Qaraməryəm kənd yolunda avtomobilini qəsdən yoldakı çuxura salmış və avtomobilinin qabaq sağ təkəri sınaraq yolda dayanmış, hərəkət edə bilməmişlər. Sonra Aqil mobil telefonla kiməsə zəng edib maşın çağırmış, bir azdan tanımadığı şəxsin idarə etdiyi maşın dayandıqları yerə gəlmiş və Aqilgil Firuzəni həmin maşına oturdub çıxıb getmişlər. Hələ onlar getməmişdən əvvəl Aqil ona yol pulu olaraq 30 manat vermişdir. Həmin vaxt hava qaranlıq olduğu üçün Aqilin çağırdığı maşının markası, nömrəsi və rəngini dəqiq görə bilməmişdir. Aqilgil getdikdən sonra o, avtomobilini birtəhər təmir edib yaşadığı Qarabucaq kəndində qayıtmışdır. Firuzənin qaçırılması ilə bağlı onun Aqil və onun qardaşları ilə əvvəlcədən heç bir razılaşması olmamış, o, Firuzənin qaçırılmasını yolda maşında hərəkətdə olduqları vaxt bilmişdir.Çoxdan tanıdığı Aqilin təbiətçə dalaşqan və aqressiv olduğu üçün o, Aqildən qorxmuş və baş vermiş hadisə barədə polisə məlumat verməmişdir.X17çırmaq barədə qabaqcadan razılaşması və onlarla birlikdə Firuzənin qaçırmaq niyyəti olmamışdır. Baş vermiş hadisədə idarə etdiyi avtomobillə iştirak etməsinin cinayət olmasını başa Bəxtiyar düşməmiş və hər bir halda bu hadisənin iştirakçısı olduğu üçün əməlindən peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadələrində göstərmişdir ki, o, təqsirləndirilən şəxslər Bəxtiyar, Aqil və Arazı həmkəndliləri, həm də bacısı Ayşənin qayınları kimi tanımış, digər təqsirləndirilən şəxs Elçini tanımamışdır. Bəxtiyar, Aqil və Arazın qardaşı Babək bacısı Ayşənlə evli olduğundan Bəxtiyargillə qohumdurlar, həmçinin onun Bəxtiyarla hər hansı fomada heç bir sevgi münasibətləri olmamış, əvvəllər biri-birini sevməmiş, Bəxtiyarın onu sevməsini bilməmiş və Bəxtiyarın anasının ona elçi gəlməsi ilə bağlı deyilənlər yalandır. Bacısının əri Babək hərbiçi olduğundan ailəsi əvvəllər, yəni bu hadisə baş verən vaxt məcburi köçkunlər yaşayan binada (Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən Qaçqınlar və Məcburi Köçkünlər üçün nəzərdə tutulmuş qəsəbənin 17 saylı binanın 10 №-li mənzilində) müvəqqəti kirayə yaşamışlar. O, 27 mart 2022-ci il tarixdə bir neçə günlük bacısı Ayşənin evinə qonaq getmişdir. 30 mart 2022-ci il tarixdə, axşam saat 19 radələrində bacısıgildə olarkən qapı döyülmüş, bacısı Ayşən qapının gözlüyındən baxıb ona gələn adamların əri Babəkin qardaşları, yəni qayınları olmasını demiş, o da onların heç biri ilə münasibəti olmadığından mənzilin digər otağına-yataq otağına keçib qapını örtmüşdür. Ayşən qapını açdıqdan sonra Bəxtiyar, Aqil və Araz evə daxil olmuşlar. Ayşən onları digər otağa dəvət edib çay dəmləmək üçün mətbəxə keçmişdir. X1, Ayşən də uşağın yatdığını və yataq otağına keçməmələrini demişdir.O, həmin vaxt qapının arxasında dayandığından danışılanları eşitmişdir. Sonra yataq otağına kiminsə yaxınlaşdığını eşidib qapının açılmaması üçün özünü qapıya söykəmiş, lakin qapıya yaxınlaşan şəxs, yəni Aqil qapını itələyib zorla açıb içəri daxil olub qolundan tutmuş, o isə Aqilə “sən kimsən ki mənim qolumdan yapışırsan” desə də, Aqil qolunu buraxmamışdır. Aqilin əlindən çıxmaq üçün qolunu dartdıqda Aqil “buradadır gəlin” demiş və Araz da otağa daxil olub onun digər qolundan yapışmışdır.Araz və Aqil onu otaqdan sürüyüb çıxartmaq istədikdə, bacısı Ayşən onu Arazın və Aqilin əlindən almağa istəmiş, lakin Aqil bacısı Ayşənin sinəsindən əli ilə itələmiş və Ayşən divara dəymişdir. Sonra Bəxtiyar da ona yaxınlaşıb qolundan tutub Aqillə birlikdə onu sürüyüb mənzildən çölə çıxartmışlar. O, qışqıraraq səs-küy salmağa başlamış, səsinə binada yaşayan, yəni üzbəüz qonşular mənzilərindən çıxmış, qonşular da Bəxtiyargilin onu zorla sürüyüb aparmalarını görmüşlər. Bəxtiyargil onu zorla binadan küçəyə çıxarmış, həmin vaxt blokun qarşısında qapısı açıq vəziyyətdə olan, sonradan adını bildiyi Elçin adlı şəxsin avtomobilinə tərəf aparmış, həmin vaxt o, avtomobilə minmək istəməsə də, Bəxtiyar, Aqil və Araz onu zorla avtomobilə mindirmişlər. Sonra Elçin dərhal avtomobilə oturub avtomobili sürətlə yerindən tərpədib yola çıxıb oradan uzaqlaşmışlar. O, avtomobildə qışqırıb onlardan onu buraxmalarını tələb etsə də, onlar ona məhəl qoymamış, həmçinin avtomobilin arxa oturacağında sağ tərəfindən Araz, sol tərəfində Bəxtiyar oturmaqla onun qollarından tutub hərəkət etməsini imkan verməmişlər.Həmçinin yolda o, sürücü Elçindən maşını saxlamasını tələb etmiş, Elçin isə ona zarafatla “narahat olma mən də arvadımı belə qaçırmışam” deyib avtomobili idarə etmişdir. Onlar onun ağlamağına əhəmiyyət verməyib yoluna davam edib daşlı yolla təxminən 15-20 dəqiqə yol getdikdən sonra, Elçinin idarə etdiyi avtomobil xarab olub yolda dayanmışdır. Elçin avtomobildən düşüb avtomobilin sınan hissəsinə baxıb Aqilə avtomobili təmir etmək mümkün olmadığını demişdir. Sonra Aqil telefonla qohumu Rəvana zəng edib olduqları yeri deyib maşın göndərməsini demiş, az sonra həmin yerə tanımadığı şəxs idarə etdiyi maşınla gəlmiş və Bəxtiyar, Aqil və Araz qollarından tutub onu Elçinin maşınından çıxarıb həmin yerə gələn avtomobilə zorla mindirmişlər. Elçin sınmış vəziyyətdə olan avtomobilinin yanında qalmış, Bəxtiyargil onu avtomobillə oradan uzaqlaşdırıb Göyçay rayonu istiqamətində hərəkət etmişlər.Yolda hərəkətdə olarkən, Aqil qohumu Rəvana zəng edib onlara gəldiklərini deyib qapını açmasını bildirmişdir.Gecə saatlarında onlar Bəxtiyarın bibisi Qətibənin yaşadığı evə çatmış, evin darvazası artıq açıq vəziyyətdə olduğundan maşın evinin həyətinə birbaşa daxil olmuşdur. Bəxtiyargil onu avtomobildən düşürərəkən o, qışqırmağa başlayıb geri qaytarılmasını tələb etmiş, həmin vaxt Bəxtiyarın bibisi Qətibənin evin pilləkənında dayandığını görıb ona zorla qaçırılıb gətirildiyini bildirmiş, Qətibə də onu mətbəxə aparıb onunla söhbət etmişdır. O, yenə də Qətibəyə onu məcburən, zorla qaçırıldığı deyib ondan kömək istəmiş, Qətibənin gəlini də, dediklərini eşidib onun zorla qaçırıldığını bilmişdir. Kömək istəməsinə baxmayaraq Qətibə Bəxtiyargildən qorxduğunu deyib ona kömək edə bilməyəcəyini bildirmişdir. Bir qədər keçdikdən sonra Arazın xəstəliyi tutub huşunu itirdiyindən və orada olanların başı Araza qarışdığından o, yerə düşmüş telefonu götürüb bacısı Ayşənin əri Babəkə zəng edib onu Bəxtiyar, Aqil və Arazın Göyçay rayonunun Aşağı-Qaraməryəm kəndində yaşayan Qətibənin evinə gətirdiklərini deyib ona kömək etməsini bildirmişdir.Sonra Qətibənin evinə təcili tibbi yardım çağırılmış, həmin vaxt onun zəng edib olduğu yerə bacısıgilə dediyini Bəxtiyar bildiyindən başqa yerə aparmaq üçün onu zorla Qətibənin evindən çıxarıb Qətibənin əri Novruzun maşınına mindirmək istəmiş, lakin o, əli ilə avtomobilin banından tutub avtomobilə minməkndən imtina etmiş, elə həmin vaxt orada olan təcili tibbi yardım işçilərinə onun zorla qaçırdıqlarını, polisə bu barədə məlumat vermələrini deyib köməklik istəmiş, lakin təcili tibbi yardım işçiləri onun dediklərinə əhəmiyyət verməmişlər.Bəxtiyar onu maşına mindirdikdən sonra avtomobili Novruz idarə edib onu Bəxtiyarla birlikdə başqa bir tanımadığı yerə aparmaq istədikdə, o, qışqırmağa başlayıb onun heç bir yerə aparılmamasını demiş, Novruz əvvəl onun dediklərinə əhəmiyyət verməyib maşını sürmüş, lakin sonra Novruz avtomobili saxlayıb onların işinə görə məsuliyyət daşıyacağını və onları heç bir yerə aparmayacağını demişdir. Bundan sonra Bəxtiyar kiməsə zəng edib çağırmış, Novruzun maşının içərisində 20 dəqiqə oturduqdan sonra sonradan adını bildiyi Səid adlı şəxs taksi maşını ilə ora gəlmiş və Bəxtiyar onu Novruzun avtomobilindən düşürüb Səidin gəldiyi maşına mindirmişdir. Taksi də arxada onun yanında Bəxtiyar, qabaqda isə Səid əyləşmiş, avtomobili tanımadığı şəxs idarə etmişdir.Yolda onu buraxmaları üçün qışqırmağa başlamış, lakin onlar ona əhəmiyyət verməmişlər.Gecə saat 01 radələrində onlar Göyçay şəhərində olan Səidgilin evinə gəlmişlər. O, Bəxtiyar və Səidlə birlikdə evə girmiş, evdə Səidin anası Gülarə onu digər otağa aparmış və o, həmin qadına zorla qaçırılmasını deyib ondan atası Məhərrəmə zəng edə bilməsi üçün telefon istəmiş, lakin Gülarə ona köməklik etməmişdir. Gülarə ona çay verdikdən sonra o, Gülarəyə yenidən hadisəni tam danışmışdır. Bundan sonra gecə vaxtı oradan qaçmaq qərarına gəlmiş və bahənə ilə bir neçə dəfə sanitar qovşağına getsə də, Gülarə onun ardınca gəlib ondan ayrılmamış və hər addımına nəzarət edildiyindən o, oradan qaça bilməmişdir. Təxminən gecə saat 04 radələrində həmin evə Bəxtiyarın qardaşı Şəhriyar gəlib onu əmisi Arifin göndərdiyini, ondan könüllü qaçması barədə ərizə almasını dedikdə o, Şəhriyarla razılaşmayıb evə qaytarılmasını bildirmişdir. Səhər saat 08 radələrində Gülarə işə getmiş, yenidən qaçmaq üçün sanitar qovşağına getmək istədiyini Gülarənin gəlini Elgülə demiş, Elgül də onun arxasınca sanitar qovşağına qədər gəlmiş, bu zaman fürsət tapıb hasardan aşıb küçəyə düşmüş, Elgül bunu görüb qışqırmağa başlamış, o isə küçə ilə qaçıb orada dayanmış taksiyə minib sürücüyə onu polisə aparmasını demiş, elə buu zaman Bəxtiyar gəlib onu taksidən düşürüb evə gətirmişdir. Sonra o, Bəxtiyara onların barəsində polisə yazıb küçəyə yazı atdığını və polisin gəlib onları tutulacağını demişdir. Bəxtiyar polisin adını eşidib təşvişə düşmüş və evdən çıxıb getmiş, bir az sonra taksi tapıb gətirilmiş və o, Şəhriyarla birlikdə həmin taksi ilə Kürdəmir şəhərinə, bacısı Ayşənin yaşadığı ünvana getmişdir.O, qaçırılan vaxt Bəxtiyara və qardaşlarına Bəxtiyarı sevmədiyini demiş və ona heç vaxt ərə getməyəcəyini bildirmiş, lakin buna baxmayaraq Bəxtiyargil zorla, fiziki qüvvə tətbiq etməklə onu qaçırıb aparmışlar. Göyçay rayonunda olarkən Bəxtiyar onunla cinsi əlaqədə olmamış və ona qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir. Həmçinin Bəxtiyargil onu qaçırarkən o, bədəninin müxtəlif nahiyələrindən xəsarətlər almışdır.İş üzrə əlavə şikayəti və tələbi yoxdur, o, təqsirləndirilən şəxslərdən şikayət etsə də, əsas şikayəti Təqsirləndirilən şəxs1 olmaqla təqsirləndirilən şəxslərlə barışmamış, həmçinin törətdikləri cinayətə görə onların qanunla müəyyən edilmiş qaydada cəzandırılmalarını, Təqsirləndirilən şəxs1 isə daha ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, həmin şəxslər əri Şahid2 qardaşlarıdırlar, digər Təqsirləndirilən şəxs4 tanımamışdır.Zərərçəkmiş şəxs bacısıdır. Əri Babək hərbiçi olduğundan 2022-ci ilin mart ayında ailəsi Kürdəmir rayonun Xırdapay kəndinin ərazisində olan Qaçqınlar şəhərciyində kirayə evdə (Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən Qaçqınlar və Məcburi Köçkünlər üçün nəzərdə tutulmuş qəsəbənin 17 saylı binanın 10 №-li mənzilində) yaşamış, sonradan başqa ünvana köçmüşlər.Bacısı Firuzə 27 mart 2022-ci il tarixdə onlara qonaq gəlmiş və 30 mart 2022-ci il tarixədək onların yaşadığı evdə olmuşdur. 30 mart 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı mənzilə qayınları Bəxtiyar, Aqil və Araz gəlmiş, onların hansı niyyətlə gəlmələrini bilməmiş, onlar gəldiyi üçün bacısı Firuzə yataq otağına, özü isə çay hazırlamaq üçün mətbəxə keçmiş, Bəxtiyar və Aqil onun mətbəxə keçməyindən istifadə edib evə girib mənzili axtarmağa başlamışlar.Sonra onlar Firuzənin olduğu otağa girmiş və oradan Firuzənin qışqırıq səsini eşidib özü də otağa getmişdir. Otaqda Bəxtiyar və Aqilin Firuzənin qollarından yapışıb otaqdan çıxarmaq istəmələrini görüb onlara mane olmaq istəmiş, lakin Bəxtiyar, Aqil və Araz ona imkan verməmiş, həmçinin Aqil onu əli ilə itələdiyinə görə yerə yıxılmışdır. X24 qolundan tutub sürüyüb onu zorla mənzildən çıxararkən Firuzə qışqıraraq səs-küy salmağa başlamış, Firuzənin səsinə binada yaşayan qonşular mənzildən çıxmış və Firuzəni zorla sürüyüb aparmalarını onlar da görmüşlər. Sonra onlar Firuzəni mənzildən zorla çıxarıb aşağı, binanın qarşısına aparıb orada tanımadığı şəxsin maşınına mindirib harasa aparmışlar.Sonra o, əri Babəkə və atası Məhərrəmə zəng edib bu barədə məlumat vermişdir.Səhəri günü digər qayını Şəhriyar Firuzəni onların evinə gətirmişdir. Firuzənin deməsinə görə, Bəxtiyargil onu blokun qarşısında qapısı açıq vəziyyətdə olan tanımadığı şəxsin avtomobilə mindirib Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində Bəxtiyargilin qohumu Qətibənin evinə apararkən yolda getdikləri maşın xarab olduğu üçün dayanmış, sonra başqa bir maşınla onu Qətibənin evinə aparmışlar.O, zorla qaçırılmasını Qətibəyə deyib ondan kömək istəmiş, lakin Qətibə Bəxtiyargildən qorxduğu üçün kömək edə bilməyəcəyini bildirmişdir. Firuzənin dediyinə görə qaçırılarkən o, (Firuzə) Bəxtiyarın əlini dişləmiş, həm də Aqilin və Bəxtiyarın üzünü cırmaqlamışdır. Bəxtiyarın, Aqilin və Arazın Firuzəni nə səbəbə görə qaçırdıqlarını əvvəl bilməmiş, sonradan isə Firuzənin Bəxtiyarla evlənməsi üçün zorla qaçırılmasını bilmişdir. Bəxtiyarın əvvəllər Firuzəni sevməsi barədə eşitməmiş, həmçinin bacısı Firuzə Bəxtiyarla evlənmək istəməmişdir. Aqil və Bəxtiyar Firuzəni qaçırmaq istəyərkən qışqırıb mane olmaq istəsə də, hətta onların arasına girsə də, Araz, Bəxtiyar və Aqil ona mane olmuşlar. Bacısı qaçırıldıqdan dərhal sonra bu barədə polisə məlumat verildiyindən, həm də bacısı Firuzə Bəxtiyarla evlənmək istəməməsini bildirib onun geri qaytarılmasını tələb etdiyindən Bəxtiyar məcburən Firuzəni buraxmışdır. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tanıyır, həmin şəxslər kürəkəni Şahid2 qardaşıdırlar, digər Təqsirləndirilən şəxs4 tanımamışdır.Zərərçəkmiş şəxs qızıdır. Qızı Ayşənin əri Şahid2 hərbiçi olduğundan ailəsi Kürdəmir rayonunun Xırdapay kənd ərazisində yerləşən Qaçqınlar şəhərciyində yaşamışlar.Qızı Firuzə 27 mart 2022-ci il tarixdə bacısı Ayşənin evinə qonaq getmişdir.30 mart 2022-ci il tarixdə, saat 19:50 radələrində qızı Ayşən ona zəng edib ağlaya-ağlaya bacısı Firuzəni Bəxtiyar və qardaşları tərəfindən qaçırmasını bildirmiş, o da dərhal bu barədə DİN-nin «102» xidmətinə zəng edib məlumat vermiş, sonra Kürdəmir RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Bundan sonra Firuzənin olduğu yer məlum olmuş, daha sonra isə polis tərəfindən, eləcə də özünün və qızı Firuzənin təkidli tələbləri qarşısında Bəxtiyar məcbur qalıb 31 mart 2022-ci il tarixdə Firuzəni buraxmış və Bəxtiyarın digər qardaşı Şihriyar Firuzəni evinə qaytarmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qardaşlarıdırlar, digər Təqsirləndirilən şəxs4 əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs baldızıdır.O, hərbiçi olduğundan hadisə baş verən vaxt ailəsi Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində yerləşən Qaçqınlar şəhərciyində yaşamışdır. 27 mart 2022-ci il tarixdə baldızı Firuzə onlara qonaq gəlmişdir. 30 mart 2022-ci il tarixdə hərbi hissədə işdə olmuş, həmin gün axşam saat 19:30 radələrində arvadı Ayşən ona zəng edib qardaşı Bəxtiyar, Aqil və Arazın bacısı Firuzəni qaçırdıqlarını demiş, evə gəldikdən sonra Ayşən hadisəni ona danışıb qardaşlarının evə gəlib bacısı Firuzənin qolundan tutub zorla qaçırılıb aparıldığını bildirmişdir. O, atası Adilə zəng edib Bəxtiyarın, Aqilin və Arazın Firuzəni qaçırıb apardıqlarını demış, sonra qayınatası Məhərrəmə zəng edib Firuzənin qaçırıldığını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Bəxtiyar evlənmək məqsədi ilə Firuzəni digər qardaşları Aqil və Arazla birlikdə qaçırıb aparmışdır. Həmin gün gecə saatlarında Firuzə telefonla ona zəng edib Bəxtiyarın onu Göyçay rayonunun Aşağı Qaramərəyəm kəndində yaşayan bibisi Qətibəgilə apardığını və gəlib onu aparmalarını demişdir. Sonra o, arvadı Ayşən və başqa qohumları ilə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində yaşayan bibisi Qətibəgilə gedərkən qardaşı Arazın səhhətinin pisləşdiyinə görə xəstəxanaya aparılmasını, Bəxtiyarın isə Firuzəni bibisi Qətibəgildən götürüb Göyçay şəhərinə harasa apardığını bilmişdir. Sonra o, Göyçay rayon xəstəxanasına getmiş, qardaşı Arazın vəziyyəti ağır olduğü üçün təcili tibbi yardım maşını ilə Araz Bakı şəhərinə xəstəxanaya aparılmış, Aqid də Arazla birlikdə Bakı şəhərinə getmişdir.Firuzənin yerini bilmədiklərinə görə o, Kürdəmir rayonuna qayıtmış, səhəri gün, digər qardaşı Şəhriyara zəng edib hadisə ilə maraqlanmış, Şəhriyarın da Firuzənin Göyçay şəhərində olmasını, Firuzəni qaytarıb geri gətirəcəyini ona bildirmişdir. 31 mart 2022-ci il tarixdə qardaşı Şəhriyar Firuzəni onun yaşadığı evə gətirib Ayşənə təhvil vermişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində yaşayır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qardaşı Adilin övladlarıdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onu evinə gələn gün görmüşdür. 30 mart 2022-ci il tarixdə, saat 21 radələrində, qardaşı uşaqları Bəxtiyar, Aqil və Araz onlara gəlmiş, bir nəfər tanımadığı qızı, yəni Firuzəni onlar evə gətirmişlər.Həmin qızın kim olmasını soruşanda Bəxtiyar qızın adının Firuzə olmasını və onu qaçırıb gətirdiyini demişdir. Sonra o, Firuzəni mətbəxt otağına aparıb söhbət etmiş, Firuzə ona Bəxtiyarın onu zorla qaçırmasını bildirib köməklik etməsini xahiş etmiş, o da köməklik edəcəyini bildirmişdir. Söhbət zamanı Firuzəyə əvvəllər Bəxtiyarla bir-birlərini sevmələrini eşitməsini demiş, lakin Firuzə Bəxtiyarı sevmədiyini, məcburən qaçırılıb gətirildiyini bildirmişdir. O, Firuzə ilə birlikdə mətbəxtdə olarkən digər otaqdan Bəxtiyarın qışqıraraq oğlu Rəvandan su istəməsini eşidib Firuzə ilə birlikdə onların yanına getmiş və orada Arazın birdən səhhətinin pisləşməsi və huşunu itirməsini görmüş, Arazın səhətinin pisləşməsinin səbəbini bilməmişdir.Sonra təcili tibbi yardım çağırılmışdır.Həmin vaxt o, Bəxtiyara Firuzəni zorla qaçırıb gətirdiyi deyib Firuzənin evdən götürülüb aparmasını bildirmişdir. Sonra təcili tibbi yardımla gəlmiş həkimlər Arazı müayinə etdikdən sonra onu tibbi yardım maşını ilə rayon xəstəxanaya aparmış, Aqil də Arazla birlikdə xəstəxanaya getmişdir. Firuzənin təcili tibbi yardıma gəlmiş həkimlərə müraciət edib onu zorla qaçırılmasını deməsini görməmiş və eşitməmişdir. O, Bəxtiyara Firuzənin evindən aparmasını dedikdən sonra Bəxtiyar Firuzəni götürüb aparmış, onların hara getməsi və sonradan nə baş verməsindən onun məlumatı olmamışdır. Firuzənin zorla qaçırılmasını bilsə də, bu barədə heç kimə məlumat verməmiş, səhərisi günü isə Bəxtiyarın Firuzəni evinə qaytardığını eşitmişdir. Məhkəmə iclasında Şahid4 Şahid3 ifadəsinə uyğun ifadə vermiş, habelə ifadəsində göstərmişdir ki, o, Bəxtiyarın evlənmək məqsədi ilə Firuzəni zorla qaçırmasını bildikdən sonra arvadı Qətibə və özü Bəxtiyardan qızı aparıb evlərinə qaytarılması tələb edib evlərindən getmələrini bildirmişlər. Sonra o, həyətə düşüb avtomobilini işə salmış, Bəxtiyar da qızı gətirib maşının arxa sərnişin qapısını açıb orada otuzdurub onları kəndin mərkəzinə qədər aparmasını demiş və yolda gedərkən Firuzənin onun qoluna vurduğunu görüb Firuzənin getmək istəmədiyini başa düşüb avtomobili Göyçay rayuonunun Qaraməryəm dairəsi adlanan yerdə saxlayıb onları aparmaqdan imtina etmişdir.Sonra Bəxtiyar kiməsmə zəng etmiş, bir azdan tanımadığı şəxsin idarə etjdiyi avtomaşın həmin yerə gəlmiş və Bəxtiyar Firuzəni maşına mindirib çıxıb getmişlər.Onların hara getmələrini o, bilməmişdir. Firuzə onun maşınında olarkən sakit oturmuş, heç bir hərəkət etməmiş, eləcə də qulağı zəif eşitdiyinə görə onların öz aralarında nə danışdığını eşitməmişdir. Məhkəmə iclasında Şahid5 Şahid3 ifadəsinə uyğun ifadə vermiş, habelə ifadəsində göstərmişdir ki, Bəxtiyar, Aqil və Araz dayısı Adilin oğullarıdır.O, 30 mart 2022-ci il tarixdə, gecə saatlarında yaşadığı evə gəlmiş və evdə dayısı oğlanları Bəxtiyar, Aqil və Arazın onlarda olmasını görmüşdür. Onlardan gecə vaxtı gəlmələrinin səbəbini soruşanda Bəxtiyar evlənmək məqsədi ilə qız qaçırıb gətirməsini bildirmişdir. Bəxtiyarın qaçırdığı qızı, yəni Firuzəni əvvəllər tanımamışdır.Evdə anası Qətibənin deməsindən bilmişdir ki, Bəxtiyar Firuzəni zorla qaçırmışdır.Bir az sonra dayısı oğlu Arazın sudurqası tutmuş və özündən getmişdir.Həmin vaxt fikirləri Araza qarışmış, sonra təcili tibbi yardım çağırmışlar. Həkim Araza iynə vurduqdan sonra Araz sakitləşmişdir.Bu zaman Bəxtiyar Firuzənin əlindən tutub həyətə düşürməsini görüb Bəxtiyara yaxınlaşaraq “zorla ailə qurulmaz, apar qızı evlərinə qaytar” demiş, Bəxtiyar isə heç bir söz deməmiş, sonra atası Novruzdan maşını ilə onları kəndin mərkəzinə qədər aparıb düşürməsini xahiş etmişdir. Bundan sonra atası Novruz onları maşına mindirib kəndin mərkəzinə qədər aparmışdır. Daha sonra təcili tibbi yardım gəlib Araz Göyçay rayon xəstəxanasına aparılmış, Aqil də Arazla birlikdə getmişdir.O, əvvəlcədən Bəxtiyar, Aqil və Arazın Firuzəni qaçırmalarını bilməmiş, yalnız evə gəldikdən sonra bu barədə xəbəri olmuşdur. Məhkəmə iclasında Şahid7 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslər Bəxtiyar, Aqil, Araz və Elçini tanımamış, lakin Bəxtiyarın qardaşı Şəhriyarı oğlu Fəridin dostu kimi tanımışdır.30 mart 2022-ci il tarixdə, gecə saatlarında oğlu Fərid dostu Şəhriyarın qaradaşı Bəxtiyarın ona zəng etdiyinə və gecələməyə bir xanımla onlara qonaq gələcəyini bildirmiş, o da Bəxtiyarın arvadı ilə birlikdə gəlmələrini başa düşmüşdür.Həmin vaxt evdə o, oğlu Fərid, gəlini və nəvələr olmuş, digər oğlu Səid otaqda yatmışdır.Təxminən bir saatdan sonra Bəxtiyar tanımadığı bir qadınla onlara gəlmiş, gələn qadının, sonradan adını bildiyi Firuzənin ayaqyalın olması, əynində isti paltarın olmaması, köynəyinin sol yanı balaca ölçüdə cırılmış vəziyyətdə olmaqla onun narahatlıq keçirməsini görüb nəsə baş verdiyindən şübhələnmiş, elə bu səbəbdən də oğlu Fərid Bəxtiyardan gələn xanımın niyə görə ayaqyalın olmasını soruşmuş, lakin Bəxtiyar ona cavab verməmişdir. Sonra o, Firuzə ilə söhbət edərkən Firuzə ona bacısının evində olarkən Bəxtiyarın qardaşları ilə gəlib onu zorla qaçırdıqlarını bildirib evinə qayıtmasına kömək etməsini xahiş etmişdir. Bunu eşidən kimi o, dərhal otaqdan çıxıb Fəridə Bəxtiyarın qızı zorla qaçırmasını deyib evlərindən çıxıb getmələrini bildirmişdir.Oğlu Fərid də bu barədə Bəxtiyardan soruşsa da, Bəxtiyar heç bir şeyi boynuna almamışdır.Bundan sonra Fərid Bəxtiyarın qardaşı Şəhriyara zəng edib bu barədə məlumat vermişdir.Həmin gecə saat 03- 04 radələrinə Bəxtiyarın qardaşı Şəhriyar onlara gəlmiş və söhbət zamanı o, Şəhriyara “zorla ailə qurmaq olmaz, götürün qızı bizim evdən aparın” demiş, Şəhriyar da gecə vaxtı maşın tapa bilməyəcəyini, Firuzə ilə söhbət edib səhər onu atasının evinə aparacağını bildirmişdir. Bu söhbətdən sonra Firuzə də razılaşmış və gecəni onlar evdə qalmışlar. Səhər saat 07 radələrində o, işə gedərkən gəlini Elgülə Firuzə tək qalmaması üçün ona nəzarət etməsini və Bəxtiyarın da ona yaxınlaşmasına icazə verməməsini demişdir.İşə gedərkən o, Bəxtiyar və Şəhriyardan bir daha evini tərk edib getmələrini bildirmişdir.İşə getdikdən sonra evdə oğlu Fərid, Bəxtiyar, Şəhriyar, Firuzə və gəlini Elgül qalmışlar.Oğlu Səid isə səhər saat 07 radələrində onların xəbəri olmadan işə getmişdir. İşdən qayıdarkən artıq Bəxtiyar, Şəhriyar və Firuzə onun yaşadığı evdə olmamışlar. Həmçinin gəlini Elgülün ona Firuzənin ayaqyoluna gedərkən hasardan tullanıb qaçmasını və Bəxtiyarın onun dalınca küçəyə qaçıb Firuzənin qolundan tutub yenidən evə gətirməsini, bundan sonra Şəhriyar Firuzədən atasının mobil nömrəsini alıb ona zəng edib Firuzənin hazırda Göyçay şəhərində olduğunu və Kürdəmirə gətiricəyini bildirməsini demişdir. Məhkəmə iclasında şahidlər Şahid8 oğlu və Şahid9 Şahid7 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Şahid2, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qardaşıdırlar. Digər Təqsirləndirilən şəxs4 əvvllər tanımamışdır. Zərərçəkmiş şəxs Firuzə həmkəndlisi Məhərəmin qızı olmaqla qardaşı Babəkin baldızıdır. 30 mart 2022-ci il tarixdə, axşam saatlarında o, Mingəçevir şəhərində olarkən telefonla məlumat almışdır ki, qardaşı Bəxtiyar digər qardaşları ilə birlikdə qardaşı Babəkin evinə gedib həmin vaxt orada olan Firuzəni qaçırmışlar. Sonra o, kənddə yaşayan bibisinə zəng edib nə baş verməsini soruşanda bibisi ona Arazın komaya düşdüyünə görə Göyçay xəstəxanasına aparıldığını bildirmiş, ona görə də o, Mingəçevir şəhərindən Göyçay rayon xəstəxanasına getmiş, xəstəxanda Arazla görüşsə də, səhhəti pis olduğundan onunla söhbət edə bilməmişdir. Sonra telefonla zəng edib Bəxtiyarın olduğu yerə, yəni sinif yoldaşı Fəridin evinə gedib görüşüb söhbət etmiş, Bəxtiyar ona Firuzəni evlənmək üçün qaçırdığını, lakin sözləri alınmadığına görə Firuzəni götürüb aparmasını bildirmişdir.Həmçinin Bəxtiyar ona, artıq bibisi Qətibənin evində olarkən Məhərrəmin polisə şikayət etdiyini bildiyini, lakin Firuzəni sevdiyi üçün fikirindən vaz keçməyib Firuzəni Fəridin yaşadığı evə gətirməsini bildirmişdir. Sonra o, Firuzə ilə söhbət etmiş, Firuzə də ona, Bəxtiyarla evlənməyə razı olmadığını, onu evinə qaytarmasını demişdir. Qardaşı Bəxtiyar da Firuzənin onunla evlənməyə razı olmadığı halda onunla evlənə bilməyəcəyini deyib Firuzənin evinə qaytarılmasını ondan xahiş etmişdir. Bundan sonra o, Firuzənin atası Məhərrəmə zəng edib Firuzəni evə gətirəcəyini demişdir. Qardaşı Bəxtiyar özü gedib taksi tutub, taksinin pulunu verib onu və Firuzəni Kürdəmir rayonuna yola salmılş, yəni Bəxtiyar Firuzəni heç kimin təsiri olmadan könüllü olaraq buraxmışdır. O, 31 mart 2022-ci il tarixdə səhər saatlarında taksi ilə Firuzəni Kürdəmir rayonuna gətirib bacısı Ayşənə təhvil vermişdir. İşdə olan, Kürdəmir RPŞ-nin rəisinə ünvanlanmış 30 mart 2022-ci il tarixli ərizə ilə müəyyən edilir ki, həmin tarixdə Kürdəmir rayonunun Qurdbayram kənd sakini Şahid10 qızı Zərərçəkmiş şəxs 30 mart 2022-ci il tarixdə, saat 19:30 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən zorla qaçırılıb aparılması barədə məlumat vermişdir. İşdə olan, Kürdəmir RPŞ-nin rəisinə ünvanlanmış 31 mart 2022-ci il tarixli ərizə ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs 30 mart 2022-ci il tarixdə, saat 19:30 radələrində həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən zor tətbiq edilərək evdən çıxarılıb avtomobilə otuzdurulub qaçırılması bildirilərək həmin şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. İşdə olan, “Baxış keçirilməsi haqqında” 04 aprel 2022-ci il tarixli protokolla müəyyən edilir ki, qeyd olunan cinayət hadisəsinin baş verdiyi yer Kürdəmir rayonunun Xırdapay kəndində yerləşən Qaçqınlar və Məcburi Köçkünlər üçün nəzərdə tutulmuş qəsəbənin 17 saylı binasının 10 №-li mənzil olmaqla Zərərçəkmiş şəxs həmin ünvandan oğurlanıb aparılmışdır. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 05 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibb müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətəri vardır:Alnın sol hissəsinin qançırı, başın ənsə nahiyəsində solda qançırı, sol saidin ön, arxa və iç səthinin qançırları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti 30 mart 2022-ci il tarixinə uyğun gəlir və xəsarətlərin hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İşdə olan, məhkəmə-psixiatrik ekspertizanın 24 may və 11 avqust 2022-ci il tarixli, 327, 328, 329 və 509 saylı rəylər ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşlar, yəni anlaqlı olmuşlar. Təqsirləndirilən şəxs1, Aqal Cəbiyev, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onların hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacları yoxdur. Onlar hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadırlar. İşdə olan, TƏBİB-nin X25 01 aprel 2022-ci il tarixli xəstənin ambulator kitabçasından (xəstəlik tarixindən) çıxarışından və “Göyçay Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin 24 avqust 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, 30 mart 2022-ci il tarixdə, saat 21:33də daxil olmuş çağırışa əsasən TTYS-nın həkim qrupu göstərilən ünvana getmiş və orada vət. Təqsirləndirilən şəxs3 müayinə edərək “Epileptik status” diaqnozu ilə RMX-nın təcili tibbi yardım bölməsinə gətirilmiş və orada tibbi müayinə zamanı Təqsirləndirilən şəxs3 “Qeyri dərman mənşəli madələrlə zəhərlənmə” diaqnozu qoyularaq ambulator müalicə olunmuş, daha sonra o, X28 qəbul edilib “Seuzodiazepinlərlə zəhərlənmə, orta ağır dərəcidə” diaqnozu ilə qəbul edilib ambulator müalicə almışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi, cinayət işindən ayrıca cinayət işinin ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında” 22 noyabr 2022-ci il tarixli il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən hazırki cinayət işindən Şahid9 və qeyrilərinin barəsində CM-nin 144.2.3-cü maddəsi ilə, habelə Şahid5, Şahid6, Şahid3, Şahid8, Şahid7 və Elgül Mirzəyevanın, eləcə də Göyçay RMX-nin əməkdaşları X23, X12, X15 və digərlərinin əməllərinə hüquqi qiymət verilməsi üçün cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid10, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7, Şahid9, Şahid8 və Şahid11 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlandıqdan sonra onu könüllü olaraq azad etməsi, Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırması (oğurlaması) ilə bağlı qardaşları Aqil və Arazla, eləcə də avtomobili idarə etmiş Elçinlə əvvəlcədən razılaşmasının olmaması, Aqil, Araz və Elçininin onun Firuzənin qaçıracağını əvvəldən bilməmələri, Firuzənin qaçırılmasında (oğurlanmasında) qardaşı Arazın iştirak etməməsinə, Təqsirləndirilən şəxs2 qardaşı Bəxtiyarın evlənmək məqsədi ilə Firuzəni qaçırması ilə bağlı onun Bəxtiyar, Araz və Elçinlə əvvəlcədən razılaşmasının olmaması, özünün Arazın və X3çıracağını əvvəldən bilməmələri, Firuzənin qaçırılmasında Arazın iştirak etməməsi və qaçırıldıqdan sonra Firuzənin sərbəst buraxılıb evinə qaytarılmasını Arazın Bəxtiyardan tələb etməsinə, Təqsirləndirilən şəxs3 qardaşı Bəxtiyarın evlənmək məqsədi ilə Firuzəni qaçırması ilə bağlı onun Bəxtiyar, Aqil və Elçinlə əvvəlcədən razılaşmasının olmaması, Bəxtiyarın evlənmək üçün Firuzənin qaçıracağını əvvəldən bilməməsi, Firuzənin qaçırılmasında iştirak etməməsi və qaçırıldıqdan sonra Firuzənin sərbəst buraxılıb evinə qaytarılmasını qardaşı Bəxtiyardan tələb etməsinə və Təqsirləndirilən şəxs4 Bəxtiyarın evlənmək məqsədi ilə Firuzəni qaçıracağını əvvəldən bilməməsi və bununla bağlı onun Bəxtiyar, Aqil və Arazla əvvəlcədən razılaşmasının olmaması, Firuzənin qaçırılmasını maşında olarkən bilməsi və bundan sonra idarə etdiyi avtomobili yolda qəsdən çuxura salıb sındırmaqla hərəkətlərini davam etdirməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlar, yəni Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs qıçırıldıqdan (oğurlandıqdan) sonra onu könüllü olaraq azad etməsi, Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırması (oğurlaması) ilə bağlı qardaşları Aqil və Arazla, eləcə də avtomobili idarə etmiş Elçinlə əvvəlcədən razılaşmasının olmaması, Aqil, Araz və Elçininin onun Firuzənin qaçıracağını əvvəldən bilməmələri, Firuzənin qaçırılmasında (oğurlanmasında) qardaşı Arazın iştirak etməməsinə, Təqsirləndirilən şəxs2 ifadəsində qardaşı Bəxtiyarın evlənmək məqsədi ilə Firuzəni qaçırması ilə bağlı onun Bəxtiyar, Araz və Elçinlə əvvəlcədən razılaşmasının olmaması, özünün, Arazın və X5çıracağını əvvəldən bilməmələri, Firuzənin qaçırılmasında Arazın iştirak etməməsi və qaçırıldıqdan sonra Firuzənin sərbəst buraxılıb evinə qaytarılmasını Arazın Bəxtiyardan tələb etməsi, Təqsirləndirilən şəxs3 ifadəsində qardaşı Bəxtiyarın evlənmək məqsədi ilə Firuzəni qaçırması ilə bağlı onun Bəxtiyar, Aqil və Elçinlə əvvəlcədən razılaşmasının olmaması, Bəxtiyarın evlənmək üçün Firuzənin qaçıracağını əvvəldən bilməməsi, Firuzənin qaçırılmasında iştirak etməməsi və qaçırıldıqdan sonra Firuzənin sərbəst buraxılıb evinə qaytarılmasını qardaşı Bəxtiyardan tələb etməsi və Təqsirləndirilən şəxs4 ifadəsində Bəxtiyarın evlənmək məqsədi ilə Firuzəni qaçıracağını əvvəldən bilməməsi və bununla bağlı onun Bəxtiyar, Aqil və Arazla əvvəlcədən razılaşmasının olmaması, Firuzənin qaçırılmasını maşında olarkən bilməsi və bundan sonra idarə etdiyi avtomobili yolda qəsdən çuxura salıb sındırmaqla hərəkətlərini davam etdirməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs ifadəsi, şahidlər Şahid1, Şahid10, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid7, Şahid9, Şahid8 və Şahid11 ifadələri (həmin şahidlər ifadələrində ittihamda göstərilən bütün xüsusatları, yəni zərərçəkmiş Furuzə Nəsibovanın iradəsinin ziddinə olaraq fiziki zor tətbiq edilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəlcədən əlbir olmaqla birgə oğurlamaları (qaçırmaları) ilə bağlı halları təsdiq etmişlər), ekspertiza rəyləri (o cümlədən məhkəmə tibbi ekspertizanın rəyinə əsasən Furuzə Nəsibovanın bədəni üzərində xəsarətlər aşkar olunmuş və bu xəsarətlər onun fiziki zor tətbiq edilməklə oğurlanmasını təsdiq edir), habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, həmçinin təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ilkin ifadələrlə sonraı ifadələri arasında, eləcə də məhkəmə istintaqı zamanı verdikləri ifadələrin arasında ziddiyyətlərin olması ilə də tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Həmçinin məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 evlənmək məqsədi ilə oğurladığı Zərərçəkmiş şəxs 31 mart 2022-ci il tarixdə azad etməsini onun zərərçəkmişi könüllü olaraq azad etmə kimi qiymətləndirilə bilməz. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslərlə birgə Zərərçəkmiş şəxs zorla, fiziki qüvvə tətbiq etməklə oğurlayarkən Zərərçəkmiş şəxs buna qəti etirazını bildirmiş, həmçinin Qətibəgilin evinə apardıqdan sonra da Zərərçəkmiş şəxs onun qaçırılmasna qəti etiraz edib onun qaytarılmasını tələb etmiş, eyni zamanda Şahid3 və onun ailə üzvləri Zərərçəkmiş şəxs zorla qaçırılmasını bildikdən sonra onların evdən çıxıb getmələri tələb olunduğundan o, Firuzəni saxlamaqda davam etmək niyyəti ilə onu başqa bir ünvana, yəni dostu Fəridgilin evinə aparmağa məcbur olmuş, orada da ev sahibləri-Şahid7 və Şahid8 Zərərçəkmiş şəxs zorla qaçırılmasını bildikdən sonra onların evdən çıxıb getmələrini tələb etdiklərindən Təqsirləndirilən şəxs1 oğurlanmış Zərərçəkmiş şəxs saxlamaqda davam etmək istəsə də, onun zərərçəkmişi başqa bir yerə aparıb saxlaması imkanları artıq olmadığından, eləcə də 31 mart 2022-ci il tarixdə, saat 08 radələrində Zərərçəkmiş şəxs Fəridgilin evində olarkən həyət hasarını aşıb qaçmağa cəhd etməsi və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs küçədə tutub evə gətirdikdən sonra Zərərçəkmiş şəxs Bəxtiyara küçədə olarkən polisə məlumat verdiyni bildirməsi və Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının qısa müddət ərzində gələcəklərini güman edib, həm də cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq məqsədi ilə həmin ünvanı dərhal tərk etməklə Zərərçəkmiş şəxs məcburiyyət qarşısında buraxmış, son nəticədə həmin ünvana gəlmiş Şahid11 tərəfindən Zərərçəkmiş şəxs Kürdəmir rayona, yaşadığı ünvana qaytarılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məcburiyyət qarşısında qalıb (zərərçəkmişi saxlamaq imkanı olmadığından) Zərərçəkmiş şəxs azad etdiyindən onun bu hərəkətləri zərərçəkmişi könüllü olaraq azad etmə kimi qiymətləndirilməməlidir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni zərərçəkmiş və şahidlərin, eləcə də təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında ittihamda göstərilən cinayət əməlini törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 həmin cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli düzgün olaraq CM-nin 144.2.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 06 və 20 aprel 2022-ci il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 04 aprel 2022-ci il tarixdən, Təqsirləndirilən şəxs3 həbsetmənin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 03 avqust 2022-ci il tarixdən hesablanmış, habelə həmin məhkəmənin 24 oktyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamələrlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. İşdə olan, Kürdəmir rayon Qarabucaq qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 03 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Kürdəmir rayonunun Qurdbayram kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (kənd əhalisi, o cümlədən həmyaşıdları ilə xoş ünsiyyətlə olmaqla ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində “xüsusi ilə fəal iştirak etməsi” cəzanı ağırlaşdıran hal kimi qəbul edilsə də, onun bu cinayətin törədilməsində xüsusi ilə fəal iştirakına dəlalət edən (mühüm əhəmiyyət kəsb edən) halların nədən ibarət olması göstərilməmiş və məhkəmə istintaqı zamanı da belə hallar müəyyən edilməmişdir.Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 və digər təqsirləndirilən şəxslər əvvəlcədən əlbir olmaqla hər biri aralarında razılaşdırılmış vəzifə bölgüsünə uyğun olaraq bu cinayəti birgə törətmişlər. Ona görə də məhkəmə hesab edir ki, cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 “xüsusi ilə fəal iştirak etməsi”ni təsdiq edən hallar müəyyən edilmədiyindən onun barəsində bu hal cəzanı ağırlaşdıran hal kimi qəbul edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cazasını ağırlaşdıran və yüngülləşdirən hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. İşdə olan, Kürdəmir rayon Qarabucaq qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 03 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Kürdəmir rayonunun Qurdbayram kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (kənd əhalisi, o cümlədən həmyaşıdları ilə xoş ünsiyyətlə olmaqla heç kimlə münaqişəsi olmamış və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, SN X35 X10 15 avqust 2019-cu il tarixli xəstənin stasionar xəstəlik tarixindən və Kürdəmir RMX-nın 21 dekabr 2019-cu il tarixli xəstənin stasionar tibbi kartasından çıxarışlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 “Bronxid astma atropin forma nəzarət olunmayan ağır gedişli kəskinləşmə mərhələsi. Tənəffüs çatışmamazlığı İİ dərəcə. Hamar dərinin mikrozü” diaqnozu ilə xəstədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 “Bronxid astma atropin forma nəzarət olunmayan ağır gedişli kəskinləşmə mərhələsi. Tənəffüs çatışmamazlığı İİ dərəcə. Hamar dərinin mikrozü” diaqnozu ilə xəstə olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs3 cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Kürdəmir rayon Qarabucaq qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 08 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki Təqsirləndirilən şəxs4 Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İşdə olan, AA 4212031, AZE 12761901 və AA ******* №-li şəxsiyyət vəsiqələrinin surətləri ilə müəyyən edilir ki, X13 17 may 2011-ci ildə, X18 01 iyun 2014-cü ildə və X14 06 noyabr 2020-ci ildə anadan olmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs4 cazasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Füzuli Hərbi Məhkəməsinin 04 iyun 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 30 dekabr 2013-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 2022-ci ilin yanvar ayında cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən (ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir) 22 sentyabr 2014-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddələr üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Kürdəmir rayon Qarabucaq qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 03 avqust 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Kürdəmir rayonunun Qurdbayram kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə, habelə cinayətin törədilməsində xüsusi ilə fəal iştirak etməsi həmin Məcəllənin 61.1.4-cü maddələrinə əsasən cəzanı ağırlaşdıran hallardır. İşdə olan, Kürdəmir rayon Qarabucaq qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 03 avqust 2022-ci il tarixli arayış və xasiyyətnaməsi ilə müəyyən olunur ki, 02 avqust 1996-ci il təvəllüdlü Nəsibova X8 rayonunun Qurdbayram kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onların CM-nin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 münasibətdə), cəzanı ağırlaşdıran halları (Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, yəni təyin olunacaq cəza ittiham olunduğu maddə üzrə müəyyən edilmiş daha ciddi cəza-azadlıqdan məhrumetmə cəzasının son həddinin (12 ilin) üçdə ikisindən (09 ildən) az olmamalıdır. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmalı və bərəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda məhkəmə iş üzrə müəyyən edilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyini zamanı nəzərə alınmasını zəruri edən halları, yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 digər Təqsirləndirilən şəxs1lə qardaş olmaları və həmin təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə həmkəndli və qohum olmaları (Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qadaşı Şahid2 arvadının bacısı olması), Cəbiyevlərin ailəsinin üç üzvünün cinayət məsuliyyətinə cəlb olunmaqla Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması və cinayətin törədilməsində fəal iştirakı nəzərə alınıb ona daha sərt cəzanın tətbiq edilməsi əsaslı olmaqla digər iki qardaşın-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayətin törədilməsində iştiraklarının dərəcəsini, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən halı (xəstəliyi) və zərərçəkmiş şəxsin onlara qarşı birbaşa şikayətinin olmaması, eləcə də Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən halı (himayəsində üç azyaşlı uşağının olması) və onun cinayətin törədilməsində iştirakının dərəcəsini nəzərə alaraq onların barəsində daha sərt cəzanın tətbiq edilməsini məqbul hesab etmir. Belə ki, məhkəmə yuxarıda göstərilən halları, eyni zamanda, bir ailənin (Cəbiyevlər ailəsinin) üç üzvünün eyni cəzaya (azadlıqdan məhrumetmə cəzasına) məhkum edilmələrini məqbul hesab etməyərək yuxarıda göstərilənləri müstəsna hallar kimi qəbul edib, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş (bu maddənin sanksiyasında nəzərdə tutulmuş) azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini və həmin müddət ərzində onun islah olunmasını mümkün hesab edir, eləcə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ittiham olunduqları CM-nin 144.2.3-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəzaazadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini və onların bu cəzanı çəkməklə islah olunmalarını mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə qanunla müəyyən edilmiş (bu maddənin sanksiyasında nəzərdə tutulmuş) azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməli, eləcə də eləcə də Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ittiham olunduqları CM-nin 144.2.3-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş cəzadan (azadlıqdan məhrumetmə cəzasından) daha yüngül cəza-azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmalı və bərəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 18 aprel 2022-ci il tarixdən 26 may 2023-cü il tarixədək həbsdə saxlanılması müddəti, yəni 01 il 01 ay 08 gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 02 il 02 ay 16 gün müddət, habelə Təqsirləndirilən şəxs4 03 avqust 2022-ci il tarixdən 24 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 24 oktyabr 2022-ci il tarixdən 26 may 2023-cü il tarixədək ev dustaqlığında olması müddəti, yəni 09 ay 23 gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 01 il 07 ay 16 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onlara qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyatda alındıqları vaxtdan hesablanmalı və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Habelə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri və Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunmalı, Təqsirləndirilən şəxs3 dərhal məhkəmə iclas zalında həbsdən azad olunmalı və onların barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddai verilməmiş, maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 18 aprel 2022-ci il tarixdən 26 may 2023-cü il tarixədək həbsdə saxlanılması müddəti, yəni 1 (bir) il 1 (bir) ay 8 (səkkiz) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 2 (iki) il 2 (iki) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 9 (doqquz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunsun, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 03 avqust 2022-ci il tarixdən 24 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 24 oktyabr 2022-ci il tarixdən 26 may 2023-cü il tarixədək ev dustaqlığında olması müddəti, yəni 9 (doqquz) ay 23 (iyirmi üç) gün müddət həbsdə saxlamanın bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla 1 (bir) il 7 (yeddi) ay 16 (on altı) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın və təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzanın icrası Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz olunsun və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-125/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-125/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver