Məhkəmə qərarları › İş №1(099)-125/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-125/2024

24.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-125/2024 24.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər-Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi2, Müdafiəçi1 və Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə xx xxxxx 1989-cu ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respubliksı CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Kürdəmir şəhəri, M.Fizuli küçəsi, ev 4də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.2 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1990-cı ildə Kürdəmir rayonunun Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respubliksı CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu olan, Kürdəmir rayonunun Qağacılı kəndində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə, xx xxx 1982-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Kürdəmir şəhəri, 30 saylı Yol istismar idarəsinind binasında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə, xx xxxx 1978-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu olan, Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 63/7-də qeydiyyatda olmaqla Kürdəmir şəhəri, H.Əliyev prospekti ev 07-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs4 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-5,393 qram narkotik vasitə olan heroin əldə edib saxlayıb daşımış və həmin narkotik vasitənin bir hissəsini, yəni 0,543 qram heroini 16 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Kürdəmir şəhəri, M.Fizuli küçəsində tanışı Təqsirləndirilən şəxs2 50 manata qanunsuz olaraq satmış və heroinin qalan 4,85 qram hissəsini üzərində saxlayıb daşımış və həmin heroinin bir hissəsini, yəni 2,170 qram heroini 18 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Kürdəmir şəhəri, M.Fizuli küçəsində tanışı Təqsirləndirilən şəxs3 55 manata qanunsuz olaraq satmış və heroinin qalan 2,68 qram hissəsini üzərində saxlayıb daşımış və həmin heroinin bir hissəsini, yəni 0,479 qram heroini 18 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Kürdəmir şəhəri, M.Fizuli küçəsində tanışı X8 10 manata qanunsuz olaraq satmış və heroinin qalan 2,201 qram hissəsini üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumatına əsasən 18 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4 Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə külli miqdarda-2,201 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 16 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Kürdəmir şəhəri, M.Fizuli küçəsində tanışı Təqsirləndirilən şəxs4 50 manata şəxsi istehlak miqdarından artıq miqdarda 0,543 qram narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımış və həmin heroinin 0,158 qramını 17 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs1 20 manata qanunsuz olaraq satmış və heroinin qalan 0,385 qram hissəsini üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumatına əsasən 18 yanvar 2023cü il tarixdə, saat 17 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə istehlak miqdarından artıq miqdarda-0,385 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs1 17 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində tanışı Təqsirləndirilən şəxs2 20 manata satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-0,158 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 18 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə istehlak miqdarından artıq miqdarda- 0,158 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs3 18 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində Kürdəmir şəhəri, M.Füzuli küçəsində tanışı Təqsirləndirilən şəxs4 55 manata satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,170 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 18 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 Kürdəmir şəhəri, M.Füzuli küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd bükümdə istehlak miqdarından artıq miqdarda-2,170 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 rayon sakini kimi tanıyır, Təqsirləndirilən şəxs1 əmisidir, onlarla münasibəti yaxşı olmuşdur. Heç bir yerdə işləməmiş, psixi xəstəlikdən əziyyət çəkir, 1-ci qrup əlildir və xəstəliyi ilə bağlı təqaüd alır. Əvvəllər narkotiklə bağlı məhkum olunmuş, sonuncu dəfə 2021-ci ildə oğurluq maddəsi (CM-nin 177.2.1 və 177.2.3-cü maddələri) ilə məhkum olunmuşdur. 18 yanvar 2023-cü il tarixdə, axşam saatlarında bir qrup polis əməkdaşı yaşadığı evə gəlib onu tutub rayon polis şöbəsinə aparmışlar. Şöbədə polis əməkdaşları onu döyərək tanışları Ayaz, Pərviz və Mansura narkotik maddə satmalarını bildirməyə məcbur etmişlər, həm də üzərinə bir büküm narkotik maddə qoymuşlar. Tutulan vaxt üzərində heç bir narkotik maddə olmamış və o, tanışları Ayaz, Pərviz və Mansura narkotik maddə satmamışdır. Polis əməkdaşları tərəfindən döyüldüyü üçün o, tanışları Ayaz, Pərviz və Mansura narkotik maddə satdığını bildirmiş, bundan sonra sənədləşmə aparılmış, lakin o, heç bir sənədi imzalamamışdır. Həmçinin polis şöbəsinə aparıldıqdan sonra üzərində axtarış olmuş və polislərin əvvəldən üzərinə qoyduğu bir büküm aşkar olunub götürülmüşdür. O, narkotiklərdən istifadə etsə də, heç kimə narkotik maddə satmamış, narkotik vasitələrin satışı ilə məşğul olmamış və bununla bağlı verilmiş ittiham üzrə özünü təqsirli bilmir. O, ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 15 ildir ki, narkotik maddə olan heroindən istifadə edir. 15 yanvar 2023-cü il tarixdə Bakı şəhərinə gedib tanışı Səbuhi adlı şəxslə görüşüb ondan heroin götürüb Kürdəmir rayonuna qayıtmış və aldığı heroinin bir hissəsini istifadə etmiş, qalan hissəsini üzərində saxlamışdır. 18 yanvar 2023-cü il tarixdə, saat 19 radələrində Kürdəmir şəhəri ərazində olarkən polis əməkdaşları onu saxlayıb X2 dövriyyəsində şübhəli olduğu bildirilib Kürdəmir RPŞ-nə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı özü əynindəki gödəkcənin cibindən bir ədəd bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroin aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Şifahi sorğu zamanı o, üzərində aşkar olunmuş heroini Bakı şəhərində olan tanışı Səbuhi adlı şəxsdən əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İstifadəsində 050/463-62-79 saylı mobil telefon nömrəsi olmuş və həmin nömrə ilə Səbuhi adlı şəxslə əlaqə saxlayıb onunla görüşüb ondan narkotik maddə almışdır. Sonradan həmin nömrə olan telefonunu itirmişdir. Tanışı Təqsirləndirilən şəxs2la üzləşmə zamanı düzünü demək qərarına gəlmiş, sonra ifadə verərək Ayaza 50 manata heroin satdığını bildirmişdirr. 16 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində Ayaz ona zəng edib ağrıları olduğunu bildirib heroin olub-olmadığını soruşmuş, o da heroin olduğunu və 50 manata verəcəyini demiş, Ayaz da razılaşdıqdan sonra onu yaşadığı evin küçəsinə çağırmış və yaşadığı evin küçə qapısının qarşısında heroini Ayaza verib 50 manat almışdır. 18 yanvar 2023-cü il tarixdə tanışı Mansur ona zəng edib heroin istəmiş, o da heroini olduğunu demiş, sonra Mansur yaşadığı evin qarşısına gəlmişdir. O, evinin küçə qapısının qarşısında Mansurdan 55 manat alıb ona heroin satmışdır. Sonra tanışı Pərviz ona zəng edib istifadəsi üçün ondan heroin istəmiş, həmin gün saat 14 radələrində Pərvizlə yaşadığı evin qarşısında görüşüb Pərvizə 10 manata heroin satmışdır. Həmin şəxslərdən başqa heç kimə narkotik maddə satmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini üzərinə polis əməkdaşları qoymuşdur. Həmçinin polis əməkdaşları onu tutub polis şöbəsinə apardıqdan sonra ona qarşı təzyiqlər edərək tanışlarına (Mansur, Ayaz və Pərvizə) heroin satmasını deməyə məcbur etmişlər. Əslində o, heç kimdən narkotik maddə almamış, heç kimə də narkotik maddə satmamış, narkotiklərin satışı ilə məşğul olmamış və ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı uşağı vardır, özü də uzun müddətdir ki, xəstədir. O, xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən marixuanadan istifadə etmişdir. Narkotik maddəni tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Bir dəfə 2022-ci ildə oğurluqla bağlı (CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə) məhkum olunmuşdur. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 rayon sakini kimi tanıyır və onlarla münasibəti yaxşı olmuşdur. 18 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Kürdəmir şəhərində qardaşına məxsus sexdə işdə olarkən polis əməkdaşları onu tutub rayon polis şöbəsinə aparmışlar. Həmin vaxt üzərində heç bir narkotik maddə olmamış, polis əməkdaşları Anar və Aqil isə ona üzərində narkotik maddə olduğunu bildirmişlər. Orada Anar və Aqil adlı polislər onu möhkəm döymüş, sonra cibinə kağız bükümdə narkotik maddə qoyub təhqiqatçının otağına aparmışlar. Təhqiqatçının otağında üzərində axtarış vaxtı Aqil adlı polis əməkdaşının cibinə qoyduğu narkotik maddə aşkar olunmuşdur. Polis əməkdaşları üzərində aşkar olunmuş narkotik maddəni Ramildən pulla aldığını deməyə ona məcbur etmişlər, sonra polislər ona Rövşən də ondan 10 manat narkotik maddə aldığını bildirmişlər. O, heç kimdən narkotik maddə almamış və heç kimə də narkotik maddə satmamışdır. Tutulan gün o, təsadüfən Rövşənlə görüşmüş, lakin ona narkotik maddə satmamışdır. İstintaq zamanı ifadəsində nə yazılmasını bilməmiş, yazılmış sənədləri isə imzalamışdır. Verilmiş ittihamla razı deyil, tutulan vaxt üzərində narkotik maddə olmamış, Ramildən narkotik maddə almamış və Rövşənə də narkotik maddə satmamışdır. Tutulduqdan sonra 6 ay həbsdə qalmış, həmin müddətdə polislərin ona qarşı olan zorakılıq hərəkətlərində heç bir şikayət etməmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, 5 aydır ki, heroindən istifadə etməyə başlamışdır. 16 yanvar 2023-cü il tarixdə, saat 12 radələrində tanışı Ramil adlı şəxsə zəng edib narkotik maddə olub-olmadığını soruşmuş, o da heroin olduğunu demişdir. Sonra o, Ramilin yaşadığı evin qarşısına gedib evin küçə qapısının yanında Ramillə görüşüb 50 manat verib heroin almış və aldığı heroindən iki dəfə istifadə etmişdir. 17 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində tanışı Rövşən adlı şəxs ona zəng edib ağrıları olduğunu bildirib ondan heroin olub-olmadığını soruşmuş, o da hnroini olduğunu demişdir. Sonra o, Kürdəmir şəhəri, H.Əliyev prospektində olan “Leyli şadlıq sarayı”nın yanında Rövşənlə görüşüb ona 20 manatlıq iki ədəd kağız bükümdə heroini vermiş, Rövşən 10 manatı vermiş, qalan 10 manatı isə bir gün sonra verəcəyini bildirmiş, o da razılaşmışdır. 18 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində olarkən polis əməkdaşları onu saxlayıb X2 dövriyyəsində şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroin aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini üzərinə polis əməkdaşları qoymuşdur. Həmçinin polis əməkdaşları onu tutub polis şöbəsinə apardıqdan sonra ona qarşı təzyiqlər edərək tanışı Ramildən narkotik maddə almasına və aldığı narkotikin bir hissəsinin isə tanışı Rövşənə satmasını deməyə məcbur etmişlər. Əslində o, Ramildən narkotik maddə almamış, Rövşənə də narkotik maddə satmamış, narkotiklərin satışı ilə məşğul olmamış və ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, bir ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən heroindən istifadə etmişdir. Rəsmi olaraq heç bir yerdə işləməmiş, əvvəllər, yəni 2020-ci ildə narkotiklə bağlı CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 28 avqust 2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 rayon sakini kimi tanıyır, Təqsirləndirilən şəxs4 qardaşı oğludur, onlarla münasibəti yaxşı olmuşdur, onların narkotik maddələrdən istifadə etmələrini bilir, lakin onlar narkotik maddələr satmırlar. 16 yanvar 2023-cü il tarixdə, saat 02 radələrində siqaret almaq üçün mağazaya gedərkən yaşadığı evinin qarşısında Anar, Samid və Tahir adlı polis əməkdaşları onu tutub üzərinə bir çet narkotik maddə qoymuşlar, sonra onu yaşadığı evə aparmışlar. Yaşadığı evdə heç kim olmamışdır. Polislər evi axtararkən yataq otağında Anar adlı polis balışın altından narkotik maddə aşkar etmişdir. Həmin vaxt o, aşkar olunan narkotik maddənin ona məxsus olmadığını bildirmişdir. Sonra onu rayon polis şöbəsinə aparmışlar və orada polislər onu döymüşlər. Polislər əvvəl onu buraxacaqlarını desə də, sonra onu buraxmamışlar. Polislər ona narkotik maddəni Ayazdan aldığını demiş, lakin o, Ayazdan narkotik maddə almadığını bildirmişdir. Tutulan gün səhərçağı Ayazı mağazanın yanında görüb görüşmüş, lakin ondan narkotik maddə almamışdır. Tutulan gün polis şöbəsində üzərində axtarış olmuş və polislərin üzərinə qoyduğu bir çet narkotik maddə aşkar olunmuşdur. Həmin vaxt aşkar olunan narkotiki Ayazdan almasını deməmişdir. Polis əməkdaşları onu döydüyü üçün üzərindən aşkar olunmuş narkotiklə bağlı CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasına razılaşmışdır. İstintaq zamanı ifadəsinə nə yazılmasını bilməmiş, sənədləri sadəcə imzalamışdır. O, telefon işlətməmiş və ifadəsində onun Ayaza zəng edib onunla görüşüb ondan narkotik maddə alması barədə yazılanları təsdiq etmir. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, bir ildir ki, heroindən istifadə etməyə başlamışdır. 17 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində tanışı Ayaz adlı şəxsə zəng edib ağrıları olduğunu bildirib heroini olub-olmadığını soruşmuş, o da “kakos” (heroin) olduğunu demişdir. Sonra onlar Kürdəmir şəhəri, H.Əliyev prospektində olan “Leyli şadlıq sarayı”nın yanında görüşmüşlər və o, Ayazdan 20 manata iki ədəd kağız bükümdə heroin almışdır. Aldığı heroindən bir bükümü istifadə etmiş, digər bükümü üzərində saxlamışdır ki, sonra istifadə etsin. 18 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroin aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini üzərinə polis əməkdaşları qoymuşdur. Həmçinin polis əməkdaşları onu tutub polis şöbəsinə apardıqdan sonra ona qarşı təzyiqlər edərək tanışı Ayazdan narkotik maddə almasını deməyə məcbur etmişlər. Əslində o, Ayazdan narkotik maddə almamış və ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 oğlu Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, təxminən iki ildir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən heroindən istifadə etmişdir. Narkotik maddəni tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 rayon sakini kimi tanıyır və onlarla münasibəti yaxşı olmuşdur. Rəsmi olaraq heç bir yerdə işləməmişdir. 17 yanvar 2023-cü il tarixdə, axşam saatlarında Təqsirləndirilən şəxs4 yaşadığı evin yaxınlığından piyada keçən vaxt Ramilgilin həyətindən səs-küy gəldiyini eşidib o tərəfə getmişdir ki, Ramil xəstə olduğu üçün nəsə baş verib-vermədiyini öyrənsin. Elə həmin vaxt küçədə bir qrup polis əməkdaşı onu saxlayıb həmin yerə, yəni Ramilin yaşadığı ünvana narkotik maddə alması üçün gəldiyini bildirib onu Railgilin həyətinə aparmış, o isə yoldan keçdiyini demişdir. Həyətdə polis əməkdaşları onu döymüş və o huşunu itirib yerə yıxılmışdır. Sonra polis əməkdaşları onu tutub polis şöbəsinə aparmışlar. Tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Polis şöbəsində polislər onu döyərək narkotik maddə satan şəxsin kim olmasını soruşmuş, o da heç kimdən narkotik maddə almadığını bildirmişdir. Polislərin onu döyməsini Ramil də görmüş, sonra polislərin onu dayanmadan döydüklərini Ramil görüb polislərə ona (Təqsirləndirilən şəxs3) 50 manata narkotik maddə satdığını bildirmişdir. Sonra Fuad adlı polis əməkdaşı üzərinə bir büküm narkotik maddə qoyub həmin narkotiki guya Ramildən 55 manata alması barədə deməyə məcbur edilmişdir. Sonra təhqiqatçının otağında üzərində axtarış olmasa da, sənədləşmə aparılmışdır ki, üzərindən bir büküm narkotik maddə aşkar olunmuşdur. Sorğu-sual zamanı o, aşkar olunan narkotik maddəni Ramildən 55 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Belə deməsinə səbəb polislərin ona qarzı təzyiqləri, həm də Ramilin polislərə ona (Təqsirləndirilən şəxs3) 50 manata narkotik maddə satdığını bildirməsi, eləcə də polislərlə onun CM-nin 234.1-ci maddəsi ilə tutulub (cinayət məsuliyyətinə cəlb olunub) 6 ay iş veriləcəyinə razılaşması olmuşdur. Əslində isə tutulan vaxt üzərində narkotik maddə olmamış və o, heç vaxt Ramildən narkotik maddə almamışdır. Üzərində aşkar olunmuş narkotik maddəni isə Fuad adlı polis əməkdaşı cibinə qoymuşdur. Ona görə də verilmiş ittiham üzrə özünü təqsirli bilmir və o, və ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün (CPM-nin 327.1.3-cü maddəsinə əsasən) məhkəmdə onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrində göstərmişdir ki, o, bir neçə ildir ki, heroindən istifadə etməyə başlamışdır. 18 yanvar 2023-cü il tarixdə, saat 13 radələrində tanışı Təqsirləndirilən şəxs4 yaşadığı evin yerləşdiyi küçədə (ünvan 1 ünvanında) Ramillə görüşüb ondan 55 manata bir büküm heroin alıb istifadəsi üçün şalvarın cibində saxlamışdır. 18 yanvar 2023-cü il tarixdə, saat 20:30 radələrində Kürdəmir şəhəri, M.Füzuli küçəsi ilə piyada hərəkətdə olarkən polis əməkdaşları onu saxlayıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib Kürdəmir RPŞ-nə aparılmışdır. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı özü əynindəki şalvarının cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində heroin aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən aşkar olunmuş heroin kütləsi elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində narkotik maddə olmamış, üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin heroini üzərinə polis əməkdaşları qoymuşdur. Həmçinin polis əməkdaşları onu tutub polis şöbəsinə apardıqdan sonra ona qarşı təzyiqlər edərək tanışı Ramildən narkotik maddə almasını deməyə məcbur etmişlər. Əslində o, Ramildən narkotik maddə almamış və ümumiyyətlə heç bir cinayət əməli törətməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin əməkdaşıdır. 17 yanvar 2023-cü il tarixdə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik maddə əldə edib üzərində saxlaması barədə daxil olmuşdur. Sonra əməliyyat qrupu yaradılmış və 18 yanvar 2023-cü il tarixdə saat 01 radələrində əməliyyataxtarış tədbiri keçirilərək Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində narkotik maddələr saxlamaqla şübhəli olduğu bildirilib rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarının cibindən bir ədəd kağız bükümdə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş heroini bir gün əvvəl tanışı Ayaz adlı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirləri davam etdirilib Ayaz adlı şəxsin, yəni Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək 18 yanvar 2023-cü il tarixdə, axşam saat 17 radələrində əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs2 Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində narkotik maddələr saxlamaqla şübhəli olduğu bildirilib rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynindəki şalvarının cibindən bir ədəd kağız bükümdə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 iki gün əvvəl tanışı Ramildən 50 manata heroin aldığını, heroinin bir hissəsini 20 manata tanışı Rövşənə satdığı, qalan hissəini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmçinin həmin gün daxil olmuş məlumat əsasında əməliyyat qrupu tərəfindən saat 19 radələrində Kürdəmir şəhər sakini X1 şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində narkotik maddələr saxlamaqla şübhəli olduğu bildirilib rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə Pərviz Nəsirovun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Pərviz Nəsirovun əynindəki şalvarının cibindən bir ədəd kağız bükümdə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Sorğu-sual zamanı Pərviz Nəsirov üzərindən aşkar olunmuş heroini tanışı Ramil adlı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra həmin gün daxil olmuş məlumat əsasında əməliyyat qrupu tərəfindən saat 20 radələrində Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs3 Kürdəmir şəhəri ərazisində saxlanılıb üzərində narkotik maddə saxlamada şübhəli olduğu bildirilib rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki şalvarının cibindən bir ədəd kağız bükümdə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş heroini tanışı Ramil adlı şəxsdən 55 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Narkotiklə bağlı saxlanılmış şəxslərdən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkotiklər satışı ilə məşğul olması barədə məlumatlar daxil olmamış, lakin Təqsirləndirilən şəxs2 narkotiklərin satışı ilə məşğul olması barədə məlumatlar daxil olmuşdur. Əməliyyat qrupuna daxil olan polis əməkdaşları tərəfindən cinayət törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 saxlanılarkən və bundan sonra onlara qarşı heç bir təzyiq və zorakılıq hallları olmamış, həmin şəxslər tutulduqdan dərhal sonra polis şöbəsinə gətirilib aidiyyəti üzrə təhvil verilmişlər. Üzərilərində axtarış aparılarkən və sorğu-sual olunarkən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 heç bir narazılıq və ya şikayətləri olmamış, hər biri etdikləri əməli etiraf etmişlər. Məhkəmə iclasında Şahid4 Coban oğlu ifadəsində ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin əməkdaşıdır. 18 yanvar 2023-cü il tarixdə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs4 qanunsuz olaraq narkotik maddələr əldə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatına əsasən həmin gün axşam saatlarında əməliyyataxtarış tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs4 Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılıb üzərində narkotik maddələr saxlamaqla şübhəli olduğu bildirilib rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 əynindəki gödəkcənin cibindən bir ədəd bükümdə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş heroini Bakı şəhərində yaşayan tanışı Səbuhi adlı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik madədən tanışı Mansur adlı şəxsə 55 manat satdığını, tanışı Ayaz adlı şəxsə heroin satıb-satmadığını xatırlamadığını bildirmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs4 yaşadığı ünvana getməmiş, onu küçədə tutub polis şöbəsinə aparmışdır. Təqsirləndirilən şəxs4 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq və ya təzyiq hallarına yol verilməmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və X10 şahidlər Şahid1 və Şahid4 ifadələrinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş, Şahid5 oğlu ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. 18 yanvar 2023-cü il tarixdə Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs4 X2 dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında polis əməkdaşları Şahid4 və Murad Vəlımatovdan ibarət əməliyyat-axtarış qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmiş, daha sonra həmin gün axşam saat 19 radələrində əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs4 Kürdəmir şəhəri ərazisində tutulub polis şöbəyə gətirilmişdir. O, Təqsirləndirilən şəxs4 saxlanılmasında və üzərində şəxsi axtarışın keçirilməsində iştirak etməmişdir. Əməliyyat qrupu Təqsirləndirilən şəxs4 yaşadığı evə girməmiş, polis əməkdaşları Şahid4 və X15 Məmmədovu küçədə tutub şöbəyə gətirmişlər. Təqsirləndirilən şəxs4 saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq və ya təzyiq hallarına yol verilməmişdir. İşdə olan, Kürdəmir RPŞ-nin əməkdaşının 17 və 18 yanvar 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 18 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılıb Kürdəmir RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi Əlvan Məmmədov tərəfindən müdafiəçi Qədir Qədirovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş heroini 17 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində tanışı Ayaz adlı şəxsin istifadəsində olan 050/755-29-12 saylı mobil nömrəsinə zəng edib Kürdəmir şəhəri, H.Əliyev prospektində görüşüb 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 18/57 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində, “Təqsirləndirilən şəxs1 üzərindən ...” sözləri yazılmış kağız paketdəki 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi-0,158 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 0,108 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İşdə olan, Kürdəmir RPŞ-nin əməkdaşının 18 yanvar 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs2 narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 18 yanvar 2023-cü il tarixdə, saat 17 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılıb Kürdəmir RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən müdafiəçi Emil Quliyevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə etdiyini və üzərində aşkar olunmuş heroini şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik maddəni tanışı Ramil adlı şəxsdən 50 manata aldığını, aldığı heroinin bir hisəsini 20 manata tanışı Təqsirləndirilən şəxs1 satdığını bildirmişdir. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, Kürdəmir RPŞ-nin əməkdaşının 18 yanvar 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs4 narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs4 18 yanvar 2023-cü il tarixdə, saat 19:40-da Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılıb Kürdəmir RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən müdafiəçi Salman Fərəcovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs4 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs4 üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs4 15 ildir ki, narkotiklərdən istifadə etdiyini, heroini Bakı şəhərində yaşayan tanışı Səbuhi adlı şəxsdən əldə etdiyini, həmin narkotik vasitədən 18 yanvar 2023-cü il tarixdə tanışı Mansur adlı şəxsə 55 manata satdığını, tanışı Təqsirləndirilən şəxs2 narkotik maddə satıb-satmamasını xatırlamadığını, aşkar olunmuş heroini şəxsi istifadə etmək üçün üzərində saxladığını bilirmişdir. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 18/61 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində, “... Təqsirləndirilən şəxs2 üzərindən...”sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,385 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş üzərində, “... Təqsirləndirilən şəxs4 üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi- 2,201 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 bükümdə, Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş 1 bükümdə, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 3 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,486 qram və 0,058 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İşdə olan, Kürdəmir RPŞ-nin əməkdaşının 18 yanvar 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs3 narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs3 18 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Kürdəmir şəhəri ərazisində (M.Füzuli küçəsində) saxlanılıb Kürdəmir RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi Fuad Babayev tərəfindən müdafiəçi İlqar Tapdıqovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən 1 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs3 üzərində aşkar olunmuş heroini tanışı Ramil adlı şəxsdən 55 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 18/65 №-li rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində, “.../imza var/ Mikayılov M ....” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-2,170 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş 1 bükümdə, Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 2,120 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təşkil edir. İşdə olan, Kürdəmir RPŞ-nin əməkdaşının 18 yanvar 2023-cü il tarixli “Raport”ların surətləri ilə müəyyən olunur ki, Kürdəmir rayonun Sor-Sor kənd sakini X3 narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumat əsasında Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Pərviz Nəsirov 18 yanvar 2023-cü il tarixdə, saat 19:30-da Kürdəmir şəhəri, Babək prospektində saxlanılıb Kürdəmir RPŞ-nə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokolun surəti ilə müəyyən olunur ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqə Natiq Həsənov tərəfindən müdafiəçi Emil Quliyevin iştirakı ilə və videoçəkilişlə X3 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Pərviz Nəsirovun üzərindən 1 ədəd gümüşü kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi soğru zamanı Pərviz Nəsirov üzərində aşkar olunmuş heroini 18 yanvar 2023-cü il tarixdə, saat 15-16 radələrində Ramilin yaşadığı Kürdəmir şəhəri FHN-nin binasının yaxınlığında yerləşən evinə gedib ondan 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 18/62 №-li rəyin surəti ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində, “... X3 üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi-0,479 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş X3 üzərindən aşkar olunmuş 1 bükümdə, Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 0,429 qramdır. İşdə olan, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 20 saylı Tibbi Sosial Ekspert Komissiyasının 12 oktyabr 2016-cı il tarixli arayışı ilə müəyyən olunur ki, xx xxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs4 ümumi xəstəlik (şezofreniya paranoid forma qüsur halı) diaqnozu ilə müddətsiz olaraq birinci dərəcəli əlildir. İşdə olan, “Kürdəmir RMX” Publik Hüquqi şəxsin 27 yanvar 2023-cü il tarixli arayışları ilə müəyən olunur ki, Təqsirləndirilən şəxs4 və Məmmədov X5 Rayon Mərkəzi Xəstəxanasının narkoloji kabinetdə qeydiyyatdadırlar. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 mart 2023-cü il tarixli, 360 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 narkotik vasitələrdən istifadə edir və narkotik vasitə olan heroindən süi-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Təqsirləndirilən şəxs4 1-ci qrup (1-ci dərəcəli) əlil olduğu üçün barəsində məcburi müalicə təqbiq edilə bilməz. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 02 mart 2023-cü il tarixli, 361, 362 №-li və 04 may 2023-cü 790 №-li rəyləri ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən süi-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkirlər və narkomaniya xəsəliyindən məcburi müalicəyə ehtiyacları vardır, eyni zamanda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə qeydiyyata alınmaları məsləhət görülür. İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixioloji ekspertizasının 24 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 əvvəllər və halhazırda emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirmiş və keçirir. Təqsirləndirilən şəxs4 emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, ona şamil edilən cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs4 gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs4 cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 hal-hazırda emosional davamsız şəxsiyyət pozuntusu, özünü kəsmələrlə XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq onun tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs4 ona şamil edilən cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs4 ona şamil edilən cinayət hadisəsini törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdipsixoloji xüsusiyyətlər (həyəcan və,s) olmamışdır. İşdə olan, kompleks stasionar məhkəmə-psixiatrik və psixioloji ekspertizasının 12 may 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs4 cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs4 emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs4 qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən onda müəyyən edilən emosional davamsız şəxsiyyət pozuntusu kompensasiya (yaxşılaşma) vəziyyətində olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs4 əməli əziyyət çəkdiyi həmin psixi patologiya hazırda da kompensasiya vəziyyətində olduğundan Təqsirləndirilən şəxs4 əməli öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir. Təqsirləndirilən şəxs4 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs4 hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs4 halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs4 hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs4 barəsində tibbi xarakterli tədbirlərin tətbiqinə zərurət yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs4 düçar olduğu emosional davamsız şəxsiyyət pozuntusu kompensasiya vəziyyətində olduğundan onun psixi pozuntu ilə əlaqədar olaraq özünə və ətrafındakılara zərər yetirmək təhlükəsi olmadığı müəyyən edilir. Hərəkətlərinin mahiyyətini dərk edib davranışını şəraitə uyğun olaraq tənzimləyə bilsə də, məqsədli şəkildə özünə xəsarətlər yetirə biləcəyi istisna olunmur. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyul 2023-cü il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq-ayrı-ayrı qablaşdırılmış 0,108 qram, 2,486 qram, 0,429 qram və 2,120 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı beş ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” 14 iyul 2023-cü il tarixli və digər istintaq sənədləri ilə müəyyən edilir ki, istintaq orqanı tərəfindən hazırki iş üzrə X11 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, daha sonra təqsirləndirilən şəxs Pərviz Nəsirov istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilməklə ayrıca cinayət işi (230600072 №-li) ayrılmışdır. İşdə olan, “Cinayət işinin ayrıca icraata ayrılması haqqında” 04 avqust 2023-cü il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs4 əldə etdiyi narkotik və psixotrop maddələrin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 fevral və 05 aprel 2023-cü il tarixli qərarlarla müəyyən edilir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularkən onlara qarşı zorakılıq hallarına yol verilməsinə dair məlumatlar üzrə Kürdəmir rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı verdiyi izahatında Təqsirləndirilən şəxs1 göstərmişdir ki, o, 18 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutularkən üzərində tanışı Ayaz adlı şəxsdən 10 manata aldığı heroin olmuşdur. Tutularkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı döyülməsi və ya başqa zorakılıq halları olmamış, hazırda heç bir şikayəti və tələbi yoxdur. Həmçinin Təqsirləndirilən şəxs2 göstərmişdir ki, o, 18 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Tutularkən üzərində heroin olmuşdur. O, tanışı Rövşənə narkotik maddə satmamış, lakin ona qarşı tanışı Təqsirləndirilən şəxs1 narkotik maddə satması ittihamı irəli sürülmüşdür. Bu səbəbdən o, polis əməkdaşlarının ona qarşı zorakılıq halları olmasını bildirmişdir. Əslində isə tutularkən və bundan sonra polis əməkdaşları tərəfindən ona döyülməsi və ya başqa zorakılıq halları olmamış, hazırda heç bir şikayəti və tələbi yoxdur. 31 yanvar və 04 aprel 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizasının rəylərinə əsasən (habelə MSY-nə və istintaq təcridxanasına daxil olarkən keçirilmiş) tibbi müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədəni üzərində heç bir xəsarət aşkar edilməmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktları təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 fevral 2023-cü il tarixli qərarla müəyyən edilir ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs4 tutularkən ona qarşı zorakılıq hallarına yol verilməsinə dair məlumat üzrə Kürdəmir rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı verdiyi izahatında Təqsirləndirilən şəxs4 tutularkən polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq hallarına yol verildiyini bildirmişdir. Həmçinin işdə olan 21 yanvar 2023-cü il tarixli məhkəmə-tibbi ekspertizanın rəyində Təqsirləndirilən şəxs4 bədəni səthi üzərində aşkar olunmuş xəsarətlərin yetirilmə müddəti həmin tarixdən 6-7 gün əvvələ uyğun gəlməsi göstərilmiş, Təqsirləndirilən şəxs4 isə 18 yanvar 2023-cü il tarixdə tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs4 bədəni üzərində aşkar olunmuş xəsarətlərin polis əməkdaşları tərəfindən saxlanılarkən, yəni 18 yanvar 2023-cü il tarixdə alması qeyri-mümkün hesab edilir. Araşdırma zamanı Təqsirləndirilən şəxs4 polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri (məhkəmə istintaqı zamanı verdikləri ifadələrində tutulduqdan sonra polis əməkdaşlarının onlara qarşı zorakı hərəkətləri və təzyiqləri olduğu üçün etirafedici ifadələr vermələri, polis əməkdaşlarının heroini üzərlərinə qoyub onlara məxsus olmasını bildirməyə məcbur edilmələri, o cümlədən Təqsirləndirilən şəxs4 ifadəsində tanışları Ayaza, Pərvizə və Mansura narkotik maddə satmaması, tutulan vaxt üzərində narkotik maddə olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və tanışlarına narkotik maddə satmasını bildirməsi, heç kimə narkotik vasitə satmaması və narkotik vasitələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs2 ifadəsində tanışı Ramildən narkotik maddə almaması, tanışı Rövşənə satmaması, tutulan vaxt üzərində narkotik maddə olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və tanışı Rövşənə narkotik maddə satmasını bildirməsi, heç kimə narkotik vasitə satmaması və narkotik vasitələrin satışı ilə məşğul olmaması, Təqsirləndirilən şəxs3 ifadəsində tutulub polis şöbəsinə aparılarkən üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və tanışı Ramil adlı şəxsdən almasını deməyə məcbur edilməsi, Təqsirləndirilən şəxs1 ifadəsində tutulub polis şöbəsinə aparılarkən üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və tanışı Ayaz adlı şəxsdən almasını deməyə məcbur edilməsinə, habelə onların ümumiyyətlə heç bir cinayət əməli törətməmələrinə dair göstərilənlərə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçilərin iştirakları ilə və videoçəkilişlərlə aparılmış şəxsi axtarışlara dair protokollarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaq zamanı verdiyi ifadələrində göstərdikləri xüsusatlar, yəni tutulduqdan sonra polis əməkdaşlarının onlara qarşı zorakı hərəkətləri və təzyiqləri olduğu üçün etirafedici ifadələr vermələri, polis əməkdaşlarının heroini üzərlərinə qoyub onlara məxsus olmasını bildirməyə məcbur edilmələri, o cümələdən Təqsirləndirilən şəxs4 ifadəsində tanışları Ayaza, Pərvizə və Mansura narkotik maddə satmaması, tutulan vaxt üzərində narkotik maddə olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və tanışlarına narkotik maddə satmasını bildirməsi, heç kimə narkotik vasitə satmaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına, Təqsirləndirilən şəxs2 ifadəsində tanışı Ramildən narkotik maddə almaması, tanışı Rövşənə satmaması, tutulan vaxt üzərində narkotik maddə olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və tanışı Rövşənə narkotik maddə satmasını bildirməsi, heç kimə narkotik vasitə satmaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına, Təqsirləndirilən şəxs3 ifadəsində tutulub polis şöbəsinə aparılarkən üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və tanışı Ramil adlı şəxsdən almasını deməyə məcbur edilməsinə, Təqsirləndirilən şəxs1 ifadəsində tutulub polis şöbəsinə aparılarkən üzərində narkotik maddənin olmaması, üzərində aşkar olunmuş heroinin ona məxsus olmaması və həmin heroini cibinə polis əməkdaşının qoymasına, polis əməkdaşlarının təzyiqi ilə üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və tanışı Ayaz adlı şəxsdən almasını deməyə məcbur edilməsinə, habelə onların ümumiyyətlə heç bir cinayət əməli törətməmələrinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid3 və Şahid5 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə, o cümlədən müdafiəçilərin iştirakları ilə və videoçəkilişlərlə aparılmış şəxsi axtarışlara dair protokollarla, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01, 20 fevral və 05 aprel 2023-cü il tarixli qərarlar (prokurorluq tərəfindən aparılmış araşdırma zamanı təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmaları faktları təsdiq olunmamışdır), habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdikləri ifadələri (həmin ifadələrində təqsirləndirilən şəxslər ittihamda göstərilən bütün halları təsdiq etmişlər) ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onların bu ifadələri özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və təqsirli olmaları tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama, daşıma və satma, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma cinayət əməli ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya (18 yanvar 2023-cü il tarixdə qüvvədə olmuş) əsasən beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitələrdir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 aid 5,393 qram heroin və Təqsirləndirilən şəxs3 aid 2,170 qram heroin külli miqdar təşkil edir, eləcə də Təqsirləndirilən şəxs2 aid 0,543 qram heroin və Təqsirləndirilən şəxs1 aid 0,158 qram heroin şəxsi istehlak miqdarından artıq miqdardadır. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələr əldə etmiş, saxlamış, daşımış və satmışlar. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmiş, saxlamış, daşımış və həmin narkotik maddənin hissələrini tanışları Təqsirləndirilən şəxs2, Mənsur Mikayılova və Pərviz Nəsirova satmış, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə etmiş, saxlamış, daşımış və həmin narkotik maddənin bir hissəsini tanışı Təqsirləndirilən şəxs1 satmış, Təqsirləndirilən şəxs3 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmiş, saxlamış, daşımış və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə əldə etmiş, saxlamış və daşımışdır. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama, daşıma və satma cinayət əməlini törətmələri, habelə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmələri təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə ilə tövsif edilmişdir. Eyni zamanda istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və təkrarən satma (CM-nin 234.4.2-ci maddəsi ilə) ittihamı verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin əldə etdiyi narkotik maddəni təkrarən satması həm ibtidai istintaq, həm də məhkədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 13-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-in 234.2 və ya 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 satış məqsədi ilə qanunsuz olaraq 5,393 qram narkotik maddə olan heroin əldə etmiş, saxlamış, daşımış və həmin heroinin ayrı-ayrı hissələri tanışları Təqsirləndirilən şəxs2, Mənsur Mikayılova və Pərviz Nəsirova satmış, bir hissəni isə üzərində saxlamışdır. Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında göstərilənlərə və tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 5,393 qram heroin əldə etməsi və həmin maddənin hissələrini 16 və18 yanvar 2023-cü il tarixlərdə tanışlarına (üç şəxsə) satması onun həmin maddəni satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan təkrar satma kimi deyil, bu maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, daşınması və satılması əməli kimi bir əməl kimi qiymətləndirilərək Təqsirləndirilən şəxs4 verilmiş ittihamdan CM-nin 234.4.2ci maddəsi xaric edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmış, daha sonra həmin məhkəmənin qərarı ilə həbsdə saxlanması müddəti 18 iyun 2023-cü il tarixədək uzadılmış və 18 iyun 2023-cü il tarixdə həbsdə saxlama müddəti bitdiyindən Təqsirləndirilən şəxs2 saxlandığı istintaq təcridxanasından azad edilmiş və istintaq orqanı tərəfindən barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, Kürdəmir RPŞ-nin İB-nin 12 aprel 2024-cü il tarixli qərarı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və həmin cinayət işə üzrə Kürdəmir Rayon Məhkəməsinin 13 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 11 aprel 2024-cü il tarixdən hesablanmışdır. İşdə olan, Kürdəmir Rayon Məhkəməsinin 19 və 20 yanvar 2023-cü il tarixli qərarları ilə müəyyən olunur ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdə hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 17 sentyabr 2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 sentyabr 2012-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 29 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə islah işləri cəzasına məhkum olunmuş və 06 fevral 2018-ci ildə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83-cü maddəsinin müddəalarına əsasən qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilmiş və hazırda o, məhkumluğu olmayan şəxsdir. İşdə olan, şəxsiyyəti təsdiq edən sənədlərə dair məlumatlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Kürdəmir şəhəri, 30 saylı Yol istismar idarəsinin binasında qeydiyyatda olmaqla yaşamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrdə göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nın 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirli bilinib 01 il 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən (07 ay 13 gün həbsdə saxlandığı gün bir gün iki gün hesabı ilə olan müddət azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla) ona qəti olaraq 03 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və 23 sentyabr 2022-ci ildə cəzaçəkmə müddəti başa çatmışdır. Məhkəmə hesab edir ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən (azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır) məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olsa da, onun hazırki cinayət əməlində cinayətlərin residivi yoxdur. İşdə olan, Kürdəmir rayonun Xırdapay kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 Kürdəmir rayonun Qağacılı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə qənaətbəxş (nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, Kürdəmir rayonun Xırdapay kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 aprel 2023-cü il tarixli arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 himayəsində 2013-cü il təvəllüdlü X12 vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 28 sentyabr 2009-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 26 dekabr 2014-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 29 günü şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 05 noyabr 2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şirvan Apeliyasiya Məhkəməsinin 10 fevral 2016-ci il tarixli qərarı ilə hökm ləğv edilərək CM-234.2-ci ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2019-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 12 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş və 28 iyun 2019-cu il tarixdə cəza müddəti başa çatdığından icra şöbəsində qeydiyyatından çıxarılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 15 iyul 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 28 avqust 2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkil qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) əvvəlki hökmlər üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmiş, lakin 15 iyul 2020-ci il tarixli hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaranır. Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edilib və həmin məhkumluq üzrə məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməlində cinayətin residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir İşdə olan, Kürdəmir rayon MİS-nin 30 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 Kürdəmir şəhəri, İ.Məmmədov küçəsi, ev 63/7-də qeydiyyatda olmaqla Kürdəmir şəhəri, H.Əliyev prospekti ev 07-də yaşamış və yaşadığı yer üzrə qənaətbəxş (nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar (CM-nin 59-cü maddəsində göstərilən və başqa) yoxdur. İş üzrə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmləri və qərarlarının surətləri ilə müəyyən olunur ki, Kürdəmir Rayon Məhkəməsinin 07 dekabr 2010-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1, 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq və 3000 manat cərimə cəzasına məhkum edilmiş və 14 oktyabr 2013-ci il tarixli “Əfv” sərəncamı ilə cərimə cəzasından azad edilmiş, 28 dekabr 2012-ci il tarixdə şərti cəzasını çəkib qurtarmışdır. Kürdəmir Rayon Məhkəməsinin 09 yanvar 2019-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 may 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 il 19 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1 və 177.2.3-ci maddələri ilə təqsirli bilinib (CM-nin 76.6.3-cü maddəsinə əsasən əvvəlki hökm üzrə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilərək və CM-nin 67.1-ci maddəsi ilə əvvəlki hökm üzrə çəkilməmiş cəza yeni təyin edilmiş cəzaya qismən birləşdirilməklə) qəti olaraq 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan, Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin 24 may 2024-cü il tarixli arayışı ilə müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs4 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra onun şərti olaraq cəza çəkmə müddəti 27 fevral 2023-cü il tarixdə başa çatmalı olmuş, lakin cinayət törətdiyinə görə Kürdəmir Rayon Məhkəmənin 20 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı ilə barəsində CM-nin 76-cı maddəsi tətbiq edilərək, 10 mart 2021-ci il tarixli hökmlə ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 05 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra məhkum Təqsirləndirilən şəxs4 cəzasının çəkilməmiş müddəti ərzində qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. 10 mart 2021-ci il tarixli hökmlə məhkum Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlıqdan məhrumetmə cəzanın çəkmə müddətinin əvvəli 27 avqust 2020-ci il, cəzasının sonu 27 fevral 2023-cü il tarixdə başa çatır və hazırda həmin cəzanın çəkilməmiş müddəti 05 ay 26 gün təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, CM-nin 76.6.3-cü maddəsinə əsasən, məhkum Təqsirləndirilən şəxs4 barəsində azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 05 ay 26 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzasını çəkil qurtardığı gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) əvvəlki hökmlər üzrə Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilmiş, lakin 06 may 2020-ci il və 10 mart 2021-ci il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətdikdə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs4 əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və həmin məhkumluqlar üzrə məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməlində cinayətin təhlükəli residivi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CMnin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdırir. İşdə olan, Kürdəmir RİHB-nın Kürdəmir şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 05 aprel 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs4 Kürdəmir şəhəri, M.Füzuli küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı yer üzrə qənaətbəxş (nümayəndəliyə ondan ərizə və şikayət daxil olmamışdır) xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 birinci dərəcəli əlil olması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Habelə Təqsirləndirilən şəxs4 əməlində cinayətlərin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs4 CM-nin 234.4.3-cü maddəsinin, Təqsirləndirilən şəxs2 CM-nin 234.2-ci maddəsinin, Təqsirləndirilən şəxs3 CM-nin 234.1-1-ci maddəsinin və Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə olan cəza həddində cəzalandırılmaları qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (cəzanı yüngülləşdirən hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 münasibətdə, cəzanı ağırlaşdıran hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 münasibətdə), təqsirkarların şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxslərin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir Habelə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 05 ay 26 gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 05 ay 26 günü yeni təyin edilmiş cəzaya qismən birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Həmçinin CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təhlükəli residivə görə və Təqsirləndirilən şəxs1 residivə görə cəza təyin edilməli, yəni Təqsirləndirilən şəxs4 təyin olunacaq cəza ittiham olunduğu CM-nin 234.4.3-cü maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza-azadlıqdan məhrumetmə cəzasının son həddinin üçdə ikisindən az olmamalı, habelə Təqsirləndirilən şəxs1 təyin olunacaq cəza ittiham olunduğu CM-nin 234.1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza-azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Habelə CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 18 yanvar 2023cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlandığı 06 ay müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 24 may 2024-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barələrində tibbi xarakterli məcburi tədbirlər təyin edilməklə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Kürdəmir RPŞ-nin maddi sübutlar otağında saxlanılan, ayrı-ayrı qablaşdırılmış 0,108 qram, 2,486 qram, 0,429 qram və 2,120 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X2 X6 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərcləri-149 (bir yüz qırx doqquz) manat 20 qəpik təqsirləndirilən şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs4 37 (otuz yeddi) 30 (otuz) qəpik, Təqsirləndirilən şəxs2 37 (otuz yeddi) 30 (otuz) qəpik, Təqsirləndirilən şəxs3 37 (otuz yeddi) 30 (otuz) qəpik və Təqsirləndirilən şəxs1 37 (otuz yeddi) 30 (otuz) qəpik, tutulub dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 354, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs4 verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən, Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs4 təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay 26 (iyirmi altı) gün şərti olaraq vaxtından əvvəl azad etmə ləğv olunsun. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs4 Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 5 (beş) ay 26 (iyirmi altı) günü hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs4 hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs4 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 18 yanvar 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək həbsdə saxlandığı 6 (altı) ay müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 24 may 2024-cü il tarixdən hesablansın və başqa cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilib istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməklə Təqsirləndirilən şəxs3 cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübutlar olan və Kürdəmir Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış 0,108 qram, 2,486 qram, 0,429 qram və 2,120 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə edilmiş, şəxsi axtarışlarla bağlı aparılmış videoçəkilişlərin yazıldığı 5 (beş) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-149 (bir yüz qırx doqquz) manat 20 qəpik məhkum edilmiş şəxslərdən bərabər qaydada, yəni Təqsirləndirilən şəxs4 37 (otuz yeddi) 30 (otuz) qəpik, Təqsirləndirilən şəxs2 37 (otuz yeddi) 30 (otuz) qəpik, Təqsirləndirilən şəxs3 37 (otuz yeddi) 30 (otuz) qəpik və Təqsirləndirilən şəxs1 37 (otuz yeddi) 30 (otuz) qəpik tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar